Məhkəmə qərarları › İş №1(101)-1250/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1250/2024

06.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1250/2024 06.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi ilə, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhər 3 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə1, Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx xxxxxxx 2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Cüvar kəndində qeydiyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Ağasadıq Gəraybəyli küçəsi 1 nömrəli İqtisadiyyat Universitetinin yataqxanası, 309 saylı evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə, xx xxxx 2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Mahmudlu stansiyasında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Ağasadıq Gəraybəyli küçəsi, 1 nömrəli İqtisadiyyai Universitetinin yataqxanası, 508 saylı evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxslərə zor tətbiq olunması ilə müşayiət edilən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmiş və iki şəxsə qarşı insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığlarına xuliqanlıq niyyətilə ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1, 07 iyul 2023-cü il tarixdə saat 22 radələrində, ictimai yer hesab olunan Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsi 74 saylı binanın qarşısında, tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs tərəfindən bir müddət əvvəl ünvan 1 ünvanında yerləşən “Kabab evi” adlı kafedə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 həmin kafenin otağında əyləşdikləri səbəbindən baş vermiş sözlə mübahisəni bəhanə edib heç bir əsaslı səbəb olmadan, öz şəxsiyyətini digərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə nalayiq sözlər deyib yaxınlıqda yerləşən digər kafedəki masanın üzərindən götürdüyü zavod üsulu ilə hazırlanmış məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağını silah qismində istifadə edərək Zərərçəkmiş şəxs2 üzərində zor tətbiq edib həmin bıçaqla bir dəfə qarın nahiyəsinə vuraraq “qarının ön divarının sol yarısının qarın boşluğuna nüfuz edən, nazik bağırsaq ilgəklərini və müsariqəsini zədələyən deşilmiş-kəsilmiş yarası” ilə müşayiət olunan, insan həyatı üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti yetirdikdən sonra öz qərəzli hərəkətlərini davam etdirərək həmin bıçağı silah qismində istifadə edərək Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq edib iki dəfə vuraraq “sol bazunun orta-yuxarı 1/3-nin bayır səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası” xəsarəti ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər və “döş qəfəsinin arxa səthinin sol yarısının döş boşluğuna nüfuz edən, sol tərəfli hemopnevmotoraksa (döş boşluğunda qan və havanın toplanması) səbəb olmuş bir ədəd yarası” xəsarəti ilə müşayiət olunan, insan həyatı üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri, Təqsirləndirilən şəxs2 isə qərəzli hərəkət edərək, nalayiq sözlər deyib digər kafedəki masanın üzərindən götürdüyü naməlum bıçağı silah qismində istifadə edərək Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq edib bir neçə dəfə vuraraq “sol sağrının üç ədəd və sağ budun aşağı 1/3-nin ön-bayır səthinin bir ədəd yumşaq toxuma və əzələləri zədələyən cərrahi işlənmiş (tikilmiş) deşilmiş-kəsilmiş yaraları” xəsarətləri ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmiş yəni bir qrup şəxs tərəfindən zərərçəkmiş şəxslərə zor tətbiq olunması ilə müşayiət edilən silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq etmiş və xuliqanlıq niyyətilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, yəni iki şəxsə qarşı vahid niyyətlə əhatə olunan insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs2 bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxslərə zor tətbiq olunması ilə müşayiət edilən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, 07 iyul 2023 cü il tarixdə saat 22 radələrində, ictimai yer hesab olunan Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsi 74 saylı binanın qarşısında, tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs tərəfindən bir müddət əvvəl ünvan 1 ünvanında yerləşən “Kabab evi” adlı kafedə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 həmin kafenin otağında əyləşdikləri səbəbindən baş vermiş sözlə mübahisəni bəhanə edib heç bir əsaslı səbəb olmadan, öz şəxsiyyətini digərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə nalayiq sözlər deyib Təqsirləndirilən şəxs1 yaxınlıqda yerləşən digər kafedəki masanın üzərindən götürdüyü zavod üsulu ilə hazırlanmış məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağını silah qismində istifadə edərək Zərərçəkmiş şəxs2 üzərində zor tətbiq edib həmin bıçaqla bir dəfə qarın nahiyəsinə vuraraq “qarının ön divarının sol yarısının qarın boşluğuna nüfuz edən, nazik bağırsaq ilgəklərini və müsariqəsini zədələyən deşilmiş-kəsilmiş yarası” ilə müşayiət olunan, insan həyatı üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti yetirdikdən sonra öz qərəzli hərəkətlərini davam etdirərək həmin bıçağı silah qismində istifadə edərək Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq edib iki dəfə vuraraq “sol bazunun orta-yuxarı 1/3nin bayır səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası” xəsarəti ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər və “döş qəfəsinin arxa səthinin sol yarısının döş boşluğuna nüfuz edən, sol tərəfli hemopnevmotoraksa (döş boşluğunda qan və havanın toplanması) səbəb olmuş bir ədəd yarası” xəsarəti ilə müşayiət olunan, insan həyatı üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirərək bir qrup şəxs tərəfindən zərərçəkmiş şəxslərə zor tətbiq olunması ilə müşayiət edilən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun 17 yaşı var. O, 9-cu sinifi bitirdikdən sonra məktəbdən çıxmış və natamam orta təhsillidir. 07 iyul 2023-cü il tarixdə axşam saat 19:00- 20:00 radələrində tanışı Səbuhi ilə birlikdə “Kabab evi” adlı kafenin qarşısından keçirmişlər. Həmin vaxt tanışları olan Namiq onları kafeyə dəvət etmişdir. O, Səbuhi, Namiq kafedə oturub “coca-cola” içmişlər. Adını sonradan bildiyi Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 isə onların masasının yanında oturmuşlar. Bir qədər sonra Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 kabinetə keçmişlər. O, Səbuhi və Namiqin əyləşdiyi masa kiçik olduğundan onlar da Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 öncədən əyləşdiyi masaya keçmişlər. Lakin həmin masa dağınıq vəziyyətdə imiş. Onlar kafe sahibinə masanın dağınıq olmasını və düzəldilməsini bildirmişlər. Bu sözdən sonra ya Samir ya da Müşviq bildirmişdir ki, əyləşdikləri masa zibil qabı deyil. Bundan sonra aralarında mübahisə yaranmışdır. Onun cibində heç vaxt bıçaq olmamışdır. O bıçağı kafedən götürmüşdür. Belə ki, Müşviq onun üstünə bıçaq çəkəndə belə onun ağlına bıçaq çəkmək gəlməmiş və o, Müşviqi yumruqla üzündən vurmuşdur. Müşviq ona vurmaq üçün yenidən üzərinə gələndə o kafedən götürdüyü bıçaqla Müşviqin sol qol və böyür nahiyələrindən iki dəfə vurmuşdur, Samirin qarnından isə neçə dəfə vurduğunu dəqiq bilmir. O, əməlindən peşmandır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, o, əvvəllər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tanımamışdır. O, “Kabab Evi” kafesinə tez-tez getmir. O, hadisə baş verən gün spirtli içki qəbul etmişdir. Səbuhinin də cibində bıçaq olmamışdır. O, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. O, Müşviqə bıçaqla 2 dəfə vurmuş, Samirə neçə dəfə vurduğunu dəqiq bilmir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 9-cu sinifi bitirdikdən sonra məktəbdən çıxmışdır. 07 iyul 2023-cü il tarixdə saat 20:00 radələrində dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə “Kabab evi” adlı kafenin qarşısından keçərkən kafedə Namiqi görmüşlər. Namiq onları kafeyə dəvət etmişdir. Kafeyə daxil olanda adlarını sonradan bildiyi Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 oturduqları masadan qalxaraq kabinətə keçirmişlər. Onlar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qalxdıqları masada əyləşmək istəmişlər. Lakin həmin masa dağınıq imiş. Əhliman, Namiq və o, kafeyə baxan xanıma masanın təmizlənməsini bildirdikdə Müşviq demişdir ki, onların masası zibilli ola bilməz. O, Müşviqə demişdir ki, masanın təmizlənməsini xanımdan istəyir. Xanım Müşviqgilə masalarında əyləşmələrini bildirmişdir. Sonra o, çölə çıxmışdır. Əhliman isə kontur yükləməyə getmişdir. Müşviq və Samir bayırda olarkən onun üstünə gəlmişlər. Onlar mübahisə etməyə başlamışlar. Bu vaxt Əhliman da yanlarına gəlmişdir. O, Müşviq və Samirə ondan yaşda böyük olduqlarını, onun yaşında uşaqları olduğunu bildirmiş və mübahisəni yatışdırmışdır. Sonra o, yenidən kafeyə qayıdanda mübahisə yenidən başlamışdır. Namiq çıxıb getmişdir. Sonra o görmüşdür ki, Əhliman Müşviq və Samirin ortasında dayanmış və bıçaq açılmışdır. O, kafedə masanın üzərində olan bıçağı götürmüş, Müşviqin arxa nahiyəsindən 2 dəfə yüngülvari zərbə vurub qaçaraq uzaqlaşmışdır. O, əməlindən peşmadır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, onun götürdüyü bıçaq balaca yağ bıçağı imiş, ucu çox da iti deyilmiş. O, spirtli içki qəbul etmişdir. Münaqişə onlar kafeyə girərkən başlamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsləri əvvəllər tanımamış və baş vermiş hadisə ilə əlaqədar tanımışdır. 07 iyul 2023-cü il tarixdə Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən “Kabab evi” adlı kafedə iş yoldaşı Samirlə oturmuşdur. Adlarını sonradan bildiyi Əhliman, Səbuhi və Namiq sonradan kafeyə gəlmişlər. O və Samir içkili imişlər. Onlar yan masada əyləşən adını sonradan bildikləri Namiq adlı şəxsin özünü düzgün aparmadığını görmüşlər. Anar Namiqi yanına çağırmış və Anar Namiqin qulağına nəsə demişdir. Namiq də Anarın qulağına nəsə demişdir. Bundan sonra Namiq, Əhliman və Səbuhi masadan qalxıb çölə çıxmışlar. O, Anar, Samir və Əkrəm söz-söhbət, mübahisə olmaması üçün zaldan kafenin kabinetinə keçməyi qərara almışlar. Təxminən 30 dəqiqə sonra iş yoldaşı Samir “ayaqyoluna gedib qayıdıram” deyib kabinetdən çıxmışdır. Təxminən bir neçə dəqiqə sonra o, çölə çıxmışdır. O, kafenin yaxınlığında Samirin Səbuhi və Əhlimanla söhbət etdiklərini görmüşdür. Həmin vaxt o, kafenin zalında səs-küy eşitmişdir. Namiq, Səbuhi və Əhliman Samiri tutub kafedən çölə çıxarmağa çalışmışlar. Kafedən təxminən 10-15 metr məsafədə yerləşən yaşayış binasının qarşısında Namiq Samirlə dalaşmağa başlamışdır. Səbuhi və Əhliman isə onun üstünə hücum çəkmişlər. Həm Səbuhi, həm Əhliman ikisi də onu bıçaqlamışlar. O, onların hər ikisinin əlində bıçaq görmüşdür. Lakin bıçağı hardan əldə etdiklərini bilmir. O, Namiqlə mübahisə etməmişdir və Namiqin əlində bıçaq yox imiş. O, təqsirləndirilən şəxslər Əhiman Novruzov və Təqsirləndirilən şəxs2la barışmışdır, təqsirləndirilən şəxslər onun müalicə xərclərini ödəmişlər. O, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayətçi deyil. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, təqsirləndirilən şəxslər Əhiman Novruzov və Təqsirləndirilən şəxs2 hər ikisi onu bıçaqlamışlar. Onu xəstəxanaya kimin apardığını bilmir, həmin vaxt özündə olmamışdır. Namiq adlı şəxs onu təhqir etməmiş, onun üstünə bıçaq çəkməmişdir. Onu kimin birinci vurduğunu xatırlamır. Heç kim onu təqsirləndirilən şəxslərlə barışmağa məcbur etməmişdir. 2 bıçaq zərbəsi ayağına, 1 bıçaq zərbəsi çiyin nayihəsinə və digər 1 bıçaq zərbəsi çiyninin arxa tərəfinə vurulmuşdur. O, xəstəxanada 1 həftə müalicə almış, bıçaqların yerinə tikiş vurulmuşdur. Mübahisənin səbəbkarı yadında deyil. Anlaşmazlıqlar səbəbindən mübahisə yaranmışdır. O, 1 litr spirtli içki qəbul etmişdir. Ona vurulan bıçağın forması yadında deyil, çünki küçə qaranlıq imiş. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsləri əvvəllər tanımamış və baş vermiş hadisə ilə əlaqədar tanımışdır. 07 iyul 2023-cü il tarixdə Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən “Kabab evi” adlı kafedə Anar, Əkrəm və Müşviq adlı dostları ilə oturmuşdur. Adlarını sonradan bildiyi Əhliman, Səbuhi və Namiq sonradan kafeyə gəlmişlər. Mübahisə masa üstündə olmuşdur. Onlar kabinetə keçmişlər və zalda səs-küy yarandığını eşitmişlər. O, kabinədən çıxaraq adını sonradan Namiq olduğunu bildiyi şəxsə səs-küy salmamasını bildirmişdir. Təxminən 30 dəqiqə sonra o, ayaqyoluna getmişdir. O, kafeyə qayıdarkən Namiq, Səbuhi və Əhlimanın çöldə olduqlarını görmüşdür. Namiq onu yanına çağırmışdır. Namiq onunla mübahisə edərkən Müşviq də yanlarına gəlmişdir. Müşviq Namiqin onunla mübahisə etməsinə imkan verməmiş və onlar kafeyə qayıtmışlar. Saat 22:00 radələrində o, yenidən kafedən çıxaraq ayaqyoluna gedib geri qayıdanda Namiqin yenə də kafenin yaxınlığında olduğunu görmüşdür. Namiq ona nalayiq ifadələr işlətmişdir. Həmin vaxt aralarında mübahisə yaranmışdır. Həmin vaxt Əhliman yaxınlaşıb bıçaqla 1 dəfə onun qarnından zərbə endirmişdir. Səbuhi ona bıçaq zərbəsi vurmamışdır. O, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la barışmışdır, təqsirləndiirlən şəxslər onun müalicə xərclərini ödəmişlər. O, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayətçi deyil. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Əhlimadna başqa heç kim ona fiziki təzyiq göstərməmişdir. 1 bıçaq zərbəsi onun qarnının sol tərəfindən dəymişdir. O, xəstəxanada 8 gün müalicə almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 07 iyul 2023-cü il tarixdə saat 19 radələrində “Kabab evi” adlı kafeyə gedib iş yoldaşları Anar, Samir, Müşviqlə birlikdə yemək yemişdir. O, hər hansı bir mübahisənin və çəkişmənin şahidi olmamışdır. Müşviq və Samir kafedən çölə çıxdıqdan sonra o, kafenin çöl tərəfində davaya xarakterik səslər eşitmişdir. O, kafedən çıxdıqda kafenin çöl tərəfinə xeyli sayda adamların toplaşdığını, Samirin və Müşviqin bıçaqlandığını eşitmişdir. O, Müşviq və Samiri xəstəxanaya aparmışdır. O, Müşviq və Samiri bıçaqlayan şəxsləri tanımır. Müşviq və Samirin bıçaqlanma anını da görməmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, o, bıçaqlanma hadisəsini görməmişdir. Ona xəsarət yetirilməmişdir. O, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. O, kafedən çölə çıxarkən təqsirləndirilən şəxsləri orda görməmişdir. Xəstəxanaya gedərkən Müşviq və Samir normal vəziyyətdə imişlər, ağır vəziyyətdə deyilmişlər. Nə Samir, nə Müşviqin vəziyyəti ağır deyilmiş. O, əməliyyatdan sonra da Müşviq və Samirin yanına getmişdir. Onun oturduğu kabinetin qapısı açıq imiş. O, təqsirləndirilən şəxsləri tanımır, onları hadisə vaxtı görməmişdir. O, Namiqin nömrəsini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsləri tanımır. O, “166” Yükdaşıma şirkətində köməkçi işləyir. ünvan 2 ünvanında yerləşən “Kabab evi” adlı kafeni anası Nazlı ilə birlikdə icarə əsasında işlədir. 2023-cü ilin yay aylarında iş yoldaşları Samir və Müşviqlə kafedə imiş. Kabinetler dolu olduğundan o, Müşviq və Samir əvvəlcə masada oturub yeyib-içmişlər. O, ofisianta bildirmişdir ki, kabinetlərdə yer boşalarsa, onlara xəbər versin. Kabinet boşalan kimi o, ofisianta kömək etmiş və Müşviq, Samir və o, kabinetdə olan masaya keçmişlər. Bir qədər sonra kafenin zalında səs-küy olmuş və Samir həmin yerə getmişdir. Sonra Samir qayıtmış və onlar yeyib-içməyə davam etmişlər. O, içkili olduğundan kabinetdə stolun üstündə yuxulamış və oyanan zaman kafedə sadəcə polis əməkdaşlarının olduğunu görmüşdür. Polis əməkdaşları ona bildirmişlər ki, kafenin çöl hissəsində bıçaqlanma hadisəsi baş vermişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, o, birbaşa olaraq Müşviq və Samirin vurulmasına şahid olmamışdır. Hadisə günü Əkrəmin onlarla olub-olmaması yadında deyil. Müşviq və Samiri həqiqətən də təqsirləndirilən şəxslərin bıçaqlayıb-bıçaqlamadığını görməmiş, amma bilir ki, təqsirləndirilən şəxslərin də günahı yoxdur, hadisə zamanı təqsirləndirilən şəxslər Novruz və Səbuhinin yanında Namiq adlı şəxs olmuş və Namiq Novruz və Səbuhini öyrədərək bu cinayəti etdirmişdir. O, Namiqi tanıyır, onunla salam-sağolu olmuşdur, kafedə 2-3 dəfə Namiqi görmüşdür. Onlar kabinetdə saat 19:00-dan sonra oturmuşlar. Lakin hadisənin saat neçədə olduğunu bilmir. Polis əməkdaşları kafedə olduqlarından kafe bağlanmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında yerləşən Arzuman adlı şəxsə məxsus “Kabab evi” adlı kafeni şifahi icarə əsasında işlədir. Namiq adlı şəxs 3-4 ay ərzində 4-5 dəfə kafeyə tək gəlmişdir. Namiq adlı şəxs adətən kafeyə bir bakal, ya da 2 bakal pivə içməyə gəlirmiş. Namiq adlı şəxs naxçıvanlıdır və onun ana tərəfi ilə yerli olduğu üçün o, Namiqə xalaoğlu deyirmiş. Namiq adlı şəxs problemli münaqişəyə yönümlü insan olsa da, o, hər dəfə onu yola verib xoş yola salmışdır. O, Namiq adlı şəxsin mobil telefon nömrəsini bilmir. Sonuncu dəfə 07 iyul 2023-cü il tarixdə Namiq adlı şəxs kafeyə gəlmişdir. Kafedə yer yox imiş. Namiq adlı şəxs harda oturacağını soruşanda o, Namiqə demişdir ki, onun yerində otursun. Namiq adlı şəxs 1 bakal pivə içmişdir. Obyektdə yer boşalandan sonra Namiq birinci stolda oturmuş və 2 litr pivə və 1 pors pendir istəmiş, pulunu sabah ödəyəcəyini demişdir. Namiq 2 litr pivəni içib çölə çıxmış, kafeyə qayıdanda adlarını sonradan bildiyi Əhliman və Səbuhi adlı oğlanlarla birlikdə kafeyə gəlmişdir. Namiq ona demişdir ki, yanındakı oğlanlara 4 bakal pivə süzsün. Amma Əhliman və Səbuhi ona pivə yox, “coca-cola” süzməyi demişıər. O, Əhliman və Səbuhiyə 300 ml “coca-cola” süzmüşdür. Namiq ona demişdir ki, pivəni süzüb stolun üzərinə qoysun. O, pivəni süzüb stolun üstünə qoysa da, Əhliman və Səbuhi həmin pivəyə əl vurmamışlar. Əhliman və Səbuhidən hansısa biri çölə çıxanda Namiq gedib özü ilə onu qaytarıb kafeyə geri gətirmişdir. O, Namiqdən uşaqların da naxçıvanlı olub-olmamalarını soruşanda Namiq ona demişdir ki, həmin uşaqlar naxçıvanlı deyillər, onların hərəsini bir yerdən tapıb gətirmişdir. Namiq demişdir ki, oğlanlardan biri Zəngilanlıdır, biri Ağdamlıdır. Namiq adlı şəxs Əhliman və Səbuhiyə həbsxana həyatından nəsə danışıb öyrədirmiş. Namiq Əhliman və Səbuhiyə ”o dediyini etməyəni belə edər” sözləri deyirmiş. “166” Yükdaşıma şirkəti ilə müqavilələri vardır və həmin şirkətin əməkdaşları onların kafesində yemək yeyirmişlər. “166” Yükdaşıma şirkətinin əməkdaşları Samir, Müşviq, Anar da həmin gün kafedə kabinetdə oturmuşlar. Samir çölə çıxanda Namiq adlı şəxsin azyaşlı uşaqlara danışdığını eşitmiş və Namiqə nəsə demişdir. O, Samirə demişdir ki, Namiq problemli insandır və Namiqə yaxınlaşmasın. Samir ona demişdir ki, Namiq yanındakı uşaqlara doğru olmayan nəsə danışır, necə ona yaxılaşmasın?! X11 adlı şəxsə yaxınlaşıb yanındakı uşaqların azyaşlı olduğunu , onlara belə şeylər danışmamasını bildirmişdir. Samirlə Namiq arasında bir az mübahisə olsa da, sonra onlar dostlaşmışlar. O, stola yaxınlaşıb dəfələrlə Samirə stoldan qalxmasını, uşaqların valideynlərinin onları axtara biləcəyini demişdir. Samir stoldan durub getmişdir. O, obyekti təmizləyib, silmişdir. O, bıçaqlanma hadisəsini görməmişdir. O kafe tərəfdə yerləşən moykada bıçaqlanma hadisəsi olduğunu eşitmişdir. O elə bilmişdir ki, Əhliman və Səbuhi bıçaqlanmışdır. Sonradan bilmişdir ki, X7 və Samiri bıçaqlamışlar. O, çölə çıxanda polis əməkdaşlarının gəldiyini görmüşdür. Samirin bağırsağı çöldə imiş O, Samiri danlamışdır, öncədən ona Namiqgildən uzaq durmasını tapşırmışdır. Polis əməkdaşları Müşviqin öldüyünü demişlər. Sonradan məlum olmuşdur ki, Müşviq də sağdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, o, Əhliman və Səbuhini kafedə ilk dəfə görürmüş, onlar ilk dəfə hadisə günü kafeyə gəlmişlər. Namiq birinci stolda oturmuşdur, Əhliman və Səbuhi da Namiqin yanında imişlər. Namiq adlı şəxs təxminnə 50 yaşlarında arıq, hündür bir insandır. Namiq adlı şəxs 12-13 il azadlıqdan məhrumetmə cəzası çəkmişdir. Namiq adlı şəxs hadisədən bir neçə gün əvvəl kafeyə gəlmiş və ona yarım kilo kişmiş, konfet və limon gətirib ona vermiş və görüntülü danışdığı birinə demişdir ki, bunları bibiyə verir. O, almaqda israr etmişdir. Sonradan Namiq hətta telefonda kiməsə əlindəkiləri göstərərək inandırmağa çalışmışdır ki, cəzaçəkmə müəssəsində kiməsə alt paltarı aparmaq istəyib, amma verə bilməmişdir. O, Namiq adlı şəxsin başqa münaqişəsini görməmişdir. Namiq adlı şəxsin özündən kiçik yaşda uşaqlarla oturması ona təəccüblü gəlmişdir. Namiq adlı şəxs dəfələrlə kafeyə gəlmişdir. O, istintaq zamanı ifadəsində 3 nəfər yektinlik yaşına çatmayan şəxsin Namiqin yanında olduğunu demişdir. Amma sonradan bilmişdir ki, həmin 1 nəfər dəmir yığan oğlan imiş, Əhliman və Səbuhigilin yanında olan deyilmiş. Həmin oğlan kafeyə yenə gəlib-gedirmiş. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin 5-ci PB-nin məsul növbətçisi, polis mayoru M.Kərimovun raportundan görünür ki, 07 iyul 2023-cü ildə, saat 23:50-də 9 saylı TTYS-dan həkim Həsənli məlumat verərək X2 ünvan 3 ünvanında tanımadığı şəxs tərəfindən bıçaqla sol bazunun yuxarı 3/1 sol sağrı nahiyyəsinin sağ budun aşağı 3/1 hissəsinin kəsilmiş deşilmiş yarası ilə müraciət etiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 6-15-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 08 iyul 2023-cü il tarixli baxış aparılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov 16 saylı küçədə yerləşən “Kabab evi” adlı kafedir. Baxış zamanı “Kabab evi” adlı kafenin qarşısından bina istiqamətində yol ilə hərəkət etdikdə qanabənzər ləkələrin olması, irəlilədikcə sol tərəfdən sonuncu obyektlərin qarşı tərəf hissəsində olan yerdə çoxlu sayda qanabənzər ləkələrin olması, həmin obyektdən sola doğru, yəni K.Rəhimov küçəsi 74 saylı bina istiqamətində dönən zaman yerdə qanabənzər ləkələrin olması, K.Rəhimov küçəsi 74 saylı binanın həyətinin yan tərəfinə doğru aslfalt hissə olan yerdə qanabənzər ləkələrin olması, K.Rəhimov küçəsi 74 saylı binada kafelərin arxa hissəsindən, stol və stulların olduğu yolda yerdə və həmin yerin hasar hissəsində qanabənzər ləkələrin olması müəyyən edilmiş, stolların altından bir ədəd dəstəyi qara rəngli tiyə hissəsində qanabənzər ləkələrin olduğu mətbəx bıçağına oxşar bıçaq götürülmüş və qanabənzər ləkələrdən 04 ədəd nümunə qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 210-212-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X4” X8 09 avqust 2023-cü il tarixli 1422 nömrəli rəyindən görünür ki, vətənddaş Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin arxa səthinin sol yarısının döş boşluğuna nüfuz edən, sol tərəfli hemopnevmotoraksa (döş boşluğunda qan və havanın toplanması) səbəb olmuş 1 (bir) ədəd, sol bazunun orta-yuxarı 1/3-nin bayır səthinin 1 (bir), sol sağrının 3 (üç) və sağ budun aşağı 1/3-nin ön-bayır səthinin 1 (bir) ədəd yumşaq toxuma və əzələləri zədələyən cərrahi işlənmiş (tikilmiş) deşilmişkəsilmiş yaraları deşici-kəsici əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviriəsaslandırıcı hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 07 iyul 2023-cü il tarixdə kənar şəxs (şəxslər) tərəfindən qeyd olunan nahiyələrə deşici-kəsici alətlə (alətlərlə), ola bilsin bıçaqla (bıçaqlarla) vurma nəticəsində əmələ gələ bilərdilər. Dərəcəsinə görə döş qəfəsinin arxa səthinin sol yarısının döş boşluğuna nüfuz edən, sol tərəfli hemopnevmotoraksa (döş boşluğunda qan və havanın toplanması) səbəb olmuş 1 (bir) ədəd yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Digər xəsarətlər isə həm ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Cinayət işinin 1-ci cild 214-216-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X4” X8 10 avqust 2023-cü il tarixli 1440 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər – qarının ön divarının sol yarısının qarın boşluğuna nüfuz edən, nazik bağırsaq ilgəklərini və müsariqəsini zədələyən deşilmişkəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviriəsaslandırıcı hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 07 iyul 2023-cü il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyəyə deşici-kəsici alətlə, ola bilsin bıçaqla vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Cinayət işinin 1-ci cild 177-181-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X4” X8 24 iyul 2023-cü il tarixli 424/2023-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 qan qrupu ABO sistemi üzrə tədqiqinə əsasən - B alfa (İİİ). Zərərçəkmiş şəxs1 qan qrupu ABO sistemi üzrə tədqiqinə əsasən - B alfa (İİİ). Ekspertizaya maddi sübutlar kimi təqdim edilmiş 04 ədəd qana bənzər maddədə insan qanı aşkar olunmuşdur. Həmin qanda qrup göstəriciləri ABO sistemi üzrə tədqiq olunduqda yalnız B antigeni alınmışdır. Bu antigen B (İİİ) qan qrupunu xarakterizə etdiyindən qan ləkələrinin həmin qruplu şəxsə (şəxslərə) məxsus olmasını söyləmək olar. Beləliklə, nümunələrdə olan qan ləkələri ABO sistemi üzrə həmin qruplu Zərərçəkmiş şəxs2 və ya Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Cinayət işinin 2-ci cild 88-92-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X4” X8 16 noyabr 2023-cü il tarixli 708/2023-MTBŞ nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs1 məxsus şalvar, köynək üzərindəki ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin edildikdə yalnız “B” antigeni alınmışdır. Bu qan ləkələri Balfa (İİİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Təqdim olunan Zərərçəkmiş şəxs2 məxsus qısaqol kofta, alt mayka və cins şalvar üzərindəki ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin edildikdə yalnız “B” antigeni alınmışdır. Bu qan ləkələri Balfa (İİİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Cinayət işinin 1-ci cild 184-189-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 avqust 2023-cü il tarixli götürmə və baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd şalvarın arxa hissəsində solda, yuxarı sərbəst kənardan aşağıda, sol yan tikişdən sağda bir ədəd, dəlib- keçən zədə var. Şalvarın arxa hissəsində sağda, yuxarı sərbəst kənardan aşağıda və sağ yan tikişdən solda bir ədəd, dəlib-keçən zədə var. Zərərçəkmiş şəxs1 məxsus bir ədəd köynək (kofta) –bütün səthi qanabənzər maddə ilə bulaşmışdır. Köynəyin arxa hissəsində solda, sol çiyin tikişindən aşağıda və sol yan tikişdən sağda bir ədəd, dəlib-keçən zədə var. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bir ədəd şalvarın və bir ədəd köynəyin ona məxsus olduğunu və həmin paltarların 07 iyul 2023-cü il tarixdə bədən xəsarəti alması ilə nəticələnmiş hadisə zamanı əynində olduğunu bildirmişdir. Cinayət işinin 1-ci cild 190-196-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 avqust 2023-cü il tarixli götürmə və baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd şalvarda hər hansı bir zədə aşkar edilməmişdir. Zərərçəkmiş şəxs2 məxsus bir ədəd köynəyin ön səthində solda aşağıda, aşağı sərbəst kənardan yuxarıda və sol yan tikişdən sağda bir ədəd, dəlib-keçən zədə var. Zərərçəkmiş şəxs2 məxsus bir ədəd maykanın ön hissəsində aşağıda, aşağı sərbəst kənardan yuxarıda və sol yan tikişdən sağda bir ədəd, uzunluğu dəlib-keçən zədə var. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 bir ədəd şalvarın, bir ədəd köynəyin və bir ədəd maykanın ona məxsus olduğunu və həmin paltarların 07 iyul 2023-cü il tarixdə bədən xəsarəti alması ilə nəticələnmiş hadisə zamanı əynində olduğunu bildirmişdir. Cinayət işinin 1-ci cild 223-227-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 avqust 2023-cü il tarixli əşyanın tanınması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs2 07 iyul 2023-cü ildə saat 22 radələrində baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs1 bədən xəsarətləri yetirdiyi bıçağın ona tanınmaya təqdim edilmiş bıçaqlar arasında olmadığını bildirmişdir. Cinayət işinin 1-ci cild 233-237-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 avqust 2023-cü il tarixli əşyanın tanınması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs1 soldan ikinci sıradan olan bıçağı tanıdığını, həmin bıçağı 07 iyul 2023-cü ildə saat 22 radələrində baş vermiş hadisə zamanı yaxınlığda olan kafedəki masanın üzərindən götürdüyünü, həmin bıçaqla həmin vaxt Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 bədən xəsarətləri yetirdiyini bildirmişdir. Cinayət işinin 2-ci cild 82-86-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X4” X8 20 noyabr 2023-cü il tarixli 525/2023-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus köynək və maykanın ön səthində solda aşağıda 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilmişdir. Bu zədə iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin tiyəsinin təsirindən əmələ gəlmişdir. Zərərçəkmiş şəxs2 məxsus şalvar üzərində hər hansı bir zədə aşkar edilməmişdir. Ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin ucu deformasiyaya uğramış olduğundan (ucu əyri vəziyyətdədir) ilkin konstruktiv xüsusiyyətini itirdiyindən onunla müqayisəli müayinə üçün eksperiment aparılmadığından bu sualı cavablandırmaq mümkün olmamışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus şalvarın arxa hissəsində solda 01 (bir) ədəd, arxa hissəsində sağda 01 (bir) ədəd, köynəyin arxa hissəsində solda 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edilmişdir. Bu zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin tiyəsinin təsirindən əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin ucu deformasiyaya uğramış olduğundan (ucu əyri vəziyyətdədir) ilkin konstruktiv xüsusiyyətini itirdiyindən onunla müqayisəli müayinə üçün eksperiment aparılmadığından bu sualı cavablandırmaq olmamışdır. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində sonradan hər hansı dəyişikliklər edilməmişdir. Cinayət işinin 1-ci cild 208-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 08 avqust 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 5 ədəd diskə baxış keçirilmiş, baxış zamanı birinci diskdə saat 20:00-dan saab 21:00-dək və 22:00-dan saat 23:00-dək olan müddətdə Bakı şəhəri, Binəqədi rayonunda ətraf küçələrin kəsişməsinin videomüşahidəsinin göründüyü müəyyən edilmişdir. Disklərə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir videogörüntü aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 70-75-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 dekabr 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə ünvan 1 ünvanında yerləşən "Kabab evi" adlı kafeni göstərib 07 iyul 2023-cü iyul tarixdə saat 20 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin kafeyə gəlib pivə içdiklərini, orada Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə aralarında bir neçə dəfə mübahisə baş verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 kafenin qarşı tərəfində yerləşən küçəni göstərib həmin gün saat 22 radələrində orada tanışı Səbuhi ilə birlikdə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1la mübahisə edib yaşayış binası istiqamətində getdiklərini, kafenin və yaşayış binasının arasında yerləşən digər kafeni göstərib orada yerləşən masanın üzərindən 01 ədəd mətbəx bıçağı götürdüyünü, masanın üzərindən götürdüyü bıçaqla həmin binanın qarşısına gedən yolda Zərərçəkmiş şəxs2 qarın nahiyəsindən bir dəfə, sonra bıçağı götürmüş olduğu kafenin həyətində olan stolların yanında Zərərçəkmiş şəxs1 sol qol və sol böyür nahiyələrindən cəmi iki dəfə vuduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 bıçaqla Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xəsarət yetirdikdən sonra bıçağı götürdüyü masanın yaxınlığında kənara atdığını bildirmiş və oradan qaçaraq uzaqlaşdığı istiqaməti göstərmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 2-ci cild 76-80-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 dekabr 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə ünvan 1 ünvanında yerləşən "Kabab evi" adlı kafeni göstərib 07 iyul 2023-cü iyul tarixdə saat 20 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin kafeyə gəlib pivə içdiklərini, orada Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə aralarında bir neçə dəfə mübahisə baş verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 kafenin qarşı tərəfində yerləşən küçəni göstərib həmin gün saat 22 radələrində orada tanışı Əhlimanla birlikdə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1la mübahisə edib yaşayış binası istiqamətində getdiklərini, kafenin və yaşayış binasının arasında yerləşən digər kafeni göstərib orada yerləşən masanın üzərindən bir ədəd mətbəx bicağı götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsi 74 saylı binanın qarşısını göstərib masadan götürdüyü bıçaqla həmin binanın qarşısına gedən yolda Zərərçəkmiş şəxs1 üzərindən nahiyələrindən bir neçə dəfə vurduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 bıçaqla Zərərçəkmiş şəxs1 xəsarət yetirdikdən sonra bıçağı xatırlamadığı əraziyə atdığını və oradan qaçaraq uzaqlaşdığını bildirmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 2-ci cild 52-54-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 dekabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, qanuni nümayəndəsi Qanuni nümayəndə2 və müdafiəçinin iştirakları ilə Zərərçəkmiş şəxs1 və təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilmiş, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 dediklərini təsdiq edərək bildirmişdir ki, həqiqətən hadisə zamanı Zərərçəkmiş şəxs1 yüngül vurmuşdur. Cinayət işinin 2-ci cild 53-57-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 dekabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Qanuni nümayəndə2 və müdafiəçinin iştirakları ilə Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilmiş, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs2 zərərçəkəkmiş şəxs Zərərçəkmiş şəxs2 dediklərini təsdiq etmişdir. Cinayət işinin 2-ci cild 58-60-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 dekabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Qanuni nümayəndə1 və müdafiəçinin iştirakları ilə Zərərçəkmiş şəxs1 və təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə keçirilmiş, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs1 zərərçəkəkmiş şəxs Zərərçəkmiş şəxs1 dediklərini təsdiq edərək bildirmişdir ki, hadisə zamanı Zərərçəkmiş şəxs1 vurduğunu etiraf etmişdir. Cinayət işinin 2-ci cild 61-63-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 dekabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Qanuni nümayəndə1 və müdafiəçinin iştirakları ilə Zərərçəkmiş şəxs2 və təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə keçirilmiş, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs1 zərərçəkəkmiş şəxs Zərərçəkmiş şəxs2 dediklərini təsdiq edərək bildirmişdir ki, hadisə zamanı Zərərçəkmiş şəxs2 vurmuşdur. Buna görə məhkəmə həmin üzləşdirmə protokollarını da sübut növü kimi qəbul edir. Cinayət işinin 1-ci cild 197-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin 5-ci PB-dən daxil olmuş 07 avqust 2023-cü il tarixli, 46-2/2-11420 nömrəli məktubdan görünür ki, X5 olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 2-ci cild 113-133-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X3 06 dekabr 2023cü il tarixli sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərarından görünür ki, X5 əməlində hər hansı bir cinayətin tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında dindirilərkən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan edilmiş ittiham üzrə özlərini tam təqsirli bilərək, zərərçəkmiş şəxsləri vurduqlarını etiraf etmişlər. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərinin etirafını, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələri, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuş, onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən onların törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzaların onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cild 217-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 16 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. Cinayət işinin 2-ci cild 94-97-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 23 oktyabr 2023-cü il tarixli 2962 nömrəli kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 cinayət hadisəsi törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 cinayət hadisəsi törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs1 hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 cinayət hadisəsi törədərkən hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 hazırda da, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə -Təqsirləndirilən şəxs1 ünsiyyətcillik, emosionallıq, inadkarlıq, prinsipiallıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Qərarın təsviri hissəsində qeyd olunmuş cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs1 psixi-emosional vəziyyətində situasiya ilə əlaqədar hirslilik, gərginlik kimi hallar əmələ gəlmişdir. Hazırda, onun emosional durumu norma səviyyəsindədir. Təqsirləndirilən şəxs1 əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs1 hadisə baş verən zaman yaranmış şəraitin mahiyyətini dərk etmək və davranışlarının ola biləcək nəticələrini proqnozlaşdırmaq iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik müşahidə edilməmişdir. Təqsirləndirilən şəxs1 özündən uydurmağa meyillilik əlamətləri aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiqlənmiş 12 sentyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 ilə barışmışdır, ona dəymiş zərər ödənmişdir, Təqsirləndirilən şəxs1 qarşı iddia, tələbi və şikayəti yoxdur. Cinayət işinin 2-ci cild 2-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiqlənmiş 12 sentyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 ilə barışmışdır, ona dəymiş zərər ödənmişdir, Təqsirləndirilən şəxs1 qarşı iddia, tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 17 yanvar 2024-cü il tarixli ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxslərlə barışdığını. Heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən edilmədi. Cinayət işinin 2-ci cild 103-104-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 07 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Cinayət işinin 2-ci cild 99-102-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 23 oktyabr 2023-cü il tarixli 2961 nömrəli kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 cinayət hadisəsi törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 cinayət hadisəsi törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 cinayət hadisəsi törədərkən hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 hazırda da, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-nin 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterili məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə - Təqsirləndirilən şəxs2 fərdi- psixi xüsusiyyətlərinə görə ünsiyyətcil, başqalarının hiss və yaşantılarına biganə olmayan, emosional, adaptiv şəxsdir. Hadisə zamanı Təqsirləndirilən şəxs2 psixi-emosional vəziyyətində situasiya ilə əlaqədar həyəcan, hirslilik əmələ gəlmişdir. Təqsirləndirilən şəxs2 əqli-intellektual imkanlarında gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs2 hadisə zamanı yaranmış şəraitin mahiyyətini dərk etmək və davranışlarının ola biləcək nəticələrini proqnozlaşdırmaq qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs2 özündən uydurmağa, təlqinə qapılmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar edilmir. Cinayət işinin 2-ci cild 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiqlənmiş 12 sentyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 ilə barışmışdır, ona dəymiş zərər ödənmişdir, Təqsirləndirilən şəxs2 qarşı iddia, tələbi və şikayəti yoxdur. Cinayət işinin 2-ci cild 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiqlənmiş 12 sentyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 ilə barışmışdır, ona dəymiş zərər ödənmişdir, Təqsirləndirilən şəxs2 qarşı iddia, tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 17 yanvar 2024-cü il tarixli ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxslərlə barışdığını. Heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cu maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət işində olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxxx 2006cı il təvəllüdlüdür, Təqsirləndirilən şəxs2 xx xxxx 2006-cı il təvəllüdlü olmaqla, hadisəni törətdikləri vaxt yetkinlik yaşına çatmamış, hal-hazırda da yetkinlik yaşına çatmamışlar. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə kollegiyası cinayət nəticəsində zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməsini, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmamasını iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən hallar müstəsna hallar kimi qiymətləndirilməli və qeyd olunan Təqsirləndirilən şəxs1 barəsində Azərbaycn Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddindən də az cəza təyin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda şərh olunan cəzanı yüngülləşdirən hallar cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallar kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsində cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi barədə müddəa təsbit edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən belə hesab edir ki, bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxslərə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinin tələblərindən görünür ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddələrin sanksiyasının aşağı həddində nəzərdə tutulmuş həddən də aşağı həddə azadlıqdan məhrum etmə cəzası çəkməklə də islah oluna və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail oluna bilər. Belə ki, cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşını almaq məqsədilə tətbiq edilir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. ...Hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli tərbiyə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar üçün cəzanın çəkilmə yeri ümumi rejimli tərbiyə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini və onun məhkəmə iclas zalından həbsə alınmasını əsaslı hesab edir. Belə ki, cinayət işinin 1-ci cild 49-cu vərəqəsində olan 11 iyul 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 11 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 134-139-cu vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 4(001)-742/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmiş, sonuncu məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Cinayət işinin 1-ci cild 140-141-ci vərəqələrində olan Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X3 14 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 11-12-ci vərəqələrində olan Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X3 15 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmişdir. Cinayət işinin 2-ci cild 21-ci vərəqəsində olan 23 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin könüllü gəlməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 özü istintaq orqanına gəlmişdir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs1 11 iyul 2023-cü il tarixdən 14 iyul 2023-cü il tarixədək həbsdə olduğu 03 (üç) gün müddət hazırki hökmlə təyin ediləcək cəza müddətinə hesablanaraq qəti cəza müəyyən edilməlidir. Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsə alındığı gündən hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84-cü maddəsi 14 yaşından 18 yaşına kimi olan şəxsləri yetkinlik yaşına çatmayanlar qrupuna aid edərkən, onların kifayət qədər əqli yetkinliyə çatmadıqlarını və həyat təcrübələrinin az olmasını nəzərə almışdır. Buna görə də, qanunvericilik yetkinlik yaşına çatmayanın törətdiyi cinayətə görə əməlinin tövsifində, məsuliyyətinin həllində və cəza təyinində onların əqli və iradəvi xüsusiyyətlərinin məhkəmələr tərəfindən nəzərə alınmasını məcburi sayır. Məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımı cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, həm onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «30» iyun 2008-ci il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr bu koteqoriyalı işlər üzrə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı yetkinlik yaşına çatmayan şəxslərin qanuni hüquqlarının müdafiəsinə, onların barəsində ədalətli cəzaların təyin edilməsinə, onlar tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına, bu cinayətləri doğuran səbəblərin aradan qaldırılmasına xüsusi diqqət yetirməlidirlər. Həmin qərarın 11-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 5-ci maddəsində insan hüquqlarının müdafiəsinin mühüm elementi yer almışdır. Şəxsi azadlıq elə bir əsas şərtdir ki, hamı ondan istifadə etmək imkanına malik olmalıdır. Bu azadlıqdan məhrum edilmə bir çox digər hüquqlardan istifadəyə birbaşa mənfi təsir göstərə bilər. Hakimlər hər zaman yadda saxlamalıdırlar ki, azadlıq hüququna verilən təminatın hər hansı məna kəsb etməsi üçün istənilən azadlıqdan məhrum edilmə həmişə müstəsna tədbir olmalı, obyektiv əsaslandırılmalı və mütləq zərurət tələb etdiyi müddətdən artıq davam etməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Amyur Fransaya qarşı işində” (25 iyun 1996-cı il) qeyd etmişdir ki, 5-ci maddənin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; Məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq azadlıqdan məhrum edilməməsini təmin etməkdir. Digər tərəfdən, bu sadəcə hərəkət azadlığının məhdudlaşdırılmasına aid prinsip deyil, belə məhdudiyyətlər 4 saylı Protokolun 2-ci maddəsi ilə tənzimlənir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin (azadlıqdan məhrum etmənin) növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinin mühüm prinsiplərindən biri–humanizm prinsipidir (CM-nin 9-cu maddəsi). Humanizm prinsipi cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işkəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Yəni cinayət törədən şəxs barəsində nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmasını nəzərdə tutur. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında“ olan xx.xx.1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi cinayətə görə yalnız azadlıqdan məhrum etmə cəzasının tətbiq olunması nəzərdə tutulur. İttiham tərəfi belə bir cəzanın tətbiq olunmasını və real olaraq icraya yönəldilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə azadlıqdan məhrum etmə cəzasının sərt xəbərdaredici, islahedici rolunun məhkuma təsirini nəzərə alaraq ittiham tərəfinin mövqeyi ilə razılaşır. Lakin, məhkəmə Təqsirləndirilən şəxs2 barəsində yüngülləşdirici halları, nəzərə alaraq, təyin olunacaq cəzanı çəkmədən cəzanın məqsədinə nail olmağı mümkün sayır. Azərbaycan Respublikası CM-nin 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli qərarının 11-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən, məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın növünü müəyyənləşdirərkən, Təqsirləndirilən şəxs2 elə cəza təyin edilməlidir ki, həmin cəza onun hal-hazırda aldığı təhsilinə, ailə vəziyyətinə, fiziki və mənəvi inkişafına təsir edib onun cəmiyyətə inteqrasiyasına mane olmasın. Məhkəmə cinayət işi üzrə Təqsirləndirilən şəxs2 törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, zərərçəkmiş şəxslərin heç bir şikayəti və tələbinin olmamasını, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmadığını, zərərçəkmiş şəxsə yalnız yüngül xəsarət yetirdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və cəzanın real olaraq icraya yönəldilməsi onun özünün və ailəsinin həyat şəraitinin mənfi istiqamətə yönəlməsinə gətirib çıxara və cəzanın ədalətlilik prinsipinə xələl gətirmiş olar. Məhkəmə təqsirləndirilən şəxsi səciyyələndirən halları tam və hərtərəfli təhlil edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 onun barəsində təyin ediləcək cəzanı real olaraq çəkmədən islah oluna bilər. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri seçilməlidir. Bundan başqa, cinayət işinin 1-ci cild 73-cü vərəqəsində olan 11 iyul 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 11 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 128-130-cu vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 4(001)-743/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmiş, sonuncu məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Cinayət işinin 1-ci cild 131-132-ci vərəqələrində olan Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X3 13 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında qərarının 2.21-cü bəndində qeyd edilmişdir ki, “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm cıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanılma otağında saxlanılan Zərərçəkmiş şəxs1 məxsus bir ədəd şalvar və bir ədəd köynək, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd şalvar, bir ədəd köynək və bir ədəd mayka, Təqsirləndirilən şəxs1 cinayət törədərkən istifadə etdiyi zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı bir ədəd mətbəx bıçağı məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur və istintaq zamanı onlara məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, onlara xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında «30» iyun 2008-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 11 iyul 2023-cü il tarixdən 14 iyul 2023-cü il tarixədək həbsdə olduğu 03 (üç) gün müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli hökm elan edildiyi və həbsə alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə əsas cəzası şərti hesab edilsin. Ona 01 (bir) il sınaq müddəti təyin edilsin. Sınaq müddəti ərzində üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, davranışına nəzarəti həyata keçirən orqanın çağırışına vaxtında gəlmək və öz davranışı ilə islah olunmasını sübut etmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanılma otağında saxlanılan Zərərçəkmiş şəxs1 məxsus bir ədəd şalvar və bir ədəd köynək, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd şalvar, bir ədəd köynək və bir ədəd mayka, Təqsirləndirilən şəxs1 cinayət törədərkən istifadə etdiyi zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı bir ədəd mətbəx bıçağı məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Sədrlik edən hakim: Azad Məcidov

Hakimlər: Səbinə Məmmədzadə

Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar