Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1247/2021 06.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X10 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi - Azərbaycan Respublikası Bakı şəhəri Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə cinayət prosesi tərəflərinin iştirakı ilə hazırlıq iclasında həll edilməli olan məsələləri müzakirə edərkən müəyyən etmişdir ki, cinayət işi üzrə məhkəmə aidiyyəti Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə aiddir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2021-ci il tarixli 2476 nömrəli “Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təşkili haqqında” Sərəncamına əsasən Sumqayıt şəhərində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təşkil edilmişdir. Həmin Sərəncamın müddəalarına uyğun olaraq Məhkəmə-Hüquq Şurası 31 may 2021-ci il tarixli qərarı ilə özünün 2019-cu il 14 noyabr tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”-nda dəyişiklik etmişdir. Dəyişikliyə əsasən yeni yaradılmış Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyası müəyyən edilmişdir. Aşağıda sadalanan ərazi vahidləri - Abşeron rayonu, Xaçmaz rayonu, Xızı rayonu, Qobustan rayonu, Quba rayonu, Qubadlı rayonu, Qusar rayonu, Siyəzən rayonu, Sumqayıt şəhəri, Şabran rayonu, Şamaxı rayonu, Şuşa rayonu və Zəngilan rayonu Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Verilmiş ittihama görə Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə cinayətdən xəbərsiz Şahid3 vasitəsilə 2016-cı ilin may ayının əvvəllərində özünə müraciət edən Qusar rayonu, Hil kənd sakini Şahid1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifələrdə işləyən dosttanışları, cinayətdən xəbərsiz olan Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ehtiyatda olan general-leytenant Yaşar Aydəmirovun əmisi oğlu olduğunu, onun oğlu Şahid2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X6 Xidmətinin Şimal zonasında yerləşən regionl idarəsinin şöbələrindən birinə öz tanışları vasitəsilə işə düzəltdirmək imkanına malik olmasını yalandan bildirib bu məsələnin həlli üçün Nazirlikdə işləyən tanışına özü vasitəsilə 6.050 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirmişdir. Bundan sonra 13 may 2016-cı il tarixdə Qusar şəhəri, Ç.Qurbaov küçəsində yerləşən Qusar rayon Notariat Kontorunun həyətindəki kafedə Şahid1 6.050 manat nağd pul vəsaitini alıb şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı olub cinayətdən xəbərsiz olan Şahid10 vasitəsilə 17.09.2019cu il tarixdə özünə müraciət edən Qusar rayonu, Yeni Həyat kənd sakini Şahid4 guya Fövqəladə Hallar Nazirliyində yüksək vəzifələrdə işləyən dost-tanışları, cinayətdən xəbərsiz Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ehtiyatda olan generalleytenant Yaşar Aydəmirovun əmisi oğlu olduğunu, bu əlaqələrindən istifadə edərək onun oğlu Şahid5 əvvəlcə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X6 Xidmətinin Qusar rayon X6 hissəsinə, sonradan isə Şahdağ bölməsinə öz tanışları vasitəsi ilə işə düzəltdirmək imkanına malik olmasını yalandan vəd edib bu məsələnin müsbət həlli üçün həmin Nazirlikdə işləyən vəzifəli şəxslər olan tanışlarına xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid5 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 8.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid4 bildirmişdir. 17.09.2019-cu il tarixdə Şahid4 poçt vasitəsi ilə 4.000 manat məbləğində pulu Azərbaycan Respublikası FHN-nin generallarından birinə, eyni niyyətlə 21.09.2019-cu il tarixdə Şahid4 cinayətdən xəbərsiz Quba-Qusar marşrutu üzrə sürücü işləyən X5 vasitəsi ilə 2.000 manat məbləğində pulu FHN-nin Kadrlar Şöbəsinə, həmin niyyətlə 2019-cu ilin sentyabr ayının axırlarında Şahid4 Qusar şəhər Avtovağzal dairəsi ərazisində yerləşən kafedə 2.000 manat məbləğində pulu FHN-nin X6 Xidmətinin Qusar rayonunda yerləşən Şahdağ bölməsinə işə təyinat almaq üçün Qusar rayon X6 Hissəsinin rəisinə vermək adı ilə alıb şəxsi ehtiyaclarına sərf etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3 və 299.3.1-ci maddələrinin tələblərinə görə məhkəmə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin ona aid olubolmaması məsələsinə baxır. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs cinayət hesab edilən əməlləri Qusar rayonunda törədildiyindən və Qusar rayonu ərazi yurisdiksiyasına görə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə aid olduğundan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3, 74.1 və 75.1-ci maddələrinə əsasən cinayət işi məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.8-ci maddəsinə əsasən eyni səviyyəli birinci instansiya məhkəmələrinə aid olan iki və ya daha çox cinayətlər üzrə işə, həmin cinayət işinin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1. və 300.1.4-cü maddələrinə əsasən müvafiq olaraq cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69,3, 74.1, 75.1, 299.3, 299.3.1, 300.1 və 300.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(101)-1247/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1247/2021
06.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver