Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1260/2025 19.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Pənahov Babək Əkbər oğlu (sədrlik edən) Kamranov Hafiz Eldar oğlu və X2 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili Məmişov oğlunun Anar Mövsüm oğlunun Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, evli, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, 10-cu korpus, 216 saylı evdə qeydiyyatda olan, məhkum olunmamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqla şəxsiyyəti araşdırılan şəxs (şəxslər) ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda – 5.130 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib Şahid5 idarə etdiyi “Saipa” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobildə və tanışı Şahid6 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu, 10 May küçəsində yerləşən nömrəsiz fərdi evin zirzəmisində daşımaqla saxlamış, 25 dekabr 2024-cü il tarixdə, saat 00:45-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində Şahid5 idarə etdiyi bu avtomobilin yanında saxlanılaraq maşına baxış keçirilən zamanı avtomobilin qabaq sağ oturacağının alt hissəsindən 02 ədəd bağlamada ayrıayrılıqda təmiz çəkiləri 905 və 955 qram olmaqla, ümumilikdə 1.860 qram, habelə tədbirin davamı olaraq həmin günü saat 01:23-də Şahid6 evinin zirzəmisindən 04 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 910, 935, 955 və 470 qram olmaqla, ümumilikdə 3.270 qram qeyd olunan narkotik vasitə aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 02 ilə yaxındır marixuana istifadə edir və onu hər dəfə müxtəlif şəxslərdən alırdı. Saxlanılmamışdan bir ay əvvəl “İnstaqram” sosial şəbəkəsində özünü İran vətəndaşı kimi təqdim edən Seyid adlı şəxslə tanış olmuş, sonuncu narkotik satdığını demişdir. O da onun nömrəsini öz telefonunda yadda saxlamış və adını “Qaqaşi” kimi qeyd etmişdir. 24 dekabr 2024-cü il tarixdə Seyidlə “WhatsApp” tətbiqi vasitəsilə əlaqə saxlayıb ondan marixuana istəyib onun bank kartına “m10” proqramı üzərindən 150 manat pul göndərmiş, sonuncu da Buzovna-Maştağa yolunun kənarına narkotikin qoyulduğunu deyərək ona bu yerin xəritəsini atmışdır. Öz avtomobili nasaz olduğu üçün taksi fəaliyyəti ilə məşğul olan tanışı Şahid5 zəng edərək onu həmin yerə aparıb gətirməsini xahiş etmiş, Elçin də buna etiraz etməmişdir. Bundan sonra Elçin onu yaşadığı ünvandan götürüb idarə etdiyi “Saipa” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə göstərilən yerə aparmışdır. Buzovna-Maştağa yoluna çatanda o, avtomobildən düşüb bir qədər irəli piyada getmiş və 150 qram çəkidə olan bağlamanı götürüb maşına qayıdaraq arxa oturacaqda əyləşmişdir. Geriyə qayıdarkən Elçindən avtomobili dostu Şahid6 yaşadığı Biləcəri qəsəbəsində olan evinə sürməyi xahiş etmişdir ki, mütəmadi istifadə etmək üçün narkotiki orada gizlin yerə qoysun. Orxanın evində bu bağlamanı qoyduqdan sonra 25 dekabr 2024-cü il tarixdə gecə saat 01-ə yaxın Elçinlə birlikdə olan zaman polis əməkdaşları tərəfindən saxlanılmışlar. Həmin vaxtı onda və maşında heç bir narkotik olmamış, sadəcə olaraq polis əməkdaşlarının təzyiqi və 5 kq çəkidə marixuananı boynuna götürəcəyi təqdirdə hər iki dostunun buraxılacağının deyilməsi nəticəsində o məcbur olub hazırki ittihamla razılaşmışdır. O, narkotik istifadə etsə də, heç vaxt onun satışı ilə məşğul olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 24 dekabr 2024-cü il tarixdə idarəyə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1- i Mədən küçəsi, 10-cu korpus, 216 saylı evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, “Saipa” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobillə daşıması və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu, 10 may küçəsində yerləşən nömrəsiz fərdi evdə narkotik maddə gizlətməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə o, raportla rəhbərliyə müraciət etmiş və bundan sonra onun rəhbərliyi ilə idarənin əməkdaşları Şahid3, Şahid4 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 25 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz əməllərini ifşa etmək məqsədi ilə onlar Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsinə gəlmiş və saat 00:45-də zahiri əlamətləri əvvəlcədən məlum olan Təqsirləndirilən şəxs Şahid5 idarə etdiyi “Saipa” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında sonuncu ilə birlikdə saxlanılmışlar. Bu şəxslərin üzərlərində narkotik vasitənin olmasına ehtimal etməyə kifayət qədər əsaslar olduğundan həmin yerdə onların üstlərini yoxlamışlar. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, gödəkçənin sol üst cibindən 28 manat pul çıxmışdır. Şahid5 isə əynində olan gödəkçənin sol yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefon, sol iç cibindən 1 ədəd şəxsiyyət vəsiqəsi, sağ yan cibindən 1 ədəd avtomobil açarı olmuşdur. Əhəmiyyət kəsb etdiyi üçün 2 ədəd mobil telefon və 1 ədəd şəxsiyyət vəsiqəsi götürülmüş, 28 manat pul və 1 ədəd avtomobil açarı isə müvafiq olaraq özlərinə geri qaytarılmışdır. Daha sonra avtomobilə baxış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs avtomobilin qabaq oturacağının alt hissəsindən iki ədəd bağlamanı təqdim etmişdir. Bu bağlamalarda marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumilikdə çəkisi 1,880 kq olmuşdur. Sonra həmin kütlələr qablaşdırılmış, saxlanılan şəxs, iştirakçılar tərəfindən imzalanmış, möhürlənmiş və götürülmüşdür. Avtomobilin digər hissələrinə baxış keçirilsə də, iş üçün əhəmiyyət kəsb edən heç bir əşya, predmetə rast gəlinməmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu, 10 May küçəsində yerləşən dostu Şahid6 məxsus nömrəsiz fərdi evin zirzəmisində də marixuana gizlətdiyini dediyi üçün həmin ünvana gedilmiş və razılıq əsasında orada baxış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs evin zirzəmisindən sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içərisindən 4 ədəd bağlamada marixuanaya bənzər maddələr aşkar olunmuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 3,400 kq olmuşdur. Aşkar olunmuş kütlələr qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olumuş kütlələri İran vətəndaşı “Seyid” adlı şəxsin vasitəsi ilə saxlanılmamışdan 3-4 saat əvvəl Buzovna-Maştağa yolu ərazisində gizlədilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini bildirmişdir. Baxışda iştirak edən ev sahibi Şahid6 verilən suallara cavab olaraq aşkar olunmuş narkotik vasitələrdən xəbərsiz olduğunu söyləmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid2, Şahid4 və Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunda ifadə verdilər. Məhkəmədə Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə eyni məktəbdə təhsil almışdır. 24 dekabr 2024-cü il tarixdə, axşam təxminən saat 19 radələrində Orxan ona zəng vuraraq Buzovna qəsəbəsinə aparıb-gətirməsini xahiş edərək xidmət haqqı kimi 30 manat verəcəyini bildirmişdir. O da buna etiraz etməyib idarə etdiyi “Saipa” markalı, **- ST-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı ünvandan Biləcəri qəsəbəsində 11-ci döngədə yerləşən “Məhəllə” marketin yanına gələrək Orxanı götürmüş və Buzovna- Maştağa yolunda olan “Aida” parkın yanına gətirib onu düşürmüşdür. Orxan ona bir qədər irəlidə gözləməyi söyləmiş və təxminən 10-15 dəqiqə sonra zəng vurub onu götürməsini istəmişdir. Orxan avtomobilin arxa oturacağında əyləşmiş, bu zaman onun əlində hərhansı əşyanın olmasını görməmiş və onlar Biləcəri qəsəbəsi, DSK yolu, “Dəyirman” adlanan əraziyə gəlmişlər. Orada Orxan tanışları olan Şahid6 evi tərəfdə düşmüş, o isə oradan uzaqlaşmışdır. Təxminən 15-20 dəqiqə sonra Təqsirləndirilən şəxs təkrar ona zəng vurub onu götürməsini istəmişdir. O, da onu həmin ünvandan götürüb Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsinə gəlmişlər. O maşından düşüb marketə getmiş, bir müddət sonra polis əməkdaşları onları saxlayaraq idarə etdiyi maşında narkotikin olmasına dair məlumatın olduğunu bildirmişlər. O isə bunun mümkün olmadığını söyləyəndə, Orxanın bunu etiraf etdiyini bilmişdir. Daha sonra onun avtomobilində videoçəkilişlə baxış keçirilmiş, bu zaman avtomobilin qabaq sağ oturacağının alt hissəsindən 02 ədəd bağlamada olan marixuana aşkar olunmuşdur. Lakin o, Orxanın əlində bu bağlamaları öncədən görməmişdir. Orxana polis əməkdaşları sual verdikdə sonuncu dostu Şahid6 yaşadığı evdə də narkotikin saxladığını demişdir. Bundan sonra onlar polis əməkdaşları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu, 10 May küçəsində yerləşən nömrəsiz fərdi evə getmişlər. Evdə olan narkotik vasitələri təqdim etməyi Təqsirləndirilən şəxs təklif olunduqdan sonra Təqsirləndirilən şəxs evin zirzəmisində saxladığı 04 ədəd bağlamanı təqdim etmişdir. Əlavə olaraq qeyd edir ki, onun yanında Orxana polis əməkdaşları tərəfindən təzyiq olunmamış, baxışda iştirak edən ev sahibi Şahid6 isə aşkar olunmuş narkotik vasitələrdən xəbərsiz olduğunu bildirmişdir. Məhkəmədə Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun dostudur. 25 dekabr 2024-cü il tarixdə gecə vaxtı evində olarkən qəfildən polis əməkdaşları içəri daxil olaraq həyətində narkotikin olduğunu söyləyib onun yerini soruşmuşlar. O da bundan məlumatsız olduğunu deyəndə, polislər bunu Orxanın qoyduğunu deyərək onu və Elçini içəri gətirmişlər. Orxan da həyətdə demişdir ki, narkotiki onun evinin zirzəmisində gizlətmiş və bu məsələdən heç kimin xəbəri yoxdur. Bundan sonra Orxan həmin yerdən 04 bağlamanı götürüb təqdim etmişdir. Aşkar olunmuş kütlələr çəkilərək qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənərək götürülmüşdür. Onu da qeyd edir ki, həyətinin bayır qapısı həmin vaxtları açıq olmuş və Orxanın onun evinə gəlib-getməsindən xəbəri olmamışdır. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilə baxış keçirilməsinə dair” xx.xx.2024-cü il tarixli protokola görə həmin günü saat 00:45-də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində Təqsirləndirilən şəxs “Saipa” markalı, **-ST- *** dövlət qeydiyyat nişanlı avtomobilin yanında Şahid5la birlikdə saxlanılmış, Orxanın üstü yoxlanılan zaman əynində olan şalvarın sağ yan cibindən 077 ***- **-** və 070 ***-**-** GSM nömrələri ilə istifadə olunan “Samsung” markalı mobil telefonu, sol üst cibindən 28 manat pulu təqdim edir. Onda qanunla qadağan edilmiş hər hansı bir əşya, predmetə rast gəlinmir. Daha sonra Şahid5 əynində olan gödəkçənin sol yan cibindən 077 ***-**-** və 055 ***-**-** GSm nömrələrlə istifadə olunan “Redmi” markalı mobil telefonu, sol iç cibindən şəxsiyyət vəsiqəsini, sağ yan cibindən avtomobil açarını təqdim edir, onun üzərindən digər əşya aşkar edilmir. 2 ədəd mobil telefon və şəxsiyyət vəsiqəsi götürülür, pul və avtomobil açarı isə qaytarılır. Daha sonra Təqsirləndirilən şəxs “Saipa” markalı avtomobilin qabaq oturacağının alt hissəsindən iki ədəd bağlamanı təqdim edir. Həmin bağlamalarda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edildi. Həmin bağlamalar elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə ümumilikdə çəkisi 1,880 kq oldu. Sonra həmin kütlələr qablaşdırılır, saxlanılan şəxslər, iştirakçılar tərəfindən protokol imzalanır. Avtomobilin digər hissələrinə baxış keçirilir, iş üçün əhəmiyyət kəsb edən heç bir əşya, predmetə rast gəlinmir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq avtomobildən aşkar olunmuş narkotik vasitələri İran vətəndaşı “Seyid” adlı şəxsin vasitəsilə saxlanılmamışdan 2-3 saat əvvəl Buzovna-Maştağa yolu ərazisində gizlədilmiş yerdən əldə etdiyini, Elçinin narkotikdən xəbərsiz olduğunu bildirir (İ cild, i.v.10- 12; disk); • “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və evə baxış keçirilməsinə dair” xx.xx.2024-cü il tarixli protokola görə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu, 10 May küçəsində yerləşən nömrəsiz fərdi evdə Təqsirləndirilən şəxs olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri təqdim edilməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs evin zirzəmisindən sellofan torbanı təqdim edir. Həmin torbanın içərisindən 4 ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunur. Bu kütlələr elektron tərəzidə çəkilir və çəkisi 3,400 kq olduğu müəyyən edilir, sonra onlar qablaşdırılır, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənərək götürülür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq evdən aşkar olumuş kütlələri İran vətəndaşı “Seyid” adlı şəxsin vasitəsilə saxlanılmamışdan 3-4 saat əvvəl Buzovna-Maştağa yolu ərazisində gizlədilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, evdə narkotik vasitə olmasından həç kimin məlumatının olmadığını bildirir. Şahid6 verilən suallara cavab olaraq aşkar olunmuş narkotik vasitələrdən xəbərsiz olduğunu qeyd edir. Protokol bütün iştirakçılar tərəfindən imzalanır (İ cild, i.v.14-16; disk); • “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokola təhqiqatçı tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində Təqsirləndirilən şəxs və Şahid5 üstünün yoxlanılmasını, “Saipa” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunmuş 2 ədəd bağlamanın, habelə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu, 10 May küçəsində yerləşən nömrəsiz fərdi evdə Təqsirləndirilən şəxs təqdim etdiyi 4 ədəd bağlamaların götürülməsini əks etdirən video disklərə baxış keçirilmiş, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olumuş kütlələri İran vətəndaşı “Seyid” adlı şəxsin vasitəsi ilə saxlanılmamışdan 5-6 saat əvvəl Buzovna-Maştağa yolu ərazisində gizlədilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə ona 5.000 manat pulun veriləcəyini bildirir (İ cild, i.v.19-20, disk); • “Şübhəli şəxsin dindirmə” və “Təqsirləndirilən şəxsin dindirilməsi” protokollarında Təqsirləndirilən şəxs əks olunmuş ifadəsinə əsasən o, təxminən bir ay bundan əvvəl “İnstagram” sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı olan Seyid adlı şəxslə tanış olmuş, sonuncu istifadəsində olan +**********30 saylı mobil nömrəsini ona vermişdir. Bu nömrəni də o, öz mobil telefonunun yaddaşına “Qaqaşi” adı altında yazmışdır. Bundan sonra o, mütəmadi olaraq Seyidlə danışmış və Seyid Azərbaycana narkotik vasitə göndərəcəyini və onun dediyi yerdən götürərək Bakı şəhəri ərazisində istənilən bir yerə qoyub onun şəklini çəkib ona göndərməyi, qarşılığında ona 5.000 manat pul təklif etdikdə onunla razılaşmışdır. 24 dekabr 2024-cü il tarixdə Seyid onunla əlaqə saxlayaraq Buzovna-Maştağa yolunda yolun kənarına 6 ədəd bağlama qoyulduğunu və həmin bağlamaları götürərək saxlamağını, o dediyi vaxtda hansısa bir yerə qoymağını bildirmişdir. Bundan sonra o, öz maşını nasaz olduğu üçün əvvəllər də tanıdığı Şahid5 “WhatsApp” vasitəsilə zəng edərək onu pul müqabilində Buzovnaya aparıb-gətirməsini istəmiş, Elçin də razılaşmışdır. Lakin, o Elçinə hansı səbəbdən getməyini bildirməmişdir. Bundan sonra Elçin gəlmiş və onu idarə etdiyi “Saipa” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Seyidin dediyi yerə getmişdir. O maşından düşdükdən sonra Elçinə onu gözləməsini bildirmişdir. O, Seyidin dediyi yerdən iri həcimli sellofanın içərisində 6 ədəd bağlamanı götürüb maşına qayıtmış və Elçinə maşını dostu Şahid6 yaşadığı evə sürməyi bildirmişdir. O, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu, 10 May küçəsində yerləşən Şahid6 yaşadığı nömrəsiz fərdi evə gəlib bağlamanın 4 ədədini evin zirzəmisində gizlətmiş, 2 ədədini isə özü ilə götürüb ki, Biləcəri qəsəbəsində yer tapıb ora qoysun və həmin yerin şəklini çəkib Seyidə göndərsin. Çünki Seyidlə aralarındakı danışığa əsasən Seyid iki bağlamanı həmin gün üçün yer tapıb qoymağını, 4 ədəd bağlamanı isə o deyəndən sonra yer tapıb qoymağını bildirmişdir. Bu səbəbdən də o bağlamanı tanışı Orxanın yaşadığı evin zirzəmisində gizlətmişdir. 25 dekabr 2024-cü il tarixdə, saat 00:45-də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində yerləşən nömrəsiz fərdi evin yaxınlığında Elçinin idarə etdiyi “Saipa” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında Elçinlə birlikdə olan zaman 4 nəfər mülki geyimdə polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmiş, onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində narkotik vasitə olubolmadığını, varsa təqdim etməyini təklif etmişlər. Bu təklifdən sonra o................” (İ cild, i.v.59-61, 75-79); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 7/2041 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələr....” yazılar və imzalar olan qara rəngli polietilen bağlamada 4 ədəd üzəri skoçla bağlanmış qara rəngli sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 910 qram, 935 qram, 955 qram və 470 qram olmaqla ümumi çəkisi 3.270 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Üzərində “Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələr....” yazılar və imzalar olan qara rəngli polietilen bağlamada 2 ədəd üzəri skoçla bağlanmış qara rəngli sellofanda hər birinin ayrıayrılıqda təmiz çəkisi 905 qram və 955 qram olmaqla ümumi çəkisi 1.860 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar öz aralarında tərkiblərinə görə eynidir. Tədqiqatdan sonra marixuananın qalıq çəkisi 5.129,70 qram, aparılmış tədqiqatın dəyəri 70 manat təşkil edir (İ cild, i.v.52-55); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Eksperiza və X5” X7 xx.xx.2025-ci il tarixli, 2529 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar olunmamışdır (İ cild, i.v.157-160); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X10 Ambulator X1 haqqında xx.xx.2025-ci il tarixli, 730 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild, i.v.161-162); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 xx.xx.2025-ci il tarixli, 496 saylı rəyinə görə Təqsirləndirilən şəxs hr hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. O, ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür (İ cild, i.v.164-165); • “Əşyanın maddi sübut hesab edilməsi haqqında” xx.xx.2024-cü və xx.xx.2025-ci il tarixli qərarlarla Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 5.129,70 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, “Samsung” markalı mobil telefon, şəxsin üstünün yoxlanılması, avtomobilə, evə və əşyaya baxış keçirilən zaman qeydə alınmış video görüntülərin köçürüldüyü 03 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk iş üzrə maddi sübut kimi tanınmış, marixuana və telefon saxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş, disklər isə cinayət işinin materiallarına əlavə edilmişdir (İ cild, i.v.111-112, 138-139); • “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərə görə Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefona baxış zamanı telefonun kontaktında “Qaqaşi” adı altında +98 ********** nömrənin yaddaşa yazılması aşkar edilmişdir (İ cild, i.v.108); • Məhkəmə tərəfindən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon tələb edilərək ona baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, idarənin müstəntiqi Elzadə Cəfərov tərəfindən həmin telefona baxış səthi aparılaraq yuxarıdakı məzmunda protokol tərtib olunub. Halbuki, telefonun “WhatsApp” tətbiqində olan yazışmalarda aşağıdakılar hallar aşkar olunur: • “Qaqawi” adı ilə qeyd edilmiş +98 ********** nömrənin istifadəçisi ilə xx.xx.2024-cü il tarixdə aparılmış yazışmalarda saat 23:09-da Orxan tərəfindən video çəkilərək göndərilir. Həmin videoda Orxanın avtomobilin arxa oturacağında yerləşdirilmiş 6 ədəd bağlamanın sayılması görünür. Daha sonra Orxan “Abi, çox çəkə bilmirəm, çöldə işıq yanır, içəri də görsənir”, “Abi, mən arxada oturmuşam, mən bunu cırsam, şəkilini çəkəndə çöldə içəri görsənir, bir 15-20 dəqiqə səbrli ol, gedim evə çatım, səninlə danışacam” və sair məzmunda səs yazılarını atır, habelə video zəng edir, qarşı tərəfin də səsli zəngləri və mesajları müşahidə olunur. • “Vuqar Mehle” adlı istifadəçi (+994 ********* saylı nömrə) tərəfindən 416973.....5057 saylı bank kartına xx.xx.2024-cü il tarixdə iki dəfə 20 və 20 manat dəyərində pulların köçürülməsinə dair qəbzin göndərilməsi aşkar olunur; • “Elcin.Mehle” adlı istifadəçi (telefonun kontaktlar bölməsində bu şəxsin telefon nömrəsi +**********88-dir, bu da iş üzrə Şahid5 məxsusdur) ilə xx.xx.2024-cü il tarixdə aparılmış yazışmalara əsasən Orxan tərəfindən saat 21:17-də “Atam, nenirsen” kimi yazılar göndərilmiş, saat 21:18-də “Atam, bir dənə belə məsələ var, biz Zabrata getməliyik.....gəl, mən gizlicə çıxacam, ikimiz gedək, Emini aparmaq istəmirəm....” kimi məzmunda səs atılır, Elçin də saat 21:19-da “Yaxşı, qaqaş, mən çıxıb gəlirəm, çatanda zəng edəcəm” məzmunda səs atır. Saat 21:44-də Orxan “Atam, hardasan? Mən 91-ə mindim ki, Emini fırladım. Mən DSK-ya gəlirəm” məzmunda səs göndərilir; • “Diskə baxış keçirilməsi barədə” xx.xx.2025-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs istifadəsində olan 077 ***-**-** saylı GSM nömrəsinin xx.xx.2024-cü il tarixdə, saat 22:42-dən başlayaraq saat 22:56-dək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalıq yaşayış massivində olması, həmçinin həmin günü saat 23:59-dan Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində olması müəyyən edilir (İ cild, i.v.137, disk); • Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)- 1002/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 25 dekabr 2024-cü il tarixdən hesablanmışdır (İ cild, i.v.91-95); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İİ cild, i.v.125); • “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi, Şahid6 və Şahid5 əməllərinə qiymət verilməsi üçün ********* saylı cinayət işindən ayrıca icraata Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi ayrılmışdır (İ cild, i.v.188-189); • Doğum haqqında şəhadətnamələrin surətlərinə görə Təqsirləndirilən şəxs xx.xx.2017-ci və xx.xx.2020-ci il təvəllüdlü iki uşağı var (İ cild, i.v.82, 84). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri həmin Məcəllənin 234.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma), 234.3 (narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma) və 234.3-1-ci (yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə) maddələrində nəzərdə tutulmuş əməlləri külli miqdarda törədilməsinə görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununa görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş (1.0.9-cü maddə), narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür (1.0.11-ci maddə). “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarında göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir (8-ci bənd). “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə qurudulmuş marixuananın külli miqdarının (təmiz halda qramlarla) aşağı həddi 500 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqla şəxsiyyəti araşdırılan şəxs (şəxslər) ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda – 5.130 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib Şahid5 idarə etdiyi “Saipa” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobildə və tanışı Şahid6 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu, 10 May küçəsində yerləşən nömrəsiz fərdi evin zirzəmisində daşımaqla saxlamış, 25 dekabr 2024-cü il tarixdə, saat 00:45-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində Şahid5 idarə etdiyi bu avtomobilin yanında saxlanılaraq maşına baxış keçirilən zamanı avtomobilin qabaq sağ oturacağının alt hissəsindən 02 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 905 və 955 qram olmaqla, ümumilikdə 1.860 qram, habelə tədbirin davamı olaraq həmin günü saat 01:23-də Şahid6 evinin zirzəmisindən 04 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 910, 935, 955 və 470 qram olmaqla, ümumilikdə 3.270 qram qeyd olunan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bu cinayətin törədilməsi məhkəmə istintaqında Təqsirləndirilən şəxs özü tərəfindən inkar olunaraq qeyd olunan ünvana yalnız şəxsi istifadəsi üçün narkotik vasitə götürməyə getdiyini bildirsə də, təqsirləndirilən şəxsin hadisə yerində aparılan video çəkiliş zamanı və ibtidai istintaq dövründə vermiş olduğu ifadələri, onun telefonunda aşkar edilmiş yazılar və şəkillər, habelə digər mötəbər dəlillərlə onun tərəfindən külli miqdarda narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərin edilməsi tam sübuta yetirilir. Bununla da Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi müəyyən edilir. Eyni zamanda, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki zorakılığa məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, bu məsələni təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılmasına dair hər hansı müraciətə rast gəlinmir. Bununla bağlı məhkəmə vurğulayır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Həmçinin, məhkəmə təqsirləndirilən şəxslə birlikdə saxlanılan, “Saipa” markalı, **- ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü olan Şahid5 Təqsirləndirilən şəxs Buzovna qəsəbəsi tərəfə narkotik arxasınca getməsini və onun maşınına sonuncu tərəfindən hansısa əşyaların gətirməsinin görməməsini və s. bildirməsini inandırıcı hesab etmir. Çünki təqsirləndirilən şəxsin mobil telefonunda aşkar olunmuş avtomobilin arxa oturacağında narkotik bağlamaları ilə bağlı aparılmış video çəkiliş, onun həmin maşından “Qaqawi” adlı istifadəçiyə “Abi, mən arxada oturmuşam, mən bunu cırsam, şəkilini çəkəndə çöldə içəri görsənir” məzmunda göndərdiyi səslər, habelə Elçinə göndərdiyi səslər (“Atam, bir dənə belə məsələ var, biz Zabrata getməliyik.....gəl, mən gizlicə çıxacam, ikimiz gedək, Emini aparmaq istəmirəm...., Mən 91-ə mindim ki, Emini fırladım”) və aparılmış yazışmalar bu şahidin söylədiklərinin doğru olmasına ciddi şübhələr yaradır. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə uyğun olaraq onun cəzasının yüngülləşdirən hal kimi qiymətləndirir. Onun cəzasını ağırlaşdıran hallar isə müəyyən edilmir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, onun şəxsiyyətini nəzərə almaqla hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun həbsə alındığı andan – 25 dekabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 5.129,70 qram narkotik vasitə olan qurudulmuş marixuana Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, bir ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs özünə və ya yaxın qohumlarından birinə qaytarılmalı, 04 ədəd disklər cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 70 manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş (məhkəmənin hazırlıq və üç baxış iclasında) Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili X4 12 saat üçün nəzərdə tutulan 132 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 25 dekabr 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin, ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 5.129,70 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin, “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs özünə və ya yaxın qohumlarından birinə qaytarılsın, 04 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş (məhkəmənin hazırlıq və üç baxış iclasında) Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili X4 12 saat üçün nəzərdə tutulan 132 (yüz otuz iki) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Babək Pənahov Hakimlər: Hafiz Kamranov Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(101)-1260/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1260/2025
19.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver