Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1253/2021 17.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, Mikayılov Eldar Əli oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X3, müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxxxxx 1973-cı ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu ödənilmiş, Naxşıvan şəhəri Nizami küçəsi, ev 48, mənzil 37-də qeydiyyatda olub, Abşeron rayonu Xırdalan şəhəri, Quşçulq yaşayış massivində nömrəsiz evdə yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitə heroin alaraq əldə edib, üzərində saxlayıb daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 5 fevral 2021-ci il tarixdə saat 22.40 radələrində ünvan 1 ünvanın yaxınlığında saxlanılıb ünvan 2 ünvanda yerləşən Suraxanı RPİ-nin 31-ci polis bölməsinin inzibati binasına gətirilərək, orada videoçəkilişdən istifadə etməklə üzərində polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə şəxsi axtarış aparılan zaman sağ əlində olan ağ rəngli sellofan torbanın içərisindən bir ədəd üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan tərəzi, bir ədəd bükümdə təmiz çəkisi 1015 qram külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 495 qram külli miqdarda ağ rəngli kristallardan ibarət maddə kütləsi üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 10 ildir ki, narkotik vasitələrin müxtəlif növlərindən istifadə edir. Əsasən heroinlə metamfetamini qarışdırıb inyeksiya yolu ilə qəbul etmişdir. Narkotiki sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı Bəhruz adlı şəxsdən alıb istifadə etmişdir. Bəzən Bəhruz ona narkotik vasitə verib çatdırılmalı olan ünvanları demiş və o, Bəhruzun tapşırığı ilə həmin narkotik vasitəni deyilən yerlərə aparıb qoymuşdur. Göstərdiyi xidmətin müqabilində Bəhruz ona pul, ya da narkotik vasitə vermişdir. 5 fevral 2021-ci il tarixdə axşam saat təxminən 22:40 radələrində Bakı şəhəri Suraxanı rayonu, Tofiq Bayram küçəsi ilə piyada hərəkət edərkən 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşları olduğunu bildirmişlər. Onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra, onu Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. Orada hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmişdir. Hüquq və vəzifələri izah edilməklə ona bu barədə bildiriş təqdim olunmuşdur. Müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində gəzdirilməsi qanunla qadağan edilmiş əşya varsa, təqdim etməyi təklif edilmişdir. Odur ki, üzərində saxladığı təxminən 1,5 qram narkotik vasitə heroin və 8 ədəd M40 tabletkanı çıxarıb təqdim etmişdir. İttiham aktında göstərilənlərlə razı deyil, onun üzərində 1015 qram heroin və 495 qram metamfetamin olmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. 5 fevral 2021-ci i tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə olunduqdan sonra ondan və Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid2 və polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 22:40 radəsində Bakı şəhəri ünvan 4 ünvanın yaxınlığında xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşıb özlərini təqdim edərək, polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra sonuncuya narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirərək üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını deyib, onu BNMİ-nə dəvət etmişlər. Orada xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata aparılmışdır. İlk öncə sonuncuya üzərində qanunsuz əşya varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs sağ əlində saxladığı ağ rəngli şəffaf sellofan torbanı, əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd «Samsung» markalı mobil telefon və özünə məxsus olan şəxsiyyət vəsiqəsinin masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin yan ciblərinə, sol iç cibinə, əynindəki qara rəngli cins şalvarının yan və arxa ciblərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs ciblərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbaya baxış zamanı içərisindən 2 ədəd sellofan paket və 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Həmin 2 ədəd sellofan paketlərdən birinin içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə, digər sellofan paketdən isə qəhvəyi rəngli kəskin iyli narkotik vas itə heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkildikdə qəhvəyi rəngli kütlənin çəkisinin 1 kq 20 qram, digər sellofan paketdəki ağ kristallik kütlənin çəkisinin isə 499 qram olduğu müəyyən edilmişdir. Hər iki sellofan paket və bir ədəd elektron tərəzi boş sellofan torbaya qoyularaq qablaşdırılmış və üzəri «DİN-nin Zərflər üçün 7 saylı» möhürü ilə möhürlənərək üzəri imzalarla təsdiq edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbada olan maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, onları «Bəhruz» adlı İİR-nın vətəndaşının ona göndərdiyini, həmin maddəni 5 fevral 2021-ci il tarixdə axşam saatlarında əldə etdiyini, həmin narkotik maddələri ona deyilən yerlərə qoyulması müqabilində sellofan torbadakı heroinin bir hissəsini öz istifadəsi üçün götürməli olduğunu, Bəhruz adlı şəxslə 20 gün bundan əvvəl tanış olduğunu, özünün də 5 ilə yaxın narkotik vasitə aludəçisi olduğunu bildirmişdir. Bundan sonra tədbir nəticələrinə dair protokol tərtib edilmiş və tanış olduqdan sonra iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və BNMİ-də olduğu zaman ona qarşı hər hansı bir şəkildə fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şabanov X2 Anar Vidadi oğlunun ifadəsinə oxşar ifadə verdilər. İşin 26-29-cu vərəqlərindəki protokoldan görünür ki, 5 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Bu zaman sonuncudan sağ əlində saxladığı ağ rəngli şəffaf sellofan torba, əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd «Samsung» markalı mobil telefon və özünə məxsus olan şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbada 2 ədəd sellofan paket və 1 ədəd elektron tərəzi olmuş, həmin 2 ədəd sellofan paketlərdən birinin içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə, digər sellofan paketdən isə qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkildikdə, sellofan paketlərdən içərisində qəhvəyi rəngli kütlə olan sellofan paketin çəkisinin 1 kq 20 qram, digər sellofan paketdəki ağ kristallik kütlənin çəkisinin isə 499 qram olması məlum olmuşdur. Bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. İşin 91-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində müdafiəçisi və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs ilk öncə sağ əlində saxladığı ağ rəngli şəffaf sellofan torbanı, əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd «Samsung» markalı mobil telefon və özünə məxsus olan şəxsiyyət vəsiqəsinin masanın üzərinə qoyması, sonra isə əynində olan qara rəngli gödəkçəsinin yan ciblərinə, sol iç cibinə, əynindəki qara rəngli cins şalvarının yan və arxa ciblərinə şəxsi axtarış keçirilməsi və heç bir əşya və ya predmet aşkar edilməməsi, Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbaya baxış keçirilməsi və baxış zamanı həmin torbanın içərisindən 2 ədəd sellofan paket və 1 ədəd elektron tərəzi aşkar edilməsi, həmin 2 ədəd sellofan paketlərdən birinin içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə, digər sellofan paketdən isə qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilməsi, həmin kütlələrin elektron tərəzi ilə çəkilməsi, qəhvəyi rəngli kütlənin çəkisinin 1 kq 20 qram, digər sellofan paketdəki ağ kristallik kütlənin çəkisinin isə 499 qram olmasının müəyyən edilməsi, hər iki sellofan paket və bir ədəd elektron tərəzinin boş sellofan torbaya qoyularaq qablaşdırılması və üzərinin «DİN-nin Zərflər üçün 7 saylı» möhürü ilə möhürlənərək üzəri imzalarla təsdiq edilməsi, sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbada olan maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, onları «Bəhruz» adlı İİR-nın vətəndaşının ona göndərdiyini, həmin maddəni 5 fevral 2021-ci il tarixdə axşam saatlarında əldə etdiyini, həmin narkotik maddələri ona deyilən yerlərə qoyulması müqabilində sellofan torbadakı heroinin bir hissəsini öz istifadəsi üçün götürməli olduğunu, Bəhruz adlı şəxslə 20 gün bundan əvvəl tanış olduğunu, özünün də 5 ilə yaxındır ki, narkotik vasitə aludəçisi olduğunu bildirməsi müəyyən edilmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. İşin 71-77-ci vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evində axtarış həyata keçirilmiş, axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya maddə aşkar edilməmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə-kimyəvi ekspertizasının 6/527 saylı 6 fevral 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «Şübhəli şəxs Təqsirləndirilən şəxs əlindəki sellofan torbadan aşkar edilmiş» yazısı olan polietilen bağlamadakı 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1015 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 495 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin bağlamadakı bir ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroin və metamfetaminin çəkisini və bükümdəki heroinlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı. 28 iyun 2005-ci və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxildirlər. Ambulator məhkəmə-narkoloji ekspertizasının 1407 saylı 6 may 2021-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 93-100-cü vərəqlərindəki tələbnamə və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Abşeron rayon məhkəməsinin 20 noyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Xəzər rayon məhkəməsinin 18 mart 2015-ci il tarixli qərarı ilə 6 ay 14 gün vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. İşin 167-176-ci vərəqlərindəki qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman aşkar edilərək götürülmüş və barəsində məhkəmə-kimyəvi ekspertizası təyin edilərək müvafiq rəy alınmış 1015 qram qram narkotik vasitə heroin və 495 qram psixotrop maddə metamfetamin və bir ədəd üzərində heroinin və metamfetaminin izləri olan elektron tərəzi iş üçün mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatına 0,2 qram sərf edildikdən sonra qahq 1014,8 qram narkotik vasitə heroin və ekspertiza tədqiqatına 0,1 qram sərf edildikdən sonra qalıq 494,9 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra məhkəmə baxışınadək saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, istintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD diski isə iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınmış və cinayət işinə əlavə olunmuşdur. İşin 18-ci vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 5 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 104-cü vərəqindəki doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 7 may 2011-ci il tarixdə doğulmuş Hüseynli Əkbər adlı bir azyaşlı uşağı vardır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmə elan edilmiş ittiham özünü qismən təqsirli bildi. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi, məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə ifadəsinə tənqidi yanaşır. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər sübutlar hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respubikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 5 fevral 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Suraxanı RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1015 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalan 1014,8 qram hissəsi, 495 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalan 494,9 qram hissəsi və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, üzərində şəxsi axtarış və götürmə aparılmasının videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk isə iş materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 5 fevral 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübutlar: Suraxanı RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1015 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalan 1014,8 qram hissəsi, 495 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalan 494,9 qram hissəsi və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, üzərində şəxsi axtarış və götürmə aparılmasının videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk isə iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1253/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1253/2021
17.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver