Məhkəmə qərarları › İş №1(101)-1257/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1257/2024

30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1257/2024 30.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X5 və X23, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, müdafiəçilər - Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Sumqayıt şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 iştirakı ilə, xx xxxx 1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, ali təhsilli, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Heydər X36 “Terminal 1” Terminal zallarının və vağzalyanı meydanının idarəetmə xidmətinin İstehsalat-texniki şöbəsinin komendantı vəzifəsində işləmiş, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, 4-cü küçə, ev 1-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 (Fin:xxxxxxx) və xx xxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, ali təhsilli, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Heydər X36 “Terminal T” Terminal zallarının və vağzalyanı meydanının idarəetmə xidmətinin İstehsalat-texniki şöbəsinin rəisi vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 (Fin:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri ilə, xx xxxxxx 1992-ci ildə Qəbələ rayonu, Tikanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, orta təhsilli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, Qəbələ rayonu Tikanlı kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 (Fin:xxxxxxx) və 9 dekabr 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, fərdi qaydada sürücü işləmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 (Fin:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə 30 oktyabr 2024-cü il tarixdə, saat 12:30-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs1 "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə-QSC) Heydər X36 “Terminal 1” Terminal zallarının və vağzalyanı meydanının idarəetmə xidmətinin İstehsalat-texniki şöbəsinin komendantı vəzifəsində işləyərkən Heydər X27un “Terminal Y’nin xidməti ərazisi və digər sahələrində sərbəst hərəkət hüququ olduğu üçün həmin ərazilərdə gömrük yoxlamasına məruz qalmayacağına əmin olduğundan vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə 2023-cü ilin avqust ayının əvvəllərində tanışları, Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, sonuncunun vasitəsilə Təqsirləndirilən şəxs4 və qeyrisi ilə, həmçinin şəxsiyyəti məlum olmayan digər şəxslərlə külli miqdarda malların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirilməsi barədə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında tamah məqsədilə cinayət əlaqəsinə girmiş, aralarında olan ümumi cinayətkar niyyətə və əldə edilmiş razılığa uyğun olaraq o, 7 avqust 2023-cü il tarixdə Bakı-Dubay aviareysi ilə gedən cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs3lə Heydər X36 “Terminal 1”də steril ərazidə sərhəd buraxılış məntəqəsinin yaxınlığında görüşərək cinayətin detalları barədə müzakirələr aparmış, sonuncu tərəfindən gətiriləcək külli miqdarda malları həmin ərazidə olan tualetdə təhvil alıb bilavasitə rəisi olan qrupun digər üzvü, "xxxx" QSC-nin Heydər X36 “Terminal 1” Terminal zallarının və vağzalyanı meydanının idarəetmə xidmətinin İstehsalat-texniki şöbəsinin rəisi Təqsirləndirilən şəxs2lə birgə maddi maraq müqabilində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, yəni Heydər X27un “Terminal 1”də qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş yerdən - gömrük məntəqəsindən kənar, xidməti keçiddən istifadə etməklə qaçaqmalçılıq yolu ilə keçirəcəklərini təmin etməyi bir daha dəqiqləşdirdikdən sonra, Təqsirləndirilən şəxs3 həmin tarixdə, saat 15 radələrində Bakı-Dubay aviareysi ilə X26 getmiş, Dubay şəhərində cinayətkar qrupun üzvü qeyrisi və qrupun şəxsiyyəti məlum olmayan digər üzvləri tərəfindən məlum olmayan vaxtda və mənbədən əldə edilmiş ayrı-ayrılıqda - 912 manat dəyərində 6,43 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd boyunbağı, 2444 manat dəyərində 19,12 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd boyunbağı, 853 manat dəyərində 7,11 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd boyunbağı, 997 manat dəyərində 7,46 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd üzük, 1412 manat dəyərində 6,70 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd üzük, 1494 manat dəyərində 9,96 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) cüt sırğa, 2510 manat dəyərində 16,17 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) cüt sırğa, 450 manat dəyərində 3,94 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) cüt sırğa, 4441 manat dəyərində 36,82 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) dəst kulonlu boyunbağı-üzük, 1676 manat dəyərində 14,45 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd qolbaq, 5397 manat dəyərində 34,07 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd qolbaq, 3178 manat dəyərində 28,89 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd qolbaq, 9049 manat dəyərində “VCA Au 750” və “JB612575 OR” markalı 1(bir) cüt sırğa, 4624 manat dəyərində “VCA Au 750" və “JE055356” markalı 1(bir) cüt sırğa, 8402 manat dəyərində “VCA 750” və “S753" markalı 1(bir) ədəd qolbaq, 8402 manat dəyərində "VCA 750” və “S734” markalı 1(bir) ədəd qolbaq, 6230 manat dəyərində “VCA 750" və “S723" markalı 1(bir) ədəd qolbaq, 9503 manat dəyərində “VCA 750” və “S746" markalı 1(bir) ədəd qolbaq, 7820 manat dəyərində “VCA 750” və “S719” markalı 1(bir) ədəd qolbaq, 17637 manat dəyərində “VCA 750” və “S719” markalı 1(bir) ədəd boyunbağı, 10803 manat dəyərində “VCA750” və “JA257675 S737” markalı 1(bir) ədəd boyunbağı, 7140 manat dəyərində “VCA750" və “JE036598 S738” markalı 1(bir) ədəd boyunbağı, 30000 manat dəyərində “ROLEX X80JUST 132EW546” markalı 1(bir) ədəd qol saatı, 30000 manat dəyərində “ROLEX X80JUST Q69272D8” markalı 1(bir) ədəd qol saatı, 35000 manat dəyərində “ROLEX X80 67t089V3" markalı 1(bir) ədəd qol saatı, 27000 manat dəyərində HUBLOT" markalı 1(bir) ədəd qol saatı, 36740 manat dəyərində 249,93 qram çəkidə 999 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd külçə, 36740 manat dəyərində 249,93 qram çəkidə 999 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd külçə, 6000 manat dəyərində 0,20 qram çəkidə 1,0 karat 1(bir) ədəd brilyant daş, 5140 manat dəyərində 0,18 qram çəkidə 0,890 karat 1(bir) ədəd brilyant daş, 10000 manat dəyərində 0,32 qram çəkidə 1,608 karat 1(bir) ədəd brilyant daş olmaqla, üzəri yapışqanlı lentlə sarılmış 4(dörd) ədəd polietilen paketdə ümumilikdə külli miqdarda, 331994 manat dəyərində malları və 3(üç) ədəd brilyant daşlara dair sertifikat sənədləri, 1(bir) ədəd üzərində “Tiffany CO” yazısı olan kağız paket, 1(bir) ədəd üzərində “Tiffany Co” yazısı olan qovluq və 2(iki) ədəd üzərində “Tiffany Co" yazısı olan zərgərlik məmulatları üçün qablaşdırmaları təhvil almış, özü ilə birgə 08 avqust 2023-cü il tarixdə, saat 15 radələrində “FZ 707” saylı Dubay-Bakı aviareysi ilə X14 Azərbaycan Respublikasına gətirmiş, o isə qabaqcadan əldə edilmiş razılığa uyğun olaraq xidməti keçiddən istifadə etməklə Heydər X27 “Terminal 1”dəki steril ərazisinə gəlmiş və orada sərhəd buraxılış məntəqəsinin yaxınlığında yerləşən tualetə daxil olaraq Təqsirləndirilən şəxs3 gözləməyə başlamış, Təqsirləndirilən şəxs3 təyyarədən endikdən sonra üzərində gətirdiyi külli miqdarda malları mütləq qaydada X1vericiliklə müəyyən edilmiş yerə, yəni gömrük məntəqəsinə apararaq gömrük orqanına bəyan etməli olduğu halda bunu etməyərək, gömrük nəzarətindən kənar keçirilməsi məqsədilə sözügedən tualetə daxil olaraq orada onunla görüşmüş, o, Allahverdi tərəfindən gətirilmiş 4(dörd) ədəd polietilen paketdə külli miqdarda həmin malları sonuncudan qəbul edərək 1(bir) ədəd qutuya yerləşdirmiş, bundan sonra Təqsirləndirilən şəxs3 oranı tərk edərək müşayiət etdiyi çantasına yerləşdirdiyi brilyant daşlara dair sertifikat sənədləri və zərgərlik məmulatları üçün qablaşdırmalarla birgə gömrük nəzarəti zonasına getmiş, qrupun digər üzvü Təqsirləndirilən şəxs2 isə xidməti keçiddən keçib həmin əraziyə gələrək sözügedən tualetin qarşısında ərazini müşahidə altında saxlamış, o, münbit şərait olduğu təqdirdə çıxması üçün qrupun üzvü Təqsirləndirilən şəxs2 müvafiq işarə gələnə qədər orada gözləmiş, bir neçə dəqiqə sonra qrupun üzvü Təqsirləndirilən şəxs2 müvafiq işarəsi ilə əlində külli miqdarda mal və məmulatların yerləşdirildiyi qutu ilə birgə tualetdən çıxıb Təqsirləndirilən şəxs2 yaxınlaşmış və sonuncu ilə birgə külli miqdarda həmin malları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, yəni Heydər X27un “Terminal 1"də qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş yerdən, gömrük məntəqəsindən kənar, xidməti keçiddən istifadə etməklə qaçaqmalçılıq yolu ilə keçirmiş, əməliyyat məlumatı əsasında gömrük əməkdaşları tərəfindən saxlanılaraq yoxlamaya dəvət olunmuş və yoxlama zamanı əlində olan 1 (bir) ədəd qutuda üzəri yapışqanlı lentlə sarılmış 4(dörd) ədəd polietilen paketdən külli miqdarda, 331994 manat dəyərində həmin mallar aşkar edilərək götürülmüş, qrupun üzvü Təqsirləndirilən şəxs3 isə Heydər X27 “Terminal T’də gəliş zalında olan gömrük nəzarəti zonasında saxlanılaraq yoxlamaya cəlb edilmiş və yoxlama zamanı müşayiət etdiyi çantadan 3(üç) ədəd brilyant daşlara dair sertifikat sənədləri, 1(bir) ədəd üzərində “Tiffany CO” yazısı olan kağız paket, 1(bir) ədəd üzərində “Tiffany Co” yazısı olan qovluq və 2(iki) ədəd üzərində “Tiffany Co” yazısı olan zərgərlik məmulatları üçün qablaşdırmalar aşkar edilərək götürülmüşdür.

2. Təqsirləndirilən şəxs2 Heydər X27un “Terminal 1”in xidməti ərazisi və digər sahələrində sərbəst hərəkət hüququ olduğu üçün həmin ərazilərdə gömrük yoxlamasına məruz qalmayacağına əmin olduğundan vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə 2023-cü ilin avqust ayının əvvəllərində tanışları, Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3, sonuncunun vasitəsilə Təqsirləndirilən şəxs4 və qeyrisi, həmçinin şəxsiyyəti məlum olmayan digər şəxslərlə külli miqdarda malların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirilməsi barədə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında tamah məqsədilə cinayət əlaqəsinə girmiş, aralarında olan ümumi cinayətkar niyyətə və əldə edilmiş razılığa uyğun olaraq o, qrupun üzvü Təqsirləndirilən şəxs3 tərəfindən gətiriləcək külli miqdarda malları xidməti tabeliyində olan qrupun digər üzvü, "Azərbaycan Hava Yolları” QSC-nin Heydər X36 “Terminal T’ Terminal zallarının və vağzalyanı meydanının idarəetmə xidmətinin İstehsalat-texniki şöbəsinin komendantı Təqsirləndirilən şəxs1lə birgə maddi maraq müqabilində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, yəni Heydər X27un “Terminal 1”də qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş yerdən - gömrük məntəqəsindən kənar, xidməti keçiddən istifadə etməklə qaçaqmalçılıq yolu ilə keçirəcəklərini təmin etməyə razılıq verdikdən sonra, Təqsirləndirilən şəxs3 07 avqust 2023-cü il tarixdə, saat 15 radələrində Bakı-Dubay aviareysi ilə X26 getmiş, Dubay şəhərində cinayətkar qrupun üzvü qeyrisi və qrupun şəxsiyyəti məlum olmayan digər üzvləri tərəfindən məlum olmayan vaxtda və mənbədən əldə edilmiş ayrı-ayrılıqda - 912 manat dəyərində 6,43 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd boyunbağı, 2444 manat dəyərində 19,12 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd boyunbağı, 853 manat dəyərində 7,11 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd boyunbağı, 997 manat dəyərində 7,46 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd üzük, 1412 manat dəyərində 6,70 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd üzük, 1494 manat dəyərində 9,96 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) cüt sırğa, 2510 manat dəyərində 16,17 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) cüt sırğa, 450 manat dəyərində 3,94 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) cüt sırğa, 4441 manat dəyərində 36,82 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) dəst kulonlu boyunbağı-üzük, 1676 manat dəyərində 14,45 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd qolbaq, 5397 manat dəyərində 34,07 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd qolbaq, 3178 manat dəyərində 28,89 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd qolbaq, 9049 manat dəyərində “VCA Au 750" və “JB612575 OR" markalı 1(bir) cüt sırğa, 4624 manat dəyərində “VCA Au 750" və “JE055356" markalı 1(bir) cüt sırğa, 8402 manat dəyərində “VCA 750” və “S753” markalı 1(bir) ədəd qolbaq, 8402 manat dəyərində “VCA 750" və “S734" markalı 1(bir) ədəd qolbaq, 6230 manat dəyərində “VCA 750” və “S723" markalı 1(bir) ədəd qolbaq, 9503 manat dəyərində “VCA 750” və “S746” markalı 1(bir) ədəd qolbaq, 7820 manat dəyərində “VCA 750" və “S719” markalı 1(bir) ədəd qolbaq, 17637 manat dəyərində “VCA 750” və “S719” markalı 1(bir) ədəd boyunbağı, 10803 manat dəyərində “VCA750” və “JA257675 S737” markalı 1(bir) ədəd boyunbağı, 7140 manat dəyərində “VCA750” və “JE036598 S738” markalı 1(bir) ədəd boyunbağı, 30000 manat dəyərində “ROLEX X80JÜST 132EW546” markalı 1(bir) ədəd qol saatı, 30000 manat dəyərində “ROLEX X80JÜST Q69272D8” markalı 1(bir) ədəd qol saatı, 35000 manat dəyərində “ROLEX X80 67t089V3" markalı 1(bir) ədəd qol saatı, 27000 manat dəyərində HUBLOT” markalı 1(bir) ədəd qol saatı, 36740 manat dəyərində 249,93 qram çəkidə 999 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd külçə, 36740 manat dəyərində 249,93 qram çəkidə 999 əyarlı qızıldan hazırlanmış 1 (bir) ədəd külçə, 6000 manat dəyərində 0,20 qram çəkidə 1,0 karat 1(bir) ədəd brilyant daş, 5140 manat dəyərində 0,18 qram çəkidə 0,890 karat 1(bir) ədəd brilyant daş, 10000 manat dəyərində 0,32 qram çəkidə 1,608 karat 1(bir) ədəd brilyant daş olmaqla, üzəri yapışqanlı lentlə sarılmış 4(dörd) ədəd polietilen paketdə ümumilikdə külli miqdarda, 331994 manat dəyərində malları və 3(üç) ədəd brilyant daşlara dair sertifikat sənədləri, 1(bir) ədəd üzərində "Tiffany CO” yazısı olan kağız paket, 1(bir) ədəd üzərində “Tiffany Co" yazısı olan qovluq və 2(iki) ədəd üzərində ‘Tiffany Co" yazısı olan zərgərlik məmulatları üçün qablaşdırmaları təhvil almış, özü ilə birgə 08 avqust 2023-cü il tarixdə, saat 15 radələrində “FZ 707” saylı Dubay-Bakı aviareysi ilə X14 Azərbaycan Respublikasına gətirmiş, qrupun üzvü Təqsirləndirilən şəxs1 isə qabaqcadan əldə edilmiş razılığa uyğun olaraq xidməti keçiddən istifadə etməklə Heydər X27 “Terminal 1”dəki steril ərazisinə gəlmiş və orada sərhəd buraxılış məntəqəsinin yaxınlığında yerləşən tualetə daxil olaraq Təqsirləndirilən şəxs3 gözləməyə başlamış, Təqsirləndirilən şəxs3 təyyarədən endikdən sonra üzərində gətirdiyi külli miqdarda malları mütləq qaydada X1vericiliklə müəyyən edilmiş yerə, yəni gömrük məntəqəsinə apararaq gömrük orqanına bəyan etməli olduğu halda bunu etməyərək, gömrük nəzarətindən kənar keçirilməsi məqsədilə sözügedən tualetə daxil olaraq orada Təqsirləndirilən şəxs1lə görüşmüş, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 tərəfindən gətirilmiş 4(dörd) ədəd polietilen paketdə külli miqdarda həmin malları sonuncudan qəbul edərək 1(bir) ədəd qutuya yerləşdirmiş, bundan sonra Təqsirləndirilən şəxs3 oranı tərk edərək müşayiət etdiyi çantasına yerləşdirdiyi brilyant daşlara dair sertifikat sənədləri və zərgərlik məmulatları üçün qablaşdırmalarla birgə gömrük nəzarəti zonasına getmiş, o isə xidməti keçiddən keçib həmin əraziyə gələrək sözügedən tualetin qarşısında ərazini müşahidə altında saxlamış, Təqsirləndirilən şəxs1 münbit şərait olduğu təqdirdə çıxması üçün ondan müvafiq işarə gələnə qədər orada gözləmiş, bir neçə dəqiqə sonra onun müvafiq işarəsi ilə Təqsirləndirilən şəxs1 əlində külli miqdarda mal və məmulatların yerləşdirildiyi qutu ilə birgə tualetdən çıxıb ona yaxınlaşmış və hər ikisi birgə külli miqdarda həmin malları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, yəni Heydər X27un “Terminal 1”də qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş yerdən, gömrük məntəqəsindən kənar, xidməti keçiddən istifadə etməklə qaçaqmalçılıq yolu ilə keçirmiş, əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs1 gömrük əməkdaşları tərəfindən saxlanılaraq yoxlamaya dəvət olunmuş və yoxlama zamanı Təqsirləndirilən şəxs1 əlində olan 1(bir) ədəd qutuda üzəri yapışqanlı lentlə sarılmış 4(dörd) ədəd polietilen paketdən külli miqdarda, 331994 manat dəyərində həmin mallar aşkar edilərək götürülmüş, qrupun üzvü Təqsirləndirilən şəxs3 isə Heydər X27 ‘Terminal 1”də gəliş zalında olan gömrük nəzarəti zonasında saxlanılaraq yoxlamaya cəlb edilmiş və yoxlama zamanı müşayiət etdiyi çantadan 3(üç) ədəd brilyant daşlara dair sertifikat sənədləri, 1(bir) ədəd üzərində “Tiffany CO” yazısı olan kağız paket, 1(bir) ədəd üzərində “Tiffany Co” yazısı olan qovluq və 2(iki) ədəd üzərində “Tiffany Co” yazısı olan zərgərlik məmulatları üçün qablaşdırmalar aşkar edilərək götürülmüşdür.

3. Təqsirləndirilən şəxs3 2023-cü ilin avqust ayının əvvəllərində tanışları, Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və qeyrisi, həmçinin şəxsiyyəti məlum olmayan digər şəxslərlə külli miqdarda malların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirilməsi barədə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında tamah məqsədilə cinayət əlaqəsinə girmiş, aralarında olan ümumi cinayətkar niyyətə və əldə edilmiş razılığa uyğun olaraq o, cinayətkar qrupun üzvü qeyrisi tərəfindən onlayn qaydada alınmış biletlə Bakı-Dubay aviareysi ilə X26 getmək məqsədilə 07 avqust 2023-cü il tarixdə Heydər X27a gəlmiş, “Terminal T”də steril ərazidəki sərhəd buraxılış məntəqəsinin yaxınlığında cinayətkar qrupun üzvü, ‘‘Azərbaycan Hava Yolları” QSC-nin Heydər X36 “Terminal T” Terminal zallarının və vağzalyanı meydanının idarəetmə xidmətinin İstehsalat-texniki şöbəsinin komendantı Təqsirləndirilən şəxs1lə görüşərək cinayətin detalları barədə müzakirələr aparmış, Təqsirləndirilən şəxs1 onun tərəfindən gətiriləcək külli miqdarda malları həmin ərazidə olan tualetdə ondan təhvil alıb qrupun digər üzvü, "xxxx" QSC-nin Heydər X36 “Terminal 1” Terminal zallarının və vağzalyanı meydanının idarəetmə xidmətinin İstehsaiat-texniki şöbəsinin rəisi Təqsirləndirilən şəxs2lə birgə maddi maraq müqabilində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, yəni Heydər X27un “Terminal 1”də qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş yerdən- gömrük məntəqəsindən kənar, xidməti keçiddən istifadə etməklə qaçaqmalçılıq yolu ilə keçirəcəklərini təmin etməyə bir daha razılıq verdikdən sonra, o, həmin tarixdə, saat 15 radələrində Bakı-Dubay aviareysi ilə X26 getmiş, Dubay şəhərində cinayətkar qrupun üzvü qeyrisi və qrupun şəxsiyyəti məlum olmayan digər üzvləri tərəfindən məlum olmayan vaxtda və mənbədən əldə edilmiş ayrı-ayrılıqda - 912 manat dəyərində 6,43 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd boyunbağı, 2444 manat dəyərində 19,12 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd boyunbağı, 853 manat dəyərində 7,11 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1 (bir)ədəd boyunbağı, 997 manat dəyərində 7,46 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd üzük, 1412 manat dəyərində 6,70 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd üzük, 1494 manat dəyərində 9,96 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) cüt sırğa, 2510 manat dəyərində 16,17 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) cüt sırğa, 450 manat dəyərində 3,94 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) cüt sırğa, 4441 manat dəyərində 36,82 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) dəst kulonlu boyunbağı-üzük, 1676 manat dəyərində 14,45 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd qolbaq, 5397 manat dəyərində 34,07 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd qolbaq, 3178 manat dəyərində 28,89 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd qolbaq, 9049 manat dəyərində “VCA Au 750” və “JB612575 OR" markalı 1(bir) cüt sırğa, 4624 manat dəyərində “VCA Au 750" və “JE055356” markalı 1v cüt sırğa, 8402 manat dəyərində “VCA 750” və “S753” markalı 1 (bir) ədəd qolbaq, 8402 manat dəyərində “VCA 750” və “S734” markalı 1(bir) ədəd qolbaq, 6230 manat dəyərində “VCA 750” və “S723” markalı 1 (bir) ədəd qolbaq, 9503 manat dəyərində “VCA 750” və “S746” markalı 1(bir) ədəd qolbaq, 7820 manat dəyərində “VCA 750” və “S719” markalı 1(bir) ədəd qolbaq, 17637 manat dəyərində “VCA 750" və “S719” markalı 1(bir) ədəd boyunbağı, 10803 manat dəyərində “VCA750” və “JA257675 S737" markalı 1(bir) ədəd boyunbağı, 7140 manat dəyərində “VCA750” və “JE036598 S738" markalı 1(bir) ədəd boyunbağı, 30000 manat dəyərində “ROLEX X80JUST 132EW546” markalı 1(bir) ədəd qol saatı, 30000 manat dəyərində “ROLEX X80JUST Q69272D8” markalı 1(bir) ədəd qol saatı, 35000 manat dəyərində “ROLEX X80 67t089V3” markalı 1(bir) ədəd qol saatı, 27000 manat dəyərində HUBLOT” markalı 1(bir) ədəd qol saatı, 36740 manat dəyərində 249,93 qram çəkidə 999 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd külçə, 36740 manat dəyərində 249,93 qram çəkidə 999 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd külçə, 6000 manat dəyərində 0,20 qram çəkidə 1,0 karat 1(bir) ədəd brilyant daş, 5140 manat dəyərində 0,18 qram çəkidə 0,890 karat 1(bir) ədəd brilyant daş, 10000 manat dəyərində 0,32 qram çəkidə 1,608 karat 1(bir) ədəd brilyant daş olmaqla, üzəri yapışqanlı lentlə sarılmış 4(dörd) ədəd polietilen paketdə ümumilikdə külli miqdarda, 331994 manat dəyərində malları və 3(üç) ədəd brilyant daşlara dair sertifikat sənədləri, 1(bir) ədəd üzərində “Tiffany CO” yazısı olan kağız paket, 1(bir) ədəd üzərində “Tiffany Co” yazısı olan qovluq və 2(iki) ədəd üzərində “Tiffany Co” yazısı olan zərgərlik məmulatları üçün qablaşdırmaları təhvil almış, özü ilə birgə 08 avqust 2023-cü il tarixdə, saat 15 radələrində “FZ 707” saylı Dubay-Bakı aviareysi ilə X14 Azərbaycan Respublikasına gətirmiş, təyyarədən endikdən sonra üzərində gətirdiyi külli miqdarda həmin malları mütləq qaydada X1vericiliklə müəyyən edilmiş yerə, yəni gömrük məntəqəsinə apararaq gömrük orqanına bəyan etməli olduğu halda bunu etməyərək, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsi məqsədilə “Terminal T’də steril ərazidə sərhəd buraxılış məntəqəsinin yaxınlığında yerləşən tualetə daxil olaraq qabaqcadan onu orada gözləyən qrupun üzvü Təqsirləndirilən şəxs1lə görüşmüş, 4(dörd) ədəd polietilen paketdə külli miqdarda həmin malları sonuncuya təhvil verərək oranı tərk etmiş və müşayiət etdiyi çantasına yerləşdirdiyi brilyant daşlara dair sertifikat sənədləri və zərgərlik məmulatları üçün qablaşdırmalarla birgə gömrük nəzarəti zonasına getmiş, qrupun digər üzvü Təqsirləndirilən şəxs2 isə xidməti keçiddən keçib həmin əraziyə gələrək sözügedən tualetin qarşısında ərazini müşahidə altında saxlamış, Təqsirləndirilən şəxs1 münbit şərait olduğu təqdirdə çıxması üçün qrupun üzvü Təqsirləndirilən şəxs2 müvafiq işarə gələnə qədər orada gözləmiş, bir neçə dəqiqə sonra qrupun üzvü Təqsirləndirilən şəxs2 müvafiq işarəsi ilə Təqsirləndirilən şəxs1 əlində külli miqdarda mal və məmulatların yerləşdirildiyi qutu ilə birgə tualetdən çıxıb Təqsirləndirilən şəxs2 yaxınlaşmış və sonuncu ilə birgə külli miqdarda həmin malları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, yəni Heydər X27un “Terminal 1”də qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş yerdən, gömrük məntəqəsindən kənar, xidməti keçiddən istifadə etməklə qaçaqmalçılıq yolu ilə keçirmiş, əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs1 gömrük əməkdaşları tərəfindən saxlanılaraq yoxlamaya dəvət olunmuş və yoxlama zamanı Təqsirləndirilən şəxs1 əlində olan 1(bir) ədəd qutuda üzəri yapışqanlı lentlə sarılmış 4 (dörd) ədəd polietilen paketdən külli miqdarda, 331994 manat dəyərində həmin mallar aşkar edilərək götürülmüş, o isə Heydər X27 “Terminal T’də gəliş zalında olan gömrük nəzarəti zonasında saxlanılaraq yoxlamaya cəlb edilmiş və yoxlama zamanı müşayiət etdiyi çantadan 3(üç) ədəd brilyant daşlara dair sertifikat sənədləri, 1(bir) ədəd üzərində “Tiffany CO” yazısı olan kağız paket, 1(bir) ədəd üzərində “Tiffany Co” yazısı olan qovluq və 2(iki) ədəd üzərində “Tiffany Co” yazısı olan zərgərlik məmulatları üçün qablaşdırmalar aşkar edilərək götürülmüşdür.

4. Təqsirləndirilən şəxs4 2023-cü ilin avqust ayının əvvəllərində tanışları, Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs3 və qeyrisi, Təqsirləndirilən şəxs3 vasitəsilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, həmçinin şəxsiyyəti məlum olmayan digər şəxslərlə külli miqdarda malların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə tamah məqsədilə keçirilməsi barədə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, aralarında olan ümumi cinayətkar niyyətə və əldə edilmiş razılığa uyğun olaraq o, cinayətkar qrupun üzvü qeyrisi və qrupun digər üzvləri tərəfindən ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə göndəriləcək külli miqdarda malları əldə edib satışını təşkil etməyə maddi maraq müqabilində razılıq vermiş, bundan sonra qrupun üzvü Təqsirləndirilən şəxs3 qrupun digər üzvü qeyrisi tərəfindən onlayn qaydada alınmış biletlə Bakı - Dubay aviareysi ilə X26 getmək məqsədilə 07 avqust 2023-cü il tarixdə Heydər X27a gəlmiş, “Terminal 1”də steril ərazidəki sərhəd buraxılış məntəqəsinin yaxınlığında cinayətkar qrupun digər üzvü, "xxxx" QSC-nin Heydər X36 “Terminal T’ Terminal zallarının və vağzalyanı meydanının idarəetmə xidmətinin İstehsalat-texniki şöbəsinin komendantı Təqsirləndirilən şəxs1lə görüşərək cinayətin detalları barədə müzakirələr aparmış, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 tərəfindən gətiriləcək külli miqdarda malları həmin ərazidə olan tualetdə sonuncudan təhvil alıb qrupun digər üzvü, "xxxx" QSC-nin Heydər X36 “Terminal 1” Terminal zallarının və vağzalyanı meydanının idarəetmə xidmətinin İstehsalat-texniki şöbəsinin rəisi Təqsirləndirilən şəxs2lə birgə maddi maraq müqabilində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, yəni Heydər X27un “Terminal T’də qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş yerdən - gömrük məntəqəsindən kənar, xidməti keçiddən istifadə etməklə qaçaqmalçılıq yolu ilə keçirəcəklərini təmin etməyə bir daha razılıq verdikdən sonra, Təqsirləndirilən şəxs3 həmin tarixdə, saat 15 radələrində Bakı-Dubay aviareysi ilə X26 getmiş, Dubay şəhərində cinayətkar qrupun üzvü qeyrisi və qrupun şəxsiyyəti məlum olmayan digər üzvləri tərəfindən məlum olmayan vaxtda və mənbədən əldə edilmiş ayrı-ayrılıqda - 912 manat dəyərində 6,43 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd boyunbağı, 2444 manat dəyərində 19,12 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd boyunbağı, 853 manat dəyərində 7,11 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd boyunbağı, 997 manat dəyərində 7,46 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd üzük, 1412 manat dəyərində 6,70 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd üzük, 1494 manat dəyərində 9,96 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) cüt sırğa, 2510 manat dəyərində 16,17 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) cüt sırğa, 450 manat dəyərində 3,94 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) cüt sırğa, 4441 manat dəyərində 36,82 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) dəst kulonlu boyunbağı-üzük, 1676 manat dəyərində 14,45 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd qolbaq, 5397 manat dəyərində 34,07 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1 ədəd qolbaq, 3178 manat dəyərində 28,89 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd qolbaq, 9049 manat dəyərində “VCA Au 750’’ və“JB612575 0R” markalı 1(bir) cüt sırğa, 4624 manat dəyərində “VCA Au 750” və “JE055356" markalı 1(bir) cüt sırğa, 8402 manat dəyərində “VCA 750” və “S753” markalı 1(bir) ədəd qolbaq, 8402 manat dəyərində “VCA 750” və “S734” markalı 1(bir) ədəd qolbaq, 6230 manat dəyərində “VCA 750" və “S723” markalı 1(bir) ədəd qolbaq, 9503 manat dəyərində “VCA 750” və “S746” markalı 1(bir) ədəd qolbaq, 7820 manat dəyərində “VCA 750” və “S719” markalı 1(bir) ədəd qolbaq, 17637 manat dəyərində “VCA 750” və “S719” markalı 1(bir) ədəd boyunbağı, 10803 manat dəyərində “VCA750” və “JA257675 S737” markalı 1(bir) ədəd boyunbağı, 7140 manat dəyərində “VCA750” və “JE036598 S738” markalı 1(bir) ədəd boyunbağı, 30000 manat dəyərində “ROLEX X80JUST 132EW546” markalı 1(bir) ədəd qol saatı, 30000 manat dəyərində “ROLEX X80JUST Q69272D8” markalı 1(bir) ədəd qol saatı, 35000 manat dəyərində “ROLEX X80 67t089V3” markalı 1(bir) ədəd qol saatı, 27000 manat dəyərində HUBLOT” markalı 1(bir) ədəd qol saatı, 36740 manat dəyərində 249,93 qram çəkidə 999 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd külçə, 36740 manat dəyərində 249,93 qram çəkidə 999 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd külçə, 6000 manat dəyərində 0,20 qram çəkidə 1,0 karat 1(bir) ədəd brilyant daş, 5140 manat dəyərində 0,18 qram çəkidə 0,890 karat 1(bir) ədəd brilyant daş, 10000 manat dəyərində 0,32 qram çəkidə 1,608 karat 1(bir) ədəd brilyant daş olmaqla, üzəri yapışqanlı lentlə sarılmış 4(dörd) ədəd polietilen paketdə ümumilikdə külli miqdarda, 331994 manat dəyərində malları və 3(üç) ədəd brilyant daşlara dair sertifikat sənədləri, 1(bir) ədəd üzərində “Tiffany CO" yazısı olan kağız paket, 1(bir) ədəd üzərində ‘Tiffany Co” yazısı olan qovluq və 2(iki) ədəd üzərində “Tiffany Co” yazısı olan zərgərlik məmulatları üçün qablaşdırmaları təhvil almış, özü ilə birgə 08 avqust 2023-cü il tarixdə, saat 15 radələrində “FZ 707” saylı Dubay-Bakı aviareysi ilə X14 Azərbaycan Respublikasına gətirmiş, Təqsirləndirilən şəxs3 təyyarədən endikdən sonra üzərində gətirdiyi külli miqdarda həmin malları mütləq qaydada X1vericiliklə müəyyən edilmiş yerə, yəni gömrük məntəqəsinə apararaq gömrük orqanına bəyan etməli olduğu halda bunu etməyərək, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsi məqsədilə “Terminal T’də steril ərazidə sərhəd buraxılış məntəqəsinin yaxınlığında yerləşən tualetə daxil olaraq orada qrupun üzvü Təqsirləndirilən şəxs1lə görüşmüş, 4(dörd) ədəd polietilen paketdə külli miqdarda həmin malları sonuncuya təhvil verərək oranı tərk etmiş və müşayiət etdiyi çantasına yerləşdirdiyi brilyant daşlara dair sertifikat sənədləri və zərgərlik məmulatları üçün qablaşdırmalarla birgə gömrük nəzarəti zonasına getmiş, qrupun digər üzvü Təqsirləndirilən şəxs2 isə xidməti keçiddən keçib həmin əraziyə gələrək sözügedən tualetin qarşısında ərazini müşahidə altında saxlamış, Təqsirləndirilən şəxs1 münbit şərait olduğu təqdirdə çıxması üçün qrupun üzvü Təqsirləndirilən şəxs2 müvafiq işarə gələnə qədər orada gözləmiş, bir neçə dəqiqə sonra qrupun üzvü Təqsirləndirilən şəxs2 müvafiq işarəsi ilə Təqsirləndirilən şəxs1 əlində külli miqdarda mal və məmulatların yerləşdirildiyi qutu ilə birgə tualetdən çıxıb Təqsirləndirilən şəxs2 yaxınlaşmış və sonuncu ilə birgə külli miqdarda həmin malları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, yəni Heydər X27un “Terminal T”də qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş yerdən, gömrük məntəqəsindən kənar, xidməti keçiddən istifadə etməklə qaçaqmalçılıq yolu ilə keçirmiş, əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs1 gömrük əməkdaşları tərəfindən saxlanılaraq yoxlamaya dəvət olunmuş və yoxlama zamanı Təqsirləndirilən şəxs1 əlində olan 1(bir) qutuda üzəri yapışqanlı lentlə sarılmış 4(dörd) ədəd polietilen paketdən külli miqdarda, 331994 manat dəyərində həmin mallar aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs3 Heydər X27 “Terminal 1”də gəliş zalında olan gömrük nəzarəti zonasında saxlanılaraq yoxlamaya cəlb edilmiş və yoxlama zamanı müşayiət etdiyi çantadan 3(üç) ədəd brilyant daşlara dair sertifikat sənədləri, 1(bir) ədəd üzərində “Tiffany CO” yazısı olan kağız paket, 1(bir) ədəd üzərində “Tiffany Co” yazısı olan qovluq və 2(iki) ədəd üzərində “Tiffany Co” yazısı olan zərgərlik məmulatları üçün qablaşdırmalar aşkar edilərək götürülmüş, o isə qrupun üzvü olan qeyrisi tərəfindən adına ən yaxın tarixə, yəni 9 avqust 2023-cü il tarixə Bakı-Dubay aviareysinə onlayn qaydada alınmış biletlə ölkə ərazisini tərk etmək istəyərkən həmin tarixdə, saat 11 radələrində Heydər X27da steril zonada uçuşa gedərkən saxlanılmışdır. İşin halları və dəlilləri:

5. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər hərbi qulluqçu olmuş, saxlanılmamışdan əvvəl 473 manat əmək haqqı almışdır. O, gömrük əməkdaşları tərəfindən sərhəd-buraxılış məntəqəsinə yoxlanış üçün keçməmişdən əvvəl neytral zonada saxlanılmış, saxlanıldıqdan sonra baxış otağına aparılmış, orada mobil telefonu əlindən alınmışdır. O, Allahvedi Şəfiyevin harada saxlanıldığını dəqiq bilməmiş, sonuncunun o, saxlanılarkən sərhəd-buraxılış məntəqəsindən keçdiyini güman etmişdir. Vüsal onun qaynı olmuş, sonuncu ona malları gömrükdən keçirməsini deməmiş, o, Vüsala yalnız hava limanındakı uçuşla bağlı kömək etmişdir. Ona malların keçirilməsi barədə dəfələrlə təklif gəlsə də, Təqsirləndirilən şəxs2lə yalnız bir dəfə malları keçirmiş, 2023-cü ilin may, iyun və iyul aylarında malların keçirilməsi barədə plan qursalar da, planlarını həyata keçirməmiş, may ayında bir dəfə mal keçirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi əsasən düzgün olsa da, həmin ifadədə əvvəllər də malları gömrük zonasından kənar keçirmələrinə dair hissələri həqiqəti əks etdirmir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 maddi ehtiyacı olduğundan Təqsirləndirilən şəxs3 təklifini qəbul edib sonuncu ilə razılaşmaqla həmin əməli törətdiyini, hadisəni törədərkən məsuliyyətini dərk etdiyini, törətdiyi əməldən çox peşman olduğunu, himayəsində xəstə anası, iki azyaşlı övladının olduğunu bildirərək ehtiyatda olan zabit olmasını və şəkər xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi.

6. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı müdafiəçisinin, o cümlədən onun məhkəmə icraatı zamanı da hüquqlarını müdafiə etmiş müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri elan edilərək tədqiq edilmiş və o həmin ifadələrdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2014-cü ilin oktyabr ayından Heydər X27da işləmişdir. İlk olaraq təmirçi çilingər kimi fəaliyyətə başlamış, 2018-ci ildən isə "xxxx" QSC-nin Heydər X27un “Terminal 1”də yerləşən zalların və vağzalyanı meydanın idarəetmə xidmətində istehsalat və texniki şöbənin komendantı vəzifəsinə təyin olunmuşdur. Əsas işi hava limanının inventarlarına nəzarət etmək olmaqla həmin inventarlar üzərində maddi məsul şəxs olmuş və həmin əşyalara cavabdehlik daşımışdır. 5 günlük iş rejimində çalışmış, səhər saat 9-dan axşam saat 6-ya qədər işdə olmuşdur. Əvvəllər, yəni 2008-2010-cu illərdə isə ştatdan kənar zabit kimi hərbi xidmətdə olmuşdur. Təxminən 5 il əvvəl qaynı Vüsal Mənsimov vasitəsilə tanış olduğu Təqsirləndirilən şəxs3 2021-2022-ci illərdən etibarən ona hava limanında xaricdən gətirilən mobil telefonların gömrük nəzarətindən kənar keçirilməsində köməklik etməyini xahiş etmişdir. Belə ki, Allahverdi onun hava limanında işlədiyini və xidməti vəzifəsilə əlaqədar olaraq hava limanında istənilən yerə yoxlamadan kənar keçə biləcəyini, başqa sözlə müəyyən malları da gömrük nəzarətindən yayındırmaqla keçirə biləcəyini bilmişdir. Bu barədə o, Allahverdi ilə söhbət zamanı bildirmişdir. Allahverdi isə ona bu qanunsuz fəaliyyətinin qarşılığında maddi qazancının da olacağını bildirmişdir. O, ilk başlarda Allahverdiyə bu barədə razılıq verməmişdir. Çünki bu fəaliyyətin qanunsuz olduğunu və riskli olduğunu bilmişdir. Lakin hər dəfə Allahverdi ilə Sumqayıt şəhərində çayxanada oturub söhbət edərkən sonuncu bu təklif barədə ona demişdir. Bu söhbətlərdən sonra maddi vəziyyətinin də aşağı olmasını nəzərə alıb Allahverdinin təklifini qəbul etməyi qərara almış və 2023-cü ilin may ayında sonuncu ilə görüşəndə bu barədə bildirmişdir. Söhbət zamanı Allahverdi telefon gətirməyin artıq sərf etmədiyini, qaçaq yolla gətirilən mobil telefonları qeydiyyatdan keçirməyin mümkün olmadığını, bu səbəbədn də saat və zərgərlik məmulatları gətirmək istədiyini bildirmişdir. Allahverdi ona gətirilən saatlara görə ona 500 manat pul veriləcəyini bildirmişdir. Həmin müddətlərdə, yəni 2023-cü ilin may ayının ortalarında o, şöbə rəisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2lə söhbət zamanı sonuncuya tanışı Allahverdinin təklifi barədə danışaraq həmin işi görməyi Emilə təklif etmişdir. Belə ki, həmin işi tək görə bilməməkdən ehtiyat etdiyindən bu barədə Emilə də danışmışdır. Emilə həmin işi birlikdə görəcəkləri təqdirdə Allahverdi tərəfindən verilən 500 manat pulun yarıya bölünəcəyini və hər birinə 250 manat çatacağını bildirmişdir. Emil isə bu barədə razılıq vermişdir. Bundan sonra Emillə gətirilən malları hansı qaydada gömrük nəzarətindən kənar çıxara biləcəkləri ilə bağlı müzakirələr aparmış və sonda belə qənaətə gəlmişlər ki, Allahverdi təyyarədən endikdən sonra üzərində gətirdiyi malları gömrük nəzarəti zonasına çatmamış, hava limanında sərhəd zonasının yaxınlığında olan tualetə girərək ora yerləşdirməli, yaxud onunla və Emillə orada görüşməli, o və Emil tualetdə olan salfetləri dəyişmək adı ilə salfetlə dolu olan qutunu götürərək tualetə getməli, orada salfetləri çıxarıb tualetə yerləşdirməli, boş qutuya isə Allahverdi tərəfindən gətirilmiş malları yerləşdirməli, bundan sonra qutunu götürərək tualetdən çıxmalı və həmin yerə yaxın yerdə yerləşən xidməti otağa aparmalı, orada qutunun içərisində olan bağlamaları çıxararaq bölüşdürüb hər biri ciblərinə qoyaraq hava limanının “A” və yaxud “B” çıxışında əməkdaşlar üçün nəzərdə tutulmuş keçiddən heç bir yoxlama tədbirlərinə məruz qalmadan keçirib həmin bağlamaları sonda Allahverdiyə təhvil verməyi planlaşdırmışlar. Bu barədə razılıq əldə etdikdən sonra 2023-cü ilin may ayının ortalarında o, Allahverdi ilə görüşüb bu plan barədə məlumat vermişdir. Allahverdi də elə sabahısı gün Dubaya gedəcəyini, bir gün orada qaldıqdan sonra malları qablaşdırılmış vəziyyətdə gətirəcəyini, hava limanına çatarkən ona qabaqcadan məlumat verəcəyini və geri qalanları da əvvəlcədən qurduqları plana uyğun icra edəcəyini bildirmişdir. Həmçinin, Allahverdiyə onun həftənin yalnız 5 iş günündə işdə olduğunu, həftə sonları yəni, şənbə və bazar günləri işləmədiyini bildirmiş və sonuncuya həftə içi saat 6-ya qədər bu işi görə biləcəklərini demişdir. Beləliklə, növbəti gün, yəni 2023-cü ilin may ayının ortalarında Allahverdi Dubaya getmiş, gedən zaman isə idarə etdiyi nəqliyyat vasitəsinin açarını ona verərək geri qayıdan zaman gətirəcəyi malları o və Emilin gömrük nəzarətindən kənar keçirdikdən sonra aparıb onun maşınına qoymasını, sonra isə o, maşının açarını Allahverdiyə verməyi və sonuncu da idarə etdiyi nəqliyyat vasitəsi ilə həmin ərazidən təhlükəsiz qaydada uzaqlaşmasını qərarlaşdırmışlar. Allahverdi Dubaya gedərkən geri dönüş biletini də onlayn qaydada öncədən aldığından bu barədə ona məlumat verərək növbəti gün “Wizzair” hava şirkətinə məxsus təyyarə ilə günorta saatlarında Bakı şəhərinə hava limanına çatacağını bildirmişdi. Allahverdi bir gün orada qaldıqdan sonra növbəti gün “Wizzair” hava şirkətinə məxsus təyyarə ilə günorta saatlarında Bakı şəhərinə hava limanına çatmış, “Whatsapp” mobil tətbiqindən də ona yazaraq çatdığını bildirmişdir. Bundan sonra plana uyğun olaraq o və Emil hava limanında sərhəd zonasının yaxınlığında olan tualetə getmiş, Allahverdi də tualetə girmişdir. Orada ciblərindən iki ədəd bağlamanı çıxararaq ona və Emilə vermişdir. O və Emil həmin bağlamaları sonuncudan götürüb onun əlində olan boş salfet qutusuna qoymuşlar. Bundan sonra tualetdən çıxmış, Emil və o xidməti girişin yaxınlığında yerləşən otağa getmiş, orada qutuda olan bağlamaları çıxararaq hər biri bir ədədini ciblərinə qoymuşlar. Bundan sonra o, hava limanının gəliş zalına gedərək oradan “Yaşıl Kanal”dan gömrük zonasını tərk etmiş, Emil isə hava limanının 3-cü mərtəbəsində çıxış zalında əməkdaşlar üçün nəzərdə tutulmuş yerdən keçmiş və zonadan çıxmışlar. Bundan sonra hava limanının dayanacağında Emil ilə görüşmüş və Allahverdinin dayancaqda olan **-EJ-*** qeydiyyat nömrəli “X94” markalı nəqliyyat vasitəsinə yaxınlaşaraq açarla qapısını açmış və Allahverdinin onlara verdiyi bağlamaları həmin nəqliyyat vasitəsinə qoyub qapısını bağlamışlar. Allahverdi isə həmin vaxt artıq gömrük nəzarəti zonasından keçmiş və idarə etdiyi nəqliyyat vasitəsi tərəfə gələrkən o, nəqliyyat vasitəsinin açarını sonuncuya təqdim etmiş və Allahverdi nəqliyyat vasitəsinə əyləşərək hava limanının ərazisini tərk etmişdir. Bundan sonra Allahverdi vəd etdiyi 500 manat pulu həmin gün axşam saatlarında onunla Sumqayıtda görüşərkən vermişdir. O da növbəti gün Emillə işdə görüşüb həmin məbləğin 250 manatını ona vermişdir. Həmin qayda ilə 2023-cü ilin bir dəfə may ayında olmaqla, iyun və iyul ayları da daxil olmaqla 4-5 dəfə Allahverdi tərəfindən gətirilən bağlamalar o və Emil tərəfindən gömrük nəzarətindən kənar çıxarılmış və Allahverdinin idarə etdiyi nəqliyyat vasitəsinə qoyulmuşdur. Hər dəfə Allahverdi tərəfindən onlara 500 manat, 200-300 ABŞ dolları, 600 manat pul verilmişdir. Həmin pullar ilk dəfə nağd şəkildə, daha sonra onun “Kapital” banka məxsus “Birbank” adlı 4169 7388 9777 9009 nömrəli bank kartına köçürülmüşdür. O da həmin pulları Emilin istəyinə uyğun olaraq sonuncunun “Kapital” banka məxsus “Birbank” bank kartının hesabına ödəmə terminalları vasitəsilə göndərmişdir. Allahverdi söhbət zamanı özünün də “kuryer” kimi fəaliyyət göstərməklə kimlərinsə mallarını gətirdiyini bildirmişdir. Lakin Allahverdi malı gətirdiyi adamın adını və kimliyini ona deməmişdir. Allahverdinin deməsinə görə, həmin şəxs onun biletini almış, həmçinin sonuncuya 1000 ABŞ dolları pul vermiş, o da həmin puldan onlara müvafiq məbləğləri vermişdir. Sonuncu dəfə 7 avqust 2023-cü il tarixdə Allahverdi ona zəng edərək yenə qiymətli saat və zərgərlik məmulatları gətirmək məqsədilə Dubaya getdiyini və bu məqsədlə də həmin gün Bakı şəhərinə hava limanına gələcəyini demişdir. Günorta saat 13 radələrində Allahverdi ilə hava limanında “Terminal 1“in “A” çıxışından gömrük nəzarətindən keçdikdən sonra steril zonada görüşmüşdür. Təyyarəyə minik başlanana qədər onunla orada söhbət etmiş və o, Allahverdinin nəqliyyat vasitəsinin açarını sonuncudan götürmüşdür. Söhbət zamanı Allahverdi bu dəfə saatlar və zərgərlik məmulatları gətirəcəyini və növbəti gün saat 14 radələrində geri qayıdacağını bildirmişdir. Eləcə də, bu dəfə gətirəcəyi məmulatlara görə onlara 800 manat pul verəcəyini və həmin vəsaiti də nağd şəkildə ödəyəcəyini demişdir. Allahverdi ilə sağollaşıb sonuncunu təyyarəyə yola salmışdır. 8 avqust 2023-cü il tarixdə, saat 14 radələrində Allahverdi “Whatsapp” tətbiqindən ona SMS yazaraq Bakı şəhərinə çatdığını bildirmişdir. O, plana uyğun olaraq hava limanında sərhəd zonasının yaxınlığında olan tualetə getmiş, həmin vaxt Emil onun yanında olmadığından “Whatsapp” mobil tətbiqindən Emilə “SMS” yazaraq Allahverdinin gəldiyini və həmişə getdikləri tualetə gəlməsini, lakin çöldə gözləyib gözqulaq olmağını və nəzarət edərək kimsə tualetə girərsə məlumat verməyini bildirmişdir. O, tualetə çatıb əlində salfet qutusu ilə içəri girmişdir. Qutudakı salfetləri çıxarıb tualetə qoymuşdur. Həmin vaxt Allahverdi də içəri daxil olaraq cibindən 4(dörd) ədəd yapışqanlı lentlə sarınmış sellofan bağlama və həmin bağlamalarda olan saat və zərgərlik məmulatlarına məxsus qablaşdırmaların yerləşdiyi 2(iki) ədəd bağlama olmaqla ümumilikdə altı ədəd bağlamanı ona vermişdir. O həmin bağlamaları qutunun içərisinə qoymuş, əvvəlcə Allahverdi, daha sonra isə o, tualetdən çıxmışdır. Emil isə tualetin yanında onu gözləmişdir. Bundan sonra Emil və o, qutuda yerləşən bağlamaları gömrük nəzarəti zonasından kənar keçirib birlikdə gedərkən mülki geyimdə olan gömrük əməkdaşları ona yaxınlaşmış və onu qutu ilə birgə yoxlama otağına dəvət edərək bağlamalara baxış keçiriləcəyini bildirmişlər. Daha sonra hal şahidlərinin və əməkdaşların iştirakları ilə yoxlama həyata keçirilmiş və bağlamalarda olan müxtəlif zərgərlik məmulatları, qızıl külçələr, saatları aşkar edib götürmüşlər. Allahverdi 800 manat məbləğində vəsaiti onlara bağlamaları hava limanının dayanacağında Allahverdiyə təhvil verdikdən sonra nağd şəkildə onlara verməli və bundan sonra Emillə arasında yarıya bölünməli idi. Bu fəaliyyətin qanunsuz olmasından onun da, Emilin də məlumatı olmuş, lakin maddi qazanc müqabilində bu işi görməyə razılıq vermişlər. Həmin məmulatların kimə məxsus olmasını bilməmişdir. Allahverdinin özünün də “kuryerlik” fəaliyyəti ilə məşğul olmasını, yəni sonuncunun həmin bağlamaları kiməsə aparıb verdiyini bilmiş, lakin Allahverdi kimə təhvil verməsi barədə ona heç nə deməmişdir. Allahverdi ona verdiyi bağlamaları qəti şəkildə açmamasını, malların əsl sahibinin də Allahverdidən tələbinin belə olduğunu bildirmişdir. Qeyd olunan fəaliyyətin həyata keçirilməsinə ondan və Emildən başqa şəxs cəlb olunmamışdır. Təqsirləndirilən şəxs3 ondan nağd şəkildə valyuta çıxarılmasını xahiş etmiş və həmin prosesdə də Emillə birgə hər birinə 20-30 min ABŞ dollarını gömrük nəzarətindən kənar keçirmişdirlər. Sonuncu dəfə, yəni 7 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 Bakı-Dubay aviareysi ilə gedərkən nağd şəkildə xarici valyutanı gömrük nəzarətindən keçirmək məqsədilə ona yaxud Emilə təhvil verməmişdir. Allahverdi üzərində pul gətirəcəyini demiş, lakin hava limanına gəldikdən sonra üzərində pul gətirmədiyini bildirmişdir. X29 tanımır (Cild 1, iş vərəqi (bundan sonra mətndə-i.v.) 218-222; Cild 2, i.v. 8-12; Cild 5, i.v. 210-212;).

7. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 8 avqust 2023-cü il tarixdə, təxminən saat 19:00 radələrində saxlanılmış, gecə saat 3-4 radələrində ifadə vermiş, həmin vaxt ifadəsini oxumağa şərait yaradılmamışdır. O, “A class” saatların gətirildiyini, həmin saatların dəyərinin 4-5 min dollar civarında olduğunu bilmiş, tutulacaqları halda törətdikləri əməlin ağır cinayət olmadığını, əldə etdikləri malların rüsumunu ödəməklə məsələni həll edə biləcəklərini düşünmüş, 2023-cü ilin may ayında malların gömrükdən keçirilməsi halı olmasa da, bu barədə aralarında plan qurulmuş, Təqsirləndirilən şəxs1 həmin işi görə biləcək tanışı olduğunu, habelə iş görmək istədiklərini bildirmişdir. Malları 2023-cü ilin avqust ayının əvvəllərində keçirmişlər. O, Təqsirləndirilən şəxs1 başqa heç kimi tanımır. İbtidai istintaq zamanı verdiyi ifadəsi əsasən doğru olsa da, onların əvvəllər də qaçaqmalçılıq etmələri, digər şəxslərlə əlbirliyi olması və keçiriləcək məmulatların külli miqdarda olmasını bilməsi ilə bağlı hissələr həqiqəti əks etdirmir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 törətdiyi əməldən çox peşman olduğunu, himayəsində yaşlı və xəstə valideynləri, iki azyaşlı övladının olduğunu bildirərək məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi.

8. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı müdafiəçisinin, eləcə də onun məhkəmə icraatı zamanı da hüquqlarını müdafiə etmiş müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri elan edilərək tədqiq edilmiş və o həmin ifadələrdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 1997-ci ildən etibarən X60 Hava Limanında işləyir, təxminən 2014-cü ildən etibarən isə Hava Limanının 1 nömrəli Terminalında İstehsalat-Texniki şöbəsinin rəisi vəzifəsində işləmişdir. Onun işlədiyi yerdə “Terminal 1”in komendatı Təqsirləndirilən şəxs1 adlı şəxs də xidmət etmişdir. Ağa ilə iş yoldaşı kimi münasibəti normal olmuşdur. Ağa “Terminal 1” üzrə maddi-məsul şəxs olmuşdur. Təxminən 2023-cü ilin may ayının ortalarında işdə olarkən Ağa ona Allahverdi adlı bir tanışının olduğunu, namaz qılan şəxs olduğunu, Bakı şəhərində telefon ehtiyat hissələrinin satışı ilə məşğul olduğunu, sonuncunun Dubaydan bir qədər mallar gətirib gömrük nəzarətindən kənar keçirmək istədiyini, bu işdə Allahverdiyə köməklik edəcəkləri təqdirdə onlara yaxşı pul verəcəyini bildirmişdir. O, Ağadan bu işi necə icra edəcəkləri barədə soruşduqda Ağa ona bildirmişdir ki, Allahverdi təyyarə ilə Dubaydan həmin malları Bakı şəhərinə gətirib Hava Limanının 2-ci mərtəbəsində olan tualetində onlara təhvil verəcək, onlar da həmin malları xidməti otaqlarına aparıb orada aralarında bölüşdürüb ciblərinə qoyduqdan sonra xidməti keçidlərdən istifadə edib həmin malları gömrük nəzarətindən kənar keçirib çöldə Allahverdinin maşınına qoyacaqlar. O, Ağanın bu təklifi ilə razılaşmış və bundan bir neçə gün sonra Ağa ona bildirmişdir ki, Allahverdi adlı həmin şəxs bu gün gələcəkdir, Dubay aviareysi enənə yaxın tualetin yaxınlığında olsun və Allahverdi adlı şəxsdən tualetdə götürəcəkləri bağlamaları xidməti otaqlarına aparıb orada bir qismini o, digər qismini isə Ağa cibinə qoyaraq gömrük nəzarətindən kənar çölə çıxardacaqlar. O da buna öz razılığını vermiş, həmin gün günorta saat 14 radələrində Dubay-Bakı aviareysi gələn zaman o və Ağa Hava limanının 2-ci mərtəbəsində olan tualetə getmiş, bir qədər sonra Allahverdi də həmin tualetə gəlib bir neçə bağlamanı onlara vermiş, onlar də həmin bağlamaları salfet qutusunun içərisinə qoyub xidməti otaqlarına aparmış, otaqda həmin bağlamaların yarısını o, yarısını da Ağa ciblərinə qoyub gömrük nəzarətindən kənar çölə çıxarıb Allahverdinin maşınına qoymuşlar. Allahverdi Dubaya getməmişdən əvvəl idarə etdiyi maşının açarını Ağaya təhvil vermişdir ki, Dubaydan gətirib onlara verəcəyi malları onlar çölə çıxardıqdan sonra həmin maşına rahat qoya bilsinlər. Onlar həmin malları maşına qoyduqları günün səhəri Ağa ona nağd şəkildə təxminən 250-300 manat pul vermişdir. Təxminən 4-5 dəfə eyni qaydada Ağa ilə o, Allahverdidən götürdükləri malları gömrük nəzarətindən kənar keçirərək Allahverdinin maşınına qoymuş, bunun müqabilində hər dəfə təxminən 200-300 manat pul almışlar. Sonuncu dəfə 8 avqust 2023-cü il tarixdə, saat 12 radələrində Ağa işdə olarkən ona bildirmişdir ki, Allahverdi həmin gün də Dubay reysi ilə Bakıya gələcək və əvvəllər olduğu kimi bu dəfə də sonuncuya məxsus malları gömrük nəzarətindən kənar çölə çıxarmaq lazımdır. Həmin vaxt Ağa ona malların nədən ibarət olması və bu işi görəcəyi təqdirdə ona nə qədər pul veriləcəyi barədə heç nə bildirməmişdir. O, Ağanın təklifini qəbul edib qeyd etdiyi aviareys endikdən sonra tualetin yaxınlığında gözləməyə başlamışdır. Dubay-Bakı aviareysi enən zaman Ağa və Allahverdi bir qədər ara ilə həmin tualetə daxil olmuşlar. Bir neçə dəqiqədən sonra Ağa əlində salfetka qutusu ilə tualetdən çıxmış və ona tərəf gəlmişdir. Bu zaman o, Hava Limanında təmirçi-çilingər işləyən Fərid Şəfiyevlə maneələrin təmiri ilə bağlı telefonda danışdığında Ağa ilə heç nə danışa bilməmişdir. Ağa ona təzəcə yaxınlaşmışdı ki, əməliyyat müvəkkilləri yaxınlaşıb əlində olan mallarla birlikdə Ağanı orada olan xidməti otaqlardan birinə aparmışlar. O həmin vaxt Ağanın həmin bağlamalara görə saxlanıldığını düşünmüşdür. Lakin şübhə çəkməmək üçün xidməti vəzifələrinin icrası ilə bağlı liftlə hava limanının 3-cü mərtəbəsinə qalxmışdır. Həmin gün işdən çıxıb evə gedərkən ona zəng edilərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə dəvət edilmiş, oraya gəldikdə ona məlum olmuşdur ki, Ağa ilə yanaşı Allahverdi də gömrük əməkdaşları tərəfindən saxlanılmışdır. Allahverdini əvvəlcədən tanımamış, qeyd etdiyi kimi yalnız 2023-cü ilin may ayının ortalarından tanımışdır. Sonuncu ilə heç vaxt şəxsən əlaqəsi olmamışdır. Həmin şəxsi Təqsirləndirilən şəxs1 tanımaqla əlaqəsi olmuşdur. Əvvəlcədən razılaşmaya uyğun olaraq şübhə çəkməmək üçün Ağa əlində tualet kağızı aparatının qutusu ilə birlikdə tualetə girmiş, orada malları həmin qutuya qoyub oradan çıxarmışdır. Allahverdi həmin işləri görmələri müqabilində verəcəyi pulları mallarını gömrük nəzarətindən kənar keçirdikdən sonra Ağaya vermişdir. Ağa isə ilk dəfə bu işi gördükləri vaxt yuxarıda da qeyd etdiyi kimi 250 manatı ona işdə nağd şəkildə vermişdir. Digər hallarda isə Ağa ona çatacaq pulu “Kapital” banka məxsus hazırda nömrəsini xatırlamadığı “Birbank” bank kartına ödəmə terminalları vasitəsilə göndəmişdir və bu barədə qəbzin şəklini çəkib “WhatsApp” mobil tətbiqi ilə ona göndərmişdir. Təqsirləndirilən şəxs3 tərəfindən ölkə ərazisindən nağd şəkildə çıxarılması ehtimal olunan xarici valyuta ilə bağlı ona hər hansı məlumat verilməmişdir. Ağa ona bildirmişdi ki, Allahverdi onlara çatası pulu gecikdirir, həmçinin Allahverdiyə hər dəfə yazıb pul istəməyə utanırmış, ona görə də Ağanın xahişi ilə sonuncuya Allahverdidən pulun alınması ilə bağlı SMS göndərmiş, Ağa da bu SMS-i Allahverdiyə göndərərək bu qaydada Allahverdidən pulu almağı düşünmüşdür. Aşkar edilmiş məmulatların zərgərlik məmulatları olmasından Ağanın məlumatının olub-olmadığını bilmir, lakin onun özü bu məbləğlərdə malların gətirilməsindən məlumatsız olmuşdur. Allahverdi tərəfindən az məbləğlərdə olan “A” klass saatların gətirildiyini düşünmüşdür(Cild 1, i.v. 172-175; 245-248; Cild 5, i.v. 199-201;).

9. Məhkəmədə Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, bir neçə ildir mobil telefon və onun ehtiyat hissələrinin alış-verişi ilə məşğul olduğundan tez-tez Dubaya gedib-gəlmişdir. Təqsirləndirilən şəxs1lə qohumluq münasibətlərində olmuş, sonuncu ona təyyarə biletlərinin alınmasında, maşınının saxlanılmasında köməklik etmiş, 7 avqust 2023-cü il tarixdə Ağa ilə hava limanının 4-cü mərtəbəsində görüşmüş, ona mal gətirib verəcəyini dedikdən sonra belə də etmişdir. Təqsirləndirilən şəxs1 pasport qeydiyyat şöbəsindən keçməmişdən əvvəl saxlanılarkən özü də orada olmuşdur. O, gətirdiyi “Rolex” saat və qızılları Tarıkdan almış, həmin qızıl və saatları Azərbaycana gətirib gömrükdən keçirəcəyi halda həmin əşyaları Elnura verməyi planlaşdırmış, sonuncu Dubayda ona köməklik etmişdir. O, qolunda işlənmiş “Rolex” saatı keçirmiş, keçirdikdən sonra sürücü Mahirə vermiş, heç kimə pul verməmiş, Dubaya gedərkən hər dəfə ticarət etmək üçün 10 min dollar şəxsi pul aparmış, həmin şəxsi pulu rəsmi olaraq qeyd edilmiş, heç kim qızıllara görə ona pul verməmiş və ya Tarıka aparıb pul verməmişdir. O, ilk dəfə ayaqyolundan çıxandan sonra pasport kontrola yaxınlaşmış, aşağı düşüb namaz otağına getmiş, orada əməkdaşlar tərəfindən saxlanılmışdır. O, törətdikləri əməlin qaçaqmalçılıq olduğunu bilməmiş, gömrükdən mal keçirməyə çalışmaqda məqsədi rüsum ödənilməsindən yayınmaq olmuş, törətdikləri əməldən peşmandır. Birinci dəfə tutularkən gömrük idarəsinin üçüncü mərtəbəsində tanımadığı şəxslər tərəfindən ona təzyiq göstərilməklə kimlərlə birlikdə işləməsi soruşulmuş, gecə saat 2-də ona vəkil təqdim edilmiş, növbəti gün vəkilin iştirakı olmadan dindirilmiş, həmin vaxt təzyiqlərə məruz qalması barədə müstəntiqə məlumat verməmiş, mobil telefonuna onun iştirakı olmadan baxış keçirilmişdir. Onlar əvvəlcə gömrük idarəsindən müvəqqəti saxlama yerinə, oradan da Elmlər metrostansiyası yaxınlığında yerləşən Baş İdarəyə aparılmışlar. O, Şahid13la mobil telefonda danışmış, Şahid3 ifadəsində qeyd etdiyi məhsullar isə onun keçirdiyi çantada olmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs3 törətdiyi əməldən çox peşman olduğunu, himayəsində dörd azyaşlı övladı və heç yerdə işləməməklə ağır xəstəlikdən əziyyət çəkən həyat yoldaşının olduğunu bildirərək məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi.

10. Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı müdafiəçisinin, o cümlədən məhkəmə icraatı zamanı da onun hüquqlarını müdafiə etmiş müdafiəçisin iştirakı ilə verdiyi ifadələri elan edilərək tədqiq edilmiş və o həmin ifadələrdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Qəbələ rayonu Tikanlı kəndində qeydiyyatda olmaqla ailəsilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsində ünvansız fərdi yaşayış evində kirayədə yaşamış, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, Bakı Metropoliteninin “28 May” stansiyasının yaxınlığında icarəyə götürdüyü mağazada mobil telefonların təmiri və ehtiyat hissələrinin satışını həyata keçirmişdir. Həmin mağazanı icarəyə götürmüş, bununla yanaşı ehtiyat hissələrinin alınmasında maddi köməklik göstərən tanışı Aslan Aslanov da onunla birgə işləmiş, 10 ildir həmin fəaliyyətlə məşğul olmuşdur. Müxtəlif ehtiyat hissələri almaq məqsədilə tez-tez X20 Dubay şəhərinə gedib gəlmişdir. Dubay şəhərinə gedib gəldiyi ərəfədə orada qızıl bazarında əslən azərbaycanlı olan Tarık adlı şəxslə tanış olmuşdur. Həmin şəxs Dubayda qızıl bazarında qızıl məmulatlarının və saatların satışını həyata keçirmişdir. 2023-cü ilin əvvəllərində Tarıkla söhbət zamanı ona “Rolex” markalı saatların gömrükdən kənar keçirilməkə Dubaydan Azərbaycan ərazisinə aparılması barədə təklif irəli sürmüş və bunun müqabilində yaxşı qazanc əldə edəcəyini demişdir. O, ilk əvvəl bundan ehtiyat etmiş, daha sonra isə Tarıkdan həmin saatların Dubaydan hansı qaydada gömrükdən keçiriləcəyini maraqlanmışdır. Tarık Dubay tərəfdə qanuni sənədləşmə olacağını və hər hansı problem olmayacağını, əsas işinin Azərbaycan tərəfdə gömrükdən kənar keçirmək olduğunu ona bildirmişdir. Tarıkla bu söhbətlərindən sonra o bu barədə fikirləşmişdir. Bundan sonra bir neçə ildir tanıdığı Təqsirləndirilən şəxs1 ilə bu barədə söhbət etməyə başlamışdır. Belə ki, Ağa Heydər X27da işləmiş və sonuncunun malların hansı qaydada hava limanında gömrükdən kənar keçiriləcəyini yaxşı bildiyini düşünmüşdür. Ağa ilə danışıq zamanı Dubaydan “Rolex” markalı saatların gətirilib gömrük nəzarətindən kənar keçirilməsi və bunun müqabilində yaxşı qazanc əldə edilməsi işinin olduğunu bildirmişdir. Konkret məbləğ barədə Ağaya hər hansı bir şey deməmiş, lakin keçirilməli olan malların dəyərindən asılı olaraq məbləğin dəyişəcəyini bildirmişdir. Bir neçə dəfə Ağa ilə bu barədə danışıqları olmuşdur. Nəhayət, Ağa ilə bu barədə razılığa gəlmişlər. Belə ki, Ağa ona gətirəcəyi saatları sərhəd zonasına yaxın yerdə olan tualetdə sonuncu ilə görüşüb verməyini, daha sonra hansısa qaydada zonadan çıxarıb hava limanının dayanacağında ona verəcəyini yaxud onun idarə etdiyi nəqliyyat vasitəsinə gətirib qoyacağını bildirmişdir. Buna uyğun olaraq 2023-cü ilin may ayının ortalarında X20 Dubay şəhərinə gedərkən orada Tarık adlı tanışı tərəfindən verilmiş içərisində “Rolex” markalı saatların olduğu 3 ədəd bağlamanı özü ilə birlikdə Bakıya gətirmişdir. Həmin bağlamaları gömrük nəzarəti zonasına çatmamış hava limanında sərhəd zonasının yaxınlığında olan tualətə girərək orada Ağa ilə görüşüb sonuncuya vermişdir. Razılığa uyğun olaraq Ağa həmin bağlamaları gömrükdən kənar keçirib ona verməli olmuş, Ağa da Emil adlı iş yoldaşı ilə iş görmüş, lakin o, Emili yox, Ağanı tanımışdır. Ağa yuxarıda dediyi kimi sonuncuya verdiyi bağlamaları gömrükdən kənar keçirib ona məxsus nəqliyyat vasitəsinə gətirib qoymuşdur. Belə ki, o, Dubaya gedərkən idarə etdiyi **-EJ-*** qeydiyyat nişanlı, “X94” markalı nəqliyyat vasitəsini hava limanının dayanacağında saxlamış, açarı isə Ağaya vermişdir. Geri qayıdarkən Ağaya verdiyi bağlamaları Ağa gətirib maşına qoymuş, o isə Ağadan açarı təhvil alıb maşınla hava limanı ərazisini tərk etmişdir. Həmçinin həmin bağlamalara görə Ağaya 400-500 manat arası pul vermişdir. Beləcə, 2023-cü ilin may-avqust ayları ərzində o, 4-5 dəfə Dubaydan Bakıya bağlamalar gətirmiş və Ağaya vermişdir. Həmin bağlamalar Dubayda ona Tarık tərəfindən verilmişdir. Həmin bağlamaların içərisində həm “Rolex” markalı saatlar, həm də qızıl külçələr olmuşdur. Tarık həmin bağlamaları Azərbaycana gətirməsi müqabilində ona 1000-1500 ABŞ dolları arasında pul vermişdir. O da həmin bağlamaları Azərbaycana gətirib Ağa və onun tanışı vasitəsilə gömrükdən keçirmiş, bundan sonra isə Tarıkın Bakı şəhərindəki tanışı Elnura təhvil vermişdir. 2023-cü ilin avqust ayının əvvəlində Dubaya gedərək oradan saatla yanaşı qızıllar da təhvil almışdır. Bu barədə məlumatlar isə həmin mallara dair bəyannamədə əks olunmuşdur. Lakin malların özü 3 ədəd bağlamada olmuşdur. Həmin bağlamaları da yenə eyni qaydada ölkə ərazisinə gətirib hava limanında Ağaya təhvil vermişdir, Ağa isə gömrükdən kənar keçirib ona təhvil vermiş, bunun müqabilində Ağaya 700-800 manat arası pul vermişdir. Özü isə Tarıkdan 1500 ABŞ dolları pul almışdır. Daha sonra həmin bağlamaları Bakı şəhəri, Tbilisi prospektində “Araz” marketin qarşısında Tarıkın tanışı Elnurla görüşüb sonuncuya vermişdir. Sonuncu dəfə 2023-cü ilin avqust ayının 7-də Dubaya getmişdir. Orada Tarıkla görüşüb ondan zərgərlik məmulatları, qızıl külçə, saatlar olan 4 bağlama və qızıl külçələrin qoyulması üçün 2 ədəd qabları təhvil almışdır. Həmin malları da ölkə ərazisinə gətirib Elnura verməli olmuşdur. Həmin bağlamaları gətirib ölkə ərazisinə çatdırmağı müqabilində ona 1200 ABŞ dolları pul və əlavə olaraq bilet pulunun alınması vəd olunmuşdur. Həmin pulun 800 manatını da Ağaya verməyi planlaşdırmış, getməmişdən əvvəl isə Ağa ilə danışıb sonuncuya bu barədə məlumat vermişdir. 8 avqust 2023-cü il tarixdə günorta saat 14 radələrində Dubay-Bakı aviareysi ilə Bakı hava limanına çatmış, həmin bağlamalar onun cibində olmuşdur. Təyyarədən endikdən sonra gömrük nəzarəti zonasına çatmamış hava limanında sərhəd zonasının yaxınlığında olan tualetə girərək orada Ağa ilə görüşüb həmin bağlamaları ona vermişdir. Bundan sonra tualetdən çıxıb gömrük nəzarəti zonasına doğru getmişdir. Gedərkən Ağanın iş yoldaşı Emili də orada görmüşdür. Namazın vaxtı çatdığından gömrük nəzarəti zonasında namaz otağına getmişdir. Oradan çıxarkən mülki geyimdə olan gömrük əməkdaşları onu saxlamış və bundan sonra ona məxsus çantalara, həmçinin üzərinə şəxsi yoxlama keçirilməsi üçün müvafiq otağa dəvət etmişlər. O artıq gətirdiyi və Ağaya təhvil verdiyi məmulatlara görə saxlanıldığını hiss etmişdir. Bundan sonra digər şəxslərin və əməkdaşların da iştirakları ilə yoxlamalar apararaq çantalarında olan zərgərlik məmulatlarının saxlanılması üçün qabları, avqust ayının əvvəllərində və hazırkı partiyada gətirdiyi məmulatlara dair sənədləri, üzərində olan pulu ondan götürmüşlər. Bu fəaliyyətin qanunsuz olmasından məlumatı olmuş, lakin maddi qazanc müqabilində bu işi görmüşdür. Elnurun həmin məmulatları kimə verəcəyindən məlumatı olmamışdır. Lakin bir neçə dəfə Elnura həmin məmulatları verdikdən sonra sonuncu onları kimlərəsə satıb pullarını gətirib ona vermişdir. O də həmin pulları Dubaya gedərkən Tarıka aparıb vermişdir. 1-ci dəfə Elnur ona 50000-55000 ABŞ dolları, növbəti dəfə 80000 ABŞ dolları, sonuncu dəfə də 70000-80000 ABŞ dolları arasında pullar vermişdir. Elnur həmin pulları o, Dubaya gedən gün Nizami metrosunun yaxınlığında “Qoç Ət” restoranının qarşısında görüşüb ona vermişdir. Həmin nağd şəkildə olan valyuta vəsaitlərini Bakıda hava limanında Dubaya gedən şəxslərə 10 min ABŞ dolları paylamaqla gömrük sərhədindən keçirmişdir. Belə ki, müxtəlif sərnişinlər tərəfindən hər 10 min ABŞ dollarının nağd şəkildə ölkədən çıxarılması üçün 50 ABŞ dolları verilmişdir. O da bu qaydada müxtəlif sərnişinlərə pulları verərək gömrük sərhədindən keçirmiş, daha sonra həmin pulu Tarıkdan almışdır. Tarıkla 2023-cü ilin əvvəllərindən tanışdır. Onunla Dubayda bazarda olarkən tanış olmuşdur. Tarıkın mobil telefon nömrəsi Dubay nömrəsidir. Təqsirləndirilən şəxs4 tərəfindən ona 1 dəfə, 60000 ABŞ dolları xarici valyuta nağd şəkildə verilmiş və o da həmin vəsaiti ölkə ərazisindən müxtəlif şəxslərə paylamaqla çıxarmışdır, qalan digər hallarla bağlı əlavə hər hansı bir xüsusat göstərmək istəmir. Mal sahibləri barəsində Tariyel ona qabaqcadan hər hansı məlumat verməmişdir. Lakin, əgər həmin malları gömrükdən keçirsəydi, ondan sonra həmin malları Elnura təhvil verəcəkdi. Şahid13 şəxsən tanımır və görüşməmişdir, lakin bir neçə dəfə Tariyel tərəfindən göndərilmiş saatları Arazın sürücüsü Mahirə vermişdir. Müxtəlif vaxtlarda ona məxsus bank kartından aparılmış əməliyyatları hazırda xatırlarmır, ola bilər borca, yaxud kreditə telefon və ya digər mal götürmüş, onun pulunu ödəmişdir, eləcə də, borc götürüb onu qaytardığı pullar olmuşdur. Təqsirləndirilən şəxs1 də ondan dəfələrlə borc pul istəmişdir (Cild 1, i.v. 208- 211; 257-260; Cild 5, i.v. 221-224;).

11. Məhkəmədə Təqsirləndirilən şəxs4 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, həbs olunmazdan əvvəl fərdi qaydada sürücülüklə məşğul olmaqla Bakı şəhərində yaşayan müdiri Tariyel Əsgərovun uşaqlarını məktəbə aparıb gətirmişdir. O, Təqsirləndirilən şəxs3 məsciddə namaz qılarkən Tariyel Əsgərov vasitəsilə tanımış, digər təqsirləndirilən şəxsləri isə ümumiyyətlə hadisədən əvvəl tanımamışdır. Belə ki, o, Təqsirləndirilən şəxs3 gətirdiyi hədiyyələri bildirdiyi ayrı-ayrı şəxslərə təhvil vermiş, Tariyel Əsgərovun qızıl-zinət əşyalarının ticarəti ilə məşğul olub-olmaması barədə hər hansı məlumatı olmamış, sonuncunun Təqsirləndirilən şəxs3lə qızıl-zinət əşyalarının ölkəyə gətirilib-aparılması halları, o cümlədən qızıl-zinət əşyalarının ölkəyə hansı qaydada keçirilməsinə dair məlumatı olmamış, bu barədə Təqsirləndirilən şəxs3 ona hər hansı söz deməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs1lə qızıl-zinət əşyalarının ölkəyə gətirilməsi ilə bağlı heç vaxt danışığı olmamış, həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, Tariyel Əsgərovla işlədiyi dövrdə hətta Təqsirləndirilən şəxs2 adını da eşitməmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadələrini, o cümlədən həmin ifadələrdə Təqsirləndirilən şəxs3lə bağlı göstərilənləri təsdiq etmir. Belə ki, ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri müdafiəçisinin iştirakı olmadan alınmış, həmin ifadələr ondan alınarkən tanımadığı gömrük xidmətinin əməkdaşları tərəfindən ona qarşı fiziki təzyiqlər olmaqla zorakılıq göstərilmiş, lakin həmin şəxslər barəsində hər hansı şəxsə və quruma şikayət etməmişdir. İbtidai istintaqın sonrakı gedişində isə məhkəmə icraatı zamanı da onun hüquqlarını müdafiə edən vəkil Müdafiəçi4 iştirakı ilə dindirilmiş, sonuncunun iştirakı ilə verdiyi ifadəsini təsdiq etməklə həmin ifadəni verərkən ona qarşı hər hansı fiziki və ya psixi təzyiq olmamış, eləcə də pis rəftara məruz qalmamışdır. O, ümumiyyətlə qaçaqmalçılıq sözünün mənasını bilməmiş, Şahid1 tanımış, sonuncunun ifadəsində qeyd etdiyi qızıl külçələrinin çantada olubolmamasını xatırlamadığına görə hər hansı fikir bildirə bilmir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs4 törətdiyi əməldən çox peşman olduğunu, himayəsində yaşlı və xəstə valideynləri olduğunu bildirərək məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi.

12. Təqsirləndirilən şəxs4 məhkəməyədək icraat zamanı müdafiəçisinin, eləcə də məhkəmə icraatı zamanı da onun hüquqlarını müdafiə etmiş müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri elan edilərək tədqiq edilmiş və o həmin ifadələrdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir Tariyel Əsgərovun sürücüsü kimi işləmiş, sonuncunu uşaqlıqdan tanımaqla uzun müddət birlikdə idmana getmişlər. Tariyel daha əvvəl Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsində yaşamış, hazırda isə X44 Dubay şəhərində işləməklə yaşayır və orada zərgərlik məmulatlarının, o cümlədən saatların satışı ilə məşğul olur. 2019-cu ildən sürücü kimi Tariyelin övladlarını məktəbə aparıb gətirmiş, bir müddət bu qaydada işlədikdən sonra pandemiya ilə sürücülük işi dayanmışdır. 2022-ci ilin may ayında Tariyel yenidən onu sürücü kimi işləməyə dəvət etmiş, o həm Tariyelin uşaqlarını, həm də həyat yoldaşını sürücü kimi lazımı yerlərə aparıb gətirmişdir. Tariyel isə Dubayda yaşayır. 2023-cü ilin təxminən may ayında Tariyel onunla mobil telefonun “Whatsapp” proqramı üzərindən danışarkən ona bir nəfər “əxi" qardaş olduğunu, etibarlı biri olduğunu, həmin şəxs vasitəsilə ona qaçaq, yəni qeyri-qanuni yollarla qızıl və saatlar göndərilməsini təşkil edəcəyini, onun da həmin qızılları aparıb Tariyelin dediyi adamlara satmağını, daha sonra əldə olunan vəsaiti yenidən həmin “əxi” qardaşa verməyini və bu qaydada əlavə qazanc əldə edə biləcəyini bildirmişdir. Tariyel onu etibarlı və inandığı adamı kimi bildiyindən ona bel əbir təklif etmişdir. O da Tariyelin dediyi həmin təkliflə razı olmuş, bir neçə gün sonra Tariyel onunla əlaqə saxlayaraq "əxi” qardaş kimi adlandırdığı Allahverdi adlı şəxsin Dubaydan Bakıya qaçaq yolla qızıl və saat gətirdiyini, sonuncu ilə görüşüb həmin məmulatları almağını, daha sonra Tariyellə əlaqə saxlamağını, eləcə də aldığı bağlamaların fotoşəkillərinin ona göndərməyini bildirmişdir. Daha sonra Allahverdi adlı şəxs hazırda xatırlamadığı mobil telefon nömrəsi ilə vatsap proqramı vasitəsilə ona zəng etmiş və onunla Bakı şəhəri, Tbilisi prospektində yerləşən “Araz” marketin yanında görüşmüşdür. Həmin görüşdən əvvəl Allahverdini görməmiş, sonuncu ilə ilk dəfə görüşmüşdür. Görüş zamanı Allahverdi ona təxminən 5-6 bağlama vermiş və o həmin bağlamaları təhvil alaraq fotoşəkillərini Tariyelə göndərmişdir. Həmin bağlamlarda 2-3 ədəd “Rolex” markalı saat, 2-3 ədəd çəkisi bir kiloqram təşkil edən qızıl külçələr olmuşdur. Tariyel bağlamanın içərisində olan qızıl külçələrin "MUM” deyə adlandırılan Mərkəzi Univermaqda işləyən Şahid1 adlı şəxsə aparıb verməyini, bunun müqabilində ona müəyyən məbləğdə pul veriləcəyini, “Rolex” markalı saatları isə “X96” ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən “Rolex” mağazasını işlədən Şahid2 verməli olduğunu bildirmişdir. Bundan sonra o həmin gün qızıl külçələri “MUM”da 1-ci mərtəbədə işləyən Şahid1la girişdə görüşərək külçələri sonuncuya vermiş, Faiq isə ona 34500 ABŞ dolları pul vermişdir. Bundan sonra “X96” ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən “Rolex” mağazasına gedərək həmin saatları mağazanı işlədən Şahid2 vermişdir. Samir isə özü birbaşa Tariyellə hesablaşmalı olmuşdur. Həmin məmulatlar satıldıqdan sonra əldə olunmuş pul yenidən Allahverdi ilə görüşüb sonuncuya vermiş, Allahverdi isə həmin pulu hansısa qaydada Tariyelə göndərmişdir. Bunun müqabilində isə Tariyel ona 150-200 ABŞ dolları məbləğində pul vermişdir. Bu qaydada Allahverdi və Tariyel ilə 2023-cü ilin may ayından etibarən iyun, iyul ayları da daxil olmaqla 4-5 dəfə işləmişdir. Hər dəfə göndərilən qızıl külçə və saatları Allahverdidən götürüb külçələri Faiqə, saatları isə Şahid2, sonuncu olmadıqda isə işçisi Mişaya vermişdir. Qızılları Faiqə verərkən sonuncu ona çatası pulu Tariyelin adından vermişdir. 2023-cü ilin avqust ayının əvvəllərində təxminən, avqustun 2si, yaxud 3-ündə Tariyel yenə ona zəng edərək Allahverdinin mal gətirdiyini bildirmişdir. Bundan sonra Allahverdi ilə həmin gün Tbilisi prospektində yerləşən “Araz” marketin yanında görüşmüş, sonuncu ona içərisində 2-3 ədəd “Rolex” markalı saat və qızıl külçələr olan bir neçə bağlama vermiş, həmin bağlamaları o, təhvil alıb fotoşəkillərini çəkərək Tariyelə göndərmişdir. Tariyel həmin külçələri yenə Faiqə aparıb verməyini, “Rolex" markalı saatları isə Samirə verməyini bildirmişdir. O, əvvəlcə Faiqlə görüşüb qızıl külçələri Faiqə vermiş və sonuncu isə ona 69 000 ABŞ dolları pul vermişdir. Daha sonra saatları Samirə məxsus mağazaya təqdim etmişdir. Bundan sonra Allahverdi ilə görüşüb pulu Tariyelə göndərməsi üçün sonuncuya vermişdir. Sonuncu dəfə 8 avqust 2023-cü il tarixdə səhər saatlarında Tariyel onunla vatsap vasitəsilə əlaqə saxlayaraq Allahverdiyə yenə ölkəyə qaçaq yolla gətirməsi üçün qızıl məmulatları və saatlar verəcəyini, sonuncunu həmin yola salacağını və Allahverdi ilə həmin gün günorta saatlarında görüşəcəyini bildirmişdir. O da hər hansı işinin olmadığını və Allahverdidən xəbər gözlədiyini bildirmişdir. Günorta saatlarında Tariyel ona zəng etmiş və Allahverdinin telefonuna zəng çatmadığını, yoldan yorğun gəlib yata biləcəyini demişdir. Axşam saatlarına qədər Allahverdidən hər hansı xəbər çıxmamış, bu müddətə qədər o, Allahverdinin mobil telefon nömrəsinə “Whatsapp” mobil tətbiqi üzərindən 3-4 dəfə zəng etmiş, lakin sonuncuya zəng çatmadığını müəyyən etmişdir. Bundan sonra Tariyellə əlaqə saxlamış, sonuncu da Allahverdidən xəbər ala bilmədiyini və bu məsələdən getdikcə şübhələndiyini deyərək maraqlanacağını bildirmişdir. Həmin gün Sumqayıt şəhərinə gedərək “əxi” qardaşların oturduğu çayxanaya baş çəkmiş, orada Allahverdinin gömrük əməkdaşları tərəfindən saxlanıldığını öyrənib bu barədə dərhal Tariyelə məlumat vermişdir. Tariyel isə onun təcili olaraq ölkə ərazisini tərk edərək sonuncunun yanına Dubay şəhərinə getməyini, ona bilet alacağını demişdir. Növbəti gün Tariyel ona günorta saatlarına bilet aldığını və təcili hazırlaşıb Dubaya getməyini demişdir. O da ölkədən qaçmaq məqsədilə pasportunu və şəxsi əşyalarını götürüb hava limanına getmiş, hava limanında gömrük nəzarəti zonasından keçib uçuş zonasında təyyarəyə minik gözləyərkən bir neçə mülki geyimli şəxslər ona yaxınlaşıb gömrük əməkdaşları olduqlarını bildirərək onu aparılan araşdırma ilə əlaqədar istintaq orqanına dəvət etmişlər. Tariyel adlı şəxs 1980-ci il təvəlüdlü X30r. Tariyel hazırda X45 Dubay şəhərində yaşayır və Tariyellə +**********58 saylı mobil telefon nömrəsi vasitəsi ilə vatsap mobil tətbiqi ilə əlaqə saxlamışdır. X28 bir-birilərini Dubay şəhərindən tanımışlar. Adətən mallar gətirilib çatdırıldıqdan sonra Tariyel həmin malların kimə çatdırılmalı olduğu barədə məlumat vermiş, lakin həmişə saatlar Şahid2, qızıl külçələr isə Şahid1 verilmişdir. Zərgərlik məmulatlarının isə kimə veriləcəyini əvvəlcədən bilməmiş, Tariyel sonradan bu barədə ona bildirməli idi. Brilyant qaşlar adətən Murad adlı şəxs üçün göndərildiyindən sonuncu göndərilən qaşların da Murad üçün göndərildiyini ehtimal edir. Sonuncu dəfə də müdiri Tariyelin göstərişi ilə Allahverdi ilə görüşərək gətirilən malları sonuncudan təhvil almalı olmuş, lakin Allahverdi saxlanılmışdır. Həm Şahid2 verdiyi saatlar, həm də Şahid1 təhvil verdiyi məmulatların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi barədə onların məlumatları olmuşdur. Belə ki, onlar Tariyelin həmin malları qaçaq yolla ölkə ərazisinə gətirilməsini bilmiş, həmin şəxslərlə aralarında hər hansı rəsmi alqı-satqı olmamış, bütün alqı-satqı qeyri-rəsmi şəkildə həyata keçirilmişdir. Adətən mallar ölkə ərazisinə gətirilib çatdırıldıqdan və ona təhvil verildikdən sonra kimlərə aparılıb çatdırılması deyilmişdir. Lakin müəyyən zərgərlik məmulatlarını Seyhan adlı şəxsə aparıb vermişdir. Elşad adətən brend zərgərlik məmulatlarının markaları ilə bağlı qutuları sifariş etmişdir. Ələkbər və Seyhan qohumdurlar və həmin şəxslərdən hansısa biri nəsə zərgərlik məmulatları sifariş edəndə hər ikisi də ona zəng edib malları barədə maraqlanmışlar. Seyhan və Ələkbər adlı şəxsləri ilk dəfə malları aparıb təhvil verərkən görmüşdür. Bir neçə aydır onları tanıyır. Daha əvvəllər həmin şəxslərlə tanışlığı yaxud görüşü olmamışdır. Eləcə də, Seyhan və Ələkbər adlı şəxslərin Elxan adlı qohumlarını da ola bilər sexə gedib zərgərlik məmulatlarını təhvil verəndə görmüşdür. Həmin məmulatları Mərkəzi Univermağın yaxınlığında, daha doğrusu həmin univermağın arxa küçəsində “arka”dan keçdikdən sonra həmin ərazidə yerləşən sexlərinə aparıb verməli idi. Seyhan, Ələkbər nəsə zərgərlik məmulatı sifariş edəndə həmişə zəng edib malın nə vaxt gələcəyini soruşmuşlar. 08 avqust 2023-cü il tarixdə də bununla bağlı aralarında danışıq olmuşdur. Elxanla danışığını isə ümumiyyətlə xatırlamır. Elşadla da bu barədə danışdığını düşünür. Həmin məmulatları, yaxud malları sifarişi edənlər Tarıkla danışmışlar, onun işi isə Tarıkın göndərdiyi malları aparıb təhvil vermək olmuşdur. Həmin məmulatların çatdırılmasına görə Seyhan, yaxud Ələkbərdən zərgərlik məmulatlarının hər qramına 5 ABŞ dolları pul almalı imiş. Əsgər adlı şəxs Seyhan və Ələkbərin işçisi olmuşdur. Əsgər adlı şəxsin nəsə sifariş etdiyini düşünmür. Seva və Pərvanə adlı şəxsləri isə tanımır. Natiq adlı şəxs bir neçə dəfə ondan saatın alışı ilə bağlı soruşmuşdur. Lakin sonuncuya nəsə aparıb təhvil verməmişdir. Araz adlı şəxsin adını eşitmişdir, lakin kimdən eşitdiyini və nə işlə məşğul olduğunu dəqiq xatırlamır (Cild 1, i.v. 194-197; Cild 2, i.v. 59-62; Cild 3, i.v.146-148;Cild 5, 233-234).

13. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

14. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

15. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin əməliyyat şöbəsində böyük əməliyyat müvəkkili vəzifəsində işləyən, gömrük xidməti polkovnik-leytenantı Şahid10 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 8 avqust 2023-cü il tarixdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olmuş məlumat əsasında “FZ 707” saylı Dubay-Bakı aviareysi ilə Bakı şəhərinə gəlmiş Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 əməliyyat qrupu tərəfindən nəzarətə götürülmüş, sonuncu təyyarədən enərək Heydər X27un “Terminal 1”də rejim zonasında, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin sərhəd-nəzarət buraxılış məntəqəsinin yaxınlığında yerləşən tualetə daxil olmuş və qızıl-zinət əşyaları və digər məmulatlar olan bükümləri aralarında olan razılaşmaya uyğun olaraq, ondan öncə həmin tualetə girərək onu gözləyən X60 Hava Limanı “Terminal 1” istehsalat texniki şöbəsinin komendantı Təqsirləndirilən şəxs1 vermiş, bundan sonra Təqsirləndirilən şəxs3 oradan çıxaraq sərhəd nəzarət buraxılış məntəqəsindən keçmiş, gəliş zalındakı gömrük zonasında yerləşən namaz otağına daxil olmuşdur. Təqsirləndirilən şəxs1 isə bir müddət həmin tualetdə aralarında olan razılaşmaya uyğun olaraq Heydər X27 “Terminal 1”də yerləşən istehsalat-texniki şöbəsinin rəisi Təqsirləndirilən şəxs2 gözləməyə başlamış, bi müddət sonra tualetin qarşısına Təqsirləndirilən şəxs2 gələrək ərazini müşahidə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 əlində içərisində külli miqdarda məmulatlar olan qutu ilə birgə tualetdən çıxaraq Təqsirləndirilən şəxs2 yanına yaxınlaşmış, Ağa və Emil həmin məmulatları xidməti keçiddən istifadə edərək gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirdikdən sonra ərazini tərk etmək istəyərkən onlar tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs1 əlində olan qutudakı bağlamalara baxış keçirilməsi üçün yoxlama otağına dəvət olunmuş, Təqsirləndirilən şəxs1, gömrük əməkdaşları və hal şahidlərinin iştirakı ilə keçirilmiş yoxlama zamanı üzərində heç bir yazı olmayan karton qutunun içərisində dörd ədəd üzərində yapışqanlı sarı polietilen paket olduğu müəyyən edilmişdir. 1-ci paketin içərisindən 1(bir) ədəd “Hublot” markalı ******* nömrəli saat, 1(bir) ədəd “ROLEX” markalı 126233 model Q69272D8 seriyalı sertifikat kartı ilə birlikdə saat, üzərində “Alex” yazılan polietilen paketin içərisində olan 3(üç) ədəd kağıza bükülmüş 2(iki) ədəd yumru formalı və 1(bir) ədəd damla formalı olmaqla 3(üç) ədəd şəffaf qaşlar, 2-ci paketin içərisində 1(bir) ədəd “ROLEX” markalı 126231 modelli 132EW546 seriyalı seltifikatla birlikdə və 1(bir) ədəd “ROLEX" markalı 126613LB modelli, 67T089V3 serialı seltifikatla birlikdə saatlar və 1 (bir) ədəd invoys sənədi, 3-cü paketin içərisindən 9(doqquz) ədəd şəffaf polietilen paketlərdə qızıl-zinət əşyalarına bənzər predmetlər aşkar edilmişdir. Aşkar edilən həmin 9(doqquz) ədəd paketdən üzərində qələmlə “ALEK” yazısı olan 1-ci polietilen paketdə ümumi çəkisi 7 qram olan qaşlı sarı metaldan hazırlanmış 1(bir) cüt sırğa, üzərində qələmlə “ALEK” yazısı olan 2-ci polietilen paketdə 10 ədəd xaç şəkili sarı metaldan hazırlanmış ümumi çəkisi 21 qram olan 1(bir) ədəd boyunbağı, üzərində qələmlə “ALEK” yazısı olan 3-cü polietilen paketdə ümumi çəkisi 249 qram üzərində “SUİSSE 250 q FİNE GOLD 999.9 C009576” yazıları olan dördkünc sarı metaldan 1(bir) ədəd külçə, üzərində qələmlə “F 1894 6.72 Akif 8.5 # M406 SEVA” yazısı olan 4-cü polietilen paketdə ümumi çəkisi 7 qram 1(bir) ədəd göy-ağ-yaşıl rəngli qaşları olan üzük, üzərində qələmlə “Pərv” yazısı olan 5-ci polietilen paketdə ümumi çəkisi 37 qram olan üzərlərində yaşıl və şəffaf qaşları olan 1(bir) ədəd klonlu sarı metaldan boyunbağı və üzük dəsti, üzərində qələmlə “Elş” yazısı olan 6-cı polietilen paketdə ümumi çəkisi 14 qram müxtəlif ölçülü qaşları olan 1(bir) ədəd sarı rəngli metaldan hazırlanmış qolbaq, üzərində qələmlə “Elşad" yazısı olan 7-ci polietilen paketdə içərisində üzərində müxtəlif ölçülü qaşları olan sarı metaldan hazırlanmış ümumi çəkiləri 25 qram olan 1(bir) cüt sırğa, 1(bir) ədəd üzük və 1(bir) ədəd klonlu boyunbağı, üzərində qələmlə “Asker” yazısı olan 8-ci polietilen paketdə ümumi çəkisi 3 qram 1(bir) ədəd müxtəlif ölçülü sarı metaldan hazırlanmış klonlu boyunbağı, 9-cu polietilen paketdə ümumi çəkisi 2 qram üzərində müxtəlif ölçülü qaşlar olan 1(bir) cüt sarı metaldan hazırlanmış sırğa olduğu müəyyən edilmişdir. Baxış zamanı karton qutunun içərisindən aşkar edilmiş 4 ədəd sarı polietilen paketdən sonuncuda yəni, 4-cü paketin içərisindən isə 13 ədəd şəffaf polietilen paketlərdə qızıl-zinət əşyalarına bənzər predmetlər aşkar edilmişdir. Aşkar edilən 13 ədəd polietilen paketdən birincinin üzərində qələmlə “Seyh” “15500” yazıları olan paketdə ümumi çəkisi 34 qram olan müxtəlif ölçülü qaşlı ağ rəngi metaldan hazırlanmış 1(bir) ədəd qolbaq, üzərində qələmlə “Seyh” yazısı olan 2-ci polietilen paketdə ümumi çəkisi 5 qram 1(bir) ədəd müxtəlif ölçülü qaşları olan ağ rəngli metaldan hazırlanmış boyunbağı, üzərində qələmlə “Seyh” yazısı olan 3-cü polietilen paketdə ümumi çəkisi 16 qram olan 1(bir) cüt müxtəlif ölçülü qaşları olan sarı rəngli metaldan hazırlanmış sırğa, üzərində qələmlə “Seyh" yazısı olan 4-cü polietilen paketdə ümumi çəkisi 29 qram 1(bir) ədəd sarı rəngli metaldan hazırlanmış qolbaq, üzərində qələmlə “Seyh” yazısı olan 5-ci polietilen paketdə ümumi çəkisi 4 qram müxtəlif ölçülü qaşları olan sarı rəngli metaldan hazırlanmış 1(bir) cüt sırğa, üzərində qələmlə “Seyh" yazısı olan 6-cı polietilen paketdə ümumi çəkisi 10 qram 1(bir) ədəd qaşları olan sarı rəngli metaldan hazırlanmış qolbaq, 7-ci polietilen paketdə ümumi çəkisi 249 qram üzərində “SUİSSE 250 q FİNE GOLD 999.9 C0Q9576” yazıları olan dördkünc sarı metaldan 1(bir) ədəd külçə, üzərində qələmlə “Seyh” yazısı olan 8-ci polietilen paketdə ümumi çəkisi 19 qram 1(bir) ədəd müxtəlif ölçülü qaşları olan sarı rəngli metaldan hazırlanmış boyunbağı, üzərində qələmlə “Seyh” yazısı olan 9-cu polietilen paketdə ümumi çəkisi 11 qram qaşları olan sarı rəngli metaldan hazırlanmış 1(bir) ədəd qolbaq, üzərində qələmlə “Seyh” yazısı olan 10-cu polietilen paketdə ümumi çəkisi 6 qram 1 ədəd müxtəlif ölçülü qaşları olan sarı rəngli metaldan hazırlanmış boyunbağı, üzərində qələmlə “Seyh” yazısı olan 11-ci polietilen paketdə ümumi çəkisi 11 qram 1 ədəd sarı rəngli metaldan hazırlanmış qolbaq, üzərində qələmlə “Seyh” yazısı olan 12-ci polietilen paketdə ümumi çəkisi 11 qram 1(bir) ədəd naxışları olan sarı rəngli metaldan hazırlanmış qolbaq, üzərində qələmlə “Seyh” yazısı ofan 13-cü polietilen paketdə içərisində ümumi çəkisi 11 qram 1(bir) ədəd sarı rəngli metaldan hazırlanmış qolbaq olduğu müəyyən edilmişdir. Bundan başqa, yoxlama zamanı karton qutunun içərisində 250 qramlıq qızıl külçələrin 2(iki) ədəd plastik qablaşdırması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş əşyaların fotoşəkillləri çəkilərək protokola əlavə olunmuş, daha sonra isə qablaşdırılaraq götürülmüş, tərəfindən müvafiq protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra əməliyyat tədbirləri davam etdirilərək qrupun digər üzvü Təqsirləndirilən şəxs3 “Terminal 1”in gəliş zalındakı gömrük zonasında namaz otağından çıxarkən əməliyyat qrupunun üzvləri tərəfindən yoxlama həyata keçirilməsi üçün yoxlama otağına dəvət edilmişdir. Təqsirləndirilən şəxs3, əməliyyat qrupunun üzvləri və hal şahidlərinin iştirakı ilə keçirilmiş yoxlama zamanı birinciyə məxsus üzərində “FASHİON” yazısı olan əl çantasının içərisindən DS300123 nömrəli və DS300124 nömrəli 2(iki) vərəqdən ibarət invoys, 2372 nömrəli 1(bir) vərəqdən ibarət invoys, 2(iki) vərəq bəyannamə, 3(üç) ədəd briliant daşlara dair sənəd, Təqsirləndirilən şəxs3 məxsus baqaj çantasından isə 1(bir) ədəd üzərində üzərində “Tiffany CO” yazısı olan kağız paket, 1(bir) ədəd üzərində “Tiffany Co” yazısı olan qovluq və 2(iki) vərəq sənəd, 2(iki) ədəd üzərində “Tiffany Co” yazısı olan zərgərlik məmulatları üçün qablaşdırma aşkar edilmişdir. Daha sonra aşkar edilmiş əşyaların fotoşəkillləri çəkilərək protokola əlavə olunmuş və qablaşdırılaraq araşdırma məqsədi ilə götürülməklə müvafiq protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmış, toplanmış materiallar araşdırma aparılması üçün təhqiqat orqanına təhvil verilmişdir.

16. Verilən suallara cavab olaraq Şahid10 ifadəsinə əlavə edərək göstərdi ki, 8 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 Dubay şəhərindən Bakı şəhərinə qaçaqmalçılıq yolu ilə qabaqcadan razılaşdırılmış formada yük gətirməsi və ayaqyolunda həmin yükləri Ağaya verməsi barədə əməliyyat şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmaqla təlimatlandırma aparılmışdır. Belə ki, təyyarə endikdən sonra Ağa rejim zonasında sərhəd-buraxılış məntəqəsinin qarşısında olan ayaqyolunda gözləmiş, Allahverdi həmin ayaqyoluna girib yükü ona verdikdən sonra sərhəd-nəzarət məntəqəsini keçib namaz otağına getmiş, bundan sonra Emil rejim zonasına yaxınlaşıb orada Ağanı gözləmiş, sonuncu ayaqyolundan çıxdıqdan sonra birlikdə yükü xidməti çıxışdan keçirdikdən sonra onlar əvvəlcə əlində qutu olan Təqsirləndirilən şəxs1 yaxınlaşaraq hava limanında olan baxış otağına dəvət etmiş, etiraz olmadığından hal şahidlərinin iştirakı ilə baxış zamanı 4 ədəd paketin içərisində saatlar, qızıllar və külçələr aşkar edilmiş, Ağa aşkar edilmiş yükləri Təqsirləndirilən şəxs3 götürdüyünü bildirməklə suallar əsasında Allahverdinin harada olması barədə onlara məlumat vermiş, Allahverdi namaz otağından çıxdıqdan sonra yaxınlaşıb onu saxlamış, Təqsirləndirilən şəxs2 Ağa saxlanılarkən onun yanında olmamış, Emilə zəng vurub idarəyə çağırmış, Ağa Emilin də onlarla əlbir olması barədə demişdir. Onlar təqsirləndirilən şəxslərin hərəkətlərini kənardan müşahidə etmişlər. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs3 barəsində olsa da, maddi sübut Təqsirləndirilən şəxs1 olduğundan ilk olaraq sonuncunu saxlamış, Ağa ayaqyoluna girərkən Allahverdi orada olmamış, sonuncunun əlində çantalar çox olmuş, Allahverdi sonradan ayaqyoluna girib yükləri Ağaya verib çıxmış, yüklərin bəyan edilməsini gözləsələr də, Allahverdi yükləri bəyan etməmişdir. Ağa saxlanıldıqdan sonra malları Allahverdinin ona verdiyini demiş, Allahverdi rejim zonasını keçdikdən sonra saxlanılmışdır. Ayaqyolunun kabinələrinin qapısı bağlı olduğundan o, ayaqyolunun kabinələrinin içərisini, eləcə də yükü Allahverdinin şəxsən Ağaya əlbəəl verməsini görməmiş, həmin yükü Ağaya verməsini əməliyyat məlumatı əsasında dəqiqləşdirmişlər. Ağa saxlanılarkən onlara qarşı hər hansı müqavimət göstərməmiş, könüllü olaraq əl yükünü təqdim etmiş, həmin yükdə olan qızıl-zinət əşyalarının haradan əldə edilməsi barədə onlara hər hansı məlumat verməmiş, həmin vaxt Allahverdi namaz otağında olmuşdur. Daxil olmuş əməliyyat məlumatında Elnur Əkbərovla bağlı məlumat olmamış və sonuncunu görməmişdir. Daxil olmuş əməliyyat məlumatında təqsirləndirilən şəxslərin əvvəllər də bu qaydada əməllər törətməsi barədə bildirilmişdir.

17. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsində işləyən Şahid8, Şahid11 və Şahid12, habelə baxış zamanı hal şahidi qismində iştirak etmiş Şahid9 məhkəməyədək icraat zamanı verdikləri ifadələri ilə eyni məzmunlu və Şahid10 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları özlərinə aid hissələrdə təsdiq etmişlər.

18. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, "xxxx" MMC-nin direktor vəzifəsində işləyir. Onlayn yolla saat və qızıl-zinyət əşyalarının alqı-satqısını həyata keçirir. Daha əvvəl, yəni 2021-ci ilin əvvəllindən həmin ilin sonuna qədər Bakı şəhəri, Nizami küçəsində, “Nizami” kinoteatrının arxasında mağazası da olmuş, sonradan həmin mağaza bağlanmışdır. Hazırda məhsulları onlayn qaydada “Teleqram” sosial şəbəkəsində “Galaleo Luxury” adı ilə kanalı vasitəsilə satışını həyata keçirir. Həmçinin onu tanıyan müştərilərinə satışı həyata keçirir, lakin əsas müştəri dairəsi Rusiya ərazisində olmuş, Azərbaycanda həmin malların satışı çox zəif olmuşdur. Satışı həyata keçirilən məmulatlar orijinal mallar olmuşdur. “Rolex”, “Breguet” və “Ulyesse Nardin” brendindən olan saatlar, “Cartier”, “Chopard”, “Roberta Coin” və “Van Cleef” markasından olan brend qızıl-zinət əşyalarının satışını həyata keçirir. Həmin fəaliyyətin həyata keçirilməsində Səbuhi Rzayev adlı işçisi də ona köməklik edir. Həmin məhsulları əsasən əldən, yəni kimsə satanda alır, daha sonra satışını həyata keçirmişdir. “Rolex” və “Hublot” markasından olan saatları Mərkəzi Univermaqda fəaliyyət göstərən Elnur adlı şəxsdən almışdır. Həmin məhsullar da işlənmiş saatlar olmuşdur. Elnur “MUM”da 2-ci mərtəbədə fəaliyyət göstərmişdir. Tariyel Əsgərovla X20 Dubay şəhərində tanış olmuş, sonuncuya “Tarık” deyə müraciət etmişdir. Mobil telefonların satışını həyata keçirmiş, həmçinin brend məhsulların alqı-satqısına vasitəçilik etmişdir. Bir neçə dəfə Tarıkdan mobil telefon almışdır. Sonuncu dəfə 2023-cü iyul ayının ortalarında Dubayda olarkən 1(bir) ədəd “Rolex” və 1(bir) ədəd “Hublot” markasından olan saatları almaq istəmişdir. Dubayda Tarıkla söhbət zamanı sonuncu, həmin markadan olan saatların alınmasında və Azərbaycana göndərilməsində vasitəçilik edəcəyini bildirmişdir. Belə ki, Tarık gömrüklə bağlı adamları olduğunu, məhsulları Azərbaycana rahat şəkildə və heç bir problem olmadan çatdırdığını, yəni Tarık onun ödəyəcəyi rüsumdan daha aşağı rüsuma məhsulun Bakıya çatdıracağını bildirmişdir. Bu da onu qane etdiyindən sonuncunun təklifini qəbul etmiş, lakin Tarıkdan həmin məhsulları hansı qaydada gətirib çatdıracağını soruşmamışdır. Bundan sonra Tarıkın vasitəçiliyi ilə Dubaydan 1(bir) ədəd içi göy, biləkliyi qızıl-polad qarışığından olan orijinal “Rolex” markasından olan saat və 1 (bir) ədəd qara rəngli orjinil “Hublot” markasından olan saatı almışdır. 1(bir) ədəd “Rolex” markasından olan saat üçün 12000 (on iki min) ABŞ dolları, 1(bir) ədəd “Hublot” markasından olan saat üçün isə 10000 (on min) ABŞ dolları pul ödəmişdir. Tarıkla olan razılaşmalarına əsasən, Tarık hər bir məhsulun Bakı şəhərinə çatdırılmasına görə ondan məhsulun 16 faizi məbləğində pul almış, həmin pullar isə saatlar ona çatdırıldıqdan sonra onun tərəfdən verilməli olmuşdur. Məsələn, 1 ədəd “Rolex” markasından olan 12000 (on iki min) ABŞ dolları qiymətində saat üçün 1920 ABŞ dolları, 1 ədəd “Hublot” markasından olan 10000 (on min) ABŞ dolları qiymətində saat üçün isə 1600 ABŞ dolları pul ödəməli olmuşdur. Bu barədə razılıq əldə etdikdən sonra Tarık həmin saatları 1 ayın içərisində Bakıya ona göndərəcəyini bildirmişdir. 2023-cü ilin avqust ayında eşitmişdir ki, Tarık tərəfindən Allahverdi adlı şəxslə göndərilən mallar saxlanılmış və həmin malların içərisində ona məxsus saatlar da vardır. Bundan başqa, həmin hadisədə "xxxx" QSC-nin əməkdaşlarının da adının hallandığı ona məlum olmuşdur. Aldığı saatların ölkə ərazisinə gömrük nəzarətindən yayındırmaqla gətiriləcəyindən məlumatı olmamışdır. Həmin saatların alınmasına dair rəsmi qəbz, yaxud sənədi də yoxdur. Həmin saatların alınması üçün vəsaiti Dubay şəhərində də “stokları” olduğundan pulu oradan götürmüşdür. Həmin saatları Moskvada yaşayan dostu Elşən üçün almışdır. Münasib qiymətə alıb, üzərinə müəyyən məbləğdə pul qoyub Elşənə satmaq fikrində olmuşdur. Daha əvvəl Tarık ona mobil telefon, avtonəqliyyat vasitəsi üçün ehtiyat hissələri göndərmiş, onları da Elnur adlı tanışı vasitəsilə göndərmişdir. Elnuru şəxsən tanımamış və görüşməmişdir. Daha əvvəl gətirdiyi malları “X96” ticarət mərkəzində olan ofisində “Jenya” deyə adlandırdığı Yevqeni adlı tanışına, ya da ailə sürücüsü Rövşən adlı tanışıyla görüşüb sonunculara vermişdir. Təqsirləndirilən şəxs3 tanımamış, malları saxlanıldıqdan sonra adını eşitmişdir. Ümumiyyətlə bu məsələlərdə o, yalnız Tarıkla danışmış, digər şəxsləri tanımamışdır.

19. Verilən suallara cavab olaraq Şahid2 ifadəsinə əlavə edərək göstərdi ki, o, Dubaya gedib-gəldiyi dövrdə orada telefon mağaza sahibi Tariyel adlı şəxslə tanış olmuş, sonuncu ona qanuni formada saatları gömrükdə ucuz qiymətə qeydiyyatdan keçirdiyini deyib bu barədə ona da təklif etdikdə sonuncu ilə razılaşmışdır. Belə ki, dostu ondan iki ədəd saat sifariş etdikdə o, sifariş edilən hər saatdan 350 dollar qazanc əldə edəcəyini düşünüb Tariyeldən saatları sifariş etmiş, bundan sonra hadisə baş vermişdir. Tariyel saatları Bakıya kimin vasitəsilə göndərdiyini deməmiş, Təqsirləndirilən şəxs4 tanımış, lakin şəxsi münasibətləri olmamış, sonuncunun Tariyellə əlaqəsi olmuş, digər təqsirləndirilən şəxsləri tanımamışdır.

20. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, rəsmi olaraq işləməsə də, qeyri-rəsmi olaraq Belçikanın paytaxtı Brüssel şəhərində restoran biznesi ilə məşğuldur. Belə ki, bacısı uşaqları Araz və Heydər Kərimov qardaşları Brüssel şəhərində “Çiçek Kebab” adlı restoran işlətmiş, o da sonuncularla birgə işləməklə nəzarət etmiş, bununla əlaqədar olaraq tez-tez Belçikaya gedib gəlmiş, eləcə də 30 ildir orada yaşamaqla vətəndaşlıq əldə etmiş atası Oqtayı görmək üçün də Belçikaya getmişdir. Müxtəlif brendlərə məxsus saatların alqı-satqısı ilə də məşğul olmuşdur. Belə ki, Almaniyanın Münhen şəhərində saat bazarı deyilən yerdən işlək vəziyyətdə olmayan, yaxud köhnə saatları alıb X20 Dubay şəhərinə təmir üçün göndərmiş, orada təmir etdirib yenidən Avropaya gətizdirmiş, bundan sonra isə Münhen şəhərində saat bazarında, yaxud tanıdığı şəxslərə satışını həyata keçirmişdir. Müştərilər tərəfindən tələb olduğu təqdirdə yeni saatlar da sifariş edib Dubaydan gətizdirmişdir. Onların müştəri dairəsi Avropada olmuş, Dubaydan gətirdikləri saatların satışını da orada həyata keçirmişlər. Eləcə də, ingilis dilində bilmədiyindən Avropada bütün proseslərdə bacısı oğlu Şahid13 iştirak etmişdir. Ay ərzində 2-3 saatın satışını həyata keçirmişdir. 2 il əvvəl BƏƏ-nin Dubay şəhərində müxtəlif brend saatların və qızıl-zərgərlik məmulatlarının satışını həyata keçirməklə Mandus adlı hindistanlı ilə şərik olan Tarık adlı azərbaycanlı ilə tanış olmuş, həmçinin sonuncuların Dubayda qızıl bazarı deyilən yerdə mağazası da olmuş, hətta Tarıkın özündən dəfələrlə saatlar almışdır. Dubaya gedə bilmədiyi vaxtlarda həmin saatları internet vasitəsilə almış, adətən, orada olan Tarık adlı tanışına həmin mağazadan gedib götürməsini bildirməklə pulu Tarıka göndərmişlər. Ola bilər Tarık mağazada danışarkən onların internetdə gördükləri qiymətdən aşağı almış və geri qalan pul da Tarıkın qazancı olmuşdur. Dubaydan alıb ölkəyə gətirdiyi saatları Avropaya göndərib orada satışını həyata keçirmişlər. Həmin saatları ya gedərkən özü, ya da Avropaya gedən müxtəlif şəxslər vasitəsilə yola salmışdır. 2023-cü ilin əvvəllərindən isə o, şəxsi ailəvi məsələlər ilə əlaqədar Avropaya gedə bilmədiyindən Dubaydan aldığı saatları Avropaya göndərmişdir. Ya Dubayda olarkən elə oradan, ya özü Türkiyəyə gedərkən oradan, ya da Bakıdan Avropaya yola salmış, orada da ya Araz, ya da Heydər, yaxud da başqa tanışları çıxıb qarşılamaqla həmin saatları götürmüşdür. 2023-cü ilin yay aylarında Araz ona zəng edib, Dubaydan Azərbaycana gələn Allahverdi adlı şəxsin onların oradan aldığı saatları ölkəyə gətirə biləcəyini, həmin şəxsin bildirdiyinə görə gömrükdə adamları olduğunu və saatları rahat şəkildə gömrükdən keçirə biləcəyinə təminat verdiyini bildirdiyindən o da Araza onun da Dubaydan saatını ölkəyə gətirməsini demişdir. Arazın bildirdiyinə görə, həmin şəxsə hər saata görə 200-300 ABŞ dolları arasında pul ödəməli olmuşdur. Bu qaydada, 2023-cü ilin iyun ayından başlayaraq, 3 yaxud, 4 dəfə Dubaydan aldıqları “Rolex”, “Tudor” və “Rado" markasından olan orijinal saatları Allahverdi adlı şəxs vasitəsilə ölkə ərazisinə gətizdirmiş, burada Mahir adlı sürücü tanışları Allahverdidən onları təhvil alıb, ona vermiş, o isə Avropaya gedən şəxslərə ora aparması üçün vermişdir. Göndərtdiyi saatları da ya Araz, ya qardaşı Heydər qarşılayıb götürmüşdür. Müxtəlif mağazalardan internet vasitəsilə aldıqları saatları Tarık gedib götürmüş və Allahverdiyə vermişdir. Sonuncu dəfə 2023-cü ilin avqust ayında Dubayda bir mağazadan internet vasitəsilə saat almış, bacısı oğlu Araz həmin saatın ölkəyə gətirilməsi üçün Tarıkla danışmış sonuncu da həmin saatı alaraq Allahverdi adlı şəxsə vermiş, daha sonra Allahverdinin Dubaydan gələrkən gömrükdə saxlanıldığını və malların da gömrük tərəfindən götürüldüyünü eşitmişdir. Dövlət Gömrük Komitəsinin rəsmi saytında bu barədə məlumatları oxuduqda ona Allahverdidə yalnız onun saatının deyil, başqa malların da olması aydın olmuşdur. Təqsirləndirilən şəxs3 tərəfindən 8 avqust 2023-cü il tarixdə ölkə ərazisinə gətirilmiş və aşkar olunaraq götürülmüş saatların içərisində ona məxsus 1 ədəd orijinal “Rolex” markalı, “X54” modelindən olan, içərisi ağ, bilək-qolbaq hissəsi gümüşü rəngdə və sarı rəngli qızıldan olan saatı onun adından bacısı oğlu Araz Tarıkdan alıb göndərməsini sifariş etmiş, həmin saata görə Tarıka 10000 (on min) ABŞ dolları pul ödəmişlər. Həmin pul vəsaitini Tarık adlı şəxsə Araz Avropadan bank vasitəsilə göndərmiş, həmin saatı Bakı şəhərinə göndərməkdə məqsədi buradan Brüssel, yaxud Almaniyaya göndərmək, orada isə satışını həyata keçirmək olmuşdur. Adətən, təzə saatı müştəri sifariş verərkən Dubaydan alıb gətizdirməklə Avropaya göndərmişlər, yaxud qiyməti münasib olanda da almışdır. Passport və qabı olmayanda həmin saatları daha ucuza almışlar. Daha sonradan qabını alıb içərisinə qoyub satışını həyata keçirmişlər. İnvoys sənədləri isə saatın üzərində göndərilməmişdir. Qeyd olunan saat saxlanıldıqdan sonra bu barədə Tarıkla danışmış, Tarık Allahverdinin üzərində onun saatından başqa müxtəlif mal və məmulatlar olmasından sonuncunun da xəbərinin olmadığını bildirmiş, aralarında başqa danışıqları olmamışdır. Daha əvvəllər Allahverdi vasitəsilə Bakı şəhərinə göndərdiyi saatların satışını da Avropada həyata keçirmişlər. Belə ki, bacısı oğlu Araz orada müştərilərə satmışdır. Dubaydan həmin saatları Avopaya gətirilməsi üçün tanışları olmamış, Azərbaycandan isə Avropaya gedən çox olmuşdur. Həmin saatları tanışı, sürücü Mahir Allahverdidən təhvil aldıqdan sonra o, sonuncudan təhvil almış, ya Arazın Almaniyaya, yaxud Brüsselə gedən tanışlarına, ya da öz tanışlarına aparmaları üçün vermişdir. Eləcə də, özü Türkiyəyə gedərkən oradan da göndərtdirmişdir. Allahverdi adlı şəxsdən başqa, ayrı şəxs, yaxud şəxslər vasitəsilə ölkəyə saat gətizdirməmiş, ola bilər ki, Araz gətizdirib Avropaya göndərtmiş, lakin onun xəbəri olmamışdır. Tarıkla Dubayda olarkən dəfələrlə görüşmüş, Allahverdini isə heç vaxt görməmişdir. Sonuncu dəfə 2023-cü ilin sentyabr ayının 7-də Dubay şəhərindən ölkə ərazisinə gələrkən oradan 3 ədəd “Rolex” markalı saat gətirmiş, həmin saatlar Avropadan təmir üçün Dubaya göndərilən saatlar olmuşdur. Bakı şəhərində gömrükdən keçərkən həmin saatları saxlanca vermişlər, bir neçə gün sonra Türkiyənin İstanbul şəhərinə gedərkən həmin saatları da götürüb özüylə oraya aparmış, oradan isə Avropaya yola salmışdır. Dubaydan aldığı malların Allahverdi tərəfindən gömrük nəzarətindən yayındırmaqla ölkəyə gətirilməsinin qanunsuz olduğunu bilirmiş, ancaq bunun cinayət məsuliyyətinə səbəb olacağını dərk etməmiş, hətta həmin mallar gömrükdə saxlanılarsa, uzağı rüsum tələb ediləcəyini düşünmüşdür. Allahverdinin ölkəyə əsasən mobil telefon gətirdiyini və bahalı əşya kimi onların saatı olduğunu bilmiş, bu səviyyədə mallar gətirəcəyini düşünməmişdir. Hazırda da ona məxsus malın gömrük ödənişlərini ödəməyə hazırdır.

21. Verilən suallara cavab olaraq Şahid4 ifadəsinə əlavə edərək göstərdi ki, o, Belçika və Dubayda saat alveri ilə məşğul olmuş, təqsirləndirilən şəxsləri tanımamış, yalnız Təqsirləndirilən şəxs3 adını eşitmiş, özünü görməmiş, sonuncunun namaz qıldığını, habelə telefon satışı ilə məşğul olduğunu eşitmişdir. Belə ki, ona Allahverdinin Bakıya gələcəyi barədə məlumat verilmiş, onun da həmin ərəfədə Dubaydan gətirilib Avropaya göndəriləsi saatı olduğundan həmin saatı Allahverdiyə verməyi düşünmüş, məhsulları necə aparacağı barədə soruşduqda hava limanında Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə danışdığını, məhsulları oradan keçirdikdən sonra Dövlət Gömrük Komitəsinin qeydiyyatından keçirib çöldə adamlara təhvil verəcəyini, habelə narahat olmamasını dediyindən sonuncuya inanıb malları ona vermişdir. “Rolex” markalı saat ona məxsus olmuş, rəsmi olaraq Bakıda saatların alveri ilə məşğul olmamış, ayda 2-4 aralığında saatların satışını həyata keçirmiş, o cümlədən sərgilərdə 1-2 saat alıb Dubayda təmir etdirməyə göndərdikdən sonra satışını həyata keçirmişdir.

22. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, o, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla atası X31 Mərkəzi Univermağın yaxınlığında yerləşən sexində təmirçi kimi işləmiş, bununla bağlı vergi orqanında qeydiyyatdan keçməklə adına VÖEN də almış, əsas işi, sexdə fəaliyyət göstərən ustaların işinə, təmir üçün verilmiş məmulatlar necə verilmişdirsə, həmin qaydada müştəriyə təhvil verilməsinə nəzarət etməkdən ibarət olmuşdur. Həmin sexdə Ruslan, Fərhad və Razim adlı ustalar fəaliyyət göstərmiş, sonunculardan əlavə az müddət onlarla işləmiş Ayaz adlı işçi də olmuşdur. Məmulatları müştəridən təhvil alarkən onları təmir üçün Ruslana vermiş, təmir olunduqdan sonra Ruslandan geri təhvil almış, lakin 3-4 aydır həmin sex də fəaliyyətini dayandırmış, həmçinin həmin sexin işləyib işləmədiyindən məlumatı yoxdur. Lakin bildiyi qədəri ilə sex də fəaliyyətini dayandırmışdır, çünki atası Elxan da orada fəaliyyətini dayandırmışdır. Seyxan bacısının yoldaşıdır, onunla yeznə qayındırlar, həmin sexdə də birlikdə işləymiş, Seyxan da onun kimi eyni işi icra etmişdir. Seyxanla bir ara ofis də icarəyə götürüb işlətmiş, lakin qısa müddət sonra həmin ofisi təhvil vermişlər. Qızıl yaxud zərgərlik məmulatlarının satışını həyata keçirməmişdir. Daha əvvəl atası Elxanın “Moskva” univermağında yerləşən mağazasında satıcı kimi işləmiş və orada zərgərlik məmulatlarının satışını həyata keçirmişdir. Daha sonra Mərkəzi Univermağın yaxınlığındakı yuxarıda qeyd etdiyi sexə gəlmiş, hazırda isə orada da fəaliyyət göstərmir. Təqsirləndirilən şəxs4 Mərkəzi Univermağın ətrafında bir neçə dəfə görmüş, sonuncu zərgərlik məmulatlarının satışını həyata keçirmişdir. Bir neçə dəfə Elnurla həm yeznəsi Seyxanla birgə olanda, həm də yolda gedərkən görmüş və əhval tutmuşdur. Elnurdan 2023-cü ilin mart ayında həyat yoldaşı üçün 1 ədəd qolbaq almışdır. Belə ki, yeznəsi Seyxan sözügedən qolbaqdan Elnurdan almış, o da görüb bəyəndiyindən Elnurdan sifariş vermişdir. 1 dəfə Elnur sexin yanından keçəndə sexə qolbaq qoymuş və baxıb bəyənəcəyi təqdirdə almağı təklif etmiş, o da sexə gəlib həmin qolbağı görmüş və bəyənmədiyini, Seyxana satdığı qolbaqdan istədiyini Elnura bildirmiş və sonuncuya Seyxana satdığı qolbağın fotoşəklini göndərmişdir. Bundan sonra Elnur da sözügedən qolbaqdan ona gətizdirmişdir. O həmin qolbağa görə Elnura 1100-1200 manat arası pul vermiş, həmin pulu da qolbağı Elnurdan təhvil alarkən Ruslan Elnura vermiş, o, Elnurdan götürməmişdir. Təqsirləndirilən şəxs4 həmin məmulatları xaricdən gətizdirdiyini bilmiş, lakin konkret olaraq haradan gətirməsindən məlumatı olmamışdır. Arada Elnur ona zəng edib qolbaq gətirdiyini və istədiyi təqdirdə ona satmaq istədiyini bildirmiş, lakin o, artıq işləmədiyini və işə getmədiyini Elnura bildirməklə təklif etdiyi malları almamışdır. 8 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs4 “Whatsapp” mobil əlavəsi üzərindən zəng edib əlində nəsə mallar olduğunu bildirmiş, lakin ona maraqlı olmadığı üçün istəməmişdir. Elnur qızıldan əlavə, çanta, ətir, eynək və sair mallar da satmış, həmin vaxt onunla müştəri kimi əlaqə saxlayıb nəsə alıb-almayacağı barədə maraqlanmış, o isə lazım olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs4 sonuncu dəfə 2023-cü ilin mart-aprel aylarında mal almış, 1 dəfə qeyd etdiyi zərgərlik məmulatı, bir neçə dəfə isə qulaqlıq, eynək, ətir kimi mallar almışdır. Həmin vaxt da Elnurla Ruslan görüşmüşdür. Elnurla görüşüb qulaqcığın pulunu özü də vermiş ola bilər, lakin bu barədə dəqiq xatırlamır. “Tarık” adlı şəxsi şəxsən tanımamış, sonuncunun barəsində Elnurdan eşitməklə Elnurun dostu, tanışı kimi bilmişdir. Elnur sexə başqa zərgəlik məmulatı gətirib vermiş, o da sonradan sexə gələndə istədiyi qolbaq olmadığını görmüş, bu barədə Elnura demiş, sonuncu da danışıq əsnasında “Tarıka deyərəm” kimi ifadələr işlətmiş, qalan hallarda Tarık adlı şəxslə danışığı və ya tanışlığı olmamışdır. Elnurdan aldığı malları, eləcə də zərgərlik məmulatını Elnur rəsmi qaydada gətirdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs4 aldığı məhsulların rəsmi invoys yaxud gömrük bəyannaməsi olmamış yaxud aldığı mallara dair ona Elnur tərəfindən qəbz verilməmişdir. “Tarık” adlı şəxsin əlaqə telefonu onda mövcud deyildir. Təqsirləndirilən şəxs3 tanımamışdır. O, Təqsirləndirilən şəxs4 “Tarqovu” adlanan ərazidə işlədiyi dövrdən tanımış, sonuncudan yeni nəsil qulaqcıq, habelə arvadı üçün bir ədəd qızıl bilərzik almış, yeznəsi də bacısı (yəni arvadı) üçün sırğa almış, Elnurun qızılı haradan əldə etdiyini bilməmişdir. O, zərgərlik üzrə mütəxəssis olduğundan Elnur bir dəfə ona yoxlaması üçün gümüş təqdim etmiş, sonuncu onun yanında Taryel adlı şəxsin adını çəkməmiş, həmin adı müstəntiqdən eşitmişdir.

23. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid7 ilə oxşar məzmunlu ifadə verərək əlavə olaraq göstərdi ki, o, Təqsirləndirilən şəxs4 2023-cü ilin əvvəllərindən bir neçə dəfə Mərkəzi Univermağın ətrafına gəlib qızıl, zərgərlik məmulatları, yaxud digər malların satışını həyata keçirən biri kimi tanımışdır. 2023-cü ilin mart ayında həyat yoldaşı üçün Elnurdan 1 ədəd qolbaqla ətir almış, həmin qolbağa görə Elnura 1000 manat civarında pul müqabilində razılaşmışdır. Həmin vaxt Elnur ona nəniki qızıl, hətta ətir, çanta da lazım olarsa gətirib təşkil edə biləcəyini bildirmiş, 2023-cü ilin aprel ayının sonlarında Elnurdan çanta və ətir almışdır. Həmin çanta və ətiri də özü deyil, Ruslan Elnurla görüşüb götürmüşdür. Həmin qolbaq yaxud digər malların hansı ölkədən gəlməsini Elnurdan soruşmamış, lakin çantanı alarkən Dubaydan gətirildiyini demişdir. Elnurun dediyinə görə sonuncunun gömrükdə adamları olmuş, bu malları rəsmi qaydada gətirmişdir. Həmin malları internet üzərindən də almaq mümkün olmuş, lakin Elnur onlar sifariş etdikləri malları internet üzərindən sifariş verilən mallara münasibətdə daha tez çatdırdıqlarını bildirmiş, ona görə də çantanı və ətiri Elnurdan sifariş etmişdir. Çantanın qiyməti 600 ABŞ dolları, ətirin qiyməti isə 300 ABŞ dolları civarında olmuşdur. Təqsirləndirilən şəxs4 sonuncu dəfə 2023-cü ilin aprel-may aylarında mal almış, həmin vaxt da Elnurla Ruslan görüşmüş, bundan sonra Elnurdan heç nə almamışdır. Elnura “dostavka” pulunu hesablaması üçün Ruslana verməsini bildirmişdir. Elnur qızılın “dostavkasına” görə hər qramına 5 ABŞ dolları pul almışdır. Həm qolbağın pulunu, həm də digər malların pulunu Elnura verməsi üçün Ruslanın kartına 2000-3000 manat arası pul göndərmişdir. Ruslan da həmin pulu Elnura vermişdir. Bu alqı-satqı isə 3 ay bundan qabaq olmuşdur. Həmin tarixdən sonra Elnurdan nəsə almamışdır. Bundan başqa, Ruslan ona demişdir ki, o, sexdə olmayan ərəfədə Elnur sexə gəlib bir neçə sellofan paketdə müxtəlif zərgərlik məmulatları - sep, üzük, qolbaq gətirmiş bəyəncəyi təqdirdə almağı da təklif etmiş, lakin o, Elnurun gətirdiyi məmulatlara baxıb bəyənmədiyindən Ruslana Elnur gələndə həmin məmulatları özünə qaytarmasını demiş, Ruslan da həmin məmulatları Elnura qaytarmışdır. Belə hallar da 2023-cü ilin aprel-may aylarında baş vermişdir. O artıq 3 aydır işləmir. Elnur Ruslanın yanına gedərək hansısa qızılları alması üçün təklif etmiş, Ruslan da onunla əlaqə saxlayaraq bu barədə məlumat vermiş, lakin o, bəyənmədiyindən həmin məmulatları almamış, və yaxud Elnur onunla əlaqə saxlamış, qızıl almağı təklif etmiş, o da Ruslanın yanına getməsini bildirmiş, bu qaydada o da Ruslanın yanına getmiş, daha sonra Ruslan onunla əlaqə saxlamış, görüntülü danışıq zamanı ona həmin məmulatları göstərmiş, lakin o, bəyənmədiyindən Elnurdan mal almamışdır. 8 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs4 ona zəng edib əlində 1-2 qolbaq olduğunu və alıb-almayacağını soruşmuş, lakin o, Elnurdan nəsə almamışdır. “Tarık” adlı şəxsi şəxsən tanımamış, sonuncunun barəsində Elnurdan eşitmişdir. Elnur “Tarık”la birgə işlədiyini, “Tarık”ın Dubaydan göndərdiyi malları dövlət rüsumunu ödəməklə gömrükdən keçirdiklərini, daha sonra burada satdığını bildirmişdir. Təqsirləndirilən şəxs4 aldığı məhsulların rəsmi invoys, yaxud gömrük bəyannaməsi olmamış yaxud aldığı mallara dair ona Elnur tərəfindən qəbz verilməmişdir. Onun Tarıkla malın alışı-satışı barəsində ümumiyyətlə danışığı olmamışdır. O, aldığı mallar barədə Elnurla danışmışdır. Elnurdan da son aylar yaxud günlərdə hər hansı mal sifariş etməmişdir. Ələkbər adlı qohumunun Tarıkdan hər hansı mal sifariş verməsindən dəqiq məlumatlı deyil. O, Təqsirləndirilən şəxs3 tanımamışdır.

24. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, o həmin ifadəsində Şahid9 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir (Cild 4, i.v. 28-31;).

25. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid13 ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, o həmin ifadəsində Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə vermiş və əlavə olaraq ifadəsində göstərmişdir ki, 2021-ci ilin sonlarında Münhendə saat bazarı deyilən yerdə əslən Hindistandan olan və X20 Dubay şəhərində yaşayan Mandus adlı şəxslə tanış olmuş, həmin şəxs və sonuncuyla birgə tanıdığı bir neçə şəxs Dubayda saat satışı ilə məşğul olmuş, həmçinin işlənmiş saatların restavrasiyası, yəni yeniləməsini həyata keçirmişdir. Həmin ərəfələrdə sonuncu ilə tanışlıq zamanı belə qərara gəlmişlər ki, Münhendə saat bazarından aldığı işlək vəziyyətdə olmayan, yaxud köhnə saatları Mandusa göndərsin, sonuncu həmin saatları yeniləsin və yenidən onlara göndərsin, onlar isə həmin saatların satışını həyata keçirsinlər, həmçinin sonuncudan yeni saatlar alsınlar. Dayısı Vüqar ingilis dilində bilmədiyindən sonuncunun işlərini özü görmüş, Mandusla bu barədə razılığa gəldikdən sonra bir neçə dəfə sonuncuya Münhendə bazardan aldıqları “Rolex”, “Tudor" və “Rado” markasından olan orijinal saatları ya göndərir, ya da Mandus özü Münhenə gələrkən ona vermiş, sonuncu da həmin saatları Dubayda restavrasiya etdirib poçt vasitəsilə onlara göndərmiş, yaxud sonuncudan təzə saatlar almışlar. Avropada işlənmiş saatlara görə gömrük vergilər tətbiq olunmadığından, yalnız nəqliyyat pulu alındığından poçt vasitəsilə yenilər istisna olmaqla, restavrasiya olunmuş saatları Almaniyaya gətirərkən gömrüyə həmin saatların Avropadan təmir üçün Dubaya göndərildiyi barədə məlumat vermişlər, buna görə də həmin saatlar rüsuma cəlb olunmamış, lakin poçt vasitəsilə saatların göndərilməsi bəzi hallarda 1 ay çəkmiş, yəni vaxt baxımından sərf etməmişdir. 2023-cü ilin yaz aylarında Mandusla telefonda danışarkən ona Azərbaycandan olan bir nəfər Tarık adlı şəxsin orada fəaliyyət göstərdiyini və saat və qızıl satışı həyata keçirdiyini bildirmişdir. Bundan sonra Mandusdan sonuncunun Dubay mobil telefon nömrəsini alıb əlaqə saxlamış, Tarıkla danışıq zamanı sonuncu, Azərbaycandan olan müştərilərinə qızıl və saat alıb göndərdiyini, habelə Bakı şəhərində Samir adlı şəxsə də saatları alıb göndərdiyini bildirmişdir. Samir adlı şəxsi şəxsən deyil, qiyabi olaraq tanımaqla sonuncunun Bakı şəhərində tanınmış ticarət mərkəzində “Port Baku”da saat mağazası olduğunu, habelə orada brend saatların satışını həyata keçirdiyini bilmişdir. Samir barədə Tarıkdan eşitdikdən sonra onda Tarık barədə biraz arxayınlıq, o cümlədən sonuncuya pul göndərəcəyi və saat ala biləcəyinə dair inam yaranmışdır. Bundan sonra o, Tarıkdan həmin qızıl və saatları hansı qaydada Azərbaycana göndərdiyi barədə soruşmuş, Tarık da həmin məmulatları tanışı Allahverdi adlı şəxs vasitəsilə göndərdiyini və lazım olduğu təqdirdə həmin şəxsin mobil telefon nömrəsini ona verəcəyini bildirmişdir. Bundan sonra Tarıkdan Allahverdi adlı şəxsin nömrəsini alıb sonuncu ilə əlaqə saxlamışdır. Allahverdi ilə danışıqlarında ona bildirmişdir ki, sonuncuya müəyyən “dostavka" yəni çatdırma pulu ödəsə Dubaydan aldığı saatları hər hansı gömrük ödənişləri ödəmədən Azərbaycana, Bakı şəhərinə çatdıra bilər. Allahverdinin bildirdiyinə görə sonuncunun gömrük qurumunda tanışı olduğundan Bakı şəhərinə çatdıqda hava limanında yoxlanılmamış və sonuncu da istənilən malı gömrükdən rahat keçirmiş, həmçinin bunun müqabilində Allahverdi gömrükdə olan tanışlarına pul da vermişdir. Allahverdi ilə bu barədə danışdıqdan sonra qərara gəlmişdir ki, Dubaydan aldığı saatları Allahverdi vasitəsilə Bakı şəhərinə göndərsin, daha sonra Almaniyaya, yaxud Belçikaya gələn dost, tanış-qohum vasitəsilə oraya gətizdirsin. Bu qaydada həmin saatların gətirilib onlara çatdırılması həm ucuz başa gəlmiş, həm də qısa vaxta həll olunmuşdur. Bundan sonra 2023-cü ilin iyun ayından başlayaraq Tarık adlı həmyerlisindən aldığı saatları Allahverdi adlı şəxs vasitəsilə Bakı şəhərinə göndərmiş, Bakı şəhərində Mahir adlı sürücü tanışı Allahverdidən onu təhvil almış, daha sonra onun dediyi adamlara vermiş, həmin şəxslər də Almaniyaya, yaxud Brüsselə gətirmişlər. Allahverdiyə hər saata görə 200-300 ABŞ dolları arası pul ödəmişdir. Tarıkla danışarkən sonuncu ona Bakıya göndərmək üçün sonuncunun Allahverdidən başqa daha etibarlı və ucuz başa gələcək adamı da olduğunu demiş, sonuncu ona saat qutuları və saat üçün sənəd göndərmiş, onu da Mahirə demiş və gedib Tarıkın Elnur adlı tanışından təhvil almışdır (Cild 3, i.v.261-266;).

26. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmiş və o həmin ifadəsində göstərmişdir ki, Tarık adlı şəxslə 13 il əvvəl “Şah” adlı şirkətdə birlikdə işləmiş, həmin şirkət briliant məmulatlarının satışını həyata keçirmiş, Tarık da orada satıcı kimi işləmişdir. 3 il həmin şirkətdə işlədikdən sonra oradan çıxmış və hazırda Mərkəzi Univermaqda fərdi sahibkar kimi fəaliyyət göstərməklə özünə məxsus bir bölmə icarəyə götürüb orada əsasən qızıl külçələrin satışının həyata keçirilməsi ilə məşğuldur. Təxminən 6 ay əvvəl Tarık vatsap proqramı vasitəsilə ona zəng etmiş, daha əvvəl isə Tarıkın X20 Dubay şəhərinə getdiyini eşitmişdir. Telefon danışığı zamanı Tarık qızıl, yaxud zərgərlik məmulatı ilə bağlı nəsə lazım olsa, sonuncu ilə əlaqə saxlamağını, lazım olduğu təqdirdə isə ona göndərə biləcəyini demişdir. O isə Tarıka nəsə lazım olmadığını demişdir. Bu danışıqlarının üzərindən bir neçə ay sonra təxminən 2023-cü ilin may ayında Tarık yenidən ona zəng etmiş və telefon danışığı zamanı nəsə lazım olub-olmadığını soruşmuşdur. O, Tarıka qızıl külçələr satdığını və onlardan göndərsə ala biləcəyini bildirmişdir. Beləcə, həmin vaxtdan etibarən Tarık ona Dubaydan bir neçə dəfə qızıl külçələr göndərmiş, həmin məmulatlar da sonuncunun tanışı Elnur adlı şəxs tərəfindən ona gətirilib təhvil verilmişdir. O isə həmin qızılların qarşılığında Tarıkla danışdıqları qiymətə uyğun olaraq nağd şəkildə pullarını ödəmiş, ondan aldığı külçələrin maksimum miqdarı 1 kq civarında olmuş, həmin qızılların qramını ona 66-68 ABŞ dolları arasında satın almışdır. O, Tarıkdan maksimum 60 000 ABŞ dolları civarında bir dəfəyə külçələr almış, həmin pulu da nağd şəkildə sonuncunun tanışı Elnur adlı şəxsə vermiş, təxminən 4-5 dəfə Tarıkdan bu qaydada qızıl külçələr almışdır. O, ümumiyyətlə xaricdə olmadığından, habelə bu cür prosedurlardan məlumatı olmadığından sözügedən məmulatların hansı qaydada göndərilməsindən xəbəri olmamışdır. Elnurdan rəsmi alqısatqı olmadan malları almağı düzgün olmasa da, bu işlərdən başı çıxmamış, malların həmişə belə gəldiyini görmüşdür. Tarıkdan aldığı bütün malları bu qaydada əldə etmişdir. Sonuncu dəfə 3 avqust 2023-cü il tarixdə Tarık tərəfindən Elnur vasitəsilə ona 2 ədəd 311 qramlıq, 2 ədəd 155 qramlıq külçələr göndərilmişdir. Həmin külçələrə görə Elnura 68 000 ABŞ dolları məbləğində pul ödəmişdir. Tarık tərəfindən göndərilən qızıl külçələr onda qalmamışdır, hamısını satmışdır. Həmin məmulatların gömrük sərhədindən hansı qaydada keçirildiyindən məlumatı yoxdur (Cild 1, i.v.225-228;).

27. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəmədə şahid qismində ifadə verməkdən imtina etdiyindən onun 22 avqust 2023-cü il tarixli ifadəsi elan edilərək tədqiq edilmiş və o həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs4 onun qardaşıdır. Tarık, yəni Tariyel Əsgərov qardaşı Elnurun uşaqlıq tanışı olmaqla onunla birgə 2013-cü ildə birlikdə idmana getmiş, onların yaşadığı məhəlləyə yaxın küçədə yaşamışdır. Tariyeli bir neçə il görməmiş, sonradan Dubayda olduğunu qardaşı Elnurdan eşitmişdir. Son bir neçə ay olar ki, Tariyel qardaşı Elnurla əlaqə saxlamış və münasibətləri yaxşı olmuşdur. Qardaşı sonuncunun ailə üzvlərini avtomobillə Bakı şəhərində lazım olan yerlərə aparıb gətirmiş, həmçinin Tariyelin işlərini görmüş, lakin sonuncunun işlərindən onun çox da məlumatı olmamışdır. Təxminən 1 ay bundan qabaq evdə olarkən qardaşı Elnur mobil telefonda ona zəng edərək evdə zərgərlik məmulatları olduğunu və onların fotoşəkillərini çəkib sonuncuya göndərməyini bildirmişdir. Bundan sonra o, Elnurun dediyi yerdən paketdə olan zərgərlik məmulatlarını götürüb fotolarını çəkmiş və ona göndərmişdir. Həmin paketlərin üzərilərində hərflər, yanındakı kağızda da “Seyhan” və “Ələkbər” adları yazılmışdır. Bundan sonra qardaşı ilə söhbət zamanı həmin paketlərin kimə məxsus olmasını soruşmuş, Elnur isə həmin paketləri aparıb kimlərəsə təhvil verəcəyini və sonuncunun olmadığını bildirmişdir. Bir dəfə də Elnur ondan xahişi əsasında sonuncunun tanışı Rəşad adlı şəxslə “MUM”un qarşısında görüşüb Rəşaddan 2050 manat pul almış, daha sonra həmin pulu da qardaşı Elnura vermişdir. Lakin nə pulu olmasından məlumatı olmamışdır. Seyhan adını Elnur bir neçə dəfə telefonda danışarkən eşitmişdir. Elnur Tariyeldən saat alıb özü satıb qazanc əldə etmək istəyirmiş, lakin bu da alınmamışdır. Natiq adlı şəxs də Elnurun tanışı olmuş, həmin şəxsi tanımamışdır. O, Təqsirləndirilən şəxs3 tanımamış, sonuncunun adını Elnur telefonda danışarkən eşitmiş, lakin üzünü görməmiş, eləcə də şəxsən tanımamışdır. “Tarık” yaxud Tariyel adlı şəxslə isə neçə ildir danışmamışdır (Cild 3, i.v. 19-22;).

28. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

29. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və təhqiqat idarəsinin (bundan sonra mətndə - DGK ƏİBİ İTİ) rəisi, gömrük xidməti polkovniki X50 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanması və iş üzrə istintaq qrupunun yaradılması haqqında” qərardan görünür ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda malların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirilməsi faktına görə 9 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq istintaqın aparılması İTİ-nin İstintaq şöbəsinin böyük müstəntiqi, gömrük xidmət kapitanı X66 və həmin şöbənin müstəntiqləri X63 və X12 ibarət tərkibdə istintaq qrupu yaradılmaqla qrupa rəhbərlik X59 həvalə edilmişdir (Cild 1, i.v. 1-2;).

30. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 9 avqust 2023-cü il tarixli qərardan görünür ki, müstəntiq Z.P.Vəliyev tərəfindən ********* nömrəli cinayət işi icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir (Cild 1, i.v.3-4;).

31. “Əməliyyat qrupunun yaradılması və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 8 avqust 2023-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin rəisi, gömrük xidməti polkovniki X67 tərəfindən Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 tərəfindən qızıl-zinət əşyalarınının satış məqsədilə əldə olunaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə gətirilərək realizə ediləcəyi barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs3 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Anar Cahangirov tərəfindən təsdiq edilərək həmin İdarənin əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əməliyyat müvəkkili, gömrük xidməti kapitanı Şahid8 rəhbərliyi ilə həmin şöbənin böyük əməliyyat müvəkkili, gömrük xidmət kapitanı Şahid10 və DGK Azərterminalkompleks birliyindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim olunmuş inspektor, gömrük xidməti leytenantı Şahid11 ibarət əməliyyat qrupu təşkil edilmişdir (Cild 1, i.v.9-10;).

32. “Yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında” 8 avqust 2023-cü il tarixli protokoldan görünür ki, xx xxxx 1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş Təqsirləndirilən şəxs1 məxsus mallar Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Əməliyat şöbəsinin (bundan sonra mətndə-HNBGİ ƏTİ ƏŞ) əməliyyat müvəkkili, gömrük xidmət kapitanı Şahid8, HNBGİ-nin Sərnişin şöbəsinə təhkim olunmuş inspektor, gömrük xidməti leytenantı Şahid11, hal şahidləri Şahid3 və Şahid9 iştirakı ilə HNBGİ ƏTİ ƏŞ-nin böyük əməliyyat müvəkkili, gömrük xidməti kapitanı Şahid10 tərəfindən 8 avqust 2023-cü il tarixdə, saat 14:57-dən saat 16:00-dək Bakı şəhəri, Heydər X36 (Hava Limanı), Terminal 1-də Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 92 və 99-cu maddələrinin tələblərinə əsasən yoxlama aparılmışdır. Yoxlama aparılmasından əvvəl Təqsirləndirilən şəxs1 əşyalarının yoxlanılacağı barədə məlumat verilməklə hüquq, vəzifə və məsuliyyəti izah olunmuşdur. 8 avqust 2023-cü il tarixdə HNBGİ ƏTİ-yə daxil olmuş məlumat əsasında “FZ 707” saylı Dubay-Bakı aviareysi ilə Bakı şəhərinə gəlmiş Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 əməliyyat qrupu tərəfindən nəzarətə götürülmüş, Təqsirləndirilən şəxs3 təyyarədən enərək Heydər X27un rejim zonasında yerləşən tualetə daxil olmuş və qızıl-zinət əşyaları olan bükümləri əvvəlcədən tualetə girərək onu orada gözləyən X60 Hava Limanı “Terminal 1” istehsalat texniki şöbəsinin komendantı Təqsirləndirilən şəxs1 vermiş, özü isə gömrük zonasında yerləşən namaz otağına daxil olmuşdur. Təqsirləndirilən şəxs1 isə həmin qızıl-zinət əşyalarını götürüb hava limanının bir ərazisindən gömrük nəzarətindən kənar keçirdikdən sonra tərk etmək istəyərkən əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılmış, bağlamalara baxış keçirilməsi üçün yoxlama otağına gətirilmiş və baxış zamanı üzərində heç bir yazı olmayan karton qutunun içərisində 4(dörd) ədəd sarı polietilen paket olduğu müəyyən edilmişdir. Həmin 4(dörd) ədəd polietilen paketə keçirilmiş yoxlama zamanı 1-ci paketin içərisindən 1(bir) ədəd “Hublot” markalı ******* nömrəli saat, 1(bir) ədəd “ROLEX” markalı 126233 model Q69272D8 seriyalı sertifikat kartı ilə birlikdə saat, üzərində “Alex” yazılan polietilen paketin içərisində olan 3(üç) ədəd kağıza bükülmüş 2(iki) ədəd yumru formalı və 1(bir) ədəd damla formalı şəffaf qaşlar, 2-ci paketin içərisində 1(bir) ədəd “ROLEX” markalı 126231 modelli 132EW546 seriyalı seltifikatla birlikdə və 1(bir) ədəd “ROLEX" markalı 126613LB modelli, 67T089V3 serialı seltifikatla birlikdə saatlar və 1 ədəd invoys sənədi, 3-cü paketin içərisindən 9(doqquz) ədəd şəffaf polietilen paketlərdə qızıl-zinət əşyalarına bənzər predmetlər aşkar edilmişdir. Aşkar edilən həmin 9(doqquz) ədəd paketdən üzərində qələmlə “ALEK” yazısı olan 1-ci polietilen paketdə ümumi çəkisi 7 qram olan qaşlı sarı metaldan hazırlanmış 1(bir) cüt sırğa, üzərində qələmlə “ALEK” yazısı olan 2-ci polietilen paketdə 10 ədəd xaç şəkili sarı metaldan hazırlanmış ümumi çəkisi 21 qram olan 1 (bir) ədəd boyunbağı, üzərində qələmlə “ALEK” yazısı olan 3-cü polietilen paketdə ümumi çəkisi 249 qram üzərində “SUİSSE 250 q FİNE GOLD 999.9 C009576” yazıları olan dördkünc sarı metaldan 1(bir) ədəd külçə, üzərində qələmlə “F 1894 6.72 Akif 8.5 # M406 SEVA ” yazısı olan 4-cü polietilen paketdə ümumi çəkisi 7 qram 1 ədəd göyağ-yaşıl rəngli qaşları olan üzük, üzərində qələmlə “Pərv” yazısı olan 5-ci polietilen paketdə ümumi çəkisi 37 qram olan üzərlərində yaşıl və şəffaf qaşları olan 1 ədəd klonlu sarı metaldan boyunbağı və üzük dəsti, üzərində qələmlə “Elş” yazısı olan 6-cı polietilen paketdə ümumi çəkisi 14 qram müxtəlif ölçülü qaşları olan 1 ədəd sarı rəngli metaldan hazırlanmış qolbaq, üzərində qələmlə “Elşad" yazısı olan 7-ci polietilen paketdə içərisində üzərində müxtəlif ölçülü qaşları olan sarı metaldan hazırlanmış ümumi çəkiləri 25 qram olan 1(bir) cüt sırğa, 1(bir) ədəd üzük və 1(bir) ədəd klonlu boyunbağı, üzərində qələmlə “Asker” yazısı olan 8-ci polietilen paketdə ümumi çəkisi 3 qram 1(bir) ədəd müxtəlif ölçülü sarı metaldan hazırlanmış klonlu boyunbağı, 9-cu polietilen paketdə ümumi çəkisi 2 qram üzərində müxtəlif ölçülü qaşlar olan 1(bir) cüt sarı metaldan hazırlanmış sırğa olduğu müəyyən edilmişdir. Baxış zamanı karton qutunun içərisindən aşkar edilmiş 4 ədəd sarı polietilen paketdən sonuncuda yəni, 4-cü paketin içərisindən isə 13 ədəd şəffaf polietilen paketlərdə qızıl-zinət əşyalarına bənzər predmetlər aşkar edilmişdir. Aşkar edilən 13 ədəd polietilen paketdən birincinin üzərində qələmlə “Seyh” “15500” yazıları olan paketdə ümumi çəkisi 34 qram olan müxtəlif ölçülü qaşlı ağ rəngli metaldan hazırlanmış 1(bir) ədəd qolbaq, üzərində qələmlə “Seyh” yazısı olan 2-ci polietilen paketdə ümumi çəkisi 5 qram 1 ədəd müxtəlif ölçülü qaşları olan ağ rəngli metaldan hazırlanmış boyunbağı, üzərində qələmlə “Seyh” yazısı olan 3-cü polietilen paketdə ümumi çəkisi 16 qram olan 1(bir) cüt müxtəlif ölçülü qaşları olan sarı rəngli metaldan hazırlanmış sırğa, üzərində qələmlə “Seyh" yazısı olan 4-cü polietilen paketdə ümumi çəkisi 29 qram 1(bir) ədəd sarı rəngli metaldan hazırlanmış qolbaq, üzərində qələmlə “Seyh” yazısı olan 5-ci polietilen paketdə ümumi çəkisi 4 qram müxtəlif ölçülü qaşları olan sarı rəngli metaldan hazırlanmış 1 cüt sırğa, üzərində qələmlə “Seyh" yazısı olan 6-cı polietilen paketdə ümumi çəkisi 10 qram 1(bir) ədəd qaşları olan sarı rəngli metaldan hazırlanmış qolbaq, 7-ci polietilen paketdə ümumi çəkisi 249 qram üzərində “SUİSSE 250 q FİNE GOLD 999.9 C0Q9576” yazıları olan dördkünc sarı metaldan 1(bir) ədəd külçə, üzərində qələmlə “Seyh” yazısı olan 8-ci polietilen paketdə ümumi çəkisi 19 qram 1(bir) ədəd müxtəlif ölçülü qaşları olan sarı rəngli metaldan hazırlanmış boyunbağı, üzərində qələmlə “Seyh” yazısı olan 9-cu polietilen paketdə ümumi çəkisi 11 qram qaşları olan sarı rəngli metaldan hazırlanmış 1(bir) ədəd qolbaq, üzərində qələmlə “Seyh” yazısı olan 10-cu polietilen paketdə ümumi çəkisi 6 qram 1(bir) ədəd müxtəlif ölçülü qaşları olan sarı rəngli metaldan hazırlanmış boyunbağı, üzərində qələmlə “Seyh” yazısı olan 11-ci polietilen paketdə ümumi çəkisi 11 qram 1(bir) ədəd sarı rəngli metaldan hazırlanmış qolbaq, üzərində qələmlə “Seyh” yazısı olan 12-ci polietilen paketdə ümumi çəkisi 11 qram 1(bir) ədəd naxışları olan sarı rəngli metaldan hazırlanmış qolbaq, üzərində qələmlə “Seyh” yazısı ofan 13-cü polietilen paketdə içərisində ümumi çəkisi 11 qram 1(bir) ədəd sarı rəngli metaldan hazırlanmış qolbaq olduğu müəyyən edilmişdir. Bundan başqa, yoxlama zamanı karton qutunun içərisində 250 qramlıq qızıl külçələrin 2(iki) ədəd plastik qablaşdırması müəyyən edilmişdir. Protokolda aşkar edilmiş əşyaların fotoşəkilləri çəkilərək protokola əlavə olunması, habelə yoxlama qurtardıqdan sonra aşkar edilmiş predmetlərin elektron tərəzidə təxmini çəkisi ümumilikdə 792 qram olan qızıl külçələrə və zərgərlik məmulatlarına bənzər metallar, şəffaf qaşlar və saatların qablaşdırılaraq araşdırma məqsədi ilə götürülməsi qeyd edilmişdir. Bu barədə tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən hər hansı etiraz və irad daxil olmadan imzalanmışdır (Cild 1, i.v. 11-26;).

33. “Şəxsi yoxlama aparılması haqqında” 8 avqust 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə Təqsirləndirilən şəxs1 elan edilmiş müvafiq qərar əsasında həmin gün HNBGİ ƏTİ ƏŞ-nin böyük əməliyyat müvəkkili, gömrük xidməti kapitanı Şahid10 tərəfindən iki nəfər hal şahidinin iştirakı ilə saat 16:15-dən 16:25-dək X91 Limanında Təqsirləndirilən şəxs1 üzərində şəxsi yoxlama keçirilmişdir. Şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs1 üzərində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış, habelə bəyan edilməmiş mallar aşkar olunmamışdır (Cild 1, i.v. 28-30;).

34. “Yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında” 8 avqust 2023-cü il tarixli protokoldan görünür ki, xx xxxxxx 1992-ci ildə Qəbələ rayonunda anadan olmuş Təqsirləndirilən şəxs3 məxsus mallar HNBGİ ƏTİ ƏŞ-nin əməliyyat müvəkkili, gömrük xidmət kapitanı Şahid8, HNBGİ-nin Sərnişin şöbəsinə təhkim olunmuş inspektoru, gömrük xidməti leytenantı Şahid11, hal şahidləri Şahid3 və Şahid9 iştirakı ilə HNBGİ ƏTİ ƏŞ-nin böyük əməliyyat müvəkkili, gömrük xidməti kapitanı Şahid10 tərəfindən 8 avqust 2023-cü il tarixdə, saat 16:40-dan saat 17:10-dək Bakı şəhəri, Heydər X36 (Hava Limanı), “Terminal 1”də Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 92-ci maddəsinin tələblərinə əsasən yoxlama aparılmışdır. Yoxlama aparılmasından əvvəl Təqsirləndirilən şəxs3 əşyalarının yoxlanılacağı barədə məlumat verilməklə hüquq, vəzifə və məsuliyyəti izah olunmuşdur. 8 avqust 2023-cü il tarixdə HNBGİ-yə daxil olmuş əməliyyat məlumatı əsasında “FZ 707” saylı Dubay-Bakı aviareysi ilə Bakı şəhərinə gələn Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 əməliyyat qrupu tərəfindən nəzarətə götürülmüş, Təqsirləndirilən şəxs3 təyyarədən endikdən sonra X46 rejim zonasında yerləşən tualatə daxil olmuş və qızıl-zinət əşyaları olan bükümləri təhvil almaq üçün tualetdə onu gözləyən X60 Hava Limanı “Terminal 1” istehsalat texniki sahəsinin komendantı Təqsirləndirilən şəxs1 vermiş, özü isə gömrük zonasında yerləşən namaz otağına daxil olmuşdur. Təqsirləndirilən şəxs1 isə həmin qızıl-zinət əşyalarını götürüb hava limanının ərazisindən gömrük nəzarətindən kənar keçdikdən sonra ərazini tərk etmək istəyərkən əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılmış, bağlamalara baxış keçirilməsi üçün yoxlama otağına gətirilmiş və orada keçirilmiş baxış zamanı üzərində heç bir yazı olmayan karton qutunun içərisində 4 ədəd sarı polietilen paketdə qızıl külçə və zərgərlik məmulatlarına bənzər metallar, şəffaf qaşlar və saatların olduğu müəyən edilmişdir. Növbəti olaraq Təqsirləndirilən şəxs3 “Terminal 1” gəliş zalının namaz otağından çıxarkən əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılmış, saxlama otağına dəvət olunaraq yoxlama keçirilmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs3 məxsus üzərində “FASHİON” yazısı olan əl çantasının içərisindən DS300123 nömrəli və DS300124 nömrəli 2(iki) vərəqdən ibarət invoys, 2372 nömrəli 1(bir) vərəqdən ibarət invoys, 2(iki) vərəq bəyənnamə, 3(üç) ədəd brilliant daşlara dair sənəd, sonuncuya məxsus baqaj çantasından 1(bir) ədəd üzərində üzərində “Tiffany CO” yazısı olan kağız paket, 1(bir) ədəd üzərində “Tiffany Co” yazısı olan qovluq və 2(iki) vərəq sənəd, 2(iki) ədəd üzərində “Tiffany Co” yazısı olan zərgərlik məmulatları üçün qablaşdırma aşkar edilərək götürülmüşdür. Yoxlama qurtardıqdan aşkar edilmiş predmetlər qablaşdırılaraq araşdırma məqsədi ilə götürülməklə müvafiq protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmaqla etiraz və irad daxil olmamışdır. Protokolda aşkar edilmiş əşyaların fotoşəkilllərinin çəkilərək protokola əlavə olunması qeyd edilmişdir (Cild 1, i.v. 32-38;).

35. “Şəxsi yoxlama aparılması haqqında” 8 avqust 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə Təqsirləndirilən şəxs3 elan edilmiş müvafiq qərar əsasında həmin gün HNBGİ ƏTİ ƏŞ-nin böyük əməliyyat müvəkkili, gömrük xidməti kapitanı Şahid10 tərəfindən iki nəfər hal şahidinin iştirakı ilə saat 17:25-dən 17:30-dək X91 Limanında Təqsirləndirilən şəxs3 üzərində şəxsi yoxlama keçirilmişdir. Şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs3 üzərində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış, habelə bəyan edilməmiş mallar aşkar olunmamışdır (Cild 1, i.v. 40-42;).

36. “Mobil telefonun təhvil verilməsi haqqında” 8 avqust 2023-cü il tarixli protokoldan və müvafiq ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 məxsus 1 (bir) ədəd “Samsung” markalı mobil telefon sonuncu tərəfindən yazılı ərizəsi əsasında könüllü olaraq təqdim etməsi ilə əlaqədar HNBGİ ƏTİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti mayoru X38 tərəfindən təhvil alınmışdır (Cild 1, i.v. 31; 44;).

37. “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 8 avqust 2023-cü il tarixli qərar, protokol və müvafiq sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 HNBGİ ƏTİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti mayoru X38 tərəfindən müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X32 iştirakı ilə 8 avqust 2023-cü il tarixdə, saat 18:30-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla hüquq və vəzifələri ətraflı şəkildə ona izah edilmişdir (Cild 1, i.v. 54-56; 59-63;).

38. “Əşyaların təhvil verilməsi haqqında” 8 avqust 2023-cü il tarixli protokoldan və ərizədən görünür ki, Təqsirləndirilən şəxs3 məxsus 2 (iki) ədəd “İphone” markalı mobil telefon (könüllü olaraq yazılı ərizə əsasında), 6 (altı) ədəd hər biri 100 ABŞ dolları əskinası olmaqla, ümumilikdə 600 ABŞ dolları, 1 (bir) ədəd 100 manat, 2 (iki) ədəd 50 manat olmaqla ümumilikdə 200 manat, 1 (bir) ədəd 100 dirhəm, 2 (iki) ədəd 50 dirhəm, 1 ədəd 20 dirhəm, 1 (bir) ədəd 5 (beş) dirhəm olmaqla ümumilikdə 225 dirhəm pul əskinaslarını, 1 (bir) ədəd **********404291 nömrəli "xxxx" kartı, 1 (bir) ədəd **********205835 nömrəli “Leo Bank” kartı, 1 (bir) ədəd **********432335 nömrəli “ABB Tam” kartı HNBGİ ƏTİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti mayoru X38 tərəfindən təhvil alınmışdır (Cild 1, i.v. 43; 69;).

39. “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 8 avqust 2023-cü il tarixli qərar, protokol və müvafiq sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs3 HNBGİ ƏTİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti mayoru X38 tərəfindən müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X15 iştirakı ilə 8 avqust 2023-cü il tarixdə, saat 20:09-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla hüquq və vəzifələri ətraflı şəkildə ona izah edilmişdir (Cild 1, i.v. 79-87;).

40. “Mobil telefonun təhvil verilməsi haqqında” 8 avqust 2023-cü il tarixli protokol və müvafiq ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 məxsus 1 (bir) ədəd “İphone” markalı mobil telefon sonuncunun yazılı könüllü razılığı ilə HNBGİ ƏTİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti mayoru X38 tərəfindən təhvil alınmışdır (Cild 1, i.v.91-92;).

41. “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 8 avqust 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 HNBGİ ƏTİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti mayoru X38 tərəfindən müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X24 iştirakı ilə 8 avqust 2023-cü il tarixdə, saat 21:39-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla hüquq və vəzifələri ətraflı şəkildə ona izah edilmişdir (Cild 1, i.v. 102-111;).

42. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eksperizası Mərkəzinin kompleks materialların məhkəmə ekspertizası və məhkəmə iqtisad ekpertizasının 9 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/4267-9/6131 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, zərgərlik məmulatlarından cədvəl 1 üzrə sıra nömrəsi 1-22 olanlar 750 əyarlı qızıldan, 27-28 olanlar 999 əyarlı qızıldan hazırlanmışdır. Tədqiqata təqdim edilmiş, zərgərlik məmulatlarından cədvəl 1 üzrə sıra nömrəsi 1-5, 8-10, 19, 21, 22, 29-31 olanların qaşları qiymətli qaşlara aiddir – brilyantdır. Təqdim edilmiş məmulatların ayrıayrılıqda tərkibi, əyarı və digər göstəriciləri (qaşların təbiəti, damğası, adları və s.). Cədvəl 1-də göstərilmişdir. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə görə ekspertiza tədqiqatına təqdim edilən məmulatların modeli, əyarı və digər göstəriciləri nəzərə alınmaqla 8 avqust 2023-cü il tarixinə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 252502,0 manat müəyyən edilir. Həmin əşyaların ayrı-ayrılıqda adları və qiymətləri cədvəl 1-də göstərilmişdir (bax: Cədvəl 1- 997 manat dəyərində 7,46 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1 ədəd üzük, 1412 manat dəyərində 6,70 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1 ədəd üzük, 1494 manat dəyərində 9,96 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1 cüt sırğa, 2510 manat dəyərində 16,17 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1 cüt sırğa, 450 manat dəyərində 3,94 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1 cüt sırğa, 738 manat dəyərində 6,71 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1 cüt sırğa, 222 manat dəyərində 2,02 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1 cüt sırğa, 4441 manat dəyərində 36,82 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1 dəst kulonlu boyunbağı-üzük dəsti, 5397 manat dəyərində 34,07 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1 ədəd qolbaq, 1676 manat dəyərində 14,45 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1 ədəd qolbaq, 1171 manat dəyərində 10,65 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1 ədəd qolbaq, 1165 manat dəyərində 10,59 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1 ədəd qolbaq, 1278 manat dəyərində 11,62 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1 ədəd qolbaq, 1154 manat dəyərində 10,49 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1 ədəd qolbaq, 1141 manat dəyərində 10,37 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1 ədəd qolbaq, 3178 manat dəyərində 28,89 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1 ədəd qolbaq, 853 manat dəyərində 7,11 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1 ədəd boyunbağı, 2302 manat dəyərində 20,93 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1 ədəd boyunbağı, 630 manat dəyərində 5,51 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1 ədəd boyunbağı, 317 manat dəyərində 2,88 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1 ədəd boyunbağı, 912 manat dəyərində 6,43 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1 ədəd boyunbağı, 2444 manat dəyərində 19,12 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1 ədəd boyunbağı, 35000 manat dəyərində 176,14 qram çəkidə “ROLEX X80 67t089V3” markalı 1 ədəd qol saatı, 30000 manat dəyərində 140,82 qram çəkidə “ROLEX X80JUST 132EW546” markalı 1 ədəd qol saatı, 30000 manat dəyərində 137,64 qram çəkidə “ROLEX X80JUST Q69272D8” markalı 1 ədəd qol saatı, 27000 manat dəyərində 127,09 qram çəkidə “HUBLOT” markalı 1 ədəd qol saatı, 36740 manat dəyərində 249,93 qram çəkidə 999 əyarlı qızıldan hazırlanmış 1 ədəd külçə, 36740 manat dəyərində 249,93 qram çəkidə 999 əyarlı qızıldan hazırlanmış 1 ədəd külçə, 6000 manat dəyərində 0,20 qram çəkidə 1,0 karat 1 ədəd brilyant daş, 5140 manat dəyərində 0,18 qram çəkidə 0,890 karat 1 ədəd brilyant daş, 10000 manat dəyərində 0,32 qram çəkidə 1,608 karat 1 ədəd brilyant daş). Aparılmış tədqiqatın dəyəri 600 manatdır (Cild 1, i.v. 149-153;).

43. “Sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında” 9 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 2021-ci ildən başlayaraq dəfələrlə Heydər X27da gömrük sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə X20 Dubay və Abu- Dabi şəhərləri, Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş və geri qayıtmışdır. Təqsirləndirilən şəxs3 sonuncu dəfə 7 avqust 2023-cü il tarixdə, saat 14:12-də Heydər X27da gömrük sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə Bakı-Dubay aviareysi ilə X20 Dubay şəhərinə getmiş, 8 avqust 2023-cü il tarixdə, saat 14:39-da Dubay-Bakı aviareysi ilə eyni qaydada geri qayıtmışdır (Cild 1, i.v. 157-159;).

44. DGK ƏİBİ Əməliyyat İdarəsinin rəis müavini Rafael Əhmədovun raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Elnur” adlı şəxsin Azərbaycan Respublikası vətəndaşı, 9 dekabr 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs4 olması müəyyən edilmiş və o, 9 avqust 2023-cü il tarixdə Bakı-Dubay aviareysi ilə ölkə ərazisini tərk etmək istəyərkən uçuşa buraxılmayaraq İstintaq və Təhqiqat İdarəsinə gətirilmişdir (Cild 1, i.v.176;)

45. “Əşyaların təhvil verilməsi və təhvil alınması barədə” 9 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 məxsus “Xiaomi 9 Note” modelli mobil telefon DGK ƏİBİ İTİ-nin istintaq şöbəsinin böyük müstəntiqi, gömrük xidməti kapitanı X66 tərəfindən təhvil alınmışdır (Cild 1, i.v. 177;).

46. “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 9 avqust 2023-cü il tarixli qərar, protokol və müvafiq sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs4 müstəntiq X66 tərəfindən müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X16 iştirakı ilə 8 avqust 2023-cü il tarixdə, saat 15:40-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla hüquq və vəzifələri ətraflı şəkildə ona izah edilmişdir (Cild 1, i.v. 186-193;).

47. “Sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında” 9 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 9 avqust 2023-cü il tarixdə, saat 11 radələrində Heydər X27da gömrük sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə Bakı-Dubay aviareysi ilə X20 Dubay şəhərinə gedərkən uçuşa buraxılmamış və geri qaytarılmışdır. Bununla da, Təqsirləndirilən şəxs4 şübhəli şəxs qismində verdiyi ifadəsində Tariyel Əsgərovla danışığa uyğun olaraq ölkə ərazisini tərk etmək istəməsi ilə bağlı göstərdiyi xüsusatların öz təsdiqini tapdığı müəyyən olunmuşdur (Cild 1, i.v. 200-201;).

48. Əməliyyat-İstintaq Baş İdarəsinin rəis müavini Rafael Əhmədov tərəfindən tərtib olunmuş 10 avqust 2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Tarık” adı ilə məlum olan şəxsin əslində Azərbaycan Respublikası vətəndaşı, xx xxxxxx 1980-ci il təvəllüdlü X51 olması və onun 8 avqust 2022-ci il tarixdə ölkə ərazisini Bakı-Dubay aviareysi ilə Dubay şəhərinə gedərək tərk etdiyindən (“Sərhəd nəzarəti” altsisteminin X55 əldə edilmiş məlumata əsasən) onun İstintaq və Təhqiqat İdarəsinə gətirilməsini təmin etmək mümkün olmamışdır (Cild 1, i.v. 231;).

49. “Sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında” 10 avqust 2023-cü il tarixli protokoldan görünür ki, X51 2013-cü ildən başlayaraq dəfələrlə Heydər X27da gömrük sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə X20 Dubay şəhərinə getmiş və geri qayıtmışdır. Növbəti dəfə o, 23 aprel 2023-cü il tarixdə Heydər X27da gömrük sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə Bakı-Abu-Dhabi aviareysi ilə eyni qaydada geri qayıtmışdır. X4 dəfə 8 avqust 2022-ci il tarixdə, saat 07:16-da Heydər X27da gömrük sərhəd nəzarət-buraxılış məntəqələrindən keçməklə Bakı-Dubay aviareysi ilə ölkə ərazisini tərk etmiş və həmin tarixdən etibarən geri qayıtmamışdır (Cild 1, i.v. 232-234;).

50. “Fotoşəkillər əsasında şəxsin tanınması haqqında” 10 avqust 2023-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs4 ifadəsində “Tariyel” adı ilə, Təqsirləndirilən şəxs3 isə ifadəsində “Tarık” adı ilə göstərdiyi şəxsin fotoşəkillər əsasında keçirilmiş tanınma istintaq hərəkətləri zamanı Azərbaycan Respublikasının vətəndaşı X39 olması öz təsdiqini tapmışdır (Cild 1, i.v. 235-238;).

51. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 4(004)- 585/2023, 4(004)-586/2023 və 4(004)-587/2023 saylı qərarlarından görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində əvvəli 8 avqust 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (Cild 2, i.v. 36-51;).

52. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 4(004)- 593/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində əvvəli 9 avqust 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (Cild 2, i.v. 85-90;).

53. “Əşyanın maddi sübut kimi tanınması haqqında” 14 avqust 2023-cü il tarixli qərardan görünür ki, “Yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında” 8 avqust 2023-cü il tarixli protokolla aşkar edilərək götürülmüş 7,46 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd üzük, 6,70 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd üzük, 9,96 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) cüt sırğa, 16,17 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) cüt sırğa, 3,94 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) cüt sırğa, 6,71 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) cüt sırğa, 2,02 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) cüt sırğa, 36,82 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd qolbaq, 10,65 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) dəst kulonlu boyunbağı-üzük, 34,07 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd qolbaq, 14,45 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd qolbaq, 10,65 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd qolbaq, 10,59 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd qolbaq, 10,37 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd qolbaq, 7,11 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd boyunbağı, 20,93 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış boyunbağı, 5,51 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd boyunbağı, 2,88 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd boyunbağı, 6,43 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd boyunbağı olmaqla ümumi kütləsi 282,89 qram təşkil edən 750 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatları, ümumi kütləsi 499,86 qram təşkil edən 999 əyarlı qızıldan hazırlanmış 2(iki) ədəd külçə, tərkibində 176,14 qram 750 əyarlı qızıl olan 1(bir) ədəd “ROLEX X80 67t089V3” markalı, tərkbində 140,82 qram 750 əyarlı qızıl olan 1(bir) ədəd “ROLEX X80just 132EW546” markalı, tərkibində 137,64 qram 750 əyarlı qızıl olan 1 (bir)ədəd “ROLEX X80just Q69272D8” markalı, 1(bir) ədəd “HUBLOT” markalı olmaqla 4(dörd) ədəd qol saatı və ümumi çəkisi 0,7 karat təşkil edən 3(üç) ədəd brilyant daş cinayətin predmeti olduğundan maddi sübut kimi tanınmaqla yekun qərar qəbul edilənədək qablaşdırılıb möhürlənərək Dövlət Gömrük Komitəsinin xəzinəsinə saxlanca təhvil verilmişdir. Eyni zamanda, həmin qərarla 8 avqust 2023-cü il tarixli “Yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında” protokolda göstərilən məmulatların çəkisinin nəzərə alınmaması, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9 avqust 2023-cü il tarixli, 63-16-16/-6/4267-9/6131 nömrəli ekspert rəyində göstərilən çəkilərin əsas götürülməsi qərara alınmışdır (Cild 2, i.v.95-100;).

54. “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” 14 avqust 2023-cü il tarixli protokoldan görünür ki, 10 iyul 2023-cü il tarixdə aparılan SMS yazışmalarının mətnlərində ilk olaraq saat 20:29-da Elnur tərəfindən Gülbəniz Zamanova adlı şəxsə məxsus olduğu görünən, “Leobank”a məxsus 4169 7388 8716 9146 nömrəli bank kartının fotoşəkilinin Şahid5 göndərildiyi, bir neçə dəqiqə sonra yəni, saat 21:07-də Elnura müxtəlif qızılzərgərlik məmulatlarının fotoşəkillərinin göndərildiyi, əlavə olaraq Ələmra tərəfindən “bularda ə yəqin Elekberindi” məzmununda, “usdunde s var yəqin seyhan 2sf” məzmununda, “bu 4 denede hecnesiz idi” məzmununda SMS-lər göndərildiyi müəyyən edilmişdir. İş materialları və sərhədkeçmə hesabatından iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs3 10 iyul 2023-cü il tarixdə, saat 12:19-da Dubay-Bakı aviareysi ilə gəldiyi, dolayısı ilə üzərində Tariyel tərəfindən göndərilmiş müxtəlif qızıl və zərgərlik məmulatları gətirdiyi, Ələmra tərəfindən göndərilmiş sözügedən fotoşəkillərin də məhz Tariyel tərəfindən göndərilmiş, Allahverdi tərəfindən gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilərək ölkə ərazisinə gətirilmiş və Elnur, yaxud onun qardaşı Ələmraya verilmiş müxtəlif qızıl və zərgərlik məmulatlarına aid olduğu ehtimal olunur. Üzərindəki hərflərin həmin məmulatların kimlərə məxsus olmasını və çatmasını nəzərdə tutur. Bundan başqa, 8 avqust 2023-cü il tarixli “Yoxlama, əşyaların və sənədlərin götürülməsi” haqqında protokoldan da görünür ki, Təqsirləndirilən şəxs3 tərəfindən ölkə ərazisinə gətirilmiş və satışının həyata keçirilməsi üçün Təqsirləndirilən şəxs4 verilməsi nəzərdə tutulmuş polietilen paketdə olan məmulatların üzərilərində müxtəlif adlarla yanaşı “Seyh” adının da bir neçə polietilen paketdə qeyd olunduğu, dolayısı ilə həmin məmulatların “Seyh” adı ilə qeyd olunmuş və böyük ehtimal Seyhan adlı şəxsə məxsus olduğu və ona çatdırılması nəzərdə tutulduğu müəyyən olunur. Elnur və Ələmra arasında 15 iyul 2023-cü il tarixli SMS yazışmalarında Elnur tərəfindən adı “Reshad Shıxmammadov11 Ələkbər” kimi qeyd olunmuş ********** saylı mobil telefon nömrəsi qardaşı Ələmraya göndərilir və ondan üzük götürməsi xahiş olunur. Sonrakı danışıqlarda həmin üzüyün Ələmra tərəfindən götürüldüyü müəyyən olunur. 17 iyul 2023-cü il tarixli SMS yazışmalarında Ələmra Elnura sonuncunun tapşırığı ilə hansısa şəxsdən 2050 manat pul aldığını bildirir. 22 iyul 2023-cü il tarixli SMS yazışmalarında Elnur tərəfindən Ələmraya “Vugar.T.” adı ilə yazılmış Azərbaycan Respublikası mobil operatoruna məxsus olmayan +**********54 saylı mobil telefon nömrəsi göndərilir. 27 iyul 2023-cü il tarixli SMS yazışmalarında Ələmra tərəfindən Elnura ********** saylı mobil telefon nömrəsi göndərilir. Daha sonra Elnur tərəfindən Ələmraya qrupun üzvü “Tarık” adı ilə bilinən Tariyel Əsgərova aid olduğu müəyyən edilən audio səs göndərilir. Sözügedən audio səsdə Tariyel Elnura 1 ədəd saatın Bakıya çatdırılması ilə birgə qiymətinin 4730 ABŞ dolları olacağını, həmin saatı da maksimum 5000 ABŞ dollarına sata biləcəyini və nəticədə çox da yaxşı qazanc əldə edə bilməyəcəyini bildirir. Bu audio səs Elnur tərəfindən Ələmraya göndərildikdən sonra sonuncular arasında saatın qiyməti ilə bağlı yazışmalar aparılır. Həmin SMS yazışmaları və audio səslərlə müəyyən olunur ki, Elnur və Ələmra sözügedən saatı Natiq adlı şəxsə satmaq istəyirlər. Ələmra Elnura audio səs göndərərək həmin saatı 5000 ABŞ dollarından yuxarı qiymətə satmalarını Tariyelə bildirməsini deyir. Elnur isə bu barədə fikirləşəcəyini Ələmraya bildirir. 9 avqust 2023-cü il tarixdə, saat 10:30 radələrində, yəni Təqsirləndirilən şəxs4 ölkə ərazisindən qaçmaq üçün X2rkən Elnur və Ələmra arasında aparılan SMS-lərin məzmunu aşağıdakı kimidir: Ələmra: Can brat, sağlıq-salamatçılıq oldu hə? Şükür Allaha Elnur: Hə, narahat olma, axırıncı qalıb, bir dənə buranı keçim vse, gedib uje gözləyəcəyəm. Ələmra: Allaha əmanət ol qardaşım. Elnur: Allah amanında brat Ələmra: İnşAllah minəndə xəbər elə de ki mindim Elnur: Deyecem sənə 9 avqust 2023-cü il tarixdə saat 11:50 radələrində aparılan danışıqlardan: Ələmra: Yola düşürsən inşallah vətənə? Elnur: Hə yola düşürük yavaş yavaş Sonuncu dəfə Ələmra tərəfindən Elnura saat 15:33-də SMS göndərildiyi və Elnurun çatıb çatmadığını dəqiqləşdirmək istədiyi görünür. Növbəti olaraq, “WhatsApp” mobil əlavəsində siyahıda olan və “Vahid Ukrayna” adı ilə qeyd olunmuş +**********57 saylı nömrə ilə aparılan SMS mətnlərinə baxış keçirilir. Baxış zamanı sözügedən şəxsin adının Vahid olduğu görünür. 25 iyul 2023-cü il tarixdə Elnur tərəfindən adının Vahid olduğu müəyyən olunan şəxsə aşağıdakı məzmunda audio səs göndərilir: Elnur: Vahid, salam, ay Vahid, beynimdən keçir saatın ticarəti, camaat edir, necə bir babat kanala düşmək olar, düzdü tələb çoxdu burda “Rolex”, yəqin ki, müdirdən istəsəm mənim üçün vurar, bilmirəm indi bunu necə ticarət etmək olar, camaat axtarır e bunu, daşıyırlar, sənə deyim, biz ticarət edə bilmirik e qardaş, camaat üçün daşıyıram, özüm demək olar heç nə qazanmıram. Ağlına nəsə gəlir qaqaş? Vahid: Bir şey fikirləşib deyərəm. Növbəti olaraq, “WhatsApp” mobil əlavəsində siyahıda olan və “El” adı ilə qeyd olunmuş Elnurun özünə məxsus olan ***-***-**-** saylı nömrə ilə oxşarlıq təşkil edən, ona məxsus olması ehtimal olunan ********** saylı nömrə ilə SMS-lərə baxış zamanı həmin nömrəyə Elnur tərəfindən müxtəlif - “Rolex”, “Piguef markalı saatların, zərgərlik məmulatlarının onlara məxsus qablaşdırmaların fotoşəkillərinin göndərildiyi, hər hansı yazışma aparılmadığı görünür. “WhatsApp" mobil əlavəsində siyahıda olan “Tarık" adı ilə qeyd olunmuş və ********** saylı nömrə ilə aparılan SMS-lərə baxış zamanı sözügedən telefon nömrəsinin Tarık adı ilə bilinən qrupun üzvü Tariyel Əsgərovun istifadəsində olduğu müəyyən olunur. Tərəflər arasında 15 mart 2023-cü il tarixdə yazışma aparılmışdır. Həmin tarixdə Tariyellə Elnur arasında aparılan SMS mətnlərinin məzmunu aşağıdakı kimidir: Tariyel: Həciyatmısan? Elnur: Yox brat buyur, nə lazımdır Tariyel: Bizdə manat var? Elnur: 170 manat kassada var idi 3880 verdim Turala, 1100 manat verdim Turala, 500 dollar Samirdən götürdüm, 400 bu əlavə elədim, 100 saxladım, de nə lazımdır Tariyel: Manat lazımıydı, səhər həl edərik Daha sonra Elnur tərəfindən Tariyelə tarixi qeyd olunmamış vaxtda Tariyellə aralarında aparılmış SMS mətnlərinin əks olunduğu fotoşəkil göndərilir. Həmin fotoşəkildən göründüyü kimi sonuncular arasında aşağıdakı məzmunda yazışma aparılmışdır: Elnur: Yaxşı brat, 5600 dollar Seyhan verib, kassada var idi 3880 verdim Turala Tariyel: manat var bizdə? Elnur:1100 manat verdim Turala Tariyel: ok Elnur: 500 dollar Samirdən götürdüm, 400 bu əlavə elədim, 100 saxladım. Ümumi 4280 kassa verdim Turala. “WhatsApp” mobil əlavəsində SMS-lərə baxış zamanı müəyyən olunur ki, Təqsirləndirilən şəxs4 bir sıra şəxslərlə, eləcə də, cinayət əlaqəsinə girdiyi Təqsirləndirilən şəxs3, Tariyel Əsgərovla olan SMS mətnləri Elnurun özünün də Tariyelə bildirdiyi kimi silinmişdir. Daha sonra “WhatsApp” mobil əlavəsi üzərindən aparılan zənglərə baxış keçirilir. 13 avqust 2023-cü il tarixdə, saat 22:28-də “Elşad T” adı ilə qeyd olunmuş ********** nömrədən, 12 avqust 2023-cü il tarixdə, saat 01:35-də “Vahid Ukrayna” adı ilə qeyd olunmuş +380 ********* nömrədən cavabsız zənglər gəldiyi görünür. 09 avqust 2023-cü il tarixdə, saat 11:03-də “Qerakr adı ilə qeyd olunmuş və Təqsirləndirilən şəxs4 qardaşı Şahid5 olduğu müəyyən olunmuş ********** nömrədən zəng gəldiyi və danışıq aparıldığı görünür. Saat 07:58-də “Tarik” adı ilə qeyd olunmuş qrupun üzvü Tariyel Əsgərovun istifadəsində olan +**********58 nömrədən, saat 00:26-da “Aga Əxi” adı ilə qeyd olunmuş ********** nömrədən, saat 00:11-də yenidən “Tarik” adı ilə qeyd olunmuş qrupun üzvü Tariyel Əsgərovun istifadəsində olan +**********58 saylı nömrədən, saat 00:01-də yenidən “Aga Əxi” adı ilə qeyd olunmuş ********** nömrədən zənglər gəldiyi və danışıqlar aparıldığı görünür. 8 avqust 2023-cü il tarixdə, saat 23:36-da “Tarik” adı ilə qeyd olunmuş qrupun üzvü Tariyel Əsgərovun istifadəsində olan +**********58 nömrədən zəng gəldiyi və aralarında danışıq aparıldığı görünür. Saat 23:30-da Elnur tərəfindən “Tural-042-t” adı ilə qeyd olunmuş ********** nömrəsinə zəng olunduğu və danışıq aparıldığı görünür. Saat 23:27-də Elnur tərəfindən “Allahverdi” adı ilə qeyd olunmuş və iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs3 istifadəsində olduğu müəyyən olunan ********** nömrəsinə zəng olunduğu, lakin Allahverdi tərəfindən zəngə cavab verilmədiyi görünür. Saat 20:13-də “Elşad T” adı ilə qeyd olunmuş ********** nömrədən Elnura zəng gəldiyi və aralarında danışıq aparıldığı görünür. Saat 17:17-də Elnur tərəfindən Təqsirləndirilən şəxs3 istifadəsində olduğu müəyyən olunan digər telefon nömrəsinə +**********3 nömrəsinə cavabsız zəng olunduğu görünür. Saat 17:16-da Elnur tərəfindən “Reshad Shıxmammadovl 1 Ələkbər" kimi qeyd olunmuş ********** nömrəsinə zəng olunduğu və danışıq aparıldığı görünür. Qeyd olunan tarixdə növbəti saatlarda Elnurla “Tarik” adı ilə qeyd olunmuş qrupun üzvü Tariyel Əsgərovun istifadəsində olan +**********58 nömrə, Reshad Shıxmammadovl 1 Ələkbər” kimi qeyd olunmuş ********** nömrə, “X93” adı ilə qeyd olunmuş +**********50 nömrə, “Ələkbər” adı ilə qeyd olunmuş ********** nömrə, “Elxan" adı ilə qeyd olunmuş ********** nömrə, “Əyez” adı ilə qeyd olunmuş ********** nömrə ilə danışıqlar aparıldığı görünür. İstintaq materiallarına əsasən, eləcə də, sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında protokola uyğun olaraq, Təqsirləndirilən şəxs3 cinayətin predmeti olan məmulatları və malları əldə etmək məqsədilə X20 Dubay şəhərinə getdiyi 7 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs4 tərəfindən “WhatsApp” mobil əlavəsi üzərindən aparılan zənglərə baxış keçirilir. 7 avqust 2023-cü il tarixdə, saat 01:13-də Təqsirləndirilən şəxs3 istifadəsində olduğu müəyyən olunmuş +**********3 saylı nömrədən Elnura zəng gəldiyi və aralarında danışıq aparıldığı müəyyən olunur. Saat 11:32-13:35 aralıqlarında Təqsirləndirilən şəxs3 istifadəsində olduğu müəyyən olunmuş +**********3 saylı nömrədən Elnura bir neçə dəfə cavabsız zəng gəldiyi görünür. Daha sonra saat 15 radələrindən saat 22 radələrinə qədər olan müddətdə Elnur tərəfindən ********** nömrəsinə, “Tural-042-t” adı ilə qeyd olunmuş ********** nömrəsinə, “Eminəxi” adı ilə qeyd olunmuş ********** nömrəsinə, “Aga Əxi” adı ilə qeyd olunmuş ********** nömrəsinə, “Qerakl” adı ilə qeyd olunmuş və Təqsirləndirilən şəxs4 qardaşı Şahid5 olduğu müəyyən olunmuş ********** nömrəsinə zənglər olunduğu və danışıqlar aparıldığı görünür. Bundan sonra mobil telefonun Kontaktlar bölməsinə baxış keçirilir. Baxış zamanı cinayətkar qrupun üzvləri Tariyel Əsgərov, Təqsirləndirilən şəxs3 yuxarıda qeyd olunmuş mobil telefon nömrələri ilə yanaşı qrupun digər üzvlərinin, eləcə də, Təqsirləndirilən şəxs4 ifadələrində qaçaqmalçılıq predmetlərini satdığı yaxud satmalı olduğu şəxslərin mobil telefon nömrələri ilə bağlı axtarış aparılır. Axtarış zamanı “Kontaktlar” bölməsində cinayətkar qrupun digər üzvləri Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** mobil telefon nömrəsi, Təqsirləndirilən şəxs2 istifadəsində olan ********** mobil telefon nömrəsinə rast gəlinmir. Bundan sonra Təqsirləndirilən şəxs4 ifadələrində qaçaqmalçılıq predmetlərini satdığı və fakt üzrə aşkar olunmuş saatları satmalı olduğu Şahid2 mobil telefon nömrəsilə bağlı axtarış aparılır. Axtarış zamanı Şahid2 yuxarıda qey olunmuş ********** mobil telefon nömrəsilə yanaşı “Dostu Samir” adı ilə qeyd olunmuş ********** mobil telefon nömrəsinin də mövcud olduğu görünür. Bundan sonra Təqsirləndirilən şəxs4 ifadələrində qızıl məmulatlarını satdığını göstərdiyi Şahid1 istifadəsində olmuş ********** mobil telefon nömrəsinin “Faiq T” adı ilə qeyd olunduğu görünür. Təqsirləndirilən şəxs4 ifadələrində brilyant qaşları satdığını göstərdiyi “Murad” adlı şəxslə bağlı axtarış həyata keçirilir. Axtarış nəticəsində kontaktlar bölməsində “T. Murad” adı ilə qeyd olunmuş ********** mobil telefon nömrəsinin olduğu görünür. Növbəti olaraq, yuxarıda qeyd olunmuş məlumatlara əsasən, Elnurun saat məmulatlarını satdığı digər şəxs, “Natiq” adlı şəxslə bağlı axtarış aparılır. Axtarış nəticəsində “Sinif Natiq” adı ilə qeyd olunmuş ********** saylı mobil telefon nömrəsinin olduğu görünür. Bundan başqa, xx.xx.2023-cü il tarixli “yoxlama, əşyaların və sənədin götürülməsi haqqında protokola” əsasən, aşkar olunmuş zərgərlik məmulatları, briliyant daşlar, qızıl külçələr və saatların yerləşdirildiyi sellofan paketlərin bir çoxlarının üzərilərində “Alex”, “ALEK”, “SEVA”, “Pərv ”, “Elşad”, “Asker”, “Seyh” şərti adları qeyd olunduğundan və həmin şəxslərə çatdırılması nəzərdə tutulduğu ehtimal olunduğundan həmin şəxslərlə bağlı, eləcə də, yuxarıda qeyd olunan məlumatlarla daha əvvəl qaçaqmalçılıq predmetlərinin gətirilib çatdırıldığı “Seyhan”, “Ələkbər” adlı şəxslərin müəyyən edilməsilə bağlı axtarış aparılır. Axtarış nəticəsində “Alex”, “ALEK” (“Ələkbər” adının qısaldılmış forması kimi) “Reshad Shıxmammadovl 1 Ələkbər” kimi qeyd olunmuş ********** nömrə və “Ələkbər” adı ilə qeyd olunmuş ********** nömrəsinə, “Elşad" adı ilə bağlı “Elşad T” adı ilə qeyd olunmuş ********** nömrəsinə rast gəlinir. Yuxarıda qeyd olunan məlumatlardan da müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 tərəfindən külli miqdarda məmulatların ölkə ərazisinə gətirildiyi tarixdə yəni, 8 avqust 2023- cü il tarixdə, saat 15 radələrindən sonra həmin malların satışını təşkil etməli olan Təqsirləndirilən şəxs4 “Tarik” adı ilə qeyd olunmuş qrupun üzvü Tariyel Əsgərovun istifadəsində olan +**********58 nömrə ilə yanaşı, “Elşad T” adı ilə qeyd olunmuş ********** nömrə, Reshad Shıxmammadovl 1 Ələkbər” kimi qeyd olunmuş ********** nömrə və “Ələkbər" adı ilə qeyd olunmuş ********** nömrə ilə də mütəmadi şəkildə əlaqə saxlayaraq danışıqlar aparmışdır. Qeyd olunanlara əsasən, sellofan paketlərin üzərində qeyd olunmuş “Elşad” adlı şəxsin Təqsirləndirilən şəxs4 cinayət hadisəsinin baş verdiyi tarixdə mütəmadi şəkildə əlaqə saxladığı “Elşad T” adı ilə qeyd olunmuş ********** nömrəsinin istifadəçisinin, “ALEK” adı ilə qeyd olunmuş şəxsin "Reshad Shıxmammadovl 1 Ələkbər” kimi qeyd olunmuş ********** saylı nömrə, “Ələkbər" adı ilə qeyd olunmuş ********** nömrəsinin istifadəçilərinin olması istisna olunmur. “Asker” (“Əsgər”) adı ilə bağlı axtarış zamanı “Əsgər” adı ilə qeyd olunmuş ********** nömrəyə rast gəlinir. Yuxarıda qeyd olunmuş məlumatlarla da Təqsirləndirilən şəxs4 ifadələrində 2 avqust 2023-cü il tarixdə Tariyel tərəfindən Allahverdi vasitəsilə ona yenidən qızıl məmulatları və saatlar göndərdiyi, onun da həmin məmulatları əldə edərək satdığını bildirdiyi 2 avqust 2023-cü il tarixdə, saat 17 radələrində “Əsgər” adı ilə qeyd olunmuş ********** nömrəsinə zəng edərək danışıq apardığı, dolayısı ilə “Asker” adlı şəxsin “Əsgər” adı ilə qeyd olunmuş ********** nömrəsinin istifadəçisinin olması istisna olunmur. “SEVA” (Sevda olması ehtimal olunur) adı ilə bağlı axtarış zamanı “Sevda” adı ilə qeyd olunmuş ********** mobil telefon nömrəsinə rast gəlinir. “Pərv”, “Seyh” (Seyhan) adları ilə bağlı axtarış zamanı hər hansı kontakta rast gəlinmir. Bundan sonra mobil telefonun gələn və gedən zənglər bölməsinə baxış keçirilir. “WhatsApp” mobil əlavəsi üzərindən aparılan zənglərdə qeyd olunmuş mobil telefon nömrələri ilə danışıqlar aparıldığı, iş üzrə əhəmiyyət kəsb edən başqa məlumatların olmadığı müəyyən olunur. Daha sonra SMS-lər bölməsinə baxış keçirilir. Lakin iş üzrə əhəmiyyət kəsb edən məlumatlara rast gəlinmir. Növbəti olaraq “Qalareya” bölməsinə baxış keçirilir. Baxış zamanı 9 avqust 2023-cü il tarixdə qeydə alınmış və X56 “WhatsApp” mobil əlavəsi üzərindən aparılan SMS-lərdə qeyd olunmuş Təqsirləndirilən şəxs4 Bakı-Dubay aviareysi ilə getməsinə dair 1 ədəd biletin fotosunun olması müəyyən olunur. “Qalareya” bölməsində 8 avqust 2023-cü il tarixdə qeydə alınmış videoda Elnurun kontaktında olan “Tarik” adı ilə qeyd olunmuş Tariyel Əsgərovun “WhatsApp” mobil əlavəsində olan statusuna baxış keçirdiyi və baxış zamanı Tariyelin 1690 ABŞ dolları dəyərində 1 ədəd saatı satış üçün statusuna qoyduğu görünür. 2 avqust 2023-cü il tarixdə, saat 16:11-də çəkilmiş 1 ədəd fotoda üzərində “Sey" yazılmış sellofan paketdə zərgərlik məmulatlarının olduğu görünür. İş materiallarından görünür ki, həmin tarixdə, saat 15 radələrində Allahverdi Dubay-Bakı aviareysi ilə artıq ölkə ərazisinə çatmışdı və böyük ehtimal Elnurla görüşərək məmulatları ona vermişdir, sonuncu da həmin məmulatlardan birinin fotosunu çəkmişdir. Bundan başqa, hazırkı fakt üzrə saxlanılan bəzi məmulatların üzərində də “Seyh” yazıları qeyd olunmuş və yuxarıda Şahid5la Elnur arasında “WhatsApp” mobil əlavəsi üzərindən aparılan SMS-lərdə də qeyd olunduğu kimi, Seyhan adlı şəxsə çatdırılmalı olduğu müəyyən olunur. 3 iyul 2023-cü il tarixdə, saat 13:44-də çəkilmiş 2 ədəd fotoda ayrı-ayırlıqda invoyslar əks olunmuşdur. Həmin invoyslardan görünür ki, “ZİYA GOLD TRADİNG LLC" şirkəti tərəfindən müştəri adı “SHAFİYEN ALLAHVERDİ” qeyd olunmuş və xx.xx.2023-cü il tarixdə tərtib olunmuş sənəddə dəyəri 23300 dinar və 46600 dinar olmaqla 3 ədəd qızıl külçə müştəriyə yəni, Təqsirləndirilən şəxs3 satılmışdır. Təqsirləndirilən şəxs3 əlaqə məlumatlarında +**********58 saylı nömrə yəni, “Tarik” adı ilə qeyd olunmuş qrupun üzvü Tariyel Əsgərovun istifadəsində olan nömrə qeyd olunmuşdur. 2 fevral 2023-cü il tarixdə, saat 03:41-də çəkilmiş 1 ədəd fotoda müxtəlif rəqəmlər, 567,33x57=32337,81; 323003+64 AED-200003 12300$ və qarşısında $ ABŞ dolları işarəsi qeyd olunmuş kağız parçası əks olunmuşdur. 12 dekabr 2022-ci il tarixdə, saat 19:27-də çəkilmiş 1 ədəd fotoda qrupun üzvü X25 şəxsiyyət vəsiqəsi və 1 sellofan paketdə məmulat əks olunmuşdur. “Qalareya” bölməsində olan digər məlumatlara baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən məlumatlara rast gəlinməmişdir. Daha sonra mobil telefonda olan Telegram, İnstagram sosial şəbəkə tətbiqlərinə və digər bölmələrə baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edən məlumatlara rast gəlinməmişdir (Cild 2, i.v. 101-115;).

55. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 14 avqust 2023-cü il tarixli qərardan görünür ki, X51 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, X33 hazırkı iş üzrə təqsirləndirilən şəxslərə verilmiş ittihamlarla eyni məzmunlu ittiham verilmişdir (Cild 1, i.v. 116-117;).

56. “Şəxsin axtarışa verilməsi və ittiham elan etmək üçün tutulması haqqında” 15 avqust 2023-cü il tarixli qərardan görünür ki, X29 barəsində axtarış elan edilməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham elan edilməsi üçün tutulması qərara alınmışdır (Cild 2, i.v. 123-124;).

57. “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” 17 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus və sonuncunun könüllü təqdim etdiyi və üzərində ***-***-**-** saylı sim kart olan 1 ədəd “Samsung Galaxy A22” markalı mobil telefona baxış zamanı telefonun “Menyu” bölməsindən “WhatsApp” mobil əlavəsinə daxil olunmuş, həmin mobil əlavədə də ********** mobil telefon nömrəsinin istifadədə olması müəyyən edilmişdir. “WhatsApp" mobil əlavəsinə siyahıda olan mobil telefon nömrələri ilə SMS-lərə baxış zamanı 8 avqust 2023-cü il tarixdən etibarən aparılan SMS mətnlərinin olduğu görünür. “WhatsApp" mobil əlavəsində siyahıda “Emin M” adı ilə qeyd olunmuş ********** mobil telefon nömrəsinin iş üzrə digər Təqsirləndirilən şəxs2 məxsus mobil telefon nömrəsi olduğu görünür. “Emin M” adı ilə qeyd olunmuş şəxslə yəni, Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 arasında “WhatsApp” mobil əlavəsi üzərindən aparılan yazışmalara baxış keçirilir. Tərəflər arasında 08 avqust 2023-cü il tarixdən aparılan SMS-lərin mövcud olduğu görünür. Sözügedən SMS-lərə baxış zamanı 08 avqust 2023-cü il tarixdə, saat 15 radələrindən etibarən Emil və Ağa arasında cinayətin törədilməsilə bağlı danışıqlar aparıldığı, Allahverdi tərəfindən gətirilmiş məmulatların hava limanı ərazisindən gömrük nəzarətindən kənar hansı qaydada çıxarılmasından bəhs etdikləri görünür: 8 avqust 2023-cü il tarixdə aparılan danışıqlardan: saat 14:29-da Ağa (audio səs): Emin noldun ay Emin, saat 14:32-də Təqsirləndirilən şəxs2 (audio səs): 3-dəyəm Ağa, 3-dən düşürəm 2-yə, çatıram, 1 dəqiqəyə ordayam. Hardasan sən? saat 14:32-də Ağa: iceride saat 14:33-də Təqsirləndirilən şəxs2: Tualetdə? Otaqda? saat 14:34-də Ağa: Tualetdə, gor sakitçilikdi çıxım, hec kim yoxdu? saat 14:35-də Təqsirləndirilən şəxs2: Cix amma sola körpüyə. Yuxarıda qeyd olunan tərəflər arasında aparılmış SMS-lərdən və işin müəyyən edilmiş hallarından da görünür ki, 8 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 tərəfindən gətirilmiş məmulatların əldə edilməsi məqsədilə Təqsirləndirilən şəxs1 sonuncu ilə görüşmək üçün müəyyən olunmuş yerə, yəni tualetə gedir, öz növbəsində Təqsirləndirilən şəxs2 də həmin yerə gələrək çöldə pusquda dayanır və nəzarət edir. Təqsirləndirilən şəxs1 məmulatları Təqsirləndirilən şəxs3 əldə etdikdən sonra çölə çıxmamışdan qabaq onu çöldə gözləyən və əraziyə nəzarət edən Təqsirləndirilən şəxs2 bu barədə məlumat alır, sonuncu onu arxayın etdikdən sonra Təqsirləndirilən şəxs1 tualetdən çıxır və Emilin dediyi istiqamətdə gedir. Məhz həmin müddətdə Ağa ilə Emil arasında aparılmış danışıq SMS-lərdə əks olunmuşdur. Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 arasında sonuncu SMS yazışmasının 8 avqust 2023-cü il tarixdə, saat 14:35-də, yuxarıda qeyd olunmuş məlumatlardan da cinayətin törədildiyi saatlarda aparıldığı görünür. Növbəti olaraq, “WhatsApp” mobil əlavəsində siyahıda olan və “Allahverdi Nar” adı ilə qeyd olunmuş, iş üzrə Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ********** mobil telefon nömrəsi ilə aparılan SMS mətnlərinə baxış keçirilir. Təqsirləndirilən şəxs3lə Təqsirləndirilən şəxs1 arasında aparılan SMS mətnlərinə baxış zamanı 8 avqust 2023-cü il tarixdə, saat 14:28-də Allahverdi tərəfindən Təqsirləndirilən şəxs1 “gorpudeyem” məzmununda SMS göndərildiyi, daha əvvəlki SMS-lərin olmadığı görünür. İşin hallarından da görünür ki, Təqsirləndirilən şəxs3 8 avqust 2023-cü il tarixdə SMS yazıldığı saatlarda təyyarədən enib hava limanına daxil olarkən bu barədə Təqsirləndirilən şəxs1 məlumat verir və qabaqcadan müəyyən olunmuş yerə yəni, tualetə gəlməsi barədə sonuncuya məlumat verir. Sözügedən SMS mətnində də Allahverdinin olduğu yer barədə Ağanı məlumatlandırdığı və artıq ölkə ərazisinə çatıb hava limanına daxil olduğu barədə sonuncuya məlumat verdiyi görünür. Mobil telefonun gələn və gedən zənglər bölməsinə baxış keçirilir. İlk olaraq cinayət hadisəsinin baş verdiyi tarixdə yəni, 8 avqust 2023-cü il tarixdə gələn və gedən zənglərə baxış keçirilir. 8 avqust 2023-cü il tarixdə, saat 8 radələrində Təqsirləndirilən şəxs1 məxsus mobil telefon nömrəsinə ********** nömrədən zəng gəldiyi və danışıq aparıldığı görünür. Saat 9 radələrində “Emin M” adı İlə qeyd olunmuş digər Təqsirləndirilən şəxs2 məxsus ********** nömrə, saat 10-11 radələrində yenidən “Emin M” adı ilə qeyd olunmuş digər Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ********** nömrə ilə danışıqlar aparılmışdır. Saat 12-13 radələrində ********** nömrə və “Emin M” adı ilə qeyd olunmuş digər Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ********** nömrə, “Vüsal Əxi” adı ilə qeyd olunmuş ********** nömrə ilə danışıqlar aparılmışdır. 7 avqust 2023-cü il tarixdə, yəni Təqsirləndirilən şəxs3 Bakı-Dubay aviareysi ilə getmək məqsədilə hava limanına gəldiyi tarixdə Təqsirləndirilən şəxs1 tərəfindən aparılan zənglərə baxış keçirilir: Saat 13:18-də Ağa tərəfindən “Emin M" adı ilə qeyd olunmuş digər Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ********** nömrəyə, saat 13:24-də “Allahverdi Nar” adı ilə qeyd olunmuş qrupun üzvü Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ********** nömrəyə zənglər olunaraq danışıqlar aparılır. Saat 14:01-də Ağa tərəfindən “Allahverdi Nar” adı ilə qeyd olunmuş qrupun üzvü Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ********** nömrəyə yenidən zəng olunduğu və danışıq aparıldığı görünür. İstintaq materiallarına əsasən, Təqsirləndirilən şəxs3 qeyd olunan saatda Bakı-Dubay aviareysi ilə getmək məqsədilə hava limanı ərazisində olduğu müəyyən olunmuşdur. Baxış zamanı mobil telefonda iş üzrə əhəmiyyət kəsb edə biləcək vatsap mobil əlavəsində olan SMSlərin fotoşəkilləri çəkilərək protokolun məzmununda qeyd olunması, audio səslərin isə 1(bir) ədəd CD diskə yazılaraq hazırkı protokola əlavə edilməsi qeyd olunmuşdur (Cild 2, i.v.160-168;).

58. “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” 19 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus və sonuncunun könüllü təqdim etdiyi və üzərində ***-***-**-** saylı sim kart olan 1 ədəd “İphone 11 Pro" markalı mobil telefona baxış zamanı telefonun “Menyu” bölməsindən “WhatsApp” mobil əlavəsinə daxil olundu. “WhatsApp” mobil əlavəsində də ***-***-**-** mobil telefon nömrəsinin istifadədə olduğu müəyən olunur. “WhatsApp” mobil əlavəsinə siyahıda olan mobil telefon nömrələri ilə SMS-lərə baxış zamanı 8 avqust 2023-cü il tarixdən etibarən aparılan SMS mətnlərinin olduğu görünür. “WhatsApp" mobil əlavəsində siyahıda “Aqa-Komendant” adı ilə qeyd olunmuş ********** mobil telefon nömrəsinin iş üzrə digər Təqsirləndirilən şəxs1 məxsus mobil telefon nömrəsi olduğu müəyyən olunur. Sözügedən şəxslə aparılmış SMS mətnlərinin Təqsirləndirilən şəxs2 tərəfindən silindiyi görünür. Çünki Təqsirləndirilən şəxs1 məxsus mobil telefon aparatına baxış keçirilməsi haqqında 18 avqust 2023-cü il tarixli protokolda Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 arasında cinayətin detalları barədə “WhatsApp" mobil əlavəsi üzərindən danışıqlar aparıldığı müəyyən olunur. Mobil telefonun gələn və gedən zənglər bölməsinə baxış zamanı cinayət hadisəsinin baş verdiyi tarixdə, yəni, 8 avqust 2023-cü il tarixdə gələn və gedən zənglərin bir qisminin olduğu görünür. Belə ki, 8 avqust 2023-cü il tarixdə, saat 14:15-də ********** nömrə ilə danışıq aparılmışdır. Saat 14:36-da “Ferid Çilinqer” adı ilə qeyd olunmuş ********** nömrə ilə danışıq aparılmışdır. Saat 14:48-də “Teymur M-M” adı ilə qeyd olunmuş ********** nömrə ilə danışıq aparılmışdır. Saat 19 radələrində “Müşavir Vüqar mm.” adı ilə qeyd olunmuş ********** və ********** saylı nömrələr ilə bir neçə dəfə danışıqlar aparılmışdır. Həmin tarixdə sonuncu danışıq da qeyd olunan nömrə ilə aparılmışdır (Cild 2, i.v. 172-174;).

59. “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” 19 avqust 2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə Şahid1 məxsus və sonuncunun könüllü olaraq istintaq orqanına təqdim etdiyi və üzərində ***-***-**-** saylı sim kart olan 1 ədəd “Xiaomi Mi 9T” markalı mobil telefona baxış zamanı telefonun “Menyu” bölməsindən “WhatsApp" mobil əlavəsinə daxil olundu. “WhatsApp” mobil əlavəsində də ***-***-**-** mobil telefon nömrəsinin istifadədə olduğu müəyyən olunur. “WhatsApp” mobil əlavəsində siyahıda olan “X95” adı ilə qeyd olunmuş +971 54 *** **** mobil telefon nömrəsinin iş üzrə təqsirləndirilən şəxs X33 məxsus mobil telefon nömrəsi olduğu görünür. “WhatsApp" mobil əlavəsi üzərindən “X95” adı ilə qeyd olunmuş iş üzrə təqsirləndirilən şəxs X33 məxsus +971 54 *** **** mobil telefon nömrəsi ilə 4 avqust 2023-cü il tarixdən etibarən aparılmış danışıqların mövcud olduğu görünür: 4 avqust 2023-cü il tarixli SMS-lərdən: Şahid1: As salamu Aleykum Tariyel Əsgərov: Və alyekum assalam, nə var nə yox ay Faiq necəsən, işin gücün? Şahid1: 500 var ? Tariyel Əsgərov: 500-lük qardaş, baxıb deyərəm sənə, keçən dəfə yox idi, kilodu, 311 155, 250 biz aldıq, indi baxıram. Şahid1: aşağı qiyəmit de da, oldu. 5 avqust 2023-cü il tarixli SMS-lərdən: Şahid1: As salamu Aleykum Tariyel Əsgərov: Və alyekum salam Şahid1: (Faiq tərəfindən 1 ədəd zərgərlik məmulatının fotosu göndərilir) bu neçəyə çıxar hazırkı vəziyyətdə Tariyel Əsgərov: 8600$, bu Honkonq kopiyasıdır Şahid1: İndi getdi Tariyel Əsgərov: eyni özündən, yeni Şahid1: İndi bu səndə hardadır? Tariyel Əsgərov: Faiq indi ofisə gedirəm bura, bu konkonqluların yanına, indi baxaram, əgər satılmayıbsa sənə tam məlumat verərəm, əgər satılıbsa sifariş edərsən, 2 həftəyə gələr, yəni löboy brend malın birə bir kopyası məndə var, o da olur. Şahid1: Hə, səndən cavab gözləyirəm Tariyel Əsgərov: Heç nə. Tapanda mənə deyərsən 06 avqust 2023-cü il tarixli SMSlərdən: Tariyel Əsgərov: Faiq salam ateykum, Faiq, dünən ancaq 1 kilo 10 oz, 5 oz var idi ölçülər, başqa yox idi, 1 kq təşkil etmək olar, 9 funksiya və 5, firmada yoxdu, öz “pamplndan yoxdu, belə də şeylərə də baxdım, firmalara, hansılar ki satırlar, yoxdu həmçinin Şahid1: Aleykum safam, başa düşdüm, indi mən məsləhətləşərəm, ancaq məhz bu lazım idi, nəysə indi baxım deyərəm sənə, onlarla danışarsan. Tərəflər arasında sonuncu danışığın 6 avqust 2023-cü il tarixdə, saat 14 radələrində aparıldığı müəyyən olunur. Yuxarıda qeyd olunmuş SMS mətnləri və işin hallarından da Şahid1 tərəfindən Tariyel Əsgərova müxtəlif qızıl və zrəgərlik məmulatlarının sifariş olunduğu görünür. Mobil telefonun “Kontaktlar” bölməsinə baxış zamanı cinayətkar qrupun üzvü Tariyel Əsgərovun istifadəsində olduğu müəyyən olunmuş +**********58 mobil telefon nömrəsi ilə yanaşı həmin şəxsin digər nömrəsi və qrupun digər üzvlərinin mobil telefon nömrələri ilə bağlı axtarış aparılır. Axtarış zamanı “Kontaktlar” bölməsində cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs4 istifadəsində olduğu müəyyən olunmuş ********** mobil telefon nömrəsinin “TapMK.e/ibHyp.” adı ilə qeyd olunduğu görünür. Tariyel Əsgərovun istifadəsində olduğu müəyyən olunmuş ********** mobil telefon nömrəsi, Təqsirləndirilən şəxs4 istifadəsində olduğu müəyyən olunmuş ********** mobil telefon nömrəsi, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ********** və +**********3 mobil telefon nömrələrinə isə rast gəlinmir. Növbəti olaraq mobil telefonun gələn və gedən zənglər bölməsinə baxış keçirilir. Baxış zamanı cinayət hadisəsinin baş verdiyi tarixdə yəni, 8 avqust 2023-cü il tarix və ondan daha əvvəlki tarixlərdə olan gələn və gedən zənglərin mobil telefondan silindiyi, 9 avqust 2023-cü il tarixdən etibarən gələn və gedən zənglərin bir qisminin olduğu görünür. Baxış zamanı mobil telefonda iş üzrə əhəmiyyət kəsb edə biləcək məlumatların fotoşəkilləri çəkilərək protokolun məzmununda qeyd olunması, audio səslər və 1(bir) ədəd videogörütünün isə 1(bir) ədəd CD diskə yazılaraq hazırkı protokola əlavə edilməsi qeyd olunmuşdur (Cild 2, i.v. 175-179;).

60. “Mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” 21 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 məxsus və sonuncunun könüllü olaraq istintaq orqanına təqdim etdiyi və üzərində ***-***-**-** mobil telefon nömrəsi olan 1 (bir) ədəd “X97” markalı və 1 (bir) ədəd “İphone 14 Pro” markalı mobil telefonlara baxış zamanı əvvəlcə “X97” markalı, **********96638/**********80012 İMEİ nömrəli sensorlu mobil telefona baxış keçirilmişdir. Baxış zamanı telefonun “menyu” bölməsindən “WhatsApp” mobil əlavəsinə daxil olunmuş, həmin mobil əlavədə Azərbaycan Respublikası mobil operatoruna məxsus olmayan +**********3 saylı mobil telefon nömrəsinin istifadədə olması müəyyən olunmuşdur. “WhatsApp” mobil əlavəsində siyahıda “Dubay” adı ilə qeyd olunmuş +**********58 nömrəsinin istifadəçisinin cinayətkar qrupun üzvü, digər təqsirləndirilən şəxs X51 olduğu müəyyən olunmuşdur. “Dubay” adı ilə qeyd olunmuş cinayətkar qrupun üzvü X28 Şəfiyev arasında “WhatsApp” mobil əlavəsi üzərindən aparılmış SMS-lərə baxış keçirilmişdir. Baxış zamanı tərəflər arasında 16 iyun 2023-cü il tarixdən 2 avqust 2023-cü il tarixədək aparılmış SMS-lərin mövcud olduğu, digər məlumatların mobil telefondan silindiyi müəyyən olunmuşdur. Sözügedən danışıqlarda qızıl, zərgərlik məmulatı, saat və bu kimi məmulatların Tariyel tərəfindən X14 Azərbaycan Respublikası ərazisinə Allahverdi vasitəsilə qeyriqanuni yollarla göndərilməsi, həmin malların Allahverdi tərəfindən daşınması, eləcə də xarici valyutanın Allahverdi tərəfindən ölkə ərazisindən qanunsuz çıxarılması və bütün bunların müqabilində Allahverdiyə verilmiş xidmət haqları və sair danışıqların aparılması aşkar olunmuşdur. Protokolda baxış nəticəsində mobil telefonlardan aşkar olunmuş iş üzrə həmiyyət kəsb edən “WhatsApp” və “BusinessWhatsApp” mobil əlavələrində olan SMS-lərin fotoşəkillərinin çəkilərək protokola əlavə edilməsi qeyd edilmişdir (Cild 2, i.v. 182-214;).

61. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair 21 avqust 2023-cü il tarixli tələnamələrdən görünür k, Təqsirləndirilən şəxs4,Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar (Cild 2, i.v. 246-250;).

62. “Videogörüntülərə baxış keçirilməsi haqqında” 22 avqust 2023-cü il tarixli protokoldan görünür ki, HNBGİ-dən daxil olmaqla 3-33-3100/2-004238/2023 nömrəli məktuba əlavə edilmiş və iş üzrə Təqsirləndirilən şəxs3 cinayət hadisəsinin baş verdiyi tarixdə, yəni 8 avqust 2023-cü il tarixdə, saat 15 radələrində, eləcə də daha əvvəlki tarixlərdə Heydər X27da hərəkət trayektoriyasını əks etdirən 8(səkkiz) ədəd DVD diskdə olan video görüntülərə baxış keçirilmişdir. İlk olaraq üzərində “xx.xx.2023” tarixləri qeyd olunmuş DVD diskə baxış keçirilmişdir. Diskə daxil olduqdan sonra 6 ədəd videogörüntü olduğu müəyyən olunmuşdur. Sözügedən videogörüntülərin cinayət hadisəsinin baş verdiyi tarixdə, yəni 8 avqust 2023-cü il tarixdə, saat 15 radələrində Heydər X27da iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hazırkı faktla bağlı cinayətkar fəaliyyətlərini əks etdirən görüntülər olduğu məlum olmuşdur. Videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə saat 15 radələrində Dubay-Bakı aviareysi ilə ölkə ərazisinə çatdıqdan sonra digər sərnişinlərlə birgə təyyarədən enərək hava limanı ərazisinə daxil olur. Həmin vaxt iş üzrə digər Təqsirləndirilən şəxs1 qabaqcadan əldə edilmiş razılığa uyğun olaraq xidməti liftdən istifadə edərək əlində 1 ədəd qutu ilə birgə hava limanında Dövlət Sərhəd Xidmətinin sərhəd-nəzarət buraxılış məntəqəsinin yaxınlığında yerləşən tualetə doğru gedir. Təqsirləndirilən şəxs1 əlində 1 ədəd qutu ilə birgə hava limanında Dövlət Sərhəd Xidmətinin sərhəd-nəzarət buraxılış məntəqəsinin yaxınlığında yerləşən tualetə daxil olur. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs3 hava limanında Döxlət Sərhəd Xidmətinin sərhəd-nəzarət buraxılış məntəqəsinin yaxınlığında yerləşən tualetin qarşısına gəlir və əlində olan 1(bir) ədəd böyük həcmli çanta və çiynində olan 1(bir) ədəd çantanı yaxınlıqdakı oturacaqların üzərinə qoyur, daha sonra Təqsirləndirilən şəxs3 də həmin tualetə daxil olur. Yuxarıdakı video görüntülərdən də görünür ki, həmin vaxt Təqsirləndirilən şəxs1 də içəridədir. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs3 tualetdən çıxaraq oturacaqların üzərində olan çantalarına doğru gedir. Daha sonra Allahverdi həmin çantalarını götürüb sərhəd nəzarətindən keçmək məqsədilə oradan uzaqlaşır. Təqsirləndirilən şəxs1 isə hələ də sözügedən yerdə içəridə gözləyir. Təqsirləndirilən şəxs3 həmin ərazini tərk edərkən eyni anda digər təqsirləndirilən Təqsirləndirilən şəxs2 xidməti keçiddən istifadə edərək həmin yerə gəlir. Təqsirləndirilən şəxs2 tualetdə onu gözləyən Təqsirləndirilən şəxs1 məmulatlarla birgə oradan çıxması üçün münbit şərait olduğunu yəqin etmək məqsədilə bir neçə dəqiqə ərazini müşahidə edir. Bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs1 də tualetdən çıxır və qrupun digər üzvü Təqsirləndirilən şəxs2 konkret göstəriş gələnə qədər tualetin qapısının qarşısında əlində içərisində fakt üzrə saxlanılmış külli miqdarda məmulatların olduğu 1(bir) ədəd qutu ilə birgə gözləyir. Bir dəqiqə sonra Təqsirləndirilən şəxs1 əlində olan qutu ilə birgə onu gözləyən Təqsirləndirilən şəxs2 yanına yaxınlaşır. Daha sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Ağanın əlində olan 1(bir) ədəd qutuda içərisində külli miqdarda məmulatların olduğu malları gömrük nəzarətindən kənar keçirmək məqsədilə xidməti keçidə doğru hərəkət etməyə başlayırlar. Bundan sonra mülki geyimdə olan gömrük əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 saxlanılaraq geri qaytarılır və əlində olan 1(bir) ədəd qutuya yoxlama həyata keçirilməsi üçün yoxlama otağına aparılır. Növbəti kadrlarda Təqsirləndirilən şəxs3 də hava limanının gəliş zalında saxlanılıb yoxlamaya cəlb edilməsi üçün otağa dəvət olunduğu görünür. Növbəti olaraq üzərində “xx.xx.2023” və “xx.xx.2023” tarixləri yazılmış DVD disklərə baxış keçirilmişdir. Sözügedən DVD disklərdə Təqsirləndirilən şəxs3 1 avqust 2023-cü il tarixdə, saat 8 radələrində Bakı-Dubay aviareysi ilə ölkə ərazisindən gedərkən, 2 avqust 2023-cü il tarixdə, saat 15 radələrində isə Dubay- Bakı aviareysi ilə ölkə ərazisinə gələrkən X60 hava limanının dayanacağına daxil olur. Nəqliyyat vasitəsinin ön sərnişin oturacağından iş üzrə digər təqsirləndirilən Təqsirləndirilən şəxs1 enir, daha sonra isə nəqliyyat vasitəsinin sürücü qoltuğundan Təqsirləndirilən şəxs3 avtomobildən enir. Bundan sonra avtomobilin arxa oturacağını açaraq oradan 1(bir) ədəd diyircəkli böyük həcmli çantanı oradan götürür. Bundan sonra Təqsirləndirilən şəxs3 avtomobilin açarını Təqsirləndirilən şəxs1 verir. Bundan sonra Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 hər biri fərqli girişlərdən hava limanının ərazisinə daxil olmaq üçün ayrı istiqamətlərə gedirlər. Təqsirləndirilən şəxs1 Heydər X27 “Terminal 1”in “A" girişindən, Təqsirləndirilən şəxs3 isə “Terminal 1”in “B” girişindən hava limanına daxil olurlar. Təqsirləndirilən şəxs1 hava limanının ərazisinə daxil olduqdan sonra xidməti keçiddən istifadə edərək steril zonaya doğru getmək məqsədilə xidməti keçidə yaxınlaşır, orada olan metalaxtaran detektorun yanına yaxınlaşdıqda ciblərindən metal olması ehtimal olunan (açar, qəpik və s.) əşyaları çıxarıb yoxlamadan keçməsi üçün qaba qoyur, özü də detektorun altından keçir, daha sonra əşyalarını da götürərək oranı tərk edir. Təqsirləndirilən şəxs1 xidməti keçiddən keçdikdən sonra gəliş zalından gömrük nəzarəti zonasına daxil olur və liftdən istifadə edərək 3-cü mərtəbəyə steril zonaya gedir və oradan da xidməti otağa keçir. Öz növbəsində Təqsirləndirilən şəxs3 də “Terminal 1”in “B” girişindən hava limanına daxil olduqdan sonra liftdən istifadə edib 3-cü mərtəbəyə qalxır və gömrük və sərhəd buraxılış məntəqələrindən keçir. Həmin müddətdə Allahverdi heç kimlə ünsiyyətdə olmur. Təqsirləndirilən şəxs3 gömrük nəzarəti zonasından keçdikdən sonra steril zonaya daxil olur. Təqsirləndirilən şəxs3 steril zonada uçuş zolağına doğru gedir və təyyarəyə minik yerində digər sərnişinlərin yanında əyləşib gözləməyə başlayır. Bu ərəfədə Təqsirləndirilən şəxs1 xidməti keçiddən istifadə edib hava limanının ərazisindən çıxır və dayancaqda olan Təqsirləndirilən şəxs3 **-CV-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli “Hyundai Santafe" markalı nəqliyyat vasitəsinə yaxınlaşır. Sərnişin oturaağında avtomobildə əyləşir, bir neçə dəqiqə orada olduqdan sonra avtomobildən enir və yenidən hava limanının ərazisinə daxil olur. Təqsirləndirilən şəxs1 Heydər X27 “Terminal T’in “A” girişindən hava limanına daxil olur, xidməti keçiddən istifadə edərək gömrük nəzarəti zonasına, oradan isə xidməti liftdən istifadə edib steril zonaya gedir. Bundan sonra həm Təqsirləndirilən şəxs3, həm də Təqsirləndirilən şəxs1 steril zonada olan tualetə daxil olurlar. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs1, daha sonra isə Təqsirləndirilən şəxs3 tualetdən çıxır. Bundan sonra isə Allahverdi yenidən təyyarəyə minik yerinə gedib minik üçün gözləməyə başlayır. İstintaq materiallarından və Təqsirləndirilən şəxs3 məxsus mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan, eləcə də, yuxarıdakı videogörüntülərdən də görünür ki, Təqsirləndirilən şəxs1 nəinki Allahverdi gələrkən onu qarşılayaraq gətirdiyi məmulatları əldə edib gömrük nəzarətindən kənar keçirilməsini təşkil etmiş, hətta Allahverdi ölkə ərazisindən gedərkən də onu yola salmış, eləcə də, steril zonada Allahverdi ilə görüşmüş, dolayısı da ölkə ərazisindən Allahverdi tərəfindən aparılması nəzərdə tutulan hansısa malın gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsində iştirak etmişdir. Təqsirləndirilən şəxs3 ifadələrində ölkə ərazisini tərk edərkən bir neçə halda üzərində külli miqdarda nağd şəkildə xarici valyuta apardığını, həmin valyutaları isə onunla birgə səfər edən müxtəlif sərnişinlərə paylayıb keçirdiyini bildirmiş, lakin hazırkı sübutlardan sözügedən külli miqdarda nağd şəkildə xarici valyutanın da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vasitəsilə gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirildiyi müəyyən olunur. 2 avqust 2024-cü il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs3 Dubay-Bakı aviareysi ilə ölkə ərazisinə gələrkən Heydər X27da hərəkət trayektoriyasını əks etdirən görüntülərə baxış zamanı görünür ki, Təqsirləndirilən şəxs1 xidməti keçiddən istifadə edərək əlində 1(bir) ədəd qutu ilə birgə hava limanında Dövlət Sərhəd Xİdmətinin sərhəd-nəzarət buraxılış məntəqəsinin yaxınlığında yerləşən tualetə doğru gedir və tualetin qapısının qarşısında Təqsirləndirilən şəxs3 gözləyir. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs3 hava limanında sərhəd-nəzarət buraxılış məntəqəsinin yaxınlığında yerləşən tualetin qarşısına gəlir və əlində olan 1(bir) ədəd böyük həcmli çanta və çiynində olan 1(bir) ədəd çantanı yaxınlıqdakı oturacaqların üzərinə qoyur. Allahverdini gördükdən sonra Ağa tualetə daxil olur, onun arxasınca Allahverdi də tualetə daxil olur. Bir dəqiqə sonra Ağa əlində olan 1(bir) ədəd qutu ilə birgə tualetdən çıxıb xidməti keçidə doğru gedir. Daha sonra Allahverdi də tualetdən çıxaraq sərhəd buraxılış məntəqəsinə doğru gedir. Təqsirləndirilən şəxs1 xidməti liftdən istifadə edərək hava limanının gəliş zalına gəlir. Əlində qutu olmadığı və xidməti otağa gedərək qutudakı məmulatları cibinə qoyduğu ehtimal olunur. Təqsirləndirilən şəxs1 bir neçə dəqiqə gəliş zalının gömrük nəzarəti zonasında gözləyir. Həmin vaxt Təqsirləndirilən şəxs3 gəliş zalındakı gömrük nəzarəti zonasına “Qırmızı Kanaldan” daxil olaraq yoxlamadan keçib gömrük nəzarəti zonasını tərk edir. Ardınca Təqsirləndirilən şəxs1 də gəliş zalındakı gömrük nəzarəti zonasına “Yaşıl Kanal”dan daxil olur və gömrük nəzarəti zonasını tərk edir. Daha sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 hava limanının dayanacağına doğru gedirlər və Allahverdinin **-CV- *** dövlət qeydiyyat nişanlı, ağ rəngli “Hyundai Santafe” markalı nəqliyyat vasitəsinə yaxınlaşırlar. Təqsirləndirilən şəxs1 cibindən müəyyən əşyaları çıxarıb Allahverdiyə verir, daha sonra Allahverdi nəqliyyat vasitəsini idarə edərək hava limanının ərazisindən uzaqlaşır, Ağa isə hava limanına daxil olur. Növbəti olaraq, 27 iyul 2023-cü il tarixdə, saat 16 radələrində Təqsirləndirilən şəxs3 Dubay-Bakı aviareysi İlə ölkə ərazisinə gələrkən Heydər X27da hərəkət trayektoriyasını əks etdirən görüntülərə baxış keçirilir. Baxış zamanı görünür ki, həmin saatlarda Təqsirləndirilən şəxs1 xidməti keçiddən istifadə edərək əlində 1(bir) ədəd göy rəngli sellofan paketlə birgə hava limanının Dövlət Sərhəd Xidmətinin sərhəd-nəzarət buraxılış məntəqəsinin yaxınlığında yerləşən tualetə doğru gedir və içəri daxil olur. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs2 də həmin yerə gəlir və ərazini müşahidə edir. Bundan sonra Təqsirləndirilən şəxs3 hava limanının Dövlət Sərhəd Xidmətinin sərhəd-nəzarət buraxılış məntəqəsinin yaxınlığında yerləşən həmin tualetin qarşısına gəlir və əlində olan çantaları yaxınlıqdakı oturacaqların üzərinə qoyur və tualetə daxil olur. Bir neçə dəqiqə sonra Ağa əlində olan 1(bir) ədəd göy rəngli sellofan paket ilə birgə tualetdən çıxıb xidməti keçidə doğru gedir. Daha sonra Allahverdi də tualetdən çıxaraq sərhəd buraxılış məntəqəsinə doğru gedir. Təqsirləndirilən şəxs1 xidməti liftdən istifadə edərək hava limanının gəliş zalına gəlir. Əlində qutu olmadığı və xidməti otağa gedərək qutudakı məmulatları cibinə qoyduğu ehtimal olunur. Təqsirləndirilən şəxs1 gəliş zalındakı gömrük nəzarəti zonasına “Yaşıl Kanaldan” daxil olur və gömrük nəzarəti zonasını tərk edir. Daha sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 hava limanının dayanacağına doğru gedirlər. Daha sonra, xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində Təqsirləndirilən şəxs3 Dubay-Bakı aviareysi ilə ölkə ərazisinə gələrkən Heydər X27da hərəkət trayektoriyasını əks etdirən görüntülərə baxış keçirilir. Baxış zamanı görünür ki, həmin saatlarda Təqsirləndirilən şəxs1 xidməti keçiddən istifadə edərək əlində 1(bir) ədəd göy rəngli sellofan paketlə birgə hava limanının Dövlət Sərhəd Xidmətinin sərhəd-nəzarət buraxılış məntəqəsinin yaxınlığında yerləşən tualetin qarşısına gəlir. Təqsirləndirilən şəxs2 də həmin yerə gəlir və hər ikisi bir neçə dəqiqə tualetin qarşısında dayanaraq Təqsirləndirilən şəxs3 gözləyirlər. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs3 də hava limanının sərhəd-nəzarət buraxılış məntəqəsinin yaxınlığında yerləşən həmin tualetin qarşısına gəlir və əlində olan çantaları yaxınlıqdakı oturacaqların üzərinə qoyur və tualetə daxil olur. Onun ardınca Ağa da Emilin yanında ayrılıb tualetə gedir və içəri daxil olur. Bundan sonra Emil də tualetə daxil olur. Bir neçə dəqiqə sonra Allahverdi, ondan sonra isə Ağa və Emil tualetdən çıxırlar. Təqsirləndirilən şəxs1 əlində 1(bir) ədəd göy rəngli sellofan paketlə xidməti keçidə doğru gedir, bir neçə dəqiqə sonra Emil də həmin istiqamətdə gedir. Təqsirləndirilən şəxs3 isə gəliş zalındakı gömrük nəzarəti zonasına “Qırmızı Kanaldan” daxil olur və gömrük nəzarəti zonasını tərk edir. Növbəti olaraq, xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində Təqsirləndirilən şəxs3 Dubay-Bakı aviareysi ilə ölkə ərazisinə gələrkən Heydər X27da hərəkət trayektoriyasını əks etdirən görüntülərə baxış keçirilir. Baxış zamanı görünür ki, həmin saatlarda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hava limanının Dövlət Sərhəd Xidmətinin sərhəd-nəzarət buraxılış məntəqəsinin yaxınlığında yerləşən tualetin qarşısına gəlirlər. Təqsirləndirilən şəxs1 əlində 1(bir) ədəd göy rəngli sellofan paketdə qutu olduğu görünür. Hər ikisi bir neçə dəqiqə tualetin qarşısında dayanaraq Təqsirləndirilən şəxs3 gözləyirlər. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs3 də hava limanının Dövlət Sərhəd Xidmətinin sərhəd-nəzarət buraxılış məntəqəsinin yaxınlığında yerləşən həmin tualetin qarşısına gəlir və əlində olan çantaları yaxınlıqdakı oturacaqların üzərinə qoyur və tualetə daxil olur. Təqsirləndirilən şəxs3 yanında qara rəngli geyimdə və çadrada olan 1(bir) nəfər qadın olduğu görünür. Allahverdi tualetə daxil olduqdan sonra onun ardınca Ağa, daha sonra isə Emil tualetə gedir və içəri daxil olurlar. Bir neçə dəqiqə sonra Allahverdi, ondan sonra isə Ağa və Emil tualetdən çıxırlar. Təqsirləndirilən şəxs1 əlində 1(bir) ədəd göy rəngli sellofan paketlə xidməti keçidə doğru gedir, bir neçə dəqiqə sonra Emil də həmin istiqamətdə gedir. Daha sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 gəliş zalındakı gömrük nəzarəti zonasına gəlirlər, Ağanın əlində qutu olmadığı və xidməti otağa gedərək qutudakı məmulatları Emillə birgə ciblərnə qoyduqları ehtimal olunur. Daha sonra Ağa və Emil zonanı bir yerdə tərk edirlər. Həmin vaxt Allahverdi də gömrük zonasında yoxlama otağının qarşısında olur və kənardan onları müşahidə edir. Həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 yay fəslində üst geyim kimi pencəkdən istifadə etdikləri görünür. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 zonanı tərk etdikdən sonra hava limanının dayanacağına doğru gedərək Təqsirləndirilən şəxs3 **-CV-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli “Hyundai Santafe” markalı nəqliyyat vasitəsinə əyləşirlər. Bundan sonra Təqsirləndirilən şəxs3 də gəliş zalındakı gömrük nəzarəti zonasını yanında olan qara rəngli geyimdə və çadrada olan 1 nəfər qadınla birgə tərk edir. Növbəti olaraq, 17 iyul 2023-cü il tarixdə, 14 radələrində Təqsirləndirilən şəxs3 Dubay-Bakı aviareysi ilə ölkə ərazisinə gələrkən Heydər X27da hərəkət trayektoriyasını əks etdirən görüntülərə baxış keçirilir. Baxış zamanı görünür ki, həmin saatlarda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hava limanında Dövlət Sərhəd Xidmətinin sərhəd-nəzarət buraxılış məntəqəsinin yaxınlığında yerləşən tualetin qarşısına gəlirlər. Təqsirləndirilən şəxs1 əlində 1 ədəd göy rəngli sellofan paketdə qutu olduğu görünür. Həmin vaxt Emil və Ağanın yanında başa bir nəfər şəxs də olduğu görünür. Hər ikisi bir neçə dəqiqə tualetin qarşısında dayanaraq Təqsirləndirilən şəxs3 gözləyirlər. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs3 də hava limanında sərhəd-nəzarət buraxılış məntəqəsinin yaxınlığında yerləşən həmin tualetin qarşısına gəlir və əlində olan çantaları yaxınlıqdakı oturacaqların üzərinə qoyur və tualetə daxil olur. Allahverdi tualetə daxil olduqdan sonra onun ardınca Ağa, daha sonra isə Emil tualetə gedir. Bir neçə dəqiqə sonra Allahverdi, ondan sonra isə Ağa tualetdən çıxır. Təqsirləndirilən şəxs1 əlində 1 ədəd göy rəngli sellofan paketlə xidməti keçidə doğru gedir, bir neçə dəqiqə sonra Emil də həmin istiqamətdə gedir. Daha sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 gəliş zalındakı gömrük nəzarəti zonasına gəlirlər, Ağanın əlində qutu olmadığı və xidməti otağa gedərək qutudakı məmulatları Emillə birgə ciblərinə qoyduqları ehtimal olunur. Daha sonra Ağa və Emil zonanı birlikdə tərk edirlər. Həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 yay fəslində üst geyim kimi pencəkdən istifadə etdikləri görünür. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 zonanı tərk etdikdən sonra hava limanının dayanacağına doğru gedərək Təqsirləndirilən şəxs3 **-CV-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli “Hyundai Santafe" markalı nəqliyyat vasitəsinin yanına gəlirlər. Emil nəqliyyat vasitəsinə yaxınlaşaraq sürücü oturacağı hissədən nəqliyyat vasitəsinə əyləşir, Ağa isə ətrafa nəzarət edir, daha sonra Emil nəqliyyat vasitəsindən enir və hər ikisi oradan uzaqlaşırlar. Təqsirləndirilən şəxs3 isə gömrük nəzarəti zonasını “Yaşıl Kanaldan” tərk etmək istəyərkən gömrük əməkdaşları tərəfindən “Qırmızı Kanala" yönləndirilir, daha sonra yoxlama tədbirlərini keçib gömrük nəzarəti zonasını tərk edir. Növbəti olaraq, Təqsirləndirilən şəxs3 10 iyun 2023-cü il tarixdə Bakı-Abu-Dhabi aviareysi ilə, 21 iyun 2023-cü il tarixdə Bakı-Dubay aviareysi ilə, 26 iyun 2023-cü il tarixdə Bakı-Sharjah aviareysi ilə, 4 iyul 2023-cü il tarixdə Bakı-Dubay aviareysi ilə, 9 iyul 2023-cü il tarixdə Bakı-Dubay aviareysi ilə, 20 iyul 2023-cü il tarixdə Bakı-Dubay aviareysi ilə, 24 iyul 2023cü il tarixdə Bakı-Dubay aviareysi ilə, 26 iyul 2023-cü il tarixdə Bakı-Dubay aviareysi ilə və 7 avqust 2023-cü il tarixdə Bakı-Dubay aviareysi ilə ölkə ərazisindən gedərkən Heydər X27da qeydə alınmış videogörüntülərinə baxış keçirilmişdir. Sözügedən görüntülərə baxış zamanı Təqsirləndirilən şəxs3 yuxarıda qeyd olunan tarixlərdə yalnız gömrük və sərhəd buraxılış məntəqələrindən keçdiyi görüntülərin əks olunduğu, hava limanının digər bölgələrində, eləcə də, hava limanına daxil olub gömrük-sərhəd buraxılış məntəqələrinə gələnə qədər və nəzarət zonasını keçdikdən sonra steril zonada olan görüntülərinin olmadığı görünür. Bundan başqa, Təqsirləndirilən şəxs3 7 avqust 2023-cü il tarixdə Bakı- Dubay aviareysi ilə ölkə ərazisindən gedərkən qeydə alınmış görüntülərdən görünür ki, sonuncu sözügedən tarixdə gömrük-sərhəd buraxılış məntəqələrindən 2 nəfər şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslərlə birlikdə keçir. Növbəti olaraq, HNBGİ-dən daxil olmuş 3-33-3100/2-004238/2023 nömrəli məktuba əlavə edilmiş Təqsirləndirilən şəxs3 2 avqust 2023-cü il tarixində ölkə ərazisinə gələrkən ona məxsus əl yüklərinin texniki nəzarət vasitəsindən keçərkən qeydə alınmış monitor görüntülərinə baxış keçirilir. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən məlumatlara rast gəlinmir. Bununla da video görüntülərə baxış zamanı müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 8 avqust 2023-cü il tarixdə, saat 15 radələrində Dubay-Bakı aviareysi ilə X60 hava limanına gəldikdən sonra üzərində gətirdiyi külli miqdarda malları gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirmək məqsədilə hava limanında Dövlət Sərhəd Xidmətinin sərhəd-nəzarət buraxılış məntəqəsinin yaxınlığında yerləşən tualetə daxil olub onu gözləyən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Heydər X27un “Terminal 1”də yerləşən zallarının və vağzalyanı meydanının idarəetmə xidmətində istehsalat və texniki şöbənin komendantı vəzifəsində işləmiş Təqsirləndirilən şəxs1 vermiş, öz növbəsində Təqsirləndirilən şəxs1 qabaqcadan əldə edilmiş ümumi razılığa uyğun olaraq Heydər X27 “Terminal 1”də yerləşən istehsalattexniki şöbəsində rəis vəzifəsində çalışan Təqsirləndirilən şəxs2 ilə birgə xidməti keçiddən istifadə edilməklə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirilməsi məqsədilə üzəri yapışqanlı lentlə sarınmış 4 bağlamada olan həmin malları qəbul edib 1 ədəd qutuya yerləşdirərək oradan çıxmış, onu pusquda gözləyən Təqsirləndirilən şəxs2lə birgə xidməti keçidə doğru gedərkən gömrük rejim zonasında gömrük əməkdaşları tərəfindən saxlanılaraq yoxlamaya cəlb edilmiş və yoxlama zamanı 1 ədəd qutuda 4 ədəd üzəri yapışqanlı lentlə sarılmış polietilen paketdən külli miqdarda həmin mallar aşkar edilərək götürülmüşdür. Bundan başqa, video görüntülərə baxış zamanı həmçinin o da müəyyən olunur ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər də oxşar əməlləri törətmiş, Təqsirləndirilən şəxs3 tərəfindən ölkə ərazisinə gətirilmiş məmulatlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tamah məqsədilə hava limanının ərazisindən gömrük nəzarətindən kənar çıxarılaraq Təqsirləndirilən şəxs3 verilmiş, eləcə də, bir neçə halda Təqsirləndirilən şəxs3 tərəfindən ölkə ərazisindən aparılması nəzərdə tutulmuş nağd şəkildə xarici valyutalar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tamah məqsədilə hava limanının ərazisindən gömrük nəzarətindən kənar çıxarılaraq Təqsirləndirilən şəxs3 verilmişdir (Cild 3, i.v. 1-18;).

63. Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Tikanlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən tərtib olunmuş 25 avqust 2023-cü il tarixli məktubdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Qəbələ rayonu, Tikanlı kəndində qeydiyyatda olmaqla ailə tərkibi arvadı X40, 24 fevral 2012-ci il təvəllüdlü oğlu Qismət Şəfiyev, 23 noyabr 2013-cü il təvəllüdlü qızı Safiya Şəfiyeva, 14 sentyabr 2018-ci il təvəllüdlü qızı Elmira Şəfiyeva və 17 fevral 2021-ci il təvəllüdlü qızı Ruqiyə Şəfiyevadan ibarətdir. Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (Cild 3, i.v. 109-111;).

64. “Sənədlərə baxış keçirilməsi haqqında” 10 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 aşkar edilərək götürülmüş DS300123 və DS300124 nömrəli 2(iki) vərəqdən ibarət invoyslara baxış keçirilmişdir. DS300123 nömrəli invoys sənədində, “X47 MMC” tərəfindən 7 avqust 2023-cü il tarixdə tərtib olunmuş invoysda 1(bir) ədəd 250 qram çəkidə, 54500 (dirhəm olması ehtimal olunur) dəyərində qızıl külçənin mobil telefon nömrəsi +**********3 olaraq qeyd olunmuş Təqsirləndirilən şəxs3 satıldığı əks olunmuşdur. DS300124 nömrəli invoys sənədində “X47 MMC” tərəfindən 7 avqust 2023-cü il tarixdə tərtib olunmuş invoysda 1(bir) ədəd 250 qram çəkidə, 54625 (dirhəm olması ehtimal olunur) dəyərində qızıl külçənin mobil telefon nömrəsi +**********3 olaraq qeyd olunmuş Təqsirləndirilən şəxs3 satıldığı əks olunmuşdur. Növbəti olaraq X20 Dubay gömrük orqanına təqdim olunması üçün tarix göstəricisinə əsasən 2 avqust 2023cü il tarixdə tərtib olunmuş gömrük bəyannaməsinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 tərəfindən Dubay Beynəlxalq hava limanının T2 terminalında X20 Dubay gömrük orqanına 1,1244 kq çəkidə, 265000 dirhəm dəyərində qızıl Azərbaycan Respublikasına gətirilməsi gətirilməsi üçün bəyan olunmuşdur. Belə ki, 2 avqust 2023-cü il tarixdə tərtib olunmuş ***-*******1-23 nömrəli gömrük bəyannaməsində 1,1244 kq çəkidə 265000 dirhəm dəyərində qızıl külçənin ixracatçısı – “AE-1168268-X48 MMC”, malın yükləmə yeri Dubay Beynəlxalq hava limanı qeyd olunmuşdur. Sərnişin haqqında məlumatlarda Təqsirləndirilən şəxs3 adı və PC01093716 nömrəli pasport nömrəlsi, aviareysin nömrəsi isə FZ 707 qeyd olunmuşdur. Belə ki, Allahverdi Şəfiytev 2 avqust 2023-cü il tarixdə, saat 14:47-də Dubay-Bakı aviareysi ilə X14 ölkə ərazisinə, Heydər X27a gəlmişdir. Bununla da, Təqsirləndirilən şəxs3 tərəfindən 1,1244 kq çəkidə, 265000 dirhəm (həmin dövrün məzənnəsinə uyğun olaraq 122642 manat) dəyərində qızıl külçənin 2 avqust 2023-cü il tarixdə Dubay-Bakı aviareysi ilə ölkə ərazisinə gətirildiyi müəyyən olunmuşdur (Cild 3, i.v. 142;).

65. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı birliyinin 77 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən tərtib edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 20 Yanvar küçəsi 9 saylı evin 3-cü mənzilində qeydiyyatda olmaqla ailə tərkibi arvadı X52, uşaqları 2008-ci il təvəllüdlü Ayna Vəliyeva və 2011-ci il təvəllüdlü Əminə Vəliyevadan ibarətdir. Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olmuşdur (Cild 3, i.v. 181-182;).

66. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 4(004)- 691/2023 saylı qərarından görünür ki, X51 barəsində qiyabi olaraq həbs qətimkan tədbiri seçilmişdir (Cild 3, i.v.191-196;).

67. “Baxış keçirilməsi haqqında” 15 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (X21) 12 sentyabr 2023-cü il tarixli, 3-27- 111/2-139/2023 nömrəli məktubla daxil olmuş və iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 istifadəsində olmuş Azərbaycan Respublikası mobil operatoruna məxsus olmayan +**********3 saylı mobil telefon nömrəsi, X25 istifadəsində olan Azərbaycan Respublikası mobil operatoruna məxsus olmayan +**********58 saylı mobil telefon nömrəsindən 1 yanvar 2023-cü il tarixdən 10 avqust 2023cü il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası ərazisində daxil olmuş və çıxan zənglərin əks olunduğu məlumatlara baxış keçirilmiş, baxış zamanı təqsirləndirilən şəxs X25 istifadəsində olan Azərbaycan Respublikası mobil operatoruna məxsus olmayan +**********58 saylı mobil telefon nömrəsindən 1 yanvar 2023-cü il tarixdən 10 avqust 2023cü il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası ərazisində daxil olmuş və çıxan zənglərin əks olunduğu məlumatlara baxış zamanı məktuba əlavə edilmiş məlumatlardan müəyyən olunmuşdur ki, X25 istifadəsində olan +**********58 mobil telefon nömrəsindən iş üzrə şahid qismində dindirilmiş Şahid7 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə 2023-cü ilin yanvar ayından etibarən dəfələrlə zənglər olunduğu və danışıqlar aparıldığı görünür. Həmçinin, Tariyel Əsgərov tərəfindən iş üzrə şahid qismində dindirilmiş Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə də zəng olunduğu və aralarında danışıqlar aparıldığı görünür. Bundan başqa, Tariyel Əsgərov tərəfindən iş üzrə Təqsirləndirilən şəxs4 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 17 yanvar 2023, 26 yanvar 2023, 2 mart 2023 və 19 aprel 2023-cü il tarixlərində olmaqla 4 dəfə, iş üzrə digər Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***- **-** saylı mobil telefon nömrəsinə 17 mart 2023-cü il tarixində olmaqla 1 dəfə zəng olunduğu görünür. Şahid7 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən 2023-cü ilin yanvar ayından etibarən, fevral, mart, aprel, may, iyun və iyul ayları da daxil olmaqla 88 dəfə iş üzrə təqsirləndirilən Tariyel Əsgərova zəng olunmuş və aralarında danışıqlar aparılmışdır. Sonuncu telefon zənglərinin Şahid7 tərəfindən 2023-cü ilin iyul ayında – 1 iyul 2023, 13 iyul 2023, 14 iyul 2023, 17 iyul 2023, 23 iyul 2023-cü il tarixdə olmaqla 6 dəfə zəng olunaraq danışıqlar aparıldığı görünür. Bundan başqa, 2023-cü ilin yanvar-avqust ayları ərzində ***-***-**-** mobil telefon nömrəsindən 40 dəfə, ***-***-**-** mobil telefon nömrəsindən 12 dəfə, ***-***-**-** mobil telefon nömrəsindən 3 dəfə, ***-***- **-** mobil telefon nömrəsindən 3 dəfə, ***-***-**-** mobil telefon nömrəsindən 3 dəfə, ***- ***-**-** mobil telefon nömrəsindən 3 dəfə, ***-***-**-** mobil telefon nömrəsindən 2 dəfə, digr nömrələrdən isə hərəsindən 1 dəfə olmaqla Tariyel Əsgərova zənglər olunaraq danışıqlar aparılmışdır (Cild 3, i.v. 197-203;).

68. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş 14 sentyabr 2023-cü il tarixli məktub və ona əlavə edilmiş əmək müqavilələri və əlavələrindən görünür ki, Təqsirləndirilən şəxs2 "xxxx" QSC-nin Heydər X27un birinci “Terminal” zallarını və vağzalyanı meydanı idarəetmə xidməti istehsalat texniki şöbənin rəisi vəzifəsinə Cəmiyyətin 259/Ş saylı 25 may 2014-cü il tarixli əmri ilə, Təqsirləndirilən şəxs1 isə həmin şöbənin komendantı vəzifəsinə Cəmiyyətin 498/Ş saylı 5 noyabr 2014-cü il tarixli əmri ilə işə qəbul edilmiş və onlar əmək funksiyalarına əsasən vəzifəli şəxslərdir (Cild 3, i.v. 205- 230;).

69. “Telefon danışıqlarına baxış keçirilməsi haqqında” 20 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən 19648 nömrəli məktubla daxil olmuş və iş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ********** saylı mobil telefon nömrəsindən aparılan telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 1 ədəd CD formatlı optik diskə baxış keçirilmiş, baxış zamanı 1 ədəd CD diskdə 2 ədəd “Excel” formatında, 2 ədəd “TXT” formatında fayllar olduğu görünür. Qeyd olunan fayllarda Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ********** saylı mobil telefon nömrəsindən 1 yanvar 2023-cü il tarixdən 10 avqust 2023-cü il tarixədək olan müddət ərzində ötürücü stansiyaları göstərilməklə daxil və xaric olan zənglərin siyahısının, zənglərə dair dislokasiyanın, göndərilən və qəbul edilən SMS-lərin mətnlərinin, daxil və xaric olan zənglərin edildiyi, SMS-!ərin qəbul edildiyi və ötürüldüyü "xxxx" MMC-yə aid nömrələrin məxsus olduğu şəxslərə dair anket məlumatları yer almışdır. Daxil olan və çıxan zənglərə və SMS mətnlərinə müqayisəli təhlil aparılaraq baxış keçirilmiş, ********** saylı mobil telefon nömrəsinin Təqsirləndirilən şəxs1 adına qeydiyyatdan keçdiyi müəyyən olunmuşdur. İlk öncə cinayət hadisəsinin baş verdiyi tarixdə olan yəni, 8 avqust 2023-cü il tarixdə daxil olmuş və çıxan zənglərə, eləcə də, SMS mətnlərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 iş üzrə digər Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ********** saylı nömrə ilə bir neçə dəfə danışıqlar aparması müəyyən olunmuşdur. Həmin tarixdə sonuncu telefon danışığı saat 13:35-də ********** saylı nömrə ilə aparılmışdır və həmin saatlarda Təqsirləndirilən şəxs1 anten dairəsindən sonuncunun hava limanı ərazisində olduğu görünür. Növbəti olaraq, istintaq materiallarına əsasən, Təqsirləndirilən şəxs1 daha əvvəllər də iş üzrə digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə birgə cinayət əlaqəsinə girməsi və Təqsirləndirilən şəxs3 tərəfindən ölkə ərazisinə gətirilən məmulatları əldə edərək Təqsirləndirilən şəxs2lə birgə xidməti keçiddən istifadə etməklə hava limanı ərazisindən gömrük nəzarətindən kənar keçirməsi, eləcə də Təqsirləndirilən şəxs3 tərəfindən ölkə ərazisindən qanunsuz aparılan valyutanın Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vasitəsilə hava limanında gömrük nəzarətindən kənar keçirilməklə steril zonada Allahverdiyə təhvil verilməsi müəyyən edildiyindən Təqsirləndirilən şəxs3 X26 getdiyi və oradan ölkə ərazisinə, hava limanına gəldiyi tarixlər və saatlarda Təqsirləndirilən şəxs1 aparmış olduğu telefon danışıqlarına dair məlumatlara baxış keçirilmişdir. 7 avqust 2023-cü il tarixdə, saat 14:12də Təqsirləndirilən şəxs3 Bakı-Dubay aviareysi ilə ölkə ərazisindən getdiyi tarix və saatda Təqsirləndirilən şəxs1 telefon danışıqlarına dair məlumatlara baxış zamanı, Ağa tərəfindən saat 13:18-də Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ********** nömrəyə zəng olunur və aralarında danışıq aparılır. Saat 13:27-də Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ********** saylı nömrədən Ağaya zəng gəldiyi və aralarında danışıq aparıldığı görünür. Saat 14:01-də Ağa tərəfindən Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ********** nömrəyə zəng olunur və aralarında danışıq aparılır. 1 avqust 2023-cü il tarixdə, saat 07:36- da Təqsirləndirilən şəxs3 Bakı-Dubay aviareysi ilə ölkə ərazisindən getdiyi tarix və saatda Təqsirləndirilən şəxs1 telefon danışıqlarına dair məlumatlara baxış zamanı, həmin saatlarda hər hansı şəxslə telefon danışığı aparmadığı, anten dairəsindən sonuncunun hava limanı ərazisində olduğu görünür. Videogörüntülərə baxış keçirilməsi haqqında 22 avqust 2023-cü il tarixli protokoldan Təqsirləndirilən şəxs3lə Təqsirləndirilən şəxs1 sözügedən tarixdə səhər saat 7 radələrində Allahverdinin idarə etdiyi nəqliyyat vasitəsi ilə hava limanına birgə gəldikləri və daha sonra ayrı-ayrı nəzarətdən keçməklə steril zonada görüşdükləri müəyyən olunur. 26 iyul 2023-cü il tarixdə, saat 08:22-də Təqsirləndirilən şəxs3 Bakı-Dubay aviareysi ilə ölkə ərazisindən getdiyi tarix və saatda Təqsirləndirilən şəxs1 telefon danışıqlarına dair məlumatlara baxış zamanı, saat 01:03-də Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ********** nömrədən Ağaya zəng gəldiyi və aralarında danışıq aparıldığı görünür. Saat 07:11 və 07:13-də Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ********** nömrədən yenidən Ağaya zəng gəldiyi və aralarında danışıq aparıldığı görünür. Saat 07:25-də Təqsirləndirilən şəxs1 tərəfindən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ********** nömrəyə, bir neçə dəqiqə sonra isə Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ********** nömrəyə zəng olunur və aralarında danışıq aparılır. Saat 08:10-da Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ********** nömrədən, saat 08:25-də isə Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ********** nömrədən yenidən Ağaya zəng gəldiyi və aralarında danışıq aparıldığı görünür. Təqsirləndirilən şəxs1 anten dairəsindən onun həmin saatlarda hava limanı ərazisində olduğu görünür. 27 iyul 2023-cü il tarixdə, saat 15:45-də Təqsirləndirilən şəxs3 Dubay-Bakı aviareysi ilə X60 hava limanı ərazisinə gəldiyi tarix və saatda Təqsirləndirilən şəxs1 telefon danışıqlarına dair məlumatlara baxış zamanı, saat 15:24-də Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ********** nömrədən zəng gəldiyi və aralarında danışıq aparıldığı görünür. Bir neçə dəqiqə sonra Ağa tərəfindən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ********** nömrəyə zəng olunur və aralarında danışıq aparılır. Saat 16:11-də Ağa tərəfindən Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ********** nömrəyə zəng olunur və danışıq aparılır. Təqsirləndirilən şəxs1 anten dairəsindən onun həmin saatlarda hava limanı ərazisində olduğu görünür. 24 iyul 2023-cü il tarixdə, saat 08:09-da Bakı-Dubay aviareysi ilə ölkə ərazisindən getdiyi tarix və saatda Təqsirləndirilən şəxs1 telefon danışıqlarına dair məlumatlara baxış zamanı, saat 07:53-də Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ********** nömrədən Təqsirləndirilən şəxs1 zəng gəldiyi və danışıq aparıldığı görünür. Saat 08:09-da isə Ağa tərəfindən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ********** nömrəyə zəng olunur və danışıq aparılır. Həmin saatlarda Təqsirləndirilən şəxs1 anten dairəsindən onun hava limanı ərazisində olduğu görünür. 20 iyul 2023-cü il tarixdə, saat 07:45-də Təqsirləndirilən şəxs3 Bakı-Dubay aviareysi ilə ölkə ərazisindən getdiyi tarix və saatda Təqsirləndirilən şəxs1 telefon danışıqlarına dair məlumatlara baxış zamanı, saat 07:24-də Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ********** nömrədən Təqsirləndirilən şəxs1 zəng gəldiyi və danışıq aparıldığı görünür. Saat 07:49-da isə Ağa tərəfindən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ********** nömrəyə zəng olunur və danışıq aparılır. Saat 08:20-də Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ********** nömrədən Ağaya zəng gəldiyi və aralarında danışıq aparıldığı görünür. Təqsirləndirilən şəxs1 anten dairəsindən onun həmin saatlarda hava limanı ərazisində olduğu görünür. 21 iyul 2023-cü il tarixdə, saat 15:24-də Təqsirləndirilən şəxs3 Dubay-Bakı aviareysi ilə X60 hava limanı ərazisinə gəldiyi tarix və saatda Təqsirləndirilən şəxs1 telefon danışıqlarına dair məlumatlara baxış zamanı, saat 16:09-da Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ********** nömrədən Təqsirləndirilən şəxs1 zəng gəldiyi və aralarında danışıq aparıldığı görünür. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs1 tərəfindən Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ********** nömrəyə zəng olunduğu, daha sonra isə yenidən Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ********** nömrədən Təqsirləndirilən şəxs1 zəng gəldiyi və aralarında danışıq aparıldığı görünür. Daha sonra həmin saatlarda Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ********** nömrə ilə danışıqlar aparıldığı görünür. Təqsirləndirilən şəxs1 anten dairəsindən onun həmin saatlarda hava limanı ərazisində olduğu müəyyən olunur. Daha sonra iş materiallarında olan sənədlərə əsasən, qeyd olunan cinayətin törədilməsində iştirak etmiş digər təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs4 və X51 ilə Təqsirləndirilən şəxs1 arasında zənglərin aparılıb aparılmaması ilə bağlı baxış keçirilir. Baxış zamanı Təqsirləndirilən şəxs1lə digər Təqsirləndirilən şəxs4 istifadəsində olmuş ********** saylı və ********** saylı mobil telefon nömrələri arasında xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasında telefon zənginin aparılmadığı görünür. X25 istifadəsində olduğu müəyyən olunmuş ********** və Azərbaycan Respublikası mobil operatoruna məxsus olmayan +**********58 mobil telefon nömrələri ilə Təqsirləndirilən şəxs1 arasında xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasında telefon zənginin aparılmadığı görünür. SMS mətnlərinə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən digər məlumatlar aşkar olunmamışdır (Cild 3, i.v.247-251;).

70. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Bilriyi 60 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən tərtib olunmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 M.Muxtarov küçəsi 150 saylı evin 14 nömrəli mənzildə qeydiyyatda olmaqla ailə tərkibi 1985-ci təvəllüdlü bacısı X17 və 1992-ci il təvəllüdlü qardaşı Şahid5 ibarətdir. Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (Cild 4, i.v. 35-36;).

71. DGK HNBGİ rəisi tərəfindən verilmiş 7 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 tərəfindən üzərində gətirdiyi yaxud ölkə ərazisindən apardığı valyuta sərvətləri (xarici valyuta, xarici valyutada qiymətli kağızlar, qızıl və ya ondan hazırlanmış zərgərlik məmulatları, qiymətli daşlar) ilə bağlı gömrük orqanına sadələşdirilmiş bəyannamə təqdim edilməmişdir (Cild 4, i.v. 41;).

72. “Bank məlumatlarına baxış keçirilməsi haqqında” 25 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" ASC-dən 9 oktyabr 2023-cü il tarixli məktubla daxil olmuş və Təqsirləndirilən şəxs3 məxsus 1 ədəd 4127 2141 2343 2335 nömrəli "xxxx" “Tam karta” məxsus bank kartının aktiv olma tarixindən 24 avqust 2023-cü il tarixədək olan müddət ərzində maliyyə əməliyyatları və bank hesablarının vəziyyəti barədə məlumatları özündə əks etdirən sənədlərə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs3 adına "xxxx" ASC-nin Yeni Sumqayıt filialında 28 iyun 2023-cü il tarixdə açılmış ******************** saylı bank hesabına bağlı 4127 2141 2343 2335 nömrəli plastik bank kartına beş dəfə ödəniş terminalları, bir dəfə "xxxx" KB ASC-yə məxsus “P2P” mobil tətbiqi və bir dəfə "xxxx" ASC-yə məxsus birbank.az səhifəsi üzərindən mədaxil edilmiş, müxtəlif istiqamətlərə köçürmə etmək yolu ilə məxaric edilmişdir. 28 iyun 2023-cü il tarixdə ödəmə terminalı vasitəsilə tranzaksiya nömrəsi 219ru**********4 olan 1000 manat, yenə həmin tarixdə tranzaksiya nömrəsi 219ru**********9 olan 1950 manat, yenə həmin tarixdə tranzaksiya nömrəsi 219ru**********7 olan 850 manat, 30 iyun 2023-cü il tarixdə ödəmə terminalı vasitəsilə tranzaksiya nömrəsi 219ru**********4 olan 1570 manat, 4 iyul 2023-cü il tarixdə "xxxx" KB ASC-yə məxsus “P2P” mobil tətbiqi vasitəsilə tranzaksiya nömrəsi 219ru**********9 olan 600 manat, “Kapital Bank" ASC-yə məxsus birbank.az səhifəsi üzərindən tranzaksiya nömrəsi 219ru**********0 olan 216 manat pul vəsaitlərinin karta mədaxil edildiyi görünür. Məxariclərə baxış zamanı, 28 iyun 2023-cü il tarixdə 518 manat, 700 manat, 400 manat, 375 manat, 30 iyun 2023-cü il tarixdə 2000 manat və digər məbləğlərdə məxariclər edildiyi, lakin həmin vəsaitlərin hara köçürüldüyü ilə bağlı məlumatların əks olunmadığı görünür (Cild 4, i.v.52;).

73. “Telefon danışıqlarına baxış keçirilməsi haqqında” 30 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən AZF/LGL- 6792/23 nömrəli məktubla daxil olmuş və iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ********** mobil telefon nömrəsi, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ********** mobil telefon nömrəsi və Təqsirləndirilən şəxs4 istifadəsində olmuş ********** və ********** mobil telefon nömrələrindən aparılan telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 1 ədəd CD formatlı optik diskə iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi məqsədilə baxış keçirilmiş, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ********** mobil telefon nömrəsindən aparılmış telefon danışıqlarına dair məlumatlara baxış zamanı ilk öncə hadisə baş verdiyi tarixdə olan yəni, Təqsirləndirilən şəxs3 digər Təqsirləndirilən şəxs1lə Dövlət Sərhəd Xidmətinin sərhəd-nəzarət buraxılış məntəqəsinin yaxınlığında yerləşən tualetdə görüşdüyü, sonuncunun külli miqdarda məmulatları Təqsirləndirilən şəxs1 verməsi və Ağanın da həmin məmulatları alıb qrupun digər üzvü Təqsirləndirilən şəxs2lə birgə hava limanı ərazisindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirdiyi 8 avqust 2023-cü il tarixdə daxil olmuş və çıxan zənglərə, eləcə də, SMS mətnlərinə baxış keçirilmişdir. Baxış zamanı sözügedən tarixdə Təqsirləndirilən şəxs3 hər hansı şəxslə telefon zəngi aparmadığı görünür. Sözügedən tarixdə SMS mətnlərinə baxış zamanı məlumatlara rast gəlinmir. Cinayət hadisəsindən 1 gün qabaq, Təqsirləndirilən şəxs3 cinayətin predmeti hesab olunan məmulatları gətirmək məqsədilə Bakı-Dubay aviareysi ilə getdiyi 7 avqust 2023-cü il tarixdə aparılmış telefon danışıqlarına dair məlumatlara baxış keçirilir. Saat 13:06-da Təqsirləndirilən şəxs3 tərəfindən ********** mobil telefon nömrəsinə zəng olunduğu və aralarında 20 dəqiqədən artıq müddətdə danışıq aparıldığı görünür. Həmin saatda Təqsirləndirilən şəxs3 anten dairəsindən onun həmin saatda artıq hava limanı ərazisində olduğu görünür. Sonuncunun hava limanında olduğu növbəti dəqiqələrdə aparılmış danışıqlara baxış zamanı Allahverdi tərəfindən saat 13:27-də iş üzrə digər Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ********** mobil telefon nömrəsinə zəng etdiyi və aralarında danışıq aparıldığı görünür. Saat 14:01-də Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ********** mobil telefon nömrəsindən Allahverdiyə zəng gəldiyi və aralarında telefon danışıqlarının aparıldığı görünür. Növbəti olaraq həmin saatlarda Allahverdi tərəfindən ********** mobil telefon nömrəsinə zəng olunduğu və danışıq aparıldığı görünür. Təqsirləndirilən şəxs3 anten dairəsindən onun həmin saatda hava limanı ərazisində olduğu görünür. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş mobil telefon nömrəsindən aparılan telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında 20 sentyabr 2023-cü il tarixli protokoldan Təqsirləndirilən şəxs1 də həmin saatlarda hava limanı ərazisində olduğu müəyyən olunmuşdur. İstintaq sənədlərindən və anten məlumatlarından ********** mobil telefon nömrəsinin iş üzrə digər Təqsirləndirilən şəxs1 istifadəsində oiduğu görünür. Bundan başqa, Təqsirləndirilən şəxs3 məxsus mobil telefon aparatlarına baxış keçirilməsi haqqında 21 avqust 2023-cü il tarixli protokoldan, ********** mobil telefon nömrəsinin Allahverdiyə məxsus mobil telefonda "Abdurahman" adı ilə qeyd olunduğu və Təqsirləndirilən şəxs3 qrupun digər üzvü Təqsirləndirilən şəxs4la 1 avqust 2023-cü il tarixdə, saat 13 radələrində apardığı SMS-lərdə Allahverdinin ona çatası pulu ’’Abdurahman” adlı şəxsə verməsini Elnura bildirdiyi görünür. Növbəti olaraq, istintaq materiallarına əsasən, Təqsirləndirilən şəxs3 daha əvvəllər də iş üzrə digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1lə birgə cinayət əlaqəsinə girməsi və Allahverdi tərəfindən ölkə ərazisinə gətirilən məmulatları əldə edərək Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə birgə xidməti keçiddən istifadə etməklə hava limanı ərazisindən gömrük nəzarətindən kənar keçirməsi, eləcə də Təqsirləndirilən şəxs3 tərəfindən ölkə ərazisindən qanunsuz aparılan valyutanın Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vasitəsilə hava limanında gömrük nəzarətindən kənar keçirilməklə steril zonada Allahverdiyə təhvil verilməsi müəyyən edildiyindən Təqsirləndirilən şəxs3 X26 getdiyi və oradan ölkə ərazisinə, hava limanına gəldiyi tarixlər və saatlarda Təqsirləndirilən şəxs1 aparmış olduğu telefon danışıqlarına dair məlumatlara baxış keçirilir. 26 iyul 2023-cü il tarixdə, saat 08:22-də Təqsirləndirilən şəxs3 Bakı-Dubay aviareysi ilə ölkə ərazisindən getdiyi tarix və saatda telefon danışıqlarına dair məlumatlara baxış zamanı, saat 7 radələrindən etibarən Təqsirləndirilən şəxs3lə iş üzrə digər Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ********** mobil telefon nömrəsi arasında bir neçə dəfə danışıq aparıldığı görünür. Təqsirləndirilən şəxs3 anten dairəsindən onun həmin saatlarda hava limanı ərazisində olduğu görünür. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş mobil telefon nömrəsindən aparılan telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında 20 sentyabr 2023-cü il tarixli protokoldan da, Təqsirləndirilən şəxs1 də həmin saatlarda hava limanı ərazisində olduğu müəyyən olunmuşdur. 27 iyul 2023-cü il tarixdə, saat 15:45-də Təqsirləndirilən şəxs3 Dubay-Bakı aviareysi ilə X60 hava limanı ərazisinə gəldiyi tarix və saatda telefon danışıqlarına dair məlumatlara baxış zamanı, saat 15:24-də Allahverdi tərəfindən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ********** mobil telefon nömrəsinə zəng olunduğu və aralarında danışıq aparıldığı görünür. Təqsirləndirilən şəxs3 anten dairəsindən onun həmin saatlarda hava limanı ərazisində olduğu görünür. 20 sentyabr 2023-cü il tarixli protokoldan Təqsirləndirilən şəxs1 də həmin saatlarda hava limanı ərazisində olduğu müəyyən olunmuşdur. Daha sonrakı saatlarda, 16:11-də Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ********** mobil telefon nömrəsindən, bir neçə dəqiqə sonra isə “Abdurahman" adlı şəxsin istifadəsində olduğu müəyyən olunmuş ********** mobil telefon nömrəsindən Allahverdiyə zəng olunaraq danışıqlar aparıldığı görünür. 20 iyul 2023-cü il tarixdə, saat 07:45-də Təqsirləndirilən şəxs3 Bakı-Dubay aviareysi ilə ölkə ərazisindən getdiyi tarix və saatda telefon danışıqlarına dair məlumatlara baxış zamanı, sonuncunun saat 08:20-də Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ********** mobil telefon nömrəsinə zəng etdiyi və aralarında danışıq aparıldığı görünür. Təqsirləndirilən şəxs3 anten dairəsindən onun həmin saatlarda hava limanı ərazisində olduğu görünür. 20 sentyabr 2023-cü il tarixli protokoldan Təqsirləndirilən şəxs1 də həmin saatlarda hava limanı ərazisində olduğu müəyyən olunmuşdur. Daha sonrakı tarixlərdə aparılmış telefon danışıqlarına baxış zamanı Təqsirləndirilən şəxs3lə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ********** mobil telefon nömrəsi arasında dəfələrlə danışıqlar aparıldığı görünür. Daha sonra iş materiallarında olan sənədlərə əsasən, qeyd olunan cinayətin törədilməsində iştirak etmiş digər təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və X51 ilə Təqsirləndirilən şəxs3 arasında telefon zənglərinin aparılıb aparılmaması ilə bağlı baxış keçirilir. Baxış zamanı Təqsirləndirilən şəxs3lə digər Təqsirləndirilən şəxs4 istifadəsində olmuş ********** və ********** mobil telefon nömrələri arasında xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasında telefon zənginin aparılmadığı müəyyən edilməmişdir. Bununla belə, Təqsirləndirilən şəxs3 məxsus mobil telefon aparatlarına baxış keçirilməsi haqqında 21 avqsut 2023-cü il tarixli protokoldan Təqsirləndirilən şəxs3 məxsus mobil telefonda Təqsirləndirilən şəxs4 istifadəsində olmuş ********** mobil telefon nömrəsinin “Elnur tarik baki” adı ilə qeyd olunduğu və tərəflər arasında “WhatsApp” mobil tətbiqi vasitəsilə dəfələrlə danışıqlar aparıldığı və cinayətin detalları ilə bağlı SMS-lər göndərildiyi müəyyən olunur. X25 istifadəsində olduğu müəyyən olunmuş ********** və Azərbaycan Respublikası mobil operatoruna məxsus olmayan +**********58 mobil telefon nömrələri ilə Təqsirləndirilən şəxs3 arasında xx.xx.2023-xx.xx.2023-cü tarixləri arasında telefon zənginin aparılmadığı görünür. Lakin, Təqsirləndirilən şəxs3 məxsus mobil telefon aparatlarına baxış keçirilməsi haqqında 21 avqust 2023-cü il tarixli protokoldan Təqsirləndirilən şəxs3 məxsus mobil telefonda təqsirləndirilən şəxs Tariyel Əsgərovun istifadəsində olan +**********58 mobil telefon nömrəsinin “Dubay” adı ilə qeyd olunduğu və tərəflər arasında “WhatsApp” mobil tətbiqi vasitəsilə dəfələrlə danışıqlar aparıldığı və cinayətin detalları ilə bağlı SMS-lər göndərildiyi müəyyən olunur. Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ********** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs3 arasında xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasında telefon zənginin aparılmadığı görünür. Növbəti olaraq, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ********** mobil telefon nömrəsindən aparılmış telefon danışıqlarına dair məlumatlara baxış keçirilir. ********** mobil telefon nömrəsinin Təqsirləndirilən şəxs2 adına qeydiyyatdan keçdiyi görünür. İlk öncə hadisə baş verdiyi tarixdə olan yəni, Təqsirləndirilən şəxs3 digər Təqsirləndirilən şəxs1lə Dövlət Sərhəd Xidmətinin sərhəd-nəzarət buraxılış məntəqəsinin yaxınlığında yerləşən tualetdə görüşdüyü, sonuncunun külli miqdarda məmulatları Təqsirləndirilən şəxs1 verməsi və Ağanın da həmin məmulatları alıb Təqsirləndirilən şəxs2lə birgə hava limanı ərazisindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirdiyi 8 avqust 2023-cü il tarixdə daxil olmuş və çıxan zənglərə, eləcə də SMS mətnlərinə baxış keçirilir. Baxış zamanı, saat 10 radələrindən etibarən Təqsirləndirilən şəxs2lə iş üzrə digər Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ********** mobil telefon nömrəsi arasında bir neçə dəfə danışıqlar aparıldığı müəyyən olunur. Təqsirləndirilən şəxs2 anten dairəsindən sonuncunun hava limanı ərazisində olduğu görünür. Cinayət hadisəsindən 1 gün qabaq, yəni Təqsirləndirilən şəxs3 cinayətin predmeti hesab olunan məmulatları gətirmək məqsədilə Bakı-Dubay aviareysi ilə getdiyi 7 avqust 2023-cü il tarixdə, saat 14 radələrində Təqsirləndirilən şəxs2 tərəfindən aparılmış telefon danışıqlarına dair məlumatlara baxış keçirilir. Baxış zamanı Təqsirləndirilən şəxs2 anten dairəsindən sonuncunun həmin vaxt hava limanı ərazisində olduğu görünür. Növbəti olaraq, istintaq materiallarına əsasən, Təqsirləndirilən şəxs2 daha əvvəllər də iş üzrə digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3lə birgə cinayət əlaqəsinə girməsi və Təqsirləndirilən şəxs3 tərəfindən ölkə ərazisinə gətirilən məmulatları Ağanın əldə edərək Emillə birgə xidməti keçiddən istifadə etməklə hava limanı ərazisindən gömrük nəzarətindən kənar keçirməsi, eləcə də Təqsirləndirilən şəxs3 tərəfindən ölkə ərazisindən qanunsuz aparılan valyutanın Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vasitəsilə hava limanında gömrük nəzarətindən kənar keçirilməklə steril zonada Allahverdiyə təhvil verilməsi müəyyən edildiyindən Təqsirləndirilən şəxs3 X26 getdiyi və oradan ölkə ərazisinə, hava limanına gəldiyi tarixlər və saatlarda Təqsirləndirilən şəxs1 aparmış olduğu telefon danışıqlarına dair məlumatlara baxış keçirilir. 26 iyul 2023- cü il tarixdə, saat 08:22-də Təqsirləndirilən şəxs3 Bakı-Dubay aviareysi ilə ölkə ərazisindən getdiyi tarix və saatda Təqsirləndirilən şəxs2 telefon danışıqlarına dair məlumatlara baxış zamanı, saat 07:27-də Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ********** nömrədən Təqsirləndirilən şəxs2 zəng gəldiyi, saat 08:10-da isə Təqsirləndirilən şəxs2 tərəfindən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ********** nömrəyə zəng olunduğu və aralarında danışıqlar aparıldığı görünür. Təqsirləndirilən şəxs2 anten dairəsindən onun həmin saatlarda hava limanı ərazisində olduğu görünür. 27 iyul 2023-cü il tarixdə, saat 15:45-də Təqsirləndirilən şəxs3 Dubay-Bakı aviareysi ilə X60 hava limanı ərazisinə gəldiyi tarix və saatda Təqsirləndirilən şəxs2 telefon danışıqlarına dair məlumatlara baxış zamanı, saat 15:27-də Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ********** nömrədən Təqsirləndirilən şəxs2 zəng olunduğu və aralarında danışıqlar aparıldığı görünür. Təqsirləndirilən şəxs2 anten dairəsindən onun həmin saatlarda hava limanı ərazisində olduğu görünür. Daha sonrakı tarixlərdə aparılmış telefon danışıqlarına baxış zamanı Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ********** mobil telefon nömrəsi arasında dəfələrlə danışıqlar aparıldığı görünür. Daha sonra iş materiallarında olan sənədlərə əsasən, qeyd olunan cinayətin törədilməsində iştirak etmiş digər təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və X51 ilə Təqsirləndirilən şəxs2 arasında zənglərin aparılıb aparılmaması ilə bağlı baxış keçirilir. Baxış zamanı Təqsirləndirilən şəxs2lə digər Təqsirləndirilən şəxs4 istifadəsində olmuş ********** və ********** mobil telefon nömrələri, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ********** və Azərbaycan Respublikası mobil operatoruna məxsus olmayan +**********3 mobil telefon nömrələri və X25 istifadəsində olduğu müəyyən olunmuş ********** və Azərbaycan Respublikası mobil operatoruna məxsus olmayan +**********58 mobil telefon nömrələri ilə Təqsirləndirilən şəxs2 arasında xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasında telefon zənginin aparılmadığı görünür. Təqsirləndirilən şəxs4 istifadəsində olmuş ********** saylı və ********** mobil telefon nömrələrindən aparılmış telefon danışıqlarına dair məlumatlara baxış zamanı həmin mobil telefon nömrələrinin Təqsirləndirilən şəxs4 adına qeydiyyatdan keçdiyi müəyyən olunur. ********** mobil telefon nömrəsindən aparılmış telefon danışıqlarına baxış zamanı ilk öncə hadisə baş verdiyi 08 avqust 2023-cü il tarixdə daxil olmuş və çıxan zənglərə, eləcə də, SMS mətnlərinə baxış keçirilir. Baxış zamanı həmin tarixdə, saat 22:11-22:33 aralıqlarında ********** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs4 arasında bir neçə dəfə telefon danışığı aparıldığı müəyyən olunur. Təqsirləndirilən şəxs4 anten dairəsindən onun Bakı şəhəri, Yasamal rayonu ərazisində olduğu müəyyən olunur. Təqsirləndirilən şəxs4 məxsus mobil telefon aparatına baxış keçirilməsi haqqında 14 avqust 2023-cü il tarixli protokoldan ********** nömrənin “Raqif T" adı ilə qeyd olunduğu görünür. Həmin tarixdə, saat 23:58-də cinayətkar qrupun üzvü, axtarışda olan digər təqsirləndirilən şəxs Tariyel Əsgərovun istifadəsində olduğu müəyyən olunmuş +**********58 nömrədən Elnura zəng gəldiyi və aralarında danışıq aparıldığı görünür. Həmin tarixdə SMS mətnlərinə baxış zamanı məlumatlara rast gəlinmir. Təqsirləndirilən şəxs4 məxsus mobil telefon aparatına baxış keçirilməsi haqqında 14 avqust 2023-cü il tarixli protokoldan cinayət hadisəsinin baş verdiyi tarixdə Elnur tərəfindən “Whatsapp" mobil əlavəsi üzərindən müxtəlif şəxslərlə, eləcə də, iş üzrə digər təqsirləndirilən Təqsirləndirilən şəxs3lə dəfələrlə danışıqlar aparıldığı görünür. Cinayət hadisəsindən 1 gün qabaq, Təqsirləndirilən şəxs3 cinayətin predmeti hesab olunan məmulatları gətirmək məqsədilə Bakı-Dubay aviareysi ilə getdiyi 07 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs4 tərəfindən aparılmış telefon danışıqlarına dair məlumatlara baxış keçirilir. Saat 16 radələrində Təqsirləndirilən şəxs4 tərəfindən qardaşı, iş üzrə şahid qismində dindirilmiş Şahid5 istifadəsində olan ********** nömrəyə zəng olunaraq danışıqlar aparıldığı görünür. Təqsirləndirilən şəxs4 məxsus mobil telefon aparatına baxış keçirilməsi haqqında 14 avqust 2023-cü il tarixli protokoldan 7 avqust 2023-cü il tarixdə, saat 01:13-də, saat 11:32- 13:35 aralıqlarında Təqsirləndirilən şəxs3 İstifadəsində olduğu müəyyən olunmuş +**********3 nömrə ilə Elnur arasında “Whatsapp” mobil əlavəsi üzərindən danışıqlar aparıldığı müəyyən olunduğundan həmin saatlarda Təqsirləndirilən şəxs4 anten məlumatlarına baxış keçirilir. Baxış zamanı Təqsirləndirilən şəxs4 həmin saatlarda ünvan 4 ünvanında olduğu görünür. Növbəti olaraq, istintaq materiallarına əsasən, Təqsirləndirilən şəxs3 daha əvvəllər də iş üzrə digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4la birgə cinayət əlaqəsinə girməsi və Allahverdi tərəfindən ölkə ərazisinə gətirilən məmulatları Təqsirləndirilən şəxs1 əldə edərək Təqsirləndirilən şəxs2lə birgə xidməti keçiddən istifadə etməklə hava limanı ərazisindən gömrük nəzarətindən kənar keçirməsi və Təqsirləndirilən şəxs3 verməsi, sonuncunun da həmin məmulatları Təqsirləndirilən şəxs4 realizəsi üçün verdiyi müəyyən olunduğundan, eləcə də, Təqsirləndirilən şəxs3 tərəfindən ölkə ərazisindən qanunsuz aparılan xarici valyutanın Elnur tərəfindən qabaqcadan ona verildiyi müəyyən olunduğundan Təqsirləndirilən şəxs3 X26 getdiyi və oradan ölkə ərazisinə, hava limanına gəldiyi tarixlər və saatlarda, həmçinin həmin tarixlərdən əvvəl və sonra Təqsirləndirilən şəxs4 aparmış olduğu telefon danışıqlarına dair məlumatlara baxış keçirilir. xx.xx.2023-cü il tarixdə Elnur tərəfindən saat 16 radələrində iş üzrə şahid qismində dindirilmiş və istintaq sənədlərinə əsasən, fakt üzrə aşkar olunmuş qaçaqmalçılıq predmetlərindən bir qismini əldə etməli olan Şahid6 və Şahid7 yanında işləmiş, sonuncuların işçisi kimi adı hallanan, eləcə də, daha əvvəllər də bir neçə dəfə Təqsirləndirilən şəxs4 Tariyel tərəfindən göndərilmiş qaçaqmalçılıq predmetlərini əldə edərək Şahid6 və Şahid7 çatdırmış X18 istifadəsində olan ********** nömrə ilə danışıq aparıldığı görünür. Təqsirləndirilən şəxs4 məxsus mobil telefon aparatına baxış keçirilməsi haqqında 14 avqust 2023-cü il tarixli protokoldan 2 avqust 2023-cü il Elnur tərəfindən “Whatsapp” mobil əlavəsi üzərindən müxtəlif şəxslərlə, eləcə də, iş üzrə digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Tariyel Əsgərovla dəfələrlə danışıqlar aparıldığı görünür. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs4la saat 14 radələrində ********** nömrə, ********** nömrə arasında danışıqlar aparıldığı görünür. Təqsirləndirilən şəxs4 məxsus mobil telefon aparatına baxış keçirilməsi haqqında 14 avqust 2023-cü il tarixli protokoldan xx.xx.2023-cü il tarixdə Elnur tərəfindən “Whatsapp” mobil əlavəsi üzərindən müxtəlif şəxslərlə, eləcə də, iş üzrə digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Tariyel Əsgərovla dəfələrlə danışıqlar aparıldığı müəyyən olunur. Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə saat 08:22-də Bakı-Dubay aviareysi ilə ölkə ərazisindən getdiyi, xx.xx.2023-cü il tarixdə saat 15:45-də Dubay-Bakı aviareysi ilə ölkə ərazisinə gəldiyi tarix və saatlarında Təqsirləndirilən şəxs4 telefon danışıqlarına dair məlumatlara baxış zamanı sonuncunun xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində şahid X18 istifadəsində olan ********** nömrə ilə, saat 21 radələrində iş üzrə şahid qismində dindirilmiş və Tariyel tərəfindən daha əvvəllər qaçaqmalçılıq yolu ilə göndərilmiş qızıl külçələri əldə etdiyi müəyyən olunmuş Şahid1 istifadəsində olan ********** nömrə ilə danışıqlar aparıldığı müəyyən olunur. Təqsirləndirilən şəxs3 24 iyul 2023-cü il tarixdə, saat 08:09-da Bakı-Dubay aviareysi ilə ölkə ərazisindən getdiyi, 25 iyul 2023-cü il tarixdə, saat 11:20-də Dubay-Bakı aviareysi ilə ölkə ərazisinə gəldiyi tarix və saatlarda Təqsirləndirilən şəxs4 telefon danışıqlarına dair məlumatlara baxış zamanı xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində axtarışda olan digər təqsirləndirilən şəxs Tariyel Əsgərovun istifadəsində olduğu müəyyən olunmuş +**********58 nömrədən Elnura zəng gəldiyi və aralarında danışıq aparıldığı görünür. Saat 16 radələrində Şahid1 istifadəsində olan ********** nömrə ilə danışıqlar aparıldığı görünür. Təqsirləndirilən şəxs3 13 iyul 2023-cü il tarixdə, saat 09:12-də Bakı-Dubay aviareysi ilə ölkə ərazisindən getdiyi, 17 iyul 2023-cü il tarixdə, saat 14:13-də Dubay-Bakı aviareysi ilə ölkə ərazisinə gəldiyi tarix və saatlarda Təqsirləndirilən şəxs4 telefon danışıqlarına dair məlumatlara baxış zamanı, 17 iyul 2023-cü il tarixdə, saat 18 və 19 radələrində Elnurla sonuncunun ifadələrində Tariyel tərəfindən daha əvvəllər qaçaqmalçılıq yolu ilə göndərilmiş məmulatları aparıb təhvil verdiyini, eləcə də, hazırkı fakt üzrə saxlanılmış məmulatlardan müəyyən qisminin də ona məxsus olduğunu göstərdiyi, iş üzrə şahid qismində dindirilmiş Şahid7 istifadəsində olan ********** nömrə ilə bir neçə dəfə danışıqlar aparıldığı görünür. Saat 22:16-da Şahid7 istifadəsində olan ********** nömrədən, saat 22:42-də isə təqsirləndirilən şəxs Tariyel Əsgərovun istifadəsində olduğu müəyyən olunmuş +**********58 nömrədən Elnura zəng gəldiyi və aralarında danışıqlar aparıldığı görünür. Saat 23:59-da isə Elnur tərəfindən ********** nömrəyə zəng olunaraq danışıq aparılır. Təqsirləndirilən şəxs4 məxsus mobil telefon aparatına baxış keçirilməsi haqqında 14 avqust 2023-cü il tarixli protokoldan görünür ki, ********** nömrə sonuncuya məxsus mobil telefonda “Reshad Shtxmammadov11 Ələkbər” adı ilə qeyd olunmuşdur və cinayət hadisəsinin baş verdiyi tarixdə Elnurla həmin şəxs arasında “WhatsApp" mobil tətbiqi vasitəsilə dəfələrlə danışıqlar aparılmışdır. Təqsirləndirilən şəxs3 9 iyul 2023-cü il tarixdə, saat 22:34-də Bakı-Dubay aviareysi ilə ölkə ərazisindən getdiyi, 10 iyul 2023-cü il tarixdə, saat 12:19-da Dubay-Bakı aviareysi ilə ölkə ərazisinə gəldiyi tarix və saatlarda Təqsirləndirilən şəxs4 telefon danışıqlarına dair məlumatlara baxış zamanı, saat 22:38-də Elnura sonuncunun ifadələrində Tariyel tərəfindən daha əvvəllər qaçaqmalçılıq yolu ilə göndərilmiş məmulatları aparıb təhvil verdiyini, eləcə də, hazırkı fakt üzrə saxlanılmış məmulatlardan müəyyən qisminin də ona məxsus olduğunu göstərdiyi, iş üzrə şahid qismində dindirilmiş Şahid2 oğfunun istifadəsində olan ********** nömrədən zəng gəldiyi və aralarında danışıq aparıldığı müəyyən olunur. Saat 22:44-də Elnura məxsus mobil telefonda “Reshad Shıxmammadovl 1 Ələkbər" adı ilə qeyd olunmuş ********** nömrədən zəng gəlir və danışıq aparılır. Tariyel Əsgərov tərəfindən qaçaqmalçılıq yolu ilə göndərilmiş və fakt üzrə saxlanılmış cinayətin predmeti olan məmulatları əldə etməli olduqları müəyyən olunmuş Şahid2 istifadəsində olan ********** nömrə, Şahid4 istifadəsində olan ********** nömrə, Şahid13 istifadəsində olan **********, +**********9 və +324996011 nömrələr, Qulu-zadə Elxan Nazim oğlunun istifadəsində olan ********** nömrə, Şahid7 istifadəsində olan ********** nömrə, Şahid6 istifadəsində olan ********** nömrə, Şahid1 istifadəsində olan ********** nömrə, X34 istifadəsində olan ********** nömrə, X10 istifadəsində olan ********** nömrə, daha əvvəllər bir neçə dəfə Tariyel tərəfindən göndərilmiş qaçaqmalçılıq predmetlərini Təqsirləndirilən şəxs4 əldə edərək Şahid6 və Şahid7 çatdırmış, istintaq sənədlərində sonuncuların işçisi kimi adı hallanan X18 istifadəsində olan ********** və ********** nömrələr, daha əvvəllər bir neçə dəfə Tariyel tərəfindən göndərilmiş qaçaqmalçılıq predmetlərini Təqsirləndirilən şəxs3 əldə edərək Şahid13 çatdırmış, istintaq sənədlərində sonuncunun sürücüsü kimi adı hallanan X13 istifadəsində olan ********** nömrə ilə Təqsirləndirilən şəxs4 arasında danışıqların aparılıbaparılmadığı ilə bağlı baxış keçirilir. Baxış zamanı Təqsirləndirilən şəxs4la Şahid2 istifadəsində olan ********** saylı nömrə arasında ilk dəfə 21 yanvar 2023-cü il tarixdən etibarən danışıqlar aparıldığı, daha sonra fevral, mart, aprel, may, iyul ayları da daxil olmaqla 16 dəfə aralarında telefon danışıqlarının aparıldığı, bundan başqa, yuxarıda da qeyd olunduğu kimi, həmin danışıqların bir qisminin qrupun üzvü Tariyel tərəfindən məmulatları Allahverdi vasitəsilə ölkə ərazisinə göndərdiyi tarixlərdə baş tutduğu, həmçinin Təqsirləndirilən şəxs4 məxsus mobil telefon aparatına baxış keçirilməsi haqqında 14 avqust 2023-cü il tarixli protokoldan cinayət hadisəsinin baş verdiyi 8 avqust 2023-cü il tarixdə də tərəflər arasında mobil telefonun “Whatsapp” mobil tətbiqi üzərindən telefon danışıqlarının aparıldığı görünür. Qulu-zadə Elxan Nazim oğlunun istifadəsində olan ********** nömrə ilə Təqsirləndirilən şəxs4 arasında xx.xx.2023-cü il tarixdən etibarən danışıqlar aparıldığı, növbəti danışıqların 16 mart 2023, 26 mart 2023, 29 aprel 2023-cü il tarixlərində və sonuncu danışığın 12 iyun 2023-cü il tarixdə baş tutduğu görünür. Şahid7 istifadəsində olan ********** nömrə ilə Təqsirləndirilən şəxs4 arasında xx.xx.2023-cü il tarixdən etibarən danışıqlar aparıldığı, növbəti danışıqların fevral, mart, aprel, may, iyun, iyul tarixlərində olmaqla 50 dəfə danışıq aparıldığı, bundan başqa, yuxarıda da qeyd olunduğu kimi, həmin danışıqların bir qisminin qrupun üzvü Tariyel tərəfindən məmulatları Allahverdi vasitəsilə ölkə ərazisinə göndərdiyi tarixlərdə baş tutduğu, həmçinin Təqsirləndirilən şəxs4 məxsus mobil telefon aparatına baxış keçirilməsi haqqında 14 avqust 2023-cü il tarixli protokoldan cinayət hadisəsinin baş verdiyi 8 avqust 2023- cü il tarixdə də tərəflər arasında mobil telefonun “Whatsapp” mobil tətbiqi üzərindən telefon danışıqlarının aparıldığı görünür. Şahid6 istifadəsində olan ********** nömrə ilə Təqsirləndirilən şəxs4 arasında 18 yanvar 2023-cü il tarixdən etibarən danışıqlar aparıldığı, növbəti danışıqların fevral, mart, aprel, may, iyun tarixlərində olmaqla 36 dəfə danışıq aparıldığı, bundan başqa, Təqsirləndirilən şəxs4 məxsus mobil telefon aparatına baxış keçirilməsi haqqında 14 avqust 2023-cü il tarixli protokoldan cinayət hadisəsinin baş verdiyi 8 avqust 2023-cü il tarixdə də tərəflər arasında mobil telefonun “Whatsapp” mobil tətbiqi üzərindən telefon danışığının aparıldığı görünür. Şahid1 istifadəsində olan ********** nömrə ilə Təqsirləndirilən şəxs4 arasında xx.xx.2023-cü il tarixdən etibarən danışıqlar aparıldığı, növbəti danışıqların xx.xx.2023, xx.xx.2023, 25 iyul 2023-cü il tarixlərində və sonuncu danışığın 27 iyul 2023-cü il tarixdə baş tutduğu müəyyən olunur. X34 istifadəsində olan ********** nömrə ilə Təqsirləndirilən şəxs4 arasında 2 dəfə, 5 iyun 2023cü il tarixdə telefon zənginin aparıldığı və ilk zəngin Elnur tərəfindən edildiyi görünür. Təqsirləndirilən şəxs4 məxsus mobil telefon aparatına baxış keçirilməsi haqqında 14 avqust 2023-cü il tarixli protokoldan qrupun üzvü Tariyel tərəfindən daha əvvəllər müxtəlif məmulatları Allahverdi vasitəsilə ölkə ərazisinə göndərdiyi tarixlərdə Əsgərlə Elnur arasında “Whatsapp” mobil tətbiqi üzərindən telefon danışıqlarının aparıldığı müəyyən olunur. X10 istifadəsində olan ********** nömrə ilə Təqsirləndirilən şəxs4 arasında 20 fevral 2023-cü il tarixdən etibarən danışıqlar aparıldığı, növbəti danışıqların 21 fevral 2023, 22- 24 mart 2023, 30 mart 2023, 6 aprel 2023-cü il tarixlərində və sonuncu danışığın 8 iyun 2023-cü il tarixdə baş tutduğu müəyyən olunur. Bundan başqa, Təqsirləndirilən şəxs4 məxsus mobil telefon aparatına baxış keçirilməsi haqqında 14 avqust 2023-cü il tarixli protokoldan cinayət hadisəsinin baş verdiyi 8 avqust 2023-cü il tarixdə və digər tarixlərdə də tərəflər arasında mobil telefonun “Whatsapp” mobil tətbiqi üzərindən telefon danışıqlarının aparıldığı müəyyən olunur. X18 istifadəsində olan ********** və ********** nömrələr ilə Təqsirləndirilən şəxs4 arasında 7 yanvar 2023 və 27 iyul 2023-cü il tarixlərində 5 dəfə, ********** nömrə ilə isə 29 aprel 2023, 2 may 2023 və 12 may 2023-cü il tarixlərində 3 dəfə telefon zənginin aparıldığı görünür. X13 istifadəsində olan ********** nömrə ilə Təqsirləndirilən şəxs4 arasında 1 dəfə, Mahir tərəfindən 21 fevral 2023-cü il tarixdə Elnura zəng olunduğu görünür. Təqsirləndirilən şəxs4 məxsus mobil telefon aparatına baxış keçirilməsi haqqında 14 avqust 2023-cü il tarixli protokoldan qrupun üzvü Tariyel tərəfindən daha əvvəllər müxtəlif məmulatları Allahverdi vasitəsilə ölkə ərazisinə göndərdiyi tarixlərdə də Mahirlə Elnur arasında “Whatsapp” mobil tətbiqi üzərindən telefon danışıqlarının aparıldığı müəyyən olunur (Cild 4, i.v. 65-78;).

74. “Bank məlumatlarına baxış keçirilməsi haqqında” 22 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus 1 (bir) ədəd **********779009 nömrəli "xxxx" “Bir Banka” məxsus bank kartından aparılmış əməliyyatlara baxış zamanı müxtəlif məbləğlərdə pul vəsaitlərinin mədaxil edildiyi, həmin vəsaitlərin də Təqsirləndirilən şəxs3 ölkə ərazisindən getdiyi, yaxud gəldiyi tarixlərə təsadüf etdiyi, lakin həmin vəsaitlərin hansı nömrəli ödəmə terminalları, yaxud kimə məxsus bank kart(lar)ı vasitəsilə köçürüldüyü ilə bağlı məlumatların əks olunmadığı müəyyən olunmuşdur (Cild 5, i.v. 1-2;).

75. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 4(004)- 919/2023 saylı qərarında görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılması müddəti 8 mart 2024-cü il tarixədək uzadılmışdır (Cild 5,18-22;).

76. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 4(004)- 917/2023 saylı qərarında görünür ki, Təqsirləndirilən şəxs4 həbsdə saxlanılması müddəti 9 mart 2024-cü il tarixədək uzadılmışdır (Cild 5,22-27;)

77. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 4(004)- 918/2023 saylı qərarında görünür ki, Təqsirləndirilən şəxs3 həbsdə saxlanılması müddəti 8 fevral 2024-cü il tarixədək uzadılmışdır (Cild 5,28-32;)

78. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 4(004)- 915/2023 saylı qərarında görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılması müddəti 8 mart 2024-cü il tarixədək uzadılmışdır (Cild 5,39-42;)

79. “Bank məlumatlarına baxış keçirilməsi haqqında” 23 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, “Unibank“ ASC-dən HTİD-OUT-03514 nömrəli 17 noyabr 2023-cü il tarixli məktubla daxil olmuş və iş üzrə Təqsirləndirilən şəxs3 məxsus 1 (bir) ədəd 4098 5844 6720 5835 nömrəli "xxxx" “Leo Bank”a məxsus bank kartının aktiv olma tarixindən 23 avqust 2023-cü il tarixədək olan müddət ərzində aparılmış maliyyə əməliyyatları və bank hesablarının vəziyyəti barədə məlumatları özündə əks etdirən 1 ədəd CD formatlı optik diskə baxış keçirilmiş, baxış zamanı 1 ədəd CD diskdə 1 ədəd “Excel” formatında fayllar olduğu görünür. Qeyd olunan faylda Təqsirləndirilən şəxs3 məxsus 1 ədəd 4098 5844 6720 5835 nömrəli "xxxx" “Leo Bank”a məxsus bank kartının aktiv olma tarixindən 23 avqust 2023-cü il tarixədək olan müddət ərzində aparılmış maliyyə əməliyyatları və bank hesablarının vəziyyəti barədə məlumatlar yer almışdır. Müştəri məlumatlarına baxış zamanı, 4098 5844 6720 5835 nömrəli bank kartının xx xxxxxx 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 adına qeydiyyatdan keçdiyi, kartın açılma tarixinin 25 iyul 2022-ci il olduğu, kart üzrə aparılan əməliyyatların xx.xx.2022-xx.xx.2023-cü il tarixləri əhatə etdiyi müəyyən olunur. Unibank ATM bölməsində "xxxx" ATM-lər (terminallar) vasitəsilə karta nağd şəkildə köçürülən (mədaxil) və kartdan nağd şəkildə çıxarılan (məxaric) vəsaitlərin məbləği, mədaxil və məxariclərin tarixi, terminalların yerləşdiyi ünvanlar qeyd olunmuşdur. Həmin məlumatlardan görünür ki, kartdan ilk dəfə 18 avqust 2022-ci il tarixdə 1000 manat, sonuncu dəfə isə 27 may 2023-cü il tarixdə 4500 manat pul çıxarılmışdır (məxaric olunmuşdur). Cinayət hadisəsinin baş verdiyi 8 avqust 2023-cü il tarixdə "xxxx" ATM-lər (terminallar) vasitəsilə karta mədaxil yaxud kartdan məxaric olunmadığı görünür. Ümumiyyətlə 2023-cü il ərzində sonuncu dəfə yuxarıda qeyd olunan 27 may 2023-cü il tarixdə "xxxx" ATM vasitəsilə kartdan məxaric olunmuş, yəni pul çıxarılmış, qalan hallarda hər hansı mədaxil yaxud məxaric olunmamışdır. Digər bank ATM bölməsində "xxxx" ATM (terminal) vasitəsilə yox, digər ATM (terminallar) vasitəsilə kartdan nağd şəkildə çıxarılan məbləğlər və həmin terminalların aid olduğu bankın adı və ünvanı yer almışdır. Həmin məlumatlara baxış zamanı 2023-cü il ərzində 3 iyun 2023, 16 iyul 2023 və 1 avqust 2023cü il tarixlərdə X7 terminallar vasitəsilə kartdan nağd şəkildə vəsaitlərin çıxarıldığı görünür. İstintaq materiallarından da Təqsirləndirilən şəxs3 qeyd olunan tarixlərdə Dubay şəhərində olduğu müəyyən olunur. İnternet bölməsində sözügedən kartdan internet vasitəsilə edilmiş ödənişlər və internet vasitəsilə karta köçürülmüş məbləğlər, mədaxil və məxariclərin tarixləri, karta daxil olmuş vəsaitlərin hansı bank tətbiqi vasitəsilə köçürüldüyü, kartdan göndərilmiş vəsaitlərin hansı bank tətbiqi vasitəsilə hara göndərildiyi öz əksini tapmışdır. Qeyd olunan məlumatlara baxış zamanı 18 iyun 2023-cü il tarixdə "xxxx" “Birbank” tətbiqindən Təqsirləndirilən şəxs3 kartına 1200 manat mədaxil edildiyi görünür. 25 iyun 2023-cü il tarixdə 600 manat, 26 iyun 2023-cü il tarixdə 500 manat məxaric edildiyi görünür. 1 avqust 2023-cü il tarixdə "xxxx" “Birbank” tətbiqindən Təqsirləndirilən şəxs3 kartına 2000 manat mədaxil edildiyi müəyyən olunur. İnternet bölməsində sonuncu əməliyyatın 7 avqust 2023-cü il tarixdə aparıldığı müəyyən olunur. "xxxx" tətbiqi ilə card to card bölməsinə baxış zamanı xx.xx.2023-cü il tarixdə hər hansı əməliyyat aparılmadığı görünür. 2023-cü ilin avqust ayında aparılmış digər əməliyyatlara baxış zamanı Allahverdi tərəfindən 1 avqust 2023-cü il tarixdə ********** saylı mobil telefon nömrəsinin istifadəçisi X11 "xxxx" ASC-yə məxsus "409858******3594 №li kartına 450 manat, xx.xx.2023-cü il tarixdə “Azər-Türk Bank" ASC-yə məxsus 521367******8530 №li karta 650 manat pul göndərildiyi (məxaric edildiyi) görünür. Təqsirləndirilən şəxs3 məxsus mobil telefon aparatlarına baxış keçirilməsi haqqında 21 avqust 2023-cü il tarixli protokoldan ********** saylı mobil telefon nömrəsinin Allahverdiyə məxsus mobil telefonda “Rüstəm qardaş bilet” adı ilə qeyd olunduğu və həmin şəxslə aparılmış SMS-lərdə sözügedən şəxsin onlayn qaydada bilet satışı və viza məsələlərini həyata keçirdiyi və Təqsirləndirilən şəxs3 özünə BƏƏ-nin Dubay şəhərinə bilet almaq üçün həmin şəxsə kart vasitəsilə pul göndərdiyi və biletlər alındığı öz əksini tapmışdır. 2023-cü ilin iyul ayı ərzində aparılmış əməliyyatlara baxış zamanı Allahverdi tərəfindən 5 iyul 2023-cü il tarixdə "xxxx" ASC-yə məxsus 416973******6994 №li karta 200 manat, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-yə məxsus 523915******8239 №li karta 400 manat, xx.xx.2023-cü il tarixdə X41 adına qeydiyyatdan keçmiş "xxxx" ASC-yə məxsus 409858******7473 №li karta 500 manat, xx.xx.2023-cü il tarixdə X9 adına qeydiyyatdan keçmiş "xxxx" ASC-yə məxsus 409858******4013 №li karta 800 manat, xx.xx.2023-cü il tarixdə yenə X9 adına qeydiyyatdan keçmiş "xxxx" ASC-yə məxsus 409858******4013 №li karta 800 manat məxaric edilmişdir. Mədaxillərə baxış zamanı, 18 iyul 2023-cü il tarixdə X8 adına qeydiyyatdan keçmiş “Uni Bank" ASC-yə məxsus 409858******7014 №li kartdan 1000 manat, 21 iyul 2023-cü il tarixdə yenə X8 adına qeydiyyatdan keçmiş 409858******7014 №li kartdan 2500 manat, 25 iyul 2023-cü il tarixdə yenə X8 adına qeydiyyatdan keçmiş 409858******7014 №li kartdan 1000 manat, 27 iyul 2023-cü il tarixdə X13 adına qeydiyyatdan keçmiş "xxxx" ASC-yə məxsus 409858******7802 №li kartından Allahverdiyə məxsus karta 500 manat göndərildiyi (mədaxil edildiyi) müəyyən olunur. İstintaq materiallarından, mədaxilləri həyata keçirmiş X8 iş üzrə şahid qismində dindirilmiş və Təqsirləndirilən şəxs3lə mobil telefon akssesuarları mağazasında birgə çalışmış şəxs olduğu, X13 da iş üzrə şahid qismində dindirildiyi və iş üzrə digər Şahid13 sürücüsü kimi fəaliyyət göstərdiyi, sonuncunun isə Allahverdi vasitəsilə ölkə ərazisinə qanunsuz saatlar gətirdiyi, həmin vəsaitin də Allahverdinin qanunsuz əməlləri müqabilində ona ödənilmiş vəsait olduğu müəyyən olunur. 2023-cü ilin iyun ayı ərzində də X8 adına qeydiyyatdan keçmiş 409858******7014 №li kartdan müxtəlif məbləğlərdə vəsaitlərin mədaxil edildiyi, eləcə də, Allahverdi tərəfindən müxtəlif şəxslərin adına qeydiyyatdan keçmiş kartlara məxariclər edildiyi müəyyən olunur. Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd **********779009 nömrəli "xxxx" “Bir Banka” məxsus bank kartına məxaric edilib-edilmədiyi ilə bağlı baxış keçirilir. Baxış zamanı Allahverdi tərəfindən Təqsirləndirilən şəxs1 məxsus karta 9 fevral 2023-cü il tarixdə 660 manat, 27 aprel 2023-cü il tarixdə 100 manat, 8 may 2023-cü il tarixdə 550 manat, 12 may 2023-cü il tarixdə 112 manat məbləğində vəsaitlərin məxaric edildiyi, göndərildiyi müəyyən olunur (Cild 5, i.v. 35-47;).

80. “Məhkəmə trasoloji-sənədlər texniki-kimyəvi-iqtisadi” ekspertizasının 20 noyabr 2023-cü il tarixli, 3/1439; 5/1292; 9/7004; 6/4979 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş iki ədəd üzük, beş cüt sırğa, səkkiz ədəd qolbaq, altı ədəd boyunbağı, bir dəst (boyunbağı-üzük) və dörd ədəd saatın üzərində olan nişanlarda-işarə və yazılarda kənar predmetin təsirindən yaranmağa xarakterik olan zədələr, həmçinin xüsusi məqsədlə edildiyini göstərən əlamətlərə malik izlər, zədələr və digər mexaniki təsir vasitələri ilə icra olunmuş hər hansı əlavə və dəyişiklik yoxdur. Ekspert qarşısında qoyulmuş ikinci sual “İslahat LTD" MMC-nin 10 oktyabr 2023-cü il tarixli, "xxxx" MMC-nin 19 oktyabr 2023-cü il tarixli və “Bvlgari" şirkətinin 17 oktyabr 2023-cü il tarixli rəylərində cavablandırılmışdır (rəyə əlavə olunur). a) "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli məlumata əsasən: “Messika” - Asılqanlar seriya nömrələri 750 / A23253 and 750/23985. Qıfılında tələb olunan qiymətli daş yoxdur və möhürlər düzgün və lazımı yerlərdə qoyulmayıb. Nəticə: bu məhsul saxtadır, brend bu məhsulu istehsal etməyib. “Pasquale Bruni” - Kulon, üzük və bilərzik, məhsulların seriya nömrələri: ikisində sadəcə yox idi, birində AK 8709 var idi. Brenddən gələn məlumata əsasən bildiririk ki, belə nişanlı mal brenddə yoxdur. Nəticə: bu məhsul saxtadır, brend bu məhsulu istehsal etməyib. “Cartier” W ASN850 nömrəli möhür üzrə məlumat tələb etdik. Həmin məlumat brend tərəfindən bizə təqdim olunmuşdur. Bu nömrə ümümiyyətlə üzük nömrəsidir “Love” kolleksiyasından. Yam brend bu malı istehsal etməyib. Nəticə: bu məhsul saxtadır, brend bu məhsulu istehsal etməyib; b) “Bulgari Boutique Bakı X65” MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli məlumata əsasən: “BVLGARİ zinət əşyalarının əlavə edilən şəkilləri bizə müayinə edilməsi üçün göndərilmişdir. Aidiyyəti zinət əşyaları keyfiyyət departamentimiz tərəfindən aparılan müayinə və təhlilə əsasən bununla təsdiq edirik ki, adı çəkilən məhsullar saxtadır.” c) "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis mövqeyinə əsasən: VAN CLEEF & ARPELS EARRİNGS VİNTAGE ALHAMBRA COLLECTİON YG CARELİAN (İD: JB612575; REF; ARD40400) sırğaları; VAN CLEEF & ARPELS EARRİNGS SWEET ALHAMBRA COLLECTİON YG ONYX (İD: JE05535; REF: ARA44900) sırğaları; VAN CLEEF & ARPELS EARRİNGS SWEET ALHAMBRA COLLECTİON YG CARELİAN (İD: JE055356; REF: ARN6BOOO) sırğaları; VAN CLEEF & ARPELS NECKLACE VİNTAGE ALHAMBRA 10 MOTİV YG CARNELİAN (İD: JE036610; REF: ARD40600) boyunbağı; VAN CLEEF & ARPELS VİNTAGE ALHAMBRA 5-MOTİF BRACELET, YELLOW GOLD, BLUE AGATE (İD: JE036613; REF: ARP34900) bilərziyi; VAN CLEEF & ARPELS VİNTAGE ALHAMBRA PENDANT, YELLOW GOLD, ONYX (İD: JE036596; REF: ARA45800) boyunbağı; VAN CLEEF & ARPELS VİNTAGE ALHAMBRA 5- MOTİF BRACELET, YELLOW GOLD, WHİTE MOTHER-OF-PEARL (İD: JE036612; REF: ARA41800) bilərziyi; VAN CLEEF & ARPELS VİNTAGE ALHAMBRA 5-MOTİF BRACELET, YELLOW GOLD, WHİTE MOTHER-OF- PEARL (İD: JE036616; REF: ARA41800) bilərziyi; VAN CLEEF & ARPELS VİNTAGE ALHAMBRA 5-MOTİF BRACELET, YELLOW GOLD, MALACHİTE (İD: JE036619; ARL80900) bilərziyi; VAN CLEEF & ARPELS VİNTAGE ALHAMBRA PENDANT, YELLOW GOLD, RODONİTE, ROUND DİAMOND, LİMİTED EDİTİON (İD: JA257675; REF: ARP7TD00) boyunbağı; VAN CLEEF & ARPELS VİNTAGE ALHAMBRA 5-MOTİF BRACELET, YELLOW GOLD, CARNELİAN (İD: JE036617; İD: ARD35500) bilərziyi; ROLEX WATCH - COLLECTİON: DATE JUSTT 36 STEEL/EVEROSE GOLD (İD: 132EW546; REF: M126231-0033) saatı; ROLEX WATCH - COLLECTİON: DATE JUST 36 STEEL/YELLOW GOLD (İD: Q69272T8; M126233-0026) saatı görünüşlərinə, mal kodlarına və digər vizual xüsusiyyətlərinə görə orijinal məhsulların xarici xüsusiyyətlərinə uyğundur. Tədqiqata təqdim edilmiş məmulatların damğaları əsasən lazer üsulu ilə vurulmuşdur. Məmulatlardan bəzilərinin üzərində həkk etmə üsulu ilə vurulmuş damğalar vardır. Məmulatların ayrı-ayrılıqda adları, damğaları və damğalarının vurulma üsulları rəyin tədqiqi hissəsində göstərilmişdir. "xxxx" MMC və “Bulgari Boutique X65” MMC tərəfindən tərtib edilmiş əlavə məlumatlara əsasən a) ekspertiza tədqiqatına təqdim edilmiş 10 adda zərgərlik məmulatlarının aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə (9 avqust 2023-cü il tarixli 3-16-16/2-6/4267-9/6131 saylı rəyə əsasən) uyğun olaraq əyarı, modeli və digər göstəriciləri nəzərə alınmaqla 2023-cü ilin avqust ayında olan orta bazar qiymətilə ümumi dəyəri təxminən 19829,00 manat müəyyən edilir (Bax rəyə əlavə olunmuş Cədvəl №1 912 manat dəyərində 6,43 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1 ədəd boyunbağı, 2444 manat dəyərində 19,12 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1 ədəd boyunbağı, 997 manat dəyərində 7,46 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1 ədəd üzük, 1676 manat dəyərində 14,45 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1 ədəd qolbaq, 853 manat dəyərində 7,11 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1 ədəd boyunbağı, 1412 manat dəyərində 6.70 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1 ədəd üzük, 2510 manat dəyərində 16,17 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1 cüt sırğa, 450 manat dəyərində 3,94 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1 cüt sırğa, 5397 manat dəyərində 34,07 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1 ədəd qolbaq, 3178 manat dəyərində 28,89 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 1 ədəd qolbaq). b) "xxxx" MMC tərəfindən tərtib edilmiş 19 oktyabr 2023-cü il tarixli mütəxəssis mövqeyinə və internet saytlarında olan məlumatlara əsasən 10 adda zərgərlik məmulatlarının və 4 adda saatların olan orijinal məhsulların qiymətinə uyğun hesablanmaqla 2023-cü ilin avqust ayına olan orta bazar qiymətilə ümumi dəyəri təxminən 211610,00 manat müəyyən edilir (Bax rəyə əlavə olunmuş Cədvəl №2 9049 manat dəyərində “VCA Au 750“ və “JBC12575 OR” markalı 1 cüt sırğa, 4624 manat dəyərində “VCA Au 750” və “JE055356” markalı 1 cüt sırğa, 8402 manat dəyərində “VCA 750” və “S753” markalı 1 ədəd qolbaq, 8402 manat dəyərində “VCA 750" və “S734” markalı 1 ədəd qolbaq, 6230 manat dəyərində “VCA 750 və “S723” markalı 1 ədəd qolbaq, 9503 manat dəyərində “VCA 750” və “S746“ markalı 1 ədəd qolbaq. 7820 manat dəyərində “VCA 750” və “S719” markalı 1 ədəd qolbaq, 17637 manat dəyərində “VCA 750” və "S719" markalı 1 ədəd boyunbağı, 10803 manat dəyərində VCA750’ və “JA257675 S737" markalı 1 ədəd boyunbağı, 7140 manat dəyərində “VCA750” və “JE036598 S738” markalı 1 ədəd boyunbağı, 30000 manat dəyərində “ROLEX OYSTER j PERPETUAL DATEJUST 132EW546" markalı 1 ədəd qol saatı, 35000 manat dəyərində ROLEX X80 67t089V3” markalı 1 ədəd qol saatı, 30000 manat dəyərində “ROLEX X80JUST Q69272D8" markalı 1 ədəd qol saatı 27000 manat dəyərində 127,09 qram çəkidə “HUBLOT" markalı 1 ədəd qol saatı). c) 1 dəst üzərində “Chopard” yazıları olan, 750 əyarlı, ümumi çəkisi 36,82 qram olan kulonlu boyunbağı-üzük dəstinin, orijinal olubolmaması barədə heç bir məlumat olmadığından həmin dəstin aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə (9 avqust 2023-cü il tarixli 3-16-16/2-6/4267-9/6131 saylı rəyə əsasən) uyğun olaraq əyarı, modeli və digər göstəriciləri nəzərə alınmaqla 2023-cü ilin avqust ayına olan orta bazar qiymətilə ümumi dəyəri təxminən 4441,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyərinin 310(üç yüz on) manat olması müəyyən edilmişdir (Cild 5, i.v. 44-59;).

81. “Sübutların qiymətləndirilməsi haqqında” 2 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.3.2 və 206.3.3-cü maddələrinə tövsif edilərək sonunculara həmin maddələrlə yenidən ittiham elan edilməsi haqqında, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə yenidən ittiham elan olunması haqqında qərar qəbul edilməsi, X51 və cinayətkar qrupunun şəxsiyyəti istintaqa məlum olmayan digər üzvlərinin barələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri ilə cinayət işinin ayrıca icraata ayrılaraq icraata qəbul edilməsi, iş üzrə dindirilmiş şəxslərin ifadələrində və istintaq sənədlərində “Tarık” yaxud “Tarik” adları ilə qeyd olunmuş şəxsin cinayətkar qrupunun üzvü – X51 olmasının nəzərə alınması, “VAN CLEEF & ARPELS” brendinə məxsus zərgərlik məmulatlarının və “Rolex” və “Hublot” brendinə məxsus saatların 20 noyabr 2023-cü il tarixli 3/1439; 5/1292; 9/7004; 6/4979 nömrəli məhkəmə ekspertizasının rəyində qeyd olunmuş 211610 manat dəyəri, 10 adda zərgərlik məmularının həm 9 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/4267-9/6131 nömrəli, həm də 20 noyabr 2023-cü il tarixli, 3/1439; 5/1292; 9/7004; 6/4979 nömrəli məhkəmə ekspertizasının rəylərində qeyd olunmuş 19829 manat dəyəri, orijinal olmayan 1 adda zərgərlik məmulatı – sırğa cütünün 9 avqust 2023cü il tarixli, 3-16-16/2-6/4267-9/6131 nömrəli məhkəmə ekspertizasının rəyində qeyd olunmuş 1494 manat dəyəri, orijinal olması müəyyən olunmayan 1 dəst kulonlu boyunbağı-üzük dəstinin həm 9 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/4267-9/6131 nömrəli, həm də 20 noyabr 2023-cü il tarixli, 3/1439; 5/1292; 9/7004; 6/4979 nömrəli məhkəmə ekspertizasının rəylərində qeyd olunmuş 4441 manat dəyəri, 249,93 qram çəkidə 999 əyarlı qızıldan hazırlanmış 1 ədəd külçənin 9 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/4267- 9/6131 nömrəli məhkəmə ekspertizasının rəyində qeyd olunmuş 36740 manat dəyəri, 249,93 qram çəkidə 999 əyarlı qızıldan hazırlanmış 1 ədəd külçənin 9 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/4267-9/6131 nömrəli məhkəmə ekspertizasının rəyində qeyd olunmuş 36740 manat dəyəri 0,20 qram çəkidə 1,0 karat 1 ədəd brilyant daşın 9 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/4267-9/6131 nömrəli məhkəmə ekspertizasının rəyində qeyd olunmuş 6000 manat dəyəri, 0,18 qram çəkidə 0,890 karat 1 ədəd brilyant daşın 9 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/4267-9/6131 nömrəli məhkəmə ekspertizasının rəyində qeyd olunmuş 5140 manat dəyəri, 0,32 qram çəkidə 1,608 karaq 1 ədəd brilyant daşın 9 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/4267-9/6131 nömrəli məhkəmə ekspertizasının rəyində qeyd olunmuş 10000 manat dəyəri olmaqla ümumilikdə qeyd olunan məhsulların 331994 manat ümumi dəyəri əsas götürülməklə həmin mal və məmulatların cinayətin predmeti olduğundan maddi sübut kimi tanınmaqla Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılması, təqsirləndirilən şəxslərə elan olunacaq ittihamın əsasını qeyd olunan 331994 manat dəyərində malların təşkil edəcəyinin nəzərə alınması, maddi sübut – külli miqdarda 331994 manat dəyərində mal və məmulatlar X25 və digərlərinin barələrində ayrılacaq cinayət işi üzrə saxlanılaraq maddi sübutun taleyinə və həqiqi mülkiyyətçilərinin hamısının müəyyən edilərək onların əməllərinə Tariyel Əsgərovun və digərlərinin barələrində ayrılacaq cinayət işinin istintaqı zamanı qiymət veriləcəyi, eləcə də dövlətə vurulmuş ziyan və gələcəkdə veriləcək mülki iddia ilə bağlı məsələyə ayrılacaq həmin cinayət işinin istintaqı zamanı baxılacağının nəzərə alınması, 8 avqust 2023-cü il tarixli “yoxlama, əşya və sənədlərin götürülməsi haqqında” protokolda qeyd olunmuş məmulatlarının çəkiləri qablaşdırma ilə birgə təxmini çəkilər olduğundan nəzərə alınmaması, zərgərlik məmulatlarının ekspertiza nəticələrinə dair 9 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/4267-9/6131 nömrəli və 20 noyabr 2023-cü il tarixli, 3/1439; 5/1292; 9/7004; 6/4979 nömrəli ekspert rəylərində göstərilən təmiz çəkilərinin nəzərə alınması, 8 avqust 2023-cü il tarixli “yoxlama, əşya və sənədlərin götürülməsi haqqında” protokolla Təqsirləndirilən şəxs3 məxsus üzərində “FASHİON” yazısı olan əl çantasının içərisindən aşkar edilərək götürülmüş 3 ədəd brilyant daşlara dair sertifikat sənədləri, baqaj çantasından aşkar edilərək götürülmüş 1 ədəd üzərində “Tiffany CO” yazısı olan kağız paket, 1 ədəd üzərində “Tiffany Co” yazısı olan qovluq və 2 ədəd üzərində “Tiffany CO” yazısı olan zərgərlik məmulatları üçün qablaşdırmalar maddi sübut qismində tanınmaqla saxlanılması üçün DGK-nın “Azərterminalkompleks” Birliyinin anbarına təhvil verilməsi, maddi sübut olan 3 ədəd brilyant daşlara dair sertifikat sənədləri, 1 ədəd üzərində “Tiffany CO” yazısı olan kağız paket, 1 ədəd üzərində “Tiffany Co” yazısı olan qovluq və 2 ədəd üzərində “Tiffany Co” yazısı olan zərgərlik məmulatları üçün qablaşdırmalar X25 və digərlərinin barələrində ayrılacaq cinayət işi üzrə maddi sübut kimi saxlanılması, Təqsirləndirilən şəxs3 aşkar edilərək götürülmüş DS300123 nömrəli və DS300124 nömrəli 2 vərəqdən ibarət invoys, 2372 nömrəli 1 vərəqdən ibarət invoys, 2 vərəqdən ibarət bəyannamə və 2 vərəqdən sənəd X25 və digərlərinin barələrində ayrılacaq cinayət işi üzrə saxlanılması və həmin predmetlərə qeyd olunan cinayət işinin istintaqı zamanı qiymət veriləcəyinin nəzərə alınması, Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd “İphone 11 Pro” markalı **********45619 İMEİ nömrəli, Təqsirləndirilən şəxs1 məxsus 1(bir) ədəd “Samsung Galaxy A22” markalı **********35726/**********35724 İMEİ nömrəli, Təqsirləndirilən şəxs3 məxsus 1(bir)ədəd “X97” markalı **********96638/**********80012 İMEİ nömrəli və 1(bir) ədəd “İphone 14 Pro” markalı, Təqsirləndirilən şəxs4 məxsus “Redmi Note 9 Pro” markalı **********15174/**********15182 İMEİ nömrəli, Şahid1 məxsus 1(bir) ədəd “Xiaomi Mi 9T” markalı **********71473/**********71481 İMEİ nömrəli mobil telefon aparatlarının saxlanılması üçün DGK-nın “Azərterminalkompleks” Birliyinə təhvil verilməsinin nəzərə alınması, habelə həmin mobil telefon aparatlarından hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus mobil telefon aparatları ilə bağlı hazırkı cinayət işi üzrə, şahid Faiq Mahmudova məxsus mobil telefon aparatının isə X25 və digərlərinin barələrində ayrılacaq cinayət işi üzrə maddi sübut kimi saxlanılması, Təqsirləndirilən şəxs3 götürülmüş 6 ədəd hər biri 100 ABŞ dolları əskinasında olmaqla ümumilikdə 600 ABŞ dolları, 1 ədəd 100 manat, 2 ədəd 50 manat olmaqla ümumilikdə 200 manat, 1 ədəd 100 dirhəm, 2 ədəd 50 dirhəm, 1 ədəd 20 dirhəm, 1 ədəd 5 dirhəm olmaqla ümumilikdə 225 dirhəm pul əskinaslar, 1 ədəd **********404291 nömrəli "xxxx" kartı, 1 ədəd **********205835 nömrəli “Leo Bank” kartı, 1 ədəd **********432335 nömrəli “ABB Tam” kartı maddi sübut kimi tanınmaqla DGK-nın xəzinəsində məsul saxlanışa təhvil verilməsi nəzərə alınmışdır (Cild 5, i.v. 71-185;).

82. “Əməlin tövsif edilməsi haqqında” 2 dekabr 2023-cü il tarixli və “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 4 dekabr 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.3.2 və 206.3.3-cü maddələrinə tövsif edilərək sonunculara elan edilmiş ittihama əlavələr edilməklə onlara yenidən ittiham elan edilərək hüquq və vəzifələri izah olunmuşdur (Cild 5, i.v. 186-190; 192-194; 203-205;).

83. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 5 dekabr 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara yeni məzmunda həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilərək hüquq və vəzifələri izah edilmişdir (Cild 5, i.v. 214-216; 226-228;).

84. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrıxa icraata ayrılması və icraatına qəbul edilməsi haqqında” 6 dekabr 2023-cü il tarixli qərardan görünür ki, müstəntiq Ziya Vəliyev tərəfindən ********* nömrəli cinayət işinin materiallarından cinayətkar qrupun üzvü, təqsirləndirilən şəxs X51 və cinayətkar qrupun istintaqa məlum olmayan digər üzvləri barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilib istintaqı aparılmışdır (Cild 6, i.v. 1-5;).

85. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq Z.P.Vəliyev tərəfindən 18 dekabr 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 20 dekabr 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 6, i.v.64-149;).

86. Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 yanvar 2024-cü tarixli, 1(101)-1257/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə məhkəməyə verilməklə cinayət işi məhkəmə baxışına təyin edilmişdir (Cild 7;).

87. AA4395997 və AA4395995 seriyalı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqələrindən, müvafiq doğum haqqında şəhadətnamələrdən və “Azemis” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 2019 və 2021-ci il təvəllüdlü olmaqla müvafiq olaraq Dəfnə və Harun adlı iki azyaşlı uşağı vardır (Cild 7;)

88. AZ-İ 920320 nömrəli nikah haqqında şəhadətnamə, müvafiq doğum haqqında şəhadətnamələr, “Azemis” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan və “İstanbul NS” klinikasının tibbi sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs3 X40 ilə birgə nikahdan 2012-ci il təvəllüdlü Qismət Şəfiyev, 2013-cü il təvəllüdlü Safiya Şəfiyeva, 2018-ci il təvəllüdlü Elmira Şəfiyeva və 2021-ci il təvəllüdlü Ruqiyyə Şəfiyeva adlı dörd azyaşlı uşağı vardır və arvadı Günel Şəfiyeva müxtəlif xəstəliklərdən əziyyət çəkir (Cild 7;).

89. “Azemis” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 2008 və 2011-ci il təvəllüdlü olmaqla müvafiq olaraq Ayna və Əminə adlı bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı vardır (Cild 7;). Əməlin tövsifi və digər hüquqi məsələlər:

90. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

91. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 206.3.2 və 206.3.3-cü, Təqsirləndirilən şəxs3 əməli isə CM-in 206.3.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, lakin Təqsirləndirilən şəxs4 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 206.3.2-ci maddəsi ilə düzgün tövsif edilməmişdir.

92. Belə ki, CM-in 206.1-ci maddəsinə əsasən, qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların xeyli miqdarda keçirilməsinə görə cinayət məsuliyyəti müəyyən edir. CM-in 206.3.2 və 206.3.3-cü maddələrində həmin Məcəllənin 206.1–206.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, habelə vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədilməsinə görə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.

93. CM-in 32.5-ci maddəsinin tələbinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır.

94. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin əməllərinə ayrı-ayrılıqda hüquqi qiymət verilməsini zəruri hesab edərək ilk növbədə Təqsirləndirilən şəxs3 münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs3 cinayətkar fəaliyyətin birbaşa və aktiv icraçısı kimi qeyd olunan cinayətin törədilməsində iştirak etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 tamah məqsədi ilə yəni, maddi qazanc əldə etmək üçün cinayətkar qrupun üzvü olan qeyrisi və qrupun şəxsiyyəti məlum olmayan digər üzvlərinin tapşırığını icra etmiş və bu cinayətkar fəaliyyətə cəlb olunmuş, eləcə də, maddi maraq müqabilində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 də bu fəaliyyətə cəlb etmişdir. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs3 qrupun üzvü olan qeyrisi ilə cinayətkar fəaliyyət barədə mütəmadi əlaqə saxlamış, cinayətkar bölgüyə uyğun olaraq külli miqdarda zərgərlik-qızıl məmulatlarının, saatların və brilyant daşların X20 Dubay şəhərindən əldə edilərək Bakı şəhərinə X60 Hava Limanına gətirilməsi, bundan sonra həmin məmulatların əvvəlcədən əldə edilmiş razılığa uyğun olaraq Heydər X27un “Terminal 1”dəki sərhəd buraxılış məntəqəsinin yaxınlığında, rejim zonasında yerləşən tualetə daxil olaraq "xxxx" QSC-nin Heydər X27un “Terminal 1”də yerləşən zalların və vağzalyanı meydanın idarəetmə xidmətində istehsalat-texniki şöbənin komendantı vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 və həmin şöbənin rəisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 tərəfindən gömrük nəzarətindən kənar keçirilməsi üçün tualetdə onu gözləyən Təqsirləndirilən şəxs1 verilməsi, daha sonra isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən gömrük nəzarətindən kənar keçirildikdən sonra həmin malların sonunculardan elə hava limanının dayanacağında təhvil alınıb qrupun digər üzvü Təqsirləndirilən şəxs4 və qrupun şəxsiyyəti məlum olmayan digər üzvlərinə verilməsi Təqsirləndirilən şəxs3 həvalə edilmişdir. Təqsirləndirilən şəxs3 cinayətkar qrupun vahid və ümumi niyyətini həyata keçirmək məqsədi ilə 7 avqust 2023-cü il tarixdə, saat 14:12-də Heydər X27da gömrük sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə adına alınmış biletlə Bakı-Dubay aviareysi ilə Dubay şəhərinə getmiş, uçuşdan əvvəl isə həmin tarixdə steril zonadakı tualetdə Təqsirləndirilən şəxs1lə bir daha görüşərək cinayətin detalları barədə ətraflı müzakirələr aparmış, Dubaya gedərək məmulatları gətirəcəyi barədə bir daha məlumat vermiş, həmçinin cinayətin törədilməsi yerini, yəni tualetdə görüşəcəklərini dəqiqləşdirmişdir. Təqsirləndirilən şəxs3 Dubay şəhərinə çatdıqdan sonra qrupun üzvü olan qeyrisi və şəxsiyyəti məlum olmayan digər şəxslərlə qabaqcadan əldə edilmiş razılığa uyğun olaraq qrupun üzvü olan qeyrisi və şəxsiyyəti məlum olmayan digərlərinin məlum olmayan mənbədən əldə edib qablaşdırdıqları külli miqdarda zərgərlik və qızıl məmulatları, saatlar və brilyant daşları, onların bəzilərinə dair qablaşdırma paketlərini və sertifikat sənədlərini əldə etmiş, bundan sonra 8 avqust 2023-cü il tarixdə, saat 15 radələrində “FZ 707” saylı Dubay-Bakı aviareysi ilə Heydər X27a çatdıqdan sonra təyyarədən enərək cibində olan bağlamaları gömrük nəzarəti zonasına çatmamış hava limanında sərhəd zonasının yaxınlığında olan tualetə girərək orada Təqsirləndirilən şəxs1lə görüşüb sonuncuya vermiş, daha sonra tualetdən çıxıb gömrük zonasına doğru getmiş, tualetdən çıxarkən Təqsirləndirilən şəxs1 iş yoldaşı olan cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 orada olduğunu görmüş, Təqsirləndirilən şəxs3 gömrük nəzarəti zonasında namaz otağına girmiş və oradan çıxarkən mülki geyimdə olan gömrük əməkdaşları onu saxlayaraq ona məxsus çantalara, habelə üzərinə şəxsi yoxlama keçirilməsi üçün müvafiq otağa dəvət etmişlər. Təqsirləndirilən şəxs3 qeyd edilən cinayət əməlini maddi maraq müqabilində, yəni qazanc əldə etmək məqsədi ilə törəmişdir.

95. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə qeyd edir ki, onlar hazırkı cinayət əməllərinin törədilməsində aktiv iştirak etmiş, cinayətkar fəaliyyətin həyata keçirilməsində əsas rollardan birini icra etmişlər. Məhz Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hazırkı cinayətin törədilməsində iştirakı cinayətkar qrupunun öz niyyətlərini və cinayətkar fəaliyyətlərini həyata keçirmələrinə və cinayətlərin törədilməsinə şərait yaratmışdır. Başqa sözlə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayətin törədilməsində iştiraka razılıq verməsəydilər, Təqsirləndirilən şəxs3 və qrupun üzvü olan qeyrisi, eləcə də, qrupun şəxsiyyətləri məlum olmayan digər üzvləri tərəfindən həmin mal və məmulatların hazırkı iş üzrə müəyyən edilmiş qaydada göndərilməsi təşkil edilməyəcəkdi. Belə ki, Təqsirləndirilən şəxs3 məhz Təqsirləndirilən şəxs1 hava limanında işlədiyini və xidməti vəzifəsi ilə əlaqədar olaraq hava limanında istənilən yerə yoxlamadan kənar keçə biləcəyini, bununla da lazım olan malları gömrük nəzarətindən yayındırmaqla keçirə biləcəyini bildiyindən əvvəlcə qanunsuz fəaliyyətin həyata keçirilməsini ona təklif etmiş, Təqsirləndirilən şəxs1 həmin əməllərin qanunsuz və riskli olması ilə əlaqədar ilk öncə həmin təklifi qəbul etməsə də Təqsirləndirilən şəxs3 həmin qanunsuz fəaliyyət nəticəsində yaxşı maddi qazanc olmasını bildirməsi və Təqsirləndirilən şəxs1lə tez-tez görüşərək bu barədə söhbətlər edərək israrlı təkidlərindən sonra sonuncu maddi vəziyyətinin aşağı olması ilə əlaqədar həmin təklifi sonda qəbul etmiş, Təqsirləndirilən şəxs1 isə daha sonra həmin qanunsuz fəaliyyətin təkbaşına görülməsindən ehtiyat edərək şöbə rəisi Təqsirləndirilən şəxs2 də həmin fəaliyyətə cəlb etmək üçün sonuncuya təklif etmiş və Təqsirləndirilən şəxs2 isə maddi qazanc müqabilində həmin təklifə razılıq vermişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 tərəfindən gətirilmiş malları götürərək plana uyğun olaraq hava limanının “A” və yaxud “B” çıxışında əməkdaşlar üçün nəzərdə tutulmuş keçiddən heç bir yoxlama tədbirlərinə məruz qalmadan keçirərək həmin malları məhkəmə istintaqı ilə müəyyən edildiyi kimi əvvəllər olduğu qaydada Təqsirləndirilən şəxs3 təhvil verməli idilər. Lakin Təqsirləndirilən şəxs3 barəsində daxil olmuş əməliyyat məlumatının yoxlanılması ilə əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 planlaşdırdıqları qaydada müvafiq malları təhvil alaraq nəzərdə tutulmuş qaydada gömrük nəzarətindən kənar gömrük yoxlamasına məruz qalmadan keçirmələrinə baxmayaraq, əməliyyat tədbirinin gedişində saxlanılmaqla ifşa olunmuşlar.

96. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs4 münasibətdə isə qeyd edir ki, o, cinayətkar qrupa faktiki rəhbərlik etmiş şəxslərdən olan qeyrisinin “ən etibarlı” adamı qismində bu cinayətkar fəaliyyətə cəlb edilmişdir. Təqsirləndirilən şəxs4 qaçaqmalçılıq yolu ilə keçirilmiş mal və məmulatların qrupun üzvü olan qeyrisinin tapşırığı və göstərişi əsasında müvafiq şəxslərə çatdırılması və həmin mal və məmulatların realizəsinin həyata keçirilməsi ilə məşğul olmuşdur.

97. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2 iyun 2016-cı il tarixli 10 №-li Qərarında göstərilmişdir ki, şəxs tərəfindən malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti hesab edilir ki, təqsirkar CM-in 206.1-ci maddəsində sadalanan, cinayətin obyektiv cəhətini təşkil edən və Azərbaycan Respublikasının Gömrük Məcəlləsində (bundan sonra mətndə-GM) nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. Bu baxımdan qaçaqmalçılıq cinayətinin obyektini hər hansı malların və digər əşyaların dövriyyəsi yox, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları ilə tənzimlənən dövlətin normal xarici iqtisadi fəaliyyəti sahəsində yaranan ictimai münasibətlər təşkil edir. GM-in 1.0.14-cü maddəsinə müvafiq olaraq gömrük nəzarəti dedikdə, gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlər başa düşülür. Həmin Məcəllənin 1.0.22-ci maddəsinin tələbinə görə, gömrük sərhədindən keçirmə malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş üsullarla, o cümlədən beynəlxalq poçt göndərişləri, boru kəmərləri və elektrikötürücü xətlər vasitəsilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması ilə bağlı hərəkətlərin edilməsindən ibarətdir. Qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və digər əşyaların dəyəri müəyyən edilərkən onların dövlət tərəfindən tənzimlənən qiymətləri, bu qiymətlər olmadıqda isə - cinayətin törədildiyi vaxt faktiki (bazar) qiymətləri əsas götürülməlidir. Xarici ölkədən Azərbaycana gətirilən malların və digər əşyaların dəyəri təqdim olunmuş qaimə-fakturalara və digər sənədlərə müvafiq olaraq onların həmin ölkədə alındığı qiymətlər əsasında müəyyən edilir. Cinayət təqibi zamanı malların və digər əşyaların dəyərinə dair mübahisə yarandıqda və ya buna qədər müəyyən edilmiş qiymətlər şübhə doğurduqda, habelə Azərbaycan Respublikasının ərazisinə gətirilən malların xarici ölkədən alınmasına dair qaimə-fakturalar, invoys sənədləri təqdim edilmədikdə və ya saxtalaşdırıldıqda qiymətlərin düzgün müəyyən edilməsi üçün cinayət təqibi zamanı məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi zəruridir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ölkə qanunvericiliyində nəzərdə tutulan hallar istisna olmaqla malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, yəni Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəyyən edilmiş gömrük orqanlarının yerləşdiyi yerlərdən (gömrük məntəqələrindən) kənar və ya iş vaxtından sonra, yaxud da gömrük orqanlarının icazəsi olmadan gətirilməsi və ya aparılması ilə bağlı istənilən qəsdən törədilmiş hərəkətlər qaçaqmalçılıq cinayətinin tərkibini yaradır. Məhkəmələrə tövsiyə edilsin ki, konkret işlərə baxarkən qaçaqmalçılıq cinayətinin başa çatma anını malların keçirilmə forması və üsulundan (ölkəyə gətirilməsi, ölkədən çıxarılması, göndərilməsi, boru kəməri ilə nəqli və ya elektrik ötürücüsü xətləri ilə daşınması), qaçaqmalçılığın törədilməsi üsulundan (gömrük nəzarətindən kənar və ya ondan gizli, sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, bəyan etməməklə və ya düzgün bəyan etməməklə) asılı olaraq, eləcə də GM-si ilə müəyyən edilmiş daşınma mərhələlərini (prosedurlarını), məsələn, bəyanetmə (146-156-cı maddələr), buraxılış (162 və 163-cü maddələr), tranzit (174 və 175-ci maddələr) nəzərə almaqla müəyyən etsinlər. Malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir. Məhkəmələrin diqqətinə çatdırılsın ki, təqsirkarın hərəkətləri qaçaqmalçılığa hazırlıq və ya bu cinayəti törətməyə cəhd etmə kimi qiymətləndirilərkən CM-nin 28 və 29-cu maddələrinin tələbləri ilə yanaşı həmçinin malların və ya digər əşyaların gömrük ərazisinə gətirilib-gətirilməməsi və burada gömrük prosedurlarının başlanılıb-başlanılmaması, habelə qaçaqmalçılığın törədilməsi üçün əvvəlcədən müəyyən hərəkətlərin edilib-edilməməsi nəzərə alınmalıdır. . Məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Həmçinin nəzərə alınmalıdır ki, iki və ya daha çox icraçı tərəfindən qabaqcadan razılaşmadan qrup şəklində qaçaqmalçılığın törədilməsi müəyyən edildikdə, qrup üzvlərinin hər birisinin belə əməlləri cinayətin predmetinə və CM-nin 206.3.1, 206.3.3 və ya 206.3.4-cü maddələrində nəzərdə tutulmuş tövsifedici əlamətlərin olub-olmamasına uyğun olaraq müstəqil şəkildə tövsif edilir. CM-nin 206.3.3-cü maddəsində nəzərdə tutulmuş vəzifəli şəxs dedikdə CM-nin 308-ci maddəsinin “Qeyd” hissəsində göstərilən şəxslər başa düşülür. Hər hansı vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar malların və ya digər əşyaların gömrük sərhədindən keçirilməsi zamanı qulluq mövqeyindən istifadə etməklə qaçaqmalçılıq cinayətinin tərkibini yaradan əməllər törətdikdə onun bu əməlləri CM-nin 206.3.3-cü maddəsi ilə tövsif edilir. İzah edilsin ki, bu halda vəzifəli şəxsin öz qulluq mövqeyindən istifadə etməklə törətdiyi qaçaqmalaçılığın əlavə olaraq CM-nin 308-ci maddəsi ilə tövsif edilməsi tələb olunmur.

98. Beləliklə, məhkəmə istintaqı ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs3 üzərində gətirdiyi və mütləq qaydada gömrük orqanına bəyan etməli olduğu külli miqdarda qızıl və zərgərlik məmulatları, saatlar və brilyant daşları ölkə ərazisinə gətirdikdən sonra gömrük nəzarətindən kənar keçirilməsi məqsədi ilə Təqsirləndirilən şəxs1 vermiş, sonuncu isə həmin məmulatları Təqsirləndirilən şəxs2lə birgə gömrük nəzarətindən kənar, yəni HNBGİnin Heydər X27un Terminal 1-də yerləşən gömrük nəzarəti zonasından kənar, xidməti keçiddən keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs3 təhvil alıb Təqsirləndirilən şəxs2lə birgə xidməti keçidə doğru gedərək həmin keçiddən keçməklə qaçaqmalçılıq cinayətini başa çatdırmışlar. Başqa sözlə cinayətin başa çatma anı Təqsirləndirilən şəxs3 üzərində gətirdiyi külli miqdarda həmin malları mütləq qaydada X1vericiliklə müəyyən edilmiş yerə, yəni gömrük məntəqəsinə apararaq gömrük orqanına bəyan etməli olduğu halda bunu etməyərək, Azərbaycan Respublikasının gömrük nəzarətindən kənar keçirilməsi məqsədi ilə “Terminal 1”də steril ərazidə sərhəd buraxılış məntəqəsinin yaxınlığında yerləşən tualetə daxil olaraq qabaqcadan onu orada gözləyən qrupun üzvü Təqsirləndirilən şəxs1lə görüşüb ona verməsi və oranı tərk edib gömrük nəzarəti zonasına getməsi, Təqsirləndirilən şəxs1 isə həmin məmulatları əldə edib qrupun digər üzvü Təqsirləndirilən şəxs2lə birgə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, yəni Heydər X27un “Terminal 1”də qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş yerdən, gömrük məntəqəsindən kənar, xidməti keçiddən istifadə etməklə keçirməsi olmuşdur. Çünki Təqsirləndirilən şəxs1 həmin malları əldə etdiyi andan mallar üzərində sərəncam vermək səlahiyyətinə malik olmuş, vəzifəli şəxs kimi qulluq mövqeyindən istifadə edərək hava limanının istənilən yerindən həmin malları çıxarmaq imkanına malik olmuşdur. Qeyd edilən cinayət əməllərini törədərkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vəzifəli şəxs kimi onlara verilmiş qulluq səlahiyyətlərdən istifadə etdiklərindən onların qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar qrupun tərkibində qaçaqmalçılıq cinayətini öz qulluq mövqelərindən istifadə etməklə törətmələri müəyyən olunur. Təqsirləndirilən şəxs4 qeyd edilən cinayətkar qrupun üzvü kimi üzərinə düşən vəzifəsi həmin mallar qaçaqmalçılıq yolu ilə keçirildikdən sonra onların realizəsi ilə bağlı olduğundan onun əməli CM-in 32.5-ci maddəsinə istinad edilməklə tövsif edilməlidir.

99. Bununla yanaşı, müdafiə tərəfindən istər məhkəməyədək icraat zamanı, istərsə də məhkəmə icraatı zamanı təkidlə qaçaqmalçılıq cinayətinin predmetlərinin bəzilərinin saxta olması, eləcə də bütövlükdə onların dəyərinin düzgün müəyyən olunmaması iddia edilmişdir. Halbuki, malların saxta, yaxud orijinal olub-olmaması mütəxəssis rəyləri də nəzərə alınmaqla Məhkəmə Ekspertiza Mərkəzinin texniki ekspertiza şöbəsi tərəfindən, tərkibi isə fiziki-kimyəvi ekspertizalar şöbəsi tərəfindən müəyyən olunmuşdur. Belə ki, hökmün təsviri hissəsində göstərilən ekspertiza rəylərindən görünür ki, orijinal brend markalara məxsus olmadığı, yaxud məxsus olması müəyyən edilməyən məhsulların dəyəri fiziki-kimyəvi ekspertizanın nəticələrinə əsasən, 750 əyarlı qızılın qiymətinə uyğun hesablanmış, digər orijinal olması müəyyən edilən məhsulların dəyəri isə brend markanın qiymətinə uyğun hesablanmışdır.

100. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2 iyun 2016-cı il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

101. Məhkəmə, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 gətirdiyi malların külli miqdarda olmasından məlumatsız olması, Təqsirləndirilən şəxs3 qaçaqmalçılıq cinayətinin mahiyyətini bilməməsi, Təqsirləndirilən şəxs4 cinayətkar qrupun digər üzvləri ilə əlbir olmaması, Təqsirləndirilən şəxs1 ifadələrində əvvəllər də cinayətkar qrupun digər üzvləri ilə əlaqələrinin olmamasına və onların ifadələrində göstərdikləri sair xüsusatlara tənqidi yanaşaraq həmin ifadələrdə göstərilənlər işin faktiki halları ilə öz təsdiqini tapmadığından və sübuta yetirilmədiyindən onların hər birinə münasibətdə məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdlər kimi qiymətləndirərək rədd edir.

102. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 öz müdafiələri üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, çoxsaylı şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

103. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

104. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

105. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərini CM-in 206.3.2 və 206.3.3-cü maddələri, Təqsirləndirilən şəxs3 əməlini CM-in 206.3.2-ci, Təqsirləndirilən şəxs4 əməlini isə CM-in 32.5, 206.3.2-ci ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 206.3.2 və 206.3.3cü maddələri, Təqsirləndirilən şəxs3 CM-in 206.3.2-ci, Təqsirləndirilən şəxs4 isə CM-in 32.5, 206.3.2-ci maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır.

106. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

107. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərində CM-in 206.3.2 və 206.3.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi, Təqsirləndirilən şəxs3 hərəkətlərində CM-in 206.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi, Təqsirləndirilən şəxs4 hərəkətlərində isə 32.5, 206.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onlar tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 206.3.2 və 206.3.3-cü, Təqsirləndirilən şəxs3 CM-in 206.3.2ci, Təqsirləndirilən şəxs4 isə CM-in 32.5, 206.3.2-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

108. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3cü maddələrini rəhbər tutur, habelə “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

109. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

110. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

111. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, Təqsirləndirilən şəxs2 himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, Təqsirləndirilən şəxs3 isə himayəsində 4 (dörd) azyaşlı uşağının olmasını, habelə həmin Məcəllənin 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslərin özlərini təqsirli bildikləri əməllərə münasibətdə peşman olmalarını bildirmələrini, Təqsirləndirilən şəxs2 himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 yaşayış yerindən müsbət xarakterizə olunmalarını, Təqsirləndirilən şəxs3 ailədə yeganə qazanc gətirən şəxs olmaqla arvadının müxtəlif xəstəliklərdən əziyyət çəkməsini, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ailədə yeganə qazanc gətirən şəxs olmalarını, təqsirləndirilən şəxslərin əvvəllər hər hansı cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamalarını, məhkəmə icraatı zamanı davranışlarını onların cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır.

112. CM-in 206-cı maddəsində tamah məqsədi ilə həmin cinayətlərin törədilməsi kimi cinayət məsuliyyətini ağırlaşdıran hal cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmamışdır. Halbuki məhkəmə istintaqı ilə müəyyən edildi ki, təqsirləndirilən şəxslərin hər biri onlara istinad edilən cinayət əməllərini məhz tamah məqsədi ilə törətmişlər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, CM-in 61.1.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin hər birinə münasibətdə onlara istinad edilən hazırkı cinayət əməllərini tamah məqsədi ilə törətmələri onların cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır.

113. Məhkəmə eyni zamanda törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halları, təyin olunacaq cəzanın şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədinə nail olunmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş yalnız azadlıqdan məhrum etmə növündə cəzasının aşağı həddə yaxın təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin barəsində CM-in 62 və 70-ci maddələrinin tətbiq edilməsi ilə bağlı halları da müzakirə edərək hazırkı iş üzrə təqsirləndirilən şəxslərin hər birinin barəsində CM-in 62 və 70-ci maddələrinin tətbiq edilməsi üçün hər hansı əsasların müəyyən edilmədiyini hesab edir.

114. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri CM-in 206.3.2 və 206.3.3-cü, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi CM-in 206.3.2-ci, Təqsirləndirilən şəxs4 isə təqsirli bilindiyi 32.5, 206.3.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddə yaxın həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

115. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

116. CM-in 15-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin törətdiyi əməllər ağır cinayətlər kimi təsnif edilmişdir.

117. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

118. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

119. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli qərarları ilə əvvəli 8 avqust 2023-cü il tarixdən hesablanmaqla, Təqsirləndirilən şəxs4 barəsində həmin məhkəmənin 11 avqust 2023-cü il tarixli qərarı ilə əvvəli 9 avqust 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 23 noyabr 2023-cü il tarixli qərarları ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 8 mart 2024-cü il tarixədək, Təqsirləndirilən şəxs4 həbsdə saxlanılma müddəti 9 mart 2024-cü il tarixədək, Təqsirləndirilən şəxs3 həbsdə saxlama müddəti 8 fevral 2024-cü il tarixədək və həmin məhkəmənin 24 noyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 həbsdə saxlanma müddəti isə 8 mart 2024-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.

120. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı 8 avqust 2023, Təqsirləndirilən şəxs4 cəzaçəkmə müddətinin başlanğıcı isə 9 avqust 2023-cü il tarixdən hesablanmalıdır.

121. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.

122. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan “VAN CLEEF & ARPELS” brendinə məxsus zərgərlik məmulatlarının və “Rolex” və “Hublot” brendinə məxsus saatların, 20 noyabr 2023-cü il tarixli 3/1439; 5/1292; 9/7004; 6/4979 nömrəli məhkəmə ekspertizasının rəyində qeyd olunmuş 211610 manat dəyəri olan 10 adda zərgərlik məmulatlarının, həm 9 avqust 2023-cü il tarixli 3-16-16/2-6/4267-9/6131 nömrəli, həm də 20 noyabr 2023-cü il tarixli 3/1439; 5/1292; 9/7004; 6/4979 nömrəli məhkəmə ekspertizasının rəylərində qeyd olunmuş 19829 manat dəyəri, orijinal olmayan 1(bir) adda zərgərlik məmulatı – sırğa cütünün 9 avqust 2023-cü il tarixli 3-16-16/2- 6/4267-9/6131 nömrəli məhkəmə ekspertizasının rəyində qeyd olunmuş 1494 manat dəyəri, orijinal olması müəyyən olunmayan 1(bir) dəst kulonlu boyunbağı-üzük dəstinin həm 9 avqust 2023-cü il tarixli 3-16-16/2-6/4267-9/6131 nömrəli, həm də 20 noyabr 2023cü il tarixli 3/1439; 5/1292; 9/7004; 6/4979 nömrəli məhkəmə ekspertizasının rəylərində qeyd olunmuş 4441 manat dəyəri, 249,93 qram çəkidə 999 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd ədəd külçənin 9 avqust 2023-cü il tarixli 3-16-16/2-6/4267-9/6131 nömrəli məhkəmə ekspertizasının rəyində qeyd olunmuş 36740 manat dəyəri, 249,93 qram çəkidə 999 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd külçənin 9 avqust 2023-cü il tarixli 3-16-16/2- 6/4267-9/6131 nömrəli məhkəmə ekspertizasının rəyində qeyd olunmuş 36740 manat dəyəri 0,20 qram çəkidə 1,0 karat 1(bir) ədəd brilyant daşın 9 avqust 2023-cü il tarixli 3- 16-16/2-6/4267-9/6131 nömrəli məhkəmə ekspertizasının rəyində qeyd olunmuş 6000 manat dəyəri, 0,18 qram çəkidə 0,890 karat 1(bir) ədəd brilyant daşın 9 avqust 2023-cü il tarixli 3-16-16/2-6/4267-9/6131 nömrəli məhkəmə ekspertizasının rəyində qeyd olunmuş 5140 manat dəyəri, 0,32 qram çəkidə 1,608 karaq 1(bir) ədəd brilyant daşın 9 avqust 2023-cü il tarixli 3-16-16/2-6/4267-9/6131 nömrəli məhkəmə ekspertizasının rəyində qeyd olunmuş 10000 manat dəyəri olmaqla ümumilikdə 331994 manat ümumi dəyəri olan həmin mal və məmulatların hüquqi taleyinə X25 və digərlərinin barəsində hazırkı cinayət işindən ayrılmış ********* nömrəli cinayət işi üzrə hüquqi qiymət veriləcəyi, DGK-nın “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan 3(üç) ədəd brilyant daşlara dair sertifikat sənədləri, 1(bir) ədəd üzərində “Tiffany CO” yazısı olan kağız paket, 1(bir) ədəd üzərində “Tiffany Co” yazısı olan qovluq və 2(iki) ədəd üzərində “Tiffany Co” yazısı olan zərgərlik məmulatları üçün qablaşdırmaların hüquqi taleyinə X25 və digərlərinin barəsində hazırkı cinayət işindən ayrılmış ********* nömrəli cinayət işi üzrə hüquqi qiymət veriləcəyi, Təqsirləndirilən şəxs3 aşkar edilərək götürülmüş DS300123 nömrəli və DS300124 nömrəli 2(iki) vərəqdən ibarət invoys, 2372 nömrəli 1(bir) vərəqdən ibarət invoys, 2(iki) vərəqdən ibarət bəyannamə və 2(iki) vərəqdən sənədin X25 və digərlərinin barəsində hazırkı cinayət işindən ayrılmış ********* nömrəli cinayət işində saxlanılmaqla həmin iş üzrə hüquqi qiymət veriləcəyi nəzərə alınmalı, DGK-nın “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan Təqsirləndirilən şəxs2 məxsus 1(bir) ədəd “İphone 11 Pro” markalı **********45619 İMEİ nömrəli, Təqsirləndirilən şəxs1 məxsus 1(bir) ədəd “Samsung Galaxy A22” markalı **********35726/**********35724 İMEİ nömrəli, Təqsirləndirilən şəxs3 məxsus 1(bir) ədəd “X97” markalı **********96638/**********80012 İMEİ nömrəli və 1(bir) ədəd “İphone 14 Pro” markalı, Təqsirləndirilən şəxs4 məxsus 1(bir) ədəd “Redmi Note 9 Pro” markalı **********15174/**********15182 İMEİ nömrəli mobil telefon aparatları müvafiq olaraq təqsirləndirilən şəxslərin ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılmalı, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan Təqsirləndirilən şəxs3 götürülmüş 6 ədəd hər biri 100 ABŞ dolları əskinasında olmaqla ümumilikdə 600 ABŞ dolları, 1 ədəd 100 manat, 2 ədəd 50 manat olmaqla ümumilikdə 200 manat, 1 ədəd 100 dirhəm, 2 ədəd 50 dirhəm, 1 ədəd 20 dirhəm, 1 ədəd 5 dirhəm olmaqla ümumilikdə 225 dirhəm pul əskinasları, 1 ədəd **********404291 nömrəli "xxxx" kartı, 1 ədəd **********205835 nömrəli “Leo Bank” kartı, 1 ədəd **********432335 nömrəli “ABB Tam” kartı Təqsirləndirilən şəxs3 qaytarılsın və 13 (on üç) ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır.

123. CPM-yə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

124. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X35 910 (doqquz yüz on) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci müştərək qaydada onlardan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

125. İş üzrə mülki iddia verilməmişdir.

126. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

127. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2 iyun 2016-cı il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

128. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 8 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 8 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6(altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 8 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6(altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 9 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olmaqla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan “VAN CLEEF & ARPELS” brendinə məxsus zərgərlik məmulatlarının və “Rolex” və “Hublot” brendinə məxsus saatların, 20 noyabr 2023-cü il tarixli 3/1439; 5/1292; 9/7004; 6/4979 nömrəli məhkəmə ekspertizasının rəyində qeyd olunmuş 211610 manat dəyəri olan 10(on) adda zərgərlik məmulatlarının, həm 9 avqust 2023-cü il tarixli 3-16-16/2-6/4267-9/6131 nömrəli, həm də 20 noyabr 2023-cü il tarixli 3/1439; 5/1292; 9/7004; 6/4979 nömrəli məhkəmə ekspertizasının rəylərində qeyd olunmuş 19829 manat dəyəri, orjinal olmayan 1(bir) adda zərgərlik məmulatı – sırğa cütünün, 9 avqust 2023-cü il tarixli 3-16-16/2-6/4267-9/6131 nömrəli məhkəmə ekspertizasının rəyində qeyd olunmuş 1494 manat dəyəri, orjinal olması müəyyən olunmayan 1(bir) dəst kulonlu boyunbağı-üzük dəstinin, həm 9 avqust 2023-cü il tarixli 3- 16-16/2-6/4267-9/6131 nömrəli, həm də 20 noyabr 2023-cü il tarixli 3/1439; 5/1292; 9/7004; 6/4979 nömrəli məhkəmə ekspertizasının rəylərində qeyd olunmuş 4441 manat dəyəri, 249,93 qram çəkidə 999 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd külçənin, 9 avqust 2023-cü il tarixli 3-16-16/2-6/4267-9/6131 nömrəli məhkəmə ekspertizasının rəyində qeyd olunmuş 36740 manat dəyəri, 249,93 qram çəkidə 999 əyarlı qızıldan hazırlanmış 1(bir) ədəd külçənin, 9 avqust 2023-cü il tarixli 3-16-16/2-6/4267-9/6131 nömrəli məhkəmə ekspertizasının rəyində qeyd olunmuş 36740 manat dəyəri 0,20 qram çəkidə 1,0 karat 1(bir) ədəd brilyant daşın, 9 avqust 2023-cü il tarixli 3-16-16/2-6/4267-9/6131 nömrəli məhkəmə ekspertizasının rəyində qeyd olunmuş 6000 manat dəyəri, 0,18 qram çəkidə 0,890 karat 1(bir) ədəd brilyant daşın, 9 avqust 2023-cü il tarixli 3-16-16/2-6/4267-9/6131 nömrəli məhkəmə ekspertizasının rəyində qeyd olunmuş 5140 manat dəyəri, 0,32 qram çəkidə 1,608 karat 1(bir) ədəd brilyant daşın, 9 avqust 2023-cü il tarixli 3-16-16/2-6/4267- 9/6131 nömrəli məhkəmə ekspertizasının rəyində qeyd olunmuş 10000 manat dəyəri olmaqla ümumilikdə 331994 manat ümumi dəyəri olan həmin mal və məmulatların hüquqi taleyinə X25 və digərlərinin barəsində hazırkı cinayət işindən ayrılmış ********* nömrəli cinayət işi üzrə hüquqi qiymət veriləcəyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan 3(üç) ədəd brilyant daşlara dair sertifikat sənədləri, 1(bir) ədəd üzərində “Tiffany CO” yazısı olan kağız paket, 1(bir) ədəd üzərində “Tiffany Co” yazısı olan qovluq və 2(iki) ədəd üzərində “Tiffany Co” yazısı olan zərgərlik məmulatları üçün qablaşdırmaların hüquqi taleyinə X25 və digərlərinin barəsində hazırkı cinayət işindən ayrılmış ********* nömrəli cinayət işi üzrə hüquqi qiymət veriləcəyi, Təqsirləndirilən şəxs3 aşkar edilərək götürülmüş DS300123 nömrəli və DS300124 nömrəli 2(iki) vərəqdən ibarət invoys, 2372 nömrəli 1(bir) vərəqdən ibarət invoys, 2(iki) vərəqdən ibarət bəyannamə və 2(iki) vərəqdən sənədin X25 və digərlərinin barəsində hazırkı cinayət işindən ayrılmış ********* nömrəli cinayət işində saxlanılmaqla həmin iş üzrə hüquqi qiymət veriləcəyi nəzərə alınsın, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan Təqsirləndirilən şəxs2 məxsus 1(bir) ədəd “İphone 11 Pro” markalı **********45619 İMEİ nömrəli, Təqsirləndirilən şəxs1 məxsus 1(bir) ədəd “Samsung Galaxy A22” markalı **********35726/**********35724 İMEİ nömrəli, Təqsirləndirilən şəxs3 məxsus 1(bir)ədəd “X97” markalı **********96638/**********80012 İMEİ nömrəli və 1(bir) ədəd “İphone 14 Pro” markalı, Təqsirləndirilən şəxs4 məxsus 1(bir) ədəd “Redmi Note 9 Pro” markalı **********15174/**********15182 İMEİ nömrəli mobil telefon aparatları müvafiq olaraq təqsirləndirilən şəxslərin ailə üzvlərinə və ya onların digər qohumlarına qaytarılsın, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan Təqsirləndirilən şəxs3 götürülmüş 6 ədəd hər biri 100 ABŞ dolları əskinasında olmaqla ümumilikdə 600(altı yüz) ABŞ dolları, 1 ədəd 100 manat, 2 ədəd 50 manat olmaqla ümumilikdə 200 (iki yüz) manat, 1 ədəd 100 dirhəm, 2 ədəd 50 dirhəm, 1 ədəd 20 dirhəm, 1 ədəd 5 dirhəm olmaqla ümumilikdə 225 (iki yüz iyirmi beş) dirhəm pul əskinasları, 1(bir) ədəd **********404291 nömrəli "xxxx" kartı, 1(bir) ədəd **********205835 nömrəli “Leo Bank” kartı, 1(bir) ədəd **********432335 nömrəli “ABB Tam” kartı Təqsirləndirilən şəxs3 qaytarılsın və 13 (on üç) ədəd diskin isə iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 910 (doqquz yüz on) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin təqsirləndirilən şəxslərə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar