Məhkəmə qərarları › İş №1(101)-126/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-126/2021

15.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-126/2021 15.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X21 Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs4 zərər çəkmiş şəxslər olan Zərərçəkmiş şəxs17 nümayəndəsi Nümayəndə5 və Zərərçəkmiş şəxs14 nümayəndəsi Nümayəndə1 müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 2002-ci il iyunun 19-da X1 şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, işləməmiş, Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhərindəki müxtəlif ünvanlarda kirayədə yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci, 177.2.2.-ci, 177.2.3.-cü, 177.2.4.cü, 181.2.2.-ci, 181.2.3.-cü, 181.2.5.-ci və 326.2.-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olub xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrarən saxlanc yerinə qanunsuz olaraq girməklə və silah qismində istifadə olunan əşya tətbiq etməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın, yəni quldurluq, həmçinin vətəndaşın şəxsiyyət vəsiqəsini oğurlama cinayətlərini törətmişdir. Belə ki, verilən ittihama görə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı dövrdə

1. 2018-ci il iyulun 28-dən 2018-ci il iyulun 31-dək Zərərçəkmiş şəxs12 işlətdiyi, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 56 ünvanında yerləşən «Croco» gül mağazasının giriş qapısının qıfılını özü ilə gətirdiyi vintaçanla açıb qanunsuz içəri daxil olaraq oradakı masanın üzərindən 1.300 manat dəyərində bir ədəd «Toshiba» markalı noutbuku, yəni özgənin əmlakını gizli yolla talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə göstərilən məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa verilən ittihama əsasən Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı dövrdə təkrarən

2. tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2018-ci il noyabrın 13-də saat 02 radələrində Zərərçəkmiş şəxs13 işlətdiyi, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 50 «a» ünvanında yerləşən «Cake House» şirniyyat evinin qarşısına gəlmiş, əvvəlcədən aralarındakı razılığa əsasən o, özü ilə gətirdiyi vintaçanla şirniyyat evinin giriş qapısını aralayıb açdıqdan sonra həmin tanışı ilə birlikdə qanunsuz içəri daxil olaraq oradakı kassa aparatından 230 manat nağd pulu, yəni özgənin əmlakını gizli yolla talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə göstərilən məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir;

3. şəxsiyyəti istintaqa məlum olmayan digər tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2018-ci il noyabrın 21-də saat 02 radələrində Zərərçəkmiş şəxs10 işlətdiyi, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 41 ünvanında yerləşən «Emin Telekom» telefon mağazasının qarşısına gəlmiş, əvvəlcədən aralarındakı razılığa əsasən o, özü ilə gətirdiyi vintaçanla mağazanın giriş qapısını aralayıb açdıqdan sonra həmin tanışı ilə birlikdə qanunsuz içəri daxil olaraq oradan 160 manat dəyərində bir ədəd «Samsung Galaxy J2», 180 manat dəyərində bir ədəd «Samsung Galaxy A5», hər birinin qiyməti 130 manat olan iki ədəd «Samsung Galaxy S3», 50 manat dəyərində bir ədəd «BlackBerry», 220 manat dəyərində bir ədəd «X37 3», 150 manat dəyərində bir ədəd «X36 Prime», hər birinin qiyməti 180 manat olan iki ədəd «Samsung Galaxy J2», 120 manat dəyərində bir ədəd «X36 Neo», 120 manat dəyərində bir ədəd «İphone 4S», 400 manat dəyərində bir ədəd «İphone 6», 100 manat dəyərində bir ədəd «LG Magna», hər birinin qiyməti 80 manat olan üç ədəd «Nokia 515», 200 manat dəyərində bir ədəd «Samsung Galaxy S5», 130 manat dəyərində bir ədəd «Samsung Galaxy S4 Mini», 180 manat dəyərində bir ədəd «Samsung Galaxy J3», 100 manat dəyərində bir ədəd «Lenovo A536», 100 manat dəyərində bir ədəd «LG P713», 170 manat dəyərində bir ədəd «Samsung Galaxy J3», 180 manat dəyərində bir ədəd «Samsung Galaxy A3», 180 manat dəyərində bir ədəd «İphone 5S», 50 manat dəyərində bir ədəd «Lenovo», 50 manat dəyərində bir ədəd «Alcatel», 60 manat dəyərində bir ədəd «Samsung Galaxy S3 Mini», 30 manat dəyərində bir ədəd «Samsung SGH-S410» markalı mobil telefonları, 100 manat dəyərində bir ədəd «Samsung Tab P5100» markalı planşeti və 50 manat dəyərində bir ədəd qara rəngli dəri gödəkcəni, yəni özgənin əmlakını gizli yolla talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə 3.940 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir;

4. şəxsiyyəti istintaqa məlum olmayan digər tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2018-ci il dekabrın 08-də saat 0355 radələrində Zərərçəkmiş şəxs11 işlətdiyi, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 104 «b» ünvanında yerləşən «Zoluşka» mağazasının qarşısına gəlmiş, əvvəlcədən aralarındakı razılığa əsasən o, özü ilə gətirdiyi vintaçanla mağazanın giriş qapısını aralayıb açdıqdan sonra həmin tanışı ilə birlikdə qanunsuz içəri daxil olaraq oradan hər birinin qiyməti 24 manat olan iki ədəd «Vert Delice», 55 manat dəyərində bir ədəd «Pure», hər birinin qiyməti 105 manat olan iki ədəd «Beautific», hər birinin qiyməti 20 manat olan iki ədəd «Once Upon A Time», 60 manat dəyərində bir ədəd «So Dupont», 89 manat dəyərində bir ədəd «Gucci Guilty», 83 manat dəyərində bir ədəd «Play Givenchy», 58 manat dəyərində bir ədəd «Miss Dior», 48 manat dəyərində bir ədəd «X38», 42 manat dəyərində bir ədəd «X48», 80 manat dəyərində bir ədəd «YSL», 70 manat dəyərində bir ədəd «Guerlain Paris», 110 manat dəyərində bir ədəd «Explore Woman», 93 manat dəyərində bir ədəd «X45», hər birinin qiyməti 46 manat olan üç ədəd «Estee Lauder», 83 manat dəyərində bir ədəd «Lacoste», 80 manat dəyərində bir ədəd «Eclat», 74 manat dəyərində bir ədəd «Carolina Herrera 212 Men», 55 manat dəyərində bir ədəd «Azzaro», 110 manat dəyərində bir ədəd «Givenchy», 45 manat dəyərində bir ədəd «Davidoff Champion», 72 manat dəyərində bir ədəd «X35», hər birinin qiyməti 89 manat olan üç ədəd «İssey Miyake», 52 manat dəyərində bir ədəd «Dior Homme», 48 manat dəyərində bir ədəd «Salvatore Ferragamo», 60 manat dəyərində bir ədəd «Hugo Boss», 35 manat dəyərində bir ədəd «Lacoste Challenge», 40 manat dəyərində bir ədəd «X39», 64 manat dəyərində bir ədəd «Dolce & Gabbana», 90 manat dəyərində bir ədəd «Dupont», 78 manat dəyərində bir ədəd «Pure Girl», 45 manat dəyərində bir ədəd «X42», 145 manat dəyərində bir ədəd «Guerlain», 42 manat dəyərində bir ədəd «X40 Paradise», 82 manat dəyərində bir ədəd «Elie Saab», 62 manat dəyərində bir ədəd «Angel Schlesser», 190 manat dəyərində bir ədəd «Molekule 01», 58 manat dəyərində bir ədəd «X46 Blonde», 112 manat dəyərində bir ədəd «Femme», 62 manat dəyərində bir ədəd «X41», 55 manat dəyərində bir ədəd «Dolce & X47 Gentleman», 48 manat dəyərində bir ədəd «Notorious», 98 manat dəyərində bir ədəd «Givenchy İrresistible», 62 manat dəyərində bir ədəd «Ambre», 48 manat dəyərində bir ədəd «JR», 58 manat dəyərində bir ədəd «X45», 42 manat dəyərində bir ədəd «Kenzo», 38 manat dəyərində bir ədəd «S.T. Dupont», 120 manat dəyərində bir ədəd «Euphoria», 110 manat dəyərində bir ədəd «Lanvin», 110 manat dəyərində bir ədəd «İncanto», 48 manat dəyərində bir ədəd «Dolce & X47», 52 manat dəyərində bir ədəd «Diavolo», 50 manat dəyərində bir ədəd «Azzaro DB Decibel», 48 manat dəyərində bir ədəd «Zippo», 93 manat dəyərində bir ədəd «Blackberry», 42 manat dəyərində bir ədəd «Cerruti», 42 manat dəyərində bir ədəd «Feel Good», 56 manat dəyərində bir ədəd «İntense Man», 45 manat dəyərində bir ədəd «Pal Zirelli» markalı ətirləri, hər birinin qiyməti 07 manat olan yeddi ədəd «Palette» markalı saç boyasını, hər birinin qiyməti 02 manat olan dörd ədəd «Kotex» markalı qadın bezini, 10 manat dəyərində bir ədəd kiçik ölçülü güzgünü, hər birinin qiyməti 05 manat olan beş ədəd pilkanı, hər birinin qiyməti 06 manat olan iki ədəd «Glysolid» markalı kremi, 05 manat dəyərində bir ədəd əl kremini, 01 manat dəyərində bir ədəd makiyaj üçün süngəri, hər birinin qiyməti 03 manat olan üç ədəd corabı, 04 manat dəyərində bir ədəd kipriyi, hər birinin qiyməti 0,5 manat olan altı ədəd saç rezinini, hər birinin qiyməti 15 manat olan 14 ədəd müxtəlif markalı dodaq boyasını, hər birinin qiyməti 20 manat olan beş ədəd «Kylie» markalı dodaq boyasını, hər birinin qiyməti 04 manat olan doqquz ədəd «R.O.C.S» markalı diş pastasını, 15 manat dəyərində bir ədəd «Jev» markalı pudranı, hər birinin qiyməti 03 manat olan 45 ədəd göz muncuğunu, hər birinin qiyməti 25 manat olan 10 ədəd «Morphe» markalı dodaq boyasını, 01 manat 50 qəpik dəyərində bir ədəd ayaqqabı üçün süngəri, hər birinin qiyməti 02 manat olan səkkiz ədəd altıdənəli saç rezinini, hər birinin qiyməti 01 manat olan 46 ədəd saç rezinini, hər birinin qiyməti 02 manat olan doqquz ədəd bədən üçün dezodorantı, hər birinin qiyməti 02 manat olan səkkiz ədəd dəmir qutudakı dezodorantı, hər birinin qiyməti 02 manat olan beş ədəd «Nivea» markalı dezodorantı, hər birinin qiyməti 07 manat olan beş ədəd «Kamil» markalı bədən üçün geli, hər birinin qiyməti 07 manat olan 10 ədəd «Vatika», hər birinin qiyməti 07 manat olan iki ədəd «Elidor», 07 manat dəyərində bir ədəd «Clear», 07 manat dəyərində bir ədəd «Fructis» markalı şampunu, hər birinin qiyməti 22,5 manat olan üç ədəd qutudakı «Baby Dry» markalı pampersi və kassa aparatından 120 manat nağd pulu, yəni özgənin əmlakını gizli yolla talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə xeyli miqdar təşkil edən 5.840 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir;

5. 2019-cu il yanvarın 16-da saat 2330 radələrində Zərərçəkmiş şəxs9 işlətdiyi, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 55 ünvanında yerləşən «Cotta» kafesinin giriş qapısının qıfılını özü ilə gətirdiyi dəmir parçası ilə açıb qanunsuz içəri daxil olaraq oradan 2.800 manat dəyərində bir ədəd «Samsung» markalı televizoru və cəmi 200 manat dəyərində müxtəlif növ energetik içkiləri, saqqızı və şokoladı, yəni özgənin əmlakını gizli yolla talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə 3.000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir;

6. tanışı və başqa bir tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2019-cu il mayın 16-da saat 0005 radələrində Zərərçəkmiş şəxs8 işlətdiyi, Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, 53 ünvanında yerləşən «Bala» uşaq geyimləri mağazasının qarşısına gəlmiş, əvvəlcədən aralarındakı razılığa əsasən birincisi törətdikləri cinayətin aşkar ediləcəyi halda onları sığortalamaq məqsədi ilə həyətdə pusquda dayanmış, o isə başqası ilə giriş qapısının qıfılını özləri ilə gətirdikləri dəmir parçası ilə açıb qanunsuz içəri daxil olaraq oradan 250 manat dəyərində bir ədəd «Nikon D3100» markalı fotoaparatı və 10 manat dəyərindəki bir ədəd çantası ilə birlikdə, yəni özgənin əmlakını gizli yolla talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə 260 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir;

7. başqa bir tanışı və qeyri tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2019-cu il mayın 19-da saat 05 radələrində Zərərçəkmiş şəxs17nə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 166 «c» ünvanında yerləşən «Daskalidas» və «Penti» mağazalarının qarşısına gəlmiş, əvvəlcədən aralarındakı razılığa əsasən ikincisi törətdikləri cinayətin aşkar ediləcəyi halda onları sığortalamaq məqsədi ilə həyətdə pusquda dayanmış, o isə başqası ilə «Daskalidas» mağazasının giriş qapısının qıfılını özləri ilə gətirdikləri dəmir parçası ilə açıb qanunsuz içəri daxil olaraq oradakı kassadan 395 manat nağd pulu, bundan sonra mağazanın özündəki keçid qapısını açıb «Penti» mağazasına qanunsuz daxil olaraq oradakı kassadan 88 manat nağd pulu, yəni özgənin əmlakını gizli yolla talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə 483 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir;

8. 2019-cu il mayın 19-da saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 53 «a» ünvanında dayanan, Zərərçəkmiş şəxs1 etibarnamə əsasında idarə etdiyi «Kia Sportage» markalı **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ yan şüşəsini avtomobil şamı ilə sındırıb oradan 420 manat və 850 manat məzənnəsi ilə 500 ABŞ dolları nağd pulu, 80 manat dəyərində bir ədəd pul kisəsini, 30 manat dəyərində bir ədəd «TuranBank»a aid plastik kartını, 30 manat dəyərində bir ədəd «Azərbaycan Beynəlxalq Bankı»na aid plastik kartını, həmçinin içərisində sonuncuya məxsus şəxsiyyət vəsiqəsi olan 150 manat dəyərində bir ədəd əl çantasını, yəni özgənin əmlakını gizli yolla talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə 1.560 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş və vətəndaşın şəxsiyyət vəsiqəsini oğurlamışdır;

9. şəxsiyyəti istintaqa məlum olmayan qız tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2019-cu il iyunun 11-də saat 03 radələrində Zərərçəkmiş şəxs16nə məxsus Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 54 ünvanında yerləşən «Fresh Zərərçəkmiş şəxs16» mağazasının qarşısına gəlmiş, əvvəlcədən aralarındakı razılığa əsasən həmin tanışı törətdikləri cinayətin aşkar ediləcəyi halda onu sığortalamaq məqsədi ilə həyətdə pusquda dayanmış, o isə mağazanın giriş qapısının qıfılını özü ilə gətirdiyi dəmir parçası ilə açıb qanunsuz içəri daxil olaraq oradakı kassadan 382,7 manat nağd pulu, yəni özgənin əmlakını gizli yolla talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə göstərilən məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir;

10. şəxsiyyəti istintaqa məlum olmayan qız tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2019-cu il iyunun 11-də saat 04 radələrində Zərərçəkmiş şəxs16nə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 18 ünvanında yerləşən «Fresh Zərərçəkmiş şəxs16» mağazasının qarşısına gəlmiş, əvvəlcədən aralarındakı razılığa əsasən həmin tanışı törətdikləri cinayətin aşkar ediləcəyi halda onu sığortalamaq məqsədi ilə həyətdə pusquda dayanmış, o isə mağazanın giriş qapısının qıfılını özü ilə gətirdiyi dəmir parçası ilə açıb qanunsuz içəri daxil olaraq oradakı kassadan 758 manat nağd pulu, yəni özgənin əmlakını gizli yolla talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə göstərilən məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir;

11. qeyri tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2019-cu il iyunun 24də saat 23 radələrində «Ev Femiya» məhdud məsuliyyətli cəmiyyətinə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 99 ünvanında yerləşən «Karaca» mağazasının qarşısına gəlmiş, əvvəlcədən aralarındakı razılığa əsasən o, mağazanın giriş qapısının qıfılını özü ilə gətirdiyi dəmir parçası ilə açdıqdan sonra həmin tanışı ilə birlikdə qanunsuz içəri daxil olaraq oradan içərisində 140 manat nağd pul olan 20 manat dəyərindəki bir ədəd pul kisəsini və üzərində 10 manat balansa malik 5 manat dəyərində ***-***-**-** bir ədəd simkart nömrəsi olan 10 manat dəyərində bir ədəd «Samsung» markalı «GT-E2232» modelli mobil telefonu, yəni özgənin əmlakını gizli yolla talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə 185 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir;

12. tanışı və şəxsiyyəti istintaqa məlum olmayan başqa tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2019-cu il iyulun 02-də saat 06 radələrində Zərərçəkmiş şəxs2 işlətdiyi, Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi, 2 «a» ünvanında yerləşən «İncir Lounge» kafesinin qarşısına gəlmiş, əvvəlcədən aralarındakı razılığa əsasən ikincisi törətdikləri cinayətin aşkar ediləcəyi halda onları sığortalamaq məqsədi ilə həyətdə pusquda dayanmış, o isə birincisi ilə kafenin giriş qapısının qıfılını özləri ilə gətirdikləri dəmir parçası ilə açıb qanunsuz içəri daxil olaraq oradan 500 manat dəyərində bir ədəd «Pioner DJ» markalı musiqi səsləndirici aparatı, 750 manat dəyərində bir ədəd «Vertu» markalı mobil telefonu və 200 manat dəyərində bir ədəd «Nokia Sapphire» markalı mobil telefonu, yəni özgənin əmlakını gizli yolla talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə 1.450 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir;

13. 2019-cu il iyulun 26-da saat 0630 radələrində Zərərçəkmiş şəxs14 Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov prospekti ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində fəaliyyət göstərən «X44 Shop» kafesinin giriş qapısını özü ilə gətirdiyi vintaçanla açıb qanunsuz olaraq içəri girmiş, kassa aparatından və masanın üstündəki qabdan 400 manat nağd pulu, üzərində 15 manat məbləğində balansa malik 20 manat dəyərində ***-***-**-** bir ədəd simkart nömrəsi olan 50 manat dəyərində bir ədəd «Nokia» markalı mobil telefonu götürdükdə onun hərəkətləri kafenin işçisi Zərərçəkmiş şəxs4 tərəfindən aşkar edilmiş, həmin zaman o, bunu dərk etməklə üzərində sərəncam vermək hüququna malik olmadığı əmlakı saxlamağa çalışıb qəflətən fəal hərəkətlər edərək özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış Zərərçəkmiş şəxs4 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı basqın etmiş, şalvarının bel nahiyəsində saxladığı və silah qismində istifadə etdiyi iti uclu vintaçanı çıxarıb tətbiq edərək bir neçə dəfə sonuncuya tərəf istiqamətləndirmiş, öldürəcəyi və sağlamlığına zərər vuracağı ilə real hədələyib psixi təzyiqlər etmiş, Zərərçəkmiş şəxs4 əllərini havaya qaldıraraq təslim olmaqla ona müqavimət göstərməyəcəyinə əmin olduqdan sonra ələ keçirdiyi əmlak ilə birgə oradan çıxmış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə 485 manat məbləğində maddi ziyan vurmaqla quldurluq cinayəti törətmişdir;

14. 2019-cu il iyulun 26-da saat 07 radələrində Zərərçəkmiş şəxs3 işlətdiyi, Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi, ev 72, mənzil 113 ünvanında yerləşən «Farfor evi» mağazasının giriş qapısının qıfılını özü ilə gətirdiyi dəmir parçası ilə açıb qanunsuz içəri daxil olaraq oradan sonuncuya məxsus üzərində 70 manat dəyərində ***- ***-**-** nömrəsi olan 200 manat dəyərində bir ədəd «İphone 5S» markalı mobil telefonu, yəni özgənin əmlakını gizli yolla talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə 270 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir;

15. tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2019-cu il iyulun 28-də saat 03 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 53 «g» ünvanında yerləşən, «Güloğlu», «Yukhulu» və «Needle and Thimble» mağazalarının fəaliyyət göstərdiyi yerə gəlmiş, əvvəlcədən aralarındakı razılığa əsasən o, ümumi giriş qapısının qıfılını özü ilə gətirdiyi dəmir parçası ilə açdıqdan sonra həmin tanışı ilə birlikdə qanunsuz içəri daxil olaraq orada fəaliyyət göstərən Zərərçəkmiş şəxs6 işlətdiyi, «Güloğlu» şirniyyat mağazasına ayrılan sahədən 242 manat dəyərində müxtəlif növ şirniyyatı və 50 manat dəyərində bir ədəd «Nokia» markalı mobil telefonu, Zərərçəkmiş şəxs7 məxsus «Yukhulu»satış bölümündən 135 manat nağd pulu və 200 manat dəyərində bir ədəd «İphone 6» markalı mobil telefonu, «Needle and Thimble» mağazasının satıcısı Zərərçəkmiş şəxs5 məxsus 275 manat dəyərində bir ədəd «Tom Ford» markalı ətiri, yəni özgənin əmlakını gizli yolla talamış, bununla da zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs6 ümumilikdə 292 manat, Zərərçəkmiş şəxs7 ümumilikdə 335 manat, Zərərçəkmiş şəxs5 isə 275 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci, 177.2.2.-ci, 177.2.3.-cü, 177.2.4.-cü, 181.2.2.-ci, 181.2.3.-cü, 181.2.5.-ci və 326.2.-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, o, 2002-ci ildə Rusiya Federasiyasında anadan olmuş, 2008-ci ildə atası rəhmətə gedəndən sonra anası X17 onu və bacısını götürərək Azərbaycan Respublikasına qayıtmaqla Bakı şəhərində kirayədə qalmış, 2009-cu və ya 2010-cu ildə evdən qaçıb «Azərbaycan Uşaqlar Birliyi» sığınacaq evində yaşamağa başlayaraq hələ azyaşlı vaxtlarından xırda oğurluqlar etməklə özünü saxlamışdır. X7 və X31 Bakı şəhərindəki kompüter salonlarında rastlaşdığı üçün, X18 və X22 Rəhmana, X4 isə sonuncuya və Aydına görə tanıyıb göstərilən şəxslərlə heç bir düşmənçiliyi və şəxsi ədavəti olmamışdır. Heç bir psixi xəstəliyi yoxdur, bununla bağlı heç bir zaman müalicə almamışdır. Yetkinlik yaşına çatmayan olsa da onu heç kim oğurluq cinayəti törətməyə məcbur etməmiş, asan yolla pul qazanmaq üçün həm tək, həm də adlarını qeyd etdiyi şəxslərlə birlikdə oğurluq cinayətləri törətmişdir. Belə ki, o, əlavə olaraq göstərdi ki,

1. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 ilə bağlı epizod üzrə özünü tam təqsirli bilir;

2. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs13 ilə bağlı epizod üzrə özünü tam təqsirli bilir, cinayəti tanışı X10 ilə birlikdə törətmişdir;

3. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10 ilə bağlı epizod üzrə özünü tam təqsirli bilir, cinayəti tanışı X32 ilə birlikdə törətmişdir;

4. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs11 ilə bağlı epizod üzrə özünü tam təqsirli bilir, cinayəti tanışı X32 ilə birlikdə törətmişdir;

5. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 ilə bağlı epizod üzrə özünü tam təqsirli bilir;

6. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 ilə bağlı epizod üzrə özünü tam təqsirli bilir, cinayəti tanışları X10 və X34 ilə birlikdə törətmişdir;

7. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs17 ilə bağlı epizod üzrə özünü tam təqsirli bilir, cinayəti tanışları X34 və X23 ilə birlikdə törətmişdir;

8. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə bağlı epizod üzrə özünü tam təqsirli bilir; 9-10. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs16 ilə bağlı epizod üzrə özünü tam təqsirli bilir, cinayəti tanışı X8 ilə birlikdə törətmişdir;

11. zərər çəkmiş şəxs «Ev Femiya» məhdud məsuliyyətli cəmiyyəti ilə bağlı epizod üzrə özünü tam təqsirli bilir, cinayəti tanışı X23 ilə birlikdə törətmişdir;

12. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ilə bağlı epizod üzrə özünü tam təqsirli bilir, cinayəti tanışları X10 və X8 ilə birlikdə törətmişdir;

13. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs14 ilə bağlı epizod üzrə özünü qismən təqsirli bilir, 2019-cu il iyulun 26-da saat 06 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov prospekti ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində fəaliyyət göstərən «X44 Shop» kafesinə oğurluq etmək üçün daxil olaraq dəqiq sayı bilmədiyi kağız və qəpik pulu oğurlayarkən səs salmış, kafedə kiminsə gecələdiyindən xəbərsiz olmuş, oradan maneəsiz çıxmaqdan ötrü kafenin qapısını açdığı vinaçanı qarşısında saxlamaqla çıxıb getmiş, heç kimə zor tətbiq etməmiş, sadəcə olaraq kafenin işçisi onun hərəkətlərindən qorxduğundan kənara çəkilməklə əllərini havaya qaldırmışdır, onun əməlləri soyğunçuluq kimi tövsif olunmalıdır;

14. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ilə bağlı epizod üzrə özünü tam təqsirli bilir;

15. zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs5 ilə bağlı epizod üzrə özünü tam təqsirli bilir, cinayəti tanışı X10 ilə birlikdə törətmişdir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən

6. Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, 2019-cu il mayın 16-da saat 11 radələrində işlətdiyi, Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, 53 ünvanında yerləşən «Bala» uşaq geyimləri mağazasına gəldikdə oradan «Nikon D3100» markalı fotoaparatın çantası ilə birlikdə oğurlandığını aşkar etmiş, nəticədə ona 260 manat məbləğində maddi ziyan dəymişdir;

7. Zərərçəkmiş şəxs17 nümayəndəsi Nümayəndə5 ifadəsində göstərdi ki, 2019-cu il mayın 19-da saat 20 radələrində işlədiyi MMC-nin tərkibindəki Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 166 «c» ünvanında yerləşən «Daskalidas» və «Penti» mağazalarının kassa aparatlarından cəmi 483 manat nağd pulun oğurlandığı aşkar edilmişdir;

13. Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov prospekti ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində fəaliyyət göstərən Zərərçəkmiş şəxs14 «X44 Shop» kafesində barista işləyir, 2019-cu il iyulun 26-da müştərilər çox olduğundan kafedə gecələyərkən saat 0630 radələrində səsə oyanmış, kassa aparatının yanında dayanmaqla oradan pul götürən, adını sonradan bildiyi Təqsirləndirilən şəxs onu görən kimi şalvarının belində olan vintaçanı çıxarıb ona tərəf havada tətbiq edərək yaxınlaşmamağı, əks halda isə onu vuracağı, hətta öldürəcəyi ilə hədələmiş, o da qorxduğu üçün həmin şəxsin müqavimətinə təslim olmaqla əllərini yuxarı qaldırmış və kənara çəkilmişdir, sonuncu isə əldə etdiyi pulu da özü ilə götürməklə kafeni tərk etmişdir;

13. Zərərçəkmiş şəxs14 nümayəndəsi Nümayəndə1 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ilə analoji ifadə verdi. İş üzrə şahid qismində dindirilən

3. Şahid1 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Nizami rayonunun Rüstəm Rüstəmov küçəsində yaşayıb Təqsirləndirilən şəxs ilə qonşuluqda kirayədə qaldığı üçün tanıyır, münasibətləri normal olmuşdur. Vüsal onun, Şahid2 və X12 yaşadıqları küçəyə gələrək onlarla görüşməklə ona əlində olan mobil telefonlardan «Nokia» markalı mobil telefonu hədiyyə vermiş, «Blackberry» markalı mobil telefonu isə beş manata satmışdır. O da Vüsala pulu iki-üç günə gətirib verəcəyini demişdir. Rza ağ rəngli «Samsung Galaxy S3» markalı mobil telefonu seçərək cibindən 10 manat çıxarmaqla Vüsala ötürmüşdür. Bundan əlavə Vüsal Rzaya da «Nokia» markalı mobil telefonu vermişdir. Telefonların oğurluq olmasını bilməmişdir;

3. Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verib «Samsung Galaxy S3» markalı mobil telefonu istintaqa təqdim etdiyini göstərdi;

3. Şahid3 Şahid2 ilə uyğun ifadə verərək 2018-ci il noyabrın 21-də sonuncu «Samsung Galaxy S3» markalı və iki ədəd «Nokia» markalı mobil telefonları ona ötürməklə təmir etməsini xahiş etdiyini, onun da ilk əvvəl «Samsung Galaxy S3» markalı mobil telefonu təmir edib Rzaya verdiyini, özündə qalan iki ədəd «Nokia» markalı mobil telefonu isə sonradan istintaqa təqdim etdiyini göstərdi;

3. Şahid4 ifadəsində göstərdi ki, 2018-ci il noyabr ayının axırlarında Aynurə adlı tanış qadının Bakı şəhəri, Qaraçuxur qəsəbəsində kirayə yaşadığı evə qonaq gedərkən sonuncunun vasitəsi ilə tanış olduğu Aynurənin qardaşı olan, adını sonradan bildiyi Təqsirləndirilən şəxs təxminən bir saatdan sonra «Neftçilər» metrostansiyasının yaxınlığında 30 manata «Samsung J5» markalı mobil telefon almışdır. Polisə dəvət edildikdə telefonun oğurluq olmasını bilmiş və həmin cihazı istintaqa təqdim etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş ibtidai araşdırma zamanı zərər çəkmiş şəxs qismində dindirilən

1. Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, 2018-ci il iyulun 28-də saat 17 radələrində işlətdiyi, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 56 ünvanında yerləşən «Croco» gül mağazasından gedib 2018-ci il iyulun 31-də qayıdarkən oradan ona məxsus «Toshiba» markalı noutbukun oğurlandığını aşkar etmiş, nəticədə ona 1.300 manat məbləğində maddi ziyan dəymişdir (4-cü cild, iş vərəqi 54-55);

2. Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, 2018-ci il noyabrın 13-də saat 05 radələrində işlətdiyi, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 50 «a» ünvanında yerləşən «Cake House» şirniyyat evinə gəldikdə oradakı kassa aparatından 230 manat nağd pulun oğurlandığını aşkar etmişdir (4-cü cild, iş vərəqi 137-138);

3. Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, 2018-ci il noyabrın 21-də saat 03 radələrində polis əməkdaşlarının zəngi əsasında işlətdiyi, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 41 ünvanında yerləşən «Emin Telekom» telefon mağazasına daxil olduqda oradan mobil telefonların, planşetin və gödəkcənin oğurlandığını aşkar etmiş, nəticədə ona 3.940 manat məbləğində maddi ziyan dəymişdir (3-cü cild, iş vərəqi 38-40);

4. Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, 2018-ci il dekabrın 09-da saat 10 radələrində işlətdiyi, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 104 «b» ünvanında yerləşən «Zoluşka» mağazasına gəldikdə oradakı kassa aparatından 120 manat nağd pulun, ümumi dəyəri 8.000 manat təşkil edən ətirlərin və başqa malların oğurlandığını aşkar etmişdir (3-cü cild, iş vərəqi 157-160);

5. Ramil Mikayıl oğlu Mikayılov ifadəsində göstərmişdir ki, 2019-cu il yanvarın 17-də saat 06 radələrində işlətdiyi, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 55 ünvanında yerləşən «Cotta» kafesinə daxil olduqda oradan televizorun, içkilərin, şokolad və saqqızların oğurlandığını aşkar etmiş, nəticədə ona 3.000 manat məbləğində maddi ziyan dəymişdir (2-ci cild, iş vərəqi 246-247);

8. Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2019-cu il mayın 19-da saat 20 radələrində etibarnamə əsasında idarə etdiyi «Kia Sportage» markalı **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 53 «a» ünvanında saxlayıb bir saat ərzində yaxınlıqdakı parkda gəzib qayıdarkən avtomaşının sağ yan şüşənin sındırıldığını görüb sağ oturacaqdan içərisində 420 manat və 500 ABŞ dolları nagd pul pul kisəsi ilə birlikdə, «TuranBank»a və «Azərbaycan Beynəlxalq Bankı»na aid plastik kartlar, şəxsiyyət vəsiqəsi olan əl çantasının oğurlandığını aşkar etmişdir (5-ci cild, iş vərəqi 131-133); 9-10. Zərərçəkmiş şəxs16 nümayəndəsi Nümayəndə3 ifadəsində göstərmişdir ki, 2019-cu il iyunun 11-də saat 07 radələrində işlədiyi MMC-nin tərkibindəki Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 54 və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 18 ünvanlarındakı «Fresh Zərərçəkmiş şəxs16» mağazalarının kassa aparatlarından cəmi 1.140,7 manat nağd pulun oğurlandığı aşkar edilmişdir (5-ci cild, iş vərəqi 123);

11. «Ev Femiya» məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi Nümayəndə2 ifadəsində göstərmişdir ki, işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 99 ünvanında yerləşən «Karaca» mağazasından 2019-cu il iyunun 24-də saat 2250-də içərisində 140 manat nağd pul olan 20 manat dəyərindəki pul kisəsinin, habelə markası və modelini xatırlamadığı mobil telefonun oğurlandığı aşkar edilmişdir (2-ci cild, iş vərəqi 91- 92);

12. Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2019-cu il iyulun 02-də saat 10 radələrində işlətdiyi, Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi, 2 «a» ünvanında yerləşən «İncir Lounge» kafesinə daxil olduqda oradan 500 manat dəyərində «Pioner DJ» markalı musiqi səsləndirici aparatın, 750 manat dəyərində «Vertu» və 200 manat dəyərində «Nokia Sapfir» markalı mobil telefonların oğurladığını aşkar etmiş, nəticədə ona 1.450 manat məbləğində maddi ziyan dəymişdir (7-ci cild, iş vərəqi 166-167);

14. Pərviz Aqil oğlu Ağayev ifadəsində göstərmişdir ki, 2019-cu il iyulun 26-da saat 10 radələrində işlətdiyi, Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi, ev 72, mənzil 113 ünvanında yerləşən «Farfor evi» mağazasına gəldikdə 200 manat dəyərində «İphone 5S» markalı mobil telefonun oğurlandığını aşkar etmişdir (6-cı cild, iş vərəqi 49- 51);

15. Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 2019-cu il iyulun 28-də Türkiyə Respublikasında olduğu vaxt qayınatası X13 ona zəng etməklə onun işlətdiyi, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 53 «g» ünvanında yerləşən «Güloğlu» mağazasından 242 manat dəyərində müxtəlif növ şirniyyatın və 50 manat dəyərində «Nokia» markalı mobil telefonun oğurlandığı, eləcə də eyni binada fəaliyyət göstərən digər obyektlərdən də oğurluq olması barədə məlumat vermişdir (1-ci cild, iş vərəqi 203-204);

15. Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 2019-cu il iyulun 28-də arvadının işlədiyi, əmlakının hamısı onun vəsaiti əsasında alınan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 53 «g» ünvanındakı «Yuxulu» mağazasına daxil olduqda kassa aparatından 135 manat nağd pulun, habelə 200 manat dəyərində «İphone 6» markalı mobil telefonun oğurlandığını aşkar etmişdir (7-ci cild, iş vərəqi 154-156);

15. Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2019-cu il iyulun 28-də satıcı işlədiyi, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 53 «g» ünvanındakı yerləşən «Needle and Thimble» mağazasından ona məxsus 275 manat dəyərində «Tom Ford» markalı ətirin oğurlandığını aşkar etmişdir (1-ci cild, iş vərəqi 214-215). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş ibtidai araşdırma gedişatında şahid qismində dindirilən

9. Şahid5 ifadəsində göstərmişdir ki, 2019-cu il iyunun 11-də saat 0730 radələrində satıcı işlədiyi, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 54 ünvanında yerləşən Zərərçəkmiş şəxs16 tərkibindəki «Fresh Zərərçəkmiş şəxs16» mağazasına gələn zaman giriş şüşə qapısının açıq vəziyyətdə olduğunu görərək kassa aparatından 382,7 manat nağd pulun oğurlandığını aşkar etməklə hadisə haqqında müdiri Nümayəndə3 məlumatlandırmışdır (6-cı cild, iş vərəqi 138-140). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin tərtib etdiyi 2019-cu il 26 iyul tarixli protokollardan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində yerləşən «X44 Shop» kafesinə baxış vaxtı kassadan və yardım qutusundan 200 manat nağd pulun oğurlanması müəyyən olunmuş, fotocədvəllər və cinayət hadisəsini əks etdirən bir ədəd CD diski müvafiq protokollara əlavə edilmişdir (1-ci cild, iş vərəqi 9-11 və 13-15). İş materiallarındakı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 2019-cu il iyulun 23-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (1-ci cild, iş vərəqi 51-53; 2-ci cild, iş vərəqi 108-109). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon X30 Şöbəsinin tərtib etdiyi 2019-cu il 29 iyul tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmayan şahid Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində yerləşən «X44 Shop» kafesində törətdiyi əməli təsdiq etmiş, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 67- 74). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon X30 Şöbəsinin tərtib etdiyi 2019-cu il 29 iyul tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2019-cu il iyulun 28-də saat 2125-də Azərbaycan Respublikasının CM-nin 181.2.5.-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, iş vərəqi 85). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon X30 Şöbəsinin tərtib etdiyi 2019-cu il 29 iyul tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində yerləşən «X44 Shop» kafesinin müşahidə kameraları tərəfindən 2019-cu il iyulun 26-da qeydə alınan CD diskinə baxış keçirilərkən yetkinlik yaşına çatmayan şahid Təqsirləndirilən şəxs kafenin giriş qapısını vintaçanla güc tətbiq edərək açıb içəriyə daxil olması, oradan mobil telefon, kassadan və masanın üzərindən əskinaslar və qəpik pul götürməsi, şalvarının belindən çıxardığı vintaçanla ona yaxınlaşan digər şəxsi hədələməsi və mağazanı tərk etməsi müəyyən olunmaqla baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdəki əlində vintaçan olan şəxsin özü olduğunu təsdiq etmiş, videogörüntüdən çıxarışlar protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 95-117). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon X30 Şöbəsinin 2019-cu il 30 iyul tarixli qərarlarından görünür ki, yetkinlik yaşına çatmayan şübhəli şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 181.2.5.-ci maddəsindən həmin Məcəllənin 181.2.3.-cü və 181.2.5-ci maddələrinə tövsif olunub sonuncu təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının CM-nin göstərilən maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 118 və 121-122). İş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs ittiham edildiyi əməllərin törədildiyi dövrdə yetkinlik yaşına çatmamışdır (1-ci cild, iş vərəqi 120). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2019-cu il 30 iyul tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 181.2.3.-cü və 181.2.5.-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2019-cu il iyulun 28-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 147-149). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 2019-cu il 06 avqust tarixli 011-6839-1219 №-li məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, 54 ünvanındakı «X44 Shop» kafesində baş verən cinayət hadisəsi ilə bağlı əl-barmaq izlərindən iki ədədinin yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs sağ əlinin çeçələ və sol əlinin orta barmaqları vasitəsilə qoyulması müəyyən olunmuş, çıxarış məktuba əlavə edilmişdir (1-ci cild, iş vərəqi 155-156). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon X30 Şöbəsinin tərtib etdiyi 2019-cu il 28 iyul tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 53 «g» ünvanında baxış keçirilərkən «Güloğlu» mağazasının giriş qapısına müdaxilə edilməyib digər mağazaların giriş qapılarının kilidinin naməlum şəxs(lər) tərəfindən sındırılması, «Güloğlu» mağazasından 242 manat dəyərində müxtəlif növ şirniyyatın və 50 manat dəyərində «Nokia» markalı mobil telefonun, «Yukhulu» satış bölümündən 135 manat nağd pulun və 200 manat dəyərində «İphone 6» markalı mobil telefonun, «Needle and Thimble» mağazasından 275 manat dəyərində «Tom Ford» markalı ətrin oğurlanması müəyyən olunmuş, fotocədvəl protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 177-188). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon X30 Şöbəsinin tərtib etdiyi 2019-cu il 10 avqust tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 53 «g» ünvanındakı «Needle and Thumble» mağazasında baş verən oğurluq faktı ilə bağlı videogörüntülərin olduğu bir ədəd CD diski götürülmüşdür (1-ci cild, iş vərəqi 217). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 2019-cu il 11 avqust tarixli 011-7054-1219 №-li məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 53 «g» ünvanındakı «Güloğlu» mağazasında baş verən oğurluq faktı ilə bağlı əl-barmaq izlərindən dörd ədədinin yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs sol əlinin böyük (üç dəfə) və sağ əlinin böyük barmaqları vasitəsilə qoyulması müəyyən olunmuş, çıxarış məktuba əlavə edilmişdir (1-ci cild, iş vərəqi 223-224). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon X30 Şöbəsinin tərtib etdiyi 2019-cu il 20 avqust tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs7 təqdim edilən telefonlardan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 53 «g» ünvanındakı «Yukhulu» mağazasından oğurlanmış «İphone 6» markalı mobil telefonu tanımışdır (1-ci cild, iş vərəqi 244). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon X30 Şöbəsinin tərtib etdiyi 2019-cu il 22 avqust tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 53 «g» ünvanındakı «Needle and Thumble» mağazasının müşahidə kameralarının qeydə aldığı videogörüntülərə baxış zamanı iki nəfər şəxsin mağazaya daxil olaraq orada axtarış etmələri, daha sonra «Güloğlu» mağazasına daxil olmaları müəyyən olunmuş, baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdəki şəxslərdən birinin özü, digər şəxsin isə X10 olduğunu və mağazalardan müxtəlif növ şirniyyat, bir ədəd «Nokia» və bir ədəd «İphone 6» markalı mobil telefonlar, 135 manat nağd pul və «Tom Ford» markalı ətir oğurladıqlarını təsdiq etmişdir (1-ci cild, iş vərəqi 253-254). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon X30 Şöbəsinin tərtib etdiyi 2019-cu il 23 avqust tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 2019-cu il iyulun 28-də saat 03 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 53 «g» ünvanında yerləşən «Güloğlu», «Yukhulu» və «Needle and Thumble» mağazalarından X10 ilə birlikdə oğurluq etdiyini bildirməklə ifadəsini təsdiq etmişdir (1-ci cild, iş vərəqi 256-258). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin tərtib etdiyi 2019-cu il 24 iyun tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 99 ünvanındakı «Karaca» mağazasına baxış keçirilərkən giriş qapısının naməlum şəxs(lər) tərəfindən açılması, buradan 140 manat nağd pulun və markası məlum olmayan mobil telefonun oğurlanması müəyyən olunmuş, müşahidə kameralarının qeydə aldığı hadisənin videogörüntüləri və beş ədəd əl-barmaq izi götürülmüş, fotocədvəl və bir ədəd disk protokola əlavə edilmişdir (2-ci cild, iş vərəqi 22-26). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin tərtib etdiyi 2019-cu il 29 iyun və Bakı şəhəri Nəsimi Rayon X30 Şöbəsinin tərtib etdiyi 2019-cu il 15 iyul tarixli protokollardan görünür ki, «Ev Femiya» məhdud məsuliyyətli cəmiyyətinə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 99 ünvanındakı «Karaca» mağazasının müşahidə kameralarının qeydə aldığı videogörüntülərə baxış zamanı sensor-lazer üsulu ilə işləməsinə baxmayaraq giriş qapısının iki nəfər şəxs tərəfindən naməlum əşya ilə güc tətbiq etməklə açılması, kassadan nağd pulun, içərisində pul olan pul kisəsinin və markası məlum olmayan bir ədəd mobil telefonun oğurlanması müəyyən olunmuş, baxışda iştirak edən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs videogörüntüdəki şəxslərdən birinin özü, digər şəxsin isə X24 olduğunu təsdiq etmişdir (2ci cild, iş vərəqi 32 və 106-107). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon X30 Şöbəsinin tərtib etdiyi 2019-cu il 05 iyul tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi bir ədəd «Samsung Duos» markalı mobil telefon götürülmüşdür (2-ci cild, iş vərəqi 72-73). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon X30 Şöbəsinin tərtib etdiyi 2019-cu il 05 iyul tarixli protokoldan görünür ki, «Ev Femiya» məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi Nümayəndə2 təqdim edilən telefonlardan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 99 ünvanındakı «Karaca» mağazasından oğurlanmış «Samsung Duos» markalı mobil telefonu tanımışdır (2-ci cild, iş vərəqi 93). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon X30 Şöbəsinin tərtib etdiyi 2019-cu il 05 iyul tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 2019-cu il iyunun 24-də saat 23 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 99 ünvanındakı «Karaca» mağazasından X24 ilə birlikdə oğurluq etdiyini bildirməklə ifadəsini təsdiq etmişdir (2-ci cild, iş vərəqi 102-104). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin tərtib etdiyi 2019-cu il 16 may tarixli protokollardan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, 53 ünvanındakı «Bala» uşaq geyim mağazasına baxış vaxtı giriş qapısının sındırılması, oradan «Kanon» markalı fotoaparatın oğurlanması müəyyən olunmuş, müşahidə kameralarının qeydə aldığı hadisənin videogörüntüləri olan bir ədəd CD diski və fotocədvəllər protokollara əlavə edilmişdir (2-ci cild, iş vərəqi 126-128 və 130-131). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon X30 Şöbəsinin tərtib etdiyi 2019-cu il 19 may tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, 53 ünvanındakı «Bala» uşaq geyim mağazasında baş verən oğurluq hadisəsi ilə əlaqədar bir ədəd «Nikon» markalı fotoaparata və onun çantasına baxış keçirilərkən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 çantanın üzərindəki ağ xətt zolaqlarını, fotoaparatın obyektivinin sağ tərəfindəki qırmızı zolağı göstərərək fotoaparatın ona məxsus olduğunu bildirmişdir (2-ci cild, iş vərəqi 200-201). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin tərtib etdiyi 2019-cu il 16 yanvar tarixli protokollardan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəmov küçəsi, 55 ünvanındakı «Cotta» kafesinə və qeydə alındığı hadisənin videogörüntüyə baxış keçirilərkən 2019-cu il yanvarın 16-da saat 2257 radələrində bir nəfər naməlum şəxsin kafeyə daxil olub bir neçə saqqız, içki, şokolad və bir ədəd televizor oğurlaması, saat 2301-də kafeni tərk etməsi müəyyən olunmuş, hadisə yerindən əl-barmaq izləri götürülmüş, bir ədəd CD diski və fotocədvəllərin kserosurətləri müvafiq protokollara əlavə edilmişdir (2-ci cild, iş vərəqi 227-230 və 232). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 2019-cu il 28 yanvar tarixli 011-830-1219 №-li məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəmov küçəsi, 55 ünvanındakı «Cotta» cafesində baş verən oğurluq faktı ilə bağlı əl-barmaq izlərindən dörd ədədinin yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs sol əlinin şəhadət, orta və adsız (iki dəfə) barmaqları vasitəsilə qoyulması müəyyən olunmuş, çıxarış məktuba əlavə edilmişdir (2-ci cild, iş vərəqi 234-236). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin tərtib etdiyi 2018-ci il 21 noyabr və Bakı şəhəri Nəsimi Rayon X30 Şöbəsinin tərtib etdiyi 2019-cu il 08 yanvar tarixli protokollardan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 41 ünvanındakı «Emin Telekom» mobil telefon dükanına və qeydə alındığı hadisənin videogörüntüyə baxış keçirilərkən 2018-ci il noyabrın 21-də saat 0112-də qara şalvarlı, qara gödəkcəli, başında papaq olan orta boylu şəxsin mağazaya yaxınlaşıb qapını açmağa çalışması, kənarda isə boz gödəkcəli, qara şalvarlı, orta boylu oğlanın gözləməsi, qapını açdıqdan sonra içəri daxil olaraq dükandan 30-40 ədəd müxtəlif markalı mobil telefonların oğurlanması, 0122-də oradan çıxmaları müəyyən olunmuş, baxışda iştirak edən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs videogörüntüdəki şəxslərdən birinin özü, digər şəxsin Fərid adlı şəxs olduğunu təsdiq etmiş, oğurladıqları telefonları və qara gödəkcəni satdıqlarını bildirmiş, bir ədəd CD diski və fotoşəkillərin kserosurətləri müvafiq protokollara əlavə edilmişdir (3-cü cild, iş vərəqi 12-16 və 79). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon X30 Şöbəsinin tərtib etdiyi 2019-cu il 22 yanvar tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanan yetkinlik yaşına çatmayan şahid Təqsirləndirilən şəxs Fərid adlı şəxs ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 41 ünvanında yerləşən «Emin Telekom» mobil telefon mağazasından telefonları və qara gödəkcəni oğurladıqlarını bildirməklə ifadəsini təsdiq etmiş, fotocədvəl protokola əlavə olunmuşdur (3-cü cild, iş vərəqi 86-88). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 30 yanvar tarixli 690 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən mobil telefonların və gödəkcənin istifadədə olması nəzərə alınmaqla 2018-ci ilin dekabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 860 manat müəyyən olunmuşdur, ekspertiza tədqiqatının dəyəri 50 manatdır (3-cü cild, iş vərəqi 115-117). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin tərtib etdiyi 2018-ci il 09 dekabr tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 10 «b» ünvanında yerləşən «Zoluşka» dükanına baxış keçirilərkən dükandakı kassanın açıq və dağınıq halda olması müəyyən olunmuş, hadisə yerindən 17 ədəd əl-barmaq izi götürülmüş, fotocədvəl protokola əlavə edilmişdir (3-cü cild, iş vərəqi 135). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 2018-ci il 15 dekabr tarixli 011-8703-1218 №-li məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 104 «b» ünvanındakı «Zoluşka» mağazasında baş verən oğurluq faktı ilə bağlı əl-barmaq izləri ADİS məlumat bazasındakı şəxslərin əl əksləri ilə eynilik təşkil etməmiş, içərisində əl izləri olan zərf məktuba əlavə olunmuşdur (3-cü cild, iş vərəqi 168-169). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2018-ci il 25 dekabr tarixli 32822 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən 88 adda ətirlərin, saç və dodaq boyalarının və sair kimi təzə vəziyyətdəki əşyaların 2018-ci ilin dekabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 5.720 manat müəyyən olunmuşdur, ekspertiza tədqiqatının dəyəri 50 manatdır (3-cü cild, iş vərəqi 174-179). İş materiallarında olan qəbzdən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10 ona məxsus 10 ədəd telefonu və bir ədəd gödəkcəni təhvil almışdır (3-cü cild, iş vərəqi 182). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 18 aprel tarixli 9540 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd «Samsung» markalı «SM-A500H/DS» modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olmasını nəzərə alaraq 2018-ci ilin noyabr ayına orta bazar qiyməti təxminən 150 manat müəyyən olunmuşdur, ekspertiza tədqiqatının dəyəri 50 manatdır (4-cü cild, iş vərəqi 16-17). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin tərtib etdiyi 2018-ci il 31 iyul tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 56 ünvanındakı «Croco» gül dükanına baxış keçirilərkən «Toshiba» markalı noutbukun oğurlanması ilə əlaqədar hadisə yerindən üç ədəd əl-barmaq izi götürülmüş, fotocədvəl protokola əlavə edilmişdir (4-cü cild, iş vərəqi 37-39). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon X30 Şöbəsinin tərtib etdiyi 2019-cu il 21 mart tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanan yetkinlik yaşına çatmayan şahid Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 56 ünvanındakı «Croco» gül mağazasından bir ədəd noutbuku və onun naqillərini oğurladığını bildirməklə ifadəsini təsdiq etmiş, fotocədvəl protokola əlavə olunmuşdur (4cü cild, iş vərəqi 73-76). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 09 aprel tarixli 8098 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən 1 saylı daktilolentin səthindəki əl-barmaq izinin Təqsirləndirilən şəxs sağ əlinin böyük barmağının, 2 saylı daktilolentin səthindəki əl-barmaq izinin isə sonuncunun sağ əlinin adsız barmağının dırnaq falanqasından toxunma nəticəsində qalması müəyyən olunmuşdur, ekspertiza tədqiqatının dəyəri 227,16 manatdır (4-cü cild, iş vərəqi 102-108). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin tərtib etdiyi 2018-ci il 13 noyabr, habelə Bakı şəhəri Nəsimi Rayon X30 Şöbəsinin tərtib etdiyi 2019-cu il 21 yanvar və 2019-cu il 02 may tarixli protokollardan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 50 «a» ünvanında yerləşən «Cake House» şirniyyat evinə və qeydə alındığı hadisənin videogörüntüyə baxış keçirilərkən birinin əynində qara köynək və qara şalvar, digərində tünd paltar və başında papaq olan iki nəfər şəxsin şirniyyat evinin içərəsindəki kassa aparatınında və masada axtarış aparması, oradan 230 manat nağd pulun oğurlanması müəyyən olunmuş, baxışda iştirak edən yetkinlik yaşına çatmayan şahid Təqsirləndirilən şəxs videogörüntüdəki şəxslərdən birinin özü, başqa şəxsin Rəhman adlı şəxs olduğunu təsdiq etmiş, hadisə yerindən əl-barmaq izləri götürülmüş, bir ədəd CD diski və fotoşəkillərin kserosurətləri müvafiq protokollara əlavə edilmişdir (4-cü cild, iş vərəqi 126-128, 140 və 154). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon X30 Şöbəsinin tərtib etdiyi 2019-cu il 02 may tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanan yetkinlik yaşına çatmayan şahid Təqsirləndirilən şəxs Rəhman adlı şəxslə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 50 «a» ünvanındakı «Cake House» şirniyyat mağazasından 200 manatdan bir az artıq məbləğdə nağd pulu oğurladıqlarını bildirməklə ifadəsini təsdiq etmiş, fotocədvəl protokola əlavə olunmuşdur (4-cü cild, iş vərəqi 155-159). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin tərtib etdiyi 2019-cu il 19 may tarixli protokollardan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 166 «c» ünvanında yerləşən «Daskalidas» və «Penti» mağazalarına və qeydə alındığı hadisənin videogörüntüyə baxış keçirilərkən üç nəfər naməlum şəxsin mağazaların qarşısına gəlib birinin orada dayanmaqla ikisinin içəri daxil olaraq kassadan pulu oğurlaması müəyyən olunmuş, hadisə yerindən əl-barmaq izləri götürülmüş, bir ədəd CD diski və fotocədvəl müvafiq protokollara əlavə edilmişdir (5-ci cild, iş vərəqi 22-28). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 2019-cu il 28 may tarixli 011-4412-1219 №-li məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 166 «c» ünvanındakı «Daskalidas» mağazasında baş verən oğurluq faktı ilə bağlı əl-barmaq izlərindən bir ədədinin yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs sol əlinin şəhadət barmağı vasitəsilə qoyulması müəyyən olunmuş, çıxarış məktuba əlavə edilmişdir (5-ci cild, iş vərəqi 48-49). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin tərtib etdiyi 2019-cu il 19 may tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 59 ünvanında Zərərçəkmiş şəxs1 idarə etdiyi **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən sağ yan şüşəsinin naməlum şəxs(lər) tərəfindən sındırılaraq əl çantasının oğurlanması müəyyən olunmuş, fotocədvəl protokola əlavə edilmişdir (5-ci cild, iş vərəqi 119-121). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon X30 Şöbəsinin tərtib etdiyi 2019-cu il 05 iyun tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 59 ünvanında **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan şüşəsini qırıb içərisində şəxsiyyət vəsiqəsi, bank kartları, 420 manat və 500 ABŞ dolları nağd pul olan əl çantasını oğurladığını bildirməklə ifadəsini təsdiq etmiş, fotocədvəl protokola əlavə olunmuşdur (5-ci cild, iş vərəqi 152-157). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin tərtib etdiyi 2019-cu il 05 iyul tarixli protokollardan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi, 2 «a» ünvanındakı «İncir Lounge» kafesinə və qeydə alındığı hadisənin videogörüntüyə baxış keçirilərkən oradan iki ədəd mobil telefonun və musiqi avadanlığının oğurlanması müəyyən olunmuş, 2019-cu il iyulun 02-də saat 06:25:56-da başlarında papaq olan iki naməlum nəfər şəxsin kafedən çıxması, birinin əlində qara rəngli bağlama olması və küçədə onlara bir nəfər şəxsin də qoşulması müəyyən olunmuş, bir ədəd CD diski və fotocədvəl müvafiq protokollara əlavə edilmişdir (5-ci cild, iş vərəqi 179-183). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin tərtib etdiyi 2019-cu il 09 iyul tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təqdim etdiyi, Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi, 2 «a» ünvanındakı «İncir Lounge» kafesindən oğurlaan bir ədəd qara rəngli üzərində «Pioneer DJ» yazısı olan musiqi səsləndirən avadanlıq maddi sübut kimi götürülmüş, fotocədvəl protokola əlavə edilmişdir (5-ci cild, iş vərəqi 188-189). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin tərtib etdiyi 2019-cu il 26 iyul tarixli protokollardan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi, ev 72, mənzil 113 ünvanındakı «Farfor Evi» mağazasına və qeydə alındığı hadisənin videogörüntüyə baxış keçirilərkən oradan bir ədəd «İphone 5S» markalı mobil telefonun oğurlanması, 2019-cu il iyulun 26-da saat 07:23:00-dan 07:30:50dək olan müddətdə bir nəfər orta boylu qara saçlı əynində göy cins şalvar və tünd rəngli gödəkcə olan naməlum şəxsin içəri daxil olub kassaya yaxınlaşması, anbar otağına girərək açıq vəziyyətdəki seyfə baxması və mağazadan çıxması müəyyən olunmuş, hadisə yerindən əl-barmaq izləri götürülmüş, bir ədəd CD diski fotocədvəl müvafiq protokollara əlavə edilmişdir (6-cı cild, iş vərəqi 23-26 və 30-31). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 2019-cu il 13 avqust tarixli 011-7074-1219 №-li məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi, ev 72, mənzil 113 ünvanındakı «Farfor Evi» mağazasında baş verən oğurluq faktı ilə bağlı əl-barmaq izlərindən bir ədədinin yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs sol əlinin böyük barmağı vasitəsilə qoyulması müəyyən olunmuş, çıxarış məktuba əlavə edilmişdir (6-cı cild, iş vərəqi 36-37). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon X30 Şöbəsinin tərtib etdiyi 2019-cu il 11 iyun tarixli protokollardan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 36 və Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 54 ünvanındakı «Fresh Zərərçəkmiş şəxs16» mağazalarına baxış keçirilərkən naməlum şəxs(lər) tərəfindən müvafiq qaydada 758 manat və 382,70 manat nağd pulun oğurlanması müəyyən olunmuş, hadisə yerindən əl-barmaq izləri götürülmüş, fotoşəkillərin kserosurətləri protokollara əlavə edilmişdir (6-cı cild, iş vərəqi 95-101). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 2019-cu il 14 iyun tarixli 011-4909-1219 №-li məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 36 ünvanındakı «Fresh Zərərçəkmiş şəxs16» mağazasında baş verən oğurluq faktı ilə bağlı əl-barmaq izlərindən iki ədədinin yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs sol və sağ əlinin böyük barmaqları vasitəsilə qoyulması müəyyən olunmuş, çıxarış məktuba əlavə edilmişdir (6-cı cild, iş vərəqi 103-104). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 01 iyul tarixli 14726 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd Tayland istehsallı «Nikon» markalı D3100 modelli, üzərində «AF-S Nikkor» markalı 18-55 mm-lik linza olan fotoaparatın 2019-cu ilin may ayına orta bazar qiyməti təxminən 250 manat, «Nikon» markalı D3100 modelli fotoaparatın çantasının müəyyən orta bazar qiyməti təxminən 10 manat müəyyən olunmuşdur, ekspertiza tədqiqatının dəyəri 50 manatdır (6-cı cild, iş vərəqi 173-174). İş materiallarında olan 2019-cu il 02 iyul tarixli qəbzdən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 bir ədəd «Nikon» markalı D3100 modelli fotoaparatı, bir ədəd qara rəngli fotoaparat çantasını və bir ədəd «AF-S Nikkor» markalı 18-55 mm-lik linzanı təhvil almışdır (6-cı cild, iş vərəqi 180). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 26 iyul tarixli 18097 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən arxa korpusu və ekran hissəsi zədəli bir ədəd «Samsung» markalı «GT-E2232» modelli mobil telefonun satış üçün komplektləşdirilməsinə aid aksesuarların olmaması, işlənmə dərəcəsi nəzərə alınmaqla 2019-cu ilin iyun ayına orta bazar qiyməti təxminən 10 manat müəyyən olunmuşdur, ekspertiza tədqiqatının dəyəri 50 manatdır (6-cı cild, iş vərəqi 182-183). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 2019-cu il 31 iyul tarixli 19/305R №-li ekspert rəyindən görünür ki, «Ev Femiya» məhdud məsuliyyətli cəmiyyətinə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 99 ünvanındakı «Karaca» mağazasında baş verən oğurluq faktı ilə bağlı əl-barmaq izlərindən iki ədədinin yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs sol əlinin böyük və çeçələ barmaqları vasitəsilə qoyulması müəyyən olunmuşdur (6-cı cild, iş vərəqi 185-194). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon X30 Şöbəsinin 2019-cu il 29 oktyabr tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci, 177.2.2.-ci, 177.2.3.-cü, 177.2.4.-cü, 181.2.3.-cü və 181.2.5.-ci maddələri ilə nəzərdə tutulan ittiham elan olunmuşdur (6-cı cild, iş vərəqi 227-231). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X3 kompleks ambulator məhkəmə-psixiatrik ekspertizasına dair 2019-cu il 28 avqust tarixli 1615 saylı ekspert rəyindən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilmiş; müayinə zamanı və ittiham olunduğu əməl dövründə onda hər hansı bir psixi xəstəliyin əlamətləri və psixi fəaliyyətin müvəqqəti pozulması aşkar edilməmiş, sonuncu həmin müddətdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur, buna görə o, törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur (7-ci cild, iş vərəqi 28-29). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamasına dair 2019-cu il 28 avqust tarixli 2048 saylı rəyindən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmaqla yaş həddi ilə əlaqədar ona məcburi müalicə tətbiq edilməsi mümkün deyildir, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (7-ci cild, iş vərəqi 30-31). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 2019-cu il 08 noyabr tarixli 19/436R №-li ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 166 «c» ünvanındakı «Daskalidas» mağazasında baş verən oğurluq faktı ilə bağlı əl-barmaq izlərindən bir ədədinin yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs sol əlinin şəhadət barmağı vasitəsilə qoyulması müəyyən olunmuşdur (7-ci cild, iş vərəqi 41-48). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 2019-cu il 11 noyabr tarixli 19/437R №-li ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 53 «g» ünvanındakı «Güloğlu» şirniyyat evində baş verən oğurluq faktı ilə bağlı əl-barmaq izlərindən dörd ədədinin yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs sağ əlinin böyük (iki dəfə) və sol əlinin böyük (iki dəfə) barmaqları vasitəsilə qoyulması müəyyən olunmuş olunmuşdur (7-ci cild, iş vərəqi 50-61). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 2019-cu il 08 noyabr tarixli 19/434R №-li ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, 54 ünvanındakı «Second Cup» kafesində baş verən oğurluq faktı ilə bağlı əl-barmaq izlərindən iki ədədinin və bir ədəd ovuc izinin yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs sağ əlinin çeçələ və sol əlinin orta barmaqları vasitəsilə qoyulması müəyyən olunmuşdur (7-ci cild, iş vərəqi 63-74). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 17 sentyabr tarixli 23507 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd Malaziya istehsallı «Pioneer DJ» markalı DDJ-SB2 DJ aparatının 2019-cu ilin iyul ayına orta bazar qiyməti təxminən 400 manat müəyyən olunmuşdur, ekspertiza tədqiqatının dəyəri 50 manatdır (7-ci cild, iş vərəqi 76- 77). İş materiallarında olan 2019-cu il 18 dekabr tarixli qəbzdən görünür ki, zərər çəkmiş şəxs X19 bir ədəd DJ aparatını təhvil almışdır (7-ci cild, iş vərəqi 78). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 2019-cu il 06 noyabr tarixli 19/432R №-li ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi, ev 72, mənzil 113 ünvanındakı «Farfor Evi» mağazasında baş verən oğurluq faktı ilə bağlı əl-barmaq izlərindən bir ədədinin yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs sol əlinin böyük barmağı vasitəsilə qoyulması müəyyən olunmuşdur (7-ci cild, iş vərəqi 80-88). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 08 noyabr tarixli 27721 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd «İphone» markalı «A1586» modelli mobil telefonun satış üçün komplektləşdirilməsinə aid aksesuarların olmaması və istifadədə olması nəzərə alınaraq orta bazar qiyməti təxminən 200 manat müəyyən olunmuşdur, ekspertiza tədqiqatının dəyəri 50 manatdır (7-ci cild, iş vərəqi 90-91). İş materiallarında olan qəbzdən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 «İphone 6» markalı mobil telefonu təhvil almışdır (7-ci cild, iş vərəqi 157). İş materiallarındakı Bakı Şəhər Baş X30 və Təhqiqat X21in İstintaqı Şöbəsinin tərtib etdiyi 2020-ci il 04 fevral tarixli protokoldan görünür ki, CD disklərinə baxış vaxtı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 2018-ci il noyabrın 13-də, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 50 «a» ünvanında yerləşən «Cake House» şirniyyat evində, 2018-ci il noyabrın 20-də Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 41 ünvanındakı «Emin Telekom» telefon mağazasında, 2018-ci il dekabrın 20-də Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi, 18 ünvanındakı «S-Shop» mağazasından, 2019-cu il yanvarın 16-da Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 55 ünvanındakı «Cotta» kafesində, 2019-cu il mayın 16-da Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, 53 ünvanındakı «Bala» uşaq geyimləri mağazasında, 2019-cu il mayın 19-da Zərərçəkmiş şəxs17nə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 166 «c» ünvanındakı «Daskalidas» mağazasında, 2019-cu il iyunun 22-də «Ev Femiya» məhdud məsuliyyətli cəmiyyətinə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 99 ünvanında yerləşən «Karaca» mağazasında, 2019-cu il iyulun 02-də Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi, 2 «a» ünvanındakı «İncir Lounge» mağazasında, 2019-cu il iyulun 26da Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi, ev 72, mənzil 113 ünvanındakı «Farfor Evi» mağazasında baş verən cinayət hadisələri ilə bağlı videomüşahidə kameralarının görüntülərindəki şəxsin özü olduğunu təsdiqləmişdir (7-ci cild, iş vərəqi 213-218). İş materiallarında olan Bakı Şəhər Baş X30 və Təhqiqat X21in İstintaqı Şöbəsinin 2020-ci il 05 fevral tarixli sübutların qiymətləndirilməsi və təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cinayət əməlləri Azərbaycan Respublikasının CMnin 177.2.1.-ci, 177.2.2.-ci, 177.2.3.-cü, 177.2.4.-cü, 181.2.2.-ci, 181.2.3.-cü və 181.2.5.-ci maddələrindən bu Məcəllənin 177.2.1.-ci, 177.2.2.-ci, 177.2.3.-cü, 177.2.4.-cü, 181.2.2.-ci, 181.2.3.-cü, 181.2.5.-ci və 326.2.-ci maddələrinə tövsif edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan olunmuş; əməllərində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.5.-ci, 180.2.1.-ci, 180.2.3.-cü, 186-cı və 326.1.ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş; istintaq zamanı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd «X37 3», bir ədəd «İphone 4S», bir ədəd «LG» və bir ədəd «Samsung S4», bir ədəd «Samsung» markalı mobil telefonlar, bir ədəd «Pioner DJ» markalı musiqi səsləndirici aparat, iki ədəd «Vert Delice», bir ədəd «Pure», iki ədəd «Beautific», iki ədəd «Once Upon A Time», bir ədəd «So Dupont», bir ədəd «Gucci Guilty», bir ədəd «Play Givenchy», bir ədəd «Miss Dior», bir ədəd «X38», bir ədəd «X48», bir ədəd «YSL», bir ədəd «Guerlain Paris», bir ədəd «Explore Woman», bir ədəd «X45», üç ədəd «Estee Lauder», bir ədəd «Lacoste», bir ədəd «Eclat», bir ədəd «Carolina Herrera 212 Men», bir ədəd «Azzaro», bir ədəd «Givenchy», bir ədəd «Davidoff Champion», bir ədəd «X35», üç ədəd «İssey Miyake», bir ədəd «Dior Homme», bir ədəd «Salvatore Ferragamo», bir ədəd «Hugo Boss», bir ədəd «Lacoste Challenge», bir ədəd «X39», bir ədəd «Dolce & Gabbana», bir ədəd «Dupont», bir ədəd «Pure Girl», bir ədəd «X42», bir ədəd «Guerlain», bir ədəd «X40 Paradise», bir ədəd «Elie Saab», bir ədəd «Angel Schlesser», bir ədəd «Molekule 01», bir ədəd «X46 Blonde», bir ədəd «Femme», bir ədəd «X41», bir ədəd «Dolce & X47 Gentleman», bir ədəd «Notorious», bir ədəd «Givenchy İrresistible», bir ədəd «Ambre», bir ədəd «JR», bir ədəd «X45», bir ədəd «Kenzo», bir ədəd «S.T. Dupont», bir ədəd «Euphoria», bir ədəd «Lanvin», bir ədəd «İncanto», bir ədəd «Dolce & X47», bir ədəd «Diavolo», bir ədəd «Azzaro DB Decibel», bir ədəd «Zippo», bir ədəd «Blackberry», bir ədəd «Cerruti», bir ədəd «Feel Good», bir ədəd «İntense Man», bir ədəd «Pal Zirelli» markalı ətirlər, yeddi ədəd «Palette» markalı saç boyası, dörd ədəd «Kotex» markalı qadın bezi, bir ədəd kiçik ölçülü güzgü, beş ədəd pilka, iki ədəd «Glysolid» markalı krem, bir ədəd əl kremi, bir ədəd makiyaj üçün süngər, üç ədəd corab, bir ədəd kiprik, altı ədəd saç rezini, 14 ədəd müxtəlif markalı dodaq boyası, beş ədəd «Kylie» markalı dodaq boyası, doqquz ədəd «R.O.C.S» markalı diş pastası, bir ədəd «Jev» markalı pudra, 45 ədəd göz muncuğu, 10 ədəd «Morphe» markalı dodaq boyası, bir ədəd ayaqqabı üçün süngər, səkkiz ədəd altıdənəli saç rezini, 46 ədəd saç rezini, doqquz ədəd bədən üçün dezodorant, səkkiz ədəd dəmir qutudakı dezodorant, beş ədəd «Nivea» markalı dezodorant, beş ədəd «Kamil» markalı bədən üçün gel, 10 ədəd «Vatika», iki ədəd «Elidor», bir ədəd «Clear», bir ədəd «Fructis» markalı şampunlar, üç ədəd qutudakı «Baby Dry» markalı pampers, Şahid1 təqdim etdiyi bir ədəd «BlackBerry» və bir ədəd «Nokia», Şahid2 təqdim etdiyi bir ədəd «Samsung Galaxy S3», Şahid3 təqdim etdiyi iki ədəd «Nokia 515.2», Şahid4 təqdim etdiyi bir ədəd «Samsung Galaxy J 5», X5 təqdim etdiyi «İphone 6» markalı mobil telefonlar, X25 təqdim etdiyi Nikon D3100» markalı fotoaparatı bir ədəd çantası ilə birlikdə maddi sübut kimi tanınmaqla saxlanılmaq üçün sahiblərinə təhvil verilməsi nəzərə alınmış; cinayət işinin materiallarından X26 işlətdiyi Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 61 «c» ünvanındakı telefon və kompüter satışı mağazasından baş verən oğurluq hadisəsi ilə bağlı, həmçinin X14, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs və qeyriləri barəsində istintaq olunan digər oğurluq faktları ilə bağlı Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci, 177.2.2.-ci, 177.2.3.-cü, 180.2.1.-ci, 180.2.2.-ci və 180.2.3-cü maddələri ilə ayrıca icraata başqa cinayət işinin ayrılması; cinayət işinin materiallarından ayrılan cinayət işi üzrə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 50 manata «Acer» markalı noutbuku almış Röyal Firdovsi oğlu Əsədullayevin, Şahid1, Şahid2, Şahid3 və Şahid4 əməllərinə, X27, X28, X29, X20 və X15 məxsus avtomobillərin şüşələrinin sındırılması faktlarına hüquqi qiymət verilməsi; Nümayəndə4 zərər çəkmiş şəxsin nümayəndəsi, X11 zərər çəkmiş şəxs qismində cinayət prosesində iştirakına xitam verilməsi; cinayət təqibinin başlanması rədd edilən epizod üzrə material ayrılaraq saxlanılmaq üçün Bakı Şəhər Prokurorluğuna göndərilməsi qərara alınmışdır (7-ci cild, iş vərəqi 219-271). İş materiallarında olan 2020-ci il 25 fevral tarixli hesabatdan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X16 tərəfindən 150 iş saatı müddətində müdafiə olunmuşdur (7-ci cild, iş vərəqi 358). Məhkəməyə təqdim olunan 2020-ci il 31 avqust tarixli notariat qaydasında təsdiq olunmuş, 2020-ci il 28 sentyabr, 2020-ci il xx xxxxxx 2020-ci il 27 noyabr və 2021-ci il 11 fevral tarixli ərizələrdən, eləcə də daxil olan 2020-ci il 10 avqust, 2020-ci il 17 noyabr və 2020-ci il 18 noyabr tarixli teleqramlardan görünür ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs13, zərər çəkmiş şəxslər olan Zərərçəkmiş şəxs16 nümayəndəsi Nümayəndə3 və Zərərçəkmiş şəxs14 nümayəndəsi Nümayəndə1 Təqsirləndirilən şəxs qarşı heç bir şikayətləri, tələbləri və iddiaları yoxdur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci, 177.2.2.-ci, 177.2.3.-cü, 177.2.4.-cü, 181.2.2.-ci, 181.2.3.-cü, 181.2.5.-ci və 326.2.-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi, hərəkətlərində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci, 177.2.2.-ci, 177.2.3.-cü, 177.2.4.-cü, 181.2.2.-ci, 181.2.3.-cü, 181.2.5.ci və 326.2.-ci maddələri ilə düzgün tövsif etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ittiham edildiyi quldurluq cinayətinin törətməsində özünü qismən təqsirli bilməsinə, yəni Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov prospekti ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində fəaliyyət göstərən «X44 Shop» kafesindən oğurluq edəndən sonra hadisə yerindən maneəsiz çıxmaqdan ötrü giriş qapısını açdığı vinaçanı qarşısında saxlamaqla çıxıb gedəndə orada gecələyən kafenin işçisinin onun hərəkətlərindən qorxduğuna görə kənara çəkilərkən əllərini havaya qaldırması barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4, zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə1, müvafiq videogörüntü ilə və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla özünü ağırlaşdırıcı hallarla quldurluq törətdiyinə görə cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. Məhkəmə Bakı şəhəri Nəsimi Rayon X30 Şöbəsinin tərtib etdiyi, işin 1-ci cildinin 85ci səhifəsində olan Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında 2019cu il 29 iyul (əslində 28 iyul) tarixli protokoldakı, Bakı Şəhər Baş X30 və Təhqiqat X21in İstintaqı Şöbəsinin tərtib etdiyi 2020-ci il 04 fevral tarixli protokolda istinad etdiyi oğurluq hadisələrinin 2018-ci il noyabrın 20-də (əslində 21-də) və 2019-cu il iyunun 22-də (əslində 24-də) gün fərqlərini texniki səhv kimi qiymətləndirir; zərər çəkmiş şəxslərə vurulmuş ziyanla bağlı talanan əşyaların növünü, sayını və dəyərini ekspertlər tərəfindən müəyyən edilən qiymətlər və istintaqın gəldiyi nəticələr ilə əsas tutur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, sonuncunun tam və qismən etirafedici ifadələri ilə yanaşı zərər çəkmiş şəxslərin, onların nümayəndələrinin və şahidlərin ifadələri, eləcə də məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş zərər çəkmiş şəxslərin və şahidin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, habelə iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs cinayətləri yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, zərər çəkmiş şəxslərin bir qismi ilə barışıq əldə etməsinin, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsinin işdə cəzanı yüngülləşdirən hallar olduğunu nəzərə almaqla ilk məhkumluğunu, gənc olmasını, ailə vəziyyətini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 75-ci maddəsinə görə, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikasının CM-nin 91-ci maddəsinə görə, yetkinlik yaşına çatmayanlar cinayət məsuliyyətindən və ya cəza çəkməkdən azad edilərkən, həmin Məcəllənin 75-ci və 80-ci maddələrində müəyyən edilmiş müddətlər yarıbayarı azaldılır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 326.2.-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb olunmasına əsas verən əməl 2019-cu il mayın 19-da törədilmiş, hazırda cinayətin törədildiyi gündən bir ildən çox vaxt keçmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməkdə təqsirli olması sübuta yetirildiyindən o, Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci, 177.2.2.-ci, 177.2.3.-cü, 177.2.4.-cü, 181.2.2.-ci, 181.2.3.-cü, 181.2.5.-ci və 326.2.-ci maddələri ilə tövsif edilən cinayət əməllərini törətdiyinə görə təqsirli bilinib Azərbaycan Respublikasının CM-nin 326.2.-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlindən artıq 01 (bir) il ötməklə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməməli, Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci, 177.2.2.-ci, 177.2.3.-cü, 177.2.4.-cü, 181.2.2.-ci, 181.2.3.-cü və 181.2.5.-ci maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdırlar. Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsinə uyğun olaraq, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə iş üzrə cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hallar hesab edərək haqqında Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq edilib Təqsirləndirilən şəxs həmin Məcəllənin 181.2.2.-ci, 181.2.3.-cü və 181.2.5.-ci maddələrinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin olunmaqla onun islah edilməsini və sosial ədalətin bərpasına nail olunmasını mümkün sayır. Azərbaycan Respublikasının CM-nin 85.5.-ci maddəsinə görə, yetkinlik yaşına çatmayan məhkumlara azadlıqdan məhrumetmə cəzası on ildən çox olmayan müddətə təyin edilir. «Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-ci il 28 iyun tarixli 2 saylı Qərarının 12-ci bəndində göstərilir ki, yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət (o cümlədən, xüsusilə ağır cinayət) törətmiş şəxs hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə, ehtiyatsızlıqdan cinayət törətməyə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə isə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı dövrdə törətdiyi ağır cinayətə görə hökm çıxarılan vaxt yetkinlik yaşına çatdığı üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, məcburi-narkoloji tibbi yoxlamasının nəticələrinə əsasən Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmamalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikasının CPM-nin 180.2.-ci maddəsinin tələblərinə əsasən, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində vurulan maddi ziyan ilə əlaqədar məsələni müzakirə edərək hesab edir ki, iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs10, Ramil Mikayıl oğlu Mikayılov, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5, zərər çəkmiş şəxs olan Zərərçəkmiş şəxs17 nümayəndəsi Nümayəndə5 və «Ev Femiya» məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi Nümayəndə2 cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək dəyən maddi ziyanla bağlı mülki iddia vermədiklərindən onlara Azərbaycan Respublikasının CPM-nin 180.2.-ci maddəsində nəzərdə tutulan mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədıyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilən həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Pərviz Aqil oğlu Ağayevin, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7, zərər çəkmiş şəxslər olan Zərərçəkmiş şəxs16 nümayəndəsi Nümayəndə3 və Zərərçəkmiş şəxs14 nümayəndəsi Nümayəndə1 Təqsirləndirilən şəxs qarşı heç bir şikayətlərinin, tələblərinin və iddialarının olmadığını, sonuncunun zərər çəkmiş şəxslərin bir qisminə maddi ziyanın natura şəklində ödəməsini nəzərə alır. Məhkəmə hesab edir ki, istintaq zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd «X37 3», bir ədəd «İphone 4S», bir ədəd «LG» və bir ədəd «Samsung S4», bir ədəd «Samsung» markalı mobil telefonlar, bir ədəd «Pioner DJ» markalı musiqi səsləndirici aparat, iki ədəd «Vert Delice», bir ədəd «Pure», iki ədəd «Beautific», iki ədəd «Once Upon A Time», bir ədəd «So Dupont», bir ədəd «Gucci Guilty», bir ədəd «Play Givenchy», bir ədəd «Miss Dior», bir ədəd «X38», bir ədəd «X48», bir ədəd «YSL», bir ədəd «Guerlain Paris», bir ədəd «Explore Woman», bir ədəd «X45», üç ədəd «Estee Lauder», bir ədəd «Lacoste», bir ədəd «Eclat», bir ədəd «Carolina Herrera 212 Men», bir ədəd «Azzaro», bir ədəd «Givenchy», bir ədəd «Davidoff Champion», bir ədəd «X35», üç ədəd «İssey Miyake», bir ədəd «Dior Homme», bir ədəd «Salvatore Ferragamo», bir ədəd «Hugo Boss», bir ədəd «Lacoste Challenge», bir ədəd «X39», bir ədəd «Dolce & Gabbana», bir ədəd «Dupont», bir ədəd «Pure Girl», bir ədəd «X42», bir ədəd «Guerlain», bir ədəd «X40 Paradise», bir ədəd «Elie Saab», bir ədəd «Angel Schlesser», bir ədəd «Molekule 01», bir ədəd «X46 Blonde», bir ədəd «Femme», bir ədəd «X41», bir ədəd «Dolce & X47 Gentleman», bir ədəd «Notorious», bir ədəd «Givenchy İrresistible», bir ədəd «Ambre», bir ədəd «JR», bir ədəd «X45», bir ədəd «Kenzo», bir ədəd «S.T. Dupont», bir ədəd «Euphoria», bir ədəd «Lanvin», bir ədəd «İncanto», bir ədəd «Dolce & X47», bir ədəd «Diavolo», bir ədəd «Azzaro DB Decibel», bir ədəd «Zippo», bir ədəd «Blackberry», bir ədəd «Cerruti», bir ədəd «Feel Good», bir ədəd «İntense Man», bir ədəd «Pal Zirelli» markalı ətirlər, yeddi ədəd «Palette» markalı saç boyası, dörd ədəd «Kotex» markalı qadın bezi, bir ədəd kiçik ölçülü güzgü, beş ədəd pilka, iki ədəd «Glysolid» markalı krem, bir ədəd əl kremi, bir ədəd makiyaj üçün süngər, üç ədəd corab, bir ədəd kiprik, altı ədəd saç rezini, 14 ədəd müxtəlif markalı dodaq boyası, beş ədəd «Kylie» markalı dodaq boyası, doqquz ədəd «R.O.C.S» markalı diş pastası, bir ədəd «Jev» markalı pudra, 45 ədəd göz muncuğu, 10 ədəd «Morphe» markalı dodaq boyası, bir ədəd ayaqqabı üçün süngər, səkkiz ədəd altıdənəli saç rezini, 46 ədəd saç rezini, doqquz ədəd bədən üçün dezodorant, səkkiz ədəd dəmir qutudakı dezodorant, beş ədəd «Nivea» markalı dezodorant, beş ədəd «Kamil» markalı bədən üçün gel, 10 ədəd «Vatika», iki ədəd «Elidor», bir ədəd «Clear», bir ədəd «Fructis» markalı şampunlar, üç ədəd qutudakı «Baby Dry» markalı pampers, Şahid1 təqdim etdiyi bir ədəd «BlackBerry» və bir ədəd «Nokia», Şahid2 təqdim etdiyi bir ədəd «Samsung Galaxy S3», Şahid3 təqdim etdiyi iki ədəd «Nokia 515.2», Şahid4 təqdim etdiyi bir ədəd «Samsung Galaxy J 5», X5 təqdim etdiyi «İphone 6» markalı mobil telefonlar, X25 təqdim etdiyi Nikon D3100» markalı fotoaparatı bir ədəd çantası ilə birlikdə iş üzrə maddi sübut kimi tanınmaqla saxlanılmaq üçün sahiblərinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri – 577,16 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəməyə təqdim olunan hesabatdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 56 iş saatı müddətində müdafiə olunmuşdur. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X9 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 900 manat, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 336 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2019-cu il iyulun 28-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci, 177.2.2.-ci, 177.2.3.-cü və 177.2.4.-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə, Azərbaycan Respublikasının CM-nin 181.2.2.-ci. 181.2.3.-cü və 181.2.5.-ci maddələri ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 326.2.-ci maddəsi ilə təqsirli bilinib cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməsin, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsi əsasında Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2019-cu il iyulun 28-dən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmasın, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində vurulan maddi ziyan ilə əlaqədar iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs10, Ramil Mikayıl oğlu Mikayılova, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5, zərər çəkmiş şəxs olan Zərərçəkmiş şəxs17 nümayəndəsi Nümayəndə5 və «Ev Femiya» məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi Nümayəndə2 mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilsin. İstintaq zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd «X37 3», bir ədəd «İphone 4S», bir ədəd «LG» və bir ədəd «Samsung S4», bir ədəd «Samsung» markalı mobil telefonlar, bir ədəd «Pioner DJ» markalı musiqi səsləndirici aparat, iki ədəd «Vert Delice», bir ədəd «Pure», iki ədəd «Beautific», iki ədəd «Once Upon A Time», bir ədəd «So Dupont», bir ədəd «Gucci Guilty», bir ədəd «Play Givenchy», bir ədəd «Miss Dior», bir ədəd «X38», bir ədəd «X48», bir ədəd «YSL», bir ədəd «Guerlain Paris», bir ədəd «Explore Woman», bir ədəd «X45», üç ədəd «Estee Lauder», bir ədəd «Lacoste», bir ədəd «Eclat», bir ədəd «Carolina Herrera 212 Men», bir ədəd «Azzaro», bir ədəd «Givenchy», bir ədəd «Davidoff Champion», bir ədəd «X35», üç ədəd «İssey Miyake», bir ədəd «Dior Homme», bir ədəd «Salvatore Ferragamo», bir ədəd «Hugo Boss», bir ədəd «Lacoste Challenge», bir ədəd «X39», bir ədəd «Dolce & Gabbana», bir ədəd «Dupont», bir ədəd «Pure Girl», bir ədəd «X42», bir ədəd «Guerlain», bir ədəd «X40 Paradise», bir ədəd «Elie Saab», bir ədəd «Angel Schlesser», bir ədəd «Molekule 01», bir ədəd «X46 Blonde», bir ədəd «Femme», bir ədəd «X41», bir ədəd «Dolce & X47 Gentleman», bir ədəd «Notorious», bir ədəd «Givenchy İrresistible», bir ədəd «Ambre», bir ədəd «JR», bir ədəd «X45», bir ədəd «Kenzo», bir ədəd «S.T. Dupont», bir ədəd «Euphoria», bir ədəd «Lanvin», bir ədəd «İncanto», bir ədəd «Dolce & X47», bir ədəd «Diavolo», bir ədəd «Azzaro DB Decibel», bir ədəd «Zippo», bir ədəd «Blackberry», bir ədəd «Cerruti», bir ədəd «Feel Good», bir ədəd «İntense Man», bir ədəd «Pal Zirelli» markalı ətirlər, yeddi ədəd «Palette» markalı saç boyası, dörd ədəd «Kotex» markalı qadın bezi, bir ədəd kiçik ölçülü güzgü, beş ədəd pilka, iki ədəd «Glysolid» markalı krem, bir ədəd əl kremi, bir ədəd makiyaj üçün süngər, üç ədəd corab, bir ədəd kiprik, altı ədəd saç rezini, 14 ədəd müxtəlif markalı dodaq boyası, beş ədəd «Kylie» markalı dodaq boyası, doqquz ədəd «R.O.C.S» markalı diş pastası, bir ədəd «Jev» markalı pudra, 45 ədəd göz muncuğu, 10 ədəd «Morphe» markalı dodaq boyası, bir ədəd ayaqqabı üçün süngər, səkkiz ədəd altıdənəli saç rezini, 46 ədəd saç rezini, doqquz ədəd bədən üçün dezodorant, səkkiz ədəd dəmir qutudakı dezodorant, beş ədəd «Nivea» markalı dezodorant, beş ədəd «Kamil» markalı bədən üçün gel, 10 ədəd «Vatika», iki ədəd «Elidor», bir ədəd «Clear», bir ədəd «Fructis» markalı şampunlar, üç ədəd qutudakı «Baby Dry» markalı pampers, Şahid1 təqdim etdiyi bir ədəd «BlackBerry» və bir ədəd «Nokia», Şahid2 təqdim etdiyi bir ədəd «Samsung Galaxy S3», Şahid3 təqdim etdiyi iki ədəd «Nokia 515.2», Şahid4 təqdim etdiyi bir ədəd «Samsung Galaxy J 5», X5 təqdim etdiyi «İphone 6» markalı mobil telefonlar, X25 təqdim etdiyi Nikon D3100» markalı fotoaparatı bir ədəd çantası ilə birlikdə iş üzrə maddi sübut kimi tanınmaqla saxlanılmaq üçün sahiblərinə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X9 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 900 manat, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 336 manat köçürülsün. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri – 577,16 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar