Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1243/2025 08.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X4 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxslərin nümayəndələri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «Faiq Nağıyev və partnyorları» Vəkil Bürosunun vəkili Nümayəndə1 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «Mərkəz» Vəkil Bürosunun vəkili Nümayəndə2, təqsirləndirilən şəxslərin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «PRO BONO» Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «PRO BONO» Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə xx xxxx 1971-ci il tarixində Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə xx xxx 1946-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə saat 12:20-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və ya aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. 2.Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, əvvəlcədən qurulmuş cinayətkar plana əsasən Zərərçəkmiş şəxs2 etibarından suiistifadə edib əvvəlcədən üzərilərinə götürdükləri öhdəliyi yerinə yetirmək niyyəti olmadan ünvan 4 ünvanında yerləşən 250 kv.m torpaq sahəsini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsində sonuncunun oğlu Şahid2 adına rəsmiləşdirəcəyi adı ilə yalandan vəd verib aldadaraq, 04 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsində yerləşən “Gamarjoba” restoranında Zərərçəkmiş şəxs2 110.000 (yüz on min) manat pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. 3.Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə 2023-cü ilin oktyabr-dekabr aylarında tanışı Zərərçəkmiş şəxs1 əvvəlcədən ona 350.000 (üç yüz əlli min) manat verəcəyi təqdirdə sonuncunun qızı X3 məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 5 ünvanında yerləşən 0,19 ha sahəsi olan torpağa Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən xüsusi mülkiyyət formasında çıxarış alacağına dair yalan vədlər verib inandırmaqla, 21 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 ona olan etibarından sui-istifadə edib, qeyd olunan torpaq sahəsini sonuncunun övladının xüsusi mülkiyyətinə keçirəcəyinə dair üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan aldadaraq, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 72 ünvanında yerləşən 9 saylı notariat ofisində Zərərçəkmiş şəxs1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi 14 b, mənzil 6 ünvanında yerləşən evi alqı-satqı müqaviləsi əsasında əvvəldən 210000 manat borclu olduğu tanışı Şahid1 mülkiyyətinə həmin borc öhdəliyinin silinməsi müqabilində keçirib, Zərərçəkmiş şəxs1 210.000 manat pul vəsaitini ələ keçirərək, həmin vaxt qeyd olunan ünvanda Şahid1 tərəfindən Zərərçəkmiş şəxs1 ödənilmiş əlavə 100.000 (yüz min) manat pul vəsaitinin 30.000 manatını Zərərçəkmiş şəxs1 alıb ələ keçirdikdən sonra, vahid niyyətlə əhatə olunan qəsdlə törədilən cinayət əməlini davam etdirərək, 2024-cü ilin fevral ayında ünvan 8 ünvanında yerləşən “Mado” restoranının qarşısında Zərərçəkmiş şəxs1 yenidən verdiyi həmin yalan vədi ilə aldadıb 50.000 manat pul vəsaitini alıb ələ keçirməklə, Zərərçəkmiş şəxs1 ümumilikdə 290.000 ( iki yüz doxsan min ) manat pul vəsaitini ələ keçirərək külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. 4.Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. 5.Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, əvvəlcədən qurulmuş cinayətkar plana əsasən Zərərçəkmiş şəxs2 etibarından suiistifadə edib əvvəlcədən üzərilərinə götürdükləri öhdəliyi yerinə yetirmək niyyəti olmadan ünvan 4 ünvanında yerləşən 250 kv.m torpaq sahəsini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsində sonuncunun oğlu Şahid2 adına rəsmiləşdirəcəyi adı ilə yalandan vəd verib aldadaraq, 04 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsində yerləşən “Gamarjoba” restoranında Zərərçəkmiş şəxs2 110.000 (yüz on min) manat pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Sübutların tədqiqi: 6.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Sevda xanımla onları dostları tanış etmişdir. Sevda özü şəxsən gəlib müraciət etmiş və onlar da Sevdanın sənədinə köməklik etmişlər. Sevda xanım özü müraciət edərək evini satmaq istədiyini bildirmiş və onların təklifi ilə dostları evi almışdır. Sadəcə olaraq evin qiymətinin qalxmasında onun heç bir əlaqəsi olmamışdır. O, Sevda xanımdan heç bir vaxt pul almamış, Sevda onlara müraciət edərək sənədləri olmayan tikilisi olduğunu və həmin tikiliyə sənəd düzəltmək lazım olduğunu bildirmişdir. Sevda ona etibarnamə vermədiyindən birlikdə Əmlak Xidmətinə getmişlər, orada Sevda özü müraciət etmiş, həmin qurumdan işçilər gələrək ölçmüş və torpaq sahəsinin 6 sot deyil, 19 sot olduğu məlum olmuşdur. Bundan sonra çıxarış verilərək müqavilə bağlanmışdır. Sevdanın həyat yoldaşı dünyasını dəyişəndən sonra müqavilə bağlanmamışdır. Onlar həmin yerə gedəndə hər bir yolla obyektin satılacağını demişlər və bu zaman o, “necə satıla bilər, Sevda mülkiyyətçidir” demişdir. Onun Sevda xanıma olan köməkliyi belə olmuşdur. Sevda xanımı bir milyon iki yüz min qabağa salmışlar və Sevda xanımın hansı səbəbdən ondan şikayət etdiyini bilməmişdir. Cinayət işi başlayandan sonra bir dəfə polis idarəsində Sevda ilə görüşmüş, Sevda ilə görüşəndə işi mülki iş kimi bilmiş və iş Kamran Əliyevə keçəndən sonra cinayət işi olmuşdur. O, iki yüz on min manatı əmlakın işçisinə verməyi ilə bağlı yazdığından imtina etmişdir. Pulu Sevda xanım özü vermişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 onun dostu olmuş və onların aralarında dost kimi nə olubsa həmin pul da ödənilmişdir. Həmin vəsait o, onun dostu və qaynı tərəfindən ödənilmişdir. Alimi iki il olar ki, tanımış və bələdiyyədə işlədiyi üçün sənəd olanda Alimə müraciət etmişdir. Alimə pulu o, vermiş və həmin pul öz aralarındakı məsələ ilə bağlı olmuşdur. Alim Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış və Alim Əhməddən pul almamışdır. Əhməddən aldığı pulu Alimə o, vermiş, Alimə yüz yetmiş beş min manat pul vermiş və həmin pulun da bu işə heç bir aidiyyəti olmamışdır. O, Alimə ibtidai istintaq dövründə əlli beş min manat verməyi ilə bağlı heç bir söz deməmişdir. Alimə verdiyi pulda Zərərçəkmiş şəxs2 adı getməmiş, onun işi olmuşdur. Zərərçəkmiş şəxs2 dəymiş zərərlə bağlı nə qədər borcları olmuşsa, bir o qədər də ödəniş etmişlər. Onun Alimə yüz yetmiş beş min manat pul verməyi ilə bağlı çəkilişi olmuş, həmin çəkilişi istintaqa təqdim etməmiş və çəkiliş onun oğlunda olmuşdur. X13 rayonunda yerləşən ofisində təqdim etmiş və həmin vaxt həyat yoldaşı da bu barədə dəftərə qeydiyyat aparmışdır. Alimə verdiyi yüz yetmiş beş min manat onun şəxsi pulu olmuşdur. Həmin pulun bir hissəsi Zərərçəkmiş şəxs2, bir hissəsi isə onun öz pulu olmuşdur. O, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etməmiş, ifadəsində olan imza ona məxsus olmuş, lakin belə bir ifadə vermədiyini qeyd etmişdir. 7.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində bildirmişdir ki, anket məlumatında qeyd etdiyi ünvanda ailəsi ilə birlikdə yaşamışdır. Əvvəllər DİO-da işləmiş, polis kapitanı rütbəsi ilə hazırda təqaüddədir. Zərərçəkmiş şəxs2 10 il olar ki, tanımış, lakin daha yaxın dostluq münasibətləri 6-7 ildir yaranmışdır. Heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Münasibətləri həmişə yaxşı olmuşdur. 2023-cü ilin yanvar ayının sonlarında Əhməd ona ünvan 4 ünvanında yerləşən özünə məxsus "Faxralı” restoranının qarşısında olan 205 kv.m. torpaq sahəsini oğlu Şahid2 adına icarəyə götürdüyünü, lakin həmin torpaq sahəsinin oğlunun adına rəsmiləşdirmək istədiyini bildirmişdir. Həmçinin bir dəfə torpaq sahəsinin rəsmiləşdirilməsi ilə bağlı müraciət etsə də rəsmiləşdirə bilmədiyini demişdir. O da Əhmədə Daşınmaz Əmlakın Dövlət reyestri xidmətində tanışının olduğunu, həmin şəxsin köməkliyi ilə Əhmədin torpağını rəsmiləşdirə biləcəyini demişdir. O, yaşadığı ərazidə bələdiyyə işçisi kimi tanıdığı Alimə bu barədə söhbət edən zaman Alim ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində tanışı olduğunu, həmin tanışı vasitəsi ilə torpağı rəsmiləşdirə biləcəyini demişdir. Ona görə də o, Əhmədə bu işin alınacağını bildirmişdir. Əhmədlə uzun müddətdir ki, münasibətləri olmuş və Əhməd də onun sözlərinə inanmışdır. Ona görə də torpağın sənədləşdirilməsi ilə bağlı ona 2023-cü ilin fevral ayının əvvəllərində “Gamarjoba” restoranında günorta saatlarında 110.000 (yüz on min) manat pul vermişdir. O da həmin puldan 55000 (əlli beş min) manat pulu aparıb Xətai rayonu ərazisində yerləşən Ukrayna dairəsində görüşüb Alimə vermişdir, Alim pulu götürüb çıxıb getmişdir. Bir neçə gün torpaq sahəsinin rəsmiləşdirilməsi ilə bağlı hərəkətlər etmiş və guya Danışmaz Əmlakın Dövlət Reyestr Xidmətindən cavab gözlədiyini demişdir. O da razılaşıb Alimi gözləmişdir. Lakin təxminən iki ay sonra Alim ona işin alınmadığını təkrar müraciət etdiyini bildirmişdir. Ona görə də o, Əhmədə gözləməsini təklif etmişdir. O, Əhməddən 110.000 manat pulu aldıqdan sonra özünün işləri üçün 100.000 manat da borc almışdır. Əhməd ona pulu Paşa Bankdan kredit götürdüyünü, pulu qaytaran zaman faizləri ilə birlikdə qaytarmağı təklif etmişdir. O da Əhmədlə razılaşmış və təxminən pulun üstündə olan faizlərlə birlikdə 240.000 manat pul qaytarmalı olmuşdur. Lakin işləri normal olmadığı üçün nə Əhməddən öz işi üçün aldığı pulu nə də qalan məbləği qaytara bilməmişdir. O, ümumiyyətlə Vüqara pul verməmiş, Alimə isə 55.000 manat pul vermiş, qalan pulu isə öz işləri üçün torpaq alqı-satqısına vermişdir. Ondan başqa Bakı şəhəri, Xətai rayonu, Amay Ticarət mərkəzinin 6-cı mərtəbəsində olan ofisinə tanışı İlkinlə birlikdə Zərərçəkmiş şəxs1 gəlmişdir. Şirkət açmaq istəmişlər. Sevda yeri olduğunu, avtomobil təmiri-emalatxanası olduğunu, sahəsi 0,06 ha, olan yerini genişləndirmək istədiyini demişdir. Dostları vasitəsilə Sevdaya köməklik göstərmiş, 0,06 ha. sahəsini 0,19 ha etmişlər. Sevda narazılıq edərək, onun sənədində xüsusi mülkiyyət yazılmadığını bildirmişdir. Sevda ona verilmiş torpaq sahəsindəi icarə yazıldığını demişdir. Sevdaya 160.000 (yüz altmış min) borcu olduğunu bildirmişdir. İş gördüyü adama borcu olduğunu, pulu qaytarmasını deyə bilməyəcəyini bildirmişdir. Əmlakın işçisi ona Sevdanın işinə görə sənədi verilməsi üçün 350.000 (üç yüz əlli min) manat lazım olduğunu bildirmişdir. Bu barədə Sevdaya dedikə Sevda razılaşmış, lakin pulu olmadığına görə evi satmasını özü təklif etmişdir. Lakin işin uzandığını gördükdə Sevdadan “niyə evi satmırsan” soruşduqda, Sevda 270.000 (iki yüz yetmiş min) manata satdığını, lakin sata bilmədiyini demişdir. Sevdaya əmlakda Nazimin işi olduğunu, Nazimin şəriklərinin imtina etdiklərini demişdir. Ondan sonra əmlakda demişdir ki, onlar Nazimə pul qaytarmalı deyil, Sevdanın evini Nazimə ver, razılaşlasar sonra danışarıq. Ona görə onların ikisini çağırmış, Sevdadan evi neçəyə satdığını soruşduqda Sevda 270.000 (iki yüz yetmiş) manata satdığını demişdir. Sevdaya demişdir ki, Nazimin də əmlakda sənədi var, siz həmin evi verirsiz Nazimə, Nazimin əvvəllər əmlakda olan pulu ilə Sevdanın sənədləri düzələcək. Sevda ilə Nazimi də üzbə-üz görüşdürərək “sən satırsan, sən də alırsan” demişdir. Sevda demişdir ki, qızı universitetə girəcək, qızı bir neçə ay qeydiyyatda qalsın. Sadəcə Sevdanın işi gecikəndə narazılıqlar olmuşdur. Şahid1 ona Bakı şəhəri, Nizami rayonu, Qarayev prospektində olan obyektinə çıxarış alınması üçün 210.000 (iki yüz on min) manat pul vermiş və həmin pulu əmlakın işçisinə vermişdir. Şahid1 aldığı pulu adını, telefon nömrəsini xatırlamadığı şəxslərə vermişdir (İİİ cild, səh. 43-46). 8.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Cahangir ona yaxınlaşaraq əmlak xidmətində tanışının olduğunu soruşmuş və həmin vaxt o, maraqlanacağını, lakin əvvəlcə yerə baxış keçirmək lazım olduğunu demişdir. Bundan sonra Cahangirlə birlikdə gedib Əhməd kişinin yerinə baxış keçirmişlər. O, razılıq verdikdən sonra Vüqar adlı şəxslə danışmışdır. Həmin adama həm Elçin, həm də Vüqar demişlər. Elçinə “gedək, mənim üçün bu ərazinin kordinatını çıxart” demişdir. Həmin əraziyə gələrək koordinatları çıxaran vaxt polislər onlara yaxınlaşaraq orada nə etdiklərini soruşmuşlar, bu zaman Vüqargil öz vəsiqələrini göstərmişlər və polislər də çıxıb getmişlər. Koordinatları çıxarandan sonra Vüqar adlı şəxs əlli beş min manat lazım olduğunu demişdir. Həmin vaxt Vüqar Əmlakda işləmişdir. O, bu barədə deyəndən sonra problem olmadığını bildirərək əlli beş min manat vermişlər, həmin puldan otuz beş min manatını Vüqara vermiş və iyirmi min manatı isə işi təhvil verəndən sonra verəcəyini demişdir. Həmin pulu verəndən on gün sonra Vüqar gətirib onlara birka verərək işlərin qeydiyyata alındığını bildirmişdir. O da birkanı Cahangirə təhvil vermişdir. Bundan on gün sonra Vüqar “qalan pulu da ver ki, işləri tezləşdirək” demişdir. Həmin pulu verəndən on beş gün sonra Vüqarın tutulduğu məlum olmuşdur. Bu barədə istintaq vaxtı da demiş, Vüqarı gətirdikdə isə ona pul verilmədiyini və onun ifadələrinin yalan olduğunu bildirmişdir. Məcburiyyət qarşısında qalıb işləri özü görməyə başlamışdır. Birinci dəfə on səkkiz min manat pul düzəltmiş və onun yanında müstəntiq Əhmədə zəng edərək “Alim on səkkiz min düzəldib gətirib” demişdir. Səhəri gün də iki min Cahangirdən alaraq aparıb müstəntiqə vermişdir. Bir müddət sonra da dostları vasitəsilə on beş min manat bir və daha sonra on beş min manat da bir olmaqla cəmi otuz min manat ödəmişdir. İstintaq getdiyi vaxtda müstəntiq ona barəsində olan işə xitam vermək istədiyini, lakin həmin məbləğdən kəsir qaldığını demişdir. Buna görə də may ayında öz maşınını sataraq beş mini də ödəmiş və müstəntiq ona “arxayın ol, işivə xitam verəcəm” demişdir. Bu müddət ərzində sonradan Cahangirin də tutulduğunu bilmişdir. Əhmədə dəymiş ziyanın 90 faizindən çoxu ödənilmişdir. O, Zərərçəkmiş şəxs2 pul almamış və qaytarılan pulları müstəntiqə vermişdir. Zərərçəkmiş şəxsdən nə qədər pul alındığını bilməmiş və istintaq vaxtı yüz on min manat olduğunu demişlər. Cahangir ona problemlər olduğunu bildirərək artıq məbləği boynuna götürməsini demiş və o da boynuna götürmüşdür. Səhv etmirsə Cahangir ona yüz yetmiş və ya yüz altmış mini boynuna götürməsini demiş, bir müddət sonra heç kimin ödəniş etmək istəmədiyini görərək kənara çəkilmişdir. O, zərərçəkmiş şəxs soruşanda yüz yetmiş beş min borclu olduğunu demişdir. Ona əlli beş mindən başqa pul verilməmişdir. Əgər iş alınsa idi o, iki-üç min manat pul alacaqdı. Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 9.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində bildirmişdir ki, anket məlumatında qeyd etdiyi ünvanda ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs2 tanımış, əvvəllər heç biri ilə ədavət və düşmənçiliyi olmamışdır. O, əvvəllər Suraxanı bələdiyyəsində işləmiş, yaşı ilə əlaqədar təqaüdə çıxmışdır. Cahangiri bir il olar ki, tanımışdır. Suraxanı bələdiyyəsində vergi müfəttişi işlədiyi vaxt iş əsnasında Cahangirlə tanış olmuşdur. 2023-cü ilin yanvar ayının ortalarında Cahangir onun yanına gəlib Xətai rayonu, H.Aslanov metrostansiyasının yanında, M.Hadi 75 ünvanında yerləşən torpaq sahəsinin rəsmiləşdirilməsi üçün köməklik etmək lazım olduğunu demişdir. O da bu barədə əvvəllər tanıdığı Vüqara demişdir. Vüqar bir dəfə onların ərazisində torpaq sahəsi ölçmüş, orada o, Vüqarla tanış olmuşdur. Vüqar danışmaz Əmlakın Dövlət Reyestri Xidmətində işlədiyini demiş və torpaq sənədləşdirilməsində köməklik lazım olarsa ona deməyini bildirmişdir. Buna görə də o, Vüqarla danışanda sonuncuya Xətai rayonu, H.Aslanov metrostansiyasının yanında torpaq sahəsi olduğunu deyib sənədləşdirilməsini istəmişdir. Vüqar da həmin torpaq sahəsinin sənədləşdirilməsinə köməklik edəcəyini demişdir. Bundan sonra Vüqar ona 55000 (əlli beş min) manat pul lazım olduğunu demişdir. Ona görə də o, Cahangirə həmin məbləğin lazım olduğunu demişdir. Cahangir də 2023-cü ilin fevral ayının 4-də ona 55000 (əlli beş min) manat pul vermişdir. O da Suraxanı rayonunda yerləşən öz yaşadığı evin yanında Vüqara 35000 manat pul vermiş, qalan məbləği özündə saxlamış, sonradan isə Cahangirdən heç bir pul qəbul etməmişdir. Cahangir ondan xahiş etmişdir ki, o, öz boynuna götürsün ki, guya Cahangirdən 175.000 manat pul almışdır. Belə bir məsələ olmamışdır, o, Cahangirdən cəmisi 55000 manat pul qəbul etmiş, həmin məsələ isə alınmadığı üçün o, istintaq dövründə həmin puldan 48000 manat pul qaytarmış, həmçinin 10000 manat da əlavə ödəniş edəcəkdi. Ondan Cahangir xahiş etmişdir ki, guya o, 175000 manat pulu Cahangirdən alıb Vüqara vermişdir. Lakin o, Cahangirdən həmin məbləği almamışdır (İİİ cild, səh. 20-22). 10.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 2023-cü ilin sentyabr aylarında qaynının oğlu İlkinə müraciət edərək ona torpaq sənədi düzəltmək lazım olduğunu bildirmişdir. İlkin də bu işləri bacaran tanıdığı şəxsin olduğunu və həmin şəxslə danışıb həll edilə biləcəyini demişdir. Bir müddət sonra “AMAY” T/M-nin 6-cı mərtəbəsində Cahangirin ofisində görüşmüşlər. Tanış olarkən söhbət əsnasında əmlakın uşağının adına olduğunu, lakin torpaq sahəsinin dövlətə aid olmasının yazıldığını və buna görə narahat olduğunu bildirmişdir. Bu barədə ona necə köməklik edə biləcəyini soruşanda Cahangir “Sevda xanım, mənə bir qədər vaxt verin, araşdırıb sizə deyəcəm” bildirmişdir. Bir müddət keçəndən sonra ofisdə görüşəndə Cahangir ona bu sənədlərin üç yüz əlli minə başa gələcəyini demişdir. Bu zaman o qədər pulunun olmadığını, iki yüz səksən min, üç yüz min aralığında evinin olduğunu, həmin evi sata biləcəyini, üzərini özünün düzəldəcəyini və bundan sonra həmin yeri satıb borcunu verəcəyini demişdir. Cahangir bu təkliflə razılaşmış və o, evi satışa çıxarmış, lakin sata bilməmişdir. Bundan sonra Cahangir ona “artıq dekabr ayı gəlir, yeni ilə keçməsin, çünki yeni ildən sənədləşdirmə qiymətləri bahalaşacaq” demiş, bu zaman o, Cahangirə evini onun satmasını və ucuz qiymətə sata biləcəyini demiş, Cahangir də onun təklifi ilə razılaşmışdır. Noyabr ayının sonlarında Cahangir ona Nazim adlı dostunun olduğunu, həmin şəxsin imkanlı olduğunu və köməklik məqsədi ilə onun evini alacağını bildirmişdir. Vaxt təyin edərək birlikdə 9 saylı notariusa yaxınlaşmışlar. Orada alqı-satqıya gələndə Nazim adlı şəxsin yüz min manat gətirdiyini görmüş və o, həmin məbləğə razı olmayacağını demişdir. Onlar gedib notariusla nə isə danışmışlar və alqı-satqı iki dəfə olmuş, nisyə alqı-satqı əməliyyatı ilə iki dəfə yüz min olmaqla iki yüz min manat yazılmışdır. Ona yüz min manat pul verilmiş və həmin pulun əlli min manatını Cahangirə vermişdir. Əlli min manat onda qalmış və Cahangir sənədin birkasını alanda gəlib həmin pulu da alacağını demişdir. Bundan sonra o, geri qalan məbləğin necə olacağını soruşanda Cahangir cavabında onların Nazimlə əmlakla bağlı işlər gördüklərini, işləri özlərinin həll edəcəyini, pulun artıq ona çatmış kimi olduğunu, sənədinin demək olar ki, düzəldiyini bildirmişdir. Bu hadisələr vaxtı da ona İlkin zamin durmuşdur. Mart ayının ortalarında ona sənədlərinin artıq hazır olması barədə mesaj gəlmişdir. O, ASAN xidmətdə ödəniş edərək çıxarış almış və çıxarışda isə icarə çıxarışı yazıldığını görmüşdür. Bununla bağlı Cahangirə müraciət edəndə üç ay dövlətə ödəniş etməyini və üç ay sonra ona çıxarışı verəcəyini demişdir. O da məcbur olub həmin ödənişləri etmişdir. Bundan sonra o, qohumları vasitəsilə Cahangirlə Nazimin arasında borc söhbəti olduğunu və Cahangirin Nazimə iki yüz on min borcu olduğunu bilmişdir. Daha sonra Cahangir Nazimlə danışaraq guya onun tanışı olduğunu, evini Nazimə verdiyini, buna görə Nazimin ona yüz min verəcəyini və aralarında olan borclarını bağlayacaqlarını bildirmişdir. Nazimlə Cahangirin arasında üç yüz on min alqı-satqı olmuş, həmin puldan yüz mini qaytarılmış və iki yüz on mini də borca silinmişdir. Bundan sonra o, qalıq pulunu istəyəndə Cahangir verəcəyini demiş, lakin pulunu verməmişdir. Bundan sonra Əmlak Xidmətinə özü müraciət etmişdir. Cahangir onun sənədi üçün yüz min manat ödədiyini demiş, lakin heç yüz min manat da ödənilmədiyini, sənədinin qiymətinin üç min manat olduğunu bilmişdir. Cahangir onun evinin bütün pulunu mənimsəmişdir. Alqı-satqı prosesi zamanı Cahangir ona Nazimlə söhbət etməyə ümumiyyətlə imkan verməmişdir. Sadəcə olaraq Nazim ona tez-tez “Sevda xanım evinizi nə üçün satırsınız” demiş, o da sənəd düzəltmək üçün satdığını demiş, Nazim isə ev üçün ondan halallıq istəmişdir. Bundan başqa Nazim ondan vəziyyətdən xəbəri olduğunu soruşanda Cahangirə pul verməli olduğunu bildiyini demişdir. Cahangir evin satışından əldə ediləcək pulun hamısını onun götürəcəyini demişdir. Həmin puldan iyirmi min onun maşınının pulu olmuş, puldan iyirmi min çıxılmış və iki yüz altmış min Cahangirdə qalmışdır. Onun məlumatı olmamış, lakin Nazimin bu proseslərdən məlumatı olmuşdur. Sonradan Nazimlə evi təhvil verdiyi vaxt görüşmüşdür. Ona ümumilikdə iki yüz səksən min manat ziyan vurulmuş və həmin puldan ona heç bir məbləğ qaytarılmamışdır. Cahangirin ona iki yüz altmış min borcu qalmışdır. 11.Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, anket məlumatında qeyd etdiyi ünvanda ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri, Xətai rayonu, ünvan 10nda yerləşən 0,005(99) torpaq sahəsi qızı X2 adına qeydiyyatda olmuşdur. Torpaq üzərində olan tikilinin çıxarışı olmuş, lakin torpaq sahəsinin çıxarışı olmamışdır. Ona görə həmin torpaq sahəsinə çıxarış almaq istəmişdir. Bu barədə qohumları ilə məsləhətləşən zaman rəhmətlik ərinin qardaşı oğlu İlkin ona Cahangir adlı şəxsi məsləhət görmüş, ona görə 2023-cü ilin oktyabr ayının əvvəllərində Cahangirlə “Amay” ticarət mərkəzin 6-cı mərtəbəsində, ofis kimi yerdə görüşmüşlər. Görüş zamanı “0,006 ha torpağa çıxarış almaq istəyirəm” demişdir. Cahangir isə “bir həftə vaxt ver, sənə cavab verərəm” demişdir. Bir həftədən sonra yenə İlkin və Cahangirlə görüşmüş, Cahangir demişdir ki, “sənin 0,006 ha sahəli torpaq sahəvə 0,018 ha çıxarış çıxaracayıq, qiyməti də 350.000 (üç yüz əlli min) manat pul lazım olacaq”. Cahangirə “mənim 350.000 (üç yüz əlli min) manat pulum yoxdur, 280.000 (iki yüz səksən min) manatlıq evim var, evi satıb, verə bilərəm, amma qalan pulu verə bilmərəm” demişdir. Satacağı evin “İdeal” bankda 20.000 (iyirmi min) manat borcu olmuşdur. Cahangir ona demişdir ki, “280.000 (iki yüz səksən min) manata sənin evini satıram, 20.000 (iyirmi min) manata borcunu ödəyərəm, 260.000 (iki yüz altmış min) manatın üzərinə pulun 90.000 (doxsan min) manat mən köməklik edəcəm, sonra torpağı baha qiymətə satıb qaytararsan”. Belə razılaşmışlar, lakin evi sata bilməmişdir. Bir neçə müddətdən sonra Cahangirə demişdir ki, “gəl evi ucuz sataq, işi tez başla”. Cahangir isə ona demişdir ki, “lazım deyil ucuz satmaq, mənim dostum var, dostumla danışacam, evi ona satacam”, beləliklə razılaşmışlar. Bir neçə gündən sonra 2023-cü ilin dekabr ayının sonlarında 9 saylı notariusda o, İlkin, Cahangir və Nazim ilə görüşmüş, alqı-satqıya Nazim 100.000 (yüz min) manatla gəlmişdir. O, evi 280.000 (iki yüz səksən min) manata satdığını demişdir. Cahangir ona demişdir ki, “Nazim qalan pulu mənə verəcək, mən sənin 350.000 (üç yüz əlli min) pulunu bitirib əmlaka verəcəm”. O, əvvəlcə çaşbaş qalmış, məsələni ona izah etmələrini xahiş etmişdir. Danışıq zamanı Cahangir nə deyirdisə, Nazim də başını yellədərək “Sevda bacı sən narahat olma, sənin işivi həll edəcik” demişdir. Cahangirdən Nazimin kim olmasını soruşduqda demişdir ki, “dostumdu, sənə yaxşılıq etmək üçün evi alacaq”. Cahangirə təkrar demişdir ki, “ay kişi evin dəyəri neçə mindi?, 280.000 (iki yüz səksən min) deyil?”, demişdir ki, “hə”, ona demişdir “torpağın sənədinə 350.000 (üç yüz əlli min) manat səndən pul istəməyiblər?”, demişdir “hə”, ona demişdir “bəs 100.000 (yüz min) manat nə söhbətdi?”. Cahangir ona “sənin nəyinə gərək, sən 100.000 (yüz min) manatı götür, ordan 20.000 evin girov borcunu ödə, mənə ilkin start üçün 30.000 (otuz min) manat verəcəksən, qalan 50.000 (əlli min) manat pulu özündə saxla, qalan hərəkətlər zamanı 50.000 (əlli min) manat pulu verəcəksən mənə, mən həmin pulu verəcəm əmlaka, çıxarışa qalanda sənin yerinə Nazim mənə yenə pul verəcək, mən 350.000 (üç yüz əlli min) manatı bitirib sənədivi əmlakdan alacam" demişdir. Cahangirə demişdir ki, “Bəs notarius deməyəcək ki, evi niyə 100.000 (yüz min) manata satırsız?”. Cahangir ona “Narahat olma, 100.000 (yüz min) manat pulu iki dəfə kassaya salıb-çıxaracayıq, sən 100.000 (yüz min) manat pulu çıxardandan sonra bizə verəcəksən, mən ikinci dəfə pulu çıxarıb təzədən kassaya yatıracam, ikinci dəfə çıxaranda artıq bölüşdürüləcək” demişdir. Cahangirə çox inandığına görə onun dediklərinə etiraz etməmiş və alqı-satqı etmişlər. Onun 20.000 (iyirmi min) manat banka olan borcu çıxılmış, bankdan borcu silinmişdir. Ondan sonra 80.000 (səksən min) manat pulu kassadan alıb Cahangirə vermiş və maşına yaxınlaşmışlar. Maşında Cahangir ona 50.000 (əlli min) manat vermiş, demişdir ki, “çıxarışıvın kağızı-birkasını alanda mənə 50.000 (əlli min) manat pulu verərsən”. Cahangirdən soruşmuşdur ki, “qalan pul-evin qalan 260.000 (iki yüz altmış min) manat necə olacaq?, Cahangir demişdir ki, “Nazimlə mənim aramda pul söhbətimiz var, əmlakda işimiz var, sənin pulun məndədi, sənin pulun gedəcək əmlaka, çıxarışıvı almağa”. 2024-cü ilin fevral ayında Asan xidmətdən (koroğlu metrosu tərəfdə) çıxarışı almağa gedəndə Cahangir həmin 50.000 (əlli min) manat pulu ondan geri istəmiş, Bakı şəhəri, Nərimanov rayonu, metro çıxışında “Mado” tərəfdə Cahangirə 50.000 (əlli min) manat pulu vermişdir. Mart ayında Asan xidmətdən sənədləri götürəndə dövlət rüsumu 3222 (üç min iki yüz iyirmi iki) manat pulu ödəmiş, sənəddə icarə çıxarışı yazıldığını, 2026-cı ilə qədər müddətə verildiyini görmüşdür. Cahangirə zəng vurub “bu nədi, mən səndən icarə çıxarışı deyil, xüsusi mülkiyyət çıxarışı istəmişəm” demişdir. Cahangir ona “narahat olma, ilkin mərhələ belə olmalıdı, 2 aya sənin çıxarışını alıb verəcəm" demişdir. Lakin 2 ay Cahangiri tapa bilməmişdir. Sonradan onunla zəngləşərək demişdir ki, “bəs nə oldu bu sənəd məsələsi”. Cahangir müxtəlif bəhanələr gətirmiş, “kimisə işdən çıxarıblar" demişdir. Sonra öyrənmişdir ki, Cahangir Nazimlə əvvəllər X14 metrosu tərəfdə idman zalı obyektinə çıxarış almaq adı ilə 210.000 (iki yüz on min) manat pul almış, Nazim onu dirədiyinə görə ondan fırıldaq yolu ilə evinin dəyərindən ucuz qiymətə Nazimdən əlavə pul almaqla Nazimə satmışdır. Evinin dəyərini alqı-satqı zamanı əlyandımda olaraq 280.000 (iki yüz səksən min) manata dəyərləndirmişdir. Evinin sahəsi 124 kv/m, hazırda həmin ünvanda həmin təmirli evlərin kv/m 1000 (bir min) manatla satılmağı hesablansa 400.000 (dörd yüz min) manat dəyərində hesablanar. Ona təxminən 380.000 (üç yüz səksən min) manata hesablayır. Maddi zərərin 380.000 (üç yüz səksən min) manat hesablandığını, ya da evinin ona qaytarılmasını bildirmişdir (İ cild, səh. 65-69). 12.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, torpağını özəlləşdirmək istəmiş və Cahangir ona “pul ver mən özəlləşdirim” demişdir. İki yüz altmış min pul istəmişlər və ona verilmiş birkanı yoxlatdırdıqda saxta olması məlum olmuşdur. Cahangirə birkanın saxta olduğunu demiş, Cahangir isə düzələcəyini bildirmişdir. Bundan sonra məsələ uzanmış və sonra o, şikayət etmişdir. O, Cahangirə “düzəlmirsə gedək pulumuzu alaq” demişdir. Onlar birlikdə Alimin yanına getmişlər, Alimdən ona nə qədər pul verəcəyini soruşmuş və Alim ona yüz yetmiş beş min manat verəcəyini demişdir. O, şikayət edəndən sonra polis ona cəmi qırx səkkiz min manat pul vermişdir. Bundan başqa ona on üç minlik maşın və iyirmi minlik torpaq verilmişdir. O, pulu iki dəfəyə vermiş və pulları verəndə yanında dostu Emin olmuşdur. İki yüz altmış min manat pulun qarşılığında ona səksən min manat pul verilmiş və həmin pulları ona polis vermişdir. Maşını və torpağı ona Cahangir vermiş, maşın və torpağın dəyəri otuz üç min olmuşdur. O, pulları Cahangirə vermiş və pulları ondan torpağın özəlləşdirməsi ilə bağlı almışlar. Cahangir pulları alandan sonra Alimə verəcəyini demişdir. Birinci dəfə pulu alanda Cahangir Alimə nə qədər verəcəyini deməmişdir. Zərərçəkmiş şəxs2 hazırda pulunu tələb etdiyini və ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 13.Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 6-7 il olar ki, tanımışdır. Cahangir əvvəllər polis əməkdaşı olmuş, sonradan orqandan xaric edilmişdir. O da həmin ərəfələrdə maşınını ustaya aparan zaman orada təsadüfən Cahangirlə tanış olmuşdur. Onun Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ilə Xudu Məmmədov küçəsinin kəsişməsində “Faxralı” restoranı olmuş, həmin restoran və torpaq sahəsi özünə məxsus olmuşdur. Eyni zamanda restoranın qarşısında 250 kv torpaq sahəsi olmuşdur ki, həmin torpaq sahəsi də 2018-ci ildən icarə əsasında onun istifadəsindədir. O, bir müddət əvvəl qeyd edilən torpaq sahəsini oğlu Ülvinin adına rəsmiləşdirmək istəmişdir. Bu məqsədlə bir dəfə o, həmin torpaq sahəsinin oğlunun adına rəsmiləşdirmək üçün müraciət etmiş, lakin müsbət nəticə ala bilməmişdir. Onlar Cahangirlə 2023-cü ilin yanvar ayının ortalarında söhbət edən zaman o, torpağın rəsmiləşməsini edə bilmədiyini demiş, Cahangir ona həmin torpaq sahəsinin rəsmiləşdirilməsini edə biləcəyini, bunun üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində tanışı olduğunu bildirib onun torpağının sənədlərini istəmişdir. O, sənədlərin surətlərini Cahangirə vermiş və Cahangir torpağın sənədlərini götürüb bir neçə dəfə danışmaz əmlaka müraciət edib məsələnin alınacağını bildirmişdir. Ona görə də o, Cahangirlə razılaşmış və Cahangir ona torpaq məsələsinin həlli üçün ilkin olaraq 110.000 (yüz on min) manat pul lazım olduğunu demişdir. O da Cahangirlə razılaşmış, bundan sonra o, 2023-cü ilin yanvar ayının 31-də Paşa Bankdan 110.000 (yüz on min manat) pul götürmüşdür. 2023-cü ilin fevral ayının 4-də Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsində yerləşən “GamarJoba" restoranında görüşmüşlər. Orada o, bankdan götürdüyü 110.000 (yüz on min) manat pulu Cahangirə vermişdir. Cahangir də pulu götürüb Danışmaz əmlakın Dövlət Reyestri Xidmətində olan tanışına verəcəyini demiş və bir neçə günə məsələnin həll ediləcəyini bildirmişdir. Həmin pulu verən zaman onların yanında dostu Emin adlı şəxs olmuşdur. Oğlu İlkin də bilmiş, onlar razılaşmış və bir neçə gün keçdikdən sonra Cahangir ondan əlavə olaraq 140.000 (yüz qırx min) manat da pul istəmişdir ki, əlavə olaraq qeyd edilən idarəyə yüz qırx min manat da vermək lazımdır. O da həmin pulu əvvəlcə vermək istəməmiş, lakin artıq işlərin həll edildiyini fikirləşib yenə də həmin ərəfələrdə restoranı təmir etdirmək üçün “Paşa Bankdan” götürdüyü 145.000 (yüz qırx beş min) manat pulu 2023-cü ilin fevral ayının ortalarında işlətdiyi “Faxralı” restoranında Cahangirə vermişdir. Həmin pulun verilməsində isə heç kim olmamışdır. O, həmin pulu tək vermiş, lakin oğlu İlkin pulun verilməsini bilmişdir. O da hesab etmişdir ki, Cahangir əvvəllər dövlət orqanında işləmişdir deyə sonuncuya inanmışdır. Həqiqətən də onun torpaq məsələni həll edəcəkdir, lakin hər gün müxtəlif vədlər verərək Cahangir onu aldatmış və torpağını rəsmiləşdirməmişdir. Həmçinin torpağın sənədləşməsi ilə bağlı onların Cahangirlə aralarında danışıqlar olmuşdur. O, bankdan götürdüyü 100.000 (yüz min) manat pulun üstündə 10000 (on min) manat, 145000 (yüz qırx beş min) manat pulun üstünə isə 15000 manat pul verəcəyi olmuşdur, bununla da ümumi məbləğ 270000 manat olmuşdur, həmin puldan Cahangir ona üç ay əvvəl 10000 (on min) manat pul qaytarmışdır. Beləliklə də ümumilikdə Cahangir ona 260000 (iki yüz altmış) manat qaytarmalıdır (İ cild, səh. 205-207). 14.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Cahangir ondan borca pul götürmüş, lakin vaxtında qaytarmamışdır. Həmin vaxt pulunu tələb etməyə başlayanda Cahangir əlavə yüz min də verməsini və qarşılığında ona ev verməyi təklif etmişdir. Bu zaman o, Cahangirin təklifi ilə razılaşmışdır. Həmin ev internetdə 260-270 min aralığında satışa çıxarılmışdır. Notariusda onların görüşləri olmuş, Cahangir və Sevda xanım hər ikisi orada iştirak etmişlər. O, notariusa yaxınlaşanda Sevda xanım müqaviləni artıq hazır etmişdir. Cahangirə onda yüz min olduğunu demiş, həmin vaxt Cahangir ona yüz mini verəcəklərini və bundan sonra həmin vəsaiti çıxarıb təkrar edəcəklərini bildirmişdir. Pulunu geri istədiyindən Cahangirin təklifi ilə razılaşmışdır. Cahangirin ona ümumilikdə iki yüz on min manat borcu olmuş, Sevdaya təqdim edilən sənədlərdə ev iki yüz minə qiymətləndirilmiş və həmin məbləği Sevda özü yazmışdır. Cahangirlə Sevdanın arasında hansısa iş görəcəkləri barədə razılıqları olmuşdur. O da iki dəfə Sevdadan işlərin qaydasında olub-olmadığını soruşmuşdur. Evin verilməsi ilə bağlı təklifi ilk dəfə Cahangir etmiş, Cahangirlə olan razılıqlarına görə iki yüz min borcla bağlı ona həmin ev verilmiş və o da əlavə Cahangirə yüz min manat pul vermişdir. Evi ümumilikdə üç yüz minə qiymətləndirmişlər. O, Sevdanı tanımadığından Cahangirdən Sevdanın onların aralarında olan razılaşmaya etirazı olub-olmadığını soruşmamışdır. Evin Sevdaya aid olduğunu notariusda bilmiş və evi alarkən də Sevdadan on dəfə halallıq almışdır. Sevda xanımı notariusda görərkən Cahangirin ona borclu olması və həmin borcun qarşılığında evi götürməyi barədə heç bir söz deməmişdir. Yüz min manat iki dəfə dövriyyə edilmiş və alqı-satqı zamanı yüz min manatı o, götürməmişdir. O, Cahangirdən Sevdanın kim olması və aralarında hansı münasibət olması barədə heç bir sual verməmişdir. Borcun əvəzində Cahangirin başqasının evini verməsi onda heç bir şübhə oyatmamışdır. O, Cahangirdən Sevdanın məlumatlı olub-olmadığını soruşmuş və Cahangir də ona məlumatlı olduğunu demişdir. Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 15.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, anket məlumatında qeyd etdiyi ünvanda ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 əvvəllər Azərbaycan Respublikası DİN-in BDYP-də işlədiyi vaxtlardan tanımış, aralarında mehriban münasibət olmuşdur. ünvan 11 ünvanda yerləşən 0.14 ha sahəli torpaq sahəsi icarə müqaviləsi əsasında "xxxx" MMC-nin istifadəsində olmuşdur. 20 faiz onun payı olan həmin torpaq sahəsin özəlləşdirmək və xüsusi mülkiyyətə keçirmək lazım olmuşdur. Buna dair Cahangirə müraciət etmiş, Cahangir tanışı olduğunu, özəlləşdirmək üçün 350.000 (üç yüz əlli min) manat pul lazım olduğunu bildirmişdir. Cahangir ilə razılaşmış 2023-cü ilin mart ayında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəindəki, 53 ünvanında yerləşən idman zalında işin həll edilməsi üçün Cahangir əlbə-əl 100.000 (yüz min) manat almışdır. İkinci dəfə isə 1 ay yarım sonra Cahangir 2023-cü ilin may ayının əvvəllərində 110.000 (yüz on min) manat almış, qalan pulları isə sənəd hazır olandan sonra verəcəyini bildirmişdir. Sonradan sənədləşmə gecikdiyi üçün pulunu Cahangirdən geri tələb etməyə başlamışdır. 2023-cü ilin dekbar ayınnda Cahangir ona borcunun əvəzində ev verməsini təklif etmişdir. Sonra Cahangir ondan əlavə pul istəmiş və evin dəyəri 300.000 (üç yüz min) manat olduğunu bildirmişdir. Cahangir ilə gedib həmin evə baxmış və razılaşmışdır. Ev ilə əlaqədar alqı-satqı günü təyin olunmuş və sənədləşmə aparılması üçün notariusa getmiş, orada evin sahibi Sevda xanımı ilk dəfə görmüşdür. Cahangirdən “Sevda xanım məsələni bilir ki, sənin mənə borcun var, sən borcunun müqabilində ev verib məndən əlavə pul alırsan” soruşduqda, Cahangir demişdir ki, “Sevda bilir. Həmin sualı Sevdaya verdikdə, Sevda demişdir ki, “bilirəm, halal xoşun olsun.” Sevda ora İlkin adlı qohumu ilə gəlmişdir. Daha sonra İlkindən də soruşduqda, İlkin də təsdiqləmişdir ki, “Sevda xanımın xəbəri var.” Beləliklə 200.000 (iki yüz min) manat dəyərində evi qiymətləndirib, 100.000 (yüz min) manat pulu nisyə alqısatqı kimi iki dəfə kassaya salıb çıxartmaqla alqı-satqı etmişlər. Alqı-satqıdan sonra Sevda ona avqust ayında yazmışdır ki, “sən mənə evi qaytara bilərsən?”, cavabında Sevdaya “mənim evə verdiyim pulu versən qaytara bilərəm” bildirmişdir. Sevda evi 280.000 (iki yüz səksən min) manata satdığını ona bildirdikdə, Sevdaya evin onun üçün 300.000 (üç yüz min) manata hesablandığını, Cahangirin ona 210.000 (iki yüz on min) manat borcu olduğunu, ona görə 100.000 (yüz min) manat Cahangirə əlavə ödəniş etdiyini bildirmişdir. Sevda ona demişdir ki, “mən bilmirdim evi sənə bu qədər baha qiymətə satıblar.” Bir aydan sonra Sevda ona zəng edərək Cahangirin ona 160.000 (yüz altmış min) manat borcu olduğunu, Cahangir onun pulunu gecikdirdiyini, pulunu qaytarmasında ona kömək etməsini demişdir. Ona görə Cahangirə zəng edərək, qadının pulunu qaytarmasını xahiş etmişdir. O, evin pulunu tam vermiş, ev dövlət notarius xidmətində rəsmi alqı-satqı edilmiş və qanuni şəkildə onun mülkiyyətinə keçmişdir (İ cild, səh. 73-75). 16.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Cahangir atası ilə görüşüb vədlər veriləndə onların yanında olmuş və bundan başqa atası ilə olan zəngləşmələri vaxtı da dəfələrlə yanlarında olmuşdur. Telefonla danışarkən Cahangir ya pulun geri qaytarılacağını, ya da ki, işin alınacağını atasına bildirilmişdir. Söhbətlər torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı olmuş, lakin hansı torpaq sahəsi barədə olduğunu bilməmişdir. Pul vəsaiti onun yanında verilmiş, amma nə qədər verilməsini bilməmişdir. Atası iki yüz altmış min manat pul vermişdir. Cahangir verilən pulun qarşılığında torpaq sahəsini özəlləşdirməli olmuşdur. O, pulun verilməsində bir dəfə iştirak etmiş, bundan başqa pul vəsaitlərinin verildiyi digər görüşlərdə iştirak etməmişdir. Atasının Cahangirlə olan sonrakı görüşlərində iştirak etməmişdir. O, Təqsirləndirilən şəxs2 tanımamış, atasının Cahangirlə olan danışıqlarında Alimə pul verəcəyi barədə hansısa söz eşitməmişdir. Onun Cahangirin sənədləşdirmə işlərini kimin vasitəsilə həyata keçirəcəyindən məlumatı olmamışdır. Verilən pullarla bağlı atasına sonradan geri ödəniş olmuş, lakin ödənişin nə qədər olmasından məlumatı olmamışdır. İbtidai istintaq dövründə ifadə verərkən nə qədər pulun verildiyini xatırladığından məbləği qeyd etmiş və hazırda üzərindən uzun müddət keçdiyindən məbləği dəqiq xatırlamamışdır. Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 17.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs1 3-4 il olar ki tanımış, Cahangir əvvəllər polis əməkdaşı olmuş, sonradan orqandan xaric edilmişdir. Cahangir atası ilə dostluq münasibətində olmuşdur. Atası Əhmədin Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ilə Xudu Məmmədov küçəsinin kəsişməsində “Faxralı’’ restoranı olmuşdur, həmin restoran və torpaq sahəsi özünə məxsus olmuşdur. Lakin sənədləşmədə onun adına rəsmiləşdirilmişdir, eyni zamanda restoranın qarşısında 250 kv torpaq sahəsi vardır ki, həmin torpaq sahəsi də 2018-ci ildən icarə əsasında atasının istifadəsində olmuşdur. Lakin həmin torpaq sahəsi də icarə əsasında onun adına rəsmiləşdirilmişdir. İcarə əsasında olan torpaq sahəsini atası onun adına rəsmiləşdirmək istəsə də cəhdi boşa çıxmışdır. Bu barədə Cahangirlə 2023-cü ilin yanvar ayının ortalarında söhbət edən zaman atası torpağın rəsmiləşməsini edə bilmədiyini Cahangirə demişdir. Cahangir də həmin torpaq sahəsinin rəsmiləşdirilməsini edə biləcəyini, bunun üçün Danışnmaz Əmlakın Dövlət reyestri Xidmətində tanışı olduğunu bildirib torpağın sənədlərini atasından istəmişdir. Atası Əhməd sənədlərin surətlərini Cahangirə vermiş və Cahangir torpağın sənədlərini götürüb bir neçə dəfə danışmaz əmlaka müraciət edib məsələnin alınacağını bildirmişdir, ona görə də atası Cahangirlə razılaşmış və Cahangir atasına torpaq məsələsinin həlli üçün ilkin olaraq 110000 (yüz on min) manat pul lazım olduğunu demişdir. Ona görə də atası 2023-cü ilin yanvar ayının 31-də Paşa Bankdan 110000 (yüz on min manat) pul götürmüş 2023-cü ilin fevral ayının təxminən 3-5 arası Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsində yerləşən “GamarJoba” restoranında Cahangirlə görüşmüşdür. O, həmin gün atasının Cahangirlə görüşəcəyini, sonuncuya pul verəcəyini bilmişdir. Onlar atası ilə bu barədə danışmışlar və atası bankdan götürdüyü 110000 (yüz on min) manat pulu Cahangirə vermişdir. Cahangir də pulu götürüb Danışmaz əmlakın Dövlət Reyestri Xidmətində olan tanışına verəcəyini bildirmiş və bir neçə günə məsələnin həll ediləcəyini bildirib oradan ayrılmışlar. Həmçinin həmin pulu verən zaman onların yanında atasının dostu Emin adlı şəxs də olmuşdur. Atası Cahangirə qeyd edilən pulu verdikdən bir neçə gün keçdikdən sonra Cahangir atasından Daşınmaz Əmlaka əlavə olaraq 140000 (yüz qırx min) manat pul verməli olduğunu bildirib yenə də pul istəmişdir, atası da həmin pulu əvvəlcə vermək istəməmiş, həmçinin onlar aralarında bu barədə danışmışlar. Lakin artıq torpağın rəsmiləşdirilə biləcəyini fikirləşib yenə də həmin ərəfələrdə restoranı təmir etdirmək üçün “Paşa Bankdan” götürdüyü 145000 (yüz qırx beş min) manat pulu 2023-cü ilin fevral ayının ortalarında işlətdiyi Faxralı restoranında Cahangirə vermişdir. Həmin pulun verilməsində isə o, şəxsən iştirak etməsə də atası pulu verməmişdən əvvəl və pulu verdikdən sonra onların arasında Cahangirə həmin pulun verilməsi ilə bağlı söhbət olmuşdur. Bİr qədər müzakirə etmişlər, o, atasına Cahangirin onu aldada biləcəyini desə də atası demişdir ki, Cahangir əvvəllər dövlət orqanında işləmişdir, lakin hər gün müxtəlif vədlər verərək Cahangir atasını aldadaraq torpağı rəsmiləşdirməmişdir (İİ cild, səh. 1-3). 18.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Cahangir torpaq sahəsinə sənəd düzəltmək üçün Əhməd adlı şəxsdən pul vəsaitləri almış və həmin pulun verilməsində o da iştirak etmişdir. Pul vəsaiti “Neapol” dairəsi ərazisində yerləşən gürcü restoranında verilmişdir. Həmin pul vəsaitini Cahangir Əhməddən torpaq sahəsinə sənədlər düzəltmək üçün borc kimi almışdır. Hadisənin hansı tarixdə baş verdiyi dəqiq yadında qalmamışdır. O, Cahangirlə Əhməd arasında olan bir neçə görüşdə iştirak etmişdir. Pulun verildiyi bir görüşdə iştirak etmiş və həmin görüşdə yüz min manat pul verilmişdir. Həmin vaxt danışıqlarda torpaq sahəsinin sənədləşdirilməsi üçün yüz altmış min manat pul lazım olduğu bildirilmişdir. Cahangir “pul qısa vaxt ərzində verilməlidir, yoxsa Əmlak Komitəsi çıxarış verilməsindən imtina edəcəkdir” demişdir. O, Təqsirləndirilən şəxs2 adında şəxsi tanımamış, lakin Cahangir pulu götürəndə Alim adında ağsaqqal bir şəxsə çatmalı olduğunu bildirmişdir. Cahangir bütün pul vəsaitinin Alimə çatacağını deməmiş, bir neçə nəfərə çatacağını və onlardan birinin Alim olduğunu bildirmişdir. Cahangir özü həmin şəxsə zamin olduğunu və keçmiş polis əməkdaşı kimi onunla ortaq tanışlarının olduğunu da demişdir. Alimi şəxsən görməmiş, pul götürməsindən məlumatlı olmamış, lakin Cahangir danışıqlarda Alimin adını çəkmişdir. Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 19.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Zərərçəkmiş şəxs2 2018-ci ildən tanımış, dostluq münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs1 da Əhmədin vasitəsi ilə bir il olar ki tanımışdır. Bildiyinə görə Əhmədlə Cahangir də dostluq münasibətində olmuşdur. Əhmədin özünə məxsus Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən Faxralı restoranı olmuşdur. Həmin restoranın qarşısında 250 kv torpaq sahəsi olmuşdur, ki həmin torpaq sahəsini Əhməd icarə əsasında götürmüş, lakin adına rəsmiləşdirmə bilməmişdir. Həmin rəsmiləşdirmə ilə bağlı Əhməd bir dəfə Danışmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etmiş, lakin sənədləşdirmə prosesi baş tutmadığı üçün bu barədə Cahangirə müraciət etmişdir. Cahangir isə buna razılıq vermişdir. 2023-cü ilin fevral ayının əvvəlində, təxminən ayın 4-də Əhməd ona zəng edib torpağın rəsmiləşdirilməsi ilə bağlı bir nəfərə pul verəcəyini demiş, onun da orada olmağını istəmişdir. O da razılaşıb Əhmədlə görüşmüş və təxminən saat 13 radələrində onlar G.Şıxlinski küçəsində yerləşən “Gamarjoba” restoranında oturmuşlar. Restorana Cahangir də gəlmiş, onlar yemək yemiş, həmin ərəfədə Əhmədlə Cahangir torpağın rəsmi olaraq rəsmiləşdirilməsindən söhbət etmişlər. Eyni zamanda Cahangir torpağın sənədləşməsini öz üzərinə götürüb sənədləşdirməni icra edəcəyini bildirmişdir. Bundan sonra Cahangir bu iş üçün 100.000 (yüz min) manat pul lazım olduğunu demişdir. Əhməd də əvvəlcədən özü ilə gətirdiyi 100000 (yüz min) manat pulu sellofan torbadan çıxarıb sayaraq Cahangirə vermişdir. Əhmədin pulu saymasında Cahangir də iştirak etmiş və təsdiqləyib pulu götürmüşdür. Sonra isə onlar oradan çıxıb getmişlər. Bir müddət sonra Əhməd ona Cahangirə əlavə olaraq sənədləşdirməni yekunlaşdırması üçün 140.000 (yüz qırx min) manat da pul verdiyini, lakin Cahangirin Əhmədi aldadaraq qeyd edilən pulları ələ keçirdiyini demişdir (İİ cild, səh. 4-6). 20.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7-Hüquqi şəxsi ambulator məhkəmə psixiatrik ekspertizasının 25 fevral 2025-ci il tarixli, 612 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əzab çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağallıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimani təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanlan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur (İİİ cild, səh. 31-32). 21.«Baxış və götürmə keçirilməsi haqqında» 25 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ünvan 4 ünvanında yerləşən torpaq sahəsinə dair Xətai rayon icra hakimiyyətinin sərəncamını, müvafiq məktubları, torpaq sahəsinin sxemi və sair sənədləri, eyni zamanda Təqsirləndirilən şəxs1in Zərərçəkmiş şəxs2la qeyd edilən torpaq sahəsinin adına rəsmiləşdirəcəyi barədə danışıqları əks olunmuş 01 ədəd yaddaş kartını istintaqa təqdim etmişdir. Həmin danışıqlarda Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 müxtəlif vədlər verməsi, eləcə də tanışları vasitəsi ilə həmin işi reallaşdıracağı əks olunmuşdur (İ cild, səh. 176-177). 22.«Yaddaş kartına baxış keçirilməsi haqqında» 10 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi və səs yazıları köçürülmüş 01 ədəd yaddaş kartına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 ünvan 4 ünvanında yerləşən 250 kv.m torpaq sahəsini özəlləşdirəcəyinə dair vədlər verərək tanışları vasitəsi ilə həmin işi reallaşdıracağını bildirməsi əks olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 səs yazılarda Zərərçəkmiş şəxs2 torpaq sahəsinin rəsmiləşdirilməsi barədə söz verib söhbət aparan şəxsin özü olmasını bildirmişdir (İİ cild, səh. 113). 23.«Pulun təqdim edilməsi barədə» 24 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istintaqa təqdim etdiyi 18000 (on səkkiz min) manat pul Zərərçəkmiş şəxs2 tərəfindən qəbul edilmişdir (İ cild, səh. 221). 24.«Pulun təqdim edilməsi barədə» 10 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istintaqa təqdim etdiyi 15000 (on beş min) manat pul Zərərçəkmiş şəxs2 tərəfindən qəbul edilmişdir (İİ cild, səh. 8). 25.«Pulun təqdim edilməsi barədə» 23 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istintaqa təqdim etdiyi 15000 (on beş min) manat pul Zərərçəkmiş şəxs2 təqdim edilmişdir (İİ cild, səh. 16). 26.«Pulun təqdim edilməsi barədə» 04 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istintaqa təqdim etdiyi 5000 (beş min) manat pul Zərərçəkmiş şəxs2 təqdim edilmişdir (İİ cild, səh. 49). 27.«Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» 06 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi 15 ədəd “A4" formatlı kağız üzərində olan sənədlərin surətləri və 01 ədəd yaddaş kartı maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (İİ cild, səh. 125-136). 28.«Axtarışda olan şəxsin tutulması barədə» 02 iyun 2024-cü il tarixli protokodan görünür ki, Təqsirləndirilən şəxs1 01 iyun 2024-cü il tarixdə, saat 16:30-da saxlanılaraq X9 təhvil verilməsi üçün Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinə gətirilmişdir (İİ cild, səh. 24). 29.«Qətimkan tədbiri seçilməsi haqqında» 04 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 iyun 2024-cü il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir (İİ cild, səh. 67-68). 30.«Şübhəli şəxsin tutulması haqqında» 22 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 22 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 112-113). 31.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 4(004)- 83/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 22 yanvar 2025ci il tarixdən hesablamaqla 23 aprel 2025-ci il tarixədək “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 140-144). 32.«Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə» 13 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 13 sentyabr 2024cü il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir (İİ cild, səh. 103-104). 33.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 iyul 2018-ci il tarixli il tarixli, 1(011)-211/2018 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 iyul 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli qərarı ilə cəzası 09 ay 27 günə endirilərək Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 01 il sınaq müddəti müəyyən edilərək azad edilmiş, 26 sentyabr 2019-cu il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır (İ cild, səh. 222-223, 227-234). 34.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 20 dekabr 2010cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178,3.1 və 310-cu maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 15 iyul 2011-ci il tarixli qərarı ilə cəzası 02 ilə endirilmiş, 12 yanvar 2012-ci il tarixdə cəzasıının sonu ilə azad olunmuşdur (İ cild, səh. 224-226). Tətbiq edilən qanunvericilik normaları və məhkəmənin mövqeyi: 35.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 36.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 37.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 38.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış mötəbər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır və onların törətmiş olduqları cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilmişdir. 39.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 40.Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdikləri ifadələrini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, onların məhkəmə istintaqında verdikləri ifadələrində qeyd etdiyi hallar məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə təsdiqini tapmamışdır. 41.Məhkəmə, təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək onların ittiham olunduğu cinayət əməlini törətmələrini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxslərin öz müdafiələri üçün məhkəmə istintaqı zamanı irəli sürdükləri mülahizələri məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, təqiq edilmiş istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə öz müdafiələri üçün gətirdikləri dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 42.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X5rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 43.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq cinayət əməlini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. 44.Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 45.Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. 46.Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 47.Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 48.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 49.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 50.Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 51.Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 52.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinin tələblərini rəhbər tutaraq, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 53.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 54.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.14-cü və 59.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini və xx.xx.1946-cı il təvəllüdlü olmaqla qoca olmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. 55.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 56.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 57.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 58.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. 59.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. 60.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsində göstərilmişdir ki, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. 61.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. 62.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə görə məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. 63.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən, “bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar” residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 64.Göründüyü kimi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edildikləri cinayət əməllərinə münasibətdə məhkumluqları ödənilmişdir. 65.Beləliklə, məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 66.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsində qeyd olunur ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. 67.«Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 5-ci bəndinə qeyd olunur ki, «Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu maddədə nəzərə tutulmuş qayda Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar olduğu təqdirdə, həm də cəzanı ağırlaşdıran hallar olmadıqda tətbiq olunur. Cəzanı ağırlaşdıran hallar dedikdə Cinayət Məcəlləsinin 61-ci maddəsində sadalanan hallar başa düşülməlidir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilərkən nəzərə almaq lazımdır ki, CM-in 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilərkən də CM-in 62-ci maddəsində göstərilən əsaslar olduqda məhkəmə işin hallarını və təqsirkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq konkret cinayətə görə qanunla müəyyən edilən cəzadan da yüngül cəza təyin etməyə haqlıdır. Lakin, bu zaman CM-in 62-ci maddəsinə mütləq istinad edilməlidir». 68.Qeyd olunan Plenum qərarının 8-ci bəndində qeyd edilmişdir ki, «CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. 69.Göründüyü kimi, qanunun mənasına görə müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda təqsirləndirilən şəxsə təqsirli bilindiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. 70.Təqsirləndirilən şəxs2 ittiham olunduğu maddənin sanksiyasında əsas cəza tədbiri qismində beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və xx.xx.1946-cı il təvəllüdlü olmaqla qoca olması kimi yüngülləşdirici halların məcmusunu müstəsna hal kimi nəzərə alaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla, ittiham olunduğu maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. 71.Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 72.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 73.Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 74.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 75.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 01 iyun 2024-cü il tarixdən 04 iyun 2024-cü il tarixədək tutularaq saxlanıldığı 03 (üç) gün müddət ona təyin ediləcək cəzanın müddətinə hesablanmalıdır. 76.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 77.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 22 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. 78.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı - 08 yanvar 2026-cı il tarixdən hesablanmalıdır. 79.Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbirinin ləğv edilməsini, «həbs» qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalından həbs edilməsini və barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 80.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi . 81.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 82.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 83.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.6 və 353.4.11-ci maddələrinə əsasən cinayət işi üzrə maddi sübut olan Zərərçəkmiş şəxs2 ibtidai istintaq dövründə təqdim etdiyi 15 ədəd “A4” formatlı kağız üzərində olan sənədlərin surətlərinin və 01 ədəd yaddaş kartının cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 84.İş üzrə mülki iddia, ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 85.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 01 iyun 2024-cü il tarixdən 04 iyun 2024-cü il tarixədək tutularaq saxlanıldığı 03 (üç) gün müddət ona təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzrərində 06 (altı) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı 22 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı 08 yanvar 2026-cı il tarixdən hesablansın. Maddi sübut- Zərərçəkmiş şəxs2 ibtidai istintaq dövründə təqdim etdiyi 15 ədəd “A4” formatlı kağız üzərində olan sənədlərin surətləri və 01 ədəd yaddaş kartı cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Elmin Rüstəmov
3. Vüqar Quliyev