Məhkəmə qərarları › İş №1(101)-1247/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1247/2024

04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1247/2024 04.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1991-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində 2019-cu il təvəllüdlü uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə edərək daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə-qurdulmuş marixuananın əldə edilməsi barədə istintaqa məlum olmayan “Əfşan” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında əvvəlcədən aralarındakı razılığa əsasən müəyyən ünvana çatdırılması üçün onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonun “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə göndərilmiş fotoşəkilə uyğun istintaqla müəyyən olunmamış yerdən külli miqdarda ümumilikdə 5207,20 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib, daşımaqla etibarnamə əsasında idarə etdiyi “Ravon Nexia R3” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, 11 sentyabr 2023-cü il tarixdə saat 20:00da Xətai RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılıb avtomobil ilə birlikdə ünvan 4 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nə gətirilərək videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd boz rəngli idman şalvarımın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş 7,20 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurdulmuş marixuana və əynində olan tünd boz rəngli idman şalvarımın sağ yan cibindən isə “Samsung A12” markalı mobil telefon aşkar edilərək götürüldükdən sonra əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə saat 21:20-də onun könüllü razılığı əsasında “Ravon Nexia R3” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə baxış keçirilərkən avtomobilin baqaj hissəsindən 1 ədəd qara rəngli sellofan torbanın içərisindən 5200,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış tərkiblərinə görə eyni olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkomandır, marixuan istifadə edir. Marixuananı Əfşan adlı şəxsdən sifariş verməklə əldə etmişdir. Belə ki, telefondakı Whatsapp proqramı vasitəsi ilə Əfşana şəxsi istifadəsi üçün 320 qram marixuana sifariş vermiş, həmin marixuananı Əfşanın bildirdiyi yerdən götürmüş, NZS qəsəbəsindəki evinə aparıb idman çantasına qoymuş, çantanı isə mətbəxə qoymuşdur. 11 sentyabr 2023-cü il tarixdə qeyri-rəsmi yaşadığı qadının uşağını öz maşını ilə NZS qəsəbəsində olan 194 saylı məktəbə qoyub qayıdan zaman polis əməkdaşları onu saxlamış, sorğu-sual etmiş, o, narkotik vasitə olan marixuana istifadəçisi olduğunu, evində həmin narkotikdən saxladığını bildirmişdir. Bundan sonra onu saxlayan 7-8 nəfər polis əməkdaşları onun razılığı ilə evinə getmiş və o, mətbəxdə saxladığı idman çantasında kağıza bükülmüş marixuananı polislərə təqdim etmişdir. Lakin polis əməkdaşları həmin hadisəni rəsmiləşdirməmiş, guya onun maşınına baxış keçirilən zaman 5207,20 qram marixuana aşkar edildiyini rəsmiləşdirmişlər. Marixuana onun evində olmuş, çəkisi 320 qramdan artıq olmamış,ona ailəsini bu işə cəlb etmələri barədə təzyiq etməklə marixuananı guya maşından aşkar edilməsinə dair protokola qol çəkdirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımış, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Belə ki, 10 sentyabr 2023-cü il tarixdə xidməti ərazisi olan Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsində yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat yoxlanıldıqdan sonra növbəti gün, yəni xx.xx.2023cü il tarixdə saat 20 radələrində yaradılmış əməliyyat qrupunun digər üzvü Şahid2la birlikdə Təqsirləndirilən şəxs NZS qəsəbəsində idarə etdiyi maşınla birlikdə saxlayıb Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. Həmin vaxt Nicat tək olmuş, şöbədə təhqiqatçı müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirmiş, baxış zamanı Nicatın özü könüllü olaraq idman şalvarının yan cibindən bir ədəd sellofan bükümü təqdim edərək bildirmişdir ki, həmin bükümdəki marixuanadır və onun idarə etdiyi «Ravon Nexia R3» markalı maşında yük yerində sellofan torbada da marixuana vardır. Nicatın deməsinə görə həmin narkotiki o, Əfşan adlı iranlıdan əldə etmiş, maşında yük yerində daşımış, bir hissəsini isə istifadə etmək üçün cibində saxlamışdır. Bundan sonra şöbənin həyətində saxlanılan avtomaşına Təqsirləndirilən şəxs və onun vəkilinin iştirakları ilə baxış keçirilmiş,hmin maşının qapılarını Təqsirləndirilən şəxs açarla açaraq maşının arxa yük hissəsində olan qara rəngli sellofanı təqdim etmişdir. Sellofan açıldıqda içində qurudulmuş marixuanaya bənzər ot şəkilli kütlə aşkar edilmişdir. Ayrı-ayrılıqda Təqsirləndirilən şəxs üzərində və maşınında aşkar edilmiş narkotik vastə qablaşdırılaraq möhürlənmiş və bütün iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Hər iki halda baxış videoçəkilişlə aparılmışdır. Təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsi həqiqətə uyğun deyildir. Belə ki, o, NZS qəsəbəsində saxlanılan zaman maşında tək olmuş, onlar Təqsirləndirilən şəxs maşını ilə birlikdə şöbəyə aparmış, şöbədə və şöbənin həyətində üzərinə və maşınına baxış keçirmişlər. Təqsirləndirilən şəxs yaşadığı ünvana getməmiş və getmədikdləri üçün heç bir şey də aşkar edə bilməzdilər. Maşının yük yerində aşkar edilmiş marixuananın çəkisi isə 5 kq-dan çox idi, 320 qram deyildir. Həmçinin Təqsirləndirilən şəxs götürülmüş mobil telefonda onun iranlı ilə yazışması da olmuş, həmin yazışma da Təqsirləndirilən şəxs ifşa etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-də NMB-nin kiçik inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımış, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Belə ki, 11 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində keçirilmiş tədbirdə qrupun üzvü kimi Şahid1 ilə birlikdə iştirak etmiş, həmin gün saat 20 radələrində Təqsirləndirilən şəxs NZS qəsəbəsində idarə etdiyi maşınla birlikdə saxlayıb Xətai RPİ-nin 37ci PŞ-nə dəvət etmişlər. Həmin vaxt Nicat tək olmuş, şöbədə təhqiqatçı müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirmiş, baxış zamanı Nicatın özü könüllü olaraq idman şalvarının yan cibindən bir ədəd sellofan bükümü təqdim edərək bildirmişdir ki, həmin bükümdəki marixuanadır və onun idarə etdiyi «Ravon Nexia R3» markalı maşında yük yerində sellofan torbada da marixuana vardır. Nicatın deməsinə görə həmin narkotiki o, Əfşan adlı iranlıdan əldə etmiş, maşında yük yerində daşımış, bir hissəsini isə istifadə etmək üçün cibində saxlamışdır. Bundan sonra şöbənin həyətində saxlanılan avtomaşına Təqsirləndirilən şəxs və onun vəkilinin iştirakları ilə baxış keçirilmiş,hmin maşının qapılarını Təqsirləndirilən şəxs açarla açaraq maşının arxa yük hissəsində olan qara rəngli sellofanı təqdim etmişdir. Sellofan açıldıqda içində qurudulmuş marixuanaya bənzər ot şəkilli kütlə aşkar edilmişdir. Ayrı-ayrılıqda Təqsirləndirilən şəxs üzərində və maşınında aşkar edilmiş narkotik vastə qablaşdırılaraq möhürlənmiş və bütün iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Hər iki halda baxış videoçəkilişlə aparılmışdır. Təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsi həqiqətə uyğun deyildir. Belə ki, o, NZS qəsəbəsində saxlanılan zaman maşında tək olmuş, onlar Təqsirləndirilən şəxs maşını ilə birlikdə şöbəyə aparmış, şöbədə və şöbənin həyətində üzərinə və maşınına baxış keçirmişlər. Təqsirləndirilən şəxs yaşadığı ünvana getməmiş və getmədikdləri üçün heç bir şey də aşkar edə bilməzdilər. Maşının yük yerində aşkar edilmiş marixuananın çəkisi isə 5 kq-dan çox idi, 320 qram deyildir. Həmçinin Təqsirləndirilən şəxs götürülmüş mobil telefonda onun iranlı ilə yazışması da olmuş, həmin yazışma da Təqsirləndirilən şəxs ifşa etmişdir. Təqsirləndirilən şəxs qarşı sonuncu saxlanılan və şöbəyə gətirilən zaman heç bir fiziki təzyiq olmamış, onun üzərinə, maşınına və evinə heç bir qanunsuz əşyalar qoymamışlar. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin KTQ-nin inspektor kriminallisti Şahid3 ifadəsi elan edilərək müəyyən edilmişdir ki, o, 11 sentyabr 2023-cü il tarixdə saat 20:00-da saxlanılan Təqsirləndirilən şəxs 37-ci PŞ-də üzərinə və nəqliyyat vasitəsinə baxış prosesini videogörüntüyə almış, üzərinə baxış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli idman şalvarının qabaq sol yan cibindən, qara rəngli “Samsung A12” markalı telefonu, sağ yan cibindən isə 01 ədəd şəffaf sellofan bükülmüş bükümü təqdim etmiş, həmin bükülünün içərisində olan açıq yaşıl rəngli ot şəklində olan maddənin narkotik vasitə “qurudulmuş marixuana” olmasını xx.xx.2023-cü il tarixdə İran İslam Respublikası vətəndaşı Əfşan adlı şəxsdən online qaydada aldığını və özü şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Nicat həmin maddələrin bir hissəsinin isə idarə etdiyi “Ravon Nexia R3” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxladığını, həmin maddələri də təqdim edə biləcəyini demişdir. Nicatın üzərinə iştirakçıların iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanmış, lakin başqa qanunsuz heç bir maddə və ya əşya aşkar olunmamışdır. Həmin büküm elektron tərəzidə qablaşdırılmış vəziyyətdə çəkilmiş və 7,00 qram olması müəyyən edilmişdir. Bundan sonra Nicatın üzərindən aşkar olunmuş kütlə zərfə qoyaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Nicat tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Ravon Nexia R3” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl Nicata idarə etdiyi “Ravon Nexia R3” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avmobilində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Ravon Nexia R3” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük hissəsini açıb orada, qara rəngli selofanın içərisində olan otşəkilli maddəni göstərərək ot şəkilli kütlənin narkotik vasitə olan “qurudulmuş marixuana” olmasını xx.xx.2023-cü il tarixdə İran Respublikası vətandaşı Əfşan adlı şəxsdən online qaydada və özü şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin qara sellofan elektron tərəzi vasitəsi ilə çəkilmiş və çəkisinin 5kq 275 qram olması müəyyən edilmişdir. Bundan sonra Nicatın üzərindən və idarə etdiyi “Ravon Nexia R3” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilində aşkar olunan kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokollar tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Nicat tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahidqismində dindirilmiş Şahid5 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, Zəngilan rayonu, Kənd Zəngilanda qeydiyyatda olmaqla Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi ev 2-də anası ilə birlikdə yaşamış, ərindən ayrılmışdır. Təqsirləndirilən şəxs təxminən 1 ay olar ki “instagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olmuş və onların yaxın münasibəti yaranmışdır. Həmin vaxtlar o, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində uşaqları ilə kirayə yaşayır, Nicat da hərdən o, yaşadığı evə gedib gəlhəmin ünvana gəlirdi. O, Nicatın bir neçə dəfə narkotik vasitədən istifadə etdiyini görmüş və onu bu işdən çəkindirmək üçün bir neçə dəfə iradını bildirmiş, lakin Nicat yenə də İran İslam Respublikası vətəndaşı kimi təqdim etdiyi “Əfşan” adlı şəxslə danışmış və gedib Əfşandan narkotik vasitə almışdır. O, Nicatın kiməsə narkotik vasitə satmasının şahidi olmamış, yalnız istifadə etdiyi bilmişdir. Nicatın üzərində və avtomobilində narkotik vasitə saxlamasından xəbəri olmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin NMB üzrə əməliyyat müvəkkili Şahid1 Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin rəisinə ünvanlanan xx.xx.2023-cü il tarixli raportundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana, psixotrop maddələrin əldə etməsi, saxlaması, istifadə etməsi və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “Əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan və eyni tarixli 867 №-li əmrdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün Bakı şəhəri Xətai RPİ-nin NMB üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid1 qrupun rəhbəri olmaqla Bakı şəhəri Xətai RPİ-nin NMB üzrə kiçik inspektoru polis serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs “şübhəli şəxs qismində tutulması haqqında” 11 sentyabr 2023-cü il tarixli protokolundan müəyyən olunur ki, o həmin gün 22:00 dəqiqədə müdafiəçisinin iştirakı ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsində şübhəli olduğu üçün tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, axtarış və götürmə hərəkəti müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya varsa onun təqdim edilməsi ilə bağlı təklif edildikdən sonra o əynində olan tünd boz rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümü, sol yan cibindən isə 1 ədəd “Samsung” markalı mobil telefonunu təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman bükümün içərisində tünd yaşıl rəngli kəskin iyli, qurudulmuş halda narkotik vasitə marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin sellofan bükümü təxmini çəkisini müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmişdir. Bükümün çəkisinin 7 qram olması müəyyən edilmişdir. Həmin büküm 1 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Həmçinin təqdim etdiyi mobil telefonda götürülmüşdür. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. Polis əməkdaşlarının sorğusu zamanı həmin narkotik vasitə qurudulmuş marixuananı öz istifadəsi üçün üzərində gəzdirdiyini və İran İslam Respublikası vətəndaşı kimi tanıdığı Əfşan adlı şəxsdən 1200 manat qarşılığında aldığını, qalan narkotik vasitə qurudulmuş marixuananın isə idarə etdiyi avtomobilində olduğunu söyləmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin rəisinə verilmiş ərizədən müəyyən olunur ki, o, ağ rəngli “Ravon Nexia R3” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etiraz etməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “avtomobilə baxış keçirilməsi haqqında” xx.xx.2023cü il tarixli protokoldan müəyyən olunur ki, baxış keçirilmə hərəkəti müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin həyətində olan ağ rəngli “Ravon Nexia R3” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs avtomobilin baqaj hissəsində gizlətdiyi 1 ədəd qara rəngli sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torba elektron tərəzidə çəkilmiş və 5 kiloqram 275 qram olması müəyyən edilmişdir. Bundan sonra avtomobilə baxış keçirilsə də başqa bir qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış onun və iştirakçıların iştirakı ilə həmin maddə iri torbaya zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasında verdiyi 11 sentyabr 2023-cü il tarixli izahatından müəyyən olunur ki, ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki güc tətbiq edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd boz rəngli idman şalvarımın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş 7,20 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananın aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi “Ravon Nexia R3” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobildə baxış keçirilməsinin görüntüsü olan 01 ədəd CD formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Ravon Nexia R3” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin baqaj hissəsindən 1 ədəd qara rəngli sellofan torbanın içərisindən 5200,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış tərkiblərinə görə eyni olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2023cü il tarixli qərarına əsasən CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Barəsində sanksiya tətbiq etmiş hakimə Təqsirləndirilən şəxs bildirmişdir ki, ondan aşkar olunmuş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir, sadəcə olaraq aldığı narkotik vasitənin pulunu ödəyə bilmədiyi üçün qaytarmaq istəmiş, lakin polis əməkdaşları tərəfindən tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-bioloji ekspertizanın xx.xx.2023-cü il tarixli, 3-16-16/2-7/1278 saylı rəyindən əsasən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs....” yazıları və imzalar olan zərfdə 1(bir) ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi-7,20 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağızda üzərində “Təqsirləndirilən şəxs ....” yazıları və imzalar olan üzəri skoçla bağlanmış ağ rəngli sintetik bağlamada 1 (bir) ədəd qara rəngli polietilen torbada təmiz çəkisi – 5200,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Təqdim olunmuş marixuanaların ümumi çəkisi – 5207,20 qramdır. Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən götürülmüş marixuanalar tərkiblərinə görə eynidir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizanın xx.xx.2023-cü il tarixli, 6930 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış “CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs adına olan 4098-5844-6739- 1460 nömrəli "xxxx" ASC-yə məxsus kart hesabına xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində aparılmış əməliyyatların siyahısına "xxxx" ASC tərəfindən təqdim olunmuş 1 ədəd CD diskə baxış keçirilmiş, CD diskdə olan “SADİQOV NİCAT CƏLİL OĞLU XƏTAİ RAY” adlı excell formatlı faylda ilkin olaraq müştəri məlumatları qeyd olunmuşdur və həmin məlumatlar da müştərinin tam adının qarşısında Təqsirləndirilən şəxs adı yazılmışdır. Faylın aşağı hissəsində “Digər bank ATM”, “Unibamk POS-terminal”, “Digər bank POS-terminal”, “İnternet”, “Unibak tətbiqi ilə CardtoCard” və “Digər bank tətbiqi ilə CardtoCard” adlı hissələr mövcuddur. Həmin fayllara baxdıqda müxtəlif məbləğlərdə pulların qəbul edilməsi və göndərilməsi öz əksini tapmışdır. Məhkəmədə elan edilib araşdırılmış “mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman istifadəsində olan və təqdim etdiyi 1 ədəd “Samsung A12” markalı mobil telefona Təqsirləndirilən şəxs və müdafiəçisi X6 iştirakı ilə baxış keçirilmiş “Whatshapp” proqramına daxil olunduqda, orada söhbətlər bölməsində +98 914 *** **** nömrəli istifadəçi ilə 10 sentyabr 2023-cü il saat 22:58-dən 12 sentyabr 13:44-dək olan müddət ərzində yazışmaların olması aşkarlandı. Həmin mobil nömrə ilə “Whatshapp” proqramında aşağıdakı yazışmaların və səs yazıların olması aşkar edildi: (Yazışmada şərti olaraq K1 kimi qeyd olunan şəxs +98 914 *** **** saylı nömrənin sahibi, K2 isə Təqsirləndirilən şəxsdur). K1: nxber K1: gardawem K2: Yİgmİsan? K2: Unvanarl? K1: səs yazı - ünvanda deyəndə Vallah bir ikisi var idi deyirdim, dedim birdən işi zadı olar həə gec gələrsən bir dənə var. Yenə qoy görüm olsa sənə deyimdə, yaxşı? Nə vaxta ? evdəsən ? K2: Telesmede yıg K2: hamısını ir yerdə edim K1: ok K2: evi buruyebe neşenin iyi K2: ne vurumki iyi getsin evden K2: ? K2: sorusularki o ne iydi K2: ne vurum iy getsin K1: səs yazı- brat səbirli onu bi dene soruşum, sabah özümüzə başqa ev tutarıq qadan alım senin. Bugunu keçirt K1: səs yazı - çox iyisi gəlir ? onu iyisi elə gəlməz axı K1: səs yazı – sən biraz—mən bunu bügündə səhərə qurtarıram ürəyim qurban sənə, vallah mən heç onu qoymaram bir saatda qala ama sənin işin zadın olur mənim dilim küt olurde K2: gelire dehset K1: səs yazı- bilirəm eyy başa düşürəm sən yalan danışmırsan, həqiqətən sən düz deyirsən. Mən neyniyim qardaş, gözlə yenə soruşum. Görüm ona nə vururlar. K2: bundan sonra olmayacaq ki K1: atma K1: dayan K1: səs yazı- gözlə ünvan zad atma darıxma mən deyim ona K2: yaxşı K2: onar götürdüler temalarİ? K1: he gardas K1: sen ureyem sen “Whatsapp” bölməsində zənglər hissəsində isə +98 914 *** **** saylı nömrə ilə mütamadi olaraq danışıqlar olması müəyyən edildi. Baxışda iştirak edən Təqsirləndirilən şəxs +98 914 *** **** nömrənin “Əfşan” kimi tanıdığı İran İslam Respublikası vətəndaşına məxsus olmasını, Əfşandan 1200 manat müqabilində narkotik vasitə qurudulmuş marixuana aldığını, həmin marixuanın pulun tam vermədiyini, Əfşanın bildirdiyi bir neçə yerə onun sözünə əsasən aparıb narkotik vasitə qoyduöğunu və şəkilini çəkib ona göndərdiyini, bunun müqabilində Əfşanın onun borcundan pul sildiyini bildirdi. Məhkəmədə elan edilib araşdırılmış “CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 01 may 2023-cü il tarixdən 12 sentyabr 2023cü il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və göndərilən sms-lər və mətnləri, həmin nömrələrin sahiblərinin anket məlumatları "xxxx" MMC-dən götürülmüşdür. "xxxx" MMC tərəfindən təqdim olunmuş 1 ədəd “CD” diskə Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhər 13 saylı vəkil bürosunun vəkili X6 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı “SMS_Tarixcesi__**********0552__555722550” adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə 01 may 2023-cü il tarixdən 12 sentyabr 2023-cü il tarixədək daxil olan smslərin siyahısı göstərilmişdir. Həmin siyahıya baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə xx.xx.2023-cü il tarixdə saat 19:38:51-də, +99***-***-**-** saylı mobil nömrədən “6 deyqeye kartina atiram qardasim eger ozunde olsa 1 falqaliq PATİ qardasiva verersen axsam goturecem Qaytararam lap” sözləri yazılmış yazışmanın olması aşkar edildi. Bundan başqa “Zenglerin_Detallasmasi__**********4347___555722550” adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə 01 may 2023-cü il tarixdən 12 sentyabr 2023-cü il tarixədək daxil olan və çıxan zənglərin daxil olan və çıxan zənglərin siyahısı, anten dairəsi göstərilmişdir. Həmin siyahıya baxış keçirən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin sonuncu dəfə əhatə dairəsinin xx.xx.2023-cü il tarixində saat 14:43:12-də Bakı şəhəri, Xətai rayonu, M. Hadi küçəsi, Ukraina dairəsi, Viktoriya şadlıq sarayı" olması müəyyən olundu. “Zenglerin_Mexsusluq_Tarixceleri__**********4350___555722550_BKC” adlı pdf farmatlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə 01 may 2023-cü il tarixdən 12 sentyabr 2023-cü il tarixədək daxil olan və çıxan mobil nömrələrin sahiblərinin anket məumatları göstərilmişdir. Həmin siyahıya baxış keçirən zaman ***-***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs adına qeydiyyatda alınması aşkar olundu. Baxışda iştirak edən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:38:51-də, +99***-***-**-** saylı mobil nömrədən onun nömrəsinə göndərilmiş “6 deyqeye kartina atiram qardasim eger ozunde olsa 1 falqaliq PATİ qardasiva verersen axsam goturecem Qaytararam lap” smsin ona gəldiyini, əvvəllər tanışlarına bir neçə dəfə narkotik vasitə satdığını, ya da müxtəlif şəxslərdən alaraq onlara verdiyini bildirdi. Təqsirləndirilən şəxs səciyyələndirən digər hallardan müəyyən olunur ki, o Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”-da müalicədə olmamış, Bakı şəhəri 2 nömrəli X3 müraciət etməmiş, subaydır, himayəsində xx.xx.2019-cu il təvəllüdlü uşağı vardır, yaşayış yerində müsbət xarakterizə olunur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin İŞ-nə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-13-55-4/2-84301/2023 №-li sorğuya cavab məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı aldığı mənbəni və Əfşan adlı şəxsin müəyyən edilməsi üçün Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi ayrılmışdır. Məhkəmədə elan edilib araşdırılmış “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 5207,10 qram qurudulmuş marixuana saxlanış üçün Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, axtarış və götürmə hərəkətlərini əks etdirən 02 ədəd DVD, "xxxx" MMC və "xxxx"-dan əldə edilmiş CD disklər cinayət işinin matariallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü oğlu var, Təqsirləndirilən şəxs yaşadığı ünvan üzrə müsbət xarakterizə olunur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası BƏSİİ-dən alınmış tələbnamədən və iş materiallarına əlavə edilmiş hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq, 1 il 06 ay sınaq müddəti təyin edilməklə cəza şərti tətbiq edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Salyan İcra və Probasiya şöbəsinin 192/04 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə qeydiyyata alınmış Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar şöbənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin Xüsusi hissəsinin 177.2.1-ci maddəsi həmin məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir, belə olan halda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilmiş, yəni məhkumluğu olmayan şəxs hesab olunur. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlləri özünün ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, videoçəkilişlə keçirilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” və “avtomobilə baxış keçirilməsi haqqında” protokollarla və ona əlavə olunmuş CD diskdəki görüntülərlə, təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə verdiyi ifadə və izahatları, "xxxx" MMC-dən və "xxxx"-dan daxil olmuç məlumatlarla, “mobil telefona baxış keçirilməsi haqqında” protokolla, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 11 sentyabr 2023-cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Xətai RPİnin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 5207,10 qram qurudulmuş marixuana məhv edilməli, axtarış və götürmə hərəkətlərini əks etdirən 02 ədəd DVD, "xxxx" MMC və "xxxx"-dan əldə edilmiş CD disklərin cinayət işinin matariallarına əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 72 (yetmiş iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün 384 AZN (üç yüz səksən dörd manat) pul Bakı şəhəri 12 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 sentyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və DİN-nin Bakı şəhəri Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 5207,10 qram qurudulmuş marixuana məhv edilsin, axtarış və götürmə hərəkətlərini əks etdirən 02 ədəd DVD, "xxxx" MMC və "xxxx"-dan əldə edilmiş CD disklərin cinayət işinin matariallarına əlavə edilməsi nəzərə alınsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 72 (yetmiş iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 384 AZN (üç yüz səksən dörd manat) pul Bakı şəhəri 12 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar