Məhkəmə qərarları › İş №1(101)-1254/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1254/2021

12.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1254/2021 12.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə hazırlıq iclasında xx xxxxxxx 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, döngə № 02, ev 08-də qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşamış, 04 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 fevral 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs müəyyənləşdirilməmiş tarixdə, naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 107,703 qram təşkil edən heroin narkotik vasitəsini əldə edib, həmin narkotik vasitənin 91,180 qramını yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə qədər daşıyıb orada gizlətmiş, 15,893 qramdan ibarət qalan hissəsini isə öz üzərində saxlamaqla daşımışdır. 04 fevral 2021-ci il tarixdə, saat 17 radələrində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra: BNMİ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq BNMİ-nin inzibati binasına aparılmış və orada üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxladığı və daşıdığı bir ədəd bükümdə külli miqdar təşkil edən 15,893 qram çəkidə heroin narkotik vasitəsi aşkar edilərək götürülmüş, bundan sonra narkotik vasitənin həm də yaşadığı evdə satış məqsədi ilə saxlaması barədə daxil olmuş məlumat əsasında 04 fevral 2021-ci il tarixdə, saat 20 radələrində onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə özünün şəxsi icazəsi və iştirakı ilə baxış keçirilərkən, bir ədəd üzərində heroin narkotik vasitəsinin izləri olan qara rəngli elektron tərəzi və bir ədəd bükümdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı külli miqdar təşkil edən 91,180 qram heroin narkotik vasitəsi qonaq otağında olan divanın üzərindəki döşəyin altından aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsi alıb əldə etməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2011ci ildə narkotikdən istifadə etmiş, lakin sonradan namaz qılmağa başlamış, uzun müddət namaz qılmış və narkotik vasitədən istifadə etməmişdir. Lap əvvəllər adam öldürməyə görə məhkum olunub cəza çəkmiş, daha sonra isə 2015-ci ildə günahsız olaraq tutulmuşdur. 2015-ci ildə tutularkən həmin vaxt 100 nəfərin içəri getməli olduğu bildirilmiş və Cinayət Məcəlləsinin 234.1-ci mddəsi ilə o da məsuliyyətə cəb olunmuş və 2017-ci ildə azadlığa buraxılmışdır. Himayəsində həyat yoldaşı və bir nəfər vərəm xəstəsi olan uşağı vardır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 04 fevral 2021-ci il tarixdə o, yaşadığı evində yatdığı vaxt evinə silahlı basqın olunmuş, sonradan polis işçiləri olduğunu bildiyi şəxslər pəncərədən evə daxil olmuş və onu götürüb BNMİ-nə aparmışlar. Aparılarkən onda heç bir növdə və heç bir miqdarda narkotik vasitə olmamışdır. Ondan narkotik vasitə aşkar edilib götürülməsi, 234.4.3-cü maddə ilə təqsirli olmağını boynuna götürməsi ilə bağlı təklif olunanları qəbul etməyəcəyi təqdirdə, həyat yoldaşını da idarəyə gətirəcəkləri, sonuncunun barəsində də cinayət işi açacaqları ilşə hədələnmişdir. O da məcburiyyət qarşısında təklif olunanları qəbul etmiş, BNMİ-də olarkən guya onun üzərindən videoçəkilişlə hansısa miqdarda heroin naprkotik vasitəsi aşkar edilib götürülmüş, etirafedici izahat və ifadələr vermiş, təqdim olunan sənədləri imzalamışdır. Bundan sonra o, yaşadığı evə aparılmış, polislər tərəfindən evindəki kreslonun arasına narkotik yerləşdirilmişdir. Həmin vaxt onun vəkili də evində olmuşdur. Sonra ona nə deməli olduğu izah edilmiş və kamera çəkilişi ilə həmin narkotiki oradan çıxarıb təqdim etmişdir. Polislərin tapşırdıqları kimi, tanımadığı şəxsdən aldığını demişdir. İttihamda göstərilən narkotik vasitələrin heç bir qramı da onun olmamış, Ağa adlı şəxsi isə tanımamışdır. İbtidai istintaq zamanı adından yazılmış ifadələri özü yazmamış, ifadələri polislər tərəfindən yazılmış, o isə oxumadan imza etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, polislərlə heç bir düşmənçiliyi olmamışdır. Lakin tutulmazdan 3-4 gün əvvəl həyətindən ayaq səsləri gəldiyini hiss etmiş, çıxıb baxdıqda isə heç kimi görməmişdir. Tutulmazdan iki gün əvvəl isə həyətinə qayıdarkən özünə məxsus itin həyətdə olmadığını görmüşdür. Günahsız olması ilə bağlı bir neçə orqana şikayət ərizələri yazmış, ərizələrində polisin ona qarşı törətdiyi haqsızlıqları göstərmiş, hətta barəsində olan işə qanuni baxılması üçün aclıq aksiyasına başlamışdır. Məhkəmə baxışı zamanı iş üzrə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi ilə məhkəmə baxışı zamanı verdiyi ifadə arasında ziddiyyətlər müəyyən edildiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraatda verdiyi ifadələrində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü yenə də təqsirli bilməmiş, lakin tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, uzun müddət narkotik vasitə olan heroin qəbul etmişdir. O, narkotik vasitənin aludəçisi olmuş, onu bu işə heç kim məcbur etməmiş və heroini könüllü olaraq özü qəbul etmişdir. Narkotik vasitə olan heroini tutulmazdan təxminən on gün əvvəl Maştağa qəsəbəsindəki bazarın yaxınlığında üzdən tanıdığı, lakin adı və ünvanı haqqında məlumatı olmadığı «Ağa» adlı şəxsdən 1.500 manata almışdır. Həmin narkotik vasitədən bir qismini tanımadığı şəxslərə satmış, qalan hissəsi isə onun üstündə və evində aşkar edilmişdir. Narkotik vasitə aldığı həmin şəxsləri tanımamış və onları göstərə bilməmişdir. «Ağa» adlı şəxsi isə cəmi bir dəfə görmüş və pulunu tam ödəmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında göstərdi ki, 04 fevral 2021-ci il tarixdə, saat 17 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsindəki evinin qarşısında dayanan zaman üç nəfər mülkü geyimli şəxs ona yaxınlaşaraq özlərini Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onlarla birlikdə Baş idarəyə getməyi təklif etmişlər. O, polis əməkdaşlarının təklifi ilə razılaşdıqdan sonra, birlikdə BNMİ-nə getmişlər. İdarədə olan zaman təhqiqatçı Nəcəf Aburşu tərəfindən onun barəsində şübhəli şəxsin tutulması haqqında qərar çıxarılmış və ona Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuşdur. O, vəkillərin siyahısı ilə tanış olduqdan sonra yalnız vəkil X1 onun hüquqlarını müdafiə etməsini ərizə ilə yazıb xahiş etmişdir. Bundan sonra Çingiz Kərimov iş otağına dəvət olunmuş və təhqiqatçı Nəcəf Aburşu tərəfindən ona vəkil kimi təqdim edilmişdir. Daha sonra ona polis bölməsində videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş və videoçəkiliş vasitəsi ilə onun üzərində axtarış keçirilməyə başlanmışdır. Ona üzərində qanuna zidd əşya və yaxud predmet olduğu təqdirdə, həmin əşyaları könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, könüllü olaraq əynindəki qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd Cənubi Koreya istehsalı olan «Samsunq» markalı mobil telefonu, içində siqaret dənələri olan siqaret qutusunu, alışqanı və 90 (doxsan) manat pulu çıxardıb təqdim etmişdir. Daha sonra o, könüllü olaraq sağ yan cibindən bir ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümə baxış keçirilən zaman bükümün içində qəhvəyi rəngli və spesifik iyə malik kustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər maddə olması aşkar edilmişdir. O, könüllü olaraq təqdim etdiyi maddənin narkotik vasitə heroin olduğunu etiraf etmişdir. Aşkar olunan narkotik vasitə polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisi təxminən 17 qram olduğu müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş narkotik vasitə ağ rəngli zərfdə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Həmin yerdə olan iştirakçılar tərtib edilmiş protokola və qablaşdırılmış zərfə imza etmişlər. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında daha sonra göstərdi ki, BNMİ-də üzərindən narkotik vasitə aşkar edilib götürülməsindən sonra o, özünün yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən fərdi yaşayış evində də narkotik maddə saxladığını bildirmişdir. Polis əməkdaşları ilə bərabər vəkili və o özü birliklə onun yaşadığı ünvana getmişlər. O, evə baxış keçirilməsinə etirazı olmadığını bildirib, bu barədə yazılı razılıq ərizəsi təqdim etmişdir. Ondan yaşadığı evə daxil olmazdan əvvəl, evdə olması ehtimal olunan narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. O, evinin qonaq otağında olan divandakı döşəyin altında gizlətdiyi içərisində heroin olan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Aşkar olunan narkotik vasitə elektron tərəzidə çəkilmiş və çəkisinin 94 qram olduğu müəyyən edilmişdir. Evdən aşkar olunmuş narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş heroini narkotik vasitəsini eyni tarixdə “Ağa” adlı şəxsdən alıb əldə etmişdir (iş vərəqə: səh. 57-59; 69-70; 114-116). Cinayət işi üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş DİN-in BNMİnin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, ona Bakı şəhəri Sabuncu RPİnin 14-cü polis bölməsinin xidməti ərazisində Maştağa qəsəbə sakini İlqar adlı şəxsin narkotik vasitə əldə etməsi, üzərində gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. 04 fevral 2021-ci il tarixdə həmin məlumatın yoxlanılması məqsədi ilə özündən, BNMİ-nin baş əməliyyat müvəkkilləri, polis polkovnik-leytenantı Şahid2 və polis polkovnik-leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmış, qrupun üzvlərinə davranış xətti izah edilmişdir. Bundan sonra, həmin əməkdaşlarla birlikdə Təqsirləndirilən şəxs ola biləcəyi ehtimal olunan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsinə doğru getmişlər. İlqarın çox vaxt həmin küçədə yerləşən nömrəsiz bir fərdi evin qarşısında dayandığını müəyyənləşdirmiş və həmin gün saat 17 radələrində İlqarın yenidən həmin küçədə dayandığını görüb onlar ona yaxınlaşmış və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. O, digər əməkdaşlarla birlikdə həmin şəxsə narkotik vasitələrin əldə etməsi, üzərində gəzdirməsi və istifadə etməsi barədə şübhəli olduğunu bildirib, BNMİ-nə dəvət etmişlər. Həmin şəxs etiraz etməmiş və onlar həmin şəxsi idarəyə aparmışlar. Qeyd olunan yerdə Təqsirləndirilən şəxs həmin idarənin təhqiqatçısı Nəcəf Aburşu tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra ona hüquqlarını müdafiə olunması üçün Bakı şəhəri 12 saylı Vəkil Bürosundan vəkil kimi X3 dəvət olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs, üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçiriləcəyi bildirilmiş və üzərinə baxış keçirilmişdir. Baxış zamanı İlqarın üzərində olması ehtimal olunan narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və yaxud sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd Cənubi Koreya istehsalı olan «Samsunq» markalı mobil telefonu, içində siqaret dənələri olan siqaret qutusunu, alışqanı və 90 (doxsan) manat pulu çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs sağ yan cibindən bir ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bir ədəd bükümə baxış keçirilən zaman bükümün içində qəhvəyi rəngli və spesifik iyə malik kustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs orada könüllü olaraq təqdim etdiyi maddənin narkotik vasitə olan heroin olduğunu etiraf etmişdir. Aşkar olunan narkotik vasitəsi elektron tərəzidə çəkilmiş və qablaşma ilə bir yerdə 17 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə onun tərəfindən ağ rəngli zərfdə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Həmin yerdə olan iştirakçılar tərtib edilmiş protokola və qablaşdırılmış zərfə imza etmişlər. Şahid1 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin götürüldükdən sonra o, özünün yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən fərdi yaşayış evində də narkotik maddə saxladığını bildirmişdir. Odur ki, İlqar, onun müdafiəçisi və polis əməkdaşları birliklə İlqarın yaşadığı ünvana getmişlər. İlqar evinə baxış keçirilməsinə etirazı olmadığını bildirib, razılıq ərizəsi təqdim etmişdir. Onlar evə daxil olmazdan əvvəl, evdə olması ehtimal olunan narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və yaxud sənədləri könüllü surətdə verməsi Təqsirləndirilən şəxs təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evin qonaq otağında olan divandakı döşəyin altında gizlətdiyi bir ədəd içərisində heroin narkotik vasitəsinə bənzər maddələr olan bükümü və bir ədəd elektron tərəzini çıxarıb masanın üzərinə qoymuşdur. Aşkar olunan narkotik vasitə elektron tərəzidə çəkilmiş və qablaşma ilə bir yerdə 94 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs evindən aşkar olunaraq götürülmüş narkotik vasitə onun tərəfindən ağ rəngli zərfdə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Bundan sonra İlqar üzərində və yaşadığı evdə aşkar olunaraq götürülmüş narkotik vasitəni on gün əvvəl üzdən tanıdığı, lakin adı və ünvanı haqqında məlumatı olmadığı «Ağa» adlı şəxsdən aldığını, bir qismini satdığını, digər qismini isə istifadə etdiyini etiraf etmişdir. Qablaşdırılmış narkotik vasitəni götürdükdən sonra, onlar birlikdə Təqsirləndirilən şəxs özləri ilə götürüb evi tərk etmişlər. Bundan başqa, məhkəmə baxışı zamanı işi üzrə dindirilmiş digər şahidlər - Azərbaycan Respublikası DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 Şahid1 məhkəmədəki ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edib sonuncu ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında” 04 fevral 2021-ci il tarixli protokoldan və əlavə edilmiş bir ədəd “CD” diskdə olan videogörüntüdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə heroin narkotik vasitəsinə şübhəli maddə olan aşkar edilərək götürülmüş, çəkilməklə miqdaprının 17 qram olduğu müəyyən edilmişdir. Bundan başqa həmin tarixdə tərtib olunmuş evə baxış və götürmə aparılması haqqında olan protokolun məzmunundan və ona əlavə edilmiş bir ədəd “CD” diskdə olan videogörüntüdən açıq-aydın görünür ki, həqiqətən də evə baxış zamanı Təqsirləndirilən şəxs qonaq otağında olan divanın üzərindəki döşəyin altından bir ədəd bükümdə heroin narkotik vasitəsinə şübhəli maddə, həmçinin bir ədəd qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüş, çəkilməklə miqdarının 94 qram olduğu müəyyən edilmişdir . Hər iki halda Təqsirləndirilən şəxs aşkar edilib götürülən maddələrin heroin narkotik vasitəsi olduğunu və «Ağa» adlı şəxsdən alıb əldə etdiyini göstərmişdir (iş vərəqə: səh. 29-31; 35-37). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 05 fevral 2021-ci il tarixli, 6/512 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən” və sair yazılar olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi - 15,983 qram qəhvəyi rəngli maddə kütləsi və üzərində “Təqsirləndirilən şəxs yaşadığı mənzildən” və sair yazılar olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi - 91,810 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Tədqiq olunan rəydən görünür ki, tədqiqata təqdim olunmuş bir ədəd qara rəngli elektron tərəzinin səthində heroinin izləri müəyyən edildi. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş heroin kütlələri kimyəvi tərkiblərinə görə fərqlidir. Tədqiq olunan həmin rəydən daha sonra görünür kir, heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir (iş vərəqə: səh. 45-50). Məhkəmə baxışı zamanı elan olunmaqla tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının 05 aprel 2021-ci il tarixli, 965 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: səh. 102-103). Məhkəmə baxışı zamanı tədqiq olunan "xxxx" MMC-dən daxil olmuş 03 may 2021ci il tarixli, BKC/LGL-7644/21 saylı məktub və “Cinayət işinin ibtidai istintaq materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Bakcell» MMC tərəfindən göndərilmiş bir ədəd diskdə olan məlumatlara əsasən ***-***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs məxsus olmuşdur. Diskə baxış keçirilən zaman 04 yanvar 2021-ci il tarixdə, saat 22:07:54-də ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə «Emi qolum bərk ağrıyır. 7 manat pulum var gelim mene yarım vere bilersen qalan pulu anamın qebri sabah verecem nolar emi imkan varsa atqaz eleme» mətnində cinayət işi üzrə əhəmiyyət kəsb edən yazışmalar olması müəyyən edilmişdir (iş vərəqə: səh. 129-130). Məhkəmə baxzışı zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə 04 yanvar 2021-ci il tarixdə daxil «Emi qolum bərk ağrıyır. 7 manat pulum var gelim mene yarım vere bilersen qalan pulu anamın qebri sabah verecem nolar emi imkan varsa atqaz eleme» məzmunda yazılmış sms mətninə aydınlıq gətirməkdən imtina etdi. İbtidai istintaq orqanının işdə olan 16 mart 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 107,703 qram narkotik vasitə olan heroin və bir ədəd səthində heroin izləri qalan qara rəngli elektron tərəzi maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 107,603 qram heroin narkotik vasitəsi və bir ədəd səthində heroin narkotik vasitəsinin izləri olan qara rəngli elektron tərəzi saxlanması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (iş vərəqə: səh. 94-95). İbtidai istintaq orqanının işdə olan 31 may 2021-ci il tarixli qərarına əsasən "xxxx" MMC-dən 03 may 2021-ci il tarixli, BKC/LGL-7644/21 nömrəli müşayiət məktubu əsasında göndərilmiş bir ədəd CD disk iş üzrə maddi sübüt kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir (iş vərəqə: səh. 144-150). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş heroin narkotik vasitəsinin ümumi təmiz çəkisi 107,703 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin külli miqdar həddindən dəfələrlə artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülən heroin narkotik vasitəsinin «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin külli miqdar həddindən dəfələrlə artıq miqdarda olmasıü, heroin narkotik vasitəsini külli miqdar təşkil edən bir qisminin təqsirləndirilən şəxsin üzərindən, külli miqdar təşkil edən qalan hissəsinin təqsirləndirilən şəxsin mənzilindən aşkar edilib götürülməsi, həmçinin üzərində heroin narkotik vasitəsinin izləri olan bir ədəd elektron tərəzinin aşkar edilib götürülməsi təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə etməklə, saxlamaqla və daşımaqla Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində ondan aşkar edilib götürülən külli miqdarda heroin narkotik vasitəsinin ona aid olmaması, ümumiyyətlə narkotik vasitənin əldə edilməsi, saxlanılması və daşınması ilə əlaqəsinin olmaması barədə göstərdiklərini onun təyin olunacaq ağır cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki inkar olunur, hətta əksinə, onun təqsirliliyini tam təsdiq edir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə cinayət hadisəsini törətməzdən əvvəl Sabunçu rayon Xalq Məhkəməsinin 09 aprel 1999cu il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 95-ci maddəsi (Qəsdən adam öldürmə) ilə (08 dekabr 1960-cı il Qanunu) təqsirli bilinib 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Sabunçu rayon Məhkəməsinin 28 dekabr 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə 02 il 02 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 10 yanvar 2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, Quliyev X4 rayon Məhkəməsinin 14 avqust 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 10 mart 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (iş vərəqə: səh. 87-89, 126-128). Göründüyü kimi, Təqsirləndirilən şəxs baxılan iş üzrə Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətdiyi vaxt (burada: 04 fevral 2021-ci il) onun həm Sabunçu rayon Xalq Məhkəməsinin 09.04.1999-cu il tarixli, həm Sabunçu rayon Məhkəməsinin 28 dekabr 2010-cu il tarixli və həm də Sabunçu rayon Məhkəməsinin 14 avqust 2015-ci il tarixli hökmü üzrə olan məhkumluğu Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinin tələblərinə əsasən ödənilmişdir. Həmin Məcəllənin 83.6-cı maddəsinin tələblərinə görə isə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməkdə ittiham olunması nəzərə alınmalı, sosial ədalətin bərpası, həm məhkumun özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədilə ona ittiham olunduğu maddənin sanksiyası daxilində ədalət və humanizm prinsipləri, təqsirləndirilən şəxsin şəxsiyyəti nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, məhkumluqlarının ödənilməsindən sonra onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 04 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs 04 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 fevral 2021-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 04 fevral 2021-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Məhkəmə, həmçinin qeyd edir ki, 04 fevral 2021-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərdə tutulduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 107,603 qram çəkidə heroin və 1 ədəd elektron tərəzi məhv edilməli, "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd yaddaşında sms yazışmalar olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə, işdə olan məhkəmə-narkoloji ekspertizanın 05 aprel 2021-ci il tarixli, 965 nömrəli rəyini nəzərə alıb belə nəticəyə gəlir ki, tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbir təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 05 fevral 2021-ci il tarixli, 6/512 nömrəli məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 109,90 (bir yüz doqquz manat 90 qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxsdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu 04 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilsin və o, narkotik vasitələrdən sui-istifadə etməsi ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlara dair məsələ aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 107,603 qram çəkidə heroin və 1 ədəd elektron tərəzi məhv edilsin; - "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 109,90 (yüz doqquz manat 90 qəpik) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar