Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1251/2022 29.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X7 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “ARBİTRİUM” vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs – (xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə ƏN PX Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 09 fevral 2022-ci il tarixdə ünvan 2 ünvanında birlikdə yaşadığı Şahid1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2,335 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində daşımaqla saxlamış, 10 fevral 2022-ci il tarixdə saat 18:30 radələrində Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 74 ünvanının yaxınlığında Şahid1 ilə birlikdə saxlanılaraq ünvan 3 ünvanında yerləşən Xətai RPİ-nin 35-ci PB-nə gətirilərək üzərində müdafiəçinin iştirakı və videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 2,335 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, ara-sıra narkotik vasitədən istifadə etmişdir. 09 fevral 2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 74, 147 saylı mənzildə olan vaxtı onu və Şahid1 polis əməkdaşları yaşadıqları evin içərisində tutmuşlar. Evə əvvəlcə Sabunçu rayon Pİ-nin 13-cü polis bölməsinin əməkdaşları daxil olmuş və onlar içəri daxil olarkən Şahid1 aid narkotik vasitəni masanın üstündə görmüşlər. Sonra polislər Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşlarına məlumat vermişlər, həmin bölmənin əməkdaşları gəlib onları bölməyə aparmışlar. Bölmədə əməliyyatçılar onun cibinə narkotik vasitə olan heroin bükümləri qoymuşlar. Bölmədə olarkən o, narkotik vasitələrin ona məxsus olmadığını və sadəcə istifadəçi olduğunu bildirmişdir. Şahid1 evdə aşkar olunan narkotik vasitələrin özünə aid olduğunu və ona aid olmadığını polis əməkdaşlarına demişdir. Daha sonra ona narkotik vasitənin istifadəsi ilə bağlı ittiham olunacağını deyib ifadəsini oxumadan imzalatmışlar. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə o və Şahid1 evdə saxladıqları zaman, polislər onlarla birgə evdə yaşayan Aytəkin Cəfərovanı da polis bölməsinə aparmışlar, ancaq daha sonra onu buraxmışlar. Hüseyni və onu xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutlmaları barədə sənədləşmə aparmışlar. Müstəntiq onu aldatmışdır ki, onun barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlayacaq və daha yüngül məsuliyyətə cəlb olunacaqdır. O da müstəinqə inanaraq ona təqdim olunan sənədlərə oxumadan imza etmişdir. 01 mart 2022-ci il tarixdə Ədliyyə Nazirlyi Penitensiar Xidmətinin X1muş, həmin tarixlərdə Bakı şəhər Xətai rayon Polis İdarəsinə etap olunmamış, onunla Şahid1 arasında ümumiyyətlə üzləşdirmə keçirilməmişdir. Cinayət işinin materialları ilə tanış olarkən iş materiallarında həmin üzləşdirmə protokolunu görmüşdür. Üzləşdirmə protokolunda olan imzalar da ona məxsus olmamışdır. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, anası X3 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu 9-cu Əhmədli küçəsi ev 24 fərdi yaşayış evində yaşamışdır. 2 ilə yaxın müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Şahid1 2 ilə yaxın müddətdir ki, tanıyır. 2019-cu ilin ortalarında o, taksi fəaliyyəti ilə məşğul olduğu zaman Şahid1 Nizami rayonu ərazisində müştəri qismində idarə etdiyi avtomobilə əyləşmiş və onların tanışlıqları yaranmışdır. O, mütəmadi olaraq taksi kimi müəyyən pul qarşılığında Hüseyni istədiyi ünvanlara aparmışdır. Bir müddət sonra Hüseynlə münasibətləri yaxşılaşmış və aralarında dostluq yaranmışdır. 2021-ci ilin yay aylarında Türkiyə Respublikasına ev ustası işləmək üçün getmiş, Türkiyədə olan zamanlarda Hüseyn ilə telefon vasitəsi ilə əlaqə saxlamışdır. Həmin danışıqlar zamanı Hüseynə narkotik vasitə istifadə etdiyini bildirən zaman Hüseyn də narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. 2021-ci ilin fevral ayında Türkiyə Respublikasından Azərbaycan Respublikasına gəlmiş, 2021-ci ilin may ayında o, Hüseynlə əlaqə saxlayaraq onunla görüşmüşdür. O, Hüseynin yaşadığı ünvana gedən zaman tanımadığı şəxsdən narkotik vasitə alaraq Hüseynin yaşadığı ünvana getmişdir. Həmin vaxt o, ilk dəfə Hüseynlə narkotik vasitə qəbul etmişdir. Sonralar Hüseynlə mütəmadi olaraq görüşüb narkotik vasitə istifadə etsə də sonuncudan heç bir zaman narkotik vasitə almamışdır. Təxminən 1 aya yaxın müddətdir ki, müəyyən səbəblərdən yaşadığı evi tərk etmiş və Hüseynə zəng edərək sonuncu ilə qalmaq istədiyini bildirmişdir. Hüseyn isə onun təklifini qəbul etmiş və o, 2021-ci ilin dekabr ayının sonlarından Hüseynlə birlikdə yaşamağa başlamışdır. Hüseyn narkotik vasitələri onlayn yolla adını “Əziz dayı” kimi bildiyi İran İslam Respublikasının vətəndaşından almışdır. Hüseyn Əzizin hesab kartına müəyyən pul məbləği atmış, Əziz isə Bakı şəhəri ərazisində yerləşən müxtəlif ərazilərə yerləşdirərək “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə şəkili Hüseynə atmışdır. Hüseyn də həmin yerdən gedib narkotik vasitələri götürmüşdür. 09 fevral 2022-ci il tarixdə Hüseyn “Əziz dayı” adlı şəxslə danışan zaman Əziz narkotik vasitənin Ulduz metrostansiyasının yaxınlığında səkinin qırağına qoyduğunu bildirmişdir. Hüseyn həmin ünvana gedərək narkotik vasitə və psixotrop maddəni götürüb yaşadıqları ünvana gəlmişdir. Həmin gün Hüseyn ilə birlikdə müəyyən qədər narkotik vasitə istifadə etmiş, o və Hüseyn narkotik vasitə istifadə etdikləri üçün hərəsi 01 büküm narkotik vasitə olan heroini götürüb ciblərinə qoymuşlar. Qalan maddələri isə Hüseyn yaşadıqları mənzildə olan dolabın içərinə qoymuşdur ki, lazım olan zaman götürüb istifadə etsinlər. 10 fevral 2022-ci il tarixdə saat 18:30 radələrində Hüseynlə birlikdə yaşadığı Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi ev 74 ünvanın yaxınlığında olan zaman 2 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onları Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər. Onlar da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Xətai RPİ-nin 35-ci PB-nə getmişlər. Polis bölməsində ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan göy rəngli cins şalvarın sol arxa cibində saxladığı 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 2,58 qram olması müəyyən edilmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddənin haradan aldığını soruşanda, o, həmin maddəni İran İslam Respublikasının vətəndaşı vasitəsi ilə onlayn yolla əldə etdiyini bildirmişdir. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. Bundan sonra polis əməkdaşları ona Hüseynin üzərinə şəxsi axtarış keçirilən zaman Hüseynin yaşadıqları mənzilə narkotik vasitə və psixotorp maddə saxladığını bildirdiyi üçün mənzilə baxış keçirəcəklrini bildirmişlər. Buna görə də polis əməkdaşları ilə birlikdə yaşadığı ünvan 2 ünvanına getmişlər. Mənzilə keçirilən baxışda Hüseyn də iştirak etmişdir. Orada polis əməkdaşları yaşadığı mənzildə axtarış aparılmasına etirazının olub olmadığını soruşan zaman o və Hüseyn bu barədə ərizə yazaraq yaşadıqları mənzilə baxış keçrilməsinə etirazlarının olmadığını bildirmişlər. Bundan sonra ona və Hüseynə təqdim olunmuş müdafiəçinin iştirakı ilə yaşadıqları mənzildə baxış keçirilmişdir. Baxış zamanı Hüseyn yaşadıqları mənzildə olan dolabın yuxarı orta gözündə saxladığı 01 ədəd göy rəngli bijuteriya qabını təqdim etmişdir. Həmin qabın içərisinə baxış keçirilən zaman 08 ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddə olan metamfetamin və 01 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan sonra yaşadıqları mənzildən aşkar olunmuş məddələr zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilməsi üçün baxışda istirak etmiş şəxslər 35-ci PB-nə dəvət edilmişdir. Orada yaşadıqları mənzildə baxış keçirilməsi haqqında prtokol tərtib edilmiş, ucadan oxunmuş, onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. O, sonradn öyrənmişdir ki, Hüseynin üzərinə polis bölməsində şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən 01 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilərək götürlmüşdür. Həmin narkotik vasitəni 09 fevral 2022-ci il tarixdə X6 Respublikası vətəndaşı kimi bildiyi “Əziz” adlı şəxsin dediyi yerdən, yəni Bakı şəhəri, Nərimanov rayonu, Ulduz metrostansiyasının yaxınlığında qoyulduğu yerdən götürmüşdür. Onlar həmin narkotik vasitəni birlikdə istifadə etmişlər. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə də məşğul olmamış, həmişə özü istifadə etmək üçün əldə etmişdir. Onun Əzizlə heç bir əlaqəsi olmamışdır. Əzizlə Hüseyn əlaqə saxlayıb sonuncudan narkotik vasitə olan heroin və psixotrop maddə istəmişdir. Ünvanlara narkotik vasitələrin və psixotrop maddələrin kim tərəfindən ünvanlara qoyulması barədə məlumatı olmamışdır. Hüseyn Əzizin bildirdiyi hesaba pul ödədikdən sonra Əziz narkotik vasitənin qoyulduğu yeri Hüseynə bildirmiş, Hüseyn də həmin yerə gedərək götürmüşdür. Təqsirləndirilən şəxs məhkəmədə elan olunmuş həmin ifadəni təsdiq etmədiyini, həmin ifadələri polislərin psixi təsirlərinə qaldığı və ifadələrin heç bir poblemi olmayacağı vədi ilə aldalılaraq həmin ifadələri oxumadan imza etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, Xətai RPİnin 35-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 10 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə onun tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Sonra o və Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu yaradılmış və məlumat əsasında 10 fevral 2022-ci il tarixdən saat 18:30 radələrində ünvan 5 ünvanın yaxınlığına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs və tanışı Şahid1 ilə orada olmasını götürüb, həmin şəxslərə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxslərdən də özlərini təqdim etməsini xahiş etmişlər. Həmin şəxslərdən biri özünü Şahid1, digəri isə Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Hüseyn və Elvinə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib onları Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər. Hüseyn və Elvin buna etiraz etmədikdən sonra sonuncuları PB-nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçıya təhvil vermişlər. Təhqiqatçı saxlanılan şəxslər Şahid1 və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkillərin iştirakı ilə sonuncuları şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə ilk olaraq Şahid1 üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Hüseynə üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Hüseyn də əynində olan sarı rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra Şahid1 üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Şahid1 üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 3.06 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Şahid1 təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni 09 fevral 2022-ci il tarixdə İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə qoyulduğu yerdən götürdüyünü, həmin maddələrin bir hissəsinin kirayə yaşadığı mənzildə saxladığını, həmin maddələri də təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Hüseynin üzərindən aşkar olunmuş kütlə zərfə qoyaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Hüseyn tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Elvinə üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Elvin də əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 2,58 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni 09 fevral 2022-ci il tarixdə onlay olaraq İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Sonra axtarış iştirakçılarının iştirakı ilə Elvinin üzərindən aşkar olunmuş kütlə zərfə qoyaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Elvin tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 məhkəmədə eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs, Aytəkin Cəfərova və Aytəkinin bacısı bir mənzild kirayə yaşamışlar. 09 fevral 2022-ci il tarixdə saat 10 radələrində Sabunçu rayon polis idarəsinin 5 nəfər əməliyyatçısı yaşadıqları Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 74, 147 saylı mənzilə daxil olmuşlar. Onlar Aytəkinin bacısı ilə maraqlanmışlar, Aytəkinin bacısı insan alveri ilə məşğul olurmuş. Lakin polislər Aytəkinin bacısını evdə tapmayıb, masanın üstündə olan ona və Aytəkinə məxsus narkotik vasitə heroini gördüklərinə görə həmin əməliyyatçılar Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsinin əməliyyatçılarını evə çağırmışlar. Sonra Sabunçu rayon polisləri onu, Aytəkini və Elvini və Aytəkini iki nəfər tanışını Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsinin əməkdaşlarına təhvil vermişlər. Sonradan polislər Aytəkindən və digər iki tanışından pul alıb onları buraxmışlar, lakin Elvinlə onu saxlamışlar. Polislər onları 35-ci Polis Bölməsinə apararkən onların üzərinidə heç bir qanunsuş maddə aşkar olunmamışdır. Polislər Elvinin və onun ərizəsini alaraq evə baxış keçirmişlər. Evə baxış keçirilərkən evdə olan masanın üzərindən narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Narkotik vasitə ona və Aytəkinə məxsus olmuş, narkotik vasitənin Elvinə heç bir aidiyyatı olmamışdır. Elvin narkotik vasitə istifadə etmək üçün evə gəlmişdir, polislər gələnədək Elvinə istifadə etməsi üçün narkotik vasitə verməmişdir. Hər hansında narkotik vasitə olduğunda birlikdə istifadə etmişlər. Polislər onları xx.xx.2022-ci il tarixdə saxlasalar da xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmaları barədə sənədləşmə aparmışlar. Şahid1 həmçinin bildirmişdir ki, o, azlıq cinsin nümayəndəsidir və hamı onu Leyla kimi tanıyır. Narkotik vasitələri çox vaxt Aytəkin Cəfərovanın alıb gətirmiş, o və Elvinin də narkotik vasitələri Aytəkindən alıb istifadə etmişlər. Şahid1 məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında ziddiyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edilmişdir. O həmin ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında yaşamışdır. 2019-cu ildə Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə məhkum olunmuşdur. Təxminən 3 ilə yaxındır ki, narkotik vasitədən və psixotrop maddələrdən istifadə etmişdir. Təqsirləndirilən şəxs 2 ilə yaxın müddətdir ki, tanımışdır. Onları adını xatırlamadığı bir nəfər şəxs tanış etmişdir. O, Elvini tanıdığı müddətdən narkotik vasitələrdən istifadə etmişlər. 2021-ci il dekabr ayının ortalarından Elvin ilə birlikdə ünvan 2 ünvanında yaşamışdır. Narkotik vasitəni qəbul etməyə başlayanda “İnstagram” sosial şəbəkəsində İran İslam Respublikası vətəndaşı kimi tanıdığım “Əziz dayı” adlı şəxslə tanış olmuş və aralarında münasibət yarandığı üçün “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlamışlar. Əziz ona bildirmişdir ki, narkotik vasitə lazım olanda onun üçün təşkil edə bilər. Buna görə də ona narkotik vasitə olan heroin lazım olduqda “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlamış və Əzizin ona verdiyi hesaba “milli ön” aparatı vasitəsi ilə pul göndərib çekin şəklini çəkərək sonuncuya atmışdır. Sonra Əziz ona narkotik vasitənin qoyulduğu yeri bildirmiş və həmin yerə gedərək narkotik vasitəni götürürmüşdür. 09 fevral 2022-ci il tarixdə yenidən narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin əldə etmək qərarına gəlmişdir. Buna görə də, “Whatsapp” proqramı vasitəsi ilə “Əziz dayı” adlı şəxslə əlaqə saxlamışdır. Əzizin verdiyi bank hesabına “milli ön” aparatı vasitəsi ilə 500 manat pul göndərib çekin şəklini çəkərək sonuncuya atmışdır. Əziz də ona Bakı şəhəri, Nərimanov rayonu, Ulduz metrostansiyasının yaxınlığında narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin qoyulduğu yeri bildirib həmin yerin foto şəklini çəkərək ona atmışdır. Bundan sonra o, narkotik vasitənin qoyulduğu yerə yəni, Bakı şəhəri, Nərimanov rayonu, Ulduz metrostansiyasının yaxınlığına gedərək narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini götürmüşdür. Yaşadığı evdə olan zaman əldə etdiyi narkotik vasitə heroini və psixotrop maddə metamfetamini xırda bükümlərə bölərək istifadə etmək üçün hazırlamışdır. O və Elvin narkotik vasitə istifadə etdikləri üçün hərəsi 01 büküm narkotik vasitə olan heroini götürüb qalan maddələri yaşadığı mənzildə olan dolabın içərinə qoymuşlar ki, lazım olan zaman götürüb istifadə edərlər. xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində Elvinlə birlikdə yaşadığı Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi ev 74 ünvanın yaxınlığında olan zaman 2 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onları Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər. Onlar da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Xətai RPİ-nin 35-ci PB-nə getmişlər. Polis bölməsində ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan sarı rəngli gödəkcənin sağ yan cibində saxladığı 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 3,06 qram olması müəyyən edilmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddənin haradan aldığını soruşanda, o, həmin maddəni İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Əziz dayı adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində qoyulduğu yerdən götürdüyünü bildirmişdir. Həmçinin şəxsi axtarış zamanı başqa haradasa narkotik vasitələr saxladığı barədə sual edilən zaman o, yaşadığı ünvan 2 ünvanında da narkotik vasitə və psixotrop maddə saxladığımı bildirib həmin maddələri də təqdim edə biləcəyini demişdir. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. Bundan sonra polis əməkdaşlarına ona yaşadığı mənzilə narkotik vasitə və psixotorp maddə olduğu üçün mənzilə baxış keçirəcəklərini bildirmişlər. Buna görə də polis əməkdaşları ilə birlikdə yaşadığı ünvan 2 ünvanına getmişlər. Mənzilə keçirilən baxışda onunla bir mənzildə yaşayan Elvin də iştirak etmişdir. Orada polis əməkdaşları yaşadığı mənzildə axtarış aparılmasına etirazının olub olmadığını soruşan zaman o və Elvin bu barədə ərizə yazaraq yaşadıqları mənzilə baxış keçrilməsinə etirazınızın olmadığını bildirişlər. Bundan sonra ona və Elvinə təqdim olunmuş müdafiəçinin iştirakı ilə yaşadıqları mənzilə baxış keçirilmişdir. Baxış zamanı o, yaşadığı mənzildə olan dolabın yuxarı orta gözündən 01 ədəd göy rəngli bijuteriya qabını təqdim etmişdir. Həmin qabın içərisinə baxış keçirilən zaman 08 ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddə olan metamfetamin və 01 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan sonra yaşadıqları mənzildən aşkar olunmuş maddələr zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilməsi üçün axtarışda iştirak etmiş şəxslər 35-ci PB-nə dəvət edilmişdir. Ortada yaşadığı mənzildə axtarış keçirilməsi haqqında protokol tərtib edilmiş, ucadan oxunmuş, onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. O, sonradan öyrənmişdir ki, Elvinin üzərinə polis bölməsində şəxsi axtarış keçirilən zaman sonuncunun da üzərindən 01 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. O, həmin narkotik vasitəni və psixotrop maddəni xx.xx.2022-ci il tarixdə İran İslam Respublikası vətəndaşı kimi tanıdığı Əziz dayı adlı şəxsin verdiyi bank hesabına 500 manat pul göndərdikdən sonra Bakı şəhəri, Nərimanov rayonu, Ulduz metrostansiyasının yaxınlığında qoyulduğu yerdən götürmüşdür. O, narkotik və psixotrop maddələrin istifadəsi ilə yanaşı hərdən satışı ilə də məşğul olmuşdur. Elvin isə narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etsə də, satışı ilə də məşğul olmamışdır. o, Əzizlə əlaqə saxlayıb sonuncudan narkotik vasitə olan heroin və psixotrop maddə istəsə də, Əzizin ona bildirdiyi ünvanlara narkotik vasitələrin və psixotrop maddələrin kim tərəfindən qoyulmasını bilməmişdir. Əziz sadəcə olaraq onun bildirdiyi hesaba pul ödədikdən sonra narkotik vasitənin qoyulduğu yeri ona bildirmiş, o da həmin yerə gedərək götürmüşdür. Şahid1 bildirmişdir ki, məhkəmədə verdiyi ifadəsi düzdür, ibtidai istintaq zamanı ifadəsi müstəntiq tərəfindən yazılmış, o da ifadəni oxumadan imza etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Xətai RPİ-nin İŞ-nin baş müstəntiqi Şahid4 ifadəsində göstərmişdir ki, cinayət işinin ibtidai araşdırması onun tərəfindən həyata keçirilmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs və Şahid1 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə protokolunu o, tərtib etmişdir. Üzləşdirməni hansı tarixdə keçirməsini hazırda xatırlamır, ona bilsin ki, üzləşdirmə protokolunda olan 01 mart 2022-ci il tarixi mexaniki səhv olaraq həmin tarix göstərilmişdir. Müstəntiq Şahid4 cinayət işinin materiallarında olan bir neçə sənədlərin tarixlərinin pozularaq yenidən düzəliş edilməsinə də izah verə bilməmişdir. Cinayət işində olan xx.xx.2022-ci i tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 10 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə Xətai RPİ-in 35-ci PB-də video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan maddənin elektron tərəzidə çəkilən zaman qablaşdırma ilə birlikdə ümumi çəkisinin 2.58 qram olması aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Cinayət işində olan xx.xx.2022-ci il tarixli “CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə ümumi təmiz çəkisi 2,335 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. Cinayət işində olan iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/849 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №154” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözü, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,335 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işində olan iş üzrə təyin edilmiş əlavə məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/2485 saylı rəyinə əsasən müəyyən edilmişdir ki,tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi №65” dairəvi möhür əksləri olan iki ədəd kağız paketdə, üzərində “6/848...11 fevral 2022-ci il...” sözləri qeyd edilmiş” sözləri, soyad və imzalar qeyd edilmiş 1№-li zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,751 qram heroin, 2№-li zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,979 qram heroin ilə üzərində “6/849...11 fevral 2022-ci il...” sözləri qeyd edilmiş 3№-li zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,285 qram heroin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2308 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan "şübhəli şəxsin tutulması haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 12 fevral 2022-ci il tarixli 4(011)-77/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 10 fevral 2022-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs şəxsi işi məhkəmədə tədqiq edilərkən müəyyən olunmuşdur ki, o, 01 mart 2022-ci il tarixdə Ədliyyə Nazirlyi Penitensiar Xidmətinin X1muş, həmin tarixlərdə Bakı şəhər Xətai rayon Polis İdarəsinə etap olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs və Şahid1 arasında keçirilmiş 01 mart 2022-ci il tarixli üzləşdirmə protokolu saxtalaşdırılmışdır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutlan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməməsi, narkotik vasitələrin satışı ilə məşğul olmaması, üzərindən aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmaması barədə ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza vəya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59-cu və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. İş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 2,335 qram olan narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və qalıq qalmış 2,245 qram çəkidə narkotik vasitə heroin saxlanış üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə uyğun olaraq maddi sübut olaraq Xətai RPİ-nin saxlanc anbarına verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə olan, ekspertiza tədqiqatından sonrakı qalıq qalmış 2,245 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, onun üzərinə baxış keçirilməsini özündə əks etdirən 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 10 fevral 2022ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının xərci 130 (yüz otuz) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X2 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 05 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan –10 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Cinayət işi üzrə maddi sübut olan Xətai RPİ-nin saxlanc anbarına verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə olan, ekspertiza tədqiqatından sonrakı qalıq qalmış 2,245 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, onun üzərinə baxış keçirilməsini özündə əks etdirən 01 ədəd DVD disk formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının xərci 130 (yüz otuz) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X2 60 (altmış) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1251/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1251/2022
29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver