Məhkəmə qərarları › İş №1(101)-1255/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1255/2025

22.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1255/2025 22.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X7, X8 və X5, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1, Dövlət ittihamçısı2, müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Elbruz oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Gürcüstan Respublikası, Marneuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 234.4.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi:

1. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmayan marixuananı əldə edib üzərində saxlayaraq daşımışdır.

İşin faktiki halları:

2. Təqsirləndirilən şəxs satış məqsədilə tanışı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qanunsuz olaraq xeyli miqdarda yaş halda ümumi təmiz çəkisi 360,0 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmayan marixuananı əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının qarşısına daşımış, 25 dekabr 2024-cü il tarixdə saat 20:36 radələrində Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq üzərinə video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əlində olan ağ-qara rəngli sellofan paketin içərisində 01 ədəd sellofana bükülmüş bükümdə xeyli miqdarda yaş vəziyyətdə təmiz çəkisi 360,0 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmayan marixuana aşkar edilərək götürülmüşdür. Tərəflərin bildirdiyi və təqdim etdiyi işin halları və dəlilləri:

3. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, həyat yoldaşından boşandığı üçün müalicə məqsədi ilə Bakı şəhərinə gəlmiş, övladını da Gürcüstan Respublikasına aparıb qoyaraq yenidən Bakıya qayıtmışdır. O, polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl Rəşad adlı şəxslə yaşamış, aralarında sevgi münasibətləri olmuşdur. Rəşad onun narkotik vasitə istifadəçisi olduğunu bilməmiş, özü də istifadə etməmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, 3-4 il olar ki, narkotik vasitə istifadə etmişdir. Narkotik vasitəni siqaret kimi çəkmiş, bu zaman huşunu itirməmiş və uşağına da narkotik vasitə istifadə etdiyini hiss etdirməmişdir. O, psixotrop maddə istifadə etsə də iynə vasitəsilə qəbul etməmişdir. Narkotik vasitə olan marixuananı bacısının görməməsi üçün rəfiqəsigilə aparmağı qərara almışdır. Rəfiqəsi narkotik vasitə istifadə etdiyini bilməmiş, rəfiqəsigildə də nakrotik vasitə istifadə etməmişdir. Sadəcə olaraq bacısıgilin görməməsi üçün nakrotik vasitəni özü ilə götürüb rəfiqəsigilə aparmaq istəmişdir. Buna görə də 3-4 il müddət dostluq etdiyi keçmiş iş yoldaşı “Qara” ləqəbi ilə tanıdığı şəxsə onu rəfiqəsigilin evinə aparmasını demişdir. “Qara” ləqəbli şəxs ilə birlikdə əvvəllər narkotik vasitə istifadə etmiş, lakin, bir-birilərinə narkotik vasitə verməmişlər. Polis əməkdaşları tərəfindən saxlanıldığı gün “Qara” gecədən ona mesaj yazaraq harada olduğunu soruşmuş, o da “Qara”dan onu rəfiqəsigilə aparmasını xahiş etmişdir. Qara onu Nərimanovdan Hövsan qəsəbəsinə aparmaq üçün Sumqayıt şəhərindən gəlmişdir. Yolüstü “Qara” ilə oturub çay içmişlər. “Qara” siqaret almaq üçün getdikdən sonra zəng edərək siqareti aldığını demiş və ona aşağı düşməsini bildirmişdir. O, aşağı düşən zaman polis əməkdaşlarını görmüşdür. Polis əməkdaşları onu saxlayan vaxt üzərində sadəcə öz istifadəsi üçün “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşından 80 manata aldığı 10-11 qram qurudulmuş marixuana olmuşdur. Marixuananın qoxusu hiss olunmasın deyə ota, üstündən isə torbaya, torbanı isə paltara büküb çantaya qoymuşdur. Həmin çantada onun paltarları da olmuşdur. Hətta həmin narkotik vasitədən bir qismini siqaret kimi çəkmişdir. Polis əməkdaşları ona fiziki təsir göstərməsələr də, onda olan narkotik vasitəni arasında gizlətdiyi otla birlikdə qarışdırmışlar. Narkotik vasitə yaş halda olmamış, su da vurulmamışdır. Saxlanılan zaman telefonla çəkiliş aparılmışdır. Bu vaxt o, “Qara”ya yaxınlaşmaq istəyəndə polis əməkdaşları ona yaxınlaşmağa icazə verməmişlər. Polis əməkdaşları “Qara”nı tutmamış, elə onu “Qara” özü tutdurmuşdur. Təxminən saat 20:00-21:00 radələrində tutularaq 18-ci Polis Şöbəsinə aparılmışdır. Axşam saat 01:00-da idarə rəisi onun saxlanılan zaman çəkilmiş videoda təqsiri etiraf etmədiyini bildirdiyindən, videoçəkilişin yenidən aparılması üçün tutulduğu kafe tərəfə təkrar gedərək yenidən videoçəkiliş aparılmışdır. Polis əməkdaşlarına pul vermədiyi üçün ona qarşı 360 qram narkotik vasitə ilə bağlı ittiham irəli sürmüşlər. Rəşadın saxlanılması, “Qara”nın saxlanıldıqdan sonra azadlığa buraxılmasına dair onun heç bir məlumatı olmamışdır. Rəşadla aralarında əlbirlik olmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan həmin ifadə elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında qeydiyyatda olsa da, ünvan 4 yaşamışdır. Hazırda rəsmi olaraq heç bir yerdə işləməmişdir. Təxminən iki il olarmış ki, psixotrop maddə metamfetamindən istifadə etmişdir. O, ünvan 4 qeyri rəsmi ər-arvad münasibətində Rəşad adlı şəxslə birlikdə yaşamışdır. Rəşad da onun kimi narkotik vasitə istifadəçisidir və yaşadıqları ünvanda Rəşada məxsus bir bağlama narkotik vasitə olan marixuana qalmışdır. Rəşad ona bildirmişdir ki, ona xəbər edəndə həmin marixuananı aparıb dediyi şəxsə çatdırsın. Rəşad özü bir neçə gün əvvəl polis əməkdaşları tərəfindən narkotik vasitə istifadəçisi kimi tutulsa da, sonra azadlığa buraxılmışdır. Rəşad ona buraxıldığı üçün 5000 manat pul verməli olduğunu, həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşının kiməsə satacağını, həmin narkotik vasitəni ona deyiləcəyi ünvana aparıb qoyaraq şəklini çəkib göndərməyi, bunun qarşılığında ona 1000 manat pul veriləcəyini, həmin pulu da ona verməyini bildirmişdir. Rəşad marixuananın üzərinə suda həll olunmuş metamfetamin məhlulu vurub islatmışdır. Belə olduqda narkotik vasitənin təsir gücü çoxalmışdır. 25 dekabr 2024-cü il tarixdə axşam saatlarında Rəşadın ona bildirdiyi yaş halda olan narkotik vasitə marixuananı yaşadı evdən çıxan zaman götürüb paltarları olan sellofan paketin içərisində qoymuşdur. O, həmin narkotik vasitəni Rəşadın bildirdiyi şəxsin, yəni tanımadığı İran İslam Respublikasının vətəndaşının deyəcəyi ünvana qoyaraq şəkilini çəkib göndərməli olmuşdur. Buna görə də, evdən çıxan zaman həmin narkotik vasitəni də özü ilə götürmüşdür. 25 dekabr 2024-cü il tarixdə, saat 20:36 radələrində ünvan 2 ünvanın qarşısında olarkən mülki geyimli şəxslər ona yaxınlaşıb Özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib özünü təqdim etməsini istəmişlər. O da özünü polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxt polis əməkdaşları ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu, buna görə də üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü təqdim etməsini bildirmişlər. O, artıq çıxılmaz vəziyyətdə olduğunu görüb əlində olan ağ-qara rəngli sellofan torbanın içərisində narkotik vasitə marixuana olduğunu bildirib həmin sellofan torbanı polis əməkdaşlarına təqdim etmişdir. Həmin paketin içərisinə baxış keçirilən zaman 01 ədəd şalvar, 02 ədəd köynək, bir qədər adi pambıq və qara rəngli parçadan çanta aşkar edilmişdir. Qara rəngli parça çantanın içərisində 01 ədəd sellofan bükümdə yaş halda narkotik vasitə marixuana aşkar edilmişdir. Sonra aşkar edilmiş narkotik vasitə marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 607,1 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlə qablaşdırlaraq möhürlənmiş və onlar imzaları ilə zərfin üzərini təsdiq etmişlər. Polis əməkdaşları onu Nərimanov RPİ-nin 18-ci PŞ-nə dəvət etmişlər. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində narkotik vasitə marixuananı təqdim etməsi barədə protokol tərtib edilmişdir. Protokolun doğruluğunu onlar imzaları ilə təsdiq etmişlər. Bundan sonra üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsini bildirmişlər. O da əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd ümumi vətəndaş pasportunu çıxarıb təqdim edərək üzərində başqa heç nə olmadığını bildirmişdir. Sonra təhqiqatçı tərəfindən saxlanılarkən polis əməkdaşlarına təqdim etdiyi sellofan bükümdə olan narkotik vasitəyə baxış keçirilmişdir. Baxış zamanı həmin sellofan bağlamanın içərisindən yaş formada bitki mənşəli kütlə, narkotik vasitə marixuana aşkar edilmişdir. Sorğu zamanı o, həmin narkotik vasitənin tanışı Rəşada məxsus olduğunu, həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşına vermək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin bükümdə olan bitki kütləsi qablaşdırlaraq möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. O, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. O, ***-***-**-** saylı mobil nömrədən istifadə etmişdir. Rəşadın soyadı Mahmudovdur, 40-42 yaşlarındadır. Rəşad ***-***-**-** və 099- ***-**-** saylı mobil nömrələrdən istifadə etmişdir.

4. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

5. Məhkəmə tərkibi qanunvericiliyin tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

6. Məhkəmədə şahid qismində dindirilmiş Xətai RPİ-nin PPXB-nin polis nəfəri Şahid3 ifadəsində göstərdi ki, hadisə vaxtı Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləmiş, hazırda isə Xətai RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləməklə polis serjantıdır. Nərimanov RPİ-də işlədiyi zamanlarda şübhəli şəxs qismində saxlanılan qadınlar üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətlərində bir neçə dəfə iştirak etmişdir. Bu cür keçirilən tədbirlər çox olduğuna görə, hadisəni tam detalları ilə xatırlmasa da, 25 dekabr 2024-cü il tarixdə, saat 17:00-da işdən çıxıb evə getmiş, təxminən axşam 21:00 radələrində Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmişdir. Buna görə də şəxsi axtarışda iştirak etməsi üçün şöbəyə çağırılmışdır. Şöbəyə gəlib təhqiqatçının xidməti otağına daxil olduqda Təqsirləndirilən şəxs da orada olduğunu görmüşdür. Şəxsi axtarışda ondan başqa qadın polis əməkdaşı olmamışdır. Digər iştirakçılar 18-ci polis şöbəsinin əməkdaşları Şahid2 və Şahid1 olmuşdur. Üzərindən uzun müddət keçdiyi üçün bölmənin əməkdaşlarından başqa kiminsə olduğunu xatırlamır. Həmin vaxt onun əynində cins şalvar, əlində isə qara paket olmuşdur. Şəxsi axtarışa başlanıldıqdan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya, predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman o, əlində saxladığı ağ-qara sellofan paketi təqdim edərək içərisində marixuana olduğunu bildirmiş və masanın üzərinə qoymuşdur. Həmin paketə baxış keçirilərkən paketin içərisində yaş halda narkotik vasitə yəni qurudulmayan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı həmin narkotik vasitəyə bənzər kütləni nə məqsədlə əldə etdiyi soruşulduqda narkotik vasitəni deyilən ünvana çatdırması müqabilində ona 1000 manat pul veriləcəyini demişdir. Üzərinə baxış keçirilən zaman o, narkotik vasitəni nə qədər pul məbləğində hara aparmalı olduğunu, özünün istifadə edib-etmədiyini, narkotik vasitəni kiməsə verib-vermədiyini və digər məqamları bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə baxışı saat 21:00 radələrində işə gedərək etmişdir. Sənədləşdirmə işlərinə görə 3- 4 saat gözləmişlər. Təqsirləndirilən şəxs tutulduğu gün müdafiəçinin gəlməsi, videoçəkilişin aparılması, sənədlərin hazırlanması müəyyən qədər vaxt apardığından saat 00:00-01:00 radələrinə kimi işdə qalmışdır. Məhkəmə iclasında Şahid3 ibtidai istintaq orqanında verdiyi ifadəsi elan olunmuş və şahid həmin ifadəsini təsdiq etmişdir. Şahid3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 25 dekabr 2024-cü il tarixdə saat 20:36 radələrində Təqsirləndirilən şəxs ünvan 2 ünvanının qarşısına saxlanılaraq üzəri yoxlanılan əlində saxladığı ağ-qara rəngli sellofan torbanın içərisindən qara rəngli parça çantanın içərisində 01 ədəd sellofan bükümdə yaş halda narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilmişdir. Buna görə də, Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirilmiş və onun barəsində araşdırma aparılması təhqiqatçı Orxan Qurbanova həvalə edilmişdir. Təqsirləndirilən şəxs qadın olduğu üçün onun üzərində keçiriləcək şəxsi axtarışda iştirak etmək üçün onu da dəvət etmişlər. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynində olan göy rəngli cins şalvarın cibindən ümumi vətəndaş pasportunu çıxarıb təqdim edərək üzərində başqa heç bir əşya və predmet olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən aşkar edilmiş və təhqiqatçı Orxan Qurbanova təqdim edilmiş qara rəngli parça çantanın içərisində yaş halda narkotik vasitə qurudulmayan marixuana olan 01 ədəd sellofan bağlamaya baxış keçirilmiş və baxış zamanı həmin bağlamanın içərisindən yaş halda narkotik vasitə narkotik vasitə qurudulmayan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bir daha sellofan bağlamanın içərisindən yaş formada olan bitki mənşəli kütlənin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitənin tanışı Rəşada məxsus olduğunu və narkotik vasitəni İran İslam Respublikasının vətəndaşına vermək üçün ona deyiləcək ünvana qoyacağını, bunun qarşılığında ona 1000 manat pul verilməli olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Daşqınə tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir.

7. Məhkəmədə şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 18-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərdi ki, 25 dekabr 2024-cü il tarixdə ona Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitəni saxlaması, daşıması haqqında əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatının yoxlanılması məqsədi ilə şöbə rəhbərliyinin göstərişi ilə özünün rəhbərliyi altında, şöbənin digər əməliyyatçıları Şahid1 və Rauf Novruzov olmaqla əməliyyat qrupu yaradılmış və həmin gün axşam saat 21:00 radələrində Təqsirləndirilən şəxs ünvan 2 ünvanı yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs saxladıqları yerdə, saat təxminən 20:30 radələrində Nazim Hacıyev küçəsində əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair videoçəkiliş aparılmışdır. Saxlanılan zaman əlində ağ-qara rəngli sellofan paket olmuşdur. Saxladığı vaxt paketə baxış keçirilən zaman paketin içərisində yaş halda marixuanaya bənzər kütlə aşkar edilmişdir. Hadisə yerinə təkrar baxışa gedilməmiş, əməliyyat video çəkilişi aparıldıqdan sonra şəxsi axtarış və götürmə aparılması üçün 18-ci PŞ-nə gedərək şöbədə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərək paketdən aşkar edilən kütlə qablaşdırılaraq götürülmüşdür. Daha sonra müvafiq protokol tərtib edilərək imzalanmışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitəyə bənzər kütləni tanışı Rəşad adlı şəxsin vasitəsi ilə əldə etdiyini və həmin narkotik vasitəni İran İR vətəndaşına təhvil verəcəyini bildirmişdir. Rəşad adlı şəxsin barəsində sonradan nə tədbir görülməsi barədə məlumatı olmamışdır. Bildiyinə görə Rəşadın şəxsiyyəti müəyyən edilməmişdir. Sonradan Daşqınənin satışla məşğul olmasına dair məlumatın əldə edilməsi üçün əməliyyat tədbirində iştirak etməmişdir. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq orqanında verdiyi ifadəsi elan olunmuş və o, həmin ifadəsini təsdiq etmişdir. Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, Nərimanov RPİ-nin 18-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantıdır. 25 dekabr 2024-cü il tarixdə onun tərəfindən Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə edilmişdir. Bununla əlaqədar daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə Nərimanov RPİ-nin 18-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də, ondan və Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra o və Arzu birlikdə məlumat əsasında 25 dekabr 2024-cü il tarixdə saat 20:36 radələrində ünvan 2 ünvanının qarşısına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Daşqınənin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin piyada hərəkət etdiyini görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də özünü xx.xx.1998-ci ildə Gürcüstan Respublikası, Marneuli rayonunda anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatda olan və ünvan 4 yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif etmişlər. O da əlində saxladığı ağ-qara rəngli sellofan torbanı təqdim edərək içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Həmin sellofan paketin içərisinə baxış keçirilən zaman içərisindən 01 ədəd şalvar, 02 ədəd köynək, bir qədər adi pambıq və qara rəngli parçadan çanta aşkar edilmişdir. Həmin qara rəngli parça çantanın içərisində 01 ədəd sellofan bükümdə yaş halda narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Daşqınə həmin sellofan bağlamanın içərisindən yaş formada bitki mənşəli kütlənin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitənin tanışı Rəşada məxsus olduğunu, həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşına vermək üçün üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş yaş halda olan narkotik vasitə marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 607,1 qram olması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş kütlə yenidən qara rəngli parça çantanın içərisinə qoyularaq tərəflərindən götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 18ci PŞ-nə gətirmişlər. Polis şöbəsində Daşqınənin narkotik vasitə qurudulmayan marixuananı təqdim etməsi barədə protokol tərtib edilmişdir. Protokolun doğruluğu iştirakçılar və Daşqınə tərəfindən imzalar ilə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması üçün raportla şöbənin rəhbərliyinə müraciət etdikmişlər və araşdırma aparılması təhqiqatçı Orxan Qurbanova həvalə edilmişdir. Orxan Qurbanov da Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs qadın olduğu üçün onun üzərində keçiriləcək şəxsi axtarışın keçirilməsinə PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 da dəvət edilmişdir. Şəxsi axtarış keçirməmişdən əvvəl Daşqınə Ələndiyevaya üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynində olan göy rəngli cins şalvarın cibindən ümumi vətəndaş pasportunu çıxarıb təqdim edərək üzərində başqa heç bir əşya və predmet olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən aşkar edilmiş və təhqiqatçı Orxan Qurbanova təqdim etdikləri qara rəngli parça çantanın içərisində yaş halda narkotik vasitə qurudulmayan marixuana olan 01 ədəd sellofan bağlamaya baxış keçirilmiş və baxış zamanı həmin bağlamanın içərisindən yaş halda narkotik vasitə narkotik vasitə qurudulmayan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bir daha sellofan bağlamanın içərisindən yaş formada olan bitki mənşəli kütlənin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitənin tanışı Rəşada məxsus olduğunu və narkotik vasitəni İran İslam Respublikasının vətəndaşına vermək üçün ona deyiləcək ünvana qoyacağını, bunun qarşılığında ona 1000 manat pul verilməli olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Daşqınə tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir.

8. Məhkəmədə şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 18-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərdi ki, 25 dekabr 2024-cü il tarixdə ona Təqsirləndirilən şəxs adlı şəxs barəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitəni saxlaması, daşıması haqqında əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatının yoxlanılması məqsədi ilə şöbə rəhbərliyinin göstərişi ilə özünün rəhbərliyi altında, şöbənin digər əməliyyatçıları Şahid1 və Rauf Novruzov olmaqla əməliyyat qrupu yaradılmış və həmin gün axşam saat 21:00 radələrində Təqsirləndirilən şəxs ünvan 2 ünvanı yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs saxladıqları yerdə, saat təxminən 20:30 radələrində Nazim Hacıyev küçəsində əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair videoçəkiliş aparılmışdır. Saxlanılan zaman əlində ağ-qara rəngli sellofan paket olmuşdur. Saxladığı vaxt paketə baxış keçirilən zaman paketin içərisində yaş halda marixuanaya bənzər kütlə aşkar edilmişdir. Hadisə yerinə təkrar baxışa gedilməmiş, əməliyyat video çəkilişi aparıldıqdan sonra şəxsi axtarış və götürmə aparılması üçün 18-ci PŞ-nə gedərək şöbədə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərək paketdən aşkar edilən kütlə qablaşdırılaraq götürülmüşdür. Daha sonra müvafiq protokol tərtib edilərək imzalanmışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitəyə bənzər kütləni tanışı Rəşad adlı şəxsin vasitəsi ilə əldə etdiyini və həmin narkotik vasitəni İran vətəndaşına təhvil verəcəyini bildirmişdir. Rəşad adlı şəxsin barəsində sonradan hər hansı tədbir görülməsi barədə məlumatı olmamışdır. Bildiyinə görə Rəşadın şəxsiyyəti müəyyən edilməmişdir. Sonradan Daşqınənin satışla məşğul olmasına dair məlumatın əldə edilməsi üçün əməliyyat tədbirində iştirak etməmişdir. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq orqanında verdiyi ifadəsi elan olunmuş və o, həmin ifadəni təsdiq etmişdir. Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 25 dekabr 2024-cü il tarixdə tərəfindən Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə edilmişdir. Bununla əlaqədar daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə onun tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də, ondan və Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra o və Zöhrab birlikdə məlumat əsasında 25 dekabr 2024-cü il tarixdə saat 20:36 radələrində ünvan 2 qarşısına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Daşqınənin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin piyada hərəkət etdiyini görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də özünü xx.xx.1998-cu ildə Gürcüstan Respublikası, Marneuli rayonunda anadan olmuş, ünvan 6 ünvanında qeydiyyatda olan və ünvan 4 yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif etmişlər. Daşqınə də əlində saxladığı ağ-qara rəngli sellofan torbanı təqdim edərək içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Həmin sellofan paketin içərisinə baxış keçirilən zaman içərisindən 01 ədəd şalvar, 02 ədəd köynək, bir qədər adi pambıq və qara rəngli parçadan çanta aşkar edilmişdir. Həmin qara rəngli parça çantanın içərisində 01 ədəd sellofan bükümdə yaş halda narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Daşqınə həmin sellofan bağlamanın içərisindən yaş formada bitki mənşəli kütlənin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitənin tanışı Rəşada məxsus olduğunu, narkotik vasitəni İran İslam Respublikasının vətəndaşına vermək üçün üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş yaş halda olan narkotik vasitə marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 607,1 qram olması müəyyən edilmişdir. Sonra aşkar edilmiş kütlə yenidən qara rəngli parça çantanın içərisinə qoyularaq götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirmişlər. Polis şöbəsində tərəfindən Daşqınənin narkotik vasitə qurudulmayan marixuananı təqdim etməsi barədə protokol tərtib edilmişdir. Protokolun doğruluğu iştirakçılar və Daşqınə tərəfindən imzalar ilə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması üçün raportla şöbənin rəhbərliyinə müraciət etmişlər və araşdırma aparılması təhqiqatçı Orxan Qurbanova həvalə edilmişdir. Orxan Qurbanov da Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkillərin iştirakı ilə sonuncunu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs qadın olduğu üçün sonuncunun üzərində keçiriləcək şəxsi axtarışda iştirak etməsi üçün Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 da dəvət edilmişdir. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynində olan göy rəngli cins şalvarın cibindən ümumi vətəndaş pasportunu çıxarıb təqdim edərək üzərində başqa heç bir əşya və predmet olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən aşkar edilmiş və təhqiqatçı Orxan Qurbanova təqdim etdikləri qara rəngli parça çantanın içərisində yaş halda narkotik vasitə qurudulmayan marixuana olan 01 ədəd sellofan bağlamaya baxış keçirilmişdir. Baxış zamanı həmin bağlamanın içərisindən yaş halda narkotik vasitə narkotik vasitə qurudulmayan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bir daha sellofan bağlamanın içərisindən yaş formada olan bitki mənşəli kütlənin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitənin tanışı Rəşada məxsus olduğunu və narkotik vasitəni İran İslam Respublikasının vətəndaşına vermək üçün ona deyiləcək ünvana qoyacağını, bunun qarşılığında ona 1000 manat pul verilməli olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Daşqınə tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir.

9. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

10. “Cinayət işi başlamaq və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 20:36-da ünvan 2 ünvanının qarşısında saxlanılaraq əlində saxladığı sellofan torbadan kustar üsulla hazırlanmış narkotik vasitə olan 360 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüş, Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə 21:10-da gətirilmişdir.

11. Nərimanov RPİ-nin 18-ci PŞ-nin baş əməliyyat müvəkkili polis mayoru Rauf Novruzov, Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməliyyat müvəkkili polis, polis baş leytenantı Şahid2 və Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 20:36-da keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs, ünvan 2 ünvanının qarşısında saxlanılmış və Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə 21:10-da gətirilmişdir.

12. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Orxan Qurbanov tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 20:36-da müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X9 iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur.

13. “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 25 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının yan cibindən ümumvətəndaş pasportunu masanın üzərinə qoyub üzərində olan əşyaların bunlardan ibarət olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu sellofan torbaya baxıldıqda içərisindən bir ədəd boz rəngli şalvar, bir ədəd qəhvəyi rəngli köynək, bir ədəd papaqlı gödəkçə və təmiz pambıq aşkar edilmişdir. Aşkar olunmuş geyim paltarları və pambıq istintaq marağı kəsb etmədiyi üçün şəxsin özünə geri qaytarılmışdır. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır.

14. “Təqdim olunan əşyaya baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman onun əlində saxladığı sellofan paketdən üzəri rəngsiz sellofanla örtülmüş formada olan, qurudulmuş ot formasında bitki mənşəli kütlə aşkar edilərək götürülmüş, üzəri 224 saylı möhürlə möhürlənmiş və qablaşdırılmışdır. Qeyd olunan büküm raporta əlavə edilərək təhqiqata təqdim edildiyindən, həmin bükümdə olan kütləyə şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X9 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı təqdim olunan üzəri skoçlanmış və rəngsiz sellofana bükülmüş büküm açıldıqda, içərisində əlavə sarı rəngli sellofana bükülmüş içərisində nisbətən yaş formada olan bitki mənşəli spesifik iyə malik kütlə aşkar edilmişdir. Sorğu sual zamanı vətəndaş Əfəndiyeva bildirmişdir ki, qeyd olunan kütlə təbii otdur və tanışı Rəşad adlı şəxsə məxsusdur. Həmin otun üzərinə suda həll olunmuş metanfetamin əlavə edilərək isladılıb və həmin kütləni 4000 manat müqabilində İranlı tanımadığı şəxsə vermək üçün üzərində gəzdirmişdir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 7/2043 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bağlamada yaş vəziyətdə çəkisi 360,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmayan marixuanadır.

13. “Cinayət işi üzrə əməlin tövsif edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan Rəşad adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, xeyli miqdarda olmaqla yaş halda ümumi təmiz çəkisi 360,0 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmayan marixuananı əldə edib üzərində saxlamaqla ünvan 8 ünvanının qarşısına daşımış, 25 dekabr 2024-cü il tarixdə saat 20:36 radələrində Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 8 ünvanının qarşısında saxlanılaraq üzərində video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əlində olan ağ-qara rəngli sellofan paketin içərisində 01 ədəd sellofana bükülmüş bükümdə xeyli miqdarda yaş vəziyyətdə təmiz çəkisi 360,0 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmayan marixuana aşkar edilərək götürülməsinə əsasən cinayət işi üzrə əməl Azərbaycan Respublikası CMnin 234.1-ci maddələrindən Azərbaycan Respublikası CM-nin 234.2 və 234.4.1-ci maddəsinə tövsif edilməsi qərara alınmışdır.

14. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 234.4.1-ci maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur.

15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)- 1558/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 25 dekabr 2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir.

16. DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.

17. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X3 tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 1/289 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X1 müraciət etməmişdir.

18. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X19 tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 925/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəstəxanada müalicədə olmamışdır.

19. “CD diskə baxış keçirilməsi haqqında” 07 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 099-760-63- 64 saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 01 yanvar 2024-cü il tarixdən 27 dekabr 2024-cü il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və çıxan sms-lərin siyahısı "xxxx" MMC tərəfindən 1 ədəd “CD” diskə təqdim olunmuş və həmin diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsi ilə X10 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin arasında müxtəlif vaxtlarda telefon əlaqəsinin olması müəyyən edilmişdir.

20. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli, 1002 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.

21. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 xx.xx.2025-ci il tarixli, 562 nömrəli ekspert rəyindən görünür ki, cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinir ki, X6 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir.

22. xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, məhkəmə-bioloji ekspertizanın xx.xx.2024-cü il tarixli, 7/2043 saylı, məhkəmə-psixiatrik ekspertizasının ekspertizasının xx.xx.2025-ci il tarixli, 562 saylı məhkəmə-narkoloji ekspertizasının ekspertizasının xx.xx.2025-ci il tarixli, 1002 saylı rəyləri üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş yaş vəziyyətdə narkotik vasitə qurudulmayan marixuananın ümumi çəkisi 360,0 qram hesab edilməsi, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 360,0 qram olan yaş vəziyyətdə narkotik vasitə qurudulmayan marixuana, "xxxx" MMC-dən alınmış 01 ədəd CD formatlı disk və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 02 ədəd DVD farmatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınması, qalıq qalmış 359,9 qram çəkidə narkotik vasitə qurudulmayan marixuana saxlanış üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilməsi, Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmayan marixuananı əldə etdiyi mənbəni və X10 olduğu yeri müəyyən etmək üçün Azərbaycan Respublikası CM-in 234.2 və 234.4.1-ci maddələri ilə olan ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə başqa cinayət işi ayrılması və icraata qəbul edilərək istintaqı aparılması qərara alınmışdır.

23. Məhkəmənin sorğusuna Nərimanov RPİ-nin xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, ********* saylı cinayət işi üzrə X10 yerinin müəyyən edilməsi istiqamətində əməliyyat tapşırığı verilmiş, onun olduğu yer müəyyən edilmədiyindən AR CPM-in 53.1.1-ci maddəsinə əsasən, cinayət işi üzrə icraat dayandırılmışdır.

24. Məhkəmənin sorğusuna əsasən, AR Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara məruz qalmadığı müəyyən edildiyindən AR CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.

25. Məhkəmənin sorğusuna əsasən, AR ƏN PX-nin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli məktub və tibbi kitabçadan görünür ki, Təqsirləndirilən şəxs bədəninə baxış keçirilən zaman yeni xəsarət və ya zədə izi aşkar edilməmişdir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

26. CM-nin 234.4.1-ci maddəsinə əsasən, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

27. CM-in 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur.

28. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

29. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

30. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

31. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

32. Maddə 56.1.3. qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisəsi müəyyən edilir.

33. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

34. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

35. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

36. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

37. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

38. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

39. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

40. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

41. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

42. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, qurudulmayan marixuananın təmiz halda 25 qramdan 2500 qrama qədəri xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

43. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

44. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

45. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

46. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”:

47. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: ... 5.7.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 saylı Qərarı:

48. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, 9. CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

49. Qərarın 12-ci bəndi. CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı:

50. Qərarın 25-ci bəndi. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

51. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

52. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş onun satış məqsədilə qanunsuz olaraq narkotik vasitəni əldə etməsinə, daşınmasına dair ittiham (CM-in 234.4.1-ci maddəsi) toplanmış sübutlarla tam təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitənin xeyli miqdarda olması, məhkəmədə tədqiq olunmuş digər sübutlar (istintaq hərəkətlərinin protokolları, şahidlərin ifadələri və.s) Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsinə dəlalət edir.

53. Narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, təqdim olunan əşyaya baxış keçirilməsi, həmin maddənin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.

54. Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində ibtidai araşdırma zamanı ondan aşkar olunan narkotik vasitəni satış məqsədilə əldə etməməsi, polis əməkdaşları tərəfindən etirafa məcbur edilməsinə dair qeyd etdiyi xüsusatlara tənqidi yanaşır və həqiqətə uyğun hesab etmir.

55. Belə ki, qeyd olunan xüsusatlar iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, istintaq hərəkətlərinin protokolları, sübutlar, təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi və işin digər faktiki halları ilə tam təkzib olunur.

56. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü sözügedən dəlillər heç bir sübutla dəstəklənmir.

57. Məhkəmə tərkibi, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmədə dindirilərkən ifadəsinə qeyd etdiyi yuxarıda göstərilən xüsusatlara tənqidi yanaşaraq, həmin xüsusatları təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmaq məqsədi güdən, heç bir fakta əsaslanmayan ifadələr kimi qiymətləndirir.

58. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmasına dair qənaətini, iş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il protokolu, “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2024-cü il tarixli protokolu, “Təqdim olunan əşyaya baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokolu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 7/2043 saylı rəyi, “"xxxx" MMC tərəfindən təqdim edilmiş CD diskə baxış keçirilməsi haqqında” 07 fevral 2025-ci il tarixli protokolu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 rəyi, “Sübutların qiymətləndirilməsi haqqında” qərarı, AR Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin xx.xx.2025-ci il tarixli qərarı, AR ƏN PX-nin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli məktub və tibbi kitabça eləcə də, iş materiallarında olan digər sənədlərdə qeyd olunanlar baxımından əsaslı hesab edir.

59. Göründüyü kimi, təqsirləndirilən şəxsin şəxsi axtarış zamanı və ibtidai istintaq zamanı ifadə verərkən təqsirini etiraf edən məzmunda verdiyi ifadələrin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məsələ təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılmamışdır. Sonradan müdafiə tərəfi həmin xüsusatları məhkəmə qarşısında qaldırıldığı zaman məhkəmə qeyd edilənlərə həssaslıqla yanaşaraq, yoxlanılması üçün müvafiq orqanlara müraciət etmiş, nəticədə təqsirləndirilən şəxsin göstərdiyi dəlillər öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CPM-in 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamı təsdiq edən sübutları CPM-in tələblərinə riayət olunmaqla əldə edilmiş hesab edir.

60. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə (CM-in 234.4.1-ci maddəsi) təqsirini təsdiq etdiyi üçün məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı olduğu qənaətinə gəlir.

61. Məhkəmə istintaqı zamanı bir mənalı şəkildə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəni satış məqsədi ilə əldə etmiş, üzərində saxlamaqla daşımışdır.

62. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə bir-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir.

63. İştirakçılığın subyektiv əlamətləri isə odur ki, birincisi iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi də cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etmələrini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər.

64. Göründüyü kimi, işin faktiki hallarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs tanışı ilə aralarında cinayətkar razılaşma olması, təqsirləndirilən şəxs ilə narkotik vasitələrin satışı, satış məqsədi ilə bağlı qabaqcadan razılıq əldə edilməsi iş materiallarında olan yuxarıda sadalanan sübutlarla öz təsdiqini tapır.

65. Eyni zamanda, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə, dövlət ittihamçısının CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş ittihamdan (cinayət təqibindən) imtinası nəzərə alınmaqla, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş cinayət təqibi üzrə icraata ayrıca qərarla xitam verilmişdir.

66. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.

67. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

68. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır.

69. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır.

70. İş materiallarında olan Gürcüstan Respublikasının pasportlarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü və xx.xx.2015-ci il təvəllüdlü olmaqla iki uşağı vardır.

71. Məhkəmə tərkibi, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını AR Cinayət Məcəlləsinin 59.1.4-cu maddəsinə onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.

72. Təqsirləndirilən şəxs əməlində ağırlaşdıran hal müəyyən edilməmişdir.

73. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olduğunu və ağırlaşdıran halın olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

74. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir.

75. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 25 dekabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

76. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

77. Məhkəmə maddi sübutlarla bağlı məsələni müzakirə edərək qeyd edir ki,hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Nərimanov RPİ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 359,9 qram çəkidə narkotik vasitə qurudulmayan marixuana məhv edilməli, həmçinin, 02 ədəd DVD və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır.

78. Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.

79. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 72 (yetmiş iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir.

80. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

81. Məhkəmə eyni zamanda qeyd edir ki, Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 5 (beş) saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası 38 saylı Vəkil Bürosunun vəkili X2 55 (əlli beş) manat məbləğində pul ödənilməlidir.

82. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

h ö k m e t d i:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş cinayət təqibi üzrə icraata ayrıca qərarla xitam verilməsi nəzərə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 25 dekabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan Nərimanov RPİ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 359,9 qram çəkidə narkotik vasitə qurudulmayan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 02 ədəd DVD və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmadığı nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X2 55 (əlli beş) manat məbləğində pul ödənilsin. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Elmin Rüsəmov Hakimlər Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar