Məhkəmə qərarları › İş №1(101)-1258/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1258/2023

30.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1258/2023 30.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X3 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri ”Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1, “Sirius” Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Elnur oğlunun, Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə, ölmüş Zərərçəkmiş şəxs3 hüquqi varisi X6 iştirakları ilə, xx xxxxxx 2005-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Ağcabədi rayonu, Sarıcalı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi, ev 25də yaşamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.3 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Əhmədli X4 Nemət Elşən oğlunu ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən həyatdan məhrum etmiş və Zərərçəkmiş şəxs1 sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o 18 dekabr 2022-ci il tarixdə saat 23 radələrində tanışı 03 yanvar 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 zəng edərək onun barəsində aşağılayıcı sözlər danışdığını irad tutaraq həmin məsələnin görüşüb aydınlaşdırılmasını bildirib ünvan 1 ünvanı yaxınlığında onunla görüşməsi və görüş zamanı aralarında yaranmış mübahisə zamanı təhqiredici ifadə işlətdiyinə görə həmin ünvanda tanışı Zərərçəkmiş şəxs1 özü ilə yaşadığı evin mətbəxindən götürdüyü zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən mətbəx təyinatlı bıçaqla sağ bud nahiyəsindən bir dəfə vurub sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid olan 01 ədəd kəsilmiş-deşilmiş yara xəsarəti yetirmiş, bundan sonra münaqişənin davamı olaraq Zərərçəkmiş şəxs1la hadisə yerinə gəlmiş tanışı xx xxxxxx 2004-cü İl təvəllüdlü Zərərçəkmiş şəxs3 onun üzərinə gəldiyini görərək qəsdən öldürmək məqsədi ilə ona həmin bıçaqla döş qəfəsinin arxa səthinin sol yarısı nahiyəsindən bir dəfə vurub dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olan döş qəfəsinin arxa səthinin sol yarısının döş boşluğuna nüfuz edərək dalağın zədələnməsi İlə müşayiət olunmuş 01 ədəd deşilmiş-kəsilmiş yarası xəsarəti yetirməklə ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, Orxanla əvvəllər də aralarında konflikt olmuşdur. 18 dekabr 2022-ci il tarixində isə dostu Allahverdi mesaj yazaraq Orxanın onun haqqında nalayiq ifadələr işlətdiyini bildirdiyinə görə Orxana zəng edərək sabah görüşməyi təklif etmiş, Orxan elə həmin gün özü ilə 4-5 nəfər dostunu də götürərək onların məhəlləsinə gəlmişdir. Orxana qumluq adlanan əraziyə getməsini, özünün də ora gələcəyini bildirmişdir. Orxangilin sayca onlardan çox olduğunu gördüyündən o da Namiq, Nihat və Sahib adlı dostlarını özü ilə götürüb razılaşdırılmış yerə getmişdir. Orxanda bıçaq olmasını eşitdiyinə, habelə onun üzərində bıçaq olduğunu gördüyünə görə ehtiyat və müdafiə məqsədilə evdən çıxarkən mətbəxdən bıçaq götürmüşdür. Orxanla təkbətək danışacağını bildirərək oraya yığışmış hər kəsdən kənara keçmələrini xahiş etmişdir. Orxanla təkbətək söhbət edərkən aralarında mübahisə başlamış, sonuncudan söyüş söyməməsini tələb etməsinə və bununla əlaqədar onu 3 dəfə xəbardarlıq etməsinə baxmayaraq sözlərinə məhəl qoymadığına görə bıçaqla onun bud nahiyəsindən vurmuşdur. Orxanı vurmaqda məqsədi həmçinin onun gözünü qorxutmaq olmuşdur. O, bıçaqla Orxanı vurarkən, Orxan da əlində bıçaq olmuşdur. Lakin Orxanın onu vurmağa cəhd etməsi yadında deyildir. Ətrafda heç kəsin onda bıçaq olmasından xəbəri olmamışdır. Daha sonra isə onları aralamağa çalışdığına görə Neməti vurmuşdur. Neməti qəsdən öldürmək niyyəti olmamışdır. Belə ki, o Neməti də bud nahiyəsindən vurmaq istəmiş, lakin sonuncu onun üstünə tullandığına görə bıçaq onun qarın boşluğuna düşmüşdür. Nemət onu vurmaq istəyərkən, Orxanın hansı vəziyyətdə olduğunu isə xatırlamır. Xalidi də ümumiyyətlə bıçağın dəstəyi ilə vurmuşdur. Sonra hər iki tərəfdən gəlmiş dostlar onları ayırmışlar. Hadisə günü bıçağı kənara atmışdır. Neməti vurduqdan sonra dostları ilə birlikdə hadisə yerindən uzaqlaşaraq Memar Əcəmiyə getmişdirlər. Onlar xəsarət alan uşaqlar üçün təcili tibbi yardım çağırmış, xəsarət alan uşaqların sonra hara getdiklərini bilməmişdir. O, hadisədən 3-4 saat sonra telefonda sosial şəbəkədə Nemətin ölüm xəbərinin paylaşıldığını görmüş və buna görə polisə gedərək təslim olmuşdur. O, özünü müdafiə edərək, Orxan və Nemətə xəsarət yetirmiş, yaralamışdır. O, Orxangili qorxutmaq məqsədilə bıçağı çıxartmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, 18 dekabr tarixində saat 8-9 radələrində Cavid, Nemət, Adil və o bir yerdə olmuş, məhləyə gəldikdən sonra o evə, Nemət isə Cavidgilə getməli, saat 10-da onlar üçü birlikdə o, öz evində, Nemət və Cavid isə Cavidgilin evində oyun oynamalı imişlər. Lakin elə həmin vaxtlarda Fərid ona mesaj yazaraq özü barəsində onun tərəfindən xoşagəlməz söz işlətməsinin qulağına çatmasını bildirərək görüşməli olduqlarını təklif etmiş, o da Cavidə zəng edərək bu barədə məlumat vermiş və Fəridlə yenidən danışaraq gələcəyini ona bildirmişdir. O, özü tək, Cavid və Nemət isə birlikdə Fəridgilin məhləsinə gəlmişlər. Fərid ona 10 dəqiqə ərzində çıxacağını və onlara məktəbin yanına getməsini təklif etsə də o, səhər imtahan olduğunu, məktəbin uzaqda yerləşdiyini və uzağa getməyəcəklərini bildirərək məsələnin məhlədə aydınlaşdırılacağını təkid etmişdir. Lakin Fərid onun dediyi ilə razılaşmamış və onlar sağa döndükdə Fərid, Sahib və Nihatla qarşılaşmışdırlar. Fərid özü ilə Sadiq, Nihat, Namiq adlı dostlarını da götürərək onlara “Azpetrol” tərəfə gedəcəyini onlara da həmin əraziyə getmələrini bildirmişdir. Onlar qeyd olunan əraziyə getdikdən sonra Fərid və o, bir az kənara keçmiş, o, Fəriddən nə baş verdiyini soruşduqda Fərid Allahverdinin ona Orxanın onu söydüyünü deməsini bildirmişdir. O, Fəridə Allahverdi ilə bu məsələni dəqiqləşdirilməsini təklif etmiş, Allahverdinin nömrəsinə zəng etdikdə telefona onun anası cavab verərək Allahverdinin yatdığını bildirmişdir. Bundan sonra Fəridin yenidən onu söyüb-söyməməsi barəsində suallarına onun arxasınca söyməyə ehtiyacının olmadığını onu söymək istəyəcəyi təqdirdə bunu onun üzünə edə biləcəyi məzmunda cavab vermişdir. Fəridin onunla yüksəs səs tonu ilə danışmasına irad bildirərkən isə Fərid ona yaxşı etdiyini demiş, bıçaqla ona zərbə endirmişdir. O, hündürdə olduğu üçün Fəridin yetirdiyi bıçaq zərbəsi onun ayağına istiqamətlənmişdir. Fəridin bıçağı necə və haradan çıxardığını görməmişdir. O, Fəridin əlində qaraltı gödükdən sonra çox keçmədən, bıçaqla ona zərbə endirmişdir. Bıçağı görmədiyi üçün formasını xatırlamır. Fəridin ona bıçaqla vurduğunu ayağından axan qanı gördükdən sonra başa düşmüşdür. Onu vurduqdan 3-4 saniyə sonra Nemət onları ayırmaq, bıçağı Fəridin əlindən almaq məqsədilə yaxınlaşdıqda bir bıçaq zərbəsini də Nemətin bel hissəsindən endirmişdir. Nemət yıxıldıqdan sonra Xalid oraya gəlmişdir. Xalid gəldiyi üçün isə Fərid Nemətə ikinci bıçağı vura bilməmişdir. Xalid Fəridin əlindən bıçağı almaq istədikdə bıçağın arxa hissəsi ilə Xalidin başına zərbə endirmiş və bu zərbədən sonra Xalid özünü itirərək yerə yıxılmışdır. Fərid bıçaqla onu və Neməti vurduqdan və Xalidə bıçağın arxa hissəsi ilə zərbə endirdikdən sonra əli ilə onların hamısının onun üzərinə gəlməyi üçün işarə etmişdir. Bu məqamda Cavidin müdaxiləsi ilə Fəridin əlindəki bıçaq yerə düşmüşdür. Bıçaq yerə düşəndən sonra onu heç kim götürməmişdir və aqibəti barəsində hər hansı məlumatı yoxdur. Fəridin də bıçağı yerdən götürmək şansı az olmuş, çünki hava həm qaranlıq olmuş, bıçaq isə otluq əraziyə düşmüşdür. O, Neməti, Cavid isə Xalidi aparmışdır. Bu zaman Fərid əlində kubiklə gələrək Nemətin başına zərbə endirmək istəmişdir. Fəridlə gələn şəxslərdən yalnız Nihat qalaraq onlara köməklik göstərmiş, digərləri isə Namiqin “polis gəlir” sözünü deməsindən sonra qaçmışlar. Bundan sonra o Neməti, Cavid isə Xalidi götürüb turba olan hissəyə istiqamətlənmişdirlər. Nemət onların yanında olanda sağ olmuş, atası gəlib onu oradan maşınla aparmışdır. Nemətin vəziyyəti pis olduğundan təcili yardıma zəng etsələr də hadisə yeri olan ünvanı təsvir edə bilməmişlər. Buna görə də o qardaşına zəng edərək onlara kömək etməsini istəmişdir. Daha sonra qonşudan su, parça götürərək, yarasının bağlamağa çalışmışdır. Bundan sonra Nihatın atası gəlib Nemət və Xalidi hadisə yerindən aparmışdır. Hadisədən 2-3 həftə sonra təqsirləndirilən şəxsin anası ona zəng edərək ərizəni geri götürməsi üçün ona hədə qorxu gəlmişdir. Mart ayının biri saat 13:20də təqsirləndirilən şəxs Kürdəxanı təcridxanasından ona zəng edərək nə üçün şikayət etdiyini deyərək hədələmişdir. Fərid hətta onun haqqında polis əməkdaşlarına yalan məlumat verərək oktyabr ayında onun belinə bıçaqla zərbə endirdiyini bildirmişdir. Halbuki bu hadisəyə səbəb Allahverdinin Fəridə guya onun dostlarının yanında Fəridə qarşı təhqiramiz sözlərdən istifadə etməsini bildirməsi olmuşdur. Qeyd olunan şəxslərlə aralarında yaxın münasibət olmamış, sadəcə bir-biri ilə eyni məhlədə yaşamışdırlar. Orta məktəbdə oxuyan zaman Fəridlə o ayrı-ayrı məktəblərdə oxumuşdurlar. Hadisə yerinə gedən zaman onların üzərində hər hansı bir soyuq silah və digər əşya olmamışdır. Qarşı tərəfin üzərində soyuq silahın olmasını hadisə yerində bilmişdir. Fəridə qarşı şikayəti var. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, Fərid onun sinif yoldaşı olmuşdur. O, Fəriddən Orxanın onu söyüb- söymədiyini soruşmuş, o isə inkar etmişdir. Fəridin nəyə görə cinayət törətdiyinin səbəbləri barədə isə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Nemət və o birlikdə kompyuter oynamaq üçün Orxanı gözləmiş, Orxan ona zəng edərək bildirmişdir ki, Fərid onu görüşə çağırıb və ora gedib gələcəkdir. Nemət isə ona Orxanın tək qoymamalarını ona təklif etmişdir. Onlar dəstək olmaq üçün Orxanın Fəridgilin məhəlləsinə getdiyini təxmin etmiş və həmin məhəlləyə yollanmış, yolda onunla rastlaşmış, sonuncunun onlara getmələrini bildirməsinə baxmayaraq onlar orada gözləmişlər. Orxan onlara Fəridin onu çağırma səbəblərini bilmədiyini söyləmişdir . Fərid ilk telefon zəngini açmamış, növbəti zəngə cavab verərkən isə gəlməcəyini bildirmişdir. Sonra məhəllədə Sahib, Nihat və Fəridlə qarşılaşmış, Fərid onlara “Azpetrolun” yanına getməyi təklif etmişdir. Razılaşdıqları yerə getdikdən sonra Orxan və Fərid kənara çəkilərək söhbət etməyə başlamış, onlara münasibətdə Nemət Fərid və Orxana daha yaxın məsafədə olmuşdur. X10 əlindən bıçağı almaq məsədilə onlar tərəfə qaçdığını görmüşlər. Bu zaman Fərid Nemətə bıçaq xəsarəti yetirmişdir. Xalid Fərid istiqamətində getdikdə isə sonuncu onu bıçağın arxası ilə vurmuşdur. O, Fəridi itələdikdən sonra bıçaq onun əlindən yerə düşmüş, Namiq hər kəs dağılışsın deyə yalandan “polis gəlir” deyə qışqırmışdır. Bundan sonra Nemətin atası maşınla oraya gəlmiş və yaralıları oradan aparmışdır. Hadisəyə səbəb Allahverdi adlı şəxsin Fəridə Orxanın onun üzünə söyməsini onun da durub baxmasını deməsi olmuşdur. Orxanın Fəridin arxası ilə danışması üçün hər hansı bir əsas olmamışdır. Hadisə “Azpetrolun” ərazisində baş vermiş, Orxan sakit təbiətli olduğundan səs tonunu qaldırması Nemətdə təəccüb doğurduğu üçün ora qaçmışdır. Nemət bıçağı Fəridin əlindən almaq məqsədilə ora qaçmış, Fərid ikinci bıçağı da Orxana vura biləcəyi an Nemət Fəridin yaxasından tutmuş, Fərid ona bir bıçaq zərbəsi endirmişdir. Xalid Fəridə tərəf qaçdıqda Fərid onun başına bıçağın arxa hissəsi ilə zərbə endirmişdir. O, Fəridi itələdikdən sonra bıçağın haraya düşdüyünü görməmişdir. Orxan Fəridin daş ilə onu vurmasını imkan verməmiş, daha sonra Fərid və dostları hadisə yerindən qaçmışdırlar. Orxan kamazın arxasına keçmiş və onlar işıq tutduqda Orxanın da yaralandığını görmüşdürlər. Nemət xəsarət aldıqdan sonra onlar təcili tibbi yardıma zəng etsələr də yolu onlara izah edə bilməmiş, Nemətin atası Nemətə zəng etdikdə onun danışa bilmədiyini görüb telefonu ondan almış, bu zaman Nemətin atası telefonu söndürmüşdür. Nemət və Xalid xəsarət aldıqdan sonra təxminən 7-10 dəqiqə hadisə yerində yardım gözləmiş, Nemətin atası 07 markalı maşınla gəldikdən sonra Neməti və Xalidi maşına qoyub təcili tibbi yardıma yola salmışdır. Onlar Orxanın yanına gedərkən söhbətin nə olduğunu bilməmişdirlər. X14 vurmağını görməsə də, Neməti vurduğunu görmüş, Fəridi itələdiyi üçün ətrafdakılara daha çox zərər vura bilməmişdir. Həmin məhəllə həyət evlərindən ibarət olmuşdur. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, xx.xx.2022- ci il tarixdə o, Orxan, Nemət və Xalid görüşüb, öz aralarında söhbət etmişdir. Söhbətin arasında Orxan demişdir ki, tanıdığı Fərid adlı oğlan onu söhbətə çağırıb, ora gedir. Onlar da Orxanın arxası ilə getmişdir. Saat 23:30da Xətai rayonu, Mingəçevir küçəsi 70 ünvanında olan “Azpetrol’un iri çənlərinin yaxınlığında otluq əraziyə çatıb Fəridgillə görüşmüşdürlər. Fəridin yanında üç nəfər olmuşdur. Orxanla Fərid söhbət etməyə başlamışdır. Digər şəxslər, hamısı kənarda dayanıb gözləmişdir. Bir onda eşitmişdir ki, Orxanla Fərid bir-birini söyür. Ardınca Fərid belindən iri bıçağı çıxarıb Orxanın bud nahiyəsinə 1 bıçaq vurmuşdur. Orxan bu an geri çəkilmiş, Nemət Fəridin üzərinə gedib onu saxlamaq və bıçağı əlindən almaq istəyən zaman Fərid bu vaxt Nemətə də bir bıçaq zərbəsi vurmuş, Nemət qarnını tutub geri çəkilmişdir. Bu vaxt Xalid onun üstünə qaçmışdır ki, Fəridin əlindən bıçağı alsın. Lakin Fərid bıçağın dəstəyi ilə Xalidin başının arxasından vurmuş və Xalid başını tutub yerə yıxılmışdır. Bu zaman o, irəli gedib arxadan Fəridi itələyib yerə yıxmışdır. Fərid yerə yıxılmış və bıçaq əlindən düşmüşdür. Bu zaman artıq Fəridin yanındakı dostları cumub Fəridi saxlamışdır. Onlar hamısı özünü itirmişdir. Bu zaman Nemətin atası gəlmiş, Neməti avtomobilə qoymuşdur. Xalid də avtomobilə minmişdir ki, onlarla xəstəxanaya getsin. Bu zaman o, çönüb baxanda görmüşdür ki, Fəridgil qaçıb dağılışıb. Sonra onlar da evə getmişdir. Şahid1 ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, hadisə zamanı yalnız Fəriddə bıçaq olmuşdur. Hadisə zamanı Fəridin dostları dava elmədiklərini, əksinə onları aralaşdırdıqlarını bildirmişdir. Hadisə zamanı hamını Fəridin vurduğunu bildirmişdir. Fərid onları vurduqdan sonra onlar kənara çəkildikləri üçün Fərid onları növbəti dəfə vurmaq istəsə də vurmamışdır. O, Fəridi arxadan itələyib yıxanda arxası ona tərəf olduğu üçün onu vura bilmədiyini, amma digər iştirakçılara da ikinci zərbəni vurmadığım demişdir. Fəridin Orxanı ilk dəfə vurduqdan sonra Orxanın yaralandığını görüb növbəti zərbəni vurmadığını və həmin vaxt artıq Nemətin qaçaraq Fəridə yaxınlaşdığından Fəridin Nemətə bıçaqla bir zərbə vurduğunu və geri çəkilərək bıçağı havada hərəkət etdirərək heç kim ona yaxınlaşmamasını bildirdiyini demişdir. Bundan sonra Xalid ona yaxınlaşdıqda, bıçağın dəstəyinin arxası ilə onun başına zərbə xurduğunu, Xalidin yerə yıxıldıqdan sonra ona da növbəti zərbəni vurmadığını demişdir. O, hadisə zamanı xəsarət almadığını bildirmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən ifadələrinə münasibətdə Şahid1 məhkəmə istintaqı dövründəki verdiyi ifadəsini təsdiq etmiş, hadisənin təsirindən ibtidai istintaq dövründə verdiyi ifadələrində yalnışlıq etdiyini, Orxanın bıçaqlandığını kamazın arxasında işıq tutaraq gördüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, 18 dekabr 2022-ci il tarixdə mağazaya dəftər almağa gedərkən Orxan, Cavid və Neməti yolda gördükdə onlar gedib imtahana hazırlaşacaqlarını bildirmişdirlər. O, mağazadan geri qayıdarkən isə hər üçünün birlikdə “Azpetrol” istiqamətində hərəkət etdiklərini görmüşdür. Ona geri qayıtmasını bildirsələr də dostlarını tək qoymamışdır. Razılaşdırılmış yerdə görüşərkən X1 haqqında söyüş söydüyünü dediyini bildirmiş, Orxan və dostları isə belə bir şeyin olmadığını bildirmişdirlər. Fərid Allahverdinin telefonuna zəng edərək onu üzləşdirmək istəsə də zəngə Allahverdinin anası cavab verərək onun yatdığını və oyada bilməyəcəyini bildirmişdir. Fərid Orxanı kənara çəkmiş və onunla yüksək səs tonu ilə danışmağa başladıqdan sonra bıçaqla onu vurmuşdur. Orxandan sonra Nemət onları aralamaq, bıçağı Fəridin əlindən almaq istəyərkən bıçaq zərbəsi ona da dəymişdir. Nihat gəlib Neməti götürüb kənara çəkmiş, o, müdaxilə etmək istəyərkən Fərid bıçağın arxa hissəsi ilə ona zərbə vurmuş və o yerə yıxılmışdır. Cavid Fəridin əlinə vuraraq bıçağı yerə salmışdır. Bundan sonra Namiq “polis gəlir qaçın” ifadəsini səsləndirmişdir. X12 alaraq turba olan hissəyə apararkən arxadan Fəridin əlində kubiklə gəldiyini görmüş və Neməti Cavidə verərək Fəridin əlindəki kubiki vuraraq yerə salmışdır. Bundan sonra o gözünü açdıqda maşında xəstəxanaya getdiklərini görmüşdür. Əvvəllər Fəridlə onların arasında heç bir mübahisə olmamışdır. Bu hadisədən sonra Allahverdi ilə belə bir söhbətin olub-olamaması barəsində dəqiqləşdirmələr aparmamışlar. Fəridin onlarla qəsdi-qərəzliyi olmuş, hadisə yerinə əsəbi şəkildə onları öldürmək niyyətilə gəlmişdir. Hadisə zamanı Nemət ondan təxminən 10 metr uzaqlıqda olmuşdur. Fərid Orxanla uca səslə danışdığı üçün onların Allahverdidən danışdığını eşitmişdir. Ona xəsarət yetirilərkən huşunu itirərək yerə yıxılmışdır. Fərid Cavidin üzərinə doğru hərəkət etmişdir. O, xəstəxanaya çatdıqda tam şəkildə ayılmışdır. Onlar üçü qol-qola girərkən Orxan çönərək Fəridin əlindəki daşı vurub yerə salmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, 18 dekabr 2022-ci il tarixdə gecə saat 11-12 radələrində mağazaya gedərkən dostları, Orxan, Xalid, Nemət və Cavidi görmüşdür. Fərid onlara “Azpetrol” olan sahəyə getməsini bildirmişdir. Razılaşdırılmış sahəyə getdikdən yarım saat sonra Fərid gələrək Orxanla kənara çəkilib söhbət edərkən birdən səs-küy qopmuş, Fərid Orxanı bıçaqla vurmuş, Orxan onlar tərəfə gəlmiş, Nemət Fəridin əlindən bıçağı almaq üçün onun üzərinə getmiş, Fərid Neməti bıçaqla vurmuşdur. Cavid Fəridi itələdikdən sonra bıçaq sonuncunun əlindən yerə düşmüş, onlar isə Neməti götürüb “turbalıq” tərəfə gəlmişlər. Fəriddən başqa heç kimdə silah olmamış, bıçağı yerdən götürülməsini görməmişdir. Onların başları Nemətə qarışdığı üçün Fəridin hərəkətlərinə fikir verə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərmişdir ki, Nihat onunla əlaqə saxlayaraq gəlməsini xahiş etmiş, getdiyi yerdə Orxan və dostlarını görmüş, Namiqi də götürüb “Azpetrol” ərazisinə getmişdirlər. Fəridlə Orxan onlardan ayrılaraq söhbət etməyə başlamış, Fərid Orxanı bıçaqla vurduqdan sonra Nemət Fəriddən bıçağı almaq istəyərkən sonuncu ona da bıçaqla xəsarət yetirmişdir. Bundan sonra onlar həyəcanlanaraq qaçmış, Nihat təcili tibbi yardımı çağırmışdır. Hadisədən sonra oraya insanlar yığışmışdır. Bıçağı təqsirləndirilən şəxsin əlində görmüşdür.Hadisə zamanı yerdə bıçaq görsə də kimin olduğunu bilməmişdir. Fəridin üzərində bıçaq olmasından hadisə zamanı məlumatlı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, o Yasamalda olarkən Fərid ona zəng edərək Orxangil ilə söhbəti düşdüyünü bildirdiyinə görə Yasamaldan gəlib Fəridlə Azpetrol ərazisinə getmiş, Fərid və Orxan kənarda söhbət etmişdirlər. Mübahisəni Orxan başlatmış, Fəridə söyüş söymüşdür. O, heç nə eşitməmiş, Fəridin bıçağı çıxarıb zərbə endirdiyini görmüşdür. Fərid və Orxanın arasında münaqişə yaranarkən isə Nemət qaçaraq Fəridə təpiklə vurmuş, Fərid də Nemətin ayağından bıçaqla vurmaq istəyərkən bıçaq başqa tərəfə istiqamətlənmişdir. Fəridlə söhbət edərkən sonuncu Nemətin sadəcə ayağından vurmaq istədiyini bildirmişdir. Onlar hadisə yerindən çıxıb Əcəmi ərazisinə, səhəri gün, yəni hadisədən 5-6 saat sonra 37-ci Polis Bölməsinə getmişdirlər. Onlar hadisə yerindən gedərkən Nemətin yaralı olduğunu düşünmüş, Nemətin ölüm xəbərini Əcəmidə olarkən “Whatshapp” mobil tətbiqində dostlarının statusunda görmüşdür. Hadisə yerinə gedərkən Fəriddə bıçaq olduğunu bilməmiş, qarşı tərəfdə də bıçaq görməmiş, Fəridin bıçağın arxası ilə Xaliqi vurmasını isə görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, o evdə olarkən Fərid zəng edərək Orxanla söhbəti düşdüyünü bildirmiş, o, Sahibgilin məhəlləsinə düşərək Sahibə də gəlməsi üçün zəng etmişdir. Orxan ona zəng edərkən sonuncu Sahibgilin məhəlləsində olduğunu bildirmiş, Orxan sonuncudan Fəridin yanında olub-olmadığını soruşduqda isə o, Fəridin yanında olmadığını, sonuncunun evdə olduğunu və gələcəyini bildirmişdir. O, Fəridin dostu olsa da Orxanla da əlaqəsi olmuş, Fərid gəldikdən sonra biraz səs-küy yaranmışdır. Bu zaman Sahib evin qarşısı olduğundan başqa yerə getməsini təklif etmişdir. Onlar Namiqin taksi pulunu verdikdən sonra Orxana zəng edərək harada olduqlarını soruşduqda Sahib yolda olduqlarını bildirmiş, Orxan sonuncuya onun olduğu təqdirdə mehribanlıq olacağını, iki-üç kəlmə danışıb gedəcəklərini bildirmişdir. Orxan Fəridi kənara çəkərək ikisinin danışacağını bildirmiş, onlar danışan zaman Fərid bıçağı çıxarıb Orxana zərbə vuran zaman Nemət qaçaraq təpiklə bıçağı Fəridin əlindən yerə salmaq istəmişdir. Fərid Nemətə ikinci zərbəni vurmaq üçün cəhd etməmişdir. Fərid Orxanı vuran zaman o, çox təəcüblənmişdir. Bu zaman Fərid Neməti də bıçaqla vurmuşdur. Nemət Fəridə yaxınlaşmayacağı təqdirdə Fərid ona zərbə endirməyəcəkdi, çünki Fərid heç kimin gəlməməsi üçün geri çəkilmişdir. Fərid Neməti bıçaqla vurduqdan sonra ətrafdakılar Fəridi yerə yıxmışdırlar. Xalid Fəridin ayağından tutmaq istəyərkən Fəridin Xalidi bıçağın arxası ilə vurub vurmadığını isə görməmişdir. O, Neməti çiyninə alıb apararkən Cavidə 103-ə zəng etməsini bildirmiş, 103-ə zəng edib telefonu Cavidə vermiş, ünvanı tam izah edə bilməmişdir. Orxan Nemətin yanına gələrək onlara polislər gəlməmiş qaçmalarını bildirmişdir. Həmin an Nemət danışa bilməmişdir. Bundan sonra onlar oradan kənarlaşmışdırlar. Nemətin atasını tanımadıqları üçün ona zəng edə bilməmiş, digər şəxslər də özlərini itirmişdirlər. Onlar hadisənin səhərisi günü gedib polisə təslim olmuşdurlar. Bu hadisəyə səbəb isə qız söhbəti olmuşdur. O, qarşı tərəfdən bu qədər adamın gələcəyini, Fəridin bıçaq götürdüyünü bilməmişdir və sonuncunun bıçağı özünü qorumaq üçün götürdüyünü düşünmüşdür. Fəridin əlində bıçağın olmasını yalnız hadisə zamanı sonuncu zərbə endirərkən görmüşdür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 19 dekabr 2022-ci il tarixli “baxış aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri hadisə yeri ünvan 2 ünvanının qarşısıdır. Hadisə yerindən beş ədəd qanabənzər nümunələr və 1 ədəd bıçaq götürülmüşdür. “Baxış aparılması haqqında” 19 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 meyidinə baxış zamanı onun döş qəfəsinin arxa səthinin sol yarısında (9-10-cu qabırğa arası sahədə) 3x2 sm ölçüdə köndələn istiqamətli kənarları hamar, sol tərəfi küt – П şəkilli, sağ tərəfi isə iti olmaqla (sonunda qaranquş quyruğu simptomu xatırladan) deşilmiş-kəsilmiş yara vardır. “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 20 dekabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ona tanımaya təqdim edilmiş 3 fərqli bıçaqlara diqqətlə baxdıqdan sonra “2” rəqəmi ilə nömrələnmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan dəstəyi sarı rəngli olmaqla üzərində bənövşəyi rəngli naxışları olan, tiyəsi gümüşü rəng olmaqla metaldan uzunluğu 20,5 sm olan bıçağı göstərərək Zərərçəkmiş şəxs3 vurduğu bıçağın məhz həmin bıçaq olduğunu bildirmişdir (cild 1, iş vərəqə 87-89). “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 20 dekabr 2022-ci il tarixli protokoldan və həmin istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs 20 dekabr 2022-ci il tarixində ünvan 1 ünvanında ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək 18 dekabr 2022- ci il tarixində törətmiş olduğu cinayət əməlini hadisə yerində əyani şəkildə ardıcıllıqla göstərmişdir (cild 1, iş vərəqə 90-93). Məhkəmə tibbi ekspertizasının 30 yanvar 2023-cü il tarixli rəyində göstərilmişdir ki, mərhum Zərərçəkmiş şəxs3 meyitində döş qəfəsinin arxa səthinin sol yarısının döş boşluğuna nüfuz edərək dalağın zədələnməsi ilə müşayiət olunmuş deşilmiş-kəsilmiş yarası xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər həyati olub, mərhumun ölümündən az əvvəl (dəqiqələrlə və saniyələrlə ölçülən vaxt vahidi ərzində) deşici-kəsici əşya (alət) təsirindən, ola bilsin ki, (3 valentli dəmir ionlarına malik) bıçaq təsirindən törənmişdir, qərarda göstərilən 19 dekabr 2022-ci il tarixə və şəraitə uyğun gəlir və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir və mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs3 ölümünə səbəb döş qəfəsinin arxa səthinin sol yarısının döş boşluğuna nüfuz edərək dalağın zədələnməsi ilə müşayiət olunmuş deşilmiş-kəsilmiş yarası nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, mərhumun ölümü meyitin meyitxanada müayinə olunduğu vaxtdan təxminən 2-4 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs3 xəsarət yetirilərkən xəsarət yetirən onun arxa və nisbətən sol tərəfində olmaqla müxtəlif duruş vəziyyətlərində ola bilərdi və həmin xəsarətin mərhumun özü tərəfindən yetirilməsi inandırıcı deyildir. Mərhum Zərərçəkmiş şəxs3 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində narkotik maddələr və etil spirti aşkar edilməmişdir (Cild 1, iş vərəqə 200-205). Məhkəmə tibbi ekspertizasının 20 dekabr 2022-ci il rəyində göstərilmişdir ki, vətəndaş Təqsirləndirilən şəxs başın ənsə nahiyəsinin yumşaq toxumalarının zəif şişkİnliyi halında əzilməsi, sol yanağın iç səthinin səthi əzilmiş yaraları, sol baldırın sıyrığı müəyyən edildi. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi 18 dekabr 2022-ci il tarixdə kənar şəxs(lər) tərəfindən törənə bilərdi, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. vətəndaş Təqsirləndirilən şəxs müəyyən edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə özü-özünə yetirilməsi inkar olunur (Cild 1, iş vərəqə 119-121). Məhkəmə tibbi ekspertizasının 12 yanvar 2023-cü il tarixli rəyində göstərilmişdir ki, «Vətəndaş Zərərçəkmiş şəxs1 sağ budun deşilmiş-kəsilmiş yarası aşkar edilmiş, xəsarət deşici-kəsici əşya (alət) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən 18 dekabr 2022-ci il tarixdə və şəraitdə əmələ gəlməyə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (Cild 1, iş vərəqə 174-177). Məhkəmə tibbi ekspertizasının 03 mart 2023-cü il tarixli rəyində göstərilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs2 bədən səthində xəsarət aşkar edilməmiş, vətəndaş Zərərçəkmiş şəxs2 X15 qoyulmuş “başın küt travması” və KTM-də qoyulmuş “kəskin ağrı” diaqnozları subyektiv diaqnozlar olub, həmin diaqnozlarda xəsarətin obyektiv əlamətləri təsvir olunmadığından və eləcə də, vətəndaşın müayinəsi zamanı onun bədən səthində, xüsusən ənsə nahiyəsində xəsarət izi aşkar edilmədiyindən həmin diaqnozlara xəsarət kimi qiymət vermək mümkün deyildir (Cild 2, iş vərəqə 19-21). Məhkəmə tibbi ekspertizasının 20 dekabr 2022-ci il tarixli rəyində göstərilmişdir ki, vətəndaş Şahid4 sol saidin cızıq izləri olan çapıqları müəyyən edilmişdir. Xəsarətlər iti uclu əşya (alət) təsirindən törənmişlər, törənmə müddətləri müayinədən 3-6 ay əvvələ uyğun gəlməklə onun özü tərəfindən yetirilməsinə uyğun gəlirlər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Vətəndaş Şahid4 aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə demək olar ki, həmin xəsarətlərin yıxılma nəticəsində əmələ gəlməsi inandırıcı deyildir (Cild 1, iş vərəqə 122-124). Məhkəmə tibbi ekspertizasının 20 dekabr 2022-ci il tarixli rəyində göstərilmişdir ki, vətəndaş Şahid6 məhkəmə-tibbi ekspertizası zamanı onun bədən səthində xəsarət aşkar edilməmişdir (Cild 1, iş vərəqə 117-118). Məhkəmə tibbi ekspertizasının 20 dekabr 2022-ci il tarixli rəyində göstərilmişdir ki, vətəndaş Şahid1 sağ əlin və hər iki diz oynağınsıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddəti və şəraiti qərarda göstərilən 18 dekabr 2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Vətəndaş Şahid1 aşkar edilmiş xəsarətin xarakter və lokalizasiyalarına görə demək olar ki, həmin xəsarətlərdən yıxılma nəticəsində əmələ gələ bilməsi inkar edilmir (Cild 1, iş vərəqə 114- 116). Məhkəmə tibbi ekspertizasının 20 dekabr 2022-ci il tarixli rəyində göstərilmişdir ki, vətəndaş Şahid2 sol said, sol əl və qarın nahiyələrinin cızıqları müəyyən edilmişdir. Xəsarətlə iti uclu əşya (alət) təsirindən törənmişlər, törənmə müddətinə görə İ qrup xəsarətlər müayinədən 1,5 ildən artıq müddətə, İİ qrup xəsarətlər isə müayinədən 2-3 gün əvvələ uyğun gəlməklə onun özü tərəfindən yetirilməsinə uyğun gəlirlər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Vətəndaş Şahid2 aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə demək olar ki, həmin xəsarətlərin yıxılma nəticəsində əmələ gəlmələri inandırıcı deyildir (Cild 1, iş vərəqə 111- 113). Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 27 fevral 2023-cü il tarixli rəyində göstərilmişdir ki, məhkəmə-psixiatrik ekspertizası üzrə: a) Məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəliyin əlamətləri aşkar olunmur”. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir, b) Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: “aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqliintellektual imkanlarının normaya uyğun olduğu aşkar olunur. Əqli-intellektual imkanlarına görə yadda saxlamaq, təsvir etmək, qavramaq, öz hərəkətlərinin mahiyyətini dərk etmək, tənqidi münasibət bəsləmək imkanına malikdir. Emosional-iradi sferasında hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir: a) Təqsirləndirilən şəxs hal-hazırda hər hansı Psixi xəstəliyin əlamətləri aşkar olunmur, b) Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları İdarə etmək iqtidarına malikdir, c) Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur, d) Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə. e) Təqsirləndirilən şəxs emosional-iradi sferasında hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik, xarakterik xüsusiyyətlərində konfliktə meyillilik, inadkarlıq, eqosentrizm, özünə qarşı ətrafdakılardan həddən artıq hörmət tələb etmək, öz maraqlarını üstün tutmaq aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Özündən uydurmağa meyillilik əlamətləri aşkar olunmadı, f) Təqsirləndirilən şəxs əqli inkişaf normaya uyğundur, g) Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən əməlləri törədərkən psixi emosional vəziyyətində hirslilik, qıcığa qarşı həssaslıq, emosional oyanıqlıq yaranmış, həmin halların yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri ilə şərtləşmişdir, h) Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (Cild 2, iş vərəqə 6-11). Məhkəmə tibbi-kriminalistik və məhkəmə-kriminalistik ekspertizanın 07 mart 2023-cü il tarixli rəyində göstərilmişdir ki, “ İ. 1. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs3 məxsus köynəyin arxa səthinin sol nahiyəsində bir ədəd: maykanın ön səthinin orta aşağı nahiyəsində bir ədəd və maykanın şərti sol yan xətti üzərində bir ədəd aşkar edilmiş deşilmiş- kəsilmiş zədələr, ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. 2. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs3 məxsus köynəyin arxa səthinin sol nahiyəsində bir ədəd, maykanın ön səthinin sağ nahiyəsində bir ədəd və idman şalvarının sağ ayağında bir ədəd aşkar edilmiş cırılma zədələri, köynək və maykanın müvafiq nahiyələrinə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişlər. 3. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs3 məxsus köynək və maykanın arxa səthinin sol nahiyəsində aşkar edilmiş bir ədəd dəlib-keçən zədə, onun bədəninin döş qəfəsinin arxa səthinin sol yarısında olan bir ədəd deşilmişkəsilmiş yarası ilə yerləşməsinə görə nisbi olaraq üst- üstə düşür. 4. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs3 məxsus gödəkçə və tuman üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. 5. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus idman şalvarının ön səthinin sol nahiyəsində üç ədəd və tumanın orta nahiyəsində bir ədəd aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr, ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir. 6. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus idman şalvarının ön səthinin sol nahiyəsində üç ədəd və tumanın orta nahiyəsində bir ədəd aşkar edilmiş deşilmiş-kəsilmiş yarası ilə yerləşməsinə görə üst-üstə düşmürlər. Bu da, paltarın yerdəyişməsi ilə izah oluna bilər. 7. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus puloverin boyununun daxili orta səthində bir ədəd dəlib-keçməyən, idman şalvarının sağ ayaqlığında iki ədəd və idman şalvarının sol ayağının yan tikişi üzərində bir ədəd aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr, ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. İİ.

2. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir (Cild 2, iş vərəqə 12-18). Məhkəmə-genetik ekspertizanın 31 yanvar 2023-cü il tarixli rəyində göstərilmişdir ki, 1. Hadisə zamanı Zərərçəkmiş şəxs3 əynində olmuş - 01 (bir) ədəd boz rəngli idman şalvarının sağ ayağının ön tərəfində şərti olaraq 1 və 2 rəqəmləri ilə işarələnmiş qanabənzər ləkələr; 01 (bir) ədəd boz rəngli idman şalvarının sol ayağının ön tərəfində şərti olaraq 3 rəqəmi ilə işarələnmiş qanabənzər ləkələr, 01 (bir) ədəd boz rəngli idman şalvarının sol ayağının arxa tərəfindən şərti olaraq 4 rəqəmi ilə İşarələnmiş qanabənzər ləkələr, 01 (bir) ədəd boz rəngli idman şalvarının sağ arxa cib hissəsində şərti olaraq 5 rəqəmi ilə işarələnmiş qanabənzər ləkələr, 01 (bir) ədəd qara rəngli idman köynəyi üzərində şərti olaraq 6 rəqəmi ilə işarələnmiş qanabənzər ləkələr, 01 (bir) ədəd ağ-göy naxışlı tuman üzərində şərti olaraq 7 rəqəmi ilə işarələnmiş qanabənzər ləkələr, 01 (bir) ədəd ağ rəngli mayka üzərində şərti olaraq 8 rəqəmi ilə işarələnmiş qanabənzər ləkələr, 01 (bir) ədəd bej rəngli gödəkçənin arxa hissəsində şərti olaraq 10, 11, 12, 13 rəqəmi ilə işarələnmiş qanabənzər ləkələr, 01 (bir) ədəd bej rəngli gödəkçənin sağ qolunda şərti olaraq 14 rəqəmi ilə işarələnmiş qanabənzər ləkələr, Zərərçəkmiş şəxs1 əynində olmuş 01 (bir) ədəd qara rəngli idman şalvarının ön hissəsində şərti olaraq 15 rəqəmi ilə işarələnmiş qanabənzər ləkələr, 01 (bir) ədəd qara rəngli idman şalvarının arxa hissəsində şərti olaraq 16 rəqəmi ilə işarələnmiş qanabənzər ləkələr və 01 (bir) ədəd boz rəngli tuman üzərində şərti olaraq 17 və 18 rəqəmləri ilə işarələnmiş qanabənzər ləkələr, Təqsirləndirilən şəxs əynində olmuş - 01 (bir) ədəd boz rəngli idman şalvarının sol ayaq nahiyəsində şərti olaraq 19 rəqəmi ilə işarələnmiş qanabənzər ləkə, 01 (bir) ədəd boz rəngli idman şalvarının ön sağ cib hissəsində şərti olaraq 21 rəqəmi ilə işarələnmiş qanabənzər ləkələr və hadisə yerindən götürülmüş 1, 2, 3, 4, 5 rəqəmləri ilə işarələnmiş qanabənzər maddələrin hopdurulduğu 05 (beş) ədəd tampon üzərində olan qanabənzər ləkələr insan qanıdır. Təqsirləndirilən şəxs əynində olmuş - 01 (bir) ədəd boz rəngli idman şalvarının sol ayaq nahiyəsində şərti olaraq 20 rəqəmləri ilə işarələnmiş qanabənzər ləkələr, 01 (bir) ədəd boz rəngli idman şalvarının sağ ayağının ön hissəsində şərti olaraq 22 rəqəmi ilə işarələnmiş qanabənzər ləkələr, 01 (bir) ədəd boz rəngli idman şalvarının sol ayağının ətək hissəsində şərti olaraq 23 rəqəmi ilə işarələnmiş qanabənzər ləkələr, 01 (bir) ədəd göy rəngli uzunqol jaketin sağ qolunda şərti olaraq 24 rəqəmi ilə işarələnmiş qanabənzər ləkələr və 01 (bir) ədəd bıçağın tiyəsi üzərindən götürülmüş yaxmada, insan qanına xas hemoqlobin zülalı müəyyən edilmədi. Zərərçəkmiş şəxs3 əynində olmuş - 01 (bir) ədəd boz rəngli idman şalvarının sağ ayağının ön tərəfində şərti olaraq 1, 2 rəqəmləri ilə işarələnmiş qan nümunələri, 01 (bir) ədəd boz rəngli idman şalvarının sol ayağının ön tərəfində şərti olaraq 3 rəqəmi ilə İşarələnmiş qan nümunələri, 01 (bir) ədəd boz rəngli idman şalvarının sol ayağının arxa tərəfində şərti olaraq 4 rəqəmi ilə işarələnmiş qan nümunələri, 01 (bir) ədəd boz rəngli idman şalvarının sağ arxa cib hissəsində şərti olaraq 5 rəqəmi ilə İşarələnmiş qan nümunələri, 01 (bir) ədəd qara rəngli idman köynəyi üzərində şərti olaraq 6 rəqəmi ilə işarələnmiş qan nümunələri, 01 (bir) ədəd ağ-göy naxışlı tuman üzərində şərti olaraq 7 rəqəmi ilə işarələnmiş qan nümunələri, 01 (bir) ədəd ağ rəngli mayka üzərində şərti olaraq 8 rəqəmi ilə işarələnmiş qan nümunələri, 01 (bir) ədəd bej rəngli gödəkçənin sol qolunda şərti olaraq 9 rəqəmi ilə işarələnmiş qan nümunələri, 01 (bir) ədəd bej rəngli gödəkçənin arxa hissəsində şərti olaraq 10, 11, 12, 13 rəqəmi ilə işarələnmiş qan nümunələri, 01 (bir) ədəd bej rəngli gödəkçənin sağ qolunda şərti olaraq 14 rəqəmi ilə işarələnmiş qan nümunələri, Təqsirləndirilən şəxs əynində olmuş - 01 (bir) ədəd bo rəngli idman şalvarının sol ayaq hissəsində şərti olaraq 19 rəqəmi ilə işarələnmiş qan nümunəsi, 01 (bir) ədəd boz rəngli idman şalvarının ön sağ cib hissəsində şərti olaraq 21 rəqəmi İlə işarələnmiş qan nümunələri, 1, 2, 3, 4, 5 rəqəmləri ilə işarələnmiş 05 (beş) ədəd tamponda qan nümunələri, həmçinin 01 (bir) ədəd bıçağın tiyəsinin orta hissəsindən götürülmüş yaxma və 01 (bir) ədəd bıçağın tiyəsinin uc hissəsindən götürülmüş yaxmada olan bioloji mənşəli materiallar, Zərərçəkmiş şəxs3 məxsusdur. Zərərçəkmiş şəxs1 əynində olmuş - 01 (bir) ədəd qara rəngli idman şalvarının ön hissəsində 15 rəqəmi ilə işarələnmiş qan nümunələri, 01 (bir) ədəd qara rəngli idman şalvarının arxa hissəsində 16 rəqəmi ilə işarələnmiş qan nümunələri və 01 (bir) ədəd boz rəngli tuman üzərində 17 və 18 rəqəmi İlə işarələnmiş qan nümunələri, Zərərçəkmiş şəxs1 məxsusdur. Təqsirləndirilən şəxs əynində olmuş - 01 (bir) ədəd göy rəngli uzunqol jaketin boyun hissəsindən götürülmüş tədqiqat nümunəsi, 01 (bir) ədəd boz rəngli İdman şalvarının sol ayaq nahiyəsində şərti olaraq 20 rəqəmi ilə işarələnmiş ləkələrdən götürülmüş tədqiqat nümunəsi, 01 (bir) ədəd boz rəngli idman şalvarının sağ ayağının ön hissəsində 22 rəqəmi ilə işarələnmiş ləkələrdən götürülmüş tədqiqat nümunəsi, 01 (bir) ədəd boz rəngli idman şalvarının sol ayağının ətək hissəsində 23 rəqəmi ilə işarələnmiş ləkələrdən götürülmüş tədqiqat nümunələrində olan bioloji mənşəli materiallar, Təqsirləndirilən şəxs məxsusdur. 01 (bir) ədəd bıçağın dəstəyindən götürülmüş yaxma və 01 (bir) ədəd bıçağın dəstəyi və tiyəsinin birləşdiyi hissədən götürülmüş yaxmadan əldə olunmuş DNT profilləri, qarışıq tiplidir və müqayisəli DNT tədqiqatının keçirilməsi üçün yaralı deyildir. Zərərçəkmiş şəxs3 əynində olmuş - 01 (bir) ədəd qara rəngli idman köynəyinin boyun hissəsində götürülmüş tədqiqat nümunəsi, Təqsirləndirilən şəxs əynində olmuş - 01 (bir) ədəd göy rəngli uzunqol jaketin bilək hissəsindən götürülmüş tədqiqat nümunəsi və 01 (bir ədəd) göy rəngli uzunqol jaketin sağ qolunda şərti olaraq 24 rəqəmi ilə işarələnmiş ləkədən götürülmüş tədqiqat nümunələrində kifayət qədər yararlı bioloji mənşəli materiallar mövcud deyil və deqradasiya əlamətlərini özündə əks etdirdiyi üçün DNT profilinin əldə olunması üçün yararlı deyildir. Bu səbəbdən müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmadı (Cild 1, iş vərəqə 206-219). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X13 Şəxsi tərəfindən verilmiş 14 fevral 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicə olunmamışdır (Cild 2, iş vərəqə 5). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya X7 Şəxsi tərəfindən verilmiş 14 fevral 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicə olunmamışdır (Cild 2, iş vərəqə 35). “Sübutların qiymətləndirilməsi haqqında” 6 aprel 2023-cü il tarixli qərardan görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs3 əynində olmuş bir ədəd boz rəngli idman şalvarının, bir ədəd qara rəngli idman köynəyinin, bir ədəd ağ rəngli trusikin, bir ədəd ağ rəngli maykanın, mirvari rəngli gödəkcənin, onun qan nümunəsinin, Zərərçəkmiş şəxs1 hadisə vaxtı əynində olmuş qara rəngli idman şalvarının, bir ədəd boz rəngli trusikin, habelə onun ağız suyu nümunələrinin, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd göy rəngli uzunqol jaketin, bir ədəd boz rəngli idman şalvarının, ona məxsus ağız suyu nümunələrinin, hadisə yerinin müxtəlif hissələrindən hopdurucu fırçayla götürülmüş qanabənzər ləkələrdən nümunələrin 05 ədəd flakonda olmaqla, hadisənin aləti olan dəstəyi sarı və bənövşəyi rəngli bəzəklərdən ibarət olan, tiyəsi dəmir materialdan olan bir ədəd bıçağın, ifadələrin yerində yoxlanılmasını əks etdirən CD diskin və Zərərçəkmiş şəxs3 meyitindən götürülmüş qan nümunələrinin maddi sübut kimi tanınması və rayon prokurorluğunda saxlanılması müəyyən edilmişdir (cild 2, iş vərəq 60-76). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir . “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə əməlinə görə cinayət məsuliyyəti həmin əməl zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünə və ya yaxın qohumlarına münasibətdə törədilərsə həmin Məcəllənin 120.2.3-ci maddəsində nəzərdə tutulmuşdur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının 2ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar təqsirkarın zərərçəkmiş şəxsi və ya yaxın qohumlarını qəsdən öldürməsi CM-nin 120.2.3-cü maddəsi ilə o vaxt məsuliyyətə səbəb olur ki, təqsirkar zərərçəkmiş şəxsi məhz ictimai borcunu yerinə yetirməsi ilə, yaxud belə fəaliyyətə görə qisas almaq niyyəti ilə öldürmüş olsun. İctimai borcunu yerinə yetirmək dedikdə isə vətəndaşların həm onların üzərinə xüsusi olaraq qoyulmuş ictimai vəzifələrin, həm də cəmiyyətin xeyrinə digər ictimai faydalı fəaliyyətin (məsələn hüquq pozuntusunun qarşısıının alınması, törədilən və ya törədilməsi nəzərdə tutulmuş cinayət haqqında hakimiyyət orqanına məlumat vermə, şahid və ya zərərçəkmişin cinayətkarı ifşa edən ifadə verməsi və s.) həyata keçirilməsi başa düşülür. Həmin qərarın 3-cü bəndində göstərilir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək Zərərçəkmiş şəxs3 öldürmək istəmədiyinə dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları ilə, zərərçəkmiş şəxsin hüquqi varisinin və çoxsaylı şahidlərin ifadələri ilə, ekspert rəyləri ilə, habelə iş üzrə toplanmış digər çoxsaylı sübutların məcmusu ilə təkzib olunur. Məhkəmə qeyd edir ki, insanın motivasiyası onun fəaliyyət məqsədləri ilə sıx əlaqədardır. Motivi aydınlaşdırmadan insanın müəyyən məqsədə çatmağa nə üçün səy etdiyini, beləliklə onun hərəkətinin əsl mənasını anlamaq mümkün deyildir. Şəxsin hər hansı əməli törətməsində qəsdinin nəyə yönəldiyinin müəyyən edilməsi üçün onun həm hadisədən əvvəl, həm də hadisədən sonrakı hərəkətlərinin motivi müəyyən edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs3 qorxutmaq məqsədilə xəsarət yetirməsini, onu öldürmək niyyəti olmaması barədə verdiyi ifadələr məhkəmə iclasında ifadə vermiş şahid ifadələri ilə təkzib edilir. Belə ki, iş üzrə ifadə vermiş və hadisənin bilavasitə şahidi olmuş şəxslər Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 məhz onu Zərərçəkmiş şəxs1la aralamaq, sonuncunun əlindən bıçaq almaq istəyərkən xəsarət yetirməsini bildirmişlər. Digər tərəfdən Nemətə ikinci zərbənin vurulmasının qarşısını almaq üçün isə Xalid onlar tərəfə qaçmış, Xalidin başının arxasından bıçağın dəstəyi ilə vurduqdan sonra məhz Şahid1 müdaxiləsi ilə onun əlindən bıçaq salınaraq yerə atılmışdır. Təqsirləndirilən şəxs həmin bıçağı yerdən götürmək imkanı aydınlaşdırlarkən verilmiş suallara cavab verən şahidlər isə həmin sahənin otluq sahə olması və hadisənin gecə saatlarında baş verməsi səbəbindən bıçağın yerdən götürülməsinin imkansız olduğunu bildirmişlər. Bundan başqa iş materiallarından da görünür ki, Təqsirləndirilən şəxs əlinə daş götürərək yenidən onların dalınca gəlmiş, yalnız Şahid2 “polis gəlir” deyə qışqırmasından sonra hadisə yerindən qaçmışdır. Həmçinin nə Təqsirləndirilən şəxs, nə də Zərərçəkmiş şəxs1 tərəfində gələn şəxslərin heç birində bıçaq olmamasına baxmayaraq sonuncunun üç nəfərə xəsarət yetirdikdən sonra belə israrla bıçağı vermək istəməməsi, yalnız Şahid1 müdaxiləsi ilə zərərsizləşdirilməsi onun özünü müdafiə məqsədilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 bıçaq xəsarəti yetirməsi barədə ifadələrini təkzib edir. Bundan başqa yetirilən xəsarətlərin lolkalizasiyası, yəni Zərərçəkmiş şəxs1 buduna, Zərərçəkmiş şəxs3 isə döş qəfəsinin arxa səthinə xəsarət yetirilməsi onun qəsdinin məhz zərərçəkmiş şəxslərdən birinin sağlamlığına qəsdən zərər vurulmasına, digərinin isə ictimai borcunun yerinə yetirilməsi ilə əlaqədar qəsdən həyatdan mərum edilməsinə yönəlməsinə dəlalət edir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etdiyi, onun ictimai təhlükəli nəticələrini qabaqcadan gördüyü, lakin bunları arzu etmədiyi, lakin belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Qeyd olunan səbəblərdən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs özünün də dediyi kimi Zərərçəkmiş şəxs3 öldürmək istəməməsi hələ onun qəsdinin zərərçəkmiş şəxsin həyatdan məhrum ediməsinə yönəlməsini inkar edən amil kimi qiymətləndirilməsinə maneə deyildir. Bundan başqa Zərərçəkmiş şəxs3 xəsarətin onun qorxudulması məqsədilə yetirilməsi barədə təqsirləndirilən şəxsin ifadəsini məhkəmə hadisə günü əlində silah olmayan, nə əvvəllər, nə də hadisə baş verən gün təqsirləndirilən şəxslə heç bir mübahisəsi olmayan, yalnız ictimai borcunu yerinə yetirmək naminə, mübahisə edən şəxsləri aralamaq üçün cəhd göstərən Zərərçəkmiş şəxs3 hansı səbəblərdən və ya məqsədlər naminə qorxudulmasının qeyri-müəyyən olması əsası ilə, habelə məhkəmə tədqiq edilmiş sübutlar məcmusuna əsasən qiymət verməklə inandırıcı hesab etmir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.3-cü və 128-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini qəsdən törətmişdir, həmin əməllər başa çatmış cinayətlərdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü və 85.5-ci maddələrinin tələbləri nəzərə alınmaqla həmin Məcəllənin 120.2.3-cü və 128-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs qəsdən ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar bir nəfər zərərçəkmiş şəxsin ölümünə səbəb olma və sağlamlığın qısa müddətə pozulması ilə qəsdən qəsdən sağlamlığa yüngül zərər vurma əməllərinə görə ittiham irəli sürülsə də, təqsirləndirilən şəxsə istinad edilən əməl təsviri olunarkən sonuncu tərəfindən törədilən əməllə Zərərçəkmiş şəxs2 başın arxa nahiyəsinə bir dəfə zərbə vuraraq fiziki xəsarəti yetirməsi də göstərilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə əsasən Cinayət Məcəlləsində yalnız sağlamlığa yüngül, az ağır və ağır xəsarət yetirilməsi ilə nəticələnən əməllərə görə cinayət məsuliyyətinin nəzərdə tutulmasını, Zərərçəkmiş şəxs2 bədən səthində xəsarət aşkar edilməməsi barədə 03 mart 2023-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyini əsas götürərək məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin həmin şəxsə münasibətdə əməlində cinayət tərkibi olmaması əsası ilə “Zərərçəkmiş şəxs2 başın arxa nahiyəsinə bir dəfə zərbə vuraraq fiziki xəsarəti yetirməsi” hissəsi ona qarşı irəli sürülmüş ittihamdan xaric edilməli, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində iştirakına xitam verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır(Cild 2, iş vərəqə 49-50). Cinayət işinə əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsndə yaşadıqları ünvanın mənzil kommunal istismar sahəsinə hər hansı şikayət daxil olmamışdır (cild 2, iş vərəqə 47-48). 19 dekabr 2022-ci il tarixli “Könüllü gəlib təslim olma barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 37-ci Polis Şöbəsinə gələrək könüllü təslim olmuş və 18 dekabr 2022-ci il tarixdə ünvan 3 ünvanının yaxınlığında baş vermiş mübahisə zamanı tanışları Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bıçaqla vurduğunu bildirmişdir (cild 1, iş vərəqə 137). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulan könüllü gəlib təqsirini boynuna alma halının mövcud olub-olmaması məsələsinə baxarkən məhkəmələr “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəlarının şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarında “könüllü gəlib təqsirini boynuna alma” müddəasının “törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi” kimi təfsir olunduğunu nəzərə almalı və bu təfsirlə şərtləndirilən halların, o cümlədən şəxsin qeyd olunan orqanlara gəlməsinin onun azad iradə ifadəsi, verdiyi məlumatın isə düzgün olubolmamasını tam, hərətərfli və obyektiv yoxlamalıdırlar. Şübhəli şəxsin bu qisimdə saxlandığı zaman törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsini etiraf etməsi könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirilə bilməz. Lakin, şübhəli və ya təqsirləndirilən şəxsin istintaq orqanlarına məlum olmayan başqa cinayətləri törətdiyini bildirməsi könüllü gəlib təqsirini boynuna alma hesab edilməlidir. Könüllü gəlib təqsirini boynuna almış şəxs cinayət mühakimə icraatının sonrakı mərhələlərində təqsirini inkar etdiyi halda da könüllü gəlib təqsirini boynuna alma Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına görə cinayət təqibini həyata keçirən orqanda cinayət hadisəsinin baş verməsi, hətta hadisəni törədənin şəxsiyyəti barədə digər mənbələrdən məlumatın olması təqsirkarın yuxarıda qeyd olunan orqanlara könüllü gəlməsi və törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barəsində düzgün məlumat verməsi halında bunun Cinayət Məcəlləsinin 59.1.10cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməsinə mane olmur. Cinayət törətmiş şəxsin müvafiq orqana gəlməsi və əməlini etiraf etməsi onun azad iradə ifadəsi olduğu halda, sözügedən cəzanı yüngülləşdirən hal barədə məsələnin həlli üçün onun hansı motivlərlə bu cür davranması əhəmiyyət kəsb etmir. Məhkəmə könüllü gəlib təqsirini boynuna alma halının olub-olmamasını müvafiq sübutları tədqiq etməklə araşdırmalı, o cümlədən buna dair ibtidai araşdırma dövründə tərtib olunmuş protokolu Cinayət-Prosessual Məcəllənin 144-cü maddəsinin tələblərinə müvafiq qaydada yoxlamalı, həmin cəzanı yüngülləşdirən halın müəyyən edilməsi və yaxud mövcud olmaması haqqında nəticələrini bu məsələ üzrə qəti qənaətə gəlmək üçün kifayət edən mümkün və mötəbər sübutların məcmusu üzərində qurmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs vermiş olduğu ifadələrdə cinayət hadisəsi törətdikdən bir neçə saat sonra öz iradəsi ilə polis bölməsinə gələrək təslim olduğunu bildirmişdir. Təqsirləndirilən şəxslə birgə hadisə yerindən uzaqlaşan dostları Şahid2 və Şahid6, habelə Şahid4 də təqsirləndirilən şəxsin özünün könüllü şəkildə təslim olmaq istədiyini və Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə getməsini bildirmişlər. Bu xüsusat üzrə təqsirləndirilən şəxs və şahid ifadələri isə məhkəmə istintaqı dövründə digər cinayət prosesi iştirakçıları tərəfindən mübahisələndirilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs ona istinad edilən əməlləri yetkinlik yaşına çatmayan dövrdə törədilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə, onun törədilməsi istinad edilən hər iki cinayət əməli ilə əlaqədar könüllü gəlib təqsirini boynuna almasını 59.1.10-cu maddəsinə, əvvəllər məhkum edilməməsini həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən barəsində olan yüngülləşdirici hallar kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən könüllü gəlib təqsirini boynuna alma yalnız bu halın aid olduğu cinayətə görə cəza təyin edilərkən cəzanı yüngülləşdirən hal, müvafiq olaraq da yalnız bu əmələ görə cəzanın CM-in 60.1-ci maddəsinin müəyyən etdiyi həddə (həcmdə) təyin edilməsini tələb edən əsas kimi nəzərə alınmalıdır. Cinayət işi materiallarına əlavə edilmiş “könüllü gəlib təslim olma barədə ”protokolundan görünür ki, Təqsirləndirilən şəxs Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsində həm Zərərçəkmiş şəxs1, həm Zərərçəkmiş şəxs3 bıçaqla xəsarət yetirməsi barədə məlumat vermişdir. Qeyd olunan səbəbdən barəsində cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3 və 128.1-ci maddələri ilə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 85.2-ci maddəsinin tələblərini əsas götürməklə 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli tərbiyə müəssisəsində çəkilməlidir. Belə ki, həmin maddəyə əsasən yetkinlik yaşına çatmayan qızların, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanların cəzalarını ümumi rejimli tərbiyə müəssisələrində çəkmələri müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (Cild 1, iş vərəqə 16-17), Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 19 dekabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 99-101). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 19 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. 18 fevral 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X8-Narkoloji Tibbi yoxlamanın nəticəsinə dair verilmiş rəyində göstərilmişdir ki, “Hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya və alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkomaniyadan və alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 2, iş vərəqə 1-4). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub, Xətai rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs3 əynində olmuş bir ədəd boz rəngli idman şalvarı, bir ədəd qara rəngli idman köynəyi, bir ədəd ağ rəngli trusik, bir ədəd ağ rəngli mayka, mirvari rəngli gödəkcə, onun qan nümunəsi, Zərərçəkmiş şəxs1 hadisə vaxtı əynində olmuş qara rəngli idman şalvarı, bir ədəd boz rəngli trusik, habelə onun ağız suyu nümunələri, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd göy rəngli uzunqol jaket, bir ədəd boz rəngli idman şalvar, ona məxsus ağız suyu nümunələri, hadisə yerinin müxtəlif hissələrindən hopdurucu fırçayla götürülmüş qanabənzər ləkələrdən nümunələr 05 ədəd flakonda olmaqla, hadisənin aləti olan dəstəyi sarı və bənövşəyi rəngli bəzəklərdən ibarət olan, tiyəsi dəmir materialdan olan bir ədəd bıçaq və Zərərçəkmiş şəxs3 meyitindən götürülmüş qan nümunələri məhv edilməli, ifadələrin yerində yoxlanılmasını əks etdirən bir ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 36 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi1 işlədiyi Bakı şəhəri “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun hesabına ödənilməsi üçün 216 (iki yüz on altı) manat məbləğində pul vəsaiti köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə,

Hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.3 və 128-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.3-cü maddəsi ilə 07 (yeddi) il 06 (altı) ay il müddətinə və Cinayət Məcəlləsinin 128-ci maddələri ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar tamamilə toplanmaqla ona qəti olaraq 8 (səkkiz) il 3 (üç) ay müddətinə il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 19 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Xətai rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs3 əynində olmuş bir ədəd boz rəngli idman şalvarı, bir ədəd qara rəngli idman köynəyi, bir ədəd ağ rəngli trusik, bir ədəd ağ rəngli mayka, mirvari rəngli gödəkcə, onun qan nümunəsi, Zərərçəkmiş şəxs1 hadisə vaxtı əynində olmuş qara rəngli idman şalvarı, bir ədəd boz rəngli trusik, habelə onun ağız suyu nümunələri, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd göy rəngli uzunqol jaket, bir ədəd boz rəngli idman şalvar, ona məxsus ağız suyu nümunələri, hadisə yerinin müxtəlif hissələrindən hopdurucu fırçayla götürülmüş qanabənzər ləkələrdən nümunələr 05 ədəd flakonda olmaqla, hadisənin aləti olan dəstəyi sarı və bənövşəyi rəngli bəzəklərdən ibarət olan, tiyəsi dəmir materialdan olan bir ədəd bıçaq və Zərərçəkmiş şəxs3 meyitindən götürülmüş qan nümunələri məhv edilsin; -İfadələrin yerində yoxlanılmasını əks etdirən bir ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində iştirakına xitam verilsin. Məhkəmə mərhələsində göstərilmiş 36 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi1 işlədiyi “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun hesabına 216 (iki yüz on altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova

Rasim Sadıxov

Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar