Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-125/2022 23.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı3, İ dərəcəli hüquqşünaslar Dövlət ittihamçısı1, Dövlət ittihamçısı4 və müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X4 və Müdafiəçi1, Bakı şəhər «Kaspian» Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1979-cu il tarixdə Naxçıvan MR-nın Ordubad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Naxçıvan MR, Ordubad rayonu, N.Nərimanov küçəsi ev 47-də qeydiyyatda olan və Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 68A, mənzil 79-da yaşamış, 24 dekabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 dekabr 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, faktiki həbsdə saxlanılan Təqsirləndirilən şəxs1, xx xxxxxx 1971-ci il tarixdə Naxçıvan MR-nın, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Naxçıvan MR, Şərur rayonu, Məmmədsabir kəndində qeydiyyatda olan və Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi ev 68A, mənzil 79-da yaşamış, 24 dekabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 dekabr 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, faktiki həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən ayrı-ayrılıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişlər ondan ötrü ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında naməlum mənbədən qanunsuz olaraq satış məqsədi ilə ümumi təmiz çəkisi 205,628 qram olmaqla külli miqdar təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və ümumi təmiz çəkisi 143,092 qram olmaqla külli miqdar təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin əldə edərək daşımış və 24 dekabr 2020-ci il tarixdə, saat 09:00 radələrində Nizami RPİ-nin X1 (bundan sonra: NMB) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və qrupun digər üzvü Təqsirləndirilən şəxs2 ünvan 1 ünvanın qarşısında saxlanılaraq ünvan 2da yerləşən Nizami rayon Polis İdarəsinə (bundan sonra: RPİ) gətirilmiş və orada Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman əlində olan bir ədəd göy rəngli çantanın içərisində 01 ədəd bükümdə təmiz çəkisi 205,316 qram təşkil edən külli miqdarda, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və dörd ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 140,325 qram, 0,780 qram, 1,375 qram, 0,612 qram olmaqla ümumi təmiz çəkisi 143,092 qram təşkil edən külli miqdarda, tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman isə onun əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddə metamfetaminlə eynilik təşkil edən bir ədəd şəffaf sellofanın içərisində 0,312 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə istitntaqı yolu ilə hərtərəfli, tam və obyektiv araşdırılmış, lakin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmiş, onların əməlində cinayət tərkibi müəyyən edilməmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ifadəsində göstərdi ki, o, ixtisasca rəssam olmuş, Rusiyada yaşamış, Azərbaycanda dram teatrın içərisində təmir-bərpa işlərini o görmüş, Türkiyədə rəssam kimi fəaliyyət göstərmişdir. Lakin narkotik vasitələrdən istifadə etdiyindən əvvəllər hazırkı iş üzrə digər Təqsirləndirilən şəxs1 də, o da ayrı-ayrılıqda narkotikə görə tutulmuş və birlikdə cəza çəkərkən tanımış olmuşlar. Vüsalın və onun ailəsi, yəni həyat yoldaşları və uşaqları olmamışdır. Azadlığa çıxdıqdan sonra isə ailələri olmadığından ya ayrı-ayrı yerlərdə, ya da Vüsalla birlikdə müxtəlif ünvanlarda kirayələrdə yaşamışlar. Sonuncu, yəni tutulduqları mənzili Vüsal kirayələmiş, lakin birlikdə yaşamışlar. Həmin mənzil 3 otaqlı olmuş, otaqlardan birinə ev sahibi zəruri əşyalarını yığıb bağlamış, digər otaqlardan birində o, binidə isə Vüsal yatmışdır. Vüsalın maşını olmuş, onlar həmin maşınla növbə ilə taksiçilik fəaliyyəti ilə məşğul olmuşlar. Amma Vüsal başqa bir qadınla yaşamış, həmin qadın ara-sıra Vüsalın yanına gəlib-getimiş, qadın gələndə o, evdən çıxıb getmişdir. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ifadəsinin davamında ittihamın mahiyyəti üzrə göstərdi ki, 21 dekabr 2020-ci il tarixdə, axşam saat təqribən 19-20 radələrində Təqsirləndirilən şəxs1lə birlikdə yaşadığı ünvan 4 ünvanda 13cü mərtəbədə yerləşən 79 saylı mənzilə getmişdir. Həmin vaxt Vüsal evdə olmuş, Vüsalın qohumu kimi tanıdığı Şahid4 da onlarda olmuşdur. O, Anarı Vüsala görə tanımış, onunla dost olmuşdur. O, Anarın narkotikdən istifadə etmədiyini bilmişdir. Evdə olarkən siqaretləri qurtardığından saat təqribən 22 radələrində o, siqaret almaq üçün marketə düşmüş, alıb qayıdarkən isə binanın liftinə minmişdir. Həmin vaxt liftə daha 2 nəfər onun tanımadığı şəxslər də minmişdir. O, 13-cü mərtəbəni, tanımadığı şəxslər isə 14-cü mərtəbənin düyməsini basmışlar. 13-cü mərtəbədə lift dayanmış, qapı açılmış və o, liftdən düşmək istərkən liftdəki iki nəfər onu bloka itələmiş, özləri də onun arxasınca dərhal liftdən bloka çıxmışlar. Həmin vaxt blokda sol tərəfdə daha iki nəfərin dayandıqlarını görmüşdür. Bloka çıxan kimi həmin şəxslər birləşib onu yerə yıxmış, qışqıra-qışqıra polis olduqlarını bildirərək qollarını qandallayıb üstünü təmiz axtarmışlar. Onun cibindən iki paçka “Davıdov” siqaretini, iki paçka “Vant” siqaretini, mobil telefonunu, evin açarlarını və özünün istifadəsi üçün üzərində bir bükümdə saxladığı təqribən 0,2 qram çəkidə “şüşəni” (burada: metamfetamin psixotrop maddəsini) çıxarıb götürmüşlər. Bundan sonra özləri götürdükləri açarla qapını açıb evə daxil olmuş və qışqıraraq “silahlar hardadır?” deyə soruşmuşlar. Vüsal onlara “silah nədir, bu nə basqındır?” sualını verdikdə polislərdən biri “Qalib müəlliməm, şöbəyə gedəndə bilərsiniz” cavabını vermişdir. Həmin vaxt onun qolları qandallı vəziyyətdə olmuşdur. Ev bütövlükdə axtarılmış, evdə olan 12 ədəd təsbehi, Vüsalın qeyri-qanuni yaşadığı qadının uşağının bankaya yığdığı qəpikləri, bir neçə suveniri belə, götürmüşlər. Lakin nə onun üzərindən, nə də evdən götürülmüş əşyalara görə protokol yazmamışlar. Bundan sonra isə onları, o cümlədən Vüsalın qohumu Şahid4 da evin balkonundan çıxarıb Nizami RPİ-yə aparmışlar. Orada adının Qalib olduğunu demiş şəxs onun üstündən metamfetamin çıxdığını deyib, buraxılmaqları üçün onlardan 15.000 manat pul istəmiş, lakin Vüsal pullarının olmadığını, həmin məbləği tapıb verə bilməyəcəklərini demişdir. Bir neçə saat ərzində artıq 22 dekabr 2020-ci il tarixə keçən gecə Oqtay adlı polisin otağında aparılan danışıqlarla 10.000 manata razılaşmışlar. Razılaşmaya əsasən o, RPİ-də qalmalı, Vüsal isə gedib pulu gətirməli idi. Gecə saat təqribən 3:00-da Oqtay Vüsala “gedək səni evə düşürüm, get, səhər pulu tapıb gələrsən” demiş, lakin Vüsal özünün getmək istədiyini bildirmişdir. Həmin vaxt COVİD-19-la bağlı karantin rejimi olmaqla şəhərə çıxmaq qadağan olduğundan Oktay Vüsalıın saxlanıla biləcəyini bildirmiş və onu özü aparmışdır. O isə tanımadığı polislərlə RPİ-də otaqlardan birində qalmışdır. Saxlanılarkən ondan götürülən metamfetamin Qalibin tapşırığı ilə RPİ-də əməliyyatçılar tərəfindən onun özünə qaytarılmış və axşamdan səhərə qədər o, həmin narkotiki çəkməklə istifadə etmişdir. Vüsalın qohumu Şahid4 isə həmin gecə buraxılmış və eşitdiyinə görə növbəti gün Anar gətirib polisə 500 manat pul vermişdir. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ifadəsinin davamında göstərdi ki, səhər tezdən Qalib və 3 nəfər əməliyyatçı - Xəlil, Mahir və Miri adlı şəxslər gəlmiş, Qalib onun telefonunu onun özünə vermiş və sonuncunun tapşırığı ilə Vüsala istifadəsində olan ***-***-**-** mobil nömrə ilə zəng edib onun gəlib-gəlməyəcəyini soruşmuşdur. Vüsal tezliklə gəlib çatacağını demişdir. Bundan sonra Qalib telefonu tutub ondan almışdır. Təqsirləndirilən şəxs2 arayış verib bildirdi ki, tutulduqları ərəfədə onun telefonu işləmədiyindən təmirə vermiş və müvəqqəti olaraq Vüsala məxsus telefonu və ona məxsus ***-***-**-** mobil nömrəsini işlətmiş, Vüsal özü isə başqa bir telefon və nömrə işlətmişdir. Təqsirləndirilən şəxs2 ifadəsinin davamında göstərdi ki, həmin gün Vüsal gəldikdən sonra Qalib onu öz kabinetinə çağırmışdır. Vüsal onun yanında 4000 manat pul çıxarıb Qalibə vermiş, sonuncu alıb saymadan cibinə qoymuş və Vüsala gedib üstünü düzəldib gətirməyi tapşırmışdır. Vüsal çıxıb getmiş, o isə orada qalmışdır. Qalib tez-tez onun telefonuyla Vüsalı yığıb danışmış, nə vaxt gələcəyi ilə maraqlanmışdır. Axşam isə onun yanına Səməd adlı əməliyyatçı gəlmiş və o, Səmədlə RPİ-də qalmışdır. Səməd gecə yatmış, o, isə səhərə qədər şüşə çəkmişdir. O, narkotik tələbatına görə ağrıdığından metamfetamini ona gedərkən Qalibin tapşırığına əsasən polislər gətirib vermişdir. İki-üç gün RPİ-də qalmış, Vüsalın bayırda nə işlə məşğul olmasını bilməmişdir. Vüsal gəlmiş, Qalib pulu soruşduqda Vüsal hələ ki, tapa bilmədiyini, bir neçə nəfər tanışlarından istədiyini, lakin 2-3 günə verəcəklərinə söz verdiklərini bildirmişdir. Həmin vaxt Qalib Vüsala “əgər pul tapa bilmirsənsə, onda bizə narkotiklə məşğul olan 1 nəfər pullu adam ver” təklifini vermiş, əvəzində onları buraxacağına söz vermişdir. Həmin vaxt Vüsal Qalibin təklifini rədd etdi və onunla mübahisə etdi. Məhz bundan sonra onların hər ikisini sənədləşdirmək üçün Qalib göstəriş vermiş, əməliyyatçıya gəlib cinayət işi başlaması üçün Kənan adlı şəxsi çağırmağı tapşırmışdır. Vüsal təzyiq və şəkər xəstəsi olduğundan axşam onun vəziyyəti pisləşmiş, lakin yalvarsa da tibbi yardım çağıran olmamışdır. 24 dekabr 2020-ci il tarixdə Xəlilgil guya əvvəlcə onlarla məzələnmiş, 1-ci otağa onu, sonra isə Vüsalı çağırmış, onunçün ortaya bir balaca bükümdə narkotik qoymuş, Vüsala isə bir sumka vermişlər. Bundan sonra, onları kameraya çəkmiş və guya 24 dekabr 2020-ci il tarixdə onlardan narkotik vasitələr götürülməsi barədə sənədləşmə aparmışlar. Kənan adlı şəxs 24 dekabr 2020-ci il tarixdə onlara 234.4.3-cü maddə ilə cinayət işi başlamışdır. Bu işin qurama olduğu çəkilişdən də görünür. Narkotik çəkilişdən əvvəl ona verilmiş, o, çəkiliş zamanı həmin narkotiki cibindən çıxarıb təqdim etmiş və özünün olduğunu bildirmişdir. Videoçəkiliş aparılarkən o, polislər tərəfindən verilmiş və istifadə etdiyi narkortikin təsiri altında olmuş və deyilənlərin hamısına əməl etmişdir. Sonradan Vüsalın deməsinə görə onu da eyni üsulla sənədləşdirmişlər. Təqsirləndirilən şəxs2 ifadəsində daha sonra göstərdi ki, o, narkotik vasitələrdən istifadə edən olsa da, nə o, və nə də Vüsal bir-birinin yanında narkotik istifadə etməmiş və narkortik vasitələrin satışı ilə məşğul olmamışlar. Heç kəs onlardan narkotik vasitə istəməmiş və onlar heç kimə narkotik vasitə satmamışlar. Narkortik vasitələrin satışı ilə bağlı onların telefonuna mesaj gəlməmişdir. O, özü narkotik vasitələrdən istifadə etmiş və ehtiyacı olan həmin narkotikləri Nihad adlı bərdəli tanışından alıb əldə etmiş, sonuncunun anket məlumatlarını bilməmişdir. Ona qarşı irəli sürülən ittihamda göstərilən narkotik ona məxsus olmamış, polis tərəfindən sonradan verilmişdir. Özündən götürülən isə sənədləşdirilməmiş, saxlanıldığı gecə özünə qaytarılmış və o, istifadə etmişdir. Şahid8 adlı şəxs Vüsalın dostu olmuş, onalara gəlib-getmiş, lakin nə üçün gəlib-getdiyini o, bilməmişdir. Lalə adlı qız da Vüsalın tanışı olmuş, o, da Vüsalın yanına gəlib-getmişdir. Nihat adlı naxçıvanlı da 2 saylı CÇM-də onlarla birlikdə həbsdə olmuş, lakin o, onlara gəlib-getməmişdir. Adları çəkilən şəxslərdən də başqa şəxslər onlara gəlib-getmiş, lakin adlarını çəkilən və nə də qeyriləri onlardan narkotik almamışlar. Sadəcə onlar Qalibdən şikayət yazdıqlarına görə onlara əlbirlik verilmişdir. O, Vüsala və ya qeyrilərinə narkotik vasitə verməmiş, o, saxlanılarkən üzərində təqribən 0,2 qram psixotrop maddə metamfetamin olsa da, Vüsalda ümumiyyətlə narkotik vasitə olmamış, sonuncu Qalibin təşkili ilə “yüklənmişdir”. Daha sonra Təqsirləndirilən şəxs2 ifadəsinin davamında göstərdi ki, 21 dekabr taprixdə saxlanılarkən Vüsalın üstündə 060-la başlayan bir mobil nömrə olmuş, həmin nömrə Naxçıvanda olan mobil şəbəkəyə aid olmuşdur. Vüsal həmin nömrədən iki ədəd birini özünə, digərini isə onun üçün qardaşı X13 adına rəsmləşdirməklə gətizdirmişdir. Lakin o, həmin nömrədən istifadə etmədiyindən nömrələri tam olaraq yadında saxlaya bilməmişdir. Vüsal həmin nömrələrdən birini Qalib müəllimə pay vermiş, onun oğluna hədiyyə etdiyini bildirmişdir. Sonradan Vüsalın ona deməsinə görə Qalib Vüsalı pul dalınca göndərərkən Oktayın da həmin nömrədən xoşu gəlmiş, həmin vaxt Vüsal Qalibdən xahiş etməklə ona verdiyi nömrəni alıb Oktaya vermiş, gələrkən ona başqasını gətirəcəyinə söz vermiş, sonra isə Vüsal Qalib müəllimə təzə nömrə vermişdir. Vüsalın deməsinə görə tutulanadək həmin nömrələri yoxlamış, ikisindən biri işlək vəziyyətdə olmuşdur. Qalib dekabr ayının 21-dən 24-nədək Vüsalla, Vüsalın öz adına olan, lakin onun istifadə etdiyi ***-***-**-** nömrə ilə RPİ-nin binasından öz kabinetindən dəfələrlə əlaqə saxlanılmışdır. 21 dekabr taprixdə o, blokda saxlanılarkən və onların evinə polis basqın edərkən Oqtay evə əli silahlı daxil olmuşdur. Oktayın deməsinə görə o, Qalibin müavini vəzifəsində işləmişdir. Lakin sonradan Oktayın Qalibin kirvəsi olduğunu, əvvəllər polis olmuş olsa da, hadisə vaxtı pensiyada olduğunu, işlərində Qalibə kömək etdiyini təqribi öyrənib bilmişlər. Daha sonra Təqsirləndirilən şəxs2 ifadəsində göstərdi ki, onların yaşadığı bina yeni tikili olmuş, lakin hansı koperativ olduğunu o, bilməmişdir. Yaşadıqları ünvanla Nizami RPİnin ara məsafəsi təqribən 300 metr olmuşdur. Şirin Mirzəyev 68 onların tərəfi olmuş, Şirin Mirzəyevdə yolun digər tərəfində isə Polis İdarəsi yerləşmişdir. Onlar yaşayan binanın özünün giriş-çıxışında, binadan yola çıxana qədər mağazaların qarşısında, orda olan gözəllik salonunun qarşısında kameralar olmuş, polis əməkdaşları tərəfindən onlar maşınlara otuzdurularkən kameralarda qeydə alınma ehtimalı olmuşdur. Lakin onların guya 24 dekabr tarixdə poçtun qabağında tutmaları kimi sənədləşdirmişlər. Həm də sənədləşməyə əsasən guya o, ayrı, Vüsal isə ayrı saxlanılmışdır. Onlar 21 dekabr tarixdə mənzildə saxlanılmışdır. Məntiqlə ondan az, Vüsaldan çox narkotik çıxdığından Vüsalı buraxılmamalı, yaxud da üzərindən külli miqdarda narkotik çıxan Vüsal buraxıldıqdan sonra təkrar-təkrar polisə geri qayıtmamalı idi. Vüsalın verdiyi 4000 manat pul Qalibdə qalmış, sonuncu həmin pulu qaytarmamışdır. Onlar Nizami RPİ-nin müvəqqəti saxlama yerinə olarkən Qalib Cinayət Məcəlləsi ilə onların yanına gəlmiş və ondan şikayət yazıldığını onların nəzər diqqətinə çatdırıb, Kənana onların hər ikisinə əlbirlik verməyi tpşırdığını bildirmiş, verdikləri 4000 manatı isə şirinlik kimi qəbul etdiyini deyib getmişdir. Onlar tutulan ərəfədə Vüsal dostuna məxsus “Porşe” markalı maşın idarə etmiş, Vüsalı saxlayarkən Qalib maşının açarlarını ondan alıb qaytarmaq istəməmiş, lakin 3 gün sonra çətinliklə açarlar geri alımış və maşın sahibinin özünə qaytarılmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair müvafiq olaraq 24 və 25 dekabr 2020-ci il tarixli protokollar elan olunmaqla tədqiq edildi. Təqsirləndirilən şəxs2 tədqiq olunan həmin ifadələrində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 23 dekabr 2020-ci il tarixdə yaşadığı ünvanın yaxınlığında olarkən ünvanını və anket məlumatlarını bilmədiyi üzdən tanıdığı Bərdə sakini olan “Nihat” adlı şəxsdən özü üçün istifadə etməkdən ötrü 30 manata bir büküm psixotrop maddə olan metamfetamin almışdır. Aldığı metamfetamini sonra qəbul etməsi üçün özümdə saxlamışdır. xx.xx.2020-ci il tarixdə, saat 09:00 radələrində üç nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduğunu bildirərək onu Nizami RPİ-nə dəvət etmişlər. Orada xidməti otaqların birində öncədən ona hüquqvəzifələri izah edilməklə video çəkiliş aparılacağı bildirilmiş və ona üstündə hər hansı qeyri-qanuni əşya varsa, onları təqdim etməsi təklif edilmişdir. Təklifə əsasən o, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində saxladığı şəffaf sellofan bükümündə olan narkotik vasitə metamfetamini təqdim etmişdir. Sorğu zamanı təqdim etdiyi bükümün içərisində olan kütlənin metamfetamin olduğunu, onu yaşadığı ünvanın yaxınlığında, Ş.Mirzəyev küçəsində ünvanını və anket məlumatlarını bilmədiyi, üzdən tanıdığı Bərdə sakini olan “Nihat” adlı şəxsdən özünün istifadə etməsi üçün 30 manata aldığını bildirmişdir. Bundan sonra ondan götürülmüş psixotrop maddə metamfetamin bükümü zərfə qablaşdırılaraq DİN-nin 162 saylı möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir (iş vərəqə: cild İ, səh. 79-81, 114-116). Məhkəmə baxışı zamanı elan olunan etirafedici ifadələrinə münasibət bildirən Təqsirləndirilən şəxs2 göstərdi ki, o, 21 dekabr 2020-ci il tarixdə saxlanıldıqdan sonra şəxsən heç bir ifadə verməmişdir. Lakin təqdim olunan bütün sənədlərə imza etmişdir. İfadələrini də müstəntiq özü yazmış, 234.1-ci maddə ilə ittiham olunacağını bildirmiş və ona ifadələrinə və başqa sənədlərə imza etdirmişdir. 10 yanvar 2021-ci il tarixdə müstəntiqi Şüvəlana təcridxanaya onun yanına gəlmiş, lakin yanına heç bir sənəd gətirməmişdir. Müstəntiq ona Vüsalın şikayət edib 24 dekabr 2020-ci il tarixdə deyil, 21 dekabr 2020-ci il tarixdə tutulduqlarını bildirdiyini demiş, ondan 24-də tutulduqlarını deməyi xahiş etmiş, o da bununla razılaşmışdır. Lakin müstəntiq sonra onun yanına gəlməmiş, onun heç bir ifadəsini almamışdır. Müstəntiq onun yanına gəlib gedəndən sonra o, heç bir ifadə verməmişdir. Ondan sonra müstəntiq bir dəfə də onun yanına gəlmiş, ona CPM-nin 91-ci maddəsindən çıxarış vermiş, bundan başqa müxtəlif sənədlər və boş kağızlar təqdim edib imzalatdırıb çıxıb getmişdir. Həmin sənədlərin onun adından yazılmış ifadələr olduğunu, müstəntiqin onu aldadıb sənədlərə imza etdirdiyini sonradan bilmişdir. Ondan ifadə alınmamışdır. Lakin ifadəsində narkotiki guya Vüsala onun verdiyi göstərilmişdir. Amma o, nə şifahi və nə də yazılı olaraq belə bir ifadə verməmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs2 14 iyun 2021-ci il tarixli dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ittiham üzrə ifadə verməmiş, dindirmə protkoluna imza etməkdən imtina etmişdir (iş vərəqə: cild İİ, səh.156-157). Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ifadəsində göstərdi ki, o, lap əvvəllər narkotikdən istifadə etsə də, tutulmazdan təxminən iki il əvvəl tərgitmiş, həmin ərəfələrdə narkotik qəbul etməmiş, din əhli olmuş, ibadət etmişdir. Amma tutulmazdan iki ay qabaq isə təkrarən narkotiklərdən istifadə etməyə başlamışdır. 2020-ci il tarixdə dekabr ayının 21-də gecə o, Mirhəsən və qohumu Şahid4 kirayə yaşadıqları Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev 68 mənzil 79da olarkən siqaretləri qurtarmış və Mirhəsən siqaret almağa düşmüşdür. Təqribən yarım saat vaxt keçmiş, lakin onun gəlmədiyini görüb narahat olmuş və ona 2 dəfə dalbadal zəng etmiş, lakin Mirhəsən telefona cavab verməmişdir. Üçüncü dəfə yığdıqda isə o, telefonu söndürmüşdür. Bundan sonra evin qapısının açıldığını eşitmiş, Mirhəsən olduğunu, evə artıq çatdığı üçün telefonu söndürdüyünü fikirləşmişdir. Lakin qapı açıldıqdan sonra 6-7 nəfər silahlı şəxslər Mirhəsənlə birlikdə evə daxil olmuş, polis olduqlarını bildirib dərhal onu və Anarı tutub üst-başlarını yoxlamış, ilk olaraq onun cibindən 700 manat pulunu götürmüşlər. Sonra evi axtarmış və onları Nizami RPİ-yə aparmışlar. Polislərin onun mənzilindən nəsə tapmalarını və ya götürmələrini o, görməmişdir. RPİ-də orada onları ikinci mərtəbəyə qaldırmışlar. Mirhəsəni harada, hansı şəraitdə saxlamalarını, ondan nəsə götürmələrini o, bilməmişdir. “Narkobiznesin” rəisi kimi təqdim olunan Qalib adlı şəxs Mirhəsəni əməliyyatçıların otağına göndərmiş, onu isə öz yanında saxlamışdır. Qalib onunla eynikənddən, yəni Ordubaddan olduğunu demiş, Mirhəsəndən 0,3 qram “şüşə” narkotik maddə aşkar olunduğunu bildirdi və Mirhəsənin buraxılması üçıün pul gətirməyi təklif etmişdir. Aralarında söhbət zamanı Qalib 15.000 manatdan başlamış və Mihəsənin buraxılmasını 10000 manata razılaşmışlar. Söhbət zamanı onların tutulub gətirilməsində mülki paltarda iştirak etmiş Oktay adlı şəxs də Qalibin otağında olmuş, lakin onun hansı vəzifəni tutduğunu bilməmişdir. Oqtayın gürcüstanlı olduğunu, Qaliblə kirvə olduğunu o, sonradan eşitmişdir. Təqsirləndirilən şəxs1 ifadəsinin davamında göstərdi ki, Qalibin otağında onunla aparılan söhbət zamanı artıq dekabrın 21-dən 22-nə keçən gecə olmuşdur. Həmin vaxt onun istifadəsində olan mobil nömrə Naxtel şirkətinə məxsus olmaqla doğma qardaşı X13 adına rəsmləşdirilmiş ***-***-**-** olmuşdur. X16 adına olan "xxxx" şirkətinə məxsus daha bir nömrə isə onun yaşadığı mənzildə olmuşdur. İstifadəsində olan nömrə ilə tanış olduqda Oqtay həmin nömrəni ondan istəmiş, oğluna verəcəyini bildirmişdir. Söhbətlər zamanı Qaliblə Oqtay onunla səmimi davrandıqlarından o, etiraz etməmiş, hətta növbəti gün evdə olan digər nömrəni də Qalib müəllimə gətirəcəyinə söz vermişdir. Getmək istərkən Qalibə pulu olmadığını demiş, onun cibindən götürdüyü 700 manat puldan yol pulu etməsi üçün ona 100 manat verməyi xahiş etmişdir. Qalib gedib oradakı əməliyyatçılardan cəmi 20 manat pul alıb gətirərək ona vermişdir. Növbəti gün Qalibgilin ondan istədikləri pulu düzəldib gətirməsi üçün o, evə getmək istəmiş, karantin rejimi olduğundan Qalibin təklifi ilə birlikdə RPİ-dən çıxmışlar və gətirib onu “İnci” şadlıq sarayının yanında düşürmüşlər. Evə gələndən sonra baxıb mənzildə onun yaşadığı otaqdan ona məxsus nərtaxtanın, 6000 manat pulun və bir neçə təsbehlərin də götürüldüyünü görmüşdür. Səhər saat 11 radələrində Mirhəsənin istifadəsində olan ***-***-**-** mobil nömrəsindən ona zəng gəlmiş, telefonu açdıqda danışanın Qalib müəllim olduğunu bilmiş, sonuncu ona “gör neyniyirsən, pulu tez tap gətir” sözlərini demişdir. Bundan sonra o, Fikrət adlı bir nəfər qazaxlı dostuna zəng edib ona məsələni danışmış, ondan pul istəmişdir. Sonuncu cəmi 1700-1800 dollar pulu olduğunu demiş və göndərəcəyinə söz vermişdir. Lakin pulun köçürülməsi üçün özünün bank kartı olmadığından o, “qaqaş” deyə çağırdıqları bacısı oğlu X9 zəng edib evlərinə çağırmış, hadisəni olduğu kimi ona danqışmış və onun plastik bank kartının şəklini çəkib Fikrətə göndərmiş və imkanı çatan məbləğdə pulu, bacısı oğlu Tofiqin kartına göndərməyi xahiş etmişdir. Tofiq isə pul göndəriləndən sonra həmin vaxt onlarda olan Şahid4la banka gedibö pulu çıxarmış və Tofiq gətirib ona təqribən 2900 manat pul vermişdir. Başqa bir nəfər dostu isə ona 640 manat pul göndərmişdir. O, özündə olanlarla dirlikdə cəmi 4000 manat pul düzəldə bilmişdir. Həmin gün Elgün adlı tanışı da onlara gəldiyindən o, Elgünə də məsələ barədə danışmışdır. Sonra Elgünlə birlikdə onun özünün maşını ilə evdən çıxmış, metronun üstündə maşını saxlamışdır. Sonra özü tək olaraq Qalib müəllimin yanınıa getmiş, otağın qapısının azacıq açıq olduğunu, Qalib müəllimin Mirhəsənlə söhbət etmələrini görmüşdür. Qalibgilin Mirhəsənə kakos və ya sair narkotiklər verdiklərini və sonuncunun da oarada istifadə etdiyini təqribən bilmişdir. Belə ki, o, Mirhəsəni hər gördüyündə o, ayıq olmamış, narkotikin təsirində olduğunu hiss etmişdir. İçəri girib Qalib müəllimə 4000 manat pul vermiş, ona qalanını da tapıb gətirəcəyinə söz vermişdir. Qalib müəllim də pulun qalan hissəsini tapıb gətirməyi tapşırmışdır. Həmin vaxt o, Qalib müəllimə evdə saxladığı, qardaşının adına rəsmləşdirilmiş, söz verdiyi Naxtelə məxsus ***-***-**-** mobil nömrəni vermişdir. Onun özündə isə Naxtelə məxsus daha bir 060 *** ** ** saylı mobil nömrə qalmış, arada həmin nömrə ilə də əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs1 ifadəsinin davamında göstərdi ki, Qalib müəllimə 4000 manat pulu verdikdən sonra o, pul axtarmağa getmiş, lakin nə qədər axtarsa da, dostlara zəng etsə də tapa bilməmişdir. Dekabrın 22-si gecə saat təqribən 11-12, bəlkə də 1 arası Qalib Hümbətov özünün istifadəsində olan 055 *** ** ** mobil nömrə ilə onun istifadəsində olan 060 *** ** ** mobil nomrəyə zəng etmiş, onunla təxminən 30-40 saniyə arası danışmış, nömrələrin izlənə biləcəyini bildirib, ona nömrə ilə deyil, “WhatsApp”la yığmağı tapşırmışdır. Bundan sonra Qalib “WhatsApp”la onu yığmış və 40 dəqiqəyə kimi danışmış və “nə edə bildin?” deyə soruşmuşdur. O, hələ ki, bir şey edə bilmədiyini demiş, “görək neyniyirik?” cavabını vermişdir. Növbəti gün o, bacısıgilə getmiş, iki gün əvvəl Bakıya bacısıgilə gəlmiş ata-anasına baş çəkmişdir. Nizami RPİ-dən Mirhəsənin istifadəsində olan nömrədən tez-tez onun nömrələrinə zənglər olmuş, harda qaldığı, yəni niyə gəlmədiyi soruşulmuşdur. O, da evdə olduğumdan dərdini deyə bilməmiş, Xətaidə pul axtardığını demişdir. Təqsirləndirilən şəxs1 ifadəsinin davamında daha sonra göstərdi ki, dekabr ayının 23-ü Qalibin yanına getmiş, onunla görüşmüş, o, pulla maraqlandıqda maşınını verdiyini demiş, ayın axırı, yəni 4-5 günə pulu verəcəklərini bildirmiş, səbrli olmağı xahiş etmişdir. Həmin vaxt Qalib ona “onda 6000 manat pulun əvəzinə mənə narkotiklə məşğul olan pullu adam ver” sözlərini demişdir. Onda o, Qalibə “öz xoşbəxtliyim naminə kimisə bədbəxt edə bilmərəm” cavabını vermişdir. Bundan sonra Qalib kreslosundan ayağa qalxıb ona tərəf gəlmiş, onun əlində olan 2 ədəd telefonları almış və “indi get, Allah sənə kömək olar” demişdir. Elə həmin vaxt Xəlil adlı əməliyyatçı ora gəlmiş, Qalib Xəlilə “Kənana zəng et, gəlsin bura, seyfdə nə varsa, yükləsin buna” kimi bir tapşırıq vermişdir. O, Qalibə “mən neyləmişəm ki, məni yükləyirsən? Gətirib pul vermişəm, Mirhəsənin atası təzə rəhmətə gedib, cibindən də bir xırda narkotik tapmısan, məni niyə yükləyirsən?” cavabını verdikdə Qalib onu otaqdan çıxarmışdır. Bundan təxminən 1 saat, saat yarım sonra müstəntiq Kənan Rzayevin gəlib Qalibin otağına girdiyini görmüşdür. Bundan sonra o, Oqtayın işçilərinin otağında Mahir, Xəlil və Miri adlı əməliyyatçılarla oturmuş, üstündən təxminən 40 dəqiqə sonra o, Xəlildən gedib-getməyəcəyini soruşmuşdur. Xəlil icazə verməmiş, Qalib müəllimin onu RPİ-də saxlamağı tapşırdığını demişdir. Telefonlarını istədikdə isə, telefonların Qalib müəllimin otağında olduğunu bildirmişdir. O, şəkər və təzyiq xəstəsi olduğundan onun təzyiqi qalxmış, evində ölümcül xəstəsi olduğunu demiş, çıxıb getməyə icazə istəmiş, lakin Xəlil heç nə edə bilməyəcəyini demişdir. Həmin vaxt onun atasına məxsus köhnə telefon onun əl sumkasında (burada: kisçik əl çantası) olmuşdur. Belə ki, o, atasına başqa telefon alıb vermiş, onun telefonunu isə özü götürmüşdür. Çantasında təzə 060-la başlayan başqa bir Naxtel nömrəsi də olması yadına düşmüş, Xlilddən özündə olan nömrəni telefona taxıb bacısı oğlu ilə danışmağı xahiş etmiş, RPİ-dən çıxıb getmələri üçün bir yerdən pul tapıb gətirməsini tapşıracağını bildirmişdir. Xəlil onunla razılaşmış və o, çantasında olan ***-***-**-** nömrəsini çantasında olan mobil telefona taxıb bacısı oğlu X6 ***-***-**-** nömrəsinə yığmış və ona səhər saat 8:00-a kimi 7000 manat pul tapıb Nzamip RPİ-yə gətirməsini tapşırmışdır. Həmin ərəfədə onun təzyiqi qalxmış, TTY çağrılmasını xahiş etmiş, lakin çağırmayıb gətirib ona 3 ədəd müxtəlif tabletkalar vermişlər. Bundan sonra yatıb səhər ayılmış, ona verilmiş tabletkaların metadon olmasından şübhələnmişdir. Səhər saat 8-də Xəlil onu oyatmış, onun bacısı oğlunın gəlib pulu gətirdiyini və qapıda olduğunu bildirmişdir. Bacısı oğlunun dekabr ayının 24-də, səhər saat 8-in yarsında özünə məxsus ***-***-**-** nömrədən Xəlilin ittiham aktında göstərilən ***-***-**-** nömrəsinə yığıb gəlməsi barədə məlumat verdiyini isə Xəlilin özündən öyrənmişdir. Belə ki, o, bacısı oğlunun nömrəsini Xəlilə vermiş, əlaqə saxlamaqla gəib maşının açarını aparmasını tapşırmış, həmçinin Xəlilin özü ona səhər telefonunun əlindən alınacağını demiş, bacısı oğlunun onunla əlaqə saxlamasını özü istəmişdir. Ona görə də Xəlil özü onun bacısı oğluna zəng etmiş və səhər tezdən gələrkən onu yığmasını tapşırmışdır. Məhz buna görə Xəlil onun bacısı oğlunun pulu gətirdiyini bilmişdir. O, Xəlilə pulu götürüb onları buraxmağı xahiş etmiş, Xəlil isə Qaliblə danışıb deyəcəyini bildirmişdir. Bundan sonra təzyiqi ilə bağlı ona verilən dərmanlar onu pis vəziyyətə salmış, sonra baş verənləri xatırlaya bilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 ifadəsinin davamında göstərdi ki, onda heç bir növdən olan narkotik vasitə olmamış, ondan qanuni olaraq heç bir narkotik vasitə götürülməmişdir. 21 dekabr 2020-ci il tarixdə onun yaşadığı mənzilə polis basqını olmuş, qanunsuz olaraq o, saxlanılıb Nizami RPİ-yə aparılmış, onlardan pul tələb olunmuş, istənilən məbləği verə bilmədikdə 3 gün sonra onların boynuna narkotik qoyulmuş və 24 dekabr 2020-ci il tarixdə sənədləşmə aparılmışdır. Bundan sonra, o, baş vermiş qanunsuzluqlar barədə Respublika və Nizami rayon prokurorluqlarına ərizələr yazıb şikayət etmişdir. Barələrində seçilmiş qətimkan tədbirinin müddətinin qurtarmasına 5 gün qalmış onlar Nizami RPİ-nin müvəqqəti saxlama yerinə gətirilmiş, onlar orada olarkən Qalib Nizami RPİ-nin müvəqqəti saxlama yerinə onların yanına gəlmiş, şikayət etməmələri üçün 4 sumka bazarlıq edib gətirmişdir. Onların yanında “WhatsApp”la müstəntiqlə danışmış, məhkəməyə 7000 manat verdiyini demiş, məhkəmədə onları buraxacaqlarını bildirmişdir. Növbəti gün isə bazarlıq edib Xəlillə onlara göndərmişdir. Bazar günü gecə saat 12-də müstəntiq onların yanına gəlmiş, yanında vəkil olmamışdır. Sonra onlara izahat yazdırmış, tarixi yazmamağı tapşırmışdır. Lakin o, tarix olaraq 2021.04 yazmış, 19 yazmaq istədikdə isə müstəntiq tez əlimdən tutub tarix yazmağa icazə verməmiş, səbəbini soruşduqda isə, ona “anana söz vermişəm, işini yoluna qoyaq, səni buraxmaq istəyirik” cavabını vermişdir. Lakin şikayətlərə və verilən sözlərə baxmayaraq onları buraxmamışlar. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair müvafiq olaraq 24 və 25 dekabr 2020-ci il tarixli, həmçinin 16 aprel və 14 iyun 2021-ci il tarixli protokollar elan olunmaqla tədqiq edildi. Təqsirləndirilən şəxs1 tədqiq olunan 24 və 25 dekabr 2020-ci il tarixli ifadələrində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 24 dekabr 2020-ci ildə yaşadığı məhəllədə tut ağacından göy rəngli çanta tapmış, həmin çantanı açan zaman içərisində 2 bükümdə narkotik vasitələr olduğunu görmüşdür. O, çantada olan ağ rəngli toz-kristal şəkilli metamfetamindən özü istifadə etmişdir. 24 dekabr 2020-ci il tarixdə, saat 09:00 radələrində həmin çantanı içində olan narkotik vasitələrlə birlikdə Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən ATS-in yanında olan zibilliyə atmaq istəyərkən 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib ona Nizami RPİ-yə getməyi xahiş etmişlər. O, həmin şəxslərə heç bir etiraz etməyərək onlarla birlikdə RPİ-yə gəlmişdir. Polis idarəsində xidməti otaqların birində polis əməkdaşlarının iştirakı ilə video çəkiliş aparılaraq onun üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı polis əməkdaşları ona üzərində qeyri-qanuni hər hansı bir əşya varsa, könüllü təqdim etməyi təklif etmişlər. Bu təklifdən sonra o, əynindəki şalvarının sol cibindən 1 qutu “Davidoff” siqaretini, alışqanı çıxardıb stolun üzərinə qoymuş və sonra üzərində narkotik vasitə olduğunu bildirərək əlində saxladığı göy rəngli çantanı təqdim edib həmin çantanın içərisində olan 1 ədəd bükümdə ağ toz-kristal şəkilli maddəni və 1 bükümdə tünd qəhvəyi rəngli spesifik qoxuya malik maddə olan sellofan bükümlərini polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra ondan götürülmüş narkotik vasitə heroin və metamfetamin bükümü zərfə qablaşdırılaraq DİN-nin 162 saylı möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir (iş vərəqə: cild İ, səh. 74-76, 99-101). Lakin Təqsirləndirilən şəxs1 məhkəmə baxışında tədqiq olunan 16 aprel və 14 iyun 2021-ci il tarixli ifadələri ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş, 16 aprel 2021-ci il tarixli ifadəsində məhkəmə baxışı zamanı verdiyi ifadəsinə uyğun ifadə vermiş, sonuncu - 14 iyun 2021-ci il tarixli ifadəsində isə 16 aprel 2021-ci il tarixli ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını göstərmiş, ona qarşı irəli sürülən ittihamın sifarişli və qərəzli olduğunu bildirməklə mahiyyəti üzrə ifadə verməkdən imtina etmişdir(iş vərəqə: cild İİ, səh. 75-77, 170-171). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan şikayət ərizələrindən görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs1 08 fevral 2021-ci il tarixdə Bakı şəhəri Nizami rayon prokurorluğuna, 15 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinə, 23 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) məzmunu məhkəmə baxışı zamanı vermiş olduğu ifadələrinə uyğun olan şikayət ərizələri də ünvanlamışdır (Cinayət işinin materialları). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri, Nizami RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 24 dekabr 2020-ci il tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotiklərin dövriyyəsi ilə, daha doğrusu onların narkotiklərin həm istifadəsi və həm də satışı ilə məşğul olmaları barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatda Vüsalın və Mirhəsənin zahiri əlamətləri də göstərilmişdir. Onları həmin gün səhər saat 09:10 radələrində Şirin Mirzəyev küçəsi 158də ATS-in arxasında müəyyən edib saxlamış, özlərini polis olaraq təqdim etmiş və onları Nizami RPİ-yə dəvət edib təhqiqatçıya təhvil verilmişlər. Vüsalla Mirhəsən hər ikisi eyni gündə və hər ikiksi bir yerdə saxlanılmışdır. Vüsal və Mirhəsən saxlanılarkən Vüsalın əlində göy rəngdə, forması yadında qalmamış bir çanta olmuş, həmin çanta da Vüsalla birlikdə təhqiqata təqdim olunmuşdur. Təqsirləndirilən şəxs1 ondan aşkar olunan 2 büküm heroin narkotik vasitəsini ATS-in qarşısında ağacın altından tapdığını, Mirhəsən isə ondan aşkar olunan metamfetamini Nihad adlı şəxsdən 30 manata aldığını bildirmişdir. Mirəhəsənlə Vüsal saxlanıldıqdan sonra üzərlərinə şəxsi axtarış videoçəkiliş vasitəsi ilə aparılmış, şəxsi axtarışda o, özü də iştirak etmişdir. Vüsalın üzərindən, həmçinin “Davidoff” markalı siqaret çıxmış, lakin pul çıxması onun yadında qalmamışdır. Şahid qismində dindirilən baş əməliyyat müvəkkili Şahid1 ifadəsində, həmçinin göstərdi ki, daxil olmuş əməliyyat məlumatında yalnız şəxslərin adları, yəni Vüsal və Mirhəsən kimi göstərilmiş, onların anket məlumatları barədə onlarda məlumat olmamışdır. Vüsal və Mirhəsən saxlanılandan sonra onların anket məlumatları tam olaraq Nizami RPİdə müəyyən edilmişdir. Əməliyyat məlumatının daxil olması barədə raportu və əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərarı o, tərtib etmiş və hər iki sənəddə elə Həsən və Vüsal adlı şəxslər kimi yazmışdır. Mirhəsəni və Vüsalı saxlayanadək onlarla heç bir yaxın münasibətləri olmamış, agentur xidmətin dəstəyi ilə onları adları ilə tapmış, anket məlumatlarına ehtiyac olmamışdır. Ən nəhayət, Şahid1 ifadəsində göstərdi ki, X22 və Mirhəsən saxlanılan ərəfədə Nizami RPİ-də X1 rəisi vəzifəsində işləmiş, hazırda isə Bakı şəhər Baş Polis İdarəsində Mühüm İşlər üzrə əməliyyat müvəkkili vəzifəsindədir. X17 Mirhəsənin 3 gün müddətində qanunsuz saxlanılması barədə onlara heç bir göstəriş verməmiş, onlar 3 gün müddətində heç kimi qanunsuz saxlamamışlar. Qalib Hümbətov və ya onlar sonunculardan onların buraxılması müqabilində hər hansı məbləğdə pul tələb etməmişdir. Vüsal və Mirhəsən 24 dekabr 2020-ci il tarixdə Qalib Hümbətovun iştirakı olmadan saxlanılmış və elə həmin gün də təhqiqatçı tərəfindən sənədləşdirilmişdir. Vüsal və Mirhəsən saxlanıldıqdan sonra nə ayrı-ayrılıqda və nə də bir yerdə evlərinə buraxılmamışlar. Məhkəmə baxışı zamanı şahid - baş əməliyyat müvəkkili Şahid1 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəsi elan olunmaqla tədqiq edildi. Şahid1 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Bakı şəhərində yaşayan «Həsən və Vüsal» adlı şəxslərin mütəmadi olaraq narkotik vasitələri əldə etməsi, qəbulu, eləcə də satışı ilə məşğul olmaları barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə 24 dekabr 2020-ci il tarixdə ondan, NMB-nin əməliyyat müvəkkili, Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Sonra keçirilmiş tədbirlər nəticəsində saat 09 radələrində ünvan 7 ünvanın qarşısında zahiri əlamətləri «Həsən və Vüsal» adlı şəxslərin əlamətləri ilə üst-üstə düşən, sonradan tanıdıqları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ayrı-ayrılıqda yaxınlaşıb özlərini təqdim edərək, öncə Təqsirləndirilən şəxs2, daha sonra Təqsirləndirilən şəxs1 Nizami RPİ-yə dəvət etmişlər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs1 üstünə video çəkiliş aparılmaqla baxış keçirməmişdən əvvəl ona üstündə qeyri-qanuni əşyalar olduğu təqdirdə, onları təqdim etməsi təklif edilmişdir. Həmin təklifə əsasən Təqsirləndirilən şəxs1 könüllü olaraq əlində saxladığı göy rəngli çantadan 2 (bir) ədəd şəffaf sellofan bükümündə, birinin içində 4 ədəd bükümdə olan kütləni və əynindəki şalvarının sol cibindən 1 qutu “Davidoff” siqareti və bir ədəd alışqanı çıxardaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi kütlənin heroin və metamfetamin olduğunu, həmin heroin və metamfetamini Ş.Mirzəyev küçəsində yerləşən ATS-in yanında ağacdan tapdığını, şəffaf sellofanda olan metamfetamindən istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin bükümü zərfə qablaşdırılaraq DİN-nin 162 №-li möhürü ilə möhürlənmiş, daha sonra bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs1 qarşı heç bir təzyiq olunmamışdır. Şahid1 tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, bundan əlavə Təqsirləndirilən şəxs2 üstünə video çəkiliş aparılmaqla baxış keçirməmişdən əvvəl ona üstündə qeyri-qanuni əşyalar olduğu təqdirdə, onları təqdim etməsi təklif edilmiş, həmin təklifə əsasən Təqsirləndirilən şəxs2 könüllü olaraq əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 1 (bir) ədəd şəffaf sellofan paketin içərisində olan kütləni çıxardaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi kütlənin metamfetamin olduğunu, onu Nizami rayonu, Ş.Mirzəyev küçəsində ünvanını və anket məlumatlarını bilmədiyi Bərdə sakini olan Nihat adlı şəxsdən 30 manata özünün istifadəsi üçün aldığını, daşıyaraq üstündə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 götürülmüş psixotrop maddə metamfetamin bükümü zərfə qablaşdırılaraq DİN-nin 162 №-li möhürü ilə möhürlənmiş, sonra bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs2 qarşı heç bir təzyiq olunmamışdır (iş vərəqə: cild İ, səh. 236-238). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Nizami RPİnin NMB-nin digər əməliyyat müvəkkili Şahid2 məhkəmədə şahid qismində dindirilmiş həmkarı Şahid1 ilə oxşar məzmunlu ifadə verib təqsirləndirilən şəxslərin hər ikisini barələrində daxil olmuş əməliyyat məlumatı əsasında 24 dekabr 2020-ci il tarixdə, eyni vaxda, zahiri əlamətlərinə görə evlərində deyil, ATS-in qarşısında saxladıqlarını, onların harada yaşamalarının məlum olmadığını, məlumatın «Vüsal» və «Mirhəsən» adlı şəxslər barədə daxil olduğunu, onların anket məlumatlarını saxlanıldıqdan sonra Nizami RPİ-də müəyyənləşdirdiklərini, əməliyyatda cəmi 3 nəfərin iştirak etdiyini, saxlanıldıqdan sonra Vüsalın göy rəngli çantadan 2 ədəd büküm çıxarıb təqdim etdiyini və metamfetamin və heroin olmasını bildirdiyini, Mirhəsənin isə cibindən heroin çıxarıb təqdim etdiyini təsdiq etdi, həmçinin əlavə olaraq göstərdi ki, X20 RPİ-nin NMB-nin rəisi vəzifəsində işləmiş, Oqtay kimi tanıdığı şəxs isə Qalib müəllimin kirvəsi olmuş, bildiyinə görə sonuncu Sabunçu RPİ-də işləmişdir. Oqtay, demək olar ki, Nizami RPİ-yə Qalib müəllimin yanına günaşırı gəlib-getmişdir. Təqsirləndirilən şəxslər Vüsal və Mirhəsən saxlanılıb təhqiqata təhvil verildikdən sonra Oktay da Nizami RPİ-yə gəlmiş, lakin o, onun gəlişinin səbəbini bilməmişdir. Qalib müəllimlə Oktay çox mehriban münasibətdə olmuşlar. Oqtay Vüsal və Mirhəsənlə bağlı keçirilmiş əməliyyatda iştirak etməmişdir. Məhkəmə baxışı zamanı şahid - əməliyyat müvəkkili Şahid2 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, Şahid2 tədqiq olunan həmin ifadəsində Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinə uyğun ifadə vermişdir(iş vərəqə: cild İ, səh. 239-241). Daha sonra məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Nizami RPİnin NMB-nin digər əməliyyat müvəkkili Şahid3 məhkəmədə şahid qismində dindirilmiş həmkarları Şahid1 və Şahid2 ilə oxşar məzmunlu ifadə verib sonuncuların həm məhkəmə baxışı və həm də ibtidai istintaq mərhələsində ifadələrində qeyd etdikləri xüsusatları bir daha təsdiq etdi. Şahid əməliyyat müvəkkili Şahid3 ifadəsində, həmçinin göstərdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 hər ikisini gündüz vaxtı eyni anda ATS-nin yanında saxlayıb birlikdə aparıb Nizami RPİ-yə təhvil vermişlər. Əməliyyat tədbirində şəxsən o özü də iştirak etmiş, lakin onlar Vüsalgilin mənzilinə daxil olmamış, onları mənzildə yaxalamamışlar. Təqsirləndirilən şəxslərdən birinin əlində barsetka, yəni əl sumkası olmuş, həmin şəxsin əlində olan barsetkadan, digərinin isə cibindən narkotik vasitələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxslərdən birinin buraxılıb, digərinin isə saxlanılmasından onun məlumatı olmamışdır. O, 22 dekabr 2020-ci il tarixdən 23 dekabr 2020-ci il tarixə keçən gecə xidmətdə olduğunu xatırlaya bilməsə də, təqsirləndirilən şəxs Mirhəsənlə birlikdə Nizami RPİ-də qalıb ona nəzarət etmədiyini yaxşı bilmişdir. O, Oktay adlı polis tanımamış, Nizami RPİ-də belə bir işçinin olduğunu bilməmiş, keçirilmiş əməliyyatda Oqtay adlı şəxs iştirak etməmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid8 Muxtar oğlu ifadəsində göstərdi ki, o, baxılan iş üzrə Təqsirləndirilən şəxs1 tanımış, sonuncu onun qardaşı ilə birlikdə cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Bu iş üzrə ifadə verdiyi ərəfədə, bəlkə də həmin gün Nizami RPİ-nin “narkobiznes”in (burada: NMB-nin) rəisi Qalib adlı şəxs çağırıb ondan Təqsirləndirilən şəxs1 tanıyıb-tanımadığını, ona nə isə veribvermədiyini soruşmuşdur. O isə Qalibə onun Vüsalla heç bir alış-verişinin olmadığını bildirmiş və onunla yalnız salamı olduğunu demişdir. Bundan müstəntiq özü onun ifadəsini yazmış, o isə oxumadan imza etmişdir. Onun Vüsalla münasibətinin olmasını polisin hardan öyrəndiyini o, bilməmişdir. O, Mirhəsəni də görüb tanımış, lakin onunla heç bir əlaqəsi olmamışdır. Vüsal onun narkotik vasitələrdən istifadə etdiyini bilsə də, o, nə Vüsaldan və nə də Mirhəsəndən narkotik vasitə və ya psixotrop maddə istəməmiş və ya almamışdır. Məhkəmə baxışı zamanı Şahid8 Muxtar oğlunun məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, Şahid8 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 Bakı şəhərində həmyerlisi olaraq 1 ilə yaxın bir müddətdə tanımışdır. Təqsirləndirilən şəxs2 adlı şəxsi isə görüşdükdə çox vaxt həmin şəxsin yanında görmüş, həmin şəxslər bir ünvanda yaşayırmışlar. Mütəmadi olaraq narkotik vasitələrin müxtəlif növündən heroin, marixuana, həmçinin psixotrop maddə metamfetamin və metadondan bədənində olan ağrıalrın kəsilməsi üçün istifadə etmişdir. Bu məqsədlə 2-3 dəfə Təqsirləndirilən şəxs1 onun yaşadığı ünvanda, yəni “ATS”in arxasında kirayə yaşadığı mənzildə həmin şəxsdən narkotik vasitə götürmüşdür. Bununla bağlı hətta xx.xx.2020-ci il tarixdə, saat 00:41 radələrində aralarında “Ay brat nə oldu bəs” məzmununda sms yazışması, bir neçə dəfə zəngləşmə olmuşdur. Bu mövzudan başqa, aralarında hər hansı bir yaxınlıq olmamışdır. O, Təqsirləndirilən şəxs1 narkotik vasitə götürərkən Təqsirləndirilən şəxs2 də həmin mənzildə olmuşdur (iş vərəqə: cild İİ, səh. 106-107). Elan edilməklə tədqiq olunan ifadəsinə aydınlıq gətirən Şahid8 Muxtar oğlu ifadəsinin davamında göstərdi ki, “narkobiznes”in rəisi Qalib onu polisə çağırandan sonra göstərdiyi kimi, ifadəsi yazıldıqdan sonra o, həmin ifadələri oxumamışdır. O, latın qrafikası ilə oxuya bilməmiş, ifadəsini yazan şəxs isə ifadəsini onun üçün oxumamışdır. O, ifadəsində göstərildiyi kimi, müxtəlif növ narkotik vasitələrdən istifadə etməmiş, yalnız metonfetamindən istifadə etmişdir. O, Vüsaldan və ya Mirhəsəndən heç vaxt narkotik vasitə istəməmiş və ifadə verərkən bu barədə müstəntiqə və ya Qalib müəllimə heç nə deməmişdir. O, özü bir dəfə Vüsalın yanında metamfetamindən istifadə edərkən Vüsalı da qonaq etmişdir. Daha sonra Şahid8 tədqiq olunan ifadəsində qeyd olunan “Ay brat nə oldu bəs” məzmunda sms yazışmasına münasibət bildirib göstərdi ki, onun ** PV *** seriya nömrəli avtomaşını olmuş, pravası, yəni sürücülük hüququ olmadan idarə etdiyinə görə Nizami RPİ-nin DYP əməkdaşları onun maşınını “Xəmsə” şadlıq evinin yanında olan duracağa aparmışlar. Pulu olmadığından o, Vüsalla telefon əlaqəsi saxlamış, ondan məbləğini unutduğu miqdarda pul istəmiş, nəticəsinip öyrənmək üçün sms də yazmışdır. Vüsaldan sonra pul almış, aparıb cəriməsini ödəmiş və maşınını götürmüşdür. Onun Vüsaldan narkotik vasitə istəməsi və ya alması barədə ifadəsində göstərilənlər doğru deyildir. Şahid8 ifadəsinə münasibət bildirən Təqsirləndirilən şəxs1 arayış verib bildirdi ki, Yaşar ona zəng edib özünün də bir idmançı kimi tanıdığı Poladı tapa bilmədiyini, maşınının DYP tərəfindən cərimə meydançasına qoyulduğunu bildirmiş, maşını çıxara bilməsi üçün 250 manat pul tələb olunduğunu demiş və ondan 250 manat pul istəmişdir. O, etiraz etməmiş, Yaşar gəldikdə sms yazıb binanın qarşısında olduğunu bildirmiş və o özü də düşüb pulu ona vermişdir. Bundan sonra Yaşar da çıxıb getmişdir. Onun telefonunda Yaşarın SMS-si olduğu üçün, Yaşarı da istintaqa çağrılmışdır. Bundan başqa, məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən X14 ifadəsində göstərdi ki, o, unutduğu tarixdə “Qara-Qarayev”də yerləşən Nizami rayon polisinə çağrılmış, Qalib müəllim adlı biri ona Mirhəsən Əliyevin telefonunda ona məxsus telefon nömrəsinin çıxdığını bildirmiş və Mirhəsənlə nə kimi əlaqəsinin olduğunu soruşmuşdur. O isə Mirhəsənlə birlikdə həbsdə olduğunu, onunla birlikdə cəza çəkdiyini bildirmişdir. Sonra ona iki vərəqə təqdim olunmuş, istintaqa gəlməyi ilə bağlı iltizam olduğunu bildirilmiş və imzalamağı tələb olunmuşdur. O, yazıb-oxumağı bacarsa da, təqdim olunan vərəqləri oxumadan imzalamışdır. Şahid Nihat Əliyev ifadəsinin davamında göstərdi ki, Mirhəsəngilin tutulmasından bir müddət əvvəl o, “Həzi Aslanov” metrostansiyasının yanında təsadıfən Mirhəsənlə rastlaşmış, onunla söhbət edərkən, o, “Həzi Aslanov”da kirayə ev tutmaqla Vüsal adlı tanışı ilə birlikdə yaşadıqlarını bildirmiş, lakin nə işlə məşğul olduqlarını ondan soruşmamışdır. Mirhəsənlə görüşərkən sonuncu tələsdiyindən onlar bir-birindən tez ayrılmış, həmin vaxt onunla ətraflı danışmaq imkanı olmamışdır. Bir-birinə sadəcə nömrələrini vermiş, sonra görüşüb danışmaq barədə razılaşıb ayrılmışlar. Lakin sonradan görüşmək imkanları olmamışdır. Sadəcə xeyli müddət sonra o, Mirhəsənə zəng edib haləhval tutmaq istəmiş, lakin Mirhəsən zəngə cavab verməmişdir. Ona görə də onun telefon nömrəsi Mirhəsənin telefonuna dümüşdür. Lakin həmin vaxt Mirhəsən onun telefon zənginə cavab verməmişdir. O, son 2-3 ay ərzində və hazırda ***-**-** mobil nömrəni istifadə etmiş və əvvəl işlətdiyi nömrəni unutmuşdur. Məhkəmə baxışı zamanı şahid X7 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, şahid Nihat Əliyev tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 5 ilə yaxın bir müddətdə tanımışdır. Onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir ünvanda yaşamaları və həmin şəxslərin heroin və metamfetamin satışı ilə məşğul olmaları barədə məlumatı olmuş və ara-sıra metamfetamindən istifadə etdiyindən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayıb 1 qramını 40 manatdan olmaqla almışdır. Aralarında olan narkotik vasitə və psixotrop maddələrin alınması prosesi noyabr və dekabr ayları ərzində olmuşdur. Belə ki, Mirhəsəndən bir neçə dəfə psixotrop maddə götürdükdə o, həmin metamfetaminin Təqsirləndirilən şəxs1 məxsus olduğunu bildirmişdir. O, metamfetaminin hər qramına görə nağd olaraq 40 manatı aldığı yerdə ödəmişdir. Sonuncu dəfə 2020-ci ilin dekabr ayında “ATS”in yaxınlığında 1 qram metamfetamini Mirhəsəndən almışdır. Belə ki, həmin ünvanın yaxınlığında Mirhəsən Vüsalla bir mənzildə yaşadığından həmin mənzildən Vüsala məxsus metamfetamini götürüb gətirərək ona vermişdir. Həmin görüşdən sonra bir daha həmin şəxsdən maddə və narkotik vasitə almamışdır (iş vərəqə: cild İİ, səh. 114). Elan edilməklə tədqiq olunan ifadəsinə aydınlıq gətirən şahid X14 ifadəsinin davamında göstərdi ki, o, artıq iki ildir ki, narkotik vasitələrdən istifadə etməyə başlamışdır. O, hazırda elan olunan ifadədə göstərilənlərlə razılaşmış, belə bir ifadə verməmiş, istintaq zamanı ondan Mirhəsən və ya Vüsaldan narkotik vasitə alıb-almaması barədə heç nə soruşulmamış, o, bu barədə heç nə deməmişdir. Ona yalnız, ifadəsinin əvvəlində göstərildiyi kimi, ağ vərəqlər təqdim edilmiş və o, həmin vərəqlərə imza etmişdir. Onun mobil telefonunda təqsirləndirilən Mirhəsən və ya Vüsalla heç bir SMS yazışması olmamışdır. Şahid X7 ifadəsinə münasibət bildirən Təqsirləndirilən şəxs1 arayış verib göstərdi ki, onlar “Həzi Aslanov”da kirayə yaşadıqları vaxt X15 görüşmüş, lakin bundan sonra onlar görüşməmişlər. Belə ki, onlar ünvanı dəyişmiş və Nizami rayon ərazisinə köçərək orada kirayə yaşamağa başlamışlar. Nihat Əliyev həmin ünvanı tanımamışdır. Nizami rayonundakı ünvanı isə, o, Mirhəsən, onun bacısı oğlu və Anar tanımışdır. Bundan başqa, məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxslərdən Dövlət ittihamçısı4 tanımış, onunla iki il əvvəl tanımış olmuş və dost olmuşlar. Telefonunda Vüsalla yazışdığı mesajlar müəyyən olunmuşdur. O, Vüsalın narkotik satmasını bilmiş, ona görə də Vüsaldan 4 qram heroin narkotik vasitəsi və 0,5 qram metamfetamin almışdır. Vüsal narkotiki ona “Həzi Aslanov” metrostansiyasının yanına Mirhəsənlə göndərmişdir. O, narkotikə görə pulu Mirhəsənə vermiş, Mirhəsən isə bildiyinə görə pulu aparıb Vüsala verməli idi. Vüsaldan yalnız bir dəfə narkotik almış və həmin narkotikə görə nə qədər pul verdiyini unutmuşdur. Sonradan o, Vüsalla əlaqə saxladığı həmin telefonunu dükana satmışdır. Lakin mesajlar o, telefonunu satmazdan əvvəl müəyyən edilmişdir. Şahid5 suallar ətrafında dindirilərkən ifadəsinin davamında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə və ya psixotrop maddə satışı ilə məşğul olmalarına fərqli münasibət bildirib göstərdi ki, o, Vüsalla birlikdə narkotik istifadə etdiyinə görə onda narkotik olduğunu bilmiş, lakin onun narkotik satmasını, Mirhəsənin isə narkotik istifadə edib-etməməsini bilməmişdir. O, Vüsala onunçün narkotik göndərməsi ilə bağlı SMS yazmış, lakin heç kim ona narkotik gətirməmişdir. Müdafiə tərəfinin sualları ətrafında Şahid5 məhkəmə baxışı zamanı ifadəsində göstərdiklərinə münasibət bildirən Təqsirləndirilən şəxs1 arayış verib göstərdi ki, o, Lalə ilə bir məclisdə tanış olmuş, Lalə ilə həmin məclisdən çıxıb otelə getmiş və orada gecələmişlər. Oteldə olarkən Lalənin qollarında iynə yerlərinin olduğunu görmüş və onun narkoman olduğunu bilmişdir. Bundan sonra Lalə ilə tanışlığı davam etdirmiş və bütün gücünü qoyub onu iynə vurmaqdan uzaqlaşdırmışdır. Ağrılarının azalmasına görə isə iynədən uzaqlaşması üçün ona istifadə etməsi üçün narkotik maddə alıb vermişdir. Lalənin tanıyan vaxtlarda onun vəziyyəti çox pis olmuşdur. Lalənin iki uşağı və anası olmuş, onlar maddi çətinlik içində yaşadıqlarından o, Lalənin ailəsinə kömək məqsədilə ona pul da vermiş, evlərinə bazarlıq da etmişdir. Lalənin anası da onu tanımış, hətta anası ona zəng edib qızını həyata qaytardığı üçün ona minnətdarlığını da bildirmişdir. Laləni iynə vurmaqdan xilas etdiyi, ona və ailəsinə pul verməklə maddi yardım etdiyi, onun evinə bazarlıq etdiyi halda, Laləyə narkotik vasitə və ya psixotrop maddə satıb ondan 120 manat pul alması heç də inandırıcı deyildir. Hətta bir dəfə Lalə ona mesaj yazmış, ona narkotik aparmağı xahiş etmiş, bir nəfər iynə vuran tanışına iynədən uzaqlaşması üçün az-az verəcəyini bildirmişdir. Məhz buna görə o, Laləni danlamışdım və bir ay onunla danışmamışdır. Müstəntiq Lalənin ərinə onunla (Təqsirləndirilən şəxs1lə) görüşdüyünü bildirəcəyi ilə hədə-qorxu gəlməklə onun əleyhinə Lalədən ifadə almışdır. Əsl həqiqətdə o, Laləyə narkotik satmamış, eyni zamanda Lalənin ona yazdığı mesajı o, özü ümumiyyətlə görməmişdir. Məhkəmə baxışı zamanı Şahid5 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, Şahid5 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, 2017-ci ildən etibarən narkotik vasitə olan heroini inyeksiya yolu ilə qəbul etmişdir. O, Təqsirləndirilən şəxs1 2 il bundan öncə (burada: ifadə verdiyi tarixdən) onunla pul müqabilində münasibətdə olarkən tanımışdır. Belə ki, həmin şəxslə 3-4 aydan bir 200 manat qarşılığında görüşürmüş, sonradan isə aralarında səmimi münasibət yarandığından Vüsal ona narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunu bildirmişdir. Bu narkotik vasitələrin satışı zamanı həmin şəxsin mənzilində qalan tanışı Mirhəsən də Təqsirləndirilən şəxs1 köməklik etmişdir. Odur ki, bu məqsədlə 16 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 sms yazaraq “4 kola, yarı patı” verməsini, yəni 4 qram heroin, yarım qram metamfetamin verməsini istəmişdir. Heroinin hər qramına görə 25 manat, yarım qram metamfetaminə görə isə 20 manat pul verməli olmuşdur. Həmin narkotik vasitə və psixotrop maddəni o, “Həzi Aslanov” metrostansiyasının yaxınlığında yaşadıqları yeni tikili binanın yaxınlığından götürmüşdür. Həmin heroin və metamfetamini gözlədiyi həmin yerə Təqsirləndirilən şəxs1 öncədən ona deməsi əsasında həmin şəxslə bir mənzildə yaşayan Mirhəsən axşam saatlarında gəlib ona vermiş və o da üzərində olan 120 manat pulu Vüsala çatdırması üçün Mirhəsənə vermişdir. Sonra isə Mirhəsənlə Vüsalın yaxın münasibətini bildiyindən Vüsaldan pulun Mirhəsən tərəfindən həmin şəxsə çatdırılıb-çatdırılmaması ilə maraqlanmamışdır. Belə ki, Mirhəsənin pulu çatdırmamaq kimi bir səlahiyyəti olmamışdır. Bundan sonra narkotik vasitələrdən istifadə etməyi tərgitdiyindən daha narkotik vasitə almamışdır (iş vərəqə: cild İİ, səh. 112-113). Məhkəməyədək icraat mərhələsində vermiş olduğu və məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq olunan ifadəsinə və Təqsirləndirilən şəxs1 onun barəsinə verdiyi arayışa münasibət bildirən Şahid5 ifadəsinin davamında göstərdi ki, yadında saxlamadığı tarixlərdən birində axşamtərəfi saat 6-7 (burada: 18-19) radələrində Nizami RPİ-dən zəng olunub onu polisə dəvət etmişdilər. O, isə növbəti gün gələ biləcəyini dedikdə, o, təkidlə polisə çağrılmış və o da məcburiyyət qarşısında getmişdir. O, gedəndən sonra onu bir otağa salıb orada telefonuna baxış keçirərək ona Vüsal və Mirhəsən barədə suallar vermişlər. O, Vüsalla tanışlığı barədə danışmış, lakin özünün narkoman olub-olmaması, Vüsaldan və ya Mirhəsəndən pulla narkotik vasitə alması barədə heç nə deməmişdir. Bundan sonra kompüterdə ifadəsi yazılıb ona imza üçün təqdim olunmuş və həmin ifadəyə imza etdirmişlər. O, həmin ifadəni oxumamışdır. İndie lan olunan ifadə onun oxumadan imzaladığı həmin ifadədir. Şahid5 daha sonra ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 dediklərini tam təsdiq edir və Vüsalın ona etdiklərinə görə ailəlikcə ona minnətdardılar. O, Mirhəsəni Vüsala görə tanımış, sonuncunun Vüsalın dostu olduğunu bilmişdir. Vüsal Mirhəsənin vasitəsi ilə ona narkotik göndərməmiş və nə də o, Mirhəsənə 120 manat pul verməmişdir. O, nə Vüsalın və nə də Mirhəsənin əleyhinə ifadə vermişdir. Vüsal tanışlıqlarından sonra ona və onun ailəsinə daima yardımlar etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasından şahid qismində dindirilən Şahid7 ifadəsində göstərdi ki, baxılan iş üzrə təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 onun dayısı, digər Təqsirləndirilən şəxs2 isə onun dostudur. 21 dekabr 2020-ci il tarixdən 22-nə keçən gecə evdə olarkən qohumları Şahid4 ona zəng edib Vüsalı və Mrhəsəni tutduqlarını bildirmişdir. Hətta deməsinə görə Vüsalgillə birlikdə o, da tutulmuş, lakin onu buraxmışlar, bir azdan Vüsalı da buraxacaqlar və o özü ona zəng vuracaqdır. Lakin o, Anardan onların nə üçün tutulmalarını, onun nə üçün buraxıldığını soruşmamış, Anarın özü də bu barədə ona bir söz deməmişdir. Lakin Vüsal həmin gün ona zəng etməmiş, yalnız növbəti gün, yəni 22-si səhər tezdən dayısı Vüsal ona zəng edib, onları axşam tutduqlarını demiş, ondan pul istənildiyini bildlirmiş və “gəl görək neynəyirik?” deyib, onu yanına çağırmışdır. O, həmin gün Vüsalgilə getmiş, qapını döyərkən qapının tutacağının qırılmış vəziyyətdə olduğunu görmüşdür. Sonra qapını Vüsal özü açmış, o, evə daxil olmuş və həmin vaxt qohumları Şahid4 da orada görmüşdür. Evi dağınıq vəziyyətdə görüb, nə baş verməsi ilə maraqlanmışdır. Belə ki, Vüsalın evi həmişə səliqəli vəziyyətdə olmuşdur. Dayısı Vüsal ona Mirhəsənlə onu dünən, yəni 21 dekabr 2020-ci il tarixdə axşam evə silahlı şəxslərin girdiklərini, onların qoluna qandal vurub apardıqlarını və narkotikə görə tutduqlarını bildirmişdir. Vüsalın deməsinə görə Mirhəsən də tutulmuş, o, Nizami RPİ-də saxlanılmış, onu isə pul tapıb gətirməsi üçün buraxmışlar. Mirhəsənlə Vüsal əvvəllər bir yerdə cəza çəkmiş, onların tez-tez görüşdüklərini bilmiş, lakin o, özü Vüsalın evinə gedib-gələn olsa da, Mirhəsənin Vüsalla bir evdə qalmasını o, görməmişdir. Vüsal onun yanında özünün bir neçə dost-tanışına zəng edib onlardan pul istəmiş, sonra isə ona “sən Anarla get, sənin kartına pul vurulacaq, çıxarın gətirin” kimi bir tapşırıq vermişdir. Dayısı onun üzərində olan pul kartının şəklini mobil telefonla çəkib hansısa dostunun telefonuna göndərmiş, pulu həmin karta göndərməsini xahiş etmişdir. Qeyd etdiyi kart «Debit» kart olmuş, o, həmin kartı «Kapital bank»dan alıb əldə etmişdir. Bundan sonra Anarla o, “Qara Qarayev”ə getmiş, orada “Kapital bank”ın bankomatından təxmini yadında qaldığı kimi 2800 və ya 2900 manat pul çıxartmış və həmin pulu gətirib Vüsala vermişdir. Pul onun valyuta hesabına dollar şəklində göndərilsə də, o, pulu manat şəklində çıxartmışdır. Həmin vaxtdan xeyli keçdiyindən o, pulu dekabr ayının 22-si və ya 23-ü çıxardığını dəqiq yadında saxlaya bilməmişdir. Vüsal da pulu götürüb Nizami RPİ-yə getmiş, ordan çıxdıqdan sonra pulu polisə verdiyini demiş və bundan sonra onların (şahid T.Mehtiyevin) evlərinə getmişlər. Lakin Vüsalın polisə əlavə pul verib-vermədiyini o, bilməmişdir. Onlara gedərkən Vüsal polisə verdiyi pulun ondan istənilən pulun bir hissəsi olduğunu demiş, yenə pul axtaracağını, növbəti gün pulun qalan hissəsini çatdıracağına söz verdiyini ona danışmışdır. Axşam isə Vüsal öz evlərinə qayıtmışdır. Şahid7 ifadəsinin davamında göstərdi ki, Növbəti gün, yəni 23 dekabr 2020-ci il tarixdə dayısı Vüsalla birlikdə yenə polisə getmiş, Vüsalın deməsinə görə pulun qalan hissəsini tapa bilmədiyindən gedib pulu qalan hissəsini sabah çatdıracağını bildirəcəkmiş. Polisə Vüsalla birlikdə daxil olmuş, Qalib Məmmədov ona başqa otaqda gözləməyi tapşırmışdır. O, təxminən 1 saat 30 dəqiqəyə yaxın tanımadığı başqa polis əməkdaşlarının yanında gözləmişdir. Bundan sonra ona Qalibin onu çağırdığını bildirilmiş, Qalib müəllimin yanına getdikdə sonuncu ona “Bacoğlu, sən get, dayının burda hələ işi var” demişdir. Bundan sonra o, oradan çıxıb evə getmiş, axşam Vüsal ona zəng edib onu buraxmadıqlarını, yenə də pul istədiklərini bildirmiş, soruşduqda Vüsal 7000 manat pul istənildiyini ona demişdir. Hətta pulun səhərə çatmayacağı təqdirdə, onları buraxmayacaqlarını bildirmiş, pul tapmağı xahiş etmişdir. Vüsalın 23-dən 24-nə keçən gecə ona zəng etdiyi nömrəni dəqiq xatırlamasa da, həmin nömrənin 060-la başladığını yadında saxlaya bilmişdir. Vüsala onun zəng etdiyi nömrənin bağlı olacağını demiş, əlaqə üçün Xəlil adlı bir polisin ***-***-**-** saylı mobil nömrəsini ona vermiş və “WhatsApp”la əlaqə saxlamağı tapşırmışdır. O, Xəlilin soyadını və vəzifəsini bilməmiş, lakin bir gün əvvəl İdarədə olub, onun oturduğu kabinetində gözləyərkən Xəlilin kreslosunda pencəyinin asıldığını görmüş və onun rütbəsinin mayor olduğunu bilmişdir. Bundan sonra o, yeznəsinə zəng etmiş, ona maşın almaq üçün müəyyən məbləğdə pul düzəltdiyini, 7000 manatının çatmadığını demiş və təcili lazım olduğunu bildirmişdir. Yeznəsi etiraz etməmiş və gəlib götürə biləcəyini ona demişdir. O, səhər tezdən gedib ondan 7000 manat pul götürmüş və Vüsal ona verdiyi Xəlil müəllimin nömrəsinə “WhatsApp” la özünün istifadəsində olan ***-***-**-** mobil nömrədən zəng etmiş, ona pulu Nizami RPİ-nin yanına gətirdiyini bildirmiş, sonuncu isə pulu gəlib orada ondan götürəcəyini demişdir. Həmin gün, yəni ayın 24-ü hava yağışlı olmuş, o isə səhər saat 08:00 radələrindən saat 12:00-12:30 radələrinə kimi yağışın altında Xəlili gözləmiş, ona bir neçə dəfə zəng etdimiş, hər zəngində Xəlil ona gözləməyi tapşırmışdır. Daha sonra o, sonuncu dəfə Xəlilə zəng edib yağışın altında qaldığını demiş, iş nə qədər çəkə biləcəyini soruşmuş və ona vaxtı dəqiq deməyi xahiş etmişdir. Xəlil isə ona “sən gözləmə, get, mən sənə özüm deyəcəyəm” demiş və o, çıxıb getmişdir. Bundan sonra isə dayısı Vüsalın buraxılmadığını, narkotiklə onu saxladıqlarını öyrənmişdir. Şahid qismində dindirilən Şahid7 ifadəsinin davamında göstərdi ki, o, dayısı Vüsalın narkotik üstündə tutulduğunu eşitsə də, o, Vüsaldan belə bir şey gözləmədiyindən, onun hansı növ narkotiklə və hansı miqdarda narkotiklə tutulduqlarını ondan soruşmamışdır. O, dayısının narkotik istifadə etməsini və ya satmasını heç vaxt nə görməmişdir. Dayısı Vüsal yaxşı alver bacarmış və əvvəllər mağaza işlətmişdir. Lakin pandemiya ilə əlaqədar heç bir işlə məşğul olmamış, onun çoxlu dostları olmuş və o, türmədən çıxandan sonra təxminən 1 il ərzində dostları, şəxsən o, özü və imkanları daxilində qohumlar ona kömək etmişlər. Şahid qismində dindirilən Şahid7 ifadəsinin yekununda göstərdi ki, dayım tutulandan sonra ona polisə həm pul verdiyini və həm də tutulduğunu dedikdə o, polisin ondan 10000 manat pul istədiyini demiş, pulun hamısını tapıb verə bilmədiklərindən onları buraxmadıqlarını bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid4 Oqtay oğlu ifadəsində göstərdi ki, Nizami rayonunda yerləşən «Xəzər» Universitetinin yaxınlığında köşkdə dönər satmaqla məşğul olmuş, lakin COVİD-19 pandemiyası dövrü karantin rejimi ilə əlaqədar işləməmişdir. Baxılan iş üzrə Təqsirləndirilən şəxs1lə kirvə olmuş, normal münasibətləri olmuşdur. İşləmədiyindən pula ehtiyacı olduğu üçün 23 dekabr 2020-ci il tarixdə axşamüstü kirvəsi Vüsala zəng edib onda borca pul istəmiş, Vüsal isə etraz etməmişdir. O, əvvəllər Vüsalın evində olmadığından, Vüsalın evini tanımadığından onunla “Qara Qarayev”də yerləşən ATS-in qarşısında görüşməyə razılaşmış və hava qaralmaq üzrə ikən ATS-in qarşısında Vüsalla görüşüb onun yaşadığı yeni tikilidəki hündür mərtəbəli binada yerləşən 2 otaqlı evinə getmişlər. Həmin vaxt Vüsalın Mirhəsən adlı dostu da onun evində olmuşdur. O, Vüsalın evində olarkən Mirhəsən maretə getmişdir. Mirhəsən gedəndən bir neçə dəqiqə sonra o, mətbəxdə olarkən evdə səs-küy eşidib otağa keçmiş və bir neçə nəfərin Vüsalı tutduqlarını görmüş, özlərinin deməsindən polis olduqlarını başa düşmüş, lakin onların sayını bilməmişdir. Mirhəsən də həmin vaxt polislərlə olmuş, Mirhəsəni, Vüsalı və onu oradan Nizami rayon Polis İdarəsinə aparmışlar. Vüsalgil tutulduğundan o, Vüsaldan pul ala bilməmişdir. Sonra polisdə onu sorğu-sual etmiş, onun mağazası, dönərxanası olduğunu öyrənib onu tanımış və buraxmışlar. O, buraxılarkən polisdə ondan pul istəyən olmamışdır. Polislər onu buraxdıqdan sonra Vüsalla Mirhəsəni orada saxlamışlar. Növbəti gün isə Vüsal ona zəng etmiş və buraxıldığını bildirmiş və onlara getməsini istəmişdir. Odur ki o, Vüsalın evinə getmişdir. Mirhəsən isə buraxılmamış, polisdə saxlanılmışdır. O, Vüsalın evində olarkən sonuncunun bacısı oğlu Tofiq də ora gəlmişdir. Vüsal onlara Mirhəsənin tutulduğunu, Mirhəsənin buraxılmasına görə polisin pul istədiyini demişdir. Həmin gün və ya növbəti gün o, Vüsal və Tofiq birlikdə banka getmiş, Tofiq banka girib pul çıxarmış və gətirib Vüsala vermişdir. Nə pul olduğunu və miqdarını o, bilməmişdir. Bundan 2-3 gün sonra isə Vüsalın da tutulduğunu Tofiqdən eşitmişdir. Şahid4 ifadəsinin davamında göstərdi ki, o, Vüsalın nə işlə məşğul olduğunu bilməmiş, lakin imkanı ola biləcəyini düşünüb ilk dəfə olaraq ondan borc istəmişdir. Vüsalla Mirhəsənin bir yerdə qaldıqlarını bilsə də, onların narkotik maddələrdən istifadə etmələrini və ya satışı ilə məşğul olmalarını bilməmişdir. Şahid4 məhkəmə baxışı zamanı ifadəsində göstərdiklərinə münasibət bildirən Təqsirləndirilən şəxs1 arayış verib göstərdi ki, polislər onların yaşadığı evə daxil olarkən və onları apararkən Anarı görməmiş və onun orada olduğunu bilməmişlər. Belə ki, polislər evə daxil olarkən Anar mətbəxdə və ya mənzilin balkonunda olmuş və onu görə bilməmişlər. Onlar qapıdan çıxarkən o, işlək vəziyyətdə olan kombini söndürmək lazım olduğunu demiş və polislərlə geri evə qayıtmışlar. Mənzilin balkonunda quraşdırılmış kombini söndürmək üçün birlikdə balkona çıxdıqda onlar Anarın qorxusundan kombinin yanında bükülüb gizləndiyini görmüş və kombini söndürdükdən sonra Anarı da götürüb onlarla birlikdə polisə aparmışlar. Məhkəmə baxışı zamanı Şahid4 Oqtay oğlunun məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, Şahid4 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, Nizami rayonunda yerləşən «Xəzər» Universitetinin yaxınlığında dönər sataraq ailəsini dolandırmışdır. Təqsirləndirilən şəxs1 uzun müddət ərzində tanımış, aralarında hər hansı bir şəxsi ədavət və düşmənçilik olmamış, əksinə onlar qohum olmuşlar. Təqsirləndirilən şəxs2 isə qohumu Təqsirləndirilən şəxs1 yanında görməklə tanımış, bildiyinə görə onlar bir yerdə cəza çəkmişlər. ***-***-**-** saylı mobil nömrə ona məxsus olmuş, Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə əlaqə saxlamış, həmçinin xx.xx.2020-ci il tarixdə “ay dadaş bəs sən zəng vuracaqdın” məzmununda sms yazmışdır. Belə ki, Vüsalla ara-sıra əlaqə saxlayarkən ondan borc olaraq pul istəmiş, lakin borc olaraq pul ala bilməmişdir. Belə ki, sonuncu dəfə Vüsal və Mirhəsən birlikdə ATS-in arxasında yerləşən binada kirayə yaşayırmışlar (iş vərəqə: cild İİ, səh. 104-105). Elan edilməklə tədqiq olunan ifadəsinə münasibət bildirən Şahid4 Oqtay oğlu göstərdi ki, Vüsalgil tutulandan bir müddət sonra Nizami RPİ-yə dəvət olunmuş və Vüsalgilin işi ilə əlaqədar onun ifadəsi alınmışdır. İfadə verərkən ondan yalnız Vüsal və Mirhəsənlə münasibətləri və bir neçə telefon nömrələri barədə soruşulmuş, cavabları müstəntiq tərəfindən komputerdə yazılmışdır. Lakin müstəntiq ondan Vüsal və Mirhəsənin necə, harada tutulmaları barədə heç nə soruşmamışdır. Yekunda isə ifadəsi oxunmamış, lakin imza üçün ona təqdim edildikdə, ifadəsini oxumadan imzalamışdır. Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 24 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsi və götürmə aparılması Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Şahid3, həmçinin Təqsirləndirilən şəxs1 iştirakları ilə Nizami RPİ-nin inzibati binasında saat 09:15-dən, saat 09-45-ədək olan müddətdə, yəni 35 dəqiqə müddətində Bakı şəhəri Nizami RPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Fəxri İsmayılov tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında 24 dekabr 2020-ci il tarixli qərara əsasən icra olunmuşdur. Tədqiq olunan həmin protokolun məzmunundan görünür ki, şəxsi axtarış aparılmazdan əvvəl vət. Təqsirləndirilən şəxs1 barəsində çıxarılan qərarla tanış edilmiş və bundan sonra ona üzərində qanunsuz əşyalar, narkotik vasitələr olduğu təqdirdə könüllü təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sol cibindən bir qutu “Davidoff” markalı siqaret və alışqanı çıxarıb stolun üzərinə qoymuş, üzərində narkotik vasitə olduğunu etiraf edib əlində saxladığı bir ədəd göy rəngli çantanı, həmin çantanın içərisindən isə bir ədəd bükümdə ağ toz-kristal şəkilli və bir ədəd bükümdə içərisində dörd bükümdə tünd qəhvəyi rəngli, spesifik iyə malik olan maddəni çıxarıb təqdim etmiş, həmin çantanı içərisində olan maddələrlə birlikdə Nizami rayonu, Ş.Mirzəyev küçəsində “ATS”in yanında ağacdan tapdığını, çantanın içərisində narkotik vasitə olduğunu öyrənib metamfetamindən istifadə etdiyini bildirmişdir. Daha sonra tədqiq olunan həmin protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi göy rəngli çanta içərisində olan şübhəli maddələrlə birlikdə ekspertiza tədqiqatına təqdim olunması üçün götürülmüş, qablaşdırılmış və “Zərflər üçün” olan 6 saylı möhürlə möhürlənmişdir. Ən nəhayət, tədqiq olunan həmin protokolun məzmunundan görünür ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti “Panasonic” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmaqla həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən bir ədəd DVD formatlı disk protokola əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 12-13). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsi və götürmə aparılmas prosesinin videogörüntüldərinin yükləndiyi bir ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında 26 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən olunan videogörüntülər Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılması barədə tərtib olunan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 24 dekabr 2020-ci il tarixli protokolun məzmununa uyğundur (iş vərəqə: cild İ, səh. 132). Məhkəmə baxışı zamanı 01 ədəd DVD formatlı diskə yüklənmiş Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntüləri nümayiş olundu və müəyyən edildi ki, Bakı şəhəri Nizami RPİ-nin TŞ-nin X5 tərəfindən Təqsirləndirilən şəxs1 üzərində eyni İdarənin 3 nəfər əməliyyat müvəkkilinin - Şahid1, Şahid2 və Şahid3 iştirakları ilə şəxsi axtarış və götürmə aparılmış, Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sol cibindən bir qutu “Davidoff” markalı siqaret və alışqanı çıxarıb stolun üzərinə qoymuş, özündə narkotik vasitə olduğunu etiraf edib əlində saxladığı bir ədəd göy rəngli çantanı göstərib özü çantanın zəncirbəndini açaraq içərisində olan bir ədəd müxtəlif rəngli polietilen kisəni X5a təqdim edir. X5 bir ədəd müxtəlif rəngli polietilen kisəni açaraq içərisinqdən bir ədəd bükümdə ağ rəngli, kristal formalı və digər bir ədəd bükümdə tünd qəhvəyi rəngli, spesifik iyə malik olan maddəni çıxarıb nümayiş etdirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 həmin çantanı içərisində olan maddələrlə birlikdə “ATS”in yanından tapdığını, ağ rəngli, kristal formalı maddəni göstəritb metamfetamin olduğunu və həmin maddədən istifadə etdiyini, digər bir ədəd bükümdə olan tünd qəhvəyi rəngli, spesifik iyə malik olan maddənin isə xarab olduğunu bildirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1lə əlaqədar videogörüntülərin nümayişi zamanı, həmçinin müəyyən edildi ki, nümayiş olunan videogörüntülərlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparıldmasına dair 24 dekabr 2020-ci il tarixli protokolun məzmunu arasında kəskin ziddiyyətlər də mövcuddur. Belə ki, şəxsi axtarış və götürmə aparıldmasına dair 24 dekabr 2020-ci il tarixli protokolda şəxsi axtarışın saat 09:15-də başlanıb, saat 09-45-də başa çatması, yəni 30 dəqiqə müddətində istintaq hərəkətinin həyata keçirilməsi, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarışa başlamazdan əvvəl onun şəxsi axtarış aparılması barədə qərarla tanış edilməsi, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş şübhəli maddələrin bir ədəd bağlamada qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənməsi, şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilməsi və həmin protokolun ucudun oxunmaqla imzalanması göstərilsə də, reallığı və obyektivliyi videogörüntülərdə ehtiva olunan şəxsi axtarış və götürmə prosesi cəmi 07 dəqiqə 41 saniyə davam etmiş, videogörüntülərdə Təqsirləndirilən şəxs1 şəxsi axtarış aparılması barədə qərarla tanış edilməsi öz əksini tapmamışdır. Bundan başqa, videogörüntülərdə Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş şübhəli maddələrdən tünd qəhvəyi rəngli olanı ümumiyyətlə açılmamış, neçə bükümdən ibarət olması müəyyənləşdirilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş şübhəli maddələr olan bir ədəd əl çantasının çox çətinliklə bir ədəd zərfə yerləşdirilməsi və həmin zərfin ağzının natamam bağlanması müəyyən edildsə də, videoçəkiliş natamam aparıldığından bağlamanın hər hansı möhürlə möhürlənməsi, qablaşdırmanın üzərinin iştirakçılar tərəfindən imzalanması, şəxsi axtarış və götürmə prosesinin protokollaşdırılması, həmin protokolun məzmununun oxunması və hətta protokolun iştirakçılar tərəfindən imzalanması ümumiyyətlə müəyyən edilməmişdir. Ən nəhayət, nümayiş olunan videogörüntülərlə müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 özünün üzərində, protokolda göstərilənlərə zidd olaraq ümumiyyətlə şəxsi axtarış aparılmamışdır (iş vərəqə: cild İ, məhkəmə iclas protokolları). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 24 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsi və götürmə aparılması Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Şahid3, həmçinin Təqsirləndirilən şəxs2 iştirakları ilə Nizami RPİ-nin inzibati binasında saat 10:05-dən, saat 10-35-ədək olan müddətdə Bakı şəhəri Nizami RPİ-nin TŞ-nin X5 tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında 24 dekabr 2020-ci il tarixli qərara əsasən icra olunmuşdur. Tədqiq olunan həmin protokolun məzmunundan görünür ki, şəxsi axtarış aparılmazdan əvvəl vət. Təqsirləndirilən şəxs2 barəsində çıxarılan qərarla tanış edilmiş və bundan sonra ona üzərində qanunsuz əşyalar, narkotik vasitələr olduğu təqdirdə könüllü təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə olduğunu etiraf edərək əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümündə olan kütləni çıxardaraq təqdim edərək metamfetamin olduğunu, təqdim etdiyi maddəni Nizami rayonu, Ş.Mirzəyev küçəsində Bərdə sakini Nihat adlı şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra tədqiq olunan həmin protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd bükümdə olan ağ rəngli, toz şəkilli şübhəli maddə ekspertiza tədqiqatına təqdim olunması üçün götürülmüş, qablaşdırılmış və “Zərflər üçün” olan 6 saylı möhürlə möhürlənmişdir. Ən nəhayət, tədqiq olunan həmin protokolun məzmunundan görünür ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti “Panasonic” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmaqla həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən bir ədəd DVD formatlı disk protokola əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 16-17). Daha sonra cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsi və götürmə aparılmas prosesinin videogörüntüldərinin yükləndiyi bir ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında 26 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən olunan videogörüntülər Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılması barədə tərtib olunan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 24 dekabr 2020-ci il tarixli protokolun məzmununa uyğundur (iş vərəqə: cild İ, səh. 133). Daha sonra məhkəmə baxışı zamanı 01 ədəd DVD formatlı diskə yüklənmiş Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntüləri nümayiş olundu və müəyyən edildi ki, Nizami RPİ-nin TŞ-nin X5 tərəfindən Təqsirləndirilən şəxs2 üzərində eyni İdarənin 3 nəfər əməliyyat müvəkkilinin - Şahid1, Şahid2 və Şahid3 iştirakları ilə şəxsi axtarış və götürmə aparılmış, Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə olduğunu etiraf edərək əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kiçik sellofan bükümdə olan naməlum ağ rəngli, kristal şəkilli kütləni çıxardaraq təhqiqatçıya təqdim edərək “şüşə” (burada: metamfetamin psixotrop maddəsi) olduğunu, təqdim etdiyi maddəni “Qara Qarayevdə” Poçtun önündə Bərdə sakini Nihat adlı şəxsdən 30 manata şəxsi istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs2lə əlaqədar videogörüntülərin nümayişi zamanı, həmçinin müəyyən edildi ki, nümayiş olunan videogörüntülərlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparıldmasına dair 24 dekabr 2020-ci il tarixli protokolun məzmunu arasında ziddiyyətlər də kifayət qədərdir. Belə ki, şəxsi axtarış və götürmə aparıldmasına dair 24 dekabr 2020-ci il tarixli həmin protokolda şəxsi axtarışın saat 10:05-də başlanıb, saat 10-35-də başa çatması, yəni cəmi 30 dəqiqə ərzində istintaq hərəkətinin həyata keçirilməsi, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarışa başlamazdan əvvəl onun şəxsi axtarış aparılması barədə qərarla tanış edilməsi, şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilməsi və həmin protokolun ucudun oxunmaqla imzalanması göstərilsə də, reallığı və obyektivliyi videogörüntülərdə ehtiva olunan şəxsi axtarış və götürmə prosesi cəmi 08 dəqiqə 10 saniyə davam etmiş, videogörüntülərdə Təqsirləndirilən şəxs2 şəxsi axtarış aparılması barədə qərarla tanış edilməsi öz əksini tapmamışdır. Bundan başqa, videogörüntülərdə Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş şübhəli maddənin olduğu bir ədəd kiçik bükümün bir ədəd zərfə yerləşdirilməsi və həmin zərfin üzərinin möhürlənməsi müəyyən edildsə də, təhqiqatçı tərəfindən imzalanması üçün təqdim olunan zərfin üzərinin, videoçəkiliş natamam aparıldığından, zərfin üzərinin imzalanması, şəxsi axtarış və götürmə prosesinin protokollaşdırılması, həmin protokolun məzmununun oxunması və hətta protokolun iştirakçılar tərəfindən imzalanması ümumiyyətlə müəyyən edilməmişdir. Tədqiq olunan videogörüntülərlə müəyyən edildi ki, nümayiş olunan videogörüntülərdə Təqsirləndirilən şəxs2 təqdim etdiyi ağ rəngli, kristal şəkilli maddəni “Qara Qarayevdə” Poçtun önündə Bərdə sakini Nihat adlı şəxsdən 30 manata şəxsi istifadəsi üçün alıb əldə etdiyini bildirməsinə baxmayaraq, Təqsirləndirilən şəxs2 sözləri şəxsi axtarış və götürmə aparıldmasına dair 24 dekabr 2020-ci il tarixli protokolda təhrif olunmuş və sonuncunun təqdim etdiyi maddəni Nizami rayonunun, Ş.Mirzəyev küçəsində alıb əldə etdiyi göstərilmişdir. Ən nəhayət, nümayiş olunan videogörüntülərlə müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 özünün üzərində, protokolda göstərilənlərə zidd olaraq ümumiyyətlə şəxsi axtarış aparılmamışdır (iş vərəqə: cild İ, məhkəmə iclas protokolları). Tədqiq olunan hər iki “Şəxsi axtarış və götürmə aparılması haqqında” 24 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, tərtib olunan sənədlərdə təqsirləndirilən şəxslərin hər ikisinin eyni yerdə və eyni vaxtda saxlanılıb Nizami RPİ-yə gətirilmələri göstərilsə də, onların üzərində şəxsi axtarış aparılması ayrı-ayrılıqda aparılmış, şəxsi axtarış aparılması prosesinə eyni təhqiqatçı tərəfindən rəhbərlik edilmiş, prosesdə eyni əməliyyatçılar iştirak etmişlər. Lakin saxlanılan şəxs Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə prosesi aparılan müddətdə digər Təqsirləndirilən şəxs2 harada və kimlərin nəzarətində saxlanılması qeyri-müəyyən olaraq qalmışdır. Cinayət işinə məhkəmə baxışı zamanı ittiham tərəfinin sübutları siyahısında olan və elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 24 dekabr 2020-ci il tarixli, 6/2776 saylı rəyindən görünür ki, aparılan eksperptiza tədqiqatı ilə tədqiqata təqdim edilmiş üzərində “...Saxlanılan şəxs Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə olan ağ rəngli kristallik hissəciklərindən ibarət maddənin kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsi olması və təmiz çəkisinin isə 0,312 qram olması müəyyən edilmsişdir. Tədqiq olunan həmin rəydən görünür ki, aparılan eksperptiza tədqiqatı ilə tədqiqata təqdim edilmiş üzərində “...Saxlanılan şəxs Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri olan kağız paketdəki dörd ədəd bükümdə olan qəhvəyi rəngli maddələrin kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi olması, ayrı-ayrılıqda təmiz çəkilərinin 140,325 qram, 0,780 qram, 1,375 qram, 0,612 qram, ümumi təmiz çəkisinin isə 143,092 qram olması, bir ədəd bükümdə olan ağ rəngli kristallik hissəciklərindən ibarət maddənin isə kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsi olması və təmiz çəkisinin 205,316 qram təşkil etdiyi müəyyən edilmişdir. Tədqiq olunan həmin rəydə heroinin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), metamfetaminin isə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına ( Siyahı İ) daxil olduğu qeyd edilmişdir(iş vərəqə: cild İ, səh. 58-65). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı ittiham tərəfinin sübutları siyahısında tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 25 dekabr 2020-ci il tarixli, 6/2779 saylı rəyindən görünür ki, aparılmış ekspertiza tədqiqatı nəticəsində tədqiqata təqdim edilmiş üzərində “...Saxlanılan şəxs Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,262 qram olan metamfetaminlə üzərində “...Saxlanılan şəxs Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 205,266 qram olan metamfetaminin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olduqları müəyyən edilmişdir(iş vərəqə: cild İ, səh. 82-87). Daha sonra cinayət işinə məhkəmə baxışı zamanı ittiham tərəfinin sübutları siyahısında tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 25 fevral 2021-ci il tarixli, 6/376 saylı rəyindən görünür ki, aparılan tədqiqat nəticəsində tədqiqata təqdim edilmiş üzərində “...Saxlanılan şəxs Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri olan kağız paketdəki dörd ədəd bükümdə ümumi təmiz çəkisi 143,012 qram olan narkotik vasitə heroinlərin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olduqları müəyyən edilmişdir(iş vərəqə: cild İİ, səh. 53-58). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 14 yanvar 2021-ci il tarixli, 94 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı vardır, onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(iş vərəqə: cild İİ, səh. 49-50). Daha sonra işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 14 yanvar 2021-ci il tarixli, 95 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən suiistifadə edilməsi ilə nəticələnən asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı vardır, onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(iş vərəqə: cild İİ, səh. 51-52). Cinayət işinə məhkəmə baxışı zamanı ittiham tərəfinin sübutları siyahısında tədqiq olunan məhkəməyədək icraat mərhələsində "xxxx" MMC-dən əldə olunmuş mobil telefonlara dair məlumatların yükləndiyi bir ədəd diskə «Baxış keçirilməsi haqqında» 11 iyun 2021-ci il tarixli protokoldan görünür ki, təqdim olunan məlumatlarla iş üzrə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin baxılan iş üzrə digər Təqsirləndirilən şəxs1 adına qeydiyyatdan keçdiyi müəyyən edilmişdir. Tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı həmin mobil nömrə 21 dekabr 2020-ci il tarixdə, saat 06:42 radələrində zəng olunan nömrənin Bakı şəhəri, Təbriz küçəsinin, 21 dekabr 2020-ci il tarixdə, saat 14:23 radələrində zəng olunan nömrənin Bakı şəhəri, Bakıxanov qəsəbəsinin, 21 dekabr 2020-ci il tarixdə, saat 15:04 radələrində zəng olunan nömrənin Bakı şəhəri, Sabunçu qəsəbəsinin, 21 dekabr 2020-ci il tarixdə, saat 15:50 radələrində zəng olunan nömrənin Bakı şəhəri, Babək prospektinin əhatə dairəsində, 22 dekabr 2020ci il tarixdə, saat 00:06 radələrindən 01:50 radələrinədək zəng olunan nömrənin Bakı şəhəri, Q.Qarayev prospektinin, 22 dekabr 2020-ci il tarixdə, saat 19:40 radələrində zəng olunan nömrənin Bakı şəhəri, Əliağa Kürçaylı küçəsinin, 23 dekabr 2020-ci il tarixdə, saat 19:06 və 23:14 radələrində zəng olunan nömrənin Bakı şəhəri, Q.Qarayev prospektinin, 24 dekabr 2020-ci il tarixdə, saat 03:43 radələrində zəng olunan nömrənin Bakı şəhəri, B.Nuriyev küçəsinin antenlərinin əhatə dairəsində qeydə alınmışdır(iş vərəqə: cild İİ, səh. 124). Bundan başqa, məhkəmə baxışı zamanı ittiham tərəfinin sübutları siyahısında tədqiq olunan məhkəməyədək icraat mərhələsində "xxxx" MMC-dən əldə olunmuş mobil telefonlara dair məlumatların yükləndiyi bir ədəd diskə «Baxış keçirilməsi haqqında» 11 iyun 2021-ci il tarixli digər bir protokoldan görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2020-ci il tarixdə, saat 03:37 radələrində ***-***-**-** saylı mobil nömrədən “Gaga salam gaga patpires 35 di kola 25 sene hansı serf edir onu de”, xx.xx.2020-ci il tarixdə, saat 15:22 radələrində ***-***-**-** saylı nömrədən “Qaqaw salam. Qurban sene bidene daniwda metini cixim lomkadan qaqawcani vurmayacam. Sonra bu pulda xerclenib gedecey. Amma qaqaw originaldisa derman cunki obirilernen cicmaq olmur brat. barede 50 manatim var imkan vasa 5 dene derman versinde mene cixim lomkadan Vusal Allah hakqi bezmiwem uje”, xx.xx.2020-ci il tarixdə, saat 16:51 radələrində ***-***-**-** saylı nömrədən “Salam brat. Vusal qurban sene mene derman duzub qowayda cixim lomkadan eziyet cekireme brat 50man varimdi ustumde. 4-5 dene meti olsa polni cixarame.Komey eliyersen mene? Axwam geleceyikde onsuz goturerdim. Qatdawimsan mene bir cevab yaz. Sonra elimde olan 50man xerclenib gedecey olecem lomkadan”, xx.xx.2020-ci il tarixdə, saat 12:34 radələrində ***-***-**-** saylı nömrədən “Vusal kiwini apariram hekime. Agriyiram papamincani burdayam yuxarda 1 deyqeye cix ver girde qadan alaram”, xx.xx.2020-ci il tarixdə, saat 12:36 radələrində ***- ***-**-** saylı nömrədən “Qapini ac tulla yere. Pulu qoyum qapiya”, xx.xx.2020-ci il tarixdə, saat 12:07 radələrində ***-***-**-** saylı nömrədən “Biraz patida qoyarsan cekmeye? Mawin gelsin gelirem. cixanda hesene zeng edecem”, xx.xx.2020-ci il tarixdə, saat 19:48 radələrində ***-***-**-** saylı nömrədən “Ay brat, men si…dim (söyüş), ee gozdemekden gelmiyesense bilim. İcazemde qutardi, bu yananda bilseydim basqa yere ell atardim, esbden tutmadigim adam qalmayib. Senki, yaxsi bilisen bu p…x (söyüş) ne olan seydi, hasan deyir 40 deq gelirik, duz 2.50 deq sende cavab vermisen, belede day bu qederde yoxda”. məzmunda sms-lər daxil olmuşdur müəyyən edilmişdir (iş vərəqə: cild İİ, səh. 125- 126). Bundan başqa, məhkəmə baxışı zamanı yenə də ittiham tərəfinin sübutları siyahısında tədqiq olunan məhkəməyədək icraat mərhələsində "xxxx" MMC-dən əldə olunmuş mobil telefonlara dair məlumatların yükləndiyi bir ədəd diskə «Baxış keçirilməsi haqqında» 12 iyun 2021-ci il tarixli digər bir protokoldan görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2020-ci il tarixdə, saat 15:24-də ***-***-**-** saylı nömrədən “Emi sene qurban olum bawqa hecne bawa duwme varin yoxun siksinler pulu hele vermiyib ”, xx.xx.2020-ci il tarixdə, saat 01:26-da ***-***-**-** saylı nömrədən “camaatdan pul goturmuwem mazqimi sikibler”, xx.xx.2020-ci il tarixdə, saat 01:43-də ***-***-**-** saylı nömrədən “Yeke oglansan isdiyirsiz gelib tutsunnar meni burda”, xx.xx.2020-ci il tarixdə, saat 22:22-də ***-***-**-** saylı nömrədən “Brat evde gelib catanda xeber ele gelim”, xx.xx.2020-ci il tarixdə, saat 20:22-də ***-***-**-** saylı nömrədən “Qaqa menem elvin tlfnum sondu. Burda blokdayam. 1 dene kola. yari pati”, xx.xx.2020-ci il tarixdə, saat 00:28-də ***-***-**-** saylı nömrədən “Emi sene qurban olaram men mehlede mawinda oturmuwam senen xeber gozduyurem”, xx.xx.2020-ci il tarixdə, saat 21:41-də ***-***-**-** saylı nömrədən “senet eseri nece idi”, xx.xx.2020-ci il tarixdə, saat 21:42-də ***-***-**-** saylı nömrədən “Hasan qanimi, berk qaralti, ee sen ol ”, xx.xx.2020-ci il tarixdə, saat 21:48-də ***-***-**-** saylı nömrədən “Mende yoxlayib senet eserni xeber ederem”, xx.xx.2020-ci il tarixdə, saat 21:49-da ***- ***-**-** saylı nömrədən “Hesene hecne deme”, xx.xx.2020-ci il tarixdə, saat 21:54-də ***- ***-**-** saylı nömrədən “qaqaw smsnen atda kartin kodunu. ve ne qeder vurulmalidi”, xx.xx.2020-ci il tarixdə, saat 13:55-də ***-***-**-** saylı nömrə ilə “050 268 87 78 bu nömreni yıg”, xx.xx.2020-ci il tarixdə, saat 21:01 radələrində “Men hecyere getmemiwem evdeyem oglumun ad gunudu bugun lomkadan olsemde getmemiwem hecyere”, xx.xx.2020-ci il tarixdə, saat 16:15-də ***-***-**-** saylı nömrədən “Emi sene qurban olum meni prinsib sobetim var pula cox ehtiyacim var ölüm ayagivin altinda lap 30 dan vererem pulun 2kola 1 pati otuzdur mene iwimi awirdim”, xx.xx.2020-ci il tarixdə, saat 20:52-də ***- ***-**-** saylı nömrədən “Vusal bu saat canimla ellesirem.2000 pulundan catdi. İndi danismaqa Halil yoxdur. Sabah danisariq”, xx.xx.2020-ci il tarixdə, saat 15:45-də ***-***-**- ** saylı nömrədən “Salam emi kart yola mənə sabahdan pul vuracam karta 100 200 manat”, xx.xx.2020-ci il tarixdə, saat 17:42-də ***-***-**-** saylı nömrədən “ Qaqa masin catib seni yogir, gor imkan olsa 1.2 dene das olsa verersende”, xx.xx.2020-ci il tarixdə, saat 21:42-də ***-***-**-** saylı nömrədən “Dukan gorduk siqaretimde yox idi siqatenen birlikde 10 azn. Hemde derme deshiknen getirir deye saxlasalar 200 cerimedi.yazigam ki, lomkada sehere kimi bolmede”, xx.xx.2020-ci il tarixdə, saat 22:27-də ***-***-**-** saylı nömrəyə “Üreyim olsa biraz falqa getir”, xx.xx.2020-ci il tarixdə, saat 19:56-da ***-***-**-** saylı nömrəyə “Kart atdım, tez vur pulu. vuran kimi mene sms gelecek”, xx.xx.2020-ci il tarixdə, saat 17:04-də ***-***-**-** saylı nömrəyə “4 dene kola yari pat” məzmunda sms-lər daxil olmuşdur (iş vərəqə: cild İİ, səh. 127-128). İbtidai istintaq orqanının “Sübutların qiymətləndirilməsi və cinayət təqibinin başlanmasının rədd dilməsi haqqında” 13 iyun 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 aşkar edilib götürülməsi iddia olunan 01 ədəd möhürlənmiş kağız paketin içərisində olan 143,092 qram heroin narkotik vasitəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 142,932 qram hissəsi, eyni şəxsdən aşkar edilib götürülməsi iddia olunan 205,316 qram metamfetamin psixotrop maddəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 205,216 qram hissəsi, Təqsirləndirilən şəxs2 aşkar edilib götürülməsi iddia olunan təmiz çəkisi 0,312 qram metamfetamin psixotrop maddəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,212 qram hissəsi, hər iki təqsirləndirilən şəxsin üzərində ayrı-ayrılıqda şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi iki ədəd DVD formatlı disk, həmçinin "xxxx" və "xxxx" MMC-dən götürülmüş mobil telefon məlumatlarına dair üç ədəd CD disk maddi sübut kimi qiymətləndirilmiş və 05 ədəd disk cinayət işinin materiallarına əlavə edilmiş, maddi sübut kimi qiymətləndirilmiş narkotik vasitə və psixotrop maddələr saxlanmasından ötrü Nizami RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir(iş vərəqə: cild İİ, səh. 132-143). Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, naməlum mənbədən qanunsuz olaraq satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 205,628 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda metamfetamin psixotrop maddəsini və ümumi təmiz çəkisi 143,092 qram təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda heroin narkotik vasitəsini əldə etməklə daşımaları və 24 dekabr 2020-ci il tarixdə, saat 09:00 radələrində Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində onların hər ikisinin ünvan 12 ünvanın qarşısında saxlanılaraq Nizami RPİ-nin inzibati binasına aparılmaları, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman əlində olan bir ədəd göy rəngli çantanın içərisində 01 ədəd bükümdə təmiz çəkisi 205,316 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda metamfetamin psixotrop maddəsinin və dörd ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 140,325 qram, 0,780 qram, 1,375 qram, 0,612 qram, ümumi təmiz çəkisi isə 143,092 qram təşkil edən, tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda heroin narkotik vasitəsinin, Təqsirləndirilən şəxs2 isə üzərinə şəxsi axtarış keçirilən zaman isə əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş külli miqdarda metamfetamin psixotrop maddəsi ilə eynilik təşkil edən bir ədəd şəffaf sellofanın içərisində 0,312 qram kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsinin aşkar edilərək götürülməsi, yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlilikləri sübuta yetirilmədiyindən və onların əməlində araşdırılan cinayətin tərkibi olmadığından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və “X28 və Azadlıqları haqqında” Avropa Konvensiyasının konkret müddəalarını rəhbər tutaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlinə hüquqi qiymət verərkən müəyyən etmişdir ki, məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən polis tərəfindən sadalanan Qanununların və Avropa Konvensiyasının tələbləri kobud şəkildə pozulmuş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə cəlb olunmalarına nail olunması məqsədilə onların müdafiə hüquqları kobud şəkildə pozulmuş, eyni məqsədlə sübutlar qəsdən saxtalaşdırılmış, iş üzrə ilkin materiallar toplanılarkən qeyri-hüquqi metodlardan istifadə olunmuş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq azadlıqdan məhrum edilmiş, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları tərəfindən həm məhkəməyədək icraat mərhələsində və həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ağır cinayət törətməkdə ittiham olunmaları ilə bağlı biləbilə yalan ifadələr verilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2un eyni tarixdə, eyni vaxtda və eyni yerdə, yəni 24 dekabr 2020-ci il tarixdə, saat 09:00 radələrində Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 14 ünvanın qarşısında saxlanılmaları, həmin gün Nizami RPİ-nin inzibati binasına aparılmaları və şəxsi axtarış nəticəsində onların üzərindən ittihamda göstərilən miqdarlarda psixotrop maddələrin və narkotik vasitənin götürülməsi barədə məhkəməyə təqdim olunan sübutlar, o cümlədən 24 dekabr 2020-ci il tarixdə «Həsən» və «Vüsal» adlı şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə raport, həmin raport ətrafında qəbul edilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə eyni tarixli qərar, əməliyyat qrupunun yaradılması barədə eyni tarixli əmr, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 24 dekabr 2020-ci il tarixdə, saat 09:00 radələrində ünvan 12 ünvanın yaxınlığında saxlanılaraq Nizami RPİ-nin inzibati binasına aparılmaları barədə raport, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılması barədə ayrı-ayrılıqda tərtib olunan 24 dekabr 2020-ci il tarixli qərarlar və müvafiq olaraq eyni tarixli protokollar, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduqları ifadələri, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsi prosesinin videogörüntüləri və həmin videogörüntüldərin yükləndiyi DVD disklərə baxış keçirilməsi haqqında protokollar, Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Şahid3 istər ibtidai istintaq və istərsə də məhkəmə baxışı zamanı şahid qismində verdikləri ifadələri, şahid qismində dindirilmiş X7, Şahid5 və Şahid8 Muxtar oğlunun məhkəməyədək icraat mərhələsində vermiş olduqları ifadələri, "xxxx" və "xxxx" MMC-dən götürülmüş telefon məlumatlarına dair açıqlamalar və həmin açıqlamalara baxış keçirilməsinə dair 11 və 12 iyun 2021-ci il tarixli protokollar, məhkəmə-kimyəvi ekspertizasının 24 dekabr 2020-ci il tarixli, 6/2776 saylı, üzrə məhkəmə-kimyəvi ekspertizasının 25 dekabr 2020-ci il tarixli, 6/2779 saylı, məhkəmə-kimyəvi ekspertizasının 6/376 saylı 25 fevral 2021-ci il tarixli rəyləri, məhkəmə-narkoloji ekspertizasının 14 yanvar 2021-ci il tarixli, 94 və 95 saylı rəyləri qanun pozuntusu ilə əldə olunmuşdur və reallığı əks etdirmir. Odur ki, qeyd olunan sübutlar mötəbər sübutlar kimi qəbul edilə və qiymətləndirilə bilməz. İlk növbədə məhkəmə baxışı zamanı müəyyən edildi ki, cinayət işinin materiallarında 24 dekabr 2020-ci il tarixdə keçirilməsi qeyd olunan əməliyyat-axtarış tədbiri özü-özlüyündə qanunsuzdur və "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə cavağ vermir. Belə ki, Nizami RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən İdarə rəhbərliyinə ünvanlanmış 24 dekabr 2020-ci il tarixli raportun, eyni şəxs tərəfindən qəbul edilmiş və Nizami RPİ-nin rəisi tərəfindən təsdiq edilmiş eyni tarixli "Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında" qərarın, əməliyyat qrupunun yaradılması haqqında 24 dekabr 2020-ci il tarixli əmrin və baş əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib edilmiş «əməliyyat qrupunun təşkil edilməsi haqqında» eyni tarixli protkolun məzmunundan görünür ki, əməliyyat tədbirinin keçirilməsinə əsasə olmuş əməliyyat məlumatı məhz 24 dekabr 2020-ci il tarixdə daxil olmuş, həmin məlumat «Həsən» və «Vüsal» adlı şəxslərin mütəmadi olaraq narkotik vasitələri əldə etmələri, qəbulu, eləcə də satışı ilə məşğul olmaları barədə olunmuş, qeyd olunan məlumatı yoxlamaq məqsədi ilə elə həmin gün, yəni 24 dekabr 2020-ci il tarixdə "Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında" qərar qəbul edilmiş və bu məqsədlə NMB-nin baş əməliyyat müvəkkili Şahid1 rəhbərliyi ilə NMB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Məhkəmə baxışı zamanı tədqiq olunan “Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” 24 dekabr 2020-ci il tarixli qərarın nəticə hissəsinin 1-ci bəndində «Həsən» və «Vüsal» adlı şəxslərin dəqiq yaşadıqları ünvanı, onların şəxsiyyətini müəyyənləşdirmək məqsədilə ƏAF-nın (burada: "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunu nəzərdə tutulur) 10-cu maddəsinin 1-ci hissəsinin 1-ci və 2-ci bəndlərində nəzərdə tutulmuş tədbirlərin keçirlməsi, həmin qərarın nəticə hissəsinin 2-ci bəndində «Həsən» və «Vüsal» adlı şəxslərin ünvanının müəyyən edilməsindən sonra şəraitdən asılı olaraq "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci hissəsinin 9-cu bəndinə əsasən onların yaşadıqları binanın müşahidəsinin aparılması kimi tələblər qoyulmuşdur. "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin İ hissəsində qanunla müəyyən edilmiş qaydada keçirilməli olan əməliyyataxtarış tədbirlərinin konkret siyahısı müəyyən edilmişdir və həmin maddənin İİ hissəsində qeyd olunur ki, müəyyən olunan bu əməliyyat-axtarış tədbirlərinin siyahısı yalnız Qanunla dəyişdirilə bilər. Həmin Qanunun 12-ci maddəsinin İİİ hissəsinin 1 və 2-ci bəndlərində qeyd olunur ki, bu Qanunun 10-cu maddəsinin İ hissəsinin 3-5, 8 və 10-cu bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarda müvafiq tədbir keçirmək təklifi verən əməkdaşın soyadı, adı, atasının adı və vəzifəsi və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin soyadı, adı, atasının adı və ya obyektin təsviri mütləq öz əksini tapmalıdır. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Nizami RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən İdarə rəhbərliyinə ünvanlanan 24 dekabr 2020-ci il tarixli raportun məzmunundan görünür ki, artıq anket məlumatları, o cümlədən doğum tarixləri, qeydiyyatda olduqları və yaşadıqları ünvan müəyyənləşdirilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 24 dekabr 2020-ci il tarixdə, saat 09:00 radələrində, yəni elə əməliyyat məlumatının daxil olduğu gün ünvan 12 ünvanın yaxınlığında saxlanılaraq Nizami RPİ-nin inzibati binasına aparılmışlar. Tədqiq olunan həmin raportda saxlanılan şəxslərin məhz barələrində əməliyyat məlumatı daxil olmuş «Həsən» və «Vüsal» adlı şəxslər olduğu göstərilməmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş NMB-nin baş əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ifadələrindən görünür ki, əməliyyat müvəkkilləri 24 dekabr 2020-ci il tarixdə, yəni elə əməliyyat məlumatının daxil olduğu gün saat 09:00 radələrində, ünvan 12 ünvanın qarşısında zahiri əlamətləri «Həsən» və «Vüsal» adlı şəxslərlə üst-üstə düşən şəxslərə yaxınlaşmış, onları Nizami RPİ-nin inzibati binasına dəvət etmiş və onların Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğunu sonradan öyrənmişlər. Şahid əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Şahid3 məhkəmə baxışı zamanı verdikləri ifadələrində isə daxil olmuş əməliyyat məlumatında yalnız şəxslərin adlarının Vüsal və Mirhəsən kimi göstərildiyini, onların anket məlumatları barədə onlarda məlumat olmadığını, Vüsal və Mirhəsən saxlanılandan sonra onların anket məlumatları tam olaraq Nizami RPİ-də müəyyən edildiyini göstərmişlər. Məhkəmə baxışı zamanı bu xüsusatla bağlı müəyyən edildi ki, Nizami RPİ-nin rəisinin əmrinə əsasən müəyyənləşdirilmiş əməliyyat qrupu tərəfindən “Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” 24 dekabr 2020-ci il tarixli qərarın tələblərindən irəli gələn "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci hissəsinin 1-ci və 2-ci bəndlərində, həmin Qanununun 10-cu maddəsinin 1-ci hissəsinin 9-cu bəndində nəzərdə tutulan əməliyyat tədbirlərinin ümumiyyətlə həyata keçirilməmiş, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin, həmçinin həmin Qanunun 12-ci maddəsinin İİİ hissəsinin 1 və 2-ci bəndlərinin tələbləri pozulmuş, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 anket məlumatları, məhz onların saxlanılıb Nizami RPİ-nin inzibati binasına aparılmalarından sonra müəyyən edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülən ittihamın məzmununda sonuncuların əməliyyat məlumatı daxil olduğu gün - 24 dekabr 2020-ci il tarixdə, saat 09:00 radələrində eyni ünvanda saxlanılmalarının qeyd olunmasına baxmayaraq, əməliyyat məlumatının daxil olması və bununla bağlı əməliyyataxtarış tədbirinin keçirilməsi ilə bağlı tərtib olunan və məhkəmə baxışı zamanı tədqiq olunan müvafiq sənədlərdən görünür ki, hələ təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılmalarınadək onların əməliyyat məlumatına əsasən «Həsən» və «Vüsal» adlı ayrı-ayrı şəxslər olduğu qeyd olunsa da, tədqiq olunan sənədlərdə yoxlanılmamış və ehtimal olunan həmin şəxslərin bir-biri ilə hər hansı əlaqələrinin olması, o cümlədən onların bir-biri ilə tanışlığı, hansısa ünvanda birgə yaşamaları, eyni taprixdə, eyni ünvanda və ya eyni yerdə ola biləcəkləri, ən azı onların bədən quruluşu, xarici görkəmləri, təqribi yaşları barədə məlumatlar qeyd olunmamış, əməliyyat qrupunun üzvlərinin, yəni məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən əməliyyat müvəkkillərindən hər hansı birinin iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə hələ əməliyyat tədbirinin keçirilməsinədək şəxsi münasibətlərinin olması və ya tanışlıqları müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Nizami RPİ-də NMB-nin baş əməliyyat müvəkkili Şahid1 verdiyi ifadəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barədə daxil olmuş əməliyyat məlumatında onların xarici görkəmləri barədə də məlumat verildiyini göstərsə də, məhkəmə istintaqı zamanı tədqiq olunan sonuncunun tərtib etdiyi əməliyyat məlumatının daxil olması barədə 24 dekabr 2020-ci il tarixli raport sənədində «Həsən» və «Vüsal» adlı şəxslərin xarici görkəmləri barədə hər hansı məlumat yer almadığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə bu xüsusatla bağlı belə nəticəyə gəlmişdir ki, reallığı əks etdirən əməliyyat məlumatına sahib olmayan əməliyyat qrupunun üzvləri tərəfindən yalnız «Həsən» və «Vüsal» adlı ayrı-ayrı şəxslərin adları barədə məlumata malik olmaqla elə məlumatın daxil olduğu gün, əməliyyat məlumatına dair sənədləşmə işləri də daxil olmaqla, bir neçə saat ərzində çoxmilyonlu əhaliyə malik olan Bakı şəhərində uğurlu əməliyyat keçirməklə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 eyni yerdə və vaxtda yaxalamaları məhkəmədə ciddi şübhə doğurur və məhkəmə baxışı zamanı aparılan araşdırmalarla qeyd olunan şübhələrin aradan qaldırılması mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin İ hissəsinin tələbinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Bundan başqa, məhkəmə baxışı zamanı dindirilən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə hələ məhkəməyədək icraat mərhələsində müxtəlif dövlət qurumlarına ünvanlamış olduqları şikayət ərizələrində və ibtidai istintaqın son mərhələlərində vermiş olduqları ifadələrində, həmçinin məhəkəmə istintaqı zamanı vermiş olduqları ifadələrində onlara qarşı ittihamın məzmununda göstərilənləri tam inkar etmiş, 24 dekabr 2020-ci il tarixdə, saat 09:00 radələrində ünvan 14 ünvanın qarşısında deyil, 21 dekabr 2020-ci il tarixdə, axşam saat 21 radələrində Ş.Mirzəyev küçəsi ev 68, mənzil 79 ünvanda kirayə yaşadıqları mənzilə Nizami RPİ-nin əməkdaşları tərəfindən silahlı basqın olunduğunu, mənzldə üstlərinin tamamilə axtarıldığını, Təqsirləndirilən şəxs2 üzərindən kiçik miqdarda psixotrop maddə aşkar olunduğunu, evdən qiymətli əşyalarının götürüldüyünü, onların RPİ-nin inzibati binasına aparılmalarını, mənzildə onlarda qonaq olmuş Anar Nəsibov adlı şəxsin də polisə aparıldığını, Mirhəsənin üzərindən aşkar olunan az miqdarda psixotrop maddəyə görə sonuncunun buraxılması müqabilində onlardan NMB-nin rəisi Qalib Hümbətov tərəfindən əvvəlcə 15.000 manat, buna imkanları çatmayacağını bildirdikdə isə 10.000 pul tələb olunduğunu, pulun tapılıb gətirilməsi üçün Təqsirləndirilən şəxs1 buraxıldığını, Təqsirləndirilən şəxs2 isə saxlanıldığını ətraflı olaraq göstərmişlər. Təqsirləndirilən şəxs1 ifadəsində, həmçinin 23 dekabr 2020-ci il tarixədək bacısı oğlunun və dostlarının vasitəsi ilə 4000 manat pul toplayıb Nizami RPİ-yə aparıb NMB-nin rəisi Qalib Hümbətova verdiyini, pulun qalan hissəsini düzəltmək üçün ona vaxt verilməsini xahiş etdiyini, lakin 23 dekabr 2020-ci il tarixədək pulun qalan hissəsini düzəldə bilmədikdə onun özünün də saxlanıldığını və polislərin onlara verdiyi narkotiklərin təsiri altında 24 dekabr 2020-ci il tarixdə hər ikisinin narkotik vasitə və psixotrolp maddələrlə sənədləşdirildiyini göstərmişdir. Onun buraxılması üçün Təqsirləndirilən şəxs1 4000 manat pul toplayıb Nizami RPİdə NMB-nin rəisi Qalib Hümbətova verdiyini, pulun qalan hissəsini düzəldə bilmədiyi üçün 23 dekabr 2020-ci il tarixədə Təqsirləndirilən şəxs1 özünün də saxlanıldığını və 24 dekabr 2020-ci il tarixdə hər ikisinin narkotik vasitə və psixotrolp maddələrlə sənədləşdirildiyini Təqsirləndirilən şəxs2 də təsdiq etmişdir. Cinayət işinə məhkəmə baxzışı zamanı şahid qismində dindirilən Şahid4 Oqtay oğlu ətraflı ifadə vermiş, o cümlədən 21 dekabr 2020-ci il tarixdə, axşam Vüsalla Mirhəsənin kirayə yaşadıqları ünvanda olarkən Nizami RPİ-nin əməkdaşlarının mənzilə daxil olub onları tutduqlarını, Mirhəsəni, Vüsalı və onu oradan Nizami RPİ-yə aparmalarını, sorğu-sual etdikdən sonra onu buraxıb Vüsalla Mirhəsəni orada saxlamalarını, növbəti gün Vüsalın buraxıldığını sonuncunun özündən öyrənib onun evinə getdiyini, Mirhəsən isə buraxılmayıb polisdə saxlanıldığını, Vüsalın evində olarkən sonuncunun bacısı oğlu Tofiqin də ora gəldiyini, Mirhəsənin buraxılmasına görə polisin pul istədiyini Vüsalın onlara danışdığını, Tofiq birlikdə banka getdiyini, Tofiq bankdan pul çıxarıb Vüsala verdiyini təsdiq etmiş, 2-3 gün sonra isə Vüsalın da tutulduğunu Tofiqdən eşitdiyini göstərmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş Şahid7 ifadəsində 21 dekabr 2020-ci il tarixdən 22-nə keçən gecə evdə olarkən qohumları Şahid4 zəngi əsasında dayısı Vüsalla onun dostu Mrhəsəni tutdulduğunu öyrəndiyini, 22-si səhər tezdən dayısı Vüsalın zəng edərək tutulmalarını təsdiq etdiyini və ondan 10.000 manat pul istənildiyini bildirib kömək üçün onu yanına çağırdığını, Vüsalgilə getdikdə qapının tutacağının qırıq, evi isə dağınıq vəziyyətdə gördüyünü, maraqlandıqda 21 dekabr 2020-ci il tarixdə axşam Mirhəsənlə narkotikə görə tutduqlarını, Mirhəsənin Nizami RPİ-də saxlanıldığını, Vüsalın isə pul tapıb aparması üçün buraxılmasını Vüsaldan öyrəndiyini, Vüsalın onun yanında özünün bir neçə dost-tanışına zəng edib onlardan pul istəməsini gördüyünü, dayısının onun pul kartının şəklini mobil telefonla çəkib hansısa dostunun telefonuna göndərdiyini, bundan sonra Vüsalın tapşırığı ilə onun evində olan Anarla Nəsirovla birlikdə “Qara Qarayev”ə gedib “Kapital bank”ın bankomatından təxmini yadında qaldığı kimi 2900 manat pul çıxardıb Vüsala verdiyini, Vüsalın pulu götürüb Nizami RPİ-yə getdiyini, ordan çıxdıqdan sonra isə pulu polisə verdiyini, əlavə olaraq 7000 manat pul istənildiyini dediyini təsdiq etmişdir. Şahid7 ifadəsində, həmçinin 23 dekabr 2020-ci il tarixdə dayısı Vüsalla birlikdə yenə polisə getdiyini, Vüsalı RPİ-nin qarşısında bir neçə saat gözlədiyini, lakin Vüsalın saxlanılıb buraxılmadığını, Vüsalın 23-dən 24-nə keçən gecə ona 060-la başlayan bir nömrə ilə zəng etdiyini, Xəlil adlı bir polisin ***-***-**-** saylı mobil nömrəsini ona verib pul tapıb gətirməyi və Xəlillə “WhatsApp”la əlaqə saxlamağı tapşırdığını, səhər tezdən 7000 manat pul taparaq Vüsalın ona verdiyi Xəlil adlı şəxsin nömrəsinə “WhatsApp” la özünün istifadəsində olan ***-***-**-** mobil nömrədən bir neçə dəfə zəng etdiyini, 24-ü səhər saat 08:00 radələrindən saat 12:00-12:30 radələrinə kimi yağışın altında Xəlili gözlədiyini, sonda isə dayısı Vüsalın buraxılmadığını, narkotiklə onu saxladıqlarını öyrənmişdir. İşdə olan və müdafiə tərəfinin sübutları olaraq təqdim olunmaqla məhkəmə baxışı zamanı tədqiq olunan iş üzrə şahid qismində dindirilmiş Şahid7 məxsus, “Kapital Bank”a aid hesabın ödənişi ABŞ (USD) dorlları olan ödəniş kartı üzrə 02 fevral 2022-ci il tarixli çıxarışdan görünür ki, şahid Mehdiyevin kart hesabına Təqsirləndirilən şəxs1 tərəfindən mübahisələndirilən 22 dekabr 2020-ci il tarixdə iki dəfəyə, ard-arda müvafiq olaraq 1000 ABŞ dorlları və 700 ABŞ dorlları – cəmi 1700 ABŞ dorlları məbləğində pul “MİLLİON – Online” ödəniş sistemi vasitəsilə mədaxil olunmuş və elə həmin gün, yəni 22 dekabr 2020ci il tarixdə növbəti əməliyyat olaraq bir dəfəyə 1683,00 ABŞ dolları nağd pul kart hesabından məxaric olunmuşdur. Bundan başqa, məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatətləri əsasında ittihamın mahiyyəti üzrə əldə olunan 21-24 dekabr 2020-ci il tarixləri əhatə edən mobil telefon əlaqələrinə dair açıqlamalar və anten məlumatları müvafiq olaraq "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC mobil şəbəkələrdən götürülmüş və tədqiq edilmişdir. Tədqiq olunan "xxxx" MMC-dən əldə olunmuş həmin məlumatlarla ilk olaraq müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 ifadələrində göstərdiyi kimi, baxılan iş üzrə cinayət hadisəsinin müəyyən olunduğu ərəfələrdə Nizami RPİ-nin NMB-nin rəisi vəzifəsində xidmət etmiş X10 istifadəsində olması qeyd olunan 055 *** ** ** mobil nömrə eyni soyad və ata adına mənsub olan X8 adına qeydiyyatdan keçmişdir. Tədqiq olunan həmin məlumatlarla daha sonra müəyyən edilmişdir ki, NMB-nin rəisi X10 istifadəsində olması qeyd olunan 055 *** ** ** mobil nömrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən kirayədə yaşadıqları Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsində yerləşən mənzildə saxlanıldıqlarını israr etdikləri tarixdə və vaxtda, yəni 21 dekabr 2020-ci il tarixdə, gece saat 20:43-dən başlayaraq Nizami rayonu, Şirin Mirzəyev küçəsinin, sonra isə 22 dekabr 2020-ci il tarixdə, gecə saat 02:01 radələrinədək Nizami rayonunun ərazisinə aid əhatə dairəsində olmuşdur. Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan həmin məlumatlarla müəyyən edilmişdir ki, NMB-nin rəisi X10 istifadəsində olması qeyd olunan 055 *** ** ** mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 060 *** ** ** mobil nomrə arasında 22 dekabr 2020-ci il tarixdə, saat 23:47-də ("xxxx" MMC-nin məlumatı), yəni təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət işi üzrə saxlanıldıqları 24 dekabr 2020-ci il tarixdən təqribən iki gün əvvəl 33 saniyə danışıq aparılmışdır. Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəməyədək icraat mərhələsində ibtidai istintaq orqanı tərəfindən əldə olunmaqla cinayət işinin materiallarına əlavə edilmiş və müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə istintaqı mərhələsində əldə olunan, eyni dövrləri və vaxtları əhatə edən telefon danışıqlarına dair açıqlamalar arasında ziddiyyətlər müəyyən edilmişdir. Belə ki, məhkəməyədək icraat mərhələsində ibtidai istintaq orqanı tərəfindən əldə olunan və məhkəmə baxışı zamanı tədqiq olunan telefon danışıqlarına dair açıqlamalarda NMB-nin rəisi X10 istifadəsində olması qeyd olunan 055 *** ** ** mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 060 *** ** ** mobil nomrə arasında 22 dekabr 2020-ci il tarixdə, saat 23:47-də 33 saniyə danışıq aparılması barədə qeydlər müəyyən edilməmişdir. Qeyd olunan bu hal isə polis tərəfindən istintaq olunan cinayət işinin ibtidai istintaqı zamanı istintaq orqanının polisin mövqeyindən çıxış etməsinə əsaslı şübhələr yaradır. Daha sonra istər məhkəməyədək israat mərhələsində və istərsə də müdafiə tərəfinin vəsatəti əsasında "xxxx" MMC mobil şəbəkəsindən əldə olunan və məhkəmə baxışı zamanı tədqiq olunan məlumatlarla ilk növbədə müəyyən edildi ki, ibtidai istintaq zamanı da müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə baxılan iş üzrə digər Təqsirləndirilən şəxs1 adına qeydiyyatdan keçmişdir. Daha sonra "xxxx" MMC-dən əldə olunan və məhkəmə baxışı zamanı tədqiq olunan həmin məlumatlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 050 *** ** ** saylı mobil nömrəsi ilə polis tərəfindən saxlanıldıqlarını israr etdikləri tarixə və vaxtadək, yəni 21 dekabr 2020-ci il tarixə saat 21 rapdələrinədək olan müddətdə 60 dəfə zənglər daxil olmuş və ya çıxmış və ya bir neçə dəfə smslər daxil olmuş, həmin mobil nömrə ilə əlaqə 21 dekabr 2020-ci il tarixə, saat 19:23:04-də günün sonunadək kəsilmişdir. Lakin Təqsirləndirilən şəxs2 Nizami RPİ-nin inzibati binasında qanunsuz olaraq saxlanıldığı israr olunan 22 və 23 dekabr 2020-ci il tarixlərə təsadüf edən iki gün ərzində cəmi 5 dəfə danışıq aparılmışdır ki, bu danışıqlardan ikisi baxılan iş üzrə digər Təqsirləndirilən şəxs1 adına qeydiyyatdan keçmiş və istifadəsində olmuş 051 *** ** ** ("xxxx" MMC-nin məlumatı) və Təqsirləndirilən şəxs1 qohumu, iş üzrə şahild qismində dindirilmiş Şahid4 Oqtay oğlunun adına qeydiyyatdan keçmiş, lakin Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 051 *** ** ** ("xxxx" MMC-nin məlumatı) nömrələrlə aparılmışdır və həmin danışıqlar 051 *** ** ** nömrə ilə 22 dekabr 2020-ci il tarixdə, saat 20:57-də 109 saniyə, 23 dekabr 2020-ci il tarixdə isə 11:07-də 278 saniyə olaraq qeydə alınmışdır. Məhkəmə baxışı zamanı, həmçinin müəyyən edildi ki, cinayət işi üzrə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş, şahid qismində dindirilən Şahid4 Oqtay oğlunun adına qeydiyyatdan keçmiş 051 *** ** ** saylı və məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid7 istifadəsində olan ***-***-**-** saylı mobil nömrələrdən 22 və 23 dekabr 2020-ci il tarixlərdə dəfələrlə qarşılıqlı zənglər olmuş və danışıqlar aparılmışdır. Şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, dekabrın 23-dən 24nə keçən gecə dayısı Təqsirləndirilən şəxs1 060-la başlayan bir nömrədən ona zəng etmiş, zəng etdiyi nömrənin bir azdan bağlı olacağını demiş, əlaqə üçün Xəlil adlı bir polisin ***-***-**-** saylı mobil nömrəsini ona vermiş və “WhatsApp”la həmin nömrə ilə əlaqə saxlamağı tapşırmışdır. Məhkəmə baxışı zamanı "xxxx" MMC-dən əldə olunan məlumatlarla müəyyən edildi ki, NMB-nin rəisi X10 istifadəsində olması qeyd olunan 055 *** ** ** mobil nömrə ilə 21-24 dekabr tarixlərdə şahidin ifadəsində Xəlil adlı polis əməkdaşına məxsus olması göstərilən ***-***-**-** saylı mobil telefon nömrəsi arasında dəfələrlə danışıqlar aparılmışdır. Məhkəmə baxışı zamanı tədqiq olunan şahid - Nizami RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1 dindirmə protokolunda şahidin anket məlumatları hissəsində aparılan qeydlərdən görünür ki, Şahid1 ***-***-**-** saylı mobil telefon nömrəsini istifadəsində olan şəxsi mobil nömrə kimi istintaq orqanına təqdim etmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus mobil telefonlar faktiki olaraq polis tərəfindən götürülməsinə və həmin mobil telefonlar ətrafında araşdırmalar aparılmasına baxmayaraq, məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə” barədə protokollarda, həmçinin şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərində və ya sair sənədlərdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus mobil telefonların götürülməsini özündə ehtiva edən qeydlər və ya videogörüntülər müəyyən edilməmişdir. Tədqiq olunan bu xüsusat isə Təqsirləndirilən şəxs2 21 dekabr 2020-ci il tarixə, saat 19:23:04 ərəfəsində saxlanılmaqla mobil telefonun götürülüb söndürülməsinə, 22 və 23 dekabr 2020-ci il tarixlərdə Təqsirləndirilən şəxs2 mobil nömrədən sərbəst istifadəsinə məhdudiyyətlər qoyulmasına, Təqsirləndirilən şəxs2 Nizami RPİ-nin inzibati binasında qanunsuz saxlanılmaqla onun qanunsuz olaraq azadlıqdan məhrum edilməsinə, təqsirləndirilən şəxslərin ifadələrində göstərdikləri kimi, 21 dekabr 2020-ci il tarixlərdə Təqsirləndirilən şəxs2 saxlanıldığı Nizami RPİ-nin inzibati binasından azad olunması məqsədi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 051 *** ** ** və 051 *** ** ** nömrələrlə polis əməkdaşlarının istifadələrində olan mobil nömrələrlə danışıqlar aparılmasına məhkəmədə əsaslı şübhələr yaradır. Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisinin Təqsirləndirilən şəxs1 tutulan zaman Nizami RPİ-nin əməkdaşlarının ona qarşı qanunsuz hərəkətlər etməsi barədə şikayət ərizəsi əsasında Bakı şəhəri Nizami rayon Prokurorluğu tərəfindən araşdırma aparılmış və prokurorluğun 12 iyun 2021-ci il tarixli qərarına əsasən Nizami RPİ-nin NMB-nin rəisi polis polkovniki X10 əməlində cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlaması rədd edilmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan Bakı şəhəri Nizami rayon Prokurorluğunun 12 iyun 2021-ci il tarixli qərarından görünür ki, araşdırma zamanı baxılan iş üzrə Təqsirləndirilən şəxs1 izahatı alınmış, sonuncu məhkəmə baxışı zamanı verdiyi ifadəsinə uyğun izahat versə də, araşdırmanı aparan prokurorluq əməkdaşı barələrində şikayət olunmuş NMB-nin rəisi polis polkovniki X10, sonuncunun tabeçiliyində xidmət aparan əməliyyat müvəkkilləri X3 və Şahid2 izahatlarını alaraq onların inkaredici mövqeyi ilə kifayətlənmiş, həmçinin həm də məhkəmə baxışı zamanı tədqiq olunan CD diskə baxış keçirilməsi haqqında 11 iyun 2021-ci il tarixli protokolda qeyd olunanları, yəni Təqsirləndirilən şəxs1 adına qeydiyyatdan keçmiş ***-***-**-** saylı mobil telefon nömrəsinin əhatə dairəsinnə dair məlumatları əsas götürərək Təqsirləndirilən şəxs1 21-24 dekabr 2020-ci il tarixlərdə Nizami RPİ-nin inzibati binasının yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi 127 ünvanda olmadığı qənaətinə gəlmiş və araşdırma materialları üzrə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul etmişdir. Lakin istər məhkəmə baxışı zamanı və istərsə də məhkəmə baxışı mərhələsində müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs1 adına qeydiyyatdan keçmiş olsa da, faktiki həmin nömrə 21 dekabr 2020-ci il tarixdən də əvvəl digər Təqsirləndirilən şəxs2 istifadəsində olmuşdur. Məhkəmə baxışı zamanı tədqiq olunan CD diskə baxış keçirilməsi haqqında 11 iyun 2021-ci il tarixli protokolun məzmunundan isə görünür ki, istintaqı tərəfindən ***-***-**-** saylı mobil telefon nömrəsinin 21 dekabr 2020-ci il tarixdə, saat 06:42-dən həmin gün saat 15:50-dək olan dövrün əhatə dairəsi müəyyənləşdirilmişdir ki, bu dövr təqsirləndirilən şəxslər və ya onların müdafiəçiləri tərəfindən ümumiyyətlə mübahisə predmeti olmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı dindirilən hər iki təqsirləndirilən şəxs 21 dekabr 2020-ci il tarixdə, saat 20-21 radələrində kirayə yaşadıqları evdə polis tərəfindən edilmiş silahlı basqın zamanı NMB-nin rəisi Qalib Hümbətov və qeyriləri ilə yanaşı keçmiş polis əməkdaşı olduğunu öyrənib bildikləri Oqtay adlı şəxsin də iştirak etdiyini, X11 qohumu olduğunu göstərmiş, Təqsirləndirilən şəxs1 isə ifadəsində saxlanıldıqları gün istifadəsində olan "xxxx" mobil operatoruna məxsus olmaqla doğma qardaşı X13 adına rəsmləşdirilmiş ***-***-**-** mobil nömrəsi olmuş, Nizami RPİ-də Qalibin otağında olarkən Oqtay adıl şəxs də orada olmuş, sonuncu onun mobil nömrəsindən xoşu gəldiyini bildirmiş, həmin nömrəni ondan istəmiş, söhbətlər zamanı Qaliblə Oqtayın onunla səmimi davrandıqlarını nəzərə alıb ***-***-**-** mobil nömrəsini Oqtaya, bir gün sonra isə Qalibin istəyi ilə evində saxladığı, yenə də X16 adına olan, "xxxx" mobil operatoruna məxsus ***- ***-**-** saylı mobil nömrəni isə Nizami RPİ-yə gedərkən Qalibə vermişdir. Məhkəmə baxışı mərhələsində müdafiə tərəfinin vəsatəti əsasında "xxxx" mobil operatorundan əldə olunan telefon məlumatlarına dair açıqlamalarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 ifadəsində haqqında bəhs etdiyi ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr X21 adlı şəxsin adına qeydiyyatdan keçmişdir. Məhkəmə baxışı zamanı, həmçinin tədqiq olunan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə daxil olan və çıxan zənglərə dair məlumatlarla müəyyən edilmişdir ki, yalnız ***-***-**-** saylı nömrəyə 22 dekabr 2020-ci il tarixdə, saat 07:50:04-də iş üzrə şahid qismində dindirilmiş Şahid7 istifadəsində olan ***-***-**-** saylı mobil nömrələrdən zəng daxil olsa da, danışıq aparılmamışdır. "xxxx" mobil operatoruna aid məlumatlardan daha sonra görünür ki, ərazi üzrə antenna məlumatlarının sistem qeydiyyatı olmadığı üçün bu barədə qeydlər aparılmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Nizami RPİ-nin NMB-nin digər əməliyyat müvəkkili Şahid2 ifadəsində Vüsal və Mirhəsənlə bağlı keçirilmiş əməliyyat tədbirində Oqtay adlı şəxsin iştirak etdiyini inkar etsə də, X12 kirvəsi olduğunu, bildiyinə görə onun Sabunçu RPİ-də işlədiyini, Oqtayın Nizami RPİ-yə Qalib müəllimin yanına günaşırı gəlib-getdiyini, Qaliblə Oktayın çox mehriban münasibətdə olduqlarını, təqsirləndirilən şəxslər Vüsal və Mirhəsən saxlanılıb təhqiqata təhvil verildikdən sonra Oktayın da Nizami RPİ-yə gəldiyini, lakin o, Oqtayın gəlişinin səbəbini bilmədiyini göstərmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 haqqında 24 dekabr 2020-ci il tarixdə onların narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatının daxil olmasına, həmin əməliyyat məlumatı əsasında Nizami RPİ-nin X1 əməkdaşları tərəfindən elə həmin gün, yəni 24 dekabr 2020-ci il tarixdə, saat 09:00 radələrində əməliyyat tədbiri keçirilməsinə və əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ünvan 14 ünvanın qarşısında saxlanılaraq ünvan 2da yerləşən Nizami rayon Polis İdarəsinə aparılmalarına və orada Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman əlində olan bir ədəd göy rəngli çantanın içərisində 01 ədəd bükümdə təmiz çəkisi 205,316 qram təşkil edən, kustar üsulla hazırlanmış külli miqdarda metamfetamin psixotrop maddəsi və dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 140,325 qram, 0,780 qram, 1,375 qram, 0,612 qram olmaqla, ümumi təmiz çəkisi 143,092 qram təşkil edən, tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda heroin narkotik vasitəsi, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman isə əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş külli miqdarda metamfetamin psixotrop maddəsi ilə ilə eynilik təşkil edən bir ədəd şəffaf sellofanın içərisində 0,312 qram kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsi aşkar edilib götürülməsinə əsaslı şühələr vardır və məhkəmə baxışı nəticəsində qeyd olunan şübhələrin aradan qaldırılması mümkünsüz olmuşdur. Bundan başqa məhkəmə baxışı zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılmasından sonra onların Azərbaycan Respublikası CPM-nin 90.7.2-ci maddəsində nəzərdə tutulan şübhəli şəxsin tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq, həmin Məcəllənin 90.7.7-ci və 91.5.7-ci maddələrində nəzərdə tutulan müstəqil olaraq müdafiəçi seçmək hüquqları təmin edilməmiş, həmin Məcəllənin 90.6-cı maddəsində nəzərdə tutulan şübhəli şəxsə qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə maneçiliklər törədilmişdir. Azərbaycan Respublikası CPM-nin 90.7.7-ci və 91.5.7-ci maddələrinin tələbinə görə şübhəli və ya təqsirləndirilən şəxs müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətlərinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək hüququna malikdir. Həmin Məcəllənin 90.6-cı maddəsinə əsasən cinayət təqibini həyata keçirən təhqiqatçı, müstəntiq və ya prokuror şübhəli şəxsin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə mane olmamalıdır. Daha sonra həmin Məcəllənin 90.7.2-ci maddəsinin tələblərinə görə şübhəli şəxs tutulduğu halda tutulmanın əsaslarını bilmək və tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq, onu tutmuş şəxsdən, təhqiqatçıdan, müstəntiqdən və ya prokurordan hüquqları haqqında yazılı bildiriş almaq hüququna malikdir. Məhkəmə təhqiqat və ibtidai istintaq orqanı tərəfindən təqdim edilən sübutların qanunsuz yolla əldə olunması qənaətinə gələrək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əleyhinə toplanmış sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr vardır və bu sübutlar cinayət təqibi üzrə mötəbər dəlillər kimi qiymətləndirilə bilməz və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmü çıxarılmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın bünövrəsini təşkil edən sübutlar qanunsuz yolla əldə olunması müəyyən edildiyindən və məhz bu əsasə görə təqsirləndirilən şəxslərin barəsində böraət hökmü çıxarılması nəzərdə tutulduğundan ibtidai istintaq orqanı tərəfindən təqdim olunan sair sübutların toplanması zamanı yol verilmiş pozuntulara, o cümlədən “şəxsi axtarış aparılması və götürmə barədə” protokolların tərtibi zamanı yol verilmiş pozuntulara, “şəxsi axtarış aparılması və götürmə barədə” protokollarla şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntüləri arasında müəyyən olunan ziddiyyətlərə, ibtidai istintaq və məhkəmə baxışı mərhələsində şahid qismində dindirilmiş Şahid8 Muxtar oğlunun, Şahid5 və X7 ziddiyyətli ifadələrinə, həmçinin ibtidai istintaq mərhələsində "xxxx" və "xxxx" MMC-dən əldə olunan məlumatlara, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizaların rəylərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası CPM-nin 33.1 və 33.3-cü maddələrində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2, 125.2.1 və 125.2.9-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Yenə də həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV hissəsinə görə, qanunun pozulması ilə əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə edilə bilməz. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinin tələblərinə görə Cinayət- Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən əməldə cinayət tərkibi olmaması (maddə 42.1.2), təqsirliliyin sübuta yetirilməməsi (maddə 42.1.4.) əsasları ilə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcuddursa, 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə şəxsin barəsində bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında” 2000-ci il 10 mart tarixli qərarında qeyd olunmuşdur: Ədalət mühakiməsinin həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Ona görə də məhkəmələr işlərə baxarkən heç bir halda qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməməlidir. Məhkəmə təhqiqat və ibtidai istintaq orqanı tərəfindən təqdim edilən sübutun qanunsuz yolla əldə olunması nəticəsinə gəldikdə, bütün hallarda həmin sübutu iş üzrə toplanmış başqa sübutların cəmindən çıxmaqla qanunu pozmuş vəzifəli şəxsin hərəkətinə münasibətini bildirməlidir”. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onların barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, məhkumluğu, cəza təyini, maddi ziyan, cəzaçəkmə müəssisəsinin növü, həbsdə saxlama müddətləri və həbsin əvvəli ilə bağlı məsələnin müzakirəsi istisna təşkil edəcəkdir. Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, 24 dekabr 2020-ci il tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuş, 26 dekabr 2020-ci il tarixdə barələrində “həbs” qətimkan tədbiri seçilmiş və onlar həmin tarixdən məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün çıxarılması ilə əlaqədar onların haqqında seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və onların hər ikisi məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-in BBPİ-nin Nizami rayon Polis İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilərkən aşkar edilərək götürülməsi iddia olunan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 142,932 qram çəkidə heroin narkotik vasitəsi, 205,316 qram metamfetamin psixotrop maddəsi, Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilərkən aşkar edilərək götürülməsi iddia olunan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,212 qram metamfetamin psixotrop maddəsi onlara Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə maddəsi ilə bəraət verildiyindən, hökm qanuni qüvvəyə mindikdən sonra qeyd olunan miqdarda narkotik vasitə heroini və qeyd olunan miqdarlarda metamfetamin psixotrop maddəsini əldə etmiş, daşıyaraq saxlamış şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli; - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində «şəxsi axtarış və götürmə» aparılması prosesinin videogörüntülərinin yükləndiyi iki ədəd DVD formatlı disk, həmçinin "xxxx" və "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarının ələ keçirilməsinə dair üç ədəd CD formatlı disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. İş üzrə məhkəmə məsrəflərinə dair məsələ ilə bağlı belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verildiyindən cinayət işi üzrə 24 dekabr 2020-ci il tarixli, 6/2776 saylı məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə sərf olunan 81,82 (səksən bir manat 82 qəpik) manat, 25 dekabr 2020-ci il tarixli, 6/2779 saylı məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə sərf olunan 81,82 (səksən bir manat 82 qəpik) manat və 25 fevral 2021-ci il tarixli, 6/376 saylı məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə sərf olunan 81,82 (səksən bir manat 82 qəpik) manat - cəmi 248,46 (iki yüz qırx səkkiz manat, 46 qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aid edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bəraət alması ilə əlaqədar ona cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1, 42.1.4, 42.2.4, 348.3 və 350.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən və onun əməlində cinayət tərkibi müəyyən edilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən və onun əməlində cinayət tərkibi müəyyən edilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-in BŞBPİ-nin Nizami rayon Polis İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilərkən aşkar edilərək götürülməsi iddia olunan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 142,932 qram çəkidə heroin narkotik vasitəsi, 205,316 qram metamfetamin psixotrop maddəsi, Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilərkən aşkar edilərək götürülməsi iddia olunan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,212 qram metamfetamin psixotrop maddəsi onlara Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə maddəsi ilə bəraət verildiyindən, hökm qanuni qüvvəyə mindikdən sonra qeyd olunan miqdarda narkotik vasitə heroini və qeyd olunan miqdarlarda metamfetamin psixotrop maddəsini əldə etmiş, daşıyaraq saxlamış şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin; - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində «şəxsi axtarış və götürmə» aparılması prosesinin videogörüntülərinin yükləndiyi iki ədəd DVD formatlı disk, həmçinin "xxxx" və "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarının ələ keçirilməsinə dair üç ədəd CD formatlı disklər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verildiyindən cinayət işi üzrə 24 dekabr 2020-ci il tarixli, 6/2776 saylı məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə sərf olunan 81,82 (səksən bir manat 82 qəpik) manat, 25 dekabr 2020-ci il tarixli, 6/2779 saylı məhkəməkimyəvi ekspertizasının keçirilməsinə sərf olunan 81,82 (səksən bir manat 82 qəpik) manat və 25 fevral 2021-ci il tarixli, 6/376 saylı məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə sərf olunan 81,82 (səksən bir manat 82 qəpik) manat - cəmi 248,46 (iki yüz qırx səkkiz manat, 46 qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aid edilməsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-125/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-125/2022
23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver