Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1245/2022 27.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: «KREDO» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Xəzər rayonu, Qala qısıbısi, Xaşa-xuna bağlar massivində yerləşən nömrəsiz evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan külli miqdarıda heroini əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Suraxanı rayonu Suraxanı qəsəbəsində istintaqa məlum olmayan mənbədən şəxsi istehlak məqsədilə qanunsuz olaraq külli miqdarda 2 ədəd bükümdə narkotik vasitə olan heroini ümumilikdə 25 manat müqabilində əldə edib üzərində saxlayaraq daşımış və xx.xx.2022-ci il tarixdə saat 18:30 dəqiqədə Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Xaşa-xuna qəsəbəsi saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirilmiş, PŞ-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əyində olan boz rəngli şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi küllü miqdarında 1 ədəd ağ-qirmızı rəngli kağzın içində olan şəffaf sellofan bükülü 1,846 qram, 1 ədəd ağ rəngli kağıza bükülü 1,141 qram, ümumi təmiz çəkisi 2,987 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitə olan heroindən istifadə etmişdir. Sonuncu dəfə, xx.xx.2022-ci il tarixdə Suraxanı rayonu Suraxanı qəsəbəsində üzdən tanıdığı şəxsdən 25 manata 02 (iki) büküm heroin şəxsi istifadəsi üçün əldə etmiş, həmin bükümlərin çəkisi 3 qramdan çox olmamışdır. xx.xx.2022-ci il tarixdə axşam onu evinin yaxınlığında iki polis əməkdaşı saxlayıb, PŞ-yə gətirmişlər. PŞ-də vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş, çəkiliş aparılmış, həmin baxışla razıdır. Ona qarşı heç bir zor tətbiq olunmayıb, əldə etdiyi heroini şəxsi istifadəsi üçün əldə etmiş, satmaq niyyəti olmamış, bu səbəbdən özünü yalnız narkotik vasitələrin istifadəçisi kimi təqsirli bilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər, Xəzər RPİ-nin 1-ci PŞ-də CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xidməti ərazisi olan Qala qəsəbəsinin Xaşa-xuna bağlar massivində yaşayan sakin kimi tanıyır. Təqsirləndirilən şəxs barəsində şöbəyə massivin sakinlərindən məlumat daxil olmuşdur ki, o və massivdə yaşayan Nəriman adlı digər şəxs birgə narkotik vasitə qəbul edir və kənar şəxslərə də narkotikləri paylayırlar. Məlumatı yoxlamaq məqsədilə həmkarı, həmin ərazinin sahə müvəkkili olan Şahid2la birlikdə xx.xx.2022-ci il tarixdə Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağlar massivində müşahidə apararaq Təqsirləndirilən şəxs saxlayaraq Xəzər RPİnin 1-ci PŞ-nə gətirmişlər. Qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən onlarla birlikdə şöbəyə getmiş, orada onu təhqiqatçıya təqdim etmişlər. Bundan sonrakı bütün istintaq hərəkətlərini təhqiqatçı icra etmiş, o və Şahid2 Rasimin üzərinə keçirilmiş baxışda iştirak etmişlər. Xidməti otaqların birində təhqiqatcı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə üzərində şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində qanunsuz olan hər hansı bir əşya olduğu halda onu təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən şəffaf sellofan bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin sellofan təhqiqatçı tərəfindən açılmış, içərisində 2 ədəd heroinə bənzər vasitə aşkar edilərək zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri baxışın bütün iştirakçıları tərəfindən imzalanmışdır. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotiki xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu Suraxanı qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 25 manata əldə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xidməti ərazisi olan Qala qəsəbəsinin Xaşa-xuna bağlar massivində yaşayan sakini kimi tanıyır. Təqsirləndirilən şəxs digər qonşusu Nərimanla birgə narkotik vasitə qəbul etməsi və kənar şəxslərə də narkotikləri paylaması barədə məlumat daxil olmuşdur. Məlumatı yoxlamaq məqsədilə həmkarı, Şahid1la birlikdə xx.xx.2022-ci il tarixdə Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağlar massivində müşahidə apararaq Təqsirləndirilən şəxs saxlayaraq Xəzər RPİ-nin 1-ci PŞnə gətirmişlər. Qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən onlarla birlikdə şöbəyə getmiş, orada onu təhqiqatçıya təqdim etmişlər. Bundan sonrakı bütün istintaq hərəkətlərini təhqiqatçı icra etmiş, o və Şahid1 Rasimin üzərinə keçirilmiş baxışda iştirak etmişlər. Xidməti otaqların birində təhqiqatcı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə üzərində şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində qanunsuz olan hər hansı bir əşya olduğu halda onu təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən şəffaf sellofan bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin sellofan təhqiqatçı tərəfindən açılmış, içərisində 2 ədəd heroinə bənzər vasitə aşkar edilərək zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri baxışın bütün iştirakçıları tərəfindən imzalanmışdır. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotiki xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu Suraxanı qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 25 manata əldə etmişdir. Təqsirləndirilən şəxs şahidlər polis əməkdaşları Şahid1 və Şahid2 verdikləri ifadələri ilə əlaqədar əlavə ifadə verərək göstərmişdir ki, şahidlərin ifadələrini təsdiq edir, həqiqətən narkotik vasitələrin istifadəsi ilə yanaşı satışı ilə də məşğul olmuş, ibtidai araşdırma zamanı narkotik vasitələrin həm istifadəsi, həm də satışı ilə bağlı sərbəst və könüllü olaraq ifadələr vermişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 xx.xx.2022-ci il tarixli raportundan müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivi, yeni sahə nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə əməliyyat qrupu yaradılmış, keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin tarixdə saat 18:30 radələrində Təqsirləndirilən şəxs Qala qəsəbəsi, Xaşa-Xuna massivində saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xəzər rayon məhkəməsinin 06 may 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın məhkəmə nəzarəti qaydasında yoxlanılması haqqında” qərarında müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibindəki şəffaf sellofanda olan ağ-qırmızı rəngli kağıza, həmçinin ağ rəngli sellofana bükülmüş 01 ədəd bükümü və ağ rəngli kağıza bükülmüş 01 ədəd bükümü təqdim edərək bildirmişdir ki, bu bükümlərdə olan kakos alandırdığı heroindir, kakosu xx.xx.2022-ci il tarixdə Suraxanı qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi məqsədi ilə 25 manata almış və şəxsi istifadəsi məqsədilə üzərində gəzdirmişdir. Bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2022ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir Məhkəmədə elan edilib araşdırılmış məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/2584 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №157” dairəvi möhür əksləri olan, soyad və imzalar qeyd edilmiş bir ədəd zərxdə 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,864 qram, 1,141 qram olan qəhvəyi rəngli maddələr küstar üsulla hazırlanmış narkotik vasitəheroindir. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyul tarixli qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2275 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxsda opioidlərin və psixosimuliyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman götürülmüş, ekspertiza təhqiqatından sonra qalıq qalmış 2,905 qram narkotik vasitə olan heroin saxlanılması üçün Bakı şəhəri Xəzər RPİ-nin saxlanc anbarına təhvil verilmiş və iş üzrə CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2022ci il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 172.2.3-ci maddələrinin törədilməsində təqsirli bilinərək, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə daxil olmuş Bakı şəhəri Xəzər rayon məhkəməsinin hökmünün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmu ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum edilmiş, hökm 02 sentyabr 2022-ci il tarixdə qanuni qüvvəyə minməklə icraya yönəlmişdir. Bu hökmdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkum olunduğu cinayət işi üzrə cinayət əməlini 2022-cu ilin aprel ayında törətmiş, halhazırda baxılan iş üzrə cinayət əməlini isə xx.xx.2022-ci il tarixdə törətmiş, belə olan halda Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu olmaqla ona cinayətlərin məcmusuna görə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddtinə hesablanır. Belə olan halda Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş cəza baxılan iş üzrə azadlıqdan məhrum etmə cəzası təyin olunduqda həmin cəzalar cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.5-ci maddələrinə əsasən toplanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə görə, cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən qaydalara uyğun olaraq, cinayətlərin məcmusu üzrə, azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməli, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən çəkilmiş cəza qəti cəza müddətinə daxil edilməklə, cəzanın əvvəli 04 may 2022-ci il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Ramizovin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq olunmadığını, əldə etdiyi heroini şəxsi istifadəsi üçün əldə etdiyini, satmaq niyyəti olmadığını bildirmişdir. Lakin məhkəmə iclasnda dindirilmiş şahidlər - polis əməkdaşları Şahid1 və Şahid2 verdikləri ifadələrdən sonra əlavə ifadə verərək narkotik vasitələrin istifadəsi ilə yanaşı satışı ilə də məşğul olduğunu bildirmişdir. Belələiklə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması cinayət işi üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq protokolları və cinayət işində olan digər materiallar tam sübuta yetirmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Qanuna əsasən istehlak miqdarından çoxdur. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixosimuliyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu opioidlərin qəbulu nəticəsində aslılıq sindromu-narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 04 may 2022-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, tədqiqatdan sonra qalıq çəkisi 2,905 qram heroin edilməli, cinayət işinin materiallarına əlavə edilmiş CD disk cinayət cinayət işi materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 114 (yüz on dörd manat ) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «KREDO» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 240 AZN (iki üz qırx manat) pul «KREDO» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddələrinə əsasən təyin olunmuş cəzaya qismən toplamaqla ona qəti olaraq 06 (altı) il 06 (adtı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, tədqiqatdan sonra qalıq çəkisi 2,905 qram heroin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş CD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 114 (yüz on dörd manat ) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 240 AZN (iki yüz qırx manat) pul «KREDO» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1245/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1245/2022
27.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver