Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1252/2024 10.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, müdafiəçilər - Bakı şəhəri 14 Vəkil Bürosunun vəkili Müdafiəçi1, 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 iştirakı ilə xx xxxxxx 1977-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər Daxili İşlər Nazirliyinin 7-ci idarəsinin əməliyyat müvəkkili vəzifəsində işləmiş, hazırda təqaüdçü, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci maddələri ilə, xx xxxxx 1966-cı il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, iqtisad elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisad institutunun icraçı direktoru vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respubikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci maddələri ilə, 05 avqust 1984-cü il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, qeyri-rəsmi nigah münasibətində olan, orta təhsilli, fərdi əməklə məşgul olan, əvvəllər məhkum olunmamış, İmişli rayonu X.Bəylərov küçəsi, ev 23 ünvanda qeydiyyatda olmaqla İmişli rayonu, 20 Yanvar küçəsində nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respubikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 ünvan 4 ünvanında yerləşən “Elm və Təhsil Mərkəzi Təfəkkür” Universitetinin rektoru vəzifəsində işləyərkən Universitetin digər təsisçisi - Elmi işlər üzrə prorektor vəzifəsində çalışan 1942-ci il təvəllüdlü Zərərçəkmiş şəxs onun haqqında rektor kimi fəaliyyəti dövründə qanun pozuntularına yol verməsi barədə məlumatlar yaymaqla nüfuzdan salmasına və təsisçilərin yığıncağında onun yerinə rektor seçilməyə nail olmağa çalışması səbəbindən sonuncunu özü üçün işgüzar nüfuzuna və vəzifədə qalmasına maneə kimi qəbul edib qisas motivi ilə Zərərçəkmiş şəxs öldürülməsini sifariş vermək qərarına gəlmiş, bu məqsədlə 2011-ci ilin avqust ayı ərzində bir neçə dəfə məlum olmayan tarixlərdə özünün iş yeri olan “Elm və Təhsil Mərkəzi Təfəkkür” Universitetində və yaşadığı ünvan 5 ünvanında, sonuncu dəfə isə 15 sentyabr 2011-ci il tarixdə saat 22 radələrində sonuncu ünvanda bacısı övladı Təqsirləndirilən şəxs2 ilə görüşlərində Zərərçəkmiş şəxs onun rektor vəzifəsində qalmasına təhlükə olmasından gileylənmiş, habelə Təqsirləndirilən şəxs2 “Təfəkkür” Universitetini müvəfəqiyyətlə bitirməsinə, Daxili İşlər Nazirliyinin Xüsusi Əməliyyat - Axtarış Tədbirləri Baş idarəsində işə qəbul edilməsinə, ailə qurmasına və mənzil əldə etməsinə kömək etməsinə dəstək verməsi, mütəmadi olaraq ehtiyacı olduğu müxtəlif məbləğlərdə pul vəsaitlərini əvəzsiz olaraq Təqsirləndirilən şəxs2 verdiyini nəzərə alıb sonuncunun onun sözündən çıxmayacağına arxayın olaraq, həmçinin gələcəkdə də özü tərəfindən maddi və mənəvi dəstəyin həmişə davam edəcəyini vəd verərək Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs avtomobillə vurmaq və ya başından küt əşya ilə vuraraq, yaxud hər hansı digər üsulla öldürməsini təkidlə təklif etmişdir. Təqsirləndirilən şəxs2 dayısı Təqsirləndirilən şəxs1 özünün “böyüyü” və “ağsaqqalı” kimi qəbul etdiyindən, habelə ona həmişə qarşılıqsız həm maddi, həm də mənəvi dəstək verdiyini və gələcəkdə də bu dəstəyin (maddi təminatın) davam edəcəyini nəzərə alaraq Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs öldürmək barədə sifarişini qəbul edib cinayəti bilavasitə icra etməyi öz öhdəsinə götürmüşdür. Növbəti günlərdə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxsla aralarında şəxsi tanışlıq münasibətlərinin olduğuna görə cinayəti bilavasitə icra edəcəyi halda sonuncunun onu tanıdığını və bununla da Zərərçəkmiş şəxs öldürməklə bağlı planının pozulacağından ehtiyat etdiyinə görə dayısı Təqsirləndirilən şəxs1lə aralarında razılaşdırılmış plandan kənara çıxmaqla (yəni qəsdi bilavasitə özünün icra edəcəyini öhdəsinə götürdüyü halda, onun icrasının digər şəxsə həvalə edilməsi) sonuncunun iradəsindən kənar və xəbərsiz 2011-ci ilin sentyabr ayının ilk günlərində - istintaqa məlum olmayan tarixdə yaxın müasibətdə olduğu tanışı və həmyerlisi Təqsirləndirilən şəxs3 ilə Bakı şəhəri Tbilisi prospekti ilə Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinin yaxınlığında görüşüb, sonuncuya Zərərçəkmiş şəxs öldürməyi təklif etmiş və bunun qarşılığında Təqsirləndirilən şəxs3 həmin dövrün rəsmi məzənnəsi ilə 31.468 AZN təşkil edən 40.000 ABŞ dolları pul vəsaiti verməyə, habelə gələcəkdə maddi və mənəvi dəstək olmağa razılaşmışdır. Təqsirləndirilən şəxs3 qətlin Təqsirləndirilən şəxs1 tərəfindən sifariş verildiyini bilmədən, sifarişin Təqsirləndirilən şəxs2 aid olduğunu yəqin edərək sonuncu ilə razılaşmış və törədiləcək qətlin detalları barədə, yəni cinayətin törədilməsi üsulu, yeri və şəraitini dəqiqləşdirmək məqsədilə ertəsi gün saat 04 radələrində Təqsirləndirilən şəxs2 onu Zərərçəkmiş şəxs hər səhər idman etdiyi ünvan 6 ünvanın qarşısında yerləşən idman meydançasına aparmış, həmin vaxt idman meydançasında olan Zərərçəkmiş şəxs uzaqdan ona göstərmiş, Zərərçəkmiş şəxs hər gün saat 04-05 radələrində həmin meydançada idman etməsi, yaşadığı bina barədə məlumatları bildirmiş və cinayətin törədilməsində istifadə etməsi üçün öz avtomobilində saxladığı cinayətin aləti olan bir ədəd uzunluğu 77.5 sm, diametri 2.5 sm olan paslanmış dəmir boru parçasını Təqsirləndirilən şəxs3 vermişdir. Növbəti, təxminən 10 gün ərzində Təqsirləndirilən şəxs3 hər gün saat 04-05 radələrində Zərərçəkmiş şəxs hər səhər idman etdiyi ünvan 7 ünvanın qarşısında yerləşən idman meydançasına gedərək Təqsirləndirilən şəxs2 ona verdiyi dəmir boru parçası ilə sonuncunu öldürmək üçün tək olması fürsətini güdsə də, bu baş tutmadıqda (bəzi günlərdə sonuncunun ümumiyyətlə gəzintiyə çıxmaması, bəzi günlərdə isə yanında başqa şəxslərin olması səbəbindən) nəhayət 16 sentyabr 2011-ci il tarixdə saat 04 radələrində istintaqla müəyyən edilməmiş taksi ilə Yasamal rayonu Mirəli Seyidov və İsfəndiyar Zülalov küçələrinin kəsişməsinə gələrək avtomaşından düşüb Zərərçəkmiş şəxs idman etdiyi ünvan 7 ünvanın qarşısında yerləşən idman meydançasına doğru piyada addımlayaraq, idman meydançasının girişində yerləşən qarajların yaxınlığında gizlənərək Zərərçəkmiş şəxs meydançaya gəlməsini və sonuncunu təklikdə yaxalaması fürsətini gözləmiş və saat 05:30 radələrində Zərərçəkmiş şəxs idman meydançasına daxil olduğunu görüb, cinayəti qüsursuz icra etmək məqsədilə onun meydançanın daxilində asta sürətlə qaçışa başlayaraq gəlib onun gizləndiyi yerdən keçməsindən dərhal sonra, ətrafın səssiz olması və kənar şəxslərin olmamasını əlverişli fürsət bilib gizləndiyi yerdən çıxaraq arxa tərəfdən Zərərçəkmiş şəxs hücum edib əvvəlcə dəmir boru ilə Zərərçəkmiş şəxs baş, zərbənin təsirindən sonuncu üzü üstə yerə yıxıldıqdan sonra isə baş və kürək nahiyyələrinə ardıcıl olaraq ən azı dörd dəfə zərbələr endirib başın tüklü hissəsinin arxa təpə-ənsə nahiyəsinin əzilmiş yarası və qansızması, arxa təpə-ənsə sümüklərinin ortadan çoxqəlpəli sınığı, həmin nahiyədən kəllə tağı və əsası sümüklərinin uzanan çoxsaylı sınıq xəttləri, baş beyin qişalarına, maddəsinə və mədəciklərinə qansızma, baş beynin kəskin ödemi, beyin yarımkürələrinin arxa təpə-ənsə nahiyyələrinin qəlpəli sınıq proyeksiyasında əzilməsi ilə müşayiət olunub kəskin baş beyin ödemi səbəbindən ölümlə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən və gövdənin arxa səthinin 3 ədəd səthi qançırları ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək Zərərçəkmiş şəxs qəsdən öldürmüş və cinayətin alətini idman meydançasının yanında yerləşən kimsəsiz əraziyə tullayaraq hadisə yerindən qaçmışdır. Təqsirləndirilən şəxs2 dayısı Təqsirləndirilən şəxs1 ünvan 8 ünvanında yerləşən “Elm və Təhsil Mərkəzi Təfəkkür” Universitetinin rektoru vəzifəsində işləyərkən Universitetin digər təsisçisi - Elmi işlər üzrə prorektor vəzifəsində çalışan 1942-ci il təvəllüdlü Zərərçəkmiş şəxs onun haqqında rektor kimi fəaliyyəti dövründə qanun pozuntularına yol verməsi barədə məlumatlar yaymaqla nüfuzdan salmasına və təsisçilərin yığıncağında onun yerinə rektor seçilməyə nail olmağa çalışması səbəbindən sonuncunu özü üçün işgüzar nüfuzuna və vəzifədə qalmasına maneə kimi qəbul edib qisas motivi ilə Zərərçəkmiş şəxs öldürülməsini sifariş vermək qərarına gəlmiş, bu məqsədlə 2011-ci ilin avqust ayı ərzində bir neçə dəfə məlum olmayan tarixlərdə özünün iş yeri olan “Elm və Təhsil Mərkəzi Təfəkkür” Universitetində və yaşadığı ünvan 9 ünvanında, sonuncu dəfə isə 15 sentyabr 2011-ci il tarixdə saat 22 radələrində sonuncu ünvanda Təqsirləndirilən şəxs2 ilə görüşlərində Zərərçəkmiş şəxs onun rektor vəzifəsində qalmasına təhlükə olmasından gileylənmiş, habelə Təqsirləndirilən şəxs2 “Təfəkkür” Universitetini müvəfəqiyyətlə bitirməsinə, Daxili İşlər Nazirliyinin Xüsusi Əməliyyat - Axtarış Tədbirləri Baş idarəsində işə qəbul edilməsinə, ailə qurmasına və mənzil əldə etməsinə kömək etməsinə dəstək verməsi, mütəmadi olaraq ehtiyacı olduğu müxtəlif məbləğlərdə pu! vəsaitlərini əvəzsiz olaraq Təqsirləndirilən şəxs2 verdiyini nəzərə alıb sonuncunun onun sözündən çıxmayacağına arxayın olaraq, həmçinin gələcəkdə də özü tərəfindən maddi və mənəvi dəstəyin həmişə davam edəcəyini vəd verərək Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs avtomobillə vurmaq və ya başından küt əşya ilə vuraraq, yaxud hər hansı digər üsulla öldürməsini təkidlə təklif etmişdir.Təqsirləndirilən şəxs2 dayısı Təqsirləndirilən şəxs1 özünün “böyüyü” və “ağsaqqalı” kimi qəbul etdiyindən, habelə ona həmişə qarşılıqsız həm maddi, həm də mənəvi dəstək verdiyini və gələcəkdə də bu dəstəyin (maddi təminatın) davam edəcəyini nəzərə alaraq Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs öldürmək barədə sifarişini qəbul edib cinayəti bilavasitə icra etməyi öz öhdəsinə götürmüşdür. Növbəti günlərdə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxsla aralarında şəxsi tanışlıq münasibətlərinin olduğuna görə cinayəti bilavasitə icra edəcəyi halda sonuncunun onu tanıdığını və bununla da Zərərçəkmiş şəxs öldürməklə bağlı planının pozulacağından ehtiyat etdiyinə görə dayısı Təqsirləndirilən şəxs1lə aralarında razılaşdırılmış plandan kənara çıxmaqla (yəni qəsdi bilavasitə özünün icra edəcəyini öhdəsinə götürdüyü halda, onun icrasının digər şəxsə həvalə edilməsi) sonuncunun iradəsindən kənar və xəbərsiz 2011-ci ilin sentyabr ayının ilk günlərində - istintaqa məlum olmayan tarixdə yaxın müasibətdə olduğu tanışı və həmyerlisi Təqsirləndirilən şəxs3 ilə Bakı şəhəri Tbilisi prospekti ilə Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinin yaxınlığında görüşüb,sonuncuya Zərərçəkmiş şəxs öldürməyi təklif etmiş və bunun qarşılığında Təqsirləndirilən şəxs3 həmin dövrün rəsmi məzənnəsi ilə 31.468 AZN təşkil edən 40.000 ABŞ dolları pul vəsaiti verməyə, habelə gələcəkdə maddi və mənəvi dəstək olmağa razılaşmışdır.Təqsirləndirilən şəxs3 qətlin Təqsirləndirilən şəxs1 tərəfindən sifariş verildiyini bilmədən, sifarişin Təqsirləndirilən şəxs2 aid olduğunu yəqin edərək sonuncu ilə razılaşmış və törədiləcək qətlin detalları barədə, yəni cinayətin törədilməsi üsulu, yeri və şəraitini dəqiqləşdirmək məqsədilə ertəsi gün saat 04 radələrində Təqsirləndirilən şəxs2 onu Zərərçəkmiş şəxs hər səhər idman etdiyi ünvan 10 ünvanın qarşısında yerləşən idman meydançasına aparmış, həmin vaxt idman meydançasında olan Zərərçəkmiş şəxs uzaqdan ona göstərmiş, Zərərçəkmiş şəxs hər gün saat 04 - 05 radələrində həmin meydançada idman etməsi, yaşadığı bina barədə məlumatları bildirmiş və cinayətin törədilməsində istifadə etməsi üçün öz avtomobilində saxladığı cinayətin aləti olan bir ədəd uzunluğu 77.5 sm, diametri 2.5 sm olan paslanmış dəmir boru parçasını Təqsirləndirilən şəxs3 vermişdir.Növbəti, təxminən 10 gün ərzində Təqsirləndirilən şəxs3 hər gün saat 04 - 05 radələrində Zərərçəkmiş şəxs hər səhər idman etdiyi ünvan 7 ünvanın qarşısında yerləşən idman meydançasına gedərək Təqsirləndirilən şəxs2 ona verdiyi dəmir boru parçası ilə sonuncunu öldürmək üçün tək olması fürsətini güdsə də, bu baş tutmadıqda (bəzi günlərdə sonuncunun ümumiyyətlə gəzintiyə çıxmaması, bəzi günlərdə isə yanında başqa şəxslərin olması səbəbindən) nəhayət 16 sentyabr 2011-ci il tarixdə saat 04 radələrində istintaqla müəyyən edilməmiş taksi ilə Yasamal rayonu Mirəli Seyidov və İsfəndiyar Zülalov küçələrinin kəsişməsinə gələrək avtomaşından düşüb Zərərçəkmiş şəxs idman etdiyi ünvan 10 ünvanın qarşısında yerləşən idman meydançasına doğru piyada addımlayaraq, idman meydançasının girişində yerləşən qarajların yaxınlığında gizlənərək Zərərçəkmiş şəxs meydançaya gəlməsini və sonuncunu təklikdə yaxalaması fürsətini gözləmiş və saat 05:30 radələrində Zərərçəkmiş şəxs idman meydançasına daxil olduğunu görüb, cinayəti qüsursuz icra etmək məqsədilə onun meydançanın daxilində asta sürətlə qaçışa başlayaraq gəlib onun gizləndiyi yerdən keçməsindən dərhal sonra, ətrafın səssiz olması və kənar şəxslərin olmamasını əlverişli fürsət bilib gizləndiyi yerdən çıxaraq arxa tərəfdən Zərərçəkmiş şəxs hücum edib əvvəlcə dəmir boru ilə Zərərçəkmiş şəxs baş, zərbənin təsirindən sonuncu üzü üstə yerə yıxıldıqdan sonra isə baş və kürək nahiyyələrinə ardıcıl olaraq ən azı dörd dəfə zərbələr endirib başın tüklü hissəsinin arxa təpə-ənsə nahiyəsinin əzilmiş yarası və qansızması, arxa təpə-ənsə sümüklərinin ortadan çoxqəlpəli sınığı, həmin nahiyədən kəllə tağı və əsası sümüklərinin uzanan çoxsaylı sınıq xəttləri, baş beyin qişalarına, maddəsinə və mədəciklərinə qansızma, baş beynin kəskin ödemi, beyin yarımkürələrinin arxa təpə-ənsə nahiyyələrinin qəlpəli sınıq proyeksiyasında əzilməsi ilə müşayiət olunub kəskin baş beyin ödemi səbəbindən ölümlə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən və gövdənin arxa səthinin 3 ədəd səthi qançırları ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək Zərərçəkmiş şəxs qəsdən öldürmüş və cinayətin alətini idman meydançasının yanında yerləşən kimsəsiz əraziyə tullayaraq hadisə yerindən qaçmışdır. Təqsirləndirilən şəxs3 yaxın müasibətdə olduğu tanışı və həmyerlisi Təqsirləndirilən şəxs2 dayısı Təqsirləndirilən şəxs1 ünvan 8 ünvanında yerləşən “Elm və Təhsil Mərkəzi Təfəkkür” Universitetinin rektoru vəzifəsində işləyərkən Universitetin digər təsisçisi - Elmi işlər üzrə prorektor vəzifəsində çalışan 1942-ci il təvəllüdlü Zərərçəkmiş şəxs onun haqqında rektor kimi fəaliyyəti dövründə qanun pozuntularına yo! verməsi barədə məlumatlar yaymaqla nüfuzdan salmasına və təsisçilərin yığıncağında onun yerinə rektor seçilməyə nail olmağa çalışması səbəbindən sonuncunu özü üçün işgüzar nüfuzuna və vəzifədə qalmasına maneə kimi qəbul edib qisas motivi ilə Zərərçəkmiş şəxs öldürülməsini sifariş vermək qərarına gəlmiş, bu məqsədlə 2011-ci ilin avqust ayı ərzində bir neçə dəfə məlum olmayan tarixlərdə özünün iş yeri olan “Elm və Təhsil Mərkəzi Təfəkkür” Universitetində və yaşadığı ünvan 9 ünvanında, sonuncu dəfə isə 15 sentyabr 2011-ci il tarixdə saat 22 radələrində sonuncu ünvanda Təqsirləndirilən şəxs2 ilə görüşlərində Zərərçəkmiş şəxs onun rektor vəzifəsində qalmasına təhlükə olmasından gileylənmiş, habelə Təqsirləndirilən şəxs2 “Təfəkkür” Universitetini müvəfəqiyyətlə bitirməsinə, Daxili İşlər Nazirliyinin Xüsusi Əməliyyat - Axtarış Tədbirləri Baş idarəsində işə qəbul edilməsinə, ailə qurmasına və mənzil əldə etməsinə kömək etməsinə dəstək verməsi, mütəmadi olaraq ehtiyacı olduğu müxtəlif məbləğlərdə pul vəsaitlərini əvəzsiz olaraq Təqsirləndirilən şəxs2 verdiyini nəzərə alıb sonuncunun onun sözündən çıxmayacağına arxayın olaraq, həmçinin gələcəkdə də özü tərəfindən maddi və mənəvi dəstəyin həmişə davam edəcəyini vəd verərək Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs avtomobillə vurmaq və ya başından küt əşya ilə vuraraq, yaxud hər hansı digər üsulla öldürməsini təkidlə təklif etmişdir. Təqsirləndirilən şəxs2 dayısı Təqsirləndirilən şəxs1 özünün “böyüyü” və “ağsaqqalı” kimi qəbul etdiyindən, habelə ona həmişə qarşılıqsız həm maddi, həm də mənəvi dəstək verdiyini və gələcəkdə də bu dəstəyin (maddi təminatın) davam edəcəyini nəzərə alaraq Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs öldürmək barədə sifarişini qəbul edib cinayəti bilavasitə icra etməyi öz öhdəsinə götürmüşdür. Növbəti günlərdə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxsla aralarında şəxsi tanışlıq münasibətlərinin olduğuna görə cinayəti bilavasitə icra edəcəyi halda sonuncunun onu tanıdığını və bununla da Zərərçəkmiş şəxs öldürməklə bağlı planının pozulacağından ehtiyat etdiyinə görə dayısı Təqsirləndirilən şəxs1lə aralarında razılaşdırılmış plandan kənara çıxmaqla (yəni qəsdi bilavasitə özünün icra edəcəyini öhdəsinə götürdüyü halda, onun icrasının digər şəxsə həvalə edilməsi) sonuncunun iradəsindən kənar və xəbərsiz 2011-ci ilin sentyabr ayının ilk günlərində - istintaqa məlum olmayan tarixdə Təqsirləndirilən şəxs3 ilə Bakı şəhəri Tbilisi prospekti ilə Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinin yaxınlığında görüşüb, sonuncuya Zərərçəkmiş şəxs öldürməyi təklif etmiş və bunun qarşılığında Təqsirləndirilən şəxs3 həmin dövrün rəsmi məzənnəsi ilə 31.468 AZN təşkil edən 40.000 ABŞ dolları pul vəsaiti verməyə, habelə gələcəkdə maddi və mənəvi dəstək olmağa razılaşmışdır.Təqsirləndirilən şəxs3 qətlin Təqsirləndirilən şəxs1 tərəfindən sifariş verildiyini bilmədən, sifarişin Təqsirləndirilən şəxs2 aid olduğunu yəqin edərək sonuncu ilə razılaşmış və törədiləcək qətlin detalları barədə, yəni cinayətin törədilməsi üsulu, yeri və şəraitini dəqiqləşdirmək məqsədilə ertəsi gün saat 04 radələrində Təqsirləndirilən şəxs2 onu Zərərçəkmiş şəxs hər səhər idman etdiyi ünvan 10 ünvanın qarşısında yerləşən idman meydançasına aparmış, həmin vaxt idman meydançasında olan Zərərçəkmiş şəxs uzaqdan ona göstərmiş, Zərərçəkmiş şəxs hər gün saat 04 - 05 radələrində həmin meydançada idman etməsi, yaşadığı bina barədə məlumatları bildirmiş və cinayətin törədilməsində istifadə etməsi üçün öz avtomobilində saxladığı cinayətin aləti olan bir ədəd uzunluğu 77.5 sm, diametri 2.5 sm olan paslanmış dəmir boru parçasını Təqsirləndirilən şəxs3 vermişdir.Növbəti, təxminən 10 gün ərzində Təqsirləndirilən şəxs3 hər gün saat 04 - 05 radələrindəZərərçəkmiş şəxs hər səhər idman etdiyi ünvan 11 ünvanın qarşısında yerləşən idman meydançasına gedərək Təqsirləndirilən şəxs2 ona verdiyi dəmir boru parçası ilə sonuncunu öldürmək üçün tək olması fürsətini güdsə də, bu baş tutmadıqda (bəzi günlərdə sonuncunun ümumiyyətlə gəzintiyə çıxmaması, bəzi günlərdə isə yanında başqa şəxslərin olması səbəbindən) nəhayət 16 sentyabr 2011-ci il tarixdə saat 04 radələrində istintaqla müəyyən edilməmiş taksi ilə Yasamal rayonu Mirəli Seyidov və İsfəndiyar Zülalov küçələrinin kəsişməsinə gələrək avtomaşından düşüb Zərərçəkmiş şəxs idman etdiyi ünvan 10 ünvanın qarşısında yerləşən idman meydançasına doğru piyada addımlayaraq, idman meydançasının girişində yerləşən qarajların yaxınlığında gizlənərək Zərərçəkmiş şəxs meydançaya gəlməsini və sonuncunu təklikdə yaxalaması fürsətini gözləmiş və saat 05:30 radələrində Zərərçəkmiş şəxs idman meydançasına daxil olduğunu görüb, cinayəti qüsursuz icra etmək məqsədilə onun meydançanın daxilində asta sürətlə qaçışa başlayaraq gəlib onun gizləndiyi yerdən keçməsindən dərhal sonra, ətrafın səssiz olması və kənar şəxslərin olmamasını əlverişli fürsət bilib gizləndiyi yerdən çıxaraq arxa tərəfdən Zərərçəkmiş şəxs hücum edib əvvəlcə dəmir boru ilə Zərərçəkmiş şəxs baş, zərbənin təsirindən sonuncu üzü üstə yerə yıxıldıqdan sonra isə baş və kürək nahiyyələrinə ardıcıl olaraq ən azı dörd dəfə zərbələr endirib başın tüklü hissəsinin arxa təpə-ənsə nahiyəsinin əzilmiş yarası və qansızması, arxa təpə-ənsə sümüklərinin ortadan çoxqəlpəli sınığı, həmin nahiyədən kəllə tağı və əsası sümüklərinin uzanan çoxsaylı sınıq xəttləri, baş beyin qişalarına, maddəsinə və mədəciklərinə qansızma, baş beynin kəskin ödemi, beyin yarımkürələrinin arxa təpə-ənsə nahiyyələrinin qəlpəli sınıq proyeksiyasında əzilməsi ilə müşayiət olunub kəskin baş beyin ödemi səbəbindən ölümlə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən və gövdənin arxa səthinin 3 ədəd səthi qançırları ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək aldığı sifarişi bilavasitə icra edib Zərərçəkmiş şəxs sifarişlə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 120.2.5-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, özünü CM-in 120.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisəni 2011-ci ildə avqustun 16-da törətmişdir. Dəyanətlə uşaqlıq dostudur. Hadisəni törətməyi ona Dəyanət tapşırmışdır. Dəyanət söhbət zamanı özünün şəxsi probleminin olduğunu və mərhum Zərərçəkmiş şəxs qorxutmaq məqsədi ilə ona xəsarət yetirmək lazım olduğunu bildirmişdir. Dəyanət bildirmişdir ki, bir nəfər onu işdən çıxarmaq adı ilə təhdid edir. Dəyanət ona həmin adamın ad soyadını hansı vəzifədə işlədiyini bildirməmişdir. Bundan sonra Dəyanət onu apararaq hadisəni törədəcəyi yeri göstərmişdir. Dəyanət həmin yeri göstərərək Zərərçəkmiş şəxs mütəmadi olaraq səhər saat 4-5 radələrində idman etmək üçün ora gəldiyini söyləmişdir. Dəyanət həmin adamı vurmaq lazım olduğunu bunun üçün də dəmir boru vermişdir. O, Dəyanətin göstərdiyi yerə təxminən 15 gün ərzində gedib-gəlmiş, oranı müşaiət etmişdir. Zərərçəkmiş şəxs həmin idman meydançasına bir şəxslə gəlib idmanla məşğul olmuş, lakin hadisə günü tək gəlmişdr. Həmin gün orada heç kəs olmamışdır. Saat 4-5 radələrində idman meydançasında qarajların olduğu yerdə gəlib gözləmiş Zərərçəkmiş şəxs onun yanından keçən zaman arxa tərəfdən başından dəmirlə 2 dəfə vurmuşdur. Zərərçəkmiş şəxs vurduqda sonuncu yerə yıxılmış, o da oradan qaçaraq uzaqlaşıb yaşadığı İmişli rayonuna getmişdir. Daha sonra Dəyanətə tapşırdığı adamı vurduğunu bildirmiş Dəyanət də təşəkkür etmişdir. Dəyanət bunun müqabilində ona nə maddi, nə də hər hansı heç bir vəd verməmişdir. Bu işə görə Dəyanətdən heç vaxt pul istəməmiş onu polisə məlumat verəcəyi barədə təhdid etməmişdir. Sadəcə Dəyanətlə aralarında olan münasibətə görə sözün yerə salmamışdır. Hadisədən sonra Dəyanətlə cəmi 1 dəfə görüşmüşlər. Dəyanət ona sadəcə hadisədən sonrakı 10 gün ərzində cəmi 200-300 manat məbləğlərində xərclik üçün pul vermişdir. Təqsirləndirilən şəxs1 barəsində Dəyanətlə aralarında ümumiyyətlə heç bir söhbət olmamışdır. Dəyanət bu barədə ona heç nə deməmişdir. Onun Təqsirləndirilən şəxs1 hadisədəki rolu barədə 2-3 il sonra məlumatı olmuşdur. Dəyanət yeyib içdikləri zaman içkili halda dayısı Müşviqin Zərərçəkmiş şəxs vurmaq barədə tapşırdığını demişdir. O, 12 il ərzində Təqsirləndirilən şəxs1 şəxsən tanımamışdır. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 120.2.5-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli hesab edərək ifadələrində bildirmişdir ki, mərhum Zərərçəkmiş şəxs 2011-ci ildə öldürmüşdür, belə ki, uşaqlıq dostu Təqsirləndirilən şəxs2 hadisədən təxminən 10-15 gün əvvəl onunla ikilikdə Nəqliyyat Nazirliyinin yaxınlığındakı “Qala” restoranında görüşmüş, Tariyel adlı bir nəfər yaşlı şəxs ilə aralarında narazılıq olduğunu və onu öldürmək lazım olduğunu bildirərək ona Tariyeli öldürmək müqabilində 40.000 ABŞ dolları verəcəyini təklif etmişdir. O, Dəyanətə “dostuq, əgər sənə problem yaradırsa öldürərəm” deyib razılaşmışdır. Razılaşmaya əsasən pul hadisədən sonra bir dəfəyə verilməli imiş. Ertəsi gün saat 04-05 radələrində Dəyanət onu Dərnəgül tərəfdə yerləşən, qaldığı “Titanik” oteldən götürüb birlikdə hadisə yeri olan idman meydançasına aparmış, orada Tariyeli ilk dəfə ona göstərib hər gün eyni qayda üzrə eyni saatda oraya gəldiyini bildirmişdir. Həmin vaxt Tariyelin yanında özündən balacaboy başqa bir şəxs də olmuşdur. Bundan sonra Dəyanət cinayəti törətmək üçün özünün avtomobildən bir ədəd dairəvi, uzun, paslı, dəmir borunu gətirib ona verərək Tariyelin şəkər xəstəsi olduğunu, bir dəfə həmin boru ilə vursa öləcəyini bildirmişdir. Bundan sonrakı günlərdə təxminən 8-10 gün ardıcıl o, təkcə hadisə yeri olan idman meydançasına eyni saatlarda - subh saat 04 - 05 radələrində gedib Tariyeli güdməyə başlamış, əynindəki idman şalvarının içərisindən əli ilə Dəyanətin ona verdiyi cinayətin aləti olan dəmir borunu tutub hərəkət etdirmişdir. Nəhayət 16 sentyabr 2023-cü ildə saat 04-05 radələrində qarajlar tərəfdə dayanıb Tariyeli güdərkən Tariyelin təkcə meydançaya gəlib gəzişməyə başladığını görüb fürsət olduğunu başa düşmüşdür. Bir qədər gözləmiş və Tariyel onun yanından keçib arxası ona tərəf olanda yavaş - yavaş yaxınlaşıb əlindəki dəmir borunu əvvəlcə Tariyelin baş nahiyyəsinə, yerə yıxıldıqdan sonra isə bir dəfə belinə zərbə endirmişdir. Tariyel orada hərəkətsiz qaldıqda öldüyünü başa düşmüşdür. Həmin vaxt ətraf ala qaranlıq olmuş və kənar şəxs olmamışdır. O, cəld hadisə yerindən gəldiyi istiqamətdə qarajlar tərəfə qaçmış, qaçanda meydançanın sağ tərəfində boş qapalı əraziyə əlindəki dəmir borunu “vıyıldatmış” və piyada Musabəyov parkına, oradan isə tanımadığı taksi ilə 20 Yanvar dairəsinə getmiş, orada Dəyanətin ona birlikdə ilk dəfə Tariyeli göstərdiyi gün verdiyi sadə model “Nokia” markalı mobil telefon və xatırlamadığı mobil nömrə vasitəsi ilə Dəyanətin xatırlamadığı mobil nömrəsinə zəng edib “tapşırdığıvı elədim, gedirəm rayona" demişdir. Dəyanət isə “get Allah yaxşı yol versin görüşərik” demişdir. Dəyanətə zəng edib məlumat verəndən sonra yenə əlaqə saxlaya biləcəklərini ehtimal edib tanımadığı təsadüfi taksi ilə İmişli rayonuna getmiş və rayona çatandan sonra telefonu da nömrəni də qırıb kanala atmışdır. Bundan bir neçə gün sonra o, Dəyanətlə görüşmək üçün Bakı şəhərinə gəlib Tarqovı deyilən yerdə görüşmüş, Dəyanət ona 5000 manat pul vermiş və 1-2 gün sonra o, Mahacqalaya səfər edərək təxminən 2 ay sonra geri Bakı şəhərinə qayıdıb Dəyanətlə görüşmüş, Dəyanətə Gürcüstandan maşın gətirmək istədiyini bildirmiş və Dəyanət Əcəmi metrosunun yanında ona 8000 manat pul vermişdir. Sonrakı tarixlərdə hazırki vaxta qədər Dəyanət ayrı-ayrı vaxtlarda hər dəfə pula ehtiyacı olanda hissə-hissə olmaqla təxminən 30000 manat ona pul vermişdir. O, heç vaxt Dəyanəti pul verməsi barədə hədələməmiş, ola bilər ki Dəyanət özü bunu hədə kimi başa düşmüşdür. Həmçinin, o, söhbətlər zamanı Dəyanətə cinayət barədə hallan - harada gizlənib, haradan mərhuma yaxınlaşdığını, nəyin yanında vurduğunu və hansı istiqamətdə qaçdığını, qaçanda aləti hansı istiqamətdə tulladığını demişdir.O, hadisə vaxtı öldürdüyü şəxsin prorektor olduğunu, ümumiyyətlə kim olduğunu bilməmiş, lakin səhər açılanda həmin dövrün bütün xəbər verilişlərində yayılan məlumatlarda öldürdüyü şəxsin “Təfəkkür” universitetinin prorektoru olduğunu öyrənmiş və Dəyanətin dayısı Müşviqin də həmin universitetin rektoru olduğunu bildiyi üçün təxmini olaraq Dəyanətin işi deyil, Müşviqin işi olduğunu və dayısının Dəyanəti qabağa verdiyini başa düşmüşdür. Həmçinin, o, Tariyeli öldürmək üçün 40.000 ABŞ dolları pulu da Müşviqin vəd verdiyini və sonradan da həmin pulu Dəyanətə verdiyini, lakin Dəyanətin pulu xərclədiyi üçün ona bir dəfəyə deyil, hissəhissə verdiyini hesab etmişdir. Təxminən bir neçə il sonra, təxminən 2013-cü ildə Dəyanətin birdən - birə maddi imkanının artdığını, “BMW X5” və digər avtomobillər dəyişdiyini, habelə qumarda 118000 və 59000 manat pul uduzduğunu görmüş və Dəyanətin polisdə işləyə - işləyə belə maddi imkanının olmasına inanmadığı üçün cinayətin Müşviq tərəfindən “zakaz” edildiyini və həmin maddiyyatı da Dəyanətin onun adından dayısından aldığını fərz etmişdir. Onun həmin vaxtlar maddi imkanı çox pis vəziyyətdə olmuşdur. Həmin ərəfələrdə Bakı şəhərində xatırlamadığı kafedə olanda o, Dəyanətlə ilk dəfə dayısı Müşviq barəsində söhbət açmış və Dəyanət onun öldürdüyü qoca kişinin Müşviqin müavini olduğunu və Müşviqin barəsində mətbuatda pis məlumatlar paylaşdığını, hətta özünün əlaqəli olduğu bir jurnalistin də olduğunu və məlumatları həmin jurnalistə ötürdüyünü, məqsədinin Müşviqin yerinə keçmək olduğunu bildirmiş və “dayımın əlinə - ayağına dolaşırdı, ona görə də öldürtdürdü” demişdir. O, Dəyanətə “ikiviz də şah kimi yaşıyırsın, mən də tulyaqa kimi qalmışam ortalıqda” deyib ona da “gün ağlamalarını” istəmişdir. Dəyanət ona hər şeyin yaxşı olacağını vəd verib səbirli olmasını və ağzını bütov saxlamasını tapşırmışdır. Sonrakı tarixlərdə yenə də onun vəziyyətində bir dəyişikliyin olmadığını, lakin Dəyanətin gündə orda - burda qonaqlıqda yeyib - içdiyini görüb acıqlanmış və spirtli içki qəbul edib Dəyanətə zəng edərək narazılığını bildirmiş və “gedirəm dayıvın yanına deyəcəm bu işi görən mənəm, vəziyyətim də budu” demiş, bundan sonra günorta saatlarında birbaşa tanımadığı taksi ilə “Təfəkkür” universitetinə qarşısına getmiş, Dəyanət isə ona zəng edərək orada gözləməsini, gəlib nə problemi varsa həll edəcəyini bildirmiş və az sonra Dəyanət oraya gələrək onu öz avtomobilinə əyləşdirib oradan uzaqlaşdırmış, yolda yenə də ona hər şeyin yaxşı olacağını, sakit durmasını tapşırmışdır. O, Müşviqlə heç vaxt görüşməmiş və aralarında da bu cinayət barədə hər hansı söhbət olmamışdır. O, 12 il ərzində Bakı şəhərində polis əməkdaşları tərəfindən iki dəfə ayrı-ayrı tarixlərdə təxminən 2015-ci ildə Binəqədi RPİ-nin 4-cü polis şöbəsi qumar oyununa görə və Nərimanov RPl-nin 16-cı polis şöbəsi isə nəşə istifadəsinə görə tutulmuş, birinci halda öz hesabına buraxılsa da, 16-cı polis şöbəsindən onu Dəyanət gəlib 2000 manat pul verib buraxdırmış və sonradan ona həmin pulu sələmə götürdüyünü demişdir. Dəyanət 2023-cü ilin aprel ayında təslim olandan sonra onun da yaxında tutulacağından çox narahat olmağa başlamış və birlikdə yaşadığı anası onun halını soruşanda açıb anasına bütün hər şeyi danışıb cinayəti etiraf etmişdir. Tutulandan sonra Şüvəlan türməsində qardaşı Rövşən onunla görüşə gəlib anasına danışdıqlarını hər şeyi olduğu kimi danışmışdır. Məhkəmə zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 120.2.5-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxsla özünün şəxsi münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs köməkliyi ilə işə düzəlmişdir. Zərərçəkmiş şəxs yanına ara-sıra gedib gəlmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1lə aralarındakı narazılıq səbəbindən ona da soyuq münasibət göstərmiş hətta Zərərçəkmiş şəxs ona: “Sənin də sonun olacaq”,- deyə təhdid etmişdir. Bu barədə dayısı Təqsirləndirilən şəxs1 bildirdikdə Müşviq də Tariyelin onun barəsində də şikayətlər yazdığını, odur ki Zərərçəkmiş şəxs daşla, maşınla və yaxud hər hansı formada xəsarət yetirmək lazım olduğunu nəticədə Zərərçəkmiş şəxs 1-2 ay müddətə ortadan götürülməli olduğunu bildirmişdir. O buna razılaşaraq hadisəni özü törətməyi düşünsə də fürsət tapıb yerinə yetirə bilməmişdir. Daha sonra bu barədə qonşusu Samirə bildirmiş, belə ki bir nəfərlə problemi olduğunu ona xəsarət yetirmək lazım olduğunu bildirmişdir. Samir nə ilə xəsarət yetirmək lazım olduğunu soruşduqda Samirə bunu etmək üçün maşından dəmir götürərək vermişdir. Samiri hadisə yerinə apararaq Zərərçəkmiş şəxs göstərmişdir. Zərərçəkmiş şəxs səhərlər 4-5 radələrində idman meydançasında idman etdiyini Samirə söyləmiş və Tariyeli dəmirlə 1-2 dəfə arxadan vurmasını istəmişdir. O Zərərçəkmiş şəxs öldürmək yox uzun müddətli xəsarət yetirmək istəmişdir. Təqsirləndirilən şəxs1 bunun müqabilində ona heç nə vəd etməmişdir. Samirlə danışdığını dayısı Təqsirləndirilən şəxs1 bildirməmişdir. Samir hadisə olandan sonra telefonla əlaqə saxlayaraq hadisənin təfərrüatı barədə məlumat vermişdir. O da bundan xeyli müddət sonra dayısı Müşviqə məlumat vermişdir. O Samirə hadisənin müqabilində heç bir vəd verməmişdir. Samir də heç vaxt ondan buna görə pul istəməmiş polisə məlumat verəcəyi barədə də hədə qorxu gəlməmişdir. Hadisə barədə sadəcə yoldaşına içkili olduğu halda söyləmişdir. Hadisə ilə bağlı Təqsirləndirilən şəxs1 heç vaxt pul istəməmiş, dayısı Müşviq də ona heç nə verməmişdir. O gecələr səhhətinə görə yata bilmirmiş. Əsəbi olduğuna və mütəmadi anası tərəfindən danlandığına görə bezmiş hətta özünü öldürmək istəsə də uşaqlar ona mane olmuşdur. O da yekunda bezərək DİN 102 xidmətinə zəng edərək hadisəni özünün törətdiyini bildirmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 120.2.5-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli hesab edərək ifadələrində bildirmişdir ki, 1994 - 98-ci illərdə “Təfəkkür” universitetində iqtisadiyyat fakültəsində təhsil almış, dayısı Təqsirləndirilən şəxs1 həmin ərəfələrdə Universitetdə maliyyə şöbəsinin müdiri işləmişdir, ümumiyyətlə onun atası kiçik yaşlarında rəhmətə gedəndən sonra dayısı Müşviq daim onların ailəsinə maddi və mənəvi dəstək göstərmiş, xüsusilə də Müşviqin onunla arası daha yaxın olmuşdur. Müşviqin istifadəsində olan ***- ***-**-** saylı nömrəsi, **-EF-*** və **-NZ-*** dövlət qeydiyyat nömrələri də onun adına qeydiyyatda olmuşdur. Müşviq sonralar Universitetin prorektoru, rektoru işləmiş və təxminən 2015-ci ildə isə barəsində sosial şəbəkələrdə çoxlu sayda guya rüşvət faktlarına yol verməsi barədə yayıldığı üçün öz ərizəsi ilə rektor vəzifəsindən çıxmışdır. 2011-ci ilin avqust ayının əvvəllərində dayısı Təqsirləndirilən şəxs1 ilə Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində yerləşən evində olarkən dayısı ona prorektor Zərərçəkmiş şəxs dinc dayanmadığını və dayısının barəsində mətbuatda onu nüfuzdan salan məlumatlar dərc etdirdiyini, buna son qoymaq məqsədi ilə Tariyelin səsini kəsmək lazım olduğunu bildirmiş və ona: “Tariyeli elə vur xəstəxanalıq olsun, qalanı mənlikdi”,- demişdir. Həm də dayısının dediyinə görə həmin ərəfədə rektor olmaq üçün onlardan hansının sənədinin birinci “yuxarı” getməsi əsas rol oynamış, ona görə də Tariyeli bir müddət Universitetdən kənar qoymaq, işdən - gücdən aralı salmaq lazım olmuşdur. X9 ilə əlaqələri yaxşı olsa da sonradan münasibətləri pozulmuşdur. Müşviq belə bir cinayəti ona çox etibar etdiyinə görə demiş, çünki həmin ərəfələrdə araları çox yaxın olmuş və o, Müşviqi öz böyüyü bilmişdir. Müşviqin təklifini etməyə ürək etmədiyinə görə bu məsələ təxminən 15-20 gün uzanmış və Müşviq də hər qarşılaşanda ona: “Bir dənə iş tapşırdım sənə yarıtmadın… get vur başından daşnan-zadnan … yolda-zadda maşınnan vur”,- və s. sözlər deyib onu “dirəmiş”, lakin bu cinayəti 3-cü şəxsə etdirməsini deməmişdir. O, Müşviqin dediyini etməyə ürək etməsə də özünü “zəif insan” kimi hiss etdirməmək üçün dayısına etiraz etməmiş və dayısının təklif etiyi cinayəti 3-cü bir özünün etibar etdiyi şəxsə etdirməyə qərar verib cinayəti törətmək üçün xeyli vaxtdır yaxın münasibətdə olduğu və yanında gəzdirdiyi, zaman - zaman cibinə pul qoyduğu, tam arxayın olduğu “Sosu” ləqəbli Təqsirləndirilən şəxs3 təklif etmiş, həmçinin Samirin kasıb oğlan olduğunu və həmin vaxt təxminən 40.000 ABŞ dolları pula ehtiyacı olduğunu bildiyi üçün Samirə özündən həmin məbləğdə pulu, habelə həmişə Samirə maddi və mənəvi dəstək olacağını vəd vermişdir. Samir razılaşandan sonra təxminən 2011-ci ilin sentyabr ayının ortalarında saat 04 radələrində Samirlə birlikdə Tariyelin yaşadığı binanın qarşısına gedib həmin vaxt orada meydançada idman edən Tariyeli Samirə göstərmiş və daha əvvəllər xatırlamadığı yerdə aşkar edib öz avtomobilinin baqajında gəzdirdiyi dəmir borunu Samirə verib Tariyeli həmin dəmirlə vurmasını bildirmişdir. Bundan sonra o, iş yerində olmuş, Samir isə ardıcıl olaraq 5-6 gün Tariyeli güdərək sonda 16 sentyabr 2011-ci ildə səhər saatlarında Tariyeli yaşadığı binanın qarşısında öldürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs3 hadisədən sonra əlaqə saxlaması üçün qabaqcadan onun verdiyi “Nokia” markalı sadə telefon və xatırlamadığı mobil nömrə ilə zəng edib ona hadisə barədə məlumat vermiş və birbaşa İmişli rayonuna özünün yaşadığı evə qayıtmışdır. O, cinayət barədə öyrənsə də Müşviqə məlumat verməmişdir və Müşviq özü də ertəsi gün hadisə barədə eşidəndə onunla əlaqə saxlamamışdır, çünki Müşviq özü ona hadisədən sonra əlaqə saxlamamaqlarını, onun ətrafında görünməməsini tapşırmışdır. Buna görə də hadisədən sonrakı təxminən 15-20 gün ərzində o, Müşviqlə əlaqə saxlamamışdır. Sonrakı tarixlərdə Samir Bakı şəhərinə gələndə onlar yenidən görüşmüşlər və o, Samirə vəd verdiyi pulu bir dəfəyə verməyi söz versə də, hadisədən sonra tam həcmdə verə bilməyib zamanla hissə - hissə vermişdir. Belə ki, həmin ərəfədən başlayaraq hazırki vaxta qədər Samirə ayrı-ayrı vaxtlarda 5000, 8000, 3000, 500, 100 manat və s. olmaqla təxminən 30 - 35000 manat pul vermişdir. Həmçinin, o, Samirdən hadisə barədə soruşanda Samir ona qarajlar tərəfdə gizləndiyini və Tariyeli hadisə yeri olan idman meydançasında onun yanından keçib arxası ona tərəf qalanda yaxınlaşıb başından, yerə yıxılandan sonra isə bədənindən dəmir parçası (boru) ilə zərbələr endirdiyini və mərhumun elə vəziyyətdə yerdə qaldığını bildirmişdir. Hadisədən sonrakı illərdə “sosu”nun hər dəfə ona zəng edib müxtəlif məbləğlərdə pu! istəməsindən arvadı Elnarə şübhələnib ondan soruşanda Elnarəyə Müşviq dayısının ona bu cinayəti törətməyi tapşırdığını, onun da cinayəti “sosu”ya elətdirdiyini danışmışdır. Elnarə “sosu”nu rayon adamı və onun tanışı kimi əvvəllər də tanımışdır. Sonradan nəsildə bu cinayətin Müşviq tərəfindən ona sifariş verildiyi yayılmışdır, lakin bunun kimdən yayıldığını bilmir. Hadisədən təxminən 4-5 il sonra Müşviq onunla Bakı şəhərində öz yaşadığı evdə söhbətə çağırıb bu barədə soruşanda o, “özüm eliyə bilmədim, amma narahat olma etibarlı uşaqdı, Dağıstanda yaşayır, burda qalmır” demiş və Müşviq də ona ağzına gələni deyib niyə başqa adamı bu işə qatdığına görə onu danlamışdır. O, həmin “sosu” ləqəbli oğlanın Şəmkir rayonundan olduğunu, uzun müddət yanında gəzib onunla yaxın etibarlı münasibət saxladığını bildirmişdir. Müşviq həmin söhbətdən sonra ondan soyuyub təxminən 1 il onu yaxınına buraxmamış, o, özü Müşviqin həmişə ona “böyüklük edib”, bütün maddi ehtiyaclarını qarşıladığı üçün cinayəti törətməyə razılıq vermişdir. Müşviq Samirin onları gələcəkdə şantaj edə biləcəyini bildirdib həmin vaxtdan etibarən narahat yaşamağa başlamış, Samir isə tez-tez müxtəlif polis şöbələri tərəfindən narkotik istifadəsinə görə saxlanılır və o, gedib 2-3 min manat pul verib Samiri sərbəst buraxdırmışdır. Təxminən 6-7 il əvvəl maddi imkanı pis vəziyyətdə olarkən xatırladığı qədər Samir Binəqədi RPİ-nin 7-ci bölməsi tərəfindən narkotik istifadəsinə görə saxlanılmış və ona xəbər göndərmişdir. O isə məcbur qalıb Müşviqə “sosu”nun narkotik görə polis tərəfindən saxlanıldığını və buraxdırmaq üçün 3000 manat pul lazım olduğunu bildirmiş, Müşviq əvvəlcə onu acılayaraq pulu verməkdən imtina etsə də təxminən yarım saat sonra özü zəng edərək “gəl götür pulu” demişdir. O da ya evinə, ya da instituta gedib pulu Müşviqin özündən götürüb aparıb polis şöbəsində xatırlamadığı şəxslərlə görüşüb verdikdən sonra Samiri sərbəxt buraxdırmışdır. Sonrakı tarixlərdə yenə də Samir ondan pul istəyəndə o da Müşviqdən istəmiş, lakin Müşviq bu dəfə də ona acıqlanaraq: “Nədi? bu gündə tutulacaq gələcək üstümüzə, get bunun səsini batır”,- deyib pul verməkdən imtina etmiş, o da bu dəfə özü gedib faizə pul götürərək Samiri yenə də sərbəst buraxdırmışdır. “Səsini batır” deməklə Müşviq sadəcə öz narazılığını bildirmiş və ona Samiri öldürmək və s. barədə bildirməmişdir. Həmçinin o, hadisədən əvvəl Samirə cinayəti Müşviqin sifariş verdiyini deməsə də, hadisədən xeyli sonra, təxminən 2013- cü ildə Samir ondan pul istəyəndə verə bilməmiş və Samirin əl çəkmədiyini görüb axırda Samirə: “Bu cinayəti dayım elətdirib, dayımnan bu aralar yola getmirəm, pul deyirəm vermir”,- deyib cinayəti Müşviqin sifariş verdiyini etiraf etmişdir. 23 aprel 2023-cü il tarixdə Şahid6 ona zəng edərək qardaşı Samirin onun yanında olduğunu, belə ki, İmişli rayonunda narkotikə görə polis tərəfindən “ilişdirildiyini” və tutulmaması üçün 2000 manat pul düzəltmək lazım olduğunu bildirmiş, o isə durub Rövşəngilin evinə gedərək gecəni orada keçirmiş, həmin gecə həm də qumarda keçmiş iş yoldaşı Zirəddindən də borc alaraq uduzmuşdur. 24 aprel 2023-cü il tarixdə saat 19 radələrində sərxoş halda evə qayıtmış və 2000 manatı Samirə, 2000 manatı isə Zirəddinə vermək üçün Müşviqə zəng edərək 4000 manat pul istəmişdir. Müşviq pul verməkdən imtina edərək onu acılamış, hətta o, “bezmişəm gedirəm təslim olmağa” deyəndə “uje məni şantaja keçmisən?” deyə soruşmuşdur. Danışıq zamanı o, uşaqları Müşviqə əmanət etsə də Müşviq onun təslim olacağını ciddi qəbul etməmişdir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 32.3, 120.2.5-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş və özünü Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxsla aralarına yaxşı münasibətləri olmuşdur. Lakin o rector təyin olunandan sonra Zərərçəkmiş şəxs müxtəlif yollarla onun yerinə keçmək, onu həbs etdirmək istəmişdir. Son dövrlər isə ona daxil olan məlumatlara əsasən Zərərçəkmiş şəxs qısa zamanda onun əvəzinə rektor vəzifəsinə təyin olunacaq. O sırf vəzifəsini itirəcəyindən deyil həbs olunacağından da qorxmuşdur. Ən son həddə kimi o bu kimi xəbərlərə dözmüşdür. O başqa cür vasitələrlə Zərərçəkmiş şəxs sakitləşdirə bilməmişdir. Zərərçəkmiş şəxs yüksək vəzifəli şəxslərlə əlaqəsi olduğundan hesab etmişdir ki, Zərərçəkmiş şəxs onu rahatlıqla həbs etdirə bilər. O çıxılmaz vəziyyətdə qaldığından bacısı oğlu Dəyanəti çağıraraq xahiş etmişdir ki, ona işlərini qaydasına salmaq üçün 1-2 ay vaxt lazımdır. Zərərçəkmiş şəxs necə olur-olsun xəstəxanalıq etməsini istəmiş lakin tapşırmışdır ki, Zərərçəkmiş şəxs ölməsin. X15 öldürülməsi birbaşa şübhələri onun üstünə çəkəcəkdir. Həm də Zərərçəkmiş şəxs özü və ailəsi ilə münasibətləri olduğundan Dəyanətə dəfələrlə tapşırmışdır ki, Zərərçəkmiş şəxs öldürməsin. Təqsirləndirilən şəxs2 valideyni kimi daim ona diqqət qayğı göstərmiş və bütün ailəsinə o baxmışdır. Dəyanət ona Samir barəsində heç nə bildirməmişdir. O Dəyanətə söyləmişdir ki, Zərərçəkmiş şəxs yüngül xəsarət yetirmək yəni 1-2 ay xəstəxanalıq olması lazımdır. O Dəyanətə konkret olaraq Zərərçəkmiş şəxs necə və nə ilə vurmaq lazım olduğunu bildirməmiş, başından deyil yalnız ayağından və s. vurmaq lazım olduğunu söyləmişdir. Zərərçəkmiş şəxs İsmayıl adında qohumu ona zəng edərək Zərərçəkmiş şəxs idman meydançasında yıxılaraq başından xəsarət alaraq öldüyünü bildirmişdir. O bunu eşitdikdə bunun Dəyanət tərəfindən törədildiyini düşünməmiş və Zərərçəkmiş şəxs yıxılaraq öldüyünü düşünmüşdür. Hadisə günü Dəyanətlə əlaqə saxlaya bilməmiş sonradan Dəyanət hadisə barədə ona məlumat vermişdir. Hadisə ilə bağlı Dəyanət ondan heç vaxt pul istməmişdir. Dəyanət təslim olduğu gün ona zəng edərək qumar borcu yarandığını 4000 manat pul lazım olduğunu bildirmiş, o isə buna etiraz edərək pulu olmadığını və verməyəcəyini bildirmişdir. Dəyanət isə artıq bezdiyini, özünü öldürəcəyini bildirmişdir. Dəyanət ona polisə təslim olacağını da söyləmişdir. Təqsirləndirilən şəxs3 ümumiyyətlə əvvəllər tanımamış ibtidai istintaqın gedişində onu tanımış və hadisənin məhz onun tərəfindən törədildiyini bilmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 32.3, 120.2.5-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş və özünü Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə təqsirli hesab edərək ifadələrində bildirmişdir ki, 1993-cü ildən X6 “Mühəndis-ixtisas” fakültəsində iqtisadiyyat müəllimi kimi işləməyə başlamış, X7 işləyə-işləyə eyni zamanda 2002-ci ilə kimi Təfəkkür Universitetinin Maliyyə İdarəsinin rəisi vəzifəsində çalışmışdır. İlk əvvəl Təfəkkür Universitetinin rektoru mərhum Şaiq Abdullayev olsa da, 1994-cü ildə Şaiq müəllim rektor vəzifəsindən azad olunmuş və Mail Dəmirli Universitetin rektoru vəzifəsinə təyin olunmuşdur. 2002-ci ildə Ali Məhkəmənin qətnaməsinə əsasən Şaiq müəllim Universitetin rektoru vəzifəsinə bərpa olunaraq bütün təsisçilik hüququ sonuncuya verilmişdir. Universitetin təsisçilik hüququnu bərpa etdikdən sonra Şaiq müəllim ümumi iclas keçirərək öz təsisçilik hüququnu özü də daxil olmaqla dörd nəfər arasında bölmək qərarına gəldiyini bildirmiş və bu barədə müvafiq sənədləri imzalamışdır. Həmin tarixdən Təfəkkür Universitetinin təsisçilik hüququ Şaiq müəllim daxil olmaqla ona, Universitetin Elmi İşlər üzrə prorektoru Zərərçəkmiş şəxs və Tədris İşləri üzrə prorektoru Şahid10 həvalə edilmişdir. Həmçinin qeyd olunan iclasda Şaiq müəllim müvafiq sənədi imzalayaraq öz əmri ilə onu Universitetin rektoru vəzifəsinə təyin etmişdir. 2003-cü ildə Şaiq müəllim rəhmətə getdiyindən təsisçilər onlar üçü qalmışlar və birlikdə işlədikləri müddət ərzində aralarında ciddi problemləri olmamışdır. Təfəkkür Universitetinin binası ünvan 12 ünvanda yerləşmiş və Universitet həmin binada icarə müqaviləsi əsasında fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs2 onun bacısı Fəriqanın oğludur. Bacısın xahişi əsasında 1994-cü ildə Təqsirləndirilən şəxs2 özünün maliyyə idarəsinin müdiri işlədiyi “Təfəkkür” universitetinə qəbul etdirmişdir. Həmin ərəfədə onun mərhum prorektr Zərərçəkmiş şəxs ilə yaxın münasibəti olmuşdur. O, Dəyanəti heç vaxt yaxına buraxmamış, Dəyanətin Tariyelin onunla yaxın münasibətindən istifadə edərək Tariyel ilə əlaqə qurmuş, hətta Dəyanət universitetdə təhsil ilə bağlı problemlərini də Zərərçəkmiş şəxs köməkliyi ilə həll etmişdir. Dəyanət tez-tez Təfəkkür univeritetinə gələrək prorektor Tariyel ilə müxtəlif tələbələri tədris problemlərini pul müqabilində danışıb həll etmiş, o da bu barədə Dəyanətə öz iradını bildirərək Universitetdə rüşvət hallarına yol verməməsi barədə xəbərdar etmişdir, ümumiyyətlə, o, mərhum Zərərçəkmiş şəxs 1995-ci ildən tanımış və münasibətləri 2004-cü ilə qədər yaxşı olsa da, 2004-cü ildə o, qanuni əsaslarla rektor seçiləndən sonra aralarında soyuqluq düşmüş, Tariyel həmin gündən onunla uzaqlaşmış və sanki o, Tariyelin yerinə rektor seçilmiş kimi onun barəsində orda - burda danışmağa başlamışdır. Lakin o, Tariyelə bir ağsaqqal kimi hadisə baş verən vaxta qədər hörmətini saxlamağa davam etmişdir. Tariyelin ona qarşı laqeyd hərəkətlərini görməzdən gəlməyə, universitetin daxilində münasibətləri isti qoruyub saxlamağa çalışmışdır. Hadisədən əvvəl səhv etmirsə 2011-ci ilin avqust ayında eşitmişdir ki, Tariyel “Təfəkkür” universitetinin rektoru olmaq üçün fəaliyyətə keçib və özünün tanışlarını “işə salıb”, hətta Tariyelə tədris ili başlayandan 1-2 həftə sonra səlahiyyətli yüksək vəzifəli şəxslərin qəbulunda olacağı sözü də verilmişdir. O, Tariyelə belə bir söz verilibsə həmin qəbullardan sonra mütləq rektor təyin ediləcəyini başa düşmüşdür. Vaxt etibari ilə gecikdiyinə görə ona Tariyeldən əvvəl “yuxarının” qəbulunda olmaq və öz işini bərkitmək lazım olmuşdur. Bunun isə yeganə yolunu Tariyelə bir xəsarət yetirilməsi və bir müddət xəstə yatağında yatmasında görmüş, ona görə də ətrafında olan ən etibarlı adam kimi həm uşaqlıqdan gözünün qabağında böyüdüyünə, təhsil alması, ailə qurması, maddi durumuna həmişə köməklik etdiyinə görə, həm də polis əməkdaşı olduğuna görə bacısı oğlu Təqsirləndirilən şəxs2 görmüşdür. Dəyanətə hər dediyini edəcəyinə və onu heç vaxt satmayacağına, üstü açılsa belə ona görə özünü qabağa da verəcəyinə inanmışdır. Buna görə də o, avqust ayında bir neçə dəfə Dəyanət onların evində olanda sonuncuya ikilikdə Tariyelin onun yerinə göz dikdiyini və ondan qabağa düşüb rektor olmağa hazırlaşdığını, rektor olan kimi onu Universitetdən uzaqlaşdıracağını, buna görə də Tariyel qəbula düşənə qədər onun da öz yerini bərkitmək üçün qabağa düşməli olduğunu demişdir. O, Dəyanətə: “Elə eləmək lazımdı ki, Tariyel 1-2 ay Universitet tərəfə gəlməsin, xəstəxanalıq olsun”,- deyə tapşırmış və Tariyeli universitetin çıxışında avtomobil ilə vurmağı və ya yolda başından daşla vurmağı təklif etmişdir. Bu təklifi edəndə Dəyanət də bilmişdir ki, söhbət Tariyeli öldürməkdən deyil, xəsarət yetirib yatağa düşməsindən və 1-2 ay başının öz müalicəsinə qarışmasından gedir. O, Dəyanətə heç vaxt Tariyeli öldürmək lazım olduğunu deməmişdir. O, bilmişdir ki, Tariyelin hətta öz evində adi xəstəlikdən ölsə belə hamı səbəbini ondan bilinəcək və hamı onun qapısına gəlib onu ittiham edəcək, ona görə də ona Tariyelin ölməsi “sərf eləməmiş” və ona görə də Dəyanətə Tariyeli “xəstəxanalıq” etməyi tapşırmışdır. Dəyanət onunla razılaşmış və bu cinayəti özü bir yol tapıb edəcəyinə söz vermiş, hər dəfə də görüşəndə ona bugün sabah cinayəti tamamlayacağını demiş, lakin onun Dəyanətlə 3-cü bir şəxsin cinayətdə iştiraka cəlb olunacağı barədə danışığı və razılığı olmamışdır, ona görə də cinayəti Dəyanətin özünün etmədiyini və Samirə sifariş verdiyini bilməmişdir. Həmçinin, o, Dəyanətlə razılaşmışdır ki, cinayəti törədəndən sonra bir müddət onun ətrafında görünməsin və telefon əlaqələrinə çıxmasın. Dəyanət onun sözünün ardınca nə üçün Samirə Tariyeli öldürmək sifarişini verdiyini bilmir, hətta o, ertəsi gün xəbərlərdə Tariyelin öldürüldüyünü eşidəndə bir anlıq Dəyanətin onun “başına iş açdığını” düşünüb həm əsəbiləşmiş, həm də canına qorxu düşmüşdür. Həqiqətən də sonradan istintaqın bütün şübhəsi illərdir ki, onun üzərində qalmış və rəsmi olmasa da onu hamı ölümdə ittiham etmişdir. Dəyanətlə hadisədən bir müddət sonra görüşəndə sonuncunu sərt formada danlamış və səbəbini soruşanda isə Dəyanət Tariyelin ona (Təqsirləndirilən şəxs1) və Universitetə problem yaratdığını, buna görə də Tariyeli birdəfəlik aradan götürdüyünü bəhanə etmişdir. O, Dəyanəti təxminən bir neçə ay danışdırmamış və yaxınına da buraxmamışdır, amma zaman ona nə olur olsun Dəyanətdən asılı vəziyyətə düşdüyünü sübut etmişdir, hətta sonrakı illərdə o, cinayətə Samir adlı 3-cü şəxsin də cəlb olunduğunu öyrənəndə Dəyanətə daha da əsəbiləşsə də, yenə də taleyi ortaq olduğuna görə Dəyanəti birdəfəlik silə bilməmişdir. O, illərdir bu cinayətin üstü açılacağı halda heç kimin ona inanmayacağını, ölüm sifarişinin onun tərəfindən verildiyinə inanacaqlarını başa düşdüyü üçün çox qorxmuşdur. Məhkəmə zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs atası olmuşdur. Təfəkkür Universitetinin təsisçiləri üç nəfər olubdur. Bunlardan biri Zərərçəkmiş şəxs, digərləri isə X13 Atakişiyev olmuşlar. X8 münasibəti normal olsa da, Tariyelin deməsinə görə Təqsirləndirilən şəxs1 maliyyə məsələləri ilə bağlı fırıldaq hərəkətlərinə görə onların münasibəti pozulmuşdur. Tariyelin son vaxtlar özünün tet - tez deməsinə görə Təqsirləndirilən şəxs1 tutduğu vəzifədən 15 günə getməli imiş. 16 sentyabr 2011 -ci il tarixdə saat 09 radələrində bacısı Sevinc ona zəng edib «atam stadionda yıxılıb, biz papanı itirmişik» deyib ağlamağa başlamışdır. O, bu barədə yeznəsi Babəkə zəng edib dəqiqləşdirdikdən sonra dərhal həmin yerə getmişdir. Həmin gün axşam saatlarında o, anasından mərhum atası Tariyelin yaşadığı evdə sənədlərin, xüsusilə də ayrı - ayrı ünvanlarda yerləşən yaşayış sahələrin çıxarışlarının olub - olmadığını soruşduqda anası ona sellofan torba vermiş və həmin torbanın içərisində Tariyelin Təqsirləndirilən şəxs1 barəsində dövlət orqanlarına ünvanlanmış şikayət ərizələri olmuşdur. O, təqsirləndirilən şəxslər Dəyanət və Samiri əvvəllər tanımamış, həmin şəxslərin adlarını i!k dəfə istintaqda eşitmişdir. Dəyanətin həmin dövrdə “Təfəkkür” Universitetinin rektoru işləyən Təqsirləndirilən şəxs1 bacısı oğlu olması Müşviqin barəsində olan şübhələrinin əslində həqiqət olduğunu sübut etmişdir, çünki Tariyelin həmin ərəfədə insan olaraq kimlərləsə ötəri soyuq münasibəti, narazılığı olmuş ola bilərdi, amma yeganə "rəqibi” Müşviq olmuşdur. Tariyelin həmişə deməsinə görə Müşviq onun haqqını oğurlamış və onun yerinə rektor seçilməyə nail olmuşdur. Ona görə də hələ Müşviq rektor olan gündən Tariyel Müşviq qarşı çox soyuq münasibətdə olmuş və demək olar ki bir rektor kimi Müşviqi saymamışdır. Müşviq Tariyelin onun barəsində ifşaedici məlumatlar yaydığını bilsə də həmişə Tariyeldən çəkinmiş və Tariyelin daha geniş, yüksək vəzifəli dost - tanışının olmasından ehtiyat etmiş, üzdə gülsə də Tariyeli həmişə özünə təhlükə görmüşdür. Tariyel həmişə “gec - tez rektor olmaq mənə nəsib olacaq, o kreslonu mənim haqqımı yeyənlərə buraxmaram” demişdir. Müşviqdən son günə qədər şübhələnməklərinin əsas səbəbi də bu məsələlər olmuşdur. Ümumiyyətlə “Təfəkkür” Universiteti özəl olsa da rektor seçimi faktiki olaraq Təhsil Nazirliyi və daha yuxarı qurumların iradəsi ilə seçilmiş, Tariyelin həmin iradə sahiblərinin razılığını almaq üçün kifayət qədər sayılıb - seçilən məmur dostları olmuşdur. Hesab edir ki, Müşviq də rektor olaraq özünün əlaqələri vasitəsilə həmin dövrdə artıq Tariyelin onun vəzifəsinə seçilməsi üçün hərəkətə keçdiyini və özünün şansı olmadığına görə çıxış yolunu Taiyeli öldürməkdə görmüşdür. O, atası Tariyelin öldürülməsində tək səbəb kimi ancaq bunu görür və Dəyanətin guya Tariyel ilə aralarında pul borcunun olması yaxud tələbələrə diplom satıb pulunu bölməsi kimi göstərdikləri dayısı Müşviqi tutulmaqdan qorumaq üçün tamamilə bəhanədir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 1991 ci ildə mərhum Tariyelin qızı Şahid9 ilə ailə həyatı qurmuş, onun Tariyel müəllimlə yeznəqayınata kimi yox, dost kimi münasibəti olmuş, Tariyel bütün işlərini onunla məsləhət etmiş, bütün sirlərini onunla bölüşmüşdür. Söhbət zamanı Tariyel ona bir həftədən sonra Universitetdə dəyişikliklər olacağını və rektor Müşviq müəllimin yerinə özü keçəcəyini bildirmişdir. Ümumiyyətlə, Tariyel müəllimin universitetin rektoru Müfviq müəllimlə pis münasibəti olmuş, bir-biri ilə danışmamışlar. Tariyel müəllimin deməsinə görə Muşviq müəllim rektor keçdikdən sonra aralarında narazılıq yaranmış və küsmüşlər. Son vaxtlar söhbətlərindən Tariyel müəllimdən belə eşidib bilmişdir ki, Tariyelin “Təfəkkür” Universitetinin rektoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs1lə münasibətləri düşmənçilik səviyyəsinə gəlib çıxmış, hələ Mail Dəmirlinin rektor olduğu dövrdə Təqsirləndirilən şəxs1lə onların münasibəti çox yaxın olub bir yerdə Maili Dəmirlini həmin vəzifədən uzaqlaşdırdıqdan sonra yerinə Tariyelin köməkliyi ilə Təqsirləndirilən şəxs1 keçmiş, bir müddət orada işləyəndən sonra Təqsirləndirilən şəxs1 Tariyeli saymadığına, özündən razı hərəkətlər etdiyinə, təsisçi kimi maliyyə məsələlərində Tariyeli aldatdığına görə aralarında münasibətlər təxminən 2004-cü ildən pozulmuşdur. Həmin vaxtdan da Tariyel müəllimlə rektorun heç bir münasibəti olmamış, Tariyel Universitetin rektoru kimi Müşviqin keçirdiyi tədbirlərdə, iclaslarda belə iştirak etməmiş, Universitetdə olan kabinetindən öz ofisi kimi istifadə etmişdir. Münasibətləri pozulandan sonra ara - sıra Tariyel müəllim söhbətlərində “Müşviqin barəsində tədbir gördürəcəm” deyərək əsəbləşmiş, Universitetin tədris üzrə prorektoru Rəhim Hüseynovla görüşəndən sonra yendə sakitləşmişdir. Şahid10 həmişə Tariyelə Müşviqin bu günlərdə, 5-10 günə onsuzda işdən çıxarılacağını dediyinə görə Tariyel müəllim sakitləşib gözləmişdir. Əks halda tanışlarının vasitəsi ilə müxtəlif dövlət orqanlarına şikayət etmək istəmişdir. Ancaq bildiyinə görə Tariyel müəllim bir dəfə harasa şikayət etmiş və bununla bağlı Universitetdə araşdırma aparılsa da heç bir nəticəsi olmamışdır. Hadisədən əvvəlki son bir ay ərzində Tariyel müəllim yenə də harasa şikayət etmək istəmiş və yenə də Şahid10la görüşmüş və sonuncu yenə də Təqsirləndirilən şəxs1 5-10 günə, bir həftəyə vəzifəsindən gedəcəyini demişdir.16 sentyabr 2011-ci ildə səhər saat 09-da Tariyel müəllimin sürücüsü Elgiz onlara gələrək Tariyel müəllimin idman meydançasında yıxılıb öldüyünü, meydançada çoxlu sayda adamların və polis əməkdaşlarının olduğunu demiş, o da tələsik paltarını geyinib aşağı düşmüş və idman meydançasına çatdıqda konteyner olan hasarının yanında idman geyimində olan Tariyel müəllimin meyitini yerdə uzanıqlı vəziyyətdə görmüşdür. İlk əvvəl o, Tariyel müəllimin idman edən zaman turinkdən yıxılaraq öldüyünü zənn etsə də, sonradan Tariyel müəllimin naməlum şəxslər tərəfindən öldürüldüyünü öyrənmiş, lakin kim tərəfindən, nə səbəbə öldürülməsini bilməmiş, çünki Tariyelin heç kimlə düşmənçiliyi olmamışdır. Daha sonra onun yas yerinə gələn Universitetin rektoru Müşviq müəllimlə oradaca mübahisəsi olmuşdur, belə ki, Tariyel ilə Müşviqin yeddi ildir danışmadığına və Tariyelin ölümündən bir gün əvvəl ona bir həftədən sonra özünün Universitetin rektoru olacağını dediyinə görə Müşviqdən şübhələnmişdir. Hadisədən sonra itməməsi üçün Tariyelin yaşadığı mənzildən içərisində sənədlər, o cümlədən Tariyelin Təqsirləndirilən şəxs1 barəsində müxtəlif orqanlara ünvanladığı şikayət ərizələri olan qovluğu götürüb öz evlərinə gətirmiş, sonra isə götürülən qovluq və sənədləri yaxınlıqda yerləşən ona məxsus qaraja aparıb orada saxlamışlar. İbtidai istintaq zamanı şahid qismində ifadə vermis və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2005-ci ildə Təqsirləndirilən şəxs2 ilə ailə qurmuş, həmin ərəfədə Dəyanət polis orqanlarında - “sedmoy otder deyilən yerdə işləmişdir. Dəyanətin atası rəhmətə getdikdən sonra Dəyanətin ailəsinə dayısı Müşviq köməklik etmişdir, belə ki, hətta Dəyanətgilin toylarını da Müşviq təşkil etmişdir. Dəyanət də dayılarından ən çox Müşviqlə əlaqə saxlamış, hətta Dəyanət tələbə vaxtı bir müddət dayısı Təqsirləndirilən şəxs1 evində qalmışdır. Müşviq “Təfəkkür” universitetində işlədiyi vaxtlarda Dəyanət tez - tez Müşviqin yanına gedib - gəlmiş, Müşviq sonradan “Təfəkkür” universitetinin rektoru olmuş, Dəyanətin özü də həmin universiteti bitirmişdir. Dəyanətlə evli olduqları müddətdə münasibətləri normal olmuş, Dəyanət xaraktercə əvvəllər çox yaxşı insan olsa da təxminən 2013-cü ildən xasiyyəti dəyişməyə başlamışdır, belə ki, özünə qapanıq, qaraqabaq olmuş, hər şeyə marağı azalmış, özünü günahkar hiss etmiş, ancaq ölüm haqqında düşünüb danışmışdır. Ölümün yaxşı şey olduğunu, hamının bir gün öləcəyini tez-tez xatırlatmışdır. Tariyelin öldürülməsindən bir müddət sonra, dəqiq xatırlamadığı tarixdə və vaxtda “sosu” ləqəbli Təqsirləndirilən şəxs3 tez - tez Dəyanətə zəng edib pul istəməsini və telefonla danışdıqdan sonra Dəyanətin də Samirin onu bezdirib gündə yığıb pul istəməsi kimi sözlər deyərək gileylənməsini görəndə şübhələnmiş və Dəyanətdən axı nə üçün Samir hər istəyəndə Samirə vermək üçün pul axtarmağa başladığını və Samir ilə aralarında nə olduğunu, Samirin yanında nə üçün “gözükölgəli” olduğunu soruşmuşdur. Dəyanət ona prorektor Tariyeli xatırladaraq dayısı Müşviqin ona Tariyeli öldürtməyi tapşırdığını və onun da bu işi Samirə gördürdüyünü danışmışdır. O, əvvəlcə Dəyanəti nə üçün dayısına etiraz etmədiyinə və öz övladlarının taleyini düşünmədiyinə görə qınasa da, Dəyanət ona Müşviqin onun üstündə haqqı olduğuna görə necə “atkaz” edə biləcəyini soruşmuş, hətta bir müddət törətmək istəməsə də Müşviqin gedib - gəlib onu “sıxışdırdığını”, axırda da məcbur olub Samiri bu işə “soxduğunu” və adamı Samirin öldürdüyünü bildirmişdir O, Samirin narkoman, tüfeyli bir insan olduğuna görə itirəcəyi bir şey olmadığını və bu səbəbdən hər dəfə pul lazım olanda zəng edib Dəyanəti pul verməyəcəyi halda polisə təslim olub özünü də, Dəyanətlə Müşviqi də ifşa edəcəyi ilə hədələdiyini başa düşmüşdür. Dəyanət ona bu barədə danışandan sonra evdə hər dəfə sərxoş olanda cinayət törətməsi barədə daha sərbəst danışmağa başlamış, o isə hər dəfə Dəyanəti bədbəxt günə saldıqları üçün Müşviqin, Samirin ünvanına qarğışlar səsləndirmişdir. Dəyanətdən Tariyeli öldürdənin Müşviq, öldürənin isə Samir olduğu halda Samirin gedib pulu Müşviqdən nə üçün istəmədiyini və gəlib hər dəfə onu narahat etdiyini soruşanda Dəyanət çünki Müşviqin cinayəti törətməyi ona tapşırdığını, Samiri isə bu işə onun özü cəlb etdiyinə görə Samirin gedib - gəlib ondan pul istədiyini bildirmişdir. Hətta, bir dəfə Dəyanət ona “sosu”nun onu bezdirdiyini, “sosu”nun pul istəməsi barədə dayısı Müşviqə gileyləndiyini, Müşviqin isə ona “get səsini batır” dediyini bildirmişdir. Bundan sonra hər dəfə Dəyanət içki içəndə cinayət barədə danışıb vicdan əzabı çəkdiyini dediyi üçün o, Dəyanətin içkili olanda etdiyi cinayəti başqa şəxslərə də danışacağından ehtiyatlanmış və qayınanası Fəriqə ilə qaynı Xalidə də bu barədə deyib nəsə etmək lazım olduğunu bildirmişdir. 23 aprel 2023-cü il tarixdə Dəyanət “soskanın polisnən işi var gedim uşaqlara dəyim” deyərək evdən çıxıb uşaqlıq dostları Rövşən və Təqsirləndirilən şəxs3 qardaşlarıgilə gedib gecəni onlarla birlikdə keçirmişdir. Təqsirləndirilən şəxs3 hamı “sosu" və ya “soska” ləqəbi ilə çağırır. 24 aprel 2023-cü il tarixdə günorta saat 17 radələrində sərxoş vəziyyətdə evə gəlib stolda əyləşmiş və qızı Fəridə Dəyanətə çay süzmüşdür. Evə gələndən sonra Dəyanət dayısı Müşviq ilə telefonda danışmış və dayısına “tavanım var” desə də o, buna inanmamış və Samirin polisdən buraxılmasına görə kömək etmək üçün 4000 manat pul axtardığını düşünmüşdür. Daha sonra Dəyanət bu əzabla yaşaya bilmədiyini, polisə zəng edib hadisə barəsində məlumat verəcəyini bildirmiş, o isə Dəyanətə içkili olduğunu, ayıldıqdan sonra ayıq başla danışmağı təklif etmişdir. Dəyanət isə razılaşmayıb polisə zəng edərək “mən Zərərçəkmiş şəxs öldürmüşəm, təslim olmaq istəyirəm” deyib cinayəti etiraf etmişdir. Onun Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 mərhum Tariyelin ölümündə iştirakı olub-olması və ya iştirakı olan şəxslər barədə məlumatlı olub-olmaması barədə məlumatsız olmuşdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 onun doğma oğludur. Onun əri uşaqları azyaşlı olanda rəhmətə getdiyinə görə ailəyə daha çox onun kiçik qardaşı Təqsirləndirilən şəxs1 dəstək olmuşdur. Rəhmətlik anası uzun müddət əvvəl Müşviqdən xahiş etdiyi üçün Müşviq Dəyanəti özünün işlədiyi “Təfəkkür” universitetinə qəbul etdirmiş, sonralar da Dəyanət polisdə işə düzəltmişdir. Dəyanət əvvələr nümunəvi övlad olsa da sonradan araq içməyə, avaraçılıq etməyə başlayandan “başı pozulmuş”, qumarda da uduzub ailəsini çətin duruma salmağa başlamışdır. 24 aprel 2023-cü il tarixdə qardaşı Müşviq ona zəng edib “sənin oğlun məndən borc istiyir 4000, mənim də quran haqqı yoxumdu vermədim, bu nə qədər qumar oynayır, bu qədər pulu neyniyir, deyir uşaqlar sənə əmanətdi mən gedirəm polisə təslim olacam, 102-yə yığmışam gəlib aparacaqlar” demişdir. Bundan sonra birlikdə yaşadığı qızı Günel onun yanında gəlini Elnarəyə zəng edib Dəyanətin harada olduğunu soruşmuş və Elnarə ağlaya- ağlaya Dəyanətin içkili - içkili polislərə zəng etdiyini və gəlib Dəyanəti apardıqlarını demişdir. Lakin o, Dəyanətin tutulmasının səbəbini bilməmiş və təkcə taksi ilə saat 21 radələrində Bakı şəhərinə yollanmışdır. O, əvvəllər Dəyanətgilə gəlmiş, Dəyanətin birinci dəfə polis tərəfindən saxlandığını eşitdiyi üçün narahat olub qardaşı Müşviqin evinə gedib sonuncudan kömək istəmək ağlıma gəlmiş, lakin evini tanımadığına görə durub əvvəlcə Dəyanətgilə gəlmiş, Dəyanətgildə gəlini Elnarə, nəvələri və Günelin qızı Aynur olmuş, Aynur ilə sifarişli taksi ilə Müşviqin yaşadığı evə getmişdir. Təxminən saat yarım orada Müşviq ilə ikisi danışıb nə baş verdiyini, niyə Dəyanətin tutulduğunu soruşub kömək istəmiş, lakin Müşviq ona Dəyanəti sildiyini demişdir. Bundan sonra o, yenidən Dəyanətgilə qayıtmış və növbəti günlərdə nəvəsi Fəridə atası Dəyanətin ona sərxoş halda bütün cinayəti necə törətdiyini, belə ki, mərhumun Təqsirləndirilən şəxs1 tanışı olduğunu və aralarında çox pis münasibət olduğunu, Müşviqin 12 əvvəl həmin adamı Dəyanətə öldürməyi tapşırdığını, Dəyanətin isə bu işə Samiri saldığını və Samirin cinayəti törətdiyini danışdığını bildirmişdir. O, bundan sonra cinayətin iştirakçıları barədə məlumatlı olmuş və oğlu Dəyanət onsuz da tutulduğuna görə və o, əlavə olaraq qardaşı Müşviqin də tutulmasını istəmədiyinə görə Fəridəyə və bütün bu söz - söhbətin yayıldığı qohumlara qətiyyən Müşviqin adını çəkməməyi tapşırmışdır. İstintaq dövründə Fəridə dəfələrlə evdə söz - söhbət yaradıb Dəyanətin buraxdırılmasını tələb etdiyinə və bildiklərini danışacağı və digər iştirakçıları da ifşa edəcəyi ilə onları hədələdiyinə görə onunla Fəridənin arasında tez - tez söz - söhbətlər olmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs3 2023-cü ilin oktyabr yaxud noyabr ayında İmişli rayon polis şöbəsi tərəfindən tutulub Bakı şəhərinə gətiriləndən sonra Samirin anası Məlahət onlara gəlib “bu işdə kötük var e, gəlsin mənim balamı qurtarsın” demiş və onu Müşviqin pul ilə Samiri qurtarmalı olduğuna işarə edib hədələmişdir. O isə təbii ki qardaşını müdafiə edərək Məlahətə “Müşviq qurtaran idisə mənim oğlum neçə aydı içəridədi onu qurtarardı da” demiş və bundan sonra Məlahət ilə bir daha əlaqəsi olmamışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, uşaq yaşlarından atasını itirmiş və onların ailəsinə dayısı Təqsirləndirilən şəxs1 arxa - dayaq olmuşdur. Təqsirləndirilən şəxs Dəyanət əvvəllər içki içməsə də, son 3-4 ildə həddindən artıq spirtli içki içmiş, sərxoş olanda özünü apara bilməmiş, söyüş söyürmüş. Təxminən 3 - 4 il əvvəl Elnarə telefonla danışarkən ona Dəyanətin içkili olduğunu və ona adam vurub öldürdüyünü dediyini bildirmiş, o isə Dəyanətin həmin sözləri içkinin təsiri altında dediyini düşünmüşdür. Ayıq vəziyyətdə Dəyanətlə danışıb nə məsələ olduğunu soruşduqda isə Dəyanət içkili olub yalandan dediyini bildirmişdir. Həmçinin, ayıq vaxtlarında o, Dəyanəti içki içdiyi üçün dəfələrlə danlamış, hər dəfə Dəyanət ona bir də içki içməyəcəyinə dair söz versə də içkidən qurtula bilməmiş və ona “qəlbimdə bir sirr var, ölənə qədər mənim ürəyimdədir” demişdir. O, Dəyanətin hər dəfə “ürəyimdə bir sirrim” var deməsinin dəfələrlə şahidi olsa da, Təqsirləndirilən şəxs3lə birlikdə adam öldürdüklərini və Müşviqin sifarişi ilə törətdiyini bilməmişdir. Təqsirləndirilən şəxs2 102 xidmətinə zəng edib təslim olandan sonra o, Bakı şəhərində Dəyanətgildə olarkən Dəyanətin qızı Fəridə atası Dəyanətin ona sərxoş halda hadisəni danışdığını və cinayəti Təqsirləndirilən şəxs1 istəyi ilə kəndçiləri Samirə elətdirdiyini danışdığını bildirişdir. O, bundan sonra cinayətin iştirakçıları barədə məlumatlı olmuş, lakin əsl həqiqəti bilmədiyinə görə Fəridəyə səbirli olmasını, bu barədə orada-burada, o cümlədən istintaqda danışmaması tapşırmış və “atavı aparıblar, qoy görək nolur, nətər olur” demişdir. Həmçinin, Samiri uşaq vaxtlarından tanısa da, aralarında yalnız bir dəfə mübahisə olmuşdur, belə ki, o, təxminən 3- 4 il əvvəl İmişlidə öz işlətdiyi çayxanadan Samir özünü apara bilmədiyinə görə Samiri qovmuş və bu zaman aralarında sözlü mübahisə düşmüş, Samir ona “nəslivizin ipi əiimdədi” deyib hədələsə də, Samirin yəqin Dəyanətin barəsində bu fikri dediyini düşünmüşdür. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs3 onun doğma oğludur. Samir uşaq vaxtlarından Təqsirləndirilən şəxs2 ilə yaxın münasibətdə olmuşdur. Dəyanət 2023-cü ilin aprel ayında tutulan vaxtdan sonra Samir demək olar ki gününü evdə keçirmiş, ürəyinin sıxıldığını deyib, özünü narahat hiss etmiş və təxminən 2023-cü ilin sentyabr-oktyabr aylarında evdə olarkən 11-12 il əvvəl Dəyanətin dayısı Müşviqin vəzifə üstündə yaşlı bir adamı öldürməyi Dəyanətə tapşırdığını, Dəyanət də 30,000 manat pul və ömür boyu onun üçün ev-eşik almaq, hər cür həyat şəraitini yaxşılaşdırmaq vədi müqabilində ona həmin adamı öldürməyi təklif etdiyini, o da bir səhv edib Dəyanətlə razılaşıb həmin adamı öldürdüyünü bildirmişdir. O, Dəyanətin illərlə Samirin adından dayısı Müşviqdən müxtəlif vaxtlarda pul aldığına görə Samirlə Müşviqin görüşünə mane olduğunu başa düşmüşdür. O, Samirlə yaxın münasibəti olduğuna görə Dəyanəti və ailəsini yaxşı tanımış, Dəyanətin əvvəllər Daxili İşlər Nazirliyində yüksək vəzifədə çalışdığını, dayısı Müşviqin isə hansısa universitetdə rəhbər vəzifədə işlədiyini bilmiş, lakin həmin şəxsi şəxsən tanımamışdır. Samirdən nə üçün belə bir hadisə törətdiyini soruşanda ona tamaha aldandığını və çox peşiman olduğunu bildirmişdir. Bu söhbətdən bir müddət sonra Samir tutulanda o, əvvəlcə Samirin narkotik istifadəsinə görə tutulduğunu hesab etsə də, sonra Samir Bakı şəhərinə aparılanda Samirin əslində Dəyanətin işinə görə tutulduğunu başa düşmüş və əlacsız qalaraq Dəyanətin anası Fəriqagilin evinə getmişdir. O, Fəriqaya Müşviqin onun balasının başına belə bir oyun açdırdığından gileylənmiş və Müşviqi nəzərdə tutaraq “bu işin kötüyü indi gəlsin mənim balamı içəridən çıxartsın” demişdir, Fəriqa isə təbii ki ona müsbət cavab vermədiyə görə oradan çıxmışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 onun uşaqlıq dostu olmuş, münasibətləri həmişə yaxşı, səmimi səviyyədə olmuşdur. Dəyanətin yeganə səhvi spirtli içki aludəçisi olması, spirtli içki qəbul edəndə özünü idarə edə bilməməsi, danışığını itiriib heç kimin sözünə qulaq asmaması, səbəbsiz yerə mübahisə etməsi olmuşdur. O, dost kimi dəfələrlə Dəyanətə üç uşaq atası olduğunu, çoxlu spirtli içki içməyin ona yaraşmadığını, səhhətinin pozulduğunu, dost tanışlarının arasında hörmətdən düşdüyünü bildirərək bu yoldan çəkindirmək istəsə də Dəyanət ona qulaq asmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs2 son zamanlar mobil telefonla qumara qurşanması səbəbindən maddi vəziyyəti yaxşı olmamış, qumarda uduzduğuna görə ondan dəfələrlə olmaqla pul borc almışdır. 25 aprel 2023-cü il tarixdə Dəyanətin qardaşı Xalid zəng edərək Dəyanətin evdə olmadığını, polis əməkdaşları tərəfindən aparıldığını, yerini bilmədiyini demişdir. O, keçmiş polis əməkdaşı kimi Xalidə DİN-in 102 xidmətinə zəng edib qardaşı haqqında məlumat almasını məsləhət görmüşdür. Bundan sonra Dəyanət ilə hər hansı əlaqəsi olmamışdır. 2023-cü ilin noyabr ayının əvvəlində Samir polis tərəfindən tutulub Bakı şəhərinə gətiriləndən sonra İmişli rayonundakı evdə olarkən anası Məlahət ona Samirlə tutulandan qısa müddət əvvəl söhbət etdiklərini və Samirin ona 11-12 il əvvəl Dəyanətin dayısı Müşviqin vəzifə üstündə yaşlı bir adamı öldürməyi Dəyanətə tapşırdığını, Dəyanət də 30,000 manat pul və ömür boyu onun üçün ev-eşik almaq, hər cür həyat şəraitini yaxşılaşdırmaq vədi müqabilində ona həmin adamı öldürməyi təklif etdiyini, o da bir səhv edib Dəyanətlə razılaşıb həmin adamı öldürdüyünü, hadisədən sonra Dəyanətin ona verdiyi vədə əməl etmədiyini, hissəhissə az məbləğlərdə pul verdiyini, dəfələrlə Dəyanətdən onu Müşviq ilə görüşdürməsini istəsə də Dəyanətin hər dəfə müxtəlif bəhanələrlə onların görüşünə mane olduğunu, buna görə də heç vaxt Müşviqlə görüşmədiklərini, Dəyanət tutulandan sonra isə özü təkcə Müşviqlə görüşməyə ürək etmədiyini etiraf etdiyini bildirmişdir. O, Dəyanətin illərlə Samirin adından dayısı Müşviqdən müxtəlif vaxtlarda pul aldığına görə Samirlə Müşviqin görüşünə mane olduğunu başa düşmüşdür. Samir tutulduqdan sonrakı günlərdə o, anası Məlahəti həm Dəyanətin ona olan qalıq borcunu almaq, həm də Müşviqin bu məsələ ilə bağlı, yəni Samirin tutulması ilə bağlı necə kömək edəcəyini, nə düşündüyünü öyrənmək üçün Dəyanətin anasıgilə göndərmiş, lakin anası Məlahət qayıdanda ona Dəyanətin anasının onlara verəcək pulu olmadığını və Müşviqin də əlindən bir iş gəlmədiyini, gözləmək lazım olduğunu dediyini bildirmişdir. Müşviq cinayət məsuliyyətinə cəlb olunandan təxminən 1 həftə əvvəl Şüvəlan türməsinə gedib orada həbsdə saxlanılan qardaşı Samirlə görüş zamanı anası Məlahətin ona söylədikləri barədə Samirlə söhbət etmiş və Samir həmin məlumatları onun özünə də bir daha təsdiq etmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 2008 - 2009-cü illərdə təsadüfən YPX xidmətində olduğu zaman yolda tanış olmuşlar. 24 aprel 2023 - cü il tarixdə saat 12 radələrində evdə olarkən Dəyanət ona “Whatsapp” proqramı ilə zəng edərək onu evə aparmasını istəmişdir. Bundan təxminən 2-3 gün sonra Dəyanətin qardaşı Xalid ona zəng edərək Dəyanətin polisə təslim olduğunu, deyilənə görə adam öldürdüyünü, polisin Dəyanəti evdən apardığını, amma hansı bölmədə olduğunu bilmədiklərini demiş və bundan sonra o, Dəyanətin təslim olduğunu öyrənmişdir. Lakin onun hadisə barədə ətraflı məlumatı olmamışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 onun doğma qardaşıdır. Atası onlar azyaşlı olanda rəhmətə getdiyinə görə onların ailəsinə daha çox kiçik dayısı Təqsirləndirilən şəxs1 dəstək olmuşdur. Müşviq onun toy mərasiminin və cehizinin bütün xərclərini çəkmişdir. Şəlalənin də toyunun demək olar bütün xərclərini Müşviq çəkmişdir. Müşviq qohumlar arasında ən çox Dəyanətə qayğı göstərmişdir, belə ki, Dəyanəti özünün işlədiyi “Təfəkkür” universitetində oxutdurmuş, sonra Daxili İşlər Nazirliyində işə düzəltmiş, sonrakı dövrlərdə Dəyanət üçün ev və avtomobil almışdır. Dəyanət əvvəllər nümunəvi övlad olsa da, sonradan araq içməyə və qumar oynamağa başlayandan “başı pozuldu”, qumarda da uduzub ailəsini çətin duruma salmağa başlamışdır. Hətta, 2021-ci ilin noyabr - dekabr ayında Dəyanət ona zəng edərək 7000 manat pul lazım olduğunu, lakin adına banklarda kredit olduğuna görə özü kredit götürə bilmədiyini demiş və ondan kredit götürüb verməsini xahiş etmişdir. Dəyanət işlədiyi dövrdə ona dəfələrlə “əl tutduğu”na görə və ilk dəfə ona “ağız açıb” nə isə xahiş etdiyinə görə, həm də həmin ərəfədə Dəyanət polisdə işlədiyinə görə arxayın olub Dəyanətə etiraz etmədən “Azərbaycan Beynəlxalq Bankı”nın İmişli rayon filialından öz adına 4 illik aylıq 215 manat olmaqla 7000 manat kredit götürüb Dəyanətə göndərmişdir. Müşviqin əvvəlki dövrlərdə Dəyanət ilə arası çox yaxşı olsa da, sonradan Dəyanətin araq işib qumar oynaması ilə əslində dayısının həm Dəyanətə, həm də onların bütün hamımıza qarşı münasibəti soyumuşdu. Müşviq 2019 - 2020-ci illərə qədər Dəyanətə pul versə də, sonra “mən verirəm sən qumarda uduzursan, adımızı batırmısan” deyib pul verməyi də kəsmişdir. 24 aprel 2023- cü il tarixdə saat 18 radələrində dayısı Müşviq onun anasına zəng edib “Dəyanət mənə yığıb, 4000 borc istəyir, deyir vermirsən gedib polisə təslim olacam, adam öldürmüşəm” demiş, sonra Elnarə ilə əlaqə saxlayanda sonuncu da “evə içkili gəldi, məni də otaqdan itələdi çıxartdı ki polisə zəng edirəm, zəng elədi 102-yə dedi adam öldürmüşəm” demişdir. Bundan sonra gecə ilə əvvəlcə onun anası Dəyanətin ardından Bakı şəhərinə yola düşmüş, lakin ertəsi gün anasının səhhətinin pisləşib xəstəxanaya aparıldığını eşidəndə o da Bakı şəhərinə gəlmişdir. Elnarəgildə olanda Elnarənin danışmasından eşidib Dəyanətin polis təslim olub prorektor Zərərçəkmiş şəxs öldürdüyünü etiraf etməsini öyrənmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid9 ifadəsində bildirmişdir ki, mərhum atası Zərərçəkmiş şəxs əvvəllər saat 06 radələrində, son vaxtlar isə daha tez yəni saat 4-də, bəzən saat 5- də binanın qarşısındakı meydançaya gedərək orada idman edirmiş. 16 sentyabr 2011-ci il tarixdə saat təxminən 04 radələrində itlərin hürüməsi səslərinə yuxudan ayılmış, bir qədər qorxmuş və sonra yenidən yatmışdır. Səhər saat 07:40-da anası Zemfira ev telefonuna zəng edərək Tariyelin telefonunu götürmədiyini bildirmişdir. Belə ki, adətən Tariyel idmandan qayıdandan sonra Zemfiraya zəng edirmiş. O, anasına Tariyelin yəqin hamamda olduğunu deyib ev telelefonuna zəng vurmuş, cavab vermədiyindən onun mobil nömrəsinə zəng etmiş, lakin nömrə də bağlı olmuşdur. Bundan sonra o, təxminən saat 8də sürücü Elgizə zəng edib Tariyelin evinə getməsini tapşırmış, lakin Elgiz ona Babəklə işi olduğunu deyib Babəki oyatmasını demişdir. Bir qədər sonra Elgiz onlara gəlib hadisə barədə xəbər vermişdir. Daha sonra o, Tariyelin yaşadığı mənzilə gedərək istintaq zamanı itməməsi üçün içərisində sənədlər, o cümlədən Tariyelin Təqsirləndirilən şəxs1 barəsində müxtəlif orqanlara ünvanladığı şikayət ərizələri olan qovluğu götürüb öz evinə gətirmiş, sonra isə götürülən qovluq və sənədləri Babəkin qarajına aparıb orada saxlamışlar. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində bildirmişdir ki, Tariyel müəllimlə Universitetin rektoru Təqsirləndirilən şəxs1 münasibəti əvvəllər həmişə yaxşı olsa da, təxminən 2004-cilin axırları 2005-ci ilin əvvəllərindən aralarında olan bu münasibət pozulmuşdur. 16 sentyabr 2011 -ci ildə səhər saat 09 radələrində Rahim müəllimin köməkçisi Ceyhun müəllim ona zəng edib Tariyel müəllimin öldüyünü xəbər vermişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid12 ifadəsində bildirmişdir ki, 2002ci ildə “Təfəkkür” Universitetində elmi işlər üzrə prorektor mərhum Zərərçəkmiş şəxs yanında katibə - operator işləməyə başlamışdır. Həmişə yaxşı münasibətləri olsa da, 2004-cü ildə Tariyel müəllimin Müşviq müəllimlə aralarında onun bilmədiyi səbəbdən mübahisələri düşmüş və bu səbəbdən hadisə gününə kimi danışmamışlar. 06 sentyabr 2011-ci ildə Tariyel müəllim onları qəbul edib işdən azad olunduqlarını bildirmişdir. 08 sentyabr 2011-ci ildə o, otağın açarını aparıb təhvil vermiş və bundan sonra Tariyel müəllimi görməmiş, telefon əlaqəsi saxlamamışdır. 16 sentyabr 2011-ci ildə saat 11 radələrində Lalə xanım ona zəng vuraraq Tariyel müəllimin yaşadığı evin yaxınlığında səhər idman edən zaman öldüyünü xəbər vermiş, o bu xəbərdən çox pis olub universitetdə müəllimə işləyən Samirə xanımla əlaqə saxlayaraq yas yerinə getmişdir. Təqsirləndirilən şəxs2 tanımasa da, universitetdə işlədiyi dövrdə rektor Müşviq müəllimin bacısı oğlu Dəyanət adlı bir oğlanın adını eşitmiş, Dəyanət tez - tez universitetə gəlmiş, hətta o, Dəyanəti bir neçə dəfə universitetin həyətində mühafizə polislərinin postunun qarşısında görmüşdür. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid13 ifadəsində bildirmişdir ki, 16 sentyabr 2011-ci il tarixdə saat 06:50 radələrində yaşadığı evdən çıxıb təxminən 50 metr məsafədə yerləşən idman meydançasına gəlib piyada gəzməyə başlayanda dəmir konteynerin yanında qaraltı görüb yaxınlaşıb baxanda tanımadığı kişinin yerdə ağzı üstə qıvrılıb uzanmış vəziyyətdə olduğunu görmüş, həmin şəxsi səsləməsinə baxmayaraq həmin şəxsdən cavab gəlməmişdir. O, 1-2 dəqiqəlik həyəcan keçirtdikdən sonra özünü toparlayıb saat 06:57-də Azərbaycan Respublikasının DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Təxminən 10-15 dəqiqədən sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid14 ifadəsində bildirmişdir ki, 2008ci ildən Zərərçəkmiş şəxs sürücüsü işləmiş və "Mersedes Bens E 320” modelli **-EF-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmişdir. 2011-ci icin aprel ayının əvvəllərində işdən ayrıldıqdan sonra onun Tariyel ilə əlaqəsi olmamışdır. 16 sentyabr 2011-ci il tarixdə saat 15 radələrində həyat yoldaşı ona televizorun xəbərlər verilişində Tariyel müəllimin ölməsi barədə məlumat verildiyini bildirmiş və o da dərhal Tariyelin yaşadığı həyətə gedib meydançada xeyli sayda polis əməkdaşlarının toplaşdığını görmüş, Tariyelin hamı ilə yaxşı münasibətləri olduğuna görə öldürülməsinə inana bilməmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid15 ifadəsində bildirmişdir ki, 2011ci ilin aprel ayından mərhum Zərərçəkmiş şəxs kürəkəni Babəkin sürücüsü kimi işə başlamış və Babəkə məxsus “Mercedes Benz 320” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, gün ərzində Babəkin qızı Vüsaləni və mərhum Tariyeli iş yerlərinə aparmışdır. 16 sentyabr 2011-ci il tarixdə saat 08:40-da evdən çıxıb maşını götürmək üçün qaraja gedərkən binanın qarşısında qardaşı Eldəniz ona binanın tinindəki stadionda ağ başlı kişi meyidi tapıldığını demiş, o, stadiona gedəndə orada çoxlu adamlar, polis işçiləri olmuşdur. O, Tariyel müəllimi idman formasında heç vaxt görmədiyinə, həm də meyid üzü üstə yerdə olduğuna və sifəti qan içində olduğuna görə əvvəlcə meyidi tanımamışdır. Polislər ondan Tariyel müəllimin yaxınlarını soruşmuş və o da mərhumun kürəkəni Babəkin yaxınlıqdakı binada yaşadığını bildirib özü Babəkgilə gedib Babəkə xəbər vermişdir. Bundan sonra Babək hadisə yeri olan stadiona getmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid16 ifadəsində bildirmişdir ki, mərhum Zərərçəkmiş şəxsla dost münasibətində olmuşdur. O, sonuncu dəfə Tariyeli 10 sentyabr 2011-ci ildə bağ evində görmüş, 15 sentyabr 2011-ci il tarixdə isə Tariyel ona zəng edərək həftə sonu bağ evinə dəvət etmişdir. 16 sentyabr 2011-ci il tarixdə İsə Babək ona zəng edərək hadisə barədə xəbər verdikdən sonra bu barədə öyrənmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, təxminən 2005-2006-cı illərdə mərhum Zərərçəkmiş şəxsla tanış olub dostluq etmişdir. Tariyel ilə rektor arasındakı münasibətləri barədə aralarında danışıqlar olmamışdır. 16 sentyabr 2011-ci il tarixdə saat 12 radələrində televiziyada yayılan xəbərlərdə Zərərçəkmiş şəxs öldürülməsini eşidib öyrənmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, 1996-cı ildə “Təfəkkür” Universitetinin yeməkxanasında işlədiyi vaxtdan Zərərçəkmiş şəxsla dostlaşmışdır. O, başqa yerdə Tariyelin rektorla münasibətlərinin soyuq olduğunu eşitmiş, lakin bunun səbəbini bilməmişdir. 16 sentyabr 2011-ci ildə ortaq tanışları Səftər müəllim ilə danışanda sonuncu ona Tariyelin meydançada xəsarət aldığını bildirmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid19 ifadəsində bildirmişdir ki, mərhum Zərərçəkmiş şəxsla yaxın dost olmuşdur. O, Tariyelin kiminləsə ədavətinin olmasını xatırlamasa da, özü ona bir neçə dəfə işlədiyi “Təfəkkür” Universitetinin rektoru Müşviq müəllimlə soyuq münasibətləri olması, Müşviqin rektor olmasında kömək etdiyini, lakin Müşviqin sonradan ona qarşı hörmətsizlik, saymamazlıq etdiyinə görə münasibətlərinin pisləşdiyini bildirmişdir. 15 sentyabr 2011-ci il tarixdə Tariyel ona zəng edərək həftə sonu öz bağ evinə dəvət etmişdir. 16 sentyabr 2011-ci il tarixdə digər dostu Miradmət ona zəng edərək hadisə barədə xəbər verdikdən sonra bu barədə öyrənmişdir. Məhkəmədə elan olunaraq tədqiq edilmiş cinayət işinin materiallarından görünür: xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 CM-in 120.2.5-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə 04 ay həddində həbs qətimkan tədbiri seçilmişdir (11-ci cild iş vərəqi 135-140). xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 120.2.5-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və onun İmişli RPŞ-nin istintaq bölməsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə aparılan ********* N-li cinayət işi üzrə barəsində İmişli rayon məhkəməsinin qərarı ilə xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır (14-ğü cild iş vərəqi 70). xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 CM-in 120.2.5-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin İqtisadiyyat İnstitutu nəzdində İqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri vəzifələrindən kənarlaşdırılmışdır (14-cü cild iş vərəqi 157- 158, 177-181) xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-in 120.2.5-ci maddəsinə tövsif olunmuş və ona yekun ittiham elan edilmişdir (15-ci cild iş vərəqi 105-107) xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 32.3, 120.2.5-ci maddəsinə tövsif olunmuş və ona yekun ittiham elan edilmişdir (15-ci cild iş vərəqi 121-123). xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 32.3, 120.2.5-ci maddəsinə tövsif olunmuş və ona yekun ittiham elan edilmişdir (15-ci cild iş vərəqi 140-142). İfadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 ifadəsinin yerində yoxlanılması zamanı ifadəsində göstərdiyi bütün xüsusatları hadisə günü Zərərçəkmiş şəxs güdmək üçün gizləndiyi yeri, Zərərçəkmiş şəxs meydançaya daxil olduğu və idman qaçışına başladığı istiqaməti, Zərərçəkmiş şəxs ardınca gedərkən ayağının düşdüyü lyuku, sonuncuya yaxınlaşdığı istiqaməti və ona əlindəki dəmir parçası ilə ilk və sonrakı zərbələri endirdiyi yeri, Tariyelin meyitinin qaldığı yeri, daha sonra hadisə yerindən qaçdığı istiqaməti və qaçarkən cinayətin aləti olan dəmir parçasını tulladığı yeri, habelə digər xüsusatları əyani şəkildə göstərmişdir. Üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs2 ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə aralarında üzləşdirmə aparılmış və Təqsirləndirilən şəxs3 ifadəsində göstərdiyi xüsusatları (Tariyeli “xəstəxanalıq etmək” deyil öldürmək barədə tapşırıq aldığını, cinayəti törətmək üçün Təqsirləndirilən şəxs2 ona 40000 ABŞ dolları məbləğində pul vəd etdiyini, Təqsirləndirilən şəxs2 ona hədəfin fotoşəkilini deyil aparıb hədəfi canlı olaraq idman edərkən kənardan göstərdiyini) Təqsirləndirilən şəxs2 üzünə qarşı səsləndirərək ifadəsini bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs2 isə həmin xüsusatları dəqiq xatırlamadığını və qarşı tərəfin doğru ifadə vermiş ola biləcəyini bildirməklə qəbul etmişdir. Üzləşdirmə protokolundan görünür ki, istintaqın gedişində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs2 ifadələri arasında Dəyanətin Samirə cinayətin Təqsirləndirilən şəxs1 tərəfindən sifariş edildiyini deyib - deməməsi xüsusatı üzrə əhəmiyyətli ziddiyyət yarandığına görə aralarında əlavə üzləşdirmə aparılmış Təqsirləndirilən şəxs3 ifadəsində göstərdiyi kimi 2013-cü ildə Təqsirləndirilən şəxs2 ona dayısı Təqsirləndirilən şəxs1 şəxsi vəzifə mənafeyi səbəbindən cinayəti sifariş etdiyini danışmasını Təqsirləndirilən şəxs2 üzünə qarşı səsləndirərək ifadəsini bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs2 isə həmin xüsusatın doğru olduğunu qəbul etmişdir. Üzləşdirmə protokolundan görünür ki,təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 ifadələri arasında əhəmiyyətli ziddiyyət olduğuna görə aralarında üzləşdirmə aparılmış və Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları, o cümlədən də hadisədən əvvəl dayısı Təqsirləndirilən şəxs1 bir neçə dəfə ona Zərərçəkmiş şəxs “vur xəstəxanalıq elə”, “bir dənə iş tapşırdım sənə yarıtmadın”, “get vur başından daşnan - zadnan”, “yolda - zadda maşınnan vur” və s. sözlər deyib onu təhrik etdiyini, hadisədən sonrakı illərdə Təqsirləndirilən şəxs3 cinayətin iştirakçısı olması barədə dayısına danışıb Samiri polisdən sərbəst buraxdırmaq üçün dayısından pul istədiyini və aldığını Təqsirləndirilən şəxs1 üzünə qarşı səsləndirərək ifadəsini bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs1 isə hadisədən əvvəl Təqsirləndirilən şəxs2lə ümumi söhbətlər zamanı Tariyeldən narazı olduğunu demiş ola biləcəyini, lakin heç vaxt Tariyeli “vur öldür” demədiyini, əksinə Təqsirləndirilən şəxs2 ona “dayı Tariyel sənə, Universitetə problem yaradır, maşınnan vurum...daşnan vurum..” dediyini, onun isə Təqsirləndirilən şəxs2 çəkindirməyə çalışdığını bildirmişdir. Hadisə yerinin baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs meyitinin aşkar edildiyi yer Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 8 saylı yaşayış binasının qarşısında olan idman meydançasının asphalt hissəsidir. Meyit üzü aşağı, hər iki qolu qatlanaraq bədən səthinin altında, sol ayağı qatlanmış vəziyyətdə aşkar edilmişdir. Meyitin əynindəki qısaqol idman köynəyinin ön hissəsi qana bulaşmışdır. Meyiti çevirdikdə göz qapaqları şişmiş və tünd göy rəngli qançırlı olduğu, sifətinin qan və qum dənələri ilə bulaşdığı, sağ qulaq dəliyində qan axdığı müşahidə olunmuşdur. Mərhumun baş nahiyyəsində - sağ və sol təpə gicgah nahiyyələrinin, təpə, gicgah və ənsə nahiyyələrinin bütövlüklə əhatə edən çox qəlpəli sınığı və bel nahiyyəsində köndələn istiqamətli qançır xəsarətləri müəyyən edilmişdir. xx.xx.2023 və 01,05.2023-cü il tarixli baxış protokollarından görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş “İphone 12mini” markalı və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş “Redmi” markalı mobil telefonlara baxış zamanı Təqsirləndirilən şəxs2 24 aprel 2023-cü il tarixdə saat 17:17-dək "Whatsapp" proqramı vasitəsilə dayısı Təqsirləndirilən şəxs1lə ardıcıl olaraq 21 dəqiqə danışdıqdan sonra saat 17:18-də DİN-in 102 xidmətinə zəng edib təslim olduğu müəyyən edilmişdir; həmçinin, baxış zamanı Təqsirləndirilən şəxs2 “Pin-up” mərc oyunlarını dəstəkləyən mobil proqram vasitəsilə uzun müddətdir qumar oynadığı, təslim olduğu tarixdən bir gün əvvəl - 23 aprel 2023-cü il tarixdəki sonuncu oyunlar nəticəsində 2410 manat uduzduğu müəyyən edilmişdir (11-ci cild iş vərəqi 148-149, 170-171). Daxili İşlər Nazirliyinin X2 Mərkəzindən daxil olmuş diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 17:18 və 17:25 - də 102 Xidmətinə zəng edərək 03 dəqiqə 40 saniyə və 03 dəqiqə 27 saniyə davam edən danışıqlar zamanı Zərərçəkmiş şəxs təkbaşına öldürdüyünü etiraf etmiş və təslim olmaq istədiyini bildirmişdir (14-cü cild iş vərəqi 27). Axtarış protokulundan görünür ki, mərhum Zərərçəkmiş şəxs kürəkəni Şahid1 məxsus qarajında axtarış aparılmış və mərhumun ölümündən sonra yaşadığı mənzildən götürülüb orada saxlanılan içərisində sənədlər olan qovluqlar götürülmüşdür; həmin sənədlərin sırasında Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs1 rektor vəzisində işlədiyi müddətdə yol verdiyi qanunsuz hərəkətlərin ifşa olunması barədə müxtəlif dövlət qurumlarına ünvanlanmış şikayət ərizəsinin tərtib edilib imzalandığı aşkar edilmişdi (2-ci cild iş vərəqi 167-173). xx.xx.2002-ci il tarixli “Təfəkkür” Universitetinin təsisçiləri yığıncağının 2 Ns-li protokolu və təsisçi Şaiq Abdullayevin xx.xx.2002-ci il tarixli 67 Ns-li əmrindən görünür ki, X10 prezident - rektor vəzifəsindən azad edilmiş və Təqsirləndirilən şəxs1 rektor seçilmişdir (1-ci cild iş vərəqi 91-94). xx.xx.2002-ci il tarixli “Təsis müqaviləsindən (notariat qaydada təsdiq olunmuş) görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindəki paylar Şaiq Abdullayev, Təqsirləndirilən şəxs1, Şahid10 və Zərərçəkmiş şəxs arasında 25% olmaqla bərabər bölünmüşdür. Həmçinin, Universitetinin hüquqi ünvanı ünvan 13qi 95-100). xx.xx.2012-ci il tarixli Bakı şəhəri 13 saylı dövlət notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş “təsisçilik payından imtina haqqında” razılıq ərizəsindən görünür ki, həmin tarixdə 78.650 manat (100.000 ABŞ dolları) məbləğində pulun ödənilməsi şərtilə mərhumun arvadı Zemfira Cəbrayılova, qızı Şahid9 və oğlu Zaur Əhmədov "xxxx" MMCnin təsisçilərindən olan Zərərçəkmiş şəxs universitetin təsisçi payından həmin universitetin rektoru Təqsirləndirilən şəxs1 xeyrinə imtina etmişlər (10-cu cild iş vərəqi 27). Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2023-cü il tarixli 5/2385 saylı “tam məxfi” qrifli məktubu ilə istintaqa daxil olmuş DTX tərəfindən keçirilmiş əməliyyat-texniki tədbirlər zamanı əldə olunmuş məlumatlara baxış protokolundan görünür ki, 09 iyun saat 20:56-da Təqsirləndirilən şəxs2 qardaşı Şahid4 ilə Şahid2 arasında aşağıdakı məzmunda danışıq müəyyən edilmişdir: - Elnarə Q.: “mən bu yetim Fəridən in (Elnarənin qızıdır) ağzına dura bilmirəm, bax oturub dədəsi ilə o birisini qarasın, nənəsi də bunu danlayır, mən də Fəridəyə qışqırıram sus, qayıdıb anan Fəriqa üstümə cumur ki, “sən deyir qızının ayağının altına daş qoyursan ki, filankəs tutulsun”. Bunu eləyənin yalansa evi yıxılsın, mən belə eləyirəmsə, mən o qızı susdura bilmirəm, həyasızdır, neyləyim mən, Allah məni öldürsün, Dəyanəti də orada öldürsün canımız qurtarsın, anan düşüb üstümə ki, sənin qardaşını biz kişi eləyib ortaya salmışıq, Müşviq 5 manat Şövkətə verib, əlindən alıb xərcləyib, Cəhənnəmə xərcləsinlər, 3 yetimin arasında bu dəqiqə bilmirəm özüm neyləyim, yetim saxlayıram, deyir get canın çıxsın işdə yetimlərini saxla, bunun mənə dediyi sözlərə bax, and içmişəm gedəcəm onun qardaşının evinə (Fəriqanırı qardaşı Müşviqi nəzərdə tutur) deyəcəm “bu nə haqqhesabdır mənim başıma açırsız, bəsdir dözüb durduğum, səbr elədikcə adamı minməzlər”, Fəriqa deyir sən qızının ayağının altına daş qoyursan, deyirəm səhərdən sənin yanında mən qızın üstünə qışqırıram, mənə nə kim tutuldu, hansı tutuldu, nə hərləyirəm o birisini bu birisini. - Xalid Q.: hə də, sənin əlinə nə keçəcək e, kim tutuldu, kim tutulmadı. - Elnarə Q.: cəhənnəmə getsin, ağlı başındaydı, ailəsini uşağını qədrini bilirdi eləməyəydi. 1-incisi düzdü mənə dağ çəkib o biri, belə çəkib ki, körpə uşaq qucağımda ola- ola mənim yoldaşımı neçə il ev üzünə həsrət qoyub o birisi - Xalid Q.: bilirəm, bilirəm hamısını, - Elnarə Q.: Bunların (öz övladlarını nəzərdə tutur) özün də görürsən ki, onsuz da psixologiyaları yerində deyil də. Yox and içmişəm gedəcəm onun qardaşının (qayınanasının qardaşı Müsviqi nəzərdə tutur) qapısına, deyəcəm “mən sənin ölümünü neynirəm, sənin tutulmağını neynirəm, a nə hərləyirəm hansı tutuldu, hansınızın mənə bir qəpik xeyriniz var, nə ziyanınız, onun ağzına yiyə dura bilirsən dur..”, Allah iş görənin də, gördürənin də lənət eləsin lap”. 09 iyun saat 20:56-da Təqsirləndirilən şəxs2 qardaşı Şahid4 ilə anası Şahid3 arasında aşağıdakı məzmunda danışıq müəyyən edilmişdir: - Fəriqə Q.: dünən elədi səbrimi basdım, indi də yenə internetləri kəsilib telefonla oynaya bilmir axı (nəvəsi Fəridəni nəzərdə tutur), gah deyir gedib şey eləyəcəm, sabahları nədir o kişinin adı.. - Xalid Q.: həə. - Fəriqə Q.: həə, deyəcəm ki, mənim atama elətdirən bunlardır, atamı oradan çıxart, atamı deyir 1 gündə orada qoymayacam yata, pul göndərsin atamı oradan çıxardacam, getsin onlar ikisi orada yatsınlar, onlar eləyiblər, deyirəm az bəsdir də, mən dünəndən səbrimi basmısam, az sənin ağzından qan iyi gəlir, bəsdir də day, deyir əcəb eləyirəm, yaxşı eləyirəm, onlar gedib orada yatmalıdır, ağzından qan iyi gəlir. - Xalid Q.: ay mama, mən bilirəm e o, düz eləmir, a getsin nə deyir desin e, onsuz da onun nə deməyinin indən belə nəyi dəyişəcək, mən bilmirəm, cəhənnəmə desin. - Fəriqə Q.: yox e deyir gedəcəm o şeyə deyəcəm, nədir o zibilin adı, deyir gedib ona deyəcəm ki, onunla o eləyib mənim atamın orada. Hələ adlarını, adını da çəkir. - Xalid Q.: a day nə isə e hə, nə isə, sən gedib orada qalma, çıx gəl evə. - Fəriqə Q.: deyirəm keçən Novruzda getdik Müşviqgilə, Müşviqə dedin ki, dayı Novruz bayramımız boş keçdi, konfet olmadı stola qoymağa, Müşviq gətirdi sənin cibinə 100-lük qoydu, özü də dedi ki, mənimlə əlaqə saxlayarsız nə lazımdır mənə deyərsiz. Dedim sənin burnunun iki deşiyindən gəlsin Müşviqin yaxşılığı. xx.xx.2023-cü il tarixdə Şahid2 “Whatsapp” proqramı vasitəsilə qardaşı ilə aşağıdakı məzmunda danışdığı müəyyən edilmişdir: Şahid2: Fəriqa (qaynanası) ma elə baxır, elə bil bu işin zadında mən durmuşam, əvvəldən mən elətdirmişəm bunu. Az qala məni yeyə. - eşidilmir. Şahid2: gördü ki Fəridə Elnarə deyil, sözün ancaq düzünü deyir, ona görə qaçdı getdi. Fəriqa (qaynanası) deyir “sən dinmə, sən dinmə”, Fəridə də dedi “sən sus otur yerində, niyə dinmirəm? atam deyil? Kimdi gəlib bizə yiyə duran?” - eşidilmir Şahid2: Dəyanətin əvvəli elə olmayıb axı. O işin ucunnan gəldi bu vəziyyətə çıxdı. - eşidilmir Şahid2: Kim kimin pərin pozur, kim kimi insanlıqdan çıxardır, kim kimi pis yola dəvət eliyir, kim kimin başına bu oyunları gətirir e ba Allah onun bəlasını versin, öldürməsin bəlasını versin. - eşidilmir Şahid2: oğlu kimiydi pis iş gördürmüyəydi də. O vəzifəyə ona görə qoydu ki özünü qorumaq üçün, ancaq, başqa vəzifəyə qoyardı da, o boyda oğlun var idi, Dəyanəti əgər çox istiyirdinsə niyə oğluna elətdirmirdin? Şahid2: Allah təpənə daş salsın, gül kimi gəlmişdin gəlmişdin, Allah bunun boynunun dalınnan vusun, yiyəsiz gördü, yetimi apardı yalannan, balaları da yetim qaldı, inanmıram e, onun üstü açılacaq - Allah eləsin Şahid2: prosto o Fəridə mümkün deyil e. Mən bilirəm ki o güjnən durub, bu dəqiqə aləmi dağıdırdı, nənəsiynən də qırğına çıxdı burda. - nənəsi nə dedi ki? Şahid2: dinmiyin, filankəsin adını çəkmiyin ha, filankəsin adını çəkmiyin ha, -niyəə? niyəə? bəxtəvər başımıza Şahid2: Fəridə də dedi “hərə öz cəzasını çəkəcək, mümkün deyil e o, hələ gözlüyürəm axırı, istiyir bıçağı mənim başıma qoyalar, xəlvətcə gedib izahat verəcəm”. - aparıb bədbəxt elədilər. Şahid2: vaxtında deyirdim ki “ay millət, bu insan getdikcə hədəğadan çıxır, bu insan içəndə deyir bu şeyin üstündə mən... deyillər e “içəndə sözün düzünü deyillər”, bu da içən kimi bu şeyin adını çəkir də. - anası deyə bilmir ki “mənim balam yiyəsiz deyil?” Şahid2: anası ancaq “dinmiyin, dinmiyin, adını çəkmiyin onun, qızıvın ağzına dur adını çəkməsin” - deyirdin e “deyirdi dayımnan diplom işi görəndə söz-söhbətimiz düşdü, onun üstündə elə...”, indi onu ayırd eliyəcəklər də “de görüm nətər oldu söz-söhbət düşdü, nətər oldu?”. Allah eləsin o yekəni elə əlli-ayaqlı aparsınlar. Bu (Dəyanət) da üzünü durmur bişey eləmir. Şahid2: Dəyanət durmasa da bu (Fəridə) susan deyil, bıçağı başına qoy, mən öz uşağımın xasiyyətini bilirəm, prosto gözdüyür hələ. O gün əmisi Xalid də dedi, “hələ gözdə bala sakit ol”. - başına daş düşsün, qanına bələnmiş vaxtında almısan camaatın pulunu, ver rədd olsun getsin o yana da. Şahid2: hə o elədi, o qanına bələnmişi (Samir) indi polis tutmuşdu, ona mütləq pul lazım idi, gəldi dedi ki mənə 4000 ver, o da dedi “vermirəm”, bildim ki ona görə istiyir, qabaq varıydı gəlirdi “hə şey eləmirsənsə adınızı çəkirəm”, 2 min - 3 min verirdi gedirdi. Xalid deyir bidəfə xəstəxananın qabağında buna qayıtdı ki “hamıvızın ipiviz əlimdədi, hamıvızı qoyduraram içəri”, qışdaymış havaxımış. Gedirdi gəlirdi şantaj eliyirdi. - bu qanına bələnmişə niyə demirsən “mən bacarmıram özgə adam tapginən”. Şahid2: baaa, öldürürdüye (Müşviq Dəyanəti), deyirdi “özün eləmirsən”, bugün alınmadı “özün eləmirsən. Niyə eləmirsən?”, o vaxtı it kimi qorxurduye indiki kimi deyildi ki “öl” deyirdi ölürdü, “qal” deyirdi qalırdı. İndi insanlıqdan çıxıb. - görmürsən .. deyir “qorxuram, qorxuram, gədədən qorxuram” Şahid2: o da narkoman piyanska, helə adam da puldan ötrü... gedirdi gəlirdi “pul”, tuturdular soxurdular içəri. - elə bir pullu işdən qaç gəl anana de ki “ana, dayım məni öldürür, mən belə şey eleməy istəmirəm., işdən çıxıram lazım döyül çıxıb gələcəm yanına, bir belə dilənərəm, fəhlə olaram, nə bilim qul olaram, ama mən o şeyi eliyə bilmərəm”. Elə bu işi görmüşdünüz də, bu biri nədi sosudu nədi onu da rədd eliyin də o yana, bilmirsiz sizi şantaj eliyəcək bu?!. Şahid2: (Dəyanət) deyirdi “pul istiyir, dayı”, (Müşviq) deyirdi “get vur öldür onu da, səsi batsın”, elə bil camaat toyuq başı kəsəcək. - məni kim çağırsa deyəcəm onun yetimliyindən istifadə elədi, Şahid2: (Müşviq Dəyanəti) qoysa başqa işə qoyardı da, niyə imenni o işə qoyurdu? öz götünü qorumaqdan ötrü. Filankəs qabağımdan keçdi, bəhmənkəs dalımnan keçdi düş onun dalınca, filankəs zırt elədi (11-ci cild iş vərəqi 181-185). Telefon məlumatlarına baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 hadisədən bir neçə saat əvvəl, yəni 15 sentyabr 2011-ci il tarixdə saat 21:30-dan saat 22:30-dək Təqsirləndirilən şəxs1 yaşadığı ünvanı əhatə edən “Yusif Vezir kuc.”, “Teymur Aliyev kuc”, “Azadliq pr, Hesen Aliyev” və “X16 kuc” adlı antenlərdə qeydə alınmışdır; həmçinin, anten məlumatlarına əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 15 sentyabr 2011-ci il tarixdə saat 18:08-də Teymur Əliyev küçəsində yerləşən yaşadığı evdən çıxaraq saat 19:47-da Mərdəkan qəsəbəsində yerləşən bağ evinə çatmış və saat 20:56-da sonuncu dəfə bağ evini əhatə edən antendə qeydə alınmışdır; bundan sonra saat 22:25-dən etibarən yenidən yaşadığı ünvanı əhatə edən “Teymur Aliyev kuc” adlı antendə qeydə alınmışdır (15-ci cild iş vərəqi 26-27). Məhkəmə-tibb ekspertizasının xx.xx.2011-ci il tarixli 134 N°-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs başın tüklü hissəsinin arxa təpə-ənsə nahiyəsinin əzilmiş yarası və qansızması, arxatəpə-ənsə sümüklərinin ortadan çoxqəlpəli sınığı, həmin nahiyədən kəllə tağı və əsası sümüklərinə uzanan çoxsaylı sınıq xəttləri, baş beyin qişalarına, maddəsinə və mədəciklərinə qansızma, baş beyinin kəskin ödemi, beyin yarımkürələrinin arxatəpə-ənsə nahiyələrinin qəlpəli sınıq proyeksiyasında əzilməsi, sifətin xırda ölçülü səthi sıyrıqları, gövdənin arxa səthinin səthi qançırlarından ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd edilən xəsarətlər həyati olmaqla bərk küt əşyanın çoxqəlpəli sınıq nahiyəsinə güclü təsirindən ölüm baş verməmişdən 30-60 dəqiqə əvvəl alınmışdır, bunu baş beyində yaranmış kəskin ödem və başın yumşaq toxumalarında olan həlməşikli qansızmalar təsdiq edir. Qeyd edilənlərdən əlavə həyati olan sifət nahiyəsində qum dənələrinin təsirindən yaranmış səthi sıyrıqlar və uzunsov formalı bərk küt əşyanın təsirindən gövdənin arxa səthində aşkar edilmiş üç ədəd səthi qançırlar yaranmışdır. Aşkar edilmiş xəsarətlərdən baş nahiyyəsində olan əzilmiş yara ilə yanaşı kəllə sümüklərinin sınığı canlı şəxslərdə həyat üçün təhlükəli olduğundan sağlığa ağır zərər vurmaya, digər xəsarətlər isə ümumilikdə və ayrı- ayrılıqda canlı şəxslərdə dərəcəsi təyin edilməyən xəsarətlər kimi qiymətləndirirlər. Xəsarətlərin alınma ardıcıllığına gəldikdə isə demək olar ki, sifət nahiyəsində olan qum dənələrin təsirindən yaranmış səthi sıyrıqlar digərlərindən sonra üzü üstə yerə yıxılarkən alınmışlar. Baş və bel nahiyəsində olan xəsarətlərin alınma ardıcıllığını təyin etmək mümkün deyildir. Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyin toxumasının travmatik əzilməsi, beyin qişalarına, maddəsinə və mədəciklərinə qansızma ilə yanaşı kəskin baş beyin ödemi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 4-5 saat əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs başın arxa təpə ənsə nahiyyəsindən götürülmüş dəri parçasının sərbəst kənarlarında, yara kənarları və divarlarında orta intensivlikdə 3 valentli dəmir ionları aşkar edilmişdir. Zərərçəkmiş şəxs sağlığında yaşı ilə əlaqədar mübadilə pozqunluğu və xroniki qastrit xəstəliklərindən əziyyət çəkmişdir. Zərərçəkmiş şəxs passiv pederastiya əlamətləri aşkar edilməmişdir. Düz bağırsağından götürülmüş tampon və yaxmalarda tibbi-bioloji tədqiqatı zamanı spermatozoidlər aşkar edilməmişdir. Zərərçəkmiş şəxs ölümündən əvvəl spirtli içkilər və narkotik maddələr qəbul etməmişdir. Zərərçəkmiş şəxs əynində olan və istifadədə olunmuş paltarlarda zədələr aşkar edilməmişdir (4-cü cild iş vərəqi 197-207). Məhkəmə bioloji və tibbi-kriminalistik ekspertizasının xx.xx.2011-ci il tarixli 292- MTKŞ Ns-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu O - alfa, beta /İ/ müəyyən edilmişdir. Ekspertizaya təqdim edilən hadisə yerindən iki ədəd bint kəsiyi üzərinə hopdurulub götürülmüş maddə ləkələrində, suvaq parçası, suvaq qırıntıları, 01 ədəd çubuğun uc hissəsindəki pambıq, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus idman şalvarı, idman tipli qısaqol köynək, mayka, trusik, bir cüt idman ayaqqabısı üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni, bəzi ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri alındı. Bu qan ləkələri O - alfa, beta /İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ola bilər. Zərərçəkmiş şəxs sağ və sol əl barmaq dırnaq kəsikləri yatağında qan və sitoloji tədqiqat üçün yararlı olan dəri toxuması /dəri epidermisi/ hüceyrələri aşkar olunmadı. Zərərçəkmiş şəxs məxsus iki cüt corab üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş hadisə yerindən götürlmüş suvaq parçalarının üzərində aşkar edilmiş qan ləkələrinin yaranma mexanizmi bir suvaq parçasının (böyük ölçülü) üzərində olan qan ləkələrin qan mənbəyinin daşın hanamar səthi ilə məhdud fasiləli şəkildə statik və az dinamik kontaktı nəticəsində yarana bilməsini güman etmək olar, - kiçik ölçülü suvaq qırıntılarında olan qan ləkələri qan mənbəyi ilə (qanlı səthi ilə) (4-cü cild iş vərəqi 228-234). Məhkəmə-tibb-kriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli 187/2023-MTKŞ NQ-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş arxa təpəənsə nahiyəsinin əzilmiş yarası, arxa təpə-ənsə sümüklərinin ortadan çoxqəlpəli sınığı, həmin nahiyədən kəllə tağı və ənsə sümüklərinə uzanan çoxsaylı sınıq xəttləri, beyin yarımkürələrinin arxa təpə-ənsə nahiyələrinin qəlpəii sınıq proyeksiyasında əzilməsi hər hansı bərk küt əşyanın təsirindən əmələ gəlmişlər, o cümlədən ekspertizaya təqdim edilmiş uzunluğu 77.5 sm, diametri 2.5 sm olan paslanmış dəmir borunun təsirindən də əmələ gəlmələri də inkar olunmur (14-cü cild iş vərəqi 29-31). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoji ekspertizasının xx.xx.2023- cü il tarixli 2190 Ns-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 cinayəti törətdiyi zaman və ona qədər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 cinayətləri törətdiyi zaman öz hərəkətlərinə cavab vermək iqtidarında və onlara rəhbərlik etmək qabliyyətində olmuşdur. Təqsirləndirilən şəxs2 hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs2 hazırda öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 cinayət törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 hövsələsizlik, inadkarlıq, hirslilik, emosionallıq, özünü müdafiə etməyə meyiliilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 əqliintelektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs2 cinayətin törədilməsini qabaqcadan planlaşdırmış, hadisə zamanı onun psixiemosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs2 cinayəti törədən zaman fiziloji affekt vəziyyətində olmamışdır (14-cü cild iş vərəqi 33-36). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoji ekspertizasının xx.xx.2023- cü il tarixli 3201 NQ-İİ rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs3 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs3 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs3 hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs3 emosional-iradi sferasında hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik, xarakterik xüsusiyyətlərində kobudluq, eqosentrizm, konfliktə meyillilik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs3 əqli-intellektual imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs3 qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən davranışının psixoloji motivini maraqları təşkil etmiş, emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı (kəskin stress, frustrasiya, fizioloji və ya kumulyativ affekt, güclü ruhi psixi-emosional gərginlik) yaranmamışdır. Təqsirləndirilən şəxs3 cinayəti törədən zaman fiziloji affekt vəziyyətində olmamışdır (15-ci cild iş vərəqi 43-45). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoji ekspertizasının xx.xx.2023- cü il tarixli 3199 No-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-in 21 -ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hai-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur.Təqsirləndirilən şəxs1 adaptivlik, situativlik, öz maraqlar tutmaq, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik kimi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 əqliintellektual imkanları uyğundur. Təqsirləndirilən şəxs1 qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik (kəskin stress, frustrasiya, fizioloji və ya kumulyativ affekt, güclü ruhi həyəcan, psixi-emosional gərginlik) yaranmamışdır. Təqsirləndirilən şəxs1 cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində, affekt halında olmamışdır (15-ci cild iş vərəqi 40-42) Azərbaycan DİN BƏSİİ-dən daxil olmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmiş, Təqsirləndirilən şəxs3 isə İmişli rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay islah işi və 01 il nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəzaya məhkum edilmiş və hazırda məhkumluğu ödənilmişdir (14-cü cild iş vərəqi 94,108,109) Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Azərbaycan Respublikası CM-in 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarına əsasən, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. CM-in 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 sifariş etdiyi qəsdən adam öldürmə cinayətinin subyektiv cəhətdən qabaqcadan Təqsirləndirilən şəxs2 tərəfindən bilavasitə icra ediləcəyini zənn edib bunu arzu etmiş və cinayətin Təqsirləndirilən şəxs3 tərəfindən törədiləcəyini, cinayətdə üçüncü şəxsin iştirakını qabaqcadan bilməmişdir. Təqsirləndirilən şəxs2 isə dayısının sifarişini onun üzərində “böyük haqq sahibi” olduğuna görə qəbul etsə də bilavasitə icra etməyə özündə cəsarət tapmadığı üçün həmin sifarişi əsl sifarişçidən, yəni dayısından xəbərsiz və dayısı ilə əlbir olmadan tanışı Təqsirləndirilən şəxs3 ötürmüş və şəxsi vəsaiti hesabına pul vəd edərək, zərərçəkmiş şəxsi, yaşadığı ünvanı, idman etdiyi yeri və vaxtı bildirərək, cinayəti aləti olan dəmir borunu verərək həmin cinayətin törədilməsini təşkil etmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına əsasən, əməlin sifarişlə qəsdən adam öldürmə kimi tövsif edilməsində qətli sifariş edənin və cinayətin icraçısının rəhbər tutduqları motivin hər hansı rolu yoxdur. Yəni cinayət hüquq ədəbiyyatlarında da qeyd olunduğu kimi, sifarişçi qisas almaq, qısqanclıq və s. motivlərini rəhbər tutduğu halda, sifarişi həyata keçirən şəxs (icraçı) isə maddi mükafat əldə etmə hissindən başqa, həmçinin də, məsələn, öz “mənəvi borcunu” yerinə yetirmə hissini də rəhbər tuta bilər. İşin faktiki hallarından göründüyü kimi Təqsirləndirilən şəxs2 hər hansı maddi mükafat müqabilində deyil, özünün ağsaqqalı və “böyüyü” kimi qəbul etdiyi dayısı Təqsirləndirilən şəxs1 sözünə əməl etməyi özünə “mənəvi borc” bildiyi üçün Zərərçəkmiş şəxs qəsdən öldürülməsindən ibarət sifarişi qəbul etmiş, lakin özündə cəsarət tapmadığı üçün həmin cinayətin törədilməsini şəxsi vəsaiti hesabına 40.000 ABŞ dolları məbləğində pul vəd edərək Təqsirləndirilən şəxs3 ötürmüş, sonuncu isə pul müqabilində Zərərçəkmiş şəxs qəsdən öldürmüşdür. Təqsirləndirilən şəxs1 sifarişi Təqsirləndirilən şəxs2 nəyinsə müqabilində deyil, qarşılıqsız verdiyini və Təqsirləndirilən şəxs2 də sifarişi qarşılıqsız qəbul etdiyinə münasibətdə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 hadisəyə qədər demək olar bütün həyat şəraiti (bakalavr və magistr təhsili alması, DİN-ə işə düzəldilməsi, toy mərasiminin xərcləri, ev almasında maddi dəstək və s.) dayısı Təqsirləndirilən şəxs1 tərəfindən təmin edilmişdir. Sifariş veriləndə də həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 zamanla bu maddi təminatın davamlı olacağını, hətta artacağını dərk etmişlər və sifarişin əsl mahiyyətində də dayısının Təqsirləndirilən şəxs2 üçün məhz hadisəyə qədər etdiyi maddi və mənəvi “yaxşılıqlar” və hadisədən sonra edəcəyi maddi və mənəvi “yaxşılıqlar” durur. Ona görə də, istintaq zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 sifariş verməsi konkret məbləğ ilə şərtlənməsə də onların əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 120.2.5-ci maddəsi ilə tövsif edilmişdir. İbtidai istintaqın ilkin mərhələsində Təqsirləndirilən şəxs2 cinayətin törədilməsini bilavasitə icra etdiyini etiraf edərək ifadəsinin yerində yoxlanılması zamanı hadisədən sonra cinayətin törədilmə alətini tulladığı səmti göstərmiş və özünün iştirakı ilə baxış zamanı qabaqcadan təsvir etdiyi bir ədəd paslı dəmir boru aşkar edilərək götürülmüşdür. Sonrakı mərhələdə cinayətin bilavasitə Təqsirləndirilən şəxs3 tərəfindən və Təqsirləndirilən şəxs2 ona verdiyi paslı dəmir boru ilə törədildiyi müəyyən edilmiş və ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs3 hadisədən sonra cinayətin aləti olan paslı dəmir borunu tulladığı səmti göstərmişdir. Hər iki təqsirləndirilən şəxsin göstərdiyi səmt (aləti tulladıqları) üst-üstə düşməklə müəyyən edilmişdir ki, hadisədən sonra Təqsirləndirilən şəxs3 cinayətin mexanizmini Təqsirləndirilən şəxs2 təsvir edərək danışdığına görə sonuncu da eyni səmti göstərmiş və özünün verdiyi alət olduğuna görə paslı dəmir borunu tanımışdır. Həmin dəmir boru istintaqda Təqsirləndirilən şəxs3 də təqdim edilmiş və sonuncu da cinayətin alətini tanıyaraq Təqsirləndirilən şəxs2 ona verdiyi alətlə eyni olduğunu bildirmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə - tibbi kriminalistik ekspertizasının 187/2023-MTKŞ Ne-li rəyindən də göründüyü kimi mərhumun bədəni üzərindəki xəsarətlər ekspertizaya təqdim edilmiş həmin paslı dəmir borunun təsirindən əmələ gəlməsi inkar olunmur. Qeyd olunanlar nəzərə alınmaqla götürülmüş bir ədəd paslı dəmir boru cinayətin törədilmə aləti kimi maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs2 ilkin ifadələrində və ifadəsinin yerində yoxlanılması zamanı gah cinayəti aralarındakı borc məsələsinə görə təkbaşına törətdiyini, gah dayısı Təqsirləndirilən şəxs1 cinayət barədə məlumatsız olduğunu, gah iştirakçı olmasa da cinayətdən bir neçə ay sonra xəbərdar olduğunu, gah da ona Zərərçəkmiş şəxs “xəstəxanalıq et” dediyini lakin “öldürmək” sözünü demədiyini, öldürmək barədə heç vaxt heç bir tapşırıq vermədiyini, Tariyelin bir müddət Universitetdən uzaq qalması üçün yatağa düşməsini, xəstəxanalıq olmasını arzuladığını göstərməsi təqsirləndirilən şəxsin dayısı Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən, habelə daha ağır cinayət məsuliyyətindən kənarda qoymağa nail olmaq məqsədi ilə sonuncunun müdafiəsi üçün gətirilmiş dəlillər kimi qiymətləndirilir və həmin dəlillər toplanmış istintaq sübutları, o cümlədən Təqsirləndirilən şəxs3 videoçəkiliş ilə aparılmış ifadələri, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs2 arasında videoçəkiliş ilə aparılmış üzləşdirmə, şahid ifadələri, telefon məlumatlarına baxış protokolları və digər istintaq sənədlərinə əsasən işin faktiki hallarına uyğun deyildir. Təqsirləndirilən şəxs1 İiadələrində digər Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs hərəkətlərindən narazılıq edərək sonuncuya xəsarət yetirmək barədə sifariş verdiyini, Zərərçəkmiş şəxs öldürmək barədə sifariş vermədiyini göstərməsi təqsirləndirilən şəxsin əməlinin CM-in 120-ci maddəsindən 126-cı maddəsinə tövsif edilməsi və bu yolla daha ağır cinayət məsuliyyətindən yayınmaq məqsədilə gətirilmiş dəlillər kimi qiymətləndirilir və məhkəmə hesab edir ki, həmin dəlillər istintaq dövründə toplanmış sübutları, o cümlədən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 videoçəkiliş ilə aparılmış ifadələri, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında videoçəkiliş ilə aparılmış üzləşdirmə, şahid ifadələri, telefon məlumatlarına baxış protokolları və digər istintaq sənədlərinə əsasən işin faktiki hallarına uyğun deyildir. Həmçinin Təqsirləndirilən şəxs1 ifadələrində Təqsirləndirilən şəxs2 ilə aralarında Zərərçəkmiş şəxs barəsində narazılıq mövzusunda söhbətlərin aparıldığını, bu söhbətlər zamanı təklifin kimdən gəlməsindən asılı olmayaraq Zərərçəkmiş şəxs maşınla, daş parçası ilə vurulması barədə fikirlərin səsləndirildiyini, eləcə də Zərərçəkmiş şəxs başından vurulması cinayətinin sifarişçisi olduğunu dolayı yolla etiraf etmişdir. Cinayət işinin materiallarında olan telefon məlumatlarına baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 hadisədən bir neçə saat əvvəl, yəni 15 sentyabr 2011-ci il tarixdə saat 21:30-dan saat 22:30-dək Təqsirləndirilən şəxs1 yaşadığı ünvanı əhatə edən “Yusif Vezir kuc.”, “Teymur Aliyev kuc”, “Azadliq pr, Hesen Aliyev” və “X16 kuc” adlı antenlərdə qeydə alınmışdır; həmçinin, anten məlumatlarına əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 15 sentyabr 2011-ci il tarixdə saat 18:08-də Teymur Əliyev küçəsində yerləşən yaşadığı evdən çıxaraq saat 19:47-da Mərdəkan qəsəbəsində yerləşən bağ evinə çatmış və saat 20:56-da sonuncu dəfə bağ evini əhatə edən antendə qeydə alınmışdır; bundan sonra saat 22:25-dən etibarən yenidən yaşadığı ünvanı əhatə edən “Teymur Aliyev kuc” adlı antendə qeydə alınmışdır; qeyd olunan anten məlumatları, 15 sentyabr 2011-ci il tarixdə saat 21:30 - 22:30 aralığında Təqsirləndirilən şəxs2 dayısı Təqsirləndirilən şəxs1 evində olub sonuncu ilə görüşdüyünü təsdiq edir ki, bu da cinayəti ona dayısı Təqsirləndirilən şəxs1 sifariş verməsi, hətta sonuncu dəfə hadisədən bir neçə saat əvvəl Müşfiq Atakişiyevin evində olanda ona “nə olduye bu, bir işi də həll eliyə bilmirsən, nə uzadırsan e” deməsi barədə göstərdiyi xüsusat üzrə verdiyi etirafedici ifadəsinin düzgünlüyünü sübut edir. Azərbaycan Respublikasının Mərkəzi Bankına məxsus “cbar.az” rəsmi saytında hadisənin törədildiyi xx.xx.2011-ci il tarix üçün 1 manatın 1 ABŞ dollarına olan məzənnəsi 1ABŞ dolları = 0.7867 manat olaraq göstərilir və cinayətin törədilməsində vəd olunmuş 40.000 ABŞ dolları həmin dövrün rəsm məzənnəsi ilə 31.468 manata bərabər olur ki, bu da Təqsirləndirilən şəxs3 ifadəsində Təqsirləndirilən şəxs2 ona cinayəti törətməyi həmin dövrün məzənnəsi ilə 40.000 ABŞ dollarına bərabər 32.000 manat müqabilində vəd verdiyi və razılaşdıqları barədə ifadəsinin düzgünlüyünü və mötəbərliyini təsdiq edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-in 32.3, 120.2.5-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-in 120.2.5-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. 30 may 2014-cü il tarixli 975-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Cinayət Məcəlləsinin 120.2-ci maddəsinin sanksiyasında “on iki ildən on beş” (azadlıqdan məhrum etmə) sözləri “on dörd ildən iyirmi” (azadlıqdan məhrum etmə) sözləri ilə əvəz edilmişdir. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən Azərbaycan Respublikası CM-in 120.2-ci maddəsinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Qeyd edilənlərdən görünür ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 30 may 2014-cü il tarixli 975-İVQD nömrəli qanunun qüvvəyə minməsinə qədər, yəni təqsirləndirilən şəxslərə ittiham elan edilmiş cinayətlərin törədilməsinə qədər (2011-ci idə), Cinayət Məcəlləsinin 120.2-ci maddəsinin sanksiyasında on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Göründüyü kimi 30 may 2014-cü il tarixli 975-İVQD nömrəli qanunu ilə Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının müddəti artırılmaqla ağırlaşmışdır. Azərbaycan Respublikası CM-in 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikası CM-in 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cinayət əməllərini 2014-cü ilin may ayına qədər, yəni Cinayət Məcəlləsinin 120.2-ci maddəsində 30 may 2014-cü il tarixdə edilmiş dəyişikliklərə qədər törətdiklərini nəzərə alaraq həmin maddəyə münasibətdə barələrində cinayətlərinin törədildiyi zaman qüvvədə olan cinayət qanunvericiliyinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 120.2.5-ci maddəsi xüsusilə ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.5-ci maddəsinə əsasən qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, himayəsində xx.xx.2017-ci il təvəllüdlü azyaşlı övladının olması Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, himayəsində xx.xx.2016-cı il təvəllüdlü azyaşlı övladının olması Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən haldır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1.7-ci maddəsinə əsasən cinayət əməlini qoca şəxsə qarşı törətmələrini təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cəzalarını ağırlaşdıran hal kimi müəyyən edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmaması, həmin Məcəllənin 61.1.7-ci maddəsində nəzərdə tutlan cəzasını ağırlaşdıran halın olması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 8-ci bəndinə əsasən təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CMin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Həmin qərarın 8-ci bəndinə əsasən təqsirkarın əməli tamah məqsədilə qəsdən adam öldürmə kimi (120.2.5-ci maddə) o vaxt tövsif edilə bilər ki, bu əməl təqsirkarın özü və başqası üçün hər hansı maddi mənfəət (pul, əmlak, mənzil sahəsinə hüquq və s.) əldə etmək və ya maddi xərclərdən (borc qaytarmaqdan, aliment verməkdən və s.) yaxa qurtarmaq, yaxud sair tamah niyyətilə edilmiş olsun. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə eyni zamanda cəza təyin edərkən Təqsirləndirilən şəxs1 barəisndə uzun müddətli həbs qətimkan tədbirinin seçilməsini nəzərə alaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin İqtisadiyyat İnstitutu nəzdində İqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri vəzifələrindən kənarlaşdırılması tədbirinin qüvvədə saxlanılmasını məqsədə müvafiq hesab etmir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, həbsdə olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs3 cəza çəkməsinin başlanğıcı xx.xx.2023-cü il tarixdən, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı xx.xx.2023-cü il tarixdən, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələblərinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ciddi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası: -Təqsirləndirilən şəxs1 oğluna cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmaması və cəzasını ağırlaşdıran halın olmasını, işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 32.3, 120.2.5-ci maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, cəza çəkməsinin başlanğıcının tutulduğu 14 noyabr 2023-cü il tarixdən hesablanmasını; -Təqsirləndirilən şəxs2 oğluna cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın və ağırlaşdıran halın olmasını, işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 32.3, 120.2.5-ci maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, cəza çəkməsinin başlanğıcının tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmasını; -Təqsirləndirilən şəxs3 oğluna cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 120.2.5-ci maddəsini sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, cəza çəkməsinin başlanğıcının tutulduğu 30 oktyabr 2023-cü il tarixdən hesablanmasını cəzanın məqsədlərinə və qanunun tələblərinə uyğun hesab edir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübutlar - Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin maddi sübutlar otağında saxlanılan idamn şalvarı, idman tipli qısaqol köynək, mayka, trusik, bir cüt idman ayaqqabısı, bir ədəd dəmir boru məhv edilməlidir. Məhkəmə məsrəfləri - məhkəmə-kriminalistik ekspertiza üzrə 140 (yüz qırx) manat Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs1 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddianın və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınmalıdır.. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasnın başlanğıcı 27 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasnın başlanğıcı 14 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasnın başlanğıcı 30 oktaybr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar - Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin maddi sübutlar otağında saxlanılan mərhumun hadisə vaxtı əynində olmuş idamn şalvarı, idman tipli qısaqol köynək, mayka, trusik, bir cüt idman ayaqqabısı, bir ədəd dəmir boru məhv edilsin. Məhkəmə məsrəfləri - məhkəmə-kriminalistik ekspertiza üzrə 140 (yüz qırx) manat Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs1 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın və cinayət işi üzrə müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Əliyev
Məhkəmə qərarları › İş №1(101)-1252/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1252/2024
10.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver