Məhkəmə qərarları › İş №1(101)-1253/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1253/2024

23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1253/2024 23.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokurorları Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxx 1984-ci ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, Saatlı rayonu Məmmədabad kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə qanunsuz olaraq külli miqdarda satış məqsədi ilə, 25 (iyirmi beş) ədəd ayrı ayrı sellofan bükümdə tərkib əlamətləri eyni olan 25,12qram, 310qram; 210qram; 215qram; 530qram; 270qram; 160qram; 410qram; 220qram; 340qram; 710qram; 310qram; 195qram; 245qram; 195qram; 190qram; 250qram; 315qram; 550qram; 170qram; 260qram; 280qram; 245qram; 340qram; 60qram olmaqla ümumi çəkisi-7005,12qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı əldə edib bir hissəsini üzərində və bir hissəsini yaşadığı ünvan 2 ünvana daşıyaraq orada saxlamış, 13 sentyabr 2023-cü il tarixdə saat 21 radələrində Azərbaycan Respublikası DİN- in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi Əhəd Yaqubov küçəsində yerləşən Xəzər marketin qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək, saxlanılıb ünvan 3 ünvanda yerləşən DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilərək, üzərinə keçirilən baxış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bağlamada təmiz çəkisi 25,12 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bundan sonra 14 sentyabr 2023-cü il tarixdə saat 00:05 radələrində yaşadığı ünvan 4 ünvanda yerləşən evin yataq otağında kardon qutunun içərisində 24 (iyirmi dörd) ədəd ayrı ayrı sellofan bükümdə tərkib əlamətləri eyni olan 310qram; 210qram; 215qram; 530qram; 270qram; 160qram; 410qram; 220qram; 340qram; 710qram; 310qram; 195qram; 245qram; 195qram; 190qram; 250qram; 315qram; 550qram; 170qram; 260qram; 280qram; 245qram; 340qram; 60qram olmaqla ümumi çəkisi- 7005,12qram təşkil edən bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, istintaqdakı ifadəsi həqiqəti əks etdirmir. Sentyabr ayının 13-ü onu bölməyə aparmışlar. Mənzilinin açarını çıxarmışlar. Onu narkotiklə yükləmişlər ki, guya həmin narkotik evindən çıxıb. Evdən narkotik çıxarmışlar. Onun öz adına evi yoxdur. İstintaqda da etiraz etmişdir, ancaq boynuna qoymuşlar. O narkotik vasitə marixuana istifadə edirmiş. Marixuananı bir müddətdir ki, mütəmadi olaraq istifadə edir. 1 dəfə narkotik tapmışdır və hər dəfə də ondan istifadə edirmiş. Həmin marixuananı qamış biçərkən təxminən 4 il əvvəl tapmışdır. ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrdən istifadə edir. Narkotikdən son vaxtlar istifadə edirmiş, 5 aydır ki, istifadə etmir. Müharibə iştirakçısı olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o DİN-in BNMİ-nin əməliyyat müvəkkili vəzifəsində çaılışır. 2023-cü ilin sentybr ayında şəxsi Səbail rayonunda saxlayaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Şəxsin üzərindən marixuana aşkar edilərək götürülmüşdür. Çəkiliş zamanı şəxs ona məxsus marixuananı onlara təqdim etmişdir. Daha sonra o evində də marixuana olubolmadığı soruşularkən olduğunu etiraf etmişdir. Əməliyyat məlumatı daxil olmuşdur. Məlumat satış barədə olmuşdur, amma özü istifadə etdiyini bildirmişdir. Şəxs evində narkotik olduğunu şöbəyə gətirilən zaman ifadəsində bildirmişdir. Şəxsin evinə baxışın nə zaman olduğunu xatırlamır. Evə baxış zamanı İbrahim və o iştirak edirmiş. Şəxsin evindən 20 bükümdə olan 7 kiloya yaxın marixuana aşkar edilərək götrülmüşdür. Şəxsdən evinə baxış keçirilməklə bağlı razılıq da alınmışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və ya psixi təzyiq olmamışdır. Təqsirləndirilən şəxs də onlara qarşı hər hansı müqavimət göstərməmişdir. Bildirmişdir ki, narkotik vasitəni Saatlı rayonu ərazisində tapmış və öz istifadəsi üçün götürmüşdür. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü narkotik vasitənin satışında təqsirli bilməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı polis mayoru X2 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokolundan görünür ki, həmin tarixdə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd içərisində 051 ***-**-** və 050 ***-**-** simkart nömrələri olan “Samsung” markalı mobil telefonu, 1 (bir) ədəd açarı təqdim edərək masanın üzərinə qoymuş, sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış amanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş, həmin kütlənin çəkisi 32(otuz iki) qram müəyyən edilmişdir, sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Samsung” markalı mobil telefon götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni 2(iki) il əvvəl Saatlı rayonu ərazisində çöllük yerdən tapdığını, öz şəxsi istifadəsi üçün saxladığını, heç kimə narkotik vasitə satmadığını və hədiyyə vermədiyini, həmçinin Bakı şəhəri, Səbail rayonunda yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfındən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis sməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı polis mayoru X2 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli “evə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokolundan görünür ki, həmin tarixdə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilmişdir. Baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözü gedən evdə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs evdə yataq otağında 24(iyirmi dörd) ədəd bağlamada açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni və 1 (bir) ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixunaya bənzər kütlənin ümumilikdə çəkisi 7(yeddi) kq 10(on) qram olmuş, daha sonra həmin kütlələr və 1 (bir) ədəd elektron tərəzi qablaşdırılaraq möhürlənmişdir. Sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri 2(iki) il əvvəl Saatlı rayonu ərazisində çöllük yerdən tapdığını, öz şəxsi istifadəsi üçün saxladığını, heç kimə narkotik vasitə satmadığını və hədiyyə vermədiyini, yaşadığı evdə narkotik vasitə saxlamasından heç kimin məlumatı olmadığını, həmin kütlələri 1 (bir) gün əvvəl gizlətdiyi yerdən yaşadığı evə gətirdiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-7/1287 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi... ” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi- 25,12qram və ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan təqdim etdiyi... ” yazısı və imzalar olan sintetik çantadakı 24(iyirmi dörd) ədəd sellofan paketlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 310qram; 210qram; 215qram; 530qram, 270qram; 160qram; 410qram; 220qram; 340qram; 710qram; 310qram; 195qram; 245qram; 195qram; 190qram; 250qram; 315qram; 550qram; 170qram; 260qram; 280qram; 245qram; 340qram; 60qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi-7005,12qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər - Tədqiqata təqdim edilmiş sellofan bağlamadakı 01 (bir) ədəd elektron tərəzinin üzərində cuzi miqdarda çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuananın hissəcikləri vardır. Həmin marixuana cuzi miqdarda olduğu üçün onun çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparmaq mümkün olmadı. Qeyd: Marixuananın ümumi çəkisi 7005,12 qram, tədqiqata sərf edildi 2,5qram, qalıq 7002,62 qram. Ekspertiza tədqiqatının dəyəri 78(yetmiş səkkiz) manat Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 4(009)-630/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “videoyazıya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkilişin əks olunduğu 01 ədəd dvd diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edilmiş, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif edilmiş. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymuş, bundan başqa Təqsirləndirilən şəxs əynində olan şalvaraın sol yan cibindən bir dədə qara rəngli Samsung markalı mobil telefon və bir ədəd açar təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs məxsus açar və bir ədəd mobil telefon onun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs aşkar olunan bir ədəd sellofan paket təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində başqa heç bir əşyanın olmadığını bildirdi. Lakin müvəqqəti qaldığı yaşadığı mənzildə narkotik vasitənin olduğunu və mənzilə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “videoyazıya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda yerləşən evində axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkilişin əks olunduğu 01 ədəd dvd diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, evin qapısını Şahid3 açmış və onlar mənzilə daxil olmuşlar. Mənzilə daxil olduqdan sonra sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitələri yaşadığı evin yataq otağında saxladığını bildirmiş, polis əməkdaşları ilə birlikdə evin yataq otağına daxil olmuşdur. Daxil olduqdan sonra Təqsirləndirilən şəxs otağın sol künc hissəsində olan yorğanların alt qatında kardon qutunun içərisində olan sellofan bükümləri çıxardıb təhqiqatçıya təhvil vermişdir. Təhqiqatçı tərəfindən həmin sellofan bükümlər sayılmış və 24 ədəd sellofan büküm və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Aşkar olunmuş sellofan bükümlər və bir ədəd tərəzi təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs başqa heç bir yerdə özünə məxsus narkotik vasitə olmadığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan nikah haqqında şəhadətnamədən və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Həsənov Təqsirləndirilən şəxs Xəyalə Səxavət qızı ilə rəsmi nikahda olmaqla həmin nikahdan xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X4 adlı iki yetkinlik yaşına çatmayan övladı vardır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılanAzərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 8184 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb hesab edir ki, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 13 sentyabr 2023-cü il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 yetkinlik yaşına çatmayan övladının olmasını, əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Səbail rayon Polis İdarəsinin Növbətçi Hissəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş 7002,62 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə, yaşadığı mənzilə baxış və götürmə aparılarkən həmin istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 02 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 78(yetmiş səkkiz) manat alınıb dövlət büdcəsinə verilməli, barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından həbs edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 13 sentyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 78(yetmiş səkkiz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Səbail rayon Polis İdarəsinin Növbətçi Hissəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş 7002,62 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə, yaşadığı mənzilə baxış və götürmə aparılarkən həmin istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 02 ədəd dvd diskin diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar