Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1246/2024 16.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X3 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, məhkumluğu olan, Abşeron Rayon Məhkəməsinin 1(012)-110/2023 saylı, xx.xx.2023cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 02 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, orta təhsilli, subay, sürücü fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2, 5-ci dağlı məhəlləsi, nömrəsiz fərdi evdə kirayə yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (qərarın təsviri əsaslandırıcı hissəsində – CM) 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmək məqsədi ilə «İnstagram» sosial şəbəkəsində tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Yəhya” adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 23 avqust 2023-cü il tarixdə, günorta saatlarında əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncu tərəfindən Abşeron rayonu, Novxanı qəsəbəsində «Kanal» deyilən ərazidə yerləşdirilərək gizlədilmiş külli miqdarda 8,331 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 2,758 qram çəkidə psixotrop maddə metamfetamini, habelə 56,494 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq əldə edib daşımaqla bükümlərə bölərək yaşadığı ünvan 2, 5-ci dağlı məhəlləsində yerləşən nömrəsiz fərdi evə daşıyaraq orada saxlamış, narkotik vasitə heroinin bir hissəsini üzərində saxlayıb daşıyarkən 25 avqust 2023-cü il tarixdə, saat 11:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən «Army» mağazasının yaxınlığında Binəqədi RPİ-nin 6-cı PB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Binəqədi RPİ-nin 6-cı PB-in inzibati binasına gətirilmiş, orada saat 12:40-da üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynindəki qara rəngli idman şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli folqa bükümdə 0,245 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürüldükdən sonra əməliyyat tədbirlərinin davamı olaraq həmin tarixdə, saat 13:50-də Təqsirləndirilən şəxs könüllü razılığı əsasında yaşadığı ünvan 2, 5-ci dağlı məhəlləsində yerləşən nömrəsiz fərdi evə baxış keçirilərkən qonaq otağındakı masanın qarşısında olan kreslonun oturacaq döşəkcəsinin altında saxladığı bir ədəd sellofan bükümdə təmiz çəkisi 8,086 qram xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış qəhvəyi rəngli maddə külli miqdarda narkotik vasitə heroin, bir ədəd sellofan bükümdə təmiz çəkisi 2,758 qram ağ rəngli kristallik maddə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, iki ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 15,808 qram və 40,686 qram olmaqla, ümumi təmiz çəkisi 56,494 qram tərkiblərinə görə eyni olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, habelə üzərində heroinə məxsus izlər olan ucuna borucuq keçirilmiş iki ədəd plastik butulka aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, dişi ağrıdığı üçün aptekə gedib ketonal almışdır. Ketonalı içmək üçün su tapmadığından meyvə satandan üzüm almaq istəmiş və həmin an polis əməkdaşları onu saxlayıb Binəqədi RPİ-nin 6-cı PB-yə gətirmişlər. Narkotik maddə istifadə etdiyini iddia edərək ayağındakı yaraları sıxıb məcburi yağ içirtmək istəmişlər. O da buna görə nə istəmişlərsə razılaşmışdır. O, suallara cavab olaraq bildirmişdir ki, 56.494 qram marixuana onun olmuş, lakin, heroin və metamfetamin ona məxsus deyil. Hərbi xidmətdə olandan bəri narkotik maddə istifadəçisidir. Saxlanılan ərəfələrdə telefon işlədirdi, lakin, telefon nömrəsini xatırlamır. Yəqin ki, narkotik maddələrlə bağlı kimləsə mesajlaşmışdır. Ondan narkotik maddə istəyən olmamışdır. Narkotik maddə istəyən olubsa belə kiməsə satmamış, pay da verməmişdir. O, kakos adlı narkotik maddə deyil, sadəcə marixuana istifadə etmişdir. Ona mesaj yazan yaxın dostlar olmuşdur. Sonuncular da maşını olduğundan harasa aparmağı üçün ona yazmışlar. Əvvəllər narkotik maddə götürmək üçün harasa getməmişdir. İbtidai istintaq dövründə ayağının yaralarını müstəntiqə göstərmişdir. Narkotik maddədən işdən sonra axşam istifadə edirdi. Onda narkotik maddəyə qarşı asılılıq yoxdur. Saxlanılan zaman üstündə heç bir narkotik maddə olmamış, onda sadəcə marixuana olmuş və evdə lampanın içində gizlətmişdir. Polis əməkdaşları özləri evdə kreslonun altına, digər narkotik maddələri, həm də lampanın içində gizlətdiyi marixuananı yerləşdirərək oradan tapdıqlarını bildirmişlər. Tərəzi də polis əməkdaşlarının olmuşdur. Ev sahibi Elnarə adlı bir xanım olmuş, evdə axtarış edərkən ev sahibini çağırmamışlar. Evdə pul var idi, amma o da yox olmuşdur. İnstagram sosial şəbəkəsindən istifadə etməmişdir. Marixuananı “whatsapp” tətbiqi vasitəsi ilə Yəhya adlı biri ilə danışıb almışdır. Sonuncu kart nömrəsi yazmış və o, həmin hesaba pul ödəmişdir. Sonra ona narkotik maddənin yerini bildirmiş və gedib götürmüşdür. Yəhya telefon nömrəsini ona vermişdir. Həm məcbur yağ içirtməklərinə görə, həm də ayağındakı yaralardan sıxdıqlarına görə nə demişlərsə razılaşmışdır. Evdən çıxan marixuananı aldığı 10 gün idi. 150-160 manata həmin marixuananı Yəhyadan almışdır. Saxlanıldığı gün 1 həftə olardı narkotik maddədən uzaqlaşmışdır. Aşkarlanan heroin, metamfetamin, evdən tapılan herion də onun olmamış, evdə sadəcə marixuana olmuşdur. Şahid1 dedikləri ilə razıdır. Narkotik maddələrin satışı ilə məşğul olmamışdır. Şahid1 tərəfindən ona qarşı hər hansı fiziki təsir və təzyiq olmamışdır. Məhkəmə iclasında dediklərini sərbəst iradəsi ilə bildirir. Saxlanılan zaman üzərində narkotik maddə olmamış və üzərində narkotik maddə aşkarlanmamışdır. Ona qarşı polis əməkdaşları tərəfindən hər hansı zorakılıq hərəkətləri olmamışdır. Polis əməkdaşları soruşduqları üçün evdə saxladığı narkotik maddələr barədə məlumat vermişdir. İttiham aktında göstərilən narkotik maddələrin miqdarı doğrudur. Aşkar olunan narkotik maddələri Yəhya adlı şəxsdən əldə etmişdir. Saxlanılan zaman üzərində narkotik maddə olmamışdır. Ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki-psixi təsir olmamışdır. Məhkəmə baxış iclasında son olaraq verdiyi ifadələr doğrudur. Saxlanılan zaman Şahid2 orada olmasını xatırlamır. Şahid2 ona qarşı hər hansı fiziki təzyiqi olmamışdır. Şahid2 aşkar olunan narkotik maddələrlə bağlı dedikləri doğrudur. Təhqiqatçı başqa yerdə narkotik maddə saxlamağı barədə ona sual vermişdir. xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokol elan edildikdən sonra verilən suallara cavab olaraq bildirmişdir ki, o, “gül”, “şüşə”, “qarışdırıb verim”, “qarışdırıb satıram hələ də”, “təmiz tuxta idi o”, “su, bir də zibildi o”, “nə qədər borcum var”, “təzə mal lazımdır” mesajlarını Yəhya adlı şəxsə yazmışdır. Mesajlarda “təzə mal lazımdır” dedikdə malın nə olduğu protokolda qeyd olunub. O, “gül” mesajlarında narkotik vasitə marixuana, “şüşə” mesajlarında isə narkotik vasitə metamfetamin nəzərdə tuturdu. Yəhya adlı şəxsə o, yazmışdır. Yəhya adlı şəxsdən narkotik vasitə alıb özü istifadə edirdi. “Yarı kola 2 dənə 1” mesajında yəqinki kimdəsə olduğu üçün ona yazmışdır. Mesajda qeyd olunan “kola” sözü narkotik vasitə heroin deməkdir. “Mehleye gelim??? Neter elyey?40 deqqedi lomkada qalmışam burda” mesajlarını yazan şəxsə maşın lazım idi, gedib götrüb aparmalı idi. “O dermanı 20 manata verə bilərsən sabah inşAllah yanuva gələndə 5 manatuvu verərik bu gün işimiz çox zəif oldu” müsajlarında qeyd olunan dərmanla bağlı heç nə deyə bilmir. Mesajda qeyd olunan dərmanla bağlı nə üçün ona yazıldığını bilmir. “Belə 65+25=90 verməliyəm sənə 85 verim 5 də sabah görüşəndə verərəm olar?”, “Samir sənə 70 verəcəm kolanı bir az çox qoyarsan 65 lik kola 5 dikdə daş” mesajlarında meti dedikdə söhbətin nədən getdiyini bilmir. Mesajlarda yazılan tabletkanın, metinin nə olduğunu bilmir. Ayağımda olan yaralar xəstəliyi ilə bağlıdır. Heç kimə narkotik vasitə verməmiş. Protokolda qeyd olunan nömrə ona məxsusdur, amma niyə elə mesajların yazıldığını bilmir. O, məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, əvvəllər məhkum olunmuş, sonuncu dəfə Abşeron Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bununla belə, hər iki ayaqlarında çətin sağalan yaralar olduğundan və hazırda bununla bağlı müalicə aldığından İcra və Probasiya şöbəsi tərəfindən ona elektron nəzarət vasitəsi, yəni elektron qandal tətbiq edilməmişdir. Həmin cəzanin icrası ilə bağlı o, tabe olduğu qurumun tapşırığı ilə hər ayda bir neçə dəfə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən İcra və Probasiya şöbəsinə gedərək qeydiyyatdan keçir. Ona elan edilmiş ittihamın mahiyyəti və mənası aydındır, həmin ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilir. Belə ki, uzun müddətdir narkotik vasitə və psixotorop maddə istifadəçisi olduğundan sosial şəbəkədə tanış olduğu, özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim etmiş «Yəhya» adlı şəxslə əlaqə saxlayıb bir neçə dəfə narkotik vasitə marixuana, heroin və psixotrop maddə metamfetamin əldə etmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə, səhər saatlarında həmin şəxslə “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxladıqda, İran İslam Respublikası vətəndaşı kimi tanıdığı «Yəhya» adlı şəxs ona əvvəlcədən göndərdiyi fotoşəkillər əsasında işarələnmiş yerdən, yəni Abşeron rayonu, Novxanı qəsəbəsində «Kanal» deyilən ərazidə müxtəlif çəkidə narkotik vasitə heroin, qurudulmuş marixuana və psixotrop maddə metamfetamin götürə biləcəyini bildirmişdir. O aldığı narkotik vasitə və psixotrop maddəyə görə pulu sonradan göndərəcəyi barədə «Yəhya» adlı şəxslə razılaşdığından həmin gün axşam saatlarında qeyd olunan yerdən aldığı bükümləri götürüb yaşadığı evə aparmışdır. Həmin bükümlərə evdə baxdıqda içlərində narkotik vasitə heroin və qurudulmuş marixuana, həmçinin psixotrop maddə metamfetamin olduğunu müəyyən etmiş və “kakos” adı ilə tanıdığı heroindən bir qədər alüminium folqa kəsiyinə büküb əynində olan şalvarın cibində saxlamışdır. xx.xx.2023-cü il tarixdə, saat 11:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən “Army” mağazasının yaxınlığında olarkən mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini polis əməkdaşları kimi təqdim edib onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu söyləmişlər. Bundan sonra o, Binəqədi RPİ-nin 6-cı PB-yə dəvət edilmişdir. Polis bölməsində ona hüquq və vəzifələri izah olunmuş, habelə dövlət hesabına təyin edilmiş müdafiəçisi ilə konfidensial görüşləri olmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı olmadan üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edildikdə o, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən özü ilə daşıdığı alüminium folqa kəsiyinə bükülmüş narkotik vasitə heroini, yaşadığı evə aid iki ədəd açarı, sağ yan cibindən isə özünə məxsus olan “Samsung Galaxy A8” markalı mobil telefonu və şəxsiyyət vəsiqəsini çıxarıb könüllü şəkildə təqdim etmişdir. Bundan sonra təqdim etdiyi bükümün içərisində olan maddənin nədən ibarət olması və hansı yolla, haradan əldə etdiyi barədə suallar verilmişdir. O həmin maddəni İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsdən sosial şəbəkə vasitəsi ilə əlaqə saxlayaraq əldə etdiyini etiraf etmişdir. Təqdim etdiyi narkotik vasitə heroin elektron tərəziyə qoyularaq çəkilmiş və müvafiq ekspertizaya göndərilməsi üçün kağız zərfə qoyularaq möhürlənmiş, sonra özü də daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra həmin hərəkətlər təhqiqatçı tərəfindən protokollaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Bu istintaq hərəkəti zamanı o, həmin maddələrdən daha çoxunu yaşadığı ünvan 2, 5-ci dağlı məhəlləsində yerləşən nömrəsiz fərdi evdə saxladığını etiraf edib həmin evə baxış keçirilməsinə etiraz etmədiyi barədə yazılı ərizə verdiyindən polis əməkdaşları ilə birlikdə baxış və götürmə keçirilməsi üçün onun yaşadığı evə yollanmışdır. Yaşadığı evdə o, qonaq otağında masanın arxa tərəfində yerləşən kreslonun döşəkçəsinin alt hissəsində saxladığı, İran İslam Respublikası vətəndaşı «Yəhya» kimi tanıdığı şəxsdən əldə etdiyi bükümləri çıxarıb könüllü təqdim etmişdir. Həmin bükümlərin hər birisi ayrıayrılıqda elektron tərəzi vasitəsi ilə çəkilmiş və möhürlənməklə qablaşdırılmışdır. Sonra bununla bağlı təhqiqatçı tərəfindən müvafiq protokol tərtib edilmiş və bütün iştirakçılar, o cümlədən onun özü tərəfindən imzalanmışdır. O, suallara cavab olaraq bildirmişdir ki, sonuncu dəfə məhz tutulmamışdan bir neçə gün öncə «Yəhya» adlı şəxslə səhər saatlarında “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayıb, sonra da günorta radələrində Novxanı qəsəbəsinə gedib «Kanal» deyilən yerdə gizlədilmiş narkotik vasitə və psixatrik maddələri götürərək yaşadığı evə gətirmişdir. Bundan başqa, ona məxsus telefonun «Whatsapp» bölməsində olan «Murzilka» adlı istifadəçi məhz onun İran İslam Respublikası vətəndaşı kimi tanıdığı «Yəhya» adlı şəxsdir. Həmin istifadəçi ilə olan səs yazıları və yazışmalarında rast gəlinən: «gül», «şüşə», «qarışdırıb verim», qarışdırıb satıram hələ də», «təmiz tuxta idi o», «su, bir də zibildi o», «nə qədər borcum var», «təzə mal lazımdır» və sairə kimi ifadələrdə «gül» - narkotik vasitə marixuana mənasında, «şüşə» isə psixotrop maddə metamfetamin mənasında işlədilmiş və aldığı narkotik vasitə heroinin keyfiyyətindən narazılığını bildirib bu «mallara» görə həmin şəxsə nə qədər borcunun qaldığını müəyyən etməyə çalışmışdır. "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD diskdə müəyyən edilmiş, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək olan müddət ərzində onun istifadəsindəki **********01 saylı nömrəyə müxtəlif istifadəçilərə məxsus mobil telefon nömrələrindən daxil olmuş: «Gotur Telefonu kola lazımdı», «Samir 3 dənə mene saxla Sabah 100% götürecem qaqaş», «Mehleye gelim??? Neter elyey?40 deqqedi lomkada qalmışam burda», «O dərmanı 20 manata verə bilərsən sabah inşAllah yanuva gələndə 5 manatuvu verərik bu gün işimiz çox zəif oldu», «Belə 65+25=90 verməliyəm sənə 85 verim 5 də sabah görüşəndə verərəm olar?», «Samir sənə 70 verəcəm kolanı bir az çox qoyarsan 65 lik kola 5 dikdə daş», «Yarı kola 2 dənə tabletka meti m 40 okey», «Emi 2 dene 05 p 60 azn pul var mende bir az kola verersen» mesajlarla bağlı o göstərmişdir ki, həmin telefon nömrələrinin konkret kimlərə məxsus olduğunu indi xatırlamasa da, bu nömrələrin istifadəçiləri ondan özləri üçün narkotik vasitə və psixotrop maddələr almaq istəmişlər. Bu mesajlarda «kola» – narkotik vasitə heroin mənasında, «tabletka meti m» – psixotrop maddə metadon mənasında, «daş» – isə psixotrop maddə metamfetamin mənasında işlədilmişdir. O öncə narkotik vasitə və psixotrop maddələri İran İslam Respublikası vətəndaşı kimi tanıdığı «Yəhya» adlı şəxsdən yalnız öz istifadəsi üçün əldə etmiş, lakin sonradan həmin tələbatı ödəmək onun üçün çətin olduğundan o aldığı narkotik vasitə və psixotrop maddələrin bir hissəsini satmaq məcburiyyətində qalmışdır. Narkotik vasitə və psixotrop maddələri satdığı şəxsləri üzdən tanısa da, həmin şəxslərin anket məlumatlarını və harada yaşadıqlarını bilmir. Narkotik vasitələrin satılmasında ona heç kim kömək etməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı və dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə etmişlər. Təqsirləndirilən şəxs Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən “Army” marketin yaxınlığında saxlamışlar və sonuncunun haqqında əldə olunan məlumatı bildirdikdən sonra Binəqədi RPİ-nin 6-cı PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 6-cı PB-yə gətirdikdən sonra raport tərtib edib Növbətçi hissəyə təhvil vermişlər. Təqsirləndirilən şəxs haqqında prosessual hərəkətlərin həyata keçirilməsi üçün sonuncunu təhqiqatçıya təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və üzərindən narkotik maddə aşkar edilib ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs soruşduqda sonuncu yaşadığı ünvanda da narkotik maddə saxladığını bildirmişdir. Təxminən 1 saat sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilmiş və öz otağında kreslonun döşəkçəsinin altından iki büküm marixuana, bir büküm metamfetamin, bir büküm də heroin olan narkotik maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs soruşduqda şəxsi istifadə üçün tanımadığı şəxsdən aldığını bildirmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlayarkən təxminən saat 10:00-11:00 olardı. Təqsirləndirilən şəxs haqqında əldə olunan məlumat narkotik maddələrin istifadəsi, satışı və dövriyyəsi ilə bağlı məzmunda olmuşdur. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən telefon da aşkarlanmış və həmin telefonda narkotik maddələrin dövriyyəsi ilə bağlı hər hansı məlumatın olduğunu bilmir. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki-psixi təsir və təzyiq olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, şəxs haqqında məlumat daxil olmuş və Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən “Army” marketin yaxınlığında sonuncuya yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edib, narkotik maddələrin istifadəsi, satışı və dövriyyəsi ilə məşğul olması barədə şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 6-cı PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 6-cı PB-də təhqiqatçıya təqdim etmişlər, üzərinə baxış keçirmişlər və şalvarının sol cibindən bir büküm narkotik maddə, iki ədəd açar və şalvarının sağ cibindən telefon aşkarlanmışdır. Təqsirləndirilən şəxs üzərində aşkarlanan bükümün heroin olan narkotik maddə olduğun bildirmişdir. Təqsirləndirilən şəxs başqa yerdə narkotik maddələri saxlaması barədə soruşduqda yaşadığı ünvanda saxladığını bildirmiş, təxminən 40-50 dəqiqə sonra sonuncunun yaşadığı ünvana baxış keçirmişlər və evində kreslonun döşəkçəsinin altında narkotik maddələrin bükümləri aşkarlanmışdır. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki təsir və ya təzyiq göstərilməmiş və bu kimi halların şahidi olmamışdır. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır və polis leytenantı rütbəsindədir. Çalışdığı Binəqədi RPİ-nin 6-cı PB-yə etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatında bildirilmişdir ki, xx xxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki ünvan 2, 5-ci dağlı məhəlləsində yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr əldə edib üzərində gəzdirir, saxlayır, istifadə edir və satır. Əməliyyat yolu ilə daxil olmuş bu məlumatın yoxlanılması məqsədi ilə onun tərəfindən təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün Binəqədi RPİ-nin 6-cı PB-nin rəhbərliyinə raportla məruzə etmiş və rəhbərliyin razılığını aldıqdan sonra isə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edərək, Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin cinayət-axtarış üzrə digər əməliyyat müvəkkili, polis leytenantı Şahid2 təşkil etdiyi əməliyyat qrupuna daxil etmişdir. Narkotik vasitə və psixotrop maddələr əldə edərək üzərində daşımaqda, elcə də onların satışı ilə məşğul olmasında şübhəli bilinən şəxsin müəyyən edilməsi, yaxalanması, narkotik vasitələrin və psixotrop maddələrin dövriyyədən çıxarılmasının təmin edilməsi məqsədi ilə əməliyyat qrupunun digər üzvü Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs tutmaq üçün 25 avqust 2023-cü il tarixdə sonuncunun hərəkətlərini bir müddət gizli müşahidə etdikdən sonra əlverişli şərait yarandığını yəqin edib elə həmin tarixdə saat 11:00 radələrində piyada olarkən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən “Army” marketin yaxınlığında yaxınlaşıb xidməti vəsiqələrini nümayiş etdirməklə özlərini təqdim edərək kimliyini müəyyən etmişlər. Sonra Təqsirləndirilən şəxs nədə şübhəli olduğunu bildirib üzərində şəxsi axtarış aparılması məqsədi ilə Binəqədi RPİ-nin 6-cı PB-yə dəvət etmiş və sonuncu da onlarla razılaşmışdır. Həmin şəxsi təxminən saat 11:20 radələrində xidmət etdiyi PB-in inzibati binasına gətirdikdən sonra ilkin əməliyyat sənədlərini Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı X4 təqdim etməklə araşdırmanın davam etdirilməsi sonuncuya həvalə edilmişdir. X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 11 saylı Vəkil Bürosundan vəkil dəvət edilmiş və onların konfidensial görüşləri də təşkil olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək üzərində aparılacaq axtarış hərəkətlərində vəkilinin iştirak etməməsini və şəxsi axtarışın müdafiəçisinin iştirakı olmadan həyata keçirilməsini xahiş etmişdir. Binəqədi RPİ-nin 6-cı PB-in inzibati binasının xidməti otaqlarının birində videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşyalar olduğu halda təqdim etməsi təklif edildikdə, o, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd gümüşü rəngli folqa bükümü və iki ədəd bir-birinə çəhrayı rəngli nazik kabellə bağlanmış açarları, həmin şalvarın sağ yan cibindən isə bir ədəd «Samsung» markalı mobil telefonu, habelə şəxsiyyət vəsiqəsini çıxarıb masanın üstünə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, lakin sonuncu üstündə başqa heç nə olmadığını bildirmişdir. Odur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək cibləri, üst-başı və ayaqqabıları da yoxlanılmış, lakin başqa heç nə aşkar edilməmişdir. Sonra şübhəli şəxsdən aşkar edilərək götürülmüş həmin büküm açılaraq bunun nə olduğu, kimdən, hansı qiymətə və nə məqsədlə alıb üstündə gəzdirdiyi sual edilmişdir. Cavab olaraq Təqsirləndirilən şəxs masanın üstünə qoyduğu bir ədəd gümüşü rəngli folqa bükümün içərəsində «kakos» kimi tanıdığı narkotik vasitə heroin olduğunu, öz şəxsi istifadəsi üçün «İnstaqram» sosial şəbəkəsində tanış olduğu, özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim etmiş «Yəhya» adlı şəxsdən Abşeron rayonu, Novxanı qəsəbəsində pulunu sonradan ödəmək şərti ilə əldə etdiyini bildirmişdir. Bundan başqa, X5 tərəfindən Təqsirləndirilən şəxs başqa haradasa narkotik vasitə və ya psixotrop maddələri saxlayb-saxlamadığı soruşulduqda sonuncu yaşadığı evdə də narkotik vasitə və psixotrop maddələri saxladığını bildirmişdir. Daha sonra aşkar edilmiş həmin bir ədəd gümüşü rəngli folqa büküm kağız zərfə qoyularaq qablaşdırılmış və həmin zərfin üstü möhürlənməklə bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bununla bağlı müvafiq protokol tərtib edilmiş və protokol iştirakçılara uca səslə oxunub imzalanmışdır. Həmçinin şübhəli şəxs bildirmişdir ki, narkotik vasitə və psixotrop maddələrin götürülməsi üçün yaşadığı evə baxış keçirilməsinə etiraz etmir. Bundan təxminən 40-50 dəqiqqə sonra şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirak etmiş şəxslər X5un rəhbərliyi ilə və Təqsirləndirilən şəxs özünün şəxsi iştirakı ilə sonuncunun kirayədə yaşadığı ünvan 2, 5-ci dağlı məhəlləsində yerləşən nömrəsiz fərdi evə gedib həmin yaşayış sahəsinə baxış keçirmişlər. Belə ki, qeyd edilən ünvana gəldikdə Təqsirləndirilən şəxs özündə olan açarla əvvəlcə evin həyətə olan dəmir giriş qapısını, sonra da tək yaşadığı fərdi yaşayış sahəsinin plastik qapısını açıb onlarla birlikdə otağa daxil olmuşlar. Təqsirləndirilən şəxs həmin otaqda yerləşən masanın qarşısındakı kreslonun oturacaq döşəkcəsini qaldırıb altında saxladığı bir ədəd şəffaf, bir ədəd qara və iki ədəd yaşıl rəngli sellofan bükümləri çıxarıb təqdim etmişdir. Bu bükümləri açdıqda ikisinin içərisində qurudulmuş formada yaşıl-qəhvəyi rəngli bitki mənşəli narkotik vasitəyə bənzər kütlənin, birində ağ kristal şəklində və birində isə tünd qəhvəyi rəngində maddələrin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdə narkotik vasitə “marixuana” və «kakos», habelə psixotrop maddə «şüşə» olduğunu bildirib həmçinin narkotik vasitə və psixotrop maddələri istifadə etmək üçün özünün hazırladığı iki ədəd avadanlığı da televizorun altındakı masadan götürüb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə və psixotrop maddələri də öz şəxsi istifadəsi üçün özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim etmiş «Yəhya» adlı şəxsdən Abşeron rayonu, Novxanı qəsəbəsində əldə etdiyini bildirmişdir. Sonra həmin bükümlər və iki ədəd “qab-avadanlıq” içərisi boş olan sellofan torbaya qoyularaq qablaşdırılıb möhürlənmiş, üzəri şəbhəli şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirilmiş, lakin narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək başqa əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılıb polis bölməsinə gətirilərkən və polis bölməsində olarkən sonuncuya qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs tərəfindən də onlara qarşı hər hansı müqavimət və ya başqa formada narazılıq yaxul tabesizlik göstərilməmişdir. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrindən görünür ki, digər Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələri təkrarlayaraq, ibtidai istintaqda eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanılmışdır. (l cild i.v. 1) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması, istifadəsi və satması bildirilmişdir. (l cild i.v. 4) xx.xx.2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması, istifadəsi və satması barədə Binəqədi RPİ-nin 6-cı PB-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (İ cild i.v. 5-6) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 12:10-da CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 11:00-da tutulmuş hesab edilmişdir. (l cild i.v. 26) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli parça idman şalvarın sol yan cibindən bir ədəd alüminium falqaya bükülmüş bükümü və iki ədəd bir-birinə kabellə bağlanmış açarı, sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, şəxsiyyət vəsiqəsini çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın bir-bir adlarını deməklə təqdim etməsi təklif olunmuş o, “Samsung” markalı mobil telefonun və şəxsiyyət vəsiqəsinin həmçinin, masanın üzərinə qoyduğu açarların Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Natavan küçəsində kirayə yaşadığı evə aid olduğunu, 1 ədəd alüminium falqaya bükülmüş bir bükümün içərisində olan vasitənin el içində “kakos” deyilən narkotik vasitə “heroin” olduğunu bildirmiş, ondan həmin bükülünü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyi sual edildikdə həmin bükülünün içərisində olan narkotik vasitəni Abşeron rayonu, Novxanı qəsəbəsində, istifadəsi üçün özünü İran İslam Respublikasının vətəndaşı olaraq təqdim edən “Yəhya” adlı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində, avtomobilində və ya yaşadığı evdə başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, sonuncu özünün müvəqqəti olaraq kirayə yaşadığı evdə əlavə narkotik vasitə və psixotrop maddə olduğunu bildirmiş, yaşadığı evdə kreslonun altında olduğunu qeyd etmişdir. Üzərinə baxış keçirilən zaman, ayaqlarının bintlə sarğılı olduğu müşahidə edilmiş və nəyə görə olduğu sual edildikdə, xəstə olduğu və müalicə olunduğunu bildirmişdir. Daha sonra ona polis bölməsində və ya gətirilərkən hər hansısa fiziki güc tətbiq olunması barədə sual edilmiş, cavab olaraq heç bir fiziki güc və ya zor tətbiq edilmədiyini qeyd etmişdir. Üzərindən aşkar edilmiş özünün deməyinə əsasən narkotik vasitə heroin elektron tərəziyə qoyularaq ölçülmüş və alüminium falqa ilə birlikdə 0,420 qram təşkil etmişdir. (l cild i.v 36-38, 91) xx.xx.2023-cü il tarixli “baxış keçirmə və götürmə haqqında” protokoldan, xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, baxış zamanı Biləcəri qəsəbəsi, X.Natavan küçəsi, 5-ci dağlı məhəlləsində yerləşən fərdi yaşayış sahəsinin qarşısında olmuş, Təqsirləndirilən şəxs özündə olan açarla qapını açdıqdan sonra fərdi yaşayış sahəsinə daxil olmuş, daha sonra mənzilə plastik qapını açdıqdan sonra daxil olmuş, evin qonaq otağında pəncərə ilə üzbəüz masanın arxasındakı kreslonun oturacaq döşəkcəsini qaldırıb döşəkcənin altında olan yaşıl, şəffaf və qara rəngli sellofanlara bükülmüş bükümləri masanın üzərinə qoymuşdur. Qoyulmuş bükümlərin içərisində nə olduğu sual edilmiş, o cavab olaraq “kakos, patı və marixuana” deyərək bildirmişdir. Birinci olaraq yaşıl rəngli yarı şəffaf sellofana bükülmüş özünün deməyinə əsasən psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş və 3,180 qram təkil etmiş, ikinci olaraq, şəffaf sellofana bükülmüş özünün deməyinə əsasən narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və 8,860 qram təşkil etmiş, daha sonra üçüncü olaraq qara sellofanla örtülmüş şəffaf sellofanın içində olan özünün deməyinə əsasən narkotik vasitə qurdulmuş çətənə bitkisi olan marixuana elektron tərəzida çəkilmiş və 17,400 qram təşkil etmiş, sonuncu olaraq, yaşıl sellofana bükülmüş özünün deməyinə əsasən narkotik vasitə qurdulmuş çətənə bitkisi olan marixuana elektron tərəzidə çəkilmiş və 42,340 qram təşkil etmişdir. Baxış və götürmə zamanı Təqsirləndirilən şəxs 2 ədəd özü hazırladığı narkotik vasitələri istifadə etmək üçün olan alətləri də təqdim etdi. (l cild i.v 45- 46, 91) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-7/1211 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “xx.xx.2023 Minasazov imza...” yazıları olan kağız paketdə yapışqan lentlə bağlanmış bir ədəd yaşıl rəngli sellofan bükülüdə təmiz çəkisi 40,686 qram və bir ədəd yapışqan lentlə bağlanmış şəffaf sellofan bükülüdə təmiz çəkisi 15,808 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi – 56,494 qramdır. (İ cild i.v. 60-63) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/4548 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №175 dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş iki ədəd zərfdə olan: - 1 №-li zərfdə bir ədəd bükümdə təmiz çəkisi 8,086 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - 2 №-li zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,758 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. (İ cild i.v. 64-69) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/4549 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №175 dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,245 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (İ cild i.v. 70-74) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, Binəqədi RPİ-nin MSYdən azad edilmişdir. (İ cild i.v. 87-88) xx.xx.2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan, ona əlavə edilmiş fotoşəkillərdən və diskdən görünür ki, baxış zamanı həmin telefonun «Whatsapp» bölməsində danışıq aparılan və məlumat bölüşülən çatlar yoxlanıldıqda orada «Murzilka» adlı istifadəçi ilə olan səs yazıları və yazışmaları müəyyən edilmişdir. 19 avqust 2023-cü il tarixindən 25 avqust 2023-cü il tarixinədək, yəni Təqsirləndirilən şəxs tutulana qədər olan müddət ərzində həmin səs yazıları və yazışmalarda dəfələrlə «gül», «şüşə», «qarışdırıb verim», “qarışdırıb satıram hələ də”, «təmiz tuxta idi o», «su, bir də zibildi o», «nə qədər borcum var», «təzə mal lazımdır» və sairə kimi ifadələrə rast gəlinir. Həmçinin qeyd edilən çatda ünsiyyətdə olan kişi səsləri artıq göndərilmiş mallara görə birinin digərinə nə qədər borcu olduğunu uzun-uzadı aydınlaşdırırlar. Həmçinin müəyyən edilmişdir ki, «Murzilka» adlı həmin istifadəçinin adı onun şəxsi profilində fars dilində yazılmış, kontakt nömrəsi isə +98 933 104 7954 kimi göstərilmişdir. Həmin baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin səs yazıları və yazışmalarla bağlı bildirmişdir ki, qeyd edilən çatda olan səs yazıları və yazışmaları onun özünə, habelə İran İslam Respublikasının vətəndaşı “Yəhya” kimi tanıdığı şəxsə məxsusdur. Bu çatda səsləndirdikləri: «gül» – marixuana, «şüşə» isə – metamfetamin mənasında nəzərdə tutulmuşdur. Qeyd edilən ünsiyyətləri zamanı o aldığı narkotik vasitə və psixotrop maddələrə görə “Yəhya” kimi tanıdığı şəxsə nə qədər borcu qaldığını aydınlaşdırmağa çalışmış, eyni zamanda yeni, daha keyfiyyətli “mal” almaq istədiyini bildirmişdir. (İ cild i.v. 93-97) xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında, sübutların qiymətləndirilməsi haqqında, xx.xx.2023-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə, eləcə də baxış keçirmə və götürmə istintaq hərəkətlərinin qeydə alındığı 01 ədəd CD disk, Azərfon MMC-dən daxil olmuş məktuba əlavə edilmiş 01 ədəd CD disk və Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd qara rəngli “Samsung” markalı, Vyetnam Respublikasında istehsal olunmuş SM-A53DF/DS modelli mobil telefon aparatı maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi – 0,245 qram (tədqiqatdan sonrakı çəkisi 0,195 qram) olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və yaşadığı evdən aşkar edilmiş ümumi təmiz çəkisi – 8,086 qram (tədqiqatdan sonrakı çəkisi 8,036 qram) olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 2,758 qram (tədqiqatdan sonrakı çəkisi 2,708 qram) olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, habelə ümumi təmiz çəkisi – 56,494 qram (tədqiqatdan sonrakı çəkisi 56,394 qram) bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, ucuna borucuq keçirilmiş iki ədəd plastik butulkadan ibarət avadanlıq maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. (İ cild i.v. 98-100, 177-179, 219-233) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 100-102) Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2006-cı il təvəllüdlü X6 olmaqla bir nəfər yetkinlik yaşına çatmayan uşağı var. (İ cild i.v. 112) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(001)-917/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (İ cild i.v. 132-137) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən, eləcə də Abşeron Rayon Məhkəməsinin 1(012)- 110/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə Nərimanov Rayon Məhkəməsinin hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı vaxtından əvvəl şərti azad olunmuşdur, bundan başqa xx.xx.2023-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 02 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (İ cild i.v. 153-155, 204-211) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/4692 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi №65 dairəvi möhür əksləri olan “6/4548...26 avqust 2023-cü il .....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə olan bir ədəd bükümdə təmiz çəkisi 8,036 qram olan heroin ilə üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi №65 dairəvi möhür əksləri olan “6/4549...26 avqust 2023-cü il ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 0,195 qram olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №172” dairəvi möhür əksi olan bir ədəd sellofan bağlamada olan ucuna borucuq keçirilmiş iki ədəd plastik butulkada heroinə məxsus izlər aşkar edildi. Heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparılması mümkün deyildir. (İ cild i.v. 169- 173) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-7/1247 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “xx.xx.2023 Minasazov imza...” yazıları olan kağız paketdə yapışqan lentlə bağlanmış bir ədəd yaşıl rəngli sellofan bükülüdə və bir ədəd yapışqan lentlə bağlanmış şəffaf bükülüdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. (İ cild i.v. 174-176) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X13 Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 5947 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild i.v. 181-182) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. (İ cild i.v. 190-191) xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, diskin içərisində 04 ədəd “PDF” formatlı fayllar olduğu müşahidə edilir. “SMS_Tarixçəsi_**********5638_706790 xx.xx.2023 16:55 81 KB” adlı fayla baxış keçirildikdə orada xx.xx.2023-cü il tarixində, saat 20:52:14-də **********11 nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş **********01 saylı nömrəyə - «Yarı kola 2 dənə 1» mesajının olduğu müəyyən edilir. “SMS_Tarixçəsi_**********5640_706790 xx.xx.2023 16:55 117 KB” adlı fayla baxış keçirildikdə orada xx.xx.2023-cü il tarixində saat 00:27:54-də **********25 nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş **********01 saylı nömrəyə – «Gotur Telefonu kola lazımdı», xx.xx.2023-cü il tarixində saat 01:10:06-da **********95 nömrəsindən cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş **********01 saylı nömrəyə – «Samir 3 dənə mene saxla Sabah 100% götürecem qaqaş», xx.xx.2023-cü il tarixində saat 13:51:57-də **********26 nömrəsindən cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş **********01 saylı nömrəyə – «Mehleye gelim??? Neter elyey?40 deqqedi lomkada qalmışam burda», xx.xx.2023-cü il tarixində saat 00:56:13-də **********11 nömrəsindən cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş **********01 saylı nömrəyə – «O dərmanı 20 manata verə bilərsən sabah inşAllah yanuva gələndə 5 manatuvu verərik bu gün işimiz çox zəif oldu», xx.xx.2023-cü il tarixində saat 01:07:09-da yenə də **********11 nömrəsindən cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş **********01 saylı nömrəyə – «Belə 65+25=90 verməliyəm sənə 85 verim 5 də sabah görüşəndə verərəm olar?», xx.xx.2023cü il tarixində saat 00:17:35-də **********04 nömrəsindən cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş **********01 saylı nömrəyə – «Samir sənə 70 verəcəm kolanı bir az çox qoyarsan 65 lik kola 5 dikdə daş», xx.xx.2023-cü il tarixində saat 20:52:13-də yenə də **********11 nömrəsindən cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş **********01 saylı nömrəyə – «Yarı kola 2 dənə tabletka meti m 40 okey», xx.xx.2023-cü il tarixində saat 02:58:38-da **********41 nömrəsindən cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş **********01 saylı nömrəyə – «Emi 2 dene 05 p 60 azn pul var mende bir az kola verersen» və bu kimi çoxlu sayda mesajların olduğu müəyyən edilmişdir. “Zenglerin_Detallasması_**********1107 xx.xx.2023 14:08 5737 KB” adlı fayla baxış keçirildikdə orada Təqsirləndirilən şəxs istifadəsində olmuş **********01 saylı nömrənin müvafiq müddət ərzində X1 və anten dairəsinin olması müəyyən edilmiş, həmin məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs işlətdiyi mobil telefonun **********01 saylı nömrəsinin anten dairəsi 8, 12, 17 və 23 avqust 2023-cü il tarixlərində Abşeron rayonu, Novxanı kəndi, Əliağa Şıxlinski küçəsində olmuşdur. “Zenglerin_Mexsuslug_Tarixceleri_202310....xx.xx.2023 14:08 78 KB” adlı fayla baxış keçirildikdə orada zəng və SMS-lərin məxsusluq tarixçəsi olduğu müəyyən edildi. Həmin baxışda iştirak etmiş Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan fayllardakı mesajlarla bağlı bildir ki, burada “kola”, “yarı kola”, “tabletka”, “meti m”, “dərman” və sairə müxtəif şəxslər tərəfindən narkotik vasitə və psixotrop maddələrə verilmiş adlardır.(İ cild i.v. 192- 201) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 Kompleks Ambulator Məhkəmə-Psixiatrik və Psixoloji Ekspertizasının xx.xx.2023-cü il tarixli, 3356 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə ifadə vermək və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda əqli-intellektual imkanlarında gerilik əlamətləri yaranmamışdır. Əqli-intellektual imkanlarına görə öz hərəkətlərini ölçüb-biçmək, hadisələri düzgün qavrayıb təsvir etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müəyyən olunmadı. Lakin özünü psixoloji müdafiə etmək məqsədi ilə situasiyanı öz xeyrinə yönəldib danışa bilər. Təqsirləndirilən şəxs baş verənləri düzgün qavrayıb təsvir edə bilmək və ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. (İ cild i.v. 213-216) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir. (İ cild i.v. 239-240) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-1246/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 1(012)-110/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Təqsirləndirilən şəxs bu günə kimi qeydiyyatdan keçməmiş və cəzasının heç bir hissəsini çəkməmişdir. Məhkəmənin sorğusu əsasında Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan və 8410/2023 nömrəli məhkumun tibbi kitabçasının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinə zamanı xəsarət aşkar edilməmiş, hər iki qasıq büküşündə postinyeksion döyənək, hər iki yuxarı və aşağı ətraflarda trofiki yaralar, hər iki ayaqda və baldır nahiyəsində trofik xoralar müşahidə olunmuşdur. Məhkəmənin sorğusu əsasında Binəqədi rayon Polis İdarəsinin məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq polis idarəsinə gətirilən zaman ona qarşı fiziki təsir və təzyiqlər olunmamış, həmçinin tutulan zaman bədən üzərində aşkar edilmiş təzə və köhnə yaraların narkotik vasitə aludəçisi olması səbəbindən yarandığı müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hallarla bağlı, yəni polis əməkdaşları tərəfindən fiziki təsirlərə və təzyiqlərə məruz qalması ilə əlaqədar ibtidai araşdırma zamanı araşdırma aparılıb-aparılmaması, araşdırma aparılmadığı halda təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı göstərdiyi hallar barədə araşdırma aparılmasına dair Binəqədi Rayon Prokurorluğuna sorğu göndərilmiş və həmin sorğu əsasında Azərbaycan Respublikası Baş Prokurorluğundan məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Binəqədi rayon polis idarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkət və davranışları yol verilməsi müəyyən edilmədiyi üçün toplanmış 630-C-24 nömrəli material üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 39.1.1-ci maddəsi, yəni cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, saxlanılan zaman üstündə heç bir narkotik maddə olmaması, evində sadəcə marixuana olması, heroin və metamfetamin ona məxsus olmaması, heç kimə narkotik maddə satmaması və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən “şəxsi axtarış və götürmə aparılması” haqqında protokol, “baxış keçirmə və götürmə haqqında” protokol, mobil telefona baxış keçirilməsi haqqında protokol, "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi haqqında protokol, şahid ifadələri və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Eyni zamanda Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı etirafedici ifadələr verməsinin səbəbi kimi ona qarşı fiziki təsirlərin olmasını qeyd etsə də, məhkəmənin sorğuları əsasında Binəqədi RPİ-dən, Azərbaycan Respublikası Baş Prokurorluğundan, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş cavab məktublarından görünür ki, Təqsirləndirilən şəxs heç bir xəsarət aşkar olunmamış, ona qarşı ibtidai araşdırma zamanı hər hansı fiziki zor tətbiq edilməsi müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrinə də tənqidi yanaşaraq özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib daşıyaraq üzərində saxlamasına dair ibtidai istintaq zamanı dindirilərkən dəfələrlə verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri daha obyektiv və iş materialları ilə uyğunluq təşkil edən sübut kimi qəbul edir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş «Samsung» markalı, mobil telefona, "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış zamanı müəyyən edilmiş mətn yazıları, həmçinin aşkar edilmiş narkotik vasitələrin müxtəlif növlərdə və ayrı-ayrı bükümlərdə olması, miqdarı Təqsirləndirilən şəxs heç kimə narkotik maddə satmaması ilə bağlı verdiyi ifadələri tam şəkildə təkzib edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində özünün istifadəsində olmuş **********01 saylı nömrəyə ünvanlanmış mətnlərə dair öncə narkotik vasitə və psixotrop maddələri İran İslam Respublikası vətəndaşı kimi tanıdığı “Yəhya” adlı şəxsdən yalnız öz istifadəsi üçün əldə etdiyini, lakin sonradan həmin tələbatı ödəmək onun üçün çətin olduğundan aldığı narkotik vasitə və psixotrop maddələrin bir hissəsini satmaq məcburiyyətində qaldığını bildirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X12 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halı nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən, eləcə də Abşeron Rayon Məhkəməsinin 1(012)-110/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 02 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən hökmə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 69.3-cü maddəsinə əsasən 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Təqsirləndirilən şəxs bu günə kimi qeydiyyatdan keçməmiş və cəzasının heç bir hissəsini çəkməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hökmlə təyin edilmiş 02 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasının 02 il 11 ay 28 günü çəkilməmişdir. CM-in 18.4.4cü maddəsində qeyd edilmişdir ki, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə residiv nəzərə alınmır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş, lakin cinayətin residivini yaratmır. Bununla yanaşı, Təqsirləndirilən şəxs törətdiyi cinayəti azadlığın məhdudlaşdırılması növündə cəzasını çəkərkən törətdiyindən, onun Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi CM-in 67.1-ci maddəsinə müvafiq olaraq hazırki hökmlə təyin ediləcək cəza ilə birləşdirilməlidir. CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-in 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulur. CM-in 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 11 ay 28 gün müddəti, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla hesablandıqda 01 il 05 ay 29 gün edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, CM-in 68.1.1-1-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 11 ay 28 gün müddəti, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla hesablanaraq 01 il 05 ay 29 gün müddət CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirməklə ona qəti cəza təyin edilməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs faktiki azadlığı xx.xx.2023-cü il tarixdə, saat 11:00-da məhdudlaşdırılaraq, həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(001)- 917/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 03 ay 02 gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlandığı 03 ay 02 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-1246/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 373 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə hesabına keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tədqiqatdan sonrakı çəkisi 0,195 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və yaşadığı evdən aşkar edilmiş tədqiqatdan sonrakı çəkiləri 8,036 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2,708 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 56,394 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, ucuna borucuq keçirilmiş iki ədəd plastik butulkadan ibarət avadanlıq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə, eləcə də baxış keçirmə və götürmə istintaq hərəkətlərinin qeydə alındığı 01 ədəd CD disk, Azerfon MMC-dən daxil olmuş məktuba əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd qara rəngli “Samsung” markalı, Vyetnam Respublikasında istehsal olunmuş SM-A53DF/DS modelli mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra özünə (özünün razılığı ilə yaxın qohumlarına) qaytarılmalıdır. Müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 50 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 saat hüquqi yardıma görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 300 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün hissəsi, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlandığı 03 (üç) ay 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 06 (altı) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tədqiqatdan sonrakı çəkisi 0,195 qram narkotik vasitə heroin və yaşadığı evdən aşkar edilmiş tədqiqatdan sonrakı çəkiləri 8,036 qram narkotik vasitə heroin, 2,708 qram psixotrop maddə metamfetamin, 56,394 qram narkotik vasitə qurudulmuş marixuana, ucuna borucuq keçirilmiş iki ədəd plastik butulkadan ibarət avadanlıq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə, baxış keçirmə və götürmə istintaq hərəkətlərinin qeydə alındığı 01 ədəd CD disk, Azerfon MMC-dən daxil olmuş məktuba əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd qara rəngli “Samsung” markalı, SM-A53DF/DS modelli mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra özünə (özünün razılığı ilə yaxın qohumlarına) qaytarılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 373 (üç yüz yetmiş üç) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-1246/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1246/2024
16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver