Məhkəmə qərarları › İş №1(101)-1246/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1246/2021

20.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1246/2021 20.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X3 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs2 Mehti oğlu və Zərərçəkmiş şəxs1 iştirakı ilə, Təqsirləndirilən şəxs (xx.xx.1951-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ev 72 mənzil 18-də qeydiyyatda olmaqla, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivi, nömrəsiz fərdi evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.7 və 29, 120.2.9-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsi öldürməyə cəhd etmişdir. Belə ki, o, 05 dekabr 2020-ci il tarixdə saat 06:30 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində birgə yaşayan doğma oğlu Zərərçəkmiş şəxs2 Mehti oğlunu və gəlini Zərərçəkmiş şəxs1 əvvəllər ailə münaqişəsi zəmnində aralarında baş vermiş mübahisələr səbəbindən qisas almaq məqsədi ilə qəsdən öldürmək qərarına gələrək, niyyətini həyata keçirməkdən ötrü evin həyətindən götürdüyü soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış təsərrüfatməişət təyinatlı balta ilə silahlanaraq sonuncuların yatdığı otağa daxil olub, əvvəlcə qəsdən öldürmək məqsədi ilə köməksiz vəziyyətdə çarpayıda yatmış bu baxımdan ona müqavimət göstərmək iqtidarında olmayan Zərərçəkmiş şəxs2 baş beyin silkələnməsi, təpə, ənsə, gicgah nahiyələrinin çapılmış yaraları müşayiət olunan dərəcəsinə görə ümumilikdə və ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarətlər yetirdikdən sonra səs-küyə yuxudan oyanan və baş vermiş münaqişəyə müdaxilə etmək istəyən Zərərçəkmiş şəxs1 sol gicgah-təpə, alın, burun, sol qaşaltı nahiyələrin çapılmış yaraları və sol göz almasının ağlı qişasına qansızma ilə müşayiət olunan ümumilikdə və ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül; sol bazu və sol bud nahiyələrinin səthi kəsilmiş yaraları, hər iki gözyuvası ətrafı, sol bazu və sol əl nahiyələrinin qançırları ilə müşayiət olunan dərəcəsi təyin edilməyən əlindəki balta ilə xəsarətlər yetirmiş, bu zaman səs-küyə oyanan az yaşlı olmaqla müqavimət göstərmək iqtidarında olmayan aşkar surətdə köməksiz vəziyyətdə olan 09.01.2019-cu il təvəllüdlü nəvəsi X1 hücum etmək istəmiş, lakin Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aktiv müqavimət göstərdiklərindən, habelə hadisə yerinə gəlmiş arvadı Şahid1 tərəfindən onun hərəkətlərinin qarşısı alınaraq zərərçəkmiş şəxslər vaxtında 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb tibbi yardımlar almaları səbəbindən öz niyyətini başa çatdıra bilməyib aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, oğlu Rəşad anasını döydüyü və təhqir etdiyi üçün onun hərəkətlərinə dözməyib oğlu Rəşadı balta ilə vurmuş, Rəşadı və gəlini Cəmaləni öldürmək fikri olmamış, Rəşadı baltanın arxası ilə vurmuş, lakin gəlini Cəmaləni vurmasını xatırlamır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində həyat yoldaşı Şahid1, oğlu Zərərçəkmiş şəxs2 Mehti oğlu, gəlini Zərərçəkmiş şəxs1 və nəvəsi X2 ilə birlikdə yaşamışdır. Şahid1 ilə 1985-ci ildə ailə həyatı qurmuş, birgə nikahlarından 3 övladları dünyaya gəlmişdir. 1986-ci il təvəllüdlü Rövşən İsmayılov, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 və 1999-cu il təvəllüdlü Nərmin İsmayılova adında övladları vardır. Əvvəllər çilingər işləmiş, avtomobillərin təmiri ilə məşğul olmuşdur. Hal-hazırda işləmir, təqaüddədir. Həyat yoldaşı Şahid1 da işləmir, evdar qadındır. Böyük oğlu Rövşən fəhlə işləməklə ailəsi ilə birlikdə Xətai rayonunda yaşayır. Kiçik övladı X4 Respublikasında futbol məşqçisi işləyir və orada yaşayır. Oğlu Zərərçəkmiş şəxs2 isə heç yerdə işləmir, onlarla eyni ünvanda Savalan qəsəbəsində yaşayır. Rəşad 64 nömrəli tam orta məktəbi bitirmiş, sonra isə hərbi xidmətdə olmuşdur. Rəşad çox ağır xasiyyətli, uşaqlıq illərindən etibarən çox nadinc, sözə qulaq asmayan, problemli övlad olmuşdur. Hərbi xidmətdə olduğu zaman əsgər yoldaşını zorladığı üçün cinayət məsuliyyətinə cəlb olunmuş və məhkəmə tərəfindən barəsində azadlıqdan məhrum etmə cəzası verilmişdir. Təxminən 6 il olar ki, cəzasını çəkərək cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. Azad olunduqdan sonra bir müddət böyük oğlu Rövşənin yanında işləmiş, sonra isə Rusiya Federasiyasının İjevsk vilayətinə iş axtarmağa getmişdir. Orada təxminən 1-2 ay yaşamış, lakin iş tapa bilməmişdir. İjevsk vilayətində olduğu zaman Asudə adlı xanımla tanış olmuş və onunla birlikdə Bakıya geri dönmüşdür. Bakıya geri döndükdən sonra Asudə ilə evlənmiş, bir qızları dünyaya gəlmişdir. Həmin zaman Rəşad ailəsi ilə birlikdə Savalan qəsəbəsində yaşamağa başlamışdır. Lakin evlilikləri 2 il sürməmiş ayrılmışlar və Asudə qızı ilə birlikdə Rusiya Federasiyasına valideynlərinin yanına geri qayıtmışdır. Bildiyinə görə onlar, yəni Rəşad Asudə ilə tez-tez mübahisə edərək yola getməmişlər. Bir müddət sonra Rəşad indiki gəlini Zərərçəkmiş şəxs1 ilə tanış olmuş və evlənmişlər. Birgə nikahlarından 2019-cu ildə Gülnarə adında övladları dünyaya gəlmişdir. Hal-hazırda da Cəmalə və övladı ilə birlikdə Rəşad Savalan massivində yaşayır. O isə həyat yoldaşı Sevil ilə son zamanlarədək qeydiyyatında olduğu ünvanda ünvan 1ə qalmaq ona çox ağır gəlmişdir. Bu səbəbdən həyat yoldaşı Sevillə birlikdə 2020-ci ilin yay aylarında Savalan massivinə köçməyə qərara gəlmişlər. Savalan massivinə köçdükdən sonra ağır günləri başlamışdır. O, yoldaşı Sevil ilə Savalan massivinə köçən zamandan etibarən Rəşad həyat yoldaşı Cəmalə ilə onlarla yola getməməyə başlamışlar. Rəşad özü işləməmiş, mütəmadi olaraq dolanışıqları üçün ondan pul tələb etmişdir. Pul verdikdə isə öz kefinə və istirahətinə xərcləmiş, nə ailəsinə, nə də onlara baxmamışdır. Rəşad hər bir xırda məsələyə görə evdə dava-dalaş salır, tez-tez həyat yoldaşı Sevilə əl qaldırır, döyür, təhqir etmişdir. Lakin bu barədə onlar hüquq-mühafizöə orqanlarına müraciət etməmişlər. Cəmalə isə bir gəlin kimi işsiz olmasına baxmayaraq evdə heç bir iş görməmiş, yemək bişirməmiş, onlarla çox pis davranmışdır. Rəşad onun uzun illər yığdığı pulları öz kefinə xərcləyərək onu müflis etmişdir. Hətta evin təmiri zamanı onun aldığı əşyaları guya özü aldığını bildirərək ona təzədən satırmış. Əks təqdirdə əşyaları evdən çıxarıb bazarda satıb pul əldə eləyəcəyini söyləyirmiş. O, Rəşada bu barədə iradını, əməllərinə son qoymasını bildirdikdə, Rəşad həmişə ki kimi onu təhqir edib söymüşdür. Son zamanlar onun səhhəti daha da pisləşmiş, yataq rejiminə keçməyə məcbur olmuşdur. Sinirləri pozulmuş, revmatizması tutmuş, prostatı ağrımağa başlamış, gecələr yata bilməmişdir. Təxminən 15 gün hadisədən öncə prostat vəzindən əməliyyat olunmuşdur və ev şəraitində müalicə almağa başlamışdır. Rəşad isə öz əməllərindən, avaraçılığından bezməyib həmişəki kimi onunla pis davranır, həyat yoldaşını və onu hər bir xırda məsələyə görə söymüşdür. 05.12.2020-ci il tarixdə səhər saat 06:30 radələrində o yuxusuz öz yerində uzanmışdır. Son günlər Rəşadın hərəkətləri onu daha da qıcıqlandırmış, əsəbi gərgin vəziyyətə gətirmiş, hiddətləndirmişdir. Evdə bu zaman Rəşad, Cəmalə, övladları Gülnarə və həyat yoldaşı Sevil olmuşdur. Sevil tək qıraq otaqda yatmış, Rəşad isə ailəsi ilə öz otaqlarında yatmışlar. Bu zaman Rəşadın etdiyi hərəkətlər, dediyi sözlər yadına düşmüş və o hiddətlənərək Rşadı öldürmək istəmişdir. O, həyətə çıxıb divanın yanına söykənmiş baltanı götürmüş və evə geri dönmüşdür. Sakit şəkildə Rəşadın yatdığı otağa keçmişdir. Həmin zaman balaca Gülnarə otağın küncündə öz yatağında yatmış, Cəmalə isə Gülnarənin yanındaki çarpayıda yatmışdır. Rəşad isə otaq qapısının yanında yerdə döşəyin üstündə yerdə yatmışdır. O, Rəşada yaxınlaşıb yatdığına əmin olub əlləri ilə baltanı yuxarıya qaldıraraq baltanın arxa hissəsi ilə başına vurmuşdur. Lakin yetirdiyi xəsarət Rəşadı öldürmək üçün kifayət olmamışdır. Bu zaman Rəşad yuxudan ayılmış və başını qaldırmışdır. O, niyyətini həyata tam keçirməkdən ötrü yenidən Rəşadın başına baltanın arxa hissəsi ilə vurmuş və Rəşad başını balıncın üstünə qoymuşdur. Bu zaman Cəmalə ona tərəf doğru gəlmiş və hərəkətlərini dəqiq olaraq xatırlamasa da ona mane olmaq istəmiş və itələmişdir. O, Cəmalənin ondan aralanması üçün balta ilə bir-iki dəfə Cəmalə tərəfə yelləmişdir. Lakin balta ilə Cəmaləyə xəsarət yetirib-yetirməməsini xatırlamır. Bu zaman Rəşad fürsətdən istifadə edib ayağa qalxmış və əli ilə başından tutaraq qapıya doğru getmişdir. Bu zaman səs-küyə həyat yoldaşı Sevil gəlmiş və Rəşadla birlikdə baltanı əlindən almışdır. Bundan sonra o öz otağına keçib yerində oturaraq düşünməyə başlamışdır. Bu zaman baş verənlərdən artıq qurtulmaq üçün özünə qəsd etmək istəmişdir. Belə ki, mətbəx otağına keçərək mətbəx bıçağını götürüb boğaz nahiyəsindən özünü kəsmək istəmişdir. Bir iki dəfə öz boğazını kəssə də, xəsarətləri ağır olmamışdır. Bu zaman qonşuluqda yaşayan Vahid gəlmiş və onun əlindən bıçağı almışdır. Bıçağı aldıqdan sonra o keçib yerində uzanmışdır. Bir müddət sonra təcili tibbi yardım və polis əməkdaşları gəlmişdir. Cinayət hadisəsi törədilərkən evdə arvadı Sevil, oğlu Rəşad, gəlini Cəmalə və nəvəsi Gülnarə olmuşdur. Digər şəxslər olmamışdır. Nəvəsi Gülnarə yatdığı üçün baş verən hadisənin şahidi olmamışdır. Rəşada xəsarət yetirən zaman Rəşad yatmışdır, Cəmalə isə digər çarpayıda yatmışdır. Heç kəs köməyə çağırmamışdır, lakin hadisə zamanı evi Cəmalə ilə həyat yoldaşı Sevilin səsküyü bürümüşdür. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qətlə yetirməsinə dair heç bir təhrik və ya təsir olmamışdır. O, oğlu Zərərçəkmiş şəxs2 davranışından, hərəkətlərindən bezdiyi üçün öldürmək istəmişdir. Öldürmək qərarına hadisə baş verən günü gəlmişdir. Zərərçəkmiş şəxs1 isə öldürmək niyyəti olmamışdır. Cəmalə hadisə vaxtı onu itələdiyi üçün o, balta ilə Cəmaləyə tərəfinə yelləmiş ki ondan əl çəksin. O, Rəşadı başını kəsərək öldürmək istəməmiş, baltanın arxa hissəsi ilə vurmağını kifayət edəcəyini düşünmüşdür. Hadisə zamanı əynində alt şalvarı və köynək olmuşdur. Paltarları qana bulaşdığından hadisədən sonra çıxarıb evdə qoymuşdur. Hal-hazırda harada olması barədə xəbəri yoxdur. Rəşad Sevillə onun əlindən baltanı almaq istədiyi zaman Rəşadın başı onun köynəyinin üst tərəfinə dəymiş və köynəyi qana bulaşmışdır. Zərərçəkmiş şəxs2 öldürmək istəməsi barədə heç kəsin xəbəri olmamışdır. Hadisəni törətməmişdən əvvəl spirtli içkilər, narkotik və ya psixotrop maddələr qəbul etməmişdir. Balta dəstəyi taxta materialdan hazırlanmış, uzunluğu təxminən 20 sm. olmuş, tiyəsi isə dəmir materialdan hazırlanmışdır. Balta təsərrüfat və tikinti işləri üçün nəzərdə tutulmudur. Uzun müddətdir ki, evlərində tikinti işlərində istifadə olunmuş, lakin harada əldə olunması barədə xatırlamır. Mətbəx bıçağın xüsusatları və haradan əldə olunmasını hal-hazırda xatırlamır. Hadisə zamanı xəsarət almasa da, özünə bıçaqla qəsd etdiyi zaman boğazından xəsarət almışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadələri də hadisəni də ümumiyyətlə xatırlamır. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 Mehti oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır və bir ünvanda yaşamışlar. 05.12.2020-ci il tarixdə yemək yedikdən sonra saat 02 radələrində o və həyat yoldaşı Cəmalə ilə yataq otağına keçmişlər. Anası Sevil qonaq otağında, atası Mehti isə öz yataq otağında uzanmışdır. Lakin yatıb-yatmamalarını dəqiq bilməmişdir. Atası Mehti əməliyyat olunduqdan sonra gecələr qışqırmış, onların yatdığı otağa icazəsiz daxil olmüş və bıçaqla özünə qəsd etməyə çalışmıdır. Bu səbəbdən də onlar yatdıqları zaman otağın qapısını qıfılla bağlamışlar. Yataq otağında o, qapının yanındakı çarpayıda azyaşlı qızı Gülnarə isə Cəmalənin yanında yerləşən öz çarpayısında yatmışdır. Təxminən səhər saat 07 radələrində yuxudan başından zərbə aldığı üçün oyanmış, başından üz nahiyəsinə qan axdığını görmüşdür. Həmin vaxt nə baş verdiyini anlamamış, özünü toparlamağa çalışsa da huşsuz olduğundan ayağa qalxa bilməmişdir. Bu zaman otaqdan Cəmalənin qışqırıq səslərini eşitməyə başlamış, lakin başındakı ağrıların çoxluğundan heç bir hərəkət etməyə gücü olmamışdır. Bir neçə saniyə sonra otağın işığı yanmış, o, özünü toparlayaraq çarpayıdan qalxmışdır. Həmin vaxt ətrafdaki insanların və öz hərəkətlərini xatırlamasa da həyat yoldaşı Cəmalənin deməsinə görə o və anası Sevil atası Mehtinin otaqdan çıxartmağa nail olmuşlar. Çarpayıdan durduqdan sonra dəhlizdə atasının əlindən baltanı alaraq həyətə bir qırağa tullayıb geri dönüb çarpayısına huşsuz uzandığını xatırlayır. Özünə gəldikdə isə artıq xəstəxanada olduğumu bilmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2016-cı ilin dekabr ayında o, Zərərçəkmiş şəxs2 evlənib Maştağa qəsəbəsi, Savalan yaşayış massivinə həyət evinə köçmüşlər. Onların birgə nikahdan 2019-cu il təvəllüdlü Gülnarə adlı övladı dünyaya gəlmişdir. 05.12.2020-ci il tarixdə saat 02 radələrində o və Rəşad yataq otaqlarına getmişlər. Qaynanası Sevil qonaq otağında, qaynatası Mehti isə öz yataq otağında uzanmışdır. Lakin Mehtinin yatıb-yatmamasını bilməmişdir. O, Rəşadla yatdıqları yataq otağına keçərkən otağın qapısını qıfıla açarla bağlamışlar. Belə ki, Mehti əməliyyat olunduqdan sonra gecələr qışqırmış, onların yataq otağına daxil olmuşdur. Mehti bıçaqla özünə qəsd etmək istədiyi üçün onlar otağı artıq bir neçə gün imiş ki, qıfılla bağlayırlarmış. O, çarpayıda, qızı Gülnarə onun yanında yerləşən öz çarpayısında, Rəşad isə qapının yanında çarpayıda yatmışdır. Təxminən səhər saat 07 radələrində o, yuxudan ayılaraq Mehtini Rəşadın çarpayısının yanında ayaq üstə vəziyyətdə əlində balta ilə görmüş, Mehti baltanı yuxarı qaldırıb arxa hissəsi ilə Rəşadın baş nahiyəsinə ardıcıl olaraq iki dəfə zərbə vurmuşdur. O qışqırmağa başlamış, Mehti üzünü ona tərəf döndərib onun çarpayısına doğru addımlayıb baltanı yuxarıya qaldırıb arxa hissəsi ilə alnına, baş və göz nahiyələrinə bir neçə zərbə endirmişdir. O hər zərbədə özünü müdafiə etmək üçün Mehtini özündən aralamağa çalışmış, səs-küyə qızı Gülnarə oyanmış çarpayısında oturaq vəziyyətdə ağlamağa başlamışdır. Mehti Gülnarənin səsini eşitdikdə ondan fikri yayınmış və üzünü Gülnarəyə tərəf çevirmişdir. Bu zaman Mehti ayağını çarpayıdan atlayaraq Gülnarəyə tərəf addımlamaq istəmiş, o bunu görüb sol ayağı ilə Mehtiyə zərbə endirmişdir ki, ona mane olsun. Zərbə Mehtiyə təsir etmiş və Mehti onun çarpayısının üzərinə oturaq vəziyyətdə yıxılmış və yenidən ayağa qalxmışdır. Bu zaman qaynanası Sevil otağa daxil olub işığı yandırmış, həmin vaxt səs-küyə, işığın yanmasına Rəşad özünə gəlmiş və ayağa qalxmışdır. Sevil ilə Rəşad Mehtini balta ilə ayaq üstə dayandımışlar. O da köməklik etmiş və Mehtini otaqdan çölə çıxartmışlar. Mehtini otaqdan itələyərək çıxartdıqdan sonra o və Rəşad otaqda qalmış, Mehtinin etdiyi əməllərdən kifayətlənmədiyini düşünüb, yenidən hücum edəcəyini güman edib otağın qapısını örtmüşlər. O, otağın qapısını açarla qıfıla bağlamağa cəhd etsə də, qıfılın artıq qırıldığını və qapının bağlanmadığını görmüşdür. Yenə Mehti qapının aralı olmasından istifadə edib qapı arasından əlindəki balta ilə onları vurmağa cəhd etmiş, lakin dəhlizdə Sevil ona mane olmuşdur. Bir neçə saniyədən sonra Mehti sakitləşmiş, o da fürsətdən istifadə edib övladı Gülnarəni qucağına alıb evdən çıxmışdır. Evdən çıxan zaman Rəşadla Sevilin dəhlizdə Mehtinin yanında yenidən hücum etməməsi üçün dayandıqlarını görmüş, o, çölə çıxıb qonşu Flora adlı qadının evinə keçmiş və hadisə barədə onlara danışmışdır. Bir müddət sonra isə təcili tibbi yardım gəlib onu 3 saylı ŞKX-na aparmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Mehti yaşlandığı, həm də səhhəti pisləşdiyi üçün onlar yaşadıqları mənzildən Savalan massivində olan bağ evinə köçmüşlər. Onlar bağ evinə köçdükdən sonra oğlu Rəşad və həyat yoldaşı Cəmalə da onlarla yaşamışlar. Rəşad özü işləməmiş, həmişə Mehtidən pul tələb etmişdir. Rəşada pul verildikdə öz kefinə və istirahətinə xərcləmiş, nə ailəsinə, nə də onlara baxmamışdır. Rəşad hər bir xırda məsələyə görə evdə dava-dalaş salır, ona əl qaldırmış və döymüşdür. Rəşad həmişə əri Mehtini və onu təhqir etmiş, lakin onlar bu barədə hüquq-mühafizə orqanlarına müraciət etməmişlər. Cəmalə isə bir gəlin kimi işsiz olmasına baxmayaraq evdə heç bir iş görməmiş, yemək bişirməmiş, onlarla pis davranmışdır. 05.12.2020-ci il tarixdə səhər saat 07 radələrində otağında yatdığı zaman gəlini Cəmalənin qışqırıq səslərinə oyanmış, dəhlizə çıxaraq Rəşadla Cəmalənin otağından səslər gəldiyini eşitmişdir. Onların otağına daxil olduqda qapının yanında Rəşadın öz yerində baş nahiyəsindən qan axaraq halsız uzandığını, Mehtinin isə əlində balta ilə Cəmalənən yatdığı çarpayı yanında əlbəyaxa olduğunu görmüşdür. Mehti Cəmaləyə hücum çəkmiş, Cəmalə isə müdafiə olunurmüş. O dərhal Mehtinin yanına gələrək əlindən baltanı almağa cəhd etmiş, lakin gücüm çatmamışdır. Bu vaxt Cəmalə ilə Rəşad ayağa qalxmışlar və ona kömək edərək Mehtini otaqdan çıxartmışlar. Rəşadla Cəmalə otaqda qalmış, Mehti yenə hücum etməsin deyə qapını örtmüşlər. Lakin qapının qıfılı olmadığından qapı kilitlənməmişdir. Mehti yenidən balta ilə qapının arasından Rəşadla Cəmaləni vurmaq istəmiş, lakin onlar ona imkan verməmişdir. Sonra Rəşad baltanı Mehtinin əlindən alaraq gedib çölə tullamışdır. Baltanı Mehtinin əlindən aldıqdan sonra Mehti sakitləşmiş və mətbəxə keçmişdir. Bu zaman Rəşad yerində huşsuz uzanmış, Cəmalə isə övladı Gülnarəni qucağına götürərək Flora adlı qonşunun evinə keçmişdir. Bir necə dəqiqə sonra qonşu Vahid onların evinə daxil olmuş və Mehtiyə mətbəxdə əlində bıçaqla boğaz nahiyəsindən özünə qəsd etmək istədiyinə mane olmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və onun ailəsi onlarla qonşu olmuşlar. Mehti arvadı Sevillə 2020-ci ilin yay aylarında Savalan massivinə oğlu Rəşadın yanına köçmüşlər, onlar köçənədək orada Rəşad və həyat yoldaşı Cəmalə azyaşlı övladlarə ilə birlikdə yaşamışlar. Mehti həyat yoldaşı Sevillə bağ evinə köçdükdən sonra mütəmadi olaraq evlərindən səs-küy səsləri eşidilmiş, həmişə onların ailələri münaqişəli ailə olmuşdur. Hadisədən əvvəl səs-küy və mübahisə səsləri 2-3 gün fasilələrlə gəlmişdir. Lakin orada hər hansı səbəbdən münaqişə baş verməsindən xəbəri olmamışdır. Hətta bir neçə dəfə polis əməkdaşları 102 çağırışına onların evlərinə gəlmişlər. Mehtigilin evində baş verən hadisələrdən xəbəri olmasa da bildiyinə görə Rəşad atası Mehti və anası Sevillə birgə yaşamaq istəməmişdir. Rəşad onları evdən çıxardaraq arvadı ilə tək yaşamaq istəmiş, bu səbəbdən onlar evdə yola getməmişlər. 05.12.2020-ci il tarixdə səhər saat 07-08 radələrində Mehtinin gəlini Cəmalə onların qapılarını döyərək qucağında övladı ilə həyətə daxil olmuşdur. Cəmalə evdə Təqsirləndirilən şəxs Rəşada balta ilə hücum çəkdiyini və kömək istədiyini söyləmiş, o dərhal evdən çıxaraq Mehtigilin evinə getmişdir. Evə girdikdə Rəşadın yataq otağında başında sarğı ilə oturduğunu, Mehtinin isə dəhlizdə gəzişdiyini görmüşdür. Sevil isə ortalıqda gəzərək təcili tibbi yardıma zəng vurmuşdur. Bir neçə dəqiqə sonra Mehti mətbəxə su içmək üçün keçmiş, sonuncu mətbəxə keçdikdən bir neçə saniyə sonra Mehti mətbəxdən əlində mətbəx bıçağı ilə çıxmışdır. Mehti mətbəx qapısının tininə bıçağı diriyərək öz başını bıçağa doğru aparmışdır ki, özü-özünə xəsarət yetirib intihar etsin. O da dərhal Mehtiyə tərəf qaçıb bıçağı onun əlindən alıb mətbəxə qab-qacaq tərəfə tullamışdır. Bir neçə dəqiqə sonra isə polis əməkdaşları hadisə yerinə gəlmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində Şahid2 ifadəsində göstərdikləri xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməkdə təqsirli olması, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan "cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında" 05 dekabr 2020-ci il tarixli protokoldan müəyyən olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Cinayət işinin materiallarında olan Bakı şəhər Sabunçu rayon məhkəməsinin 05 dekabr 2020-ci il tarixli 4(008)-692/2020 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 05 dekabr 2020-ci il tarixdən hesablanmaqla "həbs" qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsindən verilmiş tələbnamələrdən məlum olur ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 16.01.2021-ci il tarixli 1861 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 baş beyin silkələnməsi, təpə, ənsə, gicgah nahiyələrinin çapılmış yaraları müəyyən edildi. Xəsarətlər çapıcı alətin (alətlərin) təsirindən törənmişdir, qərarda göstərilən 05.12.2020-ci il tarixdə və şəraitdə balta ilə yetirilə bilər və dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 08.01.2021-ci il tarixli 1822 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 müəyyən edilən xəsarətlərdən sol gicgah-təpə, alın, burun və sol qaşaltı nahiyələrin çapılmış yaraları, sol bazu və sol bud nahiyələrinin səthi kəsilmiş yaraları iti çapıcı alətin, ola bilsin baltanın iti kənarının təsirindən, sol göz almasının ağlı qişasına qansızma, hər iki gözyuvası ətrafı, sol bazu və sol əl nahiyələrinin qançırları isə bərk küt əşya (əşyalar) təsirindəntörənmişdir, müddəti qərarda göstərilən 05.12.2020-ci il tarixə uyğun gəlir, dərəcələrinə görə sol gicgah-təpə, alın, burun, sol qaşaltı nahiyələrin çapılmış yaraları və sol göz almasının ağlı qişasına qansızma ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, sol bazu və sol bud nahiyələrinin səthi kəsilmiş yaraları, hər iki gözyuvası ətrafı, sol bazu və sol əl nahiyələrinin qançırları sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xəsarət yetirilən şəxslə hücum edən şəxs dinamikada (hərəkətdə) olduqları üçün onların hansı pozada (vəziyyətdə) olmasını təyin etmək mümkün deyil. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 07.12.2020-ci il tarixli 1815 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs boyun nahiyəsinin 2 ədəd səthi kəsilmiş yarası müəyyən edildi. Xəsarətlər kəsici alət (alətlər) təsirindən törənmişlər, qərarda göstərilən 05.12.2020-ci il tarixdə və şəraitdə mətbəx bıçağının tiyəsinin kəsici kənarının təsirindən törənə bilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Vətəndaş Təqsirləndirilən şəxs olan xəsarətlər bədənin əlçatan nahiyəsində yerləşdiyindən özü tərəfindən özünə yetirilə bilər. Cinayət işinin materiallarında olan məhkəmə tibbi-biologiya ekspertizasının 15.01.2021-ci il tarixli 978/2020-MTBŞ nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu 0 /İ/-dir. Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu 0 /İ/-dir. Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qan qrupu 0 /İ/-dir. (şəxsiyyət vəsiqələrinin kserosurətlərinə əsasən) Ekspertizaya təqdim edilmiş adyal, mələfə, balınc üzlüyü, 02 ədəd dəsmal, balta, pambıq topası və Zərərçəkmiş şəxs1 məxsus mayka üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigeni alındı. Bu qan ləkələri ABO sistemi üzrə 0 /İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 qızma, Zərərçəkmiş şəxs2 yaxud Təqsirləndirilən şəxsAtaş oğluna məxsus ola bilər. (əgər sonuncuda qanaxma ilə müşahidə olunan xəsarətlər olubsa). Cinayət işinin materiallarında olan məhkəmə tibbi-kriminalistika ekspertizasının 27.01.2021-ci il tarixli 616/2021-MTKŞ nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus maykanın sağ qoltuqaltı tikişi üzərində bir ədəd və sol qoltuqaltı tikişi üzərində bir ədəd cırılma zədələri aşkar olundu. Bu cırılmalar maykanın qeyd olunmuş nahiyyələrinə küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim olunmuş balta zavod üsulu ilə hazırlanmış təsərrüfat - məişət təyinatlıdır və soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 01.02.2021-ci il tarixli 287 nömrəli rəyində göstərilmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 26.01.2021-ci il tarixli 164 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməli törətdiyi zaman psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək, ona ittiham olunan əməl dövründə və hal-hazırda anlaqlı olubolmamasını müəyyənləşdirmək çətinlik törətdiyindən, hazırki psixi vəziyyətini dəqiqləşdirmək, həmçinin fərdi-psixi xüsusiyyətlərini, psixi-emosional vəziyyətini və digər halları müəyyənləşdirmək və ekspertlər qarşısında qoyulmuş sualları cavablandırmaq üçün daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. Cinayət işinin materiallarında olan kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 12.04.2021-ci il tarixli 41 nömrəli rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda «yüngül dərəcəli depressiv pozuntu» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F 32.0) müəyyən edilir. Bunu cinayət işi materialları, verilmiş ifadələr, anamnestik məlumatlar (cinayət hadisəsi törətməzdən bir müddət qabaqəhvali-ruhiyyəsinin aşağı olduğunun qeyd edilməsi) və halhazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ərzində geyiminə və təmizliyinə yetərincə fikir verməməsi, özünə qapılması, gün ərzində vaxtınınəksər qismini fikirli halda keçirməsi, taleyindən gileylənməsi, tez-tez həyatından bezdiyini, ölmək istədiyini bildirməsi, əhvali-ruhiyyəsinin aşağı olması, yaxşı qidalanmaması, müayinə gedişində zahiri görünüşünə görə bir qədər səliqəsiz olması,produktiv verbal kontakt qurmaqda çətinlik yaranması, söz ünsiyyəti zamanı söhbətə həvəssiz və qeyri-fəal şəkildə qoşulması, zəif və monoton səslə danışması, suallara yubanaraq cavab verməyə başlaması, onları əsasən qısa cavablandı iması, təfəkkürünün bir qədər ləng tempdə olması, əhvali-ruhiyyə fonunda enmə və mimikasında qəmginlik ifadəsinin müşahidə edilməsi, söhbət zamanı bədbin fikirlər söyləməsi, hal-hazırkı psixi vəziyyətinə və yaranmış situasiyaya qarşı tənqidi münasibətinin tam həcmdə olmaması təsəvvürünü yaratması, göndərildiyi ekspertizanın gedişinə və nəticəsinin necə olacağına aşkar şəkildə maraq göstərməməsi, özünün gələcək aqibətinə laqeydliklə yanaşması və s.) sübut edir. Aparılmış eksperimentalpsixoloji müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs əqli və psixi inkişafında, dünya görüşü səviyyəsində, təfəkkürünün ümumiləşdirmə və təhliletmə proseslərində, proqnozladırma qabiliyyətində normadan kənaraçıxma hallarına təsadüf olunmur. Onun intellektual imkanları normaya uyğundur. Müayinə zamanı Təqsirləndirilən şəxs hazırkı və gələcək vəziyyətinə laqeyd yanaşması, əhvali-ruhiyyəsinin enməsi, qəmgin, sıxıntılı, gərgin, narahat halda olması, tez-tez yaşamaq istəmədiyini bildirməsi, pessimist düşüncələrinin olması müşahidə edilir. Stasionar məhkəmə psixiatrik ekspertizası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlikdən əziyyət çəkməmişdir. Bununla yanaşı anamnestik məlumatlara və cinayət işindəki ifadələrin təhlilinə əsasən Təqsirləndirilən şəxs cinayət hadisəsini törətməzdən bir müddət qabaq əhvali-ruhiyyəsinin aşağı olması güman edilir. 2. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən hər hansı psixi patologiyadan əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarında olmuşdur. 3. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Bu səbəbdən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Lakin Təqsirləndirilən şəxs hazırda anlaqlı olub-olmaması məsələsini həll etmək olmaz. Çünki «anlaqlılıq» və «anlaqsızlıq» terminləri yalnız cinayət hadisəsinin törədildiyi dövrə münasibətdə işlədilə bilər. Hər hansı cinayət əməlini törətməkdə təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmaması sualı qeyri-səhih olduğundan həmin suala cavab vermək ümumən mümkün deyildir. Yeganə olaraq onu əlavə edə bilərik ki, M Aİsmayılov hal- hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Hal-hazırkı psixi vəziyyətinə görə onun məcburi müalicəyə ehtiyacı yoxdur. Bununla yanaşı Təqsirləndirilən şəxs «Yüngül dərəcəli depressiv pozuntu» formasında psixi xəstəlikdən əziyyət çəkməsi, indiyə qədər bir neçə dəfə suisidal cəhdinin qeydə alınması və neqativ təbiətli qeyri-əlverişli amillərin uzunmüddətli təsiri şəraitində belə bir patologiyanın dərinləşərək nisbətən ağır dərəcəyə keçə bilməsi nəzərə alınaraq həmin şəxsin istənilən şəraitdə (istintaq təcridxanasında, cəzaçəkmə müəssisəsində və s.) daim nəzarət altında saxlanması, vaxtaşın olaraq həkim- psixiatr tərəfindən konsultasiya edilməsi və zərurət yarandığı təqdirdə depressiv vəziyyətin və digər xoşagəlməz hallann aradan qaldırılmasına xidmət edə biləcək tədbirlərin görülməsi tövsiyə edilir. 4. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməllərini törətdikdən sonra keçən müddət ərzində düşdüyü vəziyyətlə bağlı neqativ təbiətli psixogen amillərin təsiri nəticəsində yüngül dərəcəli depressiv pozuntu formalaşmışdır. Lakin həmin pozuntu Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum edəcək səviyyədə ifadə olunmadığı üçün halhazırkı psixi vəziyyətinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. 5. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı psixi durumu onunla istintaq hərəkətlərinin aparılmasına imkan verir. Məhkəmə psixoloji ekspertizası üzrə yekun hissə: 1. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində qeyd edilmiş cinayət əməlini törədən zaman şüur və fəaliyyətinə təsir göstərə biləcək psixi-emosional halda olmamış, emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. 2. Cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində dözümsüzlük, hirslilik, qəzəblilik yaranmış, həmin halların yaranması oğlunun hər gün onları təhqir etməsi, evdə mübahisə yaratması, anasını döyməsi, onların pensiyalarını alaraq ailə tələbatlarının ödənilməsi əvəzinə tüfeyli həyat keçirmək üçün xərcləməsi, oğlunun hərəkətlərini qəbul edə bilməməsi, bədənində güclü ağrılarının olması səbəbindən daha da əsəbi gərgin halda olması və s. kimi amillərlə şərtləşmişdir. 3. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmamışdır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.2.7 və 29, 120.2.9-cu maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrində oğlu Rəşadı və gələni Cəmaləni öldürmək fikrinin olmaması, ümumiyyətlə hadisəni xatırlamaması kimi ifadələrini özünü müdafiə xarakterili ifadələr kimi qiymətləndirir və inandırıcı hesab etmir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası CM-in 59-cu və 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 63.3-cü maddəsinin tələblərinə görə cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 29, 120.2.7 və 29, 120.2.9-cu maddələrinin sanksiyasının son həddinin dörddə üçünün dördə üçündən yəni 15 (on beş) il müddətə azadlıqdan məhrumetmə cəzasından artıq cəza təyin oluna bilməz. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi ilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə mülki iddia, ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən Sabunçu rayon prokurorluğunda saxlanılan iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs1 məxsus mayka, hadisə yerindən götürülmüş 1 ədəd adyal, 1 ədəd mələfə, 1 ədəd balınc üzlüyü, 2 ədəd dəsmal, pambıq topası, cinayətin aləti olmuş balta məhv edilməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı tutulduqları vaxtdan- 05 dekabr 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.7 və 29, 120.2.9-cu maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli– 05 dekabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş "həbs" qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Sabunçu rayon prokurorluğunda saxlanılan iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs1 məxsus mayka, hadisə yerindən götürülmüş 1 ədəd adyal, 1 ədəd mələfə, 1 ədəd balınc üzlüyü, 2 ədəd dəsmal, pambıq topası, cinayətin aləti olmuş balta məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar