Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1248/2022 03.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi: Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Binə qəsəbəsi, Hovsan südçülük sovxozunda qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz ünvanda yaşamış, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmiş, İİİ qrup müharibə əlili, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin müalicə müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 21 fevral 2022-ci il tarixdə yaşadığı Binə qəsəbəsində yerləşən Südçülük sovxozu ərazisində sərnişin daşıma fəaliyyəti ilə məşğul olma ilə əlaqədar avtobus sürücüsü Şahid1 ilə aralarında yaranmış narazılıq səbəbindən sonuncunun bibisi oğlu Zərərçəkmiş şəxs onu mobil telefonda nalayiq ifadələrlə təhqiretməsinə görə qonşuluqda yaşayan qardaşı Şahid2 evində saxlanılan “Escort” markalı 1 lülə, 12 çaph, 329504 nömrəli yivsiz ov silahını götürüb, Zərərçəkmiş şəxsla xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz ünvanda “Zeytunluq” adlandırılan çöllük ərazidə görüşərək özü ilə gətirdiyi həmin ov silahından sol qol nahiyyəsinə tuşlayaraq bir dəfə atəş açmaqla Zərərçəkmiş şəxs qarnın ön divarının və sol bazunun dəlib keçən odlu silah yaralanması ilə müşayiət edilən xəsarət yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin fevral ayında qardaşına məxsus olan “Mersedes” mikro avtobusu öz aralarında icarəyəyə götürərək, onu xəttə buraxmaq qərarına gəldi və həmin avtobusun idarə etməsini Rahibə tapşırdı. 21 fevral 2022-ci il tarixdə saat 9 radələrində tanışı Əfqanı məhəllədə gördü və o ona avtobusunun xətdə işləməyəcəyini dediyini bildirdi. O onun nə dediyinə əhəmiyyət vermədi. Saat təxminən 15 radələrində qazi dostu Nicatı səhhəti ilə əlaqədar “EGE hospital” xəstəxanasına apardı və orada olan zaman qardaşı Cəlal zəng edərək, Əfqanın ona məxsus avtobusun qarşısını kəsərək, içərisindəki sərnişinləri düşürtdüyünü bildirdi. Həmin vaxt böyük qardaşı Vüsal ilə də danışdı və hər hansı mübahisənin yaranmaması üçün Əfqanın yanına getməməsini bildirdi. Həmin vaxt Əfqanla İsgəndərin özlərinə məxsus avtobusları cərimə meydançasından çıxararaq xəttə qoşduqlarını və onun avtobusuna maneçilik törətmək üçün qarşısını kəsib yol vermədiklərini öyrəndi. Bundan sonra saat təxmini 17 radələrində o, Rahibə zəng edərək, avtobusu artıq xətdən çıxarmasını dedi. Saat təxmini olaraq 17:30-da Binə qəsəbəsi ərazisində yerləşən məscidin yanına gəldi. Həmin vaxt yanında qazi dostu Nicat, Oruc və qardaşı Vüsal da var idi. Orada Əfqanı gördü və ona yaxınlaşaraq avtobusundan adamları düşürdüb-düşürtməməsini soruşduqda, o həqiqətən düşürtdüyünü bildirdi. O sakit formada ona “qələt eləmisən” deyəndə, Əfqan da cavabında ona böyüyü və ağsaqqalının olmasını, görüşüb birlikdə söhbət edəcəklərini bildirdi. Əfqanla bir-birilərinə nömrələrini verdilər və sonra o evə yola düşdü. Evə çatan zaman ona İlkin zəng edərək, Əfqanı nəzərdə tutub “mənim dayısı oğlunun tükünə toxunanın dümbəyini dağıdaram” dedi və onu görüşə dəvət etdi. İlkinlə Binə qəsəbəsi, Südçülük sovxozu, Zeytunluq ərazisində “çöllük” adlandırılan yerdə görüşmək qərarına gəldilər. Bundan sonra qardaşı Vüsalın yaşadığı evə piyada getdi, onun evində olan ov silahını silahın yanında olan 04 ədəd patronu götürdü və İlkin ilə görüş təyin etdikləri yerə getdi. Yolda qedərkən avtomobildə patronların hamısını silaha doldurdu, “Zeytunluq” adlanan əraziyə çatdıqda saat artıq 18 radələri idi, avtomobili saxlayarkən İlkin və Əfqanın da “Mercedes E Class” markalı avtomobillə gəldiyini gördü. Onların iki nəfər olduğunu iki nəfər olduqlarını görüb avtomobildən düşərkən, özü ilə birlikdə silahı da götürdü. İlkinə telefonda ona dediyi sözləri xatırladı və bu vaxt İlkin ona doğru gələrək “vurmağa kişiliyin yoxdur” dedi və sanki onu vurmağa təhrik etdi. İlkinə uşaqlarının olduğunu bildiyini, onu zibilə salmamasını dedi. Əfqan isə sol tərəfinə gələrək, arxasına keçmək istədi. Həmin an İlkinlə Əfqanı qorxutmaq üçün silahı çəkdi və bu an patronun biri silahdan çıxaraq yerə düşdü və silahı İlkinə tuşladı. Silahı hələ də qoruyucu rejimdən çıxarmamışdı, lakin Əfqan və İlkin yenə də üstünə gəlməkdə davam etdiklərinə görə silahı qoruyucudan çıxarıb, İlkinin qol nahiyyəsinə tuşlayıb 1 dəfə atəş açdı. Atəş açdıqdan sonra qardaşı Vüsal “vurma” qışqıraraq qaça-qaça ona tərəf gəlib əlindən yapışaraq silahı aldı. Bundan sonra Əfqanın üzərinə gedərək, üz nahiyyəsinə yumruqla zərbə endirdi, onunla əlbəyaxa oldu və hər ikisi də yerə yıxıldı. Əfqan, İlkini maşına mindirərək xəstəxanaya aparmaq üçün yola düşdü. Hadisə baş verdikdən sonra Nicatın da orada olduğunu gördü, daha sonra polisə təslim olmadan əvvəl ailə üzvləri ilə görüşmək üçün evə getdi. Yolda olarkən psixoloji problemləri olduğuna görə rahatlaşmaq üçün dəqiq xatırlamadığı şüşə ya da ki, dəmir parçası ilə öz qollarına kəsik xəsarətləri yetirdi. Qisas almaq məqsədi olmayıb, onun İlkinlə aralarında münasibət həmişə yaxşı olub, silahdan niyə istifadə etdiyi səbəbinin nə olduğunu bilmir, hər şey ani olaraq baş verdi. İlkini bilmədən ov tüfəngi ilə vurdu, qəsdən etmədi, onu öldürmək niyyəti olmayıb. Törətdiyi əməldən cox peşmandır, hazırda zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ona qarı şikayəti və tələbi yoxdur, onun barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıb, işdə olan sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o Binə qəsəbəsi ərazisində “Kamaz” markalı yük avtomobili sürücüsü idi və qum, mişar daşlarının daşınmasını həyata keçirirdi. Turalı uşaqlıqdan bəri tanıyırdı və onunla daim olaraq dostluq münasibətləri olmuşdur. Əfqan isə onun dayısı oğludur. Əfqanla Tural arasında avtobuslarla bağlı mübahisə yaranmışdı. 2022-ci ilin 21 fevral tarixində Əfqan ona zəng edərək, məscidinin yaxınlığında Turalın bir neçə müharibə qazisi ilə birlikdə üzərinə gələrək, xəttə yeni avtobus buraxacaqlarını dediklərini bildirdi və ondan Turalın dostu olduğunu bildiyi üçün məsələni yoluna qoymağını istədi. Əfqanın telefonu ilə Turala zəng etdi və harada olduğunu soruşduqda, telefonda Turaldan hansı səbəbə qohumu Əfqanın işinə maneçilik törətdiyini soruşdu, bir qədər telefonda söz mübahisəsi etdikdən sonra Turalla “çöllük” adlandırılan zeytunluq ərazisində görüşmək üçün razılaşdılar. Əfqanla birlikdə ona məxsus qara rəngli “Mercedes E Class” avtomobili ilə çöllük adlanan əraziyə getdilər. Hadisə yerinə gedən zaman, Tural da “Opel” markalı avtomobillə həmin əraziyə gəldi. Əfqanla birlikdə avtomobildən düşərkən, Tural da həmin vaxt əlində ov silahı ilə birlikdə avtomobildən düşdü. Avtomobildən düşərkən Turalın əlində ov silahının olduğunu görüb “gicləmə, silah nədir gətirmisən?” deyə soruşdu, o da ona “mən istəmirəm ki, səni vurum” sözlərini dedi. Turala onda Əfqanı niyə işləməyə qoymadığını dedi, həmin vaxt artıq mübahisə qızışdı və Tural özündən çıxmağa başladı. Tural silahı ona tuşladı və bir dəfə silahı çəkdi, həmin vaxt silahın içərisindən patronun biri çıxaraq yerə düşdü. Yavaş-yavaş Turala tərəf yaxınlaşdı ki, silahı onun əlindən alsın. Həmin vaxt Əfqan da kənardan Turalın əlindən silahı almaq məqsədi ilə ona tərəf yaxınlaşdı, həmin an artıq Tural ona bir dəfə silahdan atəş açdı və həmin zərbədən sonra gözləri qaraldı və halı pisləşməyə başladı. Tural ona qardaşı qədər doğma olub, o onun dostudur. Onun onu vurmaq məqsədi olmayıb, hər şey ehtiyatsızlıqdan baş verib. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Turalı bağışlayır və onu məhkəmə iclas zalından azadlığa buraxılmağını xahiş edir, Turala qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Tural onun qazi dostudur. Turalı çox mərd, vətənpərvər insandır, o həmişə şəhid və qazi ailələrini ziyarət edirdi və əlindən gələn maddi köməkliyi göstərirdi. Tural icarəyə avtobus götürüb kənd içi marşrut xətti işlədirdi. Tural bu fəaliyyətindən əldə etdiyi gəlirin hamısını qazilərin ehtiyacları üçün xərcləyirdi. 21 fevral 2022-ci il saat 10 radələrində Turalla Binə qəsəbəsində məscidin yanında görüşdülər və onunla müalicəsi üçün birgə xəstəxanaya getdilər. Xəstəxanadan qayıdarkən, Turalın telefonla danışdığını eşidib ondan nə baş verdiyini soruşduqda, Tural ona işlətdiyi marşrut xətti üzrə digər bir sürücünün avtobusun qabağını kəsib, maşından sərnişinləri düşürtdüyünü dedi. Tural ilə məscidin yanına getdilər. O evi üçün lazımi şeyləri almaq üçün oradan uzaqlaşdı. Bundan sonra yenidən məscidin yanına qayıtdı. Əfqan Turalın avtobusunda əyləşmiş şəxsləri artıq avtobusdan düşürmüşdü. O insanları ailə-uşaqları ilə birgə əyləşdikləri avtobusdan düşürtməsi barədə Əfqana öz iradını bildirdikd, Əfqan sözünə qulaq asmadı. Tural da, o da oradan çıxıb getdilər. Turalı nə qədər axtarsa da tapa bilmədi. Turalı axtaran zaman ağ rəngli bir avtomobilin sürətlə hərəkət etdiyini gördü. O həmin maşının arxasıyla getdi. O avtomobilin yanına çatanda artıq Tural silahın ağzını yerə doğru tutub dayanmışdı, Turalın qardaşı Vüsal onun üzərinə qışqırırdı və onun əlindən silahı aldı. Tural oradan çıxıb getdi və o da onun arxasınca getdi. O Turalın İlkini vurduğu anı görməmiş, ora çatanda artıq hadisə baş vermişdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o ailəsi ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu nömrəsiz ünvanda yaşayır. Tural və Vüsal qardaşlarını uşaq vaxtlarından tanıyır. 21 fevral 2022-ci il tarixdə marketin qarşısında dayanmışdı. Bu zaman Vüsal qaçaraq yanına gəlib “Tural evdən silahı götürüb harasa gedib, mənim maşınım xodlanmır, sür gedək ora” dedi. Onlar birgə Turalın evinə getdilər, lakin Tural evdə deyildi. Hadisə baş verən yerə çatanda artıq hadisə baş vermişdi. Tural donmuş vəziyyətdə silahın ağzı aşağı doğru vəziyyətdə dayanmışdı. Həmin vaxtı İlkin isə qol nahiyəsini tutub bir qədər əyilmiş vəziyyətdə idi. Bundan sonra İlkini xəstəxanaya apardılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Tural onun qardaşıdır, o, “Vətən müharibəsi”-nin könüllü iştirakçısı olmuşdur. O müharibə zamanı xəsarət almışdır. Turalla eyni evdə yaşayırlar. Tural 21 fevral 2022-ci il tarixdən öz avtobusunu Rahib adlı sürücünün istifadəsinə verərək, yenidən xəttə buraxmışdı. Həmin gün saat 14-15 radələrində Rahib ona zəng edərək, Tural ilə əlaqə saxlaya bilmədiyini, Əfqan adlı avtobus sürücüsünün onun sürdüyü avtobusun qarşısını kəsib içərisindəki sərnişinləri düşürdərək bu xəttin ona məxsus olduğunu və burada avtobus sürməməsini bildirdiyini dedi. Bundan sonra Tural ilə əlaqə saxlayaraq ona bu barədə məlumat verdi. Bundan sonra Turalı məscidin yanında gördü. Tural Əfqandan niyə belə bir hərəkət etdiyini soruşdu, Əfqan isə “burda mən işləyirəm, sən işləyə bilməzsən” deyə cavab verdi. Tural, Əfqana “vicdanın olsun mən burada əvvəllər də avtobus sürmüşəm” sözlərini dedi. Əfqan “mən burada avtobus sürürəm, sən get başqa yerdə işlə, bura söhbətin yeri deyil, çəkilərik qırağa mənim arxamda dağ boyda oğlan var, onunla söhbət edərsən” sözlərini dedi. Tural, Əfqana nömrəsini verdi və “zəng edərsən, söhbət edərik” dedi. Bundan sonra biz oradan çıxaraq dağılışdılar. Tural onun avomobilini götürüb getdi. Bundan təxmini olaraq 20-30 dəqiqə sonra evdən həyat yoldaşı zəng edərək, Turalın evə gələrək, silahı götürüb getdiyini dedi. O Tural barəsində narahat oldu. Daha sonra dərhal öz avtomobilinə oturub, evə tərəf getmək istədi, lakin avtomobili işə düşmədiyinə görə yanında olan dostu Riaddan onu evə çatdırmasını xahiş etdi. Riadla birgə evə getdilər, lakin Tural orada deyildi. Onlar evin ətrafındakı küçələri gəzərək Turalı axtarmağa başladılar. Həmin vaxt onlarla eyni qəsəbədə yaşayan, Əfqanın qohumu İlkinin avtomobilini gördülar, lakin onun Tural ilə görüşə getməsini ehtimal etmədilər. Bir neçə dəqiqə sonra Turalın idarə etdiyi “Opel” markalı avtomobilin “çöl” adlandırılan açıqlıq əraziyə tərəf getdiyini gördülər, o da Riadla dərhal Turalın arxasınca getdi. Turalın idarə etdiyi avtomobilin Binə qəsəbəsi, Südçülük sovxozu nömrəsiz ünvanda, “çöl” adlandırılan ərazidə olduğunu gördülər. Hələ avtomobildə olanda Turalın əlində “Escort” markalı ov silahını İlkinə tuşladığını, İlkinin isə qollarını açaraq Turala doğru irəlilədiyini, Əfqanın Turalın arxa tərəfinə keçmək istədiyini gördülər. Hələ Riad avtomobili saxlamadan, avtomobilin pəncərəsindən Turala “vurma, vurma” deyə qışqırdı, bununla eyni vaxtda Tural silahdan bir dəfə İlkinin qolunu tuşlayıb atəş açdı. Daha sonra Riad avtomobili saxladı və o Turala doğru qaçdı. Tural özü donmuş vəziyyətdə silahın lüləyi aşağı doğru vəziyyətdə dayanmışdı. Turala çatdıqdan sonra silahın lüləyindən tutub “silahı mənə ver” dedi. Tural da silahı buraxaraq ona uzadaraq Əfqanı nəzərdə tutub “məni zibilə saldı” dedi. Həmin vaxtı İlkin isə qol nahiyəsini tutub bir qədər əyilmiş vəziyyətdə dayanmışdı. Silahı avtomobilə apardı. İlkin “məni xəstəxanaya çatdırın” dedi, həmin vaxt Tural da ona doğru qışqıraraq “İlkini təcili xəstəxanaya aparın” dedi. İlkini avtomobilə əyləşdirdilər və orada olan şəxslər İlkini xəstəxanaya apardılar. İlkini avtomobilə mindirmək üçün başları qarışan ərəfədə Turalın Riadın avtomobilindən silahı götürüb öz avtomobillərinə apardığını gördü. Tural gedib polisə təslim olacağını və silahı onlara təhvil verəcəyini dedi. O Turala “sən özün polisə get, mən silahı özüm polisə gətirib təqdim edəcəm” deyib silahı Turalın avtomobilindən götürüb Riadın avtomobilinə qoydu. Tural atasıgillə sağollaşmaq üçün evə getdi. Turalın müharibədə iştirak etdikdən sonra psixi problemləri yaranmışdı, o müalicə olunurdu. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, mən özümə məxsus mikro avtobusla Binə qəsəbəsində, Südçülük Sovxozu adlanan yerdə kənd içi marşrut avtobusu sürməklə məşğul olur. İlkin onun bibisi oğludur. Turalı və qardaşı Vüsalı isə Bakıya köçəndən sonra tanımış, onlarla normal münasibəti olmuşdur. Tural və Vüsalın bir neçə avtobusları var idi və müxtəlif marşrutlar üzrə sərnişin daşıma ilə məşğul olurdular. Tural və İlkin dost idilər, onlar arasında münasibət yaxşı idi. Hadisənin baş verdiyi gün saat təxminən 09:00 radələrində evdən çıxıb mağazaya gedərkən küçədə tanımadığım mikro avtobusun sərnişin daşıdığını gördü, sürücünü saxlatdırıb sürücüdən hara getdiyini soruşduqda o ona bugündən etibarən onun da bu xətt üzrə işlədiyini bildirdi. Həmin vaxt onun avtobusu cərimə meydançasında idi. O isə hələlik işləməsinin problem olmadığını, avtobusunu cərimə meydançasından çıxartdıqdan sonra isə artıq bu xəttə çıxmamasını bildirdi. Həmin şəxs isə ona sadəcə sürücü olduğunu, maşının sahibinin Tural olduğunu, onunla söhhbət edib məsələni aydınlaşdırmalı olduğunu bildirdi. Bir qədər sonra Tural onu çağırdı və həmin maşının özünün olduğunu dedi. Ondan günortaya qədər avtobusu həmin xətdən çıxarmasını xahiş etsə də, Tural maşının burada işləyəcəyini bildirdi. O heç nə demədən evinə getdi. Avtobusun cərimə meydançasından çıxardıb xəttə buraxdı. Marşrut xəttinin başladığı “İmam Həsən” məscidinin yanına getdikdə, Turalın avtobusunun yenə də orada olduğunu gördü və qapını açaraq sərnişinlərə artıq işə çıxdığını və onun avtobusuna minmələrini bildirdi. Sərnişinlər həmin mikroavtobusdan düşərək, onun avtobusuna mindi. Sonra Tural və yanında bir neçə nəfər hərbi formada qazi olduğunu bildiyi şəxslər ona yaxınlaşdı. Həmin vaxt Turala buranın mübahisə etmək yeri olmadığını, ağsaqqalının olduğunu dedi. Tural məsələni daha sonra aydınlaşdırmaq üçün nömrəmi götürdü, oradan uzaqlaşdı. X6 mübahisə barədə məlumat verdi. İlkinlə Tural dost idilər, fikirləşdi ki, bəlkə Tural İlkinin sözünə qulaq asar. İlkin Turala zəng vurub evin yaxınlığındakı zeytunluq adlandırılan, yerdə görüşmək üçün razılaşdılar. Onlar İlkinlə həmin yerə getdilər, ora çatanda orada bir avtomobil var idi. Onlar avtomobildən düşən kimi Tural əlində silahla maşından çıxdı və silahı İlkinə tuşladı. İlkin Turala silahı yığışdırıb elə söhbət etməklərini dedi, Tural İlkinə “balaların gözümün qabağına gəlir, ona görə sənə yazığım gəlir” sözlərini deyərək, vurmaqda tərəddüd etdi. O Turalın sol tərəfindən arxasına keçməklə silahı onun əlindən almaq istədi. Həmin vaxt İlkin də yavaş-yavaş Turala doğru gəldi, Tural silahı çəkdi və 1 ədəd patron silahdan yerə düşdü. İlkin qollarını açaraq Turala doğru nisbətən çəp istiqamətdə asta-asta irəliləyərkən, Tural İlkinin qolunu nişan alıb sanki İlkinin ona doğru irəliləməməsini istədi. Lakin, İlkin asta- asta hərəkət etdiyi vaxtda Tural ehtiyatsızlıqdan İlkinin qolu istiqamətinə qəfil atəş açdı. İlkinin Turalla görüşməsi ilə mübahisənin həllini tapacağını düşündü. İlkin Turalla telefonla danışanda o kənarda dayanmışdı. Turalın İlkini vurmaq niyyəti yox idi, o ehtiyatsızlıqdan atəş açdı. Tural atəş açdıqdan sonra çox peşman oldu, o məyus idi. Turala məxsus avtomobili saxlatmaqla ona qarşı səhv etdi. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işində olan 22 fevral 2022-ci il tarixli tutma haqqında protokolundan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 34 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədərkən «Travma mənşəli üzvi şəxsiyyət pozuntusu» formasında psixi patologiyadan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi travma mənşəli üzvi şəxsiyyət pozuntusu onun aldığı barotravmanm fəsadı olaraq formalaşması, müvafiq şəxsiyyət dəyişiklikləri törənməsi, əhvali- ruhiyyəsinin tez-tez dəyişməsi, əsəbiliyə meylli və aqressiv olması, emosional labilliyin qeydə alınması və digər əlamətlərlə xarakterizə olunur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən «Travma mənşəli üzvi şəxsiyyət pozuntusu» formasında psixi patologiyadan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs ona ittiham edilən cinayət əməlini törədən zaman travma mənşəli üzvi şəxsiyyət pozuntusundan əziyyət çəkmişdir. Buna baxmayaraq T.G. Məmmədov təqsirləndirildiyi cinayət əməlini törədərkən Öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən onun əziyyət çəkdiyi travma mənşəli üzvi şəxsiyyət pozuntusunun gedişində natamam kompensasiya vəziyyəti olduğundan öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onlan tam ölçüdə idarə etmək iqtidarından məhrum olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi cinayət əməlini törətməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi ona ittiham olunan əmələ görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi üzvi şəxsiyyət pozuntusunun gedişində hazırda kompensasiya vəziyyəti müəyyənləşdiyindən onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.2-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hal-hazırkı müayinəsi zamanı onun əziyyət çəkdiyi travma mənşəli üzvi şəxsiyyət pozuntusunun gedişində kompensasiya vəziyyətinin olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən «Travma mənşəli üzvi şəxsiyyət pozuntusu» onu halhazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum edəcək dərəcədə ifadə olunmamışdır. Hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacının olmadığı müəyyən edilir. Onun barəsində tibbi xarakterli tsdbirlərin tətbiqinə zərurət yoxdur. Bununla yanaşı Təqsirləndirilən şəxs «Travma mənşəli üzvi şəxsiyyət pozuntusu» formasında psixi pozuntudan əziyyət çəkməsi, anamnezində suisidal cəhdlərlə təzahür edən depressiv sindromun olması (özünün deməsinə və bunu təsdiqləyən müvafiq tibbi sənədlərə görə), neqativ təbiətli qeyri-əlverişli amillərin uzunmüddətli təsiri şəraitində suisidal fikirlərin yenidən yarana, həmçinin əziyyət çəkdiyi üzvi şəxsiyyət pozuntusunun gedişində hal-hazırda müşahidə olunan kompensasiya vəziyyətinin dekompensasiya vəziyyətinə keçə biləcəyinin istisna edilməməsi nəzərə alınaraq həmin şəxsin zərurət yarandığı təqdirdə həkim-psixiatr tərəfindən konsultasiya edilməsi tövsiyə olunur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarında, fərdi-psixi xüsusiyyətlərində və emosional-iradi sferasında - diqqətində dayanıqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi), anlayışların dərk edilməsinin nisbətən zəif çıxış etməsi, qavrama prosesində lənglik, təfəkkürünün torpid olması, ümumiləşdirmə və analizetmə proseslərində lənglik, proqnzolaşdırma qabiliyyətinin zəif çıxış etməsi, yaddaş proseslərinin kifayət qədər aktiv olmadığı, qıcığa qarşı həssaslıq, ola biləcək nəticələri proqnozlaşdırmadan davranmaq, emosional dayanıqsızlıq, emosional reaksiayalara meyillilik, impulsivlik, konfliktə və mübahisəyə meyillilik, davranışı üzərində iradi nəzarətin çatışmazlığı və s. aşkar olunur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman psixiemosional vəziyyətində qıcığa qarşı həssaslıq, hirslilik, qəzəb yaranmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan) halında olmamışdır. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 241 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs aşağıdakı qrup xəsarətlər aşkar edilmişdir: Sol bazunun aşağı 1/3-nin dəlib keçən odlu silah yaralanması; döş qəfəsinin plevra və periton boşluqlarma nüfuz edərək ikitərəfli hemopnevmotoraks, köndələnçənbər bağırsağın yaralanması və eləcə də böyük piyliyin eventerasiyası ilə müşaiyət olunmuş dəlib-keçən odlu silah yaralanması. Sağ bazunun aşağı 1/3-nin, sağ dirsək oynağını və sağ saidin yuxarı 1/3-ni əhatə etmiş geniş hematoması. Qeyd edilən xəsarətlərdən dəlib keçən odlu silah yaralanmaları odlu silah-güllə yaralanması təsirindən, hematoma isə bərk küt əşya təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə bir dəfə açılmış atəş nəticəsində (hər iki yaraların eyni istiqamətli və eyni lokalizasiyada olmasına nəzərən) əmələ gələ bilərdilər və dərəcələrinə görə döş qəfəsinin plevra və periton boşluqlarma nüfuz edərək ikitərəfli hemopnevmotoraks, köndələnçənbər bağırsağın yaralanması və eləcə də böyük piyliyin eventerasiyası ilə müşaiyət olunmuş dəlib-keçən odlu silah yaralanması həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya, digər xəsarətlər dərəcələrinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Xəsarət yetirilərkən xəsarət yetirən xəsarət alanın sol tərəfində olmaqla müxtəlif duruş vəziyyətlərində ola bilərdilər. Yuxarıda göstərilən xəsarətlərdən sağ bazunun hematoması bərk küt əşya təsirindən törənməklə, həm kənar şəxs tərəfindən, həm də şəxsin öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gələ bilərdilər. Cinayət işində olan məhkəmə ballistik ekspertizasının 08 aprel 2022-ci il tarixli 3/305- 3/306 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd silah zavod üsulu ilə istehsal edilmiş, “Escort” modelli, 12 kalibrli, “329504” nömrəli təhlükəli tüfəngdir - yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, istifadəyə (atəşə) yararlıdır, tətiyini çəkmədən ondan atəş açılmır. Tədqiqata təqdim edilmiş 02 (iki) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, 12 mm kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində, həmçinin təqdim edilmiş ov tüfəngində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patrondur, istifadəyə (atəşə) yararlıdır. Lakin təqdim edilmiş 2 (iki) ədəd patrondan “zərflərdən biri üzərində hadisə yerindən götürülmüş patron qeydləri edilmiş” bir ədəd patronun gilizinin son kənarında silahdan patronun kənar edilməsi zamanı yaranan iz vardır. Həmin silahın da aid olduğu yivsiz odlu ov tüfənglərindən təyinatı üzrə nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş 12 kalibrli patronlardan istifadə etməklə 20-30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar 200 m, 3 mm diametrli qırmalar 300 m, 4 mm qırmalar 400 m, karteçlər 60 metr məsafəyə, 30- 40 dərəcə bucaq altında atılan güllələr isə 1000- 1500 metr məsafəyə uçma qabiliyyətinə və təxminən 100 metr məsafədəki hədəfdə (o cümlədən canlı hədəfdə) zədəyetirmə qabiliyyətinə malikdirlər. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, atəş komponentinin atəşlə ayrılmış hissəsidir - tıxacdır (“konteyner” tipli). Həmin tıxacın digər atəş komponentləri ilə birlikdə doldurulması ilə hazırlanmış 12 kalibrli patrondan istifadə olunmaqla təqdim edilmiş 12 kalibrli, “ESCORT” modelli, “329504” №-li ov tüfəngindən atəş açılması mümkündür, lakin tıxacın üzərində atıldığı silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri eyniləşmə tədqiqatı üçün yararsız olduğuna görə, onun təqdim edilmiş, 12 kalibrli, “ESCORT” modelli, 329504 nömrəli ov tüfəngindən, eləcə də başqa hər hansı konkret silahdan atılıb- atılmadığını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs əynində olmuş ağ mayka üzərində rəyin tədqiqi hissəsində qeyd edilən sayda və ölçüdə zədələr vardır. Zədələrin ətrafında qurğuşun metal izinin aşkar edilməməsinə baxmayaraq, zədələrin formasına, ölçüsünə, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış bant hissəciklərin aşkar edilməsinə əsasən maykanın sol tərəfindəki zədə giriş, sağ tərəfindəki zədə çıxış zədəsi olub, hamarlüləli (yivsiz) odlu silahdan açılmış bir atəş nəticəsində, 20 sm-2 metr məsafə daxilində, soldan-sağa doğru istiqamətdə yetirlməyə xarakterikdir. Həmin zədənin təqdim edilmiş silahdan açılan atəş nəticəsində yetirilməsi mümkündür. Tədqiqata təqdim edilmiş silahın lülə kanalından atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərin aşkar edilməsinə əsasən, həmin silahdan sonuncu təmizləmədn sonra atəş (lər) açılmışdır. Tədqiqata təqdim edilmiş silahın lüləsinin ağızlıq kəsiyi atəş açılan zaman Zərərçəkmiş şəxs sol tərəfinə doğru yönəlmişdir. Qərarda qoyulmuş “Zərərçəkmiş şəxs xəsarət aldığı anda onun duruş vəziyyəti necə olmuşdur?” sualını istintaq yolu ilə müəyyən etmək mümkündür. Tədqiqata təqdim edilmiş bir ədəd belində kəməri olan cins şalvar üzərində odlu silahdan açılan atəş nəticəsində güllənin-mərminin təsirindən yaranmağa xarakterik zədə yoxdur. Tədqiqata təqdim edilmiş bir ədəd belində kəməri olan cins şalvarın səthində atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edildi. (ekspertiz tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manat) Cinayət işində olan Azərbaycan Respublikası DİN Nərimanov Rayon Polis İdarəsinin 285 saylı şəhadətnaməsinin sürətindən görünür ki, 12 kalibrli, “ESCORT” modelli, 329504 nömrəli ov tüfəngi Şahid2 məxsusdur. Cinayət işində olan məhkəmə tibbi-kriminalistik ekspertizasının 115-MTKŞ/2022 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus maykanın ön səthinin sağ nahiyəsində bir ədəd və maykanın Ön səthinin sol nahiyəsində bir ədəd aşkar edilmiş defektli zədələr odlu silah zədələnmələridir, odlu silahdan açılmış bir atəş nəticəsində əmələ gəlmələri istisna olunmur. Ekspertizaya təqdim edilmiş zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus şalvarın arxa səthində olan sol cibin sol yan tikişi üzərində aşkar edilmiş natamam sökülmə zədəsi şalvarın müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş zərərəçəkmiş şəx Zərərçəkmiş şəxs məxsus mayka üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşlar. Şalvar üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşlar. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynək, şalvar, papaq üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Şahid1 məxsus gödəkçə və şalvar üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Cinayət işində olan məhkəmə-tibbi bioloji ekspertizasının 142/2022-MTBŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu- 0(1) , Şahid1 ABO sistemi üzrə qan qrupu- 0(1), Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu- B(lll) (təqdim olunan şəxsiyyət vəsiqələrinin kserosurətlərinə əsasən). Tədqiqata təqdim olunan X4 məxsus cins şalvar, jilet, gödəkcə, Təqsirləndirilən şəxs məxsus vodolazka, cins şalvar, Zərərçəkmiş şəxs məxsus alt mayka, cins şalvar, hadisə yerindən götürülmüş 03 ədəd kağız bükümdəki bərkimiş torpaq hissələri və “Sobranie” markalı siqaret qutusu üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup mənsubiyyəti ABO sistemi üzrə təyin edildikdə T. Məmmədova məxsus cins şalvarın sağ ayağındakı ləkələr /ObN-14-15/, vodolazkanın sağ qolu və sağ döş nahiyyəsindəki ləkələrdən /ObN-12-13/ başqa üzərlərindəki digər ləkələrdə /ObN- 11/, /ObN- 16/ və maddi sübutlardakı bütün ləkələrdə “V”, “H” antigenləri və Zərərçəkmiş şəxs məxsus alt mayka üzərindəki ləkələrdə həmçinin alfa aqqlyutinini də alındı. Beləliklə, göstərilən maddi sübutlar üzərindəki qan ləkələri bir şəxsə məxsusdursa B-alfa/H//lll/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. (Əgər onun qanında müşayiətçi H antigeni varsa). Qanın qarışıq olduğu halında isə ləkələrdə Təqsirləndirilən şəxs və X3 da qarışmış qanlarının olması inkar olunmur, əgər onlarda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa. T. Məmmədova məxsus vodolazkanın sağ qolu və sağ döş nahiyyəsindəki ləkələrdə /ObN-12-13/ və ona məxsus cins şalvarın sağ ayağı üzərindəki ləkələrdə /ObN-14- 15/ yalnız “H” antigeni alındı. Bu qan ləkələri əgər onlarda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa Oalfabeta /İ/ qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs və ya X4 məxsus ola bilər. Tədqiqata təqdim olunan, hadisə yerindən götürülmüş papaq üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır. Cinayət işində olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Cinayət işində olan Azərbaycan Respublikası “X5”nin 2194 saylı arayışın sürətindən görünür ki, Məmmədov X2 Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən 44 günlük vətən müharibəsində iştirak etmiş və yaralanmışdır, 3-cü qrup müharibə əlilidir. Cinayət işində olan 2 saylı DOST mərkəzinin **********9 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Məmmədov X2 Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə 3-cü dərəcəli əlilliyə görə 300 AZN məbləğində xx.xx.2026-cıil tarixədək Prezident təqaüdü alacaq. Cinayət işindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2358 nömrəli Sərəncamı ilə "Cəbrayılın azad olunmasına görə” medalla təltif olunmuşdur. Cinayət işindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2369 nömrəli Sərəncamı ilə "Qubadlının azad olunmasına görə” medalla təltif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu və cinayət hadisəsindən sonra onun davranışını və eyni zamanda cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini də nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən tərbiyə və islah olunması mümkündür. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq etməklə onun cəza çəkmədən islah olunmasını mümkün sayır və həmin cəzanın şərti olaraq tətbiq edilməsini qərara alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib, səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, 3-cü qrup müharibə əlili olmasını, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları təltif olunmasını, Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alması cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla ) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Suraxanı RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan “Escort” modelli, 12 kalibrli, “329504” nömrəli bir ədəd tüfəng, iki ədəd patron və bir ədəd patron tıxacı, Zərərçəkmiş şəxs məxsus bir ədəd ağ mayka və bir ədəd şalvar, Şahid1 əynində olmuş jilet, şalvar və gödəkcə, Təqsirləndirilən şəxs əynində olmuş köynək və şalvar, hadisə yerinə baxış zamanı götürülmüş 3 ədəd qan nümunəsi, üzərində qana bənzər ləkələrin olduğu ağ rəngli “sobranie” markalı siqaret qutusu dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq, məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinməklə, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 22 fevral 2022-ci il tarixdən həbsdə saxlanıldığı 5 (beş) ay 12 (on iki) günün hər günü azadlıqdan məhrum etmə cəzanın 1 (bir) gününə bərabər tutulmaqla, həmin günlər təyin edilmiş cəza müddətindən çıxılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 6 (altı) ay 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70–ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin, sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclasından azad edilsin. “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində davranışına nəzarət Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 128 (yüz iyirmi səkkiz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Suraxanı RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan “Escort” modelli, 12 kalibrli, “329504” nömrəli bir ədəd tüfəng, iki ədəd patron və bir ədəd patron tıxacı, Zərərçəkmiş şəxs məxsus bir ədəd ağ mayka və bir ədəd şalvar, Şahid1 əynində olmuş jilet, şalvar və gödəkcə, Təqsirləndirilən şəxs əynində olmuş köynək və şalvar, hadisə yerinə baxış zamanı götürülmüş 3 ədəd qan nümunəsi, üzərində qana bənzər ləkələrin olduğu ağ rəngli “sobranie” markalı siqaret qutusu dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq, məhv edilsin Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1248/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1248/2022
03.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver