Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1246/2022 18.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X1, zərərçəkmiş şəxsin hüquqi varisi X3 iştirakı ilə, xx xxxxx 1991-ci il tarixdə Laçın şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli olmuş, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan xüsusi amansızlıqla zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 30 yanvar 2022-ci il tarixdə, saat 13 radələrində əri Zərərçəkmiş şəxs və iki azyaşlı uşaqları ilə birlikdə yaşadıqları ünvan 1 ünvanında olarkən, bir gün əvvəl yaşadıqları evdə Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxs təpiklə uşağın beşiyini vurub qırması səbəbindən, həmin beşiyin təmir etdirilməsi ilə əlaqədar aralarında yenidən baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxs onu döyüb boğmaqla boyunun və sol diz oynağı nahiyəsinin sıyrıqları kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirməsindən qəzəblənib ondan qisas almaq üçün qəsdən sağlamlığına ağır zərər vurmaq məqsədilə evdəki çarpayının altındakı qab-qaşıq saxladığı qabın içindən soyuq silah hesab olunmayan mətbəx bıçağını sol əlinə götürərək, xüsusi amansızlıqla - xx xxxx 2015-ci il təvəllüdlü azyaşlı uşağı Şahid9 gözü qarşısında Zərərçəkmiş şəxs sinəsindən bir zərbə vurmaqla, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin ön səthinin sağ yarısının boşluğa nüfuz edərək ürəyin zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yara xəsarəti yetirmiş, sonra isə əməlindən peşman olub təcili tibbi yardıma bir neçə dəfə zəng etsə də, Zərərçəkmiş şəxs buna etiraz edərək hər dəfə imtina etmiş və sonuncu hadisədən təxminən 4 saat sonra təcili tibbi yardım vasitəsilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılaraq üzərində cərrahiyə əməliyyatının aparılmasına baxmayaraq ürəyin zədələnməsi nəticəsində baş vermiş kəskin daxili və xarici qanitirmə səbəbindən orada ölmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, 2012-ci ildə Azərbaycan Texniki Universitetini bitirmişdir. Mərhum əri Elşənlə də həmin universitetdə təhsil alarkən tanış olmuşlar və bir-birlərini sevib 2014-cü ildə ailə qurmuşlar. Uzun müddət kirayə evlərdə və atasının himayəsində yaşayıb böyük maddi çətinliklər çəkmişlər. Daha sonra qızıllarını və mebellərini satmış, həmçinin Elşənin valideynlərinin etdiyi maddi köməkliklə Hövsan qəsəbəsində özlərinə ev almışlar. Ev bir otaqdan, mətbəx və hamamdan ibarət olmuşdur. Ev alanda hər ikisi çox sevinmiş, maddi vəziyyətlərinin də tezliklə düzələcəyinə ümid etmişlər. Amma vəziyyətləri ağır olaraq qalmış, daim maddi sıxıntı içərisində olmuşlar. Elşən dost-tanışlarından müxtəlif məbləğlərdə borclar almış, dostu Azadın qardaşından isə kreditə kombi götürmüşdür. Amma borcları qaytara bilməmişdir. Borclular artıq qapıya gəldikləri üçün o əsəbiləşmiş və aralarında maddi sıxıntılara görə dəfələrlə mübahisələr olmuşdur. Daha sonra Elşən Hövsan qəsəbəsində “Oba” marketə satıcı kimi işə düzəlmiş, işə təzə düzəldiyindən hələ maaşını almamışdır. Maddi baxımdan sıxıntı yaşadıqları üçün evdə arabir deyinmiş, hər dəfə vəziyyətin nə vaxta kimi belə olacağını demişdir. Elşən də hər dəfə əsəbiləşib onu uşaqların gözü qarşısında döymüş, əlləri ilə boynundan tutub boğmuşdur. Uşaqlar da atalarının bu hərəkətlərindən qorxmuş, bəzi hallarda isə elə əsəbi vəziyyətdə Elşən uşaqları da döymüşdür. Atası Akif onların ailə işlərinə müdaxilə etdiyindən o və Elşən atası ilə küsülü olmuş, atasından ailə işinə qarışmamasını tələb etmişdir. 29 yanvar 2022-ci il tarixdə Elşən marketdə gecə saat 12 növbəsinə qalmış, axşam evə yorğun gəlmişdir. O da həmin vaxt uşağa dərs elətdirmiş, Elşən ona və uşaqlara sakit olmalarını demişdir. O da cavabında “nə edim, uşağa dərs elətdirirəm də” deyə cavab vermişdir. Elə buna görə Elşənlə dalaşmış, sonuncu onu döymüş, uşağın beşiyini də təpiklə vurub qırmışdır. 30 yanvar 2022-ci il tarixdə Elşən səhər saat 8 radələrində işə getmiş, saat 13 radələrində evə gəlmişdir. Elşənin dişi ağrıdığı üçün çarpayıya uzanıb yatmaq istəmiş, amma o Elşəni yatmağa qoymayıb uşağın beşiyini necə qırıbsa elə də düzəltməsini tələb etmişdir. Elşən yorğun olduğu üçün yatacağını demiş, o da sonuncuya yatmayacağını demiş, buna görə də aralarında mübahisə yaranmışdır. Elşən uşaqların gözü qarşısında otaqda onu döymüş, təpiklə ayağına vurmuş və sağ əli ilə boğazından tutub boğmağa başlamışdır. Get-gedə nəfəsi kəsilmiş, gözləri bərəlmişdir. Bir anlığa güclə də olsa Elşənin əlindən çıxıb, mətbəx mebeli hazır olmadığı üçün müvəqqəti olaraq çarpayının altında ləyənin içinə yığdığı qab-qaşığın içindən gündəlik işlətdiyi mətbəx bıçağını götürüb sol əlində tutaraq, bıçağı Elşənə tərəf yelləmişdir. O, solaxay olduğu üçün bıçaq da sol əlində olmuş, anidən bıçağın Elşənin sinəsinə batdığını, qan axdığını görmüşdür. Elşən çöməlib yerə oturmuş, o tez Elşənin yarasına pambıq qoymuşdur. Onun xatirində qalana görə Elşəni bıçaqla vurarkən uşaqları mətbəxdə olmuşlar. Daha sonra qaça-qaça qonşusu Leylinin evinə gedib ondan perekis almış və Leyli ilə birlikdə onlara gəlmişlər. Leyli Elşənin yarasını perekislə silmiş, Elşənə sakitləşdirici iynə vurduqdan sonra sonuncu uzanmışdır. Leyligilə gedəndə yalandan Elşənin öz-özünü bıçaqla vurduğunu demişdir. Çünki, Elşən özü demişdir ki, “kim soruşsa deyərsən özüm-özümü vurmuşam, bilsələr sən vurmusan, polislər səni tutacaq”. Leyli də Elşəndən nə olduğunu soruşanda sonuncu özü-özünü vurduğunu demişdir. Bundan sonra Leyli ona resept verərək dərmanlar almasını dediyindən evlərinə yaxın olan “Çinar” adlı aptekə gedərək oradan fastumgel, revanol, ağrıkəsici iynə və bir neçə dərman alıb evə qayıtmışdır. O, evə qayıtdıqda atası Akif, əmisi Mətləb, həmçinin Elşənin dostu Azadın da onlarda olduğunu görmüşdür. Leyli ona demişdir ki, “sən Elşənə qulaq asma, təcili tibbi yardıma zəng elə”, amma Elşən həkimə zəng etməyə qoymamışdır. Bundan sonra Leyli çıxıb getmişdir. Leyli ona demişdir ki, “o aptekə gedəndə Elşən bıçağın dəstəyini əlində sıxaraq deyib ki, bıçaqda mənim əl izim qalsın və elə bilsinlər ki, doğrudan da özümözümü vurmuşam”. Atası və əmisi onlarda olarkən Elşən demişdir ki, “əgər polislər bilsə, deyəcəm ki, evimi siçovullar basıb və guya siçan dərmanı qoyanda yıxılıb bıçaq təsadüfən batıb”. Atası isə demişdir ki, “yalan danışmağın yeri yoxdur, polislərə düzünü deyəcəyik». Əmisi 5-10 dəqiqə oturub getmiş, atası təcili tibbi yardım çağırmaq istəsə də, Elşən qoymamışdır. Elşəndən dəfələrlə telefonu alıb 103 xidmətinə zəng etmək istəsə də, sonuncu telefonu verməmişdir. Hətta bir dəfə Elşən özü 103 xidmətinə zəng edərək həkimin gəlməyindən imtina etmişdir. Daha sonra Elşəni ayaqyoluna aparmış, onu yuyundurmuş, çarpayıya qayıdanda Elşənin taqəti qalmadığı üçün yerə yıxılmışdır. Artıq Elşənin vəziyyəti daha da ağırlaşdığı üçün təcili tibbi yardıma zəng etmiş, həkimlər gəlib Elşəni xəstəxanaya aparmışlar. Təcili tibbi yardım gələndə qardaşı Anar da onlara gəlmişdir. Onun Elşəni öldürmək məqsədi olmamışdır. Əvvəllər də Elşən onu döyəndə bıçaqla bir neçə dəfə Elşəni qorxutmuşdur. Bu dəfə də sadəcə bıçaqla qorxutmaq istəmişdir. Amma təsadüfən özü də bilmədən bıçağı Elşənə batırmışdır. Əməlindən çox peşmandır. Bütün həyatı alt-üst olub. Elşənlə bir-birlərini çox böyük məhəbbətlə sevib evlənmişlər. Bütün dava-dalaşlarına baxmayaraq sonadək Elşəni sevmişdir. Hələ də nə qədər böyük faciəyə bais olduğunu dərk edə bilmir. İki körpə övladı hazırda qaynanasının himayəsindədir. Özünü bağışlaya bilmir və ölənədək də bağışlamayacaq, əzabla yaşayacaq və bu əzab ona ömürlük cəza olacaq. Məhkəmədən bütün bu halların, xüsusi amansızlıq etmədiyinin, iki azyaşlı uşaqlarının olmasının da nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini, övladlarına tez qovuşa bilməsi üçün ona mümkün qədər ən yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 göstərdi ki, oğlu Zərərçəkmiş şəxs xasiyyətcə sakit, ürəyi yumşaq biri olmuşdur. Elşən orta məktəbi bitirən il Azərbaycan Texniki Universitetinə daxil olmuşdur. Universitetdə öz qrup yoldaşı Təqsirləndirilən şəxs ilə bir-birilərini sevdiklərindən 2011-ci ildə onları nişanlamışlar. Elşən universiteti bitirəndən sonra hərbi xidmətə getmiş, qayıdandan sonra, yəni 2014-cü ilin iyun ayında toylarını etmişlər. Elşən hərbi xidmətdə olduğu müddətdə demək olar ki, Gülnara onlar baxmış, ona həm maddi, həm mənəvi dəstək olmuşlar. Evliliklərinin ilk günlərində Elşənlə Gülnarın münasibətləri yaxşı olmuş, pandemiyadan sonra hər kəsdə olduğu kimi onların da ailəsində maddi çətinlik yaranmışdır. Onların bütün ərzaqlarını rayondan göndərmişlər. Elşəngil bir neçə il Hövsan qəsəbəsində kirayədə yaşamış, sonra isə köməkləşib onlara ev almışlar. O, kreditə pul götürmüş, Gülnar özü qızıllarını satmış, atası Akif də köməklik etmiş, 22000 manata yaşadıqları evi almışlar. Maddi çətinliyə görə həmişə Gülnar deyinmiş, bir-biriləri ilə dalaşmış, sonradan yenə barışmışlar. 29 yanvar 2022-ci il tarixdə Elşənlə Gülnarın arasında olan mübahisədən xəbəri olmamış, amma həmin gün Elşənin dişi ağrıdığını, halının özündə olmadığını bilmişdir. 30 yanvar 2022-ci il tarixdə saat 14 radələrində Elşənin halını soruşmaq üçün ona zəng etmiş, telefona Gülnar cavab verdiyinə görə ondan vəziyyəti soruşmuş, Gülnar da Elşənin yaxşı olduğunu demişdir. Gülnar ona “Elşən əlini kəsib, gələ bilərsən bura?” deyərək telefonu Elşənə vermiş, sonuncudan nə olduğunu soruşduqda Elşən ciddi bir şey olmadığını, keçib gedəcəyini demişdir. O da demişdir ki, “bala, dolana bilmirsiz, bir maşın tutun, çıx gəl Sabirabada”. Sonra Gülnar demişdir ki, “Elşən özü öz əlini kəsib”. O, dözə bilməyib WhatsApp vasitəsilə görüntülü Gülnarı yığmış, sonuncu da ona Elşənin öz qarnına da bıçaq vurduğunu demişdir. O da “axı necə yəni qarnına bıçaq vurub, niyə həkim çağırmırsız” deyə soruşmuşdur. Gülnar da “Elşən deyir həkim gəlsə polis gələcək, bizi incidəcək, siz gəlin Elşəni aparın Sabirabada, orada həkim tapın, tanışlıqla yarası tikilsin” demişdir. Bundan sonra Gülnar qonşusu olan tibb bacısının gəlib Elşənin yarasına perekis sürtdüyünü, qanın dayandığını, hazırda Elşənin vəziyyətinin yaxşı olduğunu demişdir. Bundan sonra Gülnara atası Akifə zəng etməsini demiş, Gülnar isə “lazım deyil, atama demirəm” deyə bildirmişdir. O, Akifə zəng edib deyəcəyini söylədikdə, Gülnar Akifə zəng etmək istəmədiyini demişdir. Həmin vaxt Elşənin halı olmadığını, çarpayıda uzandığını və bir qadının ona tibbi yardım göstərdiyini görmüşdür. Sonra Elşənin dostu Azada zəng edib, təcili tibbi yardım çağırmasını demiş, Azad “həkim çağırmaq istəyirik, qoymurlar” demişdir. Bundan sonra yenə Gülnara zəng edib təcili tibbi yardım çağırıb-çagırmamasını soruşmuş, Gülnara “əgər həkim çağırmırsansa, mən 102-yə zəng edim” demişdir. Sonra Elşən atası Nazimlə danışmış, atası ondan vəziyyətinin necə olduğunu soruşduqda Elşən “ata, narahat olma, qan dayanıb” demişdir. Nazim demişdir ki, “bala, qan dayanıbsa lap pis, demək qan içəri axır, tez təcili tibbi yardıma zəng edin”. Bundan sonra Nazim saat 15:30da Akifə zəng edib təcili Gülnargilə getməsini, Elşənin bıçaqlandığını demişdir. Təxminən saat 15:56-da Nazim ikinci dəfə Akifə zəng edəndə Akif demişdir ki, “gəlinin oğluvu bıçaqlayıb”. Bundan bir neçə dəqiqə sonra yenə Gülnarın telefonuna zəng etmiş, Elşən telefonu götürmüş, ondan Gülnarın harada olduğunu soruşmuşdur. Elşən isə Gülnarın aptekə getdiyini demişdir. Bir neçə dəqiqə sonra yenə zəng edəndə Gülnar özü götürmüş, ona demişdir ki, “bəs deyirsən özü-özünü bıçaqlayıb, axı Elşəni sən bıçaqlamısan”. Gülnar da onu kimin dediyini soruşduqda o, atasının dediyini demişdir. Gülnar qorxusundan boynuna almamış, yenə ona telefonda Elşənin guya özü-özünü vurduğunu demişdir. Təxminən saat 17:30-da Akif Nazimə zəng edərək Elşənin halının ağırlaşdığını, tər basdığını, təcili tibbi yardım çağırdıqlarını və 3 saylı Sabunçu rayon xəstəxanasına getdiklərini demişdir. Bundan sonra onlar Sabirabad rayonundan çıxaraq həmin xəstəxanaya gəlmiş, orada oğlu Elşənin öldüyünü bilmişdir. O, Gülnarı bağışlamır. Hər nə qədər cəza alsa da Gülnarın nə vaxtsa gəlib uşaqlarına qovuşacağını başa düşür. Amma onun oğlu bir daha dönməyəcək. Hazırda himayəsində olan nəvələrinə qulluq etməkdən başqa bir çarəsi yoxdur. Məhkəmədən gəlini Gülnara ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş X7 şahid X3 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, dostu Zərərçəkmiş şəxs ilə 2018-ci ildən bir-birini tanımış, sonuncu ilə X9 işlədiyi vaxt tanış olmuşlar. Gülnarın atası Akifgil onun yaşadığı evin yaxınlığında yaşamış, Akifgili qiyabi olaraq əvvəldən tanısa da, Gülnarı Elşənlə evliliyindən sonra tanımışdır. Elşən bir ara işsiz qaldığına görə maddi çətinliklər çəkmiş, ara-sıra gəlib borc pul istəmiş, o da pulu olanda köməklik etmişdir. Elşənlə yaxın olduqlarından sonuncu hərdən öz ailəsində olan problemlərindən danışmış, ona maddi çətinlikləri olduğu üçün evdə söz-söhbətin olduğunu demişdir. 30 yanvar 2022-ci il tarixdə evdə olanda Elşən ona zəng edərək yıxılıb əzildiyini və onlara gəlməyini demişdir. O da Elşəngilə gedərkən yolda Elşən, daha sonra arvadı Gülnar ona zəng edərək bir daha gəlib-gəlmədiyini soruşmuş, o da artıq yolda olduğunu demişdir. O, Elşəngilin yaşadığı evə daxil olduqda Elşənin çarpayıda üzü yuxarı vəziyyətdə uzandığını, Gülnarın da evdə onun yanında dayandığını görmüşdür. Elşəndən nə baş verdiyini soruşduqda ona həyətlərində iş görən zaman ayağının daşa ilişərək yıxıldığını, əlindəki bıçağın sinəsinə batdığını demiş və köynəyini qaldıraraq yaranı göstərmişdir. O da dərhal təcili tibbi yardım çağırmaq lazım olduğunu bildirsə də, Elşən təcili yardıma ehtiyac olmadığını, təcili yardım gəlsə polisin də gələcəyini bildirmişdir. Elşən bir dəfə təcili yardım çağırmaq qərarına gələrək zəng etsə də sonradan fikrini dəyişərək təcili yardıma yenidən zəng edərək gəlməmələrini demişdir. Bundan sonra Gülnar qonşuluqda yaşayan Leylinin evinə gedərək onu evə çağırmış, sonuncu gəlib nə baş verdiyini soruşduqda Leyliyə də eyni cavabı vermişlər. Leyli bundan sonra öz evinə qayıdaraq tibbi yardım etmək üçün yod, periks və sair götürüb gəlmiş, Elşənə yardım göstərmişdir. Daha sonra Gülnara dərman adları verib həmin dərmanları almasını bildirmişdir. Gülnar da aptekə gedərək bəzi dərmanlar alıb gətirmişdir. Bir müddət sonra Gülnarın atası Akif gəlib Elşəni gördükdə təcili yardım çağırmasını demiş, amma Elşən Akifə “bir hadisədir olub” deyərək Gülnarın adını vermək istəməmişdir. Gülnarın əmisi Mətləb də evə gəlmişdir. Hər kəs evə yığıldıqdan sonra Elşənə hamının artıq burada olduğunu və getmək istədiyini demişdir. Elşən ayağa qalxıb onu kənara çəkərək onu Gülnarın bıçaqladığını demişdir. Elşənin dediklərini digər şəxslərin eşidib-eşitməməsini dəqiq bilməmişdir. Bundan sonra saat təxminən 16 radələrində dostları ilə çay içmək üçün oradan çıxıb getmişdir. Daha sonra təxminən saat 22 radələrində Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsindən ona zəng edərək oraya çağırmışlar. Polis şöbəsində olarkən Akifi görmüş, sonuncu ona Elşənin öldüyünü demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, oğlu Anarla birlikdə yaşayır. Qızı Təqsirləndirilən şəxs Azərbaycan Texniki Universitetində ali təhsil alarkən Zərərçəkmiş şəxs ilə tanış olmuş və nişanlanmışlar. Elşən universiteti bitirəndən sonra hərbi xidmətə getmiş, qayıtdıqdan sonra toyları olmuşdur. Hər ailədə olduğu kimi Gülnarla Elşən arasında da aradabir xırda söz-söhbətlər olmuş, amma yenə də barışmışlar. Elşənin atası Nazimlə köməkləşib 22000 manata onların yaşadıqları evi Elşənin adına almışlar. Elşən yenicə “Oba” marketə satıcı olaraq işə düzəlmişdir. Təxminən iki il əvvəl qızı Gülnardan incidiyindən onunla küsülü qalmışlar. Çünki, onlar üçün ev alınmazdan əvvəl bir müddət Gülnarla Elşən onun evində yaşamış, maddi durumları pis olmuşdur. Onlarda qalarkən Elşənlə Gülnarın mübahisə etdiklərinə fikir vermiş, bir ata olaraq Gülnara da, Elşənə də iradını bildirdikdə Gülnar ona “bizim ailəyə qarışma” demişdir. Gülnarın bu sözü ona çox pis təsir etmiş, evlərinə köçəndən sonra da onlara gec-gec getmişdir. 30 yanvar 2022-ci il tarixdə saat 16 radələrində daş bazarında olarkən Sabirabad rayonundan qudası Nazim ona zəng edərək demişdir ki, “Akif, sən Elşəngilə get, deyəsən Elşən Gülnarı bıçaqlayıb”. O da demişdir ki, “Nazim gedirəm Elşəngilə, kaş Gülnar sağdırsa, mən çatınca ölsün”. Çünki, onların dava-dalaşından bezmiş, hər dəfə onlar dava-dalaş edəndə getmişdir. Elşənin evi ilə onun yaşadığı evin arası 800-900 metr olmuşdur. O, piyada daş bazarından Elşəngilə gələrkən yolda Elşən Gülnarın mobil nömrəsi ilə ona zəng edərək harda olduğunu soruşmuş, o “yoldayam, sizə gəlirəm” demişdir. Elşən demişdir ki, “dayı, çarpayının altına siçan yapışqanı yapışdıranda yıxıldım, bilmədən bıçaq batdı böyrümə”. Bundan sonra Hövsanda yaşayan qardaşı Mətləbə zəng edib demişdir ki, “Nazim zəng etmişdi, dedi ki, Elşən Gülnarı bıçaqla vurub, indi isə Elşən mənə zəng edib deyir ki, yıxılmışam bıçaq girib böyürümə, deyəsən bunlar bir-birini bıçaqlayıb, gəl gedək Elşəngilə”. Mətləbə olduğu yeri demiş, sonuncu da maşınla gəlib onu yoldan götürərək birlikdə Elşəngilin evinin yanına getmişlər. Oraya çatanda Mətləb demişdir ki, “maşında sifarişli yük var, sən get, mən də yükü boşaldım gəlirəm”. Mətləb getdikdən sonra piyada Elşəngilə gəlmiş, saat 16 radələrində oraya çatmışdır. Evə girəndə Elşənin əlini yarasının üstünə tutub evin ortasında gəzdiyini, qonşu Leyli və Elşənin dostu Azadın da orada olduğunu görmüşdür. O, gələndən sonra Leyli getmiş, Azad isə qalmışdır. Elşəndən nə olduğunu soruşduqda Elşən “çarpayının altına siçan dərmanı yapışdıran zaman qolum sürüşdü bıçaq girdi” demişdir. O da “bala, mən uşaq deyiləm, düzünü de görüm nə olub” deyə bildirmişdir. Elşən yenə “heç nə, boş şeydi” demişdir. Elşəndən Gülnarın harda olduğunu soruşduqda aptekə dərman almağa getdiyini demişdir. Təxminən 10 dəqiqə sonra Gülnar gəlmiş, Leylini bir də çağırmış, sonuncu Elşənin yarasına perekis sürtüb yod vurmuşdur. Bu zaman Gülnar Elşənin əlindən öz telefonunu götürüb təcili tibbi yardıma zəng edib həkim çağırmışdır. Elşən yerindən durub telefonu Gülnarın əlindən almış və telefonda operatora demişdir ki, “gəlməyə ehtiyac yoxdur, narahat olmayın, yaram cüzi sıyrıqdır, keçib gedəcək”. Gülnarın 103 xidmətinə zəng etməsi və Elşənin onun əlindən telefonu alıb çağırışdan imtina etməsi təxminən 3-4 dəfə olmuşdur. Elşən hər dəfə təcili yardım bilsə polisə deyəcəyini, polisin də Gülnarı tutub aparacağını demişdir. Ona görə də Elşən həkim çağırılmasını istəməmişdir. Bundan sonra o, Gülnar, Azad, Leyli, orada olanda qardaşı Mətləb Elşənə demişdir ki, “a bala tərslik eləmə, icazə ver həkim çağıraq”. Elşən isə demişdir ki, “əmi, narahat olma yaxşıyam”. Daha sonra Mətləb və Azad çıxıb getmişlər. Gülnar Elşənin köynəyinə əlini vuranda tərin içində olduğunu demiş, Elşənin halsızlaşdığını görüb təcili tibbi yardıma zəng etmişdir. O da oğlu Anara zəng edib Gülnarın Elşəni bıçaqladığını və tez Elşəngilə gəlməsini demişdir. Anar da təcili yardım maşını ilə eyni vaxtda gəlib çatmışdır. Anar Elşəni qucağında maşına qoyub təcili yardım maşını ilə xəstəxanaya aparmışlar. O, Elşəngilin uşaqlarını götürüb öz evinə aparmış, sonra Gülnar və Mətləblə birlikdə xəstəxanaya gəlmişlər. Bundan bir neçə dəqiqə sonra polislər 3 saylı xəstəxanaya gəlib Gülnarı götürüb 30-cu Polis Şöbəsinə aparmışlar. O da Gülnar tək qalmasın deyə onunla birlikdə şöbəyə getmişdir. Gülnar Elşəni bıçaqla vurmasını polislərə etiraf etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Vusif oğlu göstərdi ki, qardaşı qızı Gülnar ailə həyatı qurandan sonra yaxın münasibəti olmamış, amma Gülnarın əri ilə aralarında daim söz-söhbət olduğunu, maddi imkanlarının olmadığını və söz-söhbətin də məhz maddi imkansızlığa görə yarandığını bilsə də heç vaxt onların ailəsinə müdaxilə etməmişdir. 30 yanvar 2022-ci il tarixdə saat 15-16 radələrində qardaşı Akif ona zəng edərək Elşənin Gülnarı, ya da Gülnarın Elşəni bıçaqlaması haqqında nəsə demişdir. Həmin vaxt o, Hövsanın girəcəyində dayanıb maşına yük yığmışdır. O, gəlib Akifi olduğu yerdən götürmüş və Elşəngilə gəlmişlər. Akifi Elşənin evinin yanında düşürmüş və Akifə yükü boşaldıb gələcəyini demişdir. O, təxminən yarım saata yükü boşaldıb Elşəngilə gəlmiş, evə girəndə tanımadığı qadın və bir kişi, Elşən, Gülnar və Akifin olduğunu görmüşdür. Elşən evin ortasında əlini yarasının üstünə qoyub gəzmiş, sonuncudan nə baş verdiyini soruşduqda Elşən “çarpayının altına siçan dərmanı qoyurdum, əlim sürüşdü bıçaq böyürümə batdı” demişdir. O, təcili tibbi yardıma zəng edib həkim çağırmalarını dedikdə Elşən “lazım deyil, yaram ciddi deyil, narahat olma, yaram sağalacaq” demişdir. Bundan sonra çıxıb işinin dalınca getmiş, təxminən saat yarım sonra Akif ona zəng edərək Elşəni təcili tibbi yardım maşını ilə 3 saylı xəstəxanaya apardıqlarını və Anarın da xəstəxanada olduğunu demişdir. Anar təcili yardım maşını ilə getdiyi üçün Anarın maşını Elşəngilin evinin qarşısında qalmışdır. O, Anarın maşını ilə Akif və Gülnarla birlikdə xəstəxanaya gəlmişlər. Xəstəxanaya çatandan təxminən 10 dəqiqə sonra polislər gəlib Gülnarı aparmış, Akif də Gülnarla getmişdir. O isə xəstəxanada qalmışdır. Elşənin anası, qardaşı, əmisi xəstəxanaya gəldikdən sonra həkim çıxıb Elşənin artıq öldüyünü demişdir. Elşən xəstəxanaya çatdırılan zaman sağ olmuş, cərrahiyyə əməliyyatı zamanı ölmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş X10 göstərdi ki, bacısı Gülnarla Elşən tələbə olarkən nişanlanmış, Elşən universiteti bitirəndən sonra hərbi xidmətə getmiş, qayıtdıqdan sonra toyları olmuşdur. Gülnarla Elşənin daim münaqişələrinin olduğunu bilmiş, amma qarışmamışdır. Onlar bir-biriləri ilə mübahisə edəndə atası və ya Elşənin atası həmişə onları barışdırmışdır. 30 yanvar 2022-ci il tarixdə Hövsan qəsəbəsində avtomobilini yuduzdurarkən saat 17 radələrində atası Akif ona zəng edib təcili Elşəngilə gəlməsini, Gülnarla Elşənin dalaşdıqlarını və Gülnarın Elşəni bıçaqladığını demişdir. Onun olduğu yer Elşənin evindən təxminən 500 metr aralı olmuş, bunu eşidən kimi avtomobillə Elşəngilə gəlmişdir. Ora çatanda artıq təcili tibbi yardım maşını da Elşəngilin həyətinə gəlmişdir. O, evə girəndə Elşənin çarpayıda uzandığını, vəziyyətinin ağır olduğunu görmüşdür. Həmin vaxt orada Gülnar, atası Akif, Elşən və azyaşlı uşaqları olmuşlar. O, Gülnarın üstünə qışqırıb nə üçün Elşəni vurduğunu deyərək acıqlanmış, sonra tez Elşəni qucağına götürüb təcili yardım maşınına kimi gətirmiş, onu maşına qoyaraq 3 saylı Sabunçu rayon xəstəxanasına getmişlər. O, maşınını həyətdə qoyub təcili yardım maşınında xəstəxanaya gəlmişdir. Bundan təxminən yarım saat sonra xəstəxanaya atası, əmisi Mətləb və Gülnar gəlmiş, bir neçə dəqiqə sonra polislər xəstəxananın həyətinə gəlib Gülnarı aparmış, atası da bacısı ilə getmişdir. Elşənin yaxınları Sabirabad rayonundan gəldikləri üçün xəstəxanaya bir qədər gec çatmışlar. Elşənin yaxınları xəstəxanaya çatmazdan təxminən 10 dəqiqə əvvəl artıq Elşənin öldüyünü xəstəxananın işçilərindən öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 göstərdi ki, o, anası, atası və üç yaşlı qardaşı Həsənlə birlikdə həyət evində yaşamış, evləri bir otaqlı olmuşdur. Atası səhər işə gedib, axşam evə qayıtmışdır. Anası isə evdə ev işləri ilə məşğul olmuşdur. Atası ilə anası həmişə dalaşmış, bir-birilərinin üstünə qışqırmış, əsəbləşmişlər. Bəzən atası anasını vurmuş, bəzən isə vurmamışdır. Bir dəfə yenə atası ilə anası dalaşmış, atası da əsəbləşib qardaşının beşiyini qırmışdır. Səhəri gün atası dişi ağrıdığı üçün işdən evə tez gəlmiş və çarpayıda uzanıb dincəlmişdir. Onlar da qardaşı ilə noutbukda oyun oynamışlar. Sonra anası ilə atası yenə dalaşmağa başlamışlar. Anası atasına axşam sındırdığı beşiyi ustaya aparıb düzəltməyini demiş, atası isə dişi ağrıdığı üçün beşiyi düzəldə bilməyəcəyini demişdir. Sonra onun gözü qarşısında anası bıçaqla atasını vurmuşdur. Anasının atasını bıçaqla necə vurmasını öz gözü ilə görmüşdür. O, indi qardaşı ilə nənəsigildə yaşayır və atasını öldürdüyü üçün anasını istəmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 göstərdi ki, Hövsan qəsəbəsində yerləşən 16 saylı “Oba” marketin müdiri işləyir. Zərərçəkmiş şəxs əvvəldən tanımamış, onunla heç bir münasibəti olmamışdır. 14 yanvar 2022-ci il tarixdən, yəni mağaza fəaliyyətə başlamamışdan 3 gün əvvəl “Oba” şirkətinin baş idarəsindən Zərərçəkmiş şəxs həmin mağazaya satıcı-kassir işinə təhkim olunmuş, onunla müqavilə bağlanmışdır. Elşən 14 yanvar 2022-ci il tarixdən işə başlamış, malların rəflərə yığılmasına köməklik etmiş və 17 yanvar 2022-ci il tarixdə mağazanın açılışı olmuşdur. Elşən işinə həvəsli olmuş, hətta ona tapşırılmamış işi də həvəslə yerinə yetirmişdir. Elşənin evində ailə problemlərinin olmasından xəbəri olmamışdır. 30 yanvar 2022-ci il tarixdə Elşən səhər növbəsinə saat 07:30-da işə gəlmiş, o isə bazar günü olduğu üçün evdə olmuş, işə getməmişdir. Həmin günü saat 12 radələrində mağazadan satıcı qız zəng edərək Elşənin dişi ağrıdığını, otura bilmədiyini və dişini çəkdirmək istədiyini demiş, o da qıza Elşənin gedib dişini çəkdirməsini, sabah gəlməsini demişdir. Bundan sonra Elşən mağazadan getmiş, həmin günü axşam saat 20 radələrində mağazaya gəldikdə orada Elşənin öldüyünü eşitmişdir. O, inanmayıb bir neçə dəfə Elşənin mobil telefonuna zəng etmiş, bir neçə zəngdən sonra telefona bir nəfər cavab verib polis olduğunu və Elşənin öldüyünü demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, o, Hövsan qəsəbəsində yerləşən “Çinar” adlı aptekdə satıcı işləyir. 30 yanvar 2022-ci il tarixdə qonşusu olmuş Gülnar onun işlədiyi aptekə gələrək rivanol, streptasit mazı və adını xatırlamadığı digər dərmanlar almışdır. Gülnar ona ərinin öz əlini kəsdiyini demişdir. O, Gülnardan yaranın açıq olub-olmadığını soruşduqda Gülnar ona yaranın açıq olduğunu demişdir. O, təcili olaraq yoldaşını poliklinikaya aparmalarının, əlinə tikiş qoyulmasının vacib olduğunu bildirmişdir. Səhərisi gün, yəni 31 yanvar 2022-ci il tarixdə o, internet xəbərlərində Gülnarın öz ərini bıçaqla vurduğunu bilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid1 göstərmişdir ki, o, həmişə Moskva şəhərində yaşamışdılr. Hövsan qəsəbəsindəki evini bir il olar almışdır. Onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs evində demək olar ki, hər gün qışqır-bağır olmuş, lakin Elşənin Gülnarı vurmasını görməmişdir. Gülnardan xoşu gəlməmiş, çünki 3-4 dəfə Gülnar azyaşlı uşaqlarını gətirib onlara qoyub, harasa getmiş, 4-5 saat sonra qayıtmışdır. Sonuncu dəfə Gülnara uşaqlarını onun evinə qoymamasını demişdir. Gülnarın əri Elşən “Oba” marketdə işləmiş, sonuncu fağır, yazıq, həmçinin çox mərifətli, başıaşağı adam olmuşdur. 30 yanvar 2022-ci il tarixdə saat 15:30 radələrində Gülnar onlara gəlib demişdir ki, “Elşən özü-özünü cızıb”. O da evdən perekis götürüb Elşənin yanına gəlmiş və yaranı silib, yod vuraraq pambıq qoymuşdur. Həmçinin Elşənə ağrı kəsici iynə vurmuşdur. İynəni Gülnar vurmaq istəsə də, Elşən iynəni onun vurmasını istəmişdir. Sonra o, Gülnara bir neçə dərman alıb gətirməsini demiş, sonuncu da aptekə getmişdir. O, Elşəndən özünü vurmasının səbəbini soruşduqda sonuncu ona demişdir ki, “siz çox şeyi bilmirsiz, özüm-özümü vurmamışam, məni Gülnar vurub”. Elşən dostu Azada da zəng edib evə çağırmışdır. Gülnar aptekdə olanda Elşən həyətdən bıçağı tapıb, bıçağın dəstəyini tutub öz əlində sıxmışdır. İndi başa düşür ki, Gülnarın əl izinin dəstəkdən itməsi, həmçinin Elşənin öz əlinin izinin bıçaqda qalması üçün bıçağı əlinə götürüb sıxmışdır. Elşən əvvəl sərbəst gəzib hərəkət etmişdir. Bəlkə də vaxtında Elşəni xəstəxanaya çatdırsaydılar sağ qalardı. Sadəcə olaraq Elşən həkim çağırmaq istəməmişdir ki, polislər Gülnarı tutacaq. O, Elşəngildə olanda təxminən 10 dəqiqə sonra Azad, sonra isə Gülnarın atası, bir neçə dəqiqə sonra Gülnarın əmisi gəlmiş, 2-3 dəqiqə sonra əmisi getmiş, bundan bir neçə dəqiqə sonra isə Azad getmişdir. Elşən böyüründən qan təzyiq vurduğunu görüb, özü bir dəfə təcili tibbi yardıma zəng edib həkim çağırmış, lakin qan kəsiləndən sonra təcili tibbi yardımın gəlməsindən imtina edərək, təcili yardıma özü zəng edib çağırışı ləğv etdirmişdir. Orada Gülnarın atası Akif öz qızı Gülnarı nəzərdə tutub demişdir ki, «həkimi neynirsiz, polisə zəng edin gəlib bunu tutub aparsınlar”. Həmçinin Elşən demişdir ki, “polis gəlsə deyəcəm evi siçovullar basıb, siçan dərmanı qoyanda bıçaq təsadüfən batıb, əgər sizdəndə soruşsalar mən deyəni deyərsiz”. Akif isə Elşənə demişdir ki, “yalan danışmağın yeri yoxdu, düzü nədirsə onu da deyəcəyik”. Bundan sonra Elşənin vəziyyətinin ağırlaşdığını görüb Gülnarı təcili tibbi yardıma zəng etməyə məcbur etmişdir. Elşən isə kənardan Gülnarı həkim çağırmağa qoymayıb “təcili yardıma zəng etmə, təcili yardım gəlsə polisə xəbər edəcək, səni tutacaqlar” demişdir. Sonradan təcili yardım həkimləri gəlmiş, həmin vaxt Gülnarın qardaşı da gəlmişdir. Elşənin əməliyyat zamanı öldüyünü sonradan eşitmişdir (cild 1, iş vərəqə 71- 73). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Hadisə yerinə baxış keçirilməsi haqqında 30 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, hadisə ünvan 1 ünvanda baş vermişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 04-12). Əşyaya baxış keçirilməsi haqqında 31 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, bıçaq məişət təyinatlı mətbəx bıçağı olmaqla, dəstəyi taxtadandır və açıq qəhvəyi rəngdədir. Bıçağın ümumi uzunluğu 272 mm, tiyəsinin uzunluğu 160 mm, dəstəyinin uzunluğu isə 112 mm-dir. Bıçağın tiyəsinin orta hissədən eni 25,5 mm-dir. Tiyənin bir tərəfi kəsici, digər tərəfi isə kütdür, ucu batıcıdır. Bıçağın dəstək və ya tiyəsinin üzərində gözlə görünə biləcək qana bənzər ləkə müəyyən olunmamışdır. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 59-60). Əşyanın tanınmaya təqdim edilməsi haqqında 31 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim olunmuş 04 ədəd bıçaq arasında ikinci sırada qoyulmuş bıçağı göstərərək əri Zərərçəkmiş şəxs həmin bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 63-64). İfadənin yerində yoxlanılması barədə 31 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs mərhum Zərərçəkmiş şəxs bıçaqla vurub xəsarət yetirdiyi yeri göstərməklə ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 65-70). Səs yazısına baxış keçirilməsi barədə 28 fevral 2022-ci il tarixli protokoldan görünür ki, mərhum Zərərçəkmiş şəxs 31 yanvar 2022-ci il tarixdə arvadı Təqsirləndirilən şəxs tərəfindən bıçaqlandıqdan sonra ilk dəfə saat 15:34-də 103 xidmətinə zəng edərək təcili tibbi yardım çağırmış, saat 15:48-də yenidən zəng edərək çağırışını ləğv etmişdir. Daha sonra Təqsirləndirilən şəxs saat 16:35 radələrində, növbəti dəfə saat 17:39 radələrində yenidən təcili tibbi yardım çağırmışdır (cild 1, iş vərəqə 165-172). Məhkəmə-tibb ekspertizasının 30 yanvar 2022-ci il tarixli 12 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı onda aşağıdakı xəsarət aşkar edilmişdir: döş qəfəsinin ön səthinin sağ yarısının boşluğa nüfuz edərək ürəyin zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşya (alət) təsirindən, ola bilsin ekspertizaya təqdim edilmiş bıçağın təsirindən törənmişdir, qərarda göstərilən 30 yanvar 2022-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir və mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Zərərçəkmiş şəxs ölümünə səbəb ürəyin zədələnməsi nəticəsində baş vermiş kəskin daxili və xarici qanitirmə olmuşdur. Mərhumun ölümü 30 yanvar 2022-ci il tarixdə saat 18:45-də xəstəxanada baş vermişdir. Zərərçəkmiş şəxs xəsarət yetirilərkən müxtəlif duruş vəziyyətlərində ola bilməklə, xəsarət yetirən xəsarət alanın ön tərəfində olmağa uyğun gəlir. Həmin yaranın xarakterinə, yara kanalının istiqamətinə əsasən demək olar ki, həmin xəsarət sol əllə çox vaxt işləyən (solaxay) şəxs tərəfindən zərblə vurulma nəticəsində əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətin xarakterinə əsasən demək olar ki, həmin xəsarətin onun özü tərəfindən yetirilə bilməsi inkar olunmasa da, həmin xəsarətin kənar şəxs tərəfindən yetirilməsi daha inandırıcıdır. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəməkimya tədqiqatı nəticəsində metil, etil, propil butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4- benzodiazepin törəmələri və salisatlar aşkar edilməmişdir (cild 1, iş vərəqə 205-209). Məhkəmə-tibbi ekspertizasının 30 yanvar 2022-ci il tarixli 110 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər boyunun və sol diz oynağı nahiyəsinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri müayinədən bir günə qədər əvvələ uyğun gəlməklə 30 yanvar 2022-ci il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin olunmur (cild 1, iş vərəqə 211-212). Məhkəmə-lifli ekspertizasının 01 mart 2022-ci il tarixli 6/786 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd idman şalvarının səthi üzərindən aşkar edilmiş tünd göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın səthi üzərindən aşkar edilmiş tünd çəhrayı rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd idman gödəkçəsinin tərkib liflərinə uyğun gəlirlər (cild 1, iş vərəqə 225-231). Məhkəmə-trasoloji ekspertizasının 02 mart 2022-ci il tarixli 3/178; 3/191 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş üzərində «Zərərçəkmiş şəxs....» yazıları olan bağlamadan aşkar olunan uzunqol sviterin səthində rəyin tədqiqi hissəsində sayı göstərilməklə təsvir edilən zədə vardır. Təqdim edilmiş üzərində « Zərərçəkmiş şəxs....» yazıları olan bağlamadan aşkar olunan uzunqol sviterin səthində olan zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan bir ədəd predmetin, (bıçaq) təsiri nəticəsində yaranmağa xarakterik deşilib-kəsilmə zədəsidir. Belə predmetə tiyəsi (tiyənin ölçüləri əsasında) həmin xassəyə malik olan bıçaqlar da aiddir. Ümumi əlamətlərinə əsasən üzərində «Zərərçəkmiş şəxs....» yazıları olan bağlamadan aşkar olunan uzunqol sviterin səthində olan zədənin təqdim edilmiş bir ədəd bıçağın da təsirindən yaranması mümkündür. Lakin təqdim edilmiş üzərində «Zərərçəkmiş şəxs....» yazıları olan bağlamadan aşkar olunan uzunqol sviterin səthində olan zədədə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədənin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş üzərində «Zərərçəkmiş şəxs....» yazıları olan bağlamadan aşkar olunan uzunqol sviterin material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyasının səthində olan deşilib-kəsilmə zədəsinin yaranma mexanizmini, istiqamətini təyin etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş üzərində «Zərərçəkmiş şəxs....» yazıları olan bağlamadan aşkar olunan cins şalvarın, üzərində «Təqsirləndirilən şəxs....» yazıları olan bağlamadan aşkar edilmiş uzunqol idman gödəkçəsinin, idman şalvarının üzərində trasoloji iz və zədə, o cümlədən fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb-cırılmağa xarakterik iz və zədə yoxdur (cild 1, iş vərəqə 232-236). Məhkəmə-bioloji ekspertizasının 05 mart 2022-ci il tarixli 79/2022-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu-A-beta (H)/İİ/, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu-O/İ/ (Şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus sviter, cins şalvar, hadisə yerindən götürülmüş mələfə, əski parçası, tənzif kəsiyi, mətbəx bıçağı üzərindəki ləkələrdə və hadisə yerindən 01 ədəd pambıq topası və 02 ədəd maddi sübutlar üzərində olan izləri götürmək üçün nəzərdə tutulmuş plastik çubuqların bir ucuna sarınan pambıq üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A,H antigenləri, bəzi ləkələrdə həmçinin beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A-beta /H//İİ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Ləkələrdə O/İ/ qruplu Təqsirləndirilən şəxs qanının olması yalnız həmin ləkələrdə qarışıq qanın olduğu halında mümkündür (əgər onda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa). Təqdim olunan Təqsirləndirilən şəxs məxsus idman gödəkçəsi, idman şalvarı üzərindəki ləkələrdə qan aşkar olunmadı (cild 1, iş vərəqə 238-243). Kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının 07 may 2022-ci il tarixli 1150 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs öz hərəkətlərini ölçüb-biçmək və onlara rəhbərlik etmək qabiliyyətinə malikdir. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal- hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Aparılan müayinə zamanı Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. O, iş üçün əhəmiyyət kəsb edən halları adekvat olaraq qavramaq və bu barədə düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs ünsiyyətçilik, başqalarının hiss və yaşantılarına qarşı biganə olmamaq, inadkarlıq, etiraz etməyi bacarmaq, tələbkarlıq, emosionallıq kimi fərdi- psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs hadisə zamanı emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək və onları idarə edə bilmək iqtidarında olumuşdur, əməli törədən zaman psixi-emosional vəziyyətində situasiya ilə əlaqədar həyəcan, qorxu, gərginlik, hirslilik kimi hallar yaranmışdır. Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır(cild 1, iş vərəqə 245-248). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 07 dekabr 2018-ci il və xx xxxx 2015-ci il təvəllüdlü iki azyaşlı uşaqları vardır (cild 1, iş vərəqə 56). Suraxanı rayon İcra Hakimiyyəti başçısının Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 fevral 2022-ci il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs haqqında heç bir şikayətin daxil olmadığı göstərilmişdir (cild 1, iş vərəqə 164). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 09 fevral 2022-ci il tarixli 1409 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 181). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 28 fevral 2022-ci il tarixli, xx/xx-3067 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən mərkəzdə müalicədə olmamışdır (cild 1, iş vərəqə 188). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 185). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl təqsirin qarışıq forması ilə - sağlamlığa ağır zərər vurmaya münasibətdə qəsdən, ölümə münasibətdə isə ehtiyatsızlıqdan törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək Elşən Hadıyevi öldürmək niyyətinin olmamasına dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları ilə, zərərçəkmiş şəxsin hüquqi varisinin və çoxsaylı şahidlərin ifadələri ilə, ekspert rəyləri ilə, habelə iş üzrə toplanmış digər çoxsaylı sübutların məcmusu ilə təkzib olunur. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs iki azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsinə əsasən, özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 30 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 30 yanvar 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 36, 99-100). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 30 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub, Bakı şəhəri Suraxanı rayon prokurorluğunun maddi sübutların saxlanma otağına təhvil verilmiş 01 ədəd mətbəx bıçağı, 01 ədəd pambıq topası, 02 ədəd pambıqlı çöplər, 01 ədəd mələfə, 01 ədəd əski parçası, 01 ədəd tənzif kəsiyi, 01 ədəd cins şalvar, 01 ədəd qırmızı rəngli sviter, 01 ədəd çəhrayı rəngli idman gödəkçəsi, 01 ədəd qara rəngli şalvar məhv edilməli, 01 ədəd «Ketel» markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X4 və 01 ədəd «Samsung» markalı mobil telefon Təqsirləndirilən şəxs atası Şahid3 qaytarılmalı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş 01 ədəd CD disk, təcili və təxirəsalınmaz tibbi yardım stansiyasından əldə olunmuş səs yazılarının əks olunduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 282 (iki yüz səksən iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 226, 233, cild 2, iş vərəqə 106). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 210 (iki yüz on) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 30 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Suraxanı rayon prokurorluğunun maddi sübutların saxlanma otağına təhvil verilmiş 01 ədəd mətbəx bıçağı, 01 ədəd pambıq topası, 02 ədəd pambıqlı çöplər, 01 ədəd mələfə, 01 ədəd əski parçası, 01 ədəd tənzif kəsiyi, 01 ədəd cins şalvar, 01 ədəd qırmızı rəngli sviter, 01 ədəd çəhrayı rəngli idman gödəkçəsi, 01 ədəd qara rəngli şalvar məhv edilsin; -01 ədəd «Ketel» markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X4 və 01 ədəd «Samsung» markalı mobil telefon Təqsirləndirilən şəxs atası Şahid3 qaytarılsın; - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş 01 ədəd CD disk, təcili və təxirəsalınmaz tibbi yardım stansiyasından əldə olunmuş səs yazılarının əks olunduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 282 (iki yüz səksən iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına vəkil X5 üçün 210 (iki yüz on) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1246/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1246/2022
18.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver