Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1245/2023 07.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 15:55-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1962-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ailəli, fərdi əməklə məşğul olmuş, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə şəxsiyyəti istintaqa məlum olmayan “Əli” adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə tiryəki və metadon həblərini əldə edib üzərində saxlamaqla daşımış, eləcə də, satış məqsədi ilə "Əli” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun bildirdiyi yerdən külli miqdarda narkotik vasitə heroini götürüb daşıyaraq, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyad Bünyadzadə küçəsindəki 14 nömrəli binanın arxa tərəfində yerləşən iki mərtəbəli yararsız vəziyyətdə olan tikilinin birinici mərtəbəsində gizlətmiş. xx.xx.2023-cü il tarixdə saat 14:45-də Qaradağ RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Binə TM-nin giriş hissəsinin yaxınlığındakı “Ağ Çiçəyim” gül mağazasının qarşısında saxlanılaraq Qaradağ RPİ-nin inzibati binasına gətirilərək dəvət olunmuş müdafiəçinin iştirakı ilə həmin gün saat 15:35də üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli gödəkcəsinin cibindən içərisində sellofana bükülmüş 09 ədəd bükümdə tərkibindəki komponentlərə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 4,460 qram, 0,965 qram, 0,951 qram, 0,940 qram, 0,931 qram, 0.941 qram, 0, 925 qram, 0,930 qram, 0, 942 qram, ümumi təmiz çəkisi 11,985 qram narkotik vasitə tiryək, 02 ədəd konvolyutda üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı dərman həbinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram narkotik vasitə metadon olan “Viceroy Blue” markalı siqaret qutusu aşkar edilərək götürülmüş, daha sonra Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyad Bünyadzadə küçəsindəki 14 nömrəli binanın arxa tərəfində yerləşən iki mərtəbəli yararsız vəziyyətdə olan tikilinin birinci mərtəbəsinə Təqsirləndirilən şəxs müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə xx.xx.2023-cü ıl tarixdə saat 16:20-də baxış keçirilərkən həmin tikilinin birinci mərtəbəsinin giriş hissəsinin sağ tərəfindəki otaqdan tərkibindəki komponentlərə görə eyni olan 03 ədəd sellofan paketdə olan ayrı-ayrılıqda təmiz çəkiləri 2004,0 qram, 2020,6 qram, 2027,1 qram, ümumi təmiz çəkisi 6051,7 qram (6 kq 51,7 qram) narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 15 il olar ki, narkotik vasitə tiryəkdən istifadə edir. O, 2014-cü ildə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası almışdır. O, öz istifadəsi üçün sosial şəbəkə vasitəsilə narkotik vasitə tiryək almış, tutulduğu gündən təxminən 03 gün əvvəl o, Facebook sosial şəbəkəsində narkotik vasitə satan özünü Əli kimi qələmə verən şəxslə tanış olmuş və ondan narkotik vasitə tiryək və metadon həbi almaq barədə razılaşmışlar. Əli adlı şəxs ona demişdir ki, onun kart hesabına pul göndərsin, narkotik vasitə tiryək və metadon həbi Qaradağ rayonu ərazisində yerləşən Binə TM-nin giriş hissəsinin yaxınlığındakı dönərxananın arxasında siqaret qutusunun içərisində yerdə olacaqdır. Eləcə də, Əli adlı şəxs ona birlikdə iş görməyi təklif etmiş, belə ki, Əli adlı şəxs ona demişdir ki, Binə TM-nin 13A sırasının sağ tərəfində olan yarımçıq tikilmiş vəziyyətdə olan sırada daş qırıntılarının arasında qara rəngli sellofan torba vardır. Həmin qara rəngli sellofan torbanı götürüb özündə saxlasın, onun ***-***-**-** mobil nömrəsinə zəng edib həmin sellofan torbanı kimə çatdırmağını deyəcəkdir. O, həmin sellofan torbanı lazım olan şəxs çatdırmağına görə ona 2000 manat pul verəcəkdir. O da Əli adlı şəxslə razılaşmış, Əli adlı şəxsin kart hesabına bankomat aparatından 212 manat pul ödəmişdir. Həmin şəxsin dediyi yerə, yəni Binə TM-nin giriş hissəsinin yaxınlığındakı dönərxananın arxasına yaxınlaşmış, yerdə Viceroy blue markalı siqaret qutusunu görüb yerdən götürüb içərisinə baxmış, həmin qutunun içərisində selofana bükülmüş içərisində narkotik vasitə tiryək olan 11 büküm kiçik, digərlərindən nisbətən böyük olan 01 büküm, 02 ədəd metadon həbi olmuşdur. O, həmin siqaret qutusunu gödəkcəsinin cibinə qoyub oradan uzaqlaşmış, içərisində tiryək olan həmin bükümlərdən 03 ədədindən istifadə etmişdir. Həmin günün sabahı gün o, günorta saatlarında Əli adlı şəxsin dediyi yerə çöllük ərazi tərəfdən daxil olub, sözü gedən qara rəngli sellofan torbanı tapmışdır. Həmin selofan torbanın içində 03 ədəd şəffaf rəngli sellofan paketlər olmuşdur. Həmin paketlərdə narkotik vasitə tiryək olduğunu düşünmüş, lakin həmin paketləri açıb içinə baxdıqda görmüşdür ki, narkotik vasitə heroin vardır. O, içərisində 03 ədəd şəffaf rəngli sellofan paketlər olan qara rəngli selofan torbanı götürüb Lökbatan qəsəbəsində gizlətmişdir. Əli adlı şəxs onunla əlaqə saxlayanda sellofan torbanı həmin yerdən götürüb lazım olan yerə çatdıracaqdır. Buna görə də o, həmin sellofan torbanı götürüb Lökbatan qəsəbəsinə gedib iki mərtəbəli yaşayış olmayan yarasız vəziyyətdə olan tikilinin birinci mərtəbəsində gizlətmişdir. O, 24 yanvar 2023-cü il tarixdə Sumqayıt şəhərində keçiriləcək yas mərasiminə gedəcəyindən, həmin gün təxminən saat 14 radələrində Qaradağ rayonu ərazisində yerləşən Binə TM-nin qarşısına getmişdir ki, orada bir qədər gəzib vaxtını keçirsin və sonra Binə TM-dən Sumqayıt şəhərinə yola düşən avtobusa əyləşib Sumqayıt şəhərinə getsin. O, 24 yanvar 2023-cü il tarixdə saat 14:45- də Binə TM-nin giriş hissəsinin yaxınlığında yerləşən "Ağ Çiçəyim” gül salonunun qarşısında dayandığı zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq öz xidməti vəsiqələrini təqdim edərək Qaradağ RPİ-nin əməkdaşları olduqlarını bildirib ondan adını və soyadını soruşmuşlar. O, da polis əməkdaşlarına, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Qaradağ RPİ-nə dəvət etmişlər. Orada onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş, ona hüquq və vəzifələri izah edilməklə ona dair bildiriş təqdim edilmişdir. Müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Onun üzərinə axtarış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa könüllü olaraq həmin əşyaları masanın üzərinə qoysun. Bundan sonra o, əynində olan qara rəngli gödəkcəsinin sol içəri cibindən “Viceroy blue” markalı siqaret qutusunu çıxardıb masanın üzərinə qoymuşdur. Həmin siqaret qutusunun içərisindən selofana bükülmüş içərisində narkotik vasitə tiryək olan 08 ədəd kiçik, 01 ədəd nisbətən böyük bükümdə narkotik vasitə tiryək, 02 ədəd narkotik tərkibli metadon həbi aşkar edilmişdir. O, qutulardakı narkotik vasitə tiryək və metadon həbi olduğunu bildirmiş, onların hamısını sosial şəbəkə vasitəsilə aldığını demişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Üzərindən aşkar olunaraq götürülmüş 09 büküm narkotik vasitə tiryək və 02 ədəd metadon həbi zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, zərfin üzərinə və protokola imzalar etmişlər. O, bir gecə müvəqqəti saxlama yerində qaldıqda fikirləşmişdir ki, özü və oğlu da narkomaniya xəstəliyindən əziyyət çəkir. Elə buna görə də, o, Lökbatan qəsəbəsində yerləşən yararsız halda olan tikilidə içərisində narkotik vasitə heroin olan sellofan torbanı gizlətdiyi yeri müstəntiqə bildirsin. Çünki o, başqa şəxslərin həmin narkotik vasitəni taparaq ondan istifadə edib, zərər çəkməsini istəməmişdir. Buna görə də, səhəri gün könüllü şəkildə müstəntiqə ifadə vermiş və həmin narkotik vasitə olan paketləri könüllü şəkildə təqdim etmək istədiyini bildirmişdir. Daha sonra polis əməkdaşları və vəkili Şükür Şıxıyev ilə birlikdə həmin ünvanın qarşısına getmiş və yararsız vəziyyətdə olan tikilinin birinci mərtəbəsində sağ tərəfdə olan otağa daxil olub otağın sağ tərəf künc hissəsində dəmir lövhənin altında gizlətdiyi narkotik vasitələr olan 03 ədəd selofan paketi könüllü şəkildə polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümlər kiçik ölçüdə cırılarkən hər bir sellofan paketin içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Daha sonra həmin sellofan paketlər qara rəngli sellofan torbaya qoyulub qablaşdırılaraq üzərinə 46 nömrəli zərflər üçün olan möhürlə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Həmçinin, xx.xx.2023-cü il tarixdə həbsdə saxlanıldığı Bakı İstintaq Təcridxanasında saxlanılarkən, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “ACESS Bank”-ın yanında Fərhadın kafesi deyilən yerdə yarımtikili olan evlərin birinin içərisində 02 ədəd kisədə təxminən 18-25 kiloqram çəkidə narkotik vasitə qurudulmuş marixuana gizlətdiyini qeyd etmiş, bu barədə protokol tərtib edilmişdir. İbtidai istintaq zamanı təcridxanada saxlanılarkən etiraf etdiyi ümumilikdə çəkisi 19503,6 qram olan narkotik vasitə marixuanaya dair hissədə cinayət məsuliyyətindən azad edilsə də, xx.xx.2023-cü il tarixdə içərisində narkotik vasitə olan 03 ədəd sellofan paketin yerini də istintaq orqanına könüllü olaraq bildirməsinə baxmayaraq, məsuliyyətdən azad edilməmişdir. Halbuki, hər iki etirafı zamanı onun bir məqsədi olmuş, həmin narkotik vasitələrin başqa şəxslərin əlinə keçərək, cəmiyyətə daha da ziyan vurmaması məqsədini güdmüş, bu sərbəst etirafları ilə vicdanını rahatlatmaq istəmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı zor tətbiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Qaradağ RPİ-nin X2 əməliyyat müvəkkili polis leytenantı Şahid2 ifadəsində göstərdi ki, Bakı şəhəri, Qaradağ RPİ-nə əməliyyat məlumatı daxil olmuşdur ki, şəxsiyyəti tam məlum olmayan Etibar adlı şəxs Qaradağ rayonu, Lökbatan qəsəbəsində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olur. Ona görə də Qaradağ RPİ-nin rəisinə raportla müraciət edildikdən sonra daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbər Qaradağ RPİ-nin X2 əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 təyin edilmiş, eləcə də, o, əməliyyat qrupuna daxil edilmişdir. Alınmış əməliyyat məlumatına əsasən o, polis baş leytenantı Şahid1 ilə birlikdə xx.xx.2023-cü il tarixdə təxminən saat 14:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Binə TM-nin giriş hissəsinin yaxınlığındakı “Ağ Çiçəyim” gül mağazasının yaxınlığına getmişdir. Həmin gün saat 14:45 radələrində “Ağ Çiçəyim” gül mağazasının qarşısında bir nəfər kişi cinsli şəxsin dayandığını görüb həmin şəxsin Etibar adlı şəxsin zahiri əlamətləri ilə üst-üstə düşən şəxs olduğunu müəyyən etdikdə ona yaxınlaşıb özlərini təqdim edərək adını soruşduqda həmin şəxs özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib üzərinə axtarış keçiriləcəyini bildirmişlər. Lakin Təqsirləndirilən şəxs saxladıqları yerin küçə olduğunu, orada xoşa gəlməz halların baş verməsini nəzərə alıb onu Qaradağ RPİ-nə dəvət etmişlər. Qaradağ RPİ-nə inzibati binasında otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün ona vəkil təqdim olunmuş, hüquq və vəzifələri izah olunmuş, bundan sonra vəkilinin, onun və polis baş leytenantı Şahid1 iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilmiş, videoçəkilişi Şahid1 etmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa könüllü olaraq həmin əşyaları masanın üzərinə qoysun. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sol içəri cibindən "Viceroy blue” markalı siqaret qutusunu çıxardıb masanın üzərinə qoymuşdur. Həmin siqaret qutusunun içərisindən selofana bükülmüş içərisində narkotik vasitə tiryəkə bənzər olan 08 ədəd kiçik, 01 ədəd nisbətən böyük bükümdə narkotik vasitə tiryəkə bənzər maddə, 02 ədəd narkotik tərkibli metadon həbi aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, qutudakı narkotik vasitə tiryək və metadon həbidir, onların hamısını sosial şəbəkə vasitəsilə almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 09 büküm narkotik vasitə tiryək və 02 ədəd metadon həbi zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, zərfin üzərinə və protokola imzalar etmişlər. Məhkəmə kimyəvi ekspertizasından sonra məlum olmuşdur ki, həmin 09 bükümün içərisindəki narkotik vasitə tiryək, 02 ədəd həb isə narkotik tərkibli metadon həbi olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs istintaq zamanı dindirlərkən könüllü olaraq Lökbatan qəsəbəsində yerləşən yararsız halda olan tikilidə içərisində narkotik vasitə heroin olan sellofan torbanı gizlətdiyini bildirdiyi üçün o, polis baş leytenantı Şahid1, Təqsirləndirilən şəxs və onun vəkili Şükür Şıxıyev ilə birlikdə onun dediyi ünvana getmişlər. Həmin ünvan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyad Bünyadzadə küçəsindəki 14 nömrəli binanın arxa tərəfində yerləşən iki mərtəbəli yararsız vəziyyətdə olan tikili olmuşdur. Təqsirləndirilən şəxs tikilinin qarşısında dayanıb bildirmişdir ki, həmin tikilinin birinci mərtəbəsində sağ tərəfdə olan otaqda içərisində narkotik vasitə heroin olan 03 ədəd şəffaf rəngli sellofan paketi gizlətmişdir. O, polis baş leytenantı Şahid1, Təqsirləndirilən şəxs və onun vəkili Şükür Şıxıyev birlikdə həmin tikiliyə daxil olmuşlar. Təqsirləndirilən şəxs irəlidə gedib həmin tikilinin birinci mərtəbəsindəki sağ tərəfdə yerləşən otağa daxil olub otağın sağ tərəf künc hissəsində dəmir lövhənin altında gizlətdiyi 03 ədəd selofan paketi təqdim etmişdir. Həmin bükümlər kiçik ölçüdə cırılarkən hər bir sellofan paketin içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Daha sonra həmin sellofan paketlər qara rəngli sellofan torbaya qoyulub qablaşdırılaraq üzərinə 46 nömrəli zərflər üçün olan möhürlə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Məhkəmə kimyəvi ekspertizasından sonra məlum olmuşdur ki, həmin 03 ədəd selofan paketlərdəki maddələr narkotik vasitə heroin olmuşdur. Həmin yerdən aşkar olunan 03 ədəd selofan paketlərdəki maddələr narkotik vasitə heroin barədə məlumatları olmamış, Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroini könüllü şəkildə təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs Qaradağ RPİ-nə dəvət edərkən Təqsirləndirilən şəxs onlara qarşı hər hansı bir formada müqavimət göstərməmiş, onlar Təqsirləndirilən şəxs qarşı hər hansı zor tətbiq etməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Qaradağ RPİ-nin X2 əməliyyat müvəkkili polis leytenantı Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri, Qaradağ RPİ-nə əməliyyat məlumatı daxil olmuşdur ki, şəxsiyyəti tam məlum olmayan Etibar adlı şəxs Qaradağ rayonu, Lökbatan qəsəbəsində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olur. Ona görə də Qaradağ RPİ-nin rəisinə raportla müraciət edildikdən sonra daxil olmuş əməliyyat məlumatım yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbər o, təyin edilmiş, Qaradağ RPİ-nin N.MB- nin əməliyyat müvəkkili polis baş leytenantı X8 da əməliyyat qrupuna daxil edilmişdir. Əməliyyat məlumatına əsasən o, polis baş leytenantı Şahid1 ilə birlikdə xx.xx.2023-cü il tarixdə təxminən saat 14:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Binə TM-nin giriş hissəsinin yaxınlığındakı “Ağ Çiçəyim’* gül mağazasının yaxınlığına getmişlər. Həmin gün saat 14:45 radələrində “Ağ Çiçəyim" gül mağazasının qarşısında bir nələr kişi cinsli şəxsin dayandığım görüb həmin şəxsin Etibar adlı şəxsin zahiri əlamətləri ilə üst-üstə düşən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar ona yaxınlaşıb özlərini təqdim edərək onun adını soruşmuş, həmin şəxs özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib üzərinə axtarış keçiriləcəyini bildirmişlər. Lakin Təqsirləndirilən şəxs saxladıqları yerin küçə olduğunu, orada xoşa gəlməz halların baş verməsini nəzərə alıb onu Qaradağ RPİ-nə dəvət etmişlər. Qaradağ RPİ-nə inzibati binasında otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil təqdim olunmuşdur. Sonra ona hüquq və vəzifələri izah olunmuş, vəkilinin, onun və polis baş leytenantı Şahid1 iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilmiş, videoçəkilişi o, aparmışdır. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa könüllü olaraq həmin əşyaları masanın üzərinə qoysun. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sol içəri sinə cibindən “Viceroy blue” markalı siqaret qutusunu çıxardıb masanın üzərinə qoymuşdur. Həmin siqaret qutusunun içərisindən selofana bükülmüş narkotik vasitə tiryəkə bənzər olan 08 ədəd kiçik, 01 ədəd nisbətən böyük bükümdə narkotik vasitə tiryəkə bənzər maddə, 02 ədəd narkotik tərkibli metadon həbi aşkar edilmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs bildirmişdir ki, qutudakı narkotik vasitə tiryək və metadon həbidir, onların hamısını sosoial şəbəkə vasitəsilə almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 09 büküm narkotik vasitə tiryək və 02 ədəd metadon həbi zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, zərfin üzərinə və protokola imzalar etmişlər. Məhkəmə kimyəvi ekspertizasından sonra məlum olmuşdur ki, həmin 09 bükümün içərisindəki narkotik vasitə tiryək, 02 ədəd həb isə narkotik tərkibli metadon həbi olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs istintaq zamanı dinidirlərkən könüllü şəkildə Lökbatan qəsəbəsində yerləşən yararsız halda olan tikilidə içərisində narkotik vasitə heroin olan sellofan torbanı gizlətdiyini bildirdiyi üçün o, polis baş leytenantı Şahid1, Təqsirləndirilən şəxs və onun vəkili Şükür Şıxıyev ilə birlikdə onun dediyi ünvana getmişlər. Həmin ünvan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyad Bünyadzadə küçəsindəki 14 nömrəli binanın arxa tərəfində yerləşən iki mərtəbəli yararsız vəziyyətdə olan tikili olmuşdur. Təqsirləndirilən şəxs tikilinin qarşısında dayanıb bildirmişdir ki, həmin tikilinin birinci mərtəbəsində sağ tərəfdə olan otaqda içərisində narkotik vasitə heroin olan 03 ədəd şəffaf rəngli sellofan paketi gizlətmişdir. O, polis baş leytenantı Şahid1, Təqsirləndirilən şəxs və onun vəkili Şükür Şıxıyev birlikdə həmin tikiliyə daxil olmuşlar. Təqsirləndirilən şəxs irəlidə gedib həmin tikilinin birinci mərtəbəsindəki sağ tərəfdə yerləşən otağa daxil olub otağın sağ tərəf künc hissəsində dəmir lövhənin altında gizlətdiyi 03 ədəd selofan paketi təqdim etmişdir. Həmin bükümlər kiçik ölçüdə cırılarkən hər bir sellofan paketin içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Daha sonra həmin sellofan paketlər qara rəngli sellofan torbaya qoyulub qablaşdırılaraq üzərinə 46 nömrəli zərflər üçün olan möhürlə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Məhkəmə kimyəvi ekspertizasından sonra məlum olmuşdur ki, həmin 03 ədəd selofan paketlərdəki maddələr narkotik vasitə heron olmuşdur. Onlar Təqsirləndirilən şəxs Qaradağ RPİ-nə dəvət edərkən Təqsirləndirilən şəxs onlara qarşı hər hansı bir formada müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroin barədə könüllü məlumat verməyəcəyi halda, onlarda bu barədə hər hansı əməliyyat məlumatı mövcud olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/449 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 46” dairəvi möhür əksi “vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə” yazısı və imzalar olan zərfdəki üzərində “Viqeroy blue" yazısı olan siqaret qutuda 09 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,460 qram, 0,965 qram, 0,951 qram, 0,940 qram, 0,931 qram, 0,941 qram, 0,925 qram, 0,930 qram, 0,942 qram, ümumi təmiz çəkisi 11,985 qram tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eyni olub xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir və 02 ədəd konvolyutda üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həb metadon tərkibli dərman pereparatıdır. Tədqiqata təqdim edilmiş iki ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,08 qramdır( konvolyutların üzərində qeyd edilmiş göstəricilərə əsasən bir həbdə 0,04 qram metadon olmaqla) Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına”, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in İİ siyahısına daxildir. Qeyd: Tiryəkin ümumi təmiz çəkisi: 11,985 qram, tədqiqata sərf edildi: 0,27 qram, qalıq: 11,715 qram. Metadon - həblərin sayı: 2 ədəd həb, tədqiqata sərf edildi: 1 ədəd həb, qalıq: 1 ədəd həb. (iş vərəqə 37-40) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/464 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №46” dairəvi möhür əksi,” Yarım tikilidən aşkar edilmiş Təqsirləndirilən şəxs göstərilmiş narkotik vasitə...” yazısı və imzalar olan bağlamadakı, 03 ədəd bağlamada ayrı- ayrılıqda təmiz çəkiləri 2004,0 qr, 2020,6 qr, 2027,1 qr, ümumi təmiz çəkisi 6051,7 qram (6 kq 51,7qr) qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. (iş vərəqə 99-102) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 7/487 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində " Təqsirləndirilən şəxs....." yazılar və imzalar olan ağ rəngli kağız paket sellofan torbadakı torpaq nümunəsini tərkibində olan yaşıl rəngli bitki hissələri, alaq hissələri, alaq bitkilərinin hissələri, bitki toxumları isə əkilib-becərilməsi qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarıdır. (iş vərəqə 212-214) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 X7-narkoloji X3 məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 651 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 155-156) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 ambulator məhkəmə-psixiatrik ekspertizası təyin edilib, ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 396 nömrəli rəyindən görünür ki, ekspertə təqdim olunmuş Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. (iş vərəqə 157-160) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Qaradağ RPİ-nin TŞ-nin təhqiqatçısı polis mayoru X10 RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid2, polis baş leytenantı Şahid1 və vəkil Şükür Şıxıyevin iştirakı ilə Təqsirləndirilən şəxs sorğu-sual edir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçiriləcəyi və bundan əvvəl üzərində qeyri- qanuni əşya(əşiyalar) varsa könüllü təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sol içəri sinə cibindən “Viceroy blue'’ markalı siqaret qutusunu çıxardıb masanın üzərinə qoyur. Həmin siqaret qutusunun içərisindən selofana bükülmüş içərisində narkotik vasitə tiryəkə bənzər olan 08 ədəd kiçik, 01 ədəd nisbətən böyük bükümdə narkotik vasitə tiryəkə bənzər maddə, 02 ədəd narkotik tərkibli metadon həbi aşkar edilir. Təqsirləndirilən şəxs bildirir ki, qutudakı narkotik vasitə tiryək və metadon həbidir, onların hamısını sosial şəbəkə vasitəsilə almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, şəxsi axtarış zamanı üzərindən hər hansı bir qanunsuz əşya aşkar edilmir. (iş vərəqə 31-32) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “baxış və götürmə haqqında” protokoldan görünür ki, Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid2, polis baş leytenantı Şahid1, vəkil Şükür Şıxıyev və Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyad Bünyadzadə küçəsindəki 14 nömrəli binanın arxa tərəfində yerləşən iki mərtəbəli yararsız vəziyyətdə olan tikilinin qarşısında olarkən Təqsirləndirilən şəxs bildirir ki, həmin tikilinin birinci mərtəbəsində sağ tərəfdə olan otaqda içərisində narkotik vasitə heroin olan 03 ədəd şəffaf rəngli sellofan paketi gizlətmişdir. Təqsirləndirilən şəxs, mən, polis baş leytenantı Şahid1, polis leytenantı Şahid2 vəkil Şükür Şıxıyev birlikdə həmin tikiliyə daxil oluruq, Təqsirləndirilən şəxs irəlidə gedib həmin tikilinin birinci mərtəbəsindəki sağ tərəfdə yerləşən otağa daxil olub otağın sağ tərəf künc hissəsində dəmir lövhənin altında gizlətdiyi 03 ədəd selofan paketi təqdim edir. Həmin bükümlər kiçik ölçüdə cırılarkən hər bir sellofan paketin içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar edilir. Daha sonra həmin sellofan paketlər qara rəngli sellofan torbaya qoyulub qablaşdırılaraq üzərinə 46 nömrəli zərflər üçün olan möhürlə möhürlənir, iştirakçılar tərəfindən imzalanaraq götürülür. (iş vərəqə 58) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “DVD diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, diskdə 1 ədəd video vardır. Video 10 dəqiqə, 24 saniyə davam edir. Həmin video görüntüdə Qaradağ RPİ-nin TŞ-nin baş təhqiqatçısı polis mayoru X10 RPİ-nin NMB- nin əməkdaşları Şahid2, Şahid1 və vəkil X4 iştirakı ilə Təqsirləndirilən şəxs sorğu-sual edir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçiriləcəyi və bundan əvvəl üzərində qeyri-qanuni əşya(lar) varsa könüllü təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sol içərisinə cibindən "Viceroy blue" markalı siqaret qutusunu çıxardıb masanın üzərinə qoyur. Həmin siqaret qutusunun içərisindən selofana bükülmüş içərisində narkotik vasitə tiryəkə bənzər olan 08 ədəd kiçik, 01 ədəd nisbətən böyük bükümdə narkotik vasitə tiryəkə bənzər maddə, 02 ədǝd narkotik tərkibli metadon həbi aşkar edilir. Təqsirləndirilən şəxs bildirir ki, qutudakı narkotik vasitə tiryək və metadon həbidir, onların hamısını sosial şəbəkə vasitəsilə almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi, şəxsi axtarış zamanı üzərindən hər hansı bir qanunsuz əşya aşkar edilmir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 09 büküm narkotik vasitə tiryək və 02 ədəd metadon həbi zərfə qoyularaq möhürlənir. Odur ki, bununla bağlı protokol tərtib edilmişdir. (iş vərəqə 62) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Binə TM-nin giriş hissəsinin yaxınlığındakı “Ağ Çiçəyim” gül mağazasının qarşısında saxlanılmışdır. O, saxlanılmamışdan 3 gün əvvəl narkotik vasitə tiryək və metadon həbini götürdüyü dönərxananın arxa hissəsini göstərmiş. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə tiryək və metadon həbini Binə TM-nin 1-ci sırasının qarşısındakı dönərxananın arxa hissəsindən, yəni yerdəki gül dibçəklərinin dibindən götürmüşdür. Daha sonra Təqsirləndirilən şəxs içərisində narkotik vasitə heroin olan 03 ədəd sellofan torbanı götürdüyü Binə TM-nin 13A sırasının sağ tərəfində, yəni yarımçıq tikilmiş vəziyyətdə olan sırada daş qırıntılarının altından götürdüyü yeri göstərmişdir. Bununla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. (iş vərəqə 83-88) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “DVD diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, diskdə 1 ədəd video vardır. Video 10 dəqiqə davam edir. Həmin video görüntüdə Samir Ağayev, Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Təqsirləndirilən şəxs və onun vəkili X1 rayonu, Lökbatan qəsəbəsində yerləşən iki mərtəbəli yararsız vəziyyətdə olan sahibsiz tikilinin qarşısına gəlir. Təqsirləndirilən şəxs iki mərtəbəli yararsız vəziyyətdə olan sahibsiz tikilini göstərib bildirir ki, içərisində 03 ədəd selofan paketdə narkotik vasitə heroin olan qara rəngli selofan torbanı həmin tikilinin birinci mərtəbəsində sağ tərəfdə olan otaqda gizlətmişdir. Həmin tikili Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyad Bünyadzadə küçəsində yerləşən 14 nömrəli binanın arxa tərəfində yerləşir. Həmin tikilinin birinci mərtəbəsindəki sağ tərəfdə yerləşən otağa daxil olurlar və Təqsirləndirilən şəxs otağın sağ tərəf künc hissəsində dəmir lövhənin altında gizlətdiyi 03 ədəd selofan paketi təqdim edir. Həmin bükümlər kiçik ölçüdə cırılarkən hər bir sellofan paketin içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar edilir. Daha sonra həmin sellofan paketlər qara rəngli sellofan torbaya qoyulub qablaşdırılaraq üzərinə 46 nömrəli zərflər üçün olan möhürlə möhürlənir. (iş vərəqə 105) İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 5(002)-22/2023 saylı qərarından görünür ki, Qaradağ RPİ-nin X2 əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi Ədalət Abbasov tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar qanuni hesab edilmişdir. (iş vərəqə 7; 45-46) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “maddi sübutun tanınması haqqında” qərardan görünür ki, xx.xx.2023-cü il tarixli protokolla Təqsirləndirilən şəxs götürülmüş 09 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,460 qram, 0,965 qram, 0,951 qram. 0,940 qram, 0,931 qram, 0,941 qram, 0,925 qram, 0,930 qram, 0,942 qram, ümumi təmiz çəkisi 11,985 qram narkotik vasitə tiryək, 02 ədəd konvolyutda üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı dərman həbinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram narkotik vasitə metadon, xx.xx.2023-cü il tarixli protokolla Təqsirləndirilən şəxs götürülmüş 03 ədəd sellofan paketdə olan ayrı-ayrılıqda təmiz çəkiləri 2004,0 qram, 2020,6 qram, 2027,1 qram, ümumi təmiz çəkisi 6051,7 qram (6 kq 51,7 qram) narkotik vasitə heroin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 11,715 qram tiryək, 6051,1 qram heroin, 01 ədəd metadon həbi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (iş vərəqə 121-122) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “maddi sübutun tanınması haqqında” qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs təqdim etdiyi 01 nömrəli ağ rəngli sintetik torbada təmiz çəkisi 8481,0 qram, 2 nömrəli ağ rəngli sintetik torbada təmiz çəkisi 11023,0 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 19,503 qram olan narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Qaradağ RPİnin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (iş vərəqə 187-188) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “maddi sübutun tanınması haqqında” qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu Rvo kəndi ərazisində yerləşən meşədən götürülmüş tərkibində narkotik tərkibli çətənə bitkisinin toxumları olan 01 ədəd zərfdəki torpaq kütləsi maddi sübut kimi tanınmış, tərkibində narkotik tərkibli çətənə bitkisinin toxumları olan 01 ədəd zərfdəki torpaq kütləsi saxlanması üçün Qaradağ RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (iş vərəqə 215-216) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən, yararsız vəziyyətdə yarımtikilidə gizlətdiyi ümumi təmiz çəkisi 19503,6 qram olan narkotik vasitə qurudulmuş marixuananı könüllü olaraq istintaq orqanına təqdim etdiyi üçün onun barəsində AR CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndi tətbiq edilmiş və 19503,6 qram narkotik vasitə qurudulmuş marixuanaya dair hissədə barəsində cinayət təqibinə xitam verilmişdir. (iş vərəqə (iş vərəqə 240-258) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə tərkibi, həmçinin, iş üzrə təqsirləndirilən şəxsin, eləcə də şahidlərin ifadələrinə hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən nəzərə alınmasa da Təqsirləndirilən şəxs əməlində həmçinin, onun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyad Bünyadzadə küçəsindəki 14 nömrəli binanın arxa tərəfində yerləşən iki mərtəbəli yararsız vəziyyətdə olan tikilinin birinci mərtəbəsində gizlətdiyi, xx.xx.2023-cü ıl tarixdə saat 16:20-də baxış keçirilərkən həmin tikilinin birinci mərtəbəsinin giriş hissəsinin sağ tərəfindəki otaqda könüllü olaraq təqdim edilmiş 03 ədəd sellofan paketdə olan ayrı-ayrılıqda təmiz çəkiləri 2004,0 qram, 2020,6 qram, 2027,1 qram, ümumi təmiz çəkisi 6051,7 qram (6 kq 51,7 qram) narkotik vasitə heroinə dair hissədə də AR CM-in 234-cü maddəsinin qeyd hissəsində öz əksini tapmış könüllü surətdə təhvil vermə əlaməti mövcuddur. AR CM-in 234-cü maddəsinin qeyd hissəsinin 1-ci bəndində göstərilmişdir ki, narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil verən və ya narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin qeydində göstərilən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların könüllü surətdə təhvil verilməsi dedikdə həmin vasitələrlə real surətdə istənilən kimi sərəncam vermə imkanına malik olan şəxsin bu vasitələrin hakimiyyət nümayəndəsinə könüllü təhvil verilməsi başa düşülməlidir. Həmin qeydin məzmununa və mənasına görə qeyddə göstərilən hərəkətlərin edilməsi narkotik vasitənin və ya psixotrop maddənin əldə edilməsinin və saxlanılmasının məqsədindən asılı olmayaraq (satış məqsədi və ya belə məqsəd olmadan) şəxsin cinayət məsuliyyətindən azad olunmasına əsas verir (səbəb olur). Eyni zamanda, şəxsin əldə edib saxladığı narkotik vasitə və ya psixotrop maddənin, yaxud prekursorların bir hissəsini satdığı, qalan hissəsini isə qeydə uyğun qaydada təhvil verdiyi halda, həmin şəxs yalnız satdığı narkotik vasitənin, psixotrop maddənin və ya prekursorların satışına görə məsuliyyət daşımalıdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ rayon Polis İdarəsinin narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 məhkəmə iclasında verdikləri ifadələrində qeyd etmişlər ki, Təqsirləndirilən şəxs özü könüllü şəkildə Bakı şəhəri, Qaradağ rayonu. Lökbatan qəsəbəsi, Bünyad Bünyadzadə küçəsindəki 14 nömrəli binanın arxa tərəfində yerləşən iki mərtəbəli yararsız vəziyyətdə tikilinin birinci mərtəbəsinin giriş hissəsinin sağ tərəfindəki otaqda gizlətdiyi 03 ədəd sellofan paketdə olan ayrı-ayrılıqda təmiz çəkiləri 2004,0 qram, 2020,6 qram, 2027,1 qram, ümumi təmiz çəkisi 6051,7 qram (6 kq 51,7 qram) narkotik vasitə heroin barədə könüllü məlumat vermiş, Təqsirləndirilən şəxs könüllü olaraq məlumat verməyəcəyi halda onlarda həmin narkotik vasitələr barədə hər hansı əməliyyat məlumatı olmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs da saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilmədiyini bildirmişdir. Bu hal da özü-özlüyündə təqsirləndirilən şəxsin heç bir təzyiq qarşısında qalmadan, səmimi və könüllü şəkildə narkotik vasitə və psixotrop maddələri təhvil verməsinə dəlalət edir. Eyni zamanda qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs 24 yanvar 2023-cü il tarixdə saxlanılaraq, şübhəli şəxs qismində tutulmuş, həmin tarixdə onun üzərinə şəxsi axtarış və götürmə həyata keçirilmiş, bu barədə xx.xx.2023-cü il tarixli protokol tərtib edilərək, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcəsinin cibindən içərisində sellofana bükülmüş 09 ədəd bükümdə tərkibindəki komponentlərə görə eyni olan ayrıayrılıqda təmiz çəkiləri 4,460 qram, 0,965 qram, 0,951 qram, 0,940 qram, 0,931 qram, 0.941 qram, 0, 925 qram, 0,930 qram, 0, 942 qram, ümumi təmiz çəkisi 11,985 qram narkotik vasitə tiryək, 02 ədəd konvolyutda üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı dərman həbinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram narkotik vasitə metadon olan “Viceroy Blue” markalı siqaret qutusu aşkar edilərək götürülmüşdür. Bir gün keçdikdən sonra, yəni, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində ifadə verərək, könüllü qaydada narkotik vasitələrin yeri barədə məlumat verdikdən sonra Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyad Bünyadzadə küçəsindəki 14 nömrəli binanın arxa tərəfində yerləşən iki mərtəbəli yararsız vəziyyətdə olan tikilinin birinci mərtəbəsinə Təqsirləndirilən şəxs müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə xx.xx.2023-cü ıl tarixdə saat 16:20-də baxış keçirilərkən həmin tikilinin birinci mərtəbəsinin giriş hissəsinin sağ tərəfindəki otaqdan tərkibindəki komponentlərə görə eyni olan 03 ədəd sellofan paketdə ayrı-ayrılıqda təmiz çəkiləri 2004,0 qram, 2020,6 qram, 2027,1 qram, ümumi təmiz çəkisi 6051,7 qram (6 kq 51,7 qram) narkotik vasitə heroin aşkar edilərək, götürülmüşdür. (iş vərəqə 54-57; 58) Göründüyü kimi, Təqsirləndirilən şəxs ümumi təmiz çəkisi 6051,7 qram (6 kq 51,7 qram) narkotik vasitə heroin könüllü olaraq təqdim etmiş, onun özünün həmin narkotik vasitə barədə məlumat verməyəcəyi halda hüquq-mühafizə orqanında həmin narkotik vasitə, eləcə də, onun gizlədildiyi yerə dair hər hansı məlumat olmamış, həmçinin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrdən əlavə hər hansı narkotik vasitə saxlamasının yoxlanılması üçün əməliyyat axtarış tədbirləri keçirilməmişdir. Təqsirləndirilən şəxs susmaq və özünə qarşı ifadə verməmək hüququna malik olsa da, ibtidai istintaq orqanına məlum olmayan, gizli, qanunsuz dövriyyədə saxlamaq imkanına malik olduğu ümumi təmiz çəkisi 6051,7 qram (6 kq 51,7 qram) narkotik vasitə heroini könüllü olaraq təqdim etmişdir. Ziddiyyətli məqam ondan ibarətdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən, yararsız vəziyyətdə yarımtikilidə gizlətdiyi ümumi təmiz çəkisi 19503,6 qram olan narkotik vasitə qurudulmuş marixuananı könüllü olaraq istintaq orqanına təqdim etdiyi üçün onun barəsində AR CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndi tətbiq edilərək, 19503,6 qram narkotik vasitə qurudulmuş marixuanaya dair hissədə onun barəsində cinayət təqibinə xitam verilsə də, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi ümumi təmiz çəkisi 6051,7 qram (6 kq 51,7 qram) narkotik vasitə heroinlə bağlı cinayət təqibinə xitam verilməmiş, onun əməli könüllü təqdim etmə kimi qiymətləndirilməmişdir. İbtidai istintaq orqanı sübutların qiymətləndirilməsi haqqında qərarında, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi ümumi təmiz çəkisi 6051,7 qram (6 kq 51,7 qram) narkotik vasitə heroinlə bağlı cinayət təqibinə xitam verilməməsini onunla əlaqələndirmişdir ki, guya Təqsirləndirilən şəxs narkotik vasitənin aşkar edilib götürülməsi ilə əlaqədar istintaq hərəkətləri aparılarkən, müvafiq vəzifəli şəxsin təklifi ilə və artıq narkotik vasitələrə dair sərəncam vermək imkanının olmadığını dərk etməsi ilə əlaqədar narkotik vasitələri təqdim etmişdir. Bununla da, onun barəsində AR CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndi tətbiq edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, şəxs tutulan zaman, habelə narkotik vasitənin və psixotrop maddənin aşkar edilib götürülməsi məqsədi ilə istintaq hərəkətləri aparılarkən bu hərəkətləri aparan müvafiq vəzifəli şəxsin təklifi ilə və artıq bu hərəkətlərlə əlaqədar təqsirkarın narkotik vasitələrə sərəncam vermək imkanının olmadığını dərk etməsi nəticəsində narkotik vasitələrin təhvil verilməsi təqsirkara CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndinin tətbiq edilməsinə əsas vermir. Lakin, ibtidai istintaq orqanı yuxarıda qeyd edilən Plenum qərarına əsaslanarkən, bir məqamı gözdən qaçırmışdır ki, Təqsirləndirilən şəxs tutulduqdan bir gün sonra, həmçinin, məhz narkotik vasitənin və psixotrop maddənin aşkar edilib götürülməsi məqsədi ilə istintaq hərəkətləri aparılarkən deyil, dindirilmə istintaq hərəkəti aparılarkən narkotik vasitələrin yeri barədə könüllü qaydada məlumat verərək, təqdim etmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs ümumi təmiz çəkisi 6051,7 qram (6 kq 51,7 qram) narkotik vasitə heroin ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilməməlidir. Məhkəmə tərkibi tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özü könüllü şəkildə Bakı şəhəri, Qaradağ rayonu. Lökbatan qəsəbəsi, Bünyad Bünyadzadə küçəsindəki 14 nömrəli binanın arxa tərəfində yerləşən iki mərtəbəli yararsız vəziyyətdə tikilinin birinci mərtəbəsinin giriş hissəsinin sağ tərəfindəki otaqda gizlətdiyi 03 ədəd sellofan paketdə olan ayrı-ayrılıqda təmiz çəkiləri 2004,0 qram, 2020,6 qram, 2027,1 qram, ümumi təmiz çəkisi 6051,7 qram (6 kq 51,7 qram) narkotik vasitə heroini könüllü qaydada ibtidai istintaq orqanına təqdim etmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş AR CMin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli olması onun özünün etiraf edici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, “Şəxsi axtarış və götürmə aparılması haqqında”, “DVD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında”, “İfadənin yerində yoxlanılması haqqında” protokollar və digər sənədlərlə tam sübut olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər–narkotik müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcəsinin içəri cibindən içərisində sellofana bükülmüş 09 ədəd bükümdə tərkibindəki komponentlərə görə eyni olan ayrıayrılıqda təmiz çəkiləri 4,460 qram, 0,965 qram, 0,951 qram, 0,940 qram, 0,931 qram, 0.941 qram, 0, 925 qram, 0,930 qram, 0, 942 qram, ümumi təmiz çəkisi 11,985 qram narkotik vasitə tiryək, 02 ədəd konvolyutda üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı dərman həbinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram narkotik vasitə metadon və Bakı şəhəri, Qaradağ rayonu. Lökbatan qəsəbəsi, Bünyad Bünyadzadə küçəsindəki 14 nömrəli binanın arxa tərəfində yerləşən iki mərtəbəli yararsız vəziyyətdə olan tikilinin birinci mərtəbəsinin giriş hissəsinin sağ tərəfindəki otaqdan tərkibindəki komponentlərə görə eyni olan 03 ədəd sellofan paketdə olan ayrıayrılıqda təmiz çəkiləri 2004,0 qram, 2020,6 qram, 2027,1 qram, ümumi təmiz çəkisi 6051,7 qram (6 kq 51,7 qram) narkotik vasitə heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla, külli miqdar təşkil edir, digər tərəfdən, Təqsirləndirilən şəxs üzərindən və Bakı şəhəri, Qaradağ rayonu. Lökbatan qəsəbəsi, Bünyad Bünyadzadə küçəsindəki 14 nömrəli binanın arxa tərəfində yerləşən iki mərtəbəli yararsız vəziyyətdə olan tikilinin birinci mərtəbəsindən aşkarlanan narkotik vasitələrin müxtəlif növlərdə olması, habelə, narkotikin bir yerdən başqa yerə daşınması da təsdiq edir ki, o, qeyd olunan miqdarda olan narkotik vasitələri qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilmiş, xx.xx.2021-ci il tarixdə Xəzər rayon Məhkəməsinin qərarı ilə 03 ay 03 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2021-ci il tarixdə cəza müddəti bitmişdir. (iş vərəqə 136-137; 145-149) Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə görə qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayətin törətdikdə cinayətin təhlükəli residivini yaradır. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu olan təqsirləndirilən şəxs hesab edilməlidir və onun əməlində cinayətlərin təhlükəli residivi halı müəyyən olunur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi halı müəyyən edildiyindən ona cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin qaydaları əsasında, yəni onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin üçdə ikisindən az olmamaqla təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs könüllü təqsirini boynuna almasını, cinayətin açılmasına, cinayət nəticəsində əldə edilmiş əmlakın tapılmasına fəal kömək etməsini, cinayəti etiraf edərək, səmimi peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi, AR CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin təhlükəli residivi halını isə onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 4(002)-13/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 24 yanvar 2023-cü il tarixdən hesablanmışdır. (iş vərəqə 22, 95-98) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 24 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 651 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 372 (üç yüz yetmiş iki) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübutlar – Bakı şəhəri Qaradağ RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən götürülmüş 09 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 4,460 qram, 0,965 qram, 0,951 qram. 0,940 qram, 0,931 qram, 0,941 qram, 0, 925 qram, 0,930 qram, 0, 942 qram, ümimi təmiz çəkisi 11, 985 qram narkotik vasitə tiryəkin ekspertiza tədqiqatından sonra qalıq qalan 11,715 qram tiryək, 02 ədəd konvolyutda üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı dərman həbinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram narkotik vasitə metadonun ekspertiza tədqiqatından sonra qalıq qalan 01 ədəd metadon həbi, 03 ədəd sellofan paketdə olan ayrı-ayrılıqda təmiz çəkiləri 2004,0 qram, 2020,6 qram, 2027,1 qram, ümumi təmiz çəkisi 6051,7 qram (6 kq 51,7 qram) narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalan 6051,1 qram heroin, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs təqdim etdiyi 01 nömrəli ağ rəngli sintetik torbada təmiz çəkisi 8481,0 qram, 2 nömrəli ağ rəngli sintetik torbada təmiz çəkisi 11023,0 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalıq qalan 19,503 qram olan narkotik vasitə qurudulmuş marixuana, xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu Rvo kəndi ərazisində yerləşən meşədən götürülmüş tərkibində narkotik tərkibli çətənə bitkisinin toxumları olan 01 ədəd zərfdəki torpaq kütləsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə, habelə baxış və götürmə istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən 03 DVD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Yusif Allahverdiyev və Partnyorları”Vəkil Bürosunun hesabına 180 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, o, 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 24 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Qaradağ RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 11,715 qram tiryək, ekspertiza tədqiqatından sonra qalıq qalan 01 ədəd metadon həbi, ekspertiza tədqiqatından sonra qalıq qalan 6051,1 qram heroin, ekspertiza tədqiqatından sonra qalıq qalan 19,503 qram olan narkotik vasitə qurudulmuş marixuana, xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu Rvo kəndi ərazisində yerləşən meşədən götürülmüş tərkibində narkotik tərkibli çətənə bitkisinin toxumları olan 01 ədəd zərfdəki torpaq kütləsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarış və götürmə, habelə baxış və götürmə istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən 03 DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri- ekspertiza xərcinin dəyərini təşkil edən 372 (üç yüz yetmiş iki) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun hesabına 180 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-1245/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1245/2023
07.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver