Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-125/2025 23.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, X12 və X6 ibarət tərkibdə, X18 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçilər X7, X5, X2, X1 və X3 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 7nda yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanıla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə metadon tərkibli dərman preparatı və qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımış və təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, o, məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 02 ədəd konvolyutda qəhvəyi rəngli dairəvi formalı üzərində “F/M40” əks əlavəli, təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram təşkil edən ümumilikdə 20 ədəd narkotik vasitə metadon tərkibli dərman preparatını və 01 ədəd bükümdə təmiz çəkisi 2,732 qram olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla ünvan 2 ünvana daşımış, 19 mart 2023-cü il tarixdə, saat 01:30 radələrində X16 Alayının 4-cü Patrul Bölüyünün əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında saxlanılaraq, ünvan 3 ünvanda yerləşən Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Poli bölməsinin inzibati binasına dəvət olunmuş, orada həmin tarixdə, saat 02:30-dan etibarən üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli idman gödəkçəsinin sol yan cibindən satış məqsədi ilə, qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı, 02 ədəd konvolyutda qəhvəyi rəngli dairəvi formalı üzərində “F/M40” əks əlavəli, təsiredici maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarda ümumi miqdarı 0,8 qram təşkil edən ümumilikdə 20 ədəd narkotik vasitə hesab olunan metadon tərkibli dərman preparatı və 01 ədəd qara rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 2,732 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən satış məqsədi ilə qanunsuz olaraq məlum olmayan vaxtda və mənbədən ümumi təmiz çəkisi 16,045 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və təmiz çəkisi 5,576 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini alaraq əldə edib, daşımaqla üzərində saxlamış və 04 may 2023-cü il tarixdə, saat 14:30-da Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün ünvan 7nın yaxınlığında saxlanılaraq, ünvan 5 ünvanında yerləşən Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinə gətirilərək, orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan göy rəngli gödəkçəsinin sağ yan cibində olan üzərində “Rock Pippa” yazısı yazılmış karandaş qabının içindən 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 15,338 qram, 0,356 qram və 0,351 qram olmaqla, ümumi təmiz çəkisi 16,045 qram xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 5,576 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3-cü maddələri ilə ittiham ona görə irəli sürülmüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə metadon tərkibli dərman preparatı və qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımış və təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində və yaşadığı evdə saxlamışdır. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs tərəfindən ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham mübahisələndirilərək, onun tərəfindən həmin ittiham qəbul edilməmiş, ittihamın yalnız müəyyən hissəsi qəbul edilmişdir. Məhkəmədə ittiham tərəfini təmsil edən dövlət ittihamçısı ittiham tərəfinin təqdim etdiyi sübutların qanuniliyini, həmçinin təqsirləndirilən şəxsin cinayət əməlinin Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3-cü maddələri ilə tövsif edilməsini müdafiə etmişdir. Cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri: İşdə iştirak edən şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün əhəmiyyətli olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiqinin aparılmasından və iş üzrə həqiqətin müəyyən edilməsindən ötrü, həmçinin məhkəmə araşdırması zamanı proses tərəflərinin birini digəri qarşısında zəif duruma salmayacaq şərtlər daxilində hər bir tərəfin (həm ittiham, həm müdafiə tərəfinin) sübutlarını və mövqeyini təqdim etməsi şəraitində keçirilmiş məhkəmə araşdırmasında cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri aşağıdakılardan ibarət olmuşdur. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, elan edilmiş ittihamda göstərilən ilk epizod üzrə bildirir ki, 19 mart 2023cü il tarixdə bir nəfər tanışı ilə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsinə getmişdir. Orada həmin tanışı narkotik vasitələri götürmüşdür, həmin maddələr metadon və 2 qram nəşədən ibarət olmuşdur. Həmin narkotik vasitələrin ittiham aktında qeyd edilən çəkiləri ilə razıdır. Həmin vaxt onu polis əməkdaşları saxlayıb polis bölməsinə aparmışlar. Bölmədə üzərinə şəxsi axtarış keçirilmiş və həmin narkotik vasitələr onun üzərindən aşkar edilmişdir. O, həmin epizodla bağlı ittihamda göstərilənlərlə razıdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərmişdir ki, o, elan edilmiş ittihamda göstərilən ikinci epizodla bağlı bildirir ki, 03 may 2023-cü il tarixdə, axşam saatlarında təxminən saat 21 radələrində Əli adlı şəxslə görüşüb Cavanşir adlı şəxsin evinə getmişlər. Onlar ora gedəndə içəridə Cavanşir və bir nəfər qız olmuşdur. Onlar həmin evdə oturub birlikdə yemək üçün getmişlər. Bu zaman Elmir adlı şəxs ona zəng vurub yanına gəlmək istədiyini bildirmişdir. 30 dəqiqə sonra qapı döyüləndə o, əlində telefon heç qapıya baxmadan yaxınlaşıb qapını açdıqda görmüşdür ki, 8 nəfər polis əməkdaşı içəri daxil olmuşdur. Dərhal onu yerə yıxıb əlinə qandal vurmuşlar. Həmin polis əməkdaşları narkotik maddələrin harada olduğunu soruşduqda, onda olan bütün malların stolun üstündə olduğunu bildirmişdir. Həmin vaxt stolun üzərində bir qrama yaxın narkotik vasitə olmuşdur. Onda başqa heç bir narkotik vasitə olmadığını bildirmişdir. İçəridə olan 5 nəfərin hər birini polis əməkdaşları polis bölməsinə aparmışlar. Orada onu döymüşlər. İlk olaraq 10-15 qram narkotik maddə təqdim edib ona məxsus olmasını etiraf etməsini tələb etmişlər. O isə buna etiraz etmişdir. Bildirmişdir ki, o, narkotik vasitə istifadə edir, lakin narkotik maddələrin satışı ilə məşğul olmur. Onu polis bölməsində döymüşlər. Ona görə də, o, məcbur olub onların dedikləri sənədlərə imza etmişdir. Həmin vaxt ondan yaşadığı ünvanını soruşmuşlar, o da özünün yaşadığı ünvanı demişdir, sonra onu Cavanşirgilə aparmışlar. Bəşir adlı polis əməkdaşı əlində paketlə gəlib güya narkotik maddələrin ona məxsus olduğunu və üzərinə götürməli olduğunu demişdir. Daha sonra həmin polis əməkdaşları onun iştirakı olmadan gedib həmin narkotik vasitələri Cavanşirgildə gizlətmişlər. Onu həmin ünvana aparmamışdan qabaq demişlər ki, içəri girəndə sağ otaqda kreslonun arxasında “mal” olacaq, onu açıb göstərməsini bildirmişlər. Onlar həmin ünvana gəlmişlər, o da polis əməkdaşlarının dediyi kimi, video çəkilişlə həmin ünvanda baxış keçirilərkən həmin maddələrin yerini göstərmişdir. İttihamda qeyd edilir ki, həmin maddələr güya divanın arxasında olmuşdur, lakin orada heç divan olmamışdır. “Mal” kreslonun üzərində olmuşdur. O, 3 övladının olduğunu və evində narkotik vasitə saxlamadığını bildirmişdir. O, həmin ünvana baxış keçirilən zaman onun evinin həmin ünvan olmadığını dəfələrlə desə də, ona demişlər ki, “biz özümüz bilərik”. Ona fiziki təzyiqlər göstərmişlər. Bütün bədənini skoçla bağlayıb, əl-ayağına dəyənəklə vurmuşlar. Ona bu təzyiqləri polis bölməsində etmişlər. Fiziki təzyiqlər nəticəsində məcbur qalıb narkotik vasitənin ona məxsus olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs məhkəmənin sonrakı iclaslarında verilən suallara cavab olaraq göstərmişdir ki, ona elan edilmiş ittiham üzrə ikinci epizodda 535 qram narkotik vasitə heroinin aşkar edildiyi göstərilən ünvan 7 həqiqətən də onun yaşadığı ünvandır və həmin ünvan başqa binanın 4-cü mərtəbəsində yerləşir, o, həmin ünvanda ailə üzvləri ilə birlikdə kirayədə yaşamışdır. Lakin 535 qram narkotik vasitə heroinin aşkar edildiyi qeyd edilən və video çəkilişlə baxış keçirilmiş ünvan isə binanın 1-ci mərtəbəsində yerləşir, 1-ci mərtəbədə yerləşən bu ünvan Cavanşir adlı şəxsə məxsus olmuş və həmin mənzilin ona heç bir aidiyyəti olmamışdır. Polis əməkdaşları onu video çəkilişlə baxış keçirilməsi üçün həmin 1-ci mərtəbədə yerləşən ünvana aparmışlar. Polis əməkdaşları əslində onu Cavanşir və digər şəxslərlə birlikdə həmin ünvanda saxlamışlar, o, həmin ünvanda narkotik vasitə qəbul etsə də, polis əməkdaşları gələn zaman orada narkotik vasitə olmamışdır. Polis əməkdaşları həmin vaxt orada olan Cavanşiri və digər şəxsləri də saxlamışlar, lakin sonradan digər şəxslər buraxılmışdır. O, Cavanşirin hazırda həmin ünvanda yaşayıb-yaşamadığını bilmir. Cavanşir həmin ünvanda tək yaşayırmış. Həmin 1ci mərtəbədə yerləşən mənzilin nömrəsi 26-dır. Onun yaşadığı mənzilin nömrəsi isə ittihamda göstərildiyi kimi, 23-dür. Yəni, polis əməkdaşlarının video çəkilişlə baxış keçirdikləri və ittiham aktında 535 qram narkotik vasitə heroinin aşkar edildiyi göstərilən ünvan ünvan 7 deyil. Təqsirləndirilən şəxs məhkəmənin sonrakı iclaslarında verilən suallara cavab olaraq göstərmişdir ki, o, 04 may 2023-cü il tarixdə saxlanılıb polis bölməsində onun üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində təxminən 1 qrama yaxın heroin olmuşdur, yəni heroinin miqdarı 16,045 qram olmamışdır, həmçinin həmin vaxt onun üzərində 5,576 qram metamfetamin ümumiyyətlə olmamışdır. Qeyd etdiyi kimi, 535 qram narkotik vasitə heroinin də, həmçinin həmin heroinin aşkar edildiyi göstərilən mənzilin də ona heç bir aidiyyəti yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu izahatı və ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 04 may 2023-cü il tarixdə verdiyi izahatında, sonra 05 may 2023-cü il tarixdə şübhəli şəxs qismində, daha sonra isə 06 may 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, bir ilə yaxındır ki, narkotik maddə heroin və patıdan istifadə edir. 03 may 2023-cü il tarixdə internetdə tanış olduğu İran İslam Respublikası vətəndaşı olan tanımadığı şəxslə əlaqə saxlayıb ondan narkotik vasitə heroin və metamfetamin istəmişdir, o da Dübəndi qəsəbəsinə getməyini və orada qəbiristanlıqda dediyi yerə narkotik maddələr qoyduğunu, gedib onları götürməyini bildirmiş və bunun qarşılığında 500 manat ona pul verməsini istəmişdir. O da pulunun olmadığını, sonra ona pulunu göndərəcəyini demişdir. Həmin şəxs də razılaşmış və onun dediyi üzrə Dübəndi qəsəbəsinə gedib orada olan qəbiristanlıqdan bağlamada olan narkotik maddələri götürmüş və yaşadığı evə gətirərək evdə yataq otağında divanın ara hissəsinə qoyub orada gizli saxlamışdır. Həmin narkotik maddədən üç ədəd bükümdə heroin və bir ədəd bükümdə olan patını özü ilə götürmüş, qalanı isə həmin yerdə qalmışdır. 04 may 2023-cü il tarixdə, təxminən saat 14:30 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, F.Bayramov küçəsində olan yaşadığı evin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və onun kim olması barədə soruşmuşlar. O da özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar onun narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi üçün onu yaxınlıqda olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinə dəvət etmişlər və o da razılaşıb 30-cu Polis şöbəsinə gəlmişdir. 30-cu Polis şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə dövlət hesabına vəkil təyin edilmişdir. Daha sonra polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə baxış keçirmişlər. Baxış zamanı əvvəlcə ondan üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda çıxarıb təqdim etməsi təklif olunmuşdur. O da əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən göy rəngli, üzərində “Rock Pippa” sözləri yazılmış karandaş qabını, həmin gödəkçəsinin sol iç cibindən isə 02 ədəd birinin ekranının alt hissəsi çatlamış halda olan qara rəngli “Samsung” markalı və qara rəngli “Katel” markalı mobil telefonları çıxarıb təqdim etmişdir. Ondan aşkar edilmiş qələm qabı açıldıqda içərisində olan 04 ədəd büküm aşkar olunmuşdur və həmin bükümlər açılaraq içinə baxıldıqdan sonra ondan həmin bükümlərin içərisində nə olması barədə soruşulmuşdur. O da həmin bükümlərdən üç ədəd bükümün içərisində heroin, qalan bir ədəd bükümün içərisində isə metamfetamin olduğunu, həmin narkotik maddələri 03 may 2023-cü il tarixdə İran İslam Respublikasının vətəndaşı olan tanımadığı şəxsin dediyi yerdən, yəni Dübəndi qəsəbəsində olan qəbiristanlıqdan 500 manata aldığını, lakin pulunun olmadığı üçün sonra pulunu vermək barədə razılaşdığını, bundan başqa yaşadığı evdə də narkotik maddə olduğunu bildirmişdir. Ondan aşkar edilmiş 04 ədəd büküm və 02 ədəd mobil telefon götürülərək qablaşdırılmışdır. Bundan sonra üzərinə baxış keçirilmiş, lakin qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Axırda isə bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuş və o da etirazının olmadığını bildirmişdir. Bundan sonra onun və vəkilinin iştirakı ilə yaşadığı ünvan 7nda yerləşən mənzilə baxış keçirilmişdir. Baxış zamanı həmin evin yataq otağında olan divanın ara hissəsindən bir ədəd şəffaf sellofan bağlama aşkar olunmuşdur. Həmin bağlama açılaraq içinə baxıldıqdan sonra ondan həmin bağlamanın içərisində nə olması barədə soruşulmuşdur. O da həmin bağlamanın içərisində də heroin olduğunu, həmin narkotik maddəni də 03 may 2023-cü il tarixdə İran İslam Respublikası vətəndaşı olan tanımadığı şəxsin dediyi yerdən, yəni Dübəndi qəsəbəsində olan qəbiristanlıqdan götürdüyünü bildirmişdir. Yaşadığı evdən aşkar edilmiş həmin 01 ədəd bağlama götürülərək qablaşdırılmışdır. Bundan sonra evinə baxış davam etdirilmiş, lakin qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Axırda isə bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və iştirakçılar tərəfindən imzalanmışdır. O, narkotik maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik maddələri öz şəxsi istifadəsi üçün alaraq əldə edib üzərində saxladığını bildirmişdir. O, heç vaxt narkotik maddəni kiməsə satmadığını, pay vermədiyini və ya kiməsə verəcəyi barədə vəd etmədiyini bildirmişdir. O, saxlanılan zaman və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis şöbəsində olduğu zaman ona qarşı hər hansı bir formada təzyiq və ya təsir olmamaışdır (iş vərəqə: cild İ, səh.55-56, 79-81, 97- 99). Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 19 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində, sonra isə 20 mart 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 10 aya yaxın müddətdir narkotik vasitələrdən istifadə edir və əsasən marixuana və metodon adlanan narkotik tərkibli həb qəbul etmişdir. Həmin narkotik vasitələri tanımadığı Baba adlı şəxsdən şəxsi istifadəsi üçün almışdır, heç vaxt başqa şəxsə satmamışdır. xx.xx.2023-cü il tarixdə o, həmişə əldə etdiyi kimi mobil telefonunda olan Baba adlı iranlının istifadə etdiyi, hal-hazırda xatırlamadığı və mobil telefonunun ekranı sınıq olduğundan baxıb deyə bilmədiyi iran nömrəsinə WhatsApp vasitəsilə zəng vuraraq marixuana və metadon adlı narkotik tərkibli həblər almaq istədiyini demişdir. Baba ona narkotik vasitənin yerləşdiyi yerin şəklini və kordinatlarını WhatsApp vasitəsilə göndərmiş, o da onun göndərdiyi hesaba 150 manat göndərmişdir. Daha sonra tanıdığı Elnur adlı şəxslə birlikdə narkotik vasitənin qoyulduğu yerə gedib oradan narkotik vasitələri götürmüşdür. Gülbala Əliyev küçəsi ilə hərəkət edən zaman iki nəfər polis əməkdaşı onlara yaxınlaşmış, Elnur qaçaraq oradan uzaqlaşmış, onu isə saxlamışlar və 8-ci Polis Bölməsinə gətirmişlər. O, narkotik vasitəni aldığı şəxsi tanımadığını və onun anket məlumatları barədə heç nə bilmir. O, sonuncu dəfə təxminən 2 gün əvvəl narkotik istifadə etmişdir (iş vərəqə: cild İ, səh. 154-155, 183-185). Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 04 sentyabr 2023-cü il, 12 oktyabr 2023-cü il və 20 oktyabr 2023-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində əlavə dindirilən zaman müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrinin ittihamın birinci epizodla bağlı hissəsi onun verdiyi əvvəlki ifadələri ilə eyni məzmunlu olmuşdur, o, həmin ifadələrində həmçinin göstərmişdir ki, 19 mart 2023-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Poli bölməsində üzərinə şəxsi axtarış keçirilməyə başlanarkən üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması sualına cavab olaraq o, əynində olan qara rəngli idman gödəkçəsinin sol yan cibindən bir ədəd qara rəngli sellofana bükülmüş bikümü və içərisində ümumilikdə 20 ədəd həb olan iki ədəd konvalyutu çıxarıb masanın üzərinə qoymuşdur.Təqdim etdiyi həmin bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Bundan sonra üzərinə axtarış aparılmış əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd özünə maxsus “Xiaomi Redmi” markalı mobil telefon, bir ədəd “Xiaomi” markalı enerji dolduran, içərisində 360 manat nağd pul, müxtəlif bank kartları, qəbzlər olan pul kisəsi aşkar edilmişdir. Üzərindən aşkar edilən qara rəngli bükümün içərisində “nəşə” kimi tanıdığı qurudulmuş marixuana olduğunu, digər iki konvalyutda isə metadon həblərinin olduğunu və onları İran İslam Respublikasının vətəndaşı Baba adlı şəxsdən əldə etdiyini polis əməkdaşlarına bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin ifadəsində ona elan edilmiş ittihamın ikinci epizodu ilə bağlı o, əvvəlki ifadələrindən fərqli olaraq bildirmişdir ki, o, 03 may 2023cü il tarixdə günorta saatlarında Suraxanı rayonu, Hövsan qəsəbəsi, F.Bayramov küçəsi 28 saylı binanın birinci mərtəbəsində yerləşən Cavanşir adlı şəxsə məxsus 26 nömrəli mənzildə o, Cavanşir, Əli, Elmir və bir qadın narkotik vasitə qəbul edərək yeyib- içirmişlər. Axşama yaxın Elmir onlardan ayrılıb getmiş və təxminən gecə saat 23 radələrində onlara zəng edib “siz hələ ordasınızsa mən də gəlim” demişdir. Bundan sonra, 04 may 2023-cü il tarixdə, saat 00:30-da mənzilin qapısı döyülmüş və mənzilə polis əməkdaşları daxil olmuşlar. İstifadə etdiyi narkotik vasitə və əşyaları masanın üstündə imiş. Onun əynində qırmızı rəngli sviter var imiş. Onları, yəni Cavanşiri, Əlini, yanlarında olan qadını və onu Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinə aparmışlar. Həmin vaxtı 30-cu Polis şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə dövlət hesabına vəkil təyin edilmişdir. Daha sonra polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə baxış keçirmişlər. Baxış zamanı əvvəlcə ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda çıxarıb təqdim etməyi təklif olunmuşdur. O da əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən göy rəngli, üzərində “Rock Pippa” sözləri yazılmış karandaş qabını, həmin gödəkçəsinin sol iç cibindən isə 02 ədəd birinin ekranının alt hissəsi çatlamış halda olan qara rəngli “Samsung” markalı və qara rəngli “Katel” markalı mobil telefonları çıxarıb təqdim etmişdir. Ondan aşkar edilmiş qələm qabı açıldıqda içərisindəki olan 01 ədəd büküm aşkar olunmuş və həmin büküm açılaraq içinə baxıldıqdan sonra ondan həmin bükümün içərisində nə olması barədə soruşulmuşdur. O da həmin bükümdə heroin olduğunu bildirmişdir. Bundan başqa onun üzərindən heç bir natkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Polis əməkdaşları ona təzyiq göstərdilkləri üçün o, qorxusundan yalandan güya üzərindən 03 ədəd bükümdə narkotik vasitə heroin və 01 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürüldüyünü, yaşadığı ünvan 8 ünvanında yerləşən mənzilə baxış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman isə həmin evin yataq otağında olan divanın ara hissəsindən 01 ədəd sellofan bağlamada təmiz çəkisi 535 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin gütürüldüyünü qeyd etmişdir. Lakin onun nə evindən, nə də ki üzərindən psixotrop maddə çıxmamışdır. Həmçinin onun anası və az yaşlı övladları ilə yaşadığı evdə polis əməkdaşları tərəfindən hər hansı bir axtarış aparılmamışdır. Bildirir ki, onun üzərindən yalnız bir qrama yaxın narkotik vasitə heroin aşkar olunmuşdur (iş vərəqə: cild İİ, səh 14-16, 79-82, 144-146) Məhkəmə baxışı zamanı elan olunan ifadələrində müəyyən olunan fərqli və ziddiyyətli hallara münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, bildirmişdir ki, evdən aşkar edildiyi göstərilən 535 qram narkotik vasitə heroin ona məxsus deyil, həmin narkotik maddə polis əməkdaşları tərəfindən qoyulmuşdur. Həmin narkotik maddənin aşkar edildiyi göstərilən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, F.Bayramov küçəsi, ev 30, mənzil 23 isə ümumiyyətlə ittihamda həmin narkotik maddənin aşkar edildiyi göstərilən ünvan deyil. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 19 mart 2023-cü il tarixdə, saat təxminən 01 radələrində inzibati ərazidə xidmət aparırmış. Həmin vaxt qaranlıq ərazidə iki nəfər şəxs onları görüb qaçmağa başlamışlar. Onlar həmin şəxslərin arxasınca qaçarkən həmin şəxslərdən bir nəfəri- Təqsirləndirilən şəxs saxlamışlar. Həmin şəxsdən qaçmasının səbəbini soruşanda üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis bölməsinə dəvət etmişlər. Bölmədə raportla həmin şəxsi təhvil vermişlər. Polis bölməsində təhqiqatçı və vəkilin iştirakı ilə həmin şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir neçə listdə dərman preparatlarına oxşar maddələr və marixuanaya bənzər kütlə aşkar edilmişdir. Şahid1 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs qarşı tərəflərindən heç bir qanunsuz təsir, təzyiq olmamışdır. O, ibtidai istintaq zamanı daha da təfərrüatlı ifadə vermiş və həmin ifadəsini təsdiq edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin dövriyyəsi, istifadəsi, üzərində gəzdirməsi və saxlaması ilə əlaqədar əməliyyat məlumatları daxil olduqdan sonra bu barədə rəhbərliyə məlumat verilmişdir. Şübhəli bilinən Təqsirləndirilən şəxs barəsində olan əməliyyat məlumatını rəhbərliyə məruzə edərək onun barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə müvafiq əməliyyat qrupunun yaradılması üçün əmri rəhbərliyə təqdim etmişdir. Təqsirləndirilən şəxs 04 may 2023-cü il tarixində yaşadığı ünvanın yaxınlığında saxlayaraq polis şöbəsinə aparmışlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3 büküm heroinə və 1 büküm metamfetaminə bənzər maddə sənədləşdirilərək götürülən zaman Təqsirləndirilən şəxs özü həmin narkotik və psixotrop maddələri tanımadığı İran İslam Respublikasının vətəndaşından aldığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs özü evində narktik vasitə saxladığını bildirmiş və video çəkilişlə baxış zamanı evində saxladığı narkotik vasitələri təqdim etmişdir. Həmin narkotik vasitələr qara sellofan torbada olmuş və xatırladığı qədərilə heroinə bənzər maddə olmuşdur. Şahidlərin iştirakı ilə həmin narkotik vasitələr sənədləşdirilərək götürülmüş və məhkəmə-ekspertizasına göndərilmişdir. Şahid3 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, onlar əməliyyat tədbirində iki nəfər olmuşlar. Əməliyyat tədbirində onunla birlikdə polis şöbəsinin əməliyyat müvəkkili Şahid4 iştirak etmişdir. Onlar Təqsirləndirilən şəxs saxlayan zaman sonuncu tək olmuşdur. Onlar Təqsirləndirilən şəxs əlavə narkotik vasitə olub-olmaması ilə bağlı sual verən zaman o, bildirmişdir ki, kirayədə qaldığı mənzildə narkotik vasitələr var. Onlar Təqsirləndirilən şəxs evində saxlamamışlar, evinin yaxınlığında saxlamışlar. Onlar Təqsirləndirilən şəxs saxladıqdan sonra polis bölməsinə aparmışlar və bölmədə Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı özü üzərində olan narkotik vasitələri könüllü surətdə təqim etmişdir. Daha sonra təqsirləndirilən şəxsin narkotik vasitələri saxadığı ünvana baxış keçirilmiş, orada Təqsirləndirilən şəxs özü narkotik vasitələri təqdim edib onları tanımadığı İran İslam Respublikasının vətəndaşından aldığını bilirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri saxladığı mənzilin sahibinin müəyyən olunması istiqamətində cinayət işini araşdıran müstəntiqin tapşırığı əsasında tərəflərindən tədbirlər görülmüşdür. Ev sahibinin ölkə xaricində olması ilə bağlı məlumatları olmuşdur. Lakin ev sahibinin kim olmasını xatırlamır. Həmin mənzil Anara məxsus olmamışdır, Anar özü bildirmişdir ki, həmin mənzildə kirayəçi kimi yaşayır. Onlar Təqsirləndirilən şəxs evin yaxınlığında saxlamış və bölməyə aparmışlar. Bölmədə Təqsirləndirilən şəxs üzərindən 3 büküm heroinə və 1 büküm metamfetaminə bənzər maddə aşkar edildikdən sonra Təqsirləndirilən şəxs özü bildirmişdir ki, kirayədə qaldığı evdə İran islam Respublikası vətəndaşından əldə etdiyi narkotik vasitə var, bundan sonra həmin mənzilə baxış keçirilmiş və narkotik vasitələr aşkarlanmışdır. Həmin mənzil 1-ci mərtəbədə sağ tərəfdə olmuşdur. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz təsir, təzyiq olmamışdır, Təqsirləndirilən şəxs özü də onlara qarşı heç bir müqavimət göstərməmişdir. Şahid qismində dindirilmiş Şahid3 məhkəmənin sonrakı iclaslarında dindirilən zaman ifadəsində göstərmişdir ki, 04 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində etibarlı mənbədən narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, üzərində gəzdirməsi, satışı ilə bağlı daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə edilmiş, şəxsin tutulması istiqamətində əməliyyat tədbirləri keçirilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Şəxsin barəsində əməliyyat-axtarış tədbirləri keçirilərkən Təqsirləndirilən şəxs yaşadığı ünvanın yaxınlığında saxlayaraq bölməyə dəvət etmişlər. Bölmədə üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs özü şəxsi axtarış zamanı üzərində olan narkotik vasitələri könüllü şəkildə təqdim etmiş, daha sonra isə narkotik vasitələrin qablaşmasına könüllü şəkildə qol çəkmişdir. Daha sonra Təqsirləndirilən şəxs başqa hər hansısa bir yerdə narkotik vasitənin olub-olmaması ilə bağlı sual verilən zaman Təqsirləndirilən şəxs İlqar Əhlimanov küçəsi 10, mənzil 20 ünvanında qeydiyyatda olduğunu, lakin ünvan 9ğını, bir gün əvvəl Dübəndi qəsəbəsindən tanıdığı, lakin adını bilmədiyi iranlıdan narkotik vasitə əldə etdiyini bilmişdir. Bundan sonra şəxsin müvəqqəti yaşadığı ünvan kimi təqdim etdiyi ünvana polis şöbəsinin digər əməliyyat müvəkkili Şahid4 ilə birgə video çəkiliş vasitəsi ilə, müdafiəçinin iştirakı ilə baxış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs təqdim etdiyi həmin vaxt kreslonun üzərində olan narkotik vasitələr müdafiəçisinin və özünün razılığı ilə tərəflərindən qablaşdırılaraq götürülmüşdür. Şahid3 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs sual verilən zaman cavab vermişdir ki, İlqar Əhlimanov küçəsi 10, mənzil 20 ünvanında qeydiyyatdadır, lakin ünvan 10 ünvan binanın birinci mərtəbəsində olmuşdur. Onlarda şəxsin narkotik vasitəni evdə saxlaması ilə bağlı da məlumat var imiş. Şəxs özü onlara həmin baxış keçirdikləri ünvanı göstərmişdir. İş materiallarında Təqsirləndirilən şəxs yaşadığı ünvanın sənədləşmə zamanı narkotik vasitənin aşkar olunduğu ünvan kimi qeyd edilməsi ola bilər ki, texniki səhv olmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin satışı və istifadəsi ilə bağlı əməliyyat məlumatı daxil olduqdan sonra əməliyyat qrupu yaradılmışdır. Onlar Təqsirləndirilən şəxs evinin yaxınlığında saxlamış və polis şöbəsinə aparmışlar. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı heroin və metamfetaminə oxşar maddələr aşkar edilmişdir. Səhv etmirsə heroinə oxşar maddə 3 (üç) bükümdə, metamfetaminə oxşar maddə isə 1 (bir) bükümdə olmuşdur. Təqsirləndirilən şəxs əlavə narkotik vasitələrin olub-olmamasını soruşduqda o, evində də narkotik vasitələr olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs dediyi ünvandakı mənzilə video çəkiliş vasitəsilə baxış keçirilmiş və evdən heroinə oxşar maddə aşkar edilmişdir. Şahid4 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, onlar əməliyyat vaxtı 2 nəfər olmuşlar. Təqsirləndirilən şəxs Suraxanı rayonu, Hövsan qəsəbəsində evinin yaxınlığında saxlamışlar. Həmin şəxsi saxlayarkən sonuncu tək olmuşdur. Təqsirləndirilən şəxs narkotik maddələri saxladığı ünvan beşmərtəbəli binanın 1-ci mərtəbəsində olmuşdur. Onlar həmin mənzilin kimə məxsus olmasını Təqsirləndirilən şəxs soruşmamışlar. Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində “onun güya evinin içərisindən polis əməkdaşları tərəfindən tutulub aparılması və yenidən evə gətirilib növbəti gün mənzilə baxış keçirilməsi” ilə bağlı göstərdikləri tamamilə yalandır. Təqsirləndirilən şəxs qarşı tərəflərindən heç bir fiziki və ya digər təzyiqlər olmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı məhkəmənin əvvəlki iclaslarında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Səbail Rayon Polis İdarəsində işlədiyi dövrdə gecə vaxtı saat təxminən 1-2 radələrində Şahid1 ilə ərazidə xidmət apararkən iki nəfər şəxsin onları görüb həyəcanlanaraq qaçmasına görə həmin şəxslərdən şübhələnmişlər. Onlar həmin qaçan şəxslərdən birini yaxalamışlar, daha sonra özlərini təqdim etmişlər. Həmin şəxsə “niyə həyəcanlandın?” sualını verərkən Təqsirləndirilən şəxs özü üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra həmin şəxsi birbaşa polis bölməsinə aparmışlar. Şahid2 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlayıb Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə aparmışlar. Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən səhv etmirsə tablet və narkotik vasitə marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitələrin çəkisinin az və ya çox olması ilə bağlı fikir bildirməmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs fiziki təzyiq olmamış, ona qarşı təhqiredici sözlər işlədilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı məhkəmənin əvvəlki iclaslarında müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dostudur. Həmin vaxt Anar ona zəng etmişdir ki, gedib yemək yesinlər. May ayının 3-ü, gecə saatları olmuşdur. Onlar Cavanşirin evinə getmişlər. Sonra polislər gəlmiş və evə axtarış keçirmişlər. Şahid5 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, hadisə may ayının 3-dən 4-nə keçən gecə baş vermişdir. Polislər gələndə gecə saat təxminən 2-yə işləyirmiş. Evdə axtarış keçirilmişdir. Polislərdən bir nəfər narkotik vasitəni soruşmuşdur. Onlar isə demişlər ki, “nə narkotik vasitə”. Hətta o, polislərə demişdir ki, icazə versinlər üst geyimini geyinsin, ona icazə verməmişlər. Onları polis bölməsinə aparmışlar. Onlara zor tətbiq etmişlər. O isə demişdir ki, əlildir və ona əl vurmamışlar. Onlar Cavanşir adlı şəxsin evində tutulmuşlar. Cavanşirin evi 1-ci mərtəbədə olmuşdur. Təqsirləndirilən şəxs Cavanşirin evində qalmırmış, üzbəüz binalarda qalırmış. Onlar Anar ilə may ayının 3-ü, gecə saatlarında görüşmüşlər. Evdə bir nəfər qadın da var imiş. Həmin şəxsin adını bilmirmiş. Onlar elə yeməyə oturan zaman polislər gəlmişdir. O özü heç narkotik vasitə istifadə etməmişdir. O, orda narkotik vasitə olduğunu bilməmişdir. Onun bildiyi qədər Anar narkotik vasitə istifadə etmirmiş. Onlar Anar ilə 2-3 ildir ki, tanışdılar. Polislər narkotik vasitə üçün gəldiklərini bildirmişlər. Onun üzərində axtarış keçirilməmişdir. Onu da bölməyə aparmışlar. Anarı 2-3 dəfə aparmışlar. Cavanşiri və digər şəxsi saxlamışlar. O, bilmişdir ki, narkotik vasitəyə görə Anarı tutmuşlar. Onun qabağında nə polislər, nə də Anar narkotik vasitə göstərməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı məhkəmənin əvvəlki iclaslarında müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, 2023-cü il mayın 3-dən 4-nə keçən gecə oğlu Anar evdə duş qəbul edərkən telefonuna zəng gəlmişdir. Əynini geyindikdən sonra həyətə düşmüşdür. Oğlu ona bildirmişdir ki, evin yaxınlığında qonaq gedəcək. Daha sonra o, pəncərədən heç nə görməmişdir. Şahid X4 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, onların evinə heç kim gəlməmiş, evə baxış keçirilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: _04 may 2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid3 raportundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olub, ünvan 7nda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqə: cild İ, səh.4). _04 may 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında protokol”dan və 12 sentyabr 2023-cü il tarixli “videogörüntüyə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərində, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları verməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən göy rəngli, üzərində “Rock Pippa” sözləri yazılmış karandaş qabını çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi karandaş qabı açıldıqda içərisində 03 (üç) ədəd şəffaf sellofanlara bükülmüş qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə və 01 (bir) ədəd şəffaf sellofana bükülmüş kristal şəklində olan psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 (üç) ədəd şəffaf sellofanlara bükülmüş bükümlərin içərisində narkotik vasitə heroin və 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində metamfetamin olduğunu, həmin narkotik vasitəni və psixotrop maddəni tanımadığı İran vətəndaşının mobil telefon vasitəsilə atdığı məkandan 03 may tarixində Xəzər rayonu, Dübəndi qəbiristanlığından götürüb üzərində saxlayaraq gəzdirdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən bir ədəd “Samsung ” və bir ədəd “Ketel” markalı mobil telefonlar aşkar edilmişdir (iş vərəqə: cild İ, səh.44-45, cild İİ, səh.44). _04 may 2023-cü il tarixli “mənzilə baxış keçirmə və götürmə haqqında protokol”dan və 14 oktyabr 2023-cü il tarixli “videogörüntüyə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı və ünvan 7 kimi göstərilmiş mənzilə baxış keçirilərkən həmin mənzilin yataq otağında olan divanın ara hissəsindən 01 ədəd şəffaf sellofan bağlamada qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur (iş vərəqə: cild İ, səh.47-48, cild İİ, səh.92). _19 mart 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında protokol”dan və 20 mart 2023-cü il tarixli “videogörüntüyə baxış keçirilməsi barədə protokol”dan görünür ki, Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə və videoçəkilişlə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərində, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları verməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan qara rəngli idman gödəkçəsinin sol yan cibindən qara sellofana bükülü olan yaşıl rəngli ota bənzər maddə və iki plastin üzərində “Metadon” yazısı olan həbləri çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qara sellofanda olan bir ədəd büküm açıldıqda məlum olur ki, arasında narkotik vasitə marixuanaya oxşar kütlə və iki konvolyutda metadon tərkibli preparata oxşar həblər vardır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qara sellofan bükülmüş bükümün içərisində narkotik vasitə marixuana və iki ədəd konvolyutda olan həblərin metadon tərkibli dərman preparatları olduğunu, həmin narkotik vasitələri İran vətəndaşı olan Baba adlı şəxsdən 150 manata alıb üzərində saxlayaraq gəzdirdiyini bildirir. Bundan başqa, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibindən bir ədəd “Xiaomi Redmi” markalı mobil telefon, bir ədəd “Xiaomi” enerji dolduran və içərisində müxtəlif bank kartları olan, e-manat ödəmə terminalına aid qəbzlər və 360 manat məbləğində nağd pul olan pul kisəsi aşkar edilmişdir (iş vərəqə: cild İ, səh.149-150, 174). _Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2023-cü il tarixli, 6/2611 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №194“ dairəvi möhür əksləri olan bir ədəd sellofan bağlamadakı təmiz çəkisi 535 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (iş vərəqə: cild İ, səh.60-63). _Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2023-cü il tarixli, 6/2613 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 194” dairəvi möhür əksləri olan, Təqsirləndirilən şəxs üzərindən aşkar ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd göy rəngli, üzərində “Rock Pippa” sözləri yazılmış karandaş qabının içərisindəki 3 (üç) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 15,338 qram, 0,356 qram, 0,351 qram, ümumi təmiz çəkisi 16,045 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, bir ədəd sellofan bükümdə təmiz çəkisi 5,576 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Təqdim olunmuş 3 (üç) ədəd bükümdə olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir (iş vərəqə: cild İ, səh.66-69). _Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2023-cü il tarixli, 7/411 nömrəli məhkəmə bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən çıxan qadağan olunmuş maddələr...” yazı və imzalar olan zərfdə təmiz çəkisi 2,732 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır (iş vərəqə: cild İ, səh.159-162). _Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2023-cü il tarixli, 6/1679 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №52” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs üzərindən çıxan qadağan olunmuş maddələr, Təqsirləndirilən şəxs - imza, iştirakçılar - üç imza, T.Kandaurov imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 02 ədəd konvolyutda qəhvəyi rəngli dairəvi formalı üzərində “F/M40” əks əlavəli, ümumilikdə 20 ədəd həblər metadon tərkibli dərman preparatıdır və 20 ədəd həbin təsiredici maddəsinin ümumi miqdarı - 0,8 qramdır (iş vərəqə: cild İ, səh.164-167). _ Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsin məhkəmə-narkoloji ekspertizasının 05 sentyabr 2023-cü il tarixli, 5684 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İİ, səh.66-67). _30 mart 2023-cü il tarixli “maddi sübut kimi tanıma barədə qərar”dan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 2,682 qram qurudulmuş marixuana və 18 ədəd metadon preparatı maddi sübut kimi tanınmış və saxlanca təhvil verilmişdir (iş vərəqə: cild İ, səh.193-194). _15 sentyabr 2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 *** ** ** saylı mobil telefon nömrəsinə daxil olmuş və edilmiş zənglər, SMS mətinləri barədə məlumatları əks etdirən "xxxx" MMCdən təqdim olunmuş diskə baxış keçirilərkən aşağıdakı məzmunda mesajlar aşkar edilmişdir: xx.xx.2023-cü il, saat 04:06-da 077 *** ** ** saylı mobil nömrənin istifadəçisi Təqsirləndirilən şəxs istifadəsində olan 070 *** ** ** nömrəsinə: «Братан я охуеваю уже здесь на ломах». «Хотя бы не болеть сняться есть что» (“Qardaşım, mən burada pis gündəyəm (“lomkadayam”)”, “Heç olmasa ağrıdan çıxmaq üçün bir şey varmı”); xx.xx.2023-cü il, saat 15:05-də 077 *** ** ** saylı mobil nömrənin istifadəçisi: «Здорова. Мои клиенты здесь, на 30 колы и пару стекла четами надо, есть, не упускать?» (“Salam. Mənim müştərilərim buradadır, 30 kola (jarqon söz) və bir cüt “şüşə” çetlərlə lazımdır, varmı, əldən verməmək lazımdır”) məzmunlu mesajlar göndərmişdir. Həmin mesaja cavab olaraq Təqsirləndirilən şəxs istifadəsində olan 070 *** ** ** saylı mobil nömrəsindən həmin nömrəyə: «не упускать братан» (“əldən verməmək, qardaş”) mətnli mesaj göndərmişdir. 16 yanvar 2023-cü il, saat 18:16-da 077 *** ** ** saylı nömrənin istifadəçisi Təqsirləndirilən şəxs istifadəsində olan 070 *** ** ** saylı nömrəsinə: «ЦУ колы больше нет. Тридцатка у меня на руках хорошо» буду ждать набери мне» (“...kola artıq yoxdur. Otuz dənə mənim əlimdədir. Yaxşı, gözləyəcəm, məni yığ”) mətinli mesaj göndərmişdir (iş vərəqə: cild İİ, səh.49-55). _16 oktyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 15,895 qram narkotik vasitə heroin, 5,526 qram psixotrop maddə metamfetamin və evdən aşkar edilən ekspertiza tədqiqatından sonra qalıq çəkisi 534,950 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində saxlanca təhvil verilmiş, "xxxx" MMC-dən təqdim olunmuş bir ədəd disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İİ, səh.94-114). _19 mart 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 19 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.140). _20 mart 2023-cü il tarixli “təqsirləndirilən şəxsin X8 azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, X8 azad edilmişdir (iş vərəqə: cild İ, səh.190-191). _04 may 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 04 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.39). _Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 may 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 04 may 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.114-118). _Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 11 aprel 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh.197). _22 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağı var (cinayət işinin materialları). _22 yanvar 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur (cinayət işinin materialları). Hüquqi məsələlər. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə hazırki cinayət işi üzrə təqdim edilmiş sübutların qəbuledilən olubolmamasını, onların çəkisini və kifayət qədərliyini tənzimləyən qayda və prinsiplərə istinad etməklə, işin faktiki hallarını yalnız həqiqiliyinə və əldə edilməsi hallarına heç bir şübhələr olmayan sübutları əsas götürmək yolu ilə müəyyən etməklə, tam, hərtərəfli və obyektiv araşdırmaya əsaslanan yekun qərarın qəbul edilməsi və məhkəmənin ittiham olunan şəxsin təqsirli və ya təqsirsizliyinə dair hökmünü formalaşdırmaq üçün yalnız qanunun istifadə etməyə icazə verdiyi hüquqi vasitələrə əsaslanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi çoxsaylı qərarlarında sərgilədiyi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında müəyyən edilmiş ədalətli məhkəmə araşdırması hüququnun təmin edilib-edilməməsi ilk öncə məhkəmə prosesləri zamanı çəkişmə prinsipinə riayət edilibedilməməsi, tərəflərin bərabərliyi prinsipinin təmin edilib-edilməməsi ilə, məhkəmə iclasında şəxsən iştirak etmək hüququnun, sübutların bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməsi ilə birbaşa əlaqədardır. Avropa Məhkəməsi çəkişmə prinsipinə riayət edilib-edilmədiyini müəyyənləşdirmək üçün adətən daxili məhkəmələrdəki araşdırmaların keyfiyyətini təhlil edərək müdafiə tərəfinin istər birinci instansiyada, istərsə də apellyasiya instansiyasında ərizəçiyə qarşı sübut qismində istifadə edilən materialları təkzib etmək imkanına malik olub-olmadığını (Rouv və Devisin işi), habelə daxili məhkəmələrin qərar çıxararkən müvafiq maraqları nə dərəcədə balanslaşdırdıqlarını müəyyənləşdirir. Tərəflərin bərabərliyi prinsipi tərəflərin hər birinə onu digər tərəfin qarşısında əlverişsiz vəziyyətə salmayan şərtlərlə öz mövqeyini əsaslandırması üçün ağlabatan imkanların yaradılmasını nəzərdə tutur (Brandştetter Avstriyaya qarşı). Açıq məhkəmə prosesində şəxsən iştirak etmək isə cinayət törətməkdə ittiham olunan şəxsin bu cür məhkəmə iclasında özünün xüsusi hüquqlarını şəxsən icra etmə imkanının tanınmasını nəzərdə tutur. Beləliklə də, məhkəmə, şərh edilən prinsiplər və əlamətlərlə səciyyələndirilən ədalətli məhkəmə araşdırması hüququnun hazırki cinayət işi üzrə məhkəmə araşdırması zamanı təmin edilməsi baxımından qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs iş üzrə keçirilmiş açıq məhkəmə iclaslarında özünü şəxsən və vəkili vasitəsilə müdafiə etmiş, şahidlərin dindirilməsində, onun əleyhinə olan sübutların tədqiqində şəxsən iştirak etmiş, ona qarşı təqdim edilmiş sübutlarla bağlı öz dəlillərini bildirmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, cinayət işinin araşdırılması və məhkəmədə baxılıb həll edilməsinə münasibətdə istinad edilən əməlin törədilməsi, həmin əməldə cinayət tərkibinin və onu cinayət kimi xarakterizə edən bütün əlamətlərin olub-olmaması sübutların köməyilə müəyyən edilir. Cinayət işi və bununla bağlı materiallar üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün kifayət edən sübutların cəmi sübutetmə həddini xarakterizə edir. Beləliklə, təqdim edilmiş obyektiv sübutların məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də cinayət hadisəsi baş vermiş və təqsirləndirilən şəxslə əlaqəsi, onun əməlində cinayətin əlamətlərinin olması kifayət qədər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında araşdırılıb tədqiq edilmiş, sübutlar toplusuna məcmu halında qiymət verilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə metadon tərkibli dərman preparatı və qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımış və təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamışdır. Məhkəmə həyata keçirilən mühakimə fəaliyyəti nəticəsində heç bir şübhəyə yer verməyən mütləq həqiqətin aşkarlanmasından ötrü ittiham tərəfinin təqdim etdiyi sübutları, təqsirləndirilən şəxsin özünün müdafiəsi ilə bağlı göstərdiyi dəlilləri cinayət işinin materialları ilə qarşılıqlı şəkildə araşdırmış və hesab edir ki, məhkəmə araşdırmasının nəticələrinə uyğun olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3-cü maddələrinə münasibətdə onun əməlinə hüquqi qiymət verilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə araşdırması zamanı hər bir tərəf (həm ittiham, həm də müdafiə) bərabər hüquqlar və imkanlarla məhkəmədə öz mövqeyini müdafiə etmiş, hər bir tərəf öz mövqeyini müdafiə edən sübutları məhkəmədə təqdim etmiş, həmçinin məhkəmə cinayət prosesi tərəflərinin vəsatətləri ilə əlavə olaraq zəruri materialların əldə edilib iş materiallarına əlavə edib tədqiq edərək cinayət prosesi tərəflərinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada prosessual çəkişməsini təmin etmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş müvafiq hüquqi prosedurlara uyğun olaraq tərəflərin təqdim etdikləri bütün sübutları, faktları, işin faktiki hallarını tərəflərin iştirakları ilə araşdırmış və həm ittiham, həm də müdafiə tərəfin təqdim etdiyi dəlillərə hüquqi qiymət verilməsini vacib hesab edir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs iki epizod üzrə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə birinci epizod ondan ibarət olmuşdur ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 02 ədəd konvolyutda qəhvəyi rəngli dairəvi formalı üzərində “F/M40” əks əlavəli, təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram təşkil edən ümumilikdə 20 ədəd narkotik vasitə metadon tərkibli dərman preparatını və 01 ədəd bükümdə təmiz çəkisi 2,732 qram olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla ünvan 2 ünvana daşımış, 19 mart 2023-cü il tarixdə, saat 01:30 radələrində X16 Alayının 4-cü Patrul Bölüyünün əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında saxlanılaraq, ünvan 3 ünvanda yerləşən Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Poli bölməsinin inzibati binasına dəvət olunmuş, orada həmin tarixdə, saat 02:30-dan etibarən üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli idman gödəkçəsinin sol yan cibindən satış məqsədi ilə, qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı, 02 ədəd konvolyutda qəhvəyi rəngli dairəvi formalı üzərində “F/M40” əks əlavəli, təsiredici maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarda ümumi miqdarı 0,8 qram təşkil edən ümumilikdə 20 ədəd narkotik vasitə hesab olunan metadon tərkibli dərman preparatı və 01 ədəd qara rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 2,732 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən ona elan edilmiş ittiham üzrə göstərilən epizodla bağlı işin halları mübahisələndirilməmiş, həmin cinayət hadisəsi ilə bağlı onun üzərindən həqiqətən də 02 ədəd konvolyutda təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram təşkil edən ümumilikdə 20 ədəd narkotik vasitə metadon tərkibli dərman preparatının və 01 ədəd bükümdə təmiz çəkisi 2,732 qram qurudulmuş marixuananın aşkar edilməsi iş üzrə digər sübutlarla yanaşı, özünün də həm məhkəmə, həm də ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə təsdiq edilmişdir. Göstəriləndən başqa, Təqsirləndirilən şəxs digər epizodla bağlı ittiham ona görə elan edilmişdir ki, o, təkrarən satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən ümumi təmiz çəkisi 16,045 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi 5,576 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini alaraq əldə edib, daşımaqla üzərində saxlamış və 04 may 2023-cü il tarixdə, saat 14:30-da Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün ünvan 7nın yaxınlığında saxlanılaraq, ünvan 5 ünvanında yerləşən Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinə gətirilərək, orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan göy rəngli gödəkçəsinin sağ yan cibində olan üzərində “Rock Pippa” yazısı yazılmış karandaş qabının içindən 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 15,338 qram, 0,356 qram və 0,351 qram olmaqla, ümumi təmiz çəkisi 16,045 qram xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 5,576 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 7nda yerləşən mənzilə baxış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman həmin evin yataq otağında olan divanın ara hissəsindən 01 ədəd sellofan bağlamada təmiz çəkisi 535 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İttiham üzrə göstərilən bu epizod Təqsirləndirilən şəxs tərəfindən mübahisələndirilərək həmin epizodla bağlı onun tərəfindən aşağıdakılar bildirilmişdir: Əvvəla, o, ünvan 7nın yaxınlığında saxlanılmamış, ittihamda 535 qram narkotik vasitə heroinin aşkar edildiyi göstərilən və Cavanşir adlı şəxsə məxsus olan evdə saxlanılmış, sonra həmin evdə olan, ifadəsində göstərdiyi şəxslərlə birlikdə polis şöbəsinə gətirilmiş, polis şöbəsində onun üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən yalnız 1 qrama yaxın narkotik vasitə heroin aşkar edilsə də, orada polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalaraq 16,045 qram narkotik maddə heroinin və 5,576 qram psixotrop maddə metamfetaminin ona məxsus olduğunu etiraf etməsinə məcbur etmişlər. Daha sonra isə onu yenidən Cavanşir adlı şəxsə məxsus olan mənzilə aparmışlar, həmin mənzilə polis əməkdaşları tərəfindən qoyulmuş 535 qram narkotik vasitə heroinin fiziki təzyiqlər nəticəsində ona məxsus olduğunu etiraf etməyə məcbur etmişlər. Həmçinin ittihamda 535 qram narkotik vasitə heroinin aşkar edildiyi göstərilən ünvan 7 həqiqətən də onun yaşadığı ünvan olduğunu və həmin ünvanın başqa binanın 4cü mərtəbəsində yerləşdiyini, lakin video çəkilişlə baxış keçirilən və 535 qram heroinin aşkar edildiyi göstərilən ünvanın binanın 1-ci mərtəbəsində yerləşdiyini, həmin mənzilin ona heç bir aidiyyətinin olmadığını, yəni baxış və götürmə istintaq hərəkətinin keçirildiyi və 535 qram heroinin aşkar edildiyi göstərilən ünvanın ünvan 7 olmadığını, həmin ünvandan aşkar edildiyi göstərilən 535 qram narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən həmin Cavanşir adlı şəxsə məxsus olan evə qoyulduğu və həmin narkotikin ona məxsus olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə mübahisələndirdiyi epizodla bağlı göstərdiyi bütün dəlillər məhkəmə tərəfindən araşdırılmış, bununla bağlı müvafiq sorğular verilərək cavab məktubları əldə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmişdir. Bununla əlaqədar ilk öncə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs ifadəsində ittihamda 535 qram narkotik vasitə heroinin aşkar edildiyi göstərilən evin ünvan 7nda yerləşmədiyi, 535 qram narkotik vasitə heroinlə bağlı baxış istintaq hərəkətinin keçirildiyi evin binanın 1-ci mərtəbəsində yerləşdiyi, lakin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, F.Bayramov küçəsi, ev 30, mənzil 23-də yerləşən evin isə binanın 4-cü mərtəbəsində yerləşdiyinə dair göstərdiyi dəlillər məhkəmə istintaqı zamanı araşdırılarkən onun həmin göstərdiklərinin öz təsdiqini tapdığı müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı ittihamda 535 qram narkotik vasitə heroinin aşkar edildiyi və ünvan 7 kimi təqdim edilən evdə keçirilən baxış və götürmə istintaq hərəkətinin video görüntüsü nümayiş etdirilib həmin görüntülərə baxış keçirilərkən müəyyən olunmuşdur ki, polis əməkdaşları Təqsirləndirilən şəxsla birlikdə baxış keçirmək üçün binanın blokundan içəri daxil olub 1-ci mərtəbədə, sağ tərəfdə yerləşən mənzildən içəri keçib həmin mənzildə baxış keçirirlər, hansı ki, elan edilmiş ittihamda bu mənzildən 535 qram narkotik vasitə heroin aşkar edildiyi göstərilmişdir. Məhkəmə iclasında həmin video görüntüyə baxış keçirilərkən həmin evə baxış istintaq hərəkətinin binanın 1-ci mərtəbəsində yerləşən mənzilində keçirildiyi öz təsdiqini tapdıqdan sonra, məhkəmə tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ittihamda göstərilən ünvan 7nın binanın neçənci mərtəbəsində yerləşməsinin müəyyən edilməsinə dair sorğu göndərilmişdir. Həmin sorğu ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş 29 sentyabr 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, ünvan 7 binanın 4-cü mərtəbəsində yerləşir. Bununla da, təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə ünvan 7nda baxış və götürmə istintaq hərəkəti keçirilərkən 535 qram narkotik vasitə heroinin aşkar edildiyi göstərilsə də, cinayət işinin materialları ilə (evə baxış və götürmə istintaq hərəkətinin video götüntüsünün əks olunduğu disk) həmin istintaq hərəkətinin binanın 1-ci mərtəbəsində keçirildiyi təsdiq olunsa da, ittihamda göstərilən və 535 qram narkotik vasitə heroinin aşkar edildiyi qeyd edilən ünvan 7nın əslində binanın 4-cü mərtəbəsində yerləşdiyi müəyyən olunmuşdur. Beləliklə də, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə göstərilən 535 qram narkotik vasitə heroinin məhkəmə istintaqı zamanı ünvan 7ndan aşkar edilmədiyi sübut olunmuş, cinayət işinin materialları ilə göstərilən həmin narkotik maddənin haradan aşkar edildiyi, həmin baxış və götürmə istintaq hərəkətinin keçirildiyi yerin və bu zaman aşkar edilmiş narkotik maddənin kimə məxsus olması, həmin ünvanın və məlum olmayan yerdən aşkar edildiyi göstərilən narkotik maddənin kimə məxsus olması, həmin naməlum yerin Təqsirləndirilən şəxs ilə hər hansı əlaqəsinin olması, həmin yerdən aşkar edildiyi göstərilən 535 qram heroinin isə Təqsirləndirilən şəxs və yaxud hər hansı başqa şəxsə məxsus olması cinayət işinin materiallarında göstərilən epizoda dair kifayət qədər şübhəli sübutların məcmusu ilə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi, cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti, cinayətin obyektiv cəhəti, cinayətin subyekti, cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 223.3.2-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti əks olunmalıdır. Həmin Məcəllənin 289.3.1-ci maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilməlidir. Cinayət-Prosessual Məcəlləsinin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eynilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır (CPM-in 21.2-ci maddəsi). Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (CPM-in 21.3-cü madəsi). Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 37-ci bəndində göstərilmişdir ki, “CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır”. Həmin Qərarın 38-ci bəndində göstərilmişdir ki, “...Şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərir”. Beləliklə də, göstərilənlərə əsasən Təqsirləndirilən şəxs elan edilmiş ittiham ünvan 7ndan 535 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilməsi ilə bağlı hissədə əsassız olduğundan və həmin hissədə təsdiq edilmədiyindən məhkəmə göstərilən həmin hissəni ona elan edilmiş ittihamdan çıxarır. Göstərilənlərdən başqa, məhkəmə Təqsirləndirilən şəxs ifadəsində ona elan edilmiş ittiham üzrə ikinci epizodla bağlı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis şöbəsində şəxsi axtarış keçirilən zaman onun üzərindən yalnız 1 qrama yaxın narkotik vasitə heroin aşkar edildiyini, orada onun üzərindən aşkar edilmiş 16,045 qram narkotik maddə heroinin və 5,576 qram psixotrop maddə metamfetaminin ona məxsus olmamasına, həmin maddələrin polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalaraq ona məxsus olduğunu etiraf etməsinə məcbur edilməsinə dair göstərdiyi həmin xüsusatları iş üzrə təqdim edilmiş sübutların məcmusu və cinayət işinin materialları ilə qarşılıqlı şəkildə tədqiq edərək müəyyən etmişdir ki, onun özünü müdafiə üçün gətirdiyi həmin dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı həmin etirafedici ifadələrini polis əməkdaşlarının fiziki təzyiqləri nəticəsində məcbur qalaraq bildirməsi ilə bağlı göstərdiklərinin araşdırılmasından ötrü məhkəmənin sorğusu əsasında əldə edilmiş Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına daxil olunarkən barəsində tərtib edilmiş tibbi kitabçadan görünür ki, Təqsirləndirilən şəxs hər hansı xəsarət aşkar edilməsi müəyyən olunmamışdır. Qeyd olunanlardan başqa, Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı həmin etirafedici ifadələrini polis əməkdaşlarının fiziki təzyiqləri nəticəsində məcbur qalaraq bildirməsi ilə bağlı göstərdiklərinin araşdırılmasından ötrü məhkəmənin sorğusu əsasında əldə edilərək cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə daxil olarkən bədənində xəsarətlərin olub-olmamasının müəyyən edilməsi ilə əlaqədar Suraxanı Rayon Polis İdarəsindən məhkəməyə göndərilmiş məktubdan görünür ki, onda hər hansı xəsarət aşkar olunmamışdır. Beləliklə də, cinayət işinin göstərilən faktiki halları ilə, həmçinin Təqsirləndirilən şəxs özünün müdafiəsi ilə bağlı gətirdiyi həmin dəlillərin məhkəmədə araşdırması nəticəsində onun məhkəməyədək icraat zamanı hər hansı fiziki və ya digər təzyiqlərə məruz qalması öz təsdiqini tapmamış, cinayət işi üzrə Təqsirləndirilən şəxs 19 mart 2023-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis bölməsinin inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı satış məqsədi ilə, qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı 02 ədəd konvolyutda təsiredici maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarda ümumi miqdarı 0,8 qram təşkil edən ümumilikdə 20 ədəd narkotik vasitə metadon tərkibli dərman preparatının və 01 ədəd qara rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 2,732 qram narkotik vasitə qurudulmuş marixuananın, bundan başqa 04 may 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis şöbəsində üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman təkrarən, satış məqsədi ilə, qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı üzərində “Rock Pippa” yazısı yazılmış karandaş qabının içindən 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 15,338 qram, 0,356 qram və 0,351 qram olmaqla, ümumi təmiz çəkisi 16,045 qram narkotik vasitə heroin və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 5,576 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi, bununla onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsini təsdiq edən yuxarıda sadalanan mötəbər sübutların qanuniliyini şübhə altına alacaq hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda müdafiə tərəfin vəsatəti əsasında dindirilmiş əlavə Şahid5 vеrdiyi ifadəsinin sübut növü kimi mötəbərliyinin müəyyən еdilməsini zəruri hеsab еdir. Həmin şahidin ifadəsindən görünür ki, Şahid5 Təqsirləndirilən şəxsla yaxın münasibətləri olmaqla sonuncunun dostudur. Həmin şəxsin ifadəsində göstərdiyi hallar cinayət işinin materialları, iş üzrə toplanmış digər sübutlar və cinayət işinin obyektiv halları ilə qarşılıqlı şəkildə müqayisə edilərkən onun ifadəsində göstərdiyi həmin halların öz təsdiqini tapmadığı və heç bir faktla təsdiq olunmadığı müəyyən edilmişdir, odur ki, həmin şahidin verdiyi ifadəsi mötəbər sübut kimi qəbul edilmir, belə ki, həmin şəxs təqsirləndirilən Təqsirləndirilən şəxsla yaxın münasibətdə olmaqla cinayət işinin nəticəsində maraqlı olmasını və məhkəmə baxışı zamanı da Təqsirləndirilən şəxs mənafeyinə uyğun ifadə verməsinin qeyd edilən hallarla əlaqədar olması müəyyən edildiyindən, həmçinin həmin şahidin ifadəsində göstərdiyi qeyd edilən həmin hallar cinayət işi üzrə digər sübutlarla və cinayət işinin faktiki halları ilə təsdiq edilmədiyindən və həqiqətə uyğun olmadığından məhkəmə onun həmin ifadəsini sübut növü kimi qəbul etmir. Təqsirləndirilən şəxs göstərilən cinayət əməllərini törətməsi “şəxsi axtarış və götürmə haqqında protokol”lar, həmin istintaq hərəkətinin video görüntülərinin əks olunduğu disk, “diskə baxış keçirilməsi haqqında protokol”lar, maddi sübutlar, ekspert rəyləri, şahid ifadələri və cinayət işinin obyektiv halları ilə tam olaraq sübuta yetirildiyindən və göstərilən cinayət əməli ilə bağlı təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi qeyd edilən inkaredici hallar heç bir faktla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmir və onun məhkəmədə göstərdiyi həmin halları məhkəmə həqiqi olmayan məlumatlar olmaqla, cinayət törətməyə görə daha ağır cinayət məsuliyyətindən və cəzadan yayına bilmək məqsədilə verilmiş, onun tərəfindən seçilmiş müdafiə üsulu (taktikası) və onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “heroin” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, “metamfetamin” psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, “qurudulmuş marixuana” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram, “metadon” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,02 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 1,6 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş təmiz çəkisi 16,045 qram narkotik vasitə heroinin və 5,576 qram psixotrop maddə metamfetaminin miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”da müəyyən edilmiş narkotik və psixotrop maddələrin külli miqdar həddindən bir neçə dəfə artıq miqdarda olmuşdur. Bundan başqa, məhkəmə bununla əlaqədar onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 02 ədəd konvolyutda təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram təşkil edən ümumilikdə 20 ədəd narkotik vasitə metadonun şəxsi istehlak miqdarından artıq miqdarda olsa da və 01 ədəd bükümdə təmiz çəkisi 2,732 qram olan qurudulmuş marixuananın çəkisi şəxsi istehlak miqdarından daha az miqdarda olsa da, təqsirləndirilən şəxs tərəfindən həmin maddələr satış məqsədilə əldə edildiyindən həmin maddələrin göstərilən çəkilərdə olması qeyd edilən həmin cinayət əməlləri ilə bağlı cinayət tərkibinin mövcudluğunu istisna etmir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, “ ... Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş həmin narkotik və psixotrop maddələri məhz satış məqsədilə əldə edib daşıması qənaətinə gələrkən ondan aşkar edilmiş həmin maddələrdən heroinin və metamfetaminin külli miqdar həddindən bir neçə dəfə artıq miqdarda olmasını, həmin maddələrin müxtəlif növlərdə, bir neçə ayrı-ayrı bükümlərdə olmasını, bundan başqa təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil telefon nömrəsindən göndərdiyi və həmin nömrəyə göndərilmiş narkotik maddələrin satışına və qanunsuz dövriyyəsinə dəlalət edən mesaj mətinlərinin aşkar edilməsi kimi işin faktiki hallarını nəzərə alır. Odur ki, cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə metadon tərkibli dərman preparatı və qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımaqla və təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır, onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3-cü maddələrinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 19 mart 2023-cü il tarixdən 20 mart 2023-cü il tarixədək, yəni 01 (bir) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 (bir) gün müddətində tutulmasını nəzərə alaraq, həmin müddətin ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 04 may 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 04 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 may 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 04 may 2023-cü il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 05 sentyabr 2023-cü il tarixli, 5684 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonrakı qalıq çəkiləri 2,682 qram narkotik vasitə qurudulmuş marixuana, 18 ədəd metadon preparatı, 15,895 qram narkotik vasitə heroin, 5,526 qram psixotrop maddə metamfetamin məhv edilməli, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin video görüntülərinin qeydə alındığı 02 ədəd disk, evə baxış istintaq hərəkətinin video görüntüsünün qeydə alındığı 01 ədəd disk, "xxxx" MMC-dən əldə olunmuş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan ünvan 7ndan 535 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilməsi ilə bağlı həmin hissəni ona elan edilmiş ittihamdan çıxardığından, yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin tələbinə uyğun olaraq, ünvan 7ndan aşkar olunduğu qeyd edilən - iş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq çəkisi 534,950 qram təşkil edən narkotik vasitə heroinin hansı ünvandan aşkar edilməsi, kimə məxsus olması, həmin narkotik vasitənin həmin məlum olmayan ünvana kim tərəfindən qoyulması və qeyd olunanlarla bağlı təqsirkar şəxsin müəyyən edilməsi məqsədi ilə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirkar şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə ittihamın həmin hissəsi ilə bağlı materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı rayon prokuroruna göndərilməsini əsaslı hesab edir, ona görə də həmin 534,950 qram təşkil edən narkotik vasitə heroinin Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində saxlanması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 197 (yüz doxsan yeddi) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa, 535 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilməsi ilə bağlı hissə ittihamdan çıxarıldığından həmin narkotik maddə ilə bağlı keçirilmiş 05 may 2023-cü il tarixli, 6/2611 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının dəyəri – 65 (altmış beş) manat dövlət büdcəsinə aid edilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3-cü maddələr ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 mart 2023-cü il tarixdən 20 mart 2023-cü il tarixədək tutulduğu 1 (bir) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində 5 (beş) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 04 may 2023cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhər Suraxanı Rayon Polis İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 2,682 qram narkotik vasitə qurudulmuş marixuana, 18 ədəd metadon preparatı, 15,895 qram narkotik vasitə heroin, 5,526 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin video görüntülərinin qeydə alındığı 02 ədəd disk, evə baxış istintaq hərəkətinin video görüntüsünün qeydə alındığı 01 ədəd disk, "xxxx" MMC-dən əldə olunmuş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bundan başqa, elan edilmiş ittihamda ünvan 7ndan aşkar olunduğu qeyd edilən - iş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 534,950 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroinin hansı ünvandan aşkar edilməsi, kimə məxsus olması, həmin narkotik vasitənin həmin məlum olmayan ünvana kim tərəfindən qoyulması və qeyd olunanlarla bağlı təqsirkar şəxsin müəyyən edilməsi məqsədi ilə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirkar şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə ittihamın həmin hissəsi ilə bağlı materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı rayon prokuroruna göndərilsin, həmin 534,950 qram təşkil edən narkotik vasitə heroinin Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində saxlanması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfləri – 197 (yüz doxsan yeddi) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin, 05 may 2023-cü il tarixli, 6/2611 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının dəyəri – 65 (altmış beş) manat dövlət büdcəsinə aid edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) ` Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-125/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-125/2025
23.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver