Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1258/2025 03.03.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri İmanova Nigar Arzu qızı (sədrlik edən), X11 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Qasımzadə Banu Pənah qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, 25 avqust 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:
1. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş və qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır.
2. Məhkəmə araşdırmasının sonunda müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş, lakin onun satış məqsədi ilə külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımasında təqsirliliyi sübuta yetirilməmişdir.
İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmiş işin faktiki halları
3. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 00:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Təqsirləndirilən şəxs küçəsində 28L nömrəli binanın altında yerləşən "Tüstü Pub’: adlı restoranın qarşısında Zərərçəkmiş şəxs ona telefonda yüksək səslə danışmasını irad bildirməsini cuzi səbəb kimi bəhanə gətirərək, əslində isə heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək zor tətbiq etməklə və zor tətbiq etmək hədəsi ilə ictimai yer olan küçədə ilkin olaraq insanların gözü qarşısında Zərərçəkmiş şəxs sifətinə yumruqla vuraraq ona burun sümüyünün distal ucunun yerdəyişməyən sınığı ilə müşayiət olunan, burunun şişkinliyi və sıyrığı, sağ göz yuvası nahiyəsinin şişkinliyi və qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuş və bundan sonra sağ əlində saxladığı bıçaqla nümayişkəranə şəkildə Zərərçəkmiş şəxs xəsarət yetirəcəyi ilə hədələyərək qərəzli hərəkətlər etməklə xuiiqanlıq etmişdir.
4. Bundan başqa o, Bakı şəhəri, Yasamal rayon Qəbiristanlığının yaxınlığında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədilə külli miqdarda bir ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 4,095 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 19 aprel 2024-cü il tarixdə, saat 20:15-də ünvan 4 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına aparılmış, orada üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindəki bir ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 4,095 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.
Məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki halları:
5. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 00:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Təqsirləndirilən şəxs küçəsində 28L nömrəli binanın altında yerləşən "Tüstü Pub” adlı restoranın qarşısında Zərərçəkmiş şəxs ona telefonda yüksək səslə danışmasını irad bildirməsini cuzi səbəb kimi bəhanə gətirərək, əslində isə heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək zor tətbiq etməklə və zor tətbiq etmək hədəsi ilə ictimai yer olan küçədə ilkin olaraq insanların gözü qarşısında Zərərçəkmiş şəxs sifətinə yumruqla vuraraq ona burun sümüyünün distal ucunun yerdəyişməyən sınığı ilə müşayiət olunan, burunun şişkinliyi və sıyrığı, sağ göz yuvası nahiyəsinin şişkinliyi və qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuş və bundan sonra sağ əlində saxladığı bıçaqla nümayişkəranə şəkildə Zərərçəkmiş şəxs xəsarət yetirəcəyi ilə hədələyərək qərəzli hərəkətlər etməklə xuiiqanlıq etmişdir.
6. Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayon Qəbiristanlığının yaxınlığında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədilə külli miqdarda bir ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 4,095 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşıması sübuta yetirilməmişdir.
Təqsirləndirilən şəxsə qarşı AR CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülürkən ittiham tərəfin istinad etdiyi və məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 19 aprel 2024-cü il tarixində Səbail rayonu ərazisində Sahil metrosuna yaxın ərazidə şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu saxlamışlar. Onu idarəyə dəvət etmişlər. İdarədə şəxs könüllü şəkildə üzərindən narkotik vasitəni çıxarıb onlara təqdim etmişdir.
8. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid şəxsin üzərindən çıxan narkotik vasitənin çəkisini onların deyil, ekspertin müəyyən etdiyini, Ələkbərin nə məqsədlə həmin maddəni hansı məqsədlə almasına dair suala verdiyi cavabı xatırlamadığını, təqsirləndirilən şəxsə qarşı heç bir işgəncə olmadığını, Ələkbəri saxlamazdan nə qədər əvvəl onlara məlumat daxil olduğuna dair suala cavab vermək istəmədiyini, bu halın məxfi olduğunu, əməliyyat məlumatının narkotik vasitənin dövriyyəsi və istifadəsinə dair olduğunu, məlumatın Şahid1 daxil olduğunu, şəxsi saat 20:15-də saxladıqlarını, əməliyyat qrupunda 5 nəfər polis əməkdaşının iştirak etdiyini, şəxsə yaxınlaşanda özlərini təqdim etdiklərini və onun üzərində axtarışı keçirmək üçün idarəyə dəvət etdiklərini, şəxsin saxlanıldığı yerin şəraitin yerində axtarış və götürməni həyata keçirməyə imkan vermədiyini, şəxsi avtomobilin arxa hissəsində əyləşdirib qolu qandalsız idarəyə apardıqlarını, şərait və vəkilin olmamasının yerində şəxsi axtarış və götürməni keçirməyə mane olduğunu, şəxsi saxladıqdan sonra onu idarəyə nə qədər vaxta apardıqlarını xatırlamadığını, şəxsi idarəyə gətirəndə başında tükün olubolmadığını xatırlamadığını, onun saçını məcburi qırxmadıqlarını, ona xəsarət yetirmədiklərini, Ələkbər saxlanılan zaman üzərində xəsarətin olmadığını, narkotik vasitənin cibindən aşkar edildiyini, şəxsi sahil metrosu yaxınlığında saxlayıb birbaşa polis idarəsinə apardıqlarını, şəxsin evinə və nəqliyyat vasitəsinə zərurət olmadığı üçün baxış keçirmədiklərini, əməliyyat məlumatının narkotik vasitənin istifadə və daşınması ilə bağlı olduğunu, satış barədə məlumat olmadığını, şəxsin təcridxanaya daxil olarkən saçının niyə qırxıldığını bilmədiyini, qrup üzvləri olan 5 nəfərin adlarını dəqiq xatırlamadığını, şəxs özü narkotik vasitəni təqdim etdiyi üçün evinə baxış keçirmədiklərini, sorğu-sual zamanı narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirdiyini göstərmişdir.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 19 aprel 2024-cü il tarixdə Yasamal rayon Polis İdarəsinə Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və şəxsi Səbail rayonu ərazisində saxlamışlar. Onu Yasamal rayonu ərazisində polis idarəsinə gətirmişlər. Əynindəki şalvarın sağ yan cibindən narkotik vasitə aşkar edilmişdir. O, həmin maddənin metafetamin olduğunu bildirmişdir. Narkotik vasitə qablaşdırılmış və ekspertizaya təqdim olunmuşdur.
10. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid şəxsə qarşı heç bir işgəncə olmadığını, idarəyə gətirilən zaman saçının indiki saçından daha az olduğunu, keçəl olmasa da, saçının çox az olduğunu, şəxsi axtarış və götürmə istintaq hərəkətindən sonra onun saçını qırxmadığını, şəxslə ünsiyyətinin ancaq onu saxlayarkən və videoçəkiliş zamanı olduğunu, şəxs barədə qətimkan tədbiri seçilən zaman onun yanında olmadığını, əməliyyat tədbiri keçirilən zaman üzərində mobil telefonun olmadığını, əməliyyat məlumatının idarəyə daxil olduğunu, məlumatın konkret kimə daxil olduğunu bilmədiyini, əməliyyat məlumatının narkotik vasitənin dövriyyəsinə dair olduğunu, tədbir zamanı o, Etibar, Hüseyn və Samir olmaqla 4 nəfər olduqlarını, şəxsi axşam saatlarında 20:00-20:30 radələrində saxladıqlarını, məlumat onlara daxil olduğundan şəxsi Səbail rayonunda yox, Yasamal rayonu ərazisində yoxladıqlarını, şəxsin üzərinə yerində baxış keçirmək üçün şərait olmadığını, şəxsin üzərindən narkotik vasitə aşkar edildiyini, həmin maddəni şəxsin özünün təqdim etdiyini, şəxsin evinə, yaxud, avtomobilinə hansı səbəbdən baxış keçirilmədiyini bilmədiyini, tədbir zamanı şəxsi müşahidə etdiklərini, şəxsi avtomobilə əyləşdirib idarəyə apardıqlarını, şəxsin idarədə neçə saat saxlandığını dəqiq bilmədiyini, təxminən 2 saat saxlanıldığını, Ələkbəri saxlayan zaman onun üzərinə baxışın dərhal keçirilmədiyini, şəxsin saxlanması ilə idarəyə gətirilməsinin 40-50 dəqiqə ərzində baş tutduğunu, şəxsin saxlanılan zaman heç bir xəsarətinin olmadığını, çox güman ki, sonradan gedib özünə xəsarət yetirdiyini bildirmişdir.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 19 aprel 2024-cü il tarixdə, axşam saat 20:00-20:30 aralığında Nəsimi rayonu ərazisində şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu saxlamışlar. Onu idarəyə dəvət etmişlər. İdarədə şəxs könüllü şəkildə üzərindən narkotik vasitəni çıxarıb təqdim etmişdir.
12. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid əməliyyat tədbirinin keçirilməsini raportla rəsmiləşdirdiklərini, əməliyyat məlumatının narkotik vasitənin dövriyyəsi və istifadəsinə dair olduğunu, məlumatın ona daxil olduğunu, şəxsi saat təxminən saat 20:00-20:30 aralığında saxladıqlarını, saxladıqları yerdə baxış keçirə bilmədiklərini, üzərinə baxışın idarədə keçirildiyini, şəxsi Üzeyir Hacıbəyov və Səməd Vurğun küçələrinin kəsişməsində saxladıqlarını, şəxsi Səbail Rayon Polis İdarəsinə deyil, Yasamal RPİ-nə aparmalarının səbəbinin məlumatın həmin idarəyə daxil olmasının olduğunu, şəxsi saxladıqları yerdə şərait olmadığı üçün onu idarəyə aparıb təhqiqatçının iştirakı ilə üzərinə baxış keçirdiklərini, şəxsin evinə baxış keçirilməsi üçün əsas olmadığını, idarəyə 15-20 dəqiqəyə çatdıqlarını, yarım saata isə vəkilin gəldiyini, vəkil gələnədək şəxsdən ifadə alınıb-alınmadığını təhqiqatçının bildiyini, şəxsə işgəncə verilmədiyini, saçının qırxılmasından xəbərinin olmadığını bildirmişdir.
13. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 19 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuş, şəxsi Səbail rayonu ərazisində saxlamışlar. Daha sonra isə onu Yasamal RPİ-nə aparmışlar. Şəxsi saxladıqları zaman saat 20:00-20:30 radələri olardı. Xatırladıqlarım bunlardan ibarətdir.
14. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid şəxsi saxlayan zaman özünün üzərində telefon olmadığını, Ələkbərin saçının qırxıldığını görmədiyini, təqsirləndirilən şəxsin saxlanılmasında iştirak etdiyini, Ələkbəri 2 küçənin kəsişməsində saxladıqlarını, Ələkbəri saxladıqdan nə qədər müddət sonra onun üzərinə baxış keçirilməsini xatırlamadığını, videoçəkiliş zamanı Ələkbərin köynəyinin normal vəziyyətdə olduğunu və stepler vasitəsi ilə tikilmədiyini bildirmişdir.
15. Şahid4 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir.
16. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 19 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilərkən əvvəlcə ona üzərində qanunsuz olaraq əldə edilmiş, saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qara rəngli cins şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükülünü təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində şəffaf rəngli, kristal şəkilli, spesifik iyə malik olan psixotrop maddə metamfetaminə bənzər maddə aşar edilmişdir. Təqsirləndirilən şəxs şəffaf rəngli sellofandan ibarət bükümdə olan maddəni metamfetamin kimi tanıdığı psixotrop maddə olduğunu, bu maddəni "Yasamal Qəbiristanlığı” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Vətəndaş Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi, 01 (bir) ədəd şəffaf sellefona bükülmüş maddəni boş zərf götürülərək, zərfin içərisi iştirakçılara göstərildikdən sonra həmin zərfin içərisinə qoyularaq, qablaşdırılmış və DİNin möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır (cild 01; i.v.32-34).
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 20 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/2155 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs......” sözləri yazılmış paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 4,095 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 01; i.v.40-44).
18. “Maddi sübut kimi tanınması haqqında” 22 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 4,095 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,995 qram metamfetaminin saxlanması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilməsi qərara alınmışdır (cild 01; i.v.115-116).
19. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 04 iyul 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs döyülməsi ilə bağlı cinayət işinin başlanması rədd edilmişdir (cild 01; i.v.255-257).
20. Məhkəmə-tibbi ekspertizasının 02 iyul 2024-cü il tarixli, 254 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına BİT-də tərtib olunmuş tibbi kitabçada qeyd olunan xəsarətlər-sol dirsək oynağının və sol çiyin nahiyyəsinin qançırları küt əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarda göstərilən 19 aprel 2024-cü il tarixə uyğun deyil, sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlər kənar şəxs tərəfindən yetirilə bilərdi, eləcə də şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunmur (cild 02; i.v.27-29).
21. Məhkəmə-narkoloji ekspertizasının 22 aprel 2024-cü il tarixli, 2598 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodilərin, psixostimulyatorların və kannabioidlərin birgə istifadə halları olmuşdur. Lakin hal-hazırda onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji mərkəzdə qeydiyyata alınması məsləhət görülür (cild 02; i.v.50-51).
22. Ambulator-məhkəmə-psixiatrik ekspertizasının 22 iyul 2024-cü il tarixli 2120 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o. öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 02; i.v.68-70).
Təqsirləndirilən şəxsin AR CM-nin 234.4.3-cü maddəsinə münasibətdə öz müdafiəsi üçün irəli sürdüyü dəlillər aşağıdakılardır:
23. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun narkotik vasitə və ya psixotrop maddə ilə heç bir əlaqəsi yoxdur. Onun yaşadığı məhəllədə o, narkotikin satış və istifadəsini qadağan etmişdir. Ona fiziki təsir edərək narkotik vasitə ilə bağlı hissəni boynuna qoymuşlar. Onu yerə yıxıb başına zərbələr vurmuşlar. Onun bölmədə müavinlə də mübahisəsi olmuşdur. Bundan sonra onu çox döymüşlər. Videoçəkilişdə köynəyinin dəftərtikənlə tikildiyi də görünür. Qətimkan tədbiri seçilən zaman məhkəmədə bu halları bildirmişdir. İdarədə olarkən də ona “Aylı gecə” adlı kafedə olan söhbətdə adının keçdiyini bildirmişlər. Onun Bakı İstintaq Təcridxanasına qeydiyyyatda alınan zaman çəkilən şəklindəki fiziki görünüşündən hər şey açıq-aşkar görünür. Ona işgəncə verdiklərindən və ona qarşı əxlaqsız hərəkətlər edəcəklərini bildirdiklərindən polis əməkdaşlarının dediklərini edərək sənədləri imzalamış və videoçəkiliş zamanı narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir.
24. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs onun polis əməkdaşları tərəfindən Səməd Vurğun küçəsi ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində saxlanıldığını, saatın 19:45 radələri olduğunu, avtomobilə minəndə Hüseyndən saatı soruşduğunu, bir nəfərin avtomobildə qabaq oturacaqda əyləşdiyini, həmin şəxsin Yasamal RPİ-nin əməkdaşı olmadığını və onun avtomobilinə olduğu yerdə baxdığını, avtomobillə Yeni Yasamala getdiklərini, orada telestudio kimi tanınan yerdə avtomobili saxladıqlarını, Anarın Hüseynə onun avtomobilini idarəyə sürməsini bildirdiyini, özünün etiraz edərək açarın özündə olmadığını bildirdiyini, əməkdaşlardan Anarın 29-cu PŞ-də işlədiyini bildiyini, Etibarı, Asifi, Habili əvvəldən tanımadığını, avtomobilin açarını axtardıqlarını, lakin avtomobilin açarının dostu Pərvizdə olduğunu bildirdiyini, şəhərə gedərkən içkili olduğundan dostunun açarı ondan götürdüyünü, Anarın onu silahla hədələyərək avtomobilin açarını vermədiyi halda avtomobili evakuatora qoyub aparacaqlarını bildirdiyini, sonra onu idarəyə aparıb döydüklərini, ona narkotik vasitə satan şəxsləri döyərək onların qazancına mane olduğunu bildirdiklərini, barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimata baxılan zaman məhkəmədə narkotik vasitələrdən məhəllədə rəhmətə gedənlər olduğundan narkotik vasitə satan şəxsləri döydüklərini, buna görə də narkotiklə yükləndiyini bildirdiyini, ilkin izahatının təhqiqatçı tərəfindən alındığını, həmin ifadəni təzyiq altında oxumadan imzaladığını, sonrakı ifadələrində təzyiqə məruz qaldığını, döyüldüyü üçün etirafedici ifadə verdiyini qeyd etdiyini, əvvəlcə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yükləndiyini, orada çəkdiyi imzaların onun tərəfindən çəkildiyini, lakin həmin imzanın real imzası olmadığını, orada işarələr qoyduğunu, MSY-nə daxil olan zaman üzərində olan xəsarətlərə baxış keçirilmədiyini, BİT-ə daxil olanda üzərinə baxış keçirilən zaman döyüldüyünü bildirdiyini, video-çəkiliş zamanı müdafiəçinin orada olduğunu, lakin müdafiəçi gəlməmişdən əvvəl cibinə baxış keçirildiyini, müdafiəçisi gəldikdə ona dubinka ilə hədələndiyini dediyini, lakin müdafiəçinin bu hala əhəmiyyət vermədiyini, ondan saatı soruşduqda müdafiəçinin ona az qala səhərin açıldığını bildirdiyini, pencəyinin cibindən telefonunu çıxararaq saatın 04:02 olduğunu göstərdiyini, Asif, Hüseyn, Anar və Etibar tərəfindən döyüldüyünü, Samirin o döyülən və saxlanılan zaman orada olmadığını, onu 3 nəfər şəxsin saxladıqlarını, yanlarında bir nəfər arıq oğlanın da olduğunu, saçının barəsində həbs qətimkan tədbiri seçildikdən sonra Asif adlı polis əməkdaşı tərəfindən iradəsinə zidd olaraq qırxıldığını, ilk olaraq Etibarın ona təpik vurub yerə yıxdığını, daha sonra digər əməkdaşın ona silah çəkdiyini, saxlanılan zaman Asif və Samir adlı şəxslərin orada olmadıqlarını, Asifin bölmədə onun yanına göndərildiyini, saçının Asif tərəfindən qırxıldığını və ona qarşı təhqiramiz hərəkətlərlə təsir edildiyini bildirmişdir.
Təqsirləndirilən şəxsin AR CM-nin 221.3-cü maddəsi ilə təqsirli olmasına dəlalət edən və məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
25. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs AR CM-nin 221.3-cü maddəsi ilə bağlı verdiyi ifadəsində göstərmişdir ki, hadisə günü o, telefonla danışmaq üçün binanın küncündə dayanmışdı. Telefonla yüksək səslə danışırdı. Zərərçəkmiş şəxsin oğlu ona yüksək səslə danışdığı üçün irad bildirmiş, o da nəzərə alacağını demişdir. Həmin şəxs ona yenidən irad tutmuş və təhqir etməyə başlamışdır. Bundan sonra aralarında mübahisə yaranmışdır. Səs-küyə zərərçəkmiş şəxsin atası gəlmiş və aralarına girmişdir. O, zərərçəkmiş şəxsin oğlunu vurmuş, atası isə yaşlı olduğu üçün onu sadəcə itələmişdir. Sonradan gedib kənarda oturmuşdur. Bir qədər keçdikdən sonra maşına gedib bıçağını götürmüşdür. Bıçağı onları təhdid etmək üçün götürmüşdür. Başqa hər hansı məqsədi olmamışdır. Bıçağı onlara tətbiq etmək fikri olmamışdır.
26. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs hadisə günü telefonla danışan zaman hündürdən danışdığını, həmin vaxt əsəbi olduğunu, ona irad bildiriləndə həmin şəxsə haqlı olduğunu bildirdiyini, lakin həmin şəxsin onunla söyüşlə danışdığını, zərərçəkmiş şəxsin həmin vaxt bir qədər oğlundan arxada olduğunu, mübahisə zamanı özünün nalayiq ifadə işlətmədiyini, bıçağı sadəcə nümayiş etdirdiyini, həmin şəxsləri qorxutmaq istədiyini, özünün cavan uşaqla dalaşdığını, zərərçəkmiş şəxsin onları ayırmaq yerinə ona yumruq vurduğunu bildirmişdir.
27. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, hadisə günü oğlu ilə o, binadan çıxaraq həyətə düşmüşlər, həyətdə cavan uşaqlar olmuşlar. Onlar yüksək səslə danışırdılar, o, həmin şəxslərə irad bildirmiş, sonra ordan uzaqlaşmış və artıq onlara fikir verməmişdir. Sonra arxaya dönəndə görmüşdür ki, oğlu ilə Ələkbər mübahisə edirlər. O, oğlunu aralaşdırıb özü Ələkbərlə əlbəyaxa mübahisəyə başlamışdır.O, orada əvvəlcə bıçaq görməmiş, sonradan orada olan şəxslər demişlər ki, Ələkbər bıçaqla onlara tərəf gəlir, o zaman onun əlində bıçağı görmüş və oğlu ilə birlikdə iti addımlarla oradan uzaqlaşmışlar. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur.
28. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs Ələkbərin söyüşlə danışdığını, ona irad bildirəndə Ələkbərin ona “oldu” deyərək cavab verdiyini, oğluna və ya ona “burada hamı söyüş söyür” dediyini xatırlamadığını, hadisənin üzərindən 1 ilə yaxın vaxt keçdiyini, ifadəsində belə qeyd etmişdirsə yəqin ki, Ələkbərin elə söz dediyini, onları Ələkbərlə tanımadığı cavan uşaqların ayırdıqlarını, həmin şəxslərin ona Ələkbərin əlində bıçaq olduğunu dediklərini, Ələkbərin əlində bıçaq tutaraq onlara tərəf sürətlə gəldiyini gördüyünü, ilk olaraq Ələkbərə oğlunun yaxınlaşdığını, lakin nə danışdıqlarını xatırlamadıqlarını, bir az aralandıqdan sonra oğlu ilə Ələkbərin dava etdiklərini gördüyünü, onları ayırdığını, Ələkbərlə özünün arasında mübahisənin başladığını, lakin heç birinin söyüş söymədiyini, oğlunu Ələkbərdən araladıqdan sonra Ələkbərlə mübahisə edəndə oğlunun müdaxilə etməsinə icazə vermədiyini, ətrafda olan uşaqların Ələkbərin əlində bıçaqla onlara tərəf gəldiyini dediklərini, bundan sonra hadisə yerindən uzaqlaşdıqlarını bildirmişdir.
29. Şahid4 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir.
30. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 11 fevral 2024-cü il tarixdə atası Zərərçəkmiş şəxs yaşadıqları binanın altında yerləşən “Tüstü PUB" restoranından yemək üçün krevetka alıb evə gətirmişdir. O, krevetkanın az olduğunu yəni atasına 2 nəfər üçün nəzərdə tutulmuş krevetka əvəzinə 1 nəfər üçün nəzərdə tutulan krevetka verdikləri üçün atası ilə birlikdə evdən çıxıb “Tüstü PUB” restoranına yaxınlaşmışdır. Həmin vaxt həmin restoranın həyətində 1 nəfər tanımadıqları orta yaşlı şəxsin telefonla kimləsə uca səslə nalayiq küçə söyüşləri ilə danışdığını görüb, həmin şəxsdən xahiş etmişlər ki, söyüş söyməsin. O və atası binada sakinlərin yaşadığını belə uca səslə söyüş söyməyin etik və milli dəyərlərə uyğun olmadığını bildirmişdirlər. Həmin şəxsə qeyd olunan iradı bildirdiyində o, yumruğu ilə onun sifət nahiyəsindən vurmuşdur. Bunu görən atası aralarına girib onları aralaşdırmaq istəmişdir. Ətrafda başqa şəxslər də olmuşdur. Həmin şəxslər də mübahisəyə ehtiyac olmadığını bildirərək onlara müdaxilə edərək aralaşdırmaq istəmişdirlər. Bu zaman atası həmin şəxsdən niyə oğlunu vurduğunu soruşmaq istədikdə həmin şəxs, onun atasına da bir neçə dəfə yumruq zərbəsi endirmişdir. Sonra həmin şəxs onlardan aralanmışdır Bir neçə dəqiqə sonra həmin şəxs, haradansa bıçaq taparaq onlara tərəf gəlməyə başlamışdır. Onlar həmin şəxsin əlində iri bıçaq olduğunu görərək onları öldürəcəyindən qorxub iti addımlarla oradan uzaqlaşaraq yaşadıqları mənzilə getmişlər. Həmin şəxs onların dalınca gəlsə də artıq evə demək olar ki, çatdıqlarını görüb onlardan aralanıb oradan çıxıb getmişdir. Bundan sonra baş vermiş hadisə ilə əlaqədar DİN-in 102 Xidmətinə məlumat vermişlər.
31. Məhkəmə-tibbi ekspertizasının 27 fevral 2024-cü il tarixli, 149 nömrəli rəyindən görünür ki, 1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - burun sümüyünün distal ucunun yerdəyişməyən sınığı ilə müşayiət olunan, burunun şişkinliyi və sıyrığı, sağ göz yuvası nahiyəsinin şişkinliyi və qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti müayinə olunanın dediyi xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (cild 01; i.v.148-149).
32. “Videogörüntülərə baxış keçirilməsi haqqında” 10 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qırmızı rəngli köynək və üzərindən qara rəngli gödəkçədə iki nəfər kişi ilə mübahisə edir və ətrafda da bir neçə nəfər şəxs yığılıb onları aralaşdırmağa çalışır. Görüntülərə baxan zaman Ələkbərin həmin şəxsləri yumruq zərbələri ilə vurduğu görünür. Görüntülərdə Təqsirləndirilən şəxs bir müddət görünmür və daha sonra isə əlində bıçaqla həmin şəxslərin üzərinə gəldiyi görünür. Həmin iki nəfər şəxs onun əlində bıçaq olduğunu görüb iti addımlarla oradan uzaqlaşır (cild 02; i.v.48). Hüquqi məsələlər:
33. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
34. Həmin Məcəllənin 221.1-ci xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
35. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-cimaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur.
36. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür.
37. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür.
38. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür.
39. Həmin qərarda göstərilmişdir ki, şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıqaşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.
40. Həmin qərarın 8-ci bəndində göstərilmişdir ki, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsasdır.
41. Həmin qərarın 9-cu bəndində göstərilmişdir ki, izah edilsin ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan CM-in 221.3-cü maddəsinin mənasına görə silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmusu başa düşülür. Bura cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür.
42. Həmin qərarın 11-ci bəndində göstərilmişdir ki, xuliqanlıq hərəkətləri davam etdirilərək xüsusilə qərəzli xuliqanlıq həddinə çatdırıldıqda təqsirləndirilən şəxsin əməli xuliqanlığın daha ağır növünə görə məsuliyyət nəzərdə tutan 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Müxtəlif vaxtlarda törədilən xuliqanlıq hərəkətləri isə xuliqanlığın tövsifedici əlamətlərinin mövcudluğundan asılı olaraq hər biri müstəqil cinayət kimi tövsif olunmalıdır.
43. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədilkdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
44. Həmin Məcəllənin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri satmaüç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
45. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar, 400 qram olduqda xüsusilə külli miqdar hesab olunur.
Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:
46. “Şübhəli şəxsin tutulması haqqında” 19 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2024-cü il tarixdə, saat 20:15-dən tutulmuş hesab edilmişdir (cild 01; i.v.22).
47. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 21 aprel 2024-cü il tarixli, 4(004)-359/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 19 aprel 2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.84-88).
48. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 29 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli hökmünə əsasən AR CM-nin 126.1 və 315.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli qərarı ilə 01 il müddətə həbsxana rejiminə keçirilmiş, 18 avqust 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 01; i.v.169-170).
49. Zərərçəkmiş şəxs tərəfindən verilmiş 29 mart 2024-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur (cild 01; i.v.171).
50. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2024-cü il tarixdə, saat 21:10 radələrində saxlanılaraq Yasamal RPİ-yə gətirilmiş və həmin tarixdə MSY-nə təhvil verilmişdir (cild 01; i.v.186).
51. Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli, 1(101)-715/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 315.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 66.3-cü maddəsinə əsasən ona qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir (cild 01; i.v.243-253).
52. 1019 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü (X7) uşağı var (cild 02; i.v.32).
53. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 4(004)-766/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay olmaqla, 19 oktyabr 2024-cü il tarixədək uzadılmışdır (cild 02; i.v.44-47).
54. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19 oktyabr 2024-cü il tarixli, 4(004)-944/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 ay olmaqla, 19 noyabr 2024-cü il tarixədək uzadılmışdır (cild 02; i.v.65-67).
55. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19 oktyabr 2024-cü il tarixli, 4(004)-944/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün olmaqla, 09 dekabr 2024-cü il tarixədək uzadılmışdır (cild 02; i.v.161-164).
56. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 1(101)-781/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 221.3 cə 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilərək cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış, həmin qərarla təqsləndirilən şəxsin həbsdə saxlanılma müddəti 13 mart 2025-ci il tarixədək uzadılmışdır (cild 03; i.v.121-128).
57. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 11 mart 2025-ci il il tarixli, 4(004)-213/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 ay 14 gün olmaqla, 27 aprel 2025-ci il tarixədək uzadılmışdır (cild 03; i.v.153-156).
58. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 23 aprel 2025-ci il il tarixli, 4(004)-323/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 16 gün olmaqla, 13 may 2025-ci il tarixədək uzadılmışdır.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:
59. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;
60. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;
61. 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər.
62. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.
63. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
64. 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.
65. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır;
66. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz;
67. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir;
68. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.
69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.
70. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.
71. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
72. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır.
73. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur.
74. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.
75. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır; 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.
76. X12 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.
77. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır.
78. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır.
79. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır.
80. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz.
81. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir.
82. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər.
83. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.
84. Həmin qərarın 58-ci bəndinin 1-ci abzasında göstərilmişdir ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir.
85. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir.
86. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir.
87. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir.
88. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir.
89. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.
90. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.
91. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
92. Məhkəmə, AR CM-nin 234.4.3-cü maddəsinə münasibətdə hazırkı cinayət işi bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, ekspert rəyləri və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən AR CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə onun təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır, iş materiallarında olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs AR CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli olması sübuta yetirilməmiş və iş materiallarında olan sübutlar onun qeyd olunan maddə ilə təqsirli olması qənaətinə gəlmək üçün kifayət etmir.
93. Məhkəmə gəldiyi qənaətin əsaslandırılması üçün ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübutun ayrı-ayrılıqda tədqiq edilməsini zəruri hesab edir.
94. -İlkin olaraq məhkəmə təqsirləndirilən şəxsin özünün həm ibtidai araşdrıma zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrin təhlil edilməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir.
95. Məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarından görünür ki, müstəntiq Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadəsindəki xüsusatları araşdırmadan, hər hansı əsaslandırma aparmadan onun həmin ifadələrini özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirmişdir.
96. Halbuki, cinayət işinin materiallarından açıq-aydın görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2024-cü il tarixdə verdiyi izahatında (hansı ki, təqsirləndirilən şəxs həmin vaxt polis əməkdaşları tərəfindən ona göstərilmiş təzyiqlər altında izahat verdiyini iddia edir) üzərindən psixotrop maddə aşkar edildiyini, həmin maddəni şəxsi istifadəsi məqsədi ilə aldığını bildirsə də, ondan sonrakı gün, 20 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində, 21 aprel 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilən zaman özünü təqsirli bilmədiyindən ifadə verməkdən və protokolları imzalamaqdan imtina etmişdir (cild 01; i.v.47-48; 55-56; 64-65).
97. Bundan sonra Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatət və təqdimat verilməklə o, məhkəmə qarşısına çıxarılmış, 21 aprel 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü AR CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək narkotik vasitə istifadəçisi olmadığını, əksinə yaşadığı ərazidə narkotik vasitə satıcılarına qarşı mübarizə apardığını, onların həmin maddələri satmasına əngəl olmağa çalışdığını, bu fəaliyyətinə görə həmin şəxslərin təşəbbüsü ilə həbs olunduğunu, şübhəli şəxs qismində saxlanılan zaman polis şöbəsində fiziki təzyiqə və hədə-qorxuya məruz qaldığına görə narkotik vasitənin ona məxsus olduğunu boynuna almaq məcburiyyətində qaldığını bildirmişdir.
98. Bundan sonra təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasına dair keçirilmiş məhkəmə iclaslarında da Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək ona polis bölməsində işgəncələr verildiyini, bu səbəbdən ilkin olaraq etirafedici izahat verdiyini bildirmişdir (cild 02; i.v.65-67; i.v.161-164; cild 03; i.v.153-156).
99. Daha sonra təqsirləndirilən şəxs 25 oktyabr 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilən zaman ifadə verərək özünü AR CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, 19 aprel 2024-cü il tarixdə saat 19:45-də Yasamal Rayon Polis İdarəsinin əməkdaşları olan Anar, Hüseyn və Etibar adlı şəxslər onu Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində ona yaxınlaşaraq onu özünə məxsus “Toyota Yaris” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilini saxladığı Bakı şəhəri, Yasamal rayonu. Yeni Yasamal, Gülüstan restoranının yanında məhəlləyə aparmışlar və ondan avtomobilin açarını istəmişlər. Lakin avtomobilinin açarı onda olmadığından təqdim edə bilməmişdir. Anar onu qorxutmaq üçün hətta tabel silahını da çıxartmış lakin sonda açarı tapa bilməyəcəyini və narkotik vasitəni onun avtomobilinə qoya bilməyəcəyini görüb onu Yasamal Rayon Polis İdarəsinə aparmışdır. İdarədə 2-ci mərtəbədə olan otaqların birində Anar, Asim, Etibar, Hüseyn törətmədiyi cinayət əməlini boynuna götürməyi üçün onu döyüb ona zor tətbiq etmişdirlər. Təxminən gecə saat 04:00 radələrinə kimi həmin şəxslər onu döyərək işgəncə vermişdirlər. Onun iradəsini sındıra biməyəcəklərini görüb Anar göstəriş vermişdir ki, onun şalvarını çıxarsınlar. Etibar və Hüseyn əllərindən tutub yerə yıxdıqları üçün Asim və Anar şalvarını çıxararaq ona bildirmişdir ki, “sənə sonuncu dəfə xəbərdarlıq edirəm əgər narkotiki boynuna götürməsəm" əlindəki dəyənəyi ona göstərib onu zorlayacağını bildirmişdir. Onu yerə yıxdıqları üçün və həmin şəxslərə gücü çatmadığı üçün o, törətmədiyi cinayət əməlini məcbur boynuna götürmüşdür. Bundan sonra onu başqa otağa salaraq tərəziyə narkotik vasitə qoyub ona həmin narkotik vasitənin qramının yarım qram olduğunu göstərib Azərbaycan Respublikası CM-nin 234.1 ci maddəsi ilə tutulacağını bildirmişdir. Yenidən onu zor tətbiq edilən otağa geri qaytarmışdırlar. Videoçəkilişlə üzərinə baxış keçirilməyə başlanmışdır. Bu zaman oraya vəkil də dəvət olunmuşdur. O, vəkilə də başına gələnlər barədə məlumat vermişdir. Həmin otaqda tərəzi olmamışdır. Baxış qurtardıqdan sonra o, MSY-də saxlanılmışdır. 21 aprel 2024-cü il tarixdə onu sanksiya məsələsinə baxmaq üçün məhkəməyə aparmışdırlar. O, məhkəmədə keçirilən iclas zamanı çıxış verildikdə narkotik vasitənin ona məxsus olmadığını və özünün narkotik satıcılarına qarşı mübarizə apardığını həmçinin polis əməkdaşları tərəfindən saxlanılan zaman ona fiziki və psixi zor tətbiq edildiyini hakimə də bildirmişdir. Məhkəmədə həbs seçildikdən sonra onu Yasamal RPİ-nin MSY-nə geri gətirmişdirlər. xx.xx.2024-cü il tarixdə, axşam radələrində onu yenidən həmin otağa qaldırmışdırlar. Yuxanda göstərilən işçilərlə bərabər köməyə Yasamal RPİ-nin 29-cu PŞ-nin rəis müavini Rasim, Yasamal Rayon Polis İdarənin CAŞ- nın rəisi Habil gəlmişdir. Onun başına sellofan torba keçirərək ona paltar geyindirib, başındakı sellofan torbanı cıraraq saçının yarısını qırxaraq həmin vəziyyətdə şəkillərini çəkmişdirlər. Ona bildirmişdirlər ki, hardasa danışsan bu şəkilləri sənin tanışlarına göstərəcəyik. Sonrada onu yenidən MSY-yə aparmışdırlar və onu Kürdəxanıya gətirmişlər. 10 fevral 2024-cü il tarixdə axşam saatlarında Yasamal rayonu, Yeni Yasamal ərazisində yerləşən “Tüstü Pub" restoranında oturmuşdur. 11 fevral 2024-cü il tarixdə telefonla danışmaq üçün çölə çıxan zaman yüksək səs tonu ilə telefonla danışarkən iki nəfər yaxınlaşaraq səs tonu ilə bağlı irad bildirmişdir. O da həmin şəxsə düz dediyini bildirərək səsinin tonunu aşağı salmışdır. Lakin həmin şəxs aqressıyasını davam etdirərək əlinin arxası ilə sinə nahiyəsinə vuraraq sakit olmasını tələb etmişdir. O. həmin şəxsə yeyib içib içkili vəziyyətdə içəridən çıxdığını və həmin şəxsi başa düşdüyünü bildirmişdir. Aqressiv sima ilə ona yenidən çıxıb getməsini nalayiq ifadələrlə bildirib əli ilə sinəsindən yenidən vuranda aralarında əlbəyaxa olmuşdur. Onlar dalaşdıqdan sonra sakitcə gəlib daşın üstündə oturmuşdur. Mübahisələri təxminən 5-6 dəqiqə davam etmişdir.
100. Bununla yanaşı, müdafiə tərəfin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 19 aprel 2024-cü il tarixdə, saat 20-21 radələrində onlar Ələkbərlə birlikdə olmuşlar, bu zaman polis əməkdaşları avtomobilə yaxınlaşmışlar. Həmin vaxt Ələkbər mağazaya getmək üçün avtomobildən enmişdir. Polis əməkdaşları bunu görüb Ələkbərə tərəf qaçmışlar.Ələkbərin üzərinə silah çəkmişlər. Daha sonra Ələkbəri yerə yıxaraq təzyiq göstərmişlər. Onlar Ələkbərin yanında olsalar da onları şahid qismində dindirməmişlər.
101. Müdafiə tərəfin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, hadisə günü Ələkbərlə birlikdə Bakı şəhərinin müxtəlif rayonlarında olmuşlar. Ələkbərlə şəhərin mərkəzinə getməyə razılaşmışlar. Həmin vaxt Ələkbər avtomobili idarə etmək istəsə də, o, icazə verməmiş və açarı Ələkbərin cibindən götürmüşdür. Daha sonra polis əməkdaşları gəlib Ələkbəri aparmışlar. Polis əməkdaşları Ələkbəri yerə yıxaraq ona silah dayamışlar. Ələkbər isə onlara heç bir müqavimət göstərməmişdir.
102. Məhkəmə istintaqı zamanı məhkəmənin sorğusuna əsasən Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 23 aprel 2024-cü il tarixli, 3572/2024 saylı tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olan zaman zədə aldığını bildirmiş, onun bədəninə baxış zamanı sol dirsək oynağının ön səthində 4-5 sm ölçüdə qırmızımtıl, sol çiyin nahiyyəsində 10-11 sm ölçüdə sarımtıl-qırmızı qançırlar, hər iki saidin ön səthində, sağ körpücük nahiyyəsində, qarının ön səthində, çənəaltı nahiyyədə köhnə çapıqlar müəyyən edilmişdir.
103. Cinayət işinin materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 04 iyul 2024-cü il tarixli qərardan görünür ki, göstərilən xəsarətlərlə bağlı Bakı İstintaq Təcridxanası tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinə məlumat göndərilmiş, aparılmış araşdırma nəticəsində məhkəmətibbi ekspertizasının 02 iyul 2024-cü il tarixli, 254 saylı rəyinə və polis əməkdaşlarının izahatlarına istinadən Təqsirləndirilən şəxs döyülməsi ilə bağlı cinayət işinin başlanması rədd edilmişdir (cild 01; i.v.255-257).
104. Həmin qərarda istinad olunmuş məhkəmə-tibbi ekspertizasının 02 iyul 2024-cü il tarixli, 254 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına BİT-də tərtib olunmuş tibbi kitabçasında qeyd olunan xəsarətlər-sol dirsək oynağının və sol çiyin nahiyyəsinin qançırları küt əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarda göstərilən 19 aprel 2024-cü il tarixə uyğun deyil, sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlər kənar şəxs tərəfindən yetirilə bilərdi, eləcə də şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunmur (cild 02; i.v.77-79).
105. Həmin araşdırma zamanı polis əməkdaşlarından yalnız birinin izahatı alınmış və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 təbii olaraq Təqsirləndirilən şəxs döymədiklərini, ona fiziki və psixi zor tətbiq etmədiklərini bildirmiş, araşdırmanı aparan şəxs isə yalnız bir nəfər polis əməkdaşının öz xeyrinə verilmiş izahatının alınmasını yetərli hesab edərək bununla kifayətlənmişdir.
106. Sözügedən rəylə bağlı mühüm xüsusatların araşdırılması məqsədi ilə həmin rəyi vermiş ekspert X8 məhkəmə iclasına dəvət olunmuş və ekspert ona ünvanlanmış suallara cavab olaraq ekspert rəyini Bakı İstintaq Təcridxanasından təqdim olunmuş məhkumun tibbi kitabçasından əldə etdiyi məlumatlar əsasında tərtib etdiyini, iş üzrə ekspertiza çox gec təyin olunduğundan şəxsi fiziki olaraq müayinə etməsinin mümkün olmadığını, tibbi kitabçadan Ələkbərin xəsarətlərinin qırmızı rəng olması qeyd edildiyindən və xəsarət yetirildikdən 01 gün ərzində xəsarətin yerinin qırmızı rəng olduğunu, xəsarət yetirildikdən 01 gündən çox vaxt keçdikdə xəsarətin rənginin mütləq qaydada dəyişməli olduğunu, sarımtıl izlərin 5-6 günlük xəsarətin nəticəsi olduğunu, Ələkbər 19 aprel tarixində döyülmüş olduğu halda 23 aprel tarixində onun xəsarətlərinin sarımtıl-yaşılımtıl rəngdə olmasının mümkün olduğunu, ola bilər ki, tibb kartında xəsarətlərin rənginin tam düzgün qeyd olunmadığını, özünün isə həmin tibb kartında qeyd olunmuş xəsarətlərin rənginə uyğun nəticəyə gəldiyini bildirmişdir.
107. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə-tibbi ekspertizasından keçirilməsi üçün şəxsən təqdim edilmədiyini (Belə ki, ekspertiza şəxsin xəsarətlərinin olmasının müəyyən edilməsindən uzun müddət sonra (02 ay 09 gün) keçirilmiş və həmin vaxt təqsirləndirilən şəxsdə xəsarətlərin qalması real olmamışdır), ekspertizanın sənədlər əsasında həyata keçirildiyini, məhkəmə iclasında ekspertin özünün də qeyd etdiyi kimi onun sadəcə həmin sənəddə öz əksini tapmış xəsarətlərin rənginə istinadən rəy verdiyini və tibb-kitabçasında xəsarətlərin rənginin tam dəqiq qeyd olunmamasının mümkün olduğunu, təqsirləndirilən şəxsdə 19 aprel 2024-cü il tarixdə saxlanılan zaman artıq daha öncədən yaranmış xəsarətlərin olması ilə bağlı polis əməkdaşları tərəfindən hər hansı aktın tərtib olunmadığını, məhkəmə iclasında dindirilmiş polis əməkdaşlarının da onlara ünvanlanan suala cavab olaraq təqsirləndirilən şəxs saxlanılan zaman onda xəsarətlərin olmamasını təsdiq etdiklərini, bu halların təqsirləndirilən şəxsin polis bölməsinə daxil olan onda zaman xəsarətlərin olmamasına dəlalət etdiyini və bu halın tibb kitabçasında qeyd olunmuş xəsarətlərin şəxsdə məhz polis bölməsinə daxil olduqdan sonra yaranmasına dair əsaslı şübhələrin yaranmasına zəmin yaratdığını nəzərə alaraq təqsirləndirilən şəxsin ifadəsindəki xüsusatların inandırıcı olması qənaətinə gəlir.
108. Bununla yanaşı, ekspert rəyində xəsarətlərin 19 aprel 2024-cü il tarixə uyğun gəlmədiyi göstərilsə də, ekspert həmin xəsarətlərin hansı tarixə uyğun olmasını göstərməmiş, məhkəmə iclasında bununla bağlı araşdırma aparılan zaman ekspert tibb kitabçasında göstərilmiş “qırmızımtıl” rəngli xəsarətin şəxsin müayinəsindən 01 gün əvvəl əmələ gəlməsinin real olduğunu bildirməklə bir daha təqsirləndirilən şəxsin artıq polis nəzarətində olan zaman müvafiq xəsarətləri almasını təsdiq etmişdir (Nəzərə alınsa ki, şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmış, xx.xx.2024-cü il tarixdə BİT-də tibbi müayinədən keçmişdir).
109. Bundan savayı, məhkəmə iclasında iştirak edən ekspert təqsirləndirilən şəxsdə aşkar edilmiş sarımtıl xəsarətlərin müayinədən 5-6 gün əvvəl əmələ gəlməsinin mümkün olduğunu göstərsə də, məhkəmə təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılarkən və polis bölməsinə daxil olarkən onda hər hansı xəsarətlərin olmasına dair aktın tərtib olunmadığını, bununla bağlı ona polis idarəsində hər hansı sual ünvanlanmadığını və həmin vaxt araşdırma aparılmadığını, məhkəmə iclasında polis əməkdaşlarının onlara ünvanlanmış suala cavab olaraq Təqsirləndirilən şəxs saxlanılan gün xəsarət olmamasını bildirdiklərini, ekspert tərəfindən tibb kitabçasında xəsarətlərin rənginin tam düzgün qeyd olunmamasının mümkün olmasının göstərildiyini, təqsirləndirilən şəxsin saxlanıldığı günün ertəsi günündən etiraz edərək ifadə verməkdən imtina etdiyini və barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılarkən məhkəmə iclasında təkidlə polis bölməsində fiziki təzyiqlərə məruz qaldığını bildirdiyini, həmin halı sonrakı ifadələrində və BİT-ə daxil olan zaman da göstərdiyini nəzərə alaraq təqsirləndirilən şəxsin polis bölməsinə daxil olan zaman sözügedən xəsarətlərlə daxil olmasını real hesab etmir.
110. Məhkəmə iclasında təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilənədək polis əməkdaşları tərəfindən döyüldüyünü, döyülən zaman köynəyinin cırıldığını, videoçəkilişdən öncə köynəyinin çiyin hissəsindən steplerlə tikildiyini, bu halın videogörüntüdən açıq göründüyünü bildirmiş, həqiqətən də məhkəmə iclasında sözügedən videodiskə baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli köynəyin çağ çiyin hissəsindən tikilməsi, onun üzərinə baxış zamanı halsız olması və əlini bədəninə tutaraq üz ifadəsindən ağrı çəkməsi açıq-aşkar görünməkdədir.
111. Həmçinin, məhkəmə onu da nəzərə alır ki, məhkəməyə təqdim edilmiş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 14 fevarl 2025-ci il tarixli, 6(009)-20/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru Elvin Bəşirli tərəfindən 04 iyul 2024-cü il tarixdə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar ləğv edilmiş və material yenidən araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir.
112. Məhkəmə iclasında təqsirləndirilən şəxs polis bölməsində üzərinə baxış keçirildikdən və məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçildikdən sonra polis əməkdaşı Şahid5 tərəfindən sonra onun ləyaqətini alçaltmaq üçün onun saçının tamamən qırxıldığını bildirdiyindən məhkəmə həmin xüsusatın araşdırılması üçün həm Bakı İstintaq Təcridxanasına, həm də Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə sorğu ilə müraciət etmişdir.
113. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş 14 avqust 2025-ci il tarixli, 3-16-17/40/2-66534/2025 saylı məktubdan görünür ki, Bakı İstintaq Təcridxanasında saxlanılan həbs edilmiş Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən onun saçlarına müdaxilə olunmamış və qırxılmamışdır Həmin məktuba əlavə edilmiş təqsirləndirilən şəxs təcridxanaya daxil olan zaman çəkilmiş fotoşəkildə Təqsirləndirilən şəxs saçının olmaması və keçəl olması görünməkdədir.
114. Halbuki, iş materiallarında olan şəxsi axtarış və götürmə istintaq hərəkətini özündə əks etdirən videodiskdə olan görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs saxlanılan gün onun başı keçəl olmamaqla saçı olmuşdur.
115. Məhkəmə tərəfindən Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinə 24 iyun 2025-ci il tarixli məktubla müraciət olunaraq Təqsirləndirilən şəxs polis idarəsində olan müddətdə saçının tamamilə qırxılmış olub-olmaması, əgər saçı polis idarəsində tam qırxılmışdırsa bunun səbəbləri barədə məhkəməyə məlumat verilməsi, o cümlədən, 19 aprel 2024-cü il tarixdə idarəyə girib-çıxan şəxslərin qeydiyyatını nəzərdə tutan qeydiyyat kitabının, şəxsi saxlayan əməliyyatçıların xidmət cədvəlləri, növbə siyahılarının məhkəməyə təqdim olunması xahiş olunsa da, məhkəmənin dəfələrlə xatırlatma məktubları göndərməsindən sonra Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 04 oktyabr 2025-ci il tarixli məktubla qeydiyyat kitabı, əməkdaşların xidmət cədvəlləri və növbə siyahıları olmadığından həmin sənədlərin verilməsinin mümkün olmadığı göstərilmiş, lakin təqsirləndirilən şəxsin saçının qırxılıb-qırxılmaması ilə bağlı məsələyə münasibət bildirilmədən həmin hissədə sorğuya cavab verilməmişdir.
116. Məhkəmə təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə həyata keçirilən zaman onun başında saçının olmasını və bu halın Təqsirləndirilən şəxs polis bölməsinə daxil olan zaman saçının olmasına və keçəl olmamasına dəlalət etdiyini, Bakı İstintaq Təcridxanasına daxil olarkən çəkilmiş fotoşəkildə onun başında saçının olmamasını, onun saçına Bakı İstintaq Təcridxanasında müdaxilə edillməməsinə dair verilmiş rəsmi cavabı və bu halın təqsirləndirilən şəxsin özü tərəfindən də təsdiq edildiyini, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həmin xüsusatla bağlı ünvanlanmış sorğuya polis idarəsi tərəfindən cavab verilmədiyini və sorğunun həmin hissəsinin görməzdən gəlindiyini, təqsirləndirilən şəxsin özünün saçının iradəsinə zidd olaraq onun ləyaqətini alçaltmaq üçün polis idarəsində qırxıldığını iddia etdiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin həmin iddiası məhkəmə araşdırması nəticəsində əldə edilmiş sübutlarla öz təsdiqini tapmışdır.
117. Məhkəmə qeyd edir ki, Avropa İnsan Hüquqları Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir (bax: “Assenov və Digərləri Bolqarıstana qarşı” (Assenov and Others v. Bulgaria, 28 October 1998, § 93, Reports of Judgments and Decisions 1998-Vİİİ) və “Selmuni Fransaya qarşı” (Selmouni v. France [GC], no. 25803/94, § 95, ECHR 1999-V)).
118. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarındakı mövqeyə əsasən pis rəftar 3-cü maddənin tətbiqi dairəsinə düşmək üçün heç olmasa minimum sərtlik səviyyəsində olmalıdır. Bu minimum sərtlik səviyyəsinin qiymətləndirilməsi işin bütün hallarından, o cümlədən rəftarın müddəti, onun doğurduğu fiziki və psixi nəticələr, bəzi hallarda zərər çəkmiş şəxsin cinsi, yaşı və səhhətindən asılıdır (bax: “X1rşı” (İreland v. the United Kingdom, 18 January 1978, § 162, Series A no. 25) “Kudla Polşaya qarşı” [Böyük Palata] (Kudła v. Poland [GC], no. 30210/96, § 91, ECHR 2000-Xİ) və “Pirs Yunanıstana qarşı” (Peers v. Greece, no. 28524/95, § 67, ECHR 2001-İİİ)).
119. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir (bax: “Assenov və Digərləri Bolqarıstana qarşı” (Assenov and Others v. Bulgaria, 28 October 1998, § 93, Reports of Judgments and Decisions 1998-Vİİİ) və “Selmuni Fransaya qarşı” (Selmouni v. France [GC], no. 25803/94, § 95, ECHR 1999-V)).
120. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə əsasən pis rəftar 3-cü maddənin tətbiqi dairəsinə düşmək üçün heç olmasa minimum sərtlik səviyyəsində olmalıdır. Bu minimum sərtlik səviyyəsinin qiymətləndirilməsi işin bütün hallarından, o cümlədən rəftarın müddəti, onun doğurduğu fiziki və psixi nəticələr, bəzi hallarda zərər çəkmiş şəxsin cinsi, yaşı və səhhətindən asılıdır (bax: “X1rşı” (İreland v. the United Kingdom, 18 January 1978, § 162, Series A no. 25) “Kudla Polşaya qarşı” [Böyük Palata] (Kudła v. Poland [GC], no. 30210/96, § 91, ECHR 2000-Xİ) və “Pirs Yunanıstana qarşı” (Peers v. Greece, no. 28524/95, § 67, ECHR 2001-İİİ)).
121. Avropa Məhkəməsi, inter alia, qəsdən, bir-neçə saat ərzində fasiləsiz tətbiq edilmiş və bədənə real xəsarət vurulmasına və ya əhəmiyyətli dərəcədə fiziki və mənəvi iztirablara səbəb olmuş rəftarı “qeyri-insani” hesab etmişdir. Rəftar zərər çəkmiş şəxsdə qorxu, əzab və alçalma hissləri yaradaraq onu təhqir edirsə və ya ləyaqətini aşağılayırsa, Məhkəmə tərəfindən “alçaldıcı” hesab edilir (bax: yuxarıda qeyd edilmiş “Kudla” işi, 92-ci bənd).
122. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında məhkəmə bir daha təkrar etdi ki, “polis təcridxanasına aparılan şəxsin səhhəti yaxşı olduqda, lakin təcridxanadan azad olunan zaman bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır” (bax: “Tomasi Fransaya qarşı” (Tomasi v. France, 27 August 1992, §§ 108-11, Series A no. 241-A) və yuxarıda qeyd edilmiş “Selmuni” işi, 87- ci bənd). Məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001- Vİİ)). Məhkəmə rolunun köməkçi xarakter daşımasına həssas yanaşır və konkret işin hallarına görə qaçılmaz olduğu vəziyyət istisna olmaqla birinci instansiya məhkəməsinin funksiyasını həyata keçirmək vəzifəsini üzərinə götürən zaman ehtiyatlı olmalıdır (misal üçün bax: “MakKer Birləşmiş Krallığa qarşı” (McKerr v. the United Kingdom (dec.), no. 28883/95, 4 April 2000)). Bununla belə, Konvensiyanın 3-cü maddəsi əsasında iddialar irəli sürülərsə, Məhkəmə ölkə daxili proseslərin və istintaq hərəkətlərinin artıq baş verdiyi hallarda xüsusi hərtərəfli yoxlama həyata keçirməlidir (bax: yuxarıda qeyd edilmiş “Avşar” işi, 283-284-cü bəndlər və “Muradova Azərbaycana qarşı” (Muradova v. Azerbaijan, no. 22684/05, § 99, 2 April 2009)).
123. Hazırkı işin hallarına gəlincə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs polis bölməsində pis rəftara məruz qalması xəsarətləri təsdiq edən sübutlarla açıq şəkildə görünməkdədir.
124. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Təqsirləndirilən şəxs saxlanılması, tutulması və ya onun üzərində axtarış aparılması ilə bağlı tərtib edilmiş protokollarda sonuncunun polis bölməsinə gətirilərkən üzərində xəsarətlərin olması ilə bağlı hər hansı qeyd öz əksini tapmamışdır.
125. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs polis bölməsində pis rəftara məruz qalmasını təsdiq edən kifayət qədər güclü sübutlar məhkəmə istintaqı zamanı müəyyən edilmişdir.
126. Eyni zamanda, ibtidai istintaq və məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları da Təqsirləndirilən şəxs saxlayarkən sonuncuda xəsarətlərin olmamasını bildirmişlər, ibtidai istintaq orqanı tərəfindən şəxs saxlanılan zaman onda xəsarətlərin olmasını təsdiq edə biləcək hər hansı sənəd isə məhkəməyə təqdim edilməmişdir.
127. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs polis tərəfindən saxlandığı zaman pis rəftara məruz qoyulduğu ilə bağlı iddialarında hər hansı ziddiyyət və ya uyğunsuzluq görmür.
128. Pis rəftarın ciddiliyi məsələsinə gəlincə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yetirilmiş xəsarətlər hər hansı mühüm tibbi müdaxilə tələb etməsə də, ona ciddi fiziki ağrılar və iztirablar yetirmişdir. Pis rəftar və onun nəticələri yəqin ki, həmçinin ona əhəmiyyətli mənəvi əzab vermiş, insan ləyaqətini alçaltmışdır.
129. Odur ki, məhkəmə hesab edir ki, pis rəftar 3-cü maddə ilə tələb olunan ağırlığın minimum səviyyəsinə çatmaq və qeyri-insani və alçaldıcı rəftar hesab olunmaq üçün kifayət qədər ciddi xarakterli olmuş və bununla da Konvensiyanın 3-cü maddəsinin maddi hüquqi tələbləri pozulmuşdur.
130. Avropa İnsan Hüquqları Məhkəməsinin “Bouyid Belçikaya qarşı” 28 sentyabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, qurbanın öz gözündə ləyaqətinin alçaldılması, Konvensiyanın 3-cü maddəsi kontekstində ləyaqəti alçaldan hərəkət hesab edilməsi üçün yetərlidir. Polis idarəsində saxlanılan şəxslər və ya ərizəçilərin də işində olduğu kimi, sadəcə şəxsiyyətin müəyyən edilməsi və ya dindirmə üçün polis idarəsinə aparılan şəxslər və ya daha geniş yanaşsaq, polis və ya oxşar hüquq mühafizə orqanlarının nəzarəti altında olan şəxslər həssas vəziyyətdədirlər.
131. Məhkəmə araşdırma nəticəsində təqsirləndirilən şəxsin polis bölməsinə daxil olan zaman saçının olması, polis nəzarətində olan zaman saçının qırxılaraq başının keçəl edilməsi müəyyən edildiyindən məhkəmə polis nəzarətində olmaqla həssas vəziyyətdə olan şəxsin saçının onun iradəsinə zidd olaraq qırxılaraq (Belə ki, təqsirləndirilən şəxs saçının öz iradəsinə zidd qırxıldığını iddia etmiş, bununla bağlı polis idarəsinə dəfələrlə sorğu ünvanlansa da, məhkəməyə bununla bağlı cavab verilməmiş, BİT təcridxanasından daxil olmuş məktub və fotoşəkillə isə təqsirləndirilən şəxsin saçı qırxıldıqdan sonra təcridxanaya daxil olması müəyyən edilmişdir) onun öz gözündə ləyaqətinin alçaldılmasını Konvensiyanın 3-cü maddəsi kontekstində ləyaqəti alçaldan hərəkət hesab edilməsi üçün yetərli hesab edir.
132. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
133. Göründüyü kimi, təqsirləndirilən şəxs saxlanıldığı günün səhərisi günündən başlayaraq ona elan edilmiş ittihama etiraz əlaməti olaraq ifadə verməkdən və təqdim edilmiş sənədləri imzalamaqdan imtina etmiş, saxlanıdıldığı və təzyiqlərə məruz qaldığını iddia etdiyi gündən 02 gün sonra barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılan zaman məhkəmə iclasında polis bölməsində döyüldüyünü, fiziki təsirtəzyiqlərə məruz qaldığını bildirmiş, həmin halı BİT-ə daxil olan zaman da bildirmiş, bununla bağlı təcridxananın səlahiyyətli şəxsi tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinə müraciət ünvanlanmış, araşdırma nəticəsində qəbul edilmiş qərardan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən məhkəməyə şikayət verilmiş və şikayət əsasında müvafiq qərar ləğv edilmişdir ki, bu da təqsirləndirilən şəxsin ibtidai istintaq dövründən özünün məruz qaldığı təsir-təzyiqlərlə bağlı mümkün olan bütün tədbirləri görməsinə dəlalət edir.
134. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır.
135. Məhkəmə təqsirləndirilən şəxsin ifadələrini yoxlayaraq, təqsirləndirilən şəxsin saxlanıldıqdan sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəmə qarşısına çıxarıldığı zaman da hazırda məhkəmə iclasında verdiyi məzmunda ifadələr verdiyini, təqsirləndirilən şəxsin ifadələrinə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək təqsirləndirilən şəxsin məhkəmə nəzarəti qaydasında verilmiş vəsatət və təqdimata baxılması ilə əlaqədar keçirilən məhkəmə iclasında, istintaqın sonrakı gedişatı zamanı verilmiş ifadələrini, o cümlədən, hazırda məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsini mötəbər və iş materialları ilə tamamlanmış ifadələr kimi qiymətləndirir, onun ibtidai istintaq zamanı verdiyi ilkin izahatın və şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı göstərdiyi xüsusatların isə təsir və təzyiq nəticəsində göstərilmiş hallar olduğunu qeyd edərək həmin sənədləri sübut kimi qəbul etmir.
136. İbtidai istintaq orqanın mötəbər sübut qismində istinad etdiyi digər sübut növü 19 aprel 2024-cü il tarixdə, saat 22:00-dan 22:15-dək keçirilmiş “şəxsi axtarış və götürmə aparılması”ndan ibarət istintaq hərəkətinə dair protokol və həmin istintaq hərəkətini özündə əks etdirən diskdəki görüntülər olmuşdur ki, məhkəmə həmin sübuta da ayrılıqda qiymət verilməsini zəruri hesab edir.
137. Məhkəməyə təqdim edilmiş sənədlərə əsasən Təqsirləndirilən şəxs 19 aprel 2024-cü il tarixdə, saat 20:15-də saxlanılmış, üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti isə həmin gün, saat 22:00-dan 22:15-dək keçirilmişdir ki, bu da rəsmi sənədlərə əsasən şəxsin saxlanıldıqdan 01 saat 45 dəq sonra üzərində axtarış aparılmasına dəlalət edir.
138. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üstünə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırılması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı istifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir.
139. Hazırki halda rəsmi sənədlərə əsasən təqsirləndirilən şəxsin saxlanılması ilə baxışın keçirilməsi arasında 01 saat 45 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaratmış, çünki həmin müddətdə təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Təqsirləndirilən şəxs saxlanıldıqdan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut isə iş materiallarında mövcud deyildir.
140. Aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkəti ilə bağlı digər bir maraqlı məqam ondan ibarətdir ki, 19 aprel 2024-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan həmin istintaq hərəkətinin 15 dəqiqə, yəni saat 22:00-dan 22:15-dək aparılması göstərilsə də, məhkəməyə təqdim edilmiş həmin istintaq hərəkətinin aparılmasını özündə əks etdirən videodiskdən həmin görüntünün cəmi 07 dəqiqə 34 saniyə ərzində həyata keçirilməsi görünməkdədir.
141. Həmçinin, məhkəmə araşdırma nəticəsində müəyyən edilmişdir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar həm də müdafiə hüququ pozulmaqla əldə edilmişdir.
142. Belə ki, iş materiallarında dövlət hesabına müdafiəçi təyin edilməsi barədə 19 aprel 2024-cü il tarixli qərardan və şübhəli şəxsə müdafiəçinin təqdim edilməsi barədə protokoldan görünür ki, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X10 şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün ona təqdim edilmişdir.
143. Məhkəmə iclasında təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkətinin əslində saat 22 radələrində deyil, gecə 04 radələrində müdafiəçi gəldikdən sonra keçirildiyini, saat 22 radələrində müdafiəçinin orada olmadığını və ona təqdim olunmadığını bildirmişdir.
144. Məhkəmə tərəfindən həmin xüsusatın araşdırılması üçün ilk növbədə Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinə 24 iyun 2025-ci il tarixli məktubla müraciət olunaraq 19 aprel 2024-cü il tarixdə idarəyə girib-çıxan şəxslərin qeydiyyatını nəzərdə tutan qeydiyyat kitabının məhkəməyə təqdim olunması xahiş olunsa da, Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən verilmiş cavab məktubu ilə Yasamal Rayon Polis İdarəsinə daxil olan və çıxan şəxslərin qeydiyyatının aparılmasını nəzərdə tutan qeydiyyat kitabı olmadığından (Halbuki, istənilən polis idarəsində oraya daxil olan və çıxan şəxslərin qeydiyyatının aparıldığı hamıya məlum olan haldır) həmin kitabın təqdim olunmasının mümkün olmadığı bildirilmişdir.
145. Bundan sonra göstərilən xüsusatın araşdırılması üçün müdafiə tərəfin vəsatəti əsasında müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X4 istifadəsində olan ***- ***-**-** mobil nömrənin 19 aprel 2024-cü il tarixdə, saat 19:00-dan 05:00-dək anten məlumatlarının təqdim edilməsi məqsədi ilə "xxxx" MMC-yə qərarla müraciət olunmuş, müvafiq mobil operator tərəfindən təqdim edilmiş həmin mobil nömrənin anten məlumatları ilə həmin nömrənin istifadəçisinin 19 aprel 2024-cü il tarixdə, saat 21:47-də Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində, saat 22:19-da Elmlər Akademiyası, BDU ünvanında, 03:27-də Karvan restoranı, Abdulvahab küçəsində (Yasamal Rayon Polis İdarəsi yaxınlığı) olması müəyyən edilmişdir ki, bu da təqsirləndirilən şəxs tutulan zaman onun müdafiəçisinin yanında olmamasına, üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin saxlanıldığı vaxtdan təxminən 7 saat sonra həyata keçirilməsinə (həmin istintaq hərəkətini özündə əks etdirən videogörüntüdə müdafiəçinin olması şəxsi axtarış və götürmənin müdafiəçi gəldikdən sonra, yəni təxminən gecə saat 03 radələrindən sonra həyata keçirilməsinin göstəricisidir), ibtidai istintaq orqanı tərəfindən tərtib edilmiş sənədlərin formal tərtib edilərək sənədlərdəki saatların təhrif edilməsinə, təqsirləndirilən şəxsin müafiəçi ilə təmin edilmədən tutulmasına, ilkin izahatının müdafiəçinin iştirakı olmadan alınmasına və bununla da onun müdafiə hüququnun kobud pozulmasına dəlalət edir.
146. Bundan savayı, məhkəmə tərəfindən "xxxx" MMC-dən əldə edilmiş polis əməkdaşı Şahid3 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten məlumatları ilə onun 20 aprel 2024-cü il tarixdə, saat 03:35, 03:40 radələrində müdafiəçi ilə eyni ünvanda (Karvan restoranı, Abdulvahab küçəsində (Yasamal Rayon Polis İdarəsi yaxınlığı) olması müəyyən edilmişdir ki, bu da təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin həqiqətən də iş materiallarında göstərildiyi saatda deyil, gecə saat 03-04 radələrində keçirilməsinə dair irəli sürülmüş dəlilin əsaslı olmasına dair inamı artırır. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin ; 7.0.27-ci maddəsinə əsasən müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. 19.4.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin “c” bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Avropa Məhkəməsi “Artico İtaliyaya” qarşı işində qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 3(c) yarımbəndi "praktik və səmərəli" hüquqi yardım hüququnu əhatə edir. Aydındır ki, vəkilin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etmir, çünki vəkil vəfat edə, ciddi xəstəliyə tutula, yaxud uzun müddət fəaliyyət imkanından məhrum ola, yaxud vəzifələrini yerinə yetirməkdən yayına bilər.
147. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs müdafiəçinin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etməmiş, hüquqi yardım praktik və səmərəli hüquqi yardım olmamış və təqsirləndirilən şəxsin tutulması müdafiə hüquqlarının kobud pozulması ilə aparılmışdır.
148. -İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 20 aprel 2024-cü il tarixli, 6/2155 saylı rəyinə münasibətdə isə məhkəmə qeyd edir ki, müvafiq ekspert rəyi ekspertizaya təqdim edilmiş maddənin növünün və çəkisinin müəyyən edilməsini təsdiq edən mötəbər sübut olsa da, həmin ekspert rəyi təqdim edilmiş maddənin kimə məxsus olmasını, kimin üzərindən aşkar edilməsini təsdiq edən sübut növü hesab edilmir.
149. AR CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir.
150. Hazırki halda məhkəmə qeyd edir ki, iş üzrə sübut kimi qiymətləndirilmiş şəxsi axtarış və götürmə aparılmasına dair protokolun qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyi və təqsirləndiirlən şəxsin müdafiə hüququnun kobud şəkildə pozulmasının müəyyən edildiyi halda göstərilən bu hallar sadəcə müvafiq ekspert rəyi ilə aradan qaldırılaraq şəxsin təqsirli olması qənaətinə gəlməyə əsas verə bilməz.
151. -İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 22 aprel 2024-cü il tarixli, 2598 saylı rəyi ilə bağlı məhkəmə qeyd edir ki, AR CM-nin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyəti şəxsin narkotik vasitə istifadəçisi və narkoman xəstəsi olub-olmamasına görə deyil, onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımasına görə yaranır ki, bu da təqsirləndirilən şəxsin AR CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş dispozitiv əlamətlər olmadan sadəcə onun özünün narkomaniya xəstəliyindən əziyyət çəkməməsinə və ya əvvəllər istifadə etməsinə görə həmin maddə ilə təqsirli olmasını istisna edir.
152. Göründüyü kimi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübut məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamaqla işin həqiqi halları ilə təkzib olunmuş və məhkəmə araşdırması nəticəsində ibtidai istintaqın kobud qanun pozuntularına yol verilməklə aparılması müəyyən olunmuşdur.
153. Göstərilən bütün bu hallar Təqsirləndirilən şəxs AR CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli olmasının sübuta yetirilmədiyi qənaətinə gəlməyə imkan verir ki, belə olan halda Təqsirləndirilən şəxs AR CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirildiyi AR CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməlidir.
154. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir.
155. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir.
156. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir.
157. Beləliklə, məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.4.3-cü maddəsi ilə onun təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməlidir.
158. Bununla yanaşı, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən AR CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün ifadəsində göstərdiyi xüsusatlar, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146).
159. Məhkəmə iclasında təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xəsarət yetirdikdən sonra silah götürərək silahı tətbiq etmək niyyətində olmadığını bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin ifadəsindəki həmin xüsusatı işin həqiqi halları ilə uzlaşmayan özünümüdafiə və cinayət məsuliyyətini yüngülləşdirmək naminə irəli sürülmüş dəlil kimi qiymətləndirir.
160. Belə ki, “Videogörüntülərə baxış keçirilməsi haqqında” 10 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində qırmızı rəngli köynək və üzərindən qara rəngli gödəkçədə iki nəfər kişi ilə mübahisə edir və ətrafda da bir neçə nəfər şəxs yığılıb onları aralaşdırmağa çalışır. Görüntülərə baxan zaman Ələkbərin həmin şəxsləri yumruq zərbələri ilə vurduğu görünür. Görüntülərdə Təqsirləndirilən şəxs bir müddət görünmür və daha sonra isə onun əlində bıçaqla həmin şəxslərin üzərinə gəldiyi görünür. Həmin iki nəfər şəxs onun əlində bıçaq olduğunu görüb iti addımlarla oradan uzaqlaşır (cild 02; i.v.48).
161. Videogörüntüdə müşahidə edilən hallar məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, o cümlədən, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsi ilə də uzlaşmışdır.
162. Təqsirləndirilən şəxs əlindəki bıçağı tətbiq etmək niyyətinin olmadığını iddia etsə də, işin materiallarında olan sübutlarla onun zərərçəkmiş şəxsə tərəf bıçaqla sürətlə gəlməsi, sadəcə zərərçəkmiş şəxsin bıçağı görüb qaçdığından ona tətbiq edə bilməməsi açıq-aşkar görünməkdədir.
163. Məlumdur ki, AR CM-nin 221.3-cü maddəsinin tərkibinin yaranması üçün təqsirləndirilən şəxsin mütləq qaydada həmin bıçağı tətbiq edərək zərərçəkmiş şəxsə zor tətbiq etməsi tələb olunmur, bıçağı tətbiq edərək zərərçəkmiş şəxsə zor tətbiq etməyə cəhd olunması özü də həmin maddənin tərkibinin yaranması üçün əsasdır.
164. Belə ki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 8-ci bəndində göstərilmişdir ki, odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsasdır.
165. Məhkəmə işin faktiki hallarını, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkət edərək zərərçəkmiş şəxsə zor tətbiq edərək sağlamlığına yüngül zərər vurduqdan sonra silah qismində istifadə olunan bıçaqla zərərçəkmiş şəxsin üzərinə gələrək ona həmin bıçağı tətbiq etməyə cəhd edib xuliqanlıq hərəkətlərini davam etdirərək qərəzli xuliqanlıq həddinə çatdırmış və bununla da onun əməli AR CM-nin 221.3-cü maddəsi ilə tam əhatə olunmuşdur.
166. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, hadisənin görüntülərini özündə əks etdirən videogörüntünün, ekspert rəyinin, yuxarıda göstərilən digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur.
167. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.
168. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını (CM-59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir.
169. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətin resdivinin olması onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır (CM-61.1.1).
170. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların müstəsna hallar kimi qiymətləndirilərək Təqsirləndirilən şəxs barəsində AR CM-nin 62-ci maddəsinin tətbiq edilməsini və ona AR CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzadan daha yüngül, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etsə də, hazırkı halda məhkəmə AR CM-nin 62-ci maddəsinin təqsirləndirilən şəxsə münasibətdə tətbiq edilməsi üçün müstəsna halları müəyyən etmir.
171. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.
172. Göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd edilən maddəsinin tətbiqi üçün cinayətin törədilməsi zamanı və bundan sonra təqsirləndirilən şəxsin davranışı ilə bağlı müstəsna halların və ya cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halların olması vacibdir ki, hazırki halda məhkəmə cinayət işinin materiallarını və iş üzrə müəyyən olunmuş halları qarşılıqlı araşdıraraq təqsirləndirilən şəxs barəsində qeyd edilən halların hər hansı birinin müəyyən edilmədiyini nəzərə alaraq Təqsirləndirilən şəxs AR CM-nin 221.3-cü maddəsi ilə törətdiyi cinayətə münasibətdə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın (həm cəzanın növünə, həm də təyin edilmiş cəzanın müddətinə münasibətdə) təyin edilməsi üçün əsasların olmadığı qənaətinə gəlir.
173. Odur ki, məhkəmənin gəldiyi yekun qənaətə görə, Təqsirləndirilən şəxs AR CM-nin 234.4.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilməli, iş üzrə psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra həmin psixotrop maddənin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokurorluğuna göndərilməli, maddi sübut kimi saxlanılan metamfetaminin qalıq miqdarı araşdırma sona çatanadək Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri dövlət büdcəsinə aid edilməli, 02 ədəd disk iş materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs AR CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
174. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.
175. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.
176. İş üzrə mülki iddia yoxdur.
177. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.
178. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq,
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs AR CM-nin 234.4.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən və 4,095 qram qram psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan hökm qanuni qüvvəyə mindikdən sonra həmin metamfetaminin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokurorluğuna göndərilsin, maddi sübut kimi saxlanılan 3,995 qram psixotrop maddə metamfetamin araşdırma sona çatanadək Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 110 manat dövlət büdcəsinə aid edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 19 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı, polis baş-leytenantı X5 və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı X6 barəsində ayrıca xüsusi qərar çıxarılsın. Təqsirləndirilən şəxs döyülməsi və saçının polis bölməsində qırxılaraq ona qarşı ləyaqəti alçaldan davranışın göstərilməsi faktı ilə bağlı xüsusi qərar çıxarılsın və qərarın surəti müvafiq qanun pozuntularına yol vermiş Bakı şəhəri Yasamal RPİ-nin aidiyyəti şəxslərinin məsuliyyət məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum edilmiş şəxsə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Nigar İmanova Hakimlər: Kamil Əliyev Vüqar Seyidov