Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1260/2024 21.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X6 (sədrlik edən), Quliyev Vüqar Elbrus oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Rüstəmov Zaur Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, onların müdafiəçiləri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə xx xxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri; xx xxxx 1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3vanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, külli miqdarda narkotik vasitə əldə edib satmaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girib aralarında olan cinayətkar razılığa əsasən, o, istintaqa məlum olmayan vaxtda, şəxsiyyəti istintaqa “Maqa” adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxsdən sonuncunun ona mobil telefon vasitəsi ilə nömrəsini göndərdiyi elektron kart hesabına 70 manat pul köçürməklə satış məqsədi ilə külli miqdarda, ümumi təmiz çəkisi 4,616 qram narkotik vasitə heroin əldə edərək üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə həmin narkotik vasitə heroinin 02 ədəd bükümdə ümumi təmiz çəkisi 2,110 qram hissəsini ayrı-ayrı şəxslərə satıb birgə qazanc əldə etmələri məqsədilə qrup üzvü Təqsirləndirilən şəxs2 vermiş, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİN-nin Nizami Rayon Polis İdarəsinin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o qrup üzvü Təqsirləndirilən şəxs2lə birlikdə xx.xx.2022-ci il tarixdə, saat 19:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 65 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Nizami rayonu Ş.Mirzəyev 71 ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinə gətirilib orada qrup üzvü Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ yan cibində 02 ədəd sellofan bükümdə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib kompenentlərinə görə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 0,985 qram və 1,125 qram, ümumi çəkisi 2,110 qram, külli miqdarda qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı isə əynində olan qara rəngli cins şalvarın sağ yan cibində 02 ədəd sellofan bükümdə, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib kompenentlərinə görə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 1,047 qram və 1,459 qram, ümumi çəkisi 2,506 qram, külli miqdarda qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmin şalvarın sol yan cibindən üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, külli miqdarda narkotik vasitə əldə edib satmaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girib aralarında olan cinayətkar razılığa əsasən qrup üzvü Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan vaxtda, şəxsiyyəti istintaqa “Maqa” adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxsdən sonuncunun Təqsirləndirilən şəxs1 mobil telefon vasitəsi ilə nömrəsini göndərdiyi elektron kart hesabına 70 manat pul köçürməklə satış məqsədi ilə külli miqdarda, ümumi təmiz çəkisi 4,616 qram narkotik vasitə heroin əldə edərək üzərində saxlamaqla daşımış, o da öz növbəsində xx.xx.2023-cü il tarixdə həmin narkotik vasitə heroinin 02 ədəd bükümdə ümumi təmiz çəkisi 2,110 qram hissəsini ayrı-ayrı şəxslərə satıb birgə qazanc əldə etmələri məqsədilə qrup üzvü Təqsirləndirilən şəxs1 götürüb qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, Azərbaycan Respublikası DİN-nin Nizami Rayon Polis İdarəsinin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, qrup üzvü Təqsirləndirilən şəxs1la birlikdə xx.xx.2022-ci il tarixdə, saat 19:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 65 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Nizami rayonu Ş.Mirzəyev 71 ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinə gətirilib orada onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ yan cibində 02 ədəd sellofan bükümdə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib kompenentlərinə görə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 0,985 qram və 1,125 qram, ümumi çəkisi 2,110 qram, külli miqdarda qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, qrup üzvü Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı isə əynində olan qara rəngli cins şalvarın sağ yan cibində 02 ədəd sellofan bükümdə, onun üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib kompenentlərinə görə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 1,047 qram və 1,459 qram, ümumi çəkisi 2,506 qram, külli miqdarda qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmin şalvarın sol yan cibindən üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitədən istifadəyə görə məhkum olunmuş, vaxtından əvvəl azadlığa buraxılmışdır. Uzun müddətdir ki, narkotk vasitələrdən istifadə edir. Narkotik vasitələri müxtəlif ünvanlardan, müxtəlif qiymətlərə əldə etmişdir. “Maqa" adı şəxslə “İstiqram” sosial şəbəkəsi vasitəsilə tanış olsa da ondan narkotik vasitə almamışdır. 24 avqsut 2023-cü il tarixdə müvəqqəti yaşadığı “Albalı” qəsəbəsindən “Razin” qəsəbəsinə gəlmiş, 10 manata bir dəfə istifadə etmək üçün, təxminən 0,5 qram çəkidə narkotik vasitə olan heroini tanımadığı şəxsdən almışdır. “Razin” qəsəbəsindən “Neftçilər” metrostansiyasına avtobusla gələn zaman təsadüfən “Razin” qəsəbəsindən tanıdığı Təqsirləndirilən şəxs2lə rastlaşmışdır. Natiqlə Nizami rayon İcra Hakimiyyətinin qarşısında avtobusdan düşmüşlər. Bir qədər irəli getdikdən sonra polis əməkdaşları tərəfindən saat təxminən 4-5 radələrində saxlanılmış və birlikdə Polis İdarəsinə gətirilmişlər. Orada polis əməkdaşları ilə arasında söhbətlər olmuşdur. Belə ki, otaqda olan divanın altından böyük bağlama çıxararaq qarşısına qoyulmuş, razı olmadığı halda yaşadığı evdən, yaxınlarının evindən həmin bağlamanın çıxacağı ilə onu təhdid etmişlər. O da məcbur qalaraq razılaşmışdır. Bundan sonra sənədləşmələr aparılmışdır. Üzərində həmin gün 10 manata aldığı narkotik vasitədən başqa heç nə olmamışdır. O heç vaxt Natiqə narkotik verməmiş, onunla arasında narkotiklə bağlı hər hansı söhbət olmamışdır. Natiqlə həmin gün təsadüfən rastlaşmışdır. Polis İdarəsində təhqiqatçı onu dindirməmiş, həmçinin ilkin izahatdan sonra müstəntiq də onu dindirməmişdir. Üzərindən çıxan təzəri ona məxsus olmamış, çəkiliş zamanı üstündən çıxan narkotik vasitə əslində onun üstündə olandan iki dəfə çox olmuşdur. O Cinayət Məcəlləsinin 243.1-ci maddə ilə ittiham olunacağını bilmiş, həmin maddə üzrə ittihama imza atmış, qalan heç bir ittihamı imzalamamış, ona veriləcək sanksiyanın artırılacağını biləndə heç yerə şikayət etməmişdir. Qeyd olunanlara əsasən barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, təxminən iki ildən artıq müddətdir ki, narkotik vasitə olan heroindən istifadə etməyə başlamışdır. Narkotik vasitələri müxtəlif ünvanlardan, müxtəlif qiymətlərə əldə etmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı “Razin” qəsəbəsindən tanıyır. Fərhadın narkotik vasitə istifadəçisi və satışı ilə məşğul olduğunu bilməmiş, bu barədə heç kimdən eşitməmiş, onların aralarında narkotik vasitə, həmçinin onun satışı ilə bağlı hər hansı söhbət olmamışdır. Hadisə günü, yəni 24 avqust 2023-cü il tarixdə təsadüfən Fərhadı avtobusda görmüş, birlikdə “Neftçilər” metrostansiyası istiqamətinə gəlmiş, Nizami rayon İcra Hakimiyyətinin qarşısında avtobusdan düşmüşlər. Bir qədər irəllədikdən sonra polis əməkdaşları tərəfindən tutularaq Polis İdarəsinə aparılmışlar. Həmin vaxt üzərində ancaq pul qabı və açarları olmuş, narkotik vasitə olmamışdır. Əməliyyatçılar saat 18:00-a qədər sənədlərə qol çəkmələri və çəkilişdə onların dediyini söyləmələri üçün onları döymüşlər. Axırda təzyiqlərə dözməyərək əməliyyatçıların dedikləri ilə razı olmağa məcbur olmuşdur. Polis əməkdaşları tərəfindən döyülsə də üzərində hər hansı xəsarət qalmamışdır. Onu heç kim dindirməmiş, sadəcə göstərilən yerə imza atması deyilmiş, oxumağa qoymadıqları üçün oxumadan imzalamışdır. Üzərindən çıxan narkotik vasitə ona məxsus olmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri əvvəllər tanımamışdır, onlarla heç bir qohumluğu və ya ədavəti yoxdur. 24 avqust 2023-cü il tarixdə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə “Fərhad” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat rəhbərliyə məruzə olunduqdan sonra əldə olunmuş məlumatı yoxlamaq məqsədilə bölmənin əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və onun iştirakından ibarət əməliyyat qrupu yaradılmışdır. 24 avqust 2023cü il tarixdə, saat 19:30-da Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 65 ünvanının qarşısında zahiri əlamətləri “Fərhad” adlı şəxslə üst-üstə düşən şəxsə, yəni Təqsirləndirilən şəxs1 yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşları olduqlarını deyərək, sonuncuya qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz döyriyyəsində şübhəli bilinməsini qeyd edərək yanında olan bir nəfəri, yəni şəxsiyyəti sonradan onlara məlum olan Təqsirləndirilən şəxs2 də Bakı şəhəri Nizami rayon Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 ilkin olaraq qaçmaq istəsə də sonradan o və Təqsirləndirilən şəxs1 onların göstərişinə tabe olaraq onlarla birlikdə polis idarəsinə gəlmişlər. Polis İdarəsində gətirdikləri şəxsləri aidiyyatı üzrə təhvil vermişlər. Təhqiqatçılar tərəfindən sənədləşdirmə işləri aparılmış, müdafiəçilər dəvət edilmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs2 könüllü olaraq, həmin vaxtı əynində olan göy rəngli şalvarın sağ yan cibindən 02 (iki) ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin bükümlərin içərisinə baxış keçirilərkən içərisində qəhvəyi rəygli, tozşəkilli, spesifik iyə malik olan maddələr olması aşkar edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş həmin maddənin narkotik vasitə heroin olduğunu, saxlanılmazdan əvvəl tanışı Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nizami rayonu ərazisindən müxtəlif şəxslərə ötürməsi üçün pulsuz aldığını, sonradan Fərahd Aydınovdan öz faizini, yəni 0,5 çet heroin götürəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs1 könüllü olaraq, həmin vaxt əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 02 (iki) ədəd şəffaf sellofan bükümü, şalvarın sol yan cibindən 01 (bir) ədəd «Oppo» markalı mobil telefonu və 01 (bir) ədəd gümüşü rəngli elektron tərəzini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin bükümlərin içərisinə baxış keçirilərkən içərisində qəhvəyi rəngli, tozşəkilli, spesifik iyə malik olan maddələr olması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş həmin maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitələri internet sosial şəbəkəsi vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı «Maqa» adlı şəxsdən 70 manat pulun müqabilində aldığını, həmin şəxsin dediyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində sonuncunun təyin etdiyi yerdən götürdüyünü, bir hissəsini satması üçün tanışı Təqsirləndirilən şəxs2 verdiyini bildirmişdir. Onlar tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər hansı formada təzyiq olmamış, onlar özləri könüllü olaraq ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkillər Şahid2, Şahid3 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin KTQ-nun ekspert kriminalisti Şahid4 verdiyi ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsləri əvvəllər tanımamışdır, onlarla heç bir qohumluğu və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxslərin üzərinə baxış və axtarış keçirilən zaman video çəkiliş “İpone 14 pro” markalı video kameradan istifadə etməklə onun tərəfindən aparılmışdır. Belə ki, 24 avqust 2023-cü il tarixdə İdarədə xidmətdə olarkən idarəyə narkotik vasitələrin satışında şübhəli bilən iki nəfər, yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 gətirilmişdir. Həmin şəxslər ayrı-ayrı otaqlarda olmuş, ayrı-ayrı təhqiqatçılar tərəfindən sənədləşdirmə işləri aparılmışdır. İlkin olaraq Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmişdir. Baxışda vəkil də iştirak etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 özü əynində olan göy rəngli şalvarın sağ yan cibindən 02 (iki) ədəd şəffaf sellofan bükümü çıxararaq təqdim etmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nizami rayonu ərazisindən müxtəlif şəxslərə ötürməsi üçün pulsuz aldığını, sonradan Fərahd Aydınovdan öz faizini, yəni 0,5 çet heroin götürəcəyini bildirmişdir. Axtarış və baxış yekunlaşandan sonra o çəkilişi dayandırmışdır. Adətən o çəkiliş etdikdən sonra otaqdan çıxır, təhqiqatçı tərəfindən protokol tərtib edilir və o da sonradan gələrək protokolu imza edir. Təhqiqatçı tərəfindən protokol tərtib edilən müddətdə digər şəxs, yəni Təqsirləndirilən şəxs1 üzərinə başqa təhqiqatçı tərəfindən baxış keçirilmiş və o da həmin hərəkətləri video çəkiliş vasitəsi ilə qeydə almışdır. Təqsirləndirilən şəxs1 özü əynində olan qara rəngli şalvarın sağ yan cibindən 02 (iki) ədəd şəffaf sellofan bükümü, şalvarın sol yan cibindən 01 (bir) ədəd «Oppo» markalı mobil telefonu və 01 (bir) ədəd gümüşü rəngli elektron tərəzini çıxaraq təqdim etmiş, suallara cavab olaraq bükümlərdə narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitələri internet sosial şəbəkəsi vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı «Maqa» adlı şəxsdən 70 manat pulun müqabilində aldığını, həmin şəxsin dediyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində sonuncunun təyin etdiyi yerdən götürdüyünü, bir hissəsini satması üçün tanışı Təqsirləndirilən şəxs2 verməsini bildirmişdir. Çəkiliş zamanı və daha sonra təqsirləndirilən şəxslərə qarşı hər hansı formada təzyiqlərin olmasına şahid olmamış, həmin şəxslər könüllü iradə ifadələrini bildirmişlər. Hər iki protokola imza etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X8 tərəfindən tərtib olunmuş, Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid3, X4, Nizami RPİ-nin KTQ-nun inspektor kriminalisti Şahid4, şübhəli şəxs Təqsirləndirilən şəxs2, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən imzalanmış 24 avqust 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyəta keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 24 avqust 2023-cü il tarixdə, saat 19:30 dəqiqədə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 65 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Nizami RPİ-nin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli şalvarın sağ yan cibindən 02 (iki) ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli, toz şəkilli formada spesifik iyə malik olan narkotik vasitəyə və ya psixotrop maddəyə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 162 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin hazırda özünə məxsus olduğunu, həmin narkotik vasitəni və ya psixotrop maddəni tanışı Təqsirləndirilən şəxs1 adlı şəxsdən bu gün Nizami rayonu ərazisindən müxtəlif şəxslərə ötürməsi üçün pulsuz aldığını və sonradan Təqsirləndirilən şəxs1 öz faizini, yəni, 0,5 çet kokosu götürəcəyini qeyd etmişdir. Üzərindən başqa heç yerdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə Nizami RPİ-nin inzibati binasında xidməti iş otaqlarından birində, süni işıqlandırma şəraitində keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı «İphone 14 pro» markalı video kameradan istifadə etməklə Nizami RPİ-nin KTQnun inspektor kriminalisti Şahid4 tərəfindən video çəkiliş aparılmış, protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola daxil olmamışdır. Protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmiş, protoloka 01 (bir) ədəd DVD əlavə olunmuşdur. Şəxsi axtarış saat 20:45-də başlamış, 21:00-da bitmişdir. Protokol tərtibi 21:05-də başlanmış, 21:30-da bitmişdir (cild 1, i/v 31-32). - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X2 tərəfindən tərtib olunmuş, Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid2, Nizami RPİ-nin KTQ-nin inspektoru Şahid4, şübhəli şəxs Təqsirləndirilən şəxs1, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən imzalanmış 24 avqust 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 24 avqust 2023cü il tarixdə, saat 19:30-da Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 65 ünvanının qarşısında saxlanılaraq idarəyə gətirilmiş Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən ümumilikdə 2 ədəd bükümü, şalvarın sol yan cibindən isə bir ədəd “Oppo” markalı mobil telefonu və gümüşü rəngli elektron tərəzini çıxarıb masa üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin bükümlərdə narkotik vasitə olan heroin vardır. Həmçinin Təqsirləndirilən şəxs1 ondan aşkar olunan narkotik vasitələri sosial şəbəkə vasitəsi ilə tanış olduğu “Maqa” adlı iran vətəndaşından 70 manata almış və həmin şəxsin dediyi, Sabunçu rayonu Bakıxanov qəsəbəsində onun təyin etdiyi yerdən götürmüş, bir hissəsini tanışı Təqsirləndirilən şəxs2 satılması üçün vermişdir. Daha sonra onun üstünə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş, üstündən qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra həmin bükümlər açılıb baxılan zaman içərilərində spesifik iyə malik qəhvəyi rəngli tozşəkilli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 aşkar edilmiş, 02 ədəd şəffaf bükümdə olan maddə sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, həmin zərfin üzəri iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs1 tərəfindən imzalanmış və DİN-nin 162 saylı möhürü ilə möhürlənmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Oppo” markalı mobil telefon götürülərək təhqiqat materialına əlavə edilmişdir. Şəxsi axtarış zamanı istifadə olunmuş “Samsung” markalı videokamerada həkk olunmuş video çəkiliş diskə köçürülmüş və “Toshiba” markalı kompyuterdə baxıldıqdan sonra tərtib olunmuş protokola əlavə edilmişdir. Şəxsi axtarışın aparılması Nizami rayon Pİ-nin inzibati binasında, otaqlarında birində süni işıqlandırma şəraitində keçirilmişdir. Protokol tərtib edilərkən iştirakçılar tərəfindən heç bir ərizə və şikayət daxil olmamış, protokol iştirakçılara ucadan oxunmuş, düzgünlüyü imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış və götürmə saat 21:10-da başlamış, saat 21:30-da qurtarmışdır (cild 1, i/v 62-63). - Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş və maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş videogörüntüləri özündə əks etdirən DVD disklərə baxış keçirilmiş və baxış zamanı 24 avqust 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokollarda qeyd olununlar öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 25 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/4537 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №162” dairəvi möhür əksi olan iki ədəd zərfdə olan: üzərində “Təqsirləndirilən şəxs2 üzərindən....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,985 qram, 1,125 qram, ümumi təmiz çəkisi 2,110 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Təqsirləndirilən şəxs1 üzərindən....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,047 qram, 1,459 qram ümumi təmiz çəkisi 2,506 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparılması mümkün deyildir. Təqdim edilmiş Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş iki ədəd bükümdə olan heroin ilə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş heroin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin ümumi təmiz çəkisi 2,110 qram olmuş, 0,1 qram tədqiqata sərf edilmiş, 2,010 qram qalıq qalmışdır. Heroinin ümumi təmiz çəkisi 2,506 qram olmuş, 0,1 qram tədqiqata sərf edilmiş, 2,406 qram qalıq qalmışdır (cild 1, i/v 74-76). - 16 noyabr 2023-cü il tarixli "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən xaric olan AZF/LGL-15356/23 nömrəli 16 noyabr 2023-cü il tarixli müşaiyət məktubu ilə daxil olmuş telefon danışıqlarına dair cədvəlləri özündə əks etdirən CD diskə baxış keçirilmişdir. Baxış keçirilən zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir SMS yazışması və ya telefon danışığı müəyyən edilməmişdir (cild 1, i/v 196). - “Azerfon MMC”-nin xx.xx.2023-cü il tarixli, AZF/LGL-15356/23 nömrəli məktubuna əlavə edilmiş, üzərində “S/230080551” qeydi olan diskə məhkəmə tərəfindən baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**- ** nömrəli mobil telefon nömrəsi ilə bağlı 01 iyul 2023-cü il tarixindən 26 avqust 2023-cü il tarixinədək olan müddət ərzində həmin nömrədən çıxan SMS-lərin məzmunu aşağıdaki kimi olmuşdur: xx.xx.2023-cü il, saat 17:12, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Menen olan muddetde hecne golyak tapa bılmedik uvi”. xx.xx.2023-cü il, saat 17:14, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Tofigi deyirsense yoxudu po krayney mere bize bele dedi ” xx.xx.2023-cü il, saat 15:15, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Sabina et sawa srocno otvet na zvonok u tebya kamen est nam na 5 manat kamen nujen mi eli eli cerez pacana kolu nsmnoqa nawli bez kamnya prosta mojew nayti” Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsinə daxil olan SMS-lərin məzmunu aşağıdaki kimi olmuşdur: xx.xx.2023-cü il, saat 22:30, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Men bagdayam cixa bilmemiwem imkan olsa corek birdene al men vererem”. xx.xx.2023-cü il, saat 17:11, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “nese tapa bilib? yatib qalmıwam” xx.xx.2023-cü il, saat 17:13, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “qocadada yox idid bilmirsen? Ozumde axtariram e ona gore deyirem” xx.xx.2023-cü il, saat 15:06, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Vse brat men dedim onaki 2 dene 10k bidene 5 p dedimki farhadin srok ypldawidi biyabir eleme dedi yaxwi men ats terefdeyem indi nece deygeye terpenim gelim kabak terefdeki astanovkaya brat?” - 05 dekabr 2023-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 məxsus mobil telefona Təqsirləndirilən şəxs1 Etiram oğlu, onun müdafiəçisi X1 iştirakı ilə baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin telefon «OPPO» markalı mobil telefondur. «OPPO» markalı mobil telefonun yaddaşında, «SMS» başlıqlı bölməsində, “Mənim fayllarım” başlıqlı bölməsində iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat və fayllar müəyyən olunmamışdır. Bundan başqa telefon aparatının yaddaşında müxtəlif foto şəkillər və video görüntülər aşkar olunsa da, iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat və feyllar müəyyən olunmamışdır. «Whatsapp» ani mesajlaşma sistemində ***-***-**-** mobil nömrəsi ilə yaradılmışdır. Həmin sistemdə +98-***-***-**-** mobil nömrəsi “Maqa” adı ilə qeyd edilmişdir. xx.xx.2023cü il tarixdə həmin şəxslə telefonla əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs1 Etiram oğlu “Maqa” adlı şəxsin onun narkotik vasitə aldığı şəxs olduğunu bildirmişdir (cild 1, i/v 213). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 X9 X3 21 oktyabr 2023-cü il tarixli, 6920 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opiolidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, i/v 205-206). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 X9 X3 21 oktyabr 2023-cü il tarixli, 6911 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opiolidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, i/v 207-208). - 24 avqust 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan və həmin tarixli protokoldan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 avqust 2023-cü il tarixli, 4(007)-362/2023 nömrəli, 23 dekabr 2023-cü il tarixli, 4(007)-521/2023 nömrəli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 24 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, məhkəmənin qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin sonuncu qərarı ilə həbsdə saxlanılmasının müddəti 08 yanvar 2024-cü il tarixədək uzadılmışdır (cild 1, i/v 21, 27, 150-154, 280-287). - 24 avqust 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan və həmin tarixli protokoldan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 avqust 2023-cü il tarixli, 4(007)-363/2023 nömrəli, 23 dekabr 2023-cü il tarixli, 4(007)-522/2023 nömrəli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 24 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, məhkəmənin qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin sonuncu qərarı ilə həbsdə saxlanılmasının müddəti 08 yanvar 2024-cü il tarixədək uzadılmışdır (cild 1, i/v 48, 57, 145-1149, 272-279). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-1586/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il azadlıqdan məhrum edilmiş və cəza çəkdiyi müddətdə narkotikdən məcburi müalicə təyin edilmişdir. xx.xx.2022-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilmiş, 02 il 06 ay azadlıqdan məhrum etmə təyin edilmiş, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 03 ay 11 gün vaxtından əvvəl şərti azad edilmişdir (cild 1, i/v 170-171, 174-178). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxs xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 xx.xx.2014-cü il tarixdə törətdiyi cinayət əməlinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) il azadlıqdan məhrum edilmişdir (cild 1, i/v 172-173). - 05 dekabr 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs1 götürülmüş - ümumi təmiz çəkisi 2,506 qram narkotik vasitə heroin və 01 ədəd elektron tərəzinin maddi sübut kimi tanınması, ekspertiza tədqiqatından sonrakı qalıq 2,406 qram narkotik vasitə heroinin saxlanılmasından ötrü Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi, həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs2 götürülmüş - ümumi təmiz çəkisi 2,110 qram narkotik vasitə heroinin maddi sübut kimi tanınması, ekspertiza tədqiqatından sonrakı qalıq 2,010 qram narkotik vasitə heroinin saxlanılmasından ötrü Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi, təhqiqat zamanı Təqsirləndirilən şəxs1 götürülmüş bir ədəd «Hoppo» modelli mobil telefonda iş üçün əhmiyyət kəsb məlumatlar aşkar edildiyindən həmin mobil telefonun maddi sübut kimi tanınması və Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır (cild 1, i/v 217-232). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanası tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 20-12/219 nömrəli məktuba əlavə edilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adına tərtib olunmuş tibbi kitabçaların lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 həbs olunmazdan əvvəl zədə almadığını bildirmiş, Təqsirləndirilən şəxs2 xəsarət aldığını bildirsə də yeni xəsarət aşkar olunmamış, baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dəri səthində xəsarət aşkar olunmamışdır Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülür. Həmin maddənin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əməlin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələri satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmələri, yəni narkotik vasitə olan külli miqdarda heroini satış məqsədi ilə əldə edib saxlamaları və qabaqcadan razılaşmaları özləri tərəfindən inkar edilsə də, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, araşdırılmış ekspertiza rəyləri, Təqsirləndirilən şəxs1 istifadəsində olan telefon nömrəsi vasitəsilə aparılmış yazışmaları və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, Təqsirləndirilən şəxs1 məxsus olan mobil telefon aparatında aşkar edilmiş yazışmalardan, onların üzərinə axtarış və baxış aparılan zamanı, həmçinin şübhəli şəxs qismində dindirilən zamanı verdikləri izahatlarından onların məhz qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib saxlamaları özü təsdiqini tapır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2019cu tarixli «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair» Qərarında qeyd olunur ki, Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin məzmununa əsasən, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin ittihamdan müdafiə olunmaq məqsədi ilə verdiyi yalan ifadəsini və cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallara dair ifadəsini bir-birindən fərqləndirməlidir. İrlandiyanın İngiltərəyə qarşı işi üzrə 20 mart 2018-ci il tarixli Avropa Məhkəməsinin qərarında göstərilmişdir ki, sübutun qiymətləndirməsi üçün “əsaslı şübhələrdən kənar” standartını rəhbər tutaraq sübutetmə prosesini həyata keçirən məhkəmə belə sübut qismində yalnız işin faktiki halları ilə uyğun olan və ya həmin hallarla təkzib edilməyən, habelə, kifayət qədər güclü, aydın əlamətlərə məxsus olan hallar istifadə edə bilər. Bu nöqteyi nəzərdən sübutların toplanılması zamanı tərəflərin davranışı da nəzərdən keçirilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə icraatı zamanı verdikləri ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. - 18.4.2-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər nəzərə alınmır. - 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. - 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. - 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. - 92.0.3-cü maddəsinə əsasən şərti məhkum etməyə görə məhkumluq istisna olmaqla, məhkumluğun bu Məcəllənin 83.3-cü maddəsində nəzərdə tutulmuş müddətləri cinayət törətmiş yetkinlik yaşına çatmayanlar üçün qısaldılır və ağır və ya xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən üç il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) il azadlıqdan məhrum edildiyindən hal-hazırda məhkumluğu ödənilməsə də həmin hökmə əsasən cinayət əməlini törədən zaman yetkinlik yaşına çatmadığından barəsində cinayətin residivi yaranmır. Təqsirləndirilən şəxs1 isə az ağır cinayət əməlini törətməkdə təqsirli bilinərək azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasına və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 (üç) ay 11 (on bir) günü hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkmələrinin əvvəli şübhəli şəxs qismində tutulduqları xx.xx.2023-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs2 cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs1 isə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs1 33 (otuz üç) manat, Təqsirləndirilən şəxs2 32 (otuz iki) manat, cəmi 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs1 götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 2,406 qram narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs2 götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 2,010 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təhqiqat zamanı Təqsirləndirilən şəxs1 götürülmüş bir ədəd «Hoppo» modelli mobil telefon qanuni sahibi Təqsirləndirilən şəxs1 ailə üzvlərinə qaytarılmalı, araşdırma zamanı şəxsi axtarış və götürmə keçirilən zaman videoçəkilişləri özündə əks etdirən 02 (iki) ədəd “DVD” formatlı disk iş materiallarında saxlanılmalıdır. Bundan əlavə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi2 və Müdafiəçi1 vəkil işlədikləri “Kamandar Nəsibov və partnyorları” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-2612/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2023-cü il tarixdən təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi “Kamandar Nəsibov və partnyorları” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş 58 (əlli səkkiz) iş saatı, Təqsirləndirilən şəxs2 göstərilmiş 58 (əlli səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 və Müdafiəçi1 vəkil işlədikləri “Kamandar Nəsibov və partnyorları” Vəkil Bürosunun hesabına hər biri üçün 348 (üç yüz qırx səkkiz) manat, cəmi 696 (altı yüz doxsan altı) manat məbləğində pul vəsaiti köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 (üç) ay 11 (on bir) gün hissəsi hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 06 (altı) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 24 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 24 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs1 33 (otuz üç) manat, Təqsirləndirilən şəxs2 32 (otuz iki) manat, cəmi 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs1 götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 2,406 qram narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs2 götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 2,010 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut hesab edilmiş bir ədəd «Hoppo» modelli mobil telefon qanuni sahibi Təqsirləndirilən şəxs1 ailə üzvlərinə qaytarılsın. Şəxsi axtarış və götürmə hərəkətlərinin qeydə alındığı 02 (iki) ədəd DVD formatlı disk iş materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 və Müdafiəçi1 vəkil işlədikləri “Kamandar Nəsibov və partnyorları” Vəkil Bürosunun hesabına hər biri üçün 348 (üç yüz qırx səkkiz) manat, cəmi 696 (altı yüz doxsan altı) manat məbləğində pul vəsaiti köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxslərə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Şəlalə Həsənova (sədrlik edən) Vüqar Quliyev Siyavuş Hacıyev
Məhkəmə qərarları › İş №1(101)-1260/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1260/2024
21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver