Məhkəmə qərarları › İş №1(101)-1251/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1251/2024

09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1251/2024 09.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokurorları Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs X6 müdafiəçisi: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X12 Tərcüməçi: X3 iştirakı ilə, 03 iyun 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nvanında faktiki yaşamış, halhazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X10 istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 116,924 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, üzərində “Pragabalin 150mg” markalarıma göstəricisi olan 196 ədəd, üzərində “Preqabalin 150” yazısı olan 18 ədəd, ümumi sayı 214 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 32,10 qram preqabalin tərkibli dərman preparatları, üzərində“Preqabalin 300” yazısı olan ümumi sayı 6 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 1.8 qram preqabalin tərkibli dərman preparatlarını əldə edib üzərində daşımaqla, ünvan 3 ünvanında qanunsuz saxlamış, Bayram Mustafayevin külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində, o, 10 aprel 2023-cü il tarixdə saat 17:15-də Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 105 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilib, razılığı və iştirakı ilə yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilə baxış keçirilərkən mənzilin qonaq otağında olan qara rəngli stolun aşağı hissəsindən üzərində “Pragabalin 150mg” markalarıma göstəricisi olan 196 ədəd, üzərində “Preqabalin 150” yazısı olan 18 ədəd, ümumi sayı 214 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 32,10 qram preqabalin tərkibli dərman preparatları, üzərində “Preqabalin 300” yazısı olan ümumi sayı 6 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 1.8 qram preqabalin tərkibli dərman preparatları, 1 ədəd şüşə bankada çəkisi 50 qram, 13 ədəd sellofan torbada ayrı-ayrılıqda çəkiləri 27,018 qram, 2,016 qram, 2,075 qram, 2,004 qram, 2,053 qram, 2,002 qram, 2,042 qram, 2,031 qram, 1,994 qram, 5,962 qram, 3,735 qram, 9,900 qram, 4,092 qram, ümumi təmiz çəkiləri 116,924 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X5 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilirək, ifadəsində göstərmişdir ki, o narkotikin satışı ilə məşğul olmamış, onda tərəzi olub. İşi bəstəkarlıq, produsserlikdi. İnstagramdan mesaj gəldi ki, bir reklam işi var filan ünvana gəlin. O da həmin ünvana getdi, orada 2 nəfər xanım onu qarşıladı və cofeshoplarını 1000 manat qarşılığında reklamlarını etməyini istədilər. O da razılaşdı. Axşam behi göndərəcəklərini bildirdilər. Ordan uzaqlaşandan sonra ona polis əməkdaşları yaxınlaşdı və o qızlara nə satıb-satmadığını soruşdular. O da vəziyyəti başa düşdü və onu şöbəyə gətirdilər və evə də baxış keçirək dedilər. Bildirdilər ki, Kəmalə adında qızın ona narkotik satdığını və onu polisə xəbər veridiyini bildirdilər. Evinə baxış oldu. Narkotikin bir hissəsini evdə bankada saxlayırdı. Ona da şərbət qatırdı. Kəmaləni də online qaydada tapmışdı, Araz adlı şəxsin vasitəçiliyi ilə pul atırdı, Kəmalə də 1-2 dəfə narkotiki ona çatdırmışdı. Evdə cəmi 3 büküm olub. Bankadak da sayılmasa 2 büküm var idi. Dərmanlar da ona məxsus idi. Dərmanı online yolla əldə etmişdi. Qeyd olunanlardan marixuananın miqdarı az olmaqla çıxdı. Araz adlı şəxsdən 40-50 qram narkotik götürmüşdü, ödənişin bir qismini borclu qalırdı, sonra da o pulu ona ödəyirdi. Pregabalin evindən 200 neçəsə ədəd aşkar olunmuşdu, pregabalinin karopkasını 25 manata ucuz qiymətə almışdı. Satan adam da bu qiymətə aşağısı 5 karopkanı eyni adan satdığı üçün almışdı, dərmanın cinayət məsuliyyəti yaratdığını bilmirdi. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, o BMCM-də əməliyyat müvəkkilidir, 10 aprel 2023-cü il tarixdə Mustafayev Bayramla bağlı narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil oldu. Həmin məlumat rəhbərliyə məruzə edildi. Məlumat əsasında əməliyyat qrupu yaradıldı. Qrup üzvləri olaraq Nəsimi rayonu Azadlıq prospekti 104 ünvanına yollandılar. Bayram Mustafayev həmin ərazidə saxlanıldı. Polis olduqlarını ona bildirdilər. O da özünü təqdim etdi. Şəxsi narkotik və psixatrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə qərarla tanış etdilər və şübhəli olduğunu bildirdilər, onlarla birgə baş idarəyə getdi. İdarədə onun təhsili Rusiyada alması məlum olduğu üçün ona tərcümə təyin olundu. İdarədə üzərində olan qanunsuz malları təqdim etməsini bildirdilər. Şəxs üzərində narkotik olmadığını, evində olduğunu dedi. Şəxsin yaşayış yerinə getdilər. Razılı ərizəsini alıb mənzilə daxil oldular. Şkafdan 1 ədəd şüşə qab, 1 ədəd qara qutu və digər qutular təqdim etdi. Şüşə qabda marixuanayabənzər maddə, qara qutuda 13 büküm marixuana, 228 ədəd dərman həb aşkar edildi. Dərman vasitələrini 10 gün əvvəl tanımadığı bir şəxsdən 1400 manata aldığını bildirdi. Əməliyyat məlumatı ona daxil olmuşdu, məlumat narkotik vasitələrin dövriyyəsi, satışı ilə bağlı idi. Şəxsin saxladığı qanunsuz maddənin çəkisi təxmini məlum idi. Şəxsin anket məlumatı onlarda var idi. Şəxsin evində narkotik saxaması ilə bağlı məlumat yox idi. Özü istintaqda bildirdi ki, evində narkotik var. Şəxsi saxlayarkən yanında heçkəs yox idi. Şəxsin qanunsuz maddənin satışı ilə məşğul olması barədə halı təsdiq etmişlər, şəxsə qarşı hərhansı müqavimət olmayıb. Şahid qismində dindirilmiş X15 şahid X13 verdiyi ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.3.2-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxs X6 özünü narkotik vasitələrin və dərmanların satışında təqsirli bilməməsinə dair verdiyi ifadəsi iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan 10 aprel 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, X10 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası DİN-in BMCMİ-nİn Təhqiqat şöbəsinin təhqiqatçısı Babək Haqverdiyev tərəfindən tərtib edilmiş “Mənzilə baxış və götürmə aparılması haqqında” 10 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində X10 10 aprel 2023-cü il tarixdə saat 17.15-də Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 105 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilib razılığı və iştirakı ilə yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilə baxış keçirilərkən mənzilin qonaq otağında olan qara rəngli stolun aşağı hissəsindən üzərində “Pragabalin 150mg” markalarıma göstəricisi olan ümumi sayı 214 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 32,10 qram preqabalin tərkibli dərman preparatları, üzərində “Preqabalin 300” yazısı olan ümumi sayı 6 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 1,8 qram preqabalin tərkibli dərman preparatları, 1 ədəd şüşə bankada və 13 ədəd sellofan torbada ümumi təmiz çəkisi 116,924 qram narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Cinayət işində olan Azərbaycan Respublikası DİN-in BMCMİ-nİn Təhqiqat şöbəsinin təhqiqatçısı Babək Haqverdiyev tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 10 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılan X6 üzərində idarədə şəxsi axtarış keçirilmiş və üzərindən qeyri qanuni əşya aşkar edilmədi. Şəxsi axtarış və götürmə, mənzilə baxış və götürmə aparılarkən videoçəkilişdən istifadə edilməklə qeydə alınmış görüntülər 02 ədəd elektron məlumat daşıyıcısına köçürülüb protokollara əlavə edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 11 aprel 2023-cü il tarixli 6/2122-7/517 №-li rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində ’’MustafayevBayram Fərman oğlunun yaşadığı ünvandan aşkar edilmiş ” yazı və imzalar olan bağlamada 1 ədəd şüşə bankada təmiz çəkisi 50,0 qram bitki mənşəli kütlə və 13 ədəd sellofan torbacıqda hər birinin ayrı-ayrılqıda təmiz çəkisi 27,018 qr, 2,016 qr, 2,075 qr, 2,004 qr, 2,053 qr, 2,002 qr, 2,042 qr, 2,031 qr, 1,994 qr, 5,962 qr, 3,735 qr, 9,900 qram və 4,092 qram olmaqla, ümumi çəkisi 116,924 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır, 4 ədəd qutuda ümumi sayı 14 ədəd üzərində "Pragabalin 150 mqM yazılan konvalyutda 196 ədəd ağ rəngli kapsul və 'TİperaÖajiHH 150” yazılan konvalyut kəsiyində 18 ədəd ağ rəngli kapsulalar güclü təsir edən maddə preqabalin olub, ümumi sayı 214 ədəd olan kaspulun tərkibində preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 32,10 qramdır. 6 ədəd üzərində "İİpera6aJiHH 300" yazılan konvalyut kəsiyində 6 adəd qəhvəyiağ rangli kapsul güclü təsir edən maddə - preqabalin olub, 6 ədəd kapsulun preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 1,8 qramdır. 1 ədəd üzərində "Keday XR 150 mg Quetiapine" yazılan konvalyut kəsiyində 5 ədəd ağ rəngli həb, 1 ədəd üzərində "...iralqin neo" yazılan konvalyut kəsiyində 3 ədəd ağ rəngli həb narkotik vasitə, psixotrop maddə, zəhərli və güclü təsir edən maddələrə aid deyildir. 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə və psixotrop maddələrə məxsus izlər yoxdur. Tədqiqata təqdim edilmiş 13 ədəd sellofan bükümdə və 01 ədəd şüşə bankada olan marixuanalar tərkiblərinə görə eynidir. Pregabalin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına" (1 nömrəli əlavə) daxildir. Marixuananın təmiz çəlisi 116,924 qram, tədqiqata sərf edildi 0,07 qram qalıq 116,224 qram, 214 ədədin Preqabalin 150 kapsulunun 4 ədədi tədqiqata sərf edildi, qalıq 210 ədəd, 6 ədəd Preqabalin 300 kapsulunun 1 ədədi tədqiqata sərf edildi, qalıq 5 ədəd, "Keday XR 150 mg Quetiapine" və "...iralqin neo" yazılan konvalyutda olan həblərin hər birindən 1 ədəd tədqiqata sərf edildi (ekspertiza tədqiqatın dəyəri 40 manat) Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkolojİ tibbi yoxlamanın 13 noyabr 2023-cü il tarixli 7363 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı X1 və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən dərman preparatı olan preqabalinin birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstələyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 32 saylı əmrinə əlavə olaraq narkomaniya xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə yol verməyən xəstəliklərin siyahısının 2-ci bəndinə uyğun olaraq halhazırda X6 “Epilepsiya tezlənmiş qıc olma tutmaları (yaxud psixi ekvivalentlər), ağır zəifliyinə gətirib çıxaran dərin şəxsiyyət dəyişilməsi” olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Şifahi sorğu zamanı bildirmişdir ki, uzun müddətdir narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir. Həmçinin, güclü təsir edici dərman preparatı olan preqabalindən istifadə edir. Cinayət işində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi X11 14 aprel 2023-cü il tarixli 5(005)-698/2023 saylı qərarı ilə müəyyən edilmişdir ki, əməliyyataxtarış tədbirinin keçirilməsi barədə DİN-in BMCMİ-nin əməliyyat müvəkkili İlkin Babayev tərəfindən qəbul edilmiş və DİN-in BMCMİ-nin rəisi polis general-mayoru Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 10 aprel 2023-cü il tarixli qərarı qanunauyğun hesab edilmişdir. Məhkəmə təqsirləndirilən şəxs X9а cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət tюrətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tюrədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən tюrədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yцngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs X8 cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 10 aprel 2023-cü il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxs X6 əməlindən qismən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİNin BMCMİ-nİn maddi sübutların saxlama yerində saxlanılan tətqiqatdan sonra qalıq olan X6 yaşadığı mənzildən götürülmüş tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 116,224 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, 215 ədəd həb və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, X4 ekspertiza xərci təşkil edən 40 (qırx) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.3.2-ci ilə nəzərdə tutulan cinayət əməllərini törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 3 (üç) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə X8 qəti olaraq 5 (beş) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 10 aprel 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X4 ekspertiza xərci təşkil edən 40 (qırx) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nİn maddi sübutların saxlama yerində saxlanılan tətqiqatdan sonra qalıq olan X6 yaşadığı mənzildən götürülmüş tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 116,224 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, 215 ədəd həb və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, X6 üzərinə şəxsi axtarış və mənzilə baxış keçirilməsi aparılması və maddi sübutun götürülməsi istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar