Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1253/2022 24.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 16:00-da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1980-ci il tarixdə Tovuz rayonu, Aşağı Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Aşağı Quşçu kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Rizvan» adlı şəxslə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlama və daşınması barədə razılığa gəlib cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, aralarında razılaşmaya görə sonuncunun ona bildirdiyi lakin istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,552 qram narkotik vasitə olan heroin və 1/2 hissədən ibarət narkotik vasitə metadon tərkibli dərman preparatını əldə edib üzərində saxlayaraq daşımış və 21 noyabr 2021-ci il tarixdə saat 03:30-da Bakı şəhəri Nizami rayon polis idarəsinin PPXB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında özünü şübhəli apardığına görə saxlanılaraq, ünvan 3 ünvanda yerləşən Nizami RPİ-nin 25-ci PŞnin inzibati binasına gətirilmiş və inzibati binada üzərinə şəxsi axtarış keçirilən zaman əlində olan palıdı rəngli pul qabından bir ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,552 qram açıq qəhvəyi rəngli, tozşəkilli maddə-kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və təsiredici maddəsinin miqdarı 0,02 qram təşkil edən üzərində «M40» yazısı həkk olunmuş, konvalyutda qəhvəyi rəngli hissədən ibarət narkotik vasitə metadon tərkibli dərman preparatı aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Rizvan» adlı şəxslə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlama və daşınması barədə razılığa gəlib cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, aralarında razılaşmaya görə sonuncunun ona bildirdiyi lakin istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 11,780 qram olan külli miqdarda narkotik vasitə heroini və təmiz çəkisi 0,420 qram olan psixotrop maddə metamfetamini əldə edib yaşadığı ünvan 5 ünvana daşıyaraq orada saxlamış və həmin külli miqdar narkotik vasitə olan heroini yaşadığı mənzildə satış məqsədilə elektron tərəzidən istifadə etməklə 01 ədəd ağ rəngli polietilen bükümdə təmiz çəkisi 0,170 qram, 24 ədəd sarı rəngli polietilen bükümdə ümumi təmiz çəkisi 11,610 qram olan 25 ədəd ayrı-ayrı bükümlərə bölmüş, təmiz çəkisi 0,420 qram olan psixotrop maddə metamfetamini isə 01 ədəd göy rəngli qapağı olan ağ rəngli plastik qabın içərisinə yerləşdirmiş və 30 noyabr 2021-ci il tarixdə saat 18:00-da Bakı şəhər Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı ünvan 5 ünvanın yaxınlığında saxlanılaraq ünvan 6 ünvanda yerləşən Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasına gətirilmiş və inzibati binada üzərində keçirilən şəxsi axtarış zamanı heç bir qanunsuz əşya aşkar edilməsə də özünün təşəbbüsü və razılığı ilə əməliyyat axtarış tədbirlərinin davamı olaraq 30 noyabr 2021-ci il tarixdə saat 20:10-da yaşadığı ünvan 5 ünvanda yerləşən iki otaqlı mənzilinə baxış keçirilən zaman yataq otağındakı masanın üzərindən satış məqsədilə qanunsuz olaraq əldə edib ayrı-ayrı bükümlərə bölərək saxladığı 01 ədəd ağ rəngli polietilen bükümdə təmiz çəkisi 0,170 qram, 24 ədəd sarı rəngli polietilen bükümdə ümumi təmiz çəkisi 11,610 qram narkotik vasitə heroin, 1 ədəd göy rəngli qapağı olan ağ rəngli plastik qabın içərisində təmiz çəkisi 0,420 qram psixotrop maddə metamfetamin və arxa hissəsində «500 g x 0,01 g» yazısı olan «gümüşü» rəngli üzərində heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2013-cü il tarixdə Biləsuvar rayon məhkəməsinin hökmü ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Barəsində xx.xx.2015-ci il tarixdə Bakı şəhər Xətai rayon məhkəməsinin qərarı ilə narkomaniyadan məcburi tibbi müalicə ləğv edilmiş və xx.xx.2016-cı il tarixdə Bakı şəhər Xətai rayon məhkəməsinin qərarı ilə 01 il 08 ay 08 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Tovuz rayonu, Aşağı Quşçu kəndində qeydiyyatda olsa da ünvan 5 ünvanda yaşamışdır. O, uzun müddətdir narkotik vasitə olan heroindən istifadə etmiş, Şahid7 yaşadığı ünvandan qonşu kimi tanımış, onunla normal münasibəti olmuşdur. Yusifin narkotik vasitə istifadəçisi olduğunu bilmiş, hətta bir neçə dəfə Yusiflə narkotik vasitə istifadə etmiş, narkotik vasitə olan heroini sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı olan Rizvan adlı şəxsdən almışdır. Rizvan adlı şəxsin kart hesabına pul göndərmiş və Rizvan narkotik maddəni müəyyən yerə qoyub həmin yerin işarəsini demiş, sonra həmin yerə gedərək narkotik maddəni götürmüşdür. 20 noyabr 2021-ci il tarixdə Rizvan adlı şəxsin kart hesabına pul köçürməklə onun narkotik vasitəni gizlətdiyi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən «Ayxan» marketin yanından götürmüş, 21 noyabr 2021-ci il tarixdə saat təxminən 23 radələrində həyətdə qonşusu Yusiflə görüşmüş, onunla bir az söhbət etmiş və söhbət əsnasında Yusifə narkotik vasitə olan heroinin olmasını bildirmiş və birlikdə istifadə etmələrini təklif etmişdir. Yusif də onunla razılaşmış və onlar birlikdə yaşadığı evə qalxıb narkotik vasitə olan heroindən bir hissəsini istifadə etmiş, qalan hissəsini isə sarı rəngli portmanatına qoymuşdur. Həmin gün Şahid7 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Xəzər Universitetinin yaxınlığında olan zaman polis əməkdaşları onlara yaxınlaşaraq nə etdiklərini soruşmuş, həmin vaxt onlardan şəxsiyyətlərini təsdiq edən sənədi soruşmuş, polislərə üstündə sənədləri olmadığını bildirdikdə hər ikisini Nizami RPİ-nin 25-ci PŞ-nə dəvət etmişlər. Polis Şöbəsində xidməti otaqların birində onun üzərimə baxış keçirilən zaman əlində olan sarı rəngli pul qabının içərisində saxladığı bükümü çıxarıb könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. O, polislərə həmin bükümün içərisindəki maddənin narkotik vasitə olan kakos olmasını, şəxsi istifadəsi üçün əldə etməsini bildirmişdir. Polis əməkdaşları bundan sonra onunla saxlanılan Şahid7 üzərinə baxış keçirilmiş, lakin Yusifin üzərindən heç bir qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra baxış zamanı ondan aşkar olunaraq götürülmüş narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, sonra bu barədə protokol tərtib edilərək imzalarla təsdiq olunmuşdur. Bundan sonra o, 29 noyabr 2021-ci il tarixdə axşam saatlarında sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı olan Rizvan adlı şəxslə əlaqə saxlayaraq narkotik vasitə olan kakos lazım olduğunu bildirmişdir. Sonra o, Rizvan adlı şəxsin göndərdiyi «Kapital Bank»-a məxsus **********560392 saylı plastik kart hesabına 300 manata göndərmiş, həmin vaxt Rizvan adlı şəxs narkotik vasitə olan kakosu Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka qəsəbəsi deyilən ərazidə yolun kənarında olmasını demiş, bundan sonra həmin yerə gedərək yolun kənarında qoyulmuş narkotik vasitəni götürmüşdür. Həmin yerdən narkotiki götürdükdən sonra yaşadığı iki otaqlı mənzilə gətirmiş, həmin naroktik vasitə olan kakosu, yəni heroini orada saxlamışdır. O, 30 noyabr 2021-ci il tarixdə axşam saatlarında evə gələn zaman Bakı şəhəri, Sabunçu rayonu, Ə.Bağırov küçəsində yerləşən evində olarkən mülki geyimli şəxslər mənzilin qapısını döyərək işıq idarəsinin işçiləri olmalarını bildirmişlər. O, qapını açmış, sonradan polis əməkdaşları olduqlarını bildiyi şəxslər mənzilə daxil olaraq, onu məcburi qaydada Sabunçu RPİ- nin 12-ci PŞ-nə aparmışlar. Bundan sonra polis əməkdaşları yenidən onu yaşadığı mənzilə gətirərək, mənzilə çəkiliş vasitəsilə baxış keçirmiş, polis əməkdaşlarına yaşadığı mənzildə narkotik vasitə olan kakos olmasını demiş, yaşadığı mənzildən narkotik vasitə olan heroin götürülmüşdür. Lakin, yaşadığı mənzildə psixotrop maddə olan metamfetamin aşkar edilməmiş, həmin psixotrop maddənin ona aid olmasını və mənzilindən aşkar edildiyini ibtidai istintaq zamanı polis əməkdaşlarının təkidi ilə demişdir. İran İslam Respublikası vətəndaşı olan Rizvan adlı şəxsin ünvanını və soyadım dəqiq bilməmiş, Rizvanla istifadəsində olan İran İslam Respublikasına məxsus +**********01 saylı nömrənin «whatçap» proqramı vasitəsilə əlaqə saxlamışdır. O, qonşusu Şahid7 narkotik vasitə istifadə etməyə məcbur etməmiş, onunla cəmi iki dəfə bir yerdə yaşadığı evdə narkotik vasitə istifadə etmişdir. Rizvandan ümumiyyətlə satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün narkotik vasitələri almış, narkotik vasitələri satış məqsədi ilə saxlamamış və ya daşımamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, hazırda Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsində əməliyyat-müvəkkili vəzifəsində xidmət edir və polis kapitanı rütbəsindədir. 21 noyabr 2021- ci il tarixdə saat 04 radələrində 25-ci PŞ-də xidmət yoldaşı YYÇPİTB-nin inspektoru Şahid12 ilə birlikdə xidmətdə olarkən Nizami RPİnin PPXB-nin 3553 saylı avtopatrulda xidmət aparan polis nəfərləri Şahid4, Vəliyəddin Məmişov, Şahid5, Şahid6 və Şahid3 iki nəfər şəxsi Nizami rayonu, M.Gəncəvi küçəsində özünü şübhəli apardıqları üçün barəsində qanuni tədbir görülməsi üçün Nizami RPİ-nin 25-ci PŞ-nə təhvil verdiklərini görmüşdür. Bundan sonra Nizami RPİ-nin 25-ci PŞ-nin inzibati binasında xidməti otaqda videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq, üzərində və bədənində qanunla qadağan edilmiş əşyalar varsa könüllü təqdim etməsi təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs etiraz bildirmədən sağ əlində tutduğu qəhvəyi rəngli pul qabını açaraq içərisindən 01 ədəd ağ rəngli kağız bükümünü, 01 ədəd dərman qursağında olan yarısı istifadə edilmiş həbi və 01 ədəd «Samsung» markalı mobil telefonu təqdim etmişdir. Həmin 01 ədəd ağ rəngli kağız bükümdə olan maddənin "kakos" kimi tanınan narkotik vasitə olan heroin olduğunu, 20 noyabr 2021-ci il tarixdə "Rizvan" adlı İran İslam Respublikası vətəndaşından şəxsi istifadəsi üçün aldığını, həbin "metadon" adlı təsiredici həb olduğunu və ağrı kəsici kimi istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli kağız bükümdə olan qəhvəyi rəngli, tozşəkilli maddə, yarısı istifadə edilmiş həb sübut əhəmiyyətinə malik olduğundan götürülərək zərfə qoyulmuş və qablaşdırılmış, daha sonra Nizami RPİ-nin 25-ci PŞ-nin 165 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı sübut əhəmiyyəti ola biləcək başqa bir əşya və ya maddə aşkar edilməmiş, sonra bu barədə protokol tərtib edilərək imzalarla təsdiq olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Nizami RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində çalışır, polis serjantıdır. 21 noyabr 2021-ci il tarixdə saat 03:30 radələrində 3553 saylı avtopatrulda xidmət yoldaşları Şahid4, Şahid5, Şahid6 və Şahid3 ilə birlikdə xidmət apararkən ünvan 8 ünvanın qarşısında biri qadın, digəri kişi cinsli şəxslərin piyada dayanmalarını görüb onlara yaxınlaşaraq özlərini təqdim edib, həmin şəxslərdən şəxsiyyətlərini təsdiq edən sənədləri təqdim etməyi tələb etmişlər. Həmin şəxslər özlərini təqdim edərək Şahid7 və Təqsirləndirilən şəxs olduqlarını bildirmiş, həmin şəxslər onları gördükdə təlaşlanmış, həmçinin verdikləri sullara qeyri-səmimi cavab vermişlər. Onlarda bu şübhə yaratdığı üçün onları Nizami RPİ-nin 25-ci PŞ-nə dəvət etmişlər. 25-ci PŞ-nə gəldikdə onlar həmin şəxsin bölməyə təhvil verilməsi və barəsində qanun tədbir görülməsi barədə raport yazılmış və raport tərəflərindən imzalanmışdır. Bundan sonra 21 noyabr 2021-ci il tarixdə Nizami RPİ-nin 25-ci PŞ-nin inzibati binasında xidməti otaqda videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs qızma təklif edilmişdir ki, üzərində və bədənində qanunla qadağan edilmiş əşyalar varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs heç bir etiraz bildirmədən sağ əlində tutduğu qəhvəyi rəngli pul qabını açaraq içərisindən 1 ədəd ağ rəngli kağız bükümü, 1 ədəd dərman qursağında olan yarısı istifadə edilmiş həbi və 1 ədəd Samsung markalı mobil telefonu təqdim etmişdir. O, həmin 1 ədəd ağ rəngli kağız bükümdə olan maddənin “kakos” kimi tanınan narkotik vasitə heroin olduğunu, 20 noyabr 2021-ci il tarixdə “Rizvan” adlı şəxsdən özünün istifadə etməsi üçün aldığını, həmçinin həbin “metadon” adlı həb olduğunu, ağrıkəsici kimi istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli kağız bükümdə olan qəhvəyi rəngli, tozşəkilli maddə, yarısı istifadə edilmiş həb sübut əhəmiyyətinə malik olduğundan zərfə qoyulub qablaşdırılmış və Nizami RPİ-nin 25-ci PŞnin 165 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı sübut əhəmiyyəti ola biləcək heç nə aşkar edilməmiş, bu barədə protokol tərtib edilərək imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Nizami RPİ-nin PPXB-nin əməkdaşları Şahid3, Şahid4, Şahid5 və Şahid6 da şahid X1 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiklərini təsdiq etdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, Nizami RPİdə çalışır, polis kapitanıdır. 21 noyabr 2021-ci il tarixdə 25-ci PŞ-də xidmət yoldaşı əməliyyat müvəkkili Elnur Abasquliyev ilə birlikdə xidmətdə olarkən saat 04 radələrində Nizami RPİ-nin PPXB-nin 3553 saylı avtopatrul xidmət aparan polis nəfərləri Şahid4, Vəliyəddin Məmişov, Şahid5, Şahid6 və Şahid3 2 nəfər şəxsi Nizami rayonu, M.Gəncəvi küçəsində özünü şübhəli apardıqları üçün barəsində qanuni tədbir görülməsi üçün Nizami RPİ-nin 25-ci PŞ-nə təhvil verdiklərini görmüşdür. 21 noyabr 2021-ci il tarixdə Nizami RPİnin 25-ci PŞ-nin inzibati binasında xidməti otaqda videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs qızma təklif edilmişdir ki, üzərində və bədənində qanunla qadağan edilmiş əşyalar varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs heç bir etiraz bildirmədən sağ əlində tutduğu qəhvəyi rəngli pul qabını açaraq içərisindən 1 ədəd ağ rəngli kağız bükümü, 1 ədəd dərman qursağında olan yarısı istifadə edilmiş həbi və 1 ədəd Samsung markalı mobil telefonu təqdim etmiş və həmin 1 ədəd ağ rəngli kağız bükümdə olan maddənin “kakos” kimi tanınan narkotik vasitə heroin olduğunu, 20 noyabr 2021-ci il tarixdə “Rizvan” adlı şəxsdən özünün istifadə etməsi üçün aldığını, həmçinin həbin “metadon” adlı həb olduğunu, ağrıkəsici kimi istifadə etdiyini bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli kağız bükümdə olan qəhvəyi rəngli, tozşəkilli maddə, yarısı istifadə edilmiş həb sübut əhəmiyyətinə malik olduğundan zərfə qoyulub qablaşdırılmışdır və Nizami RPİ-nin 25-ci PŞ-nin 165 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı sübut əhəmiyyəti ola biləcək heç nə aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilərək imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, 2008-ci ildən DİO-da, 2021-ci ildən isə Sabunçu RPİ-nin 12-ci PŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət göstərir, hazırda polis kapitanı rütbəsindədir. Xidmət etdiyi şöbəyə qərəzsiz mənbədən daxil olmuş məlumata əsasən, xx xxx 1980-ci ildə Tovuz rayonu, Aşağı Quşçu kəndində anadan olmuş, 2013-cü ildə Biləsuvar rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Tovuz rayonu, Aşağı Quşçu kəndində qeydiyyatda olan və ünvan 5 ünvanda yaşamış, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və satışı ilə məşğul olduğundan onun ifşa olunması məqsədi ilə şöbə rəisinə raportla məruzə edərək, 30 noyabr 2022-ci il tarixdə özünün rəhbərliyi ilə Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid9 və Sabunçu RPİ-nin, CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid10 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Həmin günü saat 18:00-da tərəflərindən keçirilmiş əməliyyat tədbiri zamanı ünvan 5 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkət edən zaman saxlanılaraq Sabunçu RPİnin 12-ci PŞ-nə gətirilmişdir. Sonra Təqsirləndirilən şəxs şöbənin təhqiqatçısı, polis baş leytenantı Fərid Sofuyev tərəfindən hüquq və vəzifələri izah olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra onların və şöbənin dəftərxana operatoru Şahid11 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmış, baxış zamanı təhqiqatçı F.Sofuyev tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşyalar və ya maddələr vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşya və ya maddə olmadığını bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş heç bir qanunsuz əşya və ya maddə olmasa da yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ə.Bağırov küçəsi 4 ünvanında narkotik vasitə olan «kakos» olduğunu və bununla bağlı mənzilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Eləcə də təhqiqatçı Fərid Sofuyev tərəfindən onun, Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid9 və Sabunçu RPİ-nin, CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid10 və Təqsirləndirilən şəxs iştirakı ilə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ə.Bağırov küçəsi 4 ünvanına baxış keçirilmişdir. Baxış zamanı iki otaqdan ibarət evin yataq otağında olan masanın üzərindən şəffaf rəngli sellofan torbanın içərisində 01 ədəd ağ rəngli polietilen bükümdə və 24 ədəd sarı rəngli polietilen bükümdə tünd qəhvəyi rəngdə maddə, 01 ədəd göy rəngli qapağı olan ağ rəngli plastik qabın içərisində kristal formalı ağ rəngdə maddə və bir ədəd arxa hissəsində «500 g x 0,01 g» yazısı olan «gümüşü» rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs mənzilindən aşkar edilərək götürülmüş maddələrin kakos və psixotrop maddə olan metamfetamin olmasını, həmin maddələri İran İslam Respublikası vətəndaşı olan «Rizvan» adlı şəxsin kartına 300 manat köçürərək sonuncu tərəfindən Xəzər rayonu, Vişnyovka deyilən yerdə yolun kənarından götürdüyünü, həmin maddəni həm satış, həmdə şəxsi istifadə etməsi üçün əldə etməsini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs mənzilinə baxış keçirilən zaman oradan bir ədəd «Samsung» markalı mobil telefon aşkar edilərək götürülmüş, bundan sonra aşkar edilərək götürülmüş maddələr, elektron tərəzi və mobil telefon təhqiqatçı tərəfindən qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilərək imzalarla təsdiq olunmuşdur. Həmin vaxtı video çəkilişdən istifadə olunmuş, video çəkilişin qeydə alındığı CD disk protokola əlavə edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, Sabunçu rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. xx xxx 1980-ci ildə Tovuz rayonu, Aşağı Quşçu kəndində anadan olmuş, 2013-cü ildə Biləsuvar rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Tovuz rayonu, Aşağı Quşçu kəndində qeydiyyatda olan və ünvan 5 ünvanda yaşamış, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və satışı ilə məşğul olduğundan onun ifşa olunması məqsədi ilə 30 noyabr 2022-ci il tarixdə əməliyyat müvəkkili Şahid8 rəhbərliyi ilə, onun və Sabunçu RPİ-nin, CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid10 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Həmin günü saat 18:00-da tərəflərindən keçirilmiş əməliyyat tədbiri zamanı ünvan 5 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkət edən zaman saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şöbənin təhqiqatçısı, polis baş leytenantı Fərid Sofuyev tərəfindən hüquq və vəzifələri izah olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Sonra onların və şöbənin dəftərxana operatoru Şahid11 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Baxış zamanı təhqiqatçı F.Sofuyev tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşyalar və ya maddələr vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşya və ya maddə olmadığını bildirmişdir. Bundan sonra sorğu zamanı Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş heç bir qanunsuz əşya və ya maddə olmadığını lakin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ə.Bağırov küçəsi 4 ünvanında narkotik vasitə olan «kakos» olduğunu və bununla bağlı mənzilinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Eləcə də təhqiqatçı Fərid Sofuyev tərəfindən onun, Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid9 və Sabunçu RPİ-nin, CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid10 və Təqsirləndirilən şəxs iştirakı ilə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ə.Bağırov küçəsi 4 ünvanına baxış keçirilmişdir. Baxış zamanı iki otaqdan ibarət evin yataq otağında olan masanın üzərindən şəffaf rəngli selofan torbanın içərisində 01 ədəd ağ rəngli polietilen bükümdə və 24 ədəd sarı rəngli polietilen bükümdə tünd qəhvəyi rəngdə maddə, 01 ədəd göy rəngli qapağı olan ağ rəngli plastik qabın içərisində kristal formalı ağ rəngdə maddə və bir ədəd arxa hissəsində «500 g x 0,01 g» yazısı olan «gümüşü» rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs mənzilindən aşkar edilərək götürülmüş maddələrin kakos və psixotrop maddə olan metamfetamin olmasını, həmin maddələri İran İslam Respublikası vətəndaşı olan «Rizvan» adlı şəxsin kartına 300 manat köçürərək sonuncu tərəfindən Xəzər rayonu, Vişnyovka deyilən yerdə yolun kənarından götürdüyünü, həmin maddəni həm satış məqsədilə və şəxsi istifadə etməsi üçün əldə etməsini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs mənzilinə baxış keçirilən zaman oradan bir ədəd «Samsung» markalı mobil telefon aşkar edilərək götürülmüş, bundan sonra aşkar edilərək götürülmüş maddələr, elektron tərəzi və mobil telefon təhqiqatçı tərəfindən qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilərək imzalarla təsdiq olunmuş və video çəkilişin qeydə alındığı CD disk protokola əlavə edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, Sabunçu RPİnin, CAŞ-nin kiçik əməliyyat müvəkkili vəzifəsində çalışır, polis serjantıdır. xx xxx 1980-ci ildə Tovuz rayonu, Aşağı Quşçu kəndində anadan olmuş, 2013-cü ildə Biləsuvar rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Tovuz rayonu, Aşağı Quşçu kəndində qeydiyyatda olan və ünvan 5 ünvanda yaşamış, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və satışı ilə məşğul olduğundan onun ifşa olunması məqsədi ilə 30 noyabr 2022-ci il tarixdə əməliyyat müvəkkili Şahid8 rəhbərliyi ilə, onun və Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid9 iştirakı ilə əməliyyat qrupu yaradılmış, həmin günü saat 18:00-da tərəflərindən keçirilmiş əməliyyat tədbiri zamanı ünvan 5 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkət edən zaman saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirilmiş, daha sonra Təqsirləndirilən şəxs şöbənin təhqiqatçısı, polis baş leytenantı Fərid Sofuyev tərəfindən hüquq və vəzifələri izah olunaraq şübhəli şəxs qismində tutulmuş, sonra onların və şöbənin dəftərxana operatoru Şahid11 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmış, baxış zamanı təhqiqatçı F.Sofuyev tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşyalar və ya maddələr vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşya və ya maddə olmadığını bildirmiş, sonra sorğu zamanı Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş heç bir qanunsuz əşya və ya maddə olmasa da yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ə.Bağırov küçəsi 4 ünvanında narkotik vasitə olan «kakos» vardır və bununla bağlı mənzilinə baxış keçirilməsinə etirazı yoxdur. Eləcə də o, göstərmişdir ki, təhqiqatçı Fərid Sofuyev tərəfindən onun, Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid9 və Sabunçu RPİ-nin, CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid10 və Təqsirləndirilən şəxs iştirakı ilə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ə.Bağırov küçəsi 4 ünvanına baxış keçirilmiş, baxış zamanı iki otaqdan ibarət evin yataq otağında olan masanın üzərindən şəffaf rəngli selofan torbanın içərisində 01 ədəd ağ rəngli polietilen bükümdə və 24 ədəd sarı rəngli polietilen bükümdə tünd qəhvəyi rəngdə maddə, 01 ədəd göy rəngli qapağı olan ağ rəngli plastik qabın içərisində kristal formalı ağ rəngdə maddə və bir ədəd arxa hissəsində «500 g x 0,01 g» yazısı olan «gümüşü» rəngli elektron tərəzi aşkar edilərək götürülmüş, sorğu zamanı Təqsirləndirilən şəxs mənzilindən aşkar edilərək götürülmüş maddələrin kakos və psixotrop maddə olan metamfetamin olmasını, həmin maddələri X6 vətəndaşı olan «Rizvan» adlı şəxsin kartına 300 manat köçürərək sonuncu tərəfindən Xəzər rayonu, Vişnyovka deyilən yerdə yolun kənarından götürdüyünü, həmin maddəni həm satış məqsədilə və şəxsi istifadə etməsi üçün əldə etməsini bildirmiş, sonra Təqsirləndirilən şəxs mənzilinə baxış keçirilən zaman oradan bir ədəd «Samsung» markalı mobil telefon aşkar edilərək götürülmüş, bundan sonra aşkar edilərək götürülmüş maddələr, elektron tərəzi və mobil telefon təhqiqatçı tərəfindən qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilərək imzalarla təsdiq olunmuş və video çəkilişin qeydə alındığı CD disk protokola əlavə edilmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Sabunçu RPİnin dəftərxana operatoru vəzifəsində xidmət edir. xx xxx 1980-ci ildə Tovuz rayonu, Aşağı Quşçu kəndində anadan olmuş, 2013-cü ildə Biləsuvar rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Tovuz rayonu, Aşağı Quşçu kəndində qeydiyyatda olan və ünvan 5 ünvanda yaşamış, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və satışı ilə məşğul olduğundan onun ifşa olunması məqsədi ilə Sabunçu RPİ-nin 12-ci PŞnin əməliyyat müvəkkili polis kapitanı Şahid8 rəhbərliyi ilə Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid9 və Sabunçu RPİ-nin, CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid10 iştirakı ilə əməliyyat qrupu yaradılmış, həmin günü saat 18:00-da tərəflərindən keçirilmiş əməliyyat tədbiri zamanı ünvan 5 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkət edən zaman saxlanılaraq Sabunçu RPİnin 12-ci PŞ-nə gətirilmiş, daha sonra Təqsirləndirilən şəxs şöbənin təhqiqatçısı, polis baş leytenantı Fərid Sofuyev tərəfindən hüquq və vəzifələri izah olunaraq şübhəli şəxs qismində tutulmuş, sonra onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmış, baxış zamanı təhqiqatçı F.Sofuyev tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşyalar və ya maddələr vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşya və ya maddə olmadığını bildirdi. Daha sonra əməliyyat qrupunun üzvləri Təqsirləndirilən şəxs iştirakı ilə onun yaşadığı ünvan 1 ünvanına baxış keçirilməsi üçün getmişlər. Əməliyyat qrupu bölməyə qayıtdıqda ona məlum olmuşdur ki, mənzilə baxış zamanı yataq otağında olan masanın üzərindən şəffaf rəngli sellofan torbanın içərisində 01 ədəd ağ rəngli polietilen bükümdə və 24 sarı rəngli polietilen bükümdə tünd qəhvəyi rəngli maddə, 01 ədəd göy rəngli qapağı olan ağ rəngli plastik qabın içərisində kristal formalı ağ rəngdə maddə və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə ifadəsi elan edilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Lənkəran şəhəri, Havzava kəndində qeydiyyatda olsa da hazırda ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ə.Bağırov küçəsi 4 ünvanında yaşayır, ailəlidir, iki azyaşlı oğlu var, müxtəlif yerlərdə fəhlə kimi işləyərək ailəsini dolandırmış, bir neçə il olar ki, narkotik vasitə olan heroini çəkmək yolu ilə qəbul etməyə başlamışdır. Bundan başqa o, göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşu kimi tanımış, onunla iki ay olar ki, münasibəti yaranmış, sonradan Sənəm ona narkotik vasitə olan heroini olmasını bildirmiş və ona “ürəyin istəyirsə gəl birlikdə çəkək deyə” təklif etmiş, onunla razılaşaraq bir neçə dəfə Sənəmlə birlikdə onun yaşadığı evdə narkotik vasitə olan kakos çəkmişdir. Eləcə də o, göstərmişdir ki, 21 noyabr 2021-ci il tarixdə saat 23 radələrində Sənəmlə yaşadığı həyətdə görüşmüş və Sənəm ona “kakos var çəkmək istəyirsənsə gəl çəkək” demiş, sonra Sənəmlə birlikdə gedib evində kakosu birlikdə çəkmiş, həmin vaxt Sənəmə tanımadığım bir nəfər “narkotik vasitə olan kakos var, istəyirsənsə karta pul at göndərim” deyə mesaj yazmış, Sənəm də həmin şəxslə razılaşaraq həyətə düşmüş və yaşadığı evin yanında olan “Al Market” dən həmin şəxsin kartına pul göndərmiş, sonra Sənəm onunla birlikdə Bakı şəhəri, Nizami rayonu, Xəzər Universitetinin yanında olan avtomaşın ehtiyyat hissələri, satılan mağazanın yanma getməsini xahiş etmiş və narkotik vasitənin həmin yerə atılmasını bildirmiş, Sənəmə etiraz etməyərək onunla birlikdə taksiyə əyləşib həmin yerə getmiş, saat təxminən 03.30-da Sənəm orada narkotik vasitə qoyulan yeri axtaran zaman Post Patrul Xidmətinin əməkdaşları onlara yaxınlaşmış və hara getmələrini soruşmuş, sonra polis əməkdaşları onlardan sənədlərini soruşmuş, həmin vaxt polis əməkdaşlarına üstlərində sənədləri olmadığını bildirdikdə onları Nizami RPİ-nin 25-ci PŞ-nə dəvət etmişdir. Daha sonra o, göstərmişdir ki, PŞ-də xidməti otaqların birində ona və Sənəmə hüquq və vəzifələri izah olunaraq hər ikisinin üzərinə baxış keçirilmiş, baxış zamanı ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif edilmiş, bu zaman üzərində heç bir qanunsuz əşya olmadığını bildirərək üstündə olan alışqanı və siqareti çıxarıb təqdim etmiş, sonra polis əməkdaşları üstünə baxış keçirmiş, lakin üzərindən heç bir qanunsuz əşya və ya maddə aşkar olunmamış, sonra Sənəmin üzərinə baxış keçirilməsi üçün polis xanım dəvət olunmuş və onun iştirakı ilə Sənəmin üzərinə baxış keçirilərək üzərindən narkotik maddə aşkar olunaraq götürülmüş, sonra bu barədə protokol tərtib edilərək imzalarla təsdiq olunmuş, Sənəm ondan narkotik vasitə olan kakosu çəkmək üçün pul istəməmiş, Sənəmin narkotik vasitəni haradan və kimdən almasından məlumatı yoxdur. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 22 noyabr 2021-ci il tarixli, 6/5154 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «şübhəli şəxs:(imza) Təqsirləndirilən şəxs» yazısı və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,552 qram açıq qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 01 ədəd konvalyutdakı üzərində «M 40» yazısı həkk olunmuş 1/2 qəhvəyi rəngli həbin hissəsi metadon tərkibli dərman pereparatıdır, 1/2 həb hissəsindən ibarət metadon təsiredici maddəsinin miqdarı 0,02 qram təşkil edir, (üzərindəki qeyd olunmuş göstəricisinə əsasən). Heroin 28 iyun 2005-ci il tarixli, Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahıya əsasən, «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr» in İ siyahısına, metadon tərkibli dərman pereparatı isə «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr» in İİ siyahısına daxildirlər. (cild 01, iş vərəqə 175-180) İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 01 dekabr 2022-ci il tarixli, 6/5312 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs yaşadığı ....ünvandan aşkar edilərək götürülmüş maddələr» yazısı və imzalar olan paketdəki-01 ədəd ağ rəngli, polietilen bükümdə təmiz çəkisi 0,170 qram qəhvəyi rəngli tozşəkilli maddə və 24 ədəd sarı rəngli polietilen bükümdə ümumi təmiz çəkisi 11,610 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, heroinin ümumi təmiz çəkisi 11,780 qramdır, 01 ədəd göy rəngli qapağı olan ağ rəngli plastik qabın içərisində təmiz çəkisi 0,420 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotorop maddə-metamfetamindir, 01 ədəd arxasında «500 g x 0,01 g» yazısı olan gümüşü rəngli elektron tərəzinin üzərində heroin izləri vardır, iz şəklində olduğu üçün, heroinin çəkisini müəyyən etmək mümkün deyildir. 28 iyun 2005-ci il tarixli, Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr» in, metamfeamin isə «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in İ siyahısına daxildirlər. (cild 01, iş vərəqə 44-50) İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 18 may 2022 il tarixli, 2585 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 02, iş vərəqə 81-82) İş materiallarında olan məhkəmə kompyuter texniki ekspertizasının 05 mart 2022 il tarixli, 5/182 saylı rəyindən görünür ki, təqdim edilmiş Təqsirləndirilən şəxs qızma məxsus bir ədəd sensor ekran və «Android 10» əməliyyat sistemi ilə təchiz olunmuş «Samsung Galaxy A 10» markalı, «SM-A105 F» modelli **********66929 və **********66926 İMEİ kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş «Samsung Galaxy A 10» markalı, «SM-A105 F» modelli mobil smartfonun yaddaşından toplanmış hal-hazırda mövcud olan və pozulmuş məlumatlar müəyyən olunmuşdur. (cild 02, iş vərəqə 32-36) İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 21 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs sağ əlində tutduğu palıdı rəngli pul qapının içərisindən 01 ədəd ağ rəngli kağız bükümdə qəhvəyi rəngli toz şəkilli narkotik vasitə olan heroin və bir ədəd dərman qurşağında olan yarısı istifadə edilmiş «Metadon» təsiredici həb aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə prosesinin videogörüntüsünün əks olunduğu bir ədəd CD disk protokola əlavə olunmuşdur. (cild 01, i.v. 146-147) İş materiallarında olan şəxsi axtarış və götürmə prosesinin videogörüntüsünün əks olunduğu bir ədəd CD diskə 07 may 2022-ci il tarixdə baxış keçirilməsi barədə protokoldan görünür ki, diskə baxış zamanı məlum olmuşdur ki, həmin DVD diskdə əks edilmiş görüntülər 21 noyabr 2021- ci il tarixdə saat 06:40-da qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Nizami RPİ-nin 25-ci Polis Şöbəsində xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı Namiq Məmmədov şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Görüntünün sonunda şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq sağ əlində tutduğu palıdı rəngli pul qapının içərisindən 01 ədəd ağ rəngli kağız bükümdə qəhvəyi rəngli toz şəkilli maddəni və bir ədəd dərman qurşağında olan yarısı istifadə edilmiş həbi könüllü olaraq təqdim etdi və bildirdi ki, bükülünün içərisindəki maddə narkotik vasitə olan heroindir, yarım dərman həbi isə təsiredici maddə olan «Metadon» həbidir, şəxsi istifadəsi üçün əldə etmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə narkotik vasitə olan heroin və istifadə olunmuş yarım həb təsiredici «Metadon» həbi zərfə qoyulur, möhürlənir və imzalarla təsdiq olunur. Baxışın nəticələrinə dair müvafiq protokol cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 02, i.v. 51) İş materiallarında olan fərdi yaşayış evinə baxış keçirilməsi və götürmə aparılması haqqında 30 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus ünvan 5 ünvanda yerləşən mənzilin yataq otağında olan masanın üzərindən 01 ədəd ağ rəngli, polietilen bükümdə qəhvəyi rəngli tozşəkilli maddə, 24 ədəd sarı rəngli polietilen bükümdə qəhvəyi rəngli tozşəkilli maddə, 01 ədəd göy rəngli qapağı olan ağ rəngli plastik qabın içərisində ağ rəngli kristallardan ibarət maddə və 01 ədəd arxasında «500 g x 0,01 g» yazısı olan gümüşü rəngli elektron tərəzi və bir ədəd «Samsung» markalı mobil telefon aparatı aşkar olunaraq götürülmüşdür. Həmin baxışın və götürmə prosesinin videogörüntüsünün əks olunduğu bir ədəd CD disk protokola əlavə olunmuşdur. (cild 01, i.v. 36-37) İş materiallarında olan fərdi yaşayış evinə baxış keçirilməsi və götürmə aparılması prosesinin videogörüntüsünün əks olunduğu bir ədəd CD diskə 07 may 2022-ci il tarixdə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskə baxış zamanı məlum olmuşdur ki, həmin DVD diskdə əks edilmiş görüntülər 30 noyabr 2021-ci il tarixdə saat 20:40-da qeydə alınmışdır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Təqsirləndirilən şəxs qızma məxsus ünvan 5 ünvanda yerləşən mənzilin otağıdır. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı Fərid Sofuyev şübhəli şəxs Təqsirləndirilən şəxs qızma qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, mənzilində hər hansı bir qanunsuz əşya və ya maddə olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Görüntünün sonunda şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq yataq otağında olan masanın üzərindəki 01 ədəd ağ rəngli, polietilen bükümdə qəhvəyi rəngli tozşəkilli maddə, 24 ədəd sarı rəngli polietilen bükümdə qəhvəyi rəngli tozşəkilli maddə, 01 ədəd göy rəngli qapağı olan ağ rəngli plastik qabın içərisində ağ rəngli kristallardan ibarət maddə və 01 ədəd arxasında «500 g x 0,01 g» yazısı olan gümüşü rəngli elektron tərəzi könüllü olaraq təqdim etdi və bildirdi ki, bükülünün içərisindəki maddə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindir, həmin narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə etmişdir, elektron tərəzini isə narkotik vasitəni çəkmək üçün əldə etmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs qızma məxsus mənzildən aşkar edilərək götürülmüş 01 ədəd ağ rəngli, polietilen bükümdə qəhvəyi rəngli tozşəkilli maddə, 24 ədəd sarı rəngli polietilen bükümdə qəhvəyi rəngli tozşəkilli maddə, 01 ədəd göy rəngli qapağı olan ağ rəngli plastik qabın içərisində ağ rəngli kristallardan ibarət maddə və 01 ədəd arxasında «500 g x 0,01 g» yazısı olan gümüşü rəngli elektron tərəzi, bir ədəd «Samsung» markalı mobil telefon aparatı qablaşdırılaraq möhürlənir və imzalarla təsdiq olunur. Baxışın nəticələrinə dair müvafiq protokol cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 02, i.v. 52) İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, BKC/LGL- 3541/22 saylı məktuba əlavə edilmiş 01 ədəd DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, üzərində «Bekcell» yazısı olan DVD-R formatlı disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 04 ədəd fayl olması müəyyən edilmişdir. 1 .SMS_Tarixçəsi_********** 3103_556306367, 2.SMS_Tarixçəsi_**********31063.556306367 3 .Zənglərin. Detallaşması **********1013.556306367 4.Zənglərin_Məxsusluq_Tarixçələri_**********1030.556306367 SMS.Tarixçəsi_**********3103.556306367, SMS_Tarixçəsi_**********31063.556306367 fayllarında 01.11.21-ci il tarixdə 21.11.21-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı bakcell nömrəsinə «2 dene X9 X11 Kola ,10 mantliq Wuwe», «Mati em 40 var », «Ay leyla yarim lazimdi 20 manat var», «Fayqada qoy 1 dana» və s. kimi SMS mətnlər gəlməsi və həmin nömrədən «Bu ne demekdi ay Roma niye cavab vermirsen zengime getirde pulu ver get tez ol tez gel pul lazimdi», «Ay Emin tez bax gor diyesen sene sef veribler kola yerine pati veribler geri gel deyişdir seni gozleyiller», «Axsamin xeyir necesen ay Orxan?deyirem belke nomremi corniden cixadasan ozunde telefonumu goturub bize gelesen ne deyirsen gozleyimmi?», «Hardasan?men burda seni axtariram », «Alooo men geldim evdeyem mene zeng ver gorum », «Maqa tez mene zeng vur isim var srocnu », «O apardiqivin mahiyeti 1 sey deyil ama cox saqol ki ozuvu vaxdinda tanitdin halaldi sene hec olmasa o qramin usdunde gonderdiyim paydan utanardin» və s. kimi SMS mətnlər göndərilməsi aşkar edilmişdir. Zənglərin_Detallaşması_**********1013.556306367 Zənglərin_Məxsusluq_Tarixçələri_**********1030.556306367 fayllarında isə 01.11.21-ci il tarixdə 21.11.21-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsidə olan ***-***-**-** saylı bakcell nömrəsinə narkotik vasitə barədə SMS mətnlər göndərmiş nömrənin və həmin 13 nömrədən eyni məzmunlu SMS mətnlər göndərilmiş digər nömrənin, eləcə də zənglərin detallaşması və məxsusluq tarixçəsi olması müəyyən edilmişdir. (cild 02, i.v. 53) İş materiallarında olan 08 may 2022-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, AZF/LGL-5406/22 saylı məktuba əlavə edilmiş 01 ədəd DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, üzərində «Nar» yazısı olan olan DVD- R formatlı disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 04 ədəd fayl olması müəyyən edilmişdir.
1. SMS_Tarixçəsi_**********1937_702632060,
2. SMS_Tarixçəsi_**********1940_702632060
3. Zənglərin_Detallaşması **********4430 702632060_4
4. Zənglərin_Məxsusluq_Tarixçələri **********4445 702632060_NAR SMS_Tarixçəsi_**********1937_702632060, SMS_Tarixçəsi„**********1940_702632060 fayllarında 01.11.21-ci il tarixdə 21.11.21-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsidə olan ***-***-**-** saylı nar nömrəsinə «Leyla xanim sen cani uzurlu say 17 manatim var iydi indi elimi cibime atib gorurem ki 10 manatim galib 7 manati avtobusda itirmiwem»,«sene sehmet gunortaki kimi eliyersen de xaiw eliirem 5/5», «Lela xanim catiram sizin eve sizi qarayeve aparmaq lazimdi sonra basqa harasa gedmiyesiz,?», «Lela konturum yoxdu masin sururem klent apariram dusurdum zeng ederem sene», «2qiram istirem kola» və s. kimi SMS mətnlər gəlməsi və həmin nömrədən «Salam ayib deyilmi ay Cavid bu ne hereketdi niye cavab vermirsen. diyesen tutulmaqimi isdeyirsen? yoxsa bele elemezdin çoxdan grlerdin», «ay Aslan Roma seni gozleyir bayirda tez cix cole veya denen gelmirem mende isimi bilim», « Rusik bir teher doz basiva donum Vallah ozumde pis gundeyem lomka meni oldurub uje doze bilmirem» və s. kimi SMS mətnlər göndərilməsi aşkar edildi. Zənglərin_Detallaşması_********************060_4 Zənglər in_Məxsusluq„Tarixçələri ********************060 fayllarında isə 01.11.21-ci il tarixdə 21.11.21-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nar nömrəsinə narkotik vasitə barədə SMS mətnlər göndərmiş nömrənin və həmin nömrədən eyni məzmunlu SMS mətnlər göndərilmiş digər nömrənin, eləcə də zənglərin detallaşması və məxsusluq tarixçəsi olması müəyyən edilmişdir. (cild 02, i.v. 54) Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. X7 11-ci bəndinin 2-ci abzasına əsasən, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. X7 11-ci bəndinin 3-cü abzasına əsasən, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmədə özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilməsi, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edərək, daşıması, saxlaması, narkotik vasitələri satmaq niyyətinin olmaması, yaşadığı mənzildən psixotrop maddə olan metamfetaminin aşkar edilməməsi barədə ifadəsinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun bu ifadəsi məsuliyyətini yüngülləşdirməyə yönəlməklə həqiqəti əks etdirmir və AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 22 noyabr 2021-ci il tarixli, 6/5154 saylı rəyi, məhkəmə-kimyəvi ekspertizasının 01 dekabr 2022-ci il tarixli, 6/5312 saylı rəyi, şəxsi axtarış və götürmə aparılması haqqında 21 noyabr 2021-ci il tarixli protokol, fərdi yaşayış evinə baxış keçirilməsi və götürmə aparılması haqqında 30 noyabr 2021-ci il tarixli protokol, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, BKC/LGL-3541/22 saylı məktuba əlavə edilmiş 01 ədəd DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokol, 08 may 2022-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, AZF/LGL-5406/22 saylı məktuba əlavə edilmiş 01 ədəd DVD diskə baxış keçirilməsi haqqında protokol, iş üzrə şahidlərin ifadələri və digər mötəbər sübutlar ilə tam təkzib olunur. Eləcə də, Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroinin miqdarı 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir, digər tərəfdən, narkotikin, eyni zamanda psixotrop maddənin bir yerdən başqa yerə daşınması, bükümlərə ayırmaqla mənzildə saxlanılması və çəkisini ölçmək üçün aşkar edilən tərəzi də təsdiq edir ki, o, narkotik vasitəni və psixotrop maddəni qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən və xx.xx.2013-cü il tarixli Biləsuvar rayon Məhkəməsinin hökmündən, Bakı şəhər Xətai rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixli Biləsuvar rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və Bakı şəhər Xətai rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən 01 il 08 ay 08 gün vaxtından əvvəl şərti azad olunmuş, həmçinin, Bakı şəhər Xətai rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə onun barəsində narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər ləğv edilmişdir. (cild 01, iş vərəqə 100-101; cild 02, iş vərəqə 85-87; cild 02, iş vərəqə 88-95) Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs cəzanı çəkib qurtardığı gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir və onun əməlində cinayətlərin residivi halı yoxdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2005-ci il təvəllüdlü X3 olmaqla bir yetkinlik yaşına çatmayan uşağı vardır. (cild 02, iş vərəqə 97) Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, onun əməlində cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi X10»in xx.xx.2022-ci il tarixli, 2585 №li rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakları müəyyən edilmədiyindən, onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan - 01 ədəd bükümdə təmiz çəkisi 0,552 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin, ekspertiza tədqiqatından sonra qalıq hissəsi 0,502 qram narkotik vasitə heroin və 01 ədəd konvalyutdakı üzərində «M 40» yazısı həkk olunmuş qəhvəyi rəngli metadon həbinin qalıq qalmış 1/4 hissəsi; Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan - 01 ədəd ağ rəngli, polietilen bükümdə təmiz çəkisi 0,170 qram və 24 ədəd sarı rəngli polietilen bükümdə birlikdə ümumi təmiz çəkisi 11,780 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq hissəsi 11,490 qram narkotik vasitə heroin, 01 ədəd göy rəngli qapağı olan ağ rəngli plastik qabın içərisində təmiz çəkisi 0,420 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetaminin qalıq hissəsi 0,370 qram psixotrop maddə metamfetamin, 01 ədəd arxasında «500 g x 0,01 g» yazısı olan gümüşü rəngli elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs məxsus 01 ədəd «Samsung Galaxy A 10» markalı, «SM-A105 F» modelli mobil smartfon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntüsünün əks olunduğu, Təqsirləndirilən şəxs fərdi yaşayış evinə baxış keçirilməsi və götürmə aparılması prosesinin videogörüntüsünün əks olunduğu ümumilikdə 03 ədəd CD disk, "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş 02 ədəd DVD disk, yaddaşına məlumatlar yazılmış 02 ədəd DVD-R disk, ümumilikdə 07 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 328 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan 21 noyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan, “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında və qətimkan tədbiri seçilməsi barədə 22 noyabr 2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs həbsdən azad edilərək, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vərəqə 158; 211-212; 213) İş materiallarında olan 30 noyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(008)- 978/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 30 noyabr 2021-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 18; 81-84) Həmçinin, iş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(008)-440/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin uzadılması barədə təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsdən azad edilmişdir. (cild 02, iş vərəqə 204) İş materiallarında olan 30 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (cild 02, iş vərəqə 205-213) Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 1(101)-1253/2022 nömrəli qərarına əsasən, Təqsirləndirilən şəxs məhkəmənin çağırışlarından yayındığından onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmiş və barəsində “həbs” qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq, xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş xx.xx.2022-ci il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 21 noyabr 2021-ci il tarixdən 22 noyabr 2021-ci il tarixədək, 30 noyabr 2021-ci il tarixdən 30 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı, ümumilikdə 06 ay 02 gün müddət, ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və onun barəsində cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 240 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 06 ay 02 gün ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 05 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,502 qram narkotik vasitə heroin və üzərində «M 40» yazısı həkk olunmuş qəhvəyi rəngli metadon həbinin 1/4 hissəsi; Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq çəkisi 11,490 qram narkotik vasitə heroin, qalıq çəkisi 0,370 qram psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd «Samsung Galaxy A 10» markalı, «SM-A105 F» modelli mobil smartfon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılsın, ümumilikdə 07 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri – aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 328 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 240 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev Rasim Sadıxov