Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1258/2024 04.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X4 və X5, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1983-cü il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi-Təchizat Şöbəsində mütəxəssis vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Aydın adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq narkotik maddələrin qoyulacaq ünvanlar barədə İran İslam Respublikası vətəndaşı Aydın adlı şəxsdən məlumat aldıqdan sonra Bakı şəhəri, Yasamal rayonu ərazisində gizlədilmiş yerdən külli miqdarda olmaqla 1160 qram çəkidə çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanan narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində və yaşadığı ünvan 3 ünvanına daşımaqla saxlamış, 20 iyul 2023-cü il tarixdə saat 4:10 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq ünvan 5 yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına aparılaraq üzərinə müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 50,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürüldükdən sonra, həmin gün saat 6:40 radələrində yaşadığı ünvan 1 ünvanına videoçəkilişdən istifadə edilməklə keçirilən baxış zamanı mənzildə olan saxlanc yerindən 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 1110 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq məlum olmayan vaxtda Bakı şəhəri, Yasamal rayonu ərazisində gizlədilmiş yerdən külli miqdarda olmaqla, 1160 qram çəkidə çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində və yaşadığı ünvan 6 ünvanına daşımaqla saxlamış, 20 iyul 2023-cü il tarixdə saat 4:10 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq ünvan 5 yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına aparılaraq üzərinə müdafiəçinin iştirakı və videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 50,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürüldükdən sonra, həmin gün saat 6:40 radələrində yaşadığı ünvan 1 ünvanına videoçəkilişdən istifadə edilməklə keçirilən baxış zamanı mənzildə olan saxlanc yerindən 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 1110 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşamışdır. Rəsmi olaraq heç bir yerdə işləmir. Bir ilə yaxın idi ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə etsə də, satışı ilə məşğul olmamışdır. Narkotik vasitəni istifadə etməyə başlayanda Bakı şəhəri, Yasamal rayonu “Kubinka” adlanan yerdə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi bir şəxslə tanış olmuş və həmin şəxs ona bildirmişdir ki, narkotik vasitə və ya psixotrop maddə lazım olanda ondan ala bilər. O da narkotik vasitə lazım olanda Bakı şəhəri, Yasamal rayonu “Kubinka” adlanan yerə gedərək həmin şəxsi tapıb sonuncudan alırdı. Narkotik vasitəni aldıqdan sonra münasib yer taparaq orada istifadə edirdi. 19 iyul 2023-cü il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Yasamal rayonu “Kubinka” adlanan yerə gedərək həmin şəxsi taparaq sonuncu ilə görüşmüş, orada həmin şəxsə 40 manat pul verib narkotik vasitə qurudulmuş marixuana gətirməsini istəmişdir. Təxminən 10 dəqiqə sonra həmin şəxs 1 ədəd sellofanda narkotik vasitə qurudulmuş marixuananı gətirib vermişdir. O da narkotik vasitə marixuananı əynində olan göy rəngli cins şalvarın sol yan cibinə qoymuşdur ki, lazım olan zaman istifadə etsin. X9 2023-cü ilin iyul ayının əvvəlindən tanıyır. Emil taksi fəaliyyəti ilə məşğul olurdu və Emilin idarə etdiyi avtomobildən taksi kimi istifadə edən zaman aralarında yoldaşlıq münasibəti yaranmışdır. Buna görə də, taksi lazım olan zaman Emil ilə əlaqə saxlayırdı və Emil də istədiyi ünvanlara onu aparıb gətirmişdir. 20 iyul 2023-cü il tarixdə 4:10 radələrində ünvan 7 ünvanın yaxınlığında tanışı Emil ilə birlikdə piyada hərəkət edən zaman mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. Saxlanılan zaman yanında olan Emili də Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər.Onlar da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişlər. Orada narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. O da polis əməkdaşlarına üzərində narkotik vasitə olduğunu bildirib təqdim edə biləciyini demişdir. Həmin vaxt polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilən zaman yaşadığı mənzildə də, narkotik vasitə saxlamağını, həmin narkotik vasitələri sosial şəbəkədən tanıdığı İran İslam Respublikası vətəndaşı “Aydın” adlı şəxsin vasitəsi ilə bir gün qabaq Bakı şəhəri, Yasamal rayonu ərazisində gizlədilmiş yerdən ayrı-ayrı ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncunun ona 1500 (min beş yüz) manat pul göndərəcəyini bildirməyini demişlər. O, polis əməkdaşları ilə razılaşmasa da, polis əməkdaşları ona təzyiq göstərib arvadını da idarəyə gətiriləcəklərini demişlər. Buna görə də, məcbur olaraq polis əməkdaşları ilə razılaşıb şəxsi axtarış keçirilən zaman yaşadığı ünvan 6 ünvanında da narkotik vasitələr olduğunu bildirəcəyini demişdir. Bundan sonra ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da əynində olan göy rəngli cins şalvarın sol yan cibində saxladığı 1 ədəd sellofan bükümdə olan narkotik vasitə olan qurudulmuş marixuananı, sağ yan cibindən 1 ədəd üzərində mobil nömrə olmayan “Samsung” markalı mobil telefonu, 1 ədəd üzərində ***-***-**-** saylı nömrə olan “Redmi” markalı mobil telefonu, 10 manat pulu, 1 ədəd açar və 1 ədəd "xxxx"a məxsus 4098 5844 7888 8686 nömrəli “Leobank” plastik bank kartını çıxarıb masanın üzərinə qoyaraq həmin sellofan torbada olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 57 qram olması müəyyən edilmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddənin haradan aldığını soruşanda, həmin maddəni İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Aydın adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində gizlədilmiş yerdən ayrı-ayrı ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində Aydını mənə 1500 manat pul göndərəcəyini, saxlanılan zaman yanında olan Emilin taksi şoferi olmasını, Emilin bu işlərdən xəbərsiz olduğunu bildirmişdir. Həmçinin şəxsi axtarış zamanı başqa haradasa narkotik vasitələr saxladığı barədə sual edilən zaman ilk öncə cavab vermək istəməsə də, polis əməkdaşları ona işarə etdikləri üçün yaşadığı ünvan 9 ünvanında narkotik vasitə olduğunu bildirib həmin maddəni də təqdim edə biləcəyini bildirmişdir. Üzərindən aşkar edilmiş 1 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd üzərində ***-***-**-** saylı nömrə olan “Redmi” markalı mobil telefon, 1 ədəd "xxxx"a məxsus 4098 5844 7888 8686 nömrəli plastik bank kartı götürülsə də, 1 ədəd açar, 10 manat pul ona geri qaytarılmışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş və biz imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. Sonra polis əməkdaşları ilə birlikdə yaşadığı ünvan 3 ünvanına getmişlər. Orada polis əməkdaşları yaşadığı evə baxış keçirilməsinə etirazının olmaması barədə ondan ərizə almışlar. Sonra polis əməkdaşları mənzildə axtarış aparmışlar və mənzildən heç bir qanunsuz əşya və maddə aşkar etməmişlər. Buna görə də, polis əməkdaşları yaşadığı evin saxlanc otağında, ağ rəngli vedrənin altına 1 ədəd rəngli torbanın içərisində narkotik vasitə qoymuşlar və həmin maddəni videoçəkiliş zamanı təqdim etməyini bildirmişlər. Etiraz etsə də, polis əməkdaşları təzyiq göstərib, həmin narkotik vasitəni təqdim etməsə həyat yoldaşını polis idarəsinə aparacaqlarını, polis idarəsinə aparan zaman işgəncə verəcəklərini bildirmişlər. O da qorxduğu üçün polis əməkdaşları ilə razılaşmışdır. Sonra yaşadığı evə müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirilməyə başlanmışdır. Baxış zamanı evə saxladığı narkotik vasitəni təqdim etməyi təklif edilən zaman, polis əməkdaşları tərəfindən yaşadığı evin saxlanc yerində ağ rəngli vedrənin altında qoyulmuş 1 ədəd rəngli sellofan torbanı çıxarıb təqdim etmiş və həmin bükümə baxış keçirilən zaman içərisindən açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana kütləsi aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilən zaman qablaşdırma ilə birlikdə çəkisinin 1 (bir) kq 119 qram olması müəyyən edilmişdir. Sonra yaşadığı evə baxış keçirilsə də, evdən heç bir qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş və imzaları ilə protokolun doğruluğu təsdiq edilmişdir. İbtidai İstintaq zamanı verdiyi ifadəsini təzyiq altında vermişdir. Onu saxlamağa təxminən 15 nəfər gəlmişdir. Onu saxladıqları zaman döymüşlər. Onu istifadə etmək üçün götürəcəyi narkotik vasitəni götürən zaman tutmuşlar. Evdən aşkar olunmuş narkotik vasitəni polislər qoymuşlar. O, yalnız marixuanadan istifadə edirdi. Marixuananı aldığı adam ilə tutulduğu gün danışmışdır. Narkotik vasitəni götürən zaman onu saxlamışlar. Narkotik vasitəni taksi şoferi olan Emillə götürməyə getmişdir. Emilidə onunla birlikdə polis idarəsinə aparmışlar. Polis idarəsində baş verənlərin hamısını Emil görmüşdür. Polislər onu döydükləri və ailəsiylə hədələdikləri üçün onların dediklərini etmişdir. Şahid2 onun tutulmağında iştirak etmişdir. Şahid2 ona qarşı fiziki və psixi təsir göstərmişdir. Şahid2 Yasamalda saxlanılan zamanı boğazından tutub onu boğmuşdur. Evdə ona qarşı fiziki və psixi təsir göstərilməmişdir. Təcridxanada üzərinə baxış keçirilmiş və aldığı xəsarətlərin tutulduğu vaxt yarandığını bildirmiş, aldığı xəsarətlərə görə prokurorluqda araşdırma aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 19 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Nərimanov rayonu ərazisində küllü miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə edilmişdir. Bununla əlaqədar daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də, ondan və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra İbrahimlə birlikdə məlumat əsasında 19 iyul 2023-cü il tarixdən 20 iyul 2023cü il tarixə keçən gecə saat 4:10 radələrində ünvan 7 ünvanın yaxınlığına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Sabirə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib sonuncunu saxlamışlar. Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Sabir də buna etiraz etmədikdən sonra sonuncunu Baş Narkotiklərlə Mübarizə İdarəsinə apararaq barəsində araşdırma aparılması üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Anar Aslanova təhvil vermişlər. Anar Aslanov da Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə sonuncunu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Sabirin üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Sabir də əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd üzərində mobil nömrə olmayan “Samsung” markalı mobil telefon, 1 ədəd üzərində ***-***-**-** nömrə olan “Redmi” markalı mobil telefon, 10 manat pul, 1 ədəd açar və 1 ədəd Leobanka aid 4098-5844-7888-8686 nömrəli plastik bank kartı aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 57 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni sosial şəbəkədən tanıdığı İran İslam Respublikası vətəndaşı “Aydın” adlı şəxsin vasitəsi ilə bir gün əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində gizlədilmiş yerdən ayrı-ayrı ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində Aydının ona 1500 manat pul göndərəcəyini, saxlanılan zaman yanında olan Emilin taksi şoferi olmasını, Emilin bu işlərdən xəbərsiz olduğunu, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını, narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyini, yaşadığı ünvan 6 ünvanında narkotik vasitə olduğunu və həmin maddəni təqdim edə biləcəyini bildirmişdir. Sonra axtarış iştirakçılarının iştirakı ilə Sabirin üzərindən aşkar olunmuş kütlə zərfə qoyaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Sabir tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanına baxış keçirilməsi üçün sonuncudan ərizə alınmışdır. O, Şahid2, şübhəli şəxs kimi saxlanılan Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçi Rasim Almuradov birlikdə ünvan 6 ünvanına getmiş və orada video çəkilişlə onların iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə daxil olaraq baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan saxlanc yeri kimi istifadə edilən otağa daxil olaraq orada olan ağ rəngli vedrənin altında gizlədilmiş 1 ədəd rəngli sellofan paketi təqdim etmişdir. Həmin sellofan paketə baxış keçirilən zaman içərisində açıq yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Sonra aşkar edilmiş maddənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə elektron tərəzi ilə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisinin 1 kq 119 qram olması müəyyən edilmişdir. Əməliyyat məlumatı narkotik vasitənin İran vətəndaşının dediyi yerdən götürülüb, ayrı-ayrı ünvanlara paylanması ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitənin dövriyyəsi ilə məşğul olması ilə bağlı məlumat daxil olmuşdur.Onlar Təqsirləndirilən şəxs saxlamamışdan əvvəl onun anket məlumatlarını dəqiqləşdirmişlər.Təqsirləndirilən şəxs peşman olduğunu və evində də narkotik vasitə olduğunu bildirmişdir. Evə baxış keçirilən zaman o da iştirak etmişdir. Evə baxış videogörüntü ilə həyata keçirilmişdir. Həmin ev Təqsirləndirilən şəxs saxlamamışdan əvvəl onların Təqsirləndirilən şəxs yaşadığı hesab etdikləri ev idi. Sabiri Yasamal rayonunda saxlamışlar. Sabiri saxlayan zaman onun yanında Emil adlı taksi sürücüsü olmuşdur. Sabirin narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı onlarda məlumat olmamışdır. Sabir üzərindən aşkar olunmuş narkotik vasitənin öz istifadəsi ilə bağlı olduğunu bildirmişdir. Sabirə qarşı fiziki və psixoloji təzyiq göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan “üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı da Şahid1 bir daha istintaqa verdiyi ifadəsini təsdiqləyərək, Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs da, Şahid2 dediklərini qismən təsdiqləyərək, polis əməkdaşlar tərəfindən təzyiqlərə məruz qaldığını, üzərindən aşkar olunmuş narkotik vasitə ona məxsus olsa da, yaşadığı evdən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən qoyulduğunu bildirmişdir (cild 1, iş vərəqə 180-186). Cinayət işinin materiallarında olan “üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı da Şahid2 bir daha istintaqa verdiyi ifadəsini təsdiqləyərək, Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs da, Şahid1 dediklərini qismən təsdiqləyərək, polis əməkdaşlar tərəfindən təzyiqlərə məruz qaldığını, üzərindən aşkar olunmuş narkotik vasitə ona məxsus olsa da, yaşadığı evdən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən qoyulduğunu bildirmişdir (cild 1, iş vərəqə 187-193). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 20 iyul 2023-cü il tarixli protokoldan görünür ki, 20 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan göy rəngli şalvarın sol yan cibindən 1 ədəd bükümdə qurudulmuş marixuana, sağ yan cibindən 1 ədəd üzərində mobil nömrə olmayan “Samsung” markalı mobil telefon, 1 ədəd üzərində ***-***-**-** nömrə olan “Redmi” markalı mobil telefon, 10 manat pul, 1 ədəd açar və 1 ədəd “Leobank”-a aid 4098-5844-7888-8686 nömrəli plastik bank kartı aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 1 ədəd DVD disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 29-31). Cinayət işinin materiallarında olan 20 iyul 2023-cü il tarixli “evə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, 20 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına baxış keçirilən zaman saxlanc yeri kimi istifadə edilən otaqdan ağ rəngli vedrənin altından 1 ədəd rəngli sellofan paketdə qurudulmuş marixuana aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 1 ədəd DVD disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 34-46). Cinayət işinin materiallarında olan “CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 20 iyul 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sellofan bükümdə 57 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır (cild 1, iş vərəqə 63-64). Cinayət işinin materiallarında olan “CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 20 iyul 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına baxış keçirilən zaman 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 1110 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır (cild 1, iş vərəqə 65-66). Cinayət işinin materiallarında olan “mobil telefona baxış keçirilməsi haqqında” 26 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, istintaqa təqdim olunan mobil telefonlardan biri “Redmi” markalı, digəri “Samsung” markalı mobil telefondur. “Redmi” markalı mobil telefonun korpusun arxa hissəsi qara rənglidir, korpusun arxa hissəsində “Redmi” sözü əks olunmuş və arxa hissədə kamera və fənər vardır. Telefonun ekran hissəsi sensorlu olmaqla qara rənglidir, mobil telefonun istehsal bütövlüyünün pozulması müşahidə olunmur. Telefonun sağ yan hissəsində yerləşən düyməcik vasitəsi ilə onu işlək vəziyyətə gətirdikdə telefonun “Mİ” sözü əks olunma videofraqment ekrana gəldikdən sonra telefonun “iş masası” ekranda görünür. Mobil telefona baxış keçirilsə də iş üzrə sübut əhəmiyyət kəsb edən hal aşkar edilmədi. “Samsung” markalı mobil telefonun arxa hissəsi qara rənglidir, korpusun arxa hissəsində “Samsung” sözü əks olunmuş və arxa hissədə kamera və fənər vardır.Telefonun ekran hissəsi sensorlu olmaqla qara rənglidir, mobil telefonun istehsal bütövlüyünün pozulması müşahidə olunmur. Telefonun sağ yan hissəsində yerləşən düyməcik, vasitəsi ilə onu işlək vəziyyətə gətirdikdə telefonun “Samsung Galaxy” sözü əks olunma videofraqment ekrana gəldikdən sonra telefonun “iş masası” ekranda görünür. Mobil telefona baxış keçirilsə də iş üzrə sübut əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir (cild 1, iş vərəqə 174). Cinayət işinin materiallarında olan 25 noyabr 2023-cü il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına 4098-5844-7888- 8686 nömrəli "xxxx" ASC-yə aid bank hesabına xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində aparılmış əməliyyatların siyahısı köçürülmüş 1 ədəd “CD” diskə baxış keçirilmiş, baxış zamanı həmin diskin daxilində 1 ədəd “8686” adlı “Excell” formatlı fayl aşkar olunmuş, həmin “8686” adlı fayl açıldıqda içərisində sübut əhəmiyyəti kəsb edən hallar aşkar edilməmişdir (cild 2, iş vərəqə 29). Cinayət işinin materiallarında olan 27 noyabr 2023-cü il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 1 ədəd “CD” fomaflı diskin üzərində qırmızı və qara rəngdə bakcell 14938/2023” söz və rəqəmləri yazılmışdır. Həmin disk Nərimanov RPİ-nin İŞ-nin 55 saylı xidməti otaqda olan «HP» markalı kompüterin DVD oxuyucusu vasitəsi ilə açıldıqda 1 ədəd “SMS-Tarixcesi-**********0***-*******08” adlı, 1 ədəd “SMS- Tarixcesi-**********0***-*******08” adlı, 1 ədəd “Zenglerin-Detallasmasi-**********4***- *******08” adlı, 1 ədəd “Zenglerin-Mexsusluq-Tarixceleri-**********4***-*******08-BKC” adlı PDF formatlı fayl aşkar edildi. Həmin 1 ədəd “SMS-Tarixcesi-**********0***-*******08” adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 1 yanvar 2023-cü il tarixdən 19 iyul 2023-cü il tarixədək olan müddət ərzində göndərilmiş SMS-lərin siyahısı göstərilmişdir. Həmin siyahıya baxış keçirilsə də, iş üçün sübut əhəmiyyəti kəsb edən hal aşkar edilmədi. İkinci 1 ədəd “SMS- Tarixcesi-**********0***-*******08” adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 1 yanvar 2023-cü il tarixdən 19 iyul 2023-cü il tarixədək olan müddət ərzində daxil olmuş SMS-lərin siyahısı göstərilmişdir. Həmin siyahıya baxış keçirilsə də, iş üçün sübut əhəmiyyəti kəsb edən hal aşkar edilmədi. Üçüncü 1 ədəd “Zenglerin-Detallasmasi-**********4***-*******08” adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 1 yanvar 2023-cü il tarixdən 19 iyul 2023-cü il tarixədək daxil və xaric olan zənglərin siyahısı göstərilmişdir. Həmin siyahıya baxış keçirilsə də, iş üçün sübut əhəmiyyəti kəsb edən hal aşkar edilmədi. Dördüncü 1 ədəd “Zenglerin-Mexsusluq-Tarixceleri-**********4***-*******08- BKC” adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 1 yanvar 2023-cü il tarixdən 19 iyul 2023-cü il tarixədək daxil və xaric olan mobil nömrələrin sahiblərinin anket məlumatları göstərilmişdir. Həmin siyahına baxış keçirilən zaman ***-***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs adına qeydiyyata alınması müəyyən edildi (cild 2, iş vərəqə 32). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 iyul 2023-cü il tarixli, 3-16-16-2- 7/1045 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 50,0 qram və ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı evindən...” yazısı və imzalar olan 1 (bir) ədəd polietilen bağlamadakı təmiz çəkisi 1110 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 1160 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər (Qeyd: marixuananın ümumi çəkisi 1160 qram, tədqiqata sərf edildi 0,4 qram (hər obyektdən 0,2 qram), qalıq 1159,6 qram, cild 1, iş vərəqə 47-49). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 15 sentyabr 2023-cü il tarixli 5921 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 166-167). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxsinin 27 oktyabr 2023-cü il tarixli 2991 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s.sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Cinayət işinin materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: -Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. -Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (cild 1, iş vərəqə 194-195). Cinayət işinin materiallarında olan 21 iyul 2023-cü il tarixli Bakı şəhəri Yasamal rayon məhkəməsinin qərarın surətindən görünür ki, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 19 iyul 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir (cild 2, iş vərəqə 26). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 2 may 2024-cü il tarixli məktubundan və tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasının TSH-da təlimata uyğun olaraq tibbi müayinədən keçirilmiş, həbs edilmiş şəxs zədə aldığını bildirmiş, bədən səthinin müayinəsi zamanı sağ və sol bilək nahiyyəsində sıyrılmış qərtməkli yaralar, qarnın sağ nahiyəsində bənövşəyi rəngli qançır, alın və təpə nahiyyəsində köhnə çapıq toxumalar aşkar edilmişdir. Təqsirləndirilən şəxs həbsdən əvvəl xəsarət aldığını bildirmişdir (cild 3). Cinayət işi üzrə əməliyyat tapşırığının icra edilməsi ilə Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir (cild 2, iş vərəqə 160). İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib özündə saxlamaqla daşımışdır. Məhkəmə ilk öncə, iş materialları ilə Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğunun öz təsdiqini tapmadığı qənaətindədir. Belə ki, CM-nin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə bir-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. İştirakçılığın subyektiv əlamətləri isə odur ki, birincisi iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi də cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etmələrini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər. CM-nin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 6 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən “qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adıçəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Beləliklə, Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs başqa şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməsi ilə bağlı ümumiyyətlə hər hansı bir sübut olmamış, bununla bağlı cinayət təqibi orqanı hər hansı sübut toplamamışdır. O cümlədən xüsusilə vurğulanmalıdır ki, cinayət məsuliyyətinin ümumi şərtlərini müəyən edən CM-in 19-cu maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş yaş həddinə çatmış və cinayət törətmiş anlaqlı şəxs cinayət məsuliyyətinə cəlb edilir. CM-in 31-ci maddəsinə isə cinayətdə iştirakçılığa anlayış verilmiş və iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakının iştirakçılıq sayılması öz əksini tapmışdır. Yəni, əməlin qabaqcadan əlbir olan bir qrup şəxs kimi qiymətləndirilməsi üçün cinayətin hər bir iştirakçısının anlaqlı, CM ilə müəyyən edilmiş yaş həddinə çatması tələb edilir ki, hazırkı iş materiallarında Təqsirləndirilən şəxs əlbir olduğu İran İslam Respublikasının vətəndaşı Aydın adlı şəxsin CM-in 19-cu maddəsinə nəzərdə tutulmuş şərtlərə uyğunluğu, yəni onun anlaqlı olub-olmaması, CM ilə müəyyən edilmiş yaş həddinə çatıb-çatmaması qeyri-müəyyəndir. Belə olan halda təqsirləndirilən şəxsə münasibətdə onun qabaqcadan əlbir olan bir qrup şəxs alında cinayət törətməsi ilə bağlı verilmiş ittiham əsaslı sayıla bilməz. Məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Aydın adlı şəxs ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında əvvəlcədən aralarındakı razılığa əsasən narkotik maddənin qoyulacağı ünvanlar barədə İran İslam Respublikası vətəndaşı Aydın adlı şəxsdən məlumat aldıqdan sonra Bakı şəhəri, Yasamal rayonu ərazisində gizlədilmiş yerdən külli miqdarda çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanan narkotik vasitə qurudulmuş marixuananı əldə edərək saxlayaraq daşıması” barədə verilmiş ittiham, yəni CM-in 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli 2 saylı Qərarının 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Halbuki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmçinin CM-in 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Aydın adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq narkotik maddələrin qoyulacağı ünvanlar barədə İran İslam Respublikası vətəndaşı Aydın adlı şəxsdən məlumat aldıqdan sonra Bakı şəhəri, Yasamal rayonu ərazisində gizlədilmiş yerdən külli miqdarda olmaqla 1160 qram çəkidə çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanan narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində və yaşadığı ünvan 1 ünvanına daşımaqla saxlamış” formasında göstərməklə kifayətlənmişdir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 24-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmçinin, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərdən də (polis əməkdaşları) heç biri Təqsirləndirilən şəxs narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı tutarlı və sübuta dayanan məlumat verməmişlər. Onlar müstəsna olaraq Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan narkotik vasitənin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq ibtidai istintaq dövründə narkotik vasitələrin satışı ilə məşğul olması, narkotik vasitələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ondan aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı nə vaxtsa satmaq üçün alıcı axtaracağı, onunla sonradan sövdələşərək həmin narkotik vasitəni ona satacağı barədə hər hansı sübut olmamış və bunlar ehtimal xarakteri daşımışdır. Bundan başqa, satılacaq narkotik vasitənin müqabilində Təqsirləndirilən şəxs kimdənsə və hər hansı məbləğdə pul vəsaiti alması, yaxud hansısa gəlir əldə etməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir, halbuki bu halların da sübuta yetirilib-yetirilməməsi təqsirləndirilən şəxsin əməlinin düzgün tövsif edilməsi üçün mühüm əhəmiyyət kəsb etmişdir. Habelə, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 15 sentyabr 2023-cü il tarixli 5921 nömrəli rəyindən də göründüyü kimi, Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik vasitə olan kannaboidlər qrupuna aid olan marixuanaya asılılığı ilə müşayiət olunan narkomaniya xəstəliyindən əziyyət çəkməsi Təqsirləndirilən şəxs ona istinad edilmiş əməl üzrə əldə etdiyi narkotik vasitəyə münasibətdə satış niyyətini istisna edir. Təqsirsizlik prezumpsiyası təsbit edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Cinayət mühakimə icratının eyni prinsipini nəzərdə tutan CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir- biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə həmçinin qeyd edir ki, şəxsin üzərindən və yaşadığı evdən ümumilikdə 1160 qram çəkidə, yəni külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananın aşkarlanması faktı yuxarıda sadalanan digər mühüm halların aşkarlanmadığı halda, yalnız öz-özlüyündə həmin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını, eləcə də, onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq etmir və edə də bilməz. Halbuki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində verilmiş izaha əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satışı məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs 1160 qram çəkidə çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanan narkotik vasitə qurudulmuş marixuananı əldə etməsi, üzərində və yaşadığı ünvan 6 ünvanına daşımaqla saxlaması öz təsdiqini tapsa da, bu onun həmin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsinə dəlalət etmir. Həmçinin, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində narkomaniya xəstəliyi aşkar olunması və istifadəsində olmuş mobil telefonunda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə əldə etməsini təsdiq edəcək hallarını aşkar olunmaması da nəzərə alınmaqla məhkəmə Təqsirləndirilən şəxs qeyd edilən çəkidə narkotik vasitə qurudulmuş marixuananı öz şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan və inandırıcı hesab etməklə yanaşı, onun üzərindən aşkar edilmiş narkotik vasitəni satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə, hərtərəfli, tam və obyektiv tədqiq edilərək şahidlərin ifadələri, eləcə də işin bir-birini təsdiq edən digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət işinin materiallarında olan “cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 11 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş 2 ədəd bükümdə tədqiqatdan sonra ümumi qalıq çəkisi 1159,6 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınaraq Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən 2 ədəd DVD-R disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 49-65). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 133). Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 162). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 iyul 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 21). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 21 iyul 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 20 iyul 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 98-102). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 20 iyul 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 78 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş 2 ədəd bükümdə tədqiqatdan sonra ümumi qalıq çəkisi 1159,6 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; -Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən 2 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 20 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 78 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş 2 ədəd bükümdə tədqiqatdan sonra ümumi qalıq çəkisi 1159,6 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən 2 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı hökm gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1258/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1258/2024
04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver