Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1250/2021 19.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı Vəkili Bürosunun vəkili Müdafiəçi və “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X10 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanda da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilib hazırda Azərbayjan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3. maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs başqa mənbədən əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə bitkisinin toxumlarını 2021-ci ilin yanvar ayının ortalarında yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Q.İsmayılov küçəsi, ev 12 ünvanında yerləşən evin həyətində olan istixanada əkib, onları kultivasiya edib, qanunsuz olaraq külli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkilərini yetişdirərək, həmin kolların yarpaq, çiçək və hissələrini toplayaraq onları qurudub satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib 01 ədəd kibrit qutusunda və 02 ədəd kağız bükümdə qablaşdırıb yaşadığı evin yataq otağında, , 01 ədəd kağız bükülüdə narkotik tərkibli tiryəkli xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə xaşxaş kütləsi, 02 ədəd narkotik vasitə metadon həbini daşıyaraq evində gizlədib saxlamış, Xəzər RPİ-nin əməkdaşları tərəfindən 14 mart 2021-ci il tarixdə, saat 15:30-da Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Q.İsmayılov küçəsi, ev 12 ünvanında yerləşən evin həyətində olan istixanaya baxış keçirilərkən Təqsirləndirilən şəxs qanunsuz olaraq əkib kultivasiya edib yetişdirdiyi, tərkibində narkotik maddələr olan 66 (altmış altı) ədəd, yaş vəziyyətdə ümumi çəkisi 5 kq 490 qram çəkidə əkilib-becərilməsi qadağan olunmuş külli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkisi, həmin tarixdə saat 17:45-də həmin ünvana baxış keçirilən zaman evin yataq otağındakı şifonerin üstündə saxladığı 01 ədəd kibrit qutusunda təmiz çəkisi 3,42 qram və “Want” markalı siqaret qutusunun içərisində olan qara rəngli yapışqan lentlə sarınmış 02 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,59 qram və 2,06 qram olmaqla tərkiblərinə görə öz aralarında eyni olan ümumi xalis çəkisi 7,07 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və eyni tərkibli ümumi sayı 66 ədəd çətənə (kannabis) bitkiləri, həmin “Want” markalı siqaret qutusunun içərisində 01 ədəd siqaretin qızılı kağızına bükülmüş təmiz çəkisi 0,62 qram çəkidə narkotik tərkibli tiryəkli xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş xaşxaş kütləsi, şəffaf sellofan kəsiyinə bükülmüş üzərində “Methadone 40” yazısı olan konvalyutda 2(iki) ədəd üzərlərində “F/M40” yazısı həkk edlmiş qəhvəyi rəngli dairəvi formalı təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram olan narkotik vasitə metadon tərkibli dərman preparatları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.2.3-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadələrində göstərdi ki, o, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Q.İsmayılov küçəsi, ev 12 ünvanında arvadı Jalə və 3 azyaşlı övladı ilə birlikdə yaşayır. O, beş ilə yaxındır ki qurudulmuş marixanadan istifadə edir. Əvvəllər marixuananı tanımadığı şəxslərdən əldə etmişdir. Son vaxtlar marixuananın əldə edilməsi ona çətinlik yaratmışdır. Ona görə də özündə olan narkotik tərkibli çətənə bitkisinin toxumlarını yaşadığı həyətyanı sahədə əkib özü üçün qurudulmuş marixuana hazırlamaq qərarına gəlmişdir. O, həmin toxumları əvvəllər çəkmək üçün əldə etdiyi marixuanaların arasından yığıb özündə saxlamışdır. Təxminən 2021-ci ilin yanvar ayının ortalarında ona məxsus həyətyanı sahədə olan reyhan istixanasında çətənə bitkisinin toxumlarını da əkmişdir. Bundan sonra o, həmin toxumlardan çıxan kollara qulluq edib, kolları sulayıb, alaqlardan təmizləmişdr. Təxminən 2021-ci ilin fevral ayının ortalarında əkdiyi kollardan biri tez yetişdiyindən həmin kolu torpaqdan çıxarıb qururtmuş və bir qədərini istifadə etdikdən sonra yerdə qalanını iki büküm ağ kağıza və bir ədəd kibrit qutusuna yığaraq yaşadığı evdə saxlamışdır. Həmin koldan çıxan toxumları da bir ədəd kibrit qutusuna yığaraq yaşadığı evdə saxlamışdır. İstixanada yetişən kolların sayını bilmir. Onları saymamışdır. Onun yaşadığı evdə həmdə iki ədəd tablet narkotik vasitə metadon olmuşdur. Həmin metodonu o, tutulmamışdan təxminən bir ay əvvəl Suraxanı qəsəbəsindən tanımadığı şəxsdən 20 manat almışdır. 14 mart 2021-ci il tarixdə saat təxminən 15:00 radələrində Xəzər rayonu, Türkan qəsəbəsi, Q.İsmayılov küçəsində yaşadığı evin qarşısında olarkən bir neçə polis avtomobilinin onların evinə tərəf gəldiyini görüb özünün tutulacağnı başa düşüb qorxub qaçmışdır. Az sonra evdən ona zəng edib polis əməkdaşlarının istixanada onun əkdiyi marixuana bitkilərini aşkar etdiklərini dedilər. O da evə gəlib özünü polis əməkdəşlarına təslim etmişdir. Bundan sonra polis əməkdaşları video çəkiliş ilə onun özünün üzərində şəxsi axtarış apardılar, lakin qanunsuz əşya tapılmadı, sonra da onun iştirakı ilə video çəkilişlə yaşadığı evə də axtarış keçirildi. O, özü yataq otağında şifonerin üstündə saxladığı iki bükümdə və bir kibrit qutusunda olan marixuannı, kibrit qutusunda olan çətənə bitkisinin toxumlarını və iki tablet metadonu polis əmkdaşlarına təqdim etmişdir. Onun təqdim etdiyi narkotik vasitələr qablaşdırılaraq götürüldü və bu barədə protokol tərtib edildi. O, həmin kolları şəxsi istifadəsi üçün əkib qulluq etmişdir. O, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. O, çətənə bitkisinin toxumunu heç kimdən əldə etməmişdir. Əvvəllər tanımadığı şəxsdən qurudulmuş marixuana alarkən kibrit qutusunun içərisində toxumları da olmuşdur. O da daha həmin toxumları əkib yetişdirmək qərarına gəlib toxumları saxlamışdır. Təqim etdiyi xaşxaş kütləsini də təxminən bir ay əvvəl Suraxanı qəsəbəsindən tanımadığı şəxsdən 20 manata iki metadon tableti ilə birlikdə almışdır. Törətdiyi əməldən peşmandır. Himaysində heç yerdə işləməyən həyat yoldaşı və üç nəfər azyaşlı uşağı vardır. Həmin halları nzrə almağı xahiş edir. Şahid2 ifadələrində göstərdi ki, Xəzər RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 mart 2021-ci il tarixdə Türkan qəsəbəsi, Q.İsmayılov küçəsi, ev 12-də yaşayan Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası ilə məşğul olması barədə məlumat daxil olmuşdu. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat qrupu yaradıldı. O da qrupun tərkibində Təqsirləndirilən şəxs yaşadığı həmin ünvana getmişdir. Ora çatanda onlar Təqsirləndirilən şəxs də onun yaşadığı evin yaxınlığında görmüşlər. Rasim də onları görüb oradan qaçıb getdi. Onlar da Xəzər RPİ-nin növbətçi hissəsinə zəng vuraraq hadisə barədə məlumat verib Təqsirləndirilən şəxs yaşadığı həyatyanı sahəsində tərkibində narkotik maddələr olan bitkilərin kultuvasiyası ilə məşğul olması məlumatının yoxlanılması üçün hadisə yerinə müstəntiqin göndərilməsini xahiş etmişlər. Az sonra ora Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Ruslan Məmmədov və Milli Elmlər Akademiyasının Dendralogiya İnstitunun baş aqranomu X14 da gəldilər. Bundan sonra Təqsirləndirilən şəxs həyat yoldaşı həyatyanı sahəyə baxış keçirilməsinə etirazı olmadığını bildirdi. Müstəntiq də Təqsirləndirilən şəxs atası Rəqayib Ağayevin, baş aqranom Əli Əliyevin, onun və digər polis əməkdaşı Şahid1 iştrakları ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən istixanaya video çəkilişlə baxış keçirdi. Baxış zamanı istixanadan ümumilikdə 66 ədəd narkotik tərkibli çətənə kolları aşkar olunaraq götürüldü. Baxışda iştirak edən aqronom mütəxəssis həmin kollara baxaraq onların çətənə kolları olduğunu və aqrotexniki qulluq göstərilməsini bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə gələrək həmin aşkar olunmuş bitkilərin ona məxsus olduğunu bildirdi. Daha sonra Təqsirləndirilən şəxs dəvət olunmuş vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulduqdan sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Axtarış zamanı Rasimin üzərindən qanunla qadağan olunmuş qeyri qanuni əşya və predmet aşkarlanmadı. Rasim yaşadığı evdə marixuana saxladığını etiraf edib, ərizə yazaraq evinə baxış keçirilməsinə etirazı olmadığını bildirdi. Bundan sonra vəkilin və onların iştirakları Rasimin evinə video çəkilişlə baxış keçirildi. Baxış zamanı Rasim yataq orağında olan şifonerin üstündə saxladığı kibrit qutusunda qurudulmuş marixuanaya bənzər maddə, bir kibrit qutusunda toxuma bənzər kütlə, “Vant” markalı siqaret qutusunun içərisində iki ədəd ağ kağıza bükülü şəkildə qurudulmuş marixuanaya bənzər maddələr, bir ədəd siqaretin kağızına bükülmüş bitki qurusu, iki ədəd üzərində “Methadon 40” yazısı olan həb, bir ədəd üzərində “Diklofenat” yazısı olan həb, bir ədəd üzərində ”Tramadol hidroxlorid” yazısı olan boş həb konvolyutunu təqdim etdi. Aşkar olunmuş kibrit qutusunda qurudulmiş marixuanaya bənzər maddə, bir ədəd kibrit qutusunda mənşəyi məlum olmayan toxuma bənzər kütlə, bir ədəd “Vant” markalı siqaret qutusunun içərisindəki iki ədəd ağ kağıza bükülü şəkildə qurudulmuş marixuanaya bənzər maddələr, bir ədəd siqaretin kağızına bükülü vəziyyətdə bitki qurusu, iki ədəd üzərində “Methadon 40” yazısı olan həb, bir ədəd üzərində “Diklofenat” yazısı olan həb, bir ədəd üzərində ”Tramadol hidroxlorid” yazısı olan boş həb konvolyut müstəntiq tərəfindən qablaşdırılaraq götürüldü və bu barədə protokol tərtib olundu. Baxış iştirakçıları tərəfindən imzalandı. Şahid1 ibtidai istintaq zamanı ifadələrində gəöstərmişdr ki, Xəzər RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 mart 2021-ci il tarixdə xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Xəzər rayonu, Tükan qəsəbəsi, Q.İsmayılov küçəsi, ev 12-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs ifşa etmək məqsədi ilə dərhal əməliyyat qrupu yaradılmış və bundan sonra həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat qrupu ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Q.İsmayılov küçəsinə yollanmışlar. Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında görmüşlər və Təqsirləndirilən şəxs polis əməkdaşlarını gördükdə oradan qaçaraq uzaqlaşmışdır. Onlar dərhal Xəzər RPİ-nin növbətçi hissəsinə zəng vuraraq hadisə barədə məlumat vermişlər və Təqsirləndirilən şəxs yaşadığı həyətyanı sahəsində tərkibində narkotik maddələr olan bitkilərin kultuvasiyası ilə məşğul olması məlumatının yoxlanılması üçün hadisə yerinə müstəntiqin göndərilməsini bildirmişlər. Bundan sonra hadisə yerinə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi polis kapitanı Ruslan Məmmədov və Milli Elmlər Akademiyasının Dendralogiya İnstitunun baş aqranomu X14 gəlmişlər. Bundan sonra Təqsirləndirilən şəxs həyat yoldaşı həyətyanı sahəyə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və müstəntiq Ruslan Məmədovun Təqsirləndirilən şəxs atası Rəqayib Ağayevin, baş aqranom Əli Əliyevin, onun və digər polis əməkdaşı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən istixanaya video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı ünvan 4 ünvanın həyətyanı sahəsində olan istixanadan ümumilikdə 66 ədəd narkotik tərkibli bitkilər aşkar olunaraq götürülmüşdür. Baxışda iştirak edən aqronom mütəxəssis həmin kollara baxaraq onların çətənə kolları olduğunu və aqrotexniki qulluq göstərilməsini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə gələrək həmin aşkar olunmuş bitkilərin ona məxsus olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs dəvət olunmuş vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulduqdan sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin, onun və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş qeyri qanuni heç bir əşya və predmet aşkarlanmamışdır. Lakin Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə olan marixuana saxladığını etiraf etmiş və ərizə yazaraq evinə baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin, onun və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs evinə video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yataq orağında olan şifonerin üstündə saxladığı bir ədəd kibrit qutusunda qurudulmuş marixuanaya bənzər maddə, bir ədəd kibrit qutusunda mənşəyi məlum olmayan toxuma bənzər kütlə, bir ədəd “Vant” markalı siqaret qutusunun içərisində iki ədəd ağ kağıza bükülü şəkildə qurudulmuş marixuanaya bənzər maddələr, bir ədəd siqaretin qızılı kağızına bükülü vəziyyətdə bitki qurusu, iki ədəd üzərində “Methadon 40” yazısı olan həb, bir ədəd üzərində “Diklofenat” yazısı olan həb, bir ədəd üzərində ”Tramadol hidroxlorid” yazısı olan boş həb konvolyutunu təqdim etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş bir ədəd kibrit qutusunda qurudulmiş marixuanaya bənzər maddə, bir ədəd kibrit qutusunda mənşəyi məlum olmayan toxuma bənzər kütlə, bir ədəd “Vant” markalı siqaret qutusunun içərisində iki ədəd ağ kağıza bükülü şəkildə qurudulmuş marixuanaya bənzər maddələr, bir ədəd siqaretin qızılı kağızına bükülü vəziyyətdə bitki qurusu, 2 ədəd üzərində “Methadon 40” yazısı olan həb, bir ədəd üzərində “Diklofenat” yazısı olan həb, bir ədəd üzərində ”Tramadol hidroxlorid” yazısı olan boş həb konvolyut müstəntiq tərəfindən qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Şahid X14 ifadələrində göstərmişdir ki, bir neçə ildir ki, Azərbaycan Respublikası Milli X5 qəsəbəsində Dendrologiya İnstitunda baş aqranom vəzifəsində işləyir. Cinayət işinin mahiyyəti üzrə bildirmişdir ki, 14 mart 2021-ci il tarixdə Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis kapitanı Ruslan Məmmədov onu Polis İdarəsinə dəvət edərək bir mütəxəsis-aqranom kimi ona bildirmişdir ki, Xəzər rayonu, Türkan qəsəbəsi, Q.İsmayılov küçəsi, ev 12 ünvanının həyatyanı sahəsində baxış keçiriləcəkdir və ondan baxış zamanı əkilən bitkilərin narkotik tərkibli olub-olmamasını müəyyən etmək məqsədilə oraya getməyini xahiş etmişlər. O da bir aqranom kimi onlarla birlikdə deyilən ünvana, yəni Xəzər rayonu, Türkan qəsəbəsi, Q.İsmayılov küçəsi, ev 12 ünvanına getmişdir. ünvan 5 ünvanın həyətyanı sahəsində video çəkiliş ilə onun, Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Ruslan Məmmədovun, Xəzər RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1, Xəzər RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis baş-leytenantı Şahid2, X4 iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı Xəzər rayonu, Türkan qəsəbəsi, Q.İsmayılov küçəsi, ev 12 saylı ünvanın həyətyanı sahəsində olan İstixanadan 66 ədəd narkotik tərkibli bitkilər aşkar olunaraq götürülmüşdür. Aşkar olunmuş 66 ədəd kola baxış keçirərək bildirmişdir ki, həmin kollar narkotik tərkibli çətənə kollarıdır və onlara aqrotexniki qaydada qulluq olunmuşdur. Həmin kollar müxtəlif uzunluqda olmuşlar. Baxış zamanı Xəzər rayonu, Türkan qəsəbəsi, Q.İsmayılov küçəsi, ev 12 saylı ünvanın həyətyanı sahəsindəki istixanadan aşkar olunaraq götürülmüş 66 ədəd narkotik tərkibli bitkilər qablaşdılaraq möhürlənmiş, baxış aparılması barədə protokol tərtib olunmuş və protokol ucadan oxunmuşdur. Protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə elan olounub araşdırılmış cinayət işinə əlavə olunmuş baxış və götürmə aparılması haqqında 14 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanının həyətyanı sahəsindəki istixanadan 66 ədəd yaş vəziyyətdə əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə bitkisi, onun yaşadığı evin yataq otağındakı şifonerin üstündə saxladığı bir ədəd kibrit qutusunda qurudulmiş marixuana, 01 ədəd kibrit qutusunda mənşəyi məlum olmayan toxuma bənzər kütlə, bir ədəd “Vant” markalı siqaret qutusunun içərisində 02 ədəd ağ kağıza bükülü şəkildə qurudulmuş marixuana, 01 ədəd siqaretin qızılı kağızına bükülü vəziyyətdə bitki qurusu, 2 ədəd üzərində “Methadon 40” yazısı olan həb, 01 ədəd üzərində “Diklofenat” yazısı olan həb, 01 ədəd üzərində ”Tramadol hidroxlorid” yazısı olan boş həb konvolyut təqdim etmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinə əlavə olunmuş Azərbaycan Milli Elmlər X1 14 mart 2021-ci il tarixli, 06 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanına baxış keçirilərkən aşkar olunmuş 66 ədəd narkotik xassəli bitki kollarına aqrotexniki qaydada qulluq olunmuşdur. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-bioloji ekspertizasının 15 mart 2021ci il tarixli, 7/269, 6/1052 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 2 ədəd sintetik torbada və bir ədəd sellofan torbada ümumi sayı 66 (altmış altı) ədəd yaş vəziyyətdə ümumi çəkisi 5 kq 490 qram olan bitkilər, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqranomun rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Təqdim edilmiş bir ədəd kağız paketdə kibrit qutusunda təmiz çəkisi 3,42 qram və iki ədəd kağız bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,59 qram və 2,06 qram olan kütlələr, tərkiblərinə görə eyni olub, narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi təmiz çəkisi 7,07 qramdır. Həmin kağız paketdə bir ədəd kibrit qutusunda təmiz çəkisi 3,44 qram olan toxumlar çətənə (kannabis) bitkisinə aiddir, onlar narkotik vasitələrə aid deyildir. Təqdim edilmiş bir ədəd kağız bükülüdə təmiz çəkisi 0,62 qram olan kütlə narkotik tərkibli tiryəkli xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş xaşxaş kütləsidir. Tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs” yazısı olan zərfdə üzərində “Want” yazısı olan siqaret qutusunda üzərində “Methadone 40” yazısı olan konvalyutdakı 2 (iki) ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həb metadon tərkibli dərman preparatıdır və 2 ədəd həbdən ibarət təsiredici maddəsi metadonun ümumi miqdarı 0,08 qram təşkil edir. (konvalyutun üzərindəki göstəricisinə əsasən bir həbdə 0,04 qram metadon olmaqla) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş metadon tərkibli dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in İİ siyahısına daxildir. Həmin qutuda olan üzərində “Diklofenak” yazısı olan konvalyutda 1 ədəd çəhrayı rəngli dairəvi formalı həb diklofenak tərkibli dərman preparatıdır və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na və 18 mart 2016-cı il tarixli “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxil deyildir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinə əlavə olunmuş əlavə məhkəməbioloji ekspertizasının 31 mart 2021-ci il tarixli, 7/282 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd kibrit qutusunda və iki ədəd kağız bükümdə qablaşdırılmış marixuanalar və ümumi sayı 66 (altmış altı) ədəd, çətənə (kannabis) birkiləri tərkiblərinə görə eynidirlər. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasından və Bakı şəhəri 2 nömrəli X3 daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən xəstəxanalarda müalicədə olmayıb. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs həyətindəki istixanadan götürülmüş 5 kq 490 qram çəkidə olan 66 ədəd narkotik tərkibli çətənə bitkisi, evinin yataq otağında şifonerin üzərindən götürülmüş bir ədəd kibrit qutusunda təmiz çəkisi 3,42 qram və iki ədəd kağız bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,59 qram və 2,06 qram olmaqla ümumi təmiz çəkisi 7,07 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd kağız bükülüdə təmiz çəkisi 0,62 qram olan narkotik tərkibli tiryəkli xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş xaşxaş kütləsi, 2 ədəd təsiredici maddəsi metadonun ümumi miqdarı 0,08 qram təşkil edən həb, bir ədəd kibrit qutusunda təmiz çəkisi 3,44 qram olan çətənə (kannabis) bitkisinin toxumları, maddi sübut kimi tanınıb və ekspertiza tədqiqatına sərf edilmiş 1,32 qram nəzərə alınmaqla hazırkı qalıq çəkisi 5488,68 qram olan 66 ədəd narkotik tərkibli çətənə bitkisi, ekspertiza tədqiqatına sərf edilmiş 0,06 qram nəzərə alınmaqla qalıq çəkisi 7,01 qram olan qurudulmuş marixuana, ekspertiza tədqiqatına sərf edilmiş 0,02 qram nəzərə alınmaqla hazırkı qalıq çəkisi 0,6 qram olan xaşxaş kütləsi, ekspertiza tədqiqatına sərf edilmiş 1 həb nəzərə alınmaqla hazırkı qalıq 1 həb metadon tərkibli həb, ekspertiza tədqiqatına sərf edilmiş ½ həb nəzərə alınmaqla hazırkı qalıq ½ diklofenak dərman prepatatı, bir ədəd kibrit qutusunda təmiz çəkisi 3,44 qram olan çətənə (kannabis) bitkisinin toxumları Xəzər RPİ-nn saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə, yaşadığı evə və yaşadığı evin həyətyanı sahəsinə şəxsi axtarış və baxış keçirilən zaman aparılmış video çəkilişin 03 ədəd “DVD” diski maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə, yuxarıda araşdırılmış sübütlar əsasında Təqsirləndirilən şəxs ittiham olubduğu cinayət əməlinin onun tərəfindən anlaqlı və qəsdən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir. İstintaq orqanı Təqsirləndirilən şəxs elan olunmuş ittihamda onun törətdiyi əməllərlə bərabər itihama onun yaşadığı evə baxış zamanı kağız paketdə bir ədəd kibrit qutusunda aşkar olunmuş çətənə (kannabis) bitkisinə aid olan toxumları da daxil etmişdir. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-bioloji ekspertizasının 15 mart 2021ci il tarixli, 7/269, 6/1052 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş həmin kağız paketdə bir ədəd kibrit qutusunda təmiz çəkisi 3,44 qram olan toxumların çətənə (kannabis) bitkisinə aid olması, lakin onların narkotik vasitələrə aid olmaması müəyyən edilmişdir. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs elan olunmuş ittihamdadan « kağız paketdə bir ədəd kibrit qutusunda aşkar olunmuş çətənə (kannabis) bitkisinə aid olan toxumları» sözlərini xaric olunmasını əsəaslı sayıb, həmin sözləri ittihamdan xaric edir. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.2.3-cü maddələrinin dispozisiya şərtlərinə uyğun gəldiyi qənaətinə gəlib, onun əməllərini həmin maddələr ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs həmin əməlləri qəsdən törətməsi qənaətinə gədyiyndən onun təqsirli bilinməsini əsaslı sayır. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əməllərə görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə hazırkı iş üzrə məhkəmə bioloji ekspertizalarının keçirilməsinə xərclənmiş 144 (yüz qırx dörd) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X6 ödənilməsi üçün 240 manat, məhkəmədə göstərdiyi hüquqi yardıma görə Bakı şəhər 14 saylı Vəkil Burosunun vəkili X7 ödənilməsi üçün 180 (yüz səksən) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi yardım və Tədris mərkəzinin hesabına ödənilməli olması müəyyən olundu. Məhkəmə bu xərcləri dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, həmin məbləğlərin məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsini əsaslı sayır, çünkü məhkəmədə, Təqsirləndirilən şəxs həmin ödəmələrdən azad etmək üçün əsas müəyyən olunmadı. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Xəzər RPİ-nə təhvil verilmiş Təqsirləndirilən şəxs həyətindəki istixanadan götürülmüş 5 kq 490 qram çəkidə olan 66 ədəd narkotik tərkibli çətənə bitkisini, evinin yataq otağında şifonerin üzərindən götürülmüş bir ədəd kibrit qutusunda təmiz çəkisi 3,42 qram və iki ədəd kağız bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,59 qram və 2,06 qram olmaqla ümumi təmiz çəkisi 7,07 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın, bir ədəd kağız bükülüdə təmiz çəkisi 0,62 qram olan narkotik tərkibli tiryəkli xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş xaşxaş kütləsinin, 2 ədəd təsiredici maddə metadonun ümumi miqdarı 0,08 qram təşkil edən həbin, bir ədəd kibrit qutusunda təmiz çəkisi 3,44 qram olan çətənə (kannabis) bitkisinin toxumlarının ekspertiza tədqiqatına sərf edilmiş 1,32 qram nəzərə alınmaqla hazırkı qalıq çəkisi 5488,68 qram olan 66 ədəd narkotik tərkibli çətənə bitkisini, ekspertiza tədqiqatına sərf edilmiş 0,06 qram nəzərə alınmaqla qalıq çəkisi 7,01 qram olan qurudulmuş marixuananı, ekspertiza tədqiqatına sərf edilmiş 0,02 qram nəzərə alınmaqla hazırkı qalıq çəkisi 0,6 qram olan xaşxaş kütləsini, ekspertiza tədqiqatına sərf edilmiş 1 həbi nəzərə alınmaqla hazırkı qalıq 1 həb metadon tərkibli həbin, ekspertiza tədqiqatına sərf edilmiş ½ həb nəzərə alınmaqla hazırkı qalıq ½ diklofenak dərman prepatatı sərbəst dövriyyələri qadağan olunmuş əşyalar kimi, bir ədəd kibrit qutusunda təmiz çəkisi 3,44 qram olan çətənə (kannabis) bitkisinin toxumların istehlak dəyərini itirmiş əşya kimi məhv edilməsini, Təqsirləndirilən şəxs üzərinə, yaşadığı evə və yaşadığı evin həyətyanı sahəsinə şəxsi axtarış və baxış keçirilən zaman aparılmış video çəkilişin 03 ədəd digital video disklərin (DVD) cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan ona təyin edilmiş cəzanı Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, 14 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş, 16 mart 2021-ci il tarixdə o, təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilmişdir və hazırkı vaxta qədər həbsdə saxlanılır. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddətin ona təyin olunan cəzaçəkmə müddətinə daxil edilməsini və təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs tutulduğu 14 mart 2021-ci il tarixdən hesablanmalı olmasını nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 15 aprel 2021-ci il tarixli, 1115 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığı qənaətinə gəlir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, həmin halları nəzərə alıb Təqsirləndirilən şəxs narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış DİN-nin BƏSİİ tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının və işsiz həyat yolaşının olması müəyyən olundu. Məhkəmə onun əvvəllər məhkum olunmamasını və himyəsində üç azyaşlı uşağının və heç yerdə işləməyən həyat yoldaşının olmasını, habelə onun ittiham oldunduğu əməllərin törədilməsi halları barəsində ətəraflı ifadələr verib cinayət əməllərinin araşıdırılmasında fəal iştirak edib, törərtdiyi əməllərdən peşman olmasını onun cəzəasını yüngülləşdirici hallar kimi nəzərə alır. Onun cəzasının ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təyin olunmuş cəzaları Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələbələrinə əsasən qismən birləşdirməklə ona qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 14 mart 2021-ci il tarixdən hesab edilsin. O, cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına məhkəmə bioloji ekspertizalarının keçirilməsinə xərclənmiş 144 (yüz qırx dörd) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X6 ödənilməsi üçün 240 manat, məhkəmədə ona göstərdiyi hüquqi yardıma görə Bakı şəhər 14 saylı Vəkil Burosunun vəkili X7 ödənilməsi üçün 180 (yüz səksən) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi yardım və Tədris mərkəzinin hesabına ödənilsin. Həmin məbləğlər məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Xəzər RPİ-nə verilmiş Təqsirləndirilən şəxs həyətindəki istixanadan götürülmüş 5 kq 490 qram çəkidə olan 66 ədəd narkotik tərkibli çətənə bitkisinin, ekspertiza tədqiqatından sonrav qalıq çəkisi 5488,68 qram olan 66 ədəd narkotik tərkibli çətənə bitkisi, bir ədəd kibrit qutusunda təmiz çəkisi 3,42 qram və iki ədəd kağız bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,59 qram və 2,06 qram olmaqla ümumi təmiz çəkisi 7,07 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatına sərf edilmiş 0,06 qram nəzərə alınmaqla qalıq çəkisi 7,01 qram olan qurudulmuş marixuana, bir ədəd kağız bükülüdə təmiz çəkisi 0,62 qram olan narkotik tərkibli tiryəkli xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş xaşxaş kütləsinin ekspertiza tədqiqatına sərf edilmiş 0,02 qram nəzərə alınmaqla qalıq hissəsi 0,60 qram olan xaşxaş kütləsi, 2 ədəd təsiredici maddə metadonun ümumi miqdarı 0,08 qram təşkil edən həbin, ekspertiza tədqiqatına sərf edilmiş ½ həb nəzərə alınmaqla hazırkı qalıq ½ diklofenak dərman prepatatı, sərbəst dövriyyəsi qadağan edilmiş əşya kimi, bir ədəd kibrit qutusunda təmiz çəkisi 3,44 qram olan çətənə (kannabis) bitkisinin toxumları istehlak dəyəri itirmiş əşya kimi məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə, yaşadığı evə və yaşadığı evin həyətyanı sahəsinə şəxsi axtarış və baxış keçirilən zaman aparılmış video çəkilişin 03 ədəd digital video disklər (DVD) cinayət işinin materiallarda saxlanılsın. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1250/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1250/2021
19.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver