Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-125/2024 23.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və tərcüməçilər: X3 və X5 iştirakı ilə, xx xxxx 1979-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, işləməyən, məhkumluğu ödənilmiş, Bakı şəhəri Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 76, mənzil 107də yaşamış, 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan «Qoca» ləqəbli «Elçin» adlı şəxsdən istintaqa məlum olmayan vaxtda satış məqsədi ilə külli miqdarda, ümumi təmiz çəkisi 307,441 qram olan narkotik vasitə heroin, külli miqdarda, ümumi təmiz çəkisi 12,482 qram psixotrop maddə metamfetamin və üzərində «Methadone 40» yazısı olan konvalyutada 10 ədəd üzərlərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər, narkotik vasitə metadon qanunsuz əldə edərək yaşadığı Bakı şəhəri Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 76, mənzil 107 ünvanına daşıyaraq saxlamış, 12 mart 2022-ci il tarixdə saat 19 radələrində yaşadığı mənzildə satış məqsədilə qanunsuz olaraq əldə etdiyi 12,482 qram psixotrop maddə metamfetaminin 0,431 qram hissəsini 20 manat pul müqabilində tanışı Şahid4 satmışdır. Bundan başqa o, 13 mart 2022-ci il tarixdə yaşadığı mənzildə həmin psixotrop maddə metamfetaminin 0,540 qram hissəsini 20 manat pul müqabilində tanışı Şahid3, 0,428 qram hissəsini isə 20 manat pul müqabilində digər tanışı Şahid2 satmışdır. 13 mart 2022-ci il tarixdə saat 19:30 radələrində Şahid4 Bakı şəhəri Nizami rayonu, Şərifli küçəsi 25 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq ünvan 1 ünvanında yerləşən Nizami RPİ-nə gətirilərək orada üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibindən, onun satdığı 0,431 qram ağ rəngli kristallardan ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nizami RPİ-nin NMB-nin və CAŞ-nin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 13 mart 2022-ci il tarixdə saat 21 radələrində yaşadığı ünvan 3 ünvanda aparılmış axtarış zamanı mənzilin qonaq otağında kiçik masanın üzərində «Methadone 40» yazısı olan konvalyutda 10 ədəd üzərlərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər, narkotik vasitə metadon, iki ədəd gümüşü rəngli kağız bükümünün içərisində, ayrı-ayrılıqda təmiz çəkiləri 0,080 qram və 0,076 qram, ümumi təmiz çəkisi 0,156 qram olan ağ rəngli kristallardan ibarət maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd gümüşü rəngli kağız bükümünün içərisində 0,071 qram qəhvəyi rəngli tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd polietilen bükümdə, təmiz çəkisi 0,027 qram olan qəhvəyi rəngli tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd qara rəngli polietilen bükümdə, təmiz çəkisi 2,343 qram qəhvəyi rəngli tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, böyük masanın üzərindən iki ədəd üzərində heroin və metamfetamin izləri olan elektron tərəzilər, içərisində heroin izləri olan bir ədəd 1 ml-lik şpris, həmin otaqda eyvanla qonaq otağının arasındaki pəncərənin altlığından içərisində heroin izləri olan iki ədəd 1 ml-lik şprislər və iki ədəd şüşə ampul, bir ədəd polietilen bükümdə təmiz çəkisi 3,734 qram ağ rəngli kristallardan ibarət maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd çəhrayı rəngli polietilen bükümdə təmiz çəkisi 7,193 qram ağ rəngli kristallardan ibarət maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd polietilen torbada təmiz çəkisi 305 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan sonra həmin tarixdə qeyd edilən ünvanda onunla birlikdə şübhəli şəxs qismində saxlanılaraq ünvan 1 ünvanında yerləşən Nizami RPİ-nin gətirilmiş Şahid3 üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sol yan cibindən onun satdığı, xarici əlamətləri və tərkibindəki komponentlərinə görə Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş psixotrop maddə metamfetaminlə eynilik təşkil edən 0,540 qram ağ rəngli kristallardan ibarət maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Şahid2 üzərinə keçirilmiş şəxsi axtarış zamanı isə əynində olan ağ rəngli gödəkcənin sağ yan cibindən onun satdığı, xarici əlamətləri və tərkibindəki komponentlərinə görə Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş psixotrop maddə metamfetaminlə eynilik təşkil edən 0,428 qram ağ rəngli kristallardan ibarət maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, tutulanadək kondisioner təmiri ilə məşğul olmuşdur. Metronun Xalqlar dostluğu stansiyasının yaxınlığında yerləşən «Mitsibushi» mağazasında işləmişdir. Bəzən də sifarişlər əsasında evlərə gedib kondisioner təmir etmişdir. Uzun müddətdir ki, narkotik vasitə heroin və marixuanadan istifadə etmişdir. Mənzildə it saxlayır. Hadisə ərəfəsində ayağında sınıq olduğundan itinə baxa bilməmişdir. 13 mart 2022-ci il tarixdə dostları Şahid2 Senqeyeviç və Şahid3y Aleksandroviç itinə baxması üçün onun yanına gəlmişdir. Saat 18 radələrində sonuncularla evdə televizora baxarkən qəflətən polis əməkdaşları pəncərəni qırıb evə daxil olmuşlar. Polislər onlara fiziki zorakılıq göstərib, narkotik maddələrin harada olduğunu soruşmuşlar. Həmin vaxt evdə stolun üstündə 0,3 qram narkotik vasitə heroin və insulin iynəsi olmuşdur. Həmin 3 çet heroin və insulin iynəsi ona məxsusdur. Polis əməkdaşlarına bundan başqa mənzildə narkotik maddə olmadığını bildirmişdir. İttiham aktında qeyd edilən heroin, metamfetamin, metadon həbləri və tərəzilər polis əməkdaşları tərəfindən mənzilə gətirilmiş, evdə stolun üzərinə və pəncərənin yanına yerləşdirilmişdir. Sonra bölməyə aparılmış və orada da fiziki zorakılığa məruz qalmışdır. Videoçəkiliş zamanı polis əməkdaşları tərəfindən narkotik maddələrin özünə məxsus olmasını etiraf etməyəcəyi təqdirdə, itini öldürəcəkləri ilə hədələmişdir. Ona edilən fiziki zorakılıq nəticəsində əlləri və ayaqlarında göyərmələr yaranmışdır. İstintaq təcridxanasına qəbul edilərkən polis əməkdaşları tərəfindən döyüldüyü barədə məlumat vermişdir. Dostlarının narkotik vasitə istifadə edib-etmədiyini bilmir. Hadisə günü sonuncularla birlikdə mənzildə narkotik vasitə qəbul etməmişdir. Onda külli miqdarda narkotik vasitə olmamış və heç kimə narkotik vasitə satmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Hövsan qəsəbəsində yaşayır. Qapı ustasıdır. Əvvəllər narkotik vasitələrdən istifadə etmiş, lakin hazırda tərgitmişdir. Narkomaniya xəstəliyindən əziyyət çəkmir. Təqsirləndirilən şəxs yaxın dostdur. Evlərinə gediş gəlişi olmuşdur. Boş vaxtlarında tez-tez Rüstəmin pitbul itini gəzdirərək ona qulluq etmişdir. Hadisə günü Rüstəmgildə olmuşdur. Sonuncu mətbəxdə yemək hazırlamış, o isə televizora baxmışdır. Birdən it hürməyə başlamış, bundan sonra mətbəx pəncərəsi sındırılmış və içəri təxminən 8-10 nəfər polis əməkdaşı daxil olmuşdur. Həmin şəxslər onları döyərək iti öldürməklə təhdid etmiş və onlardan narkotik vasitələrin harada olduğunu soruşmuşlar. O, bu barədə heç bir məlumatının olmadığını demişdir. Onları polis bölməsinə aparmışlar. Rüstəmin evində birlikdə narkotik vasitə qəbul etməmişlər. Onun barəsində cinayət işi başlanmış və Nizami Rayon Məhkəməsinin 1 noyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmə əsasən o, narkotik vasitəni Təqsirləndirilən şəxs əldə etməyə görə məhkum edilmişdir, lakin, özünü təqsirli bilmir. Ümumiyyətlə sonuncudan heç vaxt narkotik vasitə almamışdır. Şikayətinin təmin edilməyəcəyini düşünüb, barəsində olan həmin hökmdən apellyasiya şikayəti verməmişdir. Hadisə vaxtı Rüstəmin evində narkotik vasitə görməmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs və Şahid3 uzun müddətdir tanıyır. Rüstəmin narkotik vasitələr satmasını bilmiş və ondan vaxtaşırı narkotik vasitələr almışdır. Rüstəmdən 20 manat pul müqabilində yarım qram «şüşə» kimi tanınan metamfetamin və ya 10 manata 0,300 qram metamfetamin almışdır. Belə ki, öz istifadəsində olmuş 077 *** ** ** mobil nömrədən Rüstəmin istifadəsində olmuş 070 *** ** ** mobil nömrəsinə zəng edib, narkotik vasitəsinin olub-olmadığını soruşub, olduğu halda onun yaşadığı ünvan 5 ünvanında yerləşən evinə getmiş, pulunu verib psixotrop maddə metamfetamin alıb evindən çıxıb getmiş və çöldə gizlin bir yerdə aldığı maddəni istifadə etmişdir. Üzərindən aşkar olunan maddəni 13 mart 2022-ci il tarixdə axşam saatlarında Rüstəmdən 20 manat pul müqabilində alıb, gödəkcəsinin cibinə qoymuşdur. Təxminən saat 21 radələrində Georgi Təqsirləndirilən şəxs evinə gəlmiş və Rüstəmlə başqa otaqda nəsə söhbət etmişlər. Çox güman ki, Rüstəm həmin vaxt Georgiyə də narkotik maddə satmışdır. Bir qədər sonra yenə qapı döyülmüş və sonradan adının Anar olduğunu bildiyi şəxs evə gəlmişdir. Elə bu zaman qapı yenə döyülmüş və Rüstəm qapını açdıqda mülki geyimdə bir neçə nəfər şəxsin olduğunu görmüşlər. Həmin mülki geyimli şəxslər onlara özlərini polis əməkdaşları kimi təqdim edib, xidməti vəsiqələrini göstərərək Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün evə baxış keçirilməsi zərurəti olduğunu izah etmişlər. Rüstəm polis əməkdaşlarının evinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Polis əməkdaşları evə daxil olduqdan sonra Rüstəm onlara evdə saxladığı özünə məxsus narkotik vasitələrin yerlərini göstəmişdir. Belə ki, evə axtarış keçirilən zamanı qonaq otağında olan böyük masanın üzərində iki ədəd elektron tərəzi, 5 ədəd mobil telefon, 7 list «Protol» adlı dərmanlar, 2 şüşədə «Enteral» adlı dərmanlar, 3 ədəd boş tibbi şpris, bundan başqa həmin masanın yanında olan kiçik masanın üzərindəki 2 bükümdə psixotrop maddə metamfetamin, bir ədəd bükümdə narkotik vasitə heroin, 1 listdə «metadon» tableti, bir ədəd içərisində narkotik vasitə heroin olan qara polietilen paket, bundan başqa pəncərənin altında pərdənin arxa hissəsində iki ədəd şəffaf sellofanda psixotrop maddə metamfetamin və bir ədəd politelen paketdə narkotik vasitə heroin aşkar olunmuşdur. Axtarış və götürmə keçirilən zaman videoçəkiliş aparılmış, götürülmüş bütün narkotik vasitələr qablaşdırılaraq möhürlənmiş və bütün iştirakçılar qablaşdırılmış paketə imza çəkmişlər. Bundan sonra polis əməkdaşları onarı Nizami RPİ-nə gətirmişlər. İdarədə ona bütün hüquq və vəzifələri izah olunmuş və dövlət hesabına vəkil təyin edilmişdir. Onun üzərinə şəxsi razılığı əsasında şəxsi axtarış və götürmə keçirilmiş və o, gödəkcəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə olan Rüstəmdən aldığı psixotrop maddə metamfetamini təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, narkotik vasitə istifadəçisidir. Təqsirləndirilən şəxs onun dostudur. Hadisə günü Rüstəmlə bazarın yaxınlığında görüşmüşdür.Sonuncu bazardan ərzaq almış və əlində paketlər olmuşdur. Ona kömək təklif etmiş və Rüstəm razılaşmışdır. Paketləri evə aparmaqda Rüstəmə kömək etmişdir. Evə çatdıqda sonuncu evdə heç kimin olmadığını deyib, onu evə dəvət etmiş və o, evə keçmişdir. Həmin vaxt Rüstəmin dostu Andrey də evdə olmuşdur. Bir müddət sonra polis əməkdaşları pəncərələri sındırıb evə daxil olmuşlar. Onları üzü divara tərəf düzüb, bir saatdan artıq bu vəziyyətdə saxlamışlar. Daha sonra apardıqları axtarış nəticəsində güya stolun üstündən tapdıqları narkotikləri onlara göstərmişlər. Onlardan bəzi sənədləri imzalamaqlarını tələb etmiş və onlar imzalamışlar. Onun üzəində psixotrop maddə metamfetamin olmamışdır. Barəsində cinayət işi başlanmış, bölmədə ona psixotrop maddə verilmiş, polislərin tələbinə əsasən həmin maddəni videoçəkiliş zamanı çıxarıb təqdim etmiş və Rüstəmdən aldığını demişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmə əsasən o, Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin əldə etməkdə təqsirli bilinmişdir. Hökmlə razı deyildir, Rüstəmdən narkotik vasitə almamışdır. Evdə masanın üzərində narkotik vasitə, şpris, ampula olmamışdır. Heç vaxt sonuncu ilə birlikdə narkotik vasitə qəbul etməmişdir. Hazırki iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir, həmin ifadəni oxumadan imzalamışdır. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş Şahid3 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs və Şahid2 tanıyır. Rüstəmin narkotik vasitələr satmasını bilir və ondan bir ildir ki, mütəmadi olaraq narkotik vasitələr alır. Belə ki, hər dəfə öz istifadəsində olmuş ***-***-**-** mobil nömrəsindən Rüstəmin istifadəsində olmuş 070 *** ** ** mobil nömrəsinə zəng edib, narkotik vasitəsinin olub-olmadığını soruşmuş, əgər varıdırsa onun yaşadığı Bakı şəhəri Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 76, mənzil 107 ünvanında yerləşən evinə getmişdir. Rüstəmə 20 manat pul verib, yarım qram «şüşə» alıb evindən çıxıb getmiş, gizlin bir yerdə aldığı maddəni qəbul etmişdir. Rüstəmin evi onun iş yerinə yaxın olduğu üçün sonuncunun evinə gedərən 5-10 gün onun evində qalıb, sonra öz yaşadığı Xətai rayonu Gəncə prospektindəki evinə qayıtmışdır. Rüstəmin evində qaldığı müddətdə narkotik vasitə qəbul etsə də, sonuncu ona hər hansı şərait yaratmamış, o özü narkotik istifadə etməsi üçün lazım olan şpris və ya digər əşyanı özü almışdır. 11 mart 2022-ci il tarixdə axşamçağı Rüstəmə zəng edib narkotik almağa getmiş və həmin gün Rüstəmin evində ondan aldığı narkotiki çöldə qəbul etmişdir. 13 mart 2022-ci il tarixdə isə saat 21 radələrində yenə Rüstəmin evinə getmiş və 20 manat pul müqabilində ondan narkotik alıb gödəkcəsinin cibinə qoymuşdur. Bu zaman onun evində digər alıcı Andrey də olmuşdur. Bir neçə dəqiqə sonra tanımadığı sonradan adının Anar olmasını bildiyi şəxs də qapını döymüş və Rüstəm ona da qapını açmışdır. Onlar söhbət edərkən qapı yenidən döyülmüşdür. Rüstəm qapını açdıqda mülki geyimdə bir neçə nəfər şəxsin olduğunu görmüşlər. Həmin şəxslər özlərini polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqələrini göstərərək Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün evə baxış keçirilməsi zərurəti olduğunu izah etmişlər. Rüstəm sonunculara etirazının olmadığını bildirmişdir. Polis əməkdaşları evə daxil olduqdan sonra Rüstəm onlara evdə saxladığı özünə məxsus narkotik vasitələrin yerlərini göstərmişdir. Belə ki, evə axtarış keçirilən zaman qonaq otağında olan böyük masanın üzərində iki ədəd elektron tərəzi, 5 ədəd mobil telefon, 7 list «Protol» adlı dərmanlar, 2 şüşədə «Enteral» adlı dərmanlar, 3 ədəd boş tibbi şpris, bundan başqa, həmin masanın yanında olan kiçik masanın üzərindəki 2 bükümdə metamfetamin, bir ədəd bükümdə heroin, 1 listdə «metadon» tableti , bir ədəd qara politelen paketdə içərisində heroin, bundan başqa pəncərənin altında, pərdənin arxa hissəsində iki ədəd şəffaf sellofanda metamfetamin və bir ədəd politelen paketdə heroin aşkar edilmişdir. Axtarış və götürmə keçirilən zaman videoçəkiliş aparılmış və götürülmüş bütün narkotik vasitələr qablaşdırılaraq möhürlənmişdir. Bütün iştirakçılar qablaşdırılmış paketə imza etmişlər. Bundan sonra polis əməkdaşları onları Bakı şəhəri Nizami RPİ-nə gətirmişlər. Burada ona bütün hüquq və vəzifələri izah olunmuş və dövlət hesabına vəkil təyin edilmişdir. Üzərinə razılığı əsasında şəxsi axtarış və götürmə keçirilmiş və o, gödəkcəsinin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə olan Rüstəmdən aldığı psixotrop maddə metamfetamini təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Nizami RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 13 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bu barədə idarə rəisinə məruzə olunaraq, alınmış əməliyyat məlumatının yoxlanılmasına razılıq əldə edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Qrup üzvləri ilə birlikdə həmin gün saat 21 radələrində Bakı şəhəri Nizami rayonu, R.Rüstəmov küçəsi 76 saylı binanın 107 saylı mənzilinə getmişlər. Qapını açan Təqsirləndirilən şəxs özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt evdə Təqsirləndirilən şəxs tanışları Şahid1, Şahid3 və Şahid2 də olmuşdur. Təqsirləndirilən şəxs üzərində, mənzilində narkotik vasitələr saxlamasında şübhəli olmasını bildirib, sonuncunun razılığı ilə onun evinə baxış keçirmişlər. Baxış zamanı mənzilin qonaq otağında kiçik masanın üzərində «Methadone 40» yazılı konvalyutda 10 ədəd üzərlərində «F\M40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər, iki ədəd siqaretin ağ rəngli kağız bükümünün içərisində ağ kristallardan ibarət psixotrop maddə metamfetaminə bənzər maddələr, bir ədəd siqaretin ağ rəngli kağız bükümünün içərisində qəhvəyi rəngli, bir ədəd polietilen bağlamanın içərisindəki kağız bükümünün içərisində olan qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddələr, bir ədəd qara rəngli polietilen bükümünün içərisində qəhvəyi rəngli maddə narkotik vasitə heroinə bənzər maddələr, böyük masanın üzərindən bir ədəd üzərində «Deqital» sözləri yazılmış və bir ədəd yazısız elektron tərəzilər, üzərində «Protral» 0,4 markalanma göstəricili 7 list dərman, bir ədəd üzərində «Enterol» markalanma göstəricisi olan şüşə qabda ağ rəngli həblər olan şüşə dərman qabı, bir ədəd boş vəziyyətdə üzərində inyeksiya şprisi, 5 ədəd (Samsung, Fly, TG, Mİ, Lenovo markalı) mobil telefon, həmin otaqda eyvanla qonaq otağının arasındaki pəncərənin altlığında iki ədəd boş inyeksiyə şprisi, iki ədəd şüşə ampul, bir ədəd şəffaf polietilendə və bir ədəd çəhrayı rəngli polietilen bükümünün içərisində psixotrop maddə metamfetaminə bənzər maddələr, bir ədəd polietilen bükümündə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər maddələr aşkar olunmuşdur. Aşkar olunmuş narkotik vasitə, psixotrop və digər maddələr iştirakçıların gözü qarşısında qablaşdırılırmış və qablaşdırılma üzəri imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs Nizami RPİ-nin inzibati binasına gətirilmiş və xidməti otaqlardan birində onun üzərinə şəxsi axtarış və baxış keçirilsə də, iş üçün əhəmiyyət kəsb edən heç bir dəlil aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs mənzilində olmuş Şahid1 üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, onun üzərindən iş əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Şahid5 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Nizami RPİnin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. 13 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində və yaşadığı mənzilində saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Bu barədə idarə rəisinə məruzə olunmuş və əməliyyat məlumatının yoxlanılmasına razılıq alınmışdır. Bundan sonra yaradılmış əməliyyat qrupu üzvləri ilə birlikdə həmin gün saat 21 radələrində Bakı şəhəri Nizami rayonu, R.Rüstəmov küçəsi 76 saylı binanın 107 saylı mənzilinə getmişlər. Təqsirləndirilən şəxs onlara qapını açmışdır. Onlar özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Əməliyyat qrupunun üzvləri Təqsirləndirilən şəxs üzərində və mənzilində narkotik vasitələr saxlamasında şübhəli olması bildirilib, sonuncunun razılığı ilə onun evinə baxış keçirmişlər. Həmin vaxt evdə Təqsirləndirilən şəxs tanışları Şahid1, Şahid3 və Şahid2 də olmuşdur. Baxış zamanı mənzilin qonaq otağında kiçik masanın üzərində «Methadone 40» yazılı konvalyutda 10 ədəd üzərlərində «F\M40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər, iki ədəd siqaretin ağ rəngli kağız bükümünün içərisində ağ kristallardan ibarət maddələr psixotrop maddə metamfetaminə bənzər maddələr, bir ədəd siqaretin ağ rəngli kağız bükümünün içərisində qəhvəyi rəngli, bir ədəd polietilen bağlamanın içərisindəki kağız bükümünün içərisində olan qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddələr, bir ədəd qara rəngli polietilen bükümünün içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə, böyük masanın üzərindən bir ədəd üzərində «Deqital» sözləri yazılmış və bir ədəd yazısız elektron tərəzilər, üzərində «Protral» 0,4 markalanma göstəricili 7 list dərman, bir ədəd üzərində «Enterol» markalanma göstəricisi olan şüşə qabda ağ rəngli həblər olan şüşə dərman qabı, bir ədəd boş vəziyyətdə üzərində inyeksiya şprisi, 5 ədəd (Samsung, Fly, TG, Mİ, Lenovo markalı) mobil telefon, həmin otaqda eyvanla qonaq otağının arasındakı pəncərənin altlığında iki ədəd boş inyeksiya şprisi, iki ədəd şüşə ampul, bir ədəd şəffaf polietilendə və bir ədəd çəhrayı rəngli polietilen bükümünün içərisində psixotrop maddə metamfetaminə bənzər, bir ədəd polietilen bükümündə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər maddələr aşkar olunmuşdur. Aşkar olunmuş narkotik vasitələr iştirakçıların gözü qarşısında qablaşdırılırmış və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 və Şahid8 şahid E.H.Abbasquluyevin ifadəsinə oxşar ifadə verdilər. Əvvəlki məhkəmə tərkibinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, əvvəllər narkotik vasitədən istifadə etsə də, sonralar tərgitmişdir. Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır. Sonuncu onun qonşusu olsa da, onunla yaxın münasibəti olmamışdır. Hadisə günü binanın blokunda olarkən polis əməkdaşlarının gəldiklərini və Rüstəmin yaşadığı mənzilə daxil olduqlarının görmüşdür. Az sonra bir nəfər polis əməkdaşı yaxınlaşıb, onu Rüstəmin yaşadığı mənzilə dəvət etmiş və o, razılaşıb mənzilə daxil olmuşdur. Mənzildən narkotik vasitələr aşkar edilmişdir. Daha sonra polislər mənzildəki digər şəxslərlə birlikdə onu da Nizami RPİ-nə aparmışlar. Orada Təqsirləndirilən şəxs polislər tərəfindən döyüldüyünü görmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitə almamışdır. Əvvəllər narkotik vasitələrdən istifadə etdiyi vaxtlarda bir neçə dəfə Rüstəmlə birlikdə narkotik almağa getmişdir. Onların hər biri ayrı-ayrılıqda özü üçün narkotik vasitə almışdır. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs tanıyır, sonuncu onun qonşusudur. Rüstəmin narkotik vasitə heroin və metamfetamin satdığını bilmiş və ondan bir neçə dəfə narkotik almışdır. Rüstəmdən tutulmasından təxminən 3 gün əvvəl onun yaşadığı Bakı şəhəri Nizami rayonu, R.Rüstəmov küçəsi ev 76, mənzil 107-ə gəlib ondan şəxsi istifadəsi üçün 10 manata metamfetamin almışdır. 13 mart 2022-ci il tarixdə saat təxminən 18 radələrində Rüstəmə «Whatsapp» tətbiqi vasitəsi ilə yazaraq ondan metamfetamin almaq istədiyini bildirmişdir. Rüstəm gəlib ondan metamfetamin ala biləcəyini demişdir. Həmin gün saat təxminən 20:50 radələrində Rüstəmin yaşadığı evə getmiş və bu zaman içəridə Rüstəmin tanışlarının olduğunu görmüşdür. Həmin şəxsləri tanımır. Güman etmişdir ki, onlar da narkotik vasitə almağa gəlmişlər. Bir neçə dəqiqə sonra evə polis əməkdaşları gəlmiş, özlərini təqdim etdikdən sonra evdə axtarış keçirəcəklərini bildirmişlər. Sonra Rüstəmə hüquq və vəzifələrini izah etmiş, ondan evində videogörüntü ilə axtarış keçirilməsi ilə bağlı etirazının olub-olmadığını soruşmuşlar. Rüstəm onlara etirazının olmadığını bildirmişdir. Həmin vaxt evdə iki nəfər adlarını bilmədiyi Rüstəmin tanışları olmuşdur. Həmin şəxslərin və onun iştirakı ilə polis əməkdaşları Rüstəmin evində axtarış keçirmişlər. Axtarış zamanı Rüstəmin evində kiçik masanın üzərində «Methadone 40» yazılı konvalyutda 10 ədəd üzərlərində «F\M40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər, 2 ədəd siqaretin ağ rəngli kağız bükümünün içərisində ağ kristallardan ibarət maddələr, 1 ədəd siqaretin ağ rəngli kağız bükümünün içərisində qəhvəyi rəngli, 1 ədəd polietilen bağlamanın içərisindəki kağız bükümünün içərisində olan qəhvəyi rəngli vasitə, 1 ədəd qara rəngli polietilen bükümünün içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə, böyük masanın üzərindən 1 ədəd üzərində «Deqital» sözləri yazılmış və 1 ədəd yazısız elektron tərəzi, üzərində «Protral 0,4 yazısı olan 7 list dərman, 1 ədəd üzərində «Enterol» markalanma göstəricisi olan şüşə qabda ağ rəngli həblər olan şüşə dərman qabı, 1 ədəd boş vəziyyətdə inyeksiya şprisi, 5 ədəd (Samsung, Fly, TG, Mİ, Lenovo) markalı mobil telefon, həmin otaqda eyvanla qonaq otağının arasındaki pəncərənin altlığında 2 ədəd boş inyeksiyə şprisi, 2 ədəd şüşə ampul, 1 ədəd şəffaf polietilendə və 1 ədəd çəhrayı rəngli polietilen bükümünün içərisində metamfetaminə bənzər maddə, 1 ədəd polietilen bükümündə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Aşkar olunmuş narkotik vasitələr iştirakçıların gözü qarşısında qablaşdırılmış və üzərlərini onlar hamısı imzaları ilə təsdiq etmişdir. Bundan sonra onu da digər şəxslərlə birlikdə Nizami RPİ-nə gətirmişlər. İdarədə xidməti otaqda onu dövlət hesabına müdafiəçi ilə təmin edib, hüquqlarını və vəzifələrini bir daha izah etmişlər. Bundan sonra videogörünütü ilə onun üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Lakin üzərində hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş Şahid4 ifadəsindən görünür ki, təxminən 10 ildir ki, psixotrop maddə metamfetamindən istifadə edir. 12 mart 2022-ci il tarixdə saat təxminən 19:30 radələrində ünvan 6 ünvanın qarşısında olan zaman polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsində şübhəli olduğu polis idarəsinə aparılmışdır. İdarədə xidməti otaqların birində polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılaraq üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Bu zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd ağ şəffaf sellefona bükülmüş ağ kristal halında olan maddəni polis əməkdaşlarına təqdim edib, həmin maddənin metamfetamin olduğunu, 12 mart 2022-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxsn öz istifadəsi üçün 20 manata aldığını demişdir. Üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan metamfetamin polis əməkdaşlarının iştirakı ilə qablaşdırılıb möhürlənmişdir. O və polis əməkdaşları protokolu və möhürlənmiş bağlamanı öz imzaları ilə imzalamışdır. İşin 1-ci cildinin 17-19-cu vərəqlərindəki 13 mart 2022-ci il tarixli «şəxsin evində axtarış və götürmə keçirilməsi barədə» protokoldan görünür ki, Təqsirləndirilən şəxs mənzilinə axtarış və götürmə aparılan zaman sonuncuya hüquq və vəzifələri izah edilmiş, videoçəkilişlə evində axtarış keçirilməsinə dair etirazının olub-olmadığı soruşulmuş və o, etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs evinə daxil olduqda həmin ev dəhlizdən, sağda mətbəxdən, düzünə qonaq otağından və qonaq otağının solunda yataq otağından ibarətdir. Qonaq otağına daxil olduqda sağdakı masanın üzərində üstündə bir ədəd üzərində «Deqital» sözləri yazılmış, bir ədəd yazısız elektron tərəzi, üzərində «Protral» sözləri yazılmış 7 list hər birinin içərisində bir ədəd həb olmaqla dərman, bir ədəd üzərində «Enterol» sözləri yazılmış şüşə qabda yarımçıq dərman, bir ədəd boş vəziyyətdə inyeksiya şprisi, 5 ədəd (Samsung, Fly, LG, Mİ, Lenovo) markalı mobil telefonlar aşkar edilmişdir. Bundan başqa həmin otaqda kiçik masanın üstündə üzərində «Metadon» sözləri yazılmış 1 list içərisində 10 ədəd həb olmaqla dərman, bir ədəd siqaretin ağ rəngli kağız bükümünün içərisində kristallaşmış, bir ədəd politelen bağlamanın içərisindəki kağız bükümün içərisində qəhvəyi rəngli, bir ədəd qara rəngli politelen bükümün içərisində qəhvəyi rəngli maddələr aşkar edildi. Bundan sonra baxış zamanı həmin otaqdan eyvana çıxan pərdəni çəkdikdə eyvanla qonaq otağının arasındakı pəncərənin altlığında iki ədəd boş inyeksiya şprisi, iki ədəd sınmış boş ampula, bir ədəd şəffaf politelen və bir ədəd çəhrayı rəngli polietilen bükümün içərisində kristallaşmış maddələr, 1 politelen bükümündə qəhvəyi rəngli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs sorğu zaman evindən aşkar edilmiş maddələrin «kakos» və «patı» olmasını, şəxsi istifadəsi üçün evində saxlamasını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs evindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. İşin 1-ci cildinin 72-76-cı vərəqlərindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1462 nömrəli 14 mart 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs (imza)» yazısı və imzalar olan zərfin və paketin içərisindəki, 1 ədəd polietilen torbada təmiz çəkisi 305 qram, 1 ədəd «gümüşü» rəngli kağız bükümdə təmiz çəkisi 0,071 qram, 1 ədəd qara rəngli polietilen bükümdə təmiz çəkisi 0,027 qram və 1 ədəd polietilen torbacıqda kağız bükülüdə olan təmiz çəkisi 0,027 qram, umumillikdə 307,441 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış vasitə heroindir. 1 ədəd polietilen bükümdə təmiz çəkisi 3,734 qram, 2 ədəd «gümüşü» rəngli kağız bükümdə ümumi təmiz çəkisi 0,156 qram (ayrı-ayrılıqda təmiz çəkisi 0,080 qr və 0,076 qr) və 1 ədəd çəhrayı rəngli polietilen bükümdə təmiz çəkisi 7,193 qram, ümumillikdə 11,083 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustra üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində «Methadone 40» yazısı olan konvalyutada 10 ədəd üzərlərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 10 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,4 qramdır, (üzərində qeyd olunmuş göstəricisinə əsasən bir həbdə 0,04 qram metadon olmaqla) - 2 ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin, 2 ədəd şüşə ampulun və 3 ədəd 1 ml-lik şprisin içərisində heroin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkinli olub-olmamasını müəyyən etmək mükün deyildir. Üzərində «Protral» 0,4 (tamsulosin) və «Tamsulosin 0,4» markalanma göstəricisi olan ümumillikdə 65 ədəd sarı-yaşıl rəngli kapsul və üzərində «Enterol 250» markalanma göstəricisi olan şüşə qabda ağ rəngli xırdalanmış həblərin tərkibində narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və zəhərli maddələrin komponentləri yoxdur. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin»in siyahısına daxildir. İşin 1-ci cildinin 214-218-ci vərəqlərindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2281 nömrəli 11 may 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR ƏN MEM-nin «Tədqiqat Obyekti № 59» və «Tədqiqat Obyekti № 65»-li ştamp əksləri olan paketlərdəki Təqsirləndirilən şəxs mənzilindən aşkar olunmuş metamfetaminlər, Şahid2, Şahid3 və Şahid4 üzərlərindən aşkar olunmuş metamfetaminlərlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. İlkin tədqiqat zamanı Təqsirləndirilən şəxs götürülmüş metamfetaminin ayrıayrılıqda və ümumi təmiz çəkisi 14 mart 2022-ci tarixli 6/1462 nömrəli, Şahid2 götürülmüş metamfetaminin təmiz çəkisi 14 mart 2022-ci tarixli 6/1463 nömrəli, Şahid3 götürülmüş metamfetaminin təmiz çəkisi 14 mart 2022-ci tarixli 6/1461 nömrəli və Şahid4 götürülmüş metamfetaminin təmiz çəkisi 13 mart 2022-ci tarixli 6\1450 nömrəli ekspert rəylərində göstərilmişdir. İşin 1-ci cildinin 195-196-cı vərəqlərindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi X15»in 29 mart 2022-ci il tarixli 1456 nömrəli rəyindən görünür ki, X6 opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 1-ci cildinin 183-cü vərəqindəki 20 mart 2022-ci il tarixli «videogörüntüyə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs mənzilinə axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs hüquqları izah edilməklə evində axtarış və götürmə aparılmasına etiraz etməməsini bildirdikdən sonra Təqsirləndirilən şəxs sözü gedən ünvanda olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, həmçinin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilir. Bundan sonra axtarış zamanı evində kiçik masanın üzərində «Methadone 40» yazılı konvalyutda 10 ədəd üzərlərində «F\M40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər, iki ədəd siqaretin ağ rəngli kağız bükümünün içərisində ağ kristallardan ibarət maddələr psixotrop maddə metamfetamin, bir ədəd siqaretin ağ rəngli kağız bükümünün içərisində qəhvəyi rəngli, bir ədəd polietilen bağlamanın içərisindəki kağız bükümünün içərisində olan qəhvəyi rəngli narkotik vasitə heroin, bir ədəd qara rəngli polietilen bükümünün içərisində qəhvəyi rəngli maddə narkotik vasitə heroin, böyük masanın üzərindən bir ədəd üzərində «Deqital» sözləri yazılmış və bir ədəd yazısız elektron tərəzilər, üzərində «Protral 0,4 markalanma göstəricili 7 list dərman, bir ədəd üzərində «Enterol» markalanma göstəricisi olan şüşə qabda ağ rəngli həblər olan şüşə dərman qabı, bir ədəd boş vəziyyətdə üzərində inyeksiya şprisi, 5 ədəd (Samsung, Fly, TG, Mİ, Lenovo) markalı mobil telefon, həmin otaqda eyvanla qonaq otağının arasındakı pəncərənin altlığında iki ədəd boş inyeksiya şprisi, iki ədəd şüşə ampul, bir ədəd şəffaf polietilendə və bir ədəd çəhrayı rəngli polietilen bükümünün içərisində psixotrop maddə metamfetamin, bir ədəd polietilen bükümündə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunur. Aşkar olunmuş narkotik vasitələr iştirakçıların gözü qarşısında qablaşdırılır və üzəri iştirakçılar tərəfindən imzalanır. İşin 1-ci cildinin 213-cü vərəqindəki 24 aprel 2022-ci tarixli «CD diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, "xxxx" MMC-dən alınmış «NAR» fərqləndirici yazısı olan 1 ədəd CD disk açılan zaman «Zənglərin Detallaşması» və «X2» adlı qovluqların olması müəyyən edilir. Qovluqlar açılarkən Təqsirləndirilən şəxs adına olan və istifadəsin olmuş ***-***-**-** saylı mobil nömrənin müxtəlif mobil telefon nömrələri ilə aparılmış telefon danışıqlarının giriş-çıxış zəngləri müəyyən edilir. İş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir danışığın müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin Şahid2 Sergeyeviçin adına olan ***-***-**-** mobil nömrənin ***-***-**-** mobil nömrə ilə danışıqlarının olması müəyyən edilmişdir. İşin 1-ci cildinin 247-261-ci vərəqlərindəki 7 iyun 2022-ci il tarixli «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs mənzilindən aşkar edilmiş ümumi təmiz çəkisi 307,441 (tədqiqatdan sonra qalıq 307,101) qram narkotik vasitə heroin, ümumi təmiz çəkisi 11,083 (tədqiqatdan sonra qalıq 10,773) qram metamfetamin, 10 (tədqiqatdan sonraq qalıq 9 ədəd metadon həbi, 2 ədəd elektron tərəzi, 2 ədəd şüşə ampul, 3 ədəd 1 ml-lik şpris, Təqsirləndirilən şəxs mənzilinə keçirilmiş axtarış və götürmə haqqında protokola əlavə edilmiş bir ədəd CD disk və "xxxx" MMC-dən alınmış «NAR» fərqləndirici yazı olan bir ədəd CD disk maddi sübut kimi tanınmış, iki ədəd CD disk cinayət işinə əlavə edilmiş, digər maddi sübutlar isə saxlanılması üçün Nizami Rayon Polis İdarəsinin Maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. İşin 1-ci cildinin 130-131-ci vərəqlərindəki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Qarnizonu Hərbi prokurorluğu tərəfindən 12 aprel 1999-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 242-ci maddəsinin «A» bəndi ilə 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa, X1 Rayon Xalq Məhkəməsinin 3 avqust 2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM 93-3 mad.3, 93-9 maddələri ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İşin 1-ci cildinin 34-cü vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdəki 3 saylı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 16 avqust 2022-ci il tarixdə təcridxanaya yerləşdirilmişdir. İlkin tibbi müayinədən keçirilərkən o, xəsarət aldığını bildirmişdir. Təqsirləndirilən şəxs sol sağrı nahiyəsində sağ budun bayır səthində sol bazunun bayır səthində bənövşəyi qançırlar olmaqla yeni zədə izləri aşkar olunmuşdur. Cinayət işinə əlavə edilmiş Nizami rayon prokurorluğunun Təqsirləndirilən şəxs tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər əsasında toplanmış 358-C-22 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə 18 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar olunması barədə xüsusi məlumatda cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. İşdəki Nizami rayon məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli hökmündən görünür ki, Şahid3 Təqsirləndirilən şəxs 0,540 qram psixotrop maddə metamfetamini satış məqsədi olmadan əldə etdiyinə görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdəki Nizami rayon məhkəməsinin 1 noyabr 2022-ci il tarixli hökmündən görünür ki, Şahid2 Təqsirləndirilən şəxs 0,428 qram psixotrop maddə metamfetamini satış məqsədi olmadan əldə etdiyinə görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 may 2024-cü il tarixli qərarı ilə dövlət ittihamçısı məhkəmə baxışı gedişində Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən cinayət təqibindən imtina etdiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi. Onun bu ifadəsi məhkəmədə dindirilmiş və tədqiq edilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar, Bakı şəhəri Nizami rayon məhkəməsinin hökmləri, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, ifadəsinə tənqidi yanaşır, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirmək məqsədi güdən ifadə kimi qiymətləndirir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmədə dindirilmiş şahidlər Şahid3 və Şahid2 Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamin almadıqlarını bildirsələr də, onların bu ifadələri barələrində olan Nizami rayon məhkəməsinin müvafiq olaraq 14 sentyabr 2022-ci il və 1 noyabr 2022-ci il tarixli hökmləri ilə təkzib olunduğundan məhkəmə onların ifadələrinə tənqidi yanaşır və sübut hesab etmir. Əvvəlki məhkəmə tərkibinin iştirakı ilə dindirilmiş Şahid1 ifadəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü bildirmişdir. Qeyd edilən xüsusat məhkəmə araşdırması, eyni zamanda Nizami rayon prokurorluğunda toplanmış 358-C-22 nömrəli material üzrə araşırma zamanı öz təsdiqini tapmadığından məhkəmə həmin hissədə ifadəsini sübut hesab etmir. Şahidlər Şahid3, Şahid2 və Şahid1 ibtidai istintaq zamanı verdikləri ifadələri isə digər sübutlar və işin halları ilə təsdiq olunduğundan məhkəmə həmin ifadələri sübut hesab edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək qərara gəlir ki, ona təqirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 13 mart 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Nizami RPİ-də saxlanılan Təqsirləndirilən şəxs mənzilindən aşkar edilmiş ümumi təmiz çəkisi 307,441 (tədqiqatdan sonra qalıq 307,101) qram narkotik vasitə heroin, ümumi təmiz çəkisi 11,083 (tədqiqatdan sonra qalıq 10,773) qram metamfetamin, 10 (tədqiqatdan sonra qalıq 9) ədəd metadon həbi, 2 ədəd elektron tərəzi, 2 ədəd şüşə ampul, 3 ədəd 1 ml-lik şprislər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs mənzilinə keçirilmiş axtarış və götürmə haqqında protokola əlavə edilmiş bir ədəd CD disk və "xxxx" MMC-dən alınmış «NAR» fərqləndirici yazı olan bir ədəd CD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs mənzilindən götürülmüş, iş üzrə əhəmiyyət kəsb etmədiyindən maddi sübut kimi tanınmayaraq Nizami Rayon Polis İdarəsinin Maddi sübutların saxlanma kamerasına təhvil verilmiş 65 (tədqiqatdan sonra qalıq 63) kapsul hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, «Samsung», «Fly», «LG», «Mİ» və «Lenovo» markalı mobil telefon aparatları isə Təqsirləndirilən şəxs qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193-cü maddəsi və «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 540 (beş yüz qırx) manat onun işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 13 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Nizami RPİ-də saxlanılan saxlanılan Təqsirləndirilən şəxs mənzilindən aşkar edilmiş ümumi təmiz çəkisi 307,441 (tədqiqatdan sonra qalıq 307,101) qram narkotik vasitə heroin, ümumi təmiz çəkisi 11,083 (tədqiqatdan sonra qalıq 10,773) qram metamfetamin, 10 (tədqiqatdan sonra qalıq 9) ədəd metadon həbi, 2 ədəd elektron tərəzi, 2 ədəd şüşə ampul, 3 ədəd 1 ml-lik şprislər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs mənzilinə keçirilmiş axtarış və götürmə haqqında protokola əlavə edilmiş bir ədəd CD disk və "xxxx" MMC-dən alınmış «NAR» fərqləndirici yazı olan bir ədəd CD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs mənzilindən götürülmüş, iş üzrə əhəmiyyət kəsb etmədiyindən maddi sübut kimi tanınmayaraq Nizami Rayon Polis İdarəsinin Maddi sübutların saxlanma kamerasına təhvil verilmiş 65 (tədqiqatdan sonra qalıq 63) kapsul hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. «Samsung», «Fly», «LG», «Mİ» və «Lenovo» markalı mobil telefon aparatları isə Təqsirləndirilən şəxs qohumlarına qaytarılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 540 (beş yüz qırx) manat onun işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-125/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-125/2024
23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver