Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1250/2022 03.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X10, müdafiəçilər–“Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 Turab oğlu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və onun nümayəndəsi Bakı şəhər 15 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, tərcüməçi X5 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Qusar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, Qusar şəhəri, Əmraslanov ev 49-da qeydiyyatda olan, Bakı şəhəri, Sabuçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 595-ci məhəllə, ev 5, mənzil 41-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1, 181.2.1, 181.2.3, 181.2.5 və 182.2.2 -ci maddələri ilə 21 avqust 1991-ci il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, fərdi fəaliyyətlə məşqul olmuş, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2irayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını quldurluq yolu ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşya olan istintaqla müəyyən edilməmiş bıçaqlarla silahlanıb, “Çeçenka” adlanan qara rəngli papaqlar, əlcəklər və maskalar hazırlayıb 01 dekabr 2021-ci il tarixə gecə saat 03:30 radələrində Qusar rayonu Əvəcuq kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evin həyətinə hasardan tullanıb qanunsuz girərək, əvvəlcədən aralarında olan razılaşmaya əsasən o, evin birinci mərtəbəsinin pəncərəsini vintaçanla açıb, içəri daxil olaraq evin qapısını arxa tərəfdən açmış və Təqsirləndirilən şəxs2 içəri daxil olduqdan sonra əlcəkləri əllərinə geyinib və üzlərinə maska taxaraq birlikdə evin yataq otağına keçərək orada hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 və onun həyat yoldaşı Zərərçəkmiş şəxs2 başları üstündə hərəsi özləri ilə gətirib silah qismində istifadə etdikləri bıçaqlar ilə dayanıb onları qəflətən yuxudan oyadaraq öldürməklə hədələyib həyat və sağlamlıqları üçün təhlükəli zorakılıq tətbiq edəcəkləri hədəsi ilə basqın edib səslərini çıxartmayaraq pul və qızıl-zinət əşyalarını dərhal onlara verilməsini tələb edərək əks halda öldürəcəklərini bildirmişlər, hədənin reallığını nümayiş edərək yataq otağında olan qadın kapron corabları və qadın gecəlik köynəyi ilə Zərərçəkmiş şəxs1 əllərini və ayaqlarını, Zərərçəkmiş şəxs2 isə əllərini bağlamış, o, əli ilə Zərərçəkmiş şəxs1 sol göz nahiyyəsinə yumruq zərbəsi yetirərək ona sol göz orbiti ətrafında qançırı kimi sağlamlığa zərər vurmayan xəsarət yetirərək sonuncuya məxsus özgə əmlakı olan, hadisə gününə rəsmi bank məzənnəsi ilə 3400 manat təşkil edən 2000 ABŞ dollar və 190 manat, Ümumilikdə 3590 manat pulu götürüb ələ keçirməklə quldurluq etmişdir. Bundan başqa o, cinsi ehtitasını pozğun formada təmin etmək niyyəti ilə 2022-ci ilin fevral ayının əvvəllərində həmyerlisi Zərərçəkmiş şəxs3 ilə instagram sosial şəbəkəsi vasitəsi ilə tanış olaraq “Osman” ləqəbi ilə özünü təqdim eməklə gələcəkdə evlənəcəyi vədini verib Zərərçəkmiş şəxs3m inandırdıqdan sonra watsaap proqramı vasitəsi ilə videogörüntü ilə ünsiyyətdə olduqları zaman sonuncunun sinə və döş nahiyyəsinin videogörüntüsünü qeydə alaraq özündə saxlamış, 14 fevral 2022-ci il tarixdə saat 09 radələrində Zərərçəkmiş şəxs3m gələcəkdə evlənərək birgə yaşayacaqları mənzili göstərmək adı ilə kirayədə yaşadığı Bakı şəhəri, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanına gəlməsinə nail olmuş, Mafıyat Kadırova mənzilə daxil olduqdan sonra mənzilin qapısını açarla bağlamış və ona hədə-qorxu gələrək özündə olan həmin videogörüntünü sosial şəbəkədə yerləşdirərək çox sayda şəxslərə göstərəcəyi və sonuncunun valideynlərinə göndərəcəyi, bununla da haqqında rüsvayedici məlumatlar yayacağı, habelə, ona tabe olmadığı halda zor tətbiq edərək öldürəcəyi hədəsi nəticəsində Mafıyat Kadırovanı saldığı köməksiz vəziyyətdən istifadə edərək ehtirasını oyatmaqla cinsi orqanını gərginləşdirib sonuncuya əlləri ilə tutmağa və cinsi orqanını ağzma almağa məcbur edərək onunla oral yolla cinsi əlaqədə olmaqla cinsi ehtirasını pozğun formada təmin edərək zərərçəkmiş şəxs Mafıyat Kadırovaya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgə əmlakını hədə-qorxu ilə tələb etmə məqsədi ilə 15 fevral 2022-ci il tarixdə saat 20 radələrində X7 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Kristal ünvan 4 ünvanda olarkən onun ilə watsaap proqramı vasitəsi ilə əlaqə yaradaraq Mafıyat Kadırovanın sinə və döş nahiyyəsinin, həmçinin onunla oral yolla cinsi əlaqədə olmaqla cinsi ehtirasım pozğun formada təmin edərkən çəkdiyi videogörüntüləri sosial şəbəkədə yerləşdirib çox sayda şəxslərə göstərib, sonuncunun valideynlərinə göndərməklə onlara göstərəcəyi haqqında rüsvayedici məlumatlar yayma hədəsini gələrək bunu etməmək üçün Zərərçəkmiş şəxs3 1000 ABŞ dolları pul verməsini tələb edərək 16 fevral 2022-ci il tarixədə saat 18 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Kristal Abşeron, Məhəllə 5025, bina 3 ünvanın qarşısında tələbinə əsasən Mafıyat Kadırovadan hadisə gününə rəsmi bank məzənnəsi ilə 1700 manat təşkil edən 1000 ABŞ dolları alıb ələ keçirmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgə əmlakım hədə-qorxu ilə tələb etmə məqsədi ilə 21 fevral 2022-ci il tarixdə saat 20 radələrində X7 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Kristal ünvan 4 ünvanda olarkən watsaap proqramı vasitəsi onun ilə əlaqə yaradaraq Mafıyat Kadırovanın sinə və döş nahiyyəsinin, həmçinin onunla oral yolla cinsi əlaqədə olmaqla cinsi ehtirasını pozğun formada təmin edərkən çəkdiyi videogörüntüləri sosial şəbəkədə yerləşdirib çox sayda şəxslərə göstərib, sonuncunun valideynlərinə göndərməklə onlara göstərəcəyi haqqında rüsvayedici məlumatlar yayma hədəsini gələrək bunu etməmək üçün Zərərçəkmiş şəxs3 2000 manat pul verməsini tələb edərək 22 fevral 2022-ci il tarixədə saat 15 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Kristal Abşeron, Məhəllə 5025, bina 3 ünvanın qarşısında tələbinə əsasən Mafıyat Kadırovadan həmin pulu almağa gəldikdə Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşı tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını quldurluq yolu ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşya olan istintaqla müəyyən edilməmiş bıçaqlarla silahlanıb, “Çeçenka” adlanan qara rəngli papaqlar, əlcəklər və maskalar hazırlayıb 01 dekabr 2021-ci il tarixə gecə saat 03:30 radələrində Qusar rayonu Əvəcuq kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evin həyətinə hasardan tullanıb qanunsuz girərək, əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 evin birinci mərtəbəsinin pəncərəsini vintaçanla açıb, içəri daxil olaraq evin qapısını arxa tərəfdən açmış və o, içəri daxil olduqdan sonra əlcəkləri əllərinə geyinib və üzlərinə maska taxaraq birlikdə evin yataq otağına keçərək orada hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 və onun həyat yoldaşı Zərərçəkmiş şəxs2 başları üstündə hərəsi özləri ilə gətirib silah qismində istifadə etdikləri bıçaqlar ilə dayanıb onları qəflətən yuxudan oyadaraq öldürməklə hədələyib həyat və sağlamlıqları üçün təhlükəli zorakılıq tətbiq edəcəkləri hədəsi ilə basqın edib səslərini çıxartmayaraq pul və qızıl-zinət əşyalarını dərhal onlara verilməsini tələb edərək əks halda öldürəcəklərini bildirmişlər, hədənin reallığını nümayiş edərək yataq otağında olan qadın kapron corabları və qadın gecəlik köynəyi ilə Zərərçəkmiş şəxs1 əllərini və ayaqlarını, Zərərçəkmiş şəxs2nm isə əllərini bağlamış, Təqsirləndirilən şəxs1 əli ilə Zərərçəkmiş şəxs1 sol göz nahiyyəsinə yumruq zərbəsi yetirərək ona sol göz orbiti ətrafında qançırı kimi sağlamlığa zərər vurmayan xəsarət yetirərək sonuncuya məxsus özgə əmlakı olan, hadisə gününə rəsmi bank məzənnəsi ilə 3400 manat təşkil edən 2000 ABŞ dollar və 190 manat, ümumilikdə 3590 manat pulu götürüb ələ keçirməklə quldurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, «İnstagram» sosial şəbəkəsində Mafiyatla tanış olmuşdur. Belə ki, ona əvvəl ailə qurmaq məqsədi ilə yanaşsa da sonradan yaxşı qız olmadığını görüb fikrindən daşınmışdır. Mafiyat ona internetdə videolarının yayıldığını və onları sildiyi təqdirdə ona pul verəcəyini bildirmişdir. Mafiyat ona söz verdiyi pulu vemədiyi üçün o da həmin pulu tələb etmişdir. Onların arasında hər hansı bir yaxın münasibət olmayıb, bununla bağlı ekspertiza da təyin edilə bilər. O özünü oğurluq cinayətində təqsirli bilir, qalan hissədə özünü təqsirli bilmir. Maddi vəziyyəti ağır olduğu üçün oğurluq etmək fkrinə düşmüşdür. Həmin vaxt isə onun üz hissəsi bağlı olmamıdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərbəli ilə oğurluğa getdikləri evin həyətində it olmuş və evdə adam olmadığına əmin olduqdan sonra evə pəncərədən girmişlər. Evdə axtarış aparan zaman zirzəmidən ev sahibləri çıxmışlar və onları görmüşlər. Onlar ev sahiblərinə xəsarət yetirməmişlər, eyni zamanda, üzlərində maska olmamışdır. Evdən cəmi 3600 manat pul olub, qızıl-zinət əşyaları isə olmamışdır. Ev sahiblərinə tərəflərindən hər hansı zorakılıq olmamışdır. Onlarda həmin vaxt bıçaq olmamış, sadəcə pulu götürüb evdən çıxmışlar. Belə ki, işsiz ollmuş, eyni zamanda, anası xəstə olmuş, maddi vəziyyəti pis olduğuna görə pul əldə etmək üçün bu yola əl atmışdır. O həbs olunandan sonra anası rəhmətə getmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları cinayət əməlini törətmələri özlərinin qismən etirafedici ifadələrindən başqa məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxslərin ifadələri, şahid ifadələri, ekspertiza rəyləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Mən arvadım Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşayıram. 30 noyabr 2021-ci il tarixdə saat 22:30 radələrində arvadım Gülbəniz, sonra isə saat 23:50 radələrində mən yatmağa getdim. 30 noyabr 2021-ci il tarixdən 01 dekabr 2021-ci il tarixə keçən gecə saat 02 radələrində evin içərisindən səs gəldiyini eşitdim. Həmin vaxt gözlərimi açan kimi başımın üstündə iki nəfər maskalı şəxsin hər birinin əllərində balaca əl fənərləri və mətbəx bıçağı ilə olduqlarını görüb qorxdum. Əvvəl yuxu gördüyümü güman edib, yanımda yatan arvadım Gülbənizi də yuxudan oyatdım. Mən həmin şəxslərdən nə istədiklərini soruşmuşdum. Gülbəniz də gözlərini açan kimi başımızın üstündə iki nəfər maskalı şəxsin dayandığını görüb qorxdum. Bu zaman həmin şəxslər bizə bildirdilər ki, səsimizi çıxartmayaq, onlara pul və qızıl lazımdır və onlara pulun yerini deyək. Həmin vaxt mən bu şəxslərə bildirdim ki, maddi vəziyyətimiz zəifdir, evə pul yoxdur, arvadım Gülbəniz də mənim sözlərimi təsdiqlədi. Buna baxmayaraq həmin şəxslər mənə inanmayaraq, arılarımın olduğunu bildirərək təkrar olaraq pul tələb etdilər. Həmin vaxt Gülbənizin başnın üstündə dayanan şəxs demişdir ki, bunlardan birini öldürmək lazımdır, yoxsa bunlar pulun yerini deməyəcəklər. Bundan sonra başımın üstündə dayanan şəxs əlindəki bıçaqla məni iki dəfə vurmaqla hədələyərək, qəfildən yumruq zərbəsi ilə sol gözümə vurdu. Bundan sonra Gülbənizə tapşırdım ki, həmin şəxslərə evin dəhlizində olan, cöngələrin satışından əldə etdiyimiz pulu versin. Həmin vaxt arıq bədən quruluşlu, qısa boylu, maskalı şəxs Gülbənizlə birlikdə evin dəhlizinə tərəf getdi. Onlar təxminən 5 dəqiqə sonra qayıtdılar. Bundan sonra həmin şəxslər qızıl-zinət əşyaları tələb etdilər. Biz isə onlara evdə qızıl-zinət əşyaların olmadığını bildirdim, lakin onlar inanmadılar. Bundan sonra onlar kapron qadın corablarla ayaqlarımı, arvadımın gecəlik köynəyi ilə əllərimi bağladılar, Gülbənizin isə ancaq əllərini kapron qadın corabları ilə bağladılar. Bundan sonra isə kök bədən quruluşlu, uzun boylu şəxs arvadım Gülbənizlə birlikdə evin dəhlizinə baxış keçirməyə başladı. Həmin şəxslər Gülbənizin çantasından 40 manat pulu da tapıb götürdülər. Təxminən 5-10 dəqiqə sonra onlar təkrar yataq otağına qayıtdılar. Onlar bizdən qalan pulu da tələb edirdilər. Bu zaman Gülbəniz onlara bildirdi ki, pulumuz olub, lakin Rostov şəhərində yaşayan qızımıza ev almışıq, bunu bilən zaman həmin şəxslər sakitləşdilər. Bu zaman mən onlara bildirdim ki, vəziyyətim pisləşir və onlardan əllərimi açmalarını xahiş etdim. Həmin vaxt Gülbənizin də vəziyyəti pisləşdi. Buna görə də həmin şəxslərdən biri 1 stəkan su gətirdi. Biz həmin sudan biraz içdik, sonra arvadımın başının üstündə dayanmış şəxs əlindəki bıçaqla onun ayaqlarını bağladığı kapron corabları kəsdi, daha sonra isə əlindəki gecəlik qadın köynəyinin bir hissəsini bıçaqla kəsib açdı, bundan sonra isə Gülbənizin əllərini bağladıqları kapron corabı bıçaqla kəsib, açdılar və qapı tərəfə getdilər. Həmin vaxt hər iki maskalı şəxs bizə bildirdilər ki, yavaş-yavaş çıxıb gedirlər və polisə müraciət etdiyimiz təqdirdə bizə pis olacaqdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Mən ərim Zərərçəkmiş şəxs1la birlikdə yaşayıram. 30 noyabr 2021-ci il tarixdə gecə saat 02 radələrində gözlərimi açan kimi başımızın üstündə iki nəfər maskalı şəxsin dayandığını görüb qorxdum. Bu zaman həmin şəxslər bizə bildirdilər ki, səsimizi çıxartmayaq, onlara pul və qızıl lazımdır və onlara pulun yerini deyək. Həmin vaxt Fəzaillə onlara bildirdik ki, maddi vəziyyətimiz zəifdir, evdə pul yoxdur. Buna baxmayaraq həmin şəxslər bizə inanmayaraq, arılarımızın olduğunu bildirərək təkrar olaraq pul tələb etdilər. Həmin vaxt mənim başımın üstündə dayanan şəxs demişdir ki, bunlardan birini öldürmək lazımdır, yoxsa bunlar pulun yerini deməyəcəklər. Bundan sonra Fəzailin başının üstündə dayanan şəxs əlindəki bıçaqla onu iki dəfə vurmaqla hədələyərək, qəfildən yumruq zərbəsi ilə sol gözünə vurdu. Bundan sonra ərim mənə tapşırdı ki, həmin şəxslərə evin dəhlizində olan, cöngələrin satışından əldə etdiyimiz pulu verim. Həmin vaxt arıq bədən quruluşlu, qısa boylu, maskalı şəxs mənimlə birlikdə evin dəhlizinə tərəf getdi. Bundan sonra həmin şəxslər bizdən qızıl-zinət əşyaları tələb etdilər. Biz isə onlara evdə qızıl-zinət əşyalarının olmadığını bildirdim, lakin onlar inanmadılar. Bundan sonra onlar kapron qadın corablarla Fəzailib ayaqlarını, mənim gecəlik köynəyimlə isə əllərini bağladılar, mənim isə ancaq əllərimi kapron qadın corabları ilə bağladılar. Bundan sonra isə kök bədən quruluşlu, uzun boylu şəxs mənimlə birlikdə evin dəhlizinə baxış keçirməyə başladı. Həmin şəxslər çantamdan 40 manat pulu da tapıb götürdülər. Təxminən 5-10 dəqiqə sonra onlar təkrar yataq otağına qayıtdılar. Onlar bizdən qalan pulu da tələb edirdilər. Bu zaman mən onlara bildirdim ki, pulumuz olub, lakin Rostov şəhərində yaşayan qızımıza ev almışıq, bunu bilən zaman həmin şəxslər sakitləşdilər. Həmin vaxt mənim və ərimin vəziyyəti pisləşdi. Buna görə də həmin şəxslərdən biri 1 stəkan su gətirdi. Daha sonra bizim əl-ayaqlarımızı açdılar və qapı tərəfə getdilər. Həmin vaxt hər iki maskalı şəxs bizə bildirdilər ki, yavaş-yavaş çıxıb gedirlər və polisə müraciət etdiyimiz təqdirdə bizə pis olacaqdır.. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin fevral ayının əvvəllərində “instagram” sosial şəbəkəsində “Osman” adlı şəxslə tanış oldum. Onunla Qusar rayonundan olduğumzu üçün yaxın münasibətlərimiz yarandı və bir müddət sonra Zərbəli elçiliyə gələcəyini bildirdi. Bundan sonra Zərbəli bildirdi ki, onsuzda evlənəcəklər, ona görə də üst geyim paltarını çıxararaq sinə və döş nahiyyəmin video-görünütüsünü göstərməyimi xahiş etdi. Mən ilkin olaraq buna etiraz etsəm də sonradan onunla razılaşdım. Zərbəli mənə bildirdi ki, gələcəkdə evlənmək planları vardır və buna görə də gələcəkdə yaşayacağı mənzili görüb tanımalıdır, eləcə də gələcək birgə həyatları ilə bağlı bəzi məsələləri danışmalıdırlar. Odur ki, Zərbəli mənzilini göstərmək adı ilə məni yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən “Akkordun” binasındakı mənzilinə çağırdı. Zərbəli mənzildə tək idi və qapını açarla arxadan bağladı, mənzildə söhbət zamanı mənim sinə və döş nahiyyəm göründüyü həmin videogörüntünü mənə göstərib bildirdi ki, məndən xəbərsiz olaraq gizlincə yazıb və mobil telefonunda saxlayıb, gələcəkdə evlənəcəyimizə dair verdiyi vədlər yalandır. Mən çox qorxdum. Daha sonra Zərbəli mənimlə cinsi əlqədə olmağı təklif etdi və bildirdi ki, əgər etiraz etsəm həmin videogörüntünü sosial şəbəkədə yerləşdirib çox sayda şəxslərə göstərəcək və valideynlərinə göndərəcək. Mən ona yalvararaq bakirə olduğumu bildirdim. Zərbəli mənə bildirdi ki, onda oral yol ilə olsunlar, yəni Zərbəlinin cinsi orqanını ağzına alsın və bu yolla Zərbəli ilə cinsi əlaqədə olsun. Mən məcbur qalıb onunla razılaşdım. Zərbəli daha sonra bildirdi ki, mənimlə cinsi əlaqədə olmağının videogörüntüsünü çəkibdir. Dahas onra o, məndən 1000 (bir min) ABŞ dolları pul tələb etdi və verməyəcəyim təqdirdə videogörüntüləri sosial şəbəkədə yayacağını bildirdi. Mən qorxumdan həmin pulu ona verdim. Daha sonra Zərbəli növbəti dəfə məndən 2000 (iki min) manat pul tələb etdi. Mən artıq başa düşdüm ki, Zərbəli məndən əl çəkməyəcək və daimi bu yolla qorxudaraq pulu alacaqdır və buna görə də polisə şikayət etdim. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayoru rütbəsindədir. Xidməti fəaliyyətini Azərbaycan Respublikasının Qanunvericiliyi, DİN-nin əmr və təlimatlarına uyğun aparır. Xidmət etdiyi ərazidə baş vermiş cinayətlərin açılması istiqamətində qanunla müəyyən edilmiş qüvvə və vasitələrdən, həmçinin məxfi əməkdaşların (agentlərin) köməyindən istifadə edilir və baş verəcək cinayətlərin qarşısının alınması üçün profilaktik tədbirlər görülür. Cinayət hadisələri ilə bağlı bildirmək istəyir ki, 21 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Kristal ünvan 4 ünvanda yaşayan Zərərçəkmiş şəxs3 Binəqədi RPİ-nin 6-cı PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1 ilə watsaap proqramı vasitəsi ilə tanış olaraq videogörüntü ilə ünsiyyətdə olduqları zaman onun sinə və döş nahiyyəsinin videogörüntüsünü qeydə alaraq sonra bu videogörüntünü, yəni haqqında rüsvayedici məlumatlar yayacağı, habelə, hədələyərək onunla oral yolla cinsi əlaqədə olmaqla cinsi ehtirasını pozğun formada təmin edərək Zərərçəkmiş şəxs3 qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmiş, bununla kifayətlənməyərək həmçinin onunla oral yolla cinsi əlaqədə olanda videogörüntü çəkdiyini və sosial şəbəkədə yerləşdirib çox sayda şəxslərə göstərib, sonuncunun valideynlərinə göndərməklə onlara göstərəcəyi haqqında rüsvayedici məlumatlar yayma hədəsini edərək bunu etməmək üçün Zərərçəkmiş şəxs3 1000 ABŞ dolları pul verməsini tələb etmiş və 16 fevral 2022-ci il tarixədə sonuncunun yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Kristal Abşeron, Məhəllə 5025, bina 3 ünvanın qarşısında həmin pulu alıb ələ keçirmiş, daha sonra təkrarən 21 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 ilə əlaqə yaradaraq çəkdiyi videogörüntüləri sosial şəbəkədə yerləşdirib çox sayda şəxslərə göstərib, sonuncunun valideynlərinə göndərməklə onlara göstərəcəyi haqqında rüsvayedici məlumatlar yayma hədəsini edərək bunları yaymamaq üçün Zərərçəkmiş şəxs3 2000 manat pul verməsini tələb etmiş, 22 fevral 2022-ci il tarixədə saat 15 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Kristal Abşeron, Məhəllə 5025, bina 3 ünvanın qarşısında Zərərçəkmiş şəxs3 həmin pulu almağa gələcəyini bildirmişdir. Zərərçəkmiş şəxs3nm ərizəsi ilə bağlı araşdırma RPİ-nin 6-cı PB-nin təhqiqatçısı, polis leytenantı Ağahüseyn Həsənova həvalə edilmişdir. Eyni zamanda, həmin ərizə ilə bağlı araşdırma aparılarkən o, Zərərçəkmiş şəxs3nm ərizəsində göstərilənlərin əməliyyat yolu ilə yoxlamasını həyata keçirirək qeyd edilən faktların həqiqətə uyğun olduğunu müəyyən etmişdir, 22 fevral 2022-ci il tarixədə saat 15 radələrində Təqsirləndirilən şəxs1 Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Kristal Abşeron, Məhəllə 5025, bina 3 ünvanın qarşısına Zərərçəkmiş şəxs3 hədə-qorxu ilə tələb etdiyi 2000 manat pulu almağa gələrkən tərəfindən saxlanılmışdır. O, özünü Təqsirləndirilən şəxs1 təqdim edərək cinayət əməlini törətməkdə şübhəli olduğunu bildirib RPİ-nin 6-cı PB-nə dəvət etmişdir. Təqsirləndirilən şəxs1 etiraz etmədən onunla həmin Polis bölməsinə gəlmiş və ondan soruşduqda Zərərçəkmiş şəxs3nm ərizəsində göstərilən cinayət əməllərini törətməsini etiraf etmiş, daha sonra təhqiqatda özü şəxsən etirafedici izahat yazmışdır. Qeyd edir ki, Təqsirləndirilən şəxs1 əslən Qusar rayonundan olsa da sərbəst şəkildə həm azərbaycan həm də rus dilində bilir və izahatı da öz xətti ilə azərbaycan dilində yazmışdır. Təqsirləndirilən şəxs1 ətrafında aparılmış əməliyyat tədbiri nəticəsində onun 2021-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs2 adlı tanışı ilə Qusar rayonunda quldurluq basqım törətməsi məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, qeyd edilən ünvanda o, qızları Şahid3 və Zərərçəkmiş şəxs3 ilə birlikdə yaşayır. Qeyd etməlidir ki, metrikada qızlarının soyadları müxtəlif yazıldığından Şahid3 Mafiyat isə Kadırova soyadı ilə şəxsiyyət vəsiqələri almışlar. O, Qusar rayonunda məktəbdə müəllimə işlədiyi üçün həftənin 3 gününü orada, digər günləri Bakıda olur. Ərim Amik də Qusar rayonunda yaşayır, ara-bir Bakı şəhərinə gəlib uşaqlara dəyir. Bildirir ki, qızı Mafıyata qarşı Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayətlər barədə o, yalnız araşdırma zamanı məlumat almışdır. Belə ki, ona məlum ölmüşdür ki, Mafıyat 2022-ci ilin fevral ayının əvvəllərində istagram sosial şəbəkəsində mamedov-osman adı ilə profil açmış şəxslə tanış olmuş, lakin sonradan məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxs1dur. Mafıyatla Zərbəli arasında yaxşı münasibətlər yaranmış, Zərbəlinin Qusar rayonunda anadan olduğu Mafıyata inam yaratmış və mütamadi olaraq əlaqə yaratmışlar. Təqsirləndirilən şəxs1 qızını inandırmışdır ki, sevməyə başlamışdır, yaxın zamanlarda valideynlərini elçi göndərəcəkdir və bu yolla aldadaraq qızı Mafıyatın sinə və döş nahiyyəsinin video görünütüsünü çəkə bilmişdir. Sonra Zərbəli qızıa öz mənzilini göstərmək adı ilə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən mənzilinə çağırmış, lakin orada qızını hədələmişdir ki, sinə və döş nahiyyəsinin göründüyü həmin videogörüntünü yayacaqdır, qızı Mafıyatı rüsvay edəcəkdir, zor hədəsi ilə və qızının köməksiz vəziyyətində olmasından istifadə edərək qızı Mafiyatə qarşı əxlaqsız təkliflər etmiş, hədə-qorxusu nəticəsində qızı Mafıyatla oral yolla cinsi əlaqədə olmaqla cinsi ehtirasını pozğun formada təmin etmiş, qızı Mafıyata qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan sonra Zərbəli qızma demişdir ki, cinsi əlaqədə olmağının videogörüntüsünü çəkib qeydə almışdır və bununla da onu daha da qorxutmuşdur. Daha sonra Zərbəli qızı Mafıyata zəng edərək, ondan 1000 ABŞ dolları pul tələb etmişdir və bildirmişdir ki, həmin pulu 16 fevral 2022-ci il tarixdə verməsə həmin videoları yayacaqdır. Mafıyat qorxusundan onunla razılaşmışdır həmin məbləğdə pulu Zərbəliyə 16 fevral 2022-ci il tarixdə yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Kristal Abşeron, Məhəllə 5025, bina 3 ünvanın qarşısına vermişdir. Qeyd etməlidir ki, onun qızlarının pul yığdıqları pul qabı ümumi olsa da, hərəsi orada özünə məxsus pullan saxlayırlar. Zərbəliyə Mafıyat yalnız özünə məxsus pulu götürərək vermişdir və həmin vaxt onların bundan xəbəri olmamışdır. Lakin Zərbəli bununla kifayətlənməyib qızı Mafıyata qarşı cinayətini davam etdirib yenidən 21 fevral 2022-ci il tarixdə zəng edərək 2000 manat pul verməsini tələb etmişdir. Pulun ona 22 fevral 2022-ci il tarixdə evlərinin qarşısına verilməsini demişdir. Lakin qızı bununla bağlı Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinə gedib ərizə ilə şikayət etmişdir və araşdırma zamanı Zərbəli ifşa olmuşdur. Araşdırma zamanı həmçinin ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 bundan başqa da cinayət etmiş, adını bilmədiyi tanışı ilə birlikdə 01 dekabr 2021 -ci il tarixə gecə saatlartmda Qusar rayonu Əvəcuq kəndində onunla bir məktəbdə müəllim işləyən Zərərçəkmiş şəxs1 və onun həyat yoldaşı Zərərçəkmiş şəxs2 qızma məxsus fərdi yaşayış evinə üzlərinə maska geyinərək bıçaqla gəlib quldurluq basqım etmişlər, Fəzail və Gülbənizin əllərini və ayaqlarını bağlamışlar, Təqsirləndirilən şəxs1 hətta Zərərçəkmiş şəxs1 yumruq zərbəsi yetirmiş və öldürməklə hədələyərək onların 2000 ABŞ dollar və 190 manat pulunu götürüb ələ keçirmişlər. Bildirir ki, Təqsirləndirilən şəxs1 istintaq zamanı qızı Mafıyata vurduğu ziyanı ödəməmiş və onlardan üzr istəməmiş, Zərbəlinin cinayət məsulliyətinə cəlb edilməsini xahiş edir. Bildiri ki, Təqsirləndirilən şəxs1 qızı Mafıyat Kadırovadan hədə-qorxu ilə alıb ələ keçirdiyi pullar qızı Mafıyat Kadırovaya məxsus olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilərkən Şahid3 anası Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında yerləşən mənzil ona məxsusdur və o, həmin mənzili "xxxx" Şirkətindən müqavilə əsasında almışdır. Cinyət işinin mahiyyəti üzrə bildirir ki, Təqsirləndirilən şəxs1 10 dekabr 2021-ci il tarixdə tanımış, belə ki, sonuncu yuxarıda ünvanını qeyd etdiyi mənzili hər bir ayı üçün 320 manat ödəməklə kirayə götürmüşdür. Zərbəli ona bildirmişdir ki, həmin mənzildə tək yaşayacaqdır. Mənzilə görə ödənişi Zərbəli vaxtında etmişdir. Ona məxsus ünvan 6 ünvannda yerləşən mənzili Zərbəli Çəgəliyevə kirayə verdiyi zaman aralarında 03 ay müddətinə şifahi müqavilə bağlanmışdır. Təqsirləndirilən şəxs1 tərəfindən ödənilmiş nağd pulla bağl vergi ödəməmişdir. Təqsirləndirilən şəxs1 həmin mənzildə Mafıyat Kadırovaya hədə qorxu gələrək, ondan pul tələb etməklə yanaşı, onunla qeyri təbii yolla cinsi əlaqədə olmasından heç bir məlumatı yoxdur, hazırda bu barədə eşidir, belə ki, Zərbəli yaşanda o, həmin mənzildə olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 09 dekabr 2022-ci il tarixli 540 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarət -sol göz orbiti ətrafında qançırı küt əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə yumruq zərbəsi ilə vurma məticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. 09 dekabr 2021-ci il tarixli '‘hadisə yerinə baxış keçirilməsi haqqında” protokol ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yaşadıqları evə quldurluq basqını edilməsi faktı təsdiq olunmuşdur. Keçirilmiş baxış zamanı təqsirləndirilən şəxslər tərəfindən quldurluq basqım törədərkən Zərərçəkmiş şəxs1 əllərini və ayaqlarını, Zərərçəkmiş şəxs2nm isə əllərini bağladıqları qadın kapron corabları və qadın gecəlik köynəyi aşkar edilərək götürülmüşdür. İş üzrə cinayətin törədilməsində istifadə istifadə edilən qadın kapron corabları və qadın gecəlik köynəyi 16 dekabr 2021-ci il tarixli qərarla maddi sübut kimi tanınmışlar, istintaq tamamlandıqdan sonra saxlanılması üçün Binəqədi RPİ-nin MSSK-nə təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş ambulator məhkəmə psixiatrik ekspertizasının 14 mart 2022-ci il tarixli 65 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd edilməmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs1 öz hərəkətinin faktiki xarakterini, ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyac yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş ambulator məhkəmə psixiatrik ekspertizasının 14 mart 2022-ci il tarixli 656 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə hər hansı psixi xəstəliyin əlamətləri qeyd olunmamışdır. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş ambulator məhkəmə psixiatrik ekspertizasının 12 mart 2022-ci il tarixli 645 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə hər hansı psixi xəstəliyin əlamətləri qeyd olunmamışdır. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o,öz hərəkətininin faktiki xarakterinni və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyac yoxdur. Baxış zamanı zərərçəkmiş şəxs X3 videodanışıq zamanı paltarını aşağı çəkməsi, sinə və döş nahiyyəsinin videogörüntüsü ayrıca DVD diskinə yazılaraq protokola əlavə edilmişdir. Bundan başqa, istintaq zamanı "xxxx" MMC-nin 29 mart 2022-ci il tarixli AZF/LGL- 5326/22 nömrəli məktubu ilə göndərilmiş Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***- **-** mobil telefon nömrəsinin danışıqları və əhatə dairəsi barədə məlumatlar olan 01 ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, diskdə olan fayllarda sms tarixçələri, zənglərin detallaşması və zənglərin məxsusluq tarixçələri vardır. Həmin fayllara baxışla Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil nömrənin anten dairələri ilə 29 noyabr 2021-ci ildə saat 20:36-dan 02 dekabr 2021-ci il saat 16:22-dək yaşadığı Bakı şəhəri, Nizami rayonu, 2404 məhəllədə, yəni yaşadığı evin əhatətəsində yerləşən anten dairəsində olması müəyyən edilir. Bununla bağlı Təqsirləndirilən şəxs2 göstərdi ki, Qusar rayonuna quldurluq basqını etmək üçün getməmişdən əvvəl bilirdi ki, onu mobil telefonun anten dairəsi ilə ifşa edə bilərdilər, odur ki, öz mobil telefonunu evdə saxlamışdır. Eyni zamanda müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qulduqluq cinayəti törədərkən aralartında danışıqlar olmamış, yalnız bundan sonra xx.xx.2021-ci il saat 16:11-də danışmışlar. Bundan başqa, diskdə olan fayllarda istintaq üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir. SMS-lər qısa xarakterli olmaqla onların mətnindan görünür ki, yazışmalar qohum və yaxın tanışlar ilə məişət xarakterlidir. Cinayət işi üzrə 11 may 2022-ci il tarixli qərarla təqsirləndirilən şəxslərin telefon məlumatları barədə "xxxx" MMC-nin 01 ədəd DVD diski, Təqsirləndirilən şəxs1 “Xiaomi” markalı “Redmi” modelli mobil telefonu, həmin telefonda zərərçəkmiş şəxs X1 və döş nahiyyəsinin videogörüntüsunun ayrıca köçürülmüş 01 ədəd DVD diski, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxs X8ma hədə-qorxu gəlməsini təsdiq edən və sonuncu tərəfindən istintaqa təqdim edilmiş telefon yazışmaları istintaq sübutetməsində xüsusi əhəmiyyət kəsb etdikləri üçün maddi sübut kimi tanınmışlar, mobil telefon saxlanılması üçün Binəqədi RPİ-nin MSSX-na təhvil verilmiş, DVD diskləri və yazışmalar istinraq materiallarına əlavə edilmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini müdafiə üçün gətirdikləri dəlillər, yəni Təqsirləndirilən şəxs1 quldurluq cinayəti törətmədiyini, hədə qorxu gələrək pul tələb etmədiyini bildirməkdə yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür, eləcədə Təqsirləndirilən şəxs2 istintaq zamanı vermiş olduğu ifadədən fərqli ifadə verməkdə yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür, məhkəmə onların ifadələrinə tənqidi yanaşaraq inandırıcı hesab etmir. Buna görə də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərdiyi bu dəlillər cinayət məsuliyyətindən yayınmağa yönəlmiş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli məhkəmə iistintaqı zamanı da öz təsdiqini tapdığından onlar təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.1, 181.2.1, 181.2.3, 181.2.5 və 182.2.2 -ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5-ci maddələri ilə tövsif edilməli və onlar, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 11 mart 2022-ci il tarixli tələbnamədən və Qusar rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs1 25 may 2021-ci il tarixlidə Qusar rayon İcra və Probasiya şöbəsində elektron nəzarət vasitələri tətbiq edilərək qeydiyyata alınmış 25 iyun 2021-ci il tarixdə tətbiq olunmuş qolbağını qırıb ataraq yayınmışdır. Beləliklə də Təqsirləndirilən şəxs1 təyin olunmuş 02 il müddətə azalığın məhdudlaşdırılması cəzasının 01 ayını çəkmiş, üzərində çəkilməmiş 01 il 11 ay çəkilməmiş azadlığın mədudlaşdırılması cəzası qalmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən çəkilməmiş 01 il 11 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 günü azadlıqdan məhrumetmə cəzasının 01 gününə bərabər tutularaq 11 ay 15 gün azadlıqdan məhrumetmə cəzası hesabı ilə besablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən cəzaların məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Odur ki, Təqsirləndirilən şəxs1 üzərində çəkilməmiş 01 il 11 ay azadlığın məhdudlaşdırılması cəzasının 02 günü azadlıqdan məhrum etmə cəzasının 01 gününə hesablanmaqla 11 ay 15 gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı cinayət üzrə təyin ediləcək cəza ilə qismən birləşdirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən olunması zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cinayətlərə görə məhkumluq nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 21 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 22 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 11 mart 2022-ci il tarixli tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2016-cı il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə, yəni təsnifatla görə ağır cinayət törətməkdə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum edilmiş, 14 fevral 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikas CM-nin 83.3.4-ci maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. İstintaq materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs2 cəzam çəkib qurtardıqları gündən yenidən cinayət əməlini törətdiyi günə kimi 01 il 9 ay keçmişdir. Azərbaycan Respublikası CM-nin 18.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin təhlukəli residivi vardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.5, 65.2-ci maddələrinin tələblərinə əsasən cinayətlərin residivinə görə daha sərt cəza təyin edilir, yəni ona təqsirli bilindiyi maddənin sanksiyasının son həddinin üçdə ikisindən aşağı cəza təyin edilə bilməz. Ona görə məhkəmə, cəza təyini zamanı bu halları, həmçinin onun törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi olması cəzasını ağırlaşdıran hal kimi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəza ciddi cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 23 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 23 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs3 ümumilikdə 1.700 manat maddi ziyan dəymişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən məhkəmə istintaqı müddətində dəymiş ziyandan heç bir məbləq ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 183.1-ci maddəsinin tələblərinə əsasən Zərərçəkmiş şəxs3 mülki iddia vermə hüquqları vardır. Zərərçəkmiş şəxs3 mülki iddia verərək 1700 manat məbləqində pulu Təqsirləndirilən şəxs1 alınaraq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs3 vermiş olduğu mülki iddia təmin edilməlidir. Ekspertiza xərcləri yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından –“Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 252 (iki yüz əlli iki) manat və Müdafiəçi2 Turab oğluna 252 (iki yüz əlli iki) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.1, 181.2.1, 181.2.3, 181.2.5 və 182.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5 -ci maddələri 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs1 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, Qusar Rayon məhkəməsinin 20 aprel 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının cəkilməmiş 01 (bir) il 11 (on bir) ayının 02 (iki) günü azadlıqdan məhrumetmə cəzasının 01 (bir) gününə bərabər tutularaq 11 (on bir) ay 15 (on beş) gün azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin olunmuş 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirməklə qəti olaraq Təqsirləndirilən şəxs1 11 (on bir) il azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 22 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 23 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. İş üzrə zərərçəkmiş şəxs X7 tərəfindən verilmiş mülki iddia təmin olunsun Təqsirləndirilən şəxs1 1700 (min yeddi yüz) manat tutularaq zərərçəkmiş şəxs X6 ödənilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından –“Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 252 (iki yüz əlli iki) manat və Müdafiəçi2 Turab oğluna 252 (iki yüz əlli iki) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübutlar; - Binəqədi rayon Polis İdarəsində saxlanılan qadın kapron corabları və qadın gecəlik köynəyi məhv edilsin: -Təqsirləndirilən şəxs1 məxsus “Xiaomi” markalı “Redmi” modelli mobil telefon onun yaxın qohumlarına qaytarılsın: - "xxxx" MMC-nin 01 ədəd DVD diski, zərərçəkmiş şəxs X3 videogörüntüsünün köçürülmüş 01 ədəd DVD diski, istintaqa təqdim edilmiş telefon yazışmaları iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1250/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1250/2022
03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver