Məhkəmə qərarları › İş №1(101)-1255/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1255/2022

16.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1255/2022 16.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1990-cı ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumuluğu olmayan, Lənkəran rayonunun Balıqçılar qəsəbəsində qeydiyyatda olmaqla Sumqayıt şəhərində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır; belə ki, o, külli miqdarda narkotik vasitə əldə edib satmaq məqsədi ilə “Milad” adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, mənfəət olaraq gəlir əldə etmək müqabilində “Milad” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitənin satışını həyata keçirəcəyi barədə razılığa gəlib 13 sentyabr 2021-ci il tarixdə sonuncunun tapşırığı ilə Bakı şəhəri, Suraxanı rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən istintaqa şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qoyulmuş bir ədəd bükümdə, təmiz çəkisi 12,040 qram olan külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq kirayə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi İlə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 sentyabr 2021 -ci ildə saat 16:20 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısında piyada hərəkətdə olan zaman şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Nizami rayonu H.Əliyev prospekti 118 ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinin 23- cü Polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd bükümdə, təmiz çəkisi 12,040 qram olan, külli miqdarda, qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, X3 yaşadığı evdə o da yaşamış, Rahil Tarverdiyev özü narkotik vasitələrin satışı ilə məşğul olmuş, o, nakrotik vasitələrin aludəçisi olduğundan Rahili ona da istifadə etməyə narkotik vasitə vermiş, Rahilin xahişi ilə o, Rahilin ona verdiyi 12 qram narkotik vasitə heroini özündə saxlamış, 15 sentyabr 2021 -ci il tarixdə polis əməkdaşları yaşadığı evə daxil olaraq evdə olan və Rahilin ona verdiyi narkotik vastəni polis əməkdaşlarına təqdim etmiş, həmin narkotik vasitəni heç kimə satmamış, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmir, həmin ifadələri oxumadan imza etmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ilin sentyabr ayında İran İslam Respublikasında yaşayan özünü Milad kimi təqdim edən şəxslə sosial şəbəkədə tanış olmuşdur. Bəzən psixotrop maddə olan metamfetamindən istifadə etdiyi üçün psixotrop maddələr və narkotik vasitələri müəyyən qədər tanıyırmış. Maddi imkanı yaxşı olmadığından, işsiz olduğundan, borcları olduğundan pula ehtiyacı olmuşdur. Buna görə Milad vasitəsilə narkotik maddə əldə edib həmin narkotik maddəni Bakı şəhərində satmaq və bu yola pul qazanmaq fikrinə gəlmişdi. Üzərində pul olmadığından narkotik maddə ala bilmirmiş və buna görə özünə məxsus qızıl boyunbağı və sırğaları satmaq qərarına gəlmişdir. Bunun üçün Neftçilər metrosu yaxınlığında fəaliyyət göstərən lombardların birində girov qoymaqla 175 manat pul götürmüş və həmin pulu əvvəllər tanıdığı Elmira adlı qadına məxsus “Kapital Bank”a məxsus elektron hesaba köçürmüşdür. Həmin kartdan da pulu Miladın kart hesabına göndərmişdir. Aralarında olan razılığa əsasən Milad narkotik maddə olan heroini bir nəfər şəxslə ona çatdıracaqmış. Həmin adamın adını və digər məlumatları Milad ona deməmişdir. Təxmin etdiyi qədərilə 12 sentyabr 2021-ci il tarixində Milad ona zəng edərək bir nəfər taksi sürücüsünün ona 175 manat məbləğində heroini mənə Suraxanı rayonu ərazisində çatdıracağını demişdri. Həmçinin həmin yerin ünvanını da Milad ona bildirmişdir. O Miladın dediyi vaxt həmin yerə gedib gözləmişdir. Bir neçə dəqiqə sonra ora bir taksi gəlmişdir. Həmin adamın avtomobilinin markasını xatırlamır, lakin avtomobil qara rəngdə olmuşdur. Taksi sürücüsü ilə danışıq zamanı adının İslam və ya Azad olduğunu demişdir. O həmin vaxt həyəcanlı olduğu üçün taksi sürücüsünün adını dəqiq olaraq xatırlamır. Bundan sonra o həmin vaxtlarda yaşadığı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsində yerləşən kirayədə qaldığı evə getmişdir. Həmin ev Faiq və Rahil Tarverdiyev qardaşlarının olmuşdur. Orada Milad tərəfindən ona göndərilmiş heroinə baxdıqda heronin 15 qram miqdarda olduğunu görmüşdür. Həmin narkotik vasitənin 0,5 qramlıq hissəsini yaşadığı evin sahibi Faiq Tarverdiyevin və Rahil Tarverdiyevin ona məsləhət gördüyü Murad adlı şəxsə satmışdır. Faiqin və Rahilin ona Muradı müştəri kimi məsləhət görərkən yalnız ona kömək etmək məqsədləri olmuşdur. Əldə edəcəyi qazancdan onlara Faiq və Rahilə verməyəcəkmiş və onlar da bunu ondan istəmirmişlər. Muradı əvvəllər görməmiş, yəni onu ilk dəfə İdi ki, görürmüş. Növbəti gün tanımadığı, sonradan adının Dinar olduğunu öyrəndiyi şəxs Faiq və Rahil Tarverdiyevlərlə birgə yaşadıqları ünvana bir neçə nəfər tanımadığı şəxslərlə birlikdə gəlmişlər. Həmin vaxt Rahilin arvadı yanında imiş və lakin sonuncunun adını xatırlamır. Rahilin arvadı ilə yaxın münasibəti olmasa da, bir neçə dəfə Rahil ilə birgə yaşadığı evə gəlmişlər. Həmçinin Rahilin özününü ailəsi birgə yaşadığı ev onun evinin yaxınlığında yerləşirmiş. Rahilin arvadı tanımadıqları şəxslərin evə gəlməsindən narahat olduğu üçün mübahisə yaratmışdır. Mübahisə zamanı Rahilin arvadı həmin adamları tanımadıqları üçün evə gətirməsindən narahat olduğunu Rahilə demiş və Rahil də onun üzərinə qışqırmışdır. Bu zaman özünü Dinar adı ilə təqdim edən şəxs ona məxsus narkotik vasitənin 14,5 qrama yaxın hissəsinin stolun üzərində olmasını görüb həmin narkotik vasitəni götürüb qaçmışdır. O Dinarı səsləsə də, sonuncu qaçıb getmiş və sonradan Dinarı tapa bilməmişdir. Sonradan stolun üzərində olan ona məxsus 100 manat pulun orada olmadığını görmüş və təxmin etmişdir ki, həmin pulu Dinar götürüb. Bundan sonra, maddi vəziyyəti daha da pisləşmiş və Miladdan yenidən narkotik vasitə istəmiş, lakin pulunun olmadığını demişdir. Milad ona heroin və metamfetamin göndərəcəyini demiş, həmçinin heroin və metamfetamini satacağı təqdirdə əldə olunan qazancdan ona da pul verəcəyini bildirmişdir. O Miladın təklifi ilə razılaşmışdır. Həmin gün yəni təxminən 13 sentyabr 2021 -ci il tarixdə Miladın adamları tərəfindən Suraxanı rayonu ərazisində yerləşdirilmiş 20 qram heroin, 5 qram metamfetamini o qoyulduğu yerdən götürərək yaşadığı ünvana aparmışdır. Həmin gün və növbəti gün onları sata bilməmişdir. Yenidən Muradla əlaqə saxlamaq qərarına gəlmiş və 15 sentyabr 2021-ci il tarixdə Murad ona narkotik vasitə və psixotrop maddəni ala biləcəyini bildirmişdir. O evdən çıxmamışdan öncə metamfetaminin olduğu selofan bükümü açmış və ondan istifadə etmək istəmişdir. Lakin mobil telefonuma zəng gəldiyi üçün bir anda metamfetamin içərisində su olan bankaya düşmüşdür. Həmin anda metamfetamin yararsız hala düşmüş və o əsəbləşib şüşə bankadakı suyu boşaltmış və bankanı sındırıb zibil qutusuna atmışdır. Bundan sonra heroini götürüb içərisinə baxmış heroinin olduğu bağlama möhkəm şəkildə bağlanmışdır. O həmin bağlamanı açmaqda çətinlik çəkmişdir. Bağlamanı açarkən içərisində müəyyən bir miqdarda heroin yerə dağılmışdır. Həmin vaxt o bir anlıq ağiamşdır. Belə ki, işləri yolunda getmirmiş. Lakin biraz sonra özünü ələ almış və heroin olan bağlamanı əvvəlki formasında qablaşdırmışdır. Təxminən 10-15 dəqiqə sonra, yəni 15 sentyabr 2022-ci il tarixdə saat təxminən 16 radələrində o narkotik vasitəni götürüb evdən çıxmışdır. Düşünürdüm ki, Murad iiə əlaqə saxlayıb hansısa bir yerdə heroini və metamfetimini ona verər. Yaşadığı evdən çıxıb piyada yol getdiyi zaman, yaşadığım evin qarşısında 2 nəfər tanımadığı mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq Daxilin İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlar olduqlarını bildirmişlər və narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaqda şübhəli olduğunu deyərək onu Nizami RPİ-nin 23-cü Polis Şöbəsinə dəvət etmişlər. O etiraz etməmiş və polis əməkdaşları ilə birgə 23-cü Polis Şöbəsinə getmişdir. Şöbənin inzibati binasının daxilində ona hüquq və vəzifələrimi izah etmişlər və o ərizə İlə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmişdur. Az bir vaxtdan sonra o dövlət hesabına müdafiəçi Kamal Aslanov ilə təmin edilmişdir. Həmin vaxtı polis əməkdaşlarının, Raziyə Əliyevanın və müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxtı o əynində olan göy rəngli cins şalvarın sol yan cibindən içərisində heroin olan 1 ədəd selofan bükümü və həmin şalvarın sağ yan cibindən 1 ədəd mobil telefonunu təqdim etmişdir. Bundan sonra təqdim etdiyi əşyalara baxış keçirilmişdir. Baxış zaman 1 ədəd selofan bağlama polis əməkdaşı tərəfindən açılmışdır. Onun içərisində tünd qəhvəyi rəngli narkotik maddə olan heroin aşkar olunmuşdur. Aşkar edilmiş həmin maddə 01 ədəd zərfə qoyularaq qablaşdırılmışdır və polis əməkdaşları tərəfindən götürülmüşdür. Elektron tərəzidə çəkildə selofan büküm ilə birlikdə çəkisini 18,71 qram olduğiu müəyyən edilmişdir. Üzərində şəxsi axtarış davam etdirilsə də, üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı videoçəkiiiş aparılmış, protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, o və polis əməkdaşları həmin protokolun doğruluğunu imzalarıyla təsdiq etmişlər. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, Rahil və Faiqə qarşı əsəbi olmuşdur. Belə ki, onlardan bəzi hallarda metamfetamin istəyirmiş, lakin onlar ona vermirmiş. Həmçinin onlardan ona narkotik vasitə heroini haradan əldə edə biləcəyini soruşduqda bu barədə ona heç bir məlumat vermirmişlər. O da buna görə məcburi olaraq Milad adlı şəxsi tapıb sonuncunun vasitəsilə heroin əldə etmişdir və sonradan saxlanılmışdır. Həmin vaxtlarda Rahil və Faiqə qarşı əsəbi olmuş və buna görə üzərindən aşkar olunmuş heroini sonuncuların satış məqsədilə ona verdiyini demişdir. Rahil və Faiqin evində qalmağının müqabilində təxminən 1 ay 10 gün imiş ki, kirayə pulu vermirmiş. Buna görə Rahil və Faiqə borcu olmuşdur. Rahil onun üçün öz adına faizə pul da götürmüş və o da Rahilin pulunu qaytara bilmirmiş. Şəxsi axtarış zamanı və ilkin ifadəsi alınarkın düşünürmüş ki, Rahil və Faiq barəsində yanlış məlumat verməklə onlara olan bocundan yaxa qurtarar. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Baş Narkotikiərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, 1990-cı il təvəllüdlü, Nizami rayon, Keşlə qəsəbə sakini, Təqsirləndirilən şəxs psixotrop maddə və narkotik vasitələrin satış məqsədi ilə daşınması, Bakı şəhəri, Nizami rayonu ərazisində qanunsuz dövriyyəsi və satışı ilə məşğul olurmuş. Əməliyyat yolu ilə daxil məlumatın yoxlanılması məqsədi ilə onun tərəfindən təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün Daxili İşlər Nazirliyinin Baş Narkotikiərlə Mübarizə İdarəsinin rəhbərliyinə raportla məlumat verilmiş və rəhbərliyin icazəsindən sonra tərəfindən əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilməklə onun rəhbərliyi altında Daxili İşlər Nazirliyinin Baş Narkotikiərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Külü miqdarda psixotrop maddə və narkotik vasitələrin satış məqsədi ilə daşınması, qanunsuz dövriyyəsi və satışında şübhəli bilinən şəxsin müəyyən edilməsi, yaxalanması və narkotik vasitələrin dövriyyədən çıxarılmasının təmin edilməsi məqsədi ilə Şahid2la birlikdə 15 sentyabr 2021ci il tarixdə, 16:20 dəqiqədə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Pəhlivan Fərzəliyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkət edən zaman o və əməliyyat qrupunun digər üzvü Elmir Abışov həmin şəxsə yaxınıb xidməti vəsiqələrimizi göstərərək Daxili İşlər Nazirliyinin Baş Narkotikiərlə Mübarizə İdarəsinin əməkdaşı olduğumuzu bildirərək və həmin şəxsi əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarla tanış etmişlər. Daha sonra Təqsirləndirilən şəxsm Nizami Rayon Polis İdarəsinin 23-cü Polis bölməsinin inzibati binasına dəvət etmişlər. Polis bölməsinin xidməti otaqların birində Daxili İşlər Nazirliyinin Baş Narkotikiərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı Nizami Omarov, əməliyyat qrupunun üzvü Şahid2, külli miqdarda narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi, saxlanması, qanunsuz dövriyyəsi və satışında şübhəli bilinən Dünya İsmayilovanın, sonuncunun hüquqlarının müdafiəsi üçün dəvət edilmiş «Yusif Allahverdiyev və Partnyorları» vəkil bürosunun vəkili X10, X5 və onun iştirakı ilə Dünya İsmayilovanın üzərində şəxsi axtarış və götürmə həyata keçirmişlər. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 01 bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, şalvarının sağ yan cibindən isə 01 ədəd KG markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoymuşdur. X2 vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində X1 ilə axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Aşkar olunmuş heroinə bənzər kütlə çəkisinin müəyyən edilməsi məqsədi ilə elektron tərəzidə çəkildi və çəksi 18,71 (on sıkkiz tam yüzdə yetmiş bir) qram olduğu müəyyən edildi. Sonra həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, Daxili İşlər Nazirliyinin 7 saylı möhürü ilə möhürlənmiş, qablaşdırmanın üzəri şübhəli şəxs, müdafiəçi və onun tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) “KG tel” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroin bükümünün özünə məxsus olduğunu, həmin kütləni 3 gün bundan əvvəl evində yaşadığı tanışı, Rahil adlı şəxsdən sonuncunun göstərişi ilə satmaq məqsədi ilə əldə etdiyini, gördüyü işin qarşılığında Rahilin onun Rahilə olan borcunu siləcəyini bildirdiyini, özünü Rahildən əldə etdiyi narkotik vasitə olan metamfetamindən istifadə etdiyini, başqa yerdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Daha sonra iştirakçılar tərəfindən heç bir irad və təklif daxil olmadığı üçün protokol onun tərəfindən və digər iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamsanı ifadəsi elan edilərək tədqiq edilmiş Baş Narkotikiərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 işin faktiki hallarına və şahid X8 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, 15 sentyabr 2021-ci il tarixli protkoldan görünür ki, DİN-nin BNMİ-nin TQ-nun təhqiqatçısı, polis kapitanı X6 tərəfindən DİN-nin BNMİ-nin digər əməkdaşları, vəkil və digər şəxsin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılır, həmin istintaq hərəkəti zamanı zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunur. Həmin vaxtı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən içərisində heroin olan 1 ədəd selofan bükümü və həmin şalvarın sağ yan cibindən 1 ədəd mobil telefonunu təqdim edir. Bundan sonra təqdim etdiyi əşyalara baxış keçirilir. Baxış zaman 1 ədəd selofan bağlama polis əməkdaşı tərəfindən açılır. Onun içərisində tünd qəhvəyi rəngli narkotik maddə olan heroin aşkar olunur. Aşkar edilmiş həmin maddə 01 ədəd zərfə qoyularaq qablaşdırılır və polis əməkdaşları tərəfindən götürülür. Elektron tərəzidə çəkildə selofan büküm ilə birlikdə çəkisini 18,71 qram olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilmir (1-ci cild iş vərəqi 39- 43) İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 16 sentyabr 2021-ci il tarixli 6/4085 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Zərflər üçün ” dairəvi möhür əksi “Təqsirləndirilən şəxs” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 12,040 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (1-ci cild iş vərəqi 39-43). İşdə olan məhkəmə-narkoloji ekspertizası üzrə 11 dekabr 2021-ci il tarixli 5046 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 146-147). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22 sentyabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır (1-ci cild iş vərəqi 79). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X14 daxil olmuş 23 may 2022-ci il tarixli 4149 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmayıb (1-ci cild iş vərəqi 206). İşdə olan AZ-İİ № 385930 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 24 may 2009-cu il tarixdə anadan olmuş X11 adında 1 azyaşlı qızı var. İşdə olan şübhəli şəxsin tutulması haqqında 15 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 20). İşdə olan 17 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (1-ci cild iş vərəqi 75- 76). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxsnun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib daşıması və saxlaması özünün ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təsdiqini tapmışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hal kimi müəyyən edilmiş, Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır və törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxsnun barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs 15 sentyabr 2021-ci il tarixdən 17 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 gün azadlıqdan məhrum etmə cəzasına günə gün hesabı ilə hesablanmalı, ona təyin edilməli olan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq qəti cəza təyin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs 15 sentyabr 2021-ci il tarixdən 17 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 gün azadlıqdan məhrum etmə cəzasına günə gün hesabı ilə hesablanmasını, ona təyin edilməli olan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq qəti cəza təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsində göstərilir ki, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2-ci maddəsinin şərh edilməsinə dair” 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsində qeyd olunan şəxslərin cəzalarının çəkilməsinin təxirə salınması məsələsi həm hökm çıxarılarkən, həm də onlar cəzaçəkmə müəssisələrində cəza çəkərkən həll edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində olan qızı - 24 may 2009-cu il təvəllüdlü X4 gələcək taleyini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın icrası himayəsindəki azyaşlı uşağı on dörd yaşına çatanadək təxirə salınmalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təxirə salınmasında məhkəmənin əsas məqsədi azyaşlı uşaqların qayğısına qalmaq, onları qoruyub saxlamaq, azyaşlı uşaqları zəruri valideyn qayğısından məhrum etməmək və onların tərbiyəsini təmin etməkdir. Cəzanın çəkilməsinin təxirə salınması məsələsini həll edərkən məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, azyaşlı uşağa zəruri şəraiti təmin etmək imkanını, onun tərbiyəsinə olan münasibəti də nəzərə alır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs 15 sentyabr 2021-ci il tarixdən 17 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 gün azadlıqdan məhrum etmə cəzasına günə gün hesabı ilə hesablanmasını, ona təyin edilməli olan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq qəti cəza təyin edilməsini, Təqsirləndirilən şəxs təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın icrası himayəsindəki azyaşlı uşağı on dörd yaşına çatanadək təxirə salınmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxsnun barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-nin 93.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinin tələbinə əsasən, iş üzrə maddi sübutlar - Bakı şəhər Nizami RPİ-nin saxlanc kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 11,990 qram narkotik vasitə heroin məhv edilməli, Şəxsi axtarış və götürmə, həmçinin baxış keçirmə zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən bir ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-kimyəvi ekspertiza tədqiqatının dəyəri – 88,70 manat (səksən səkkiz manat yetmiş qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinin tələbinə əsasən, cinayət işi üzrə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 sentyabr 2021-ci il tarixdən 17 sentyabr 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs azyaşlı qızı - 24 may 2009-cu il təvəllüdlü X9 on dörd yaşına çatanadək Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Onun davranışına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhər Nizami RPİ-nin saxlanc kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 11,990 qram narkotik vasitə heroin məhv edilsin, Şəxsi axtarış və götürmə, həmçinin baxış keçirmə zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən bir ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi - məhkəmə-kimyəvi ekspertiza tədqiqatının dəyəri - 88,70 manat (səksən səkkiz manat yetmiş qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Məhəmməd Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar