Məhkəmə qərarları › İş №1(101)-1245/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1245/2025

31.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1245/2025 31.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X3 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «UNİVERSAL» Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə 16 avqust 1999-cu il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, taksi fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Ağdam şəhəri, Ağdamkənd kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 10:15-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-234.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini xüsusi külli miqdarda törədərək, yəni 04 yanvar 2025ci il tarixdə qanunsuz olaraq narkotik vasitələrin satışını təşkil etmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olan «Dilarə» adlı şəxsin tanışı kimi təqdim etdiyi şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında əldə edilmiş razılığa əsasən müəyyən ünvanlara çatdırmaq üçün həmin şəxsin «Whatsapp Business» ani mesajlaşma mobil tətbiqi vasitəsilə +98 938 *** **** saylı nömrədən onun istifadəsində olan «Azercell» mobil operatoruna məxsus ***-***-**-** saylı mobil nömrəyə göndərdiyi məkan koordinatı və fotoşəkillərə uyğun Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində qoyulmuş 01 ədəd açıq qəhvəyi rəngli kisədə, külli miqdarda ümumi təmiz çəkisi 8840,0 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, narkotik vasitə qurudulmuş marixuana və xüsusilə külli miqdarda, təmiz çəkisi 1295 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroini ünvan 1 ünvanın yaxınlığında əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyəsi ilə məşğul olmasına dair daxil olmuş məlumat əsasında Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 04 yanvar 2025-ci il tarixdə saat 21:22-də ünvan 1 ünvanın yaxınlığında saxlanılıb videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış və götürmə zamanı sol əlində olan 01 ədəd açıq qəhvəyi rəngli kisənin içərisindən 06 ədəd qara rəngli yapışqan kağız lentlə bağlanmış sellofon bağlamada qablaşdırılmış, öz aralarında tərkiblərinə görə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 1185,0 qram, 1090,0 qram, 1260,0 qram, 1085,0 qram, 940,0 qram, 3280,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, külli miqdarda, ümumi təmiz çəkisi 8840,0 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd qara rəngli yapışqan kağız lentlə bağlanmış sellofan bağlamada qablaşdırılmış, xüsusilə külli miqdarda, təmiz çəkisi 1295 qram olan, qəhvəyi rəngli maddə kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 2.Məhkəmədə Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirili bilərək ifadəsində qeyd etmişdir ki, 04 yanvar tarixində narkotik götürmək üçün getmiş, lakin nə qədər və nə cür narkotik olacağından heç bir məlumatı olmamışdır. Ona narkotikin qoyulduğu yerin ünvanı yollanmış və həmin ünvan “Nağıl bağı” restoranının yaxınlığında olmuşdur. İranlı ilə telefonda danışarkən ona 800 qram - 1 kiloqram aralığında nəşə olduğunu, özünə lazım olanını götürməsini və qalan hissəsini isə aparıb lazımlı yerlərə qoymasını demişdir. Həmin qadınla da danışarkən nişanlandığını, sonuncu dəfə gedəcəyini, bundan sonra getməyəcəyini demiş və həmin qadın da cavabında ona sonuncu dəfə getməsini demişdir. Saat 7-8 radələrində Xətai rayonu ərazisindən narkotiki götürərkən 8-9 nəfər əməliyyatçılar gələrək onu saxlamışlar. Orada narkotik bir kisədə olmuş və o qədər olacağını bilməmişdir. O, səkkiz yüz qram narkotik üçün getmiş və ona orada 800 qram nəşə olacağı bildirilmişdir. Bundan sonra əməliyyatçılar özlərini ona təqdim etmişlər və tutulduğu yerdə videoçəkiliş aparılmışdır. Nəşənin çəkisinin o qədər olacağı və heroinin orada olacağı barədə ona məlumat verilməmişdir. Saxlanılan zaman üzərində narkotik olmamışdır. O, narkotiki qadın olan iran vətəndaşından sifariş etmiş, həmin qadını isə tanışı olan başqa bir şəxsin vasitəsi ilə 2024-cü ilin noyabr ayında tanımışdır. Daha əvvəl həmin qadından üç dəfə şəxsi istifadəsi üçün “nəşə” götürmüşdür. Narkotiki həm özü istifadə etmiş, həm də kimlərinsə gəlib götürməsi üçün ona dediyi ünvanlara yerləşdirmişdir. Etdiklərinin müqabilində pul almamış, ancaq öz istifadəsi üçün ona nəşə verilmişdir. İranlı qadın ona sellofana 50 qram nəşə bağlamasını demiş və sonra bağlamanı dediyi hər hansısa bir yerdə torpağın altına basdırmışdır. Narkotiklər bağlama şəklində gəlmiş, onları açıb bölməmişdir. Bağlamaları bir neçə ünvanlara qoymuşdur. İki dəfə bağlamanı Binə, bir dəfə Xırdalan, sonuncu dəfə isə “Nağıl Bağı” restoranı ərazisindən götürmüşdür. Binədən götürdüyünü Masazıra qoymuşdur. Bu işlərin müqabilində ona 5-10 qram nəşə verilmişdir. Sağlamlıq vəziyyəti ilə bağlı işləyə bilməmiş və kredit maşınla taksi sürmüşdür. Əlilliyi olmamış, hansısa psixatriya xəstəxanasında qeydiyyatda olmamış və müalicə almamışdır. O, idmançı olmuş və heç bir vaxt narkotik satmamışdır. Saxlanılan zaman və idarədə olarkən ona qarşı zor tətbiq olunmamışdır. O, törətdiyi əməldən peşmandır. 3.Məhkəmə iclas zalında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Dilarə adlı qadını təxminən 3 ay müddət olar ki tanımışdır. Belə ki, onunla hazırda cəzaçəkmə müəssisəsində olan, anket məlumatlarını tam olaraq bilmədiyi Röyal adlı tanışı vasitəsilə tanış olmuşdur. Royal adlı tanışının deməsindən Dilarə adlı qadının İran İslam Respublikasında olmasına baxmayaraq Azərbaycan Respublikası ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışını təşkil etməklə məşğul olmasını öyrənmişdir. Röyal adlı tanışı həbs olunduqdan sonra Dilarə adlı qadının əvvəlcədən ona vermiş olduğu İran İslam Respublikasına məxsus + 98 905 *** **** saylı mobil nömrə ilə istifadəsində olan «Azercell» mobil operatoruna məxsus ***-***-**-** saylı mobil nömrə ilə «Whatsapp Business» ani mesajlaşma sistemi vasitəsilə yazışma aparmaqla əlaqə saxlamağa başlamışdır. Dilarə adlı qadınla danışarkən o özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edərək hal-hazırda İran İslam Respublikasında olduğunu, buna baxmayaraq Azərbaycan Respublikası ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışını təşkil etməkdə ona köməklik göstərəcəyi təqdirdə ona istənilən narkotik vasitəni pulsuz verəcəyini və onun dediklərini yerinə yetirəcəyi təqdirdə müəyyən məbləğdə pul da verəcəyini bildirmişdir. Həmin qadınla «Whatsapp Business» ani mesajlaşma sistemi vasitəsilə mesajlaşarkən onun göndərdiyi səsli mesajlardan həqiqətən də qadın olmasını müəyyən etmişdir. Lakin danışıq zamanı o şəxsiyyəti və özü barədə digər hər hansı faktla bağlı ona əlavə məlumat verməmişdir. O, maddi imkansızlıq ucbatından Dilarə adlı qadının təklifi ilə razılaşmışdır. Sonrakı müddətlərdə 2024-cü ilin oktyabr ayının ortalarından başlayaraq Dilarə adlı qadının deməsi əsasında bir neçə dəfə onun «Whatsapp Business» ani mesajlaşma sistemi vasitəsilə göndərmiş olduğu məkan koordinatları və fotoşəkillər vasitəsilə Bakı şəhərində müəyyən məkanlardan içərisində narkotik vasitə və psixotrop maddə olan torba və ya bağlamaları götürmüşdür. Daha sonra həmin torba və ya bağlamaların içərisində olan narkotik vasitə və psixotrop maddələri Dilarə adlı qadının tapşırığı ilə əldə etdiyi elektron tərəzi vasitəsilə xırda bükümlər halına gətirib Bakı şəhərində müəyyən ərazilərdə gizlətmişdir. Həmin ərazinin məkan koordinatlarını və fotoşəkillərini «Whatsapp Business» ani mesajlaşma sistemi vasitəsilə Dilarə adlı qadına göndərmişdir. Bunların əvəzində Dilarə adlı qadın bir dəfəsində ona 50 qram narkotik vasitə qurudulmuş marixuana vermişdir. Bir neçə dəfə isə narkotik vasitə və psixotrop maddələri onun göndərdiyi ünvanlardan götürdüyünə və sonradan dediyi ünvanlara çatdırdığına görə «M 10» tətbiqində qeydiyyatdan keçdiyi ***-***-**-** saylı mobil nömrənin balansına müxtəlif məbləğlərdə pullar göndərmişdir. 04 yanvar 2025-ci il axşam saat 17 radələrində Dilarə adlı qadının tanışı olan digər İran İslam Respublikasının vətəndaşı olan şəxs istifadəsində olan + 98 938 *** **** saylı mobil nömrə ilə istifadəsində olan «Azercell» mobil operatoruna məxsus ***-***-**-** saylı mobil nömrə ilə «Whatsapp Business» ani mesajlaşma sistemi vasitəsilə onunla əlaqə yaratmışdır. Həmin şəxsin ona göndərmiş olduğu səsli mesajdan kişi cinsindən olmasını müəyyən etmişdir. Həmin şəxs «Whatsapp Business» ani mesajlaşma sistemi vasitəsilə ona göndərəcəyi məkan koordinatında külli miqdarda narkotik vasitə olacağını və həmin narkotik vasitəni həmin ünvandan götürməyini tələb etmişdir. Daha sonra həmin şəxs həmin ərazinin fotoşəkillərini də «Whatsapp Business» ani mesajlaşma sistemi vasitəsilə ona göndərmişdir. Həmin şəxs göndərmiş olduğu məkanda külli miqdarda narkotik vasitə olacağını, narkotik vasitəni götürdükdən sonra birbaşa yaşadığı ünvana aparıb saxlamağını, daha sonra onun göstərişi ilə hərəkət edəcəyini izah etmişdir. Şəxsin deməsinə görə narkotik vasitəni götürdükdən sonra onun «M10» hesabına 2.000 manat məbləğində pul göndərəcəkmiş. Lakin o, götürəcəyi yükün içərisində olan narkotik vasitənin yalnız marixuana olmasım bilmiş, onun miqdarını dəqiq olaraq bilməmiş və bu barədə ona əlavə məlumat verilməmişdir. İdarə etdiyi «Chevrolet Cobalt» markalı **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin şəxsin «Whatsapp Business» ani mesajlaşma sistemi vasitəsilə ona göndərdiyi məkan koordinatı əsasında Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsinə yola düşmüşdür. Təxminən saat 19:30 radələrində ona göndərilən məkan koordinatına çatmışdır. Lakin həmin ərazini tam olaraq tanımağı üçün və ətrafda onu müşahidə edə biləcək şəxslərin olması ehtimalına qarşı təxminən 2 saat müddətində həmin ətrafda avtomobilin içərisində gözləmişdir. Saat 21:20 radələrində həmin məkana yaxınlaşıb yaşayış olmayan ərazidə olan tikilinin divarının dibinə qoyulmuş açıq qəhvəyi rəngli kisəni götürmüşdür. Daha sonra həmin kisəni sol əli ilə götürüb yaxınlıqda saxladığı idarə etdiyi avtomobilə qoymaq üçün piyada hərəkət edərkən 3-4 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və ondan özünü təqdim etməyini tələb etmişlər. O da polis əməkdaşlarına hər hansı bir etiraz etmədən özü barədə məlumatları onlara bildirmişdir. Daha sonra polis əməkdaşları ona hüquq və vəzifələrini izah etmişlər. O hüquq və vəzifələrinin aydın olduğunu söyləmişdir. Bundan sonra polis əməkdaşları yaxınlıqda olan tikilinin divarının dibindən götürdüyü açıq qəhvəyi rəngli kisənin içərisinə baxış keçiriləcəyini bildirmişlər. Həmin kisə açıldıqda içərisindən 1 ədəd qara rəngli yumru formalı böyük sellofan bağlama, 5 ədəd qara rəngli orta ölçülü sellofan bağlama və 1 ədəd qara rəngli kiçik ölçülü sellofan bağlama aşkar olunmuşdur. Bağlamaların bir hissəsi bıçaqla kəsilərək açıldıqda birinin içərisindən toz şəkilli tünd qəhvəyi rəngli kütlə, digərlərinin içərisindən isə bitki mənşəli kütlələr aşkar edilmişdir. Polis əməkdaşları ondan həmin kisəni kimin vasitəsilə və nə məqsədlə əldə etdiyini soruşduqda onlara həmin kisəni tanımadığı İran İslam Respublikası vətəndaşının əvvəlcədən mobil telefonuna göndərdiyi məkan koordinatı və fotoşəkillər vasitəsilə qoyulduğu yerdən götürdüyünü, daha sonra həmin kisəni öz evinə aparacağını, həmin şəxsin sonradan ona deyəcəyi yerlərə qoyacağını, bunun müqabilində həmin şəxsin ona 1.000-2.000 manat məbləğində pul verəcəyini bildirmişdir. Üzərinə keçirilən şəxsi axtarış zamanı isə üzərindən bir ədəd gümüşü rəngli «Tecno Pova» markalı mobil telefon, "xxxx"a aid 4169 7388 8351 0368 nömrəli, «Azərbaycan Respublikası Beynəlxalq Bankı»na aid 5522 0993 6823 7624, *** **** 6824 1808 nömrəli plastik bank kartları, içərisində müxtəlif sayda siqaretlər olan 1 ədəd «LD» markalı siqaret qutusu və idarə etdiyi «Chevrolet Cobalt» markalı **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobilin markalı avtomobilin və yaşadığı evin açarları aşkar olunmuşdur. «Azərbaycan Respublikası Beynəlxalq Bankı»na aid 5522 0993 6823 7624, 5522 0993 6824 1808 nömrəli plastik kartlar öz adına, "xxxx"a aid 4169 7388 8351 0368 nömrəli plastik kart isə tanışı Gülşən adlı xanıma məxsus olmuşdur. Sonra üzərinə və əynində olan geyim paltarlarına bir daha şəxsi axtarış keçirilsə də üzərindən hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. İdarə etdiyi «Chevrolet Cobalt» markalı **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobilə də baxış keçirilsə də qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Həmin qara rəngli sellofan bağlamalar ayrı-ayrılıqda elektron tərəzidə çəkilmişdir. İçərisində tünd qəhvəyi rəngli kütlə olan 1 ədəd kiçik ölçülü bağlama elektron tərəzidə çəkildikdə bağlamanın içərisində olan kütlə ilə birlikdə ümumi çəkisinin 1405 qram, içərisində bitki mənşəli kütlələr olan 6 ədəd bağlama həmin kisəyə yığılaraq elektron tərəzidə çəkildikdə kisənin içərisində olan kütlə ilə birlikdə ümumi çəkisinin 10.140 qram olması müəyyən edilmişdir. Bağlamalar daha sonra kisənin içərisinə yerləşdirilmişdir. Kisənin ağzı bağlanmış, üzəri möhürlənmiş, o və polis əməkdaşları tərəfindən imzalanmışdır. Bundan sonra polis əməkdaşları onu Xətai RPİ-nin 35-ci PB-yə gətirmişlər. Polis bölməsində olarkən ona hüquqlarının müdafiə edilməsi üçün vəkil təqdim edilmiş və o da həmin vəkillə tanış olaraq hüquqlarının onun tərəfindən müdafiə edilməsinə hər hansı bir etirazının olmadığını bildirmişdir. Polis bölməsində olarkən saxlanılmağı ilə bağlı bəzi sənədlər tərtib olunmuşdur. Sənədlər ona və digər iştirakçılara ucadan oxunduqdan sonra onlarla tanış olaraq doğruluğunu imzası ilə təsdiq etmişdir (İ cild, səh. 280-283). 4.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, yanvar ayının 4-də axşam saatlarında külli miqdarda narktotik vasitələrin daşınması barədə ona əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunda üç nəfər iştirak etmişlər, əməliyyat qrupunun digər üzvləri Muad Həsənov və Şahid3 olmuş, əməliyyat tədbirində bir ədəd “Mercedes” markalı maşından istifadə etmişlər. Bundan sonra ünvan 2 ünvanına yaxınlaşmışlar və xarici görkəmi Təqsirləndirilən şəxs oxşayan şəxsə yaxınlaşmışlar. Onlar yaxınlaşan zaman Təqsirləndirilən şəxs əlində torba olmuş və videoçəkiliş vasitəsi ilə əlində olan torbanı onlara təqdim etmişdir. Xatırladığına görə yeddi bükümdə narkotik vasitə aşkar edilmiş və İran vətəndaşı olan Dilarə adlı şəxslə danışdığını, 1000-2000 manat müqabilində aparıb ünvana yerləşdirəcəyini bildirmişdir. Bundan sonra çəkilişlə aşkar edilənlər qablaşdırılaraq möhürlənmiş və aidiyyatı üzrə 35-ci polis bölməsinə təhvil verilmişdir. Şəxs saxlanılarkən orada “Cobalt” markalı avtomobil də olmuşdur. Dilarə adlı şəxs xarici ölkə vətəndaşı olduğundan şəxsiyyəti müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmiş və dərhal təslim olmuşdur. Saxlanılan zaman təqsirləndirilən şəxsə heç bir zor və təzyiq olmamışdır. Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 5.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 04 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə tərəfindən idarə rəhbərliyinə məruzə edilmişdir. İdarə rəhbərliyinin göstərişindən sonra Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Əməliyyat tədbirlərinin keçirilməsi üçün o, idarənin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və idarənin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o, Şahid2 və Şahid3 ilə birlikdə daxil olmuş əməliyyat məlumatı əsasında 04 yanvar 2025-ci il tarixdə saat 21:10-21:20 radələrində ünvan 1 ünvanın qarşısına gəlmişlər. Həmin yerdən mobil telefon vasitəsilə videoçəkiliş etməklə müşahidə aparmağa başlamışlar. Bir neçə dəqiqədən sonra orada əməliyyat məlumatına əsasən xarici görünüş əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən təxminən 25-28 yaşlarında olan bir nəfər şəxsin əlində olan bir ədəd böyük ölçülü kisə ilə dayanmış vəziyyətdə olan avtomobilə tərəf piyada hərəkət etməsini görüb ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Daha sonra həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü 16 avqust 1999-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Ağdam rayonu, Ağdamkənd kəndində qeydiyyatda olan və ünvan 3 ünvanda yerləşən yataqxanada yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib hüquq və vəzifələrini izah etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı bir əşya və ya predmet olarsa könüllü təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs sol əlində saxladığı 1 ədəd açıq qəhvəyi rəngli kisəni təqdim etmişdir. Həmin kisə açıldıqda içərisindən yapışqan kağız lentlə bağlanmış cəmi 7 (yeddi) ədəd qara rəngli bağlama müəyyən edilmişdir. Bağlamalardan 6 (altı) ədədi böyük, 1 (bir) ədədi isə kiçik ölçülü olmuşdur. Yapışqan kağız lentlə bağlanmış 6 (altı) ədəd böyük ölçülü bağlamaların hər biri açıldıqda hər birinin içərisindən tünd yaşıl rəngli, bitki mənşəli kütlələr, 1 ədəd kiçik ölçülü bağlama açıldıqda isə içərisindən tünd qəhvəyi rəngli, toz zalında olan kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs sol əlində saxladığı 1 ədəd kisənin içərisindən aşkar olunmuş bağlamalarda olan kütlələrin nə olmasını, kimdən, nə vaxt və nə məqsədlə əldə etməsini soruşduqda o kisənin içərisində olan kütlələrin «nəşə» kimi tanıdığı narkotik vasitə olan marixuana və «kakos» kimi tanıdığı narkotik vasitə olan heroin olmasını, həmin kisəni adını “Dilarə” kimi bildiyi İran İslam Respublikası vətəndaşının tanışı olan şəxsin əvvəlcədən mobil telefonuna «Whatsapp» mesaj mübadilə sistemi vasitəsilə göndərdiyi məkan koordinatı vasitəsilə həmin əraziyə gəlib oradan götürdüyünü, həmin kisəni həmin şəxsin deyəcəyi yerə qoyacağını, bunun müqabilində həmin şəxsin ona 1.000-2.000 məbləğində pul verəcəyi barədə vəd verməsini bildirmişdir. İçərisində narkotik vasitə olan Təqsirləndirilən şəxs «kakos» kimi tanıdığı 1 (bir) ədəd bağlama elektron tərəzidə çəkildikdə çəkisinin 1.405 qram, içərisində narkotik vasitə olan “nəşə” kimi tanıdığı 6 (altı) ədəd bağlama həmin kisəyə yığılaraq elektron tərəzidə çəkildikdə kisənin çəkisinin 10.140 qram olması müəyyən edilmişdir. Kisənin içərisindən aşkar edilmiş ümumi 7 (yeddi) ədəd bağlama yenidən həmin kisənin içərisinə qablaşdırılmış, kisənin üzəri möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirildikdə əynindəki qəhvəyi rəngli gödəkçənin sol yan cibindən 1 (bir) ədəd “LD” markalı siqaret qutusu, əynindəki göy rəngli cins şalvarın belinə bərkidilmiş kəmərin alt hissəsindən bir ədəd gümüşü rəngli “Tecno Pova” markalı mobil telefon, şalvarın sol yan cibindən bir ədəd avtomobil açarı, gödəkçənin sol iç cibindən iki ədəd “Azərbaycan Beynəlxalq Bank”ı və bir ədəd "xxxx"a məxsus plastik bank kartları aşkar olunmuşdur. Təqsirləndirilən şəxs digər geyim paltarları yoxlanılsa da üzərindən digər hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Həmçinin onun idarə etdiyi «Chevrolet Cobalt» markalı **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilsə də avtomobilin hər hansı bir hissəsindən qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış əşya və ya predmet aşkar edilməmişdir. Videoçəkilişin davamı olaraq Təqsirləndirilən şəxs onlarla birlikdə getməsi üçün Xətai RPİ-nin 35-ci PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etmədikdən sonra onu üzərindən aşkar edilmiş 1 (bir) ədəd kisə və digər maddi sübutlarla birlikdə Xətai RPİ-nin 35-ci PB-yə gətirib bölmənin baş təhqiqatçısı, polis mayoru İlahi Heydərova təhvil vermişlər. X7 ilk olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs saxlanılması, üstünün yoxlanılması və üzərinə baxış keçirilməsinin videogörüntüsü olan bir ədəd diskə kompüterdə baxış keçirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bir daha üstünün yoxlanılması və üzərinə baxış keçirilməsinə heç bir narazılığının və etirazının olmadığını və üzərindən aşkar olunmuş 1 ədəd kisənin içərisində olan kütlələrin ona məxsus olmasını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bağlamalar bir daha elektron tərəzidə çəkildikdə 1 (bir) ədəd kiçik ölçülü bağlamanın içərisində olan kütlənin çəkisinin 1.410 qram, 6 (altı) ədəd bağlamanın içərisində olan kütlənin çəkisinin 10.150 qram olması müəyyən edilmişdir. Kisənin içərisindən aşkar edilmiş ümumi 7 (yeddi) ədəd bağlama təhqiqatçı tərəfindən yenidən həmin kisənin içərisinə qablaşdırılmış, kisənin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sonda təhqiqatçı videoçəkilişin yekunlaşmasını bildirmişdir. Təhqiqatçı şübhəli şəxs olaraq saxlanılan Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına vəkil dəvət etmiş, həmin vəkilin iştirakı ilə bir daha Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmişdir. Videoçəkilişə baxış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən protokolun tərtibatına dair hər hansı bir şikayət, etiraz və ya təklif olmadığından doğruluğu o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (İ cild, səh. 160-164). 6.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 170-174). 7.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 176-180). 8.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 yanvar 2025-ci il tarixli 7/05 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “6.Təqsirləndirilən şəxs......” yazılar və imzalar olan 1 (bir) ədəd qəhvəyi rəngli kisədə 6 (altı) ədəd üzərləri skoçla bağlanmış qara rəngli sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri - 1185,0 qram, 1090,0 qram, 1260,0 qram, 1085,0 qram, 940,0 qram, 3280,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, narkotik vasitə qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi 8840,0 qramdır. Təqdiqata təqdim olunmuş 6 (altı) ədəd qara rəngli sellofan bağlamalarda olan marixuanalar tərkiblərinə görə eynidir (İ cild, səh. 44-48). 9.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 yanvar 2025-ci il tarixli 6/09 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №154 və №155” dairəvi möhür əksləri olan və “...Təqsirləndirilən şəxs - imza, yeddi - imza, Təhqiqatçı: İ.Heydərov imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kisənin içərisindəki 01 (bir) ədəd polietilen bağlamada təmiz çəkisi - 1295 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (İ cild, səh. 49- 53). 10.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 22 yanvar 2025-ci il tarixli, 341 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyndən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 186-187). 11.«Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və üzərinə baxış keçirilməsinə dair» 04 yanvar 2025-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs əlində olan bir ədəd parça torbanı təqdim etmiş, həmin torbanın içərisində “nəşə” kimi tanıdığı narkotik vasitə olduğunu, torbanı adını “Dilarə” kimi bildiyi İran İslam Respublikası vətəndaşının göndərdiyi yerdən götürüb öz evinə aparmalı olduğunu, deyəcəyi yerə qoyacağını və bunun müqabilində həmin şəxsin ona 1.000-2.000 məbləğində pul verəcəyini bildirmişdir. Torba açıldıqda içərisindən ümumilikdə 07 ədəd qara rəngli yapışqan kağız lentlə bağlanmış bağlama aşkar edilmiş, həmin bağlamalar bıçaqla kəsildikdə 06 ədədinin içərisində bitki mənşəli, 01 ədədinin içərisində isə tünd qəhvəyi rəngli, toz halında olan kütlə aşkar edilmiş, içərisində tünd qəhvəyi rəngli, toz halında kütlə olan bağlama elektron tərəzidə çəkildikdə 1.405 qram, içərisində bitki mənşəli kütlələr olan 06 ədəd bağlama həmin torbaya yığılaraq elektron tərəzidə çəkildikdə çəkisinin 10.140 qram olması müəyyən edilmiş, torbanın içərisindən aşkar edilmiş ümumi 07 ədəd bağlama yenidən torbanın içərisinə qablaşdırılmış, torbanın üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildikdə əynindəki qəhvəyi rəngli gödəkçənin sol yan cibindən 01 ədəd “LD” markalı siqaret qutusu, əynindəki göy rəngli cins şalvarın belinə bərkidilmiş kəmərin alt hissəsindən bir ədəd gümüşü rəngli “Tecno Pova” markalı mobil telefon, şalvarın sol yan cibindən bir ədəd avtomobil açarı, gödəkçənin sol iç cibindən iki ədəd üzərində 5522 0993 6823 7624, 5522 0993 6824 1808 şifrələr qeyd olunmuş “Azərbaycan Beynəlxalq Bank”a və bir ədəd üzərində 4169 7388 8351 0368 şifrə qeyd olunmuş "xxxx"a məxsus plastik bank kartları aşkar olunaraq götürülmüşdür (İ cild, səh. 9-10). 12.«Mobil telefon aparatına baxış keçirilməsi haqqında» 14 mart 2025-ci il tarixli protokoldan görünür ki, üzərində «Azercell» mobil operatoruna məxsus ***-***-**-** və ***- ***-**-** mobil nömrələr olan bir ədəd gümüşü rəngli “Tecno Pova” markalı mobil telefon aparatına baxış keçirilmişdir. Whatsapp ani mesajlaşma sistemində +**********78 mobil nömrə stifadəçisi “Dilare” kimi qeyd olunmuş şəxslə Təqsirləndirilən şəxs arasında jarqon sözlər istifadə etməklə narkotik vasitələrin yerləşdirilməsi məzmununda yazışmalar müəyyən edilmişdir (İ cild, səh. 201-202). 13.«Maddi sübut kimi tanıma haqqında» 10 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd qəhvəyi rəngli kisədə 6 (altı) ədəd üzəri skoçla bağlanmış qara rəngli sellofan bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri - 1185,0 qram, 1090,0 qram, 1260,0 qram 1085,0 qram, 940,0 qram, 3280,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd polietilen bağlamada təmiz çəkisi 1295 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroinin tədqiqatdan sonra qalıq qalmış, müvafiq olaraq 8839,7 qram qurudulmuş marixuana və 1294,9 qram heroin iş üzrə xüsusi əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır (İ cild, səh. 106-107). 14.«Maddi sübut kimi tanıma haqqında» 03 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla üstünün yoxlanılması, üzərindən aşkar edilmiş 1 ədəd kisənin işərisində olan bağlamalara yenidən Xətai RPİ-nin 35-ci PBdə yenidən baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin olduğu 2 ədəd DVD- R formatındakı disk iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına kömək etdiyindən maddi sübut kimi tanınmışdır (İ cild, səh. 148-149). 15.«Maddi sübut kimi tanıma haqqında» 19 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd gümüşü rəngli “Tecno Pova” markalı mobil telefon aparatı iş üzrə xüsusi əhəmiyyət kəsb edən halların müəyyən olunmasına kömək etdiyindən maddi sübut kimi tanınmışdır (İ cild, səh. 241-242). 16.«Maddi sübut kimi tanıma haqqında» 01 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş "xxxx" ASC-yə aid 4169 7388 1576 2137 nömrəli kart hesabına 01 oktyabr 2024-cü il tarixdən 04 yanvar 2025-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə pulların köçürüldüyü və ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş “M10” istifadəçisi barədə məlumatların əldə olunması üçün "xxxx" MMC-dən göndərilmiş və Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***- **-** və ***-***-**-** saylı mobil nömrələrə 01 oktyabr 2024-cü il - 04 yanvar 2025-ci il tarixlərdə daxil olan və həmin abonentdən çıxan zənglərdən çıxarışların, çıxarışda əks olunan nömrələrin abonentlərinin anket məlumatlarının, daxil olan və göndərilən SMS mesaj mətnlərinin, həmçinin ötürücü antenalar cədvəli barədə məlumatların əks olunduğu "xxxx" MMC-dən daxil olmuş cəmi 2 ədəd CD disk iş üzrə xüsusi əhəmiyyət kəsb edən halların müəyyən olunmasına kömək etdiyindən maddi sübut kimi tanınmışdır (İ cild, səh. 244-245). 17.«Şübhəli şəxsin tutulması haqqında» 04 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 30-31). 18.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli, 4(011)-4/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 yanvar 2025-ci il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 86-91). 19.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 133-134). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 20.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 21.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 22.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 23.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 24.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 25.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 26.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 27.Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 28.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 29.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndinə əsasən digər şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. 30.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 31.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 83-cü bəndinə əsasən 800 qram və yuxarı həddə narkotik vasitə olan heroin xüsusilə külli miqdar hesab edilir. Həmin siyahının 109.1-ci bəndinə görə 500 qram və yuxarı həddə narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar hesab hesab edilir. 32.Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında təqiq edilmiş şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 33.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X4rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 34.Məhkəmə «Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və üzərinə baxış keçirilməsinə dair» 04 yanvar 2025-ci il tarixli protokolun və həmin istintaq hərəkətinin video-görüntülərini özündə əks etdirən DVD diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş narkotik narkotik vasitələrin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 35.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 36.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, onun məhkəmə istintaqında verdiyi ifadəsində qeyd etdiyi hallar məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə təsdiqini tapmamışdır. 37.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. 38.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 39.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirli olması ibtidai istintaq dövründə və məhkəmə araşdırması zamanı verdiyi ifadələrin əlaqəli təhlili, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli və təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 40.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 41.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 42.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 43.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 44.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 45.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 46.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 47.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 48.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 49.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 50.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 51.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun azadlığının faktiki məhdudlaşdırıldığı - 04 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. 52.Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində narkomaniyadan qeydiyyata alınmalıdır. 53.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 54.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 55.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 8839,7 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın və 1294,9 qram çəkidə narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən 04 ədəd DVD və CD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məxsus bir ədəd «Tecno Pova» markalı mobil telefon aparatı onun özünə (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılmalıdır. 56.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 57.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 58.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 164 (yüz altmış dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 59.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 60.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri «UNİVERSAL» Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 460 (dörd yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri «UNİVERSAL» Vəkil Bürosunun hesabına ödənilməlidir. 61.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı başlanğıcı 04 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 164 (yüz altmış dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsindən 460 (dörd yüz altmış) manat Bakı şəhəri «UNİVERSAL» Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 8839,7 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 1294,9 qram çəkidə narkotik vasitə heroin məhv edilsin, 04 ədəd DVD və CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın, bir ədəd «Tecno Pova» markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Elmin Rüstəmov

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar