Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-126/2020 10.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəmləsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Abasov Əliövsəd Məzahir oğlundan və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı və X6, müdafiəçilər - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 25 saylı vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərəçəkmiş şəxs və mülki iddiaçı «xxxxxxxxxxxx» ASC-nin nümayəndələri Nümayəndə və X4 iştirakı ilə, xx xxxxxxxx 1978-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yuxarı Yaycı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, məhkum olunmamış, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yuxarı Yaycı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsində fərdi yaşayış evində yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir: belə ki, o, özgənin külli miqdarda əmlakını gizli olaraq talamaq məqsədi ilə x xxxxxxx 2018ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək olan müddət ərzində kompyuter sistemi - müvafiq proqramlara uyğun olaraq verilənlərin avtomatlaşdırılmış işlənməsini həyata keçirən qurğu hesab edilən “xxxxxx” X1 fərqli cihazlar və rabitə kanalları vasitəsi ilə ödənişlərin edilməsinə və online rejimdə vəsaitlərin kartdan-karta köçürülməsinə imkan yaradan “www.e-pul.az” internet saytının təhlükəsizlik sistemində müvəqqəti texniki qüsurun meydana çıxmasından yararlanmış, informasiya texnologiyalarından istifadə etməklə ayrı-ayrı yerlərdə və vaxtlarda müxtəlif internet xətləri üzərindən cinayətkar niyyətini həyata keçirmək üçün “Qiwi.com.” elektron ödəniş sistemində qeydiyyatdan keçərək 160 istifadəçi hesabı açmış və həmin hesabların hər birində iki ədəd olmaqla, ümumilikdə 320 virtual kart hesabına “www.e-pul.az” internet saytında istifadəçi kimi qeydiyyatdan keçirdiyi +**********55 nömrəsi vasitəsi ilə 623 dəfə, +**********46 nömrəsi vasitəsi ilə 597 dəfə, +**********88 nömrəsi vasitəsi ilə 1241 dəfə, +**********10 nömrəsi vasitəsi ilə 946 dəfə, +**********19 nömrəsi vasitəsi ilə 185 dəfə, +**********98 nömrəsi vasitəsi ilə 1170 dəfə, +**********13 nömrəsi vasitəsi ilə 1213 dəfə, +**********04 nömrəsi vasitəsi ilə 424 dəfə, +**********16 nömrəsi vasitəsi ilə 1027 dəfə köçürmə əməliyyatları etmiş, nəticədə o, vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla “xxxxxx” X1 “xxxxxxxxxxxx” X7 **********0111 nömrəli hesabından ümumilikdə 164933,5 manat məbləğində pulu informasiya texnologiyalarından istifadə etməklə həyata keçirdiyi köçürmə əməliyyatları ilə gizli olaraq talamış, zərərçəkmiş şəxs “xxxxxxxxxxxx” ASC-yə külli miqdarda 164.933,5 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək göstərmişdir ki, təxminən 5-6 ildir ki, «www.e-pul.az” online ödəniş sistemindən istifadə edərək nağdsız ödənişləri həyata keçirmiş, x xxxxxxx 2018-ci il tarixdə hesabında 30 manat pul olmuş, həmin pulu “Qiwi.com.” saytında olan virtual bank hesabına köçürmək istəmiş, bunu etməkdə məqsədi “aliexpress.com” elektron ticarət saytından istifadə etməklə online məhsul almaq olmuş, «Qiwi.com” portalının mahiyyəti bir nömrə ilə qeydiyyatdan keçdikdən sonra adına hesab açılmasından və həmin hesabda isə 2 elektron kart yaradaraq müxtəlif nağdsız əməliyyatlar aparılmasının mümkün olmasından ibarət olmuş, o, “www.e-pul.az” saytında hesabında olan 30 manat pulu «Qiwi.com” hesabında olan virtual karta yükləmək istədikdə əməliyyatın uğursuz olması barədə ona bildiriş gəlmiş, bundan sonra o, bir neçə alışveriş etmiş, bir müddət sonra ona Samir adlı şəxs zəng vuraraq «www.e-pul.az” saytının rəhbəri olduğunu demiş və pullarının oğurlandığını bildirmiş, sonradan istintaq zamanı şikayətçi dəyişmiş və “xxxxxxxxxxxx» ASC zərərçəkmiş şəxs kimi tanınmışdır; o, heç kimin pulunu oğurlamamış, hesabındakı pullar özünə və ondan onlayn şəkildə mallar alan müştərilərinə məxsus olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadəni özünü müdafiə xarakterli hesab edir. Təqsirləndirilən şəxs Sühan Cəfərovun ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, o, təxminən 5-6 ildir ki, «www.e-pul.az” saytının online ödəniş sistemindən istifadə edərək nağdsız ödənişləri həyata keçirmiş, x xxxxxxx 2018-ci il tarixdə onun hesabında 30 manat pul olmuş, o, həmin pulu “Qiwi.com” saytında olan virtual bank hesabına köçürmək istəmiş, bunu etməkdə məqsədi “aliexpress.com” elektron ticarət saytından istifadə etməklə online məhsul almaq olmuş, «Qiwi.com” portalının mahiyyəti bir nömrə ilə qeydiyyatdan keçdikdən sonra adına hesab açılması və həmin hesabda 2 elektron kart yaradaraq müxtəlif nağdsız əməliyyatlar aparılmasının mümkün olmasından ibarət olmuş; o, “www.e-pul.az” saytında hesabında olan 30 manat pulu “Qiwi.com” portalındakı hesabında olan virtual karta yükləmək istədikdə əməliyyatın uğursuz olması barədə ona bildiriş gəlmiş, daha sonra o, “Qiwi.com” saytında olan elektron karta baxdıqda orada 60 manat pulun olduğunu görmüş, daha sonra “www.e-pul.az” saytından hər dəfə həmin hesaba pul köçürmək istəmiş, “səhv baş verdi yenidən cəhd edin” yazılaraq əməliyyatın uğursuz olduğu ona bildirilmiş, lakin həmin pul elektron kartına yüklənmiş, “www.e-pul.az” saytında hesabında olan 30 manat isə xərclənməmiş, artıq o, saytda texniki qüsur olduğunu anlamış, bundan istifadə edib yaxın əlaqələrindən aldığı nömrələr vasitəsilə “Qiwi.com” saytında 160 hesab açmış, hər hesabda 2 ədəd olmaqla 320 virtual kart yaratmış, “www.e-pul.az” saytının online ödəniş sistemində əlavə 10 ədəd hesab yaratmış, hər hesaba 100-200 manat arası pul yükləmiş, beləliklə qeyd etdiyi saytda onun 11 hesabı olmuş, həmin pulları «Qiwi.com” elektron pul kisəsində yaratdığı 320 virtual karta köçürməyə başlamış, bəzi hallarda “Qiwi.com” saytında olan virtual kartların arasında da əməliyyatlar apamışdır; əldə etdiyi vəsaitlərdən təxminən 5.000 manata qədərini nağdlaşdırmış, qalan pullardan təxminən 10.000 ABŞ dollarını “aliexpress.com” online ticarət saytından mobil telefonlar, müxtəlif texnoloji avadanlıqlar, geyimlər sifariş verərək almağa başlamış, daha sonra “İQoption.com” birja saytına daxil olaraq təxminən 40.000 ABŞ dollarını orada xərcləmiş, Əlavə olaraq “Unibank”-ın forexində olan “1397” istifadəçi adı ilə istifadə etdiyi hesabda təxminən 5.000 ABŞ dolları istifadə etmiş, “Yandex money”-də olan hesabına 200 ABŞ dolları, balansına 2.500 manatlıq danışıq kartı yükləmiş, həmçinin mobil telefonlarda olan müxtəlif oyunlara pullar xərcləmiş, «www.e-pul.az” saytından elektron kartlarına pul köçürməsi əməliyyatını x xxxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixinədək davam etdirmiş, hər gün «www.e-pul.az” saytında olan hesabından elektron pul kisəsinə 3.000 manatdan 7.000 manata qədər pul vəsaiti köçürmüş, xx xxxxxxx 2018-ci il tarixdən etibarən “www.e-pul.az” saytından köçürmə əməliyyatı zamanı artıq hesabda olan pullardan çıxılmağa başlamış, o, bu zaman artıq sistemdə olan texniki qüsurun aradan qaldırıldığını anlamış, noyabr ayının sonlarında “xxxxxx” MMC-dən ona zəng vuraraq ofislərinə dəvət etmişlər, oraya getdikdə ona sistemdə olan boşluqdan istifadə edib onlara məxsus olan 165.300 manat vəsaitdən istifadə etdiyi bildirilmiş, o, məbləği dəqiq olaraq hesablamamış, lakin belə bir əməl törətdiyini səmimi olaraq etiraf etmişdir; x xxxxxxx 2018-ci il tarixdə «www.e-pul.az” saytında qeydiyatdan keçdiyi hesabında 30 manat pul olmuş, həmin pulu müxtəlif «Qiwi.com” saytının onlayn ödəniş portalındankı hesabına köçürmək istəyərdən “www.epul.az” saytında xəta baş verdiyini görmüş lakin pulun “Qiwi.com” saytının onlayn ödəniş sistemindəki hesabına köçdüyünü anlamış, o, bunun “Qiwi.com” saytının sistemində olan texniki qüsur olduğunu düşünmüş, ard-arda köçürmə əməliyyatları aparmış, əlavə “www.e-pul.az” saytında 11 hesab açmış, hər hesaba 10-200 manat arasında pul vəsaiti qoymuş, ard-arda həmin vəsaitlərdən istifadə etməklə “Qiwi.com” saytında açdığı kartlara köçürmüş, əldə etdiyi pullardan təxminən 5.000 manatını nağdlaşdırmış, 5.000-6.000 ABŞ dollarına “aliexpress.com” mağazasında alış-veriş etmiş, “iqoption.com” birja saytında daxil olaraq 6.000 ABŞ dollarını orada xərcləmiş, təxminən 3.000-5.000 ABŞ dollarını “Unibank” forexinə sərf etmiş, “Yandex Money” hesabına 3.050 rublu və müxtəlif telefon danışıq kartlarına 2.500 manatlıq kontur yükləmişdir; X9 “xxxxxx” MMC-yə dəvət etmiş, əvvəlcə 20.000, sonra 30.000, daha sonra 80.000 manat, ən sonda isə 165.300 manat pullarının köçürüldüyünü bildirmiş, həmin texniki qüsurun “www.epul.az” saytına aidiyyətinin olmadığını, “Qiwi.com” saytına aid olduğunu, bu pulların real pullar deyil virtual pullar hətta pul belə olmadığını virtual rəqəm olduğunu bildirmişdir. əlavə olaraq (055) 526-33-55, (070) 292-70-46, (077) 637-98-88, (050) 785- 23- 10, (055) 415-32-19, (050) 521-83- 98, (070) 580-27-13, (070) ***-**-** və (070) ***-**-** nömrələrinin onun istifadəsində olduğunu həmin nömrələr vasitəsi ilə ”www.e-pul.az” saytında qeydiyyatdan keçdiyini, lakin heç kəsin pulunu oğurlamadığını, (050) 303-16-74, (070) ***-**-** nömrələrinin ona aidiyyətinin olmadığını bildirmişdir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi Nümayəndə izah verərək bildirmişdir ki, nümayəndəsi olduğu “xxxxxxxxxxxx” ASC- nin işçisi Şahid2 2018-ci ilin oktyabr ayında hesablar arasında uyğunsuzluq olmasını bildirmiş, bundan sonra apardığı bankdaxili araşdırma zamanı “www.e-pul.az” ödəniş sistemi və “xxxxxxxxxxxx” ASC-nin arasında istifadə olunan elektron servislərdə texniki qüsur olduğunu, bu qüsurun nəticəsində “www.e-pul.az” saytındakı pul kisəsindən kartlara pul köçürmə əməliyyatları apararkən pul kisəsində olan balansın azalmadığını, lakin pulu qəbul edən tərəfin tam şəkildə pulu aldığını müəyyən etmiş, həmin köçürülən pul “xxxxxxxxxxxx” ASC-nin balansı hesabına həyata keçirilmiş, belə olan halda bu proseslərin qarşısını almaq üçün “xxxxxxxxxxxx” ASC tərəfindən həmin servislər müvəqqəti dayandırılmış, «www.e-pul.az” saytına müvafiq sorğu göndərilmiş və müvafiq məlumat verildikdən sonra «www.e-pul.az” saytı, yəni “xxxxxx” MMC tərəfindən, müvafiq araşdırma aparılmış, servisdəki həmin texniki qüsur onlar tərəfindən aradan qaldırılmış, texniki qüsur aradan qaldırıldıqdan sonra «www.e-pul.az” saytının ödəniş sisteminin pul kisələrinin fəaliyyəti bərpa edilmiş, bu əməliyyatlar x xxxxxxx 2018-ci il tarixdən x xxxxxx 2018ci il tarixədək davam etmiş əməliyyatlar nəticəsində “xxxxxxxxxxxx” ASC-yə ümumilikdə 165.684 manat ziyan vurulmuşdur; köçürülmüş pullar əslində “xxxxxx” MMC-nin deyil “xxxxxxxxxxxx” ASCnin balansından silinmiş, “xxxxxx” MMC ilə apardıqları daxili araşdırma zamanı istintaqa təqdim edilən məbləğlər arasında uyğunsuzluqların bu əməli törətmiş şəxsin, yəni Təqsirləndirilən şəxs, apardığı pul köçürmələrinə dair əməliyyatları hesabına yarandığı müəyyən edilmiş, faktiki olaraq “xxxxxxxxxxxx” ASC-yə 165.684 manat maddi ziyan dəymişdir. “xxxxxxxxxxxx” ASC tərəfindən iş üzrə təqsirləndirilən şəxs X8 qarşı 165.684 manat məbləğində verilmiş mülki iddianı müdafiə edir və təmin edilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş X11 ifadə verərək göstərmişdir ki, “xxxxxx” MMC-nin direktoru vəzifəsində işləyir, 2018-ci ilin oktyabr ayı ərzində «www.e-pul.az” saytında texniki qüsurlar baş vermiş, bu texniki qüsur xx xxxxxxx 2018-ci ildə müəyyən edilərək aradan qaldırılmış, daha sonra “xxxxxx” MMC-nin “xxxxxxxxxxxx” ASC-də olan **********0111 nömrəli hesabından çıxarış etdikdə hesabda 165.300 manat əskik alındığını müəyyən etmiş, «www.epul.az” saytında aparılan əmliyyatlardan çıxarış edərək pulların çox hissəsinin “qiwi.com” saytındakı pul kisəsinə göndərildiyini bir qisminin isə “Unibank” vasitəsilə nağdlaşdırıldığını müəyyən etmiş, əməliyyatları aparmış istifadəçinin adının “Sübhan Ceferov” olmasını müəyyən etdikdən sonra portalda olan mobil telefon nömrəsi ilə əlaqə saxlanılmış, zəngə cavab verən şəxsə saytda texniki qüsur olduğunu, bundan istifadə etdiyi deyildiyi zaman o törətdiyi əməli etiraf etmiş, bundan sonra onu şirkətin ofisinə dəvət etmişlər, ofisdə həmin şəxsin Təqsirləndirilən şəxs olması aydın olmuş, həmin şəxs törətdiyi əməli etiraf etmiş, sistemdə olan boşluqdan istifadə edərək köçürmə yolu ilə şirkətə məxsus olan 165.300 manat pulu ələ keçirdiyini könüllü olaraq heç bir təsir göstərilmədən etiraf etmiş, ərizə yazıb imza edərək törətdiyi əməli bir daha səmimi olaraq etiraf etmiş, ələ keçirdiyi pulların çox hissəsini birja saytlarında itirdiyini təxminən 5.000- 6.000 manatını nağdlaşdırdığını, qalan hissəsinə isə internet vasitəsilə məhsullar sifariş etdiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, “xxxxxxxxxxxx” ASCdə mütəxəssis işləyir, işinin əsas mahiyyəti gündəlik olaraq klirinq, yəni maliyyə hesablarını müxbirləşmələri həyata keçirməkdən ibarətdir; gündəlik yoxlama zamanı 2018-ci ilin oktyabr ayının əvvəllərində o, “Kartdan Karta” əməliyyatlar üzrə hesabatlara baxarkən “xxxxxx” MMC-yə məxsus hesablarda eyni təkrar əməliyyatlar aparmaq yolu ilə faktiki hesabdan pul silinmədən təyinat məntəqəsində pulun “xxxxxxxxxxxx” ASC-nin hesabına silindiyinin şahidi olmuş, əməliyyatlara baxış keçirərkən həmin əməliyyatların qısa müddətə, təxminən 2-3 həftə ərzində, həyata keçirildiyini görmüş, əməliyyatlar onda şübhə doğurduğundan aidiyyəti üzrə “xxxxxx” MMC-yə və öz rəhbərliyinə bildirmiş, digər xüsusatlardan heç bir məlumatı olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, “xxxxxxxxxxx” ASCnin X3 müdiri vəzifəsində işləyir, cinayət faktının aşkarlandığı vaxtda o, “xxxxxxxxxxxx” ASC-də Proqram təminatı departamentinin rəhbəri olmuş, “E-pul” layihəsinin ilk vaxtlar “xxxxxxxxxxxx” tərəfindən həyata keçirilməsi planlaşdırılmış, lakin sonradan bu layihə “xxxxxx” MMC-yə verilmiş, məhz bu səbəbdən o, “xxxxxxxxxxxx” ASC-də işlədiyi dövrdə “E-pul” proqram təminatının yığılmasında iştirak etmiş, proqram təminatının yazılmasında “Java” və “C#” proqramlaşdırma dillərindən istifadə olunmuş, ilk vaxtlar bütün ödəniş əməliyyatları tam uğurlu şəkildə həyata keçirilmiş, sonradan isə proqram təminatında boşluq aşkarlanmış, ödəniş tapşırığı yerinə yetirərkən elektron sorğu zamanı “xxxxxxxxxxxx” ASC-dən şifrələnmiş məlumatlar alınarkən yalnız sorğuya cavab olaraq rəqəm gözlənildiyi halda texniki qüsur səbəbindən həm rəqəm, həm də hərf geri qaytarılmış, bu səbəbdən proqram təminatı sistemində xəta vermiş, proqram təminatının sistemində texniki qüsur səbəbindən köçürmə əməliyyatı baş tutmadığı halda pulun “xxxxxxxxxxxx” ASC-nin hesabından «www.e-pul.az” saytında istifadəçi hesabına köçürülməsi baş vermiş, 2018-ci ilin təxminən oktyabr-noyabr aylarında “xxxxxxxxxxxx” ASC-nin Fidan adlı əməkdaşı yazaraq hesablar arasında uyğunsuzluq olduğunu bildirmiş, o, dərhal bu işlə məşğul olmağa başlayıb araşdırma apararkən köçürmə əməliyyatları aparan zaman sistemdə texniki qüsur olduğunu görmüş, qüsurun köçürmə əməliyyatı aparan zaman həm pulun təyinatı üzrə köçürülməsi, həm də yenidən qüsur səbəbindən köçürənin hesabına qayıtması olmuş, bunu görən kimi 1 saat ərzində texniki qüsuru aradan qaldırmış, bundan sonra o, Fidan adlı əməkdaşa bu barədə məlumat verib pulların qaytarılması üçün müraciət etmək lazım olduğunu bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, “xxxxxxxxxxxx” ASCnin Ödəniş Sistemləri Departamentinin direktor müavini vəzifəsində işləyir, Şahid2 2018-ci ilin oktyabr ayında hesablar arasında uyğunsuzluqla bağlı problemi bildirdikdən sonra daxili araşdırma aparan zaman aydın olmuşdur ki, «www.e-pul.az” ödəniş sistemi və “xxxxxxxxxxxx” ASC-nin arasında istifadə olunan elektron servislərdə texniki qüsur olmuş və bu qüsurun nəticəsində «www.e-pul.az” saytındakı pul kisəsindən kartlara pul köçürmə əməliyyatlar apararkən pul kisəsində olan balans azalmamış, lakin pulu qəbul edən tərəf tam şəkildə pulu almış, həmin köçürülən pul “xxxxxxxxxxxx” ASC-nin balansı hesabına həyata keçirilmiş, belə olan halda bu proseslərin qarşısını almaq üçün “xxxxxxxxxxxx” ASC tərəfindən həmin servislər müvəqqəti dayandırılmış, «www.e-pul.az” saytına müvafiq sorğu göndərilmiş və müvafiq məlumat verildikdən sonra «www.e-pul.az” saytı, yəni “xxxxxx” MMC tərəfindən müvafiq araşdırma aparılmış və servisdəki həmin texniki qüsur onlar tərəfindən aradan qaldırılmış, texniki qüsur aradan qaldırıldıqdan sonra «www.e-pul.az” saytında pul kisələrinin fəaliyyəti bərpa edilmiş, bu əməliyyatlar x xxxxxxx 2018-ci il tarixdən x xxxxxx 2018-ci il tarixədək davam etmişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan məhkəmə-kompüter texnologiyaları ekspertizası üzrə x xxxx 20520-ci il tarixli 4802 №-li ekspert rəyindən görünür ki, «www.e-pul.az” saytında mobil nömrə ilə qeydiyyatdan keçmək mümkündür; «Qiwi.com” saytında mobil nömrə ilə qeydiyyatdan keçmək mümkündür; kompyuter sistemi – müvafiq proqramlara uyğun olaraq vərilənlərin avtomatlaşdırılmış işlənməsini həyata keçirən qurğu hesab edilən “xxxxxx” X1 fərqli cihazlar və rabitə kanalları vasitəsi ilə ödənişlərin edilməsinə və online rejimdə vəsaitlərin kartdan-karta köçürülməsinə imkan yaradan «www.e-pul.az” saytı vasitəsilə “Qiwi.com» saytındakı elektron ödəniş sisteminə pul köçürülərkən «www.e-pul.az” saytının təhlükəsizlik sistemində müvəqqəti texniki qüsur baş vermişdir. Texniki qeydlərə əsaslanaraq elə nəticəyə gəlinmişdir ki, hesab tərəfindən visa əməliyyatları tərəfindən icra edilmiş əməliyyatlar «www.e-pul.az” saytı “xxxxxxxxxxxx” ASC və “Qiwi.com” saytının sistemləri tərəfindən təsdiq edilməlidir. Lakin "e-pul.az” saytının sistemininin icraçı kodunda müvəqqəti qüsurun olması səbəbindən əməliyyatlar düzgün həyata keçirilməmişdir və transaksiyanın nəticəsi texniki səhvlə nəticələnməsinə görə köçürülmüş məbləğlər “www.e-pul.az” sisteminin hesablarına qaytarılmışdır; bu halların araşdırması nəticəsində icraçı kodlar təhlil edilərək müəyyən edilmişdir ki, “www.e-pul.az” saytının sistemində müvəqqəti texniki qüsurun səbəbi İSO 8583 standartına uyğun kredit əməliyyatları emal edən icraçı kodda “Credit procedure not finished. Message: Field Number: 38 İnvalid field format. Value: 76GE2L” məzmunlu sətrlərdir. Rəyin tədqiqi hissəsində qeyd olunan nömrələr vasitəsilə icra olunan köçürülmə əməliyyatları həmin texniki qüsurun mövcud olduğu zaman kəsiyində icra edilmişdir; Prosessin mərhələləri aşağıdakılardan ibarətdir:
1. Hesaba mobil tətbiqdən yaxud veb səhifədən “www.e-pul.az”-a daxil olunur.
2. “Wallet2Card” bolmesini seçilir və şəxsi hesabda yaradılmış “walletlər”-dən (e-pul qabı) birini seçir və alan kartın 16 rəgəmini yığır.
3. “www.e-pul.az”-dan “epay” protocol vasitəsilə “wallet”-dən (e-pul qabı) qeyd olunan məbləğ silinir və qarşı tərəfə kredit əməliyyatı formalaşdırmaqa çalışır.
4. Kredit əməliyyatı uğurla cavab almasina baxmayaraq “www.e-pul.az” İSO8583 protokolun xüsusiyyətləri düzgün emal edə bilmir, ve uğursuz əməliyyat kimi hesablayır
5. “www.e-pul.az”-da hesaba məxsus “Wallet”-ə (e-pul qabı) silinən vesait gaytarılır: Qeyd edilənlərə əsasən nəticəyə gəlinmişdir ki; 1. “www.e-pul.az” sistemində **********55 saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş hesab vasitəsilə (ad-“Subhan Ceferov”, elektron poçt- “SElektron ünvan 1”) keçirilmiş 623 ədəd əməliyat nəticəsində xx.xx.2018 - xx.xx.2018 müddət ərzində 26392 manat məbləğində, **********46 saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş hesab vasitəsilə (ad- “User”, elektron poçt- qeyd olunmayıb), keçirilmiş 597 ədəd əməliyyat nəticəsində xx.xx.2018 - xx.xx.2018 müddət ərzində 14.858 manat məbləğində, **********88 saylı mobil nömrə ilə qeydiyyat keçmiş hesab vasitəsilə (ad- “Cemil Hesenli”, elektron poçt- qeyd olunmayıb) keçirilmiş 1.241 ədəd əməliyyat nəticəsində xx.xx.2018 - xx.xx.2018 müddət ərzində 18.805 manat məbləğində, **********10 mobil nömrə ilə qeydiyyatdan keçmiş hesab vasitəsilə (ad-“User”, elektron poçt- qeyd olunmayıb) keçirilmiş 946 ədəd əməliyyat nəticəsində xx.xx.2018 - xx.xx.2018 müddət ərzində 10.381 manat məbləğində, +994 55 ***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş hesab vasitəsilə (ad-“User”, elektron poçt- qeyd olunmayıb) keçirilmiş 185 ədəd əməliyyat nəticəsində xx.xx.2018 - xx.xx.2018 müddət ərzində 3.751 manat məbləğində, **********98 mobil nömrə ilə qeydiyyatdan keçmiş hesab vasitəsilə (ad-“İmran Məmmədov”, elektron poçt-“Elektron ünvan 2”) keçirilmiş 1.170 ədəd əməliyyat nəticəsində xx.xx.2018 - xx.xx.2018 müddət ərzində 24.481 manat məbləğində, **********13 mobil nömrə ilə qeydiyyatdan keçmiş hesab vasitəsilə (ad- “cina seferov”, elektron poçt-“Elektron ünvan 3”) keçirilmiş 1.213 ədəd əməliyyat nəticəsində xx.xx.2018-xx.xx.2018 müddət ərzində 35.349 manat məbləğində, **********04 mobil nömrə ilə qeydiyyatdan keçmiş hesab vasitəsilə (ad-“User, elektron poçt-qeyd olunmayıb) keçirilmiş 424 ədəd əməliyyat nəticəsində xx.xx.2018 - xx.xx.2018 müddət ərzində 12280 manat məbləğində, **********16 mobil nömrə ilə qeydiyyatdan keçmiş hesab vasitəsilə (ad-“User”, elektron poçt- qeyd olunmayıb) keçirilmiş 1.027 ədəd əməliyyat nəticəsində xx.xx.2018 - xx.xx.2018 müddət ərzində 39.977 manat məbləğində vəsait göndərilmişdir; 2. “www.e-pul.az” sistemində müvəqqəti texniki qüsurun səbəbi kredit əməliyyatları emal edən icraçı kodda “Credit procedure not finished. Message: Field Number: 38 invalid field format. Value: 76GE2L” məzmunlu sətrlərdir. Rəyin tədqiqi hissəsində qeyd olunan nömrələr vasitəsilə icra olunan köçürülmə əməliyyatları həmin texniki qüsurun mövcud olduğu zaman kəsiyində icra edilmişdir. İşdə olan xx xxxx 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, şahid Samir Nəsibov və Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Samir Nəsibov istintaqa verdiyi ifadəsini təsdiq etmiş, Təqsirləndirilən şəxs isə Samir Nəsibovun dediklərinin hamısının doğru olduğunu lakin əməlində cinayət hadisənin olmadığını bildirmişdir (1-ci cild iş vərəqi 108- 110). İş üzrə ekspert qisminda dindirilmiş X10 ifadə verərək göstərmişdir ki, iş üzrə təyin edilmiş məhkəmə-kompüter texnologiyaları ekspertizasının keçirilməsi ona həvalə edilmiş, x xxxx 2020-ci il tarixli 4802 №-li ekspert rəyi onun tərəfindən verilmiş və imzalanmışdır; ekpertiza tədqiqatı proksi serverlər üzərində aparılıb, həmin serverlərin, texniki məlumatların, aktivliyi əks etdirən məlumatların tədqiqatı zamanı «xxxxxxxxxxxx» ASC-nin təqdim etdiyi mobil telefon nömrələri vasitəsilə pul məbləğlərinin köçürülməsi barədə əməliyyatların əks olunduğu cədvəllərdən, o cümlədən məhkəmənin qərarı ilə təqdim ounmuş cinayət işinin materialları istifadə olunub; Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********55, +**********46, +**********88, +**********10, +**********19 ,+**********98 +**********13, +**********04, +**********16 mobil telefon nömrələr üzrə lok qeydlər üzrə analiz aparılmışdır; ümumiyyətlə müxtəlif təşkilatarda bütün əməliyyatlar lok tipli serverlərin yaddaşında saxlanılır, mobil telefon nömrələrinin İD-ləri, elektron poçt ünvanarı və texniki İD-lər vasitəsilə axtarışlar aparılır; «www.e-pul.az” saytına daxil olarkən istifadəçi mobil telefon nömrəsi vasitəsilə qeydiyyatdan keçir, bundan sonra ödləniş sistemində hər hansı bir əməliyyat aparılarkən, həmin əməliyyat təsdiqi hər iki tərəfdən olmalıdır, Təqsirləndirilən şəxs ödəniş sistemindən istifadə edərkən texniki kodda səhf yaranmışdır, həmin texniki səhf ondan ibarət olmuşdur ki, hər hansı pul məbləği üçüncü ünvana çatarkən üçüncü ünvan təsdiq cavabını verir, təsdiq edənin cavabında əks olunan məlumat simvol səhf olduğuna görə qarşı tərəf ödənişin təsdiqini almır, hər iki tərəfdən təsdiq olmadığından sistemdə ziddiyyət yaranır, bu xətaya görə “xxxxxxxxxxxx» ASC-dən pul məbləği tutulub, lakin pulu göndərənin hesabdan həmin pul məbləği çıxılmayıb; «www.e-pul.az” ödəniş sisteminin və «xxxxxxxxxxxx» ASC-nin servislərində pul məbləğinin köçürülməsi prosesinin başlanması əks olunub, amma sona qədər başa çatması əks olunmayıb, həmin vaxt kodda yaranmış səhfə görə əməliyyat başa çatmamış, amma faktiki olara məbləğ «xxxxxxxxxxxx» ASC-nin hesabından (balansından) silinmişdir. İş üzrə şahid qismində dindirilmiş «xxxxxxxxxxxx» ASC-nin mütəxəssisi X12 ifadə verərək göstərmişdir ki, «xxxxxxxxxxxx» ASC tərəfindən «www.e-pul.az” saytının ödəniş sisteminə elektron cüzdana (yəni pul kisəsinə) başqa kartdan pul köçürülməsi funksiyası verilib, göndərilən pul məbləği elektron cüzdanından debet olunur, uğurluluq nəticəsindən asılı olaraq pulu alan tərəfdən debet əməliyyatı başlanılır; qeyd edilən iş üzrə isə Təqsirləndirilən şəxs tərəfindən ümumi debet əməliyyatı keçirilərkən qarşı tərəfin cavabında sistemin dəstəkləmədiyi simvol əks olunub, ona görə də «www.e-pul.az” saytının ödəniş sistemi əməliyyatı uğursuz kimi qəbul edib, uğursuz əməliyyat keçirilərkən isə göndərənin cüzdanına pul qayıdır, qeyd edilən xəta bundan ibarət olmuşdur; «www.e-pul.az” ödəniş sisteminin verdiyi məlumata görə onun istifadə etdiyi kodda həmin kanalın rəqəmlərin dəstəklənməsi funksiyasında rəqəmlə simvol üst-üstə düşməyib və ona görə də sistemdə xəta baş verib; «www.e-pul.az” ödənişin sistemin təqdim etdiyi əməliyyatların sayı ilə «xxxxxxxxxxxx» ASC-nin təqdim etdiyi əməliyyatların sayında fərqliliyini səbəbi odur ki, «www.e-pul.az” ödəniş sistemi öz hesabatında bütün əməliyyatları qeyd edir, bankın hesabatlarında isə ancaq uğurlu, faktiki olaraq sistemdən keçən əməliyyatlar qeyd olunur; yəni əgər əməliyyat bu gün aparılıbsa orada iki vaxt göstərilir - əməliyyatın tarixi və əməliyyatın sistemə oturduğu tarix, məsələn, əməliyyat bu gün keçirilir və dərhal da qeydiyyata alınır, lakin sistemə növbəti gün, və ya 2 gündən sonra oturur; 100 əməliyyat belə keçirilsə dərhal «www.epul.az” ödəniş sistemində qeydiyyatdan keçir, «xxxxxxxxxxxx» ASC-nin sistemində isə 2-3 günə də qeydiyyatdan keçə bilər; bu səbəbdən də «xxxxxxxxxxxx» ASC ilə «www.e-pul.az” arasında əməliyyatların sayında fərq yaranıb; bankın göstərdiyi vurulan ziyanın məbləği olan 164.000 manatla faktiki köçürülən pulların məbləği arasında fərqin olması da bununla bağlıdır, yəni «xxxxxxxxxxxx» ASC-də və «www.e-pul.az” ödəniş sistemində pulların köçürülməsi əməliyyatları eyni vaxtda oturmamış, yəni yuxarıda misal çəkilərək göstərildiyi kimi ayrı-ayrı vaxtlarda sistemlərə oturmuşdur. İşdə olan “xxxxxxxxxxxx” ASC tərəfindən təqdim edilmiş xx xxxx 2019-cu il tarixli ərizədə qeyd olunan dövr ərzində aparılmış qanunsuz əməliyyatlar zamanı köçürülmüş pulların “xxxxxx” MMC-nin hesabından aparıldığı göstərilmiş, lakin faktiki olaraq ziyanın “xxxxxxxxxxxx” ASC-yə dəydiyi qeyd edilmiş və “xxxxxxxxxxxx” ASC-nin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması xahiş olunmuş, ərizəyə 99 vərəq müvafiq bank çıxarışları əlavə edilmiş, həmin bank çıxarışlarına əsasən x xxxxxxx 2018-ci il tarixdən x xxxxxx 2018-ci il tarixədən olan müddətdə “xxxxxx” MMC-nin hesabından «Qiwi.com” elektron pul kisəsinə məxsus müxtəlif hesablara ümumilikdə 165.684 manat pul köçürülmüşdür (1-ci cild iş vərəqi 111, 112-210). İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X2 alınmış x xxxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 197). İşdə olan şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur (1-ci cild iş vərəqi 25-27). İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu xx xxxxxx 2018-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 47-39). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İş üzrə Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinə, ekspert rəyinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb külli miqdarda ziyan vurmaqla oğurluq etməsi faktı tam təsdiqini tapmışdır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, törətdiyi cinayət əməlinə görə məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» x xxxx 2005-ci il tarixli1 №-li qərarına əsasən: - 1.Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür; 2.Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndinə əsasən həmin Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə himayəsind iki azyaşlı uşağınını olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun xx xxxx 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza çəkmələrinin başlanğıcı xx xxxxxx 2018-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halın olmasını, Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının xx xxxxxx 2018-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrinin tətbiqinə heç bir əsas görmür. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs “xxxxxxxxxxxx” ASC tərəfindən ona dəymiş 164.933,5 manat pulun ödənilməsinə dair mülki iddia verilmiş, “xxxxxxxxxxxx” ASC iş üzrə mülki iddiaçı qismində, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxs “xxxxxxxxxxxx” ASC tərəfindən verilmiş 164.933,5 manat mülki iddia təmin edilməli, 164.933,5 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq “xxxxxxxxxxxx” ASC-yə ödənilməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İş maddi sübut yoxdur. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-kompüter texnologiyaları ekspertizası üzrə tədqiqatının dəyəri - 61 manat 71 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il muddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu xx xxxxxx 2018-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərər çəkmiş şəxs və mülki iddiaçı “xxxxxxxxxxxx” ASC tərəfindən verilmiş 164.933,5 manat mülki iddia təmin edilsin, 164.933,5 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ziyanın ödənilməsi məqsədi ilə “xxxxxxxxxxxx” ASC-yə ödənilsin. İş üzrə məhkəmə-kompüter texnologiyaları ekspertizası üzrə tədqiqatının dəyəri - 61 (altmış bir) manat 17 (on yeddi) qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bak Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.