Məhkəmə qərarları › İş №1(101)-1255/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1255/2021

02.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1255/2021 02.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibi, məsləhətçi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1970-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi ev 1-də qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Şirəliyev Zaur Ziyad oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şirəliyev Zaur Ziyad oğlu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin, şəxsi istehlak miqdarından artlq miqdarda psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumi çəkisi 50,010 qram çəkidə narkotik vasitə heroin, eyni zamanda şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi çəkisi 0,195 qram psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, 09 fevral 2021-ci il tarixində, saat 13 radələrində Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin əməkdaşlarının Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları yaşayış massivində xidmət apardıqları zamanı özünü şübhəli apardığı üçün saxlanılaraq Sabunçu RPİ-nin 42-ci PB-nə gətirilmiş, bölmədə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd bükümdə ümumi təmiz çəkisi 50,010 qram, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 03 ədəd bükümdə ümumi təmiz çəkisi 0,195 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, təqribən iki ildir narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə edir. 02.02.2021-ci il tarixində, səhər saatlarında işləri ilə əlaqədar Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinin mərkəzinə getmişdir. Maştağa qəsəbəsinin mərkəzində yolun kənarı ilə getdiyi zaman yolda sellofan torba olduğunu görmüşdür. Sellofan torbanın içərisində nəsə olduğunu hiss edərək onu götürmüş və içərisinə baxdığı zaman dörd ədəd büküm olduğunu görmüşdür. Bükümlərə baxdığı zaman onların birinin içərisində heroin olduğunu, digər üç bükümdə isə metamfetamin olduğunu görmüşdür. Özü narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğu üçün onları götürərək yaşadığı evə gəlmişdir. Tapdığı narkotik vasitədən bir neçə dəfə istifadə etmişdir. Qalan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini isə əynində olan gödəkçənin sol yan cibində saxlamışdır. 09.02.2021-ci il tarixində, saat 13:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlarında olduğu zaman üç nəfər polis əməkdaşı ona yaxınlaşmışlar. Onlar özlərini təqdim edərək Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin əməkdaşları olduqlarını bildirmişlər və şəxsiyyət vəsiqəsinin üzərində olub- olmamasını soruşmuşlar. O, üzərində şəxsiyyət vəsiqəsinin olmadığını bildirmişdir və bu zaman polis əməkdaşları ondan narkotik vasitələrdən istifadə edib-etmədiyini soruşmuşlar. O, narkotik vasitədən istifadə etmədiyini bildirərək üzərində narkotik vasitə və psixotrop maddə olması səbəbindən getmək istəmişdir. Bu zaman polis əməkdaşları onu saxlayaraq birlikdə Sabunçu RPİ-nin 42-ci PB-nə getməyi təklif etmişlər. O, polis əməkdaşlarına bölməyə getməyə ehtiyacın olmadığını bildirərək bölməyə getmək istəməmişdir. Lakin polis əməkdaşları təkidlə onu bölməyə dəvət etdikləri üçün onlarla razılaşmış və Sabunçu RPİ-nin 42-ci PB-nə getmişlər. Bölmədə polis əməkdaşları onun barəsində raport yazmışlar və narkotik vasitənin təsir altında olduğundan şübhələndikləri üçün bölməyə gətirdiklərini qeyd etmişlər. Polis əməkdaşlarının raportu əsasında barəsində şübhəli şəxs qismində tutulmağı ilə bağlı qərar qəbul edilmiş, daha sonra dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Sonra təhqiqatçı tərəfindən ona üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək, şəxsi axtarışın videoçəkilişlə keçiriləcəyi izah edilmişdir. Daha sonra polis əməkdaşları şəxsi axtarışın videoçəkilişlə keçirilməsinə etirazının olub-olmamasını soruşmuşlar. O, etiraz etmədikdən sonra təhqiqatçı şəxsi axtarış zamanı vəkilin iştirakına ehtiyac olub-olmamasını soruşmuşdur. O, vəklilin iştirakına ehtiyacının olmadığını bildirdikdən sonra təhqiqatçı tərəfindən təkrarən vəkilin iştirakı olmadan şəxsi axtarışın keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. O, bir daha etirazının olmadığını bildirmiş və bundan sonra şəxsi axtarış keçirilməsi barədə qərar qəbul edilmişdir. Qərarla tanış edildikdən sonra şəxsi axtarışın keçirilməsi başlanılmışdır. İlk olaraq üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən əşya, maddə və ya predmet olub-olmaması soruşulmuş, olduğu halda təqdim etməsi təklif edilmişdir. O, bu təklifdən sonra əynində olan qara rəngli gödəkçənin sol yan cibində saxladığı bir büküm narkotik vasitə heroini və üç büküm psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən şəxsi axtarış aparılmış və üzərində başqa heç bir əşya aşkar edilməmişdir. Polis əməkdaşları təqdim etdiyi maddələrin nə olduğunu soruşmuşlar. O, polis əməkdaşlarına üzərindən aşkar edilən maddələrdən bir bükümünün narkotik vasitə heroin olduğunu, üç bükümünün isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları aşkar edilmiş maddələri haradan, neçəyə və nə məqsədlə əldə etdiyini soruşmuşlar. O, polis əməkdaşlarına üzərindən aşkar edilən maddələri 02.02.2021-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinin mərkəzində yolun kənarından tapdığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini demişdir. Bundan sonra aşkar edilmiş maddələr qablaşdırılaraq çəkisinin və tərkibinin müəyyən edilməsi üçün ekspertizaya göndərilmişdir. Həmçinin şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və protokol onun, eyni zamanda polis əməkdaşları tərəfindən imzalanmışdır. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Şirəliyev Zaur Ziyad oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi aşağıdakı sübut növləri ilə də tam təsdiq olunur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsində polis nəfəri vəzifəsində işləyir. 09.02.2021-ci il tarixində, saat 13 radələrində həmin Polis Bölməsinin polis nəfərləri, pois serjantları Şahid1 və Şahid3 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları yaşayış massivində xidmət etdikləri zaman bir nəfər şəxsin özünü şübhəli apardığını, narkotik vasitənin təsiri altında olduğunu görüb ona yaxınlaşmışlar. Özlərini təqdim edərək Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşları olduqlarını bildirmiş və ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra onlar həmin şəxsdən şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etmişlər. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs şəxsiyyət vəsiqəsinin üzərində olmadığını dedikdən sonra üzərində narkotik vasitə olması ehtimalını nəzərə alaraq ona Sabunçu RPİ-nin 42-ci PB-nə getməyi təklif etmişlər. İlk əvvəl həmin şəxs onlarla razılaşmayaraq bölməyə dəvət edilməsinin səbəblərini onlardan soruşmuşdur. Onlar həmin şəxsə narkotik vasitələri qanunsuz əldə edib üzərində saxlayaraq daşımaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs onlarla razılaşmış və birlikdə bölməyə getmişlər. Bölmədə VMAS-ın məlumat sistemində araşdırma aparmışlar və bu zaman saxlanılan şəxsin xx.xx.1970-ci il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi ev 1-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra bununla bağlı raport yazaraq bölməyə təqdim etmişlər. Bölmənin baş təhqiqatçısı, polis mayoru Bəhram Bəhramov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilmişdir. Daha sonra ona dövlət hesabına müdafiəçi təyin edilərək hüquq və vəzifələri izah edilmişdir. Qeyd edilən hərəkətlər edildikdən sonra Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçirilməsinə dair qərar qəbul edilərək Təqsirləndirilən şəxs qərarla tanış edilmişdir. O, qərarla tanış olduqdan sonra baş təhqiqatçı müdafiəçisinin iştirakı olmadan videoçəkilişlə üzərinə şəxsi axtarışın aparılmasına dair etirazının olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs etiraz etmədiyini bildirdikdən sonra baş təhqiqatçı tərəfindən ona şəxsi axtarış keçirilməmişdən əvvəl üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olub- olmadığını soruşaraq olduğu halda təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən ümumilikdə 04 ədəd bükümləri çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs dörd ədəd bükümlərin içərisində nə olduğu soruşulduqda o, bükümlərdən birinin içərisində olan maddənin narkotik vasitə heroin, üç ədəd bükümdə olan maddələrin isə psixotrop maddə metamfetamin olduğunu demişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni və psixotrop maddələri haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığı soruşulduğu zaman o, həmin narkotik vasitələri və psixotrop maddəni 02 fevral 2021-ci il tarixində, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinin mərkəzindən yerdən tapdığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və bu zaman onun üzərində başqa qanunsuz əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi dörd ədəd bükümlərdə olan maddələr qablaşdırılaraq baş təhqiqatçı tərəfindən götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsində polis nəfəri vəzifəsində işləyən Şahid3 Şahid2 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 09.02.2021-ci il tarixində, saat 13 radələrində həmin Polis Bölməsinin polis nəfərləri, pois serjantları Şahid2 və Şahid3 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları yaşayış massivində xidmət etdikləri zaman bir nəfər şəxsin özünü şübhəli apardığını, narkotik vasitənin təsiri altında olduğunu görüb ona yaxınlaşmışlar. Özlərini təqdim edərək Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşları olduqlarını bildirmiş və ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra onlar həmin şəxsdən şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etmişlər. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs şəxsiyyət vəsiqəsinin üzərində olmadığını dedikdən sonra üzərində narkotik vasitə olması ehtimalını nəzərə alaraq ona Sabunçu RPİ-nin 42-ci PB-nə getməyi təklif etmişlər. İlk əvvəl həmin şəxs onlarla razılaşmayaraq bölməyə dəvət edilməsinin səbəblərini onlardan soruşmuşdur. Onlar həmin şəxsə narkotik vasitələri qanunsuz əldə edib üzərində saxlayaraq daşımaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs onlarla razılaşmış və birlikdə bölməyə getmişlər. Bölmədə VMAS-ın məlumat sistemində araşdırma aparmışlar və bu zaman saxlanılan şəxsin xx.xx.1970-ci il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi ev 1-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra bununla bağlı raport yazaraq bölməyə təqdim etmişlər. Bölmənin baş təhqiqatçısı, polis mayoru Bəhram Bəhramov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilmişdir. Daha sonra ona dövlət hesabına müdafiəçi təyin edilərək hüquq və vəzifələri izah edilmişdir. Qeyd edilən hərəkətlər edildikdən sonra Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçirilməsinə dair qərar qəbul edilərək Təqsirləndirilən şəxs qərarla tanış edilmişdir. O, qərarla tanış olduqdan sonra baş təhqiqatçı ondan müdafiəçisinin iştirakı olmadan videoçəkilişlə üzərinə şəxsi axtarışın aparılmasına dair etirazının olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs etiraz etmədiyini bildirdikdən sonra baş təhqiqatçı ona şəxsi axtarış keçirilməmişdən əvvəl üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olub- olmadığını soruşaraq olduğu halda təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən ümumilikdə 04 ədəd bükümləri çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs dörd ədəd bükümlərin içərisində nə olduğu soruşulduqda o, bükümlərdən birinin içərisində olan maddənin narkotik vasitə heroin, üç ədəd bükümdə olan maddələrin isə psixotrop maddə metamfetamin olduğunu demişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni və psixotrop maddələri haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığı soruşulduğu zaman o, həmin narkotik vasitələri və psixotrop maddəni 02 fevral 2021-ci il tarixində, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinin mərkəzindən yerdən tapdığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və bu zaman onun üzərində başqa qanunsuz əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi dörd ədəd bükümlərdə olan maddələr qablaşdırılaraq baş təhqiqatçı tərəfindən götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 09.02.2021 -ci il tarixli, 6/591 saylı rəyindən dörünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 50,010 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir və 3 (üç) ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,195 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin İ siyahısına daxildir. Cinayət işinə əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 19.04.2021-ci ii tarixli, 1157 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə olunmuş "xxxx" MMC tərəfindən göndərilmiş içərisində smslərə dair məlumatlar olan bir ədəd diskə baxış keçirilməsi haqqında 15.04.2021- ci il tarixli protokoldan görünür ki, təqdim olunan diskdə 4 ədəd fayl vardır. dörd ədəd ayrı-ayrı faylların olduğu müəyyən edildi. Faylların içərisinə baxış zamanı aşağıdakılar müəyyən edildi: “SMS__Tarixçəsi **********4507 775130909” - adlı fayla baxış zamanı faylın 8 səhifədən ibarət olduğu, faylda 070 *** ** ** mobil telefon nömrəsinin sahibinin 03 noyabr 2020-ci il tarixində X2 yazaraq ondan “kakos” verməsini, 077 *** ** ** mobil telefon nömrəsinin sahibinin 07 dekabr 2020-ci il tarixində X2 yazaraq ondan “metadon” verməsini, 077 *** ** ** mobil telefon nömrəsinin sahibinin 11 dekabr 2020-ci il tarixində X2 yazaraq vəziyyətinin yaxşı olmadığını bildirərək “koki” verməsini, 23 yanvar 2021-ci il tarixində X2 yazaraq ondan xəbər gözləyərək narkotik vasitə verməsini xahiş etdiyi və 077 *** ** ** mobil telefon nömrəsinin sahibinin 23 yanvar 2021 -ci il tarixində X3 yazaraq ona “daş” verməsini xahiş etdikləri müəyyən edildi. “SMS_Tarixçəsi_**********4511___775130909” - adlı fayla baxış zamanı faylın 04 səhifədən ibarət olduğu, faylda X4 055 *** ** ** mobil telefon nömrəsinə sms yazaraq “yox yoxdu mal istəyirsən var” smsini yazdığı müəyyən edildi. d)“Zənglərin_Detallaşması_____**********5334____775130909”- adlı fayla baxış zamanı faylın 348 səhifədən ibarət olduğu, X4 077 *** ** ** mobil telefon nömrəsindən çıxan və daxil olan zənglərin siyahısı olduğu müəyyən edildi və cinayət işi üzrə əhəmiyyət kəsb edəcək hər hansısa bir məlumat aşkar edilmədi. e)“Zəngİərin_Məxsusluq_Tarixçələri_____**********5402______77513090 9”–adlı fayla baxış zamanı faylın 05 səhifədən ibarət olduğu, X6 məxsus 077 *** ** ** mobil telefon nömrəsindən çıxan və daxil olan zənglərin anket məlumatlarının olduğu müəyyən edildi. Baxış zamanı 070 *** ** ** mobil telefon nömrəsinin X9, 077 *** ** ** mobil telefon nömrəsinin X10, 077 *** ** ** mobil telefon nömrəsinin “SS-TRADE GROUP’' Məhdud Məsuliyyətli Cəmiyyətinə və 077 *** ** ** mobil telefon nömrəsinin X1 məxsus olduğu müəyyən edildi. Məhkəmə baxışı zamanı iş materiallarında olan bir ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, görüntülər 10 fevral 2021-ci il tarixdə, saat 14:30-da qeydə alınmışdır. Görüntülərdə Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Sabunçu rayon Polis ldarəsinin 42-ci Polis bölməsinin inzibati otaqlarından birində onun üzərinə şəxsi axtarış aparılmazdan əvvəl baş təhqiqatçı, polis mayoru Bəhram Bəhramov tərəfindən saxlanılan Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirir. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra ondan saxlanılmasının səbəblərinin ona aydın olubolmaması soruşulur. Təqsirləndirilən şəxs isə narkotik vasitələrin və psixotrop maddələri qanunsuz əldə etməkdə, üzərində gəzdirməkdə şübhəli olduğu üçün saxlanılmasının ona aydın olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini, şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilir və bununla bağlı etirazının olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub-olmaması soruşulur və olduğu halda təqdim etməsi təklif edilir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən ümumilikdə 04 ədəd bükümləri çıxardaraq masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs dörd ədəd bükümlərin içərisində nə olduğu soruşulduqda o, bükümlərdən birinin içərisində olan maddənin narkotik vasitə heroin, üç ədəd bükümdə olan maddələrin isə psixotrop maddə metamfetamin olduğunu deyir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni və psixotrop maddələri haradan əldə etdiyi və nə məqsədlə üzərində saxladığı soruşulduğu zaman o, həmin narkotik vasitələri və psixotrop maddəni 02 fevral 2021-ci il tarixində, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinin mərkəzindən yerdən tapdığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini deyir. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16.02.2021-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Orxan Şirinova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 09 fevral 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Sabunçu rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 49,910 qram narkotik vasitə olan heroin və 0,135 qram psixotrop maddə olan metamfetamin məhv edilməlidir. Cinayət işinin materiallarında olan 01 ədəd DVD disk və 01 ədəd CD disk cinayət işi ürə sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 114 ( yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 09 fevral 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Sabunçu rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 49,910 qram narkotik vasitə olan heroin və 0,135 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. Cinayət işinin materiallarında olan 01 ədəd DVD disk və 01 ədəd CD disk cinayət işində saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar