Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1248/2025 15.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Tərcüməçi – X1, Zərərçəkmiş şəxsin hüquqi varisi – X3, Müdafiəçilər – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs Elbrus Ganievin (Ганиев Елбрус Айварович) iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Rusiya Federasiyası, Dağıstan Respublikasında anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Rusiya Federasiyası, Dağıstan Respublikası, Məhərrəmkənd rayonu, Yuxartahir kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Elbrus Ganievin (Ганиев Елбрус Айварович) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (qərarın təsviri əsaslandırıcı hissəsində – CM) 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Elbrus Ganiev (Ганиев Елбрус Айварович) nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarım pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, xx.xx.2024-cü il tarixdə, saat 02:15 radələrində Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitəsini idarə etmə hüququ verən müvafiq sürücülük vəsiqəsi olmadan, etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Vaz 2107” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax yolunun 14cü km-də köməkçi yolda Bakı şəhəri, Yasamal rayonu istiqamətində 60-70 km/saat sürətlə hərəkətdə olub “Lökbatan dairəsi” adlanan dairəyə daxil olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda cinayətkarcasına etinasızlıq edərək Qanunun qeyd olunan tələblərinə əməl etməyib hərəkətini davam etdirərək yolun sağ hissəsindən sol hissəsinə keçmək istəyən Zərərçəkmiş şəxs avtomobilin sol yan hissəsi ilə vuraraq ehtiyyatsızlıqdan baş-beyin toxumasının kəskin ödemi, baş-beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, başın təpə nahiyəsinin əzilmiş yarası, sağ alt çənə şaxəsinin sınığı, sağ baldır nahiyəsinin aşağı 1/3-nin sınığından ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirməklə Zərərçəkmiş şəxs başbeyin toxumasının əzilməsi, baş-beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma ilə müşayiət olunan baş-beyin toxumasının artan ödemi nəticəsində xx.xx.2024cü il tarixdə müalicə olunduğu 1 saylı X8 ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxs Elbrus Ganiev (Ганиев Елбрус Айварович) CM-in 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, hadisə günü Lökbatan dairəsində şəhər tərəfə gedəcəkdilər. Həmin vaxt 3 nəfər şəxs yolu keçirdi. Yolu keçən şəxslərdən biri geri qayıtmışdır. O, geri qayıdan şəxslə toqquşmamaq üçün avtomobilin sükanını sağ istiqamətə yönləndirmiş, amma nə qədər çalışsa da avtomobilin sol hissəsi zərər çəkmiş şəxsə dəymişdir. Sonra avtomobildən düşmüşlər və X15 çağırmışlar. O, suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtı avtomobildə tək olmamışdır. Hadisə vaxtı avtomobildə Ziya və Ağa olmuşdur. Hadisə vaxtı avtomobilin sürəti 60-70 km/saat olardı. Piyadanı vurduğunu bildikdən sonra dərhal X15 çağırmışlar. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Məhkəmədən ona yüngül cəzanın verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs Elbrus Ganiev (Ганиев Елбрус Айварович) ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Rusiya Federasiyasının Dağıstan Respublikasında doğulub, Azərbaycan Respublikasında böyüyüb başa çatmış, təhsilini Bakı şəhərində almış və azərbaycan dilində sərbəst oxuyub-yazmağı bacarır. xx.xx.2024-cü il tarixdə, saat 01 radələrində dostu Şahid3 baş etibarnamə ilə məxsus olan “Vaz 2107” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobili özü idarə edərək Bakı şəhəri istiqamətinə gəlmiş, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisindən gedərkən yolda dostu Ağanı da götürərək Bakı şəhəri istiqamətinə hərəkətini davam etdirmişdir. Həmin gün saat 02 radələrində Bakı-Qazax yolunun 14-cü kilometrliyinə çatıb sağ tərəfə yəni, köməkçi yola dönərək 80-90 km/saat sürətlə hərəkət etmiş, Lökbatan dairəsini keçdikdən sonra təxminən 10-15 metr irəlidə üç nəfər piyadanın yolun sağ hissəsindən sol hissəsinə keçdiklərini görmüş, avtomaşının sürətini azaldaraq 60-70 km/saat sürətlə yolun sağ tərəfi ilə hərəkət etmiş, piyadalar onu görüb sürətlə sola tərəf qaçmış, lakin piyadanın biri yolun ortasında dayanıb yenidən geriyə qaçmış, o, avtomobili bacardığı qədər sağa tərəf döndərsə də, həmin piyada, eyni istiqamətə qaçdığından avtomobilin sol yan hissəsi ilə onu vurmuşdur. Piyadanı vurduqdan sonra idarəetməni itirərək yolun solundakı çuxura düşmüşdür. Dərhal avtomobildən düşüb piyadanı vurduğu üçün ətrafdakı şəxslərdən təcili yardım çağırmalarını istəmişdir. Ətrafdakı şəxslər hadisə yerinə təcili yardım çağırmış, vurduğu piyadanı 1 saylı X11 aparmışlar. O, da orada dayanıb polisin gəlməsini gözləmiş, daha sonra əraziyə polis əməkdaşları gəlmiş, hadisə yerinə baxış keçirmişlər. O, da bu barədə xəstəxanada həmin şəxsin müalicə edilməsi üçün ailə üzvlərinə məlumat vermiş, atası Ayvar Qaniev dərhal xəstəxanaya gedib həmin şəxsin müalicəsi ilə məşğul olmuşdur. Bundan sonra ona avtomobil ilə vurduğu piyadanın Zərərçəkmiş şəxs olduğunun bilmişdir. O, həmin şəxsi əvvəllər tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamış, hadisə onun ehtiyatsızlığından baş vemişdir. Zərərçəkmiş şəxs KTM-də öz vəsaitləri hesabına müalicə etdirmələrinə baxamayaraq xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs KTM-də ölmüşdür. Zərərçəkmiş şəxs meyti əvəlləcə MTE-na müayinə edilmiş, sonra isə yaşadığı İmişli rayonu Qızılkənd kəndinə aparılmış, həmin kəndəki qəbirstanlıqda dəfn edilmişdir. Yas mərasiminin keçirilməsi və Zərərçəkmiş şəxs dəfn edilməsi onların öz vəsaitləri hesabına olmuşdur. Zərərçəkmiş şəxs valideynləri ilə aralarında barışıq olmuş, Zərərçəkmiş şəxs valideynlərinin ondan heç bir şikayətlərinin olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 göstərmişdir ki, zərərçəkmiş şəxs oğlu gecə radələrində yol keçərkən avtomobillə vurulmuşdur. Hadisədən dərhal sonra ona zəng olunmuş və oğlunun avtomobil qəzası zamanı xəsarət aldığı deyilmişdir. O da məlumatı eşidən kimi dərhal 1 saylı X11 getmiş və oğlunun artıq xəsatəxanaya yerləşdirildiyini görmüşdür. O, suallara cavab olaraq bildirmişdir ki, hadisədən sonra təqsirləndrilən şəxs və ailə üzvləri 3 ay 4 gün onlarla birlikdə xəstəxanada yanlarında olmuşlar. Təqsirləndirilən şəxsdən heç bir şikayət, tələbi yoxdur. Təqsirləndirilən şəxs cavandır. Təqsirləndirilən şəxs və ailə üzvləri onlar qədər baş verən hadisəyə üzülmüşlər. Ona görə də, təqsirləndirilən şəxslə barışmışlar. Təqsirləndirilən şəxsin azadlıqda qalmağını istəyir. Təqsirləndirilən şəxsə həbslə əlaqəli olmayan cəza növünün seçilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 Mübariz oğlu ifadəsində göstərmişdir ki, magistral yolla irəliləyirdilər. Hadisə vaxtı avtomobildə öndə əyləşmişdir. Magistral yoldan Lökbatan dairəsi istiqamətdə hərəkət etmişlər. Lökbatan dairəsini gözləyib keçdikdən sonra dəmirlərin yanından 3 nəfər şəxs yolu keçib qurtardıqları vaxt zərərçəkmiş şəxs qəflətən arxaya doğru qayıtmışdır. Təqsirləndirilən şəxs piyada ilə toqquşmamaq üçün bacardığı qədər avtomobilin sükanını sağ istiqamətə döndərmiş, lakin avtomobilin sol hissəsi zərərçəkmiş şəxsə dəymişdir. Avtomobildən enmişlər, zərərçəkmiş şəxsin yanına getmiş və vəziyyətin öyrənmişlər. Ağa dərhal X15 çağırmışdır. Zərərçəkmiş şəxsi X15 avtomobili ilə yola saldıqdan sonra polis əməkdaşları hadisə yerinə yaxınlaşmışlar. Özləri isə 1 saylı X11 getmişlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hadisə günü o, avtomobilin arxa hissəsində oturmuşdur. Avtomobillə Bakı şəhəri istiqamətində hərəkət etdikləri vaxt Lökbatan dairəsində 3 nəfər şəxs yolu keçirdi. 2 nəfər şəxs həmin zaman irəli qaçmış, lakin zərərçəkmiş şəxs özünü çaşdırmış və arxaya doğru qaçmışdır. Həmin vaxtı təqsirləndirilən şəxs avtomobilin sükanın sağa, yəni yol kənarında olan dəmirlərə doğru döndərmiş, amma avtomobilin sol tərəfi zərərçəkmiş şəxsə dəymişdir. Hadisədən dərhal sonra X13 zəng etmişdir. X15 gəlmiş və zərərçəkmiş şəxsi X15 avtomobilinə yerləşdirmişlər. Daha sonra təqsirləndirilən şəxsin ailə üzvlərinə məlumat vermişlər. Özləri də xəstəxanaya getmişlər. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. Sənan bu il, yəni 2024-cü il il tarixdə hərbi xidmətdən qayıtmış, rayonda iş tapmadığına görə Bakı şəhərinə işləməyə gəlmiş, Bakı şəhərində yerləşən “Araz” supermarketlərin birində işləmiş, eyni zamanda Qaradağ rayonu ərazisinə yerləşən Qobu yaşayış massivində kirəyədə qalmışdır. 17 avqust 2024cü il tarixdə evdə olduğu zaman oğlu Sənanın yol qəzasına düşərək xəsarət alması barədə məlumat verilmiş, ona görə də o, Bakı şəhərində yerləşən 1 saylı kliniki xəstəxanasına gəlmişdir. Sənan xəsarət aldığı üçün reanimasiya şöbəsinə yerləşdirilməsini, hadisəni törədən sürücünün valideynlərinin orada olduğunu görmüşdür. Orada ona məlum olmuşdur ki, Sənanı işdən çıxdıqdan sonra piyada qismində Lökbatan dairəsindən Qobu qəsəbəsinə gedərkən “Lada 2107” markalı avtomobil vurmuşdur. Avtomobili idarə edən şəxs Rusiya Federasiyasının vətəndaşı Təqsirləndirilən şəxs olmuşdur. Elburus və onun valideyinləri mütəmadi olaraq onlar ilə maraqlanmış və oğlunun müalicəsi üçün onlara hərtərəfl köməklik göstərərək bütün müalicə xərclərini çəkmişdirlər. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Elbrus onun oğludur. Elbrus Rusiya Federasiyasının vətəndaşı olmasına baxmayaraq onlarla birlikdə yaşayır. Elbrus sürücüdür, sonuncunun daimi iş yeri olmadığına görə fərdi əməklə məşğul olmuşdur. Onların hamı ilə münasibətləri yaxşıdır. Heç kəslə ədavəti və düşmənçilikləri yoxdur. 17 avqust 2024-cü il tarixdə Elbrus dostu Ziyanın avtomaşını ilə Bakı şəhərinə gedən zaman Lökbatan dairəsində idarə etdiyi avtomaşınla bir nəfər piyadanı vurduğunu ona bildirmişdir. Bu xəbəri eşidən kimi o, Bakı şəhərinə 1 saylı Kliniki Xəstəxanaya getmişdir. Xəsarət alan piyada sonradan adını bildiyi Sənan adlı şəxs reanimasiya şöbəsində idi. O və oğlu Elbrus Sənanın müalicəsinə maddi və mənəvi cəhətdən köməklik göstərmişlər. Onlar Sənanla və sonuncunun valideynləri ilə barışmışlar. Hadisə ehtiyatsızlıq üzündən baş vermişdir. Onlardan heç bir şikayəti və tələbi yoxdur. Sənana dəyən ziyanı tam ödəmişlər. Odur ki, faktla başlanmış cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Hadisə yerində olmadığı üçün hadisənin başvermə mexanizmi barədə konkret fikir söyləyə bilməz. Hadisənin Lökbatan dairəsində baş verdiyini eşitmişdir. Piyada maşının sol yan hissəsinə dəymişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, CM-in 263.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı-Qazax yolunun 14-cü km-də yerləşən köməkçi yolun üzərindəki “Lökbatan dairəsi” adlanan dairədə baş vermişdir. (İ cild, i.v. 4-12) xx.xx.2024-cü il tarixli, ******* saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Elbrus Ganiev (Ганиев Елбрус Айварович) hadisə zamanı ayıq olmuşdur. (İ cild, i.v. 13) Zərərçəkmiş şəxsin hüquqi varisi X3 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Elbrus Ganievlə (Ганиев Елбрус Айварович) barışmışlar, ondan heç bir şikayət və tələbi yoxdur. Gələcəkdə bu barədə şikayət və tələbi olmayacaq. (İ cild, i.v. 54) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X14 692 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - sağ təpə - gicgah sümüklərin kəllə əsasına keçən sınıqları ilə müşayiət olunan sağ gicgah və döyənək cisminin hemorragik kontuziyası və sol alın - gicgah paylarının subaraxnoidal qansızması, alt çənə sümüyün sınığı, sağ kürək sümüyünün qapalı, yerini dəyişmiş sınıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün KlinikiTibbi Mərkəzə müraciət etdiyi xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərəvurmaya aid edilir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, piyada qismində olarkən hərəkətdə olan minik avtomaşının onu vurması nəticəsində əmələ gələ bilərdirlər. (İ cild, i.v. 63-66) xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Elbrus Ganiev (Ганиев Елбрус Айварович) yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İ cild, i.v. 77) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X14 123 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - baş beyin toxumasının kəskin ödemi, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, başın təpə nahiyəsinin əzilmiş yarası, sağ alt çənə şaxəsinin sınığı, sağ baldır nahiyəsinin aşağı 1/3-nin sınığı. Göstərilən xəsarətlər həyati olub, ölümündən əvvəl bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü İl tarixdə piyada qismində olarkən hərəkətdə olan minik avtomaşının onu vurması nəticəsində törətmişlər, ölümlə bibaşa səbəbli əlaqəlidirlər və canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. S.E.Hüseynzədənin ölümünə səbəb baş beyin toxumasının əzilməsi və baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma ilə müşayiət olunan baş beyin toxumasının artan ödemi olmuşdur. Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan 3-6 saat əvvəl olmaqla xx.xx.2024-cü il tarixdə, saat 08:45-də X10 baş vermişdir. (İ cild, i.v. 78-83) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8/3193 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, VAZ-2107 markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Qaniev avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində “Yol hərəkəti haqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-cİ bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. (İ cild, i.v. 84-87) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Elbrus Ganiev (Ганиев Елбрус Айварович) CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 105-106) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Elbrus Ganievin (Ганиев Елбрус Айварович) barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (İ cild, i.v. 124-125) xx.xx.2024-cü il tarixli DVD diskə baxış keçirilməsi barədə protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Azərbaycan Respublikası DİN-nin X7 Etmə Xidmətindən daxil olmuş diskə baxış zamanı məlum olmuşdur ki, həmin video faylda əks edilmiş görüntülər Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsi yaxınlığında quraşdırılmış Təhlükəsiz Şəhər Xidmətinin TŞ-11.046 nömrəli videomüşahidə qurğusunun 2-ci və 3-cü kameralarında xx.xx.2024-cü il tarixdə saat 02:10-dan 02:40-dək qeydə alınmışdır. Videogörüntüdən görünür ki, xx.xx.2024-cü il tarixdə 02:15:38 dəqiqədən Lökbatan dairəsində köməkçi yol ilə körpünün sağ tərəfində üzü Yasamal rayonu istiqamətində “VAZ 2107” markalı avtomobil hərəkət edir, dairəni keçib yoxuşlu yola daxil olur yolun başlanğıc hissəsinə çatır saat 02:15:42-də yolun sol hissəsindən sağ hissəsinə keçən piyadalardan birini vurur, idarəetməni itirərək piyadanı vurduqdan sonra yolun sol tərəfindəki su drenajına çırpılaraq orada qalır. Daha sonra əraziyə insanların toplaşması və təcili yardımın gəlməsi əks olunur. Baxış zamanı Elbrus Ganiev (Ганиев Елбрус Айварович) ağ rəngli avtomobilin “Vaz 2107” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğunun, həmin vaxt avtomobili özü idarə etdiyini dairəni keçdikdən sonra baş vermiş yol nəqliyyat hadisənin onun tərəfindən törədildiyini bildirmişdir. (İ cild, i.v. 131) xx.xx.2024-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərarlardan görünür ki, Azərbaycan Respublikası DİN-nin X7 Etmə Xidmətindən daxil olmuş içərisinə xx.xx.2024-cü il tarixdə Bakı-Qazax yolunun 14-cü km-də Lökbatan dairəsi yaxınlığında baş vermiş yol nəqliyyat hadisəsinin köçürüldüyü 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Elbrus Ganievin (Ганиев Елбрус Айварович) idarə etdiyi “VAZ-2107” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə təhvil verilmişdir. (İ cild, i.v. 132- 133) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Elbrus Ganiev (Ганиев Елбрус Айварович) əvvəllər məhkum olunmamışdır. (İ cild,i.v. 145-146) xx.xx.2025-ci il tarixli qərardan görünür ki, iş üzrə əməl CM-in 263.2-ci maddəsindən həmin Məcəllənin 263-1.3-cü maddəsinə tövsif edilmişdir. (İ cild, i.v. 160-161) Azərbaycan Respublikası DİN-nin Baş X16i İdarəsinin xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, DİN-nin X16 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Elbrus Ganievə (Ганиев Елбрус Айварович) Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. (İ cild, i.v. 166) xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Elbrus Ganievə (Ганиев Елбрус Айварович) CM-in 263-1.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. (İ cild, i.v. 180- 181) Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrini, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Elbrus Ganiev (Ганиев Елбрус Айварович) ona elan edilmiş ittiham üzrə CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxs Elbrus Ganievin (Ганиев Елбрус Айварович) törətdiyi cinayət əməli CM-in 263-1.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl ehtiyatsızlıqdan törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Elbrus Ganievə (Ганиев Елбрус Айварович) CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2013-cü il 15 noyabr tarixli 5 nömrəli Qərarının 21-ci bəndinə görə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxs Elbrus Ganievə (Ганиев Елбрус Айварович) cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.1.12, 59.1.13, 59.2-ci maddələrinə əsaslanmaqla təqsirləndirilən şəxs Elbrus Ganievin (Ганиев Елбрус Айварович) zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, ona qarşı şikayət və tələbin olmamasını, bu barışığın ilkin mərhələdə, yəni ibtidai araşdırma zamanı əldə edildiyini, zərər çəkmiş şəxsin ailəsinə maddi yardım göstərməsini, cinayət əməlini səmimi şəkildə etiraf etməsini, əvvəllər məhkum olunmamasını, cavan olmasını, cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxs Elbrus Ganievin (Ганиев Елбрус Айварович) cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Elbrus Ganiev (Ганиев Елбрус Айварович) na cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə kollegiyası Elbrus Ganievin (Ганиев Елбрус Айварович) əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, CM-in 60-cı maddəsinin tələblərini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, bu cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin həmin Qanunun 33-cü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair”qərarında göstərilmişdir ki, yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsinə malik olan Azərbaycan Respublikasının vətəndaşı və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan şəxslər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin müvafiq tələblərinə əməl etmədikdə, həmin Qanunun 33-cü maddəsinin V hissəsinə əsasən hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Elbrus Ganievə (Ганиев Елбрус Айварович) təqsirli bilindiyi CM-in 263-1.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə əsas və nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. CM-in 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Elbrus Ganiev (Ганиев Елбрус Айварович) ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.1ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Elbrus Ganievə (Ганиев Елбрус Айварович) təyin olunacaq azadlıqdan məhrum etmə cəzanın əvvəli onun müvafiq səlahiyyətli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalı, onun haqqında seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri isə hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 85 manat Elbrus Ganievdən (Ганиев Елбрус Айварович) tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Elbrus Ganievin (Ганиев Елбрус Айварович) idarə etdiyi VAZ- 2107 markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə təhvil verilməsi nəzərə alınmalı, Azərbaycan Respublikası DİN-nin X7 Etmə Xidmətindən daxil olmuş içərisinə xx.xx.2024-cü il tarixdə Bakı-Qazax yolunun 14-cü km-də Lökbatan dairəsi yaxınlığında baş vermiş yol nəqliyyat hadisəsinin köçürüldüyü 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 25 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 25 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Elbrus Ganievə (Ганиев Елбрус Айварович) göstərdiyi cəmi 25 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 275 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Elbrus Ganiev (Ганиев Елбрус Айварович) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Elbrus Ganiev (Ганиев Елбрус Айварович) cəzasını məntəqə tipli cəzaçəkmə müəssisində çəksin. Elbrus Ganievin (Ганиев Елбрус Айварович) azadlıqdan məhrum etmə cəzasının əvvəli onun cəza çəkəcəyi müəssisədə qeydiyyata alındığı vaxtdan hesablansın. Elbrus Ganievin (Ганиев Елбрус Айварович) barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Elbrus Ganievin (Ганиев Елбрус Айварович) idarə etdiyi VAZ-2107 markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış yol nəqliyyat hadisəsinin köçürüldüyü 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Elbrus Ganievdən (Ганиев Елбрус Айварович) tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Elbrus Ganievə (Ганиев Елбрус Айварович) göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 275 (iki yüz yetmiş beş) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-1248/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1248/2025
15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver