Məhkəmə qərarları › İş №1(101)-125/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-125/2021

08.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-125/2021 08.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə Hacıyev Siyavuş Həbib oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X4 iştirakı ilə xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovi ev 29-da qeydiyyatda olmaqla, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı ilə satış məqsədi və qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirərək onları əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirmə barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Səccad” adlı şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Səccad” adlı şəxsdən sonuncunun qaçaqmalçılıqla yəni, naməlum şəraitdə və vaxtda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda 37,739 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 107,108 qram çəkidə narkotik vasitə tiryəki, “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan külli miqdarda 109,074 qram çəkidə psixotrop maddə metamfetamini, “Azərbaycan Respublikasının ərazisində məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahısının İ bəndinə daxil olan 0,64 qram çəkidə narkotik vasitə metadon dərman pereparatlarını və 103,587 qram çəkidə qurudulmuş marixuananı qanunsuz əldə edib yaşadığı Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovı küçəsi 29 nömrəli evə daşıyaraq həmin narkotik vasitə heroindən 5,575 qramını bölüb bir bükümə qablaşdıraraq üzərində, 32,164 qramını bir ədəd dəmir qabda, 107,108 qram çəkidə tiryəki bir ədəd bükümdə, 109,074 qram çəkidə metamfetamini bir ədəd plastmas qabda, 103,587 qram çəkidə qurudulmuş marixuananı bir ədəd sellofan torbada və 16 ədəd 0,64 qram çəkidə metadon dərman pereparatlarını bir ədəd bükümdə qablaşdıraraq yaşadığı yuxarıda qeyd edilən ünvanda yerləşən evin qonaq otağında yerləşən masanın üzərində saxlamış, onun narkotik vasitə və psixotrop maddələri əldə edib üzərində saxlamaqla daşıması, satışı ilə məşğul olması və yaşadığı evdə saxlaması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 22:30 radələrində yaşadığı ünvan 1 ünvanının qarşısında saxlanılmış, polis əməkdaşlarının təklifindən sonra Təqsirləndirilən şəxs əynindəki tünd qəhvəyi rəngli dəri gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda 5,575 qram çəkidə narkotik vasitə heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin tarixdə Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə yaşadığı ünvan 1 ünvanda yaşayış sahəsinə baxış keçirilərkən həmin evin qonaq otağında yerləşən masanın üzərində Təqsirləndirilən şəxs satış məqsədilə əldə edib saxladığı bir ədəd dəmir qabda xarici görünüşünə və kimyəvi tərkibinə görə üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə eynilik təşkil edən külli miqdarda 32,164 qram çəkidə kustar üsullarla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə külli miqdarda 107,108 qram çəkidə xaş-xaş bitkisindən kustar üsullarla hazırlanmış narkotik vasitə tiryək, bir ədəd plastmas qabda külli miqdarda 109,074 qram çəkidə metamfetamin, bir ədəd sellofan torbada 103,587 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükümdə 0,64 qram çəkidə 16 ədəd qəhvəyi rəngli dairəvi formalı metadon dərman pereparatı və üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitə heroin istifadəçisi olmuş, istifadə etdiyi narkotik vasitəni isə Səccad adlı İran İslam Respublikasının vətəndaşından əldə etmişdir. Hadisə günü o, küçədə dayanmış, həmin vaxt bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Polis əməkdaşları çəkiliş zamanı göstərilmək üçün ona narkotik vasitə heroin vermişlər. Daha sonra polis əməkdaşları onun yaşadığı mənzilə də baxış keçirmişlər. Həmin vaxt övladı ağladığından və evdə olan ailə üzvləri qorxduqlarından o, məcbur olub narkotik vasitələri boynuna götürmüşdür. Lakin, nə onun üzərimdə, nə də ki, yaşadığı mənzildə hər hansı bir narkotik vasitə olmamışdır. Çəkilişdə göstərilən narkotik vasitələri isə polis əməkdaşları özləri ona vermişlər və onun yaşadığı mənzilə yerləşdirmişlər. Cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı guya ondan alınmış ifadədə qeyd olunanlar həqiqəti əks etdirmir, o, yalnız ağ kağızlara imza etmişdir. O, narkotik vasitə istifadəçisi olsa da, heç bir zaman narkotik vasitələrin hər hansı növünün satışı ilə məşğul olmamışdır. Məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istisnaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan təhsiləndirən şəxs Təqsirləndirilən şəxs ibtidai istisnaq zamanı verdiyi ifadəsi tədbiq olunmuşdur. O, ibtidai zamanı verdiyi ifadəsində göstərmişdir ki, fiziki və psixi cəhətdən sağlamdır, heç bir psixotirik dispanserdə qeydiyyatda deyildir və xeyli müddətdir ki, heç bir yerdə işləmir. Özü narkotik vasitələr qəbul edir və bununla əlaqədar əvvəllər məhkum olunmuş və əvəllərdə Bakı şəhəri, Yasamal rayonu, metronun 20 Yanvar stansiyasının yaxınlığında yerləşən çayxanada tanış olduğu, özünü İİR-nın vətəndaşı kimi təqdim edən «Səccad» adlı şəxsdən özü istifadə etmək məqsədilə narkotik vasitə almış və onunla razılaşmaya əsasən o, «Səccad» adlı şəxsin ona verdiyi bank hesabına pul köçürmüş və sonra «Səccad» adlı şəxs ona narkotik vasitələrin qoyulduğu yerin şəklini çəkib telefon vasitəsilə göndərmişdir. Sonuncu dəfədə narkotik vasitəni Bakı şəhəri Nərimanov rayonunda yerləşən “Dədə Qorqud” parkında olan heykəlin arxasında qoyduğu yerin şəkilini çəkərək ona “Vatsap” vasitəsi ilə onun işlətdiyi mobil nömrəyə göndərmiş və o da həmin ünvana gedib oradan narkotik vasitəni götürüb üzərində saxlamış və xx xxxxxx 2019-cu il tarixdə saat 22:30-da ünvan 2 ünvanının qarşısında olan zaman tanımadığı şəxslər ona yaxınlaşaraq, vəsiqələrini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirərək özünü onlara təqdim etməyini təklif etmişlər, o özünü təqdim etmiş, polis əməkdaşları onun barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etdikdən sonra ona izah edilmişdir ki, o mütəmadi olaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində müxtəlif narkotik vasitələr əldə edib satışı ilə məşğul olmaqda və yaşadığı evdə həmin maddələri saxlamaqda şübhəlidir və ona təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin. O, əynində olan tünd qəhvəyi rəngli dəri gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd şəffaf polietilen bükümü çıxararaq həmin bükümün içərisindəki maddənin narkotik vasitə heroin olmasını bildirmişdir. Sonra ondan yaşadığı evdə də narkotik vasitələr və psixotrop maddələr saxlayıb-saxlamadığını soruşduqda, o, səmimi olaraq yaşadığı evdə də narkotik vasitələr olduğunu etiraf etmişdir. Yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirərək evin qapısını açıb polis əməkdaşlarını oraya dəvət etmiş və orada onun üzərində aşkar edilən bükümü polis əməkdaşlarına təqdim etmiş və həmin büküm açıldıqda oradan tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddə aşkar olunaraq, büküm maddə ilə birlikdə bir ədəd zərfə qoyularaq möhürlənmiş, o və tədbir iştirakçıları zərfi imzalamışlar. Bundan sonra üzərinə baxış keçirilmiş və baxış zamanı onun üzərindən qanunsuz əşya və predmetlər aşkar olunmamış və götürülməmişdir. Yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilmiş və yaşadığı evin qonaq otağındakı masanın üzərindən 01 (bir) ədəd boz rəngli dəmir qabda heroin, 01 (bir) ədəd şəffaf polietilen bükümdə marixuana, 01 (bir) ədəd şəffaf plastmas qabda metamfetamin, 01 (bir) ədəd şəffaf polietilen bükümdə metadon həbləri, 01 (bir) ədəd şəffaf polietilen bükümdə tiryək, 01 (bir) ədəd elektron tərəzi, 01 (bir) ədəd «Samsung» və 01 (bir) ədəd «Nokia» markalı mobil telefonları polis əməkdaşlarına təqdim etmiş və onun təqdim etdiyi 01 (bir) ədəd şəffaf polietilen büküm açıldıqda oradan tünd yaşıl rəngli, bitki mənşəli, narkotik vasitə olan marixuanaya oxşar maddə aşkar olunmuş, həmin büküm maddə ilə birlikdə 01 (bir) ədəd zərfdə qablaşdırılaraq möhürlənmişdir. O polis əməkdaşlarıilə birlikdə zərfi imzalamışlar. Onun təqdim etdiyi 01 (bir) ədəd şəffaf plastmas qab açıldıqda oradan ağ rəngli, toz-kristal formalı, psixotrop maddə olan metamfetaminə oxşar, 01 (bir) ədəd şəffaf polietilen büküm açıldıqda oradan tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan tiryəkə oxşar, 01 (bir) ədəd boz rəngli dəmir qab açıldıqda oradan tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar, 01 (bir) ədəd şəffaf polietilen büküm açıldıqda isə oradan 16 (on altı) ədəd üzərində «FM40» sözləri yazılmış, tünd qəhvəyi rəngli, narkotik vasitə olan metadon həblərinə oxşar maddələr aşkar olunmuşdur. Onun yaşadığı evdən təqdim etdiyi 01 (bir) ədəd şəffaf plastmas qab, 02 (iki) ədəd şəffaf polietilen bükümlər, 01 (bir) ədəd boz rəngli dəmir qab maddələrlə birlikdə və 01 (bir) ədəd elektron tərəzi 01 (bir) ədəd zərfdə qablaşdırılaraq möhürlənmişdir. O və tədbir iştirakçıları zərfi imzalamış və sonra evin bütün otaqlarına, dəhlizə, mətbəxə və sanitar qovşağına baxış keçirilmiş və heç bir qanunsuz əşya və predimet aşkar edilməmişdir. Üzərində və yaşadığı evdə təqdim etdiyi narkotik vasitə olan heroinin 1 qramını 15 manata, psixotrop maddə olan metamfetaminin 1 qramını 25 manata, metadon həbinin 1 ədədini 3 manata Bakı şəhəri, Yasamal rayonu, metronun 20 Yanvar stansiyasının yaxınlığında yerləşən çayxanada tanış olduğu, özünü İİR-nın vətəndaşı kimi təqdim edən «Səccad» adlı şəxsdən özü istifadə etmək məqsədilə almış və «Səccad» adlı şəxslə onun arasında olan razılaşmaya əsasən o, «Səccad» adlı şəxsin ona verdiyi bank hesabına pul köçürdükdən sonra «Səccad» adlı şəxs narkotik vasitələrin qoyulduğu yerin şəklini çəkib telefon vasitəsilə göndərmiş, o da narkotikləri həmin yerlərdən götürmüşdür. Təqdim etdiyi narkotik vasitə olan tiryəki və marixuananı «Səccad» adlı şəxs ona hədiyyə etmişdir. Əməliyyat-axtarış tədbiri «İphone 7» markalı mobil telefon vasitəsilə çəkilmiş, bu barədə əvvəlcədən ona bildirilmiş və bundan sonra orada olan şəxslərin iştirakı ilə onunla birlikdə Baş X2 getmişlər və orada olan otaqların birində olan zaman onun hüquqlarını müdafiə edilməsi məqsədilə ona vəkillərin siyahısı təqdim edilmiş və vəkil dəvət edilərək ona təqdim edilmiş və üzərinə və evinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, o da protokola imza etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx xxxxxx 2019cu il tarixdə işlədiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində mütəmadi olaraq narkotik vasitə olan heroin, tiryək, metadon, marixuana və psixotrop maddə olan metamfetamin əldə edib, üzərində gəzdirməsi, satışı ilə məşğul olması və yaşadığı ünvan 3 ünvanında həmin maddələri saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat tərəfindən raportla Baş X1 rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs yeri müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmış və qərara əsasən Baş İdarə əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmışdır. Bundan sonra əməliyyat qrupunun üzvü Baş X1 əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ilə birlikdə xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs olması ehtimal olunan ünvan 2 ünvanının yaxınlığına yollanmışlar və oraya gəldikdə əməliyyat mövqeyi seçilmiş və xx xxxxxx 2019-cu il tarixdə saat 22:30-da ünvan 2 ünvanının qarşısında özünü şübhəli aparan, xarici görünüşnə görə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxs müəyyən edilmiş və həmin şəxsə xidməti vəsiqələri göstərmiş və özlərini ona təqdim etmişlər və həmin şəxs özünü xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmiş və onu əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etdikdən sonra ona izah edilmişdir ki, o, mütəmadi olaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitə olan heroin, tiryək, metadon, marixuana və psixotrop maddə olan metamfetamin əldə edib üzərində gəzdirməsində, satışı ilə məşğul olmasında və yaşadığı evdə həmin maddələri saxlamasında şübhəli bilinir. Ona təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin. O, əynində olan tünd qəhvəyi rəngli dəri gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd şəffaf polietilen bükümü çıxararaq həmin bükümün içərisindəki maddənin narkotik vasitə heroin olmasını bildirmiş və sorğu zamanı ona bildirmişdir ki, onun yaşadığı evdə də narkotik vasitələr və psixotrop maddələr vardırmı, o da yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini və evin qapısının açaraq tədbir iştirakçılarını oraya dəvət etdiyini, orada onun üzərində təqdim etdiyi büküm açıldıqda oradan tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddə aşkar olundu və büküm maddə ilə birlikdə 01 (bir) ədəd zərfə qoyularaq möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onun üzərinə baxış keçirilmiş və baxış zamanı üzərindən əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs məxsus birmərtəbəli evə, içərisində dəhlizdən, 2 otaqdan, otaqlardan biri qonaq otağı, mətbəx və sanitar qovşağından ibarət olan yaşadığı evə baxış keçirilərkən evin qonaq otağındakı masanın üzərindən 01 (bir) ədəd boz rəngli dəmir qabda heroin, 01 (bir) ədəd şəffaf polietilen bükümdə marixuana, 01 (bir) ədəd şəffaf plastmas qabda metamfetamin, 01 (bir) ədəd şəffaf polietilen bükümdə metadon həbləri, 01 (bir) ədəd şəffaf polietilen bükümdə tiryək, 01 (bir) ədəd elektron tərəzi, 01 (bir) ədəd «Samsung» və 01 (bir) ədəd «Nokia» markalı mobil telefonları tədbir iştirakçılarına Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş və Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd şəffaf polietilen büküm açıldıqda oradan tünd yaşıl rəngli, bitki mənşəli, narkotik vasitə olan marixuanaya oxşar maddə aşkar olunaraq, həmin büküm maddə ilə birlikdə 01 (bir) ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa evdən 01 (bir) ədəd elektron tərəzi zərfdə qablaşdırılaraq möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd «Samsung» və 01 (bir) ədəd «Nokia» markalı mobil telefonlar əməliyyyat marağı kəsb etidiyindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən və yaşadığı evdən təqdim etdiyi narkotik vasitə olan heroinin 1 qramını 15 manata, psixotrop maddə olan metamfetaminin 1 qramını 25 manata, metadon həbinin 1 ədədini 3 manata Bakı şəhəri, Yasamal rayonu, metronun 20 Yanvar stasiyasının yaxınlığında yerləşən çayxanada tanış olduğu, özünü İİR-nın vətəndaşı kimi təqdim edən «Səccad» adlı şəxsdən özü istifadə etmək məqsədilə almış və Təqsirləndirilən şəxs onuda bildirdi ki, onların arasında olan razılaşmaya əsasən «Səccad» adlı şəxsin ona verdiyi bank hesabına pul köçürdükdən sonra «Səccad» adlı şəxs Təqsirləndirilən şəxs narkotik vasitələrin qoyulduğu yerin şəklini çəkib telefon vasitəsilə göndərmiş və Təqsirləndirilən şəxs narkotikləri həmin yerlərdən götürmüşdür. Təqdim etdiyi narkotik vasitə olan tiryəki və marixuananı «Səccad» adlı şəxs ona hədiyyə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla birlikdə Baş X2 gələrək keçirilən baxışla əlaqədar protokol tərtib edilmiş və möhürlənmiş 03 (üç) ədəd zərf, 01 (bir) ədəd disk və 02 (iki) ədəd mobil telefon protokola əlavə edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 əməliyyat müvəkkili Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin 36-43-cü vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 30358 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözlər və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi – 5,575 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş ...” sözlər və imzalar olan zərfdəki 01 ədəd dəmir qabda təmiz çəkisi – 32,164 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd plastmas qabda təmiz çəkisi – 109,074 qram olan ağ rəngli kristalllardan ibarət maddələr metamfetamindir 2005-ci il 28 iyun tarixli Azərbaycan Respubliksının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir. (Siyahı İ), 01 ədəd bükümdə təmiz çəkisi -107,108 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir, 01 ədəd bükümdə 16 (on altı) ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər - metadondur, Azərbaycan Respublikasının ərazisində məhdudlaşdırılan narkotik vasitələrin İİ siayhısının İ bəndinə (sıra №6) daxildir. Tədqiqata təqdim edilmiş üzərində“...Təqsirləndirilən şəxs üzərindən aşkar...” və üzərində Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş ...” sözlər və imzalar olan 02 ədəd zərfdəki, ümumi çəkiləri 37,739 qram olan heroinlər xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynidirlər. Metafetamin adlı preparat 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir. (siyahı İ). Metadon adlı preparat Azərbaycan Respublikasının ərazisində məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahısının İ bəndinə (sıra N6) daxildir və həblərin təsiredici maddəsinin ümumi miqdarı -0,64 qramdır. Bir həbdə 0,04 qr). Cinayət işinin 44-46-cı vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 30361 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 01(bir) ədəd şəffaf polietilen bükümdə...” sözləri yazılmış kağız paketdə bir ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 103,587 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis)bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Təqdim olunmuş marixuana bir ədəd bükümdə olduğu üçün eynilik ilə bağlı tədqiqat işləri aparılmadı. Cinayət işinin 159-160-cı vərəqlərində olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 X7 xx.xx.2020-ci il tarixli 4 nömrəli ambulator məcburi məhkəmənarkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metanfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müaliciyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 19-22-ci vərəqlərində olan xx xxxxxx 2019-cu il tarixdə DİN-in Baş X1 baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 tərəfindən tərtib edilmiş “baxış keçirilməsi və maddi sübutun götürmə” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında DİN-in Baş X1 əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 daxil olmuş məlumata əsasən ünvan 3 ünvanında yaşayan, əvvəllər məhkum olunmuş, 1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs, Bakı şəhəri, Yasamal rayonu ərazisində mütəmadi olaraq narkotik vasitə olan heroin, tiryək, metadon, marixuana və psixotrop maddə olan metamfetamin əldə edib, üzərində gəzdirməsi, satışı ilə məşğul olması və yaşadığı ünvan 3 ünvanında həmin maddələri saxlaması göstərilmişdir. Alınmış məlumat raportla Baş X1 rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs yeri müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmış və qərara əsasən Baş İdarə əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmışdır. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs olması ehtimal olunan ünvan 2 ünvanının yaxınlığına yollandıq və oraya gəldikdə əməliyyat mövqeyi seçildi, xx xxxxxx 2019-cu il tarixdə saat 22:30-da ünvan 2 ünvanının qarşısında özünü şübhəli aparan, xarici görünüşnə görə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxs müəyyən edildi və həmin şəxsə xidməti vəsiqələri göstərildi və özülərini ona təqdim etdikdən sonra həmin şəxs özünü xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etdi və ona əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etdikdən sonra ona izah edildi ki, o, mütəmadi olaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitə olan heroini, tiryəki, metadonu, marixuananı və psixotrop maddə olan metamfetamini əldə edib üzərində gəzdirməsində, satışı ilə məşğul olmasında və yaşadığı evdə həmin maddələri saxlamasında şübhəli bilinir. Ona təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin. O, əynində olan tünd qəhvəyi rəngli dəri gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd şəffaf polietilen bükümü çıxararaq həmin bükümün içərisindəki maddənin narkotik vasitə heroin olmasını bildirmiş, onun yaşadığı evdə də narkotik vasitələr və psixotrop maddələr barədə sorğu sual edilmiş, o da yaşadığı evə baxış keçirilməsinə etiraz etməmiş və evin qapısını açaraq tədbir iştirakçılarını oraya dəvət etmişdir. Orada onun üzərindən təqdim etdiyi büküm açıldıqda oradan tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddə aşkar olunmuş və büküm maddə ilə birlikdə zərfə qoyularaq möhürlənmiş, o və tədbir iştirakçıları zərfi imzalamışlar. Bundan sonra onun üzərinə baxış keçirildi və baxış zamanı onun üzərindən əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmadı və götürülmədi. Bundan sonra Təqsirləndirilən şəxs məxsus birmərtəbəli evə, içərisində dəhlizdən, 2 otaqdan, otaqlardan biri qonaq otağı, mətbəx və sanitar qovşağından ibarət olan yaşadığı evə baxış keçirilərkən evin qonaq otağındakı masanın üzərindən 01 (bir) ədəd boz rəngli dəmir qabda heroin, 01 (bir) ədəd şəffaf polietilen bükümdə marixuana, 01 (bir) ədəd şəffaf plastmas qabda metamfetamin, 01 (bir) ədəd şəffaf polietilen bükümdə metadon həbləri, 01 (bir) ədəd şəffaf polietilen bükümdə tiryək, 01 (bir) ədəd elektron tərəzi, 01 (bir) ədəd «Samsung» və 01 (bir) ədəd «Nokia» markalı mobil telefonları tədbir iştirakçılarına Təqsirləndirilən şəxs tərəfindən təqdim edildi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd şəffaf polietilen büküm açıldıqda oradan tünd yaşıl rəngli, bitki mənşəli, narkotik vasitə olan marixuanaya oxşar maddə aşkar olunaraq, həmin büküm maddə ilə birlikdə 01 (bir) ədəd zərfdə qablaşdırılaraq və möhürləndi, onun və tədbir iştirakçıları zərfi imzaladılar. Ondan başqa evdən 01 (bir) ədəd elektron tərəzi zərfdə qablaşdırılaraq möhürləndi və Təqsirləndirilən şəxs və tədbir iştirakçıları zərfi imzaladılar. Ondan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd «Samsung» və 01 (bir) ədəd «Nokia» markalı mobil telefonlar əməliyyyat marağı kəsb etidiyindən götürüldü. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, üzərindən və yaşadığı evdən təqdim etdiyi narkotik vasitə olan heroinin 1 qramını 15 manata, psixotrop maddə olan metamfetaminin 1 qramını 25 manata, metadon həbinin 1 ədədini 3 manata Bakı şəhəri, Yasamal rayonu, metronun 20 Yanvar stasiyasının yaxınlığında yerləşən çayxanada tanış olduğu, özünü İİR-nın vətəndaşı kimi təqdim edən «Səccad» adlı şəxsdən özü istifadə etmək məqsədilə almış, Təqsirləndirilən şəxs onuda bildirdi ki, onların arasında olan razılaşmaya əsasən «Səccad» adlı şəxsin ona verdiyi bank hesabına pul köçürdükdən sonra «Səccad» adlı şəxs Təqsirləndirilən şəxs narkotik vasitələrin qoyulduğu yerin şəklini çəkib telefon vasitəsilə göndərirdiyini və Təqsirləndirilən şəxs tərəfindən narkotikləri həmin yerlərdən götürürdüyü və əlavə onuda bildirmişdir ki, təqdim etdiyi narkotik vasitə olan tiryəki və marixuananı «Səccad» adlı şəxs ona hədiyyə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla birlikdə Baş X2 gələrək vəkil dəvət edilərək, Təqsirləndirilən şəxs təqdim edildi. Keçirilən baxışla əlaqədar protokol tərtib edilmiş və möhürlənmiş 03 (üç) ədəd zərf, 01 (bir) ədəd disk və 02 (iki) ədəd mobil telefon protokola əlavə edilmişdir. Cinayət işinin 161-174-cü vərəqlərində olan protokoldan görünür ki, iş üzrə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və maddi sübutun götürülməsi barəsində olan protokol tərtib edilərkən mobil telefonla videoçəkiliş aparılmış və həmin videoçəkiliş diskə əlavə olunmuşdur. Qeyd olunan disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin 105-106-cı vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda ümumi təmiz çəkisi- 37,739 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatdan sonrakı qalıq 37,639 qramı, ümumi təmiz çəkisi- 107,108 qram narkotik vasitə tiryəkin ekspertiza tədqiqatdan sonrakı qalıq 107,058 qramı, ümumi təmiz çəkisi- 109,074 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatdan sonrakı qalıq 109,024 qramı, 16 ədəd həb narkotik vasitə metadon həbinin ekspertiza tədqiqatdan sonrakı qalıq 14 ədəd və 103,587 qram narkotik vasitə olan qurudulmuş marixuna ekspertiza tədqiqatdan sonrakı qalıq 103,537 qramı və elektron tərəzi maddi sübut kimi tanınaraq saxlanması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin 119-cu vərəqində olan protokoldan görünür ki, təhqiqat zamanı Təqsirləndirilən şəxs götürülmüş bir ədəd «Samsung Galaxy J5» markalı, «SM-J530FM» modelli, **********82132 və **********82130 İMEİ kodlu mobil telefon aparatı götürülmüş və mobil telefona baxış keçirilərkən mobil telefon aparatının “Vatsap” profilində olan +********** nömrəsindən istintaqa “Səccad” adlı şəxs kimi müəyyən olunan şəxsin narkotik vasitələrin satışı ilə əlaqədar səs yazıları qeydə alınması və həmin səs yazılarında narkotik vasitələrin hansı ünvandan götürülüb və hansı ünvana qoyulacağı yerin barəsində danışıqlar müəyyən olunmuş və ondan başqa qeyd olunan mobil telefonun “Vatsap” profilində olan +********** nömrəsindən (Nəsimi bazarında aşağı 28 may metroya düşən yolun solunda Koroğlu parkı yolun solunda uşaq parkı Koala park, Koroğlu parkın içində Koroğlu heykəli var ora gəlin) sözləri yazılması müəyyən olunmuşdur. Bundan başqa qeyd olunan mobil telefonun “Vatsap” profilində olan +********** nömrəsindən istintaqa məlum olmayan şəxs tərəfindən narkotik vasitələrinin satışı ilə əlaqədar səs yazıları qeydə alınması müəyyən olundu. Həmin səs yazılarında istintaqa məlum olmayan şəxs narkotik vasitələri Bakı şəhərində müxtəlif ünvanlara qoyacağı yerləri Təqsirləndirilən şəxsla səs göndərməsi qeyd edilmişdir. Cinayət işinin 161-174-cü vərəqlərində olan qərardan görünür ki, iş üzrə «Samsung Galaxy J5» markalı, «SM-J530FM» modelli mobil telefon maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuşdur. İttiham olunduğu cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi özünün qismən etirafedici ifadələri ilə yanaşı şahid ifadələri, baxış, götürmə protokolları, maddi sübutlar, eləcə də məhkəmə ekspertiza rəyi və işin digər faktiki halları ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlayaraq iş üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Buna görə də, məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin ifadəsini, CPM-in 144-146-cı maddəsinə əsasən isə şərh olunan şahid ifadələrini, protokolları və ekspertiza rəylərini iş üzrə irəli sürülmüş ittihamın həlli üçün mötəbər sübut qismində qəbul edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan x xxxx 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx xxxx 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Həmin siyahının 13-cü bəndinə görə 1,6 qram narkotik vasitə olan metadon külli miqdar hesab edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx xxxx 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə əsasən 2 qram pxisotrop maddə olan metafetamin külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşından narkotik vasitələri və pisxotrop maddələri özünün istifadə etməsi məqsədi ilə almasını və digər narkotik vasitələri ona hədiyyə şəkilində verilməsini məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir. Belə ki, məhkəmə, Təqsirləndirilən şəxs üzərinə və fərdi yaşayış evinə baxış və götürmə aparılması zamanı narkotik vasitə olan heroin, tiryək, marixuana, metadon və psixotrop maddə olan metafetamin aşkar edilməsini və həmin narkotik vasitə və psixotrop maddələri satışa hazırlamaq məqsədi ilə elektron tərəzilərdə çəkib ayrı-ayrı bükümlərə ayrılmasını Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satmaq niyyəti ilə əldə etməsinin sübutu kimi qiymətləndirir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 23-24, 62-63-cü vərəqlərində olan qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 106-cı vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2011-ci il tarixli, Bakı şəhər Yasamal rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1 və 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasınınn Milli Məclisinin xx.xx.2013-cü il tarixli amnistiya qərarına əsasən cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən Azərbaycan Respublikasının CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır. Cinayət işinin 128-ci vərəqində olan doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2018-ci il təvəllüdlü oğlu vardır. Himayəsində bir nəfər azyaşlı uşağının olması, əməlindən səmimi peşman olması və məhkumluğunun olmaması Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdırıcı halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. xx xxxxxx 2020-ci il tarixli, 04 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 154 AZN (bir yüz əlli dörd manat) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar-Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda ümumi təmiz çəkisi- 37,739 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatdan sonrakı qalıq 37,639 qramı, ümumi təmiz çəkisi- 107,108 qram narkotik vasitə tiryəkin ekspertiza tədqiqatdan sonrakı qalıq 107,058 qramı, ümumi təmiz çəkisi- 109,074 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatdan sonrakı qalıq 109,024 qramı, 16 ədəd həb narkotik vasitə metadon həbinin ekspertiza tədqiqatdan sonrakı qalıq 14 ədəd və 103,587 qram narkotik vasitə olan qurudulmuş marixunan ekspertiza tədqiqatdan sonrakı qalıq 103,537 qramı və elektron tərəzi məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, bir ədəd «Samsung Galaxy J5» markalı, «SM- J530FM» modelli mobil telefon aparatı Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalı, əməliyyat axtarış təddbirlərinin həyata keçirilməsi zamanı çəkilmiş videogörüntülər olan bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə ibtidai istintaq zamanıgöstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X5 üçün 240 AZN (iki yüz qırx manat) fəaliyyət göstərdiyi Bakı şəhəri Mərkəz vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 206.3.2-ci maddəsi ilə 5 (beş) il azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs 154 AZN (bir yüz əlli dörd manat) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar-Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda ümumi təmiz çəkisi- 37,739 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatdan sonrakı qalıq 37,639 qramı, ümumi təmiz çəkisi- 107,108 qram narkotik vasitə tiryəkin ekspertiza tədqiqatdan sonrakı qalıq 107,058 qramı, ümumi təmiz çəkisi- 109,074 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatdan sonrakı qalıq 109,024 qramı, 16 ədəd həb narkotik vasitə metadon həbinin ekspertiza tədqiqatdan sonrakı qalıq 14 ədəd və 103,587 qram narkotik vasitə olan qurudulmuş marixunan ekspertiza tədqiqatdan sonrakı qalıq 103,537 qramı və elektron tərəzi məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, bir ədəd «Samsung Galaxy J5» markalı, «SM- J530FM» modelli mobil telefon aparatı Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın, əməliyyat axtarış təddbirlərinin həyata keçirilməsi zamanı çəkilmiş videogörüntülər olan bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərdikləri hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X5 üçün 240 AZN (iki yüz qırx manat) fəaliyyət göstərdiyi Bakı şəhəri Mərkəz vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar