Məhkəmə qərarları › İş №1(101)-1257/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1257/2025

14.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1257/2025 14.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, Ələkbərli Roman Nəriman oğlu və X3 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili Nümayəndə müdafiəçi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM-in) 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirərək dələduzluq əməlini törətmişdir.

İşin faktiki halları:

2. Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs özünün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsində çalışan yüksək vəzifəli şəxslərlə əlaqələrinin olması barədə yalan məlumat verərək inandırıb, etibarını qazanmışdır. Daha sonra sonuncuya guya əlaqələrindən istifadə edib avtomobillər üçün gözəl görünüşlü, qoşa seriya və nömrəli dövlət qeydiyyat nişanlarını alaraq nisbətən baha qiymətə satışını həyata keçirib əldə edilmiş gəliri öz aralarında böləcəklərinə dair yalan vəd vermişdir. Beləliklə o, Zərərçəkmiş şəxs aldadaraq etibarından sui-istifadə etməklə sonuncudan 2021-ci ilin yay aylarında Bakı şəhəri, Qaradağ rayonu, Xocasən yolu 40 ünvanında yerləşən Baş X8 İdarəsinin X4 inzibati binasının qarşısında avtomobil üçün hər birinin dəyəri 6.000 (altı min) manat olan 90-OO seriyası ilə başlayan 7 ədəd dövlət qeydiyyat nişanlarını alıb baha qiymətə satacağı adı ilə 42.000 (qırx iki min) manat ələ keçirmişdir. Təxminən bir ay sonra eyni ünvanda avtomobil üçün **-AA-***, **-FZ- ***, **-NZ-***, 10HF-999 və **-DE-*** dövlət qeydiyyat nişanlarını alıb baha qiymətə satacağı adı ilə 21.600 (iyirmi min altı yüz) manat ələ keçirmişdir. Bundan təxminən 5- 10 gün sonra onun təklifi ilə baha qiymətə satacağı adı ilə Zərərçəkmiş şəxs 20.000 (iyirmi min) manat ödəməklə dayısı oğlu Şahid2 alıb Bakı şəhəri, Qaradağ rayonu, Xocasən yolu 40 ünvanında ona verdiyi avtomobil üçün **-KU-*** dövlət qeydiyyat nişanını, 2022-ci ilin yaz aylarında avtomobil üçün 10 seriya ilə başlayan 100 ədəd dövlət qeydiyyat nişanını 23.000 (iyirmi üç min) manata alıb baha qiymətə satacağı adı ilə Zərərçəkmiş şəxs ünvan 3 ünvanında yerləşən «Altun» şadlıq sarayının yaxınlığındakı dairədə 18.000 (on səkkiz min) manat ələ keçirmişdir. Həmin gün Bakı şəhəri, Nizami rayonu, metronun «Neftçilər» stansiyasının yaxınlığında quraşdırılmış «Uni Bank»a aid ödəniş terminalının qarşısında 5.000 (beş min) manat, ümumilikdə isə 86.600 (səksən altı min altı yüz) manat pul vəsaitini və 20.000 (iyirmi min) manat dəyərində **-KU-*** dövlət qeydiyyat nişanını vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2013-cü ildə özünə məxsus «Porsche Panamera» markalı avtomobili Baş X8 idarəsində adına sənədləşdirən zaman Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Sonuncu ona avtomobili üçün gözəl görünən nömrə almağı təklif etmiş və bu işdə köməklik edə biləcəyini bildirmiş, o da etiraz etməmişdir. Təqsirləndirilən şəxs **-FO-*** dövlət qeydiyyat nişanı üçün 10.000 (on min) manat pul ödədiyi təqdirdə həmin nömrəni onun üçün ala biləcəyini bildirmişdir. O, 2013-cü ilin payız aylarında Binəqədi rayonu ərazisində yerləşən Baş X8 idarəsinin inzibati binasının yaxınlığında Təqsirləndirilən şəxs 10.000 (on min) manat pul vermiş və sonuncu həqiqətən də **-FO-*** dövlət qeydiyyat nişanını onun avtomobili üçün əldə etmişdir. Həmin nömrə bu günədək onun istifadəsindədir. Bundan sonra aralarında münasibətlər yaranmış, mütəmadi olaraq Təqsirləndirilən şəxs ilə görüşüb, çay içib söhbət etmişlər. O, bütün tanışlarının avtomobillərinin qeydiyyata alınması və nömrə verilməsi işlərinə köməklik etmək üçün sonuncuya müraciət etmiş, Təqsirləndirilən şəxs da bu işlərin görülməsində köməklik etmişdir. Tanışlarının işlərini heç bir maddi marağı olmadan Təqsirləndirilən şəxs yönləndirmişdir. 2021-ci ilin yay aylarında aralarında olan söhbət zamanı sonuncu gözəl görünüşlü, qoşa nömrələri bazar qiymətinə nisbətən daha ucuz qiymətə ala biləcəyini, sonradan həmin nömrələri baha qiymətə satıb gəlir əldə etməyin mümkün olduğunu, lakin əlində nağd pul olmadığından bu işi həyata keçirə bilmədiyini söyləmiş və ondan maddi dəstək olmasını xahiş edərək, əldə edəcəyi gəliri də onunla böləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs bir neçə dəfə bahalı avtomobil nömrələri aldığını bildiyindən razılaşmışdır. 2021-ci ilin yay aylarında Baş X8 idarəsinin Qaradağ rayonu ərazisində yerləşən, «Meyvəli» ticarət mərkəzinin yaxınlığındakı X4 inzibati binasının qarşısında görüşüb sonuncuya 42.000 (qırx iki min) manat pul vermişdir. Təqsirləndirilən şəxs həmin pulla 90-OO seriyası ilə başlayan 7 nömrənin hər birini 6.000 (altı min) manata alacağını, sonra həmin nömrələrin hər birini 8.000 (səkkiz min) manata satacağını və əldə olunacaq 14.000 (on dörd min) manat gəlirin aralarında bölünəcəyini demişdir. Sonuncu təxminən bir ay sonra onunla əlaqə saxlayıb **-AA-***, **-FZ-***, **-NZ-***, 10HF-999 və **-DE-*** dövlət qeydiyyat nişanlarını ala biləcəyini, həmin nömrələri almaq üçün 21.600 (iyirmi bir min altı yüz) manat pul lazım olduğunu bildirmişdir. Həmin nömrələri də özü baha qiymətə sata biləcəyini demişdir. O, etiraz etməmiş və Xətai rayonu ərazisində yerləşən «Bravo» marketin yaxınlığındakı dairədə görüşüb 21.600 (iyirmi bir min altı yüz) manat pulu şəxsən Təqsirləndirilən şəxs vermişdir. Bundan təxminən 5-10 gün sonra sonuncu ona dayısı oğluna məxsus avtomobilin **- KU-*** dövlət qeydiyyat nişanını baha qiymətə almaq istəyən müştərisi olduğunu, həmin nömrəni dayısı oğlundan alıb Təqsirləndirilən şəxs verməyini demişdir. O, etiraz etməyib dayısı oğlu Cəbrayılov Raufa 20.000 (iyirmi min) manat pul vermiş, dayısı oğlu avtomobili ilə birlikdə Baş X8 idarəsinin Qaradağ rayonu ərazisində yerləşən, «Meyvəli» ticarət mərkəzinin yaxınlığındakı X5 getmiş, orada Təqsirləndirilən şəxs **-KU-*** nömrəsini avtomobilin üzərindən çıxararaq dayısı oğlunun adına digər nömrə sənədləşdirmişdir. 2022-ci ilin yaz aylarında Təqsirləndirilən şəxs 10 seriyası ilə başlayan 100 nömrəsinin satıldığını, həmin nömrəni 23.000 (iyirmi üç min) manata almaq istədiyini və qısa müddətdə 35.000 (otuz beş min) manata satacağını, əldə olunan 12.000 (on iki min) manat gəlirdən 2000 (iki min) manat pulu özünə götürəcəyini 10.000 (on min) manatı isə digər satılmış nömrələrin xeyiri olaraq ona verəcəyini söyləmişdir. O, bu dəfə də etiraz etməmiş və Nizami rayonu ərazisində yerləşən «Altun» şadlıq sarayının yaxınlığındakı dairədə görüşüb 18.000 (on səkkiz min) manat pulu şəxsən Təqsirləndirilən şəxs vermişdir. Qalan 5.000 (beş min) manat pulu isə özünə məxsus «Uni Bank» tərəfindən verilmiş bank kartının hesabından metronun «Neftçilər» stansiyasının yaxınlığında quraşdırılmış «Uni Banka» məxsus ödəniş terminalından çıxarıb şəxsən Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra sonuncu verdiyi vədə əməl etməyərək ona heç bir məbləğdə gəlir vermədiyindən və hissə-hisə verdiyi, ümumilikdə 106.600 (yüz altı min altı yüz) manat pulu geri qaytarmadığından aralarında narazılıq yaranmışdır. O, dəfələrlə Təqsirləndirilən şəxs ilə danışıb, valideynləri ilə birgə yaşadığı ünvana gedib söhbətlər aparsa da, sonuncu müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamışdır. O, bundan sonra hadisə ilə bağlı müxtəlif hüquq-mühafizə orqanlarına müraciət etmişdir. O, Təqsirləndirilən şəxs pul verən zaman ortaq tanışları Şahid1 onların yanında olmuşdur. Təqsirləndirilən şəxs həqiqətən də 2020-ci ilin noyabr ayının 24-də, onun doğum günündə aralarında olan söhbət zamanı ondan 5.000 (beş min) ABŞ dolları borc pul almışdır. Bir müddət sonra həmin pulu ona qaytarmaq istəmiş, sonra həmin dövrün məzənnəsi ilə 8.500 (səkkiz min) manat təşkil edən 5.000 (beş min) ABŞ dollarının özündə qalmasını, gözəl görünüşlü dövlət qeydiyyat nişanı alıb, sonradan baha qiymətə sataraq gəlir əldə etməyi təklif etmişdir. O da, Təqsirləndirilən şəxs ilə razılaşmış və bununla da sonuncu gəlir əldə etmək adı ilə ondan birinci dəfə pul götürmüşdür. Təqsirləndirilən şəxs bildirdikləri yalandır. O, həqiqətən də 2021-ci ilin fevral ayında həmin dövrün məzənəsi ilə 1.700 (bir min yeddi yüz) manat təşkil edən 1.000 (bir min) ABŞ dolları, 5.500 (beş min beş yüz) manat, 3.000 (üç min) manat, 500 (beş yüz) manat olmaqla ümumilikdə 10.700 (on min yeddi yüz) manat, mart ayının 8-də 5.600 (beş min altı yüz) manat və 4.500 (dörd min beş yüz) manat olmaqla, ümumilikdə 10.100 (on min yüz) manat, aprel ayında həmin dövrün məzənnəsi ilə 11.900 (on bir min doqquz yüz) manat təşkil edən 7.000 (yeddi min) ABŞ dolları və 800 (səkkiz) manat olmaqla, ümumilikdə 12.700 (on iki min yeddi yüz) manat pulu müxtəlif yerlərdə Təqsirləndirilən şəxs vermişdir. Sonuncu dəfə Baş X8 idarəsinin Qaradağ rayonu ərazisində yerləşən, «Meyvəli» ticarət mərkəzinin yaxınlığındakı X4 inzibati binasının qarşısında 90-OO seriyası ilə başlayan nömrənin alınması üçün görüşüb Təqsirləndirilən şəxs 5.600 (beş min altı yüz) manat pul verdiyinə görə izahatında ad günündə verdiyi 8.500 (səkkiz min beş yüz) manatla birlikdə ümumiləşdirib 42.000 (qırx iki min) manat pul verdiyini qeyd etmişdir. O, dayısı oğlu Cəbrayılov Raufa məxsus **-KU-*** nömrəsini 20.000 (iyirmi min) manata alıb nisbətən baha qiymətə satması üçün Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs qeyd etdiyi nömrəni satdıqdan sonra ona hər hansı məbləğdə pul verməmiş, həmin nömrənin nə vaxt, hansı qiymətə satılmasından xəbəri olmamışdır. Nömrəni sonuncuya verdikdən bir müddət sonra Təqsirləndirilən şəxs tərəfindən mayasından aşağı, daha ücuz qiymətə, yəni 18.000 (on səkkiz min) manata satılmasını tanışı Pərviz ona demişdir. Təqsirləndirilən şəxs 2021-ci ilin yanvar ayının əvvəlində **-FZ-*** dövlət qeydiyyat nişanını almaq üçün 3.500 (üç min beş yüz) manat, yanvar ayının 21-də **-AA-*** dövlət qeydiyyat nişanını almaq 4.800 (dörd min səkkiz yüz) manat, fevral ayında **-NZ-*** dövlət qeydiyyat nişanını almaq üçün 4.500 (dörd min beş yüz) manat, mart ayının 22-də **-HF-*** dövlət qeydiyyat nişanını almaq üçün 3.800 (üç min səkkiz yüz) manat, may ayının əvvəlində **-DE-*** dövlət qeydiyyat nişanını almaq üçün 5.000 (beş min) manat olmaqla, ümumilikdə 21.600 (iyirmi min altı yüz) manat pul vermişdir. Təqsirləndirilən şəxs həmin nömrələri də sataraq əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmiş, həmin puldan ona heç bir məbləğdə gəlir verməmişdir. Bundan başqa sonuncu dəfə 2021-ci ilin may ayında Təqsirləndirilən şəxs 10 seriyası ilə başlayan 100 nömrəsinin satıldığını, həmin nömrəni 23.000 (iyirmi üç min) manata almaq istədiyini və qısa müddətdə 35.000 (otuz beş min) manata satacağını, əldə olunan 12.000 (on iki min) manat gəlirdən 2.000 (iki min) manat pulu özünə götürəcəyini 10.000 (on min) manatı isə əvvəlcədən alınaraq satılmış nömrələrin xeyiri olaraq ona verəcəyini söyləmişdir. O, bu dəfə də etiraz etməmiş və Nizami rayonu ərazisində yerləşən «Altun» şadlıq sarayının yaxınlığındakı dairədə görüşüb 18.000 (on səkkiz min) manat pulu şəxsən Təqsirləndirilən şəxs vermişdir. Yerdə qalan 5.000 (beş min) manatı isə özünə məxsus «Uni Bank» tərəfindən verilmiş bank kartının hesabından metronun «Neftçilər» stansiyasının yaxınlığında quraşdırılmış «Uni Banka» məxsus ödəniş terminalından çıxarıb şəxsən Təqsirləndirilən şəxs vermişdir. Hadisə nəticəsində ona 106.600 (bir yüz altı min altı yüz) manat maddi ziyan dəymişdir. Belə ki, **-OO-***, **- OO-***, **-OO-***, **-OO-***, **-OO-***, **-OO-*** və **-OO-*** dövlət qeydiyyat nişanlarının alınması üçün hissə-hissə olmaqla, ümumilikdə 42.000 (qırx iki min) manat, **-AA-***, **-FZ-***, **-NZ-***, **-HF-*** və **-DE-*** dövlət qeydiyyat nişanlarını almaq üçün 21.600 (iyirmi bir min altı yüz) manat, 10 seriyası ilə başlayan 100 nömrəsinin alınması üçün 23.000 (iyirmi üç min) manat pulu Təqsirləndirilən şəxs vermiş və dayısı oğlu Cəbrayılov Raufa məxsus **-KU-*** nömrəsini 20.000 (iyirmi min) manata alıb nisbətən baha qiymətə satması üçün Təqsirləndirilən şəxs vermişdir. Beləliklə sonuncuya ümumilikdə 106.600 (bir yüz altı min altı yüz) manat pul vermişdir. O, tanışı Hamlet adlı şəxsdən bir dəfə 17.000 (on yedd min) manat, bir dəfə də 12.000 (on iki min) manat faizlə borc pul alıb Təqsirləndirilən şəxs vermiş, sonuncu həmin pulların faizini ona ödəmiş, o da, həmin ödənişləri Hamletə vermişdir. Sonradan Təqsirləndirilən şəxs faizə borc götürdüyü 12.000 (on iki min) manat pulu tam olaraq ödəmişdir, 17.000 (on yeddi min) manat pul isə hələ də Hamletə ödənilməmişdir. Həmin 17.000 (on yeddi min) manat pul Təqsirləndirilən şəxs ondan aldığı 106.600 (bir yüz altı min altı yüz) manat borcun içərisində hesablanmamışdır. Məhkəmə iclasında verilmiş suallara Zərərçəkmiş şəxs cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs pul verməsiylə bağlı yazışmaları var. Sonuncu ona zəng edərək və ya mesaj yazaraq nömrə olduğunu bildirirdi, o da onunla bağlı pul verirdi. Təqsirləndirilən şəxs Altun restoranında, Xocəsəndə pul vermişdir. Pul verməkdə məqsədi nömrə alıb-satmaqla gəlir əldə etmək olmuşdur. Təqsirləndirilən şəxs nömrələri ona göstərənda onlar satışa verilməmiş, sonradan isə satdığını öyrənmişdir. Həmçinin Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı heç bir şikayətinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs nümayəndəsi (vəkili) Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili Nümayəndə məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən hüqüqlarını müdafiə etdiyi Zərərçəkmiş şəxs dəymiş ziyan ödənildiyindən tərəflərindən verilmiş mülki iddianın geri qaytarılmasını, Təqsirləndirilən şəxs həbs ilə bağlı olmayan cəza verilməsini və eyni zamanda məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş edir.

4. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 20 ildir tanıyır, onlar uzun müddət qonşu olmuşlar. Sonuncu onu Təqsirləndirilən şəxsla təxminən 5-6 il əvvəl tanış etmişdir. Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs Baş X8 idarəsində qeyri-rəsmi olaraq çalışdığını, orada tanışlarının olduğunu, avtomobillərin qeydiyyata alınması və nömrə verilməsi işlərinə köməklik etdiyini bildirmişdir. O da, bir-iki dəfə Təqsirləndirilən şəxs müraciət etmiş, sonuncu həqiqətən də bu işlərin görülməsində ona köməklik etmişdir. 2021-ci ilin yay aylarında Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs gözəl görünüşlü, qoşa nömrələri bazar qiymətinə nisbətən daha ucuz qiymətə ala biləcəyini, sonradan həmin nömrələri baha qiymətə satıb gəlir əldə etməyin mümkün olduğunu, lakin əlində nağd pul olmadığından bu işi həyata keçirə bilmədiyini və əvvəlki maddi dəstək olduğu təqdirdə həmin nömrələri alıb-sataraq əldə etdiyi gəliri onunla böləcəyinə vəd verdiyini demişdir. Bundan sonra onun məlumatına görə Zərərçəkmiş şəxs müxtəlif məbləğlərdə pulları Təqsirləndirilən şəxs vermiş, sonuncu da özünün deməsinə görə həmin pullarla gözəl görünüşlü, qoşa nömrələri bazar qiymətinə nisbətən daha ucuz qiymətə almışdır. Mütəmadi olaraq Zərərçəkmiş şəxs ilə birlikdə olduqlarından sonuncu hər dəfə Təqsirləndirilən şəxs nömrələrin alınması üçün pul verdiyi barədə ona danışmışdır. Belə ki, bir dəfə Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs ilə görüşüb 90-OO seriyası ilə başlayan nömrələrin alınması üçün ümumilikdə 42.000 (qırx iki min) manat pul verdiyini söyləmişdir. Bir neçə dəfə də Zərərçəkmiş şəxs ilə birlikdə olarkən Təqsirləndirilən şəxs onların yanına gəlmiş və avtomobil nömrələrinin alınması üçün əvvəlkinən müxtəlif məbləğlərdə pul almışdır. Bir dəfə də Təqsirləndirilən şəxs onların yanına gəlib Zərərçəkmiş şəxs dayısı oğlu, onun da tanıdığı Cəbrayılov Raufa məxsus avtomobilin **-KU-*** dövlət qeydiyyat nişanını baha qiymətə almaq istəyən müştərisinin olduğunu, Zərərçəkmiş şəxs həmin nömrəni dayısı oğlundan alıb ona verməsini, qısa müddətə həmin nömrəni 30.000 (otuz min) manata satacağını demişdir. Zərərçəkmiş şəxs bu təkliflə razılaşmış və dayısı oğlu Raufa 20.000 (iyirmi min) manat pul vermişdir. Rauf avtomobili ilə birlikdə Baş X8 idarəsinin Qaradağ rayonu ərazisində yerləşən, «Meyvəli» ticarət mərkəzinin yaxınlığındakı X5 getmişdir. Orada Əsgər **-KU-*** nömrəsini avtomobilin üzərindən çıxararaq Raufun adına digər nömrə sənədləşdirmişdir. 2022-ci ilin yaz aylarında Zərərçəkmiş şəxs ilə birlikdə Nizami rayonu ərazisində yerləşən «Altun» şadlıq sarayında olarkən Təqsirləndirilən şəxs telefonla sonuncuya zəng vurub görüşmək istədiyini bildirmiş, onlar birlikdə «Altun» şadlıq sarayından çıxmış və yaxınlıqdakı dairədə Təqsirləndirilən şəxsla görüşmüşlər. Sonuncu 10 seriyası ilə başlayan 100 nömrəsinin satıldığını, həmin nömrəni 23.000 (iyirmi üç min) manata almaq istədiyini və qeyd olunan nömrənin satışından ən azı 10.000 (on min) manat xeyir əldə olunacağını bildirmişdir. Həmin nömrəni almaq üçün Zərərçəkmiş şəxs 23.000 (iyirmi üç min) manat pul istəmişdir. Sonuncu onun yanında 18.000 (on səkkiz min) manat pulu şəxsən Təqsirləndirilən şəxs vermişdir. Sonradan Zərərçəkmiş şəxs ona qalan 5.000 (beş min) manat pulu da Təqsirləndirilən şəxs verdiyini söyləmişdir. Bir neçə gün sonra ortaq tanışları Pərviz onlarla söhbət zaman digər tanışının F.K.İmanzadnin dayısı oğlu Raufun istifadəsində olmuş **-KU-*** dövlət qeydiyyat nişanını 18.000 (on səkkiz min) manata aldığını demişdir. Təqsirləndirilən şəxs həmin nömrəni guya 23.000 (iyirmi üç min) manata satdığını, pulunu gözlədiyini Zərərçəkmiş şəxs dediyindən sonuncu həmin zaman Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış və həmin nömrənin 18.000 (on səkkiz min) manata alınması ilə bağlı soruşmuş, sonuncu müxtəlif bəhanələr gətirərək mövzunu dəyişmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında narazılıq yaranmışdır. Sonra o, Zərərçəkmiş şəxs gözəl görünüşlü, qoşa nömrələri bazar qiymətinə nisbətən daha ucuz qiymətə almaq üçün ümumilikdə Təqsirləndirilən şəxs 106.000 (bir yüz altı min) manat pul verdiyini öyrənmiş, təxminən iki ildir sonuncu həmin puldan bir manat da olsun Zərərçəkmiş şəxs qaytarmamışdır. Məhkəmə iclasında Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ona 23.000 (iyirmi üç min) manata 10 seriyası ilə başlayan 100 nömrəsini satacaqlarını, üstündə xeyir olacağını bildirmiş, sonra da Təqsirləndirilən şəxs gəlib onun yanında 23.000 (iyirmi üç min) manat pulu götürmüşdür. Zərərçəkmiş şəxs onun yanında olan zaman Təqsirləndirilən şəxs ona zəng edib bu məsələni demiş, digər hadisələri isə ona Zərərçəkmiş şəxs demiş o, birbaşa şahidi olmamışdır.

5. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, “Hyundai Elantra” markalı avtomobil onun istifadəsində olmuşdur, 28 mart 2022-ci il tarixdə həmin avtomobilə yeni nömrə almaq üçün Baş X8 idarəsinə getmişdir. Həmin vaxt hazırda anket məlumatlarını xatırlamadığı, mülki geyimli, kök bədən quruluşlu, hündür boylu bir nəfər ona yaxınlaşıb yaxşı görünüşlü nömrə almaqda kömək etmişdir. Həmin şəxs onun idarə etdiyi avtomobilə **-OO-*** dövlət qeydiyyat nişanını almış və onun istifadəsində olmuş maşının üzərinə bağlamışlar. Sonra o, oradan çıxıb öz işlərinin arxasınca getmişdir. Həmin vaxt hansı məbləğdə pul verdiyini xatırlamır.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 7-8 ildir tanıyır, sonuncuyla aralarında yaxın tanışlıq münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs onun sürücülük vəsiqəsi və adına avtomobil olduğunu bildiyindən Baş X8 idarəsinin Qaradağ rayonu ərazisində yerləşən, «Meyvəli» ticarət mərkəzinin yaxınlığındakı X1 adına gözəl görünüşlü bir neçə nömrə almaq istədiyini söyləmiş, o, etiraz etməmişdir. Sonradan Təqsirləndirilən şəxs onun adına 90-OO seriyalı 021, 027, 035, 039, 057, 063 və 079 dövlət qeydiyyat nişanlarını almışdır. Sonuncunun sonradan həmin nömrələri kimlərə, hansı qiymətə satması barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs qeyd etdiyi dövlət qeydiyyat nişanlarını hansı qiymətə alması və satması barədə məlumatı olmamışdır. Eşitdiyinə görə sonuncu həmin nömrələrin hər birini təxminən 8.000 (səkkiz min) manata satmışdır. Məhkəmə iclasında Şahid4 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs həmin yerdə rəsmi işləmirdi. O, adına alınan nömrələrin hamısını bilməmişdir. Rəsmiləşdirmələrdə iştirak etmiş, lakin neçəyə satdığını bilməmişdir. O, nömrə satmamışdır və adına nömrə olub-olmamasını bilmir. Onun adına nömrələr təxminən 6-7 il əvvəl alınıb.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, «X6» markalı avtomobil onun istifadəsində olmuşdur. xx.xx.2022-ci ildə həmin avtomobili rəsmiləşdirərək nömrə almaq üçün Baş X8 idarəsinə getmişdir. Həmin vaxt mülki geyimli, kök bədən quruluşlu, hündür boylu Əsgər adlı şəxs ona yaxınlaşıb yaxşı görünüşlü nömrə almaqda kömək etmişdir. Həmin şəxs onun idarə etdiyi avtomobilə **-OO-*** dövlət qeydiyyat nişanını almış və onun istifadəsində olmuş maşının üzərinə bağlamışlar. Həmin nömrəyə görə o, Təqsirləndirilən şəxs təxminən 8.000 (səkkiz min) manat pul vermiş, sonra isə oradan çıxıb öz işlərinin arxasınca getmişdir.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs doğma bibisi oğludur, sonuncu onu Təqsirləndirilən şəxsla təxminən 5-6 il əvvəl tanış etmişdir. Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs Baş X8 idarəsində qeyri-rəsmi olaraq çalışdığını, orada tanışlarının olduğunu, avtomobillərin qeydiyyata alınması və nömrə verilməsi işlərinə köməklik etdiyini bildirmişdir. O da, bir-iki dəfə Təqsirləndirilən şəxs müraciət etmiş, sonuncu həqiqətən də bu işlərin görülməsində ona köməklik etmişdir. xx.xx.2020-ci ildə avtomobilini sənədləşdirən zaman **-MU-*** dövlət qeydiyyat nişanı almışdır. Həmin nömrəni rəsmi qaydada özü adına sənədləşdirmişdir. 2021-ci ilin təxminən mart ayında ona məxsus **-MU-*** dövlət qeydiyyat nişanını 20.000 (iyirmi min) manata satmaq qərarına gəlmiş və bu barədə Təqsirləndirilən şəxs bildirmişdir. Sonuncu həmin nömrəni **-KU-*** dövlət qeydiyyat nişanı ilə dəyişdirməyi təklif etmiş, o, etiraz etməmişdir. Təqsirləndirilən şəxs bütün zəruri hərəkətləri həyata keçirib **-MU-*** dövlət qeydiyyat nişanını ona məlum olmayan qiymətə tanımadığı şəxsə satmışdır. **- KU-*** dövlət qeydiyyat nişanını isə ona vermişdir. Bibisi oğlu Zərərçəkmiş şəxs qeyd etdiyi **-KU-*** nömrəsini almaq istədiyini, həmin nömrəni Təqsirləndirilən şəxs vasitəsi ilə daha baha qiymətə satıb əlavə gəlir əldə edəcəyini söyləmişdir. O, etiraz etməmiş, həmin nömrəni 20.000 (iyirmi min) manata bibisi oğlu Zərərçəkmiş şəxs satmışdır. Sonradan ona məlum Təqsirləndirilən şəxs həmin nömrəni Zərərçəkmiş şəxs məlumatı olmadan tanımadığı şəxsə 18.000 (on səkkiz min) manata satdığı məlum olmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında narazılıq yaranmış, sonradan o, Zərərçəkmiş şəxs gözəl görünüşlü, qoşa nömrələri bazar qiymətinə nisbətən daha ucuz qiymətə almaq üçün ümumilikdə Təqsirləndirilən şəxs 106.000 (bir yüz altı min) manat pul verdiyini, sonuncunun həmin pulları mənimsəyərək Zərərçəkmiş şəxs qaytarmadığını öyrənmişdir. Məhkəmə iclasında Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, 20.000 manatı ona F.K.Zərərçəkmiş şəxs vermiş, Təqsirləndirilən şəxs onu aldatmamış, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs nömrə alıb-satmasında iştirak etməmiş, həmin məsələni əvvəlkindən eşitmişdir.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs bir neçə dəfə görmüş, aralarında heç bir münasibət olmamışdır. Təqsirləndirilən şəxs isə təxminən 2022-ci ilin əvvəllərində tanımışdır. O, həmin ərəfədə rəsmi olaraq Səbail rayonu, Nizami küçəsində yerləşən «Topaz» mərc oyunları obyektini işlətmiş, Zərərçəkmiş şəxs həmin obyektdə olarkən onun nömrəsini Təqsirləndirilən şəxs verəcəyini bildirmiş, o da, etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bir neçə dəfə çalışdığı obyektə gələrək mərc oyunlarına müəyyən məbləğdə pullar qoyaraq həmin oyunlarda iştirak etmişdir. Bundan başqa bir neçə dəfə də Təqsirləndirilən şəxs telefonla mərc oyunlarına pul qoymuş və həmin pulları ödəmişdir. Sonuncunun mərc oyunlarında nə qədər pul udub-uduzması onun yadında qalmamışdır. O, sonradan namaz qılmağa başlayıb dini ziyarətgahlara səfər etdiyindən mərc oyunları ilə bağlı fəaliyyətini bitirmişdir. Zərərçəkmiş şəxs bununla 3cü dəfədir görür.

10. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid7 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımamış, onunla heç vaxt görüşməmişdir. Zərərçəkmiş şəxs isə 15 ildən artıqdır tanıyır. 2021-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs Baş X8 idarəsində qeyri-rəsmi olaraq çalışdığını, orada tanışlarının olduğunu, avtomobillərin qeydiyyata alınması və nömrə verilməsi işlərinə köməklik etdiyini, Təqsirləndirilən şəxs təcili olaraq pul lazım olduğunu bildirmiş və ona borc pul verməyini xahiş etmişdir. O, etiraz etməyib 17.000 (on yeddi min) manat pulu aylıq 4 faizə verə biləcəyini söyləmişdir. Zərərçəkmiş şəxs danışıb Təqsirləndirilən şəxs razı olduğunu bildirmişdir. O, həmin 17.000 (on yeddi min) manat pulu sonuncuya verməsi üçün Zərərçəkmiş şəxs vermişdir. Bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs yenə də Təqsirləndirilən şəxs pul lazım olduğunu bildirmiş, o da eyni şərtlə 12.000 (on iki min) manat pul verə biləcəyini söyləmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs razı olduğunu dediyindən o, 12.000 (on iki min) manat pulu da sonuncuya verməsi üçün Zərərçəkmiş şəxs aylıq 4 faizə borc vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs həmin pulların faizini sonradan isə 12.000 (on iki min) manat pulun hamısını ödəmişdir. Lakin 17.000 (on yeddi min) manat pulun faizini bir neçə ay ödədikdən sonra Təqsirləndirilən şəxs faizləri və 17.000 (on yeddi min) manat borcu geri qaytara bilmədiyini söyləmişdir. O, Təqsirləndirilən şəxs həmin pula görə faizi ödəyə bilmədiyini nəzərə olaraq 17.000 (on yeddi min) manat pulu qaytarmasını Zərərçəkmiş şəxs demişdir. Buna baxmayaraq bu günədək onun Təqsirləndirilən şəxs aylıq 4 faizə borc verdiyi 17.000 (on yeddi min) manat pul ona geri qaytarılmamışdır.

11. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild i/v 116).

12. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü ildən hesablanmışdır (İ cild i/v 162-166).

13. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti xx.xx.2025-ci ilədək uzadılmışdır (İ cild i/v 187-192).

14. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 20 gün, yəni xx.xx.2025-ci ilədək uzadılmışdır (İ cild i/v 244-245).

15. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (İİ cild i/v 19-20).

16. Whatsapp yazışma çıxarışlarından görünür ki, Təqsirləndirilən şəxs gözəl görünüşlü, qoşa seriyalı və nömrəli dövlət qeydiyyat nişanlarının siyahısını və qiymətlərini Zərərçəkmiş şəxs göndərmiş, həmin nömrələri nisbətən baha qiymətə sata biləcəyini bildirmiş, 6 ədəd OO seriyası ilə olan nömrələri 42000 manata danışdığını bildirmiş, Zərərçəkmiş şəxs ümumilikdə 106.615 (bir yüz altı min altı yüz on beş) manat pul borclu olması ilə razılaşmış və sonuncunun həmin borcu 100.000 (bir yüz min) manatla həll etməyə razılaşdığı qeyd olunmuşdur (İ cild 72,77,79,85-87).

17. Cinayət işinin materiallarına əlavə edilmiş səs yazıları olan DVD diskə və protokola məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında aparılmış danışıqlar zamanı Zərərçəkmiş şəxs ümumilikdə 106.000 (bir yüz altı min) manat pulu Təqsirləndirilən şəxs verdiyini, sonuncunun həmin pulu geri qaytarmadığını və bir manat da olsun gəlir əldə etmədiyini qeyd etmişdir. Həmin məbləğin dollar ekvivalentinin, yəni 65.000 ABŞ dollarının daha az məbləğ kimi göründüyünü qeyd edir. Həmçinin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Samir adlı şəxsə 30.000 (otuz min), Emin adlı şəxsə 32.000 (otuz iki min), onun özünə isə 106.000 (bir yüz altı min) manat borclu olduğunu bildirəndə Təqsirləndirilən şəxs bununla razılaşaraq ümumilikdə 200-250 min manat borcunun olmasını qeyd edir. Zərərçəkmiş şəxs borcunu xatırladanda Təqsirləndirilən şəxs həmin borcu inkar etmir, əksinə yaxın müddətdə əvvəlkini sevindirəcəyinə vəd verir (İ cild i/v 69-70).

18. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci ildə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild i/v 193-194).

19. 12.04.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında aparılmış danışıqların səs yazısı və yazışmaların qeyd olunduğu elektron daşıyıcı maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (İ cild i/v 207-216).

20. Cinayət işinin İİ cildinə əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, sonuncu Təqsirləndirilən şəxs maddi ziyanın vurulmasına görə 106.000 (bir yüz altı min) manat, mənəvi ziyanın vurulmasına görə 10.000 (on min) manat məbləğində pulun tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir.

21. Cinayət işinin İİ cildinə əlavə edilmiş Zərərçəkmiş şəxs nümayəndəsi (vəkili) Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili Nümayəndə xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs tərəfindən hüqüqlarını müdafiə etdiyi Zərərçəkmiş şəxs dəymiş ziyan ödənildiyindən tərəflərindən verilmiş mülki iddianın geri qaytarılmasını, Təqsirləndirilən şəxs həbs ilə bağlı olmayan cəza verilməsini və eyni zamanda məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş edir.

22. Cinayət işinin İİ cildinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(001)1257/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia ərizəsi geri qaytarılmışdır.

Təqsirləndirilən şəxslərin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

23. Təqsirləndirilən şəxs məhkəmə baxışında ona elan edilmiş ittiham özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2012-ci ildə hazırda əlaqəsi olmayan Şükür adlı tanışı vasitəsilə Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. 2013-cü ildə özünə məxsus «Porsche Panamera» markalı avtomobili Baş X8 idarəsində adına sənədləşdirən zaman Zərərçəkmiş şəxs görmüşdür. O, sonuncuya avtomobil üçün gözəl görünən nömrə almağı təklif etmiş və bu işdə köməklik edə biləcəyini söyləmiş, sonuncu da etiraz etməmişdir. O, **-FO-*** dövlət qeydiyyat nişanı üçün 10.000 manat pul ödədiyi təqdirdə həmin nömrəni Zərərçəkmiş şəxs üçün ala biləcəyini bildirmişdir. Sonuncu 2013-cü ilin payız aylarında Binəqədi rayonu ərazisində yerləşən Baş X8 idarəsinin inzibati binasının yaxınlığında ona 10.000 manat pul vermiş və o da, **-FO-*** dövlət qeydiyyat nişanını Zərərçəkmiş şəxs avtomobili üçün götürmüşdür və həmin nömrə bu günədək də sonuncunun istifadəsindədir. Onların aralarında dostluq münasibəti olmuş, xaricdə birlikdə istirahə etmiş, bir-birlərinin toylarına getmişlər. Zərərçəkmiş şəxs onun hər ad günündə yanında olmuş, hər gün bir-birləriylə danışmış, onların aralarında pul söhbəti olmamışdır. Zərərçəkmiş şəxs bütün tanışlarının avtomobillərinin qeydiyyata alınması və nömrə verilməsi işlərinə köməklik etmək üçün ona müraciət etmiş, O da, bu işlərin görülməsində Zərərçəkmiş şəxs tanışlarına köməklik etmişdir. 2020-ci ilin yay aylarında o, Zərərçəkmiş şəxs doğum günündə aralarında olan söhbət zamanı sonuncudan 5000 ABŞ dolları borc pul istəmiş, sonuncu etiraz etməyib həmin gün ona 5000 ABŞ dolları borc pul vermiş, o da həmin pulu öz ehtiyaclarına xərcləmişdir. Təxminən 20 gün sonra o, Zərərçəkmiş şəxs yenə ona 17000 manat borc pul verməsini, olmadığı təqdirdə faizə belə pul tapmasını xahiş etmiş, sonuncu ona özündə pul olmadığını deyib, Hamlet adında tanışından aylıq 4 faizə pul alıb verə biləcəyini bildirmiş, o da razılaşmışdır. Həmin gün Zərərçəkmiş şəxs dediyinə görə Hamletdən pulu götürüb, Xətai rayonu, Əhmədli qəsəbəsi tərəfdə görüşüb ona 17.000 manat pul vermişdir. Təxminən bir neçə gün sonra o, Zərərçəkmiş şəxs yenə 17.000 manat pul da götürüb ona verməsini istəmiş, sonuncu həmin məbləğin olmadığını, 12.000 manat götürüb verə biləcəyini demişdir. Həmin gün Zərərçəkmiş şəxs yaşadığı, Əhmədli qəsəbəsi, «Ukrayna» meydanı yaxınlığında yerləşən, dəqiq ünvanını bilmədiyi evlərinin qarşısında ona 12.000 manat pul vermiş, bundan sonra onların dostluğu davam etmişdir. 2020-ci ildən 2021-ci ilin yay aylarına qədər təxminən 14-15 ay o, Zərərçəkmiş şəxs ona alıb verdiyi 29.000 manat pul üçün ayda təxminən 1.160 manat pulu 15 ay müddətinə ödəmişdir. Həmin faizləri Zərərçəkmiş şəxs ödəmiş, sonuncunun Hamlet adlı tanışını görməmiş, Hamletin adını onun yanında ancaq Zərərçəkmiş şəxs çəkmişdir. Aylıq 1.160 manat pulu bəzən özünə məxsus «Kapital Bank» tərəfindən verilmiş bank kartının hesabından Zərərçəkmiş şəxs məxsus bank kartının hesabına köçürmüşdür. Zərərçəkmiş şəxs onun BDYPİ-də tanışlarının olduğunu bildiyi üçün ona gözəl görünüşlü, qoşa nömrələri bazar qiymətinə nisbətən daha ucuz qiymətə alıb satmağı və bunun üçün maddi dəstək ola biləcəyini təklif etmiş,onlar yaxın dost olduqları üçün o, razılaşmışdır. Bundan sonra 3-4 dəfə Zərərçəkmiş şəxs ilə nömrə alıb sonradan həmin nömrələri baha qiymətə satıb gəlir əldə etmişlər. Hər dəfə pulu sonuncuya vermiş, avtomobil nömrələrini o, almış və sonra da həmin nömrələri satıb əldə etdikləri gəliri aralarında bölmüşlər. Bəzi hallarda isə ehtiyacı olduqda Zərərçəkmiş şəxs özünə deyib, satdığı nömrələrin pulunun dəyərini sonuncuya ödəmədən tam şəkildə özünə götürüb xərcləmişdir. Zərərçəkmiş şəxs onun “Topaz” mərc oyunlarında oynadığını bilmiş, hətta sonuncu onu mərc oyunları ilə məşğul olan tanışı Eminlə tanış etmişdir. O, Zərərçəkmiş şəxs zaminliyi ilə mərc oyunlarına nisyə pul qoymuş, ona həftəlik borc yazılmış, hər həftənin 1-ci günü həftəlik Eminlə hesablaşmışdır. Hətta bir dəfə o, Zərərçəkmiş şəxs zəng vurub 10.000 manat pul istəmiş, sonuncu onunla razılaşmış, onlar metronun «Gənclik» stansiyası yaxınlığında görüşmüşlər. Marketlərdən birində Zərərçəkmiş şəxs ona verdiyi 10.000 manat pulu Milliön ödəmə terminalı vasitəsilə “Topaz” oyununa yükləmiş, lakin həmin pulu da uduzmuşdur. Təxminən həmin vaxtdan bir neçə gün keçəndən sonra o, Zərərçəkmiş şəxs yenə 8.000 manat borc pul istəmiş, sonuncu həmin pulu Nizami rayonu ərazisində “Neolit” şadlıq evinin qarşısında görüşüb ona vermişdir. Bir neçə gün sonra yenə Zərərçəkmiş şəxs 5.000 manat borc pul istəmiş, sonuncu həmin pulu onun bank kartına köçürmüşdür. O, həmin pulu da uduzmuşdur. Həmin ərəfədə Zərərçəkmiş şəxs faizə borc götürdüyü 12.000 manat pulu hissə-hissə olaraq tam ödəmişdir. Onların tanışlığı zamanı o, **-LL-*** dövlət qeydiyyat nişanını nömrənin sahibinə 2.500 manat verməklə almışdır. Həmin nömrənin sənədlərini Zərərçəkmiş şəxs özü həmin şəxsdən götürmüş, sonra isə dayısı oğlu Raufun avtomobilinə rəsmiləşdirmişdir. Zərərçəkmiş şəxs ona deməsinə görə həmin nömrəni 4.000 ABŞ dollarına dayısı oğluna satmışdır. Əldə olunan gəlirdən Zərərçəkmiş şəxs ona heç bir məbləğdə pul verməmiş, onun payına düşən pulu borcundan çıxacağını söyləmişdir. Borca düşdüyünə görə dostlarının köməkliyi ilə ölkədən getmiş, Türkiyədə olanda dostu Samir ona Bakıya gəlməsini və kömək edəcəyini bildirmiş, o da Bakıya qayıtmışdır. Həmin gecə Samir və Zərərçəkmiş şəxs ilə görüşmüş, sonuncu özü ona pul verməyi, verəcəyi pullu işləyərək onların borclarını qaytarmağı təklif etmişdir. Hətta Zərərçəkmiş şəxs 500 (beş yüz) manat pul istəmiş, sonuncu ona 350 (üç yüz əlli) manat pul vermişdir. 2021ci ilin yay aylarında Baş X8 idarəsinin Qaradağ rayonu ərazisində yerləşən, «Meyvəli» ticarət mərkəzinin yaxınlığındakı X4 inzibati binasının qarşısında görüşüb 90-OO seriyası ilə başlayan 7 nömrənin hər birini 6.000 manata almaq üçün ona 42.000 manat pul verdiyini, onun həmin nömrələrin hər birini 8.000 manatdan satıb əldə olunmuş 14.000 manat gəlirin aralarında bölünəcəyinə vəd verdiyi barədə Zərərçəkmiş şəxs bildirdikləri yalandır. Onunla sonuncu arasında 90-OO seriyalı nömrələrin alınması ilə bağlı heç bir razılaşma olmamışdır. Zərərçəkmiş şəxs ona həmin məqsədlə 42.000 manat pul verməmiş, o, həmin seriyalı nömrələri həqiqətən digər tanışı ilə birlikdə əldə etmiş və sonradan müxtəlif şəxslərə satmışdır. Ola bilsin ki, Zərərçəkmiş şəxs bu barədə eşidib həmin işi onunla birlikdə gördüyünü qeyd etmişdir. Zərərçəkmiş şəxs ifadəsində təxminən bir ay sonra onunla əlaqə saxlayıb **- AA-***, **-FZ-***, **-NZ-***, 10HF-999 və **-DE-*** dövlət qeydiyyat nişanlarını almaq üçün ona 21.600 manat pul verdiyini, həmin nömrələri nisbətən baha qiymətə satıb əldə olunacaq gəlirin aralarında bölünəcəyinə vəd verdiyi barədə bildirdikləri yalandır. Zərərçəkmiş şəxs ona bir dəfəyə 21.600 manat pul verməmişdir. Həqiqətən də **-AA- *** dövlət qeydiyyat nişanını almaq üçün Zərərçəkmiş şəxs 4.500 manat pul almışdır. Həmin nömrəni satıb Zərərçəkmiş şəxs heç bir məbləğdə pul verməmişdir. **-FZ-*** nömrəsini alarkən Zərərçəkmiş şəxs 2.000 manat pul götümüşdür. Həmin nömrəni özündə olan 1.500 manat pulu əlavə etməklə 3.500 manata almış və sonradan digər şəxsə satmış, həmin nömrənin satışından Zərərçəkmiş şəxs heç bir məbləğdə pul verməmiş, bununla bağlı sonuncuyla razılaşmışlar. Digər **-NZ-*** nömrəsini də alarkən Zərərçəkmiş şəxs pul götürdüyünü xatırlayır, lakin pulun məbləği dəqiq yadında qalmamışdır. Zərərçəkmiş şəxs təxminən 5-10-gün sonra onun xahişi ilə dayısı oğlu Cəbrayılov Raufa məxsus avtomobilin **-KU-*** dövlət qeydiyyat nişanını 20.000 manata alıb nisbətən baha qiymətə satmaq üçün ona vermişdir. Həmin nömrəni Orxan adlı şəxsə 18.000 manata satmışdır. O, Baş X8 İdarəsində heç bir vəzifədə çalışmamış, Baş X8 İdarəsində müxtəlif nömrələri öz sahiblərindən alıb nisbətən baha qiymətə satmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisəyə qədər Zərərçəkmiş şəxs ilə mübahisələri olmamış, o, maşın, nömrə alıbsatmışdır. Onun DİN-də dostu, qohumu yox, tanışı olmuş, lakin orada işləyən polis əməkdaşı tanımamışdır. Bir dəfə Roma adlı şəxs ona zəng edib pulu qaytarmasını bildirmiş, sonra Zərərçəkmiş şəxs konfransa qoşularaq bu adamları özünün göndərdiyini bildirmişdir. Sonuncudan 5.000 (beş min) dollar, 29.000 (iyirmi doqquz min) manat, 23.000 (iyirmi üç min) manat olmaqla, müxtəlif vaxtlarda pul almışdır. Pulları alma tarixlərini xatırlamır, təxmini 2021-ci illərdə almışdır. Onlardan 12.000 (on iki min) manatı bir dəfə qaytarmış, 15 ayda 1.160 (bir min bir yüz altmış) manatdan olmaqla pul ödəmişdir. Bir-birlərindən həmişə pul almış, Zərərçəkmiş şəxs pulu ona bəzən faizlə vermiş, aralarında dost münasibətləri olduğundan yazılı müqavilə tərtib etməmişdirlər. Sonuncunun ondan başqasına faizlə pul verdiyini xatırlamır. Zərərçəkmiş şəxs pulu ad günündə, maşında və çay evində almış, lakin Qaradağda pul almamışdır. Aralarında biznes fəaliyyəti olmamış, Şəhriyar adlı adamla maşın işləri olmuş, Zərərçəkmiş şəxs özü ona nömrə alıb-satmağı təklif etmiş, həmin vaxtı pula ehtiyacı olmadığı üçün razılaşmamış, sonuncuya belə bir təklif etməmiş, yalnızca bu barədə məsləhət vermiş, sonuncu ondan nömrələrin qiymətlərini soruşmuşdur. Zərərçəkmiş şəxs pulu ilə nömrə alaraq satıb pulu bölmələri yadına gəlmir, bəlkə də olmuşdur. 2012-ci ildə Şükür adlı tanışı vasitəsilə Zərərçəkmiş şəxs ilə tanış olmuş, sonuncu bibisi ya əmisi oğluna **-DO-*** saylı nömrə almaq istəmiş, o da nömrəni almağa kömək etmiş, lakin ona pul verilməmişdir. Zərərçəkmiş şəxs onun nömrəsini götürmüşdür. Sonuncunun dayısı oğlu Raufa **-XX-*** saylı, başqa 3-4 nəfər tanışına da nömrələr almış, nömrələri bəzən ucuz təşkil etmişdir. Zərərçəkmiş şəxs pulları əlbəl, kartla, sürücüsü vasitəsi ilə vermiş, sonuncuya ayda 1.160 (bir min bir yüz altmış) manat faizə pul qaytaran zaman ona pulu verənə, yəni Hamletə ödədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs dayısı oğlundan **-KU-*** nömrəsi almamış, o nömrə dostunda olmuş, **-KU-*** nömrəsi **-MU-*** nömrəsinə dəyişilmiş, lakin ona görə pul almamışdır. Zərərçəkmiş şəxs ilə onun mülki münasibəti olmuş, sonuncunu aldatmamış, sadəcə borc almışdır. Zərərçəkmiş şəxs nə vaxt pul istəsə həm faizlə, həm də faizsin ona pul verdiyindən, sonuncunun aldatmağına ehtiyac olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs diabet xəstəsi olmasını və müdafiəçinin çıxışının son sözü kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.

HÜQUQİ MƏSƏLƏLƏR:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:

24. Maddə 178.3.2. Bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: külli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

25. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

26. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

27. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

28. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

29. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir.

30. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.

31. Maddə 70.1. İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.

32. Maddə 70.3. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər.

33. Maddə 75.1.1. Böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz.

34. Maddə 99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi:

35. Maddə 181.1. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:

36. Maddə 28.5. şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

37. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

38. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. 39.Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

40. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. 41.Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

42. Maddə 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 43.Maddə 179.1. Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 44.Maddə 193.2. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir). 45.Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı:

52. Məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

53. Qərarın 25-ci bənd. Şərti məhkum etmə, haqlarında yalnız CM-in 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verilməlidir. Ona görə də, məhkəmələr, zəruri olduqda, işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq, məhkumun üzərinə CM-in 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən qəbul olunur. Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən, əlavə cəzalar isə real icra olunduğundan, hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı:

54. Qərarın 1-ci bəndi. Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər.

Avropa Məhkəməsinin Presedent Hüququ:

55. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Məhkəmənin hüquqi dəyərləndirməsi:

56. Beləliklə, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirərək dələduzluq cinayətini törətməsini etiraf etməsə də, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, mobil telefonda olan whatsapp yazışmaları, DVD diskdə olan səs yazıları, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 178.3.2-cü maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi, eləcə də ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur (hökmün 41-ci bəndi).

57. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır.

58. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir.

59. Belə ki, şübhəli şəxsin (İ cild i/v 132-135), təqsirləndirilən şəxsin dindirmə (İ cild i/v 151-154), üzləşdirmə protokollarından (İ cild i/v 137-142), eləcə də həbs qətimkan tədbirinin seçilməsi barədə qərardan (İ cild i/v 162-166) görünür ki, təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə dəfələrlə törətdiyi əməli etiraf etmiş, yəni zərərçəkmiş şəxs və sonuncunun tanışları üçün qoşa seriyalı nömrələr alıb-satmaq məqsədi ilə Zərərçəkmiş şəxs pullar aldığını, lakin pulları mərc oyunlarında uduzduğu üçün geri qaytara bilmədiyini bildirmişdir. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir.

46. Bundan başqa Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan whatsapp yazışmalarından görünür ki, əvvəlki gözəl görünüşlü, qoşa seriyalı və nömrəli dövlət qeydiyyat nişanlarının siyahısını və qiymətlərini Zərərçəkmiş şəxs göndərmiş, həmin nömrələri nisbətən baha qiymətə sata biləcəyini bildirmiş, 6 ədəd OO seriyası ilə olan nömrələri 42000 manata danışdığını bildirmiş, Zərərçəkmiş şəxs ümumilikdə 106.615 (bir yüz altı min altı yüz on beş) manat pul borclu olması ilə razılaşmış və sonuncunun həmin borcu 100.000 (bir yüz min) manatla həll etməyə razılaşdığı qeyd olunmuşdur (İ cild 72,77,79,85-87).

60. Yuxarıdakılara əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verilən ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə verilmişdir. 61.Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (hökmün 24-cü bəndi).

62. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.

63. Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam şəkildə ödəməsini və barışmasını, zərərçəkmiş şəxsin ona azadlıqdan məhrum etməyən cəza növünün təyin edilməsini xahiş etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır.

64. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır.

65. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

66. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.

67. Lakin, məhkəmə, Təqsirləndirilən şəxs şəxsiyyətini tədqiq edərək, işin mühüm və diqqətəlayiq hallarını, törətdiyi cinayətin ağırlığını və nəticələrinə dair məsuliyyətini dərk etməsini, yüngülləşdirici halları, yəni ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslə barışmasını, ona vurulmuş ziyanın tamamilə ödənilməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın verilməsi barədə xahişini həmçinin, əməlində ağırlaşdırıcı halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunması mümkündür. Ona görə də, məhkəmə sonuncunun barəsində Azərbaycan Respublikasının CM-in 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş cəzanın sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir (hökmün 31 və 32-ci bəndləri).

68. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə zalından həbsdən azad edilməlidir.

69. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır (hökmün 35-ci bəndi).

70. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir.

71. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə məlumat vermədən iş və daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı və üzərində nəzarətin həyata keçirilməsi həmin İdarəyə həvalə edilməlidir.

72. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında aparılmış danışıqların səs yazısı və yazışmaların qeyd olunduğu elektron daşıyıcı cinayət işinin materiallarında saxlanılmalıdır (hökmün 40-cı bəndi).

73. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir (hökmün 44-cü bəndi)

74. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir (hökmün 34 və 43-cü bəndləri).

75. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

76. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə məlumat vermədən iş və daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi həmin İdarəyə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında aparılmış danışıqların səs yazısı və yazışmaların qeyd olunduğu elektron daşıyıcı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 28 saata görə 308 (üç yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Femida» Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar