Məhkəmə qərarları › İş №1(101)-1256/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1256/2022

06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1256/2022 06.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2, Zərərçəkmiş şəxs, müdafiəçi, Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1999-cu ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Sabirabad rayonunun Osmanlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 1-də yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4.-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 11 mart 2022-ci il saat 17 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi, ev 54 ünvanın qarşısında tanışı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə əlində olan bıçaqdan istifadə etməklə Zərərçəkmiş şəxs sol əlinin barmağından və arxa kürək nahiyəsindən qəsdən vurub ona sol əlin 1-ci barmağının kəsilmiş yarası ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, hemopnevmotoraksla, sol ağciyərin kəsilmiş yarası ilə müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası kimi insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs o, ortaq dostları olan Qılman vasitəsilə tanımışdır. Hadisədən əvvəl onun İsmayılla münasibəti yaxşı olmuşdur. Hadisənin baş verməsinə səbəb İsmayılın maşınından özünə məxsus olan bıçağın itməsi olmuşdur. Belə ki, o, hadisədən 1 ay əvvəl İsmayılın maşınında oturduğundan, İsmayıl ondan bir neçə dəfə bıçağını onun götürüb-götürmədiyini soruşmuş, o, İsmayıla bıçağını götürmədiyini bildirmişdir. Daha sonra İsmayıl ona çölə çıxmağını, Qazelin yanına gəlməsini yazmış, o, 5 dəqiqə sonra evdən çıxanda görmüşdür ki, İsmayıl və Əli qapılarındadır. İsmayıl onu görən kimi ona yumruq vurmaq istəmişdir. Daha sonra onun qardaşı da çölə çıxmış və onlar dava etmişlər. O, İsmayılla, qardaşı isə Əli ilə dalaşmışdır. Bir az sonra isə anası çölə çıxmış və qardaşı ilə Əlini ayırmaq istəmişdir. Əli anasını itələmiş və anası yerə yıxılmışdır. Anasının səsini eşitdikdə o, bıçaqla həm Əlini, həm də İsmayılı vurmuşdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, İsmayıl Əli ilə birlikdə gəlmiş, lakin o, həmin şəxslərin nə məqsədlə gəldiklərini bilməmişdir. O, üzərində bıçaq gəzdirməmiş, lakin Əli və İsmayılın üzərilərində daim bıçaq olduğunu bildiyinə görə, hər ehtimala qarşı evdən bıçaq götürüb çölə çıxmışdır. Real təhlükənin olduğunu bilsə də düşünmüşdür ki, məsələni danışıb həll edə biləcək, buna görə də qardaşına və anasına bu barədə nəsə deməmişdir. Birinci olaraq həmin şəxslər onu vurmuşlar. O, anasının yerə yıxıldığını görüb özünü itirmişdir. Əməlindən peşmandır. Bununla yanaşı, ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunaraq tədqiq edilmiş ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, o, ünvan 1 ünvanda anası, atası və qardaşı Təhməzlə birgə yasayır. Zərərçəkmiş şəxs və Şahid1 təxminən 5-6 ay olar ortaq tanışları vasitəsi ilə tanımış, münasibətləri normal olmuşdur. 11 mart 2022-ci ildə saat 17 radələrində qardaşı Təhməzlə birlikdə evdə olan zaman İsmayıl hazırda xatırlamadığı nömrəsinin “whatsapp” prqramından onun istifadəsində olan ***-***-**-** nömrəsi ilə istifadə etdiyi “whatsapp” proqramına mesaj ataraq maşınından ona məxsus bıçağı götürdüyünü demiş və geri verməyini istəmişdir. O isə İsmayıla mesaj ataraq bıçağı götürmədiyini bildirdikdə İsmayıl ona təkidlə bıçağın olmadığını demişdir. O da əsəbiləşib mesajda ona söyüşlə yoxdursa ona nə aidiyyətinin olduğu cavabını vermişdir. Buna görə telefonda aralarında sözlə mübahisə yaranmışdır. Həmin zaman İsmayıl ona mesaj göndǝrǝrək yaşadıqları evin qarşısında olduğunu və yola çıxmağını tələb etmişdir. O və Təhməz pəncərədən baxan zaman İsmayılın və Əlinin evin kənarındakı yolda olduğunu görmüşlər. Buna görə o, çölə çıxmışdır. Təhməz də bunu görüb onun arxası ilə çölə çıxmışdır. Evin qarşısındakı yola çıxan kimi Əlinin və İsmayılın qapının qarşısında olduğunu görüb əsəbiləşmiş və qapısına gəldikləri üçün ilk öncə Əlinin yaxasından tutmuşdur. Həmin vaxtı Əli ona yumruq atdığı üçün o da Əliyə yumruqla qarşılıq vermiş və bir-birlərini yumruqlamağa başlamışlar. Həmin vaxtı İsmayıl arxada olmuş, bu zaman qardaşı Təhməz onunla Əlinin arasına girmişdir. Əli yumruqla qardaşı Təhməzi vurmuş və Təhməz də yumruqla Əlini vurmuşdur. Təhməz və Əli yaxalaşıb yerə yıxılmışlar. Onlar dalaşan zaman İsmayıl arxadan gəlib onun başından yumruqla vurmuş və buna görə o, dizi üstə yerə yıxılmışdır. Səs-küyə anası Pərvanə bayıra çıxmış və onları aralamağa başlamışdır. Həmin vaxtı Əli ya da İsmayıl anası Pərvanəni itələdiyi üçün anasının ayağı burulmuş və yerə yıxılmışdır. O, anasının yerə yıxılmasını görüb əsəbiləşmiş və əvvəlcədən şalvarının sağ cibində olan bıçağı çıxartmış, bıçağı Əliyə və İsmayıla tərəf 2 dəfə sağa-sola yelləmişdir. Məqsədi Əlini və ya İsmayılı öldürmək olmamış, sadəcə bıçaqla onları özündən uzaqlaşdırmaq istəmişdir. Həmin vaxtı əlindəki bıçaqla Əliyə və ya İsmayıla xəsarǝt yetirməyini bilməmişdir. Səs-küyə qonşular gəlib onları aralamışlar. Qonşular ora gələn zaman Əli və İsmayıl qaçaraq oradan getmişlər. Onlar gedən zaman Əlidən və ya İsmayıldan qan gəlməsini görməmişdir. Sonradan onu və qardaşını 17-ci Polis şöbəsinə polis əməkdaşları aparan zaman ona məlum olmuşdur ki, hadisə zamanı o, bıçaqla İsmayıla və Əliyə xəsarət yetirmişdir. İsmayıl xəstəxanaya aprılmış, Əli isə qolundan xəsarət almışdır. Polis şöbəsində olan zaman o, hadisədə istifadə etdiyi bıçağı könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir (cild 1, iş vərəqi 98-100). Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, **-TT-*** dövlət nişanlı, “Chevrolet Cruse” markalı maşını ilə taksi fəaliyyəti ilə məşğul olur, Vətən Müharibəsi iştirakçısıdır, Xocavənd və Füzuli istiqamətində döyüşmüş və 3 medalla təltif edilmişdir. Təqsirləndirilən şəxs ortaq dostları olan Qılman vasitəsilə tanımışdır. O, maşınında bıçaq saxlamışdır. Sənan bıçağı görüb əlinə götürmüş, o və Sənanın qardaşı bıçağı yerinə qoymasını desələr də, Sənan bıçağı götürüb maşından enmiş və bıçağı başqa maşına qoymuşdur. Daha sonra Sənan geri qayıtmış, lakin bıçaq əlində olmamışdır. O, bıçağı geri istəmiş, lakin bıçağın olduğu maşın getdiyinə görə o, Sənana həmin maşındakılara bıçağı qaytarmaları barədə xəbər etməsini demişdir. Həmin maşındakılar 1 saata geri qayıdacaqlarını demiş, o da oradan getmişdir. Bir həftə sonra bıçağı təkrar soruşanda Sənan ona bıçağın itdiyini demişdir. Hadisədən bir müddət sonra Qılman bıçağı Sənanın əlində gördüyünü ona demişdir. Sənan ona “whatsapp”da yazıb söhbət edəndə o, Sənandan bıçağın onda olub-olmadığını soruşmuş, çünki başqa yerlərdən də eşitdiyinə görə Sənan bıçağı ondan gizli olaraq götürdüyünü demişdir. O, məsələni aydınlaşdırmaq üçün Sənanla danışmaq istədiyini bildirmiş, Sənan isə evlərinin yaxınlığında olan Qazelin yanına gəlməyini istəmişdir. O, Əli ilə birlikdə Qazelin yanına gəlmiş, sonra Sənan ondan evinin yaxınlığına gəlməyini istəmişdir. O, Əli ilə həmin yerə getmişdir. Onlar geri qayıdarkən qapı açılmış və Sənan qışqıraraq onların üstünə hücum etmiş, daha sonra da qardaşı gəlmişdir. Sənan ilk olaraq əlində bıçaqla Əlinin üzərinə hücum etmişdir. O, bunu görüb onları ayırmaq üçün gələndə bıçaq onun əlini kəsmiş, Əli isə özünü müdafiə etmək üçün yumruqla Sənanı vurmuşdur. Sənanın qardaşı ilkin olaraq onları ayırmağa çalışmış, lakin sonradan Sənan Əli ilə, o isə Sənanla dava etmişlər. O, Əlinin yerə yıxıldığını görüb Əlini xilas etməyə çalışmışdır. Hava yağışlı olduğuna görə o, müvazinətini itirib yıxılmışdır. Bu anda ona zərbə dəymiş, lakin o, bıçaqlandığını hiss etməmişdir. Bu zaman artıq ətrafda insanlar olmuşdur. Əlini götürüb maşına tərəf gedəndə başının fırlandığını və ondan isti bir şeyin axdığını hiss etmişdir. Onun üzərində gödəkçə olmuşdur. Əliyə həmin hissəyə baxmasını istəmiş, Əli də həmin hissənin su olduğunu demişdir. Maşına minəndə Əliyə başının fırlandığını, maşını sürə bilməyəcəyini demiş və ondan maşını sürməsini istəmişdir. Maşında olarkən həmin nahiyəyə əl vurmuş və oranın qanadığını görmüşdür. O, maşındakı dəsmalla həmin hissəni sıxmış və Əliyə dərhal xəstəxanaya sürməsini demişdir. Əli onları 5 nömrəli xəstəxanaya aparmış, xəstəxanaya çatanda o artıq özünü itirmişdir. Ona bir zərbə dəymiş və zərbə belinin sol nahiyəsində olmuşdur. Əliyə də bir zərbə dəymiş və zərbə qol nahiyəsində olmuşdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirdi ki, o, bu hadisənin baş verəcəyini ehtimal etməmişdir. Onun Sənanla görüşmək istəməyinin səbəbi onun nə üçün yalan danışdığını soruşmaq istəməyi olmuşdur. Sənan ona “whatsapp”da söymüşdür. Sənan ona evinin yolunu telefonda başa salmışdır. O, taksi fəaliyyəti ilə məşğul olmuş, bıçağı maşında saxlamağına səbəb lazım olduqda özünü müdafiə etmək olmuşdur. Bıçağı həmişə maşında gizli yerdə saxlamışdır. Sənan bıçağı əvvəllər ondan istəməmişdir. Sənan ona bıçağın itdiyini, tapanda geri verəcəyini demişdir. O, təqsirləndirilən şəxslə barışmışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayətinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs yaxın məhəllədə yaşadıqlarından uşaqlıqdan tanımışdır. Təqsirləndirilən şəxsı və qardaşı Sadıyev Təhməzi təxminən bir neçə ay olar ki, İsmayıl vasitəsi ilə tanımış, lakin heç bir münasibətləri olmamışdır. 11 mart 2022-ci ildə saat 17 radələrində o, İsmayılla məhəllədə olan zaman birlikdə maşın üçün ehtiyat hissəsi almaq məqsədi ilə "Ulduz" metrosu istiqamətində getmişlər. İsmayılın maşınını o, idarə etmişdir. İsmayıl orada işini gördükdən sonra həmin vaxtı təsadüfən Sənan İsmayıla mesaj yazmış və onlar bir-biriləri ilə mesajlaşmağa başlamışlar. İsmayılın bildirdiyinə görə, mesajlaşma zamanı İsmayıl Sənandan verdiyi bıçağı geri istəmiş, sonuncu isə bıçağın onda olmadığını bildirib mesajda söyüş söymüşdür. İsmayıl da Sənana yaşadıqları evin yaxınlığında olduğunu və bıçaq məsələsinə aydınlıq gətirmək üçün üzbəüz görüşməyi təklif etmişdir. Buna görə İsmayıl ona maşını Sənanın bildirdiyi ünvan istiqamətində sürməyini demişdir. Məhəllənin başında İsmayıl və o, maşından düşüb Sənanın yaşadığı evin qapısına tərəf getmişlər, lakin qapını tapa bilmədikləri üçün və küçələr dar olduğundan İsmayıl ona geri qayıtmaqlarını demişdir. Buna görə onlar məhəllə ilə yenidən geri maşına tərəf piyada qayıtmışlar. Həmin vaxtı Sənan onların özlərinin evinin qarşısından keçməklərini görüb evin qarşısına, yəni küçəyə çıxmış və çıxan kimi qışqıra-qışqıra ona arxadan hücum etmişdir. Onun həmin vaxtı arxası Sənana tərəf olmuş və cəld arxaya dönərkən Sənanın əlini qaldırıb sağdan sola istiqamətində əlindəki bıçaqla onu vurmaq istəməsini görüb ona bıçaq zərbəsi dəyməməsi üçün dərhal yumruqla Sənanın sifətindən vurmuşdur. Sənanı vursa da, Sənan da əlindəki bıçaqla onun sol qoluna tərəf zərbələr atmışdır. O, həmin vaxtı zərbələrdən yayınmaq üçün sol əli ilə Sənanı uzaqlaşdırmağa çalışmışdır. Həmin vaxtı əlinə bıçağın dəyib-dəyməməsini xatırlamır. Lakin, Sənanın atdığı zərbələrdən hansısa biri onun sol qoluna dəysə də, o, həmin vaxtı xəsarət almağını hiss etməmişdir. Bu zaman Sənanın arxası ilə qardaşı Təhməz də onun üzərinə hücum etmişdir. Təhməz yumruqla onun sifətindən, o da yumruqla Təhməzin sifətindən vurmağa başlamışdır. Həmin zaman İsmayıl gəlib Sənanla dalaşmağa başlamışdır. Bu zaman o, Təhməzlə birbirlərinin sifətinə yumruq zərbələri atıb yaxalaşmışlar. O və Təhməz yaxalaşıb yerə yıxılmışlar. Səs-küyə Sənanın anası, lakin adını bilmədiyi bir nəfər qadın çıxmış və onları aralamağa başlamışdır. Bu zaman necə olduğunu bilmədən onun qolu həmin qadına dəymiş və həmin qadın müvazinətini itirib yerə yıxılmışdır. Səs-küyə qonşular gəlib aralamışlar. Qonşular ora gələn zaman o və İsmayıl oradan maşına tərəf getmişlər və həmin vaxtı İsmayılın döş qəfəsinin sol tərəfini, yəni sol qolaltı nahiyəsini tutduğunu görmüş, nə olduğunu soruşan zaman İsmayıl ona Sənanın onu bıçaqla vurduğunu bildirmişdir. O, İsmayılın vəziyyətini görüb maşının sükan arxasına özü əyləşmişdir. Maşına minən zaman İsmayılın həmin nahiyəsindən qan gəldiyini görmüş və İsmayıl onu xəstəxanaya aparmağını bildirmişdir. O da İsmayılı 5 nömrəli xəstəxanaya gətirmiş və qəbul şöbəsində olan zaman ona məlum olmuşdur ki, dava zamanı o da sol qolundan bıçaq xəsarəti almışdır. Buna görə də onu həmin xəstəxanadan Travmatologiya İnstitutuna aparmışlar və orada onun qoluna tikiş qoyulmuşdur. Sonra isə onu oradan polis əməkdaşları gəlib 17-ci Polis şöbəsinə aparmışlar. O, Sənanın anasını vurub yerə yıxmamış, ola bilsin ki, onunla Təhməzi aralayan zaman bilməyərəkdən qolu qadına dəymiş və həmin qadın da yerə yıxılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, hadisə baş verən gün saat təxminən 16-17 radələrində evdə olan zaman çöldən qışqırıq səsi eşitmişdir. Dərhal çölə çıxmış, qışqırıq səsi olan tərəfə gəlmiş və görmüşdür ki, həmin səs Səidin evinin qarşısından gəlir. Ora gələn zaman Səidin yoldaşının yerdə uzandığını, Səidin oğlu Sənanın tanımadığı bir nəfər cavan oğlanla qarşılıqlı şəkildə dalaşdıqlarını görmüşdür. Onlar bir-birinə yumruq və təpik zərbələri atmışlar. Həmin vaxtı Sənanın qardaşı Təhməzin və digər başqa şəxsin orada olmalarını görməmiş, daha dəqiq desə, fikir verməmişdir. Sənanla dalaşan bir nəfər cavan oğlanı kənara itələmişdir ki, dalaşmasınlar. Həmin vaxtı ora qonşuluqla yaşayan Xəyal da gəlmiş və Xəyala həmin oğlanı oradan uzaqlaşdırmağını bildirmişdir. O da yerdən Səidin yoldaşını qaldırmışdır. Həmin qadını qaldırdıqdan sonra görmüşdür ki, Xəyal Sənanla dalaşan cavan oğlanı və onun yanındakı başqa bir nəfər şəxsi maşınlarına əyləşdirmişdir. O, hadisə yerinə gələn zaman Sənanla dalaşan cavan oğlanın yanında olan digər şəxsin kimisə vurmasını görməmiş, daha doğrusu həmin oğlanın və ya Təhməzin orada olmasına fikir verməmişdir. Sonradan həmin şəxslər oradan gəldikləri maşınla çıxıb getmişlər. Onu da qeyd edir ki, Səidgilin evinin qarşısı dar yoldur və həmin yol sakinlərin gediş-gəlişi üçün nəzərdə tutulmamış, həmin yol sadəcə iki evin arasında olan dar yoldur. Hadisə vaxtı dalaşan şəxslərdən heç kim onu vurmamış və o da heç kimi vurmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki o, **-ZG-*** nömrə nişanlı "Qaz 3303" markalı yük maşının idarə etməklə Dərnəgül yolunda yerləşən taxta bazarında yük daşımaqla ailəsini dolandırır. Adətən hər gün səhər saat 08:00-dan 18:00-dək bazarda olmuş və orada maşınla yük daşımışdır. Həftənin bazar günləri işləməmiş, lakin müştəri çağıranda sifarişə getmişdir. 2022-ci ilin mart ayında saat təxminən 17 radələrində iş olmadığı üçün maşınla yaşadığı evə gəlmiş, maşını həyətdə saxlayan zaman qışqırıq səsi eşitmişdir. Həmin vaxtı məhlədə qonşuluqda yaşayan Fizuli və Baba adlı şəxsin Səid adlı qonşunun evinin qarşısına qaça-qaça getdiklərini görmüşdür. Səidgilin evinin qarşısı dar yoldur və həmin yol sakinlərin gediş-gəlişi üçün nəzərdə tutulmamış, həmin yol sadəcə iki evin arasında olan dar yoldur. O, maşından düşən zaman əsas yoldan keçən 3-4 nəfər cavan oğlanın da kənardan həmin evə tərəf baxa-baxa yolları ilə getdiklərini görmüşdür. O, dərhal Səidgilin evi tərəfə iti addımlarla getmiş, evin qarşısına çatan zaman Sənanın anasının yerə yıxılmış vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxtı Sənanın və qardaşı Təhməzin, tanımadığı 2 nəfər cavan oğlanla qarşılıqlı şəkildə bir-birilərinə yumruq və təpik atdıqlarını görmüş, lakin konkret olaraq kimin kimə vurmasını bilməmişdir. Həmin vaxtı Sənan yarıoturaq vəziyyətdə olsa da, digərləri ayaq üstə olmuşlar. Qonşuları Fizuli yerdə olan qadını ayağa qaldırmış, o və Baba isə dava edənləri, yəni Sənan, Təhməz və 2 nəfər tanımadığı oğlanı aralaşdırmışlar. Onları aralaşdırdıqdan sonra heç bir dava olmamışdır. O, həmin şəxsləri aralaşdırıb maşınlarına yola salmış, onlar maşına minib çıxıb getmişlər. Hadisə vaxtı dalaşan şəxslərdən heç kim onu vurmamış və o da heç kimi vurmamışdır. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Sənan və Təhməz qardaşlarını Nərimanov rayonu, M.Nərimanov küçəsində yerləşən fərdi tikiliyə köçdükdən sonra, yəni təxminən 2 ilə yaxındır ki, qonşuluqdan tanıyır. Onlarla normal münasibətləri vardır. İsmayıl və Əlini isə təxminən 1 ilə yaxındır ki, tanıyır. Onlarla da münasibətləri normal olmuşdur. Dostları onu Baba deyə çağırırlar, çünki o, öz babasının adını daşıyır. 11 mart 2022-ci ildə saat təxminən 17 radələrində yaşadığı evdən çıxıb şəhərə gedərkən Sənangilin həyətindən səs-küyün gəldiyini eşitmişdir. Ora yaxınlaşdıqda Sənan, Təhməz, İsmayıl və Əlinin bir-biriləri ilə dalaşdığını görmüşdür. Lakin, onların hansı səbəbdən dalaşdığını bilməmişdir. Həmin vaxtı Sənanın anası Pərvanə xanım da onları aralamağa çalışmışdır. O da tez yaxınlaşaraq onları sakitləşdirməyə və aralamağa çalışmışdır. Çünki onların hamısı ilə normal münasibətləri olmuşdur. Həm də ki, Pərvanə xanımın onları sakitləşdirə bilmədiyini görüb onlara yaxınlaşmışdır. Həmin vaxtı orada olan şəxslər yaxınlaşaraq onları aralamağa ona kömək etmişlər. Bundan sonra Əli və İsmayıl oradan uzaqlaşaraq İsmayılın avtomobilinə minib çıxıb getmişlər. Dava-dalaş o, gəldikdən təxminən 3-5 dəqiqə ərzində davam etmişdir. Bundan sonra o, “28 May” metrostansiyasına öz şəxsi işləri üçün getmişdir. Polis bölməsinə dəvət olunduqdan sonra bilmişdir ki, Sənan Əlini və İsmayılı bıçaqla yaralamışdır (cild 1, iş vərəqi 137-139). Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş, təqsirləndirilən şəxsin qardaşı X10 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi, ev 54 ünvanında anası və atası ilə birgə yaşayır. Sənan da tutulana qədər onlarla birlikdə yaşamışdır. Mahiyyəti üzrə bildirir ki, 11 mart 2022-ci ildə saat 17 radələrində qardaşı Sənanla evdə birlikdə olan zaman həyətə siqaret çəkmək üçün çıxmaq istəmişlər. Həmin vaxtı qardaşı pəncərədən Əli və İsmayılın qapıda olduğunu görmüş, dərhal evdən çölə çıxmışdır. Sənan çölə çıxandan təxminən 10-15 saniyə sonra o da çölə çıxmış, evin çöl qapısının qarşısına çıxandan sonra İsmayıl və Əlinin Sənanı yumruqla vurduqlarını görmüşdür. Sənan həmin vaxtı yerdə uzanmış vəziyyətdə olmuş və həmin şəxsləri vurmamışdır. O, dərhal qeyd edilən şəxslərə yaxınlaşıb aralamağa başlamışdır. Həmin şəxsləri aralayan zaman ona da yumruq zərbələri dəymiş, lakin onu kimin vurmasını dəqiq görməmişdir. Hava yağışlı olduğu üçün o, Əlini qardaşından aralaşdıran zaman ikisi də yerə yıxılmışdır. İsmayıl ayaq üstə olmaqla qardaşı Sənanı yumruqla vurmuşdur. Həmin vaxtı Əli ilə o, yerdə olarkən Əli onu yumruqla üz nahiyəsindən vurmuş, o, özünü itirməmiş və Əlini özündən və İsmayılı qardaşı Sənandan aralaşdırmağa çalışmışdır. Səs-küyə anası Pərvanə çıxmış, anası da onları aralamaq üçün araya girmiş, bu zaman İsmayıl və ya Əli tərəfindən anasına təpiklə ayaq nahiyəsindən zərbə yetirilmiş və anası həmin vaxtı qışqırıb yerə yıxılmışdır. Anasının qışqırıq səsinə qonşular gəlmiş, qonşular gələndən sonra Əli və İsmayılı onlardan aralamış və qonşuların təkidi ilə oradan uzaqlaşmışlar. Bir neçə saat sonra 17-ci Polis şöbəsinin əməkdaşları gəlib onu və qardaşını Polis şöbəsinə aparmışlar. Şöbədə məlum olmuşdur ki, İsmayıl bıçaqla xəsarət alıb. Hadisə zamanı o, qardaşı Sənanın bıçaqla kimisə vurmasını görməmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq X10 bildirdi ki, hadisə bıçaq üstündə olmuş, İsmayıl və Əli iddia etmişlər ki, Sənan onların bıçaqlarını oğurlamışdır. Hadisə vaxtı o və anası bədən xəsarətləri almışdır. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş, təqsirləndirilən şəxsin anası X7 eyni məzmunlu ifadə verərək şahid X6 göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərşəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, NK-1 - 688 saylı raportdan görünür ki, həmin tarixdə saat 20:44-də 5 saylı xəstəxanadan tibb bacısı Quliyeva Polis şöbəsinə məlumat verǝrǝk, xx.xx.1996-cı il təvəllüdlü, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 40, mənzil 56-da yaşayan Zərərçəkmiş şəxs sol döş qəfəsinin kəsilmiş-deşilmiş yarası, xx.xx.1999-cu il təvəllüdlü Faiq Yusifov küçəsi, ev 42, mənzil 20-də yaşayan Şahid1 sol qolunun ön səthinin kəsilmiş yarası diaqnozu ilə daxil olmasını bildirmişdir (cild 1, iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş könüllü təqdim edilmiş əşyanın götürülməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə zamanı istifadə etdiyi, Şahid1 və Zərərçəkmiş şəxs xəsarət yetirdiyi 01 ədəd gümüşü rəngli, üzərində “Vinchester” yazısı olan qatlanan bıçağı könüllü olaraq təqdim etmiş və həmin bıçaq götürülmüşdür (cild 1, iş vərəqi 10). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri ünvan 2 ünvanın qarşısındakı yol çınqıl tökülmüş və dardır. Qeyd edilən yolun sol kənarında həyətyanı sahəsi olmayan, pəncərələri yola baxan və giriş qapısı həmin yola çıxan bir mərtəbəli, 54 saylı evin yerləşdiyi, sağ kənarında isə başqa bir evin arxa hissəsinin daş divarının yerləşdiyi, yolun sonunda isə boş, istifadədə olmayan hasarlanmış torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Həmin dar yol hər iki tərəfdən daş hasardan ibarətdir və qeyd edilən yolun ümumi istifadədə olan yol olmadığı, sadəcə 54 saylı evin giriş qapısına tərəf və yolun sonu da boş istifadə edilməyən sahəyə getmək üçün keçid məqsədi ilə istifadə edildiyi, vətəndaşların gediş-gəlişinin olmadığı müəyyən edilmişdir (cild 1, iş vərəqi 177-178). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş götürmə və baxış aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, 5 saylı Şəhər Kliniki Xəstəxanasının qəbul şöbəsinin tibb bacısı Sevinc Quliyevadan xx.xx.2022-ci ildə Zərərçəkmiş şəxs xəstəxanaya daxil olan zaman sonuncuya məxsus iş üzrə sübut əhəmiyyəti kəsb edən geyim əşyaları götürülmüş və baxış zamanı müəyyən edilmişdir ki, götürülmüş paltarlar 01 ədəd qara, yaşıl və mirvari rəngdən ibarət parça gödəkçə, 01 ədəd qırmızı rəngli, uzunqol jaket və 01 ədəd boz rəngli, uzunqol alt köynəkdir. Qeyd edilən geyim əşyalarının sol yan hissəsində təxminən 2 sm enliliyində kəsik izi və paltarların üzərində qanabənzər izlər vardır (cild 1, iş vərəqi 127-129). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadələrin yerində yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, şübhəli şəxs Şahid1 hadisə yerində ünvan 3 ünvanındakı evin qapısını göstərərək həmin yerdə xx.xx.2022-ci il saat 17 radələrində tanışı Zərərçəkmiş şəxs ilə birlikdə Təqsirləndirilən şəxs tərəfindən bıçaqla xəsarət aldıqlarını, Təqsirləndirilən şəxs, X8 yumruqla vurduqlarını, həmin şəxslərin də onu yumruq zərbələri ilə vurduqlarını, həmin vaxtı onları aralayan qadına qolu dəydiyi üçün yerə yıxılıdığını bildirmişdir (cild 1, iş vərəqi 72-73). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadələrin yerində yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs hadisə yerində ünvan 4 ünvanındakı evin qarşısını göstərərək həmin yerdə xx.xx.2022-ci il tarixdə saat 17 radələrində qardaşı X10 ilə birlikdə Zərərçəkmiş şəxs və Şahid1 ilə mübahisə etdiklərini, mübahisə zamanı Zərərçəkmiş şəxs və Şahid1 bıçaqla xəsarət yetirdiyini, həmin şəxslərin də onu yumruqla, onun da Şahid1 yumruqla xəsarət yetirdiyini bildirmişdir (cild 1, iş vərəqi 74-75). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadələrin yerində yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, X10 hadisə yerində ünvan 3 ünvanındakı evin qarşısını göstərərək həmin yerdə xx.xx.2022-ci saat 17 radələrində qardaşı Təqsirləndirilən şəxs ilə birlikdə Zərərçəkmiş şəxs və Şahid1 mübahisə etdiklərini, mübahisə zamanı Şahid1, sonuncunun da ona yumruqla xəsarət yetirdiyi yetirdiyini bildirmişdir (cild 1, iş vərəqi 76-77). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadələrin yerində yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs hadisə yerində ünvan 3 ünvanındakı evin qarşısını göstərib həmin yerdə xx.xx.2022ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs tərəfindən bıçaqla xəsarət aldığını bildirmişdir (cild 1, iş vərəqi 175-176). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş üzləşdirmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə zamanı, ibtidai istintaq zamanı ifadəsində qeyd etdiyi xüsasatları Təqsirləndirilən şəxs üzünə deyərək həmin ifadələri bir daha təsdiq etmişdir (cild 2, iş vərəqi 39-43). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş üzləşdirmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə zamanı, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadəsində qeyd etdiyi xüsasatları Təqsirləndirilən şəxs üzünə deyərək həmin ifadələri bir daha təsdiq etmişdir (cild 2, iş vərəqi 34-38). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş üzləşdirmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ilə şahid X10 arasında aparılmış üzləşdirmə zamanı, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etdiyi xüsasatları X6 üzünə deyərək həmin ifadələri bir daha təsdiq etmişdir (cild 2, iş vərəqi 1-6). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş üzləşdirmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş Şahid1 ilə şahid X10 ilə üzləşdirmə zamanı, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etdiyi xüsasatları X6 üzünə deyərək həmin ifadələri bir daha təsdiq etmişdir (cild 2, iş vərəqi 7- 12). İşdə olan “TƏBİB” X17 X12 xx.xx.2022-ci il tarixli, 1480 nömrəli məktubundan görünür ki, ünvan 5 ünvanında yaşayan xx.xx.1965-ci il təvəllüdlü X7 xx.xx.2022-ci il tarixində saat 14:30-da Nəsimi rayon ekspertizasının göndərişi ilə X15 müraciət etmişdir. Xəstınin dediyinə görə həyətində döyülmüşdür. Xəstəyə rentgenoqrafiya olunmuş, tibbi məsləhətlər verimilmişdir. Ona “sol diz oynağı və sol baldır ətrafı yumşaq toxuma əzilməsi” diaqnozu qoyulmuşdur (cild 1, iş vərəqi 160). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizanın xx.xx.2022-cu il tarixli, 321 saylı rəyindən görünür ki:

1. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – hemopnevmotoraksla, sol ağciyərin kəsilmiş yarası ilə müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin, ola bilsin, bıçağın tiyəsinin deşicikəsici təsirindən, sol əlin 1-ci barmağının kəsilmiş yarası iti kənarlı alətin, ola bilsin ki, bıçağın tiyəsinin kəsici təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcələrinə görə hemopnevmotoraksla, sol ağciyərin kəsilmiş yarası ilə müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, sol əlin 1-ci barmağının kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər.

2. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakterinə, yerləşdiyi nahiyələrə əsaslanaraq demək olar ki, həmin xəsarətləri şəxsin yıxılması nəticəsində əmələ gələ bilməsi və özü-özünə yetirə bilməsi inandırıcı deyildir (cild 1, iş vərəqi 181-183). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizanın xx.xx.2022-cu il tarixli, 244 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - alının sağ yan səthinin, sağ dirsək oynağının və sağ diz oynağının sıyrılmış yaraları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (cild 1, iş vərəqi 226- 228). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizanın xx.xx.2022-cu il tarixli, 243 saylı rəyindən görünür ki, X6 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - alının tüklü hissəsinin şişkinli hematoması, alt çənənin və sol göz bucağı nahiyəsinin qançırları, alt dodağın sol yarısının şişkinliyi və iç selikli qişasının səthi əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (cild 1, iş vərəqi 230). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizanın xx.xx.2022-cu il tarixli, 245 saylı rəyindən görünür ki, Şahid1 almış olduğu xəsarətlərdən sol bazunun orta 1/3-nin ön-iç səthinin, fassiyanın və iki başlı əzələsinin hissəvi zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin, ola bilsin, bıçağın tiyəsinin iti kənarının təsirindən, sol əlin 5-ci barmağının əsas və dırnaq falanqalarının sıyrıqları isə küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcələrinə görə sol bazunun orta 1/3-nin ön iç səthinin, fassiyanın və iki başlı əzələsinin hissəvi zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, sol əlin 5-ci barmağının əsas və dırnaq falanqalarının sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (cild 1, iş vərəqi 232-234). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizanın xx.xx.2022-cu il tarixli, 242 saylı rəyindən görünür ki, X3 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sağ diz oynağının və sağ baldırın şişkinli qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi. Törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları uçun dərəcələri təyin edilmir (cild 1, iş vərəqi 236). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutların ekspertizasının xx.xx.2022-ci il tarixli, 189/2022-MTBŞ saylı rəyindən görünür ki:

1. Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu A/lİ/-dir.

2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçə, jaket, alt köynək üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda yalnız AV antigeni alındı. Bu qan ləkələri AB0 sistemi üzrə A/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər Ekspertizaya təqdim edilmiş bıçaq üzərində qana şübhəli ləkələr aşkar olunmadı (cild 1, iş vərəqi 242-246). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutların ekspertizasının xx.xx.2022-ci il tarixli, 157/2022-MTBŞ saylı rəyindən görünür ki:

1. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin, poliverin, alt köynəyin arxa səthində solda bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir.

2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin, poliverin, alt köynəyin arxa sol səthində olan deşilmiş-kəsilmiş zədə, döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur.

3. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin, poliverin, alt köynəyin arxa sol səthində olan deşilmiş-kəsilmiş zədə, döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nisbi olaraq üst-üstə düşür.

4. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan cib bıçaqlarına uyğun gəlir və soyuq silah hesab edilmir (cild 1, iş vərəqi 247-251). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 675 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki xəstəlik, psixi fəaliyyətinin müvəqqəti pozulması, kəmağılılıq və sair psixi xəstəlik qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə cəmiyyət üçün təhlükəli deyil. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 238-240). İşdə olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 165). İşdə olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur (cild 1, iş vərəqi 174). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (cild 1, iş vərəqi 158-159). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan və məktubdan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus 01 ədəd gödəkçə, 01 ədəd jaket (poliver), 01 ədəd alt köynəyi iş üzrə maddi sübut qismində tanınmış, 01 ədəd bıçaq saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc kamerasına, 01 ədəd gödəkçə, 01 ədəd jaket (poliver), 01 ədəd alt köynəyi Zərərçəkmiş şəxs təhvil verilmişdir (cild 2, iş vərəqi 47-69, 71, 100). İşdə olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17 radələrində ünvan 6 ünvanın qarşısında baş vermiş mübahisə zamanı bıçaqla Şahid1 qəsdən vuraraq ona sol bazunun orta 1/3-nin ön-iç səthinin, fassiyanın və iki başlı əzələsinin hissəvi zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası, sol alın 5-ci barmağının əsas və dırnaq falanqalarının sınıqları ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma xüsasatı üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir (cild 2, iş vərəqi 72-73). İşdə olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs müstəntiqdən ona məxsus 01 ədəd gödəkçəni, 01 ədəd jaketi, 01 ədəd alt köynəyi təhvil almışdır (cild 2, iş vərəqi 100). İşdə olan yaşayış yeri üzrə xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs məktəbdə oxuduğu vaxtda müəllimlərin hörmətini qazanmış, Sabirabad rayonu Osmanlı kəndində yaşadığı müddətdə özünü işgüzar və nümunəvi bir gənc kimi aparmış, nümayəndəlik ərazisində ictimai işlərdə fəal iştirak etmişdir. Barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır ( cild 3, iş vərəqi 42). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda eyni zamanda qeyd edilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Xuliqanlıq niyyətinin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli 3 saylı Qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə edir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli sayıla bilməz. Plenumun həmin Qərarının 4-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası CMnin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə hesab edir ki, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə törədilir. Bu zaman münaqişənin təşəbbüskarı kimi təqsirləndirilən şəxs çıxış edir. Ali Məhkəmə Plenumunun qeyd olunan mövqeyini nəzərə alan məhkəmə belə hesab edir ki, həmin tövsiyələr qəsdən adam öldürmə işləri üzrə verilsə də, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri üzrə də xuliqanlıq niyyətinin mahiyyəti ilə eynidir. Məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, hadisənin baş verməsinə səbəb mövcud olmuşdur. Həmin səbəb Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bıçağını tələb etməsi, bu zaman onlar arasında telefon yazışması zamanı mübahisə yaranması, məhz məsələni aydınlaşdırmağın zərərçəkmiş şəxs tərəfindən təklif edilməsi və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin yaşadığı ünvana gəlməsi, orada baş vermiş mübahisənin inkişaf edib dalaşmaya çevrilməsi olmuşdur. Həmin dalaşma zamanı isə Zərərçəkmiş şəxs sağlamlığına Təqsirləndirilən şəxs tərəfindən ağır xəsarət yetirilmişdir. İbtidai istintaq orqanı həmin halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs X9 ilə aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə əlində olan bıçaqdan istifadə etməklə Zərərçəkmiş şəxs kimi insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, cinayətin xuliqanlıq niyyəti ilə törədilməsini təsdiq edəcək mötəbər bir sübut əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında aparılmış Sənanda bıçağın onda olub-olmadığını əks etdirən “whatsapp”da olan yazışmaların müəyyən edilməsi üçün mobil telefonların heç birinə baxış istintaq hərəkətləri aparılmamışdır. Təqsirləndirən şəxsin, zərərçəkmiş şəxsin və Şahid1 də ifadələrində verdikləri ifadələrə əsasən müəyyən etmək olur ki, hadisənin baş verəməsinə səbəb İsmayılın ona məxsus bıçağın kimlərsə tərəfindən oğurlanmasını aydınlaşdırmaq və digər şəxslərdən eşitdiklərindən sonra bıçağın Sənanda olub-olmadığını müəyyənləşdirmək üçün tərəflərin məsələyə aydınlıq gətirmək üçün hadisə baş verən yerə gəlməsi və bıçağın Sənanda olub-olmadığı, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında həll edilməsi zəruri bir səbəbə çevrilmiş və bununla da cinayət hadisəsi Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində yaranmış dalaşma zamanı baş vermişdir. İbtidai istintaq orqanı mübahisənin şəxsi münasibətlər zəminində yoxsa xuliqanlıq niyyəti ilə törədilməsi aydınlaşdırılmamış və ibtidai isintaq ittihamı öz ehtimallarına əsasən vermişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə cinayət törətməsini birbaşa təsdiq edən sübutları əldə etmədən, başqa sözlə, lazımi sübutları toplamadan ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə cinayət törətməsini təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, həmin cinayətə görə təqsirli bilinərək məhkum edilməsi, təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol aça bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmasını müəyyən və təsdiq etmək mümkün olmadı. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə muvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməli və ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və əməlindən peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl müvafiq olaraq ağır cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kateqoriyasına aid olduğundan o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 12 mart 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən barəsində 13 mart 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 12 mart 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 29, 109-113, 185-189; cild 2, iş vərəqi 121-124). Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs kimi tutulduğu 12 mart 2022-ci tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ-nin saxlancına verilmiş Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bıçaq məhv edilməli, Zərərçəkmiş şəxs məxsus 01 ədəd gödəkçənin, 01 ədəd jaketin (poliver), 01 ədəd alt köynəyin ona verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir, məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 12 mart 2022-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına verilmiş, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bıçaq məhv edilsin. Digər maddi sübutlar - 01 ədəd gödəkçənin, 01 ədəd jaketin (poliver), 01 ədəd alt köynəyin Zərərçəkmiş şəxs verilməsi nəzərə alınsın. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar