Məhkəmə qərarları › İş №1(101)-1249/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1249/2021

12.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1249/2021 12.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, faktiki həmin ünvanda yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 22 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Novxanı şosesində “Lukoyl” yanacaq doldurma məntəqəsinin yaxınlığında “Marif” adlı istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin, metadon və psixotrop maddə metafetamin əldə edib, üzərində saxlayaraq daşımış və 22 fevral 2021-ci il tarixdə saat 07 radələrində Azərbaycan Respublikası DİN-nin X3 Alayının 7-ci patrul bölüyünün əməkdaşları tərəfindən üzərində narkotik vasitə olmasını etiraf etməsi səbəbindən Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsində yerləşən “Ballı” adlı mağazanın yaxınlığında saxlanılıb Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi, 25 saylı ünvanda yerləşən Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə üzərinə polis əməkdaşlarının və müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman, əynində olan qəhvəyi rəngli qısaqol gödəkcəsinin sağ yan cibindən bir ədəd elektron tərəzi, sol ayağında olan corabın içərisindən isə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 11,598 qram, 7,598 qram, ümumi təmiz çəkisi 19,583 qram külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,942 qram, 1,025 qram, 1,983 qram, ümumi təmiz çəkisi 3,950 qram külli miqdarda ağ rəngli kristal şəkilli maddə kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində “Methadone 40 Faran” yazısı olan 02 ədəd bilsterdə üzərində “F/M40” yazısı həkk olunmuş ümumilikdə 20 ədəd dərman tabletləri tərkibində ümumilikdə 0,8 qram təsiredici maddə olan narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, heç vaxtı narkotik vasitə istifadə etməmiş, satmamış, evlidir və üç azyaşlı uşağı vardır. Təxminən bir neçə ay bundan əvvəl Maarif adlı şəxsdən 900 manat borc pul almış və borcunu qaytarıb verə bilməmiş, Maarif də ondan pulunu istəmiş, lakin onun pulunu qaytara bilməmişdir. Belə ki, Maarif ona telefon verəcəyini, zəng edən şəxsdən narkotik vasitə istəməsini, ona narkotik vasitə verəcəyini və narkotiki satıb pulu ilə ona olan borcunu ödəməsini demişdir. Eyni zamanda ona məlum olmuşdur ki, Maarif narkotik vasitə satır. O, Maarifin pulunu qaytarmaq üçün narkotik vasitə əldə edib satmaq qərarına gəlmiş və 22.02.2021-ci il tarixdə saat təxminən 05 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Novxanı şosesində “Lukoyl” yanacaq doldurma məntəqəsinin yaxınlığında Maariflə görüşmüş, həmin vaxt Maarif ona 6 büküm və bir neçə ədəd dərman vermişdir. Maarifin deməsinə görə ona verdiyi bükümlərin içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, dərmanlar isə metadon olmuşdur. Maarif ona öz mobil telefonunu da verib narkotik vasitənin satışını həmin telefonla etməyini demiş, o da razılaşıb bükümləri, dərmanları və telefonu ondan götürmüşdür. Lakin telefonun üzərində olan nömrəni bilməmiş, həmin vaxtı Maarif ona bir ədəd elektron tərəzi də vermişdir. Narkotik vasitəni istəyən şəxslər həmin telefona zəng etməli və o, da deyilən ünvana çatdırmalı olmuşdur. O, narkotik vasitəni Maarifə olan borcunu ödəyib qurtaranadək satmaq istəmiş, belə ki, onunla belə razılaşmışlar. O, narkotik vasitənin bir qismini gödəkcəsinin cibində, bir qismini isə corabının içərisində gizlətmiş, həmin günü Maarifin ona verdiyi telefona zəng gəlmiş, zəng edən şəxs Maarifin özü olmuş, lakin hazırda nömrəni xatırlamır, çünki nömrə telefonda qalmışdır. Maarif ona Yeni Günəşli qəsəbəsinə gedib orada da narkotik vasitə olduğunu və onu götürüb verdiyi tərəzi ilə dediyi miqdarda çəkib deyilən yerlərə aparmasını demiş, o da onunla razılaşmışdır. Onun atasına məxsus “Kia” markalı **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuş, o da həmin avtomobili etibarnamə əsasında idarə etmişdir. 22 fevral 2021-ci il tarixdə səhər saatlarında avtomobili idarə edib narkotik vasitəni götürmək üçün tanışı Musadan onunla birlikdə Yeni Günəşli qəsəbəsinə getməyi istəmiş, o da razılaşmışdır. Bundan sonra o, Yeni Günəşli qəsəbəsi ərazisində olan “Ballı” adlanan mağazanın yaxınlığına getmiş, mağazanın yaxınlığına Maarifin deməsinə əsasən getmişdir. O, orada avtomobili saxlayıb düşmüş, Musa da onunla avtomobildən düşüb avtomobilin yaxınlığında söhbət etmiş, həmin vaxtı o, Maarifdən xəbər gözləmişdir. Həmin vaxt o, bir neçə nəfər polis əməkdaşının gəlməsini görüb üzərində narkotik maddələr olduğundan həyəcanlanmış və qaçmaq istəmiş, lakin polis əməkdaşları ona imkan verməmiş, üzərində olan narkotik maddəni də yerə atmaq istəyən zaman polis əməkdaşları ona da imkan verməmişlər. Bundan sonra o, polis əməkdaşlarına üzərində narkotik maddələr olmasını demiş, polis əməkdaşları onu və Musanı Suraxanı RPİ-in 33-cü Polis Bölməsinə dəvət etmiş, o da Musa ilə etiraz etməyərək onlarla razılaşmış və polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 33-cü PB-nə getmişlər. Polis şöbəsində xidməti otaqların birinə vəkil dəvət olunmuş, vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuş, sonra videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı ondan üzərində qanunsuz əşya vardırsa könüllü təqdim etməyi təklif olunmuş, o da üzərində olan narkotik maddələri və bükümləri çıxarıb onlara təqdim etmişdir. Ondan həmin bükümlərdə nə olması və haradan əldə etməyi soruşulmuş, o, da bükümlərdə narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və metadon dərmanları olmasını, həmin maddələri Maarif adlı şəxsə olan 900 manat borcunu ödəmək üçün satışını təşkil edəcəyini demişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzəri axtarılmış, lakin başqa qanunsuz əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik maddə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə qablaşdırılmış, qablaşdırılmış zərf möhürlə möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol ucadan oxunmuş, qablaşdırılmış zərflər və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra polis bölməsinin həyətində olan avtomobilə baxış keçirilmiş, lakin avtomobildən qanunsuz heç bir əşya aşkar edilməmiş, bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin narkotik vasitə heroini metadonu və psixotrop maddə metamfetamini satmaq üçün Maarif adlı şəxsdən almışdır. O, Maarifi “Malış” ləqəbi ilə tanınmış, bundan başqa onun haqqında heç bir məlumata sahib olmamışdır. O, Musaya üzərimdə narkotik vasitə olmasını deməmiş, o, Musaya zəng edib ondan xahiş etmişdir ki, birlikdə Yeni Günəşli qəsəbəsinə getsinlər, sonuncu da razılaşmışdır. Musa onun Yeni Günəşli qəsəbəsinə nə üçün gedəcəyi, oradan nə alacağı və üzərində narkotik vasitə olmasını bilməmiş, o, bunu ondan gizlətmiş, Musaya heç vaxt narkotik vasitə satmamış və verməmişdir. Bundan əvvəl onun narkotik vasitəsi olmamış, o, narkotik vasitələr satmamış, Maarifdən ilk dəfə narkotik vasitə almış, onun kimlərəsə narkotik vasitə satmasını görməmiş, lakin Maarif narkotik vasitə satmaqla məşğul olmuşdur. Maarifdən 900 manat pulu avariya olan zaman xəstəxanaya düşdükdə müalicə üçün dərmanlar almaqdan ötrü almışdır. Şahid1 Maarif adlı şəxsi tanımamış, üzərindən aşkar edilmiş mobil telefonlardan biri Maarifə məxsus olmuş, o özü ona vermişdir ki, narkotiki həmin telefondan istifadə edərək satsın. Digər telefonlar isə özünün olmuş, Maarifdən aldığı narkotik vasitədən sata bilməmiş, çünki buna imkanı olmamışdır. Məhkəmədən əməlindən səmimi peşman olmasını, ailənin yeganə qazanc gətirəni olmasını və himayəsində 3 azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində mümkün qədər aşağı həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hazırda Azərbaycan Respublikası DİN-nin X3 Alayının 7-ci Patrul Bölüyünün polis nəfəri vəzifəsində çalışır və polis serjantı xüsusi rütbəsi daşıyır. 22 fevral 2021-ci il tarixdə səhər saat 07 radələrində iş yoldaşı Şahid3la birlikdə onlara təhkim olunmuş ərazidə, yəni Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində xidmət aparan zaman Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində “Ballı” marketin qarşısında qara rəngli “Kia Sorento” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobil dayandığını və avtomobilin ətrafında iki nəfər şəxsin dayanıb tibbi maskadan istifadə etmədiklərini və dayanıb söhbət etdiklərini görmüşlər. Onların tibbi maskadan istifadə etmədikləri və karantin qaydalarını pozduqları üçün yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və xidməti vəsiqələrini göstərmişlər. Bundan sonra onların şəxsiyyəti barədə maraqlanmışlar və onların Təqsirləndirilən şəxs və Şahid1 olmaları müəyyən edilmişdir. Həmin vaxt onlar özlərini şübhəli aparmağa başlamış və biri hətta qaçmaq istəmişdir. Onlar dərhal həmin qaçmaq istəyən oğlanı saxlamış və həmin oğlan əlindəki sellofan bükümü yerə atmaq istəmiş, lakin onlar buna mane olmuş, sonra onları ərazi üzrə 33-cü PB-nə dəvət etmişlər. Həmin vətəndaşlar bölməyə getmək istəmədiklərini və üzərlərində narkotik maddə olduğunu bildirmişlər. Onlar 2476 çağırışlı avtopatrul çağıraraq həmin iki nəfər şəxsi və “Kia Sorento” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobili Suraxanı RPİ-nin 33-cü PBnə aparmışlar. 33-cü PB-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli qısaqol gödəkcənin sağ yan cibindən bir ədəd elektron tərəzi, bir ədəd üzərində asılqan olan açar, həmin qısa qol gödəkcənin sol yan cibindən isə “Samsung” markalı mobil telefon, qulaqcıq, avtomobil açarı, bir ədəd alışqan, bir ədəd siqaret qutusu, eləcə də əynində olan qara rəngli idman şalvarının sol yan cibindən içərisində sənədlər olan portmane, həmin idman şalvarının sağ yan cibindən digər bir “Samsung” markalı mobil telefon, bir ədəd “Mercedes” markalı avtomobilin açarı, sol ayağına geyindiyi qara rəngli corabın içindən bir ədəd şəffaf sellofan büküm və içərisində 02 ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli maddə, 03 ədəd şəffaf sellofan bükümdə “duz kristalları” formasında maddə və üzərində “Methadone 40” yazıları olan 02 listdə cəmi 20 tablet olan göy rəngli siqaret qutusunu çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi həmin maddələrin “kokos” kimi tanıdığı heroin, metamfetamin və metadon olduğunu, onları Binəqədi kəndində “Malış” ləqəbli şəxsdən satmaq niyyəti ilə aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər, iki ədəd “Samsung” markalı mobil telefon və bir ədəd elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək üzəri imzalarla təsdiq edilmişdir. Bundan sonra isə keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, hər hansı bir əlavə və ya qeyd daxil olmamış və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra “Kia Sorento” markalı, **- UO-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilə baxış zamanı mərkəz konsolundan bir ədəd “F+” markalı mobil telefon, qol altı saxlanc yerindən qələm, kibrit qutusu, eynək, elektrik naqili, içərisində sənədlər olan pul qabı, “Nokia N8” markalı mobil telefon, arxa oturacağın üzərində iki ədəd sellofanda uşaq paltarları, avtomobilin arxa yük yerində isə bir ədəd akkumulyator və Azərbaycan və Türkiyə Respublikalarına məxsus iki ədəd bayraq olması müəyyən edilmiş və həmin əşyalardan yalnız bir ədəd “F+” markalı və bir ədəd “Nokia N8” markalı mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etmə ehtimalı nəzərə alınaraq götürülmüşdür. Sonra avtomobilə baxış keçirilməsi barədə protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, hər hansı bir əlavə və ya qeyd daxil olmamış və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra 33-cü PB-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına dəvət edilmiş müdafiəçinin iştirakı ilə Şahid1 üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Şahid1 üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Şahid1 əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil teleon, əynindəki idman paltarının sağ yan cibindən içərisində 2 ədəd siqaret olan ağ rəngli siqaret qutusu, idman paltarının sol yan cibindən 2 ədəd alışqan çıxarıb təqdim etmişdir. Sorğu zamanı Şahid1 narkotik vasitənin “kokos” deyilən növündən istifadə etdiyini, lakin üzərində heç bir narkotik maddə olmadığını, həmin gün, yəni 22 fevral 2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs ona istifadə etməsi üçün narkotik maddə verdiyini və polis əməkdaşları tərəfindən saxlanılan kimi həmin narkotik maddəni inyeksiya yolu ilə istifadə etdiyini bildirmişdir. Sonra Şahid1 üzərində şəxsi axtarış keçirilmiş və hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Şahid1 təqdim etdiyi bir ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etmə ehtimalı nəzərə alınaraq götürülmüş, zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək üzəri imzalarla təsdiq edilmişdir. Bundan sonra isə keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, hər hansı bir əlavə və ya qeyd daxil olmamış və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs və Şahid1 saxlanılarkən və 33-cü PB-də olduqları zaman onlara qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmədə ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, bir ildir ki, narkotik vasitə heroindən çəkmək yolu ilə istifadə edir. Narkotik vasitəni Bakı şəhərində müxtəlif yerlərdə tanımadığı şəxslərdən öz istifadəsi üçün alıb əldə etmişdir. 22 fevral 2021-ci il tarixdə təxminən gecə saat 01 radələrində qonşusu Hüseyn ona zəng edərək çölə çağırmışdır. O, çölə çıxmış və Hüseynin idarə etdiyi atasına məxsus olan “Kia Sorento” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib onun yaşadığı həyətə getmişlər. Oradan isə birlikdə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinə getmişlər, yolda olduqları zaman Hüseyn telefonla kiminləsə danışmış və bu zaman onların Yeni Günəşli qəsəbəsində kimdənsə narkotik vasitə götürməyə getdiklərini başa düşmüşdür. Yeni Günəşli qəsəbəsində Hüseyn yenə də kiminləsə mobil telefonla danışmış, birlikdə avtomobildən düşmüşlər, Hüseyn harasa getmiş, qayıtdıqda isə narkotik maddələri tapa bilmədiyini demişdir. Bir qədər sonra isə onlar Hüseynin idarə etdiyi avtomobilə minib qayıtmaq istəmiş, lakin həmin vaxt polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək vəsiqələrini göstərmiş və tibbi maskadan istifadə etmədikləri üçün onları Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət etmişlər. 33-cü PB-də məlum olmuşdur ki, Hüseynin üzərində narkotik maddələr olmuşdur. Belə ki, Hüseynin üzərində şəxsi axtarış zamanı onun üzərindən narkotik maddələr aşkar olunmuş, onun üzərində də şəxsi axtarış həyata keçirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. O, narkotik maddələrin satışı ilə məşğul olmamış, narkotik vasitə heroindən bir ilə yaxındır istifadə etsə də, heç vaxt satışı ilə məşğul olmamış və heç kimə hədiyyə etməmişdir. Heç vaxt Hüseynin narkotik maddələrin satışı ilə məşğul olmasını bilməmiş, o, Hüseynin yalnız narkotik maddə istifadə etdiyini bilmişdir. Narkotik vasitəni Bakı şəhərində müxtəlif yerlərdən, ən çox da “Papanin” adlanan yerdən öz istifadəsi üçün alıb istifadə etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-nin X3 Alayının 7-ci Patrul Bölüyünün polis nəfəri vəzifəsində çalışır və polis serjantı xüsusi rütbəsi daşıyır. 22 fevral 2021-ci il tarixdə səhər saat 07 radələrində iş yoldaşı Şahid2la birlikdə onlara təhkim olunmuş ərazidə, yəni Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində xidmət aparan zaman Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində “Ballı” marketin qarşısında qara rəngli “Kia Sorento” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobil dayandığını və avtomobilin ətrafında iki nəfər şəxsin dayanıb tibbi maskadan istifadə etmədiklərini və dayanıb söhbət etdiklərini görmüşlər. Onların tibbi maskadan istifadə etmədikləri və karantin qaydalarını pozduqları üçün yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və xidməti vəsiqələrini göstərmişlər. Bundan sonra onların şəxsiyyəti barədə maraqlanmışlar və onların Təqsirləndirilən şəxs və Şahid1 olmaları müəyyən edilmişdir. Həmin vaxt onlar özlərini şübhəli aparmağa başlamış və biri hətta qaçmaq istəmişdir. Onlar dərhal həmin qaçmaq istəyən oğlanı saxlamış və həmin oğlan əlindəki sellofan bükümü yerə atmaq istəmiş, lakin onlar buna mane olmuş, sonra onları ərazi üzrə 33-cü PB-nə dəvət etmişlər. Həmin vətəndaşlar bölməyə getmək istəmədiklərini və üzərlərində narkotik maddə olduğunu bildirmişlər. Onlar 2476 çağırışlı avtopatrul çağıraraq həmin iki nəfər şəxsi və “Kia Sorento” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobili Suraxanı RPİ-nin 33-cü PBnə aparmışlar. 33-cü PB-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli qısaqol gödəkcənin sağ yan cibindən bir ədəd elektron tərəzi, bir ədəd üzərində asılqan olan açar, həmin qısa qol gödəkcənin sol yan cibindən isə “Samsung” markalı mobil telefon, qulaqcıq, avtomobil açarı, bir ədəd alışqan, bir ədəd siqaret qutusu, eləcə də əynində olan qara rəngli idman şalvarının sol yan cibindən içərisində sənədlər olan portmane, həmin idman şalvarının sağ yan cibindən digər bir “Samsung” markalı mobil telefon, bir ədəd “Mercedes” markalı avtomobilin açarı, sol ayağına geyindiyi qara rəngli corabın içindən bir ədəd şəffaf sellofan büküm və içərisində 02 ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli maddə, 03 ədəd şəffaf sellofan bükümdə “duz kristalları” formasında maddə və üzərində “Methadone 40” yazıları olan 02 listdə cəmi 20 tablet olan göy rəngli siqaret qutusunu çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi həmin maddələrin “kokos” kimi tanıdığı heroin, metamfetamin və metadon olduğunu, onları Binəqədi kəndində “Malış” ləqəbli şəxsdən satmaq niyyəti ilə aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər, iki ədəd “Samsung” markalı mobil telefon və bir ədəd elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək üzəri imzalarla təsdiq edilmişdir. Bundan sonra isə keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, hər hansı bir əlavə və ya qeyd daxil olmamış və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra “Kia Sorento” markalı, **- UO-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilə baxış zamanı mərkəz konsolundan bir ədəd “F+” markalı mobil telefon, qol altı saxlanc yerindən qələm, kibrit qutusu, eynək, elektrik naqili, içərisində sənədlər olan pul qabı, “Nokia N8” markalı mobil telefon, arxa oturacağın üzərində iki ədəd sellofanda uşaq paltarları, avtomobilin arxa yük yerində isə bir ədəd akkumulyator və Azərbaycan və Türkiyə Respublikalarına məxsus iki ədəd bayraq olması müəyyən edilmiş və həmin əşyalardan yalnız bir ədəd “F+” markalı və bir ədəd “Nokia N8” markalı mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etmə ehtimalı nəzərə alınaraq götürülmüşdür. Sonra avtomobilə baxış keçirilməsi barədə protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, hər hansı bir əlavə və ya qeyd daxil olmamış və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra 33-cü PB-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına dəvət edilmiş müdafiəçinin iştirakı ilə Şahid1 üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Şahid1 üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Şahid1 əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil teleon, əynindəki idman paltarının sağ yan cibindən içərisində 2 ədəd siqaret olan ağ rəngli siqaret qutusu, idman paltarının sol yan cibindən 2 ədəd alışqan çıxarıb təqdim etmişdir. Sorğu zamanı Şahid1 narkotik vasitənin “kokos” deyilən növündən istifadə etdiyini, lakin üzərində heç bir narkotik maddə olmadığını, həmin gün, yəni 22 fevral 2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs ona istifadə etməsi üçün narkotik maddə verdiyini və polis əməkdaşları tərəfindən saxlanılan kimi həmin narkotik maddəni inyeksiya yolu ilə istifadə etdiyini bildirmişdir. Sonra Şahid1 üzərində şəxsi axtarış keçirilmiş və hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Şahid1 təqdim etdiyi bir ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etmə ehtimalı nəzərə alınaraq götürülmüş, zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək üzəri imzalarla təsdiq edilmişdir. Bundan sonra isə keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, hər hansı bir əlavə və ya qeyd daxil olmamış və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs və Şahid1 saxlanılarkən və 33-cü PB-də olduqları zaman onlara qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. İş materiallarında olan 22 fevral 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, həmin tarixdə vətəndaş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli qısaqol gödəkcənin sağ yan cibindən bir ədəd elektron tərəzi, bir ədəd üzərində asılqan olan açar, həmin qısa qol gödəkcənin sol yan cibindən isə “Samsung” markalı mobil telefon, qulaqcıq, avtomobil açarı, bir ədəd alışqan, bir ədəd siqaret qutusu, eləcə də, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən içərisində sənədlər olan portmane, həmin idman şalvarının sağ yan cibindən digər bir “Samsung” markalı mobil telefon, bir ədəd “Mercedes” markalı avtomobilin açarı, sol ayağına geyindiyi qara rəngli corabın içindən bir ədəd şəffaf sellofan büküm və içərisində 02 ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli maddə, 03 ədəd şəffaf sellofan bükümdə “duz kristalları” formasında maddə və üzərində “Methadone 40” yazıları olan 02 listdə cəmi 20 tablet olan göy rəngli siqaret qutusunun aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. (iş vərəqə 23-24) İş materiallarında olan 22 fevral 2021-ci il tarixli avtomobilə baxış aparılması haqqında protokoldan görünür ki, həmin tarixdə vətəndaş Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Sorento” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin mərkəz konsolundan bir ədəd “F+” markalı mobil telefon, qol altı saxlanc yerindən qələm, kibrit qutusu, eynək, elektrik naqili, içərisində sənədlər olan pul qabı, “Nokia N8” markalı mobil telefon, arxa oturacağın üzərində iki ədəd sellofanda uşaq paltarları, avtomobilin arxa yük yerində isə bir ədəd akkumulyator və Azərbaycan və Türkiyə Respublikalarına məxsus iki ədəd bayraq olması müəyyən edilmiş və həmin əşyalardan yalnız bir ədəd “F+” markalı və bir ədəd “Nokia N8” markalı mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etmə ehtimalı nəzərə alınaraq götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. (iş vərəqə 29-30) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/778 saylı 22 fevral 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №171” möhür əksi, “Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış...” və s. Yazılar, imzalar olan kağız paketdəki 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 11,598 qram; 7,985 qram; ümumi təmiz çəkisi 19,583 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,942 qram; 1,025 qram; 1,983 qram, ümumi təmiz çəkisi 3,950 qram ağ rəngli kristallardan ibarət maddə kütlələri kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, ÜZƏRİNDƏ “Methadone 40...Faran...” yazısı olan 02 ədəd listlerdə üzərlərində “F/M40” yazısı həkk olunmuş ümumilikdə 20 ədəd dərman tabletlərinin tərkibində ümumilikdə 0,8 qram təsiredici maddə olan narkotik vasitə metadon müəyyən edilir. 01 ədəd bükümdə təmiz çəkisi 50,041 qram tünd qəhvəyi rəngli maddə kütləsinin tərkibində narkotik vasitələrə, psixotrop, güclü təsir edən, zəhərli maddələrə və prekursorlara məxsus əlamətlər müəyyən edilmədi. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş siyahılar üzrə: Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), Metadon Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına (Siyahı İİ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. (İş vərəqə 56-61) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsin verdiyi 921 saylı 01 aprel 2021-ci il tarixli rəydən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (iş vərəqə 131-132) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifinə gəlincə, məhkəmə belə hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə gəldiyi nəticələri, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Təqsirləndirilən şəxs götürülmüş kütləsi ümumilikdə 19,583 qram çəkidə narkotik vasitə heroin, 3,950 qram psixotrop maddə metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından (heroin, metamfetamin 2 qramdan) artıq olmaqla külli miqdar təşkil edir, digər tərəfdən, narkotikin bir yerdən başqa yerə daşınması, xırda bağlamalara bükülməsi də təsdiq edir ki, o, qeyd olunan miqdarda olan narkotik vasitəni qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş 08.06.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (iş vərəqə 137) İş materiallarında olan, Binəqədi rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (iş vərəqə 138) İş materiallarında olan, Binəqədi rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2011-ci il təvəllüdlü, 2014-cü il təvəllüdlü, 2018-ci il təvəllüdlü 3 azyaşlı uşağı vardır. (iş vərəqə 137) Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini, əməlini etiraf edərək peşmançılıq çəkməsini, himayəsində 3 azyaşlı uşağının olmasını, müsbət xarakterizə olunmasını, ailənin yeganə qazanc gətirəni olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar – Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatına 0,08 qram sərf edildikdən sonra qalıq 19,503 qram narkotik vasitə heroin, ekspertiza tədqiqatına 0,08 qram sərf edildikdən sonra qalıq 3,87 qram psixotrop maddə metamfetamin, ekspertiza tədqiqatına 02 tablet sərf edildikdən sonra qalıq 18 ədəd metadon tableti və bir ədəd elektron tərəzi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsində təsbit edilmiş bu növ maddi sübutların taleyinin həlli qaydasında xüsusi müsadirəyə məruz qalmalı, dövriyyəsi qadağan olunduğundan hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı, sonuncunun idarə etdiyi avtomobilə baxış zamanı və Şahid1 üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən üç ədəd DVD disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 109 manat pul Təqsirləndirilən şəxs tutularaq Respublika büdcəsinə keçirilməlidir. İş materiallarında olan 22 fevral 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və 23 fevral 2021-ci il tarixli Bakı şəhəri Suraxanı rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs 22 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, onun barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 22 fevral 2021-ci il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 22 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 06 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 22 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatına 0,08 qram sərf edildikdən sonra qalıq 19,503 qram narkotik vasitə heroin, ekspertiza tədqiqatına 0,08 qram sərf edildikdən sonra qalıq 3,87 qram psixotrop maddə metamfetamin, ekspertiza tədqiqatına 02 tablet sərf edildikdən sonra qalıq 18 ədəd metadon tableti və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı, sonuncunun idarə etdiyi avtomobilə baxış zamanı və Şahid1 üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən üç ədəd DVD disk maddi sübut kimi cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 109 manat pul Təqsirləndirilən şəxs tutularaq Respublika büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar