Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1252/2022 13.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X20 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Vəkillər Kollegiyasının “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, 5 dekabr 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2, xx xxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1, “Milad” adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qazanc əldə etmək müqabilində mütəmadi olaraq “Milad” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitə və psixotrop maddənin satışını həyata keçirəcəyi barədə razılığa gəlib 2022-ci ilin yanvar ayının əvvəllərindən Bakı şəhəri, Sabunçu rayonu ərazisində müxtəlif yerlərə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qoyulmuş külli miqdarda ümumi təmiz çəkisi 2285 qram narkotik vasitə olan tiryəki, külli miqdarda ümumi təmiz çəkisi 1505 qram narkotik vasitə olan heroini, külli miqdarda ümumi çəkisi 1460 qram narkotik vasitə olan qurudulmuş marixuananı, külli miqdarda ümumi sayı 350 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 14,0 qram olan narkotik vasitə metadonu, külli miqdarda ümumi təmiz çəkisi 100,786 qram olan psixotrop maddə metafetamini qanunsuz olaraq əldə edib yaşadığı Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, məhəllə 2405, 1 C saylı evin 42 saylı mənzilə daşıyaraq həmin narkotik vasitələri və psixotrop maddəni öz aralarında bölməklə saxlamış, 30 yanvar 2022-ci il tarixdə saat 18 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotİklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində qrupun üzvü Təqsirləndirilən şəxs1 ünvan 3 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanda yerləşən Azərbaycan Respublikası DİN-in BNMİ-nə gətirilib orada sonuncunun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan gödəkcənin sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 200 qram olan külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, gödəkсəsinin sol yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 100 qram olan külli miqdarda ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə saat 20:15 radələrində Azərbaycan Respublikası DİN-in BNMİnin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 3 evin 47 saylı mənzilə keçirilmiş baxış zamanı mənzilin qonaq otağında olan taxta konstruksiyalı dolabın içərisindən 1 ədəd bükümdə ümumi çəkisi 1390 qram olan külli miqdarda bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 925 qram və 580 qram, ümumi təmiz çəkisi 1505 qram olan külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 680 qram, 575 qram, 440 qram, 200 qram və 85 qram, ümumi təmiz çəkisi 1980 qram olan külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, külli miqdarda metadonun təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 14,0 qram (1 ədəd həbdə 0,04 qram) olan ümumi sayı 350 ədəd qəhvəyi rəngli dairəvi formalı həb halında olan narkotik vasitə metadon və üzərində narkotik vasitə heroin izləri olan 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, bundan sonra 30 yanvar 2022ci il tarixdə saat 21 radələrində Azərbaycan Respublikası DİN-in BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi məhəllə 2405, 1 C saylı evin qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanda yerləşən Azərbaycan Respublikası DİN-in BNMİ-nə gətirilib orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan gödəkсənin sağ yan cibindən xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitə tiryəklə eynilik təşkil edən 1 ədəd bükümdə, 105 qram olan külli miqdarda qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüş, həmin tarixdə saat 23:30 radələrində Azərbaycan Respublikası DİN-in BNMİ-nin əməkdaşları tərəfindən onun yaşadığı Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi məhəllə 2405, 1 C saylı evin 42 saylı mənzilə keçirilmiş baxış zamanı mənzilin mətbəx otağında olan taxta konstruksiyalı dolabın içərisindən xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı mənzildən aşkar edilmiş psixotrop maddə və narkotik vasitələrlə eynilik təşkil edən 1 ədəd bükümdə təmiz çəkisi 0,786 qram ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, 1 ədəd bükümdə ümumi çəkisi 70 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üzərində metafetamin izləri olan 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 30 yanvar 2022-ci il tarixdə saat təxminən 21:00 radələrində yaşadığı Nizami rayonu, Nəsimi küçəsi, məhəllə 2405, ev 1C, mənzil 42 ünvanında olarkən bir neçə nəfər polis əməkdaşı qapısını döymüş, qapını açdıqdan sonra evinə daxil olub qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək BNMİ-yə getmək lazım olduğunu demişlər. Həmin vaxt qaynı da evdə olmuşdur. Polis əməkdaşlarına etiraz etməyinə baxmayaraq onu BNMİ-yə gətirmişlər. İdarədə şübhəli şəxs qismində tutulmuş və bundan sonra üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən 3 ədəd açar, 1 ədəd içərisində ***-***-**-** mobil nömrə olan "Samsung” markalı mobil telefon, özünə məxsus şəxsiyyət vəsiqəsi, 5315 9921 4509 3347 nömrəli plastik bank kartı və 10 qəpik pul aşkar olunmuşdur. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar olunmuş “Samsung” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi, 5315 9921 4509 3347 nömrəli plastik bank kartı iş üzrə götürülmüş, 3 ədəd açar və 10 qəpik pul isə özünə geri qaytarılmışdır. Üzərindən qanunla qadağan olunmuş heç nə aşkar olunmamasına baxmayaraq polis əməkdaşları onu qaynını da işə cəlb etməklə hədələyib təzyiq göstərərək 1 bükümdə tiryək kütləsini verib videoçəkiliş zamanı həmin bükümün özünə məxsus olmasını bildirməyini tələb etmişlər. Ona göstərilən psixi təsirdən sonra videoçəkiliş zamanı həmin tiryək bükümünü təqdim edərək özünə məxsus olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları yaşadığı evə baxış keçirilməli olduğunu bildirmişlər. Polis əməkdaşları ilə birlikdə ünvan 5 ünvanına gəlmişdir. Həmin vaxt qaynı, anası və həyat yoldaşı evdə olmuşlar. Polis əməkdaşları evdə saxladığı narkotik vasitələri təqdim etməyini bildirdikdə evin mətbəxində taxta konstruksiyalı mətbəx dolabının içərisində saxladığı 2 ədəd elektron tərəzi, 1 ədəd narkotik vasitə olan qurudulmuş marixuana kütləsini və metafetamini təqdim etsin. Aşkar edilmiş kütlələr çəkilərinin müəyyən edilməsi məqsədi ilə elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuananın çəkisi qablaşdırma ilə birlikdə 79 qram, metafetaminin çəkisi qablaşdırma ilə birlikdə 1,06 qram olmuşdur. Sonra həmin kütlələr və 2 ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri o, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra təqdim etdiyi mənzilin digər hissələrinə baxış keçirilmiş, lakin qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və ya maddə, narkotik maddə, narkotik maddə qalıqları aşkar edilməmişdir. Baxış zamanı verilən suallara cavab olaraq təqdim etdiyi mənzildən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu bildirmişdir. “Milad” adlı İran İslam Respublikası vətəndaşını təxminən 1 ildir ki, tanıyır. Narkotik vasitə və psixotrop maddəni Miladdan almışdır. Metafetamini tutulmazdan 20 gün əvvəl almışdır. Qurudulmuş marixuananı təxminən 6 aydır ki, almışdır. Marixuana və metafetamin saxladığı mənzil qaynına məxsus olmuşdur. Üzərindən aşkar olunan 5315 9921 4509 3347 nömrəli plastik bank kartı ona məxsus olmuş və həmin kartda 30 manat pul olmuşdur. Şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş heç nə aşkar olunmamışdır. Miladı tanıyanadək narkotik maddələri internetdən tanımadığı şəxslər vasitəsilə əldə etmişdir. Mənzildən aşkar olunan narkotik maddələri “Milad” adlı İran İslam Respublikası vətəndaşından almışdır. Təqsirləndirilən şəxs1 üzdən tanısa da, tutulanandək onunla heç vaxt əlaqəsi və ünsiyyəti olmamışdır. Qaroğlandan aşkar olunan narkotik vasitə ilə yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitənin tərkininin eyni olma səbəbini bilmir, ola bilsin ki, hər ikisi narkotik vasitəni eyni yerdən əldə etmişlər. Təxminən 5-6 ildir ki, marixuana və metafetamindən istifadə etmişdir. Evindən aşkar edilən narkotik vasitə və psixotrop maddəni yalnız şəxsi istifadəsi üçün almışdır. Heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmamışdır. Heç kimlə əlbir olmamışdır. Təqsirləndirilən şəxs1 tutulmazdan 2-3 ay əvvəl bir neçə dəfə “Qara Qarayev” metrostansiyasının yaxınlığında görmüşdür. Təqsirləndirilən şəxs1 mobil nömrəsini, həmçinin evinin ünvanını bilmir. Mənzildə narkotik maddə saxlaması barədə heç kimin məlumatı olmamışdır. Mənzildə aşkarlanan tərəzidən narkotik vasitəni alarkən çəkisində aldanmamaq üçün istifadə etmişdir. Şəxsi axtarış və evə baxış videoçəkilişlə həyata keçirilmişdir. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü və digər Təqsirləndirilən şəxs1 müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, 30 yanvar 2022-ci il tarixdə saat təxminən 21:00 radələrində yaşadığı ünvanın yaxınlığında, yəni Nizami rayonu, ünvan 6ında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu BNMİ-nə dəvət etmişlər. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan gödəkcənin sağ yan cibindən 1 bükümdə tiryək kütləsini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 3 ədəd açar, 1 ədəd içərisində ***-***-**-** mobil nömrə olan "Samsung” markalı mobil telefon, özünə məxsus şəxsiyyət vəsiqəsi, 5315 9921 4509 3347 nömrəli plastik bank kartı və 10 qəpik pul aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş və tiryəkin çəkisi qablaşdırma ilə birlikdə 109 qram olmuşdur. Sonra həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri o, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. Həmçinin üzərindən aşkar olunmuş “Samsung” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi, 5315 9921 4509 3347 nömrəli plastik bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyi üçün bu barədə ona izah verildikdən sonra götürülmüş, 3 ədəd açar və 10 qəpik pul isə özünə geri qaytarılmışdır. O verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı “Milad” adlı şəxsin vasitəsi ilə 20 gün bundan əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyiləcək şəxslərə çatdırmağı məqsədi ilə götürdüyünü, gördüyü işin qarşılığında “Milad” adlı şəxsin ona olan borcunu sildiyini və pul verdiyini, sonuncu dəfə “Qaroğlan” adlı şəxslə “Milad” adlı şəxsin göstərişi ilə 15 gün bundan əvvəl və 10 gün bundan əvvəl görüşərək sonuncuya narkotik maddələr verdiyini, “Milad” adlı şəxsi təxminən 1 ildən artıqdır ki, tanıdığını, təxminən altı dəfə sonuncudan narkotik maddələr götürdüyünü, sonuncu dəfə isə 1 (bir) kq 500 (beş yüz) qram heroin, 500 (beş yüz) qram metamfetamin götürdüyünü, üzərindən aşkar olunmuş plastik bank kartına 2000 (iki min) manat məbləğində narkotik maddələrin satışından əldə olunmuş pullar yükləndiyini, həmçinin özünün narkotik maddələrin aludəçisi olduğunu, bundan başqa ünvan 5 ünvanında da narkotik maddə saxladığını, həmin mənzilin qaynına məxsus olduğunu, lakin həmin mənzildə heç kimin yaşamadığını və açarının yalnız özündə olduğunu, həmin mənzildə saxladığı narkotik maddələri təqdim edə biləcəyini, mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Sonra mənzilə baxış və götürmə haqqında qərarla tanış olmuş və qeyd etdiyi qaynına məxsus mənzilə getmişlər. Ona həmin mənzildə saxladığı narkotik maddələri təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra o, ünvan 5 ünvanında girişdən sol tərəfdə yerləşən mətbəxə keçərək orada olan taxta konstruksiyalı mətbəx dolabının içərisindən içərisində 1 bükümdə, psixotrop maddə olan metafetamin, 2 ədəd elektron tərəzi və narkotik vasitə olan qurudulmuş marixuana kütləsi olan 1 ədəd sellofan torbanı təqdim etmişdir. Aşkar edilmiş kütlələr çəkilərinin müəyyən edilməsi məqsədi ilə elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuananın çəkisi qablaşdırma ilə birlikdə 79 qram, metafetaminin çəkisi qablaşdırma ilə birlikdə 1,06 qram olmuşdur. Sonra həmin kütlələr və 2 ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri o, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra təqdim etdiyi mənzilin digər hissələrinə baxış keçirilmiş, qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və ya maddə, narkotik maddə, narkotik maddə qalıqları aşkar edilməmişdir. O, baxış zamanı verilən suallara cavab olaraq təqdim etdiyi mənzildən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, metafetamini İran İslam Respublikası vətəndaşı “Milad” adlı şəxsin vasitəsi ilə tutulmazdan 20 gün əvvəl, qurudulmuş marixuananı isə təxminən 6 ay bundan əvvəl əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyiləcək şəxslərə çatdırmağı məqsədi ilə götürdüyünü, təqdim etdiyi mənzildə narkotik maddə saxlamağı barədə heç kimin məlumatı olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, səmimi və doğru cavablar verdiyini bildirmişdir (cild 1, iş vərəqə 113-115 və 125-127). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 30 yanvar 2022-ci il tarixdə saat 18:00 dəqiqədə ünvan 7 ünvanında olan zaman qapı döyülmüşdür. Qapını açan kimi bir neçə nəfər polis əməkdaşı birbaşa içəri daxil olmuş və ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib BNMİ-nə getmək lazım olduğunu demişlər. Həmin şəxslərə etiraz etməyinə baxmayaraq onu avtomobilə əyləşdirmiş və avtomobili bir qədər şəhərdə idarə etdikdən sonra onu BNMİ-nə gətirmişlər. İdarəyə çatdıqda Samir adlı şəxsin də qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün oraya gətirildiyini görmüşdür. Təqsirləndirilən şəxs2 üzdən tanısa da, tutlanadək adını bilməmiş və onunla əlaqəsi olmamışdır. Daha sonra polis əməkdaşları Samiri göstərərək “sənə mənbə gətirmişik” demişlər. Həmin vaxt başa düşmüşdür ki, ona Samirlə birlikdə ittiham vermək istəyirlər. İdarədə üzərində axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş heç nə aşkar olunmamışdır. Buna baxmayaraq, polis əməkdaşları ona 2 büküm verib həmin bükümlərdən birini üzərində olan gödəkcəsinin sağ, digərini isə sol cibinə qoymağını, videoçəkiliş zamanı həmin bükümləri təqdim edərək özünə məxsus olmasını bildirməyini tələb etmişlər. Həmin vaxt polis əməkdaşlarına etiraz etdikdə ailəsinin yaşadığı evə gedəcəklərini, evdə axtarış edəcəklərini demişlər. Ailəsinin narahat edilməsini istəmədiyindən məcbur qalıb onların təklifi ilə razılaşmışdır. Videoçəkilişlə həyata keçirilən şəxsi axtarış zamanı 1 ədəd tiryək və 1 ədəd metafetamin bükümlərini təqdim edib onların ona məxsus olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları tutulduğu evə baxış keçirəcəklərini bildirmişlər. ünvan 7 ünvanına getmişlər. Həmin vaxt evə çatdıqda artıq bir neçə polis əməkdaşının evdə olduğunu görmüşdür. Evdə o və polis əməkdaşlarından başqa 2-3 nəfər qohumu, əmisi uşaqları olmuşdur. Bundan sonra polis əməkdaşları evə baxış keçirməyə başlamış, lakin qanunla qadağan olunmuş heç nə aşkar olunmamışdır. Daha sonra polis əməkdaşları videoçəkiliş zamanı özləri tərəfindən mənzilin qonaq otağında taxta konstruksiyalı dolabın içərisinə qoyulmuş 2 ədəd bükümdə heroini, 5 ədəd bükümdə tiryəki, 1 ədəd bükümdə qurudulmuş marixuananı, 350 ədəd metadon həblərini və 2 ədəd elektron tərəzini təqdim etməyini tələb etmişlər. Məcbur qalıb polis əməkdaşları ilə razılaşmış və videoçəkiliş zamanı həmin bükümləri və dərman həblərini təqdim etmişdir. Polis əməkdaşları onu ünvan 7 ünvanında tutmuşlar. Tutulan zaman Təqsirləndirilən şəxs2 yanında olmamışdır. Təqsirləndirilən şəxs2la o, idarəyə eyni vaxtda gətirilmişlər. Tutulduğu ev qohumlarına məxsusdur, heç vaxt orada yaşamamışdır. Qohumları həmin mənzildə kirayəşin olmuşlar. Tutulanadək Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 63, mənzil 159-da yaşamışdır. Polis əməkdaşlarının onun üzərinə və mənzilə narkotik vasitə qoymalarının səbəbini bilmir. İdarədən baxış keçirilməsi üçün evə gətirildikdə artıq bir neçə polis əməkdaşının evdə olduğunu görmüşdür. Narkotik vasitələr və tərəzilər mənzilə polis əməkdaşları tərəfindən qoyulmuşdur. Üzərindən və tutulduğu evdən qanunla qadağan olunmuş heç nə aşkar olunmamışdır. Heç kimlə əlbir olmamışdır. Heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs2 arabir “Qara Qarayev” metrostansiyasının yanında görmüşdür. Təqsirləndirilən şəxs2 üzdən tanısa da, tutulanadək adını bilməmiş və onunla əlaqəsi olmamışdır. İstifadəsində ***-***-**-** saylı mobil nömrə olumuşdur. Təqsirləndirilən şəxs2 mobil nömrəsini bilməmişdir. Şəxsi axtarış videoçəkilişlə həyata keçirilmişdir. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü və digər Təqsirləndirilən şəxs2 müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, 30 yanvar 2022-ci il tarixdə saat 18:00 dəqiqədə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 14 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu BNMİ-nin inzibati binasına dəvət etmişlər. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan gödəkcənin sağ yan cibindən 1 ədəd bükümdə tiryəki, həmin gödəkcənin sol yan cibindən 1 ədəd bükümdə metafetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 1 ədəd içərisində 070 ***-**-** simkart nömrəsi olan “Redmi” markalı mobil telefon, 57 manat pul, 1 ədəd açar və 1 ədəd alışqan, həmin şalvarın sağ yan cibindən 1 ədəd içərisində 051 ***-**-** simkart nömrəsi olan “İphone” markalı mobil telefon və həmin şalvarın arxa sol cibindən 1 ədəd ona məxsus şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi tiryək və metafetamin elektron tərəzidə çəkilmiş, tiryəkin çəkisi 202 qram, metafetaminin çəkisi 102 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri o, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Redmi” və 1 ədəd “İphone” markalı mobil telefon və 1 ədəd ona məxsus şəxsiyyət vəsiqəsi bu barədə ona izah verildikdən sonra götürülmüş, 1 ədəd açar və 57 manat pul isə özünə geri qaytarılmışdır. 1 ədəd alışqan isə təhlükəli olduğundan təhqiqatçı tərəfindən kənara qoyulmuşdur. O verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütlələri 10 gün əvvəl “Samir” adlı şəxsin Bakı şəhəri, Nizami rayonu ərazisində verdiyini və həmin kütlələri sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə özü narkotik vasitə istifadəçisi olduğundan “Samir” adlı şəxsin ona gördüyü işin qarşılığında istifadəsi üçün narkotik vasitə verəcəyini, əvvəllər məhkum olunmadığını, həmçinin Nizami rayonunda yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və yaşadığı mənzilə getmişlər. Orada ona mənzildə saxladığı narkotik vasitələri təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra o, mənzildə qonaq otağında taxta konstruksiyalı dolabın içərisindən 2 ədəd bükümdə heroini, 5 ədəd bükümdə tiryəki, 1 ədəd bükümdə qurudulmuş marixuananı, 350 ədəd metadon həblərini və 2 ədəd elektron tərəzini təqdim edərək stolun üzərinə qoymuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, heroinin ümumilikdə çəkisi təxminən 1 kq 561 qram, tiryəkin ümumilikdə çəkisi təxminən 2 kq 3 qram və qurudulmuş marixuananın çəkisi 1 kq 406 qram olmuşdur. Daha sonra həmin kütlələr və 2 ədəd elektron tərəzi içərisi boş olan sellofan torbaların içərisinə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzəri o, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş, narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. O, baxış zamanı verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri 10 gün əvvəl “Samir” adlı şəxsin Bakı şəhəri, Nizami rayonu ərazisində verdiyini və həmin kütlələri sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə özü narkotik vasitə istifadəçisi olduğundan “Samir” adlı şəxsin ona gördüyü işin qarşılığında istifadəsi üçün narkotik vasitə verəcəyini, “Samir” adlı şəxsin 055 ***-**-** simkart nömrəsi istifadə etdiyini, əvvəllər məhkum olunmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqə 109-111 və 138-140). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirildikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olmaları ibtidai istintaq zamanı etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 30 yanvar 2022-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 14, mənzil 47-də yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat barədə raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs1 olduğu yerin müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri, Nizami rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Rəhbərlik tərəfindən verilmiş əmrə əsasən Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmışdır. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid5 və polis baş leytenantı Şahid2 ilə birlikdə 30 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 14 ünvanın yaxınlığına yollanmışlar. Oraya gəldikdə əməliyyat mövqeyi seçilmişdir. Saat 18:00 radələrində qeyd olunan ünvanın yaxınlığında, özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs1 oxşar bir şəxsin piyada hərəkət etdiyi müəyyən edilmişdir. Həmin şəxs özünü xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 63, mənzil 159-da qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 14, mənzil 47-də yaşayan Təqsirləndirilən şəxs1 kimi təqdim etmişdir. Həmin şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş və hava şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasının xidməti otaqlarının birində Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edilmiş, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan gödəkcənin sağ yan cibindən 1ədəd bükümdə tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan tiryəkə bənzər kütləni, həmin gödəkcənin sol yan cibindən 1 ədəd bükümdə ağ rəngli, kristallşəkilli, psixotrop maddə olan metafetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 1 ədəd içərisində 070-833-27- 47 nömrəsi olan “Redmi” markalı mobil telefon, 57 manat pul, 1 ədəd açar və 1 ədəd alışqan, həmin şalvarın sağ yan cibindən 1 ədəd içərisində ***-***-**-** nömrəsi olan “İphone” markalı mobil telefon və həmin şalvarın arxa sol cibindən 1 ədəd Təqsirləndirilən şəxs1 məxsus şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi tiryəkə və metafetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, tiryəkə bənzər kütlənin çəkisi 202 qram, metafetaminə bənzər kütlənin çəkisi 102 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Redmi” və 1 ədəd “İphone” markalı mobil telefon və 1 ədəd Təqsirləndirilən şəxs1 məxsus şəxsiyyət vəsiqəsi, bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 1 ədəd açar və 57 manat pul isə Təqsirləndirilən şəxs1 geri qaytarılmışdır. 1 ədəd alışqan isə təhlükəli olduğundan kənara qoyulmuşdur. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütlələri 10 gün əvvəl “Samir” adlı şəxsin Bakı şəhəri, Nizami rayonu ərazisində ona verdiyini və həmin kütlələri sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə özü narkotik vasitə istifadəçisi olduğundan “Samir” adlı şəxsin ona gördüyü işin qarşılığında istifadəsi üçün narkotik vasitə verəcəyini, əvvəllər məhkum olunmadığını, həmçinin Nizami rayonunda yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Baxış və götürmə zamanı əməliyyat müvəkkili, polis kapitanı Şahid5 tərəfindən videoçəkiliş aparılmışdır. Keçirilmiş əməliyyat axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 7 ünvanında narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” 30 yanvar 2022-ci il tarixli qərara əsasən videoçəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edilərək sözügedən mənzildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 mənzildə qonaq otağında taxta konstruksiyalı dolabın içərisindən 2 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, 5 ədəd bükümdə tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan tiryəkə bənzər kütləni, 1 ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 350 ədəd narkotik vasitə oian metadon həblərinə bənzər kütləni və 2 ədəd elektron tərəzini təqdim edərək stolun üzərinə qoymuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlənin ümumilikdə çəkisi təxminən 1 kq 561 qram, tiryəkə bənzər kütlənin ümumilikdə çəkisi təxminən 2 kq 3 qram və narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 1 kq 406 qram olmuşdur. Daha sonra həmin kütlələr və 2 ədəd elektron tərəzi içərisi boş olan sellofan torbaların içərisinə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri şübhəli şəxs, müdafiəçi və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs1 yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzilərin özünə məxsus olduğunu, həmin kütlələri 10 gün əvvəl “Samir” adlı şəxsin Bakı şəhəri, Nizami rayonu ərazisində ona verdiyini və həmin kütlələri sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə özü narkotik vasitə istifadəçisi olduğundan “Samir” adlı şəxsin ona gördüyü işin qarşılığında istifadəsi üçün narkotik vasitə verəcəyini, “Samir” adlı şəxsin ***-***-**-** nömrəsindən istifadə etdiyini bildirmişdir. Mənzilə baxış və götürmə zamanı əməliyyat müvəkkili, polis kapitanı Şahid5 tərəfindən videoçəkiliş aparılmışdır. Əməliyyat qrupuna o rəhbərlik etmişdir. Təqsirləndirilən şəxs1 3 nəfər yaxınlaşmışlar. Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 14 ünvanın yaxınlığında tutmuşlar. Təqsirləndirilən şəxsi tutduqları yer yaşadığı evə yaxın olmuşdur. Təqsirləndirilən şəxs1 tutduqdan sonra birbaşa BNMİ-nin inzibati binasına gətirmişlər. Təqsirləndirilən şəxs1 yaşadığı evin qapısını özündə olan açarla açmışdır. Baxış zamanı evdə heç kim olmamışdır. Evə baxış təxminən 30 dəqiqə davam etmişdir. Narkotik vasitələr taxta konstruksiyalı dolabın içərisində olmuşdur. Təqsirləndirilən şəxs1 tutulan zaman tək olmuşdur. Evə baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Yalnız Təqsirləndirilən şəxs1 tutulmasında iştirak etmişdir. Təqsirləndirilən şəxs1 qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid5 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 30 yanvar 2022-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə 5.12.1986-cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 9-də yaşayan Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat barədə raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs2 olduğu yerin müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri, Nizami rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Rəhbərlik tərəfindən verilmiş əmrə əsasən Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmışdır. Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid4 ilə birlikdə 30 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Nizami rayonu, ünvan 6ına yollanmışlar. Oraya gəldikdə əməliyyat mövqeyi seçilmişdir. Saat 21:00 radələrində qeyd olunan ünvanın yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs2 oxşar bir şəxsin piyada hərəkət etdiyi müəyyən edilmişdir. Həmin şəxs özünü 5.12.1986-cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 9-də yaşayan Təqsirləndirilən şəxs2 kimi təqdim etmişdir. Həmin şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş və hava şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasının xidməti otaqlarının birində Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edilmiş, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan gödəkcənin sağ yan cibindən 1 bükümdə tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan tiryəkə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 3 ədəd açar, 1 ədəd içərisində ***-***-**-** mobil nömrə olan “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs2 məxsus şəxsiyyət vəsiqəsi, 5315 9921 4509 3347 nömrəli plastik bank kartı və 10 qəpik pul aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş və tiryəkə bənzər kütlənin çəkisi qablaşdırma ilə birlikdə 109 qram olmuşdur. Sonra həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin üzərindən aşkar olunmuş “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs2 məxsus şəxsiyyət vəsiqəsi, 5315 9921 4509 3347 nömrəli plastik bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyi üçün bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 3 ədəd açar və 10 qəpik pul isə Təqsirləndirilən şəxs2 geri qaytarılmışdır. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı “Milad” adlı şəxsin vasitəsi ilə 20 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyiləcək şəxslərə çatdırması məqsədi ilə götürdüyünü, gördüyü işin qarşılığında “Milad” adlı şəxsin ona olan borcunu sildiyini və pul verdiyini, sonuncu dəfə “Qaroğlan” adlı şəxslə “Milad” adlı şəxsin göstərişi ilə 15 gün əvvəl və 10 gün əvvəl görüşərək sonuncuya narkotik maddələr verdiyini, “Milad” adlı şəxsi təxminən bir ildən artıqdır ki, tanıdığını, təxminən 6 dəfə sonuncudan narkotik maddələr götürdüyünü, sonuncu dəfə isə 1 kq 500 qram heroin, 500 qram metafetamin götürdüyünü, üzərindən aşkar olunmuş plastik bank kartına 2.000 manat məbləğində narkotik maddələrin satışından əldə olunmuş pullar yükləndiyini, həmçinin özünün narkotik maddələrin aludəçisi olduğunu, bundan başqa ünvan 5 ünvanında da narkotik maddə saxladığını, həmin narkotik maddələri təqdim edə biləcəyini, mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazı olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Baxış və götürmə zamanı əməliyyat müvəkkili, polis kapitanı Şahid4 tərəfindən videoçəkiliş aparılmışdır. Keçirilmiş əməliyyat axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 9 ünvanında narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” 30 yanvar 2022-ci il tarixli qərara əsasən videoçəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edilərək sözügedən mənzildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 ünvan 5 ünvanında girişdən sol tərəfdə yerləşən mətbəxə keçərək orada olan taxta konstruksiyalı mətbəx dolabının içərisindən içərisində 1 bükümdə, ağ rəngli, kristalşəkilli, psixotrop maddə olan metafetaminə bənzər kütlə, 2 ədəd elektron tərəzi və açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olan 1 ədəd sellofan torbanı təqdim etmişdir. Aşkar edilmiş kütlələr çəkilərinin müəyyən edilməsi məqsədi ilə elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi qablaşdırma ilə birlikdə 79 qram, metafetaminə bənzər kütlənin çəkisi qablaşdırma ilə birlikdə 1,06 qram olmuşdur. Sonra həmin kütlələr və 2 ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs2 yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş, qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, narkotik maddə və ya narkotik maddə qalıqları aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq təqdim etdiyi mənzildən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, metafetamini İran İslam Respublikası vətəndaşı “Milad” adlı şəxsin vasitəsi ilə 20 gün əvvəl, qurudulmuş marixuananı isə təxminən 6 ay əvvəl əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyiləcək şəxslərə çatdırması məqsədi ilə götürdüyünü, təqdim etdiyi mənzildə narkotik maddə saxlaması barədə heç kimin məlumatı olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, səmimi və doğru cavablar verdiyini bildirmişdir. Mənzilə baxış və götürmə zamanı əməliyyat müvəkkili, polis kapitanı Şahid4 tərəfindən videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs2 tutan əməliyyat qrupuna o rəhbərlik etmişdir. Qrupda 2 nəfər olmuşlar. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən və evindən aşkar olunan narkotik madələri müxtəlif yerlərə qoymaq üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı evin yaxınlığında tutmuşlar. Təqsirləndirilən şəxs2 yaşadığı evdə narkotik vasitə saxladığını özü etiraf etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı evdə heç kim olmamışdır. Təqsirləndirilən şəxs tutulan zaman tək olmuşdur. Təqsirləndirilən şəxs1 tutulmasında və üzərinə şəxsi axtarış keçirilməsində iştirak etməmişdir. Təqsirləndirilən şəxs2 şifahi sorğu zamanı narkotik vasitənin satışını Təqsirləndirilən şəxs1la birlikdə həyata keçirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı evin qapısını özündə olan açarla açmışdır. Şəxsi axtarış və evə baxış zamanı videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Təqsirləndirilən şəxs2 qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 yeznəsidir. 30 yanvar 2022-ci il tarixdə yaşadığı ünvan 10 ünvanında dayısı qızının nişanı ilə əlaqədar tədbir keçirilmişdir. Həmin tədbirə yeznəsi Təqsirləndirilən şəxs1 da dəvətli olmuşdur. Həmin gün Qaroğlan saat 15 radələrinə yaşadığı evə gəlmiş və tədbirdə iştirak etmişdir. Qaroğlan təxminən saat 18 radələrində tədbirdən getmişdir. Tədbirdə olduğu vaxt təxminən saat 20 radələrində anasına Qaroğlandan zəng gəlmişdir. Qaroğlan telefon zəngində polis əməkdaşları tərəfindən tutulduğunu bildirmişdir. Telefon əlaqəsi zamanı Qaroğlandan harada olduğunu, hansı səbəbə və kim tərəfindən tutulduğunu soruşduqda, o, “heç nə deyə bilmərəm” cavabını vermişdir. Bundan sonra telefon zəngi sonlanmışdır. Daha sonra Qaroğlanın harada olduğunu öyrənmək üçün dostundan kömək istəmiş və dostu ona Qaroğlanın BNMİ-də olduğunu demişdir. Təxminən saat 00:30 radələrində dayısı ilə birlikdə BNMİ-yə çatmışlar. Orada olan mühafizəçidən idarəyə Təqsirləndirilən şəxs1 adlı şəxsin gətirilib-gətirilmədiyini soruşduqda, o həmin şəxsin idarəyə gətirildiyini, lakin əməliyyat tədbirlərinin həyata keçirilməsi üçün Təqsirləndirilən şəxs1 polis əməkdaşları ilə birgə biraz əvvəl idarədən çıxdıqlarını demişdir. Həmin şəxsdən əməliyyat tədbirinin harada həyata keçirildiyini soruşduqda isə ona əlavə məlumat verə bilməyəcəyini demişdir. X10 apardıldığını ehtimal edib həmin əraziyə yollanmışdır. Oraya çatdıqda köhnə tikili binanın önündə polis əməkdaşlarını və Qaroğlanı görmüşdür. Onların binaya daxil olduqlarını gördükdə binaya daxil olmuş və sonuncuları izləyib mənzilə qədər gəlmişdir. Həmin vaxt polis əməkdaşları mənzilə daxil ola bilməyəcəyini bildirmişlər. Buna görə də mənzilin giriş qapısının önündə dayanıb içərini müşahidə etmişdir. Həmin vaxt evdə videoçəkiliş aparılmışdır. Baxış yekunlaşdıqdan sonra polis əməkdaşları Qaroğlanı aparmış və səhər saatlarında Bakı şəhəri Nizami rayon Polis İdarəsinə gətirmişlər. Mənzildə baxış təxminən saat 1:30 radələrində keçirilmişdir. Baxış zamanı mənzildə çox adam olmuş, Qaroğlanın yanında təxminən 4-5 nəfər polis olmuşdur. Təqsirləndirilən şəxs2 tanımır. Qaroğlan onun anasına öz mobil nömrəsi ilə zəng etmişdir. Baxış keçirilən mənzilin kimə məxsus olduğunu bilmir. Mənzilin qapısını kimin bağladığını görməmişdir. Mənzildə olan polis əməkdaşları mülki geyimdə olmuşlar. Mənzilə baxış təxminən 1 saat davam etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, 30 yanvar 2022-ci il tarixdə marketdə gecə saatı işlədiyi üçün saat təxminən 17:00 radələrində evdə işə getməyə hazırlaşmışdır. Bu vaxt yaşadığı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, mənzil 47-də olarkən qapının döyüldüyünü eşitmişdir. Qapını açdıqda təxminən 4-5 nəfər və Təqsirləndirilən şəxs1 görmüş, həmin şəxslər polis əməkdaşları olduqlarını bildirib içəri daxil olmuşlar. Qaroğlanı arabir yaşadığı evə gəlib-getdiyi üçün tanımış və bildiyi qədəri ilə, onunla birlikdə yaşayan digər şəxlərlə qohumluq əlaqələri olmuşdur. Polis əməkdaşları evə daxil olduqdan sonra heç bir səbəb olmadan Qaroğlanı vurmağa başlamışlar. O həmin vaxt nə üçün Qaroğlanı döydüklərini soruşduqda polis əməkdaşlarından biri üzərinə gələrək onu vurmaq istəmiş, lakin həmin vaxt Qaroğlan onun heç bir günahının olmadığını dedikdən sonra həmin polis əməkdaşı geri çəkilmişdir. Həmin vaxt otaq yoldaşı X7 da evdə olmuşdur. Polis əməkdaşları hər ikisini digər otağa keçirib səssiz olmalarını və onlar olan otağa daxil olmamalarını bildirmişlər. Həmin vaxt o, polislər olan otaqda danışılanları az da olsa eşitmişdir. Belə ki, polis əməkdaşları Qaroğlandan onda olan narkotik vasitələri verməsini tələb etmiş, Qaroğlan isə onda narkotik vasitə olmadığını bildirmişdir. Buna baxmayaraq polis əməkdaşları Qaroğlanı döyərək təkidlə ondan nakotik vasitənin yerini soruşmuşlar. Bu vaxt evə digər otaq yoldaşı X4 daxil olmuşdur. Polislər dərhal onu da onların olduqları otağa gətirmiş, sonra olduqları otaqda səsləri eşidə biləcəklərini ehtimal edib, onları evin digər otağına aparmışlar. Bundan sona artıq danışılanları eşidə bilməmişdir. Daha sonra polis əməkdaşları Qaroğlanı aparmış, polis əməkdaşlarından ikisi isə onlarla birlikdə evdə qalıb, onları Qaroğlan barəsində sorğu-sual etmişlər. Təxminən 3-4 saat sonra polislər yenidən Qaroğlan ilə birlikdə yaşadıqları evə gəlmişlər. Bu dəfə isə polis əməkdaşları evdə videoçəkiliş edəcəklərini deyib onları evdən çıxarmışlar. Bundan sonra evdə olmadığı üçün içərdə baş verənlər barədə məlumatı olmamışdır. Cahandar Süleymanov polislərin gəlişindən təxminən 1 saat sonra evə gəlmişdir. Polis əməkdaşları evə gələn zaman Ağababa Babayev otaqda yatmışdır. Polislər evə gələn zaman əllərində sellofan bükümün və ya digər əşyanın olmasını görməmişdir. Qaroğlanla yaxın münasibəti olmamış, sadəcə evə gəlib-gedəndə görmüşdür. Qaroğlan məşq etdiyi idman zalı onların yaşadıqları evə yaxın olduğu üçün idman çantasını həmin evə qoymuş, lazım olanda götürüb idman zalına getmişdir. Polis əməkdaşları yumruqla Qaroğlanın üzünə vurmuşlar. Polis əməkdaşları onları evin başqa otağına keçirdikləri zaman mobil telefonlarını götürmüşlər. İkinci gəlişlərində mənzilə neçə nəfər polis əməkdaşının daxil olduğunu xatırlamır. Polis əməkdaşları gözlədikləri otağın qapısını bağlamışlar. Təqsirləndirilən şəxs2 heç vaxt yaşadığı evdə görməmişdir. 1 həftədir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, mənzil 47-də yaşamışdır. Qaroğlan əsasən yaşadıqları evə əmisi oğlu ilə görüşmək üçün gəlmişdir. Qaroğlan birlikdə yaşadığı Cahandar Süleymanovun əmisi oğludur. Qaroğlan onlarla birlikdə yaşamamışdır. Evdə narkotik vasitə görməmişdir. Qaroğlanın narkotik vasitə istifadə etməsinin şahidi olmamışdır. Yaşadıqları ev 2 otaqlı olmuşdur. Polis əməkdaşları mülki geyimdə olmuşlar. İş saatı axşam saat 8-dən səhər saat 8-ə qədər olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X4 və X7 şahid X8 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə şahid qismində dindirilmiş X2, X3, X9 və X8 məhkəmə istintaqı zamanı verdikləri ifadələrini iş materiallarına və işin faktiki hallarına uyğun olmayan, tanışları Təqsirləndirilən şəxs1 müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadələr kimi qiymətləndirərək həmin şahidlərin məhkəmə istintaqı zamanı verdiyi ifadələrini mötəbər hesab etmir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Nizami rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 30 yanvar 2022-ci il tarixdə, saat 18:00-da Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 14 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 30 yanvar 2022-ci il tarixli qərara əsasən BNMİ-nin inzibati binasında xidməti iş otaqlarından birində videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan gödəkcənin sağ yan cibindən 1 ədəd bükümdə tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan tiryəkə bənzər kütləni, həmin gödəkcənin sol yan cibindən 1 ədəd bükümdə ağ rəngli, kristalşəkilli, psixotrop maddə olan metafetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 1 ədəd içərisində 070 ***-**-** simkart nömrəsi olan “Redmi” markalı mobil telefon, 57 manat pul, 1 ədəd açar və 1 ədəd alışqan, həmin şalvarın sağ yan cibindən 1 ədəd içərisində 051-306- 43-73 simkart nömrəsi olan “İphone” markalı mobil telefon və həmin şalvarın arxa sol cibindən 1 ədəd Təqsirləndirilən şəxs1 məxsus şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi tiryəkə və metafetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmişdir. Tiryəkə bənzər kütlənin çəkisi 202 qram, metafetaminə bənzər kütlənin çəkisi 102 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Redmi”, 1 ədəd “İphone” markalı mobil telefon və 1 ədəd Təqsirləndirilən şəxs1 məxsus şəxsiyyət vəsiqəsi bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 1 ədəd açar və 57 manat pul isə Təqsirləndirilən şəxs1 geri qaytarılmışdır. 1 ədəd alışqan isə təhlükəli olduğundan kənara qoyulmuşdur. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütlələri 10 gün əvvəl “Samir” adlı şəxsin Bakı şəhəri, Nizami rayonu ərazisində verdiyini və həmin kütlələri sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə özü narkotik vasitə istifadəçisi olduğundan “Samir” adlı şəxsin ona gördüyü işin qarşılığında istifadəsi üçün narkotik vasitə verəcəyini, əvvəllər məhkum olunmadığını, həmçinin Nizami rayonunda yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə BNMİ-nin inzibati binasında xidməti iş otaqlarından birində, süni işıqlandırma şəraitində keçirilmiş, şəxsi axtarış və götürmə zamanı “Sony” markalı videokameradan istifadə edilməklə videoçəkiliş aparılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokola 1 ədəd DVD disk əlavə olunmuşdur (cild 1, iş vərəqə 29-30). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Nizami rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 30 yanvar 2022-ci il tarixdə saat 21:00-da Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, məhəllə 2405, ev 1 C ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmişdir. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 30 yanvar 2022-ci il tarixli qərara əsasən BNMİ-nin inzibati binasında xidməti iş otaqlarından birində videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan gödəkcəninin sağ yan cibindən 1 bükümdə tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan tiryəkə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 3 ədəd açar, 1 ədəd içərisində ***-***-**-** mobil nömrə olan “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs2 məxsus şəxsiyyət vəsiqəsi, 5315 9921 4509 3347 nömrəli plastik bank kartı və 10 qəpik pul aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş və tiryəkə bənzər kütlənin çəkisi qablaşdırma ilə birlikdə 109 qram olmuşdur. Sonra həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin üzərindən aşkar olunmuş “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs2 məxsus şəxsiyyət vəsiqəsi, 5315 9921 4509 3347 nömrəli plastik bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyi üçün bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 3 ədəd açar və 10 qəpik pul isə şübhəli şəxsə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı “Milad” adlı şəxsin vasitəsi ilə 20 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyiləcək şəxslərə çatdırması məqsədi ilə götürdüyünü, gördüyü işin qarşılığında “Milad" adlı şəxsin ona olan borcunu sildiyini və pul verdiyini, sonuncu dəfə “Qaroğlan” adlı şəxslə “Milad” adlı şəxsin göstərişi ilə 15 gün əvvəl və 10 gün əvvəl görüşərək sonuncuya narkotik maddələr verdiyini, “Milad" adlı şəxsi təxminən 1 ildən artıqdır ki, tanıdığını, təxminən 6 dəfə sonuncudan narkotik maddələr götürdüyünü, sonuncu dəfə isə 1 kq 500 qram heroin, 500 qram metafetamin götürdüyünü, üzərindən aşkar olunmuş plastik bank kartına 2.000 manat məbləğində narkotik maddələrin satışından əldə olunmuş pullar yükləndiyini, həmçinin özünün narkotik maddələrin aludəçisi olduğunu, bundan başqa ünvan 11 ünvanında da narkotik maddə saxladığını, həmin narkotik maddələri təqdim edə biləcəyini, mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazı olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə BNMİ-nin inzibati binasında xidməti iş otaqlarından birində süni işıqlandırma şəraitində keçirilmiş, şəxsi axtarış və götürmə zamanı “Sony” markalı videokameradan istifadə edilməklə videoçəkiliş aparılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol imzalarla təsdiq edilmiş, protoloka 1 ədəd DVD disk əlavə olunmuşdur (cild 1, iş vərəqə 69-70). Cinayət işinin materiallarında olan “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, ünvan 7 ünvanında narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Baxış və götürmə aparılması haqqında” 30 yanvar 2022-ci il tarixli qərara əsasən videoçəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edilərək sözü gedən mənzildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 mənzildə qonaq otağında taxta konstruksiyalı dolabın içərisindən 2 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, 5 ədəd bükümdə tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan tiryəkə bənzər kütləni, 1 ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 350 ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütləni və 2 ədəd elektron tərəzini təqdim edərək stolun üzərinə qoymuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlənin ümumilikdə çəkisi təxminən 1 kq 561 qram, tiryəkə bənzər kütlənin ümumilikdə çəkisi təxminən 2 kq 3 qram və narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 1 kq 406 qram olmuşdur. Daha sonra həmin kütlələr və 2 ədəd elektron tərəzi içərisi boş olan sellofan torbaların içərisinə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs1 yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzilərin özünə məxsus olduğunu, həmin kütlələri 10 gün əvvəl “Samir” adlı şəxsin Bakı şəhəri, Nizami rayonu ərazisində verdiyini və həmin kütlələri sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə özü narkotik vasitə istifadəçisi olduğundan “Samir” adlı şəxsin ona gördüyü işin qarşılığında istifadəsi üçün narkotik vasitə verəcəyini, “Samir” adlı şəxsin ***-***-**-** simkart nömrəsindən istifadə etdiyini, əvvəllər məhkum olunmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Baxış və götürmə təbii işıqlandırma şəraitdə keçirilmiş, baxış və götürmə zamanı “Sony” markalı videokameradan istifadə etməklə videoçəkiliş aparılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol imzalarla təsdiq edilmiş, protokola 1 ədəd DVD disk əlavə olunmuşdur (cild 1, iş vərəqə 34- 35). Cinayət işinin materiallarında olan “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, həmin ünvanda narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Baxış və götürmə aparılması haqqında” 30 yanvar 2022-ci il tarixli qərara əsasən videoçəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edilərək sözü gedən ünvanda olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 ünvan 12 ünvanında girişdən sol tərəfdə yerləşən mətbəxə keçərək orada olan taxta konstruksiyalı mətbəx dolabının içərisindən içərisində 1 bükümdə, ağ rəngli, kristalşəkilli, psixotrop maddə olan metafetaminə bənzər kütlə, 2 ədəd elektron tərəzi və açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olan 1 ədəd sellofan torbanı təqdim etmişdir. Aşkar edilmiş kütlələr çəkilərinin müəyyən edilməsi məqsədi ilə elektron tərəzidə çəkilmiş və qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi qablaşdırma ilə birlikdə 79 qram, metafetaminə bənzər kütlənin çəkisi qablaşdırma ilə birlikdə 1,06 qram olmuşdur. Sonra həmin kütlələr və 2 ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi mənzilin digər hissələrinə baxış keçirilmiş, qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və ya maddə, narkotik maddə, narkotik maddə qalıqları aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq təqdim etdiyi mənzildən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, metafetamini İran İslam Respublikası vətəndaşı “Milad” adlı şəxsin vasitəsi ilə 20 gün əvvəl, qurudulmuş marixuananı isə təxminən 6 ay əvvəl əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyiləcək şəxslərə çatdırması məqsədi ilə götürdüyünü, təqdim etdiyi mənzildə narkotik maddə saxlaması barədə heç kimin məlumatı olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, səmimi və doğru cavablar verdiyini bildirmişdir. Baxış və götürmə süni işıqlandırma şəraitdə keçirilmiş, baxış və götürmə zamanı “Samsung Galaxy” markalı mobil telefondan istifadə edilməklə videoçəkiliş aparılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol imzalarla təsdiq edilmiş, protokola 1 ədəd DVD disk əlavə olunmuşdur (cild 1, iş vərəqə 73-74). Cinayət işinin materiallarında olan “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan gödəkcənin sağ yan cibindən 1 ədəd bükümdə tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan tiryəkə bənzər kütləni, həmin gödəkcənin sol yan cibindən 1 ədəd bükümdə ağ rəngli, kristalşəkilli, psixotrop maddə olan metafetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilir və əynində olan şalvarın sol yan cibindən 1 ədəd içərisində ***-***-**-** nömrə olan “Redmi” markalı mobil telefon, 57 manat pul, 1 ədəd açar və 1 ədəd alışqan, həmin şalvarın sağ yan cibindən 1 ədəd içərisində ***-***-**-** nömrəsi olan “İphone” markalı mobil telefon və həmin şalvarın arxa sol cibindən 1 ədəd Təqsirləndirilən şəxs1 məxsus şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi tiryəkə və metafetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, tiryəkə bənzər kütlənin çəkisi 202 qram, metafetaminə bənzər kütlənin çəkisi 102 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Redmi” və 1 ədəd “İphone” markalı mobil telefon və 1 ədəd Təqsirləndirilən şəxs1 məxsus şəxsiyyət vəsiqəsi bu barədə sonuncuya izah verildikdən sonra götürülmüşdür. 1 ədəd açar və 57 manat pul isə Təqsirləndirilən şəxs1 geri qaytarılmış, 1 ədəd alışqan isə təhlükəli olduğundan kənara qoyulmuşdur. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütlələri 10 gün əvvəl “Samir” adlı şəxsin Bakı şəhəri, Nizami rayonu ərazisində ona verdiyini və həmin kütlələri sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə özü narkotik vasitə istifadəçisi olduğundan “Samir” adlı şəxsin ona gördüyü işin qarşılığında istifadəsi üçün narkotik vasitə verəcəyini, əvvəllər məhkum olunmadığını, həmçinin Nizami rayonunda yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 2, iş vərəqə 33-34). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, mənzilə baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edilmiş, sözü gedən mənzildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 mənzildə qonaq otağında taxta konstruksiyalı dolabın içərisindən 2 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, 5 ədəd bükümdə tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan tiryəkə bənzər kütləni, 1 ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 350 ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütləni və 2 ədəd elektron tərəzini təqdim edərək stolun üzərinə qoymuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilir. Heroinə bənzər kütlənin ümumilikdə çəkisi təxminən 1 kq 561 qram, tiryəkə bənzər kütlənin ümumilikdə çəkisi təxminən 2 kq 3 qram və narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 1 kq 406 qram olmuşdur. Daha sonra həmin kütlələr və 2 ədəd elektron tərəzi içərisi boş olan sellofan torbaların içərisinə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzəri şübhəli şəxs, müdafiəçi və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs1 yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzilərin özünə məxsus olduğunu, həmin kütlələri 10 gün əvvəl “Samir” adlı şəxsin Bakı şəhəri, Nizami rayonu ərazisində ona verdiyini və həmin kütlələri sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə özü narkotik vasitə istifadəçisi olduğundan “Samir” adlı şəxsin ona gördüyü işin qarşılığında istifadəsi üçün narkotik vasitə verəcəyini, “Samir” adlı şəxsin ***-***-**-** nömrəsindən istifadə etdiyini, əvvəllər məhkum olunmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 2, iş vərəqə 35-36). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan gödəkcənin sağ yan cibindən 1 bükümdə tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan tiryəkə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilir və əynində olan şalvarın sol yan cibindən 3 ədəd açar, 1 ədəd içərisində ***-***-**-** mobil nömrə olan “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs2 məxsus şəxsiyyət vəsiqəsi, **********093347 nömrəli plastik bank kartı və 10 qəpik pul aşkar olunaraq götürülür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmir. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi kütlə elektron tərəzidə çəkilir və tiryəkə bənzər kütlənin çəkisi qablaşdırma ilə birlikdə 109 qram olur. Sonra həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılır, möhürlənir, üzəri şübhəli şəxs, müdafiəçi və İştirakçılar tərəfindən imzalanır. Həmçinin üzərindən aşkar olunmuş “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs2 məxsus şəxsiyyət vəsiqəsi, **********093347 nömrəli plastik bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyi üçün bu barədə sonuncuya izah verildikdən sonra götürülür, 3 ədəd açar və 10 qəpik pul isə şübhəli şəxsə geri qaytarılır. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı “Milad” adlı şəxsin vasitəsi ilə 20 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyiləcək şəxslərə çatdırması məqsədi ilə götürdüyünü, gördüyü işin qarşılığında “Milad” adlı şəxsin ona olan borcunu sildiyini və pul verdiyini, sonuncu dəfə “Qaraoğlan” adlı şəxslə “Milad” adlı şəxsin göstərişi ilə 15 gün əvvəl və 10 gün əvvəl görüşərək sonuncuya narkotik maddələr verdiyini, “Milad” adlı şəxsi təxminən 1 ildən artıqdır ki, tanıdığını, təxminən 6 dəfə sonuncudan narkotik maddələr götürdüyünü, sonuncu dəfə isə 1 kq 500 qram heroin, 500 qram metafetamin götürdüyünü, üzərindən aşkar olunmuş plastik bank kartına 2000 manat məbləğində narkotik maddələrin satışından əldə olunmuş pullar yükləndiyini, həmçinin özünün narkotik maddələrin aludəçisi olduğunu, bundan başqa ünvan 11 ünvanında da narkotik maddə saxladığını, həmin narkotik maddələri təqdim edə biləcəyini, mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazı olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirir (cild 2, iş vərəqə 37-38). Cinayət işinin materiallarında olan “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edilərək mənzilində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 ünvan 11 ünvanında girişdən sol tərəfdə yerləşən mətbəxə keçərək orada olan taxta konstruksiyalı mətbəx dolabının içərisindən içərisində 1 bükümdə, ağ rəngli, kristalşəkilli, psixotrop maddə olan metafetaminə bənzər kütlə, 2 ədəd elektron tərəzi və açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olan 1 ədəd sellofan torbanı təqdim etmişdir. Aşkar edilmiş kütlələr çəkilərinin müəyyən edilməsi məqsədi ilə elektron tərəzidə çəkilir və qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi qablaşdırma ilə birlikdə 79 qram, metafetaminə bənzər kütlənin çəkisi qablaşdırma ilə birlikdə 1,06 qram olur. Sonra həmin kütlələr və 2 ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi mənzilin digər hissələrinə baxış keçirilmiş, qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, narkotik maddə və ya narkotik maddə qalıqları aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq təqdim etdiyi, mənzildən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, metafetamini İran İslam Respublikası vətəndaşı “Milad” adlı şəxsin vasitəsi ilə 20 gün əvvəl, qurudulmuş marixuananı isə təxminən 6 ay əvvəl əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyiləcək şəxslərə çatdırması məqsədi ilə götürdüyünü, təqdim etdiyi mənzildə narkotik maddə saxlaması barədə heç kimin məlumatı olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, səmimi və doğru cavablar verdiyini bildirmişdir (cild 2, iş vərəqə 39-40). Cinayət işinin materiallarında olan “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə 3.11.2021-ci il tarixdə saat 16:55:15-də ***-***-**-** mobil nömrədən “Salamelkum necesen qaqam saba gelcem bakya mene qend cay lazmdl pulun verem imkan varsa duz qos sene gelende super ot getrcem pay sene qaqam imkan daxli ismi aldlr naxdl qulun vercem xeber ed heci”, 4.11.2021-ci il tarixdə saat 09:22:36-da “Kohne ot halal xosun mene patl duz qos pulun verem”, xx.xx.2021-ci il tarixdə saat 23:48:37-də ***-***-**-** mobil nömrədən “Salam qaqasm mendə biraz duz var oturaq?”, xx.xx.2021-ci il tarixdə saat 23:14:23-də “Salam qardasimsan ureym yaman sixilir tebbi olsa meni br tusduluye qonağ ele” mesajını göndərdikləri müəyyən edilmişdir (cild 2, iş vərəqə 56). Cinayət işinin materiallarında olan “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı 15 yanvar 2022-ci il tarixdən 21 yanvar 2022-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs2 istifadə etdiyi 5315 9921 4509 3347 nömrəli plastik bank kartına hissə-hissə olmaqla xeyli miqdarda pul köçürüldüyü müəyyən edilmişdir (cild 2, iş vərəqə 74). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 yanvar 2022-ci il tarixli 6/606 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 təqdim etdiyi 1 ədəd bükümdə təmiz çəkisi 105,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Təqsirləndirilən şəxs2 baxış zamanı təqdim etdiyi 1 ədəd bükümdə təmiz çəkisi 0,786 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. 2 ədəd elektron tərəzidə psixotrop maddə olan metafetaminin izləri vardır. Metafetamin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və 1 ədəd bükümdə olan metafetamin ilə müqayisəli tədqiqatını aparmaq mümkün deyildir. Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metafetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Tiryək və metafetamin müxtəlif tərkibli maddələr olduğundan onlar arasında müqayisəli tədqiqatın aparılması mümkün deyildir (Qeyd: tiryəkin təmiz çəkisi 105 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 104,95 qram, metafetaminin təmiz çəkisi 0,786 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 0,736 qram, cild 1, iş vərəqə 81- 84). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 yanvar 2022-ci il tarixli 7/92 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 baxış zamanı təqdim etdiyi polietilen bağlamada təmiz çəkisi 70,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin kağız paketdə olan 2 ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur (Qeyd: marixuananın təmiz çəkisi 70 qram, tədqiqata sərf olundu 0,02 qram, qalıq 69,98 qram cild 1, iş vərəqə 87-89). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 yanvar 2022-ci il tarixli 7/91 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 aşkar olunmuş göy rəngli polietilen bağlamadakı 1 ədəd sellofan torbada təmiz çəkisi 1390 qram (1 kq 390 qram) olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 2 ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur (Qeyd: marixuananın təmiz çəkisi 1390 qram, tədqiqata sərf olundu 0,2 qram, qalıq 1389,8 qram cild 1, iş vərəqə 92-94). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 yanvar 2022-ci il tarixli 6/605 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 1 ədəd bükümdə təmiz çəkisi 200,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Digər 1 ədəd bükümdə təmiz çəkisi 100,0 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən aşkar olunmuş 2 ədəd sellofan bağlamada 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 925,0 qram, 580,0 qram, ümumi təmiz çəkisi 1505,0 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 680,0 qram, 575,0 qram, 440,0 qram, 200,0 qram, 85,0 qram, ümumi təmiz çəkisi 1980,0 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Təqdim edilmiş 6 ədəd bükümdə olan tiryək xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Təqdim olunmuş ümumi sayı 350 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 14,0 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir. Təqdim edilmiş həblər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. 2 ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və 2 ədəd bükümdə olan heroin ilə müqayisəli tədqiqatını aparmaq mümkün deyildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. Heroin və Tiryək 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metafetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: heroinin təmiz çəkisi 1505 qram, tədqiqata sərf olundu 0,1 qram, qalıq 1504,9 qram, metafetaminin təmiz çəkisi 100 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 99,95 qram, tiryəkin təmiz çəkisi 2180 qram, tədqiqata sərf olundu 0,03 qram, qalıq 2179,7 qram, metadon həblərinin ümumi sayı 350 ədəd, tədqiqata sərf olundu 20 ədəd, qalıq 330 ədəd, cild 1, iş vərəqə 97-100). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 mart 2022-ci il tarixli 6/958 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi №65” dairəvi möhür əksləri olan “6/605...31 yanvar 2022-ci il...” sözləri soyad və imza qeyd edilmiş 1 ədəd parça torbada və “6/606....31 yanvar 2022-ci il...” sözləri soyad və imza qeyd edilmiş 1 ədəd kağız paketdə olan 1 ədəd bükümdə təmiz çəkisi 99,95 qram olan metafetamin ilə 1 ədəd bükümdə təmiz çəkisi 0,736 qram olan metafetamin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. 6 ədəd bükümdə ümumi təmiz çəkisi 2179,7 qram olan tiryək ilə 1 ədəd bükümdə təmiz çəkisi 104,95 qram olan tiryək xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir (Qeyd: heroinin təmiz çəkisi 1505 qram, tədqiqata sərf olundu 0,1 qram, qalıq 1504,9 qram, metafetaminin təmiz çəkisi 100 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 99,95 qram, tiryəkin təmiz çəkisi 2180 qram, tədqiqata sərf olundu 0,03 qram, qalıq 2179,7 qram, metadon həblərinin ümumi sayı 350 ədəd, tədqiqata sərf olundu 20 ədəd, qalıq 330 ədəd, cild 2, iş vərəqə 84-87). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 yanvar 2022-ci il tarixli 7/91 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş bitki mənşəli obyektlərin (1№-li və 2№-li ob.) eyni tərkibli olub-olmadığını müəyyən etmək üçün botaniki (“ZEİSS” firmasının “Primo Star” markalı mikroskopu vasitəsilə) və xromatoqrafik - nazik xromatoqrafiya (NTX) tədqiqatlar aparılmışdır. Aparılmış bütün tədqiqatların nəticələrinə əsasən təqdim olunan 1 nömrəli və 2 nömrəli obyektlər tərkiblərində olan bitki elementlərinə, xromatoqrammada alınmış ləkələrin tündlüyünə, ölçülərinə əsasən tərkiblərinə görə eynidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş marixuanalar tərkiblərinə görə eynidir (Qeyd: marixuanaların təmiz çəkisi 1389,8 qram, 69,98 qram, tədqiqata sərf olundu 0,02 qram, qalıqlar 1389,78 qram, 69,96 qram cild 2, iş vərəqə 89-90). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi Ambulator X1 12 mart 2022-ci il tarixli 1264 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəricisi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 79-80). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi Ambulator X1 12 mart 2022-ci il tarixli 1267 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 eyni zamanda bir neçə narkotik vasitələrin və digər psixoaktiv maddələr qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunmuşdur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəricisi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 2, iş vərəqə 81-82). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək onlara narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı evdən aşkar olunmuş tədqiqata sərf edildikdən sonra qalıq çəkiləri 104,95 qram olan narkotik vasitə tiryək, 0,736 qram olan psixotrop maddə metafetamin, 69,96 qram olan narkotik vasitə qurudulmuş marixuana, 1389,78 qram olan narkotik vasitə qurudulmuş marixuana, 1979,9 qram olan narkotik vasitə tiryək, 99,95 qram olan psixotrop maddə metafetamin, 1504,9 qram olan narkotik vasitə heroin, 330 ədəd olan narkotik vasitə metadon həbləri və 4 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs2 istifadə etdiyi 5315 9921 4509 3347 nömrəli plastik bank kartı və 4 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqə 121-144). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqə 15). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 20 noyabr 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib şərti maliyyə vahidinin 3000 misli miqdarında cərimə cəzasına məhkum edilmişdir (cild 2, iş vərəqə 16-17). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin müddəalarına əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmişdir Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə düzgün tövsif edilmişdir. Onlar həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, habelə təyin olunan cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 30 yanvar 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 20). Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 30 yanvar 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 60). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nizami rayon məhkəməsinin 1 fevral 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 30 yanvar 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 158-163). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nizami rayon məhkəməsinin 1 fevral 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 30 yanvar 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 164-168). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər, həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduqları 30 yanvar 2022-ci il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 417 manata görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 208,5 manat tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxslərə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkiləri 104,95 qram olan narkotik vasitə tiryək, 0,736 qram olan psixotrop maddə metafetamin, 69,96 qram olan narkotik vasitə qurudulmuş marixuana, 1389,78 qram olan narkotik vasitə qurudulmuş marixuana, 1979,9 qram olan narkotik vasitə tiryək, 99,95 qram olan psixotrop maddə metafetamin, 1504,9 qram olan narkotik vasitə heroin, 330 ədəd olan narkotik vasitə metadon həbləri və 4 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -Təqsirləndirilən şəxs2 istifadə etdiyi 5315 9921 4509 3347 nömrəli plastik bank kartı hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılmalı, -4 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i:
1. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 30 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.
2. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 30 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 417 manata görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 208,5 manat tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərilərindən və yaşadıqları evdən aşkar olunmuş tədqiqata sərf edildikdən sonra qalıq çəkiləri 104,95 qram olan narkotik vasitə tiryək, 0,736 qram olan psixotrop maddə metafetamin, 69,96 qram olan narkotik vasitə qurudulmuş marixuana, 1389,78 qram olan narkotik vasitə qurudulmuş marixuana, 1979,9 qram olan narkotik vasitə tiryək, 99,95 qram olan psixotrop maddə metafetamin, 1504,9 qram olan narkotik vasitə heroin, 330 ədəd olan narkotik vasitə metadon həbləri və 4 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -Təqsirləndirilən şəxs2 istifadə etdiyi 5315 9921 4509 3347 nömrəli plastik bank kartı hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılsın, -4 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək onlara narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsınlar. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.