Məhkəmə qərarları › İş №1(101)-1255/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1255/2024

27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1255/2024 27.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi: Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.2008-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Hacıtəpə kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, döngə 10, nömrəsiz fərdi evdə yaşamaqla barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdı: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 2023-cü ilin may ayının 15-də tanışı Zərərçəkmiş şəxs 2-3 gün müddətində qaytaracağını vəd edib 15 manat nağd pul borca götürmüş, lakin vəd verdiyi müddətdə pulu qaytarmadığı üçün sonuncu mobil telefonundan Təqsirləndirilən şəxsla atası Qanuni nümayəndə foto şəkillərini “Tik-Tok” sosial şəbəkəsində paylaşaraq onların ünvanına nalayiq sözlər yazması səbəbindən 12 avqust 2023-cü il tarixdə, saat 17 radələrində ünvan 1 ünvanın yaxınlığında görüşüb yaranmış narazılığa aydınlıq gətirilərkən o, üzərində gəzdirdiyi tiyəsinin uzunluğu 125 mm, dəstəyinin uzunluğu 95 mm olan zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı, deşici-kəsici xassəyə malik, soyuq silah hesab olunmayan mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə vuraraq ona qarının ön divarının daxilə nüfuz edərək nazik bağırsağın ilgəyinin serozasını zədələnməsinə səbəb olan bir ədəd deşilmişkəsilmiş yarasından ibarət həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hal-hazırda heç bir yerdə işləmir, lakin hadisə baş verən zaman hamamda ofisiant işləmişdir. O, 9-cu sinifədək Masallı rayonu, Hacıtəpə kənd orta məktəbində təhsil almış, 2 ildən çoxdur ki, valideynləri ilə birlikdə Bakı şəhərinə köçərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu döngə 10, nömrəsiz fərdi evdə kirayədə yaşayırlar. Əvvəllər hər hansı bir cinayət hadisəsi törətməmişdir. Heç bir xəstəliyi yoxdur, hər hansı bir xəstəliyi ilə bağlı tibb müəssələrində qeydiyyatda deyil. Təxminən 3 ay bundan əvvəl Suraxanı rayonu, Günəşli qəsəbə yolunun kənarında yerləşən “Topqapı” hamamında ofisiant işləmişdir. Hazırda isə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektinin yaxınlığında yerləşən mebel sexində işləyir. Zərərçəkmiş şəxs işlədiyi hamamın müştərisi kimi tanımış, onunla münasibətləri normal olmuşdur. 15 may 2023-cü il tarixdə rayona getmək üçün pulu olmadığına görə Əhməddən 15 manat borc pul almışdır ki, 2-3 gündən sonra maaşını alanda qaytaracaqdır. Lakin Əhməddən 15 manat pulu borc aldığı günün səhəri günü Əhməd istifadəsində olan mobil nömrəsindən hazırda yadında qalmayan və sındıraraq atdığı mobil telefon nömrəsinə zəng edib bir gün əvvəl borc verdiyi 15 manat pulu geri qaytarmağı tələb etmişdir. O da hazırda pulu olmadığına görə 15 manat pulu geri qaytara bilməyəcəyini, söz verdiyi kimi 2-3 gündən sonra qaytara biləcəyini demişdir. Bu məzmunda danışdıqları zamanı o, Əhmədin ünvanına nalayiq söyüşlər işlətmiş, Əhməd də onun ünvanına nalayiq söyüşlər söymüşdür. O da cavab olaraq bildirmişdir ki, “eybi yoxdur, tapsa pis olacaq”. Bundan sonra aralarında danışıqları olmamışdır. Danışdıqları günün səhəri günü, yəni təxminən 2023-cü ilin aprel ayının əvvəllərində istifadəsində olan mobil telefonun “WhatsApp” profilinə qoyduğu atası ilə birlikdə olan fotoşəkilləri Əhməd götürərək “Tik tok” sosial şəbəkəsində paylaşıb hər ikisinin ünvanına nalayiq söyüşlər qeyd etmişdir. O da Əhmədin qeyd etdiklərini gördükdən sonra sonuncunun istifadəsində olan mobil nömrəsinə zəng edib “Tiktok” sosial şəbəkəsində atasının və özünün şəkillərini paylaşdığını, eyni zamanda ünvanlarəna söyüşlər qeyd etdiklərinə iradlarını bildirərək Əhmədə demişdir ki, “bu dəfə onu tapsa vuracaq”. Bundan sonra Əhməd nömrəsini qara siyahıya atmışdır. Ona görə də bir daha Əhmədlə danışa bilməmişdir. xx.xx.2023-cü il tarixdə saat 16:21-də Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, “Gəncə” mərasim evinin arxa hissəsində yerləşən nömrəsini bilmədiyi nənəsi Nəzakət Cavadovanın yaşadığı evdə validedynləri ilə birlikdə olduğu zaman atasının istifadəsində olan mobil nömrədən Əhmədin istifadəsində olan mobil nömrəsinə zəng edib onunla danışaraq görüşə dəvət etmişdir ki, özünün və atasının şəkillərini “Tiktok” sosial şəbəkəsində paylaşaraq işlətdiyi söyüşlərin səbəbini aydınlaşdırsın. Əhməd görüşməyə razılıq verib ünvan 2 ünvanın yaxınlığında yerləşən “Günəş” marketin qarşısına dəvət etmişdir. O da “Günəş” marketin yanında Əhmədlə görüşüb ona bildirmişdir ki, gözləsin yaxınlıqda yerləşən “Oba” marketdən su alıb gəlir, ancaq marketə getməkdə məqsədi bıçaq alıb Əhmədi vurmaq olmuşdur. Ona görə də “Oba” marketdən 1 ədəd mətbəx bıçağı alıb şalvarının kəmərin altına qoyub üstünü əynində olan qısaqol idman köynəyi ilə örtmüşdür ki, görən olmasın. Marketdən çıxıb birbaşa Əhmədin yanına gələrək Əhməddən soruşmuşdur ki, “ünvanına söydüyün söyüşlərin cavabını verə bilərmi?”. Əhməd də “yox” deyə cavab verən zaman kəmərinə keçirtdiyi bıçağı götürüb bir dəfə Əhmədin qarnının sağ tərəfindən vurmuş, Əhməd dərhal bundan sonra qaçıb yaxınlıqda yaşadığı evə girərək qapını bağlamışdır. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla ədavəti və düşmənçiliyi olmamışdır. Onun 33 yaşı var, bacısı Sona Adilovanın ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri, Xətai rayonu, Babək prospektinin kənarında yerləşən “Topqapı” hamamına tez-tez gedirdi və Təqsirləndirilən şəxsla həmin hamamda tanış olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin hamamda ofisiant işləmişdir. 15 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona mesaj yazıb Masallı rayonunda olduğunu qeyd edib ondan 15 manat borc pul istəmişdir ki, həmin günü rayondan Bakı şəhərinə gələcək və saat 18-də borc aldığı 15 manat pulu kart hesabına göndərəcəkdir. O da etiraz etməyib Təqsirləndirilən şəxs göndərdiyi kart hesabına 15 manat pul köçürmüş, lakin həmin günü saat 18-də Təqsirləndirilən şəxs borc aldığı 15 manat pulu geri kartına ödəməmişdir. Bu səbəbdən Xəqaniyə zəng edib borc aldığı 15 manat pulu nə üçün kart hesabına köçürmədiyinin səbəbini soruşmuşdur. Xəqani də problemləri olduğunu deyib 1-2 gün gözləməyi xahiş etmişdir. O da Xəqaninin xahişini nəzərə alıb gözləmişdir. Ancaq 2-3 gün keçməsinə baxmayaraq Xəqani yenə də 15 manat pulu kart hesabına köçürməmişdir. Bu səbəbdən Xəqaniyə mesaj yazmışdır ki, nə üçün borc aldığı 15 manat pulu köçürmür. Xəqani də cavabında onu təhqir etmişdir. Onun bu hərəkətindən qəzəblənib sonuncunun atası Qanuni nümayəndə mesaj yazmışdır ki, oğlu 15 manat borc pul alıb geri qaytarmır. Xəqaninin atası da nalayiq sözlər yazıb nömrəsini bloklamışdır ki, onunla əlaqə saxlamasın. Məcbur qalıb Xəqaniyə mesaj yazmışdır ki, gizlənməsin, onsuz da yaşadığı qəsəbəni bilir, tapıb pulunu alacaqdır. Xəqani Tik-tok sosial şəbəkəsində yenə də onun ünvanına nalayiq söyüşlər yazmış, o da söyüşlərinə söyüşlə cavab yazmışdır. 12 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng edib harada olduğunu soruşaraq 15 manat pulunu qaytarmaq istədiyini demişdir. O da kirayədə yaşadığı ünvan 3 ünvana gəlməyini bildirmişdir. Xəqani də yaxınlıqda olduğunu və qısa zamanda gələcəyini demişdir. Təxminən 20-25 dəqiqə keçəndən sonra Xəqani onun yaşadığı ünvanın yaxınlığına gəlmiş, onunla görüşmək üçün əlini uzatdığı zaman sonuncu belindən bıçaq çıxararaq bir dəfə onun qarın nahiyyəsindən vurmuşdur. Dərhal qaçıb yaşadığı mənzilə girmiş, qapını bağlamışdır. Buna baxmayaraq Xəqani onun arxasınca gəlmiş, qapını açmağa cəhd etmiş, hətta bıçağı ilə qapının kilidini açmağa çalışmışdır, lakin bunu edə bilməmişdir. Oradan polis əvə təcili yardıma zəng etmişdir. Yalnız bundan sonra Xəqani onun evindən uzaqlaşmışdır. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur, Zərərçəkmiş şəxs isə hadisə ilə əlaqədar tanımışdır. 12 avqust 2023-cü il tarixdə saat 17:15 radələrində Zərərçəkmiş şəxs ona zəng edərək demişdir ki, Xəqani kimdir, o məni bıçaqla vuraraq xəsarət yetirib. O da Xəqaninin atası olduğunu bildirib hadisənin harada baş verdiyini soruşmuşdur. Zərərçəkmiş şəxs ona hadisənin ünvan 1 ünvanın yaxınlığında baş verdiyini bildirmiş, o, dərhal taksiyə minib həmin ünvana gəlmişdir. Ora çatanda hadisə yerində polis əməkdaşları olduğunu və oğlu Xəqaninin də onların yanında olduğunu görmüşdür. Xəqanidən nə baş verdiyini soruşduqda o demişdir ki, Əhməd adlı şəxs ünvanlarına nalayiq sözlər işlətdiyinə görə onunla görüşüb bir dəfə qarınına bıçaqla vurmuşdur. O, Zərərçəkmiş şəxs ailəsi ilə görüşüb barışıq əldə etmək istəmiş, lakin Əhmədin bacısı onları qəbul etməmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışıq əldə etməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması özünün, zərərçəkmiş şəxsin və şahidin verdiyi ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış «hadisə yerinə baxış keçirilməsi haqqında" xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri ünvan 4 ünvanın yaxınlığıdır. Baxışda iştirak edən vətəndaş Təqsirləndirilən şəxs qeyd olunan ünvanı göstərərək Zərərçəkmiş şəxs onunla görüşərək üzərində saxladığı bıçaqla qarnının ön hissəsindən bir dəfə vurduğunu bildirmişdir. Hadisə olan yerdə asfaltda qanabənzər izlər aşkarlanmışdır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli “könüllü təhvil verilməsi barədə” protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət aləti olan dəstəyi qırmızı, göy və ağ rənglərdən ibarət mətbəx bıçağını Bakı şəhəri Xətai RPİ-nin 37-ci RŞ-nin təhqiqatçısı, polis leytenantı Şahin Nurəliyevə təqdim etmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında» qərar və protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 23 avqust 2023-cü il tarixli, 962 nömrəli rəyindən müəyyən olunur ki, vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarət – qarının ön divarının daxilə nüfuz edərək nazik bağırsağın ilgəyinin serozasını zədələnməsinə səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası müəyyyən edildi. Xəsarət iti ucu və kənara malik əşyanın təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən bıçaqla törənə bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi bioloji ekspertizasının 15 sentyabr 2023-cü il tarixli, 590/2023-MTBŞ nömrəli rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs qan qrupu, şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə A beta (İİ). Ekspertizaya təqdim edilmiş A.Zərərçəkmiş şəxs məxsus qısaqol köynək, cins şortik, trusu, bir cüt çəkələk, bıçaq üzərində olan ləkələrdədə A beta (İİ) qruplu insan qanı aşkar olunmuşdur. Bu qan ləkələri A beta (İİ) qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi kriminalistik və məhkəməkriminalistik ekspertizasının 05 sentyabr 2023-cü il tarixli, 422/2023-MTKŞ nömrəli rəyindən müəyyən olunur ki, İ. 1. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin orta nahiyəsində bir ədəd dəlib-keçən zədə aşkar olundu. Bu zədə deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur.

2. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus şort, tuman və çəkələk üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. İİ. 1. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, deşici-kəsici xassəyə malik mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Təqdim edilmiş bıçaq üzərində sonradan onun təyinatını dəyişən heç bir əlavə və dəyişiklik edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2680 nömrəli rəyindən müəyyən olunur ki:

1. Motivləşdirici hissə. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Məhkəmə-psixoloji ekspertizasa üzrə motivləşdirici hissə: aparılmış eksperimentalpsixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqli- intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs öz hərəkətlərini ölçüb biçmək və ona qarşı törədilənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda ifadə vermək qabiliyyəti və onun baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda öz hərəkətlərini faktiki xarakterini və ictimai təhlükəkliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda əqli- intellektual imkanlarıda hər hansı dəyişiklik yaranmamışdır. Əqli-intellektual imkanlarına görə hadisə zamanı öz hərəkətlərini ölçüb-biçmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarının normaya uyğundur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır. Ünsiyyətçillik, emosionallıq, təhqirə qarşı həssaslıq, özünə qarşı ətrafdakılardan hörmət tələb etmək kimi xarakterik xüsusiyyətlərə malikdir. Özündən uydurmağa və başqalarının təsir altında hərəkət etməyə meyillilik əlamətləri aşkar olunmadı. Təqsirləndirilən şəxs hazırda baş verənləri düzgün qavrayıb təsvir etmək və ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hadisəni törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2023-ci il tarixli qərardan müəyyən olunur ki, cinayətin törədilməsində istifadə edilən bir ədəd zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı, deşici-kəsici xassəyə malik mətbəx bıçaq, eyni zamanda hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş və X6 götürülmüş bir ədəd qarışıq rəngli qısa qol köynək, bir ədəd cins şort, bir ədəd kişi alt paltarı və bir ədəd çəkələk maddi sübut kimi tanınaraq, saxlanması üçün Xətai Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o, əvvəllər məhkum olmamışdır. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, müalicə və digər xərclərlə bağlı maddi ziyan tam ödənildiyini onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə toplanmış sübutları araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, zərərçəkmiş şəxsin və şahid ifadələri, ibtidai araşdırma orqanı tərətindən tərtib olunmuş qərar və protokollar, həmçinin hadisə yerinə baxış protokolu, məhkəmə ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən cinayəti yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, CM-nin 59.1.12-ci maddəsinə uyğun olaraq zərər çəkmiş şəxslə barışıq əldə edilməsini, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, CM-nin 59.1.2-ci maddəsinə əsasən dəymiş ziyanı tamamilə ödəməsini, törətdiyi əməldən peşman olmasını və müsbət xasiyyətləndirilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 50.1.8, 59.1.10-59.1.13-cu maddələrinin hər hansı birində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X3 təməl prinsiplərindəndir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən 14 yaşı tamam olmuş, lakin 18 yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. CM-nin 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Cinayət işinə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin ksero surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il tarixdə anadan olmuş, cinayət əməlini törətdiyi 15 may 2023-cü il tarixə yetkinlik yaşına çatmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli qərarının 11-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən, məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü müəyyənləşdirərkən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan tövsiyələrini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs elə cəza təyin edilməlidir ki, həmin cəza onun hal-hazırda aldığı təhsilinə, ailə vəziyyətinə, fiziki və mənəvi inkişafına təsir edib onun cəmiyyətə inteqrasiyasına mane olmasın. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etdikdə onun məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsi və cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, nəzərə alaraq onun islah olunmasını cəmiyyətdən təcrid etmədən, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla cəzasını şərti tətbiq etməklə mümkün sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində müəyyən edilmiş sınaq müddətinin başlanğıcının Azərbaycan Respublikası CİM-nin 181.1-ci maddəsinə əsasən, hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalı olmasını nəzərə alır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə nəzərə alır ki, baxılan iş üzrə xüsusi müsadirə edilən əmlak müəyyən edilməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə halda iş üzrə maddi sübut olan Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş bir ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus 01 ədəd qarışıq rəngli qısaqol köynək məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün 240 AZN (iki yüz qırx manat) pul Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilib, təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmaqla Təqsirləndirilən şəxs üzərində 02 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrasına nəzarət sınaq müddəti ərzində onun yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 240 AZN (iki yüz qırx manat) pul Bakı şəhəri 3 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar