Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1254/2024 10.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Fəxri Afiq oğlu (sədrlik edən), X8, Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi - X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Göyçay rayonunda anadan olmuş, orta təhsilli, AR vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, Göyçay rayonu, Göyçay şəhəri, 20 yanvar küçəsində qeydiyyatda olan və Göyçay rayonu, Göyçay şəhəri, Ziya Bünyadov küçəsində ünvansız ö/t-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda AR ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə “heroin” əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi ilə üzərində “Bazarstore” yazısı olan sellofan torbanın içində yapışqanlı lentaya bükülmüş halda üzərinə “1 KG” sözləri həkk olunmuş bir ədəd sellofan bükümdə təmiz çəkisi 1023,4 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Səbail RPİ-nin 41-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 sentyabr 2023-cü il tarixdə saat 01:10-da Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 17-ci küçədə saxlanılaraq Səbail RPİ-nin 41-ci PB-nin inzibati binasına aparılmış, həmin gün saat 02:20-dən etibarən orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərində “Bazarstore” yazısı olan əlindəki sellofan torbanın içindən yapışqanlı lentaya bükülmüş halda üzərinə “1 KG” sözləri həkk olunmuş bir ədəd sellofan bükümdə təmiz çəkisi 1023,4 qram olan kustar üsulla hazırlanmış, satış məqsədi ilə qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşıdığı külli miqdarda narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, polislər tərəfindən “Badamdar” ərazisində tutulmuşdur. Həmin vaxt üzərində narkotik vasitə olmuş, lakin ittiham aktında göstərilən miqdardan, yəni, 01 (bir) kiloqram çəkidə narkotik vasitədən xəbəri yoxdur. Bundan sonra o polis idarəsinə, oradan da Bakı istintaq təcridxanasına gətirilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, ona təklif olunan narkotik vasitənin miqdarını bilməmişdir. Özü narkotik vasitə istifadəçisi deyil. Onun məqsədi təklif olunan narkotik vasitəni əldə edərək məhv etmək olmuşdur. O içkili vəziyyətdə olmuşdur. Ona iranlı zəng etmiş və narkotik vasitə təklif etmişdir. O, həmin iranlının nömrəsini tanımır. Narkotik vasitələrdən istifadə edən dost-tanışı olmuşdur. Ona zəng edən adamın adı “Həsən”dir. Şəhriyar onun qonşusudur. Göyçayda Şəhriyarın bacısı qızının ad günü yığıncağında birlikdə oturub yeyib-içmişlər. O, Bakıya narkotik vasitəni götürmək üçün gəlmişdir. Şəhriyar narkotik vasitə heroin istifadəçisi olmuşdur. Lakin artıq 2 il müddətdir ki, tərgitmişdir. O, nadir hallarda marixuana istifadə etmişdir. Sonuncu dəfə marixuananı 3-4 il qabaq istifadə etmişdir. Həsən narkotik vasitənin hansı növünün olduğunu ona deməmişdir. O, narkotik vasitəni götürə bilməmişdir. Belə ki, polislər onu saxlamışdır. Polislər onun telefonunu əlindən almışlar və zor tətbiq etmişlər. O, narkotik vasitəni tapa bilmirmiş. Polis əməkdaşları onu axtarıb tapmışlar. Polis əməkdaşları onun narkotik vasitə dalınca gəldiyini bilirmişlər. İlk dəfə idi ki, Həsən ona zəng edirmiş. Şəhriyarla Göyçaydan Bakıya gələndə narkotik vasitəni götürmələri ilə bağlı hər hansı bir danışıqları olmamışdır. Bu haqda Şəhriyara bildirməmişdir. O özü ümumiyyətlə, Bakıda işləyir. Göyçaya 2 günlük getmişdir. Hadisə gecə saatlarında baş vermiş, lakin vaxtı dəqiq xatırlamır. Polis bölməsinə gəldikdən təxminən 01 saat vaxt keçdikdən sonra üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Polis əməkdaşları tərəfindən ona fiziki təsir və təzyiq olmuşdur. Bu, videoçəkilişdə də aydın şəkildə görünür. Polis əməkdaşlarını üzdən tanıyır, lakin adlarını bilmir. Vəkil sonradan gəlmişdir. Videoçəkliş zamanı vəkil orada olmuşdur. Polislər onu bölmədə və tutan zaman döymüşlər. Onun bədəni üzərində ciddi xəsarətləri olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi və məhkəmədə elan edilmiş ifadəsindən görünür ki, o, əvvəllər AR-nın CM-nin 177.1, 177.2.2, maddələri ilə məhkum olunmuşdur. Şahid4 təxminən 10 ilə yaxındır ki, tanıyır və aralarında dostluq münasibəti vardır. Təxminən 2 ay öncə istifadəsində olan ***-***-**-** mobil nömrəsinin vatsap sisteminə +**********16 nömrəsi ilə özünü İran İslam respublikasının vətəndaşı kimi təqdim edən “Həsən” adlı şəxs zəng edib, özündə narkotik vasitələrin olduğunu və həmin narkotik vasitəni ona göndərib Bakı şəhərində onun vasitəsi ilə realizə etmək istədiyini demişdir. Onlar bu barədə bir neçə dəfə vatsap vasitəsi ilə danışmışdırlar. Lakin o, həmin ərəfədə İranlının göndərmək istədiyi hər hansı bir narkotik vasitəni qəbul etməmişdir. xx.xx.2023-cü il tarixdə, günorta saatlarında yaşadığı rayonda, dostu Şahid4 bacısı qızının ad gün məclisində olan zaman “Həsən” adlı həmin iranlı vatsap vasitəsi ilə ona yenidən zəng edərək bildirmişdir ki, böyük həcmində narkotik vasitəni Bakıya göndərib və həmin narkotik vasitəni Bakıda bir yerə qoyacaqlar. Onun həmin narkotik vasitəni gedib götürüb saxlamağını, daha sonra isə hissə-hissə bölüb özünün təyin elədiyi yerlərə çatdırmağı ona təklif etmişdir. O da həmin zaman sərxoş vəziyyətdə olduğundan tam düzgün qərar verə bilməmiş və Həsənin təklifi ilə razılaşmışdır. Lakin narkotik vasitəni götürüb iranlının deyəcəyi yerlərə çatdırmağı müqabilində konkret olaraq pulun miqdarı barədə onunla danışmamışdır. Onun məqsədim o olmuşdur ki, narkotik vasitəni götürdükdən sonra istifadə etdiyi telefon nömrəsini sındırıb götürdüyü narkotik vasitəni mənimsəyib, özündə saxlasın. Bu məqsədlə o, Bakı şəhərinə gəlməyi qərarlaşdırmışdır. Həmin vaxt onunla məclsidə olan dostu Şəhriyardan həqiqi məqsədini gizlədərək, Bakıda işi olduğunu deyib, birlikdə Bakı şəhərinə getməyi təklif etmişdir. Şəhriyar onunla razılaşmış və bir yerdə Bakı şəhərinə avtobusla yola düşmüşdürlər. O, yolda olan zaman Həsən mobil telefonuna zəng edib harada olmasını ondan soruşmuşdur. O, Bakı şəhərinə yaxınlaşdığını ona bildirəndə Həsən ona demişdir ki, Bakıya çatanda özünə xəbər etsin, o da öz növbəsində narkotik vasitəni hara qoyması barədə ona məkan və şəkil atacaqdır. Təxminən saat 23.00-24.00 radələrində onlar Bakı şəhəri Beynəlxalq avtovağzalına çatmışdırlar. O, Həsənə zəng edib Bakıda olduğunu demişdir. Həsən ona narkotiki qoyduğu ünvanı və fotoşəkilləri vatsap vasitəsi ilə göndərmişdir. Onlar “Bolt” vasitəsi ilə taksi sifariş edib onun kirayədə yaşadığı Bakı şəhəri, Yasamal rayonundakı “Asan Xidmətf’n yanındakı evinə gəlmişdirlər. O oraya özü ilə Göyçaydan gətirdiyi əlindəki yükü qoymuş, bu zaman pulu olmadığına görə o, yalandan Şəhriyara bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu, və Badamdar qəsəbəsində dostu var gedib ondan borca pul götürək. Şəhriyar da onun bu təklifi ilə razılaşmış, sonra isə “Bolt” taksi xidmətindən taksi sifariş edib Həsənin göndərdiyi ünvan olan Bakı şəhəri, Badamdar qəsəbəsi 3-cü yaşayış massivinə gəlmişdir. Onlar Həsnənin ona göndərdiyi, Badamdar qəsəbəsindəki ünvanın yaxınlığına çatıb avtomobildən enmişlər, o, Şəhriyara burada gözlməsini özünün gedib borca pul alacağı şəxslə görüşüb pul alıb geri qayıdacağını demişdir. O, yenə də Şəhriyar buraya nə mqəsədlə gəldiyini deməmişdir. İstəməmişdir ki, Şəhriyar onun belə iş tutduğunu bilsin. O, Şəhriyardan uzaqlaşıb yaxınlıqdakı pilləkənlərin üzərinə qalxıb Həsənin dediyi və şəkilini atdığı yerdən bir ədəd sellofan paketi əlinə götürüb geri Şəhriyarın yanına qayıtmaq istəyərkən, həmin yerə polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək onu və Şəhriyarı Səbail rayon Pİ-nin 41-ci Polis Bölməsinə gətirmişdirlər. Orada ona və Şəhriyara dövlət hesabına müdafiəçilər təyin olunmuş, onun üzərinə video çəkilişdən istifadə edilməklə müdafiəçi X2 iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Polis əməkdaşlarının təklifi ilə o, İranlı Həsənin ona göndərdiyi və götürdüyü əlindəki üzərində “Bazarstore” yazısı olan sellofan torbanın içindən yapışqanlı lentaya bükülmüş halda üzərinə “1 KG” sözləri həkk olunmuş bir ədəd sellofan bükümü polisə təqdim etmişdir. Həmin büküm polis əməkdaşları tərəfindən götürülmüş və qablaşdırılmış, həmin bükümün üzərinə o da imza etmişdir. (Cild 1, iş vərəqə 92-94) Məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra Təqsirləndirilən şəxs verilən əlavə suallara cavab olaraq bildirmişdir, o ibtidai istintaq zamanı verdiyi ifadəsini oxumamışdır. O narkotik vasitəni götürən zaman da içkili vəziyyətdə olmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, 15 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Onlar şəxsi Badamdar qəsəbəsi, 3-cü massivdə saxlamışlar və Səbail RPİ-nin 41-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara qarşı hər hansı tabesizlik nümayiş etdirməmişdir. Təqsirləndirilən şəxs yanında bir nəfər şəxs də olmuşdur. Təhqiqatçının otağında şəxsin üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs əlindəki sellofanda narkotik vasitə olduğunu səmimi şəkildə etiraf etmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 bildirdi ki, 2018-ci ildən daxili işlər orqanlarında çalışır. Əməliyyat qrupunda Teymur Mahumudov, Şahid2, Məlik Paşalı və o iştirak etmişdir. Əməliyyat qrupunun rəhbəri Şahid1 olmuşdur. Şəxsə yaxınlaşanda gecə saat təxminən 1-ə qalmış olardı. Yadigarın yanındakı şəxs səhv etmirsə, Şəhriyar olmuş və həmin şəxsin üzərinə də baxış keçirilmişdir. Sellofandakı maddə heroinə bənzəyirmiş. Onlar tərəfindən təqsirləndirilən şəxsə qarşı fiziki və psixi təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxs saxlayan zaman üzərinə dərhal baxış keçirməmişlər. Şəxsin üzərinə videoçəkiliş vasitəsilə baxış və axtarışın saat neçədə keçirildiyini xatırlamır. Belə ki, vəkil gəlmiş, daha sonra baxış və axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddə qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Lakin onun miqdarı tərəzidə çəkilməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, onlar şəxsi Badamdar qəsəbəsi, 3-cü massivdə saxlamış və onu Səbail RPİ-nin 41-ci PBnə dəvət etmişlər. Təqsirləndirilən şəxs əlində selofan torba olmuşdur. Yadigar selofan torbanın içərisində narkotik vasitə olduğunu və həmin narkotik vasitəni iranlıdan online vasitəsilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni bir yerdən götürüb başqa yerə qoyacaqmış. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, 2008-ci ildən daxili işlər orqanlarında çalışır. Əməliyyat qrupunun rəhbəri Şahid1 olmuşdur. Hadisə baş verən vaxt gecə saatları olmuşdur. Narkotik maddə spesifik qoxudan heroinə bənzəyirmiş. Tərəflərindən şəxsə qarşı fiziki və psixi təsir və təzyiq olmamışdır. Yadigarın yanında bir oğlan da olmuşdur. Həmin şəxs taksi sürücüsü və dostu olduğunu bildirmişdir. Yadigarın yanındakı oğlan qaçmaq istəmişdir. Təqsirləndirilən şəxs şəxsən o pilləkanda tutmuşdur. Təqsirləndirilən şəxs onlara müqavimət göstərməmişdir. Hadisə təxminən gecə saat 00 radələrində baş vermişdir. Təqsirləndirilən şəxs saxlanılan vaxt sərxoş olubolmadığını xatırlamır. Təqsirləndirilən şəxs onlara rayondan gəldiyini bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsində şübhəli bilinərək Badamdar qəsəbəsi, 3-cü massivdə saxlanılmış və bölməyə gətirilmişdir. Bölmədə üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əlində olan sellofanı təqdim etmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, əməliyyat qrupu 4 nəfər şəxsdən ibarət olmuşdur. Kərim Babayev, Şahid2, Məlik Paşalı və o iştirak etmişdir. Təqsirləndirilən şəxs yanında bir nəfər şəxs də olmuşdur. Həmin şəxsin üzərinə baxış keçirilmiş, lakin heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əlindəki sellofanda yapışqanla bərk şəkildə bağlanmış bükümlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni İran vətəndaşından aldığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatları olmuşdur. Tərəflərindən Yadigara qarşı fiziki və psixi təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxs və yanındakı şəxs tərəfindən onlara qarşı müqavimət olmamışdır. Şəxsləri təxminən gecə saat 23:30-00:00 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən maddələr qablaşdırılaraq vəkilin də iştirakı ilə imzalanmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, onlar ad günündə olmuşlar. Yadigar dostundan pul götürmək üçün onunla birgə getməyi ondan xahiş etmişdir. Taksidən düşən kimi təxminən 05 (beş) metr aralanmamış 7-8 nəfər mülki geyimli şəxs onlara yaxınlaşmışlar. O həmin şəxslərin Yadigarın məhəllə uşaqları olduğunu düşünmüşdür. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirmişlər və onu idarəyə aparmışlar. Polis idarəsində döyüb narkotik vasitələri boynuna qoymuşlar. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid4 bildirdi ki, Yadigarla 15 ildir ki, dostdur. Özü narkotik vasitələrdən istifadə etmir. Yadigarın narkotik vasitələrdən istifadə etməsinin şahidi olmamışdır. Polislər onlara yaxınlaşan zaman qaçmağa cəhd etməmişlər. Onun üzərinə baxış keçirilmiş və mobil telefon aşkar edilmişdir. Polis bölməsində Yadigarın o biri otaqda döyülməsi səsini eşitmişdir. Yadigarın borc alacağı adamı o tanımır. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə istintaq aparılır. Yadigarın narkotik vasitələrlə hər hansı bir əlaqəsinin olduğunu eşitməmiş və görməmişdir. Onlar 01 (bir) gün bölmədə, 02 (iki) gün də Baş idarədə saxlanılmışlar. Bacısı qızının ad günü imiş. Onlar saat 17 radələrində evdə çıxmışlar. O Xırdalanda, Yadigar isə Yasamalda qalırmış. Onlar taksi sifariş etmiş və taksi ilə Badamdara getmişlər. Onlar taksidən düşmüşlər və müəyyən qədər piyada yol getmişlər. Daha sonra o kənarda dayanmışdır. Yadigar dostundan 15-20 manat məbləğində pul götürəcəkmiş. Şahid4 ibditai istintaq zamanı verdiyi və məhkəmədə elan edilmiş ifadəsindən görünür ki, o, xx.xx.2023-cü il tarixdə Göyçay rayonunda Yadigarla olan zaman, Yadigar ona Bakı şəhərinə birlikdə getməyi təklif etmiş və o, Yadigarla Bakı şəhərinə gəlmişdir. Onlar saat 23:30 radələrində Bakı şəhərinə çatdıq. Yadigarla birlikdə Yasamal rayonuna getmişlər, Yadigar kirayə qaldığı evə gedərək əşyalarını evə qoymuşdur. Sonra ona bildirmişdir ki, Badamdar qəsəbəsində dostu var, birlikdə gedib ondan borc pul almağı təklif etmişdir. Onlar birlikdə Yasamaldan taksiyə minərək Səbail rayonu, Badamdar qəsəbəsi, dağın üstünə 3-cü massiv deyilən əraziyə getmişdirlər. Onlar xx.xx.2023-cü il tarixdə saat 00.30 radələrində qeyd edilən yerə çatmışdırlar. Bu vaxt 2-3 nəfər onlara yaxınlaşmış və bu vaxt o, qorxaraq qaçdıqda polis əməkdaşları onu saxlamışdırlar. Sonra görmüşdür ki, Yadigarı da saxlayıblar. Bundan sonra ona məlum olmuşdur ki, Yadigar pul götürməyə deyil narkotik götürmək üçün oraya gəlib. Sonradan bilmişdir ki, Yadigarı narkotik vasitə ilə birlikdə saxlayıblar. Bundan sonra onu 41-ci PB-nə gətirmişdirlər. Polis bölməsində vəkil X4 dəvət olunmuş və onun iştirakı ilə video çəkilişdən istifadə edilməklə üzərinə baxış keçirmişlər, lakin üzərindən saxlanılması qanununla qadağn edilmiş heç nə aşkar olunmamışdır. (cild 1, iş vərəqə 106-107) Məhkəmə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra Şahid4 əlavə verilən suallara cavab olaraq bildirmişdir ki, o Şəhriyarın narkotik vasitə götürməyə gəldiyini sonradan bildiyini deməmişdir. O, özü polis əməkdaşlarına yaxınlaşmışdır. İfadəsindəki imza ona məxsudur. Polis əməkdaşları tərəfindən döyüldüyü üçün ifadəsini axıra kimi oxuya bilməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində məhkəmə iclasına dəvət olunaraq dindirilmiş Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 41-ci PB-nin təhqiqatçısı, polis mayoru Şahid5 ifadə verərək bildirmişdir ki, qolunda olan saatı 2006cı ildə hədiyyə almışlar. Həmin ərəfələrdə saat xarab olmuşdur, bir neçə dəfə düzəltdirsə də, yenə də işləməmişdir. Sonra isə saatı çıxararaq evdə qoymuşdur. Şahid5 məhkəmə iclasında verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, həmin ərəfələrdə saat hərdən işləmiş, hərdən işləməmişdir. Yadigarın bölməyə nə vaxt gətirildiyini dəqiq xatırlamır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata götürülmüşdür. (cild 1, iş vərəqə 1) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivində naməlum şəxslərin online qaydada narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, ssxlanıması və daşıması ilə məşğul olması barədə məlumat daxil olmuşdur. (Cild 1, iş vərəqə 4) xx.xx.2023-cü il tarixli əməliyyat qrupunun təşkil edilməsi və “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyri-mümkünlüyünü nəzərə alaraq naməlum şəxslər ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 6-8) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 00:40-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid4 və Təqsirləndirilən şəxs Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 17-ci küçədə saxlanılaraq saat 01:10-də 41-ci PB-nə gətirilmişdirlər. (Cild 1, iş vərəqə 11) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 20-21) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əlindəki üzərində “Bazarstore” yazısı olan sellofan torbanın içindən yapışqanlı lentaya bükülmüş halda üzərinə ‘T KG” sözləri həkk olunmuş bir ədəd sellofan bükümü təqdim etmişdir. Aşkar olunmuş həmin bir ədəd büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən 01 ədəd bükümün içindən qəhvəyi rəngli spesifik qoxuya malik narkotik vasitə heroinə bənzə kütlə olması müəyyən olunmuşdur. (Cild 1, iş vərəqə 28,30-32) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Şahid4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 45-46) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Şahid4 şəxsi axtarış zamanı əynində olan göy rəngli cinas şalvarının sağ yan cibindən 01 ədəd tünd göy rəngli “Redmi” markalı mobil telefon, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən içərisində 01 ədəd “Bakı kart”, 01 ədəd “Leobank”ın plastik kartı və özünə məxsus olan şəxsiyyət vəsiqəsi olan qara rəngli pul kisəsi və gödəkcənin sol yan cibindən 01 ədəd alışqan və 01 quru “Roltsman” siqareti çıxarıb təqdim etmişdir. Aşkar olunmuş “Redmi” markalı mobil telefon cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası DİN “Zərflər üçün” 239 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şahid4 üzərindən şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. (cild 1, iş vərəqə 55-57) Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/4884 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində: “...Vət.X3 götürülmüş...” sözləri olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 1023,4 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı 1) daxildir. QEYD: heroinin təmiz çəkisi 1023,4 qram, tədqiqata sərf edildi 0,100 qram, qalıq 1023,3 qram. (Cild 1, iş vərəqə 66-69) Şübhəli şəxsin şübhəli şəxs statusuna xitam verilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şahid4 saxlanıldığı Bakı şəhəri, Səbail RPİ-nin MSY-dən həbsdən azad edilmiş və Şahid4 şübhəli şəxs statusuna xitam verilmişdir. (cild 1, iş vərəqə 84-85) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 86-87) Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 15 sentyabr 2023-cü il tarixdən, saat 00:40-dan hesablanmışır. (Cild 1, iş vərəqə 102-105) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə cəzası başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. (Cild 1, iş vərəqə 109-110, 114-124) 10 oktyabr 2023-cü il tarixli diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi bildirildikdə Təqsirləndirilən şəxs əlindəki üzərində “Bazarstore” yazısı olan sellofan torbanın içindən yapışqanlı lentaya bükülmüş halda üzərinə “1 KG” sözləri həkk olunmuş bir ədəd sellofan bükümü təqdim etmişdir. Aşkar olunmuş həmin bir ədəd büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən 01 ədəd bükümün içindən qəhvəyi rəngli spesifik qoxuya malik narkotik vasitə heroinə bənzə kütlə olması müəyyən olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş heroin bükümünü şəxsən tanımadığı İran İslam Respublikası vətəndaşının ona dediyi yerdən götürdüyünü bildirir. Daha sonra həmin bükülü kağız zərfdə qablaşdırılır. (cild 1, iş vərəqə 112) Təqsirləndirilən şəxs məxsus olan “Redmi A6” markalı mobil telefonun “Watsapp” sosial mesencer proqramına ((+994-50-683-64-61 saylı nömrə ilə qeydə alınmış) baxış keçirilməsinə dair 17 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs “Watsapp” sosial hesabına “+98-905- 994-6316” seriyalı “moradihasanl82” adı ilə qeydiyyata alınmış mobil nömrədən 15 sentyabr 2023-cü il tarixdə saat 00:11 dəqiqədə 04 saniyəlik səs göndərilir, səsin məzmununda “qardaş neyliyə bildin, nə xəbəri’sözləri istifadə olunur, yenidən 15 sentyabr 2023-cü il tarixdə saat 00:11 dəqiqədə 04 saniyəlik səs göndərilir, səsin məzmununda “Yadigar qardaş nə xəbər, götürə bildin, götdün mənə bir xəbər elə ’’sözləri istifadə olunur, sonra isə iran nömrəsindən Yadigara məxsus nömrəyə Watsapp vasitəsi ilə həmin tarixdə 00:13 və 00:14 dəqiqədə iki zəng edilir və zənglər cavablandırılmır, sonra həmin tarixdə saat 00:16 dəqiqədə 12 saniyəlik səs göndərilir, səsin məzmununda “ə qardaş bunu aç qulaq asdə, mənə cavab ver gör neynədin”sözləri istifadə olunur, sonra isə həmin tarixdə saat 00:29-da “Azerishigin transformatoruna catmamis qalx pillekenen yuxari ilk solda yasil selofanda” sözləri qeyd olunmuş mesaj göndərilir, sonra həmin tarixdə ardıcıl olaraq saat 00:29-dq 3 ədəd üzərində yaşıl oxlarla betonun üzərinə qoyulmuş olan sellafonanın yeri və pilləkəninin yerinin işarələndiyi fotoşəkillər göndərilir, ardınca saat 00:29-da elektron ünvan göndərilir,sonra saat 00:29-da 13 saniyəlik səs göndərilir, səsin məzmununda “ay qardaş, ay Yadigar harda qaldın bə sən, götür qutar mənə bi xəbər elə dənə, buları atdım ki, bidən telfunun zaryadkası zadı qutarar, qoyarsan zayıdkaya silinib eliyər ’’sözləri istifadə olunur, həmin tarixdə saat 00:30-da 07 saniyəlik səs göndərilir, səsin məzmununda “ay Yadigar, bunu götürdünsə qardaş, mənə bir xəbər ver, mən burda səni gözdüyürəm”sözləri istifadə olunur, daha sonra iran nömrəsindən Yadigara məxsus nömrəyə Watsapp vasitəsi ilə həmin tarixdə 00:43 dəqiqədə zəng edilir və zəng cavablandırılmır, həmin tarixdə saat 00:44-də 10 saniyəlik səs göndərilir, səsin məzmununda “əə qağa, keşmiyim sizin bu əxlaığızdan, götürürsüz, gedirsiz ünvana qayıdıb telefona cavab vermirsiz, adama cavab veron, bilax götürdün ya yox ’’sözləri istifadə olunur. (cild 1, iş vərəqə 134) Məhkəmə-narkoloji ekspertizasının 20 noyabr 2023-cü il tarixli, 7590 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 138-139) “Sübutların qiymətləndirilməsi haqqında” 19 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1023,4 qram olan narkotik vasitə heroin maddi sübut hesab edilmiş, tədqiqata sərf edildikdən sonra qalan 1023,3 qram narkotik vasitə heroin saxlanılması üçün saxlanca verilməsi barədə qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Şahid4 barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi üçün ********* saylı cinayət işindən ayrıca cinayət işi ayrılması barədə qərar qəbul edilmişdir. (Cild 1, iş vərəqə 141- 149) Maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında 19 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götrülmüş və ekspertizadan sonra qalıq təmiz çəkisi 1023,3 qram olan heroin maddi sübut hesab edilmiş və saxlanılması üçün Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqə 151) Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata götürülməsi haqqında 19 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqə 152-153) Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilərkən tutulan zaman üzərində narkotik vasitə olduğunu, lakin ittiham aktında göstərilən miqdardan, yəni, 01 (bir) kiloqram çəkidə narkotik vasitə olmadığını, məqsədi təklif olunan narkotik vasitəni əldə edərək məhv etmək olduğunu, həmin narkotik vasitəni götürə bilmədiyini, tutulan zaman polislər tərəfindən ona zor tətbiq edildiyini, fiziki təsir və təzyiq olunduğunu, bölmədə və tutulan zaman döyüldüyünü söyləmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2024-cü il tarixli 3-16-17/40/2-2323/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, təcridxanaya gətirilən zaman ilkin tibbi müayinədən keçirilmiş və müayinə zamanı bədənində xəsarət aşkar edilməmiş, sağ döş, bazu oynağı, sol bazu və saiddə, çənəaltı nahiyədə yanıqdan sonrakı köhnə çapıqlar müşahidə olunmuşdur. Səbail Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 47/2-8414 nömrəli məktubundan və ona əlavə edilmiş tutulmuş və ya həbs edilmiş şəxslərin tam axtarışı haqqında 471 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il saat 06:40 radələrində Səbail RPİ-nin MSY-nə qəbul edilmiş, MSY əməkdaşları tərəfindən yoxlanılan zaman üzərində heç bir xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən heç bir ərizə və şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli 2-2- 110/3-014999/2024 nömrəli cavab məktubundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmasını bildirməsi barədə məhkəmənin müraciəti əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşddırma aparılmış, araşdırma zamanı göstərilən xüsusatlat öz təsdiqini tapmamış, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin əməkdaşlarının Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətlərə yol vermələri halları müəyyən edilməmiş, bu səbəbdən də xx.xx.2024-cü il tarixli qərarla toplanmış 642-C-24 nömrəli material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadələrində tutulan zaman üzərində narkotik vasitə olduğunu, lakin ittiham aktında göstərilən miqdarda, yəni, 01 (bir) kiloqram çəkidə narkotik vasitə olmadığını, məqsədi təklif olunan narkotik vasitəni əldə edərək məhv etmək olduğunu, həmin narkotik vasitəni götürə bilmədiyini, tutulan zaman polislər tərəfindən ona zor tətbiq edildiyini, fiziki təsir və təzyiq olunduğunu, bölmədə və tutulan zaman döyüldüyünü söyləmişdir. Şahidlər Şahid1, Şahid2, Şahid3 isə ifadələrində Təqsirləndirilən şəxs Badamdar qəsəbəsi, 3-cü massivdə saxlayaraq Səbail RPİ-nin 41-ci PB-nə gətirdiklərini, Yadigarın əlində selofan torba olduğunu, Yadigarın selofan torbanın içərisində narkotik vasitə olduğunu və həmin narkotik vasitəni iranlıdan online şəkildə əldə etdiyini, həmin narkotik vasitəni bir yerdən götürüb başqa yerə qoyacağını bildirdiyini, həmçinin, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat olduğunu, Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən tutulmazdan əvvəl və ya sonra heç bir psixi və fiziki zorakılıq edilmədiyini bildirmişlər. Bundan başqa məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı müdafiə tərəfi vəsatət verərək Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi ilə tərtib edilmiş protokolda göstərilən saatla videoçəkiliş zamanı təhqiqatçının qolunda olan saatın eyni vaxtı göstərmədiyini bildirərək bu ziddiyətin aydınlaşdırılması üçün Səbail RPİ-nin 41-ci PB-nin təhqiqatçısı, polis mayoru Şahid5 məhkəməyə çağırılaraq dindirilməsini xahiş etmiş, məhkəmə tərəfindən işin tam və obyektiv araşdırılması, həmçinin, qeyd edilən ziddiyətin aradan qaldırılması məqsədi ilə vəsatət təmin edilərək təhqiqatçı Şahid5 məhkəmə iclasına dəvət olunaraq dindirilmiş, müdafiə tərəfi təhqiqatçıya müvafiq suallar vermiş, təhqiqatçı Şahid5 ifadəsində və verilən suallara cavabında bildirmişdir ki, qolunda olan saat 2006-cı ildə ona hədiyyə alınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman saat xarab olmuş, bir neçə dəfə düzəltdirsə də, yenə də işləməmiş, həmin ərəfələrdə saat hərdən işləmiş, hərdən işləməmişdir. Yadigarın bölməyə nə vaxt gətirildiyini dəqiq xatırlamır. Beləliklə müdafiə tərəfinin ittihamı mübahisələndirdiyi həmin hissə ilə bağlı təhqiqatçı məhkəmə iclasında dindirilərək qeyd edilən ziddiyyətlər aradan qaldırılmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımasına görə ittiham irəli sürülmüşdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini, habelə tutulan zaman üzərində narkotik vasitə olsa da, qeyd edilən miqdarda narkotik vasitə olmaması barədə məhkəmə iclaslarında verdiyi bu kimi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları cinayət işinin materialları, şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, “telefona baxış keçirilməsi haqqında” protokol, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə yekun hüquqi qiymət verərkən onun ibtidai istintaq zamanı ilkin mərhələsində verdiyi etirafedici ifadələrini əsas götürür. Məhkəmə təqsirləndirilən şəxsin həm üzərinə şəxsi axtarış keçirilməsi, istintaq dövründə eyniməzmunlu ifadə verməsini və təqsirini etiraf etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən ümumi təmiz çəkisi külli miqdarda 1023,4 qram narkotik vasitə heroinin aşkar edilməsi, istifadəsində olmuş mobil telefonun Whatsapp proqramında İran nömrəsi ilə müxtəlif məzmunlu yazışmalar olması işin mübahisəsiz hallarıdır. Məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, əldə etdiyi narkotik vasitəni üzərində gəzdirməsini, şəxsi axtarış və götürmə zamanı mobil telefonun üzərindən çıxmasını, həmin mobil telefonun Whatsapp proqramında İran nömrəsi ilə müxtəlif məzmunlu yazışmalar olması və bu kimi halları birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış məqsədilə qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. İş üzrə Təqsirləndirilən şəxs üzərindən 15 sentyabr 2023-cü il tarixdə üzərində şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş «Redmi A6» markalı telefona “Watsapp” sosial mesencer proqramına (+994-50-683-64-61 saylı nömrə ilə qeydə alınmış) baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “Watsapp” sosial hesabına “+98- 905- 994-6316” seriyalı “moradihasanl82” adı ilə qeydiyyata alınmış mobil nömrədən 15 sentyabr 2023-cü il tarixdə saat 00:11 dəqiqədə 04 saniyəlik səs göndərilir, səsin məzmununda “qardaş neyliyə bildin, nə xəbəri” sözləri istifadə olunur, yenidən 15 sentyabr 2023-cü il tarixdə saat 00:11 dəqiqədə 04 saniyəlik səs göndərilir, səsin məzmununda “Yadigar qardaş nə xəbər, götürə bildin, götdün mənə bir xəbər elə’’ sözləri istifadə olunur, sonra isə iran nömrəsindən Yadigara məxsus nömrəyə Watsapp vasitəsi ilə həmin tarixdə 00:13 və 00:14 dəqiqədə iki zəng edilir və zənglər cavablandırılmır, sonra həmin tarixdə saat 00:16 dəqiqədə 12 saniyəlik səs göndərilir, səsin məzmununda “ə qardaş bunu aç qulaq asdə, mənə cavab ver gör neynədin” sözləri istifadə olunur, sonra isə həmin tarixdə saat 00:29-da “Azerishigin transformatoruna catmamis qalx pillekenen yuxari ilk solda yasil selofanda” sözləri qeyd olunmuş mesaj göndərilir, sonra həmin tarixdə ardıcıl olaraq saat 00:29-da 3 ədəd üzərində yaşıl oxlarla betonun üzərinə qoyulmuş olan sellafonanın yeri və pilləkəninin yerinin işarələndiyi fotoşəkillər göndərilir, ardınca saat 00:29-da elektron ünvan göndərilir, sonra saat 00:29-da 13 saniyəlik səs göndərilir, səsin məzmununda “ay qardaş, ay Yadigar harda qaldın bə sən, götür qutar mənə bi xəbər elə dənə, buları atdım ki, bidən telfunun zaryadkası zadı qutarar, qoyarsan zayıdkaya silinib eliyər’’ sözləri istifadə olunur, həmin tarixdə saat 00:30-da 07 saniyəlik səs göndərilir, səsin məzmununda “ay Yadigar, bunu götürdünsə qardaş, mənə bir xəbər ver, mən burda səni gözdüyürəm” sözləri istifadə olunur, daha sonra iran nömrəsindən Yadigara məxsus nömrəyə Watsapp vasitəsi ilə həmin tarixdə 00:43 dəqiqədə zəng edilir və zəng cavablandırılmır, həmin tarixdə saat 00:44-də 10 saniyəlik səs göndərilir, səsin məzmununda “əə qağa, keşmiyim sizin bu əxlaığızdan, götürürsüz, gedirsiz ünvana qayıdıb telefona cavab vermirsiz, adama cavab veron, bilax götürdün ya yox’’ sözləri aşkar olunmuşdur. (Cild 1, iş vərəqə 134) Məhkəmə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitənin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, narkotik vasitəni satış məqsədi ilə əldə etməsini, ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrinə, üzərindən aşkar olunmuş mobil telefona və istifadəsində olmuş mobil nömrə (WhatsApp) vasitəsilə İran nömrəsi ilə müxtəlif məzmunlu yazışmalar olmasına, əldə etdiyi külli miqdarda narkotik vasitəni üzərində gəzdirməsinə dair cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə tərəfindən Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Səbail rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 15 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Səbail rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumilikdə qalıq çəkisi 1023,3 qram olan narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 336 (üç yüz otuz altı) manat məbləğində pul köçürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınmış Səbail rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumilikdə qalıq çəkisi 1023,3 qram narkotik vasitə heroin, məhv edilsin, şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 336 (üç yüz otuz altı) manat məbləğində pul köçürülsün. İş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak və mülki iddia yoxdur. Hökmdən elan olunduğu, (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova .
Məhkəmə qərarları › İş №1(101)-1254/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1254/2024
10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver