Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1256/2024 24.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi sədrlik edən hakim X3, hakimlər Kərimova Mahirə Nəzər qızı və Məmmədov Fəxri Afiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1980-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, yetkinlik yaşına çatmayan bir uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui istifadə etməklə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs iştirak etdiyi tenderi udaraq müəssisəni maşın yağları ilə təmin etməli olduğuna inandıraraq ondan nisyə olaraq aldığı müxtəlif markalı maşın yağlarını sataraq əldə etdiyi pul vəsaitini ona verəcəyinə yalandan vəd verib hissə-hissə olmaqla xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Babək prospekti 48 ünvanında yerləşən adsız mağazadan ilkin olaraq cəmi dəyəri 3853 manat olan 1100 manat dəyərində 20 ədəd 5 litr həcmində Romax 5W30 markalı, 900 manat dəyərində 20 ədəd 4 litr həcmində Romax 5W30 markalı, 576 manat dəyərində 48 ədəd 1 litr həcmində Romax 5W30 markalı, 440 manat dəyərində 8 ədəd 5 litr həcmində Romax 5W40 markalı, 360 manat dəyərində 8 ədəd 4 litr həcmində Romax 5W40 markalı, 288 dəyərində 24 ədəd 1 litr həcmində Romax 5W40 markalı, 320 manat dəyərində 8 ədəd 5 litr həcmində Romax 10W40 markalı, 280 manat dəyərində 8 ədəd 4 litr həcmində Romax 10W40 markalı, 120 manat dəyərində 12 ədəd 1 litr həcmində Romax 10W40 markalı, 640 manat dəyərində 4 ədəd 20 litr həcmində Romax 10W40 markalı, 240 manat dəyərində 4 ədəd 4 litr həcmində SP-4 markalı, 240 manat dəyərində 4 ədəd 4 litr həcmində SP-3 markalı avtomobil yağlarını, xx.xx.2022-ci il tarixdə cəmi dəyəri 2299 manat olan 2700 manat dəyərində 60 ədəd 4 litr həcmində WS Romax markalı, 440 manat dəyərində 08 ədəd 5 litr həcmində Romax 5W30 markalı,144 manat dəyərində 12 ədəd 1 litr həcmində Romax 5W30 markalı avtomobil yağlarını, xx.xx.2022-ci il tarixdə cəmi dəyəri 5331 manat olan 480 manat dəyərində 08 ədəd 4 litr həcmində WS markalı, 480 manat dəyərində 08 ədəd 4 litr həcmində SP-4 markalı, 880 manat dəyərində 16 ədəd 5 litr həcmində Romax 5W30 markalı,1800 manat dəyərində 40 ədəd 4 litr həcmində Romax 5W30 markalı, 720 manat dəyərində 60 ədəd 1 litr həcmində Romax 5W30 markalı, 880 manat dəyərində 16 ədəd 5 litr həcmində Romax 5W40 markalı, 720 manat dəyərində 16 ədəd 4 litr həcmində Romax 5W40 markalı, 432 manat dəyərində 36 ədəd 1 litr həcmində Romax 5W40 markalı, 280 manat dəyərində 8 ədəd 4 litr həcmində Romax 10W40 markalı, 320 manat dəyərində 8 ədəd 5 litr həcmində Romax 10W40 markalı, 240 manat dəyərində 24 ədəd 1 litr həcmində Romax 10W40 markalı, 384 manat dəyərində 48 ədəd 1 litr həcmində Antifris Consentrat markalı avtomobil yağlarını, xx.xx.2022-ci il tarixdə cəmi dəyəri 448 manat olan 640 manat dəyərində 4 ədəd 20 litr həcmində Romax 10W40 markalı avtomobil yağlarını, xx.xx.2022-ci il tarixdə cəmi dəyəri 4276 manat olan 660 manat dəyərində 12 ədəd Romax 5W40 markalı, 540 manat dəyərində 12 ədəd Romax 5W40 markalı, 432 manat dəyərində 36 ədəd Romax 5W40 markalı, 640 manat dəyərində 16 ədəd Romax 10W40 markalı, 560 manat dəyərində 16 ədəd Romax 10W40 markalı, 360 manat dəyərində 36 ədəd Romax 10W40 markalı, 660 manat dəyərində 12 ədəd Romax 5W30 markalı, 288 manat dəyərində 24 ədəd Romax 5W30 markalı, 480 manat dəyərində 08 ədəd SP-4 markalı, 240 manat dəyərində 04 ədəd SP-3 markalı, 480 manat dəyərində 08 ədəd WS markalı, 768 manat dəyərində 96 ədəd Antifris Consentrat markalı avtomobil yağlarını, xx.xx.2022-ci il tarixdə cəmi dəyəri 32789 manat olan 700 manat dəyərində 20 ədəd 5 litr həcmində Romax 15W40 markalı, 1600 manat dəyərində 10 ədəd 20 litr həcmində Romax 10W40 markalı, 650 manat dəyərində 05 ədəd 20 litr həcmində Romax 15W40 markalı, 1152 manat dəyərində 144 ədəd 1,5 litr həcmində Antifris Consent markalı, 1440 manat dəyərində 120 ədəd 1 litr həcmində Romax 5W30 markalı, 1440 manat dəyərində 120 ədəd 1 litr həcmində Romax 5W40 markalı, 1200 manat dəyərində 120 ədəd 1 litr həcmində Romax 10W40 markalı, 6600 manat dəyərində 120 ədəd 5 litr həcmində Romax 5W30 markalı, 5400 manat dəyərində 120 ədəd 4 litr həcmində Romax 5W30 markalı, 6400 manat dəyərində 160 ədəd 5 litr həcmində Romax 10W40 markalı, 1960 manat dəyərində 56 ədəd 4 litr həcmində Romax 10W40 markalı, 1500 manat dəyərində 60 ədəd 5 litr həcmində Omeqa 10W40 markalı, 1200 manat dəyərində 20 ədəd 4 litr həcmdə SP-3 markalı, 1200 manat dəyərində 20 ədəd 4 litr həcmində SP-4 markalı,1200 manat dəyərində 20 ədəd 4 litr həcmdə WS markalı, 1200 manat dəyərində 20 ədəd 4 litr həcmdə TİV markalı, 6600 manat dəyərində 120 ədəd 5 litr həcmində Romax 5W40 markalı, 5400 manat dəyərində 120 ədəd 4 litr həcmində Romax 5W40 markalı avtomobil yağlarını,xx.xx.2022-ci il tarixdə cəmi dəyəri 5390 manat olan 3600 manat dəyərində 80 ədəd 4 litr həcmində Romax 5W30 markalı, 3600 manat dəyərində 80 ədəd 4 litr həcmində Romax 5W40 markalı, 320 manat dəyərində 08 ədəd 5 litr həcmində Romax 10W40 markalı, 120 manat dəyərində 12 ədəd 1 litr həcmində Romax 10W40 markalı, 60 manat dəyərində 01 ədəd 4 litr həcmdə WS markalı avtomobil yağlarını alaraq sonuncu dəfə 5390 manat pul vəsaitindən 3500 manat ödəməklə, cəmi 50886 manat dəyərində maşın yağlarını vahid qəsdlə əhatə olunan niyyət ilə almış, verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs cəmi 50886 (əlli min səkkiz yüz səksən altı) manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, o, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, verilmiş ittihamla razıdır, ittihamda olanları təsdiq eidr. O, qeyri-rəsmi yağ işi ilə məşğul olmuşdur. Götürdüyü pulları şəxsi problemləri üçün xərcləmişdir. Zərərçəkmiş şəxsi 2018-2019-cu illərdən tanıyır. Məhkəmə dövründə vurulmuş ziyanı tam ödəyib və barışıblar. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2020-ci ildən tanıyır.O, Nazimin Bakı şəhəri Xətai rayonu Babək prospekti 48 ünvanında yerləşən mağazasından dəfələrlə nağd və ya nisyə olmaqla mal alaraq pulunu ödəmişdir. Bu qayda ilə aralarında normal münasibətlər yaranmışdır. 2022-ci ilin əvvəllərində həmin mağazaya gedərək Nazimlə danışdığı zaman Nazimə tenderdə iştirak edərək tenderi udduğunu və müəssisəni mühərrik yağları ilə təcili təmin etməli olduğunu bildirmişdir. Nazimə mühərrik yağlarını satdıqdan sonra pulunu ödəyəcəyini bildirmişdir. Nazim də onunla razılaşmış və ilk dəfə xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Nazimin işlədiyi mağazaya gələrək mağazadan 5504 manat dəyəri olan müxtəlif markalı mühərrik yağlarını götürmüş, razılaşmalarına görə həmin mühərrik yağları satıldıqdan sonra həmin pul vəsaitinin 30 faizi onun qazancı olmalıydı. Həmin mühərrik yağlarını avtomobilə yükləyərək aparmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə 2290 manat, xx.xx.2022-ci il tarixdə 5331 manat, xx.xx.2022-ci il tarixdə 448 manat, xx.xx.2022-ci il tarixdə 4276 manat, xx.xx.2022-ci il tarixdə 32789 manat və xx.xx.2022-ci il tarixdə 5390 manat dəyərində müxtəlif mühərrik yağlarını eyni qaydada Nazimdən götürmüşdür. Ümumilikdə Nazimdən 54377 manat dəyərində məhsul götürmüşdür. Sonuncu dəfə Nazimdən mal götürəndə Nazimə 3500 manat pul ödəmiş və qalan pulu 1 həftəyə ödəyəcəyini demişdir. Bir həftədən sonra Nazim ona zəng edərək pulunu istədikdə o Nazimi müxtəlif bəhanələrlə aldadaraq yaxın müddətdə pulunu ödəyəcəyini bildirmişdir. O Nazimdən aldığı mühərrik yağlarını mühərrik yağı satışı ilə məşğul olan şəxslərə sataraq əldə etdiyi pulu borclarının bağlanılmasına sərf etmişdir. Əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs külli miqdarda mühərrik yağlarını götürərək pulunu ödəməməkdə məqsədi ayrı-ayrı şəxslərə olan külli miqdarda borcunu bağlamaq olmuşdur. Belə ki o, Nazimi aldadaraq götürdüyü mühərrik yağlarını sataraq ayrı-ayrı şəxslərə satmaqla əldə etdiyi pul vəsaiti ilə borclarını bağlamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, hadisə ittiham aktında göstərilən kimi olmuşdur. Samiri 2018-2019-cu illərdən tanıyır. Təqsirləndirilən şəxslə münasibətləri yaxşı olmuş, bir dəfə gəlmişdir ki, tenderdə udub, müəyyən yağlar lazımdır. 3-4 ay ərzində müəyyən qədər götürmüş, axır-axırlarda lap çox götürmüşdür. Samirin əvvəlllər kimisə aldatmasının şahidi olmamışdır. Məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tam ödəyib və barışıblar. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 4 il olar ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 48 ünvanında yerləşən avtomobil mühərrik yağının satışına dair fəaliyyət göstərən mağazada işləyir. Onun işi müxtəlif markalı mühərrik yağlarının alış və satışını həyat keçirməkdən ibarətdir. Təqsirləndirilən şəxs təxminən 3 il olar ki, tanıyır, belə ki, Samir mağazanın əvvəllər müştərisi olmuş, dəfələrlə ondan nağd şəkildə və ya nisyə mal almış, sonradan pulunu ödəmişdir. Bu qayda ilə Samirlə aralarında normal münasibətlər yaranmışdır. Təxminən 2022-ci ilin yanvar ayının əvvəllərində Samir Babək prospektində olan mağazaya gələrək hansısa tenderdə iştirak etdiyini və tenderi udduğunu deyərək həmin müəssisəni avtomobil mühərrik yağları ilə təcili təmin etməli olduğunu və 70.000 manatlıq mühərrik yağı götürməli olduğunu demişdir. O da Samirə inandığı üçün ona mühərrik yağı verə biləciyini demişdir. Samir yağlan satdıqdan sonra pulları ödəyəcəyini demişdir. Samir birinci dəfə 17 yanvar 2023-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 48 ünvanında yerləşən mağazaya gəlmiş və mağazadan satış dəyəri 5504 manat olan müxtəlif markalı mühərrik yağları götürmüş həmin yağlardan 30 faiz onun qazancı olmaqla 3853 manatlıq mühərrik yağı götürüb, avtomobilə yükləyərək aparmışdır. O bu barədə qaimə yazaraq bir surətini Samirə vermişdir. Bundan sonra Samir xx.xx.2022-ci il tarixdə eyni qaydada 2290 manat, xx.xx.2022-ci il tarixdə 5331 manat, xx.xx.2022-ci il tarixdə 448 manat, xx.xx.2022-ci il tarixdə 4276 manat, xx.xx.2022-ci il tarixdə 32789 manat və xx.xx.2022-ci il tarixdə 5390 manat dəyərində müxtəlif markalı mühərrik yağlarını götürmüşdür. O bu barədə hər dəfə qaimə tərtib etmişdir. Beləliklə Samir ondan cəmi 54377 manat dəyərində mühərrik yağı götürmüşdür. Sonuncu dəfə malı götürərəkən Samir pulu bir həftəyə qaytaracağını vəd etsə də sonuncu dəfə mal götürərkən təxminən 3500 manat məbləğində pul ödəmiş, yerdə qalan pulu bir həftəyə ödəyəcəyini vəd etsə də heç bir məbləğdə pul ödəməmişdir. O Samirin pulu ödəmədiyini görüb ona tez-tez zəng etməyə başlamışdır, lakin Samir hər dəfə müxtəlif bəhanələr gətirərək, pulu ödəməkdən boyun qaçırmağa başlamışdır. O Samirin hərəkətlərindən şübhələnib maraqlanmağa başlamış və Samirin heç bir tenderi udmadığını, ondan aldığı mühərrik yağlarını müxtəlif şəxslərə sataraq öz borclarını qaytardığını bilmişdir. Bu barədə Samirə demiş, Samir də etiraf edərək, borcu olduğu üçün belə hərəkət etdiyini onu aldatdığını etiraf etmişdir. O Samirin pulu ödəmədiyini görüb bu barədə şikayət etmişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs 3 il olar ki, tanıyır, Samiri əvvəlcə müştəri kimi tanımış, sonradan isə bir neçə dəfə ondan mühərrik yağı almışdır. Samirlə arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri Xətai rayonu Babək prospekti 48 ünvanında “Maşın bazarı”nın içərisində avtomobil mühərrik yağlarının satışı üçün fəaliyyət göstərən sökülməkdə olan mağazadır. Baxış keçirilən zaman çəkilmiş fotoşəkillər cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli “Sənədlərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs 07 ədəd qaimə fakturada «Samir ***-***-**-**» kimi adı qeyd olunan şəxsə xx.xx.2022-ci il tarixdə 3853 manat, xx.xx.2022-ci il tarixdə 2299 manat, xx.xx.2022-ci il tarixdə 5331 manat, xx.xx.2022-ci il tarixdə 448 manat, xx.xx.2022-ci il tarixdə 4276 manat, xx.xx.2022-ci il tarixdə 32789 manat və xx.xx.2022-ci il tarixdə 5390 manat dəyərində müxtəlif markalı maşın yağlarını satmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət (əməlinin) tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə görə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - dələduzluq cinayətini ehtiva edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə görə;
1. Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır.
2. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.
3. Bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin ifadələri, hadisə yerinə baxış protokolu, sənədlərə baxış keçirilməsi haqqında protokol və işdə olan digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə görə - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X6rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin Məcəllənin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bununla yanaşı, cinayət işinin materiallarından və elektron məhkəmə informasiya sistemindən görünür ki, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmayan bir uşağı var. Məhkəmə təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını, yetkinlik yaşına çatmayan bir uşağının olmasını, hazırkı cinayət işi üzrə vurulmuş ziyanı tam ödəməsini, barışıq əldə olunmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini, vurulmuş ziyanın 50886 manat olmasını və digər halları, həmçinin cəzanı yüngülləşdirən halların məcmusunu, cəzasını ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alaraq hesab edir ki, şəxs təqsirli bilindiyi CM-nin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, lakin ona təyin olunan azadlıqdan məhrumetmə növündə cəza şərti olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci madəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə görə isə məhkəmə şərti məhkumetmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası cəzanı yüngülləşdirən halların məcmusunu, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini əsas götürərək, eləcə də Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyələrini nəzərə alaraq bu qənaətə gəlir və təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021-ci il tarixli qərarı ilə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında dəyişiklik edilmiş və məhkəmələrə tövsiyyə olunmuşdur ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə tərkibi təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində təqsirləndirilən şəxsin davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən yaşayış yerini dəyişməmək bir vəzifə olaraq tapşırılmalıdır. Cinayət işinin materiallarında olan “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixədək “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs ibtidai araşdırma dövrü ərzində 02 (iki) ay 16 gün müddətində tutulmaqla həbsdə və ev dustaqlığında olmuşdur. Təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilməli (əvəz edilməli) və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan 07 ədəd qaimə - faktura hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 32 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq qödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəza 03 (üç) il 06 (altı) ay sınaq müddəti müəyyən edilərək şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən (daimi) yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun (daimi) yaşadığı yer üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilsin (əvəz edilsin). Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 07 ədəd qaimə - faktura hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcinin, mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 192 manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.