Məhkəmə qərarları › İş №1(101)-126/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-126/2024

15.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-126/2024 15.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1981-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2ndə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşı olaraq Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə düşmən tərəfinə keçməklə, xarici xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirərək onlara kömək etmək və xarici xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə oluna bilən məlumatları toplayaraq casusluq etməklə dövlətə xəyanət etmişdir: belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə düşmən tərəfinə keçməklə xarici xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirərək onlara kömək etmək və xarici xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə oluna bilən məlumatları toplayaraq casusluq etmək məqsədilə 26 sentyabr 2017-ci il tarixdə qəsdən maddi maraq müqabilində Ukraynanın Kiyev şəhərinin Vladimirskaya küçəsi 45 ünvanında yerləşən və fəaliyyət göstərən Ermənistan Respublikasının Ukraynadakı səfirliyində olub Ermənistan xüsusi xidmət orqanının səfirlikdaxili rezidenturasının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilmişdir. Məxfi əməkdaşlığa dair razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs Azərbaycanın ixrac boru kəmərlərinin, ixrac üçün nəzərdə tutulan və istifadə olunan qaz boru kəmərlərinin, strateji əhəmiyyətli infrastruktur layihələr üzrə layihələşdirilən qaz boru kəmərlərinin keçdiyi ərazilər, Səngəçal terminalının yerləşdiyi ərazi, Azərbaycan Respublikası rəhbərliyinin regionlara səfərləri zamanı onlarla görüşlərin hansı qaydada təşkil edilməsi, Azərbaycan Respublikasının hərbi potensialı, Azərbaycan ordusunun silahla təchizatı vəziyyəti, Azərbaycan Respublikasında ictimai-siyasi və digər sahələrdə cərəyan edən proseslərin izlənməsi, habelə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə oluna biləcək digər məlumatların toplanması barədə və sair hallara dair tapşırıqlar verilmişdir. Həmin xüsusi xidmət orqanının özünü Edik kimi təqdim edən əməkdaşı diqqət cəlb etmədən uzun müddətli casusluq fəaliyyətini sərbəst və maneəsiz həyata keçirə bilməsi üçün məxfi əməkdaşlıqda əlaqə üsullarından biri kimi şərti sözlərdən istifadə etməklə mobil telefonla danışmağı, danışıq zamanı deyəcəkləri vaxtdan 3 saat əvvəlki vaxtda konspirativ görüş üçün nəzərdə tutulmuş gizli məkanda toplanan məlumatları onlara ötürülməsini Təqsirləndirilən şəxs tapşırmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə düşmən tərəfinə keçməklə xarici xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirərək onlara kömək etmək və xarici xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə oluna bilən məlumatları toplayaraq casusluq etmək məqsədilə Ermənistan xüsusi xidmət orqanının nümayəndələri tərəfindən verilmiş tapşırıqların icrası istiqamətində 2017ci ilin sentyabr ayının 26-dan 2021-ci ilin sentyabr ayının 08-dək olan müddət ərzində tamah niyyəti ilə qəsdən fəaliyyət göstərməklə, «BP-Azərbaycan» şirkətinin operatoru olan, neft və qaz ixrac boru kəmərləri infrastrukturlarının, şirkətin baş ofisinin, eləcə də «Səlyan OİL» şirkətinin istismar etdiyi obyektlərin mühafizəsini həyata keçirən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət (MMC), X20 Kəməri (TANAP) lahiyəsinin icrası üzrə qaz boru kəmərlərinin Hacıqabul rayonunun Rəncbər, Padarçöl, Meyniman, Qarasu kəndləri ərazilərindən keçməsi, qaz boru kəmərlərinin çəkilməsinə cəlb olunmuş xüsusi texnika, qeyd olunan ərazilərin "xxxx" MMC tərəfindən mühafizəsinin həyata keçirilməsi barədə, eləcə də Azərbaycan Respublikasının Müdafiə və Fövqəladə Hallar Nazirliklərinə işə qəbul olunmağın qaydaları və şərtləri, Vətən Müharibəsinədək olan müddət ərzində erməni silahlı birləşmələrinin işğalı altında olmuş ərazilərə Fövqəladə Hallar Nazirliyinin hansı sayda xidməti heyətin, hansı həcmdə və növdə xüsusi texnikalarının göndərilməsi, Hacıqabul rayonunun Pirsaat qəsəbəsindən Rəncbər kəndi istiqamətində sutkanın axşam saatlarında gur işıqlandırılan ərazilərdə strateji əhəmiyyətli infrastrukturlar olan Bakı- Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə aid (Rəncbər kəndi, 39-cu km) siyirtmə, Bakı- Supsa ixrac boru kəmərinə aid isə (Pirsaat qəsəbəsi, 55-ci km) ərsinburaxma stansiyalarının fəaliyyət göstərməsi barədə və aldığı digər tapşırıqların icrası üzrə topladığı məlumatları 2019-cu ilin iyun ayının 20-də Ukrayna Respublikasına etdiyi səfərində əvvəlcədən razılaşdırılmış konspirativ görüş üçün nəzərdə tutulmuş xüsusi məkanlarda Ermənistan xüsusi xidmət orqanının nümayəndələrinə vermiş, məxfi əməkdaşlıq müddətində müxtəlif məbləğlərdə pul vəsaiti almasına dair müvafiq qəbzləri imzalayaraq bu barədə qeydlər etmiş, Ermənistan xüsusi xidmət orqanının nümayəndələri ilə əlaqələrinin gizliliyinə və konspirasiya tələblərinə dair təlimatlandırıldığı qaydalara riayət etməklə əldə etdiyi məlumatları onlara ötürmüş, düşmən tərəfinə keçməklə, habelə casusluq və xarici xüsusi xidmət orqanı nümayəndələrinin müvafiq tapşırıqlarını yerinə yetirib kömək etməklə dövlətə xəyanət etmişdir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 274-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Ukraynaya 2017-ci ildən getmiş, orada bir qadınla tanış olmuş, ailə qurmuş, 1 övladı olmuşdur. Pulu qurtardığından Kiyev-Bakı qatarının işləyən şəxsdən onu da qatara mindirmələrini xahiş etmiş, lakin razı olmamışlar. Ukraynadakı Ermənistan səfirliyinə getmiş, orada Edik adlı səfirliyin əməkdaşı ilə görüşmüş, sonuncudan ancaq 3-cü ölkəyə keçməyə köməklik göstərməsini xahiş etmişdir. 2021-ci il tarixdə DTX əməkdaşları tərəfindən tutulmuş, DTX-ya aparılmıış, 15 dəqiqə saxlanılaraq ona suallar verilmiş, o isə ittihamı qəbul etməmişdir. İngiltərə və Fransa və ya başqa bir ölkənin səfirliyinə getməməsinin səbəbi odur ki, həmin səfirliiyə Azərbaycan vətəndaşlarının buraxılmaması olmuşdur. Ermənistan səfirliyin binasında Edik adlı şəxs ondan TANAP barədə soruşmuş, o isə məlumatı olmadığını bildirmişdir. Ona Ermənistan Respublikası Xüsusi xidmət orqanları ilə əməkdaşlıq təklif olunsa da, o qəbul etməmiş dərhal oradan çıxmışdır; səfirlikdə cəmi 20 dəq olmuş, ona hər hansı əməkdaşlıq müqabilində pul verilməmiş, yalnız qatara minib getməsi üçün 500 qriven pul vermişlər, səfirlikdə olarkən 15-20 dəqiqə ərzində ona hədə-qorxu gəlmişlər, o isə həmin şəxsləri sakitləşdirə-sakitləşdirə oradan çıxaraq getmişdir. O, Azərbaycanda, fərdi qaydada usta işləmiş, başqa, 2019-cu ildə Azərbaycana gəldikdən sonra Ukraynaya qayıtmamışdır. Səfirlikdə olarkən ona iş təklif olunmamış o da iş istəməmişdir, istəyi yalnız xarici ölkəyə getmək olmuşdur, onun hər hansı qəbzlər imzalaması mümkün deyil. Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində verdiyi və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq olunmuş ifadələrində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 29 iyun 2017-ci il tarixdən 13 fevral 2019-cu il tarixədək olan müddət ərzində Ukraynada yaşamışdır. 2017-ci ilin aprel aylarında «Odnoklassniki» sosial şəbəkəsi vasitəsilə əslən Ukraynanın Lvov vilayətinin Novıy Rozdil şəhərindən olan və həmin şəhərdə yaşayan, 1976-cı il təvəllüdlü X10 adlı qadınla tanış olmuşdur. «Odnoklassniki»də özünün səhifəsinin adı «Mamedov Gmail», Natalyanın səhifəsinin adı isə «Yurina Natalya» olmuşdur. Bir müddət yazışmışlar və o biləndə ki, Natalya ərdən boşanıb, hətta ona bildirib ki, sonuncunun yaşadığı şəhərə gələ bilər, işləyər və Natalya ilə birlikdə yaşayar. Natalya da ona etiraz etməmişdir. Uzun müddətli yazışmalarından və Skype vasitəsilə danışıqlarından sonra o, 29 iyun 2017-ci il tarixdə Ukraynanın Lvov şəhərinə, oradan da Novıy Rozdil şəhərinə gələrək daimi olaraq Natalyanın yaşadığı Novıy Rozdil şəhəri, Şaşkeviç küçəsi, ev 13, mənzil 54 və yaxud 56 ünvandakı mənzilində yaşamışdır. X30 şəhərində yaşadığı evin yaxınlığındakı ərzaq məhsullarının satıldığı mağazada satıcı işləyirmiş, istifadəsində olan telefon nömrəsi +**********00 olmuşdur. 29 iyun 2017-ci il tarixdən 13 fevral 2019-cu il tarixədək olan müddət ərzində Natalyanın dediyi ünvanda yerləşən mənzilində yaşamışdır. Novıy Rozdil şəhərində yaşadığı müddətdə Lvov şəhərində, İrpin rayonu və Kiyev şəhərinin özündəki müxtəlif tikinti obyektlərində fəhlə və usta kimi işləmişdir. Natalya ilə rəsmi deyil, mülki nikahları vardır, həmin nikahdan da 26 noyabr 2019-cu il təvəllüdlü Samirə adlı qızları vardır. Natalyanın özünün əvvəlki birinci nikahından təxminən 20 yaşlı Saşa adlı oğlu var. Nataliya ilə Odnoklassniki sosial şəbəkəsində yazışmanı yaşadığı Hacıqabul şəhəri, H.Həmidov küçəsi, ev 161 ünvanındakı evində olan «Fujitsy» markalı kompüter vasitəsilə aparmışdır. Həmçinin onu da bildirir ki, Ukrayna ərazisində olduğu müddətdə Nataliyanın istifadəsində köhnə bir «Lephone» markalı telefon olmuş, həmin telefonu da yaşadığı ünvanda saxlamışdır. Həmin telefon Nataliyanın istifadəsində olub, sadəcə batareyası xarab olduğu üçün onu götürüb təmir etdirmək üçün Azərbaycana gətirmişdir. Azərbaycana gətirəndən sonra da həmin telefona WhatsApp proqramı yazdırmış, lakin WhatsAppdan belə istifadə etməmişdir. 2017-ci ilin sentyabr ayının 26-sı və yaxud 27-də saat təxminən 13-14 radələrində Ermənistan Respublikasının Ukraynanın Kiyev şəhərində yerləşən səfirliyinə tək getmiş, həmin vaxt əlində arabalı əl çantası, belində isə digər çanta olmuşdur. Çantaların içərisində pal-paltarları, özünə aid əşyalar olmuş, cibində isə 1 ədəd «Samsung» markalı telefonu olmuşdur. Səfirlik binasını Ukraynanın Milli Qvardiyasının hərbçiləri mühafizə edirmiş. Onlara yaxınlaşmış və bildirmişdir ki, Ermənistan səfirliyinin əməkdaşları ilə görüşmək istəyir. Ukraynanın Milli Qvardiyasının hərbçiləri ondan pasportunu istəmiş və o pasportunu onlara təqdim etmişdir. O Ukraynanın Milli Qvardiyasının hərbçilərinə Azərbaycan Respublikasının vətəndaşı olduğunu bildirmiş və onların özləri də görüblər ki, o Azərbaycan vətəndaşıdır. Hərbiçilərdən biri onun pasportunu alıb səfirlik binasının içərisinə getmişdir. Hərbiçilərin dayandığı yerlə səfirliyin inzibati binası arasında təxminən 4-5 metr məsafə olmuşdur. Təxminən 5-6 dəqiqədən sonra pasportunu alıb aparan hərbçi bir nəfər səfirlik əməkdaşı ilə onun dayandığı yerə gəlmişlər. Çantalarını səfirliyə girişdə hərbçilərin yanında saxlamışlar, telefonunu isə almamışlar, özündə qalmışdır. Səfirlik əməkdaşı başı ilə ona dalınca gəlməyini bildirmişdir. O cibində dediyi telefonla birlikdə səfirlik binasına daxil olmuşdur. Dəmir metaldan yekə bir giriş qapısı olmuş, həmin qapı açılmış və o səfirlik əməkdaşı ilə binaya daxil olmuşlar. Bina bir mərtəbəli bina olmuş, binanın içərisinə daxil olmuşlar və bir-iki metr hərəkətdən sonra sola dönmüşlər. Uzun dəhliz imiş, soldan birinci otağa daxil olmuşlar, orada bir nəfər əyləşmişdir. Otaqda divan, kreslo, stol-stul var imiş. İlk gördüyü səfirlik əməkdaşının xarici əlamətləri barədə deyir ki, həmin şəxs 30-35 yaşlı, hündürboylu, dolu bədən quruluşlu, bığsız, saqqalsız, qara uzun saçları olan şəxs olmuşdur. Otağına gəldiyi digər səfirlik əməkdaşının xarici əlamətləri barədə deyir ki, həmin şəxs təxminən 35-42 yaşlı, hündür boylu, idman bədən quruluşlu, bığ və saqqal saxlamayan, saçları olmayan başı keçəl şəxs olmuşdur. Gördüyü hər iki şəxs milliyyətcə erməni olmuşlar. Çünki onların danışıqlarından o açıq aydın hiss olunurmuş. Birinci onu qarşılayan erməni rus dilində çətin danışırmış, ikinci erməni səfirlik əməkdaşı isə ona nisbətdə rus dilində daha yaxşı danışırmış. Otağına gətirildiyi ikinci səfirlik əməkdaşı adının Edik olduğunu ona bildirmişdir. Edik ona haradan gəldiyini, həqiqətən də Azərbaycan vətəndaşı olub-olmamağı, Ukraynada hansı işlərlə məşğul olmağı barədə sorğu-sual etməyə başlamışdır. O da Edikə Azərbaycan vətəndaşı olduğunu, işləmək üçün pul qazanmaq məqsədilə Ukraynaya işləməyə gəldiyini bildirmişdir. Dediyi kimi birinci otaqda Edik ona viski və kofe içib-içməməsini soruşmuş, o isə kofe içmək istədiyini Edikə bildirmişdir. Bir qədər sorğu-sualdan sonra Edik onu başqa bir otağa aparmışdır. Həmin otaq balaca bir otaq olmuşdur. Otaqda milliyyətcə ukraynalı olan təxminən 45-50 yaşlı bir qadın da olmuşdur. Otaqda masanın üzərində computer və klaviatura var imiş. Hesab edir ki, həmin qadın Edkilə onun söhbətini, yaxıd da oradakı danışıqlarını yazırmış. Söhbət zamanı Edik ondan səfirliyə gəlməkdə məqsədinin nədən ibarət olmasını soruşmuşdur. O işlə təmin olunmaq üçün gəldiyini, təşkil edəcəkləri hansısa bir iş olarsa işləyəcəyini Edikə bildirmişdir.Edik ilk olaraq onun tərcümeyi halını danışdırmış, daha sonra Edik ondan Azərbaycanda hərbidə, polisdə, digər hüquqmühafizə orqanlarında işləyən qohum-əqrabasının, dost-tanışlarının olub-olmadığını soruşmağa başlamışdır. O da Edikə deyib ki, dediyi yerlərdə işləyən elə bir qohuməqrabası yoxdur, lakin dost-tanışlarından polisdə cinayət-axtarışda işləyən vardır. Polisin cinayət-axtarışında işləyən bir dostu olub Əmrahov Elşən, onu nəzərdə tutmuş, lakin onun adını Edikə deməmişdir. Daha sonra Edik ondan Azərbaycana sərbəst və rahat şəkildə gedib-gəlmək imkanlarının necə olmasını soruşmuşdur. O da Edikə Azərbaycana maneəsiz və sərbəst gedib-gəldiyini söyləmişdir. Söhbət zamanı Edik ondan Azərbaycan ərazisində onun dediyi işləri görə biləcəyi təqdirdə, onun dediyi tapşırıqları yerinə yetirəcəyi təqdirdə, bu istiqamətdə toplanan məlumatları ona verəcəyi təqdirdə yaxşı pul verəcəyini, həyat şəraitinin tamamilə dəyişəcəyini, «Kiyevdə sənə yaxşı ev alarıq, maşın alarıq» ifadələrini ona bildirmişdir. Edikin ona verdiyi tapşırıqlar aşağıdakılardan ibarətdir: - Azərbaycanın hərbi potensialı barədə məlumatları əldə etmək; - Azərbaycan Respublikasının Prezidentinin bölgələrə səfərləri zamanı onunla görüşlərin hansı qaydada təşkil olunması barədə məlumatları əldə etmək; - Sənqəçal terminalının yerləşdiyi ərazi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Azərbaycan ərazisində dəqiq keçdiyi ərazilərin dəqiq müəyyən edilməsi; - Azərbaycandakı ictimai-siyasi, iqtisadi və digər sahələrdə gedən proseslər barədə məlumatların əldə etmək. Edik Azərbaycanın hərbi potensiyalı barədə danışarkən ondan Azərbaycan ordusunun necə silahlanmasını da soruşmuşdur. O da Edikə deyib ki, Azərbaycan ordusu ən müasir silahlarla təchiz olunur. Edik bildirib ki, dediyi tapşırıqları yerinə yetirəcəyi təqdirdə ona yaxşı pul verəcəkdir. Edik həmçinin deyib ki, elə vaxt da olacaq ki, o Azərbaycanda oturacaq, heç nə etməyəcək, özünün adamları gəlib nəyi və nə vaxt eləməli olduğunu əvvəlcədən ona bildirəcəklər. O Edikin dediklərindən narahat olmuşdur ki, Edikin Bakıda da adamları vardır. Edik tapşırıqlarını verdikdən sonra, tapşırıqların icrası ilə bağlı məlumatları ona hansı qaydada ötürülməsi qaydalarını da ona izah etmişdir. Edik «sənə zəng olunacaq və orada bir vaxt deyiləcək, həmin vaxtdan 3 saat çıxandan sonrakı vaxtda görüş olacaq» ifadələrini ona bildirmişdir. Edik həmçinin demişdir ki, zəng zamanı onunla baş tutacaq görüş yeri də əvvəlcədən deyiləcək. Edik həmçinin «bizim fəaliyyətimiz Azərbaycan xalqına qarşı deyil, bizim fəalliyyətimiz Azərbaycanın hazırkı hakimiyyətinə qarşıdır» ifadələrini də ona bildirmişdir. Ediklə görüşün sonunda sonuncu ona 500 qriven pul vermiş və o həmin pulu götürmüşdür. Həmin pulu alarkən heç bir yerə imza atmamışdır. Ukrayna ərazisində istifadə etdiyi telefon nömrələri çox olmuş, lakin həmin ərəfədə istifadə etdiyi telefon nömrəsi **********89 olmuşdur. Yəni Ermənistan səfirliyinə getdiyi vaxt istifadəsində həmin nömrə olmuşdur. Ukrayna ərazisindəki nömrələrin heç birini hazırda xatırlamır. O, Edikin verdiyi tapşırıqları icra etməmiş, o istiqamətdə hər hansı işlər görmədiyini bildirmişdir. O, Ermənistanın Ukraynadakı səfirliyinə etmiş olduğu səfərləri, orada ona verilmiş tapşırıqlar barədə Azərbaycan Respublikasına qayıtdıqdan sonra dövlət hakimiyyəti orqanlarına məlumat verməmişdir. Yadında qalan qədər istifadəsində «Bravis», «Lephone» və «Redmi» telefon aparatları olmuşdur. İstifadəsindəki mobil telefon nömrəsi isə ***-***-**-** olmuşdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Hacıqabul rayonunda qonşu kimi tanımış, Emil atası ilə birgə usta işləmiş, Təqsirləndirilən şəxs onun evində işləmiş, o özü FHN-də sürücü işləmiş, Emil ondan iş yerinə düzəlmə qaydası barədə, cəbhə bölgəsinə gedib-getməməsini soruşmuş, o isə getmədiyini bildirmişdir; Təqsirləndirilən şəxs ondan FHN-in texnikaları ilə maraqlandığını dəqiq xatırlamır. Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Belə ki, Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan edilmiş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və X6 Hacıqabul rayonundakı qonşuları kimi tanıyır. 2019-cu ilin sonlarında evlərini Ramiz Məmmədov usta qismində təmir etmişdir. Təqsirləndirilən şəxs da bir neçə dəfə evlərində gedən təmirdə atası Ramiz Məmmədova köməklik etmişdir. Onun həm Təqsirləndirilən şəxs, həmdə ki, Ramiz Məmmədovla normal münasibətləri olmuş, hər hansı bir düşmənçilik və ədavətləri olmamışdır. Təqsirləndirilən şəxs xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi barədə hansısa məlumatı olmuşdurmu sualına cavab verən Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hansısa xarici ölkə xeyrinə casusluq etməsi barədə məlumatsız olub. Yalnız 2022-ci ilin yaz aylarında eşidib ki, Təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dövlət xəyanət etməsinə görə həbs olunub. O Təqsirləndirilən şəxs hansısa ölkəyə xəyanət etməsindən əvvəllər şübhələnməmişdir. Lakin həmin xəbəri eşitdikdən sonra Təqsirləndirilən şəxsla arasında olan bəzi söhbətləri özündə analiz etmiş, Təqsirləndirilən şəxs ona verdiyi bəzi suallar şübhəli gəlmişdir.Belə ki, Təqsirləndirilən şəxs onun 2019-cu ildə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə işə düzəlməyini bilirmiş. Təqsirləndirilən şəxs onların evlərində olduğu vaxt Fövqəladə Hallar Nazirliyi və Müdafiə Nazirliyinə necə işə düzəlməyi, işə düzəlməyin yaş həddinin neçə olmasını, Xüsusi Riskli Xilasetmənin əməkdaşı kimi vəzifəsinin nədən ibarət olmasını ondan soruşmuş və maraqlanmışdır. Daha sonra Təqsirləndirilən şəxs ondan Fövqəladə Hallar Nazirliyinin istifadəsində hərbi texnikalar barədə soruşmuş, ən çox sual verirmiş ki, Azərbaycan ordusunun hərbi texnikasının gedib-gəldiyi kimi Fövqəladə Hallar Nazirliyinin də hərbi texnikaları Qarabağ bölgəsinə aparılırmı. Onun özü üçün də Təqsirləndirilən şəxs həmin mövzularda ona sual verməyi təəcüblü gəlmişdir. Lakin Təqsirləndirilən şəxs barədə şübhəli məqam ağlına gəlmədiyi üçün, onu hiss etmədiyi üçün bir qonşu kimi Təqsirləndirilən şəxs həmin mövzularla bağlı suallarına cavab olaraq demişdir ki, Fövqəladə Hallar Nazirliyi və Müdafiə Nazirliyinə işə düzəlməyin yaş həddi bir çox dövlət qurumlarında olduğu kimi 25-30 yaş arası dəyişir, digər suallarına isə səthi olaraq hamıya məlum olan həddə cavab vermişdir. Hətta yadına gəlir ki, bir dəfə Təqsirləndirilən şəxs cavab verib ki, onun yaşı keçdiyi üçün hərbi strukturlara düzələ bilməz. Amma birmənalı olaraq bildirir ki, Təqsirləndirilən şəxs hərbi forma geyinmək arzusunda olmuşdur.Bundan başqa, Təqsirləndirilən şəxs atası Ramiz Məmmədov söhbət əsnasında atası Vaqif Məmmədova deyib ki, oğlunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinə düzəldəcək. Ora düzəldə bilmədiyinə görə sonradan deyib ki, oğlu Emilin istəyi ilə ya özü işlədiyi “Gilan” şirkətinə, və ya “Agrodery” şirkətinə düzəltməyə çalışır. Qeyd edir ki, həm “Gilan”, həm də “Agrodery” şirkətləri Hacıqabul rayonu ərazisindədir və həmin şirkətlərin təxminən 150-200 metrliyindən neft və qaz kəmərləri keçir. Təqsirləndirilən şəxs neft və qaz kəmərlərinin yaxınlığından keçdiyi həmin şirkətlərə işə düzəlmək istəməsi dindirilən vaxtı ona çox şübhəli gəlir. Bundan başqa, təxminən 2009-cu ildə Hacıqabul rayonu ərazisində Bakı-Qazax yolunun yaxınlığında qaz xəttində partlayış baş vermiş və həmin partlayışdan sonra partlayışın olduğu yerdəki torpaq sətti qırmızı rəng olmuşdur. Hazırda da həmin torpaqda qırmızı rəng hiss olunur. Söhbətlərin birində Təqsirləndirilən şəxs həmin yeri nəzərdə tutaraq ondan soruşub maraqlanmışdır ki, qırmızı torpaq olan yerdə partlayış olmuşdurmu, həmin yerdən qaz xətti keçirmi? Qeyd etdiyi kimi həmin xətt yolun kənarından keçdiyinə və Hacıqabul sakinlərinin həmin xəttdən məlumatlı olması səbəbindən Təqsirləndirilən şəxs deyib ki, qırmızı olan ərazidə partlayış olmuş, orada qaz xətti partlamışdır. Dindirilən vaxtı həmin məqam da ona şübhəli gəlmişdir. Bundan başqa, söhbətlərin birində Təqsirləndirilən şəxs ondan soruşub ki, Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində axşam saatlarında gur işıqları yanan ərazidə Bakı-Tiflis-Ceyhan neft kəmərinin nasosxanası varmı? O isə Təqsirləndirilən şəxs bildirib ki, həmin ərazidə Bakı-Tiflis-Ceyhan neft kəmərinin nasosxanası vardır. Ümumilikdə Təqsirləndirilən şəxs ondan soruşduğu həmin məsələlər əvvəllər ona adi bir hal kimi gəlirmiş, lakin sonradan Təqsirləndirilən şəxs hansı səbəbdən həbs olunmasını eşitdikdə bütün o məqamlar ona şübhəli gəlmişdir. Qeyd etdiklərindən başqa Təqsirləndirilən şəxs davranışları barədə də deyə bilər ki, o özünə qapalı şəxsdir (cild 3, iş vərəq 51-54, 92-93). Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs atası ilə birlikdə onun evində təmir işləri ilə məşğul olmuş, həmin təmir işləri onun qardaşının toy mərasiminin keçirilidyi dövrə, yəni təxminən 2016-cı ilin senyabr ayına təsadüf etmiş, həmin vaxt Təqsirləndirilən şəxsla onun arasnıda onun harada işləməsi, nə işlə mşğul olması barədə dialoq yaranmış, Təqsirləndirilən şəxs onun «Titan D» şirkətində mühafiəzçi işlədiyini bilib işi barədə, xidmət apardığı ərazi və istifadə olunan texnikalar barədə ona müxtəlif suallar vermiş, həmin vaxt o, Təqsirləndirilən şəxs ona həmin sualları sadəcə söhbət əsnasında maraqlandığı üçün verdiyini fikirləşmiş, başqa hansı məqsədlər güddüyünü bilməmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Hacıqabul rayon sakini kimi, yaşadığı evin ikinci mərtəbəsinin təmirində atası Ramiziə birlikdə işləyən usta kimi tanımışdır. Yadına gəlir ki, qardaşı Qasım Qasımovun toyundan əvvəl anası evlərinin ikinci mərtəbəsini təmir etdirmək qərarına gəlmişdir. Anası qonşulardan maraqlanıb və usta kimi Ramiz Məmmədovu məsləhət görüblər. Ramiz də oğlu Təqsirləndirilən şəxsla gəlib işləyiblər. İşə gedəndə, işdən gələndə Emi! və atası Ramiz onu və qardaşı Cavidi mühafizəçi kimi xüsusi uniformada olduqlarını görmüşlər. Təmir təxminən 4-5 ay getmişdir. Çünki dəqiq yadındadır ki, 26 sentyvabr 2016-cı ildə qardaşı Qasım Qasımovun toyu olmuş, toydan təxminən bir ay əvvəl təmir yekunlaşmışdır. Emil və atası Ramiz Məmmədov evin ikinci mərtəbəsinə kombi çəkmiş, otaqların tavanını dəyişmişlər, boya və emulsiya işlərini aparmışlar. Lakin anası və özləri Emil və Ramiz Məmmədovlarm təmir işlərindən narazı qalmışlar. Təmir işlərini yaxşı aparmamışlar.Təqsirləndirilən şəxs ondan harada və hansı işlə məşğul olduğunu soruşmuş, aralarında bir dialoq da yaranmışdır. O Təqsirləndirilən şəxs qardaşı ilə bərabər TANAR layihəsi üzrə Hacıqabul rayonunun Rəncbər, Padarçöl, Meyniman, Qarasu kəndləri ərazisindən keçən qaz boru kəmərlərinin mühafizəsini həyata keçirən "xxxx" şirkətində mühafizəçi işlədiklərini demişdir. Təqsirləndirilən şəxs ondan həmin ərazilər barədə, oradakı texnikalar barədə suallar verməklə maraqlanmışdır. O da Təqsirləndirilən şəxs suallarının hamısını cavablandırmışdır.Təqsirləndirilən şəxs danışdıqlarından bilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Böyük Britaniyada yaşamış, sonra Azərbaycana qayıdıb. Ona da deyirmiş ki, istəsə onu Almaniya və yaxud Böyük Britaniyaya göndərə bilər. O da Təqsirləndirilən şəxs deyib ki, axı təhsili yoxdur, sonuncu da ona: «Eybi yoxdu, gedərsən bir qızla tanış olarsan, onun başını bişirərsən evinə girib yaşayarsan», - ifadəsini söyləyib. O Təqsirləndirilən şəxs təklifinə razılıq verməmişdir. Amma evlərində Təqsirləndirilən şəxs usta kimi işlədiyi müddətdə müşahidə etmişdim ki, Təqsirləndirilən şəxs ustalıqdan çox mobil telefonu ilə əlləşir, kiminləsə danışırmış, kiminləsə yazışırmış. Bir sözlə Təqsirləndirilən şəxs narahat adam kimi onun yadında qalmışdır. Emil ondan iş fəaliyyətilə, boru kəmərləri ilə bağlı soruşmuşdur. Həmin vaxt onun sualları şübhəli gəlməmişdir. O Emilin boru kəmərləri haqqında nəyə görə soruşduğunu bilməmişdir. Emil ondan oradakı texnikalar barədə soruşmuşdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, hazırda tarxini xatırlamadığı gün günorta saatlarında iş yoldaşı Şahid1la iş yerlərində olduqları zaman, oraya bir neçə mülki geyimli şəxs gəlmiş və onları yaxınlıqa olan sahibinin kim olduğunu bilmədikləri bir evə dəvət etmişlər, evə daxil olan kimi masanın üzərində kompüter olduğunu görmüşlər, həmin şəxslər kompüteri görüb-görmədiyiklərini soruşmuşlar, onlar da masanın üzərindəki kompüteri gördüklərini dedikdən sora, kompüter həmin şəxslər tərəfindən götürülmüş, onlar da tərtib olunmuş sənədə imza etmişlər. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan edilərək tədqiqi edilmiş ifadəsində göstərmişdir ki, 18 mart 2022-ci il tarixdə günorta saatlarında iş yoldaşı Şahid1la birlikdə xidməti ərazidə olarkən Dövlət Təhlükəsizliyi Xidmətinin adını bilmədiyi əməkdaşı onlara yaxınlaşaraq Hacıqabul şəhərindəki evlərin birində keçiriləcək axtarışda hal şahidi qismində iştirak etmələrini təklif etmişdir. O və Şahid1 həmin təklifə razılıqlarını bildirmişlər. Razılıqlarını bildirdikdən sonra onlar Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı ilə birlikdə axtarışın keçiriləcəyi ünvan 3 ünvanına gəlmişlər. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı axtarış keçirilməsi barədə qərarı həmin evin sahibi adını orada bildikləri Ramiz Məmmədova təqdim etmiş, sonuncu həmin qərarla tanış olmuş, tanış olması ilə bağlı qərarda qeydlərini etmişdir. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı tərəfindən ev sahibi kimi Ramiz Məmmədova, ona və digər hal şahidinə hüquq və vəzifələri izah edildikdən sonra ünvanda axtarış başlanmışdır. Axtarış zamanı evin qonaq otağında giriş qapısının sağ hissəsində yerləşən dolabın üzərindən «Fujitsu» markalı 1 ədəd noutbuk kompüter və «Lephone» markalı 1 ədəd mobil telefon aparatı aşkar edilmişdir. Ev sahibi Ramiz Məmmədov bildirmişdir ki, aşkar edilmiş həmin noutbuk kompüteri və mobil telefon oğlu Təqsirləndirilən şəxs məxsusdur. Axtarış zamanı aşkar edilmiş «Fujitsu» markalı 1 ədəd noutbuk kompüteri və «Lephone» markalı 1 ədəd mobil telefon aparatı Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı tərəfindən onların iştirakları ilə qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Axtarışın sonunda protokol tərtib olunmuş, axtarışda iştirak edən şəxslər protokolu oxumuş, orada yazılanların düzgünlüyünə əmin olduqdan sonra həmin protokolu imzalamışlar (2-ci cild iş vərəqi 126-127). Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid6 ifadə verərək bildirmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur, Təqsirləndirilən şəxs onun taksi xidmətindn istifadə edən şəxs kimi tanımışdır, Emili avtomobili ilə Hacıqabl rayonunun Pirsaat kəndində yaşayan xalasıgilə aparmış, onun avtomobilində olarkən Emil ona Ukraynada erməni milliyyətindən olan arvadının olması barədə danışmışdır. Şahid6 ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan edilərək tədqiq edilmşi ifadəsndə göstərmşidir ki, 2020-ci ilin mart ayının 06-da Azərbaycana qayıtdıqdan so sonra Hacıqabul rayonu ərazisində mokrıy asfalt rəngli, rus dövlət qeydiyyat nişanları olan «VAZ-21014» markalı maşını ilə taksovatlıq edir, telefon nömrəsi müştərilərdə vardır, Hacıqabul və Şirvan şəhərləri arasında taksi sürücüsü kimi fəaliyyət göstərir. O, Təqsirləndirilən şəxs ilə Azərbaycana gəldikdən sonra Moskvada dəmirçi usta kimi işləyən X11 adlı tanışının vasitəsilə Hacıqabul rayonunda tanış olmuşdur. Təqsirləndirilən şəxsla münasibəti bir müştəri və bir taksi sürücüsü münasibəti olub, Təqsirləndirilən şəxs haraya deyibsə ora da aparıb gətirmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsi ***-***-**-** olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində göy rəngli «Redmi» markalı telefon aparatı olmuş, deyirmiş ki, həmin telefonla birlikdə bir dəfə onu polislər saxlayıb, telefon da polis şöbəsində olub. Ona görə də ehtiyatlanır ki, onu izləmək üçün telefona nəsə edərlər, hansısa proqram yükləyərlər, bir sözlə problem yaşayar. Ona görə də qərara gəlmişdir ki, həmin telefonu 140 manat satsın. Təqsirləndirilən şəxs telefonu baha verdiyi üçün almaq fikrindən daşınmışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs həmin «Redmi» telefonunu Şirvan şəhərinin mərkəzində «Rövşən» şadlıq sarayının yanındakı mobil telefonların və nömrələrin satışı ilə məşğul olan mağazanın işçisinə 140 manata satmışdır.Təqsirləndirilən şəxs istifadəsində başqa bir «Lephone» markalı telefon aparatının olduğunu da görmüşdür. Təqsirləndirilən şəxs həmin telefon aparatını Ukraynadan gətirdiyini ona bildirmiş, həmin telefonu qeydiyyatdan keçirməmiş və həmin telefon aparatından yalnız «İnternet»dən istifadə edirmiş, WhatsApp və digər sosial şəbəkələr vasitəsilə yazışmalar aparırmış. Kimlərlə yazışmalar aparmasını isə bilməmişdir. Həmin telefon aparatını Təqsirləndirilən şəxs yaşadığı evdə saxlamışdır. Yadına bir məqam düşür ki, Təqsirləndirilən şəxs həmçinin atası və bacısının istifadəsində olan mobil telefon aparatlarından da istifadə etmişdir. Təqsirləndirilən şəxsla sonrakı vaxtlarda əlaqələri və münasibətləri kəsilmişdir. Səbəb isə Təqsirləndirilən şəxs Ukrayna ərazisində Rozdil şəhərində miliyyətcə erməni olan Natalya adlı bir qadınla ailə qurmasını, həmin qadından bir qız övladının olmasını ona bildirməsi olmuşdur. O: «Axı ermənilər bizim düşmənizmidi, sən o millətin nümayəndəsi ilə necə ailə qura bilərsən»,- ifadəsini Təqsirləndirilən şəxs bildirdikdə, sonuncu: «Neyniyib ee erməni sənə, sənə pisliyi keçib ki», - ifadələrini ona deməklə ermənilərin tərəfini saxlamışdır. O Təqsirləndirilən şəxs sözlərindən hirslənmiş və mübahisə etmişdir. Təqsirləndirilən şəxsla mübahisələrinin səbəblərindən biri də Təqsirləndirilən şəxs ona: «Nə var ee Azərbaycanda, yaşanılası yer deyil», - Azərbaycan dövləti barədə mənfi fikirlər söyləməsi olmuşdur. Dediyi amillər, əsasən də erməni bir qızla Təqsirləndirilən şəxs ailə qurmasını biləndən sonra onunla əlaqələrini kəsməyə başlamışdır. Dost tanışlara da deyib ki, Təqsirləndirilən şəxs Ukraynada erməni qızla evlənib və ondan bir uşağı var. Hətta onu Təqsirləndirilən şəxsla tanış edən Ramil Məhərrəmovun özü də ona «qaqa ondan aralı gəz, gözüm nəsə ondan su içmir» ifadələrini bildirib. Taksi sürücüsü kimi fəaliyyəti dövründə Təqsirləndirilən şəxs X20 Kəməri (TANAP) lahiyəsinin icrası üzrə Hacıqabul rayonunun Rəncbər, Padarçöl, Meyniman, Qarasu kəndləri ərazisindən keçən qaz boru kəmərlərinin keçdiyi ərazilərə aparıb-aparmamağının halları ilə bağlı istintaqa nə göstərə bilər sualına cavab olaraq şahid Müşviq Ağamalıyev bildirmişdir ki, Təqsirləndirilən şəxs Hacıqabul rayonunun Rəncbər, Padarçöl, Meyniman, Qarasu kəndləri ərazisinə aparmağını xatırlamır. Amma qaz boru kəmərlərinin keçdiyi ərazilərdən biri də Hacıqabul rayonunun Pirsaat kəndidir. Təqsirləndirilən şəxs bir müddət Pirsaat kəndində xalasıgildə xalası ilə birlikdə yaşayıb, dəfələrlə Təqsirləndirilən şəxs Pirsaat kəndindəki həmin evə aparıb-gətirmişdir. Təqsirləndirilən şəxs uzun müddət yaşadığı həmin evin arxa hissəsindən təxminən bir kilometr aralı olan məsafədə qaz boru kəmərləri keçir və orada həmin kəmərlərin mühafizəsini həyata keçirən şirkətin postu vardır. Təqsirləndirilən şəxs qaldığı evdən həmin post görünür. Postda da əli silahlı mühafizəçilər dayanır. Dəqiq bildiyi üçün istintaqa deyilənləri söyləyir. Həmin evdə Təqsirləndirilən şəxs xalası ilə birlikdə uzun müddət yaşamışdır. Təqsirləndirilən şəxs Ukraynadakı əlaqələri barədə deyirmiş ki, onun Ukraynadakı oradakı həyatı çox yaxşı olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Hacıqabul rayonunda 2 saylı Mənzil Kommunal İstismar sahəsində xadimə işləyir, 3 övladı vardır. Böyük oğlu X12 1984-cü ildə doğulmuş, əvvəllər 2 il polis orqanlarında işləyib, sonradan işdən azad olunub. Ortancıl oğlu X13 1986-cı il təvəllüdlüdür, subaydır. Təxminən 3 ildir ki, X24 şəhərinin yaxınlığındakı şəhərlərdən birində taksi fəaliyyəti ilə məşğuldur. Cavid Qasımov əvvəllər “TANAP” beynəlxalq neft-qaz layihəsinin Azərbaycan ərazisindən keçən hissəsini mühafizə edən “Titan D” şirkətində işləyib, iş yeri elə yaşadıqları Hacıqabul rayonunun ətrafında “TANAP” kəmərinin keçdiyi Padar qəsəbəsi, Qarasu kəndinin əraziləri olmuşdur. Cavid Qasımov həmin kəmərin mühafizəsini həyata keçirirmiş. İş qrafiki üzrə 1 gün işləyirmiş, 2 gün evdə istirahət edirmiş. Sonradan həmin şirkətdə ixtisara düşdüyünə görə işdən azad olunmuş, daha sonra isə qeyd etdiyi kimi Rusiyaya işləməyə getmişdir. Kiçik oğlu Şahid4 1990-cı il təvəllüdlüdür, Hacıqabul Mənzil İstismar Sahəsində fəhlə işləyir. O da Cavid kimi “TANAP” beynəlxalq neft-qaz kəmərinin mühafizəsində işləmiş, “Titan D” mühafizə şirkətinin işçisi olmuş, o da mühafizəçi kimi Hacıqabul ərazisindən keçən həmin kəmərin mühafizəsini həyata keçirmişdir. Onun da iş qrafiki 1 gün iş, 2 gün istirahət olmuşdur. Sonradan Şahid4 iş vaxtı yuxuya getdiyinə görə işdən azad olunmuşdur. Qeyd edir ki, Cavid və Cahangirin əvvəllər işlədikləri “Titan D” şirkətinin fəaliyyətinə keçmiş Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən nəzarət edilirmiş. X9 və Təqsirləndirilən şəxs adlı şəxsləri Hacıqabul şəhər sakinləri, qonşuluqlarında yaşayan şəxslər kimi tanıyır. 2016-cı ilin sentyabr ayında oğlu Qasıma toy etmək qərarına gəlmiş, ona görə də yaşadıqları evin 2-ci mərtəbəsini təmir etdirmək istəmişdir. O barədə qonşusu Yeganə ilə söhbət edən zaman, sonuncu deyib ki, onların evini yaxşı bir usta təmir edib, yaxınlıqda yaşayır, məsləhətdirsə elə həmin şəxslərə evinin 2-ci mərtəbəsini təmir elətdirsin. O Yeganənin evindəki həmin ustanın əl işlərinə baxmış və xoşu gəldiyi üçün Yeganənin ərindən xahiş edib ki, həmin ustanı onun evinə gətirsin ki, usta ilə təmir barədə danışsın. Beləliklə, təxminən 2016-cı ilin aprel ayında Yeganənin əri Xanbala Ramiz adlı həmin ustanı onun evinə gətirmiş, Ramiz Məmmədov evə baxıb təmir edə biləcəyini və təmir zamanı oğlu Təqsirləndirilən şəxs kömək edəcəyini ona demişdir. X25 razılaşmış, bir neçə gün sonra Ramiz Məmmədov və oğlu Təqsirləndirilən şəxs onun evinmin 2-ci mərtəbəsinin təmirinə başlamışlar. Ramiz və Təqsirləndirilən şəxslar təxminən 2 ay evin təmiri ilə məşğul olmuşlar, hissə-hissə olmaqla, ümumilikdə evin təmirinə Ramiz və oğluna zəhmət haqqı kimi 10.000 manata yaxın pul vermişdir. Başqa həmin şəxslərlə hansısa bir əlaqəsi və münasibəti olmamışdır.Övladları həmin ərəfədə işləyirlərmiş, evdə nadir hallarda olurmuşlar. Qeyd edir ki, əvvəllər mühafizəçi işləyən övladları evdən işə və işdən evə müfaviq forma ilə gedib-gəlirlərmiş. Onları görən zaman Təqsirləndirilən şəxs və atası Ramiz Məmmədov ondan soruşurlarmış ki, övladları harada işləyir. Mən isə fəxr hissi ilə oğlanlarımdan birinin polis, digər ikisinin isə neft kəmərlərinin mühafizəçisi kimi işlədiklərini onlara deyirmiş (2-ci cild iş vərəqi 96-98). Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan sübutlar məhkəmədə elan olunaraq tədqiq edilmişdir. 15 mart 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ittiham elan edilmiş və həmin gün barəsində Bakı şəhəri Səbail rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. 26 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəqiqləşdirilmiş və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanda keçirilmiş 18 mart 2022-ci il tarixli axtarış protokolundan görünür ki, axtarış zamanı evin qonaq otağında, giriş qapısının sağ hissəsində, yerləşən dolabın üzərindən Təqsirləndirilən şəxs daim istifadə etdiyi «Fujitsu» markalı 1 ədəd noutbuk kompüter, həmçinin Ukraynadan Azərbaycana gətirdiyi, qeydiyyatdan keçirmədiyi, yalnız «İnternet»indən istifadə edərək «Watsapp» və digər sosial şəbəkələr vasitəsilə yazışmalar apardığı «Lephone» markalı 1 ədəd mobil telefon aparatı aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 108-111). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilmiş 24 may 2022-ci il tarixli 5/484 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında 18 mart 2022-ci il tarixdə keçirilmiş axtarış zamanı aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş bir ədəd sensor ekran və «Android 6.0» əməliyyat sistemi ilə təchiz olunmuş «Lephone» markalı «W7» modelli «**********89786, **********40787» «imei» kodlu mobil smartfon işlək vəziyyətdədir, mobil smartfonun yaddaşında quraşdırılmış «WhatsApp» və «Skype» proqram təminatları vardır. Tədqiqata təqdim edilmiş bir ədəd «Fujitsu» markalı «A530» modelli «Windows 7» əməliyyat sistemi ilə təchiz edilmiş notebook tipli kompüter işlək vəziyyətdədir (cild 1, iş vərəqi 225-230). “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə 18 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 2007-2008-ci illər ərzində Ukrayna Respublikasına çoxsaylı səfərləri olmuşdur; Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə düşmən tərəfinə keçməklə, xarici xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirərək onlara kömək etmək və xarici xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə oluna bilən məlumatları toplayaraq casusluq etməklə dövlətə xəyanət cinayət əməlini törətdiyi müddətdə 13 fevral 2019-cu il tarixdə saat 22:53 dəqiqədə Ukraynanın Kiyev şəhərindən Azərbaycana gəlmiş, 20 iyun 2019-cu il tarixdə saat 06:11 dəqiqədə Gürcüstana keçmiş, xx.xx.2019-cu il tarixdə saat 23:04 dəqiqədə isə Ukraynanın Kiyev şəhərindən Azərbaycana qayıtmışdır (cild 1, iş vərəqi 114). "xxxx" MMC-dən Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinə təqdim edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş (070) ***-**-** saylı telefon nömrəsinin istifadə olunduğu cihazın İMEİ nömrələri, eləcə də (070) ***-**-** saylı telefon nömrəsinin qoşulduğu cihazlarda istifadə olunan mobil telefon nömrələrinin sahibləri barədə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan məlumatlara keçirilmiş 01 iyul 2022ci il tarixli baxış protokolu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş (070) ***-**-** telefon nömrəsi İMEİ nömrələri **********14570; **********51270; **********10280; **********14580; **********44640 cihazlarda istifadə olunmuşdur: İMEİ nömrəsi **********14570 olan cihazda ***-***-**-**, ***-***-**-** və ***-***-**-** telefon nömrələri istifadə edilmişdir. Həmin nömrələrin cihazda istifadə tarix və vaxtları aşağıdakı kimidir: - ***-***-**-** nömrəsi – xx.xx.2019-cu il saat 20:38 dəqiqədə; - ***-***-**-** nömrəsi – xx.xx.2019-cu il saat 22:08-dən xx.xx.2020-ci il saat 13:40dək; - ***-***-**-** nömrəsi – xx.xx.2020-ci il saat 11:11-dən xx.xx.2020-ci il saat 16:44dək. İMEİ nömrəsi **********51270 olan cihazda xx.xx.2020-ci il tarixdə saat 16:22 dəqiqədə ***-***-**-** telefon nömrəsi istifadə edilmişdir. İMEİ nömrəsi **********10280 olan cihazda xx.xx.2020-ci il saat 19:11-dən xx.xx.2021-ci il saat 11:52-dək olan müddət ərzində ***-***-**-** telefon nömrəsi istifadə edilmişdir. İMEİ nömrəsi **********14580 olan cihazda ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı telefon nömrələri istifadə edilmişdir. Həmin nömrələrin cihazda istifadə tarix və vaxtları aşağıdakı kimidir: - ***-***-**-** nömrəsi – xx.xx.2020-ci il saat 13:02-dən xx.xx.2020-ci il saat 21:29dək; - ***-***-**-** nömrəsi – xx.xx.2020-ci il saat 19:46-dan saat 19:51-dək; - ***-***-**-** nömrəsi – xx.xx.2021-ci il saat 17:32-də. İMEİ nömrəsi **********44640 olan cihazda ***-***-**-** və ***-***-**-** saylı telefon nömrələri istifadə edilmişdir. Həmin nömrələrin cihazda istifadə tarix və vaxtları aşağıdakı kimidir: - ***-***-**-** nömrəsi – xx.xx.2021-ci il saat 12:16-dan xx.xx.2021-ci il saat 13:35dək; - ***-***-**-** nömrəsi – xx.xx.2021-ci il saat 12:23-dən xx.xx.2022-ci il saat 23:50dək. (cild 2, iş vərəqi 1-67). Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-dən Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinə təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı evdə quraşdırılmış 2120-4-36-82 telefon nömrəsi, eləcə də Ukrayna rabitə operatoruna məxsus **********00 və **********89 telefon nömrələri ilə ilə 01 yanvar 2017-ci il tarixdən 18 aprel 2022-ci il tarixədən olan müddət ərzində aparılmış telefon danışıqlarının statistik kompüter açıqlamalarına keçirilmiş 08 iyul 2022-ci il tarixli baxış protokolu ilə müəyyən edilmişdir ki, ünvan 5 ünvanında quraşdırılmış 2120-4-36-82 telefon nömrəsi ilə Ukrayna mobil rabitə operatorlarına məxsus **********11, **********90, **********90, **********06, **********79, **********45, **********58 və **********00 telefon nömrələri arasında çoxsaylı danışıqlar aparılmışdır.; Ermənistan xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq etdiyi müddətdə Təqsirləndirilən şəxs istifadəsində olmuş **********89 nömrəsi ilə 2018-ci ilin sentyabr ayının 25-dən həmin ilin dekabr ayının 13-dək, 2019-cu ilin yanvar ayının 22-dən 25-dək olan müddət ərzində Azərbaycandakı mobil rabitə operatorlara məxsus nömrələr arasında çoxsaylı danışıqlar aparılmışdır. (cild 2, iş vərəqi 75-80). Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-dən Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinə təqdim edilmiş Ukrayna rabitə operatoruna məxsus **********11, **********90, **********90, **********06, **********79, **********45, **********58 və **********24 telefon nömrələri ilə Azərbaycan Respublikasının mobil və şəhər operatorları arasında 01 iyun 2016-cı il tarixdən 20 iyul 2022-ci il tarixədən olan müddət ərzində aparılmış telefon danışıqlarının statistik kompüter açıqlamalarına keçirilmiş 16 avqust 2022-ci il tarixli baxış protokolu ilə müəyyən edilmişdir ki, Ukrayna rabitə operatoruna məxsus **********11, **********90, **********06, **********79 və **********45 nömrələri ilə Azərbaycan Respublikasının mobil və şəhər operatorları arasında danışıqlar aparılmışdır (cild 2, iş vərəqi 227). "xxxx" MMC-dən Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinə təqdim edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsinin antenalar üzrə hərəkət marşrutu (location) barədə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan məlumatlara keçirilmiş 02 avqust 2022-ci il tarixli baxış protokolu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** telefon nömrəsi 07 iyun 2020-ci il tarixdən 02 may 2021-ci il tarixədək olan müddət ərzində aşağıda sadalanan mobil baza stansiyalarının əhatə dairəsində olmuşdur: - GSVN3705C/GSVN3705 Hajiqabul Xanlar/"Hacıqabul şəhəri, Xanlar küçəsi ev 20"/Hajigabul; - GSVN3529B/GSVN3529 Pirsaat/"Hacıqabul rayonu, Pirsaat qəsəbəsi" /Hajigabul; - USVN2766E/GSVN2766 Hajigabul/"Hacıqabul şəhəri, B. İbrahimov küçəsi 14"/Hajigabul; - USVN2674D/GSVN2674 Gaya_Restoran/"Hacıqabul şəhərinin qerb hissesi" /Hajigabul; - USVN3407D/GSVN3407 Hajigabul-2/"Hacıqabul rayonu, Şirvan-Hacıqabul avtomobil yolunun qərbi"/Hajigabul; - USVN2180Y/USVN2180 Navahy2/"Hacıqabul rayonu, Nəvahi qəsəbəsi" /Hajigabul; - USVN3001F/GSVN3001 Herbi shehercik Haajigabul/"Hərbi Şəhərcik" /Hajigabul; - USVN2642Q/USVN2642 Qubali Baloglan/"Hacıqabul rayonu, Qubalı Baloğlan"/Hajigabul; - LSVN3601O6/LSVN3601 Shirvan -ATC/"X1"/Shirvan; - LSVN3613O1/LSVN3613 Mugan/"Hacıqabul şəhəri, Muğan qəsəbəsi" /Hajigabul; - USVN4316H/USVN4316 Atbulag/"Hacıqabul rayonu, Atbulaq kəndi" /Hajigabul; - UBBK2557B/UBBK2557 Gizildash/"Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi"/Garadagh; - UABS0704B/UABS0704 Uchtepe DTX/"Bakı şəhəri, Qaradağ rayonu, Muşfiqabad qəsəbəsi, Qanlıtəpə ərazisində"/Garadagh; - UABS5748D/UABS5748 Mushviqabad yolu/"Abşeron rayonu, Pirəköşkül kəndi"/Absheron; - UABS6041F/UABS6041 SumgayitDTV/"Sumqayıt şəhəri, 18-ci mikrorayon" /Sumgayit; - UABS1829F/UABS1829 SumgtAircas/"Sumqayıt şəhəri, 3-cü mikrorayon, 19A, 12 mərtəbəli bina"/Sumgayit; - UABS3237L/UABS3237 Sumgait_HW/"Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Massiv"/Absheron; - UBBK1597F/UBBK1597 2ci_Yeni-Yasamal/"Bakı şəhəri, Yeni Yasamal-2, bina 10"/Yasamal; - LBBK0217O2/LBBK0217 Yeni Yasamal yolu/"Bakı şəhəri, Yasamal rayonu, Yasamal rayonundan keçən dairəvi yolun kənarında"/Yasamal; - LSVN2768O2/LSVN2768 Karimbayli/"Salyan rayonu, Kərimbəyli kəndi" /Salyan; - ULNK4505B/GLNK4505 Lenkaran 2/"Lənkəran şəhəri, Fizuli küçəsi 49" /Lankaran; - ULNK4513B/GLNK4513 Levengi Dairesi/"Lənkəran şəhəri, Ləvəngi dairəsi" /Lankaran; - ULNK3181R/GLNK3181 Goyshaban kendi/"Lənkəran rayonu, Göyşhaban kəndi"/Lankaran; - LLNK3563O2/LLNK3563 BOLADİ/"Lənkəran rayonu, Bolədi kəndi" /Lankaran; - ULNK0268B/GLNK0268 Shirinsu/"Lənkəran rayonu, Şirinsu kəndi" /Lankaran; - LLNK4321O2/LLNK4321 Gumbashi/"Lənkəran rayonu, Liman bələdiyyəsi" /Lankaran; - ULNK3559A/GLNK3559 Boradigah/"xxxx" /Masally; - LLNK3255O1/LLNK3255 Bayram_M_MMC/"Masallı rayonu, Gəyəçöl kəndi, Bakı astara magistral yolu"/Masally; - ULNK3633A/GLNK3633 Uzuntepe/"Cəlilabad rayonu, Uzuntəpə kəndi" /Jalilabad; - USVN3448B/GSVN3448 Chukhanli/"Salyan rayonu, Çuxanlı kəndi"/Salyan; - LSVN3527O3/LSVN3527 Salyan avtobaza/"Salyan rayonu, aşağı Noxudlu kəndi"/Salyan; - UBBK5939A/UBBK5939 Serenje/"Müşfiqabad-Qızıldaş yolu"/Garadagh; - UABS1631W/UABS1631 Ceyranbatn/"Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Bakı-Sumqayıt şossesinin sağ tərəfi"/Absheron; - LABS2863O1/LABS2863 X15 9/"xxxx"/Absheron; - UABS2757E/UABS2757 Sum_Anar MMC/"Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 45"/Sumgayit; - UABS6107D/UABS6107 Sumgaytpost/"Sumqayıt şəhəri, Bakı-Quba yolu, Xəzər yarmarkası"/Sumgayit; - UABS5607R/UABS5607 X31/"Qaradağ rayonu, Sahil Müşfiqabad yolu, Qaradağ kərpic zavodu"/Garadagh; USVN2756P/GSVN2756 Gilan Seramik/"Kürdəmir rayonu, Kürdəmir şossesi, 9-cu km"/Hajigabul; - UABS5388A/UABS5388 Shirvan petrol/"Qaradağ rayonu, Ələt qəsəbəsi Ələt- Qazax yolunun 10-cu km-nin sağ hissəsi"/Garadagh; - LABS5903O2/LABS5903 Sumgait_H.Aliyev_ave/"Sumqayıt şəhəri, 9-cu məhəllə"/Sumgayit; - LABS5305O2/LABS5305 Jorat_M.Huseyin_str/"Sumqayıt şəhəri, Corat qəsəbəsi"/Sumgayit; - LABS2861O2/LABS2861 Sirab Market/"Sumqayıt şəhəri, 4-cü mikrorayon, Bakı küçəsi, Sirab market"/Sumgayit; - UABS4337D/UABS4337 Saray baglar3/"Sumqayıt şəhər bələdiyyəsi, 4-cü məhəllə, 1 saylı komitə"/Absheron; - LSVN4322O1/LSVN4322 GobustnKSF/"Qaradağ rayonu, Qobustan qəsəbəsi, Kəşfiyatçılar küçəsi"/Garadagh; - UBBK5320B/UBBK5320 H Aliyev 97/"Bakı şəhəri, Nərimanov rayonu, H/Əliyev prospekti 105, 1951 saylı məhəllə"/Narimanov; - UABS6296A/UABS6296 Beynelxalq Deniz Ticaret Liman??/"Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Kötəl qəsəbəsi 102"/Garadagh; - USVN3801A/GSVN3801 Bakcell-İM_Shirvan/"Şirvan şəhəri, M. E. Rasulzade küçəsi "/Shirvan; - LBBK2917O2/LBBK2917 DYOLPLS/"Bakı şəhəri, İpək Yolu"/Sabail; - UBBK2533B/UBBK2533 GAZ EMALİ ZAVODU/"X33, Bakı ş, Qaradağ r-nu, Lökbatan"/Garadag; - LABS5390O1/LABS5390 RGS Company/"Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 22-ci km"/Garadagh; - LABS5379O3/LABS5379 Ayli Geje/"Sumqayıt şəhəri, 53-cü məhəllə" /Sumgayit; - USVN5349B/USVN5349 Sangachal-HUB/"Bakı şəhəri, Qaradağ rayonu , Sənqəçal qəsəbəsi, Bakı-Astara (Qazax) avtomobil yolunun 41-ci km" /Garadagh (cild 2, iş vərəqi 175-178). Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-Kəşfiyyat baş idarəsi tərəfindən istintaqa təqdim edilmiş 17 oktyabr 2022-ci il tarixli 2/6496 №-li məktubdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixli 9/3038 saylı əməliyyat tapşırığının icrası ilə əlaqədar keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 07 iyun 2020-ci il tarixdən 02 may 2021-ci il tarixədək hərəkət marşrutunu əhatə edən ərazilər üzrə yerləşən aşağıdakı strateji əhəmiyyətli dövlət obyektlərinin mövcudluğu müəyyənləşdirilmişdir: -Hacıqabul rayonu üzrə (GSVN3705C/GSVN3705 Hajiqabul Xanlar/ “Hacıqabul şəhəri Xanlar küçəsi ev 20”/Hajigabul, GSVN3529B/GSVN3529 Pirsaat/“Hacıqabul rayonu, Pirsaat qəsəbəsi”/Hajigabul, USVN2766E/GSVN2766 Hajiqabul/“Hacıqabul şəhəri B.İbrahimov küçəsi 14”/Hajigabul, USVN2674D/GSVN2674 Gaya_Restoranı/“Hacıqabul şəhərinin qərb hissəsi”/Hajigabul, USVN3407D/GSVN3407 Hajigabul-2/“Hacıqabul rayonu, Şirvan-Hacıqabul avtomobil yolunun qərbi”/Hajigabul, USVN2180Y/USVN2180 Navahy2/“Hacıqabul rayonu, Nəvahi qəsəbəsi”/Hajigabul, USVN3001F/GSVN3001 Herbi shehercik Haajigabul/“Hərbi Şəhərcik”/Hajigabul, USVN2642Q/USVN2642 Qubalı Baloglan/“Hacıqabul rayonu, Qubalı Baloğlan”/Hajigabul, LSVN3601O6/LSVN3601 Shirvan-ATC/“X1”/Shirvan, LSVN3613O1/LSVN3613 Mugan/“Hacıqabul şəhəri, Muğan qəsəbəsi”/Hajigabul, USVN4316H/USVN4316 Atbulag/“Hacıqabul rayonu, Atbulaq kəndi”/Hajigabul, USVN3801A/GSVN3801 Bakcell-İM_Shirvan/“Şirvan şəhəri, M.E.Rasulzade küçəsi”/Şirvan, USVN2756P/GSVN2756 Gilan Seramik/“Kürdəmir rayonu, Kürdəmir şossesi, 9-cu km”/Hajigabul) Pirsaat, Navahı, Muğan qəsəbələri, Qubalıbaloğlan, Atbulaq kəndləri və "xxxx" MMC-nin ərazilərində “SOKAR”ın X19 Sahəsinə, X26 İdarəsinə və X27 məxsus boru xətləri, eləcə də beynəlxalq Bakı-Tbilisi- Qars dəmiryol xətti keçir; - Qaradağ rayonu üzrə (UBBK2567B/UBBK2567 Gizildash/”Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi”/Garadagh, UABS0704B/ UABS0704 Uchtepe DTX/”Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Qanlıtəpə ərazisində”/Garadagh, UBBK5939A/UBBK5939 Serenje/”Müşfiqabad-Qızıldaş yolu”/Garadagh, UABS5607R/ UABS5607 X31/”Qaradağ rayonu, Sahil Müşfiqabad yolu, Qaradağ kərpic zavodu”/Garadagh, UABS5388A/UABS5388 Shirvan petrol/”Qaradağ rayonu, Ələt qəsəbəsi Ələt-Qazax yolunun 10-cu km-nin sağ hissəsi”/Garadagh, LSVN4322O1/LSVN4322 GobustnKSF/”Qaradağ rayonu, Qobustan qəsəbəsi, Kəşfiyyatçılar küçəsi”/Garadagh, UABS6296A/UABS6296 Beynelxalq Deniz Ticaret Liman??/”Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Kötəl qəsəbəsi 102”/Garadagh, UBBK2533B/UBBK2533 GAZ EMALİ ZAVODU/”X34, Bakı ş., Qaradağ r-nu, Lökbatan”/Garadagh, LABS5390O1/LABS5390 RGS Company/” Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 22-ci km”/Garadagh, USVN5349B/USVN5349 Sangachal- HUB/“Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, Bakı-Astara (Qazax) avtomobil yolunun 41-ci km”/Garadagh) Lökbatan qəsəbəsində yerləşən X33, Səngəçal Elektrik stansiyası və Neft Terminalları fəaliyyət göstərir, həmçinin Səngəçal qəsəbəsindən başlayan Bakı-Tbilisi-Ceyhan neft kəməri, Qazax-Bakı dəmiryol xətti keçir; - Sumqayıt şəhəri üzrə (UABS6041F/UABS6041 Sumqayıt DTV/”Sumqayıt şəhəri, 18-ci mikrorayon”/Sumgayıt, UABS1829F/UABS1829 Sumqt Aircas/”Sumqayıt şəhəri, 3cü mikrorayon, 19A, 12 mərtəbəli bina”/Sumgayıt, UABS2757E/UABS2757 Sum_Anar MMC/”Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 45”/Sumgayıt, UABS6107D/UABS6107 Sumqaytpost/”Sumqayıt şəhəri, Bakı-Quba yolu, Xəzər yarmarkası”/Sumgayıt, LABS5903O2/LABS5903 Sumgait_H.Aliyev_ave/”Sumqayıt şəhəri, 9-cu məhəllə”/Sumgayıt, LABS5305O2/LABS5305 Jorat_M.Hüseyin_str/”Sumqayıt şəhəri, Corat qəsəbəsi”/Sumgayıt, LABS2861O2/LABS2861 Sirab Market/”Sumqayıt şəhəri, 4-cü mikrorayon, Bakı küçəsi, Sirab market”/Sumgayıt, LABS5379O3/LABS5379 Ayli Geje/”Sumqayıt şəhəri, 53-cü məhəllə”/Sumgayıt) 4-cü mikrorayon Bakı küçəsinin yaxınlığında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin baş idarəsinin inzibati binası yerləşir; - Abşeron rayonu üzrə (UABS5748D/UABS5748 Mushviqabad yolu/ “Abşeron rayonu, Pirəköşkül kəndi”/Absheron, UABS3237L/UABS3237 Sumgait_HW/“Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Massiv”/Absheron, UABS1631W/UABS1631 Ceyranbatn/“Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Bakı-Sumqayıt şossesinin sağ tərəfi”/Absheron, LABS2863O1/LABS2863 Jeyranbatan, Seymur Quliyev 9/”Ceyranbatan qəsəbəsi, Seymur küçəsi 1”/Absheron, UABS4337D/UABS4337 Saray baglar3/“Sumqayıt şəhər bələdiyyəsi, 4-cü məhəllə, 1 saylı komitə”/Absheron) Ceyranbatan su anbarı yerləşir; - Salyan rayonu üzrə (LSVN2768O2/LSVN2768 Karimbayli/“Salyan rayonu, Kərimbəyli kəndi”/Salyan, USVN3448B/GSVN3448 Chukhanlı/“Salyan rayonu, Çuxanlı kəndi”/Salyan, LSVN3527O3/LSVN3527 Salyan avtobaza/“Salyan rayonu, aşağı Noxudlu kəndi”/Salyan) Kərimbəyli kəndi ərazisində “Kürsəngi” və “Qarabağlı” yataqlarından neft emal edən “Salyan OİL” LTD əməliyyat şirkəti, Aşağı Noxudlu kəndi yaxınlığında "xxxx" ASC-nin X16 Şəbəkəsinin 220/110/110 kv-luq yarımstansiyası yerləşir; -Lənkəran rayonu üzrə (ULNK4505B/GLNK4505 Lenkaran 2/”Lənkəran şəhəri, Fizuli küçəsi 49”/Lankaran, ULNK4513B/GLNK4513 Levengi Dairesi/”Lənkəran şəhəri, Ləvəngi dairəsi”/Lankaran, ULNK3181R/GLNK3181 Goyshaban kendi/”Lənkəran rayonu, Göyşaban kəndi”/Lankaran, LLNK3563O2/LLNK3563 BOLADİ/”Lənkəran rayonu, Boladi kəndi”/Lankaran, ULNK0268B/GLNK0268 Shirinsu/”Lənkəran rayonu, Şirinsu kəndi”/Lankaran, LLNK4321O2/LLNK4321 Gumbashı/”Lənkəran rayonu, Liman bələdiyyəsi”/Lankaran) Lənkəran şəhəri ünvan 6 ünvanından 800-900 metr məsafədə isə X28 yerləşir; -Cəlilabad rayonu üzrə (ULNK3633A/GLNK3633 Uzuntepe/”Cəlilabad rayonu, Uzuntəpə kəndi”/Jalilabad) Uzuntəpə kəndi ərazisində “Cəlilabad” Dəmiryol Stansiyası və 20 min tonluq Loqistik gübrə anbarı yerləşir; - Bakı şəhəri Səbail rayonu üzrə (LBBK2917O2B/LBBK2917 DYOLPLS/ “Bakı şəhəri, İpək Yolu”/Sabail) “İpək yolu”nun ərazisində Bakı Baş Gömrük İdarəsi (Salyan şossesi 11) və X35 postu (Salyan şossesi 14) yerləşir; -Bakı şəhəri Nərimanov rayonu üzrə (UBBK5320B/UBBK5320 H.Aliyev 97/ “Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 105, 1951 saylı məhəllə”/Narimanov) göstərilən ərazidə Dövlət Neft Şirkəti yerləşir (cild 3, iş vərəqi 72-74) Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat Baş İdarəsi tərəfindən istintaqa təqdim edilmiş 26 aprel 2022-ci il tarixli 9-1072 №-li məktubdan görünür ki, keçirilmiş əks-kəşfiyyat tədbirləri zamanı məlum olmuşdur ki, Məmmədov X14 Azərbaycana qayıtdıqdan sonra Hacıqabul rayonunda yaşamış, fərdi usta kimi fəaliyyət göstərmiş və qonşusu xx.xx.1953-cü il təvəllüdlü, ünvan 8 ünvanında yaşayan Şahid3 evində təmir işləri aparmışdır. Şahid3 oğlu xx.xx.1990-cı il təvəllüdlü Şahid4 əvvəllər "xxxx" MMC-də mühafizəçi işləmiş, neft kəmərlərinin mühafizəsi sahəsində çalışmışdır; əldə olunmuş məlumatlara əsasən, Təqsirləndirilən şəxs Şahid4la yaxın münasibət yaradaraq sonuncudan neft kəmərlərinin keçdiyi ərazilər, mühafizənin təşkili, orada çalışan əməkdaşlar və s. barədə məlumatlar toplamışdır (cild 1, işə vərəq 196-197) Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat Baş İdarəsi tərəfindən istintaqa təqdim edilmiş 11 avqust 2022-ci il tarixli 9-2254 №-li məktubdan görünür ki, keçirilmiş əks-kəşfiyyat tədbirləri zamanı əldə olunmuş məlumatlara əsasən, "xxxx" MMC «BP-Azərbaycan» şirkətinin operatoru olduğu üçün neft və qaz ixrac boru kəmərləri infrastrukturlarının, şirkətin baş ofisinin, eləcə də «Səlyan OİL» şirkətinin istismar etdiyi obyektlərin mühafizəsini həyata keçirir. Eyni zamanda, "xxxx" MMC 2018-ci ildən Səudiyyə Ərəbistanının ölkəmizdəki səfirliyinin mühafizəsini təmin edir; Cahangir və Cavid Qasımov qardaşlarının əvvəllər "xxxx" mühafizə şirkətində işləmələri təsdiq olunmuşdur (cild 2, iş vərəqi 215). Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətindən istintaqa təqdim edilmiş xx.xx.2022-ci il tarixli 9-2709 №-li məktubdan çıxarışdan görünür ki, xx xxxxxxx 1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 2017-ci ildə əlində nəzərəçarpacaq dərəcədə ağırlığa malik olan iki ədəd çanta ilə Ermənistan Respublikasının Ukraynadakı səfirliyinə daxil olaraq səfir Andranik Manukyan ilə görüşdüyünə dair əməliyyat məlumatları mövcuddur; Təqsirləndirilən şəxs diplomatik nümayəndəliyinin binasını tərk edərkən Ermənistan Respublikasının səfirliyinin ştatdankənar əməkdaşı mühafizəçilərə yaxınlaşaraq onlardan baş verən hadisəni unutmağı tələb etmiş, əks-halda X4 sabiq daxili işlər naziri Arsen Avakov vasitəsi ilə onları ən sərt formada cəzalandıracağı ilə hədələmişdir (cild 3, iş vərəqi 47). Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat Baş İdarəsi tərəfindən istintaqa təqdim edilmiş 30 sentyabr 2022-ci il tarixli 9-2806 №-li məktubdan görünür ki, keçirilmiş əks-kəşfiyyat tədbirləri zamanı əldə olunmuş məlumatlara əsasən, Təqsirləndirilən şəxs uzun müddət yaşadığı Hacıqabul rayonunun Pirsaat qəsəbəsində xalası xx.xx.1961-ci il təvəllüdlü X3 məxsus mənzilin yerləşdiyi ərazidən qərb istiqamətində təxminən 2,5 km məsafədə Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Cənubi Qafqaz və X5 neft və qaz ixrac boru kəmərləri, eləcə də eyni istiqamətdə 300 m məsafədə isə Bakı-Tbilisi-Qars dəmiryolu xətti keçir. Həmçinin qeyd olunan ərazidə Bakı-Supsa neft kəmərinin 55-ci kilometrliyində 2 saylı ərsinburaxma stansiyası fəaliyyət göstərir. Obyekt xaricdən X2 X7 regional şöbəsi, daxildən isə "xxxx" MMC-nin əməkdaşları tərəfindən qorunur. Təqsirləndirilən şəxs əlverişli mövqedən istifadə edərək qeyd olunan strateji əhəmiyyətli obyektlərin vizual müşahidəsini aparmaqla məlumat toplaması istisna edilmir (cild 3, iş vərəqi 64). Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat Baş İdarəsi tərəfindən istintaqa təqdim edilmiş 03 noyabr 2022-ci il tarixli 9-3249 №-li məktubdan görünür ki, keçirilmiş əks-kəşfiyyat tədbirləri zamanı məlum olmuşdur ki, Hacıqabul rayonunun Pirsaat qəsəbəsindən Rəncbər kəndi istiqamətində sutkanın axşam saatlarında gur işıqlandırılan ərazilərdə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə aid (Rəncbər kəndi, 39-cu km) siyirtmə, Bakı-Supsa ixrac boru kəmərinə aid isə (Pirsaat qəsəbəsi, 55-ci km) ərsinburaxma stansiyaları fəaliyyət göstərir; qeyd olunan obyektlər strateji əhəmiyyətli infrastrukturlardır, sutkanın qaranlıq vaxtlarında işıqlandırıldığından kənardan müşahidə etmək mümkündür. Həmin obyektlərdə fövqəladə vəziyyətin yaranması maddi və fiziki ziyanla müşayiət oluanan ekoloji fəlakətin baş verməsinə zəmin yarada bilər (cild 3, iş vərəqi 82-83) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 1,iş vərəqii 122-123, 124-127). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 274-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ifadələrində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ittihamda göstərilən əməli törətmədiyini göstərib Ermənistan Respublikasının Ukrayna Respublikasındakı səfirliyinə 3-cü ölkəyə getməyində kömək edilməsi məqsədi ilə getdiyini, Ermənistan Xüsusi xidmət orqanlarının Edik adlı əməkdaşı ilə yalnız bir dəfə səfirliyin inzibati binasında görüşdüyünü, onunla və ya digər şəxslərlə sonradan əlaqəsinin olmamasını, Edik tərəfindən ondan yerinə yetirməsini tələb etdiyi tapşırıqların heç birini icra etməməsini bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrini onun ibtidai istintaq zamanı verdiyi ifadələri ilə, iş üzrə dindirilmiş şahidlərin ifadələri, iş üzrə əldə edilmiş digər sübutlarla, o cümlədən də, ekspertiza rəyləri, maddi sübütlarla və işin faktiki halları ilə müqayisəli təhlil edib hesab edir ki, onun məhkəmədə verdiyi ifadəsi işin faktiki hallarına uyğun olmayan və müdafiə xarakteri daşıyır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Ermənistan Respublikasının xüsusi xidmət orqanının əməkdaşlarına verdiyi məlumatlar Azərbaycan Respublikasınının təhlükəsizliyi, suverenliyi və müdafiə qabilliyyətinin zəiflədilməsinə yönələn məlumatlar olmuşdur; Azərbaycanın hərbi potensialı, Azərbaycan Respublikasının Prezidentinin bölgələrə səfərləri zamanı onunla görüşlərin hansı qaydada təşkil olunması, Sənqəçal terminalının yerləşdiyi ərazi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Azərbaycan ərazisində dəqiq keçdiyi ərazilərin dəqiq müəyyən edilməsi, Azərbaycandakı ictimai-siyasi, iqtisadi və digər sahələrdə gedən proseslər və sair məlumatlar - Azərbaycan Respublikasınının təhlükəsizliyi, süverenliyivə müdafiə qabiliyyətinin zərərinə istifadə oluna bilən məlumatlardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən məlumatların düşmənin xüsusi xidmət orqanınına veriləcəyi təqdirdə bunun Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə yaradacağı nəticələrini dərk etmiş, Təqsirləndirilən şəxs göstərdikləri işin faktiki hallarına, o cümlədən iş üzrə dindirilmiş şahidlərin ifadələrinə və iş üzrə əldə edilmiş əməliyyat məlumatlarına uyğun deyil. Məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs yuxarıda təsvir olunan şəraitdə və vaxtda Ermənistan Respublikasının xüsusi xidmət orqanının Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə tamah məqsədi ilə əməkdaşlıq etməyə razılıq verib bu istiqamətdə fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası CM-in 274-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan dövlətə xəyaənət formal tərkibli olub Azərbaycan Respublikası vətəndaşının xarici xüsusi xidmət orqanı əməkdaşı ilə əməkdaşlıq etməsinə razılıq verdiyi andan cinayət əməli başa çatmış hesab olunur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 274-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu məddədə nəzərdə tutulumuş cinayətin törədilməsi üçün xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş şəxs aldığı cinayət tapşırığının icrası üzrə heç bir fəaliyyət göstərməmişsə və dövlət hakimiyyət orqanlarına könüllü surətdə və vaxtında məlumat vermişsə və ya Azərbaycan Respublikasının mənafələrinə ziyan vurulmasının qarşısının alınmasına sair formada kömək etmişsə, əgər onun hərəkətlərində başqa cinayət tərkibi yoxdursa o, cinayət məsuliyyətindən azad olunur, Təqsirləndirilən şəxs hərəkətlərində belə hallar müəyyən olunmamışdır. Beləliklə, yxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə zamanı sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 274-cü maddəsinin sanksiyasında on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 15.5-ci maddəsinə əsasən həmin Məcəllənin 274-cü maddəsi xüsusilə ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən həmin Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Emil Məmədovun himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını da nəzərə alır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasının ağırlaşdıran halın olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 274-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, cəza çəkməsinin başlanğıcının tutulduğu 08 sentyar 2021-ci il tarixdən hesablanmasını, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar-Bakı Ağır cinayətlər Məhkəməsndə saxlanılan «Fujitsu» markalı 1 ədəd noutbuk kompüter Təqsirləndirilən şəxs yaxın qohumlarınıdan birinə qaytarılmalı, bir ədəd «Lephone» mobil telefon xüsusi müsadirə edilməlidir. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 16 (on alti) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 7 (yeddi) il müddətə azdalıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq ona qəti olaraq 17 (on yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı Ağır cinayətlər Məhkəməsndə saxlanılan «Fujitsu» markalı 1 ədəd noutbuk kompüter Təqsirləndirilən şəxs yaxın qohumlarınıdan birinə qaytarılsın, bir ədəd «Lephone» mobil telefon xüsusi müsadirə edilsin. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kompüter ekspertizası üzrə tədqiqatın dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar