Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1257/2022 20.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, mülki iddiaçının nümayəndəsi Nümayəndə, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, “Verdiktum” Vəkil Bürosunun vəkili - Müdafiəçi2, 2 saylı Vəkil Bürosunun vəkili - Müdafiəçi1, 13 saylı Vəkil Bürosunun vəkili - Müdafiəçi3 və 12 saylı Vəkil Bürosunun vəkili - Müdafiəçi4 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1985-ci il tarixdə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli- himayəsində iki nəfər azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, ev 35, mənzil 14də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 27 aprel 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2 və 206.3.3-cü maddələri, 16 avqust 1989-cu il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli-himayəsində iki nəfər azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, 29 aprel 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 206.3.2 və 206.3.3-cü maddələri, xx xxxxxxx 1989-cu il tarixdə Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli-himayəsində iki nəfər azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Zəyəm Cırdaxan ərazi dairəsi, Zəyəm Cırdaxan kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi, 584-cü sahədə yerləşən fərdi evdə yaşayan, 04 may 2022ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2 və 206.3.3-cü maddələri, xx xxxxxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli-himayəsində iki nəfər azyaşlı uşağı olan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda yaşayan, 05 may 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Sadiq oğlunun Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs - "xxxx" QSC, Aviasiya Təhlükəsizlik Baş İdarəsi X2 Təşkili İdarəsi X2 Təşkili Xidmətində aviasiya təhlükəsizliyinə baxış və nəzarət üzrə mütəxəssis vəzifəsində işlədiyən Təqsirləndirilən şəxs1 xidməti vəzifəsi “Bakı Karqo Terminalında” anbardan çıxan yüklərə nəzarət etməkdən və kənar müdaxilələrin qarşısını almaqdan ibarət olmaqla sərbəst hərəkətinə icazə verilməsi səbəbindən üzərində şəxsi yoxlama aparılmayacağına əmin olduğuna görə vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə 2021-ci ilin sentyabr ayında sahibkarlıq fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs4 Sadiq oğlu, “Azərbaycan Hava Yolları“ QSC "xxxx" Biznes Aviaşirkəti MMC “X11” filialı perron xidməti üzrə departamentinin yük-hava gəmiləri üzrə xidmətində perronda xidmət üzrə supervayzer vəzifəsində işləməklə müxtəlif ölkələrə yük aparan təyyarələrdə yüklərin yüklənməsi və boşaldılması işlərinə nəzarət edən Təqsirləndirilən şəxs2 və sonuncunun vasitəsi ilə eyni xidmətdə supervayzer vəzifəsində işləyən Təqsirləndirilən şəxs3 ilə xeyli miqdarda mobil telefonlardan ibarət malları qəsdən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirmək məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs4 Sadiq oğlu X6 Çikaqo şəhərində cinayətlərin törədilməsindən məlumatı olmayan istintaqla şəxsiyyəti müəyyən edilməmiş tanışı vasitəsi ilə hər birinin dəyəri 3000 manat olmaqla cəmi 30000 manat dəyərində 10 ədəd “İphone 13 PRO Sierra Blue 256 GB” markalı, hər birinin dəyəri 3000 manat olmaqla cəmi 12000 manat dəyərində 4 ədəd “İphone 13 PRO Graphite 256 GB” markalı, hər birinin dəyəri 3000 manat olmaqla cəmi 6000 manat dəyərində 2 ədəd “İphone 13 PRO Silver 256 GB” markalı, hər birinin dəyəri 3000 manat olmaqla cəmi 6000 manat dəyərində 2 ədəd “İphone 13 PRO Gold 256 GB” markalı, hər birinin dəyəri 2800 manat olmaqla cəmi 5600 manat dəyərində 2 ədəd “İphone 13 PRO Graphite 128 GB” markalı, bir ədəd 2800 manat dəyərində “İphone 13 PRO Sierra Blue 128 GB” və bir ədəd 2800 manat dəyərində “İphone 13 PRO Silver 128 GB” markalı, ümumilikdə xeyli miqdarda, 65200 (altmış beş min iki yüz) manat dəyərində mobil telefonları əldə edib həmin telefonların hər birinə görə 150 manat pul verəcəyini vəd verərək ABŞ-ın Çikaqo şəhərindən təhvil alaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsini Təqsirləndirilən şəxs1 xahiş etmiş, Təqsirləndirilən şəxs1 isə öz növbəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətiriləcək mobil telefonların hər birinə görə ona vəd verilən 150 manat pulun yarısını mobil telefonların ABŞ-ın Çikaqo şəhərindən təhvil alınıb qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsi qarşılığında yük təyyarələri ilə xarici ölkələrə səfər edən Təqsirləndirilən şəxs2 təklif etmiş, Təqsirləndirilən şəxs2 isə həmin mobil telefonların 11 ədədini öz qiymətinə alacağına razılaşdıqdan sonra həmin vaxt xidmətdə olmadığından qeyd edilən mobil telefonların ABŞ-ın Çikaqo şəhərində təhvil alıb qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirməsini 23 sentyabr 2021-ci il tarixdə yük təyyarəsi ilə ABŞ-ın Çikaqo şəhərinə uçan Təqsirləndirilən şəxs3 xahiş etmiş, Təqsirləndirilən şəxs3 razılaşaraq 24 sentyabr 2021-ci il tarixdə ABŞ-ın Çikaqo şəhərində, qaldığı “Marriot” oteldə sözügedən 22 ədəd mobil telefonları qəbul edib 26 sentyabr 2021-ci il tarixdə, saat 20 radələrində X10 Aeroportunun “Bakı Karqo Terminalı”nın yük təyyarələri üçün nəzərdə tutulan dayanacağına eniş edərək onları gömrük nəzarətinə təqdim etməli olduğu halda “Bakı Karqo Terminalı”nda gömrük postlarınadək olan hissədə yerləşən fəhlələr üçün nəzərdə tutulan soyunub-geyinmə otağında yerləşən, Təqsirləndirilən şəxs2lə ümumi istifadələrində olan dolaba qoyaraq sonuncuya məlumat vermiş, Təqsirləndirilən şəxs2 isə öz növbəsində Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra Təqsirləndirilən şəxs1 28 sentyabr 2021-ci il tarixdə xidmətə çıxaraq qeyd edilən mobil telefonları hissə-hissə əynindəki xidməti geyim şalvarının bel hissəsində gizlətməklə və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinin inzibati ərazisində yerləşən X10 X12 Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Bakı Karqo Terminalı Hava Limanı” gömrük postundan, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirməklə 10 ədədini “Bakı Karqo Terminalı”nın qarşısındakı avtodayanacaqda saxladığı və özünün idarəsində olan “Mercedes-Benz” markalı, “E-240” modelli, ** EX *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağının qarşısındakı sağ ayaqaltının altında, 11 ədədini sol ayaqaltının altında gizlətmiş, 1 ədədini isə sol oturacağın arxa hissəsində olan cibə qoymuş və 28 sentyabr 2021-ci il tarixdə, saat 14 radələrində gömrük əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində qeyd edilən mobil telefonlar avtomobildən aşkar edilərək götürülmüşdür. Qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 206.3.2 və 206.3.3-cü maddələrində, Təqsirləndirilən şəxs4 Sadiq oğlu isə Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 münasibətdə Azərbaycan Respublikası CM-nin 206.3.2 və 206.3.3-cü maddələri, Təqsirləndirilən şəxs4 Sadiq oğluna münasibətdə isə Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 vəzifəli şəxs olaraq özlərinin qulluq mövqelərindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Təqsirləndirilən şəxs4 isə qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdar təşkil edən mobil telefon aparatlarını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə başqa xarici dövlətdən Azərbaycan Respublikasına gətirmələri, yəni onlara qarşı irəli sürülmüş ittiham üzrə təqsirlilikləri tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı zamanı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs4 Sadiq oğlu ona qarşı Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, “Tarqovıy” adlanan ərazidə yerləşən “Mobilka Baku” mobil telefonların, onların aksessuarlarının alqı satqısını və təmirini həyata keçirən dükanda mobil telefonların təmiri ilə məşğul olmuşdur. Mobil telefon dükanında işlədiyindən hadisədən təxminən bir il yarım əvvəl Elnur adlı dostu onu mobil telefon və onların aksessuarlarının Azərbaycana gətirib satmaq fikrinə düşərsə müraciət etməsi üçün ABŞ-ın Çikaqo şəhərində yaşayan və bizneslə məşğul olan Əli adlı şəxslə tanış etmişdir. Elnur onun mobil telefon nömrəsini Əliyə, Əlinin isə ABŞ operatoruna məxsus +1(***)******* saylı telefon nömrəsini ona vermiş və onlar mobil əlaqə yaratmaqla tanış olmuşlar. Lakin Əlini görməmiş, sadəcə mobil telefonla həmin məsləyə görə tanış olmuşdur. Sonradan Elnur adlı dostu da Kanadaya köçmüş, ondan sonra onlar, yəni özü və Əli bir müddət sosial şəbəkələr vasitəsi ilə əlaqə saxlayıb hal-əhval tutmuşlar. 2021-ci ilin təxminən iyun ayında həmin Əli adlı şəxs «WhatsApp» və ya «Teleqram» proqramı vasitəsi ilə zəng edib “İphone” markalı telefonların təzə modeli, yəni “13 Pro” modelinin çıxdığını və əgər istəsə, onları Bakıya göndərə biləcəyini və yaxşı qazanc əldə edə biləcəklərini demişdir. Həmin mobil telefonların Azərbaycana göndərməsi qaydası barədə soruşduqda, o, Əliyə bu işdən məlumatının olmadığını demişdir. Bundan sonra Əliyə “Bakı Karqo Terminalı”nda mühafizəçi işləyən bir tanışının olduğunu bildirib qaydalar barədə ondan soruşaraq xəbər edəcəyini demişdir. Təqsirləndirilən şəxs4 ifadəsinin davamında göstərdi ki, “Bakı Karqo Terminalı”nda mühafizəçi işləyən, hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxs1 ilə hadisədən təxminən 3-4 il əvvəl tanış olmuş və aralarında normal tanışlıq münasibətləri olmuşdur. Əli ilə danışdıqdan təxminən 2-3 gün sonra o, Təqsirləndirilən şəxs1 zəng edib ABŞ-nın Çikaqo şəhərində olan tanışı Əli adlı dostunun satışını həyata keçirmək üçün Azərbaycana mobil telefon göndərmək istədiyini demiş, həmin telefonları rəsmi qaydada Azərbaycana gətirmə qaydalarını ondan soruşmuş, Emin isə dəqiqləşdirdikdən sonra ona xəbər verəcəyini bildirmişdir. Sonradan Emin ona mobil telefonları rəsmləşdirmədən keçirə biləcəyini dediyindən ona bu işlərlə məşğul olacaqsa, gedib vergi ödəyicisi kimi qeydiyyatdan keçib VÖEN almasını və mobil telefonların gömrük rüsumu barədə məlumat əldə etməsini təklif etmişdir. Belə ki, mobil telefonlar üçün gömrük rüsumları ödəmək lazım olduğunu öyrənib bilmişdir. Təxminən 1 ay sonra Emin ona zəng edib həmin mobil telefonları ABŞ-dan yarısını Amerikada olan qiymətlə özünün götürəcəyi, qalan yarısının hər birinə görə 150 manat pul alacağı şərti ilə gətizdirə biləcəyini demişdir. Həmin marka telefonlar yeni istehsal olduğundan və hələ ki, Azərbaycanda kütləvi satışı olmadığından gətirəcəkləri təqdirdə xeyir qalacağını fikirləşib Eminin şərtləri ilə razılaşmışdır. ABŞ-da mobil telefonların hər yeni modeli çıxdıqda, bir nəfərə ancaq bir mobil telefon satıldığından Əli ABŞ-da özündən başqa 21 nəfər taparaq və onların hər birinə 100 ABŞ dolları pul verəcəyini vəd edərək 22 ədəd “İphone” markalı “13 Pro” modelli mobil telefon almış, Əli ilə hər mobil telefona görə 100 ABŞ dolları, yəni 2200 ABŞ dolları pulu Əlinin özünə götürəcəyi barədə razılığa gəlmişlər. Belə ki, mobil telefonlar yeni çıxdığından Azərbaycanda baha sata biləcəyini və qazanc əldə edə biləcəyini düşünmüşdür. Bu səbəbdən də onun təklifi ilə razılaşmış və Eminə sənədləşmə işlərinə başlamasını bildirmişdir. Bundan sonra Əlinin mobil telefon nömrəsini Eminə, Eminin mobil telefon nömrəsini isə Əliyə vermişdir. O, Əliyə mobil telefonların Azərbaycana gətirilib rəsmiləşdirmə işləri ilə Eminin məşğul olacağını demiş və onunla əlaqə saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs4 ifadəsinin davamında daha sonra göstərdi ki, 2021-ci ilin sentyabr ayının sonlarında Əli «WhatsApp»la ona zəng edib 22 ədəd “İphone” markalı, “13 Pro” modelli mobil telefonları Eminin göndərdiyi şəxsə verdiyini bildirmişdir. 28 sentyabr 2021-ci il tarixdə isə Emin ona zəng edib mobil telefonların gömrüyün qaçaqmalçılıqla mübarizə şöbəsinin əməkdaşları tərəfindən tutulduğunu bildirmişdir. Emindən mobil telefonların nə üçün qaçaqmalçılıqla mübarizə şöbəsinin işçilərinin tutması ilə maraqlandıqda, Emin ona həmin mobil telefonları gömrük nəzarətindən gizli keçirdiyinə görə tutulduğunu demişdir. O, Eminə mobil telefonları rəsmi qaydada gətirmədiyi üçün iradını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs4 ifadəsində göstərdi ki, o, arabir ölkə daxilində işlənmiş və ya yeni telefonların alqı-satqısı ilə məşğul olmuş, amma xarici ölkələrdən mobil telefonların ölkə ərazisinə idxalı ilə məşğul olmamışdır. Əli ona ABŞ-dan mobil telefon göndərməyi təklif etdiyindən onun təklifini dəyərləndirmək məqsədi ilə Azərbaycana mobil telefon idxal etmək fikrinə düşmüşdür. Təqsirləndirilən şəxs1 Hava Limanında işlədiyindən onun mobil telefonların ölkə ərazisinə idxal etmək qaydalarından məlumatı ola biləcəyini fikirləşib, bunu Təqsirləndirilən şəxs1 öyrənmiş, Təqsirləndirilən şəxs1 etibar etdiyi üçün Təqsirləndirilən şəxs1 şərti ilə razılaşmışdır. Emin telefonların gömrük ödənişləri barədə ona heç nə deməmiş, ona görə də gömrük ödənişlərini Təqsirləndirilən şəxs1 özünün ödəyəcəyini fikirləşmişdir. Ona görə də ödənişlər barədə Emindən heç nə soruşmamışdır. Mobil telefonlara görə hər hansı sənədin tələb edildiyini, belə bir sənədin olub-olmadığını Əlidən soruşmamışdır. ABŞ-ın Çikaqo şəhərində həmin telefonların kim tərəfindən qəbul edilməsi barədə Emin ona heç nə deməmiş, özü də ondan heç nə soruşmamışdır. O, əvvəlcədən Təqsirləndirilən şəxs1 gömrük ödənişləri və ya sair ödənişlərlə bağlı hər hansı bir məbləğdə pul verməmiş, lakin gömrükdə əlavə xərcləri çıxarsa onu ödəyəcəyini nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər tanımamış, onları görməmiş və heç biri ilə əlaqəsi olmamışdır. Əvvəllər hər hansı bir malın ölkə ərazisinə gətirilməsi üçün Təqsirləndirilən şəxs1 müraciət etməmişdir. Həmin mobil telefonlara görə Əliyə ödənişi mobil telefonlar tutulduqdan sonra etmişdir. Belə ki, Əliyə 18 ədəd mobil telefona görə 1100 ABŞ dolları, 4 ədədinə görə 1000 ABŞ dolları, həmçinin onun mobil telefonlara görə mobil telefonları adlarına aldığı şəxslərə verdiyi 2200 ABŞ dolları və özünə qalası 2200 ABŞ dolları, yəni ümumilikdə ona 28200 ABŞ dolları pul vermişdir. Həmin pulları isə “BankRespublika”dan kredit götürərək vermişdir. Belə ki, Əli bir etibarlı insan kimi həmin mobil telefonları ona nisyə olaraq göndərmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2 və 206.3.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, 01 oktyabr 2021-ci il tarixədək "xxxx" QSC, Aviasiya Təhlükəsizlik Baş İdarəsi X2 Təşkili İdarəsi X2 Təşkili Xidmətində aviasiya təhlükəsizliyinə baxış və nəzarət üzrə mütəxəssis vəzifəsində işləmiş, qaçaqmalçılıq cinayətinin törədilməsində adı çəkildiyinə görə öz ərizəsi əsasında işdən çıxmışdır. İşlədiyi dövrdə xidməti vəzifəsi “Bakı Karqo Terminalı”nda anbardan çıxan yüklərə nəzarət etməkdən və kənar müdaxilələrin qarşısını almaqdan ibarət olmuşdur. Hadisə baş verməzdən təxminən 3 ay əvvəl dostu, Nizami küçəsində mobil telefonların alqı-satqısı ilə məşğul olan, hazırda baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs4 Sadiq oğlu ona müraciət edərək ABŞ-nın Çikaqo şəhərində mobil telefonların alqı-satqısı ilə məşğul olan Əli adlı bir tanışının olduğunu, həmin şəxsdə son model “İphone 13 PRO” modelli mobil telefonlar olduğunu, telefonların rüsumu çox olduğundan onları ABŞ-ın Çikaqo şəhərində təhvil alıb qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirəcəyi halda ona hər mobil telefona görə 150 manat pul verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs4 Sadiq oğlu ilə 3-4 il əvvəl tanış olmuş və aralarında normal dostluq münasibətləri olmuşdur. Bundan sonra o, “Azərbaycan Hava Yolları“ QSC "xxxx" Aviaşirkəti MMC “X11” filialı perron xidməti üzrə departamentinin yük-hava gəmiləri üzrə xidmətində perronda xidmət üzrə supervayzer vəzifəsində işləyən və yük təyyarələri ilə xarici ölkələrə uçaraq yüklərə nəzarəti həyata keçirməklə təlimatlanan iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs2 yük təyyarəsində Bakı-Çikaqo aviareysi ilə ABŞ-nın Çikaqo şəhərinə gedib-gəldiyini bildiyi üçün həmin mobil telefonların Çikaqoda Əli adlı şəxsdən təhvil alıb qaçaqmalçılıq yolu ilə, yəni gömrük nəzarətinə təqdim etmədən Azərbaycan Respublikasına gətirməsini xahiş etmiş və bu səbəbdən Təqsirləndirilən şəxs4 tərəfindən ona 22 ədəd mobil telefona görə ona vəd edilən 150 manat pulun ümumi məbləğinin yarısını ona verəcəyimi bildirmişdir. Təqsirləndirilən şəxs2 isə ABŞ-dan gətiriləcək 22 ədəd “İphone” markalı “13 PRO” modelli mobil telefonların 11 ədədinə görə 150 manatı götürəcəyini demiş, lakin 11 ədədini isə özünün satacağını, telefonun öz dəyərini Təqsirləndirilən şəxs4 verəcəyini və satışdan əldə edəcəyi gəliri də özünün götürəcəyini təklif etmişdir. O, Təqsirləndirilən şəxs2 təklifini Təqsirləndirilən şəxs4 bildirmiş, lakin sonuncu etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 ona qeyd edilən mobil telefonlar Azərbaycana gətirildikdən sonra “Bakı Karqo Terminalı”nda olan fəhlələrin soyunub-geyinmə otağında olub Təqsirləndirilən şəxs3lə birgə istifadə etdikləri dolaba qoyacaqlarını demiş, dolabın açarını isə dolabın üzərinə qoyacaqlarını bildirmişdir. Təqsirləndirilən şəxs1 ifadəsinin davamında göstərdi ki, 24 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 ona zəng edərək özünün ABŞ-a gedə bilmədiyini demiş, amma orada adamı olduğunu bildirmiş və «WhatsApp» proqramında ABŞ-a gedəcək şəxsin mobil telefon nömrəsini ona göndərmişdir. Həmin mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 dediyi şəxsin supervayzer vəzifəsində işləyən Təqsirləndirilən şəxs3 olduğunu bilmiş və Əli adlı şəxslə Təqsirləndirilən şəxs2 görüşünü təşkil etsin deyə Təqsirləndirilən şəxs3 mobil telefon nömrəsini özü də «WhatsApp» proqramı ilə Təqsirləndirilən şəxs4 Sadiq oğluna göndərmişdir. Təqsirləndirilən şəxs2 mobil telefon nömrəsini «WhatsApp» proqramında Təqsirləndirilən şəxs4 göndərdikdən təxminən 7-8 saat sonra Təqsirləndirilən şəxs2 «WhatsApp» proqramı ilə ona zəng edərək Təqsirləndirilən şəxs3 ABŞ-ın Çikaqo şəhərində Əli adlı şəxslə görüşərək ondan 22 ədəd sözügedən mobil telefonları götürdüyünü bildirmişdir. 26 sentyabr 2021-ci il tarixdə, axşam saat 23 radələrində isə Təqsirləndirilən şəxs2 yenə «WhatsApp» proqramı ilə zəng edərək Təqsirləndirilən şəxs3 gəldiyini və 22 ədəd həmin mobil telefonları özünün “Bakı Karqo Terminalı”nda fəhlələr üçün nəzərdə tutulan soyunub-geyinmə otağındakı dolabına qoyaraq açarını da həmin dolabın altına qoyduğunu ona bildirmişdir. O, növbəlilik üzrə xidmət apardığından həmin gün istirahətdə olmuşdur. 28 sentyabr 2021-ci il tarixdə işə çıxmış və səhər saat 08 radələrində xidməti təhvil almışdır. Həmin gün saat 11-12 radələrində Təqsirləndirilən şəxs2 dolabına yaxınlaşıb açarı dediyi yerdən götürmüş, dolabı açmış və mobil telefonların öz qablaşdırmaları ilə birlikdə bir sellofan torbada olduğunu görmüşdür. Təqsirləndirilən şəxs1 ifadəsində izahat verib göstərdi ki, “Bakı Karqo Terminalı”nda “8G” və “9G” qapıları mövcuddur və yük təyyarələri ilə gələn yüklər gömrük rəsmiləşdirilməsindən keçdikdən sonra həmin qapılardan buraxılışa göndərilir, o, özü isə həmin qapıda xidmət aparmışdır. Onlar xidmətə 13-14 nəfər olaraq çıxmış və mallar gömrük rəsmiləşdirilməsindən keçdikdən sonra buraxıldığından hər hansı yoxlamadan keçmədən sərbəst şəkildə “Bakı Karqo Terminalından” giriş-çıxış edə bilmişlər. Təqsirləndirilən şəxs1 ifadəsinin davamında göstərdi ki, ona görə də o, həmin mobil telefonları 4-5 ədəd olaraq götürüb kəmərimin altında gizlətməklə çölə çıxarmağı və “Bakı Karqo Terminalı”nın qarşısındakı dayanacaqda saxladığı avtomobilinə qoymağı fikirləşmiş və ilk dəfə 4 və ya 5 ədəd mobil telefonları götürərək qabaq və arxa tərəfdən kəmərinin altında gizlədərək “Bakı Karqo Terminalı”nın “9G” qapısından çıxararaq avtodayanacaqda saxladığı, özünün idarə etdiyi “Mercedes-Benz” markalı, “E-240” modelli, 90EX964 dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacaqlardakı ayaqaltı rezinlərin altına yığmışdır. Təxminən 40 dəqiqə müddətində 4 və ya 5 dəfəyə həmin mobil telefonları eyni üsulla çıxarmış və avtomobildə dediyi yerlərə yerləşdirmişdir. Həmin gün günortadan sonra, saat 14 radələrində əvvəlcədən tanıdığı və gömrüyün qaçaqmalçılıqla mübarizə şöbəsinin əməkdaşları olan Mehman və Pənah ona yaxınlaşaraq avtomobilə baxış keçirmək istədiklərini bildirmiş və sonra avtomobilə baxış keçirib gizlətdiyi mobil telefonları oradan aşkar edib götürmüşlər. Sonra onu Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati idarəsinə apararaq izahatını almışlar və aşkar edilənlərlə bağlı protokol tərtib etmişlər. Özü də protokolla tanış olub onu imzalamışdır. Təqsirləndirilən şəxs1 ifadəsində, həmçinin göstərdi ki, o, özü mobil telefonların və ya aksessuarlarının alqı-satqısı ilə ümumiyyətlə məşğul olmamışdır. İşlədiyi qurum tərəfindən digər şəxslərin xahişi və təklifi ilə hər hansı bir malın ölkə ərazisinə gətirilməsinə və rəsmilişdirilmədən keçirilməsinə icazə verilmədiyini bilmişdir. Lakin maddi vəziyyəti pis olduğundan Təqsirləndirilən şəxs4 belə bir təklifini qəbul etmək məcburiyyətində qalmışdır. Əməlindən səmimi peşimandır. Məhkəmə baxışı zamanı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 da ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməsə də, ifadəsində göstərdi ki, 2021-ci ilin dekabr ayınadək “Azərbaycan Hava Yolları“ QSC "xxxx" Biznes Aviaşirkəti MMC “X11” filialı Perron xidməti üzrə departamentinin Yükhava gəmiləri üzrə xidmətində perronda xidmət üzrə supervayzer vəzifəsində işləmiş, ittiham olunduqları hadisə ilə bağlı ərizəsi əsasında işdən azad edilmişdir. İşlədiyi dövrdə xidməti vəzifəsi yük təyyarələrinin qarşılanıb yola salınmasını təşkil etmək və onlara nəzarət etməkdən ibarət olmuş, lakin əməkdaşların çatışmazlığı səbəbindən əlavə olaraq müxtəlif ölkələrə yük aparan təyyarələrlə uçub təyyarədə olan yüklərin yüklənməsi və boşaldılması işlərinə də nəzarət etmişlər. Hadisədən təxminən 3 ay əvvəl "xxxx" QSC Aviasiya Təhlükəsizlik Baş İdarəsi X2 Təşkili İdarəsi X2 Təşkili Xidmətində aviasiya təhlükəsizliyinə baxış və nəzarət üzrə mütəxəssis vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 ona işi ilə əlaqədar ABŞ-a gedəcəyi halda oradan mobil telefon gətirə bilib-bilməyəcəyini soruşmuş, bir neçə mobil telefon gətirib Azərbaycanda satdırmaq istədiyini demiş, ona da hörmət edəcəyini bildirmişdir. O, belə bir səlahiyyətinin olmaması səbəbindən onunla razılaşmamışdır. 23 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 yenə ondan ABŞ-ın Çikaqo şəhərindən mobil telefon gətirə bilibbilməyəcəyini soruşduqda o, fikirləşib ona bir söz deyəcəyini bildirmişdir. Həmin vaxt həmkarı - özü kimi “Azərbaycan Hava Yolları“ QSC "xxxx" Biznes Aviaşirkəti MMC “X11” filialı Perron xidməti üzrə departamentinin Yükhava gəmiləri üzrə xidmətində perronda xidmət üzrə supervayzer vəzifəsində işləyən, baxılan iş üzrə Təqsirləndirilən şəxs3 əvvəllər ABŞ-nın Çikaqo şəhərində olduğundan o, «WhatsApp»la ona yığıb mobil telefon gətirə bilib-bilməyəcəyini soruşmuş, Təqsirləndirilən şəxs3 isə qorxduğunu və gətirə bilməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs3 mobil telefonları gətirəcəyi halda ona da xeyir qalacağını və qaynının oğlu beyin əməliyyatı keçirdiyi üçün pula ehtiyacının olduğunu bildirib, onları gətirməsini xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 də razılaşmışdır. Təqsirləndirilən şəxs3 neçə dənə mobil telefon gətirə biləcəyini soruşduqda Təqsirləndirilən şəxs3 15 ədəd gətirə biləcəyini demişdir. Bundan sonra o, yenidən «WhatsApp»la Təqsirləndirilən şəxs1 zəng etmiş, Təqsirləndirilən şəxs3 ABŞ-ın Çikaqo şəhərindən mobil telefon gətirməyə razılıq verdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs1 həmin mobil telefonlara görə nə qədər xeyir qalacağını soruşduqda, Emin hər mobil telefona görə ona veriləcək 150 manat pulun yarısını ona verəcəyini demişdir. O, Təqsirləndirilən şəxs1la razılaşmamış, gətiriləcək 22 ədəd mobil telefonun 11 ədədinin hər birinə görə 150 manatı Təqsirləndirilən şəxs1 götürməsini, özünün isə digər 11 ədədini öz qiymətinə alaraq satıb qazanc əldə etməyi təklif etmiş və yekunda razılıq əldə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 ona «WhatsApp» proqramı ilə +**********6 saylı Amerika operatoruna məxsus mobil telefon nömrəsini göndərmiş, həmin nömrənin sahibinin Əli adlı şəxs olduğunu bildirmiş və həmin nömrəni Təqsirləndirilən şəxs3 göndərməyi xahiş etmişdir. Həmin nömrəni o, «WhatsApp» proqramında Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs3 ***-***-**-** saylı mobil telefon nömrəsini isə Amerika operatoruna aid nömrəyə göndərmişdir. Ertəsi gün Təqsirləndirilən şəxs3 «WhatsApp» proqramı vasitəsi ilə ona zəng edib Əli adlı şəxslə görüşdüyünü, ondan mobil telefonları götürdüyünü, lakin mobil telefonların 22 ədəd olduğunu bildirmişdir. O, «WhatsApp» proqramı ilə Təqsirləndirilən şəxs1 zəng edib Təqsirləndirilən şəxs3 ABŞ-ın Çikaqo şəhərində Əli adlı şəxsdən mobil telefon götürdüyünü, lakin sayının 22 ədəd olduğunu demişdir. Təqsirləndirilən şəxs1 da qısa müddətdə dəqiqləşdirib telefonların sayının həqiqətən 22 ədəd olduğunu ona bildirmişdir. O, Təqsirləndirilən şəxs3 əvvəlcədən mobil telefonları Azərbaycana gətirdikdən sonra “Bakı Karqo Terminalı”nda fəhlələr üçün nəzərdə tutulan soyunub-geyinmə otağında onun istifadə etdiyi dolabına qoymağı, açarını da həmin dolabın altına qoymağı bildirmişdir. 27 sentyabr 2021-ci il tarixdə, səhər vaxtı Təqsirləndirilən şəxs3 «WhatsApp»la ona zəng edib, dediyi kimi, mobil telefonları “Bakı Karqo Terminalı”nda fəhlələr üçün nəzərdə tutulan soyunub-geyinmə otağındakı onun dolabına, açarını da həmin dolabın altına qoyduğunu bildirmişdir. Bundan sonra o, bu barədə Təqsirləndirilən şəxs1 məlumat vermiş, sonuncu da 28 sentyabr 2021-ci il tarixdə, günorta saatlarında Təqsirləndirilən şəxs1 mobil telefonları gömrükdən gizlin olaraq çölə çıxardığını və həmin mobil telefonların da onun avtomobilindən aşkar edilərək götürüldüyünü eşitmişdir. Ertəsi gün də gömrük əməkdaşları onu Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə dəvət edib izahatını almışlar. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ifadəsinin davamında göstərdi ki, o, heç bir ticarət növü ilə məşğul olmamış, gördyüyü işin isə qanunla qadağan olduğunu bilmişdir. Onun qaynının uşağının xəstəliyinə görə pul lazım olduğundan o, Təqsirləndirilən şəxs1 bu təklifini qəbul etmək məcburiyyətində qalmışdır. Təqsirləndirilən şəxs4 Sadiq oğlunu və Əli adlı şəxsi tanımamış, onlarla münasibəti olmamışdır. Təqsirləndirilən şəxs1 mobil telefonları hansı yolla Azərbaycana keçirəcəyini bilməmiş, Təqsirləndirilən şəxs1 “onları gətirin dolaba qoyun vəssalam, qalanı mənlikdir” dediyindən Təqsirləndirilən şəxs1 mobil telefonların rüsumunu ödəyib gömrük nəzarətindən keçirəcəyini düşünmüşdür. Təqsirləndirilən şəxs1 mobil telefonların kimə məxsus olması barədə ona heç nə bildirməmişdir. Vüqardan mobil telefonların mal müşayiət sənədlərinin olub-olmadığını soruşduqda onun qiyməti yazılan A4 formatında sənədləri olduğunu demişdi. Əvvəllər hər hansı bir malın belə yollarla ölkə ərazisinə gətirilməsini təmin etməmişdir. O, Təqsirləndirilən şəxs3 qeyd edilən mobil telefonları ABŞ-ın Çikaqo şəhərindən gətirməsi müqabilində heç nə vəd etməmiş, amma satacağı 11 ədəd mobil telefonun qazancından ona da verəcəyini düşünmüşdür. Hazırda bu işə görə çox peşiman olmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 da ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, “Azərbaycan Hava Yolları“ QSC "xxxx" Biznes Aviaşirkəti MMC “X11” filialı Perron xidməti üzrə departamentinin Yükhava gəmiləri üzrə xidmətində perronda xidmət üzrə təlimatçısupervayzer vəzifəsində işləmiş, barələrində cinayət işi başlanıldığına görə işdən azad edilmişdir. Xidməti vəzifəsi yük təyyarələrinin qarşılanıb yola salınmasını təşkil etmək və onlara nəzarət etməkdən ibarət olmuş, lakin əməkdaşların çatışmazlığı səbəbindən əlavə olaraq müxtəlif ölkələrə yük aparan təyyarələrlə uçub təyyarədə olan yüklərin yüklənməsi və boşaldılması işlərinə də nəzarət etmişlər. Təqsirləndirilən şəxs3 ittihamın mahiyyəti üzrə göstərdi ki, 23 sentyabr 2021-ci il tarixdə yük təyyarəsi ilə ABŞ-ın Çikaqo şəhərinə yükə gedəcəyindən və xidmətə yazıldığından təyyarə ilə həmin şəhərə uçmuşdur. 24 sentyabr 2021-ci il tarixdə həmkarı, “Azərbaycan Hava Yolları“ QSC "xxxx" Biznes Aviaşirkəti MMC “X11” filialı Perron xidməti üzrə departamentinin Yükhava gəmiləri üzrə xidmətində perronda xidmət üzrə supervayzer vəzifəsində işləyən, baxılan iş üzrə Təqsirləndirilən şəxs2 «WhatsApp»la ona zəng edib orada ona çatası çanta olduğunu bildirmiş, onu gətirə bilib-bilməyəcəyini soruşmuşdur. O, Təqsirləndirilən şəxs2 çantada nə olduğunu soruşduqda sonuncu ona çantada mobil telefon, planşet və uşaqlara çatası şirniyyatlar olduğunu bildirmişdir. İlk əvvəl mobil telefon və planşetə görə imtina etmiş, lakin Təqsirləndirilən şəxs2 qaynının uşağının xəstəliyi səbəbindən əməliyyat olunacağı üçün pul lazım olduğunu bildirərək onları gətirməyini təkid etdiyindən o, xəstə uşağa görə məcbur qalıb onun xahişini yerinə yetirəcəyini bildirmişdir. Bu söhbətdən təxminən yarım saat sonra Təqsirləndirilən şəxs2 yenidən «WhatsApp»la ona zəng edib onun mobil telefon nömrəsini orada yaşayan Əli adlı şəxsə, Əlinin mobil telefon nömrəsini isə ona göndərdiyini bildirmiş və Əli adlı həmin şəxsin onunla görüşərək çantanı çatdıracağını demişdir. Həmin gün günortadan sonra Çikaqo şəhərindəki “Marriot” oteldə olarkən Əli zəng edib 10-15 dəqiqəyə otelə çatacağını bildirmişdir. Əli təxminən 15 dəqiqədən sonra yenidən zəng edib otelin həyətində olduğunu bildirdiyindən o, aşağı düşüb Əli ilə görüşmüş, təxminən 5 dəqiqə söhbət etdikdən sonra çantanı Əlidən götürmüş, lakin çantada nə olduğunu ondan soruşmamış, Əli də bu barədə ona heç nə deməmişdir. Çantanı götürdükdən sonra otağa qalxmış, həmin paketi də şəxsi geyim əşyaları olan çantasına qoymuşdur. 26 sentyabr 2021-ci il tarixdə, saat 20 radələrində təyyarə ilə Bakıya yola düşmüş və təxminən 12 saatdan sonra X10 Hava Limanına enmişlər. Təyyarə “Bakı Karqo Terminalı”nın qarşısına gəlmiş, təyyarədəki yüklərin boşaldılmasına nəzarət etmiş və səhərə kimi xidmətdə olmuşdur. İşini yekunlaşdırdıqdan sonra gedib təyyarədən çantasını götürmüşdür. Təqsirləndirilən şəxs2 əvvəlcədən ona həmin çantanı “Bakı Karqo Terminalı”nda fəhlələrin soyunub-geyinmə otağında ona (Təqsirləndirilən şəxs2) məxsus dolaba qoymağı bildirdiyindən o, həmin çantanı aparıb Təqsirləndirilən şəxs2 dolabına qoymuş, «WhatsApp»la zəng edib bu barədə Təqsirləndirilən şəxs2 bildirmiş və sonra evə getmişdir. Təqsirləndirilən şəxs3 ifadəsində daha sonra göstərdi ki, Çikaqoda Əli adlı şəxs tərəfindən verilən çantada bir ədəd mobil telefon, bir ədəd planşet və uşaqları üçün şirniyyat olduğunu düşünmüş, Təqsirləndirilən şəxs2 etibar etdiyi üçün çantada qanunsuz nə isə ola bilməyəcəyini ağlına belə gətirməmişdir. Əli adlı şəxsdən çantada nə olduğunu soruşmuş, o, əvvəlcə “Vüqar nə demişdirsə, onlar var” cavabını versə də, sonra çantanın içərisində mobil telefon, planşet və şirniyyat olduğunu bildirmişdir. Çantanın hansı səbəbdən dolaba qoyulmalı olduğunun səbəbini Müqardan soruşmamış, sonuncu “sən onları dolaba qoy, səhər özüm işdə olacağam, gəlib götürəcəyəm” dediyi üçün onun dediyi kimi də etmişdir. İzahat verərkən çantada 22 ədəd mobil telefon olduğunu göstərməsi isə Elşən adlı gömrük əməkdaşının istiqamətləndirməsi əsasında olmuş, Təqsirləndirilən şəxs1 mobil telefonları hava limanından çıxarması ilə bağlı isə əməkdaş özü bunu onun izahatına əlavə etmişdir. Telefonları sifariş etmiş şəxsi, yəni təqsirləndirilən Təqsirləndirilən şəxs4 Sadiq oğlu adlı şəxsi əvvəllər tanımamış və onunla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs2 həmin mobil telefonları onun ABŞ-dan Azərbaycana gətirməsi müqabilində ona heç nə vəd verməmişdir. Əməlindən səmimi peşiman olmuşdur. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 sərbəst ifadələrinin yerində yoxlanılması barədə 09 dekabr 2021-ci il tarixli stintaq hərəkəti protokollarından görünür ki, Təqsirləndirilən şəxs3 26 sentyabr 2021-ci il tarixdə ABŞ-ın Çikaqo şəhərindən Azərbaycan Respublikasının X10 Hava Limanına gəldiyi təyyarənin saxlanıldığı yeri, təyyarədən Təqsirləndirilən şəxs2 xahişi ilə gətirdiyi çantanı götürdükdən sonra “Bakı Karqo Terminalı”na daxil olan giriş qapısına doğru getdiyi yolu, “Bakı Karqo Terminalı”na daxil olan giriş qapısını, “Bakı Karqo Terminalı”na daxil olmaq üçün keçdiyi Aviasiya Təhlükəsizlik Baş İdarəsinin Buraxılış Nəzarət Xidmətinin “X6” postunu, həmin postdan təxminən 5 metr məsafədə yerləşən fəhlələr üçün nəzərdə tutulmuş soyunub-geyinmə otağını, Təqsirləndirilən şəxs2 xahişi ilə çantanı qoyduğu sonuncuya məxsus dolabı, Təqsirləndirilən şəxs2 özü də qeyd edilən dolabı, Təqsirləndirilən şəxs1 isə Təqsirləndirilən şəxs3 tərəfindən 22 ədəd “İphone 13 PRO” markalı mobil telefonların qoyulduğu dolabı, dolab olan otağı tərk etdikdən sonra “Bakı Karqo Terminalının” içərisindən çıxışa, yəni “G9” qapısına doğru getdiyi yolu, “Bakı Karqo Terminalının” içərisindən çıxışı, yəni “G9” qapısını, mobil telefonları hissə-hissə şalvarının kəmərinin altında gizlətdikdən və “Bakı Karqo Terminalı”nın “G9” qapısından çıxdıqdan sonra onları gizlətdiyi özünə məxsus “Mercedes-Benz” markalı, “E-240” modelli, 90EX964 dövlət qeydiyyat nişanlı avtomobilini saxladığı yeri göstərmişlər (iş vərəqə: Cild İİ, səh. 214-218). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində Təqsirləndirilən şəxs3 ABŞ-ın Çikaqo şəhərində Əli adlı şəxsdən mobil telefonları qəbul etdikdən sonra «WhatsApp»la ona zəng edərək həmin mobil telefonların sayının 22 ədəd olduğunu bildirdiyini qeyd etsə də, Təqsirləndirilən şəxs3 çantada 22 ədəd mobil telefon olmasını əvvəlcədən bildiyini inkar etməsi ilə bağlı yaranan ziddiyyət səbəbindən hər iki təqsirləndirilən şəxs arasında üzləşmə istintaq hərəkəti aparılmış, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 üzünə qarşı onun Çikaqo şəhərində olarkən «WhatsApp»la zəng edib ondan neçə ədəd mobil telefon gətirə biləcəyini soruşduqda Təqsirləndirilən şəxs3 15 ədəd mobil telefon gətirə biləcəyini dediyini, sonradan isə Təqsirləndirilən şəxs3 zəng edib çantada 15 ədəd deyil, 22 ədəd “İphone” markalı mobil telefonlar olduğunu bildirdiyini qeyd etmiş, lakin buna baxmayarapq Vüqar Təqsirləndirilən şəxs3 Vəliyevin dediklərini yenə də təkzib etmişdir (iş vərəqə: cild İ, səh. 197-202). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs4 Sadiq oğlu arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 ifadəsində Təqsirləndirilən şəxs4 Sadiq oğlunun cinayətin predmeti olan mobil telefonların ABŞ-ın Çikaqo şəhərindən dövlət rüsumu çox olduğundan qaçaqmalçılıq yolu ilə keçirilməsini təklif etməsi və onun təkliflə razılaşması, Təqsirləndirilən şəxs4 Sadiq oğlunun isə tam əksinə, Təqsirləndirilən şəxs1 qeyd edilən mobil telefonların ABŞ-ın Çikaqo şəhərindən qanuni yolla gətirilməsini xahiş etdiyini bildirməsi ilə bağlı yaranan ziddiyyət səbəbindən hər iki təqsirləndirilən şəxs arasında üzləşmə istintaq hərəkəti aparılmış, Təqsirləndirilən şəxs1 sərbəst ifadəsində göstərdiyi eyni xüsusatları təkrarən Təqsirləndirilən şəxs4 üzünə qarşı bildirsə də, sonuncu yenə də üzünə qarşı deyilənləri inkar etmişdir (iş vərəqə: Cild İİ, səh. 101-104). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat idarəsinin əməliyyat şöbəsində əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 2021-ci ilin sentyabr ayının sonlarında şöbəyə “Bakı Karqo Terminalı”nda xidmətə çıxan Aviasiya Təhlükəsizlik Baş İdarəsinin əməkdaşı Təqsirləndirilən şəxs1 da iştirakı ilə bir qrup şəxsin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə mobil telefon gətirməsi barədə məlumat daxil olduğundan 28 sentyabr 2021-ci il tarixdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməliyyat və təhqiqat idarəsi əməliyyat şöbəsinin rəis müavini X7, həmin şöbənin əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və onun iştirakı ilə əməliyyat qrupunun yaradılması və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında idarənin rəisi Elvin Hüseynxanov tərəfindən qərar qəbul edilmiş və həmin gün xidmətə çıxan Təqsirləndirilən şəxs1 və onun “Bakı Karqo Terminalı”nın qarşısında olan avtodayanacaqda saxladığı “Mercedes” markalı, “E-240” modelli, 90EX964 dövlət qeydiyyat nişanlı avtomobili nəzarətə götürülmüşdür. Həmin gün saat 11-12 radələrində Təqsirləndirilən şəxs1 4-5 dəfə “Bakı Karqo Terminalı”nda fəhlələr üçün nəzərdə tutulan soyunub-geyinmə otağına daxil olub 2-3 dəqiqədən sonra çıxdığını, xidməti yerini tərk etməklə öz avtomobilinə yaxınlaşdığını, avtomobilə əyləşib nə isə yerləşdirdiyini müşahidə edilmişdir. Elə həmin gün, saat 14 radələrində Təqsirləndirilən şəxs1 avtomobilə bir də yaxınlaşdığında onlar, yəni qrup üzvlərinin hamısı Təqsirləndirilən şəxs1 yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək özləri barədə məlumat vermişlər və avtomobilə baxış keçirmək istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs1 isə avtomobilə baxış keçirməyə etirazının olmadığını bildirdiyindən baxışda hal şahidi qismində iştirak etmələri üçün oraya iki nəfər dəvət etmişlər. Şəxsiyyətləri sonradan onlara məlum olan X8 və Şahid5 Təqsirləndirilən şəxs1 məxsus nəqliyyat vasitəsinə baxış keçirəcəkləri, onların da həmin baxışda hal şahidi qismində iştirak edəcəkləri barədə məlumat verib hal şahidinin hüquq və vəzifələrinin nədən ibarət olmasını izah etmişlər. Bundan sonra Şahid2, Şahid3, həmin iki nəfər hal şahidinin və Təqsirləndirilən şəxs1 özünün iştirakı ilə “Mercedes” markalı, “E-240” modelli, 90EX964 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirmiş, baxış zamanı avtomobilin arxa oturacağın qarşısındakı sağ ayaqaltının altından 10 ədəd “İphone 13 PRO Sierra Blue 250 GB”, sol ayaqaltının altından 4 ədəd “İphone 13 PRO Grahite 256 GB”, 2 ədəd “İphone 13 PRO Grahite 128 GB” markalı, 2 ədəd “İphone 13 PRO Gold 256 GB”, 2 ədəd “İphone 13 PRO Silver 256 GB” markalı, 1 ədəd “İphone 13 PRO Silver 128 GB” markalı, sol oturacağın arxa hissəsində olan cibdən 1 ədəd “İphone 13 PRO Sierra Blue 128 GB” markalı, ümumilikdə 22 ədəd mobil telefon aşkar edilərək götürülmüşdür. Sonra bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes” markalı, “E-240” modelli, 90EX964 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən aşkar edilən mobil telefonların hər hansı bir sənədi mövcud olmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı ittiham və müdafiə tərəfinin qarşılıqlı razılaşması əsasında məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməliyyat və təhqiqat idarəsi əməliyyat şöbəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 şahid ifadələri elan edilməklə tədqiq olundu və hər iki şahidin ifadələrinin məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsi ilə oxşar məzmunlu olduğu müəyyən edildi (iş vərəqə: cild İİ, səh. 56-58, 62-64). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, o, "xxxx" MMC-də baş mütəxəssis vəzifəsində işləmişdir. 28 sentyabr 2021-ci il tarixdə işləri ilə əlaqədar X1muş, həmin gün, saat 14 radələrində bir nəfər gömrük əməkdaşı ona və onunla eyni MMC-də mütəxəssis vəzifəsində işləyən Şahid5 yaxınlaşaraq gömrük əməkdaşı olduğunu, bir şəxsə məxsus nəqliyyat vasitəsinə baxış keçirəcəyini, qanunvericiliyə əsasən həmin baxışda iki nəfər hal şahidinin iştirak etməli olduğunu bildirib, həmin avtomobilə baxış keçirilməsində hal şahidi qismində iştirak etmələrini onlardan xahiş etmişdir. Onlar etiraz etməmiş və gömrük əməkdaşı ilə birlikdə “Bakı Karqo Terminalı”nın qarşısında avtodayanacaqda olan “Mercedes” markalı, 90EX964 dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmışlar. Həmin vaxt orda bir neçə gömrük əməkdaşı və avtomobilin sahibi özü olmuş, gömrük əməkdaşı orada onlara hal şahidi qismində hüquq və vəzifələrini izah etdikdən sonra avtomobilə baxış keçirmişlər. Baxış zamanı avtomobilin arxa oturacağın qarşısındakı sağ ayaqaltının altından 10 ədəd “İphone 13 PRO Sierra Blue 250 GB”, sol ayaqaltının altından 4 ədəd “İphone 13 PRO Grahite 256 GB”, 2 ədəd “İphone 13 PRO Grahite 128 GB” markalı, 2 ədəd “İphone 13 PRO Gold 256 GB”, 2 ədəd “İphone 13 PRO Silver 256 GB” markalı, 1 ədəd “İphone 13 PRO Silver 128 GB” markalı, sol oturacağın arxa hissəsində olan cibdən 1 ədəd “İphone 13 PRO Sierra Blue 128 GB” markalı, ümumilikdə 22 ədəd mobil telefon aşkar edilərək götürülmüş, sonra bu barədə protokol tərtib edilmiş və onlar da həmin protokolla tanış olub onu imzalamışlar. Qeyd olunan mobil telefonların haradan gətirilməsi, kimə məxsus olması və hansı məqsədlə avtomaşına yığılması barədə onların məlumatı olmamışdır. Bundan başqa, məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid5 şahid X8 ilə eyni məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “nəqliyyat vasitəsinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 28 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 “Bakı Karqo Terminalı”nın qarşısında saxladığı “Mercedes-Benz” markalı, “E-240” modelli, 90EX964 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin arxa oturacağın qarşısındakı sağ ayaqaltının altına gizlətdiyi 10 ədəd “İphone 13 PRO Sierra Blue 250 GB”, sol ayaqaltının altına gizlətdiyi 4 ədəd “İphone 13 PRO Grahite 256 GB”, 2 ədəd “İphone 13 PRO Grahite 128 GB” markalı, 2 ədəd “İphone 13 PRO Gold 256 GB”, 2 ədəd “İphone 13 PRO Silver 256 GB” markalı, 1 ədəd “İphone 13 PRO Silver 128 GB” markalı, sol oturacağın arxa hissəsində olan cibə qoyduğu 1 ədəd “İphone 13 PRO Sierra Blue 128 GB” markalı mobil telefonlar aşkar edilərək götürülmüşdür (iş vərəqə: cild İ, səh. 08-13). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs1 məxsus mobil telefona baxış keçirilməsi haqqında 29 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus mobil telefonunun adlar bölməsində ***-***-**-** saylı mobil telefon nömrəsi ilə “Vasif Şərik” kimi qeyd edilmiş şəxs tərəfindən (burada: Təqsirləndirilən şəxs4 Sadiq oğlu) Təqsirləndirilən şəxs1 26 sentyabr 2021-ci il tarixdə, saat 18:33-də «WhatsApp» proqramında səsli mesaj göndərilərək mobil telefonların qiymətinin hər gün 100 ABŞ dollar aşağı düşdüyünü bildirməsi, 28 sentyabr 2021-ci il tarixdə, saat 08:05-də yenə «WhatsApp»la Təqsirləndirilən şəxs1 tərəfindən Təqsirləndirilən şəxs4 “malın qiymətini neçiyə götürürsən, qiymətini de” məzmunlu, saat 08:16-da isə Təqsirləndirilən şəxs4 tərəfindən Təqsirləndirilən şəxs1 “səhər açılsın, öyrənim qiymətini deyim” məzmunlu mesajlar göndərilməsi, saat 10:10-da Təqsirləndirilən şəxs4 tərəfindən Təqsirləndirilən şəxs1 “2600 AZM Apple 13 Blue 128 GB/4GB” yazıları qeyd edilmiş internet saytından götürülmüş mobil telefonun reklam xarakterli şəkli göndərməsi müəyyən edilmişdir. Tədqiq olunan protokoldan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs1 məxsus mobil telefonun adlar bölməsində ***-***-**-** saylı mobil telefon nömrəsi ilə “Vuqar Lodplaner” kimi qeyd edilmiş Təqsirləndirilən şəxs2 ilə 28 sentyabr 2022-ci il tarixdə, saat 08-dən başlayaraq yazışmaların aparılması müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 «WhatsApp» proqramında Təqsirləndirilən şəxs2 dolabın açarının yerini soruşmuş, mobil telefonları götürdüyünü və yavaş-yavaş çıxardığını, saat 12:06-da isə telefonların artıq özündə olduğunu bildirmiş, Təqsirləndirilən şəxs2 nə qədər mal göndərməsini soruşmuş, Təqsirləndirilən şəxs2 isə cavabında “40 ədəd, MAX da olsun arasında” cavabını vermiş, həmçinin mobil telefonların hansı qiymətə satılması və birinin satışından 270-350 ABŞ dolları qazanc əldə edəcəklərini müzakirə etmişlər (iş vərəqə: cild İ, səh. 18). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs2 məxsus “İphone 7” markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, telefonun adlar bölməsində +1(***)******* nömrəsi ilə “Çikaqo Əli” kimi qeyd edilmiş şəxslə «WhatsApp» proqramında 25 sentyabr 2021-ci il tarixdə, saat 16:51 və 19:34-də danışıqların aparılması, 28 sentyabr 2021-ci il tarixdə, saat 18:56-da «WhatsApp» proqramında həmin şəxs tərəfindən zənglərin gəlməsi, lakin cavab verilmədiyi, telefonun adlar bölməsində ***-***-**-** saylı mobil telefon nömrəsi ilə “Emin Bolux” kimi qeyd edilmiş şəxslə, yəni Təqsirləndirilən şəxs1 ilə «WhatsApp» proqramında 24 sentyabr 2021-ci il tarixdə, saat 20:24-də 13 dəqiqə, 25 sentyabr 2021-ci il tarixdə, saat 13:01-də 3 dəqiqə, saat 13:05-də 2 dəqiqə danışıq aparması, həmin gün saat 13:46 və 13:47-də «WhatsApp» proqramı ilə Təqsirləndirilən şəxs1 gələn zənglərə cavab vermədiyi, telefonun adlar bölməsində ***-***-**-** saylı mobil telefon nömrəsi ilə “Təqsirləndirilən şəxs3” kimi qeyd edilmiş şəxslə, yəni Təqsirləndirilən şəxs3 ilə «WhatsApp» proqramında 24 sentyabr 2021-ci il tarixdə, saat 20:24-də 3 dəqiqə, 25 sentyabr 2021-ci il tarixdə, saat 13:01-də 3 dəqiqə, 13:05-də 2 dəqiqə telefon danışıqları aparması, həmin gün saat 13:46 və 13:47-də Təqsirləndirilən şəxs3 gələn zənglərə cavab vermədiyi, telefonun adlar bölməsində “Çikaqo Əli”, “Emin Bolux” və “Təqsirləndirilən şəxs3” adı ilə qeyd edilmiş şəxslərlə «WhatsApp»da aparılmış yazışmaların silindiyi müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh. 19). Daha sonra məhkəmə baxışı zamanı elan edlilməklə tədqiq olunan məhkəməəmtəəşünaslıq ekspertizasının 29 oktyabr 2021-ci il tarixli, 9/6949 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “İphone 13 PRO Sierra Blue 256 GB” markalı mobil telefonun biri ədədinin dəyəri 3000 manat olmaqla 10 ədədinin 30000 manat, “İphone 13 PRO Graphite 256 GB” markalı mobil telefonun bir ədədinin dəyəri 3000 manat olmaqla 4 ədədinin 12000 manat, “İphone 13 PRO Silver 256 GB” markalı mobil telefonun bir ədədinin dəyəri 3000 manat olmaqla 2 ədədinin 6000 manat, “İphone 3 PRO Gold 256 GB” markalı mobil telefonun bir ədədinin dəyəri 3000 manat olmaqla 2 ədədinin 6000 manat, İphone 13 PRO Graphite 128 GB” markalı mobil telefonun bir ədədinin dəyərinin 2800 manat olmaqla 2 ədədinin 5600 manat, “İphone 13 PRO Sierra Blue 128 GB” markalı mobil telefonun 2800 manat və “İphone 13 PRO Silver 128 GB” markalı mobil telefonun 2800 manat, ümumilikdə dəyərlərinin 65200 manat təşkil etməsi müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh. 16, 60-64). Məhkəmə baxışı zamanı ekspert qismində dindirilən, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 oktyabr 2021-ci il tarixli, 9/6949 saylı rəyini vermiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin İqtisadi ekspertizalar şöbəsinin baş eksperti Şahid6 rəyə münasibət bildirib, mahiyyəti üzrə rəyi bir daha təsdiq etdi. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş 11 noyabr 2021-ci il tarixli, 34/012/028296 nömrəli məktubla 65200 manat dəyərində olan mobil telefonların gömrük dəyərinin 40039,3 manat, ödənilməli olan gömrük ödənişinin isə 14435,64 (Əməliyyat haqqı – 120 manat; idxal rüsumu – 6005,90 manat; ƏDV – 8309,74 manat) manat məbləğində olması müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh. 70). Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin iş üzrə mülki iddiaçı kimi tanınmış, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru Nümayəndə tərəfindən mülki iddiaçının etibarnaməli nümayəndəsi olaraq mülki iddia qaldırılmış və dövlətə vurulmuş 14435,64 manat məbləğində maddi ziyanın mülki cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməsinin xahiş olunmuşdur (iş vərəqə: cild İİ, səh. 234-235). İşdə olan və məhkəmə araşdırması zamanı tədqiq olunan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-dən daxil olan məktub və ona əlavə edilmiş çıxarışla müəyyən edilmişdir ki, ABŞ-ın Çikaqo şəhərində cinayətin predmeti olan mobil telefonları Təqsirləndirilən şəxs3 təhvil vermiş “Əli” adı şəxsin istifadəsində olan +**********6 saylı mobil telefon nömrəsi ilə Azərbaycan Respublikasında zənglər aparılmamışdır (iş vərəqə: cild İ, səh. 257- 259). İşdə olan və məhkəmə araşdırması zamanı tədqiq olunan "xxxx" MMC-dən daxil olan 25 fevral 2022-ci il tarixli, BKC/LGL-3463/22 saylı məktuba əlavə edilmiş diksə baxış keçirilməsinə dair protokoldan görünür ki, 01 sentyabr 2021-ci il tarixdən başlayaraq 25 dekabr 2021-ci il tarixədək Təqsirləndirilən şəxs1 istifadənizdə olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında çoxsaylı danışıqlar aparılmış, lakin Təqsirləndirilən şəxs4la Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2lə heç bir danışıq aparılmamışdır. Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs4 çox saylı danışıqlarının səbəbinin aydınlaşdırılması məqsədi ilə onlar təkrar dindirilmiş, Təqsirləndirilən şəxs1 çoxsaylı danışıqlarının səbəbini Təqsirləndirilən şəxs4 ondan mobil telefonları tələb etməsi, Təqsirləndirilən şəxs4 isə çoxsaylı danışıqların səbəbini Təqsirləndirilən şəxs1 mobil telefonları geri tələb etməsi ilə izah etmişlər (iş vərəqə: cild İ, səh. 260-279). Məhkəmə baxışı zamanı tədqiq olunan "xxxx" MMC-dən daxil olmuş 04 mart 2022-ci il tarixli, 3951 nömrəli məktuba əlavə edilmiş diskə baxış keçirilməsinə dair protokoldan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 ilə (***-***-**-**) Təqsirləndirilən şəxs3 (***-***-**-**), həmçinin Təqsirləndirilən şəxs2 ilə (***-***-**-**) Təqsirləndirilən şəxs1 arasında çoxsaylı danışıqların qeydə alınması müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh. 24-55). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan "xxxx" QSC-dən rəsmi müraciət əsasında əldə edilmiş diskə baxış keçirilməsi haqqında 09 mart 2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs3 26 sentyabr 2021-ci il tarixdə, B747 saylı aviareyslə X5 şəhərindən X10 Hava Limanına uçuşu həyata keçirən yük təyyarəsindən eniş etdikdən sonra, saat 23:11-də əlində iki ədəd (sol əlində bir ədəd qara rəngli səyahət çantası, sağ əlində isə ağ rəngli sellofan torba ilə birlikdə) təyyarəyə yaxınlaşan trapın pilləkənlərdən aşağı düşərək xidməti personalların daşınması üçün nəzərdə tutulan minik avtomobilinə əyləşmiş, avtomobil saat 23:12də “Bakı Karqo Terminalına” daxil olarkən orada quraşdırılmış Aviasiya Təhlükəsizlik Baş İdarəsinin Buraxılış Nəzarət Xidmətinin “X6” postunun qarşısına yaxınlaşmış, saat 23:13-də avtomobildən düşərək həmin postdan içəri daxil olmuşdur (iş vərəqə: cild İ, səh. 23). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan "xxxx" QSC-dən götürülmüş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 vəzifə təlimatlarından görünür ki, onların xidməti vəzifələrinin icrası zamanı sahibkarlıq fəaliyyətini həyata keçirə biləcəkləri ilə bağlı hüquqlarının olması təsbit edilməmişdir (iş vərəqə: cild İİ, səh. 2- 22, 71-82). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3nnun Azərbaycan Respublikası CM-nin 206.3.2 və 206.3.3-cü maddələri ilə, yəni vəzifəli şəxs olaraq özlərinin qulluq mövqelərindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Təqsirləndirilən şəxs4 Sadiq oğlunun isə Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdar təşkil edən mobil telefon aparatlarını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə başqa xarici dövlətdən Azərbaycan Respublikasına gətirmələri, yəni onlara qarşı irəli sürülmüş ittiham üzrə təqsirlilikləri tam təsdiq edildiyindən ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 206.3.2 və 206.3.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs4 Sadiq oğlunun əməli isə Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 263 №-li qərarı ilə təsdiq edilmiş «Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi» Qaydalarına əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barədə məlumatlar gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməlidir, malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün bəyannamə ilə birgə şəxs tərəfindən mallar barədə sahiblik, istifadə və (və ya) sərəncam vermə hüquqlarını təsdiq edən sənəd, yaxud istənilən digər sənəd təqdim edilməlidir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, cinayətin predmeti olan 22 (iyirmi iki) ədəd mobil telefonlar Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə ABŞ-dan keçirib Azərbaycan Respublikasına gətirilmişdir. Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Məcəllənin 206.1-ci maddəsində “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, 206.1-1-ci maddəsində “külli miqdar” dedikdə, iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, 206.1-2-ci maddəsində “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Qaçaqmalçılıq predmeti olan 22 (iyirmi iki) ədəd mobil telefonların ümumi dəyərinin dəyərinin 65200 (altmış beş min iki yüz) manat məbləğində, yəni xeyli miqdar təşkil etməsi məhkəmə baxışı zamanı tədqiq olunan mötəbər sübutlarla tam təsdiq olunmuşdur. Həmçinin yuxarıda qeyd olunan 22 iyul 2014-cü il tarixli, 263 №-li Qərarın 19-cu bəndində göstərilmişdir ki, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Ona görə də məhkəmə tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 206.3.2 və 206.3.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs4 Sadiq oğlunun əməli isə Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilməli və onlar Cinayət Məcəlləsinin hər biri üçün istinad olunan həmin maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 özünün müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Lakin məhkəmə Təqsirləndirilən şəxs2 ifadələrində Təqsirləndirilən şəxs1 mobil telefonları hansı yolla Azərbaycana keçirəcəyini bilməməsi, Təqsirləndirilən şəxs3 ifadələrində ABŞ-ın Çikaqo şəhərində Təqsirləndirilən şəxs2 xahişi ilə təhvil aldığı çantada 22 ədəd mobil telefon olmasını bilməməsi, Təqsirləndirilən şəxs4 Sadiq oğlunun isə Təqsirləndirilən şəxs1 tərəfindən həmin mobil telefonların qeyri-qanuni yolla keçirilməsindən xəbərsiz olması barədə gətirdikləri dəlilləri müdafiə xarakterli dəlillər kimi qiymətləndirir və ağır cinayətə görə cinayət məsuliyyətindən yaxa qurtara bilmələri üçün seçmiş olduqları müdafiə taktikası kimi dəyərləndirir. Belə ki, Azərbaycan Respublikası DGK-nin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə müraciət edilmiş, alınmış cavabla müəyyən edilmişdir ki, mobil telefonlardan ibarət yüklər Azərbaycan Respublikası Gömrük Məcəlləsi və gömrük sahəsində tətbiq edilən qanunvericiliyinin tələbləri nəzərə alınmaqla gömrük məqsədləri üçün lazım olan məlumatları özündə əks etdirən gömrük bəyannaməsi və onunla birgə təqdim edilən qaimə, hesab-faktura, ixracatçı və idxalatçı arasında bağlanmış müqavilə, malların mənşəyini əks etdirən sənəd və s. əsasında müvafiq gömrük proseduru altında rəsmiləşdirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları“na əsasən səfər zamanı fiziki şəxslər tərəfindən, həmçinin poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməlidir. Fiziki şəxs tərəfindən gətirilən malların (mobil telefon və s.) ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmadığı halda güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) keçirilir, malların gömrük dəyəri Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlərdən (800 ABŞ dolları) artıq olduğu halda isə ümumi gömrük dəyərindən müvafiq yarımbəndlərdə göstərilən məbləğlər çıxılmaqla, malların gömrük rəsmiləşdirilməsi xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla sadələşdirilmiş qaydada həyata keçirilir. Belə olan halda, fiziki şəxs ölkə ərazisinə gətirdiyi mobil telefona dair “Fiziki şəxslər tərəfindən verilən sadələşdirilmiş bəyannamə”ni gömrük orqanına təqdim edir və həmin sadələşdirilmiş bəyannamə əsasında “Fiziki şəxslər tərəfindən verilən sadələşdirilmiş bəyannamənin gömrük ödənişlərinin hesablanması blankı” tərtib olunaraq müvafiq gömrük ödənişləri alınır (iş vərəqə: cild İ, səh. 208-209). Məhkəmə baxışı zamanı isə müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 “Azərbaycan Hava Yolları“ QSC X10 Aeroportu "xxxx" Aviaşirkəti MMC-nin “X11” filialı perron xidməti üzrə departamentinin yük-hava gəmiləri üzrə xidmətində perronda xidmət üzrə supervayzer vəzifəsində işləyərkən yük təyyarələri ilə xarici ölkələrə uçuşu həyata keçirən təcrübəli işçilər kimi, Təqsirləndirilən şəxs4 Sadiq oğlu isə mobil telefonların və onların aksessuarlarının alqısatqısını həyata keçirən bir sahibkar kimi qeyd edilən mobil telefonların ölkə ərazisinə hansı sənədlər əsasında gətirildiyindən məlumatlı olmuşlar, lakin daha çox qazanc əldə etmək üçün qeyd edilən mobil telefonların qaçaqmalçılıq yolu ilə keçirilməsinə qərar vermişlər. Göründüyü kimi, Təqsirləndirilən şəxs4 Sadiq oğlu qeyd edilən mobil telefonlara görə hesablanmış gömrük ödənişlərindən əlavə Təqsirləndirilən şəxs1 gətirilməsi nəzərdə tutulan 22 ədəd mobil telefonun 11 ədədinin hər birinə görə 150 manat pul ödəməyi öhdəsinə götürmüş, digər 11 ədədinin isə Təqsirləndirilən şəxs3 tərəfindən maya dəyərinə alınacağı şərtinə razılıq vermişdir. Məhkəmədə təqsirləndirilən şəxs şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Sadiq oğlunun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onları cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 19 noyabr 2021-ci il əməliyyat-sorğu arayışından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Sadiq oğlu əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 144-147). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, gömrük rəsmiləşdirilməsi üçün ümumilikdə hesablanmış 14435,64 (on dörd min dörd yüz otuz beş manat 64 qəpik) manat gömrük ödənişi Təqsirləndirilən şəxs4 Sadiq oğlu tərəfindən məhkəmə baxışının gedişində könüllü olaraq tam ödənilmiş, mülki iddiaçının təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi qalmamışdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur və himayəsində 2020-ci il təvəllüdlü bir nəfər azyaşlı uşağı vardır (iş vərəqə: cild İ, səh. 158, 177). Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur və himayəsində 2009-cu il təvəllüdlü bir nəfər azyaşlı uşağı vardır (iş vərəqə: cild İ, səh. 180-182). Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs4 Sadiq oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur və himayəsində 2016 və 2017-ci il təvəllüdlü iki nəfər azyaşlı uşaqları vardır (iş vərəqə: cild İ, səh. 203-206). Daha sonra, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur və himayəsində 2016 və 2017-ci il təvəllüdlü iki nəfər azyaşlı uşaqları vardır (iş vərəqə: cild İİ, səh. 241-243). Həmçinin son sözlə məhkəməyə müraciət edən təqsirləndirilən şəxslər törətmiş olduqları əməldən son dərəcə peşman olduqlarını bildirmiş və barələrində olan bütün yüngülləşdirici halların cəza təyin edilərkən nəzərə alınmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə Təqsirləndirilən şəxs4 Sadiq oğlunun gömrük rəsmiləşdirilməsi üçün ümumilikdə hesablanmış 14435,64 (on dörd min dörd yüz otuz beş manat 64 qəpik) manat mülki iddianı könüllü olaraq tam ödəməklə cinayət nəticəsində dəymiş ziyanın aradan qaldırmasını Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 hər birinin himayəsində bir nəfər, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 Sadiq oğlunun hər birinin himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, hər birinin yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını, əvvəllər məhkum olunmadıqlarını, əməllərindən səmimi peşman olduqlarını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tam ödənilməklə aradan qaldırması cəza təyin olunarkən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qəsdən ağır cinayət törətmələri nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onların islah olunması, təqsirləndirilən şəxslərin özləri və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 206.3.2 və 206.3.3-cü maddələrinin, Təqsirləndirilən şəxs4 isə Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsinin sanksiyasının aşağı həddində, barələrində müəyyən olunan cəzanı yüngülləşdirən halları nəzərə almaqla, cəza təyinetmənin ümumi prinsiplərinə və təqsirləndirilən şəxslərin şəxsiyyətinə uyğun, ədalətli azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Lakin məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 haqqında olan yüngülləşdirici halları nəzərə alaraq, onların cəza çəkmədən də islah oluna biləcəklərinin mümkünlüyünü qeyd edir və barələrində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunaraq şərti məhkum edilmələrini məqsədə müvafiq hesab edir. Belə ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 2668 nömrəli Sərəncamında qeyd edilir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində (burada: CM-nin 206-cı maddəsi) cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Qeyd edilən Sərəncamın 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. Həmin Sərəncamın 13-cü bəndində cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması məhkəmələrə tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Bu hissədə məhkəmə belə nəticəyə gəlir ki, təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilərkən Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 üzərinə onların davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerlərini dəyişməmək vəzifə qoyulmalı və həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən isə onların üzərində nəzarət müvafiq dövlət orqanlarına, bu halda onların daimi yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri üzrə Probasiya İdarəsinə həvalə olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 206.3.2 və 206.3.3-cü maddələri, Təqsirləndirilən şəxs4 Sadiq oğluna isə Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə növündə əsas cəza ilə yanaşı, Cinayət Məcəlləsinin qeyd olunan maddələrinin sanksiyasında nəzərdə tutulmasa belə, onlara həm də müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə caza təyin olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinin tələblərinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021-ci il tarixli qərarının 2-ci bəndində nəzərdə tutulan “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli qərarında dəyişiklik edilmiş və həmin dəyişikliyə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Məhkəmə baxışı zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məhkəməyədək icraat mərhələsində və məhkəmə baxışı mərhələsində tutulmamış, həbsdə və ya ev dustaqlığında saxlanılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikası CM-nin 158.6-cı maddəsinin tələbləri (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində həbsdə və ya ev dustaqlığında saxlanılan müddətin cəza müddətinə daxil edilməsi) tətbiq edilməməlidir. Həmçinin, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunan azadlıqdan məhrum etmə cəzasının əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin barəsində şərti məhkum etmə tətbiq edildiyindən qanunun bu müddəasının tətbiqi istisna təşkil edəcəkdir. Məhkəmə, təqsirləndirilən şəxs şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində məhkəməyədək icraat zamanı seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, şərti məhkum etmənin tətbiqi ilə əlaqədar onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə iş üzrə verilən mülki iddia ilə bağlı məsələni müzakirə edərkən müəyyən olundu ki, iş üzrə mülki iddiaçı qismində tanınmış Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən ümumilikdə 65.200 (altmış beş min iki yüz) manat dəyər təşkil edən 22 (iyirmi iki) ədəd mobil telefon aparatları üçün cəmi 14435,64 (on dörd min dörd yüz otuz beş manat 64 qəpik) (Əməliyyat haqqı - 120 manat; idxal rüsumu - 6005,90 manat; ƏDV - 8309,74 manat) manat məbləğində gömrük rəsmiləşdirilməsi müəyyən edilmişdir. Məhkəmə qaldırılmış mülki iddianın əsaslı olub-olmaması məsələsini müzakirə edib belə nəticəyə gəlmişdir ki, Dövlət Gömrük Komitəsinin Təqsirləndirilən şəxs1 və qeyrilərinə qarşı gömrük rəsmiləşdirilməsi üçün hesablanmış 14435,64 (on dörd min dörd yüz otuz beş manat 64 qəpik) manat gömrük ödənişinin ödənilməsi tələbinə dair mülki iddiası əsaslıdır və təmin edilməlidir. Lakin məhkəmə baxışı zamanı müəyyən edildi ki, gömrük rəsmiləşdirilməsi üçün ümumilikdə hesablanmış 14435,64 (on dörd min dörd yüz otuz beş manat 64 qəpik) manat gömrük ödənişi Təqsirləndirilən şəxs4 Sadiq oğlu tərəfindən məhkəmə baxışının gedişində tam ödənilmiş və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən bu ödənişi təsdiq edəcək 29 sentyabr 2022-ci il tarixli, 1900-012/0xx-xx/003906 saylı arayış məhkəməyə təqdim edilmişdir. Həmçinin ödənişin aparılmasını təsdiq edən AFBBANK-a aid müvafiq bank qəbzi və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin mədaxil sənədinin surətləri Təqsirləndirilən şəxs4 Sadiq oğlu tərəfindən məhkəməyə təqdim edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə mülki iddia ilə bağlı belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin təqsirləndirilən şəxslər (mülki cavabdehlər) Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Sadiq oğluna qarşı gömrük rəsmiləşdirilməsi üçün hesablanmış 14435,64 (on dörd min dörd yüz otuz beş manat 64 qəpik) manat gömrük ödənişinin tam ödənilməsi nəzərə alınmalı və cinayət işi üzrə mülki iddiaya dair icraata xitam verilməlidir. Məhkəmə iş üzrə maddi sübutlara dair məsələni müzakirə edib belə nəticəyə gəlmişdir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin «Azərterminalkompleks» Birliyində saxlanılan 10 ədəd “İphone 13 PRO Sierra Blue 250 GB”, 4 ədəd “İphone 13 PRO Grahite 256 GB”, 2 ədəd “İphone 13 PRO Grahite 128 GB” markalı, 2 ədəd “İphone 13 PRO Gold 256 GB”, 2 ədəd “İphone 13 PRO Silver 256 GB” markalı, 1 ədəd “İphone 13 PRO Silver 128 GB” markalı və 1 ədəd “İphone 13 PRO Sierra Blue 128 GB” markalı – cəmi 22 (iyirmi iki) ədəd mobil telefonlar Təqsirləndirilən şəxs4 Sadiq oğluna geri qaytarılmalıdır. İş üzrə məhkəmə məhkəmə məsrəfləri – 100 (yüz) manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Sadiq oğlunun hər birindən 25,0 (iyirmi beş) manat olmaqla müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilən cəza şərti olaraq tətbiq edilsin və ona 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilən cəza şərti olaraq tətbiq edilsin və ona 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin edilən cəza şərti olaraq tətbiq edilsin və ona 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs4 Sadiq oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-c maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 Sadiq oğluna təyin edilən cəza şərti olaraq tətbiq edilsin və ona 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 Sadiq oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 Sadiq oğlunun üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs4 Sadiq oğlunun davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökmün icrası qalan hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər İcra İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin təqsirləndirilən şəxslər (mülki cavabdehlər) Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Sadiq oğluna qarşı gömrük rəsmiləşdirilməsi üçün hesablanmış 14435,64 (on dörd min dörd yüz otuz beş manat 64 qəpik) manat gömrük ödənişinin tam ödənilməsi nəzərə alınsın və cinayət işi üzrə mülki iddiaya dair icraata xitam verilsin. İş üzrə maddi sübutlar - hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin «Azərterminalkompleks» Birliyində saxlanılan 10 ədəd “İphone 13 PRO Sierra Blue 250 GB”, 4 ədəd “İphone 13 PRO Grahite 256 GB”, 2 ədəd “İphone 13 PRO Grahite 128 GB” markalı, 2 ədəd “İphone 13 PRO Gold 256 GB”, 2 ədəd “İphone 13 PRO Silver 256 GB” markalı, 1 ədəd “İphone 13 PRO Silver 128 GB” markalı və 1 ədəd “İphone 13 PRO Sierra Blue 128 GB” markalı – cəmi 22 (iyirmi iki) ədəd mobil telefonlar Təqsirləndirilən şəxs4 Sadiq oğluna geri qaytarılsın. İş üzrə məhkəmə məhkəmə məsrəfləri – 100 (yüz) manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Sadiq oğlundan müştərək qaydada (hər birindən 25,0 manat) alınaraq dövlət büdcəsinə ödənilsin. Əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1257/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1257/2022
20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver