Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1247/2023 05.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs Müdafiəçi: “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1991-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikassı CM-nin 234.4.1-ci maddəsi ilə təqsirli bilinərək, 6 il azadlıqdan məhrum edilmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 4 ay 9 gün vaxtından əvvəl şərti azad edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sabunçu rayon, Maştağa qəsəbəsi, Gülçülük Sovxozunda nömrəsiz fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs oğluna ittiham verilmişdir ona görə ki, o, xx.xx.2022-ci il tarixdə, saat 01:30 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük Sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evində ailə münaqişəsi zəminində atası Zərərçəkmiş şəxslə mübahisə edərkən, sonuncunun yaxın adamı olan oğlu Şahid2 gözü qarşısında ona xüsusi əzab verdiyini dərk edərək, xüsusi amansızlıqla istintaqa məlum olmayan deşici-kəsici alətlə Zərərçəkmiş şəxs qarın nahiyəsindən qəsdən vuraraq əli ilə itələyib tinləri dəmirdən olan mətbəx mebelinin üzərinə yıxaraq ona başın təpə nahiyəsinin 3 ədəd və sol bazu nahiyəsinin 1 ədəd deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran və daxili qanaxma ilə mədənin, qaraciyərin və nazik bağırsağın zədələnmələri ilə müşaiyət olunan qarının ön divarının sol yarısının daxilə nüfuz edən 1 ədəd, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, baş vermiş hadisə ehtiyatsızlıqdan olmuşdur. Axşam evə getmişdir. Mətbəxdə stolda oturmuşlar. Atası Zərərçəkmiş şəxs yanında oturmuşdur. Ona öyüd nəsihət verirmiş. Stolun üstündə çörək bıçağı var imiş. Evə valideynlərindən pul almaq üçün getmişdir, 1500 manat pul lazım idi.Sonra aralarında mübahisə yaranmışdır. Əlində də bıçaq var imiş. Atası onun qolunu dartırmış. Necə olmuşsa o da bilməmişdir. Görmüşdür ki artıq atasını bıçaqlayıb. Şok vəziyyətində olduğuna görə də bıçaqlayandan sonra qaçıb getmişdir. Qəsdən etməmişdir. Valideynləri ilə ayrı yaşayırmışlar. Balaca çörək bıçağı var imiş və onunla bir dəfə xəsarət yetirmişdir. Xəsarəti qarın nahiyyəsindən yetirmişdir. O, atasını itələməmişdir. Özünü atasının qolundan dartıb çıxıb getmişdir. Başqa vaxt mübahisələri olmamışdır. Evdəkilər atasını bıçaqlayandan sonra içəri girmişlər. İçkili deyilmiş. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Həmin vaxt o içkili imiş. Mübahisənin olmağında öz səhvi də var imiş. O oğlunun yaxasından tutmuşdur. Əlində də bıçaq var imiş. Çox güman ki həmin vaxt qorxudan, həyəcandan etmişdir. Oğlu Təqsirləndirilən şəxs verdiyi ifadəni o da təsdiq edir. Səhv etmirsə oğlu Zaur polisə xəbər vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Evdəkilər bıçaqlanandan sonra içəri girmişlər. Hadisə təxminən 2-3 dəqiqə çəkmişdir. Oğlu Zaur və yoldaşı Sara sonradan içəri girmişdir. Oğlu və yoldaşı otaqda imişlər. O Eminlə Mətbəxdə imiş. Həmin vaxtı tam xatırlamır, ancaq xatırladığı qədərilə yanlarında heç kəs yox imiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəmədə verdiyi ifadəsində bildirmişdir ki, oğlu Emin onlardan ayrı yaşayırmış. O digər oğlu Zaurla bir evdə qalırmış. Bir gün Emin evə gəlmişdir ki, “ana mənə pul verin özümə “prava” alacam”. O da Yuriyə zəng etmişdir ki, evə gəlsin, Emin evdədir, onunla görüşmək istəyir. Atası mətbəxə gəlmiş və Emini danlamağı başlamışdır ki, “sən nə qədər pul istəyirsən”. O özü də Eminə hər dəfə gələndə pul verirmiş. Həmin günü Yuri də azca içkili imiş. O, Eminin yaxasından yapışmışdır. Necə olmuşsa Emin atasını vurmuşdur. Vuran kimi də qaçıb getmişdir. Oğlu Zaur da tez çölə qaçmışdır. Zaur həmin vaxt otaqda deyilmiş. Hadisə mətbəxdə baş vermişdir. O özü də mətbəxdə olmuşdur. Əlbəyaxa olan zaman Zaur çölə qaçmışdır ki, 102ə zəng etsin. Zaur və o bıçaqlanma hadisəsini görməmişdi, o çölə çıxmışdı ki, onları ayırmağa adam tapsın. Görmüşdür ki, qan gəlir, Emin də çölə qaçır. Birbaşa özü görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmədə verdiyi ifadəsində bildirmişdir ki, hadisə mətbəxdə baş verdi, o özü mətbəxdə deyildi. Heç vaxt mübahisələri olmuyub, bu ilk dəfə idi belə oldu. O bıçaqlanmanı görmədi, qaçdım ki, 102-ə zəng etsin. Qardaşı ilə münasibəti çox yaxşıdır, mehribandırlar. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə irəli sürülmüş ittiham məhkəmə istintaqı zamanı təsdiq edilmədiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərini araşdırılmış sübutlar əsasında qiymətləndirərək ona elan edilmiş xüsusi amansızlıqla qəsdən Zərərçəkmiş şəxs buçaqla vurmasına dair ittihamın təsdiq edilməməsi qənaətinə gəlir. Əməlin tövsifi ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, ibtidai araşdırma orqanı nəyə əsaslanaraq Təqsirləndirilən şəxs məhz xüsusi amansızlıqla qəsdən Zərərçəkmiş şəxs vurmasını heç cür əsaslandırmamış və iş materiallarından da görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. Yuxarıda qeyd olunduğu kimi, ittiham aktında istinad edilən sübutların (ifadələrin) heç birində belə bir məlumat yoxdur ki, Təqsirləndirilən şəxs məhz xüsusi amansızlıqla qəsdən Zərərçəkmiş şəxs vurması qənaətinə gəlməyə əsas versin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs qəsdən vursa da, onu qardaşı Şahid2 və anasının yanında vurmamışdır, (bu halı həm qardaşı həm də anası təstiq edir) qardaşına heç bir xüsusi əzab verməmişdir və buna görə də onun əməlinin ibtidai istintaq tərəfindən xüsusi amansızlıqla tövsif edilməsi ilə razılaşmır. Beləliklə də, məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif olunmalı və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 07 noyabr 2022-ci il tarixli “baxış aparılması haqqında” protokoldan və protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Südçülük sovxozunda nömrəsiz ünvanda yerləşən fərdi evdir. Həmin ev qonaq otağı, mətbəx və sanitar qovşaqdan ibarətdir. Otaın və mətbəxin qapısı dəhlizə açılır. Mətbəxin döşəməsində olan qan damcıları hadisənin mətbəxdə baş verməsini göstərir. Mətbəxdəki yemək masasının divanla arasında olan ərazidə yerdə çoxlu sayda qan damcıları vardır. Həmin qan damcılarından mətbəx mebelinin qarşısında damcı halında və yerə yaxılmış vəziyyətdə qan izləri vardır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verildiyindən cinayət işinin icraatı təzələnmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli cinayət törətməkdə təqsirli bilinən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 4(008)-186/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 05 mart 2023-cü il tarixdən hesablanmaqla 02 (iki) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X3 Sabunçu rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 477 saylı ekspert rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs daxili qanaxma ilə; mədənin, qaraciyərin və nazik bağırsağın zədələnmələri ilə müşaiyət olunan qarının ön divarının sol yarısının daxilə nüfuz edən 1 ədəd, başın təpə nahiyəsinin 3 ədəd və sol bazu nahiyəsinin 1 ədəd (cəmi 5 ədəd) deşilmişkəsilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər deşici-kəsici əşya (alət), ola bilsin bıçağın təsirindən törənmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2022-cä il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə daxili qanaxma ilə; mədənin, qaraciyərin və nazik bağırsağın zədələnmələri ilə müşaiyət olunan qarının ön divarının sol yarısının daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya; başın təpə nahiyəsinin 3 ədəd və sol bazu nahiyəsinin 1 ədəd (cəmi 4 ədəd) deşilmiş-kəsilmiş. yaraları isə ümumilikdə və ayrı-ayrılıqda - sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə trasoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3/309 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş köynəyin üzərində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Köynəyin səthində olan zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetin təsirindən yaranmağa xarakterik deşilib-kəsilmə zədələridir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Təqdim edilmiş köynəyin material xüsusiyyətindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyasının səthində olan deşilib-kəsilmə zədələrinin yaranma mexanizmini təyin etmək mümkün deyildir. (ekspertiza xərci 77(yetmiş yeddi) manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 04 ay 09 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatmışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, şikayəti yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin təhlükəli residivini yaradır. Həmin məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəza ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Həmin məcəllənin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Həmin məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə məhkum edilmiş şəxs cəzanı çəkib qurtardığı gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs əməli cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 05 mart 2023-cü il tarixdən hesablanmaqla, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivini isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə məhkəmə məsrəfləri 77(yetmiş yeddi) manatdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə, 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 05 mart 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 77(yetmiş yeddi) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-1247/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1247/2023
05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver