Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-126/2022 18.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Ağdaş rayonu Ləki qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Zaqatala şəhəri, Sülh küçəsi, ev 5, mənzil 20-də qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Gənclər şəhərciyi, mənzil 23-də yaşamış, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni və qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni satış məqsədilə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Baba” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halmda cinayət əlaqəsinə girərək, 04 mart 2021-ci il tarixdə “Xırdalan dairəsi” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq ayrı-ayrılıqda təmiz çəkisi 1,440 qram, 0,690 qram, 0,439 qram, 0,455 qram, 0,415 qram, 0,419 qram, 0,358 qram və 0,183 qram olmaqla ümumilikdə təmiz çəkisi 4,399 qram təşkil edən 8 bükümdə külli miqdarda narkotik vasitə heroini, ayrı-ayrılıqda təmiz çəkisi 1,055 qram və 0,630 qram olmaqla ümumilikdə təmiz çəkisi 1,685 qram təşkil edən şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini, tərkibində şəxsi istehlak miqdarından artıq miqdarda metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram təşkil edən, üzərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutu kəsiklərində açıq-qəhvəyi rəngli “F/M 40” gösəricili 05 ədəd narkotik vasitə metodon həblərini, tərkibində tramadolun təsiredici maddəsinin ümumi miqdarı 0,05 qram təşkil edən 01 ədəd güclü təsir edən maddə olan tramadol həbini qanunsuz olaraq satış məqsədilə əldə edib özündə saxlamaqla daşımış, 07 mart 2021-ci il tarixdə saat 05:20-də Bakı şəhəri Nəsimi rayonu ünvan 1 ünvanın qarşısında olarkən özünü şübhəli apardığından Nəsimi RPİ-nin PPXB- nin əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi RPİ-nin 21-ci PB-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əlində olan üzərində «Bosch» yazısı olan əl çantasının içərisindəki qara rəngli dəri qabın içərisindən 08 ədəd şəffaf selofana bükülmüş, ümumi çəkisi 4,399 qram təşkil edən külli miqdarda narkotik vasitə heroin, 02 ədəd şəffaf selofana bükülmüş ümumi çəkisi 1,685 qram təşkil edən şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metafetamin, 01 ədəd şəffaf selofanda tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda 05 ədəd narkotik vasitə metodon həbləri, tərkibində tramadolun təsiredici maddəsinin ümumi miqdarı 0,05 qram təşkil edən 01 ədəd güclü təsir edən maddə olan tramadol həbi və narkotik vasitə və psixotrop maddələrin satışında istifadə etmək məqsədilə gəzdirdiyi, üzərində “Constant 14192-645C” yazısı olan işlək vəziyyətdə elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ittiham aktında olan ifadəsini təstiq etdiyini bildirmişdir. O, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ittiham aktında olan ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, təxminən bir il olar ki, narkotik vasitə heroindən və psixotrop maddə olan metamfetamindən çəkməklə istifadə edir. 2021-ci ilin fevral ayının sonlarında hal-hazırda xatırlamadığı sosial şəbəkədən istifadə edərkən İran İslam Respublikasının vətəndaşı Baba adlı şəxslə tanış olmuşdur. Bundan sonra istifadəsində olan «Samsung A21S» markalı üzərində ***-***-**-** saylı nömrə olan mobil telefonla İran İslam Respublikasının vətəndaşı Baba adlı şəxslə «Vhatsapp» sosial şəbəkəsi vasitəsi ilə danışmağa başlamışdır. Hal-hazırda Babanın istifadə etdiyi mobil telefon nömrəsini xatırlamır, sadəcə onu xatırlayır ki, X6 Respublikasına məxsus mobil telefon nömrəsi vasitəsi ilə onunla əlaqə saxlamışdır. Baba ilə söhbət zamanı Baba onun narkotik vasitədən istifadə etdiyini bildikdən sonra narkotik vasitənin satışı ilə məşğul olduğunu, ona narkotik vasitə sata biləcəyini bildirmiş, o əvvələr məhkum olduğu üçün iş tapa bilmirmiş, ailəsini dolandırmaq üçün narkotik vasitə satmaq qərarına gəlmişdir. İran İslam Respublikasının vətəndaşı «Baba» adlı şəxslə «Vhatsapp» sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamış, ondan narkotik vasitə heroin, metadon, psixotrop maddə metamfetamin və tramadol almaq istədiyini, həmin narkotik vasitələri satdıqdan sonra əldə etdiyi pulla ondan yenidən narkotik vasitələr alacağını demiş, Babada onunla razılaşmışdır. 04 mart 2021-ci il tarixdə saat 12 radələrində Baba onunla «Vhatsapp» sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayaraq bu gün ona narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və dərman preparatları satacağını, onun həmin narkotik vasitələrə görə 400 manat məbləğində pul ödəcəyini, daha sonra həmin narkotik vasitələri satdıqdan sonra əldə etdiyi qazancın bir qismini ona verəcəyini, onun isə yenidən ona narkotik vasitə satacağını və bu yollada onların pul qazanacaqlarını demiş, o da Baba ilə razılaşmışdır. Təxminən saat 16:30 radələrində Baba ilə «Vhatsapp» sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamış, Baba Xırdalan dairəsi yaxınlığında yerə narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və dərman preparatları qoyduğunu, mənim həmin əraziyə gedərək həmin kütlələri götürməsini demiş, bundan sonra o, Xırdalan dairəsi yaxınlığına getmiş, Babanın ona tərif etdiyi yerdən 8 ədəd şəffaf sellofana bükülmüş ümumi təmiz çəkisi təxminən 4 qramdan artıq olan narkotik vasitə heroini, 2 ədəd şəffaf sellofana bükülmüş ümumi təmiz çəkisi təxminən 2 qrama yaxın olan metafetamini, 5 ədəd metadonu və 1 ədəd tramadolu götürmüş, o da həmin narkotik vasitələrin müqabilində Babanın ona dediyi hal-hazırda xatırlamadığı hesab nömrəsinə 400 manat pul yükləmişdir. Babaya ondan aldığı narkotik vasitələri satdıqdan sonra əldə etdiyi pulun bir qismini ona verəcəyini, yerdə qalan qismini isə ondan əlavə narkotik vasitə alacağını demiş, Babada bu işlə məşğul olduqları halda gələcəkdə hər ikisinində pul qazana biləcəklərini demişdir. 07 mart 2021-ci il tarixdə təxminən saat 04 radələrində tanışları Şahid4 İxtiyar oğlu və Şahid3 ilə yaşadığı evin qarşısında görüşmüş, daha sonra Bəxtiyarın icarə əsasında idarə etdiyi «Ravon Nexia» markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər, avtomobili o idarə etmiş, Fatimə avtomobilin ön oturacağında, Bəxtiyar isə avtomobilin arxa oturacağında əyləşmişdir. Onlar avtomobillə təxminən 1 saat müddətində Bakı şəhəri ərazisində hərəkətdə olmuşlar, təxminən saat 05:20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində avtomobillə hərəkətdə olarkən avtomobildə texniki nasazlıq olduğundan o avtomobili saxlamışdır. Həmin vaxt iki nəfər polis əməkdaşı onlara yaxınlaşmışlar, özlərini onlara təqdim etmişlər, o bilmiş ki ona yaxınlaşan şəxslər polis əməkdaşlarıdır. Polis əməkdaşları onların hərəkətlərindən şübhələnərək 21-ci PB-yə dəvət etmişlər, onlarda 21-ci PB-yə getməyə etiraz etməmişlər, Nəsimi RPİ-nin PPXB-nin əməkdaşları ilə birlikdə polis bölməsinə getmişlər. Polis bölməsinin qarşısında olarkən polis əməkdaşları özlərinə məxsus əşyaları özləri ilə götürmələrini demiş, o da həmin vaxt əlində olan üzərində qırmızı yazılarla «Bosch» yazısı olan əl çantasını götürərək polis bölməsinə daxil olmuşdur. Həmin vaxt 8 bükümdə narkotik vasitə heroin, 2 bükümdə psixotrop maddə metafetamin, 5 ədəd narkotik vasitə metadon, 1 ədəd tramadol və üzərində «Constant»» yazısı yazılan elektron tərəzi əlindəki qara rəngli üzərində qırmızı yazılarla «Bosch» yazısı olan əl çantasının içərisində olmuşdur. Həmin elektron tərəzidən narkotik vasitələrin çəkisi çəkmək üçün istifadə etmişdir. O, polis əməkdaşları ilə birlikdə 21-ci PB-yə gəlmiş, orada xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, ona dövlət hesabına müdafiəçi təqdim edilməsini istəmiş, ona dövlət hesabına müdafiəçi təqdim edilmiş, daha sonra isə mütəxəssis dəvət edilmiş, video müşahidə altında, onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı polis əməkdaşları ona təklif etmiş ki, üzərində narkotik vasitə və hər hansı bir cinayət xakarterli əşya varsa təqdim etsin, o da polis əməkdaşlarına bildirmiş ki, o üzərində qırmızı yazılarla «Bosch» yazısı olan əl çantasının içərisindəki narkotik vasitələri, psixotrop maddələri və dərman preparatlarını onlara təqdim edə bilər. Sonra o üzərində qırmızı yazılarla «Bosch» yazısı olan əl çantasının içərisindəki dairəvi formada olan qabın içərisindən 8 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroİni, 2 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə olan metafetamini və «Bosch» yazısı olan əl çantasının içərisindəki sellofan torbada olan 5 ədəd narkotik vasitə «Metodon» dərman həbbini və 1 ədəd «Tramadol» dərman həbbini polis əməkdaşlarına təqdim etmişdir. Baxış keçirilən zamanı, həmin narkotik vasitə və psixotrop maddələr aşkar edilmiş və götürülmüşdür. Həmin üzərindən aşkar edilmiş kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, onun və digər iştirakçılar tərəfindən bağlamanın üzərisi imzalanmışdır. Həmin vaxtı onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən başqa cinayət xarakterli hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. İran İslam Respublikasının vətəndaşı Baba adlı şəxsin həmin narkotik vasitəni haradan əldə etməsi barədə məlumatı olmamış, o Baba ilə yalnız «vhatsapp» sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamış, X6 Respublikasına məxsus mobil telefon nömrəsi vasitəsi ilə onun əlaqə saxlamış, ona qarşı polis əməkdaşları və ya başqa bir şəxs tərəfindən heç kim heç bir psixi və ya fiziki zor tətbiq edilməmiş, heç bir hüququ pozulmamış, o həm fiziki, həm də psixi cəhətdən tam sağlamdır. O, narkotik vasitənin satışı işə məşğul olmaq istəmiş, məşğul olmaqda məqsədi özünün istifadə etdiyi narkotik vasitəni əldə etmək olmuş, o özü narkotik vasitə istifadə etdiyi üçün cuzi miqdarda narkotik vasitə satmış, əvvəllər narkotik vasitə və ya psixotrop maddə satmamış, «Baba» adlı şəxsdən başqa hər hansısa bir şəxsdən narkotik vasitə və ya psixotrop maddə almamış, polis əməkdaşları tərəfindən saxlanılan zaman onunla birgə olmuş Şahid4 İxtiyar oğlunun və Şahid3 üzərində, həmçinin avtomaşında hər-hansı bir əşyanın və ya maddənin olub- olmamasından, onların narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmalarından heç bir məlumatı olmamış, sadəcə Fatimə ilə söhbət zamanı onun narkotik vasitələrdən istifadə etməsindən məlumatı olmuşdur, lakin Fatimənin narkotik vasitələrin satışı ilə məşğul olmasından məlumatı olmamış, Fatimədən narkotik vasitəni haradan və necə əldə etdiyini soruşduqda Fatimə narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsdən aldığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin PPXB-nin polis nəfəri Şahid1 ifadəsində göstərdi ki, 2020-ci il tarixdən DİO-da və elə həmin tarixdən tutduğu vəzifədə xidmət edir. 07 mart 2021-ci il tarixdə saat 05:20 radələrində inzibati ərazinin 17 saylı patrul sektorunda yəni, Bakı şəhəri Nəsimi rayonu, ünvan 1 ünvanın qarşısında Nəsimi RPİ-nin PPXB-nin polis serjantı Şahid2 ilə birgə xidmət aparmışlar. Bu zaman həmin ünvanda “Ravon Nexia” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətsiz vəziyyətdə dayandığını görmüşlər, avtomobil yolun hərəkət hissəsində dayandığı üçün avtomobilin sürücüsünə yaxınlaşmışlar, özlərini təqdim etdikdən sonra əgər avtomobildə bir problem və yaxud da nasazlıq varsa bununla bağlı onlara köməklik göstərə biləcəklərini qeyd etmişlər. Bu zaman avtomobildə əyləşən şəxslərin nədənsə qorxduğunu və özlərini şübhəli apardıqlarını aşkar etmişlər. Onların hərəkətlərindən şübhələnib narkotik vasitənin təsiri altında olduqlarını düşünmüşlər. Bu səbəbdən də onların üzərinə şəxsi axtarış keçirilməsi üçün ərazi üzrə Nəsimi RPİ-nin 21-ci PB-nə dəvət etmişlər. Polis bölməsinin qarşısında olarkən onlar avtomobildə olan şəxslərə özlərinə məxsus olan əşyaları götürmələrini və polis bölməsinə daxil olmalarım bildirdikdə həmin şəxslərdə etiraz etməyərək özlərinə məxsus çantaları və qabı götürərək polis bölməsinə daxil olmuşar. Polis bölməsində müəyyən olunmuşdur ki, həmin şəxslər xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs, xx.xx.1997-ci il təvəllüdlü Şahid3, xx.xx.1990-ci il təvəllüdlü Şahid4 İxtiyar oğludur. Nəsimi RPİ-nin 21-ci PB- də Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, daha sonra isə dövlət hesabına müdafiəçi dəvət olunmuş, bölmədə xidməti otaqların birində mütəxəssis qismində dəvət olunmuş RPİ-nin KTQ-nun inspektor krimnalisti X1 iştirakı ilə video müşahidə altında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilərkən Təqsirləndirilən şəxs hər-hansı qeyri-qanuni əşyanı təqdim etməsi təklif edilmiş və sonuncu əlində olan qara rəngli, üzərində qırmızı hərflərlə “BOSCH” yazılmış dəri qabı masanın üzərinə qoymuş, daha sonra həmin qabın zəncirbəndini (zamokunu) açaraq içərisindən 1 ədəd dairəvi formada qara rəngli qabı çıxartmış, həmin qabm içərisində olan 08 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroini və şəffaf sellofana bükülmüş 02 ədəd bükümdə psixotrop maddə metamfetamini masanın üzərinə qoymuş, daha sonra “BOSCF1” yazılmış dəri qabm içərisindəki 1 ədəd şəffaf rəngli sellofan torbam çıxardaraq torbanın içərisində olan 05 ədəd “Methadone 40” dərman həblərini və 01 ədəd «Tramadol» dərman preparatını masanın üzərinə qoymuş, daha sonra “BOSCH” yazılmış dəri qabm içərisindəki 01 ədəd qara və narıncı rəngli üzərində “Constant 14192-645C” yazısı olan elektron tərəzini və 03 ədəd “Nar mobile və AzercelPə məxsus sim kartlar olan sellofanı masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cinsi şalvarının sağ yan cibindən 01 ədəd “Samsung A21S” markalı və sol yan cibindən isə 01 ədəd “Nokia” markalı mobil telefonları, arxa sağ yan cibindən isə qara rəngli içərisində özünə məxsus sürücülük vəsiqəsi, şəxsiyyətini təsdiq edən sənəd, 04 ədəd qəbz və 01 ədəd “Unibanka” məxsus üzərində **********288706 rəqəmi və MR.Aliyev Khayal yazılı “Albalı” pul kartı olan pul qabını masanın üzərinə qoymuşdur. Həmin maddə barədə sorğu sual edərkən Təqsirləndirilən şəxs 8 bükümdə olan maddənin narkotik vasitə heroin, 02 bükümdə olan maddənin psixotrop maddə metamfetamin, 05 ədəd dərman həbbinin «Metadon» və 01 ədəd dərman həbbinin isə «Tramadol» olduğunu və həmin heroini, metamfetamini və dərman həblərini satmaq məqsədi ilə 04 mart 2021-ci il tarixdə Xırdalan dairəsində İran İslam Respublikasının vətəndaşı «Baba» adlı şəxsdən 400 manata aldığını bildirmişdir. Daha sonra həmin bükümlər, dərman həbləri və elektron tərəzi təhqiqatçı tərəfindən həqiqətən də narkotik vasitə olmasının müəyyənləşdirilməsindən ötrü zərfə qoyularaq zərfin ağzı Nəsimi RPİ-nin 21-ci PB-nin zərflər üçün nəzərdə tutulmuş 189 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, protokol oxunduqdan sonra digər iştirakçılar kimi o da protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir.Təqsirləndirilən şəxs saxlanılarkən onlara qarşı müqavimət göstərməmiş, Təqsirləndirilən şəxs qarşı hər hansı qeyri qanuni hərəkətlkərə yol verilməmiş və ona fiziki zor göstərilməmişdir. Şahid qismində dindirilmiş Nəsimi RPİ-nin PPXB-nin polis nəfəri Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir Şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, icarə əsasında idarə etdiyi «Ravon Nexia» markalı, **- PL-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksiçilik fəaliyyəti ilə məşğul olur, 07 mart 2021-ci il tarixdə təxminən saat 04 radələrində tanışı Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək, onu idarə etdiyi avtomobillə istədiyi yerə aparmasını istəmiş, amma konkret ünvan deməmişdir. O, idarə etdiyi avtomobillə Xəyalın yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Gənclər şəhərciyinə getmiş, təxminən yarım saatdan sonra Xəyal, daha sonra isə Fatimə gələrək onun idarə etdiyi avtomobilə əyləşmişlər, o gün ərzində taksiçilik fəaliyyəti ilə məşğul olduğundan yorğun olmuş, ona görə avtomobili Xəyal idarə etməyə başlamış, Fatimə avtomobilin ön oturacağında, o isə avtomobilin arxa oturacağında əyləşmişdir. Təxminən saat 05:20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində avtomobillə hərəkətdə olarkən avtomobildə texniki nasazlıq olduğundan Xəyal avtomobili saxlamış, həmin vaxt iki nəfər polis əməkdaşı onlara yaxınlaşmış, özlərini onlara təqdim etdikdə, onlara məlum olmuşdur ki, yaxınlaşan polis əməkdaşlarıdır. Polis əməkdaşları onlardan səxsiyyət vəsiqələrini vermələrini tələb etdikdə o avtomobildən aşağı düşərək şəxsiyyət vəsiqəsini təqdim etmiş, lakin Xəyal və Fatimə sənədlərini təqdim etməmiş və özlərini şübhəli aparmağa başlamışlar. Bundan sonra polis əməkdaşları Xəyalın və Fatimənin hərəkətlərindən şübhələnərək onları 21-ci PB-yə dəvət etmişlər, onlarda 21-ci PB-yə getməyə etiraz etməmişlər. Polis bölməsində olarkən ona məlum olmuşdur ki, Xəyalın üzərindən narkotik vasitələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə heç bir məlumatım olmamış, bu barədə o 21-ci PBdə olarkən ona məlum olmuş, o özü narkotik vasitələrdən istifadə etmir, narkotik vasitələrin satışı ilə məşğul olmur. Şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 07 mart 2021-ci il tarixdə o, tanışları Xəyal və Bəxtiyar, sonuncuya məxsus olan, lakin Xəyalın idarə etdiyi "Ravon" markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı, avtomaşınla yaşadığı ünvandan yemək yemək üçün səhərə yaxın Bakı şəhərinə gəlmişlər. Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən "Qış Parkı"-nm yaxınlığında Füzuli küçəsində maşın ona məlum olmayan səbəbdən dayanmış, həmin zaman polis əməkdaşları onlara yaxınlaşaraq köməklik göstərmək istədiklərini bildirmişlər, bundan sonra polis əməkdaşları onlardan şübhələndikləri üçün Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə dəvət etmişlər. Onlar 21-ci PB-nin qarşısında olarkən polis əməkdaşları Xəyala, Bəxtiyara və ona özlərinə məxsus olan əşyaları götürmələrini bildirmişlər, o da etiraz etməyərək özünə məxsus olan qara rəngli, üzərində ağ rəngdə, "VALENTİNO" sözləri yazılmış əl çantasım götürüb polis bölməsinə daxil olmuşdur. Polis bölməsində onlara videoçəkilişlə üzərilərinə şəxsi axtarış aparacaqlarını bildirərək, hüquqlarını müdafiə olunması üçün öz istəyi ilə dövlət hesabına vəkillə təmin olunmuşlar. Bundan sonra xidməti otaqların birində onun, polis əməkdaşlarının iştirakları ilə, xanım polis əməkdaşı tərəfindən üzərində olan əl çantasına və üzərinə baxış keçirilmiş, baxış keçirilən zaman ona üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, o özü ilə gəzdirdiyi qara rəngli, üzərində ağ rəngdə, "VALENTİNO" sözləri yazılmış əl çantasın, içərisindən qırmızı rəngli 055 *** ** ** mobil nömrə ilə istifadə etdiyi qırmızı rəngli, "Samsung A20" markalı mobil telefonunu, sarı rəngli, özünə məxsus, "Bank-of-Baku"-dan verilmiş, "Bolkart Gənc", albalı rəngli, tanışın Fərid Həsənova məxsus, "Uni Bank"-dan verilmiş, "Albalı" kartlarını və açıq çəhrayı rəngli, üzərində "POP CORN" yazısı olan pul qabını çıxarıb masanın üzərinə qoymuş, bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş və o üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra onun üzərində axtarış aparılmağa başlanılmış, lakin heç bir əşya aşkar edilməmişdir. Bundan sonra isə onun əl çantasından çıxartdığı, açıq çəhrayı rəngli, üzərində "POP CORN" sözləri yazılmış pul qabını açdığında içərisindən, 02 ədəd şəffaf rəngli sellofanlar çıxarılıb masanın üzərinə qoydulmuş, onun pul kisəsindən aşkar edilmiş, 02 ədəd şəffaf rəngli selofanlarm içərisində nə olduğunu deməsi təklif olunmuş və o 02 ədəd şəffaf selofana bükülmüş, içərisində olan ağ kristal şəkilli, maddənin şüşə-metamfetamin olduğunu bildirmişdir. Ondan həmin psixotrop maddəni haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi sual ediləndə, o təxminən 2-3 gün əvvəl əslən iranlı olan Əli adlı şəxsin onunla, xatırlamadığı "whatsap" nömrəsi ilə əlaqə saxlayaraq, Xırdalan şəhərində yerləşən "Rahat" marketin arxasında gizlədilmiş və hal-hazırda təqdim etdiyi, psixotrop maddə olan şüşə - metamfetaminini götürməsini bildirmişdir. Bundan sonra o Əlinin bildirdiyi yerə gedərək, həmin narkotik vasitəni götürərək özündə saxlamış, Əli həmin narkotik vasitəni onun satması üçün göndərmiş və həmin psixotrop maddəni satdıqdan sonra pulu ona ödəyəcəkmiş. Bundan sonra iştirakçıların və onun iştirakı ilə 02 ədəd şəffaf rəngli selofana bükülmüş, içərisində şüşə-metamfetamin olan kristal şəkilli psixotrop maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq, möhürlənmiş və tərəflərindən imzalanmışdır. Təqsirləndirilən şəxs və Şahid4 İxtiyar oğlunun üzərində, həmçinin avtomaşında hər-hansı bir əşyanın və ya maddənin olub-olmamasından, onların narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmalarından heç bir məlumatı olmamış, həmin şəxslərində onun üzərində narkotik vasitə olmasından, onun narkotik vasitələrin satışı ilə məşğul olmasından məlumatları olmamış, sadəcə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsindən məlumatı olmuş, lakin onun narkotik vasitələrin satışı ilə məşğul olmasından məlumatı olmamış, Xəyaldan narkotik vasitəni necə əldə etməsini soruşmuş, Xəyalda narkotik vasitələri «Vhatsapp» sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxladığı İran İslam Respublikasının vətəndaşı Baba adlı şəxsdən aldığını demiş, o özü narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsdən alırmış və Əli adlı şəxsdən narkotik vasitələri alarkən heç bir problem yaşamadığı üçün daha Xəyalın narkotik vasitə aldığı Baba adlı şəxs barəsində Xəyaldan maraqlanmamışdır. Cinayət işinin 59-69-cu vərəqlərində olan 07 mart 2021-ci il tarixli, 6/934 saylı məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən ” sözləri yazılmış zərfdəki səkkiz ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,440 qram, 0,690 qram, 0,439 qram, 0,455 qram, 0,415 qram, 0,419 qram, 0,358 qram, 0,183 qram, ümumi təmiz çəkiçi 4,399 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, iki bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,055 qram və 0,630 qram, ümumi təmiz çəkisi 1,685 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir. Beş ədəd üzərində «Methadone 40» göstəriciləri olan dərman konvolyutu kəsiklərində 5 ədəd açıq-qəhvəyi rəngli «F/M40» göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,2 qram təşkil edir. 1 ədəd ağ-göy rəngli dərman kapsulunun əsas təsiredici maddəsi tramadoldur və həmin kapsulun tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarı 0,05 qram təşkil edir. Bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdar olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığmdan bu barədə qoyulmuş sual cavablandırılmadı. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»-in siyahısına (Siyahı İİ) daxildir. Tramadol 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına» (1 nömrəli əlavə) daxildir. Cinayət işinin 154-156-cı vərəqlərində olan 19 may 2021-ci il tarixli, 1063 saylı məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal- hazırda da Öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 152-153-cü vərəqlərində olan 19 may 2021-ci il tarixli , 1492 nömrəli ambulator məcburi-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 164-178-ci vərəqlərində olan Təqsirləndirilən şəxs üzərinə Nəsimi RPİnin 21-ci PB-nin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmış, eyni zamanda cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, təmiz çəkisi 4,399 qram, tədqiqatdan sonra ümumi xalis çəkisi 4,319 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 1,685 qram, tədqiqatdan sonra ümumi xalis çəkisi 1,585 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 5 ədəd həb tədqiqatdan sonra qalıq 4 ədəd həb narkotik vasitə metadon, 1 ədəd kapsul tədqiqatdan sonra qalıq V2 hissə kapsul tramadol, üzərində “Constant 14192- 645C” yazısı olan elektron tərəzi və «Samsung A21S» markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Nəsimi RPİ-nin saxlancına verilmişdir. İş üzrə maddi subut olan DVD diskə məhkəmə iclasında baxış keçirilmişdir. DVD diskdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 137-141-ci vərəqlərində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman götürülmüş əşyalara baxış keçirilmişdir. Baxışda şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş göy rəngli «Samsung A21S» markalı mobil telefona baxış keçirildi, baxış zamanı telefonun “whatsapp” proqramının «zənglər» bölümündə «Baba Yeni» adı ilə qeyd olunmuş +**********16 saylı nömrədən müxtəlif tarixlərdə zənglər aşkar olundu, daha sonra “whatsapp” proqramının «söhbətlər» bölümünə daxil olduqda «Baba Yeni» adı ilə qeyd olunmuş +**********16 saylı nömrədən 05 mart 2021-ci il tarixdə saat 18:36-da 0:24 saniyədən ibarət səs yazısı daxil olması aşkar olundu. Həmin səs yazısı aşağıdakı mətindən ibarətdir: Salam kardaş necəsən? Brat nətərsən, yaxşısan? Bratka telefonu niyə götürmürsən? Mənə söz demişdin, mən səninlə danışmaq istəyirdik, adam danışar birbiriynən, işləmək istəmirsən qardaş mənimlə!? Adam bir kasıb oğlan tapanda işləyər onunla, çörək verər, kasıb oğlanın üzü gülər, hə qadasını alım «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Həmin siyahının 13-cü bəndinə əsasən 1.6 qram və daha artıq metadon külli miqdar hesab edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə əsasən 2 qram və daha artıq pxisotrop maddə olan metafetamin külli miqdar hesab edilir. Tramadol 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına» (1 nömrəli əlavə) daxildir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 28-35 və 111-115-iı vərəqində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 07 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 145-146-cı vərəqlərində olan Azərbaycan Respublikası DİN-in BƏSİİdən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə məhkəmənin 17.01.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 08 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 26.12.2011-ci il tarixli 1934 saylı «Əfv» fərmanına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən məhkumluğu ödənildiyindən barəsində məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Belə ki, CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesb olunur. Əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdırıcı halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 07 mart 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. 19 may 2021-ci il tarixli, 1492 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- Nəsimi RPİ-nin saxlancına verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, təmiz çəkisi 4,399 qram, tədqiqatdan sonra ümumi xalis çəkisi 4,319 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 1,685 qram, tədqiqatdan sonra ümumi xalis çəkisi 1,585 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 5 ədəd həb tədqiqatdan sonra qalıq 4 ədəd həb narkotik vasitə metadon, 1 ədəd kapsul tədqiqatdan sonra qalıq V2 hissə kapsul tramadol, üzərində “Constant 14192- 645C” yazısı olan elektron tərəzi məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, Təqsirləndirilən şəxs məxsus «Samsung A21S» markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 500 AZN (beş yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhər «Mərkəz» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə 7 (yeddi) il azadlıqdan məhrum etmə cəzasına, CM-nin 240.2.1-ci maddəsi ilə 03 (üç) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 07 mart 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs 81,82 (səksən bir manat səksən iki qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar- Nəsimi RPİ-nin saxlancına verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, təmiz çəkisi 4,399 qram, tədqiqatdan sonra ümumi xalis çəkisi 4,319 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 1,685 qram, tədqiqatdan sonra ümumi xalis çəkisi 1,585 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 5 ədəd həb tədqiqatdan sonra qalıq 4 ədəd həb narkotik vasitə metadon, 1 ədəd kapsul tədqiqatdan sonra qalıq V2 hissə kapsul tramadol, üzərində “Constant 14192- 645C” yazısı olan elektron tərəzi məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, Təqsirləndirilən şəxs məxsus «Samsung A21S» markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 500 AZN (beş yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhər «Mərkəz» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Mahmud Ağalarov