Məhkəmə qərarları › İş №1(101)-1254/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1254/2023

16.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1254/2023 16.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1978-ci il tarixdə ünvan 3ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 3ində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 7, nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 11:00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs 22 dekabr 2022-ci il tarixində saat 20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 4,648 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, 23 dekabr 2022-ci il tarixində saat 09:00 radələrində Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 7-ci döngənin yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Binəqədi Rayon Polis İdarəsinə gətirilib üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən 2 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,004 qram və 1,644 qram, ümumi təmiz çəkisi 4,648 qram olan külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirili bilməyərək ifadəsində qeyd etmişdir ki, 2007-ci il tarixdən Bakı şəhərində yaşayır, ustadır. Axırıncı dəfə Binə kəndində işləmiş, ora işə gedərkən tutulmuşdur. Maşında onu saxlayan şəxslər az vurmuşlar, ona “başqa yolun yoxdu tutulmalısan bu gün” demişlər. Polislərin dediyinə görə onun tutulması barədə sifariş verilmişdir. Onu idarənin üçüncü mərtəbəsinə qaldırmışlar, girdiyi otaqda 4-5 nəfər adam olmuş, orada narkotiki onun üzərinə qoymuşlar. Polis idarəsində onu döyən və incidən olmamışdır. Narkotiki qoyan şəxsləri üzdən görsə tanıya bilər, narkotiki onun üzərinə qoyan polis əməkdaşının adı Şahin olmalı idi. İlk dəfə üzərinə axtarış keçirilərkən heç kim olmamış, çantanın içində namaz əşyaları, üzərində 10 manat pulu və “Samsung Prime” markalı telefonu olmuşdur. Video çəkilişdən əvvəl ona bildirilənləri çəkiliş zamanı demişdir. Buna görə də o, guya narkotiki zibilliyin yanından tapdığını bildirmişdir. Amma onların evlərinin yanında ele bir şey olmamış, təxminən 400- 500 metr aralıda olmuşdur. Ona tutulma səbəbinin özünün yaxşı bildiyini demişlər, amma yenə də heç bir səbəb göstərməmişlər. Onu həyat yoldaşı və qızı ilə təhdid etmişlər. 15 yaşlı qızının da polis tərəfindən narkotik istifadəçisi kimi cinayət məsuliyyətinə cəlb ediləciyi, həyat yoldaşının polis bölməsinə gətiriləcəyi hədəsi nəticəsidə o şəkildə ifadə vermişdir. Ailəlikcə namazqılandırlar, narkotiklə heç zaman əlaqəsi olmamışdır. Polis bölməsində Ramil adlı polis əməkdaşı çay gətizdirmiş, birlikdə çay içmişlər, çayı içdikdən sonra gecə saat 12-də təzyiqi qalxmışdır. Ona verdikləri çaya dərman tökmüşlər, bu səbəbdən o, üç gün gecə-gündüz yata bilməmişdir. Müstəntiq ondan heçnə soruşmamış, o, ümumiyyətlə vəkilinin və müstəntiqin kim olduğunu bilməmişdir. O, yalnız sənədlərə qol çəkmişdir. 4.Məhkəmə iclasında verdiyi ifadəsi ilə məhkəməyədək icraat dövründəki ifadəsi arasında ziddiyyətlər yarandığından Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, fərdi qaydada usta kimi işləyərək himayəsində olan üç azyaşlı uşaqlarını saxlamışdr. Əvvəllər məhkum olunmamış və heç vaxt narkotik vasitələrin nə qəbulu, nə də satışı ilə məşğul olmamışdır. 22 dekabr 2022-ci il tarixində saat 20 radələrində yaşadığı evə gələrkən küçədə Binəqədi rayonu, Binəqədi şossesi, Baş Dövlət Yol Polisi İdarəsinin yanında olan zibilliyin yaxınlığındakı daşın üstündə şəffaf sellofana bükülmüş, içərisində narkotik vasitə «şüşə»yə bənzər ağ, kristall formasında olan iki ədəd bükümü gördükdə onun narkotik vasitə olduğuna əmin olduqdan sonra gələcəkdə istifadə etmək üçün həmin bükümü daşın üstündən götürüb əynində olan tünd göy rəngli şalvarının sağ yan cibinə qoyaraq özü ilə yaşadığı evə gətirmişdir. Həmin bükümlərdəki maddədən istifadə etmədən əynindəki şalvarının cibində saxlamış və gecəni evdə keçirdikdən sonra 23 dekabr 2022-ci il tarixində səhər saat 09 radələrində evdən çıxıb işə getmək üçün yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 7-ci döngənin yaxınlığında olarkən mülki geyimdə olan üç nəfər özlərini polis əməkdaşları kimi təqdim edib xidməti vəsiqələrini göstərmiş və üzərində narkotik vasitələri gəzdirməkdə şübhəli oduğu üçün əllərini ciblərinə salmağa imkan verməyərək onu Binəqədi Rayon Polis İdarəsinə gətirmişlər. Həmin İdarənin xidməti otaqlarının birində ona təqdim edilmiş vəkil X6 iştirakı ilə şübhəli şəxs qismində tutulduqdan sonra özünün razılığı ilə videoçəkilişdən istifadə etməklə onun üzərinə baxış keçirilmişdir. Polis əməkdaşlarının iştirakı ilə onun üzərinə keçirilmiş həmin baxış zamanı əynində olan tünd göy rəngli şalvarının sağ yan cibində saxladığı, içərisində «şüşə» kimi tanınan narkotik vasitə olan iki ədəd şəffaf rəngli sellofan bükümləri masanın üzərinə qoymuş, eləcə də qara rəngli gödəkçəsinin sol yan cibində saxladığı, özünə məxsus boz rəngli «Samsung» markalı mobil telefon və 10 manat pul aşkar olunaraq götürülmüşdür. Daha sonra polis əməkdaşları onun üzərində olan paltarlara və ayaqqabılara baxış keçirmiş, lakin qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Onun üzərindən aşkar olunmuş narkotik vasitələr ağ zərfə qoyularaq qablaşdırılmışdır. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfin üstünü baxışda iştirak etmiş digər şəxslərlə yanaşı o da imzalamışdır. Narkotik vasitələrin növünü və çəkisini müəyyən etmək məqsədi ilə həmin zərf ekspertizaya göndərilmişdir. 5.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsin narkotik vasitələrin gəzdirilməsi ilə bağlı təxminən bir ilə yaxın olar, bəlkə də az olar ki, onlarda əməliyyat məlumatı olmuşdur. Əməliyyatda onunla Şahid2 iştirak etmiş, Təqsirləndirilən şəxs Binəqədi rayonu, Xırdalan yolunun üstündə saxlamışlar, üzərinə şəxsi axtarış isə idarədə keçirilmişdir. Dəqiq xatırlamadığını, bir büküm aşkar olunduğunu, şəxsin həmin bükümü tapdığını dediyini bildirmişdir. Saxlanılan şəxsə qarşı heç bir zor və təzyiq göstərilməmiş, hədələnməmişdir. Olanların dəqiq yadında qalmadığını, çox əməliyyatlarda iştirak etdiyini bildirərək, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 6.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışır və polis baş leytenantı xüsusi rütbəsindədir. Çalışdığı Binəqədi Rayon Polis İdarəsinin CAŞ-da etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatında orta boylu, təxminən 40-45 yaşlarında olan «Ramil» adlı şəxsin qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə saxlaması, daşıması və satışı ilə məşğul olması bildirilmişdir. Bu əməliyyat məlumatının yoxlanılması, «Ramil» adlı həmin şəxsin cinayət əməllərinin ifşa olunması, cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə onun tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin rəhbərliyinə raportla məlumat vermiş və rəhbərliyin razılığını aldıqdan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edərək, özünün rəhbərlik etdiyi, Binəqədi Rayon Polis İdarəsinin NMB-nin baş əməliyyat müvəkkili, polis mayoru X3 və Binəqədi Rayon Polis İdarəsinin CAŞ-ın əməliyyat müvəkkili, polis mayoru Şahid2 da daxil olduğu əməliyyat qrupunu təşkil etmişdir. Üzərində narkotik vasitə və psixotrop maddələri daşımaqda şübhəli bilinən şəxsin müəyyən edilərək yaxalanması və narkotik vasitə, habelə psixotrop maddələrin dövriyyədən çıxarılmasının təmin edilməsi məqsədi ilə əməliyyat qrupunun üzvləri ilə birlikdə 23 dekabr 2022-ci il tarixində səhər saatlarında xarici əlamətlərindən qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddələrin saxlanması, daşıması və satışı ilə məşğul olmasında şübhəli bilinən xx xxxx 1978-ci il tarixində ünvan 3ində anadan olmuş, ünvan 3i ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, DİN-in BDYPİ-nin yanı, 7-ci döngə, nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs oxşayan şəxsi bir müddət gizli müşahidə edib izldədikdən sonra yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, DİN-İn BDYPİ-nin yanı, 7-ci döngənin yaxınlığında piyada olan zaman əlverişli şərait yarandığından elə həmin gün saat 09:00 radələrində saxlayaraq xidməti vəsiqələrini nümayiş etdirməklə özlərini təqdim etmiş və şəxsiyyəti ilə maraqlanmışlar. Həmin şəxs həqiqətən də xx xxxx 1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğunu təsdiq etmiş, bundan sonra narkotik vasitə və psixotrop maddələri qanunsuz əldə edib, üzərində saxlayaraq daşımasında və istifadəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib, barəsində şəxsi axtarış və götürmə aparılması məqsədi ilə Binəqədi RPİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs də dəvətə etiraz etmədiyindən onlarla birlikdə xidmət etdikləri polis idarəsinə gəlmişlər. Burada əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair olan sənədlər Binəqədi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Fərid Şirinova təqdim ediməklə istintaq hərəkətinin aparılması həvalə edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhəri 11 saylı Vəkil bürosundan vəkil dəvət edilmiş və təhqiqatçı tərəfindən əməliyyat qrupu üzvlərinin iştirakı ilə Binəqədi Rayon Polis İdarəsinin inzabati binasında xidməti otaqların birində videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyalar olduğu halda təqdim edilməsi təklif edildikdə əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 2 ədəd şəffaf sellofan bükümləri çıxararaq masanın üzərinə qoymuş, həmin bükümlərdə el arasında “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu və həmin bükümləri 22 dekabr 2022-ci il tarixində saat 20 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, BDYPİ-nin yaxınlığında daşın üstündə taparaq gələcəkdə istifadə etmək üçün götürüb üzərində saxladığını bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əlavə olaraq paltarlarına, ciblərinə və ayaqqabılarına baxış keçirilmiş və bu zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd boz rəngli «Samsung» markalı mobil telefon, həmçinin 10 manat pul aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kristallik maddə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən kağız zərfə qoyularaq qablaşdırılmış və üstü Daxili İşlər Nazirliyinin müvafiq möhürü ilə möhürlənərək götürülmüşdür. Binəqədi RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Fərid Şirinov tərəfindən video çəkilişdən istifadə edilməklə keçirilmiş istintaq hərəkəti başa çatdıqdan sonra müvafiq protokol tərtib edilərək uca səslə oxunmuş və bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri daşıması ilə əlaqədar əməliyyat məlumatı ona daxil olmuş, məlumata əsasən həmin şəxsə yaxınlaşmışlar və onu idarəyə gətirmişlər, idarədə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, baxışda onlar özləri də iştirak etmişlər, üzərindən metamfetamin adlı narkotik vasitə aşkar olunmuş, Təqsirləndirilən şəxs özü tapdığını bildirmişdir. Keçirilmiş əməliyyat tədbirində üç nəfər iştirak etmişlər, o, İmran və Tariel Rzaquliyev. Ola bilsin baxışda iki nəfər iştirak etmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı zor və təzyiq göstərilməmişdir. 8.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində çalışır və polis mayoru xüsusi rütbəsindədir. Çalışdığı Binəqədi Rayon Polis İdarəsinin CAŞ-da etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatında orta boylu, təxminən 40-45 yaşlarında olan «Ramil» adlı şəxsin qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə saxlaması, daşıması və satışı ilə məşğul olması bildirilmişdir. Bu əməliyyat məlumatının yoxlanılması, «Ramil» adlı həmin şəxsin cinayət əməllərinin ifşa olunması, cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Babayev X10 Rayon Polis İdarəsinin rəhbərliyinə raportla məlumat vermiş və rəhbərliyin razılığını aldıqdan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edərək onu və Binəqədi Rayon Polis İdarəsinin NMB-nin baş əməliyyat müvəkkili, polis mayoru X5 təşkil etdiyi əməliyyat qrupuna daxil etmişdir. Üzərində narkotik vasitə və psixotrop maddələri daşımaqda şübhəli bilinən şəxsin müəyyən edilərək yaxalanması və narkotik vasitə, habelə psixotrop maddələrin dövriyyədən çıxarılmasının təmin edilməsi məqsədi ilə əməliyyat qrupunun üzvləri ilə birlikdə 23 dekabr 2022-ci il tarixində səhər saatlarında xarici əlamətlərindən qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddələrin saxlanması, daşıması və satışı ilə məşğul olmasında şübhəli bilinən xx xxxx 1978-ci il tarixində ünvan 3ində anadan olmuş, ünvan 3i ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, DİN-in BDYPİ-nin yanı, 7-ci döngə, nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs oxşayan şəxsi bir müddət gizli müşahidə edib izldədikdən sonra yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, DİN-İn BDYPİ-nin yanı, 7-ci döngənin yaxınlığında piyada olan zaman əlverişli şərait yarandığından elə həmin gün saat 09:00 radələrində saxlayaraq xidməti vəsiqələrini nümayiş etdirməklə özlərini təqdim etmiş və şəxsiyyəti ilə maraqlanmışlar. Həmin şəxs həqiqətən də xx xxxx 1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğunu təsdiq etmiş, bundan sonra narkotik vasitə və psixotrop maddələri qanunsuz əldə edib, üzərində saxlayaraq daşımasında və istifadəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib, barəsində şəxsi axtarış və götürmə aparılması məqsədi ilə Binəqədi RPİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs də dəvətə etiraz etmədiyindən onlarla birlikdə xidmət etdikləri polis idarəsinə gəlmişlər. Burada əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair olan sənədlər Binəqədi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Fərid Şirinova təqdim ediməklə istintaq hərəkətinin aparılması həvalə edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhəri 11 saylı Vəkil bürosundan vəkil dəvət edilmiş və təhqiqatçı tərəfindən əməliyyat qrupu üzvlərinin iştirakı ilə Binəqədi Rayon Polis İdarəsinin inzabati binasında xidməti otaqların birində videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyalar olduğu halda təqdim edilməsi təklif edildikdə əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 2 ədəd şəffaf sellofan bükümləri çıxararaq masanın üzərinə qoymuş, həmin bükümlərdə el arasında “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu və həmin bükümləri 22 dekabr 2022-ci il tarixində saat 20 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, BDYPİ-nin yaxınlığında daşın üstündə taparaq gələcəkdə istifadə etmək üçün götürüb üzərində saxladığını bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əlavə olaraq paltarlarına, ciblərinə və ayaqqabılarına baxış keçirilmiş və bu zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd boz rəngli «Samsung» markalı mobil telefon, həmçinin 10 manat pul aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kristallik maddə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən kağız zərfə qoyularaq qablaşdırılmış və üstü Daxili İşlər Nazirliyinin müvafiq möhürü ilə möhürlənərək götürülmüşdür. Binəqədi RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Fərid Şirinov tərəfindən video çəkilişdən istifadə edilməklə keçirilmiş istintaq hərəkəti başa çatdıqdan sonra müvafiq protokol tərtib edilərək uca səslə oxunmuş və bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. 9.Məhkəmə iclasında müdafiçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, əməliyyat məlumatı daxil olmuş, məlumata əsasən qrup yaradılmışdır. Əraziyə gedib özlərini «Ramil» adlı şəxsə təqdim edərək idarəyə dəvət etmişlər. O, yalnız tutmada iştirak etmiş, üzərinə keçirilən şəxsi axtarışda iştirak etməmişdir. Sonradan digər əməkdaşlardan Təqsirləndirilən şəxs üzərindən matamfetamin adlı maddə aşkar olunduğunu eşitmişdir. O, Təqsirləndirilən şəxs qarşı qətiyyən heç bir zor və təzyiq göstərilmədiyini, üstünə narkotik vasitə qoyulmadığını, təqsirləndirilən şəxsin özünə bəraət qazanmaq üçün belə danışdığını bildirmişdir. 10.Məhkəmə iclasında məhkəməyədək icraat mərhələsində aparılmış şəxsi axtarış və götürülmə aparılmasını əks etdirən video görüntüyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, üzərinə şəxsi axtarış keçirilən Təqsirləndirilən şəxs üzərində olan hər hansı qeyri-qanuni əşyaları könüllü təqdim etməsi təklif edildikdə, o əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 2 ədəd şəffaf sellofan bükümləri çıxarıb təqdim edir. Suallara cavab verərkən həmin bükümləri 22 dekabr 2022-ci il tarixində saat 20 radələrində zibilliyin yanında daşın üzərində taparaq götürüb üzərində saxladığını bildirir. Bundan sonra şəxsin üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd «Samsung» markalı mobil telefon və 10 manat pul aşkar olunaraq götürülür. Şəxsin üzərindən aşkar edilmiş iki ədəd büküm zərfə qoyularaq qablaşdırılır, zərf möhürlənir və iştirakçılar tərəfindən imzalanır. 11.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 dekabr 2022-ci il tarixli 6/7137 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №168” dairəvi möhür əksləri olan, “Təqdim edən şəxs “imza” Cəbiyev...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 02 (iki) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,004 qram və 1,644 qram, ümumi təmiz çəkisi 4,648 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Təqdim olunmuş 2 (iki) ədəd sellofan bükümdə olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddə”-nin siyahısına (Siyahı İ) daxildir (İ cild, səh. 40-44). 12.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi Ambulator X1 18 mart 2023-cü il tarixli, 1635 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, səh. 117-118). 13.Məhkəmə-psixiatrik ekspertizasının 27 mart 2023-cü il tarixli, 790 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxslə istintaq hərəkətləri aparılan zaman da onda hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 21.3-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs psixi vəziyyəti onunla istintaq hərəkətinin keçirilməsinə mane olmur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, səh. 120-122). 14.«Əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında» 27 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, bir ədəd zərfdəki 02 (iki) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,004 qram və 1,644 qram, ümumi təmiz çəkisi 4,648 qram (tədqiqatdan sonrakı çəkisi 4,548 qram) olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və iş üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətininin həyata keçirilməsi prossesini əks etdirən videoçəkilişin görüntüləri olan 01 ədəd DVD-R disk maddi sübut əhəmiyyəti nəzərə alınmaqla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmişdir. Cinayət işi üzrə maddi sübut hesab edilmiş - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, bir ədəd zərfdəki 02 (iki) ədəd selofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri 3,004 qram və 1,644 qram, ümumi təmiz çəkisi 4,648 qram (tədqiqatdan sonrakı çəkisi 4,548 qram) olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onların təyinatı məsələsi həll edilənədək Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Maddi Sübutların Saxlama Kamerasına təhvil verilmiş və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsi prossesini əks etdirən videoçəkilişin görüntüləri olan 01 ədəd DVD-R disk məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onun təyinatı məsələsi həll edilənədək cinayət işi materiallarına əlavə edilmişdir (İ cild, səh. 92-94). 15.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 20-21). 16.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 dekabr 2022-ci il tarixli, 4(005)- 922/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 23 dekabr 2022-ci il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 79-83). 17.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş X4 İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 86).

18. İş materiallarında olan sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il, xx.xx.2010-cu il və xx.xx.2019-cu il təvəllüdlü üç uşağı vardır (İ cild, səh. 113-115).

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

19.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 20.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 21.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 22.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 23.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 24.Azərbayvan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 25.“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 26.Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 27.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 28.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə əsasən 2 qram və yuxarı həddə pxisotrop maddə olan metafetamin külli miqdar hesab edilir. 29.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlaması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. 30.Məhkəmə iclasında təqsirləndirilən şəxs psixoloji təzyiqin tətbiqi altında, 15 yaşlı qızının da polis tərəfindən narkotik istifadəçisi kimi cinayət məsuliyyətinə cəlb ediləcəyi, həyat yoldaşının polis bölməsinə gətiriləcəyi hədəsi nəticəsidə etirafedici ifadə verdiyini, polis əməkdaşları tərəfindən saxlanılan zaman onun üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmadığını, iş materiallarında qeyd olunan psixotrop maddəni onun cibinə polis əməkdaşlarının qoyduğunu, müstəntiqin ondan heç nə soruşmadığını, sadəcə sənədləri imzaladığını bildirsə də məhkəmə bununla bağlı qeyd edir ki, göstərilən dəlillər sadəcə ümumi sözlərdən və formal xarakterli mülahizələrdən ibarət olmaqla məsuliyyətdən yayınma cəhdi daşıyır. 31.Təqsirləndirilən şəxs onun üzərinə keçirilmiş şəxsi axtarış və götürülmə aparılmasını əks etdirən video görüntüdən əlavə ibtidai istintaq zamanı ifadəsində (İ cild, səh. 66-68) psixotrop maddə metamfetaminin ona aid olduğunu bildirmişdir. 32.Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs polis idarəsində psixoloji təzyiqə, hədəyə məruz qalması ilə bağlı məsələni barəsində nə həbs qətimkan tədbiri seçilməsi zamanı məhkəmə qarşısında, nə də ibtidai istintaq dövründə prokurorluq orqanı qarşısında qaldırmamışdır. İş materiallarından "cinayət işinin materialları ilə tanış etmə protokolu"nda (cild 1, səhifə 153-154) təqsirləndirilən şəxsin vəsatətinin olmadığını bildirməsi müəyyən olunur. 33.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə şəxsi axtarışının şərtlərinə, nəticələrinə etiraz etmək və sübutların əldə edilməsinə, istifadəsinə etiraz etmək üçün effektiv şəraitin təmin edilməməsi nəticəsinə gəlməyə əsasların olmadığı qənaətinə gəlir. 34.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X8rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 35.Məhkəmə təkrar edir ki, psixoloji təzyiqə, hədəyə dair iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır. 36.Belə ki, məhkəmənin suallarına cavabında təqsirləndirilən şəxs həyat yoldaşına, qızına telefon zəngi edilib polis bölməsinə çağırılmadıqlarını, onları polis bölməsində görmədiyini və ora ümumiyyətlə gətirilmədiklərini bildirmişdir. Göründüyü kimi sadalanan halların olmaması məhkəmədə təqsirləndirilən şəxsin iddia etdiyi təzyiqin, hədənin mövcud olması şübhəsi yaratmağa əsas vermir. 37.Təqsirləndirilən şəxsin onun şəxsi axtarışı barədə video çəkilişin həqiqəti əks etdirmədiyi barədə dəlilləri məhkəmə tədqiqi zamanı bu sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmamışdır. 38.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, onun ifadəsində qeyd etdiyi hallar məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə təsdiqini tapmamışdır. 39.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 40.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 41.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 42.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 43.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 44.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 45.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, himayəsində azyaşlı uşaqlarının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 46.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 47.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 48.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 49.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 50.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 51.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 52.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu – 23 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. 53.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi . 54.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 55.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Maddi Sübutların Saxlama Kamerasında saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq qalmış 4,548 qram olan psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 56.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 57.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 58.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 59.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 23 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar - Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Maddi Sübutların Saxlama Kamerasında saxlanılan - Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 4,548 qram psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Hakimlər:

1.(sədrlik edən) Aytən Əliyeva

2. Siyavuş Hacıyev

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar