Məhkəmə qərarları › İş №1(101)-1252/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1252/2021

05.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1252/2021 05.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Qəribov Fikrət Atlıxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər, Sumqayıt Regional Vəkil bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili X2 iştirakları ilə, məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümükünlüyünün yoxlanılması məqsədilə ilkin dinləmələr apararaq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə cinayət prosesi tərəflərinin iştirakı ilə hazırlıq iclasında həll edilməli olan məsələləri müzakirə edilib, cinayət işinin məhkəmə aidiyyəti yoxlanılarkən müəyyən edilmişdir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 cinayət əməlini Abşeron rayonu ərazisində başa çatdırmış, Təqsirləndirilən şəxs2 isə cinayət əməlini Sumqayıt şəhəri ərazisinə törətmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ona görə ki, o, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı “Rəhim” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən “Rəhim” adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə “Rəhim” adlı şəxsin və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib daşımaqla göndərdiyi külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”in İ siyahısına daxil edilən ümumilikdə təmiz çəkisi 12305,753 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən ümumilikdə təmiz çəkisi 3042,269 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirdikdən və narkotik vasitə və psixotrop maddəni qoyduğu yer barədə Təqsirləndirilən şəxs1 əvvəlcədən məlumat verdikdən sonra “Rəhim” adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən Təqsirləndirilən şəxs1 22 avqust 2020-ci il tarixdə Yardımlı rayonu ərazisində yerləşən 15-ci kilometr yol nişanı dirəyinin altından satış məqsədi və tamah niyyəti əldə edib qeyd edilən çəkidə narkotik vasitə heroini ümumilikdə yeddi bükümdə qablaşdırıb bir bükümdə olan 45,753 qramını, həmçinin qeyd edilən çəkidə psixotrop maddə metamfetamini ümumilikdə beş bükümdə qablaşdırıb bir bükümdə olan 43,561 qramını qrupun digər üzvü olan Təqsirləndirilən şəxs2 saxlaması və satışının həyata keçirilməsi üçün vermiş, psixotrop maddə metamfetaminin digər bir bükümdə olan 3,708 qramını isə Təqsirləndirilən şəxs1 öz üzərində saxlamış, qalan beş ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1990 qram, 2080 qram, 2095 qram, 2035 qram, 2055 qram, 2005 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 12260,00 qram narkotik vasitə heroini və üç ədəd üzəriləri yapışqan lentlə dolanmış bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1025 qram, 995 qram, 975 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 2995 qram olan psixotrop maddə metamfetamini istifadəsində olan “Lada Priora” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobildə gizlətməklə saxlamış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 24 avqust 2020-ci il tarixdə saat 17:00-da ünvan 1 ünvanın yaxınlığında avtomobildən düşərkən saxlanılaraq qeyd olunan Baş İdarəyə gətirilmiş, orada həmin tarixdə saat 19:00-dan etibarən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindəki siqaret qutusunun içərisindən bir ədəd sellofan bükümdə təmiz çəkisi külli miqdarda 3,708 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilmiş, həmin tarixdə saat 20:00-dan etibarən öz razılığı ilə idarə etdiyi "Lada Priora” markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin yük yerindən iki ədəd göy rəngli polietilen paketin içərisindən altı ədəd üzəriləri yapışqan lentlə dolanmış bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri 1990 qram, 2080 qram, 2095 qram, 2035 qram, 2055 qram, 2005 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 12260,00 qram olan eyni tərkibli narkotik vasitə heroin və üç ədəd üzəriləri yapışqan lentlə dolanmış bağlamalarda ayrı- ayrılıqda təmiz çəkiləri 1025 qram, 995 qram, 975 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 2995 qram olan kustar üsulla hazırlanmış, öz aralarında eyni tərkibli olmaqla, özünün üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş və Təqsirləndirilən şəxs2 üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş metamfetaminlə eyni tərkibli olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan sonra 26 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 20:00-da ünvan 2 ünvanın yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq qeyd olunan Baş İdarəyə gətirilmiş, orada saat 22:00-dan etibarən keçirilən şəxsi axtarış və götürmə zamanı əlində olan ağ rəngli polietilen torbanın içərisindən bır ədəd sellofan bükümdə təmiz çəkisi külli miqdarda 45,753 qram narkotik vasitə olan heroin, bir ədəd sellofan bükümdə qrupun digər üzvü olan Təqsirləndirilən şəxs1 üzərindən və idarə etdiyi “Lada Priora” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş psixotrop maddə metamfetamin ilə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən ümumi təmiz çəkisi külli miqdarda 43,561 qram olan psixotrop maddə metamfetamin, bir ədəd üzərində narkotik vasitə heroin izləri olan “200g/001g” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM- nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ona görə ki, o satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs1 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının vətəndaşı “Rəhim” adlı şəxsin və qeyrilərinin istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”in İ siyahısına daxil edilən ümumilikdə təmiz çəkisi 12305,753 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən ümumilikdə təmiz çəkisi 3042,269 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini “Rəhim” adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən 22 avqust 2020-ci il tarixdə Yardımlı rayonu ərazisində yerləşən 15-ci kilometr yol nişanı dirəyinin altından satış məqsədi və tamah niyyəti əldə edib qeyd edilən çəkidə narkotik vasitə heroini ümumilikdə yeddi bükümdə qablaşdırıb bir bükümdə olan 45,753 qramını, həmçinin qeyd edilən çəkidə psixotrop maddə metamfetamini ümumilikdə beş bükümdə qablaşdırıb bir bükümdə olan 43,561 qramını qrupun digər üzvü olan Təqsirləndirilən şəxs2 saxlaması və satışının həyata keçirilməsi üçün vermiş, psixotrop maddə metamfetaminin digər bir bükümdə olan 3,708 qramını isə Təqsirləndirilən şəxs1 öz üzərində saxlamış, qalan beş ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1990 qram, 2080 qram, 2095 qram, 2035 qram, 2055 qram, 2005 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 12260,00 qram narkotik vasitə heroini və üç ədəd üzəriləri yapışqan lentlə dolanmış bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1025 qram, 995 qram, 975 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 2995 qram olan psixotrop maddə metamfetamini istifadəsində olan ‘Lada Priora” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobildə gizlətməklə saxlamış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 24 avqust 2020-ci il tarixdə saat 17:00-da ünvan 1 ünvanın yaxınlığında avtomobildən düşərkən saxlanılaraq qeyd olunan Baş İdarəyə gətirilmiş, orada həmin tarixdə saat 19:00-dan etibarən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindəki siqaret qutusunun içərisindən bir ədəd sellofan bükümdə təmiz çəkisi külli miqdarda 3,708 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilmiş, həmin tarixdə saat 20:00-dan etibarən öz razılığı ilə idarə etdiyi “Lada Priora” markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin yük yerindən iki ədəd göy rəngli polietilen paketin içərisindən altı ədəd üzəriləri yapışqan lentlə dolanmış bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri 1990 qram, 2080 qram, 2095 qram, 2035 qram, 2055 qram, 2005 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 12260,00 qram olan eyni tərkibli narkotik vasitə heroin və üç ədəd üzəriləri yapışqan lentlə dolanmış bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1025 qram, 995 qram, 975 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 2995 qram olan kustar üsulla hazırlanmış, öz aralarında eyni tərkibli olmaqla, özünün üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş və Təqsirləndirilən şəxs2 üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş metamfetaminlə eyni tərkibli olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan sonra 26 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 20:00-da ünvan 2 ünvanın yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq qeyd olunan Baş İdarəyə gətirilmiş, orada saat 22:00-dan etibarən keçirilən şəxsi axtarış və götürmə zamanı əlində olan ağ rəngli polietilen torbanın içərisindən bir ədəd sellofan bükümdə təmiz çəkisi külli miqdarda 45,753 qram narkotik vasitə olan heroin, bir ədəd sellofan bükümdə qrupun digər üzvü olan Təqsirləndirilən şəxs1 üzərindən və idarə etdiyi “Lada Priora” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş psixotrop maddə metamfetamin ilə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən ümumi təmiz çəkisi külli miqdarda 43,561 qram olan psixotrop maddə metamfetamin, bir ədəd üzərində narkotik vasitə heroin izləri olan “200g/001g” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Göründüyü kimi, təqsirləndirilən şəxslərə istinad edilən ağır cinayətlər Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində törədilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yursisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci cü maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3 və 299.3.1-ci maddələrinin tələblərinə görə məhkəmə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin ona aid olubolmaması məsələsinə baxır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2021-ci il tarixli sərəncamına əsasən Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təsis edilmişdir. Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli, 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nda dəyişiklik edilməsi barədə 31 may 2021-ci il tarixli qərarından görünür ki, Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində törədilmiş ağır və xüsusilə ağır cinayətlərə baxılması Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aiddir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ağır cinayətlərin törədildiyi yer olan Sumqayıt şəhəri və Abşeron rayonu Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olduğundan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3, 74.1, 74.2.2 və 75.1-ci maddələrinə əsasən cinayət işi məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstititsiyasının 62-ci maddəsinin tələbinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmsına yol verilmir. Azərbaycan Respubliksını Cinayət-Prosessual Məcəlləsinin 300.1 və 300.1.4-cü maddəsinə əsasən müvafiq olaraq cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. Məhkəmə təqsirləndirilən şəxslərin barələrində seçilmiş qətimkan tədbirlərinin əsaslığını müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilçmiş “həbs” qətimkan tədbiri əsaslıdır və dəyişdirilməsinə zərurət yoxdur, həmin qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3, 74.1, 74.2.2, 75.1, 299.3, 299.3.1, 300.1 və 300.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin.

2. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar