Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1244/2022 29.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkilləri X9, Müdafiəçi1 və Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, 09 avqust 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, о, tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxsdən naməlum tarixdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsində yerləşən kanalın yaxınlığındakı ağacın altından qanunsuz olaraq satış məqsədilə 4 ədəd bükümlərdə ümumilikdə 6,005 qram çəkidə külli miqdarda narkotik vasitə heroini əldə edərək həmin heroinin 3 ədəd bükümlərdə olan hissəsini üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 14:55 dəqiqədə Xəzər RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Gənclər küçəsində saxlanılaraq Xəzər RPİ-nə gətirilərək orada video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarın sağ yan cibindən 3 ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,138 qarm, 0,976 qram, 1,258 qram olmaqla ümumilikdə 3,372 qram çəkidə, külli miqdarda, kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, о, tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasnm vətəndaşı kimi tanıdığı şəxsdən naməlum tarixdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsində yerləşən kanalın yaxınlığındakı ağacın altından qanunsuz olaraq satış məqsədilə 4 ədəd bükümlərdə ümumilikdə 6,005 qram çəkidə külli miqdarda narkotik vasitə heroini əldə edərək həmin heroinin 1 ədəd bükümdə olan hissəsini üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 14:55 dəqiqədə Xəzər RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi Gənclər küçəsində saxlanılaraq Xəzər RPİ-nə gətirilərək orada video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarın sol yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 2,633 qarm olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, təxminən 2 ildir ki, narkotik vasitə olan heroindən falqada çəkməklə istifadə edir. xx.xx.2022-ci il səhər saatlarında tanışı Ceyhunun evində olmuşdur. Həmin vaxt sevgi münasibətində olduğu Şahid1 da onlarla bir yerdə olmuşdur. Onlar Ceyhungilin həyətində olarkən 2 nəfər Orxan və Rafiq adlı polis əməkdaşları həmin həyətə gəlmiş və onları Xəzər RPİ-nə aparmışlar. Oraya vəkil də dəvət olunmuşdur. Polislər evə girməmiş və evə baxmamışlar. Onlar gedəndə həyətin qapısı da açıq qalmışdır. İdarədə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparacaqlarını bildirmişlər. Lakin onun üzərində həmin vaxt heç bir narkotk vasitə olmamışdır. Üzərində şəxsi axtarış keçirilməzdən əvvəl narkotik vasitəni özləri qoymuşlar və bildirmişlər ki, o, narkotik istifadəçisidir, ona CM-nin 234.1-ci maddəsi ilə ittiham veriləcək. O da videoçəkiliş zamanı narkotik vasitənin ona məxsus olduğunu demişdir. Lakin həmin vaxt onda 3 bükümdə cəmi 3,372 qram narkotik vasitə heroin olmamışdır. O, cibinə narkotik vasitələri kim qoyub dəqiq xatırlamır. İstintaqda ondan ifadələr almışlar və o, ifadələri imzalamışdır. O, polislərə də bildirmişdir ki, narkotik vasitənin istifadəçisidir. Narkotik vasitənin satışı ilə məşğul olmamış və heç kimə narkotik vasitə satmamışdır. İttham aktında onun barəsində yazılanlar həqiqətə uyğun deyil. O, ancaq özü istifadə etmək üçün narkotik vasitə alır və heç kimə də satmır. Elan olunmuş cinayət işinin 42-43-cü vərəqələrində olan şəxsi axtarış və götürmə haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, o, ifadəni oxumadan imza etmiş, protokolu təsdiq etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı və ifadələri elan edilmiş və izahatın, ifadələrinin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 44-45-ci vərəqələrində olan izahatında, 120-123, 142-145-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs1 aşağıdakıları göstərmişdir: … «... xx.xx.2022-ci il tarixdə günorta saatlarında tanışı Ceyhun ilə görüşmüş, Ceyhun ona istifadə etmək üçün narkotik maddə almaq istədiyini, amma nəğd pulunun olmadığını demişdir. Əvvəllər də narkotik vasitə aldığı və sosial şəbəkə vaitəsilə tanış olduğu Bakı şəhəri Yasamal rayonu ərazisində yaşayan, İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı, lakin adını bilmədiyi şəxsdən nisyə heroin ala biləcəyini Ceyhuna demiş və “VhatsApp” vasitəsilə +**********69 saylı nömrəsinə zəng edib ondan nisyə, özü istifadə etmək üçün 3 büküm heroin və 1 bükümdə başqası, yəni Ceyhunun istifadə etməsi üçün heroin almaq istədiyini demişdir. Bir qədər sonra həmin şəxs “VhatsApp” vasitəsilə ona zəng edib heroinləri Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi “Kanal” adlanan ərazidə ağacın altından götürə biləcəyini demişdir. Əvvəllər də narkotik vasitələri Türkan qəsəbəsi Xanlar küçəsi “Kanal” adlanan ərazidə ağacın altından İran İslam Respublikasının vətəndaşı olduğunu deyən şəxsə zəng edəndən sonra oradan götürmüş, pulu da daha sonra onun dediyi hesab nömrəsinə ödəmə terminalı vasitəsilə ödəmişdir. Sonra isə o, həmin yerə gedərək oradan 4 bükümdə heroin götürmüş, götürdükləri hər bükümün bir ədədinə görə 15 manat pulu ödəmə terminalı vasitəsilə İranlı kimi bildiyi şəxsin ona deyəcəyi hesab nömrəsinə ödəməli imişlər. Onlar narkotik vasitələri götürdükdən sonra birlikdə Türkan qəsəbəsi Gənclər küçəsində yol ilə gedərkən iki nəfər şəxs onlara yaxınlaşaraq polis işçiləri olduqlarını deməklə özlərini təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi, saxlanılması və daşınmasında şübəli olduqları üçün onlarla birlikdə Xəzər RPİ-nə getmələrini bildirmişlər. Polis işçilərinə artıq hər şeyin aydın olduğunu bildiyi üçün etiraz etmədən onlarla birlikdə polis idarəsinə gəlmişdir. Polislər yol boyu gözləri ilə ona nəzarət etdikləri üçün cibində olan narkotk vasitələri ata bilməmişdir. ...Şəxsi axtarış zamanı o, könüllü olaraq əynində olan cins şalvarın sağ yan cibinə qoyduğu, içərisində narkotik vasitə- heroin olan bükümləri masanın üzərinə qoymuş, polis işçiləri tərəfindən həmin büküm açılıb içərisinə baxış keçirilmişdir. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, elan olunmuş izahatı və ifadələri təsdiq etmir. İmzalar onun imzasıdır, lakin oxumadan imza etmişdir. Bundan başqa, cinayət işinin 241-243-cü vərəqələrində olan ifadəsində Təqsirləndirilən şəxs1 aşağıdakıları göstərmişdir: … «...narkotik aldığı şəxs mənə adını bildirməyib, özünün deməsinə görə uzun müddətdir ki, Bakı şəhərində, deyəsən Yasamal rayonu ərazisində yaşayır. Əslində onun iranlı olmasına tam əmin deyiləm, ancaq Bakıda olmasına inanıram. Çünki, əgər o, Bakıda yaşamasaydı hər dəfə mən onunla əlaqə saxlayıb heroin sifariş edəndə ən uzağı 2 saat sonra həmin şəxs ona heroini çatdırmazmış. Əvvəlki ifadəmdə də qeyd etdiyim kimi əvvəllər də özüm istifadə etmək üçün ondan bu şəkildə heroin almışam. O, həmişə deyirdi ki, heroin Bakıdadır, özü mənə çatdıracaqdır. Onun ləhcəsindən də iranlı deyil, bakılı olması hiss olunurdu. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ifadələri təsdiq etmir, imza onun imzasıdır, oxumadan imza etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, təxminən 2 ay olar ki, falqada çəkmək yolu ilə narkotik vasitədən istifadə eməyə başlamışdır. xx.xx.2022-ci il səhər saatlarında tanışı Təqsirləndirilən şəxs1 və Nurlanın tanışı olan Şahid1 onların evində olmuşlar. Onlar həyətdə olarkən 2 nəfər Orxan və Rafiq adlı polis əməkədaşları həyətlərinə gəlmiş və onları Xəzər RPİ-nə aparmışlar. Onlar idarəyə gedəndən sonra ona vəkil təqdim olunmuşdur. Üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış aparacaqlarını bildirmişlər. Həmin vaxt onun üzərinlə heç bir narkotk vasitə olmamışdır. Üzərində şəxsi axtarış keçirilməzdən əvvəl narkotik vasitəni özləri qoymuşlar və bildirmişər ki, o, narkotik istifadəçisidir, ona CM-nin 234.1-ci maddəsi ilə ittiham veriləcək. O da onların sözünə inanmış və videoçəkiliş zamanı narkotik vasitənin ona məxsus olduğunu demişdir. Lakin həmin vaxt onda ittiham aktında göstərildiyi qədər nakotik vasitə olmamışdır. Ümumiyyətlə o, saxlanılarkən onda narkotik vasitə olmamışdır. O, narkotik vasitənin satışı ilə məşğul olmamış və heç kimə narkotik vasitə satmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, həmin vaxt anası evdə olmamışdır. Ona bildirmişlər ki, sənədləşməni 234.1-ci maddə ilə aparırlar və onları 48 saatdan sonra buraxacaqlar, o da inanıb bütün sənədləri imzalamışdır. Həmin gün gecə narkotik vasitədən istifadə etmişlər. Laikn saxlanılarkən üzərlərində narkotik vasitə olmamışdır. Elan olunmuş cinayət işinin 69-70-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, lakin o, inanmışdır ki, ona 234.1ci maddə ilə ittiham veriləcək, ona görə də imza etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı, ifadələri elan edilmiş və izahat, ifadələrinin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 72-73-cü vərəqələrində olan izahatında və 128-131, 157-160cı vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs2 aşağıdakıları göstərmişdir: … «... 01 mart 2022-ci il tarixdə günorta saatlarında Türkan qəsəbəsində tanışı Nurlan adlı şəxslə görüşmüş, ona narkotik vasitə istədiyini, lakin pulunun olmadığını demişdir. Nurlan ona tanışı, İran İslam Respublikasının vətəndaşında narkotik vasitə olduğunu deyib həmin şəxsə “VhatsApp” vasitəsilə zəng edərək nisyə narkotik vasitə istədiklərini demişdir. Bir qədər keçdikdən sonra həmin şəxs Nurlanın mobil telefonuna “VhatsApp” vasitəsilə zəng edərək narkotik vasitənin Türkan qəsəbəsi, Xanlar küçəsində “kanalın” yaxınlığında olan ağacın altında olduğunu demiş, birlikdə onun dediyi ünvana getmişlər. Orada 4 büküm narkotik vasitənin olduğunu görmüşlər. Həmin vaxt Fəridə onlardan kənarda dayanmış, yəni narkotik vasitə götürmək üçün getdiklərini bilməmişdir. Nurlan həmin bükümlərdən üçünü götürüb şalvarının cibinə qoymuş, o, da bir bükümü götürüb əynində olan cins şalvarın sol yan cibinə qoymuşdur. Birlikdə Türkan qəsəbəsi Gənclər küçəsində yol ilə gedərkən iki nəfər şəxs onlara yaxınlaşaraq özlərinin polis işçiləri olduqlarını bildirib təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi, saxlanılması və daşınmasında şübəli olduqları üçün birlikdə Xəzər RPİ-nə getmələrini bildirmişlər. Polis işçilərinə artıq hər şeyin aydın olduğunu bildiyi üçün etiraz etmədən onlarla birlikdə polis idarəsinə gəlmişdir. Polislər yol boyu gözləri ilə ona nəzarət etdikləri üçün cibində olan narkotk vasitəni ata bilməmişdir. ...Şəxsi axtarış zamanı könüllü olaraq əynində olan cins şalvarın sol yan cibinə qoyduğu, içərisində narkotik vasitə-heroin olan bükümü masanın üzərinə qoymuş, polis işçiləri tərəfindən həmin büküm açılıb içərisinə baxış keçirilmiş. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, elan olunmuş izahatı və ifadələri təsdiq etmir. İmzalar onun imzasıdır, izahatı və ifadələri oxumadan imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 3 ay olar tanımışdır. Nurlanla aralarında sevgi münasibətləri var. Tez-tez görüşürmüşlər. O, narkotik vasitələrdən metamfetamin istifadə etmişdir. Nurlanın narkotik vasitələrdən istifadə etdiyini bilirmiş. 28 fevral 2022-ci il tarixdə o, Nurlanla birlikdə Nurlanın dostu Ceyhunun evində olmuşlar və gecəni Ceyhunun evində qalmışlar. O, Nurlanla bir otaqda, Ceyhun isə o biri otaqda qalmışdıр. xx.xx.2022-ci il səhər saatlarında onlar Ceyhunun evində olarkən 2 nəfər polis əməkədaşları həyətə gəlmişlər. Onların hər üçünü öz avtomobilləri ilə Xəzər RPİ-nə aparmışlar. Orada onun üzərinə baxış keçirilmiş, onun üzərindən heç nə aşkar olunmamışdır. Axtarışdan sonra onu buraxmışlar. Nurlanla Ceyhunu isə saxlamışlar. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, həmin gün o, narkotik vasitə istifadə etməmişdir. O, dizayner işləyir. Nurlanın avtomobili həyətdə dayanmışdır. Polislər onların üzərinə baxış keçirmişlər və onların üzərindən, səhv etmirsə pul qablarından az miqdarda narkotik vasitə aşkar etmişlər. Onun da üzərinə baxmışlar, onda heç nə aşkar olunmamışdır. Pul qablarını Nurlanın avtomobilindən gətirmişlər. Polislər pul qablarını açanda içərisində narkotik vasitə var imiş. Şahid1 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 206-209-cu vərəqələrində olan ifadələrində Şahid1 aşağıdakıları göstərmişdir: … «... xx.xx.2022-ci il tarixdə həmişəki kimi Nurlan ilə Türkan qəsəbəsində olarkən onun tanışı, Ceyhun adlı şəxs gəlmiş və Nurlanla kənarda bir qədər söhbət etmişlər. Lakin həmin vaxt onların nə danışdıqlarını bilməmişdir. Bir müddət sonra Nurlan Ceyhun ilə işləri olduğu üçün getməli olduqlarını və onlarla birlikdə getməsini xahiş etmiş, etiraz etmədən onlarla birlikdə Türkan qəsəbəsində tanımadığı bir yerə, kanalın yanma getmişdir. Nurlan ona bir qədər gözləməsini deyib Ceyhun ilə bir qədər aralanmışlar. Təxminən 4-5 dəqiqə gözlədikdən sonra geri qayıtmışlar. Təkrar birlikdə yol ilə piyada gedərkən 2 nəfər şəxs onlara yaxınlaşıb polis işçiləri olduqlarını demiş, özlərini təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi, saxlanılması və daşınmasında şübəli olduğu üçün onlarla birlikdə Xəzər RPİ-nə getməsini bildirmişlər. Etiraz etmədən onlarla birlikdə polis idarəsinə gəlmişdir. ...xx.xx.2022-ci il tarixdə Türkan qəsəbəsi Xanlar küçəsindən narkotik vasitələr əldə etmək üçün getdikləri zaman Nurlan və ya Ceyhun bu haqda ona heç nə deməmişlər, onların Türkan qəsəbəsi kanal adlı yerdən narkotik vasitələr əldə etmək üçün getdiklərindən məlumatı olmamışdır. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, elan olunmuş ifadəni təsdiq etmir. İmza onun imzasıdır, laikn o, elan olunmuş ifadəni oxumadan imza etmişdir. O, heç bir kanalın yanında olmamışdır. Onlar səhər durub yemək yeyərkən gəlib evdən aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Xəzər RPİ-nin CAŞ-nin baş əməliyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 oğunun, Təqsirləndirilən şəxs2 və Şahid1 narkotik vasitənin qanunsuz dövriyyəsi, əldə etməsi, satması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş həmin əməliyyat məlumatı ilə bağlı əməliyyat qrupu yaradılmışdır. O, əməliyyat qrupunun rəhbəri olmaqla Xəzər RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs1 oğunun, Təqsirləndirilən şəxs2 və Şahid1 narkotik vasitənin qanunsuz dövriyyəsi, əldə etməsi və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onların yerinin müəyyən edilməsi üçün keçirilmiş əməliyyat tədbiri zamanı xx.xx.2022-ci il tarixdə, təxminən saat 14 radələrində Təqsirləndirilən şəxs1 oğunu, Təqsirləndirilən şəxs2 və Şahid1 Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Gənclər küçəsində saxlamışlar. Onlar özlərini təqdim etdikdən sonra onlara narkotik maddələri qanunsuz əldə etmə, saxlama və daşımasında şübhəli olduqları üçün onlarla birlikdə Xəzər RPİ-nə getmələrini bildirmişlər. Həmin şəxslər heç bir etiraz etmədən onlarla birlikdə polis idarəsinə gəlmişlər. İdarədə təhqiqatçı tərəfindən onlara hüquq və vəzifələri izah edildikdən sonra üzərlərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl X4 üzərində qanunla qadağan olunmuş maddə olubolmaması soruşulduqda o, əynində olan şalvarın cibindən 03 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Büküm açıldıqda içərisindən narkotik vasitə-heroinə bənzər toz şəkilli maddə olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 bükümün içərisində olan maddənin heroin olduğunu, onu saxlanılandan əvvəl sosial şəbəkədə İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxsin ona göndərdiyi yerdən özü istifadə etmək üçün aldığını bildirmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitəyə bənzər maddələr götürülərək Təqsirləndirilən şəxs1 iştirakı ilə zərfə qoyulub qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan olunmuş maddə olub-olmaması soruşulduqda, Təqsirləndirilən şəxs2 əynində olan şalvarın cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Büküm açıldıqda içərisindən narkotik vasitə-heroinə bənzər toz şəkilli maddə olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs2 bükümün içərisində olan maddənin heroin olduğunu, onu saxlanılmamışdan əvvəl tanışı Təqsirləndirilən şəxs1 ona narkotik maddə tapması üçün xahiş etdiyini və Təqsirləndirilən şəxs1 sosial şəbəkədə İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxslə əlaqə saxladığını, sonra birlikdə Nurlanın telefonuna göndərdiyi yerdən gedib götürdüklərini bildirmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər maddə götürülərək Təqsirləndirilən şəxs2 iştirakı ilə zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilmiş, protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Fəridə Salman qızının üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şahid1 üzərindən qanunla qadağan olunmuş hər hansı maddə, əşya və ya predmet aşkar edilməmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, əməliyyat məlumatı 2022-ci ilin mart ayında daxil olmuşdur. Məlumat narkotik vasitənin qanunsuz dövriyyəsi, əldə etməsi, istifadəsi, satışı ilə bağlı olmuşdur. Nurlanın barəsində dəfələrlə məlumat olmuş, özü də bilirmiş, lakin qaçıb gizlənirmiş. Sonuncu dəfə məlumat daxil olanda hər üçünü bir yerdə saxlamışlar. Təqsirləndirilən şəxsləri evdən aparmamışlar. Evin yaxınlığında saxlamışlar. Onları saxlayanda günorta radələri imiş. Üzərlərinə baxışın dəqiq saat neçədə keçirilməsi yadında deyil. Saxlanıldıqdan sonra sənədləşmə olmuş, vəkil dəvət olunmuş, sonra üzərlərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxsləri onların avtomobili ilə gətirmişlər. Hər birinin üzərinə ayrıca videoçəkiliş olmuşdur. Nurlanın avtomobili Ceyhunun qarajında olmuşdur. Təqsirləndirilən şəxslərə hər hansı bir təsir və təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında мцдафиячинин вясатяти ясасында əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 bacısı oğludur. Hadisə günü o, Təqsirləndirilən şəxs2 yaşadğı evin həyətində olmuşdur. Belə ki, bacısı onu həyətdə olan meyvələri kəsmək üçün çağırmışdır. Həmin gün Ceyhungildə Ceyhun, dostu Nurlan və Fəridə adlı qız var imiş. Təxminən səhər saatlarında Ceyhunun yaşadığı həyətə bir neçə polis əməkdaşları girmişlər. Əllərində dubinka da var imiş. Bir nəfər qapını tutmuşdur ki, təqsirləndirilən şəxslər çölə çıxmasınlar. Sonra onlardan biri təpiklə qıza vurub Fəridəni aparıb maşına otuzdurmuşdur. Sonra polislər Nurlanla Ceyhunu da aparmışlar. Ceyhunun narkotik vasitədən istifadə etməsini bilməmişdir. O, Nurlanla Fəridəni tanımır. Ona sonradan demişlər ki, evdə Nurlanla Fəridə olmuşdur. O, hal-hazırda xatırlamır kim ona Nurlanla Fəridənin olmasını demişdir. Ceyhunun maşını qarajda imiş. Polislərin maşını isə çöldə imiş. Polislər qarajada girmişlər. Onların maşından pul qabı götürmələrini görməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 01 mart 2021-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi, satma, qəbulu, saxlanması və üzərində daşıması barədə məlumat daxil olmuşdur. Cinayət işinin 7-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 01 mart 2021-ci il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi, satma, qəbulu, saxlanması və üzərində daşıması barədə daxil olmuş məlumatın yoxlanılmsı üçün əməliyyat-axtarış tədbirinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin 186-188-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli əməliyyataxtarış tədbirinin aparılması barədə qərarın məhkəmə nəzarəti qaydasında yoxlanılması haqqında qərardan görünür ki, Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair 01 mart 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işinin 9-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin rəisi, polis polkovniki Əli İbrahimovun 01 mart 2021-ci il tarixli Əmrindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi, satma, qəbulu, saxlanması və üzərində daşıması barədə daxil olmuş məlumatın yoxlanılmsı üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 10-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 01 mart 2021-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi, satma, qəbulu, saxlanması və üzərində daşıması barədə məlumat daxil olmuşdur. Cinayət işinin 14-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 01 mart 2021-ci il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi, satma, qəbulu, saxlanması və üzərində daşıması barədə daxil olmuş məlumatın yoxlanılmsı üçün əməliyyat-axtarış tədbirinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin 212-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın məhkəmə nəzarəti qaydasında yoxlanılması haqqında qərardan görünür ki, Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair 01 mart 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işinin 15-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin rəisi, polis polkovniki Əli İbrahimovun 01 mart 2021-ci il tarixli Əmrindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi, satma, qəbulu, saxlanması və üzərində daşıması barədə daxil olmuş məlumatın yoxlanılmsı üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 16-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 01 mart 2021-ci il tarixli raportundan görünür ki, Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsi, qəbulu, saxlanması və üzərində daşıması barədə məlumat daxil olmuşdur. Cinayət işinin 19-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 01 mart 2021-ci il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərardan görünür ki, Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsi, qəbulu, saxlanması və üzərində daşıması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin 182-184-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli əməliyyataxtarış tədbirinin aparılması barədə qərarın məhkəmə nəzarəti qaydasında yoxlanılması haqqında qərardan görünür ki, Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş Şahid1 barəsində əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair 01 mart 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işinin 21-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin rəisi, polis polkovniki Əli İbrahimovun 01 mart 2021-ci il tarixli Əmrindən görünür ki, Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsi, qəbulu, saxlanması və üzərində daşıması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 22-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid3 və Xəzər RPİnin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 01 mart 2021-ci il tarixli raportundan görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Şahid1 01 mart 2022-ci ildə saxlanılaraq Xəzər RPİ-nə gətirilmişdir. Cinayət işinin 42-43-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 mart 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış başlamazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs1 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri təqdim etməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 əynindəki cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş 03 bükümdə, içərisində tünd qəhvəyi rəngdə maddə təqdim edərək, həmin maddənin narkotik vasitə heroin olduğunu, həmin heroini xx.xx.2022-ci ildə +**********69 mobil telefonda olan votsap vasitəsilə adını bilmədiyi İran İslam Respublikası vətəndaşından 3 bükümü 45 manata nisyə almaq barədə, yəni, aldığı heroinin pulunu bank kartına ödəmək şərtilə razılaşıb, həmin tarixdə İİR vətəndaşının 3 büküm narkotik vasitəni Türkan qəsəbəsi, Xanlar küçəsi, Kanalın yaxınlığında ağacın altına qoyması barədə məlumat verəndən sonra, həmkəndlisi Ceyhun adlı şəxslə gedib həmi narkotik vasitəni götürdüyünü bildirmişdir. Aşkar edilmiş 03 ədəd büküm qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı “Samsung” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 69-70-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 mart 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış başlamazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs2 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri təqdim etməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs2 əynində olan cins şalvarın sol yan cibindən şəffaf sellofana bükülmüş 01 bükümdə içərisində tünd qəhvəyi rəngdə maddə təqdim edərək, həmin maddənin narkotik vasitə heroin olduğunu, həmin heroini xx.xx.2022-ci ildə Türkan qəsəbəsi, Xanlar küçəsi, Kanalın yaxınlığında ağacın altından götürdüyünü, həmin bükümü həmkəndlisi Nurlanın öz tanışı İran İslam Respublikasında yaşayan zəngə edərək, nisyə heroin almaq istədiyini bildirdikdən sonra, İİR vətəndaşının Nurlana zəng edərək bükümü Türkan qəsəbəsində Kanalın yaxınlığında ağacın altına qoyması barədə məlumat verdikdən sonra, Nurlanla həmin yerdən götürdüyünü bildirmişdir. Aşkar edilmiş 01 ədəd büküm qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı “Samsung” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 92-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 mart 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Şahid1 həmin tarixdə tutulmuşdur. Cinayət işinin 95-96-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 mart 2022-ci il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid1 üzərinə keçirilmiş şəxsi axtarış və baxış zamanı qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya, narkotik vasitə aşkar edilməmişdir. Cinayət işinin 99-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xəzər RPİ-nin təhqiqatçısı, polis mayoru Rəhim Allahverdiyevin 02 mart 2022ci il tarixli şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi, şübhəli şəxs vəziyyətindən çıxmış hesab olunması və müdafiəçinin iştirakına xitam verilməsi haqqında qərardan görünür ki, Şahid1 Xəzər RPİ-nin MSY-dən azad olunaraq, şübhəli şəxs vəziyyətindən çıxarılmışdır. Cinayət işinin 104-106-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 02 mart 2022-ci il tarixli 6/1274 saylı ekspert rəyindən görünür ki, tədqiqata tədim edilmiş üzərində AR DİN «Zərflər üçün №43» möhr əksi, “1.Təqsirləndirilən şəxs2..” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 2,633 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxildir. Cinayət işinin 109-111-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 02 mart 2022-ci il tarixli 6/1275 saylı ekspert rəyindən görünür ki, tədqiqata tədim edilmiş üzərində AR DİN «Zərflər üçün №43» möhr əksi, “1.Təqsirləndirilən şəxs1.. ” və s. sözlər, imzalar olan zərfdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,138 qarm, 0,976 qram, 1.258 qarm; ümumi təmiz çəkiləri 3,372 qram maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 03 bükümdəki heroin kütlələri kimyəvi tərkibinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxildir. Cinayət işinin 119-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 mart 2022-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılması zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən CD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən 3 ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoymuş, həmin bükümlər açıldıqda, bükümlərin içərisində qəhvəyi rəngli tozşəkilli maddə olması aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 aşkar olunmuş bükümlərin içərisində narkotik vasitə heroin olduğunu bildirmiş, daha sonra aşkar edilmiş bükümlər götürülmüşdür. Cinayət işinin 127-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 mart 2022-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılması zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən CD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 şəxsi axtarış zamanı əynindəki şalvarın sol yan cibindən 1 ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoymuş, həmin büküm açıldıqda, bükümün içərisində qəhvəyi rəngli tozşəkilli maddə olması aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 aşkar olunmuş bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmiş, daha sonra aşkar edilmiş bükümlər götürülmüüşdür. Cinayət işinin 210-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin 1-ci PŞ-dən daxil olmuş 21 aprel 2022-ci il tarixli, 056-7388-1222 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 başqa-başqa şəxslərə narkotik vasitə satması barədə məlumatlar daxil olmuşdur, lakin, narkotik vasitəni kimdən əldə etmələrini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 218-219-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 27 aprel 2022-ci il tarixli 6/1714 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, «...Təqsirləndirilən şəxs2...» qeydli zərfdəki 01 ədəd bükümdə olan heroin kütləsi ilə «...Təqsirləndirilən şəxs1...» qeydli zərfdəki 03 ədəd bükümdə olan heroin kütlələri kimyəvi tərkiblərinə görə eynilik təşkil edirlər. Cinayət işinin 244-254-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X1 25 may 2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərarından görünür ki, Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işinin başlanılması rədd edilmiş, hazırki cinayət işinin materiallarından iş üzrə təqsirləndirilən şəxslərin külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etdikləri mənbəni müəyyən etmək məqsədi ilə təhqiqat materialları ayrılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə göndərilmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan olunmuş ittihamda özlərini təqsirli bilməyərək bildirmişlər ki, onlarda narkotik vasitə olmamış, onları Təqsirləndirilən şəxs2 yaşadığı evdə saxlamışlar, onlara CM-nin 234.1-ci maddəsi ilə ittham olunacağını bildirdikləri üçün protokollara imza etmişlər, onlar heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışlar, yalnız istifadə etmişlər. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadələr verməsini, onlara elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərinin törədilməsində iştiraklarını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onların bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Bundan başqa, iş üzrə Şahid1 məhkəmədə ifadə verən zaman, onları Təqsirləndirilən şəxs2 yaşadığı evdən apardıqlarını, həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 pul qablarında az miqdarda narkotik vasitə aşkar olunduğunu, мцдафиячинин вясатяти ясасында ялавя шащид гисминдя диндирилмиш X2 iся bildirmişdir ки, щадися олан эцн Ъейщун Гулийевин щяйятиндя оларкян, бир нечя полис ямякдашларынын щяйятя дахил олараг баъысы оьлу Ъейщун Гулийевин, Нурлан вя Фяридянин щяйятдян апарылдыьыны мцшайият етмишдир. Məhkəmə kollegiyası, Şahid1 məhkəmədə istintaq zamanı verdiyi ifadədən fərqli ifadə verməsini яр-арвад münasibətdə olduğu şəxs Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirmək üçün bir-birilə ziddiyətli ifadələr verməsi qənaətinə gəlir.Беля ки, щəm təqsirləndirilən şəxslərin, həm də Şahid1 ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs1lə iş üzrə Şahid1 bir yerdə yaşamışlar, yaxın münasibətdə olan şəxslər olmuşlar. Щямчинин ялавя шащид X2нун ифадялярини мцдафия тяряфинин субйектив мцлащизяляри цзяриндя гурулмагла доьма баъысы оьлу олан тягсирляндирилян шяхс Ъейщун Гулийевин ъинайят мясулиййятиндян йайындырмаг ъящдляри кими гиймятляндирир. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş, onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən onların törətmiş olduqları cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 179-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 11 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. Cinayət işinin 220-221-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 05 may 2022-ci il tarixli, 2250 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimlyatorların birgə qəbulu nətiəcəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi nakoloji disponserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halları müəyən etmədi. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət işinin 180-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 11 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. Cinayət işinin 222-223-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 12 may 2022-ci il tarixli 2409 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yararan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi nakoloji disponserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacları olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onların barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirlərinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs1 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 01 mart 2022ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 39-cu vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 01 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 171-174-cü vərəqələrində olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 4(003)-109/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 01 mart 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Digər Təqsirləndirilən şəxs2 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 01 mart 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 65-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 01 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 175-178-ci vərəqələrində olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 4(003)-110/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 01 mart 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə ekspertiza xərci olan 330 (üç yüz otuz) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,665 qram narkotik vasitə heroin məhv edilməli, 02 ədəd CD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı onlara məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, onlara xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, «Məhkəmə hökmü haqqında” 24 dekabr 1959-cu il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 01 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 01 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,665 qram narkotik vasitə heroin məhv edilsin. 02 ədəd CD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 330 (üç yüz otuz) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.